Məhkəmə qərarları › İş №1(101)-1261/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1261/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1261/2021 22.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçimın, X1 iştirakı ilə xx xxxxxxxx 1996-cı ildə Rusiya Federasiyasının Krasnodar vilayətinin Labinsk şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Krasnodar vilayəti, Mostovskiy rayonu, Besleneyevskaya kəndi, Çkalova küçəsi, ev 21 ünvanında qeydiyyatda olan və Rusiya Federasiyası, Krasnodar vilayəti, Labinsk şəhəri, Korotkiy küçəsi, ev 34 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1, 218.2, 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə, o, cümlədən müxtəlif ölkələrdə terrorçuluq cinayətlərinin törədilməsində istifadə etmək niyyətilə yaradılmış «VoMA» («X17» - sağ qalmaq sənəti) adlandırılan cinayətkar birliyə (təşkilata) daxil olaraq 04.10.2018-11.10.2018-ci, təkrarən 18.03.2019-03.04.2019-cu, təkrarən 29.06.2019- 12.07.2019-cu və təkrarən 17.11.2019-01.12.2019-cu il tarixlərdə Ermənistan Respublikasının Yerevan şəhəri ərazisində və digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” 9 dekabr 1991-ci il tarixli Azərbaycan Respublikası Qanunun 11 və 12-ci maddələrinin, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 15-ci maddəsinin tələblərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində, o, cümlədən Kəlbəcər rayonu ərazisində qanunla nəzərdə tutulmayan hərbi təlim düşərgələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü maddəsində nəzərdə tutulmuş, yəni terrorçuluq cinayəti əməllərinin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, “Kalaşnikov” markalı avtomat silahdan, qumbaratanlardan və digər odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, anası X6 1976cı ilin noyabr ayının 29-da Qazaxıstan Respublikasında anadan olmuşdur, atası X3 1975-ci ilin dekabr ayının 20-də Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuşdur və o, 1987-ci ildə Rusiyaya gedib, hal-hazırda Rusiyada yaşayır və Rusiya Federasiyasının vətəndaşıdır, anasının soyadının onun soyadı kimi seçilməsinin səbəbini bilmir, doğulduğu vaxtdan bu soyadı daşıyır. Azərbaycan Respublikasının Əsgəran və Xankəndi rayonlarında qohumları yaşayır, lakin onlar onun yaxın qohumları deyil, atasının qohumlarıdır. Onlarla son 2 ildə əlaqə saxlayırdı. O Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq edirdi, onu Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Bakıya çağırdılar və çağırışın səbəbini soruşanda, onlar təcili olaraq gəlməli olduğunu və təlim keçməli olduğunu bildirdilər. Bakıya gəldikdən sonra Qarabağa getməli idi. Bundan başqa Bakıya gəlməkdə məqsədi həmin vaxta qədər göstərdiyi xidmətlərə görə xidmət haqqını almaq idi. İstanbuldan Bakıya Azərbaycan Hava Yolları Şirkətinə məxsus aviareyslə digər sərnişinlərlə birgə gəldi. 2021-ci ilin əvvəllərində pandemiya şəraitinin mövcudluğu ilə əlaqədar Bakıya gələ bilmirdi. Həmin vaxtlar tam adını bilmədiyi Zakir adlı şəxslə telefonla əlaqə saxlayaraq ondan Bakıya gəlməyi üçün ona köməklik etməsini xahiş etmişdi və o, onun Bakıya gəlməyi üçün İstanbuldan Bakıya qeyri-qanuni olaraq dəhliz təşkil etdi. Bundan sonra 2021-ci ilin yanvar ayının 14-də İstanbuldan Bakıya gəldi. Bakıya gəldikdə iki nəfər adını bilmədiyi şəxs tərəfindən qarşılandı və onlar onu mehmanxanaya yerləşdirdilər. Təxminən 15 yanvar 2021-ci ildə saat 11 radələrində o “Qənimətlər parkı”nda dəniz kənarında gəzərkən, üzündə maska olan şəxslər onu tutub başına çuval geyindirib bilmədiyi bir yerə, təcridxanaya gətirdilər. Tutulduğu vaxtda onu üzüaşağı uzandırıb şəxsi axtarış keçirdilər, avtomobildən üzüyünü, gümüş qolbağını, pulunu və bank kartlarını götürdülər. Təcridxanada ona təzyiq edərək irəli sürdükləri ittihamları etiraf etməyə məcbur etdilər. İbtidai istintaqda olan ifadə ona məxsus deyil, onları müstəntiqin diktəsi ilə yazmışdır. İbtidai istintaqda onun üçün formal olaraq X5 müdafiəçi kimi təyin etdilər, lakin o, faktiki olaraq ibtidai istintaqda iştirak etməyib və onun hüquqları müdafiə etməyib. Bundan sonra o müdafiəçi barəsində şikayət etdi və digər müdafiəçi, Bağırov Nazimi seçdi. Həmin müdafiəçim artıq ibtidai istintaqın tamamlanma mərhələsində olduğunu və ittiham aktının hazırlandığını ona bildirdi. Onları cinayət işinin materialları ilə tanış etdilər. Ona məlum olmayan səbəbdən seçdiyi həmin müdafiəçi həmin vaxtdan sonra onun yanına gəlmədi. Bu hallara görə bu günə qədər o sərbəst şəkildə ifadə verə bilməmişdir. Qarabağa birinci gəlişindən əvvəl ona şərt qoyulmuşdu ki, “VOMA” adlı təşkilatda qeydiyyatdan keçsin. O qeydiyyatdan keçdikdən sonra Azərbaycan və Ermənistan Respublikaları ərazisində 10 günlük təlim keçməliydi. 2018-ci ildə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının tapşırığı ilə Belarus Respublikasından “VOMA” adlı təşkilata yollandı. 2018-ci ilin 04 oktyabr tarixində Ermənistan Respublikasının İrəvan şəhərinə, VOMA” adlı təşkilatın əsas binasına getdi, orada “VOMA” adlı təşkilatın təlimçilərindən biri ilə tanış oldu və o, həmin təşkilatın fəaliyyəti barədə ona məlumat verdi. Orada onlar onun sənədlərini yoxlayıb hansı məqsədlə gəldiyini müəyyənləşdirdilər. Bundan sonra onlara noyabr ayında yenidən gələcəyini bildirdi. X10 gəldi və orada 5-6 gün qaldıqdan sonra Rusiyaya qayıtdı. 2020-ci ilə qədər onlarla əlaqə saxlamadı. Bundan sonra bir neçə dəfə onlarla pandemiya şəraitində Qarabağa gəlməyin yolları barədə yazışdı, lakin heç bir üsul müəyyən edilmədi. Buna görə də onlarla həmin vaxtdan etibarən əlaqə kəsildi. “VOMA” adlı təşkilatın əsas fəaliyyəti müxtəlif ölkələrdə olan erməni milliyyətli şəxsləri bir araya toplayıb onlara hərbi və tibbi təlimlər keçmək idi. Onlar həm də Qarabağ ərazisində də fəaliyyət göstərərək hərbi təlimlər keçirdilər. Bundan əlavə həmin təşkilat tərəfindən Azərbaycan Respublikası ərazisində terror planlaşdırılırdı. “VOMA” adlı təşkilatın qurucuları keçmiş SSRİ və Ermənistan SSR-nin hərbiçiləri olmuşdur. Həmin təşkilatın üzvü olmaq üçün şəxsin Ermənistan Respublikası ərazisində doğulması şərtlər sırasında deyil, milliyyətinin erməni olması kifayət edir. “VOMA” adlı təşkilatın üzvü deyil, həmin təşkilatın rəhbəri Qarabağ Müharibəsində iştirak etmiş Vladimir Vartanov idi. İrəvana gələndə orada onu Sergey Sukyasyan adlı şəxs qarşılamayıb, onu Arta adlı şəxs qarşıladı, o təşkilatda qeydiyyatdan keçərkən öz nömrəsini qeyd etdi və həmin şəxs “”Whatsapp” mobil tətbiqi ilə ona mesaj yazdı. X11 dəhlizi vasitəsilə, Azərbaycan Respublikasının nəzarət buraxılış məntəqələrindən yoxlanışdan kənar keçmişdir. Qarabağa getməkdə məqsədi qohumlarını ziyarət etmək idi. Qarabağa sərnişin avtobusu ilə getmişdi, avtobusda təqribən 20 nəfər var idi və o onları tanımırdı. “VOMA” adlı təşkilatın keçirdiyi hərbi təlimlərdə iştirak etməmişdir. Kəlbəcər rayonunda olan hərbi düşərgədə hərbi təlimlərin keçirilməsindən xəbəri olub, lakin həmin hərbi təlimlərdə iştirak etməmişdir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının təlimatı ilə Qarabağda dəyişən vəziyyət ilə əlaqədar işini davam etdirmək üçün Bakıya gəldi. Qarabağa Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının təlimatı ilə gedib. 2018-ci ildən etibarən o Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti üçün işləmişdir, o, 2019-cu ildə də Azərbaycan Respublikasının ərazisində olmuşdur, lakin aeroportda onun xarici pasportuna uçuş barədə möhür vurulmurdu, xarici pasportuna baxanda bilinir ki, o Türkiyədən Azərbaycana gəlib, geriyə qayıtmışdır, amma yenə də möhür vurulmurdu. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1, 218.2, 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci il 16 yanvar tarixdə saat təxminən 16 radələrində Bakı şəhərində hazırkı adı “Qənimətlər parkı” olan “Zəfər parkı”nda gəzinti elədiyi zaman Dövlət Təhlükəsizliyi Xidmətinin hazırda adını xatırlamadığı əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək, həmin parkın ərazisində olan bir nəfər şəxsin üzərinə məhkəmə qərarı ilə keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini təklif etdi. O da vətəndaşlıq borcunu yerinə yetirərək, keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyə öz razılığını verdi. Həmin üzərinə baxış keçiriləcək şəxsin yanına birlikdə getdilər, onunla yanaşı baxışda tərcüməçi və başqa hal şahidi qismində iştirak edirdilər. Həmin vaxt baxış başlanmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından biri baxış keçirilməsi haqqında müvafiq məhkəmə qərarını üzərinə baxış keçiriləcək Təqsirləndirilən şəxs adlı şəxsə və onlara elan etdi. Həmin məhkəmə qərarı ilə tanış olduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin həmin əməkdaşı onlara müvafiq hüquq və vəzifələrini izah etdi. Bundan sonra Təqsirləndirilən şəxs adlı şəxsin üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs adlı şəxsin üzərindən 2 ədəd qara rəngli əl çantası, üzərində rus və erməni dillərində müxtəlif qeydlər olan kağız vərəqlər və 1 ədəd “Samsung J16” markalı mobil telefon aşkar edildi. Aşkar edilmiş qeyd edilən əşyalar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən iştirakları ilə qablaşdırılaraq götürülərək möhürləndi. Baxış qurtardıqdan sonra bu barədə protokol tərtib olundu. O, digər hal şahidi, habelə iştirak edən şəxslər həmin protokolu oxuyub orada yazılanların düzgünlüyünə əmin olduqdan sonra həmin protokolu imzaladılar. Onun yanında Təqsirləndirilən şəxs adlı şəxsə hər hansı psixi və fiziki zor edilmədi və Dubakovda hər hansı müqavimət göstərmirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 verdiyi ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1, 218.2, 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə, ekspert rəyləri və iş materiallarında olan digər sübütlarla tam təsdiqini tapır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1, 218.2, 318.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, 29 sentyabr 1996-cı il tarixdə Rusiya Federasiyasının Krasnodar vilayətinin Labinsk şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşıdır, Rusiya Federasiyası, Krasnodar vilayəti, Mostovskiy rayonu, Besleneyevskaya kəndi, Çkalova küçəsi, ev 21 ünvanında qeydiyyatdadır, faktiki olaraq isə Rusiya Federasiyası, Krasnodar vilayəti, Labinsk şəhəri, Korotkiy küçəsi, ev 34 ünvanında yaşamışdır. Atası X3 1975-ci ilin dekabr ayının 20-də Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuşdur. Milliyətçə ermənidir, lakin Rusiya Federasiyasının vətəndaşıdır. 2018-ci ilin təxminən sentyabr-oktyabr aylarında “İnstagram” sosial şəbəkəsində “VOMA” təşkilatı ilə bağlı videoçarx görmüşdür. Həmin videoda bildirilirdi ki, Ermənistan Respublikasında fəaliyyət göstərən “VOMA” adlı təşkilat hərbi təlimlərin keçirilməsi və sonradan Dağlıq Qarabağda Azərbaycan Silahlı Qüvvələrinə qarşı olacaq döyüşlərdə iştirak etmək üçün həmin əraziyə göndərilməsi üçün gənc kadrların qəbulunu elan edirdi. O, da ömrü boyu Rusiya Federasiyasında yaşamağına baxmayaraq heç bir vaxt unutmamışdıri, ata tərəfdən ermənidir. Bundan əvvəldə Ermənistan və “Arsax”, yəni Dağlıq Qarabağ barədə gördüyü video çarxlar və ya fotoşəkillər onda izah edə bilməyəcəyi dərəcədə vətənpərvərlik hissi oyadırdı. Həmin videolara baxdıqca erməni millətinə kömək etmək istəyirdi. “VOMA” təşkilatının video çarxını gördükdən sonra isə onlarla əlaqə saxlayıb təşkil olunan hərbi təlimlərdə iştirak etmək qərarına gəlmişdir. Bu səbəbdən o, “VOMA” təşkilatının “İnstaqram” hesabında onların rəsmi internet səhifələrinə keçid edərək orada təlimlərdə iştirak etmək barədə sorğu yazmışdır. Həmin sorğuda özü barədə qısa məlumatları və mobil telefon nömrəsinii qeyd etmişdir. Bir müddət sonra onunla “Whatsapp” tətbiqetmə vasitəsilə özünü Sergey Sukyasyan adı ilə təqdim edən şəxs yazaraq “VOMA” təşkilatından olduğunu, internet səhifədə yazdığı sorğu ilə bağlı əlaqə saxladığını bildirərək təlimlərdə iştirak etmək istəyib-istəmədiyi barədə maraqlanmış, o, isə Sergey Sukyasyana müsbət cavab verərək hərbi təlimlərdə iştirak etmək istədiyini bildirmişdir. Bundan sonra Sergey Sukyasyan ona hərbi təlimlərdə iştirak etməyi üçün Ermənistan Respublikasına gələn zaman pasportunu və erməni olduğunu təsdiq edən sənədi (məsələn: atasının sənədi), eləcə də hərbi və ya idman forması da özümlə gətirməyini tapşırmış, bundan bir neçə gün sonra təxminən oktyabr ayının əvvəlində o, Ermənistan Respublikasının Yerevan şəhərinə təyyarə ilə getmiş, Yerevan şəhərində yerləşən hostellərin birində otaq tutmuş və sonra Sergey Sukyasyanın dediyi Yerevan şəhərində yerləşən “Nairi” hotelinin yanına getmişdir. Orada o, Sergey adlı şəxslə görüşmüş və Sergey onu həmin hotelin arxasında yerləşən “VOMA” təşkilatının bazasına aparmış, orada onun sənədlərini qəbul edərək əmin oldular ki, ata tərəfdən milliyətcə ermənidir. Bundan sonra orada onu bazaları ilə tanış edərək təlimlərin harada keçirilməsini göstərmişlər. O, həmin gün təlim keçməyə başlamış, ilkin olaraq fiziki hazırlıqla bağlı, daha sonra isə soyuq və odlu silahlardan istifadə təlimləri keçmişlər. Həmçinin onlara partlayıcı maddələrdən və qurğulardan, qumbaraatanlardan və digər vasitələrdən istifadə qaydası üzrə təlimlər keçmişlər. Odlu silahlardan təlimlərdə “AK74” (Kalaşnikov) istifadə edirdilər. Həmin təlimlərdə ondan başqa müxtəlif ölkələrdən gəlmiş şəxslər də iştirak edirdilər. Təlimlərin məqsədi Dağlıq Qarabağda və ətraf rayonlarda Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşlər olan zaman sərbəst şəkildə təlimlərdə keçdiklərini istifadə etmək, eləcə də dinc əhalinin arasında vahimə yaratmaq üçün partlayışlar və bu kimi digər hərəkətlər törətməkdən ibarət olmuşdur. 03-07 oktyabr 2018-ci il tarixlərdə o, orada təlimlərdən keçmiş, sonra onu və orada təlimlərdən keçmiş digər şəxsləri Dağlıq Qarabağa aparmışlar. Onlar Laçın dəhlizindən keçərək ilk olaraq Xankəndi və Şuşa şəhərlərinə, daha sonra Laçın, Ağdərə, Xocavənd, Kəlbəcər rayonları, Hadrut qəsəbəsi, həmçinin Həsənabad, Tağavart və Xıncırıstan kəndlərində olmuşlar, gələcəkdə Azərbaycan silahlı qüvvələrinə qarşı döyüşlər aparmaq məqsədilə yerli şəraitlə tanış olmuşlar və Kəlbəcər rayonu ərazisindəki hərbi təlim düşərgəsində təşkil edilmiş hərbi təlim almışlar. Təlimdə onlara döyüşün aparılması və odlu silahlardan istifadə qaydalarını yenidən öyrətmişlər, həmçinin orada yerləşən mövqelərə də getmişlər. 07-12 oktyabr 2018-ci il tarixlərində orada qalıb döyüş şəraitini öyrəndikdən sonra Ermənistana, oradan isə Rusiyaya qayıtmışdır. Bundan başqa o, 28 mart – 14 aprel 2019-cu il tarixlərdə, 2019-cu ilin iyul və noyabr aylarında yenidən Ermənistana, oradan isə Dağlıq Qarabağa orada yaşayan qohumlarım ilə görüşmək və yenidən döyüş şəraiti ilə tanış olmaq üçün getmişdir. Cinayət işində olan 16 yanvar 2021-ci il tarixli baxış protokolundan görünür ki, «VoMA» («X17»-sağ qalmaq sənəti) adlandırılan cinayətkar birliyin (təşkilatın) üzvü olmaqla 2018-2019cu illərdə Ermənistan Respublikasının Yerevan şəhəri ərazisində, daha sonra həmin təşkilatın digər üzvləri ilə birlikdə qanunsuz yollarla keçərək Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində qanunla nəzərdə tutulmayan hərbi təlim düşərgəsində təlim keçmiş Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs Bakı şəhərində olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində hazırkı «Qənimətlər park»ı adlandırılan ərazidə saxlanılmış, məhkəmənin qərarına əsasən tərcüməçi və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı sonuncunun əlində «Ail vittinq» və «Nike» sözləri yazılmış əl çantaları, özünə məxsus və istifadəsində olan «Samsunq Qalaxy J 16» markalı mobil telefon, erməni və rus dillərində yazılmış 2 ədəd qeydiyyat kartları aşkar edilərək götürülmüşdür. «Ail vittinq» və «Nike» sözləri yazılmış əl çantanın içərisindən müxtəlif geyim və məişət əşyaları, eyni zamanda 1 ədəd 750 ml həcmində şüşə qablaşdırılmada, üzərində “Terroir de Gai-Kodzor 2016” sözləri, alkaqol dərəcəsi 14% yazılmış spirtli içki aşkar olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22.02.2021-ci il tarixli, 6/340-3/174-9/382 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş əmtəə formasında zavod üsulu ilə qablaşdırma əlamətlərinə malik 1 ədəd 750 ml həcmində şüşə qablaşdırılmada, üzərində “Terroir de Gai-Kodzor” etiketli şüşə şərab məhsuludur və istifadəyə yararlıdır, tərkibində kənar maddələr aşkar edilmədi. Cinayət işində olan Təqsirləndirilən şəxs məxsus və istifadəsində olan “Samsung Galaxy J 16” markalı mobil telefona keçirilmiş 28 yanvar 2021-ci il tarixli baxış protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olan həmin mobil telefonun yaddaşındakı “İnstagram” sosial şəbəkəsinin proqram təminatında «Dubakov-jr» adı ilə qeydiyyatdan keçmiş profildən «Voma.center» adlı istifadəçi arasında çoxsaylı yazışmalar aparılmışdır. Həmin yazışmalardn görünür ki, «Dubakov-jr» adlı istifadəçisindən «Voma.center» adlı istifadəçiyə 31 oktyabr 2020-ci il tarixdə saat 11:03 dəqiqədə «Здравствуйте быль у вас на курсах в Ереване в 2018 году, хочу приехать, но у меня небольшие проблемы со здоровьем. Недавно перенес небольшую операцию» (salam 2018-ci ildə sizdə Yerevanda kursda olmuşam gəlmək istəyirəm amma sağlamlığımda bir balaca problemim var, bir müddət əvvəl əməliyyat olunmuşam), «Dubakov-jr» adlı istifadəçisindən «Voma.center» adlı istifadəçiyə: «Служил по контракту в Южной Осетии, гранатометник, старший стрелок пехоты. Скажите чем могу помочь, и что нужно, чтобы приехать?» (Cənubi Osetiyada müqavilə üzrə xidmət etmişəm qumbaraatan, piyada qüvvələrinin baş atıcısı, gəlmək üçün nə lazımdır? neçə kömək edə bilərəm),«Voma.center» adlı istifadəçidən «Dubakov-jr» adlı istifadəçiyə: 31 oktyabr 2020-ci il tarixdə saat 11:03 dəqiqədə Здравствуйте, здоровье важно (Salam, Sağlamlıq vacibdir) «Dubakov-jr» adlı istifadəçisindən «Voma.center» adlı istifadəçiyə: Родина важнее здоровья одного человека. (Bir insanın sağlamlığından Vətən daha önəmlidir) Мой дедушка из села Хндзристан (Аскеранский район). Я должен сделать хоть что-то. (Mənim babam Xındzristan kəndindəndir. Mən nəsə etməliyəm),«Voma.center» adlı istifadəçidən «Dubakov-jr» adlı istifadəçiyə: Сколько вам лет? (Sizin neçə yaşınız var?),«Dubakov-jr» adlı istifadəçisindən «Voma.center» adlı istifadəçiyə: 24,«Voma.center» adlı istifadəçidən «Dubakov-jr» adlı istifadəçiyə: Вы можете присоединиться к нам, но есть проблемы со здоровьем, а это ограничение! Да будет мир, чтобы не было нужды. (Siz bizə qoşula bilərsiniz, amma sizin sağlamlığınızda problem var, bu da məhdudiyyətdir. Qoy sülh olsun ki, ehtiyac olmasın,«Dubakov-jr» adlı istifadəçidən «Voma.center» adlı istifadəçiyə: Что нужно купить, и что иметь при себе, чтобы приехать? (Nə almaq lazımdır və üstümdə nə olmalıdır ki gəlim?). Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan həmin mobil telefonun yaddaşındakı “İnstagram” sosial şəbəkəsinin proqram təminatında «Dubakovjr» adı ilə qeydiyyatdan keçmiş profildən «Artsakhskiye» adlı istifadəçi arasında da çoxsaylı yazışmalar aparılmışdır. Həmin yazışmalarından görünür ki, «Dubakov-jr» adlı istifadəçidən «Artsakhskiye» adlı istifadəçiyə: Потом сбор закроется (Sonra köçürülmə bağlanacaq) **********680259 Karapetyan Anuş. Мы собираем деньги помощь 4 семей. У одной семьи папа умер, три ребенка одни. В сторис все я показал, фотки были. (Biz 4 ailənin köməyi üçün pul yığırıq, 1 ailədə ata ölüb 3 uşaqdı tək, tarixçədə bütün şəkillər var idi) «Artsakhskiye» adlı istifadəçindən «Dubakov-jr» adlı istifadəçiyə: Может уже удалился. (Bəlkə artıq silinib) «Dubakov-jr» adlı istifadəçidən «Artsakhskiye» adlı istifadəçiyə: Я скинул с карты Троика Рафиковны, пришли или нет, не уверен, не высвечивалось имя получателя. (X13 kartınnan atmışam, gəlib gəlməməyindən əmin deyiləm, alıcının adı çıxmadı)«Artsakhskiye» adlı istifadəçindən «Dubakov-jr» adlı istifadəçiyə: Почему? (Niyə?)«Dubakov-jr» adlı istifadəçidən «Artsakhskiye» adlı istifadəçiyə: Да, я видел. ( Hə mən görmüşəm) «Artsakhskiye» adlı istifadəçindən «Dubakov-jr» adlı istifadəçiyə: Имя Калуге (Ad Kaluqe) «Dubakov-jr» adlı istifadəçidən «Artsakhskiye» adlı istifadəçiyə: Не знаю, я со Сбера отправлял. (Bilmirəm mən Sberbankdan göndərmişəm) «Artsakhskiye» adlı istifadəçindən «Dubakov-jr» adlı istifadəçiyə: Отправили, кровь, когда? ( Qanı göndərdiniz? Nə vaxt?) «Dubakov-jr» adlı istifadəçidən «Artsakhskiye» adlı istifadəçiyə: В районе трех часов наверное. В 15-35 по Москве. (Təxminən saat 3 olardı, Moskva vaxtı ilə 15:35) «Artsakhskiye» adlı istifadəçindən «Dubakovjr» adlı istifadəçiyə: Да спасибо вам потом покажем куда отправили и кому все деньги. ( Hə çox sağolun sonra göstərərik hara və kimə göndərmişik bütün pulları) «Dubakov-jr» adlı istifadəçidən «Artsakhskiye» adlı istifadəçiyə: Хорошо спасибо. (Oldu çox sağol) «Artsakhskiye» adlı istifadəçindən «Dubakov-jr» adlı istifadəçiyə: Какое Троика? (Hansı Troika?)«Dubakov-jr» adlı istifadəçidən «Artsakhskiye» adlı istifadəçiyə: Троика Рафиковна Исраелян 5000 р. (Troika Rafikovna 5000 r.)«Artsakhskiye» adlı istifadəçindən «Dubakov-jr» adlı istifadəçiyə: Щас узнаю брат (İndi ögənərəm qardaş) «Dubakov-jr» adlı istifadəçidən «Artsakhskiye» adlı istifadəçiyə: Спасибо. (Çox sağol) məzmunlu mesajlar göndərilmişdir. Cinayət işində olan 05 may 2021-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərinə əsasən dərhal tanıyaraq həmin şəxsin barəsində ifadəsində göstərdiyi milliyyətcə erməni olan Serqey Sukiasyan adlı şəxs olduğunu və sonuncu barəsində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Fotocədvəldəki 1 sayı ilə qeyd olunmuş fotoşəkil 31 may 1993-cü il tarixdə Ermənistan Respublikasının Vanadzor şəhərində doğulmuş X7 adlı şəxsin fotoşəkilidir. Cinayət işində olan əməliyyat-axtarış tədbirlərinin həyata kecirilməsi ilə bağlı verilmiş tapşırığa əsasən müəyyən edilmişdir ki, X8 ”Pyatiqorsk erməniləri asosiyasiyasının” və “VoMa” təşkilatının fəal üzvüdür. E.Sukiasyanın ER-in ali hərbi rütbəli sabiq hərbi qulluqcuları, həmcinin “VoMa” təşkilatının rəhbəri və üzvləri ilə yaxın tanışlıq münasibətləri movcuddur. E.Sukiasyanın xarici xüsusi xidmət orqanları ilə mümkün əlaqəlar saxlaması istisna edilmir. Cinayət işində olan təhqiqat zamanı materiallara əlavə edilmiş protokol və digər sənədlərdən məlum olur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İİ baş idarəsindən 2/6774 saylı məktubla daxil olmuş Ermənistan Respublikasının vətəndaşı Valdimir Vartanovun rəhbərlik etdiyi “Voma” qanunsuz silahlı birləşməsində könüllü qeydiyyata alınmış, İİ Qarabağ müharibəsində iştirak etmələri ehtimal olunan Rusiya Federasiyasının vətəndaşlarının siyahısına baxış keçirilərkən, cədvəlin 11-ci sıra sayının qarşısında soyad xanasında – Dubakov, ad xanasında Eduard, e-mail xanasında Elektron ünvan , telefon nömrəsi xanasında +**********2, alternativ telefon nömrəsi xanasında +**********9, vətəndaşlığında RF (Rusiya Federasiyası) sözləri qeyd olunması aşkar edilmişdir. Cinayət işindən müəyyən edilir ki, Ermənistan Respublikasında fəaliyyət göstərən və 2014-cü ildə yaradılmış X17 (“Sağ qalmaq sənəti”-VoMa) təşkilatının əsas məqsədi Ermənistan vətəndaşları və erməni diasporasının üzvlərinə hərbi hazırlıq keçməklə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə dəstək verməkdən ibarətdir. Təşkilatın rəhbəri Azərbaycan torpaqlarının işğalında iştirak etmiş, ER-in ilk kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş Vladimir (Vova) Vartanovdur (tel: +**********8). V.Vartanov 10 dekabr 1965-ci il tarixdə Yerevan şəhərində anadan olmuş, 1994-cü ildə Yerevan Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirmiş, keçmiş SSRİ ordusunun xüsusi təyinatlı birliklərində xidmət etmişdir. Eyni zamanda hərbi ekspert kimi fəaliyyət göstərən V.Vartanov təşkilatın mövcud internet səhifələrində, eləcə də ER KlV-də Azərbaycan və Türkiyə əleyhinə mütəmadi olaraq radikal fikirlər səsləndirmiş, ermənilərin Azərbaycanda yaşayan talış, ləzgi, udin, avar və digər azsaylı xalqlarla dost olmasına dair təbliğat xarakterli çıxışlar etmiş, həmin xalqları müstəqillikləri uğrunda Azərbaycan ilə mübarizəyə səslənmişdir. Həmçinin, təşkilat tərəfindən internet resursları vasitəsilə qondarma “erməni soyqırımı", “böyük Ermənistan”, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları, Andranik Ozanyan, Qaregin Njde, Monte Melkonyan kimi erməni terrorçularının fəaliyyətləri və s.mövzularda geniş təbliğat aparılmış, mümkün müharibələr zamanı Ermənistan ordusuna dəstək olmaq məqsədilə, yaşından, peşəsindən və cinsindən asılı olmayaraq hər bir erməninin döyüş bacarığına yiyələnməsinin vacibliyi vurğulanmış, ER vətəndaşları və xaricdə yaşayan ermənilər təşkilatın hərbi təlimlərinə dəvət olunmuşlar. Təşkilatın Yerevan şəhərində (Nork Maraş rayonu, Armenakyan küçəsi 121/7, “Nairi” mehmanxanasının arxa həyəti, telefonlar: **********6 - “Vaxo Voma"; **********0, **********0 - “Hrant Manasyan"; **********9 - Eduard Baqdasaryan, pasport: AB0485831, Yerevan Açapnyak rayonu, Şiraki küçəsi 34, mənzil 55, “X14”; **********8 - WhatsApp, Viber) “Xüsusi hazırlıq mərkəzi" fəaliyyət göstərir. Mərkəzdə təşkil olunan 6 aylıq kurslarda müxtəlif yaş qruplarından olan ER vətəndaşlarına (yeniyetmələr, gənclər, ehtiyatda olan hərbçilər və s.) odlu və soyuq silahdan istifadə, taktiki, mənəvi-psixoloji və fiziki hazırlıq, əlbəyaxa döyüş, ekstremal şəraitdə sağ qalma, alpinizm, ilkin tibbi yardım, eləcə də pilotsuz uçuş aparatlarının idarə edilməsi və s. istiqamətlər üzrə məşğələlər keçirilir. Təşkilatın təlimatçıları V.Vartanov da daxil olmaqla SSRİ və ER Silahlı Qüvvələrinin xüsusi təyinatlı birliklərinin keçmiş hərbçiləri Artak Baqratyan, Vardan Yenokyan və digər veteran hərbçilərdən ibarətdir. “VoMA”nın tədris proqramında 10 günlük toplanışlar önəmli yer tutur. İl ərazində 5-8 dəfə keçirilən toplanışlarda “Xüsusi hazırlıq mərkəzi”nin müxtəlif yaş kateqoriyalarına aid şəxslərin iştirak ilə təlimlər təşkil edilir. 2016-cı ildən başlayaraq Ermənistanla yanaşı, təşkilatın işğal altında olan Kəlbəcər rayonunun ərazisində yerləşən "hərbi təlim düşərgəsi”ndə təşkil olunan bu toplanışlarda iştirakçılara real şəraitdə psixoloji, fiziki, taktiki və atəş hazırlığı, ekstremal vəziyyətdə sağ qalma, alpinizm, strateji yüksəkliklərin ələ keçirməsi üsulları, at və xizək sürmə, ilkin tibbi yardım və s. sahələr üzrə təlimlər keçirilir. Təşkilat tərəfindən 2018, 2019 və 2020-ci illərdə işğal altında olan Azərbaycan ərazilərində təlim toplanışları təşkil olunmuşdur. Bu toplanışlarda ER-lə yanaşı, ABŞ, Fransa, İsveç, Belçika, israil, BƏƏ, Livan, Rusiya, Belarus və digər ölkələrin erməni əsilli vətəndaşları da iştirak etmişlər. «VoMA» təşkilatı ER Müdafiə Nazirliyi (MN) ilə fəal şəkildə əməkdaşlıq edir. Təşkilatın kurs və təlim toplanışlarına cəlb olunmuş şəxslər MN-in hərbi hissələrində müxtəlif növ silah və döyüş texnikaları ilə tanış edilirlər. “VoMA”nın təlimlərində iştirak etmiş şəxslərin hər birinə təşkilatın könüllülərdən ibarət “Dağ-atıcı ehtiyat batalyonu’’nun (“VoMA batalyonu”) üzvü olmaq təklif olunur. ER-in ehtiyat ordusunun tərkib hissəsi kimi mümkün müharibə zamanı hərbi əməliyyatlara qoşulacağı vurğulanan batalyonunun üzvləri sırasında xüsusi təyinatlılar və kəşfiyyatçılar başda olmaqla keçmiş hərbçilər üstünlük təşkil edir. Eyni zamanda təlimlərdə fərqlənən müdavimlərin siyahısı tutulur və onların arasından Azərbaycan və Türkiyəyə qarşı terror təxribat fəaliyyəti ilə məşğul olmağa yönəlmiş gizli qruplaşmanın üzvləri seçilir. “VoMA” Qarabağda başlamış müharibədə iştirak etməsi üçün xaricdə yaşayan ermənilərə müraciətlər ünvanlayır, gənclərin təşkil olunan hərbi təlimlərə qatılması, o cümlədən Ermənistan ordusuna maddi və mənəvi dəstək vermələri istiqamətində aktiv təbliğat aparır. Cinayət işində olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin 23 fevral 2021-ci il tarixli 25/501 №-li məktubundan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs 04.10.2018-ci ildən 11.10.2018-ci ilə qədər; 18.03.2019-cu ildən 03.04.2019-cu ilə qədər; 29.06.2019-cu ildən 12.07.2019-cu ilə qədər; 17.11.2019-cu ildən 01.12.2019-cu ilə qədər Ermənistan Respublikasında olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan xüsusatlarla bağlı istintaqa verdiyi ifadəsində 2018-ci ilin 04-11 oktyabr, 2019-cu ilin 18 mart - 03 aprel, 29 iyun - 12 iyul, 17 noyabr – 01 dekabr tarixlərində həqiqətən də Ermənistan Respublikasına səfərlər etdiyini, “Voma” təşkilatında hərbi təlimlərdən keçdiyini, döyüş şəraitinin öyrənilməsi üçün qrup üzvləri ilə birlikdə Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində olduğunu etiraf etmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş erməni və rus dillərində yazılmış 2 ədəd qeydiyyat kartından görünür ki, o, 28.03.2019-15.04.2019, 19.11.2019- 30.11.2019-cu il tarixlərdə Stepanakert (Xankəndi) şəhərində olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd diskə baxış kecirilərkən, Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində məişət xarakterli video cəkilişlərin olması müəyyən edilmişdir. Bunlar da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərə səfər etməsini təsdiq edən dəlil kimi qəbul edilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X16 tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli 310 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəyinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 210 (iki yüz on) manat təşkil edir. Cinayət işində olan 16 yanvar 2021-ci il tarixli “tutma haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 16 yanvar 2021-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkünşş sayır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağıın olmasını cəzanı yüngülləşdirən hal kimi, cinayətlərin təkrar törədilməsi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi subut olan Samsung Galaxy J 16” markalı mobil telefon, erməni və rus dillərində yazılmış 2 ədəd qeydiyyat kartları və 5 ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 210 (iki yüz on) manat alınıb dövlət büdcəsinə verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1, 218.2, 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.1-ci maddəsi ilə 7 (yeddi) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altl) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 yanvar 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 210 (iki yüz on) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Samsung Galaxy J 16” markalı mobil telefon, erməni və rus dillərində yazılmış 2 ədəd qeydiyyat kartları və 5 ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar cəza növünü çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarlsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar