Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1261/2022 15.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, müdafiəçilər: Bakı şəhəri 33 saylı Vəkil Bğürosunun vəkili Müdafiəçi2 və «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1996-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, xx.xx.1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 8A, mənzil 10-da qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 10-da yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanında yerləşən “Dost kafesi” adlı kafenin qarşısına tanışı X8 ilə birlikdə gəlmiş, sonuncunun orada olan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs tanışı “Ümüd” adlı şəxsin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən ilk olaraq Elmar Əhmədov yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurub ona üst dodağın əzilmiş yarasından ibarət xəsarət yetirib sağlamlığına qəsdən yüngül zərər vurduqdan sonra Zərərçəkmiş şəxs cibində olan bıçağı çıxarıb onun üstünə gələn zaman, sonuncunun onu vuracağını güman edərək üzərində olan soyuq silah hesab edilməyən ümumi təyinatlı, qatlanan tipli, dəstək və tiyədən ibarət, uzunluğu 163 mm işçi vəziyyətdə olan qatlanan cib bıçağı ilə sonuncunu sağ sinə nahiyəsindən qəsdən bir dəfə vuraraq, ona döş qəfəsin sağ yarısının periton boşluğuna nüfuz edən qaraciyəri zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,329 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-ni 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində saxlanılıb ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,329 qram ağ rəngli, ksirtallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-in 126.1 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir, lakin CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir. O, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ev 8A mənzil 10 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 10 ünvanında arvadı və 3 azyaşlı uşaqları ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. X3 ilə nigahda olmamaqla qeyri-rəsmi yaşayır. Adı Vəli olsa da ləqəbi “Aslan» olduğundan hamı onu «Aslan» kimi tanıyıb çağırmışdır. 21 fevral 2022-ci il tarixdə axşam saat 20-21 radələrində dostu X6 ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Nepaol küçəsi ev 8 A-nın qarşısında görüşmüşlər. Nicat görüşə əvvəllər tanımadığı «Totu» kimi çağırılan şəxslə gəlmişdir. Onlar “Totu”-nun idarə etdiyi ağ rəngli Xəzər markalı avtomobilə əyləşərək Əhmədli qəsəbəsinə getmişlər. Onlar Əhmədli qəsəbəsinə çatıb orada gəzişən zaman Nicatın istifadəsində olan telefonuna ləqəbi «Ekuş» olan X8 zəng vurmuşdur. Nicat ona Ekuşun onları Urfa restoranının qabağına çağırdığını demiş və onlar həmin yerə getmişlər. Təxminən saat 23 radələrində Urfa restoranının qarşısına çatdıqdan sonra orada Nicat Ekuşla görüşmüş, Ekuş görüşə 3-4 nəfər şəxslə gəlmişdir. Orada Ekuş əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxslə söyüşlə mübahisə etmiş, mübahisə zamanı söyüşə görə gözlənilmədən Ekuş Emilə üzündən yumruqla zərbə endirmişdir. Zərbənin təsirindən Emil yerə yıxılmışdır. Emil yerə yıxıldıqdan sonra yerdə olan zaman cibindən bıçaq çıxartmış və dərhal ayağa qalxaraq Ekuşa tərəf deyil, ona tərəf gəlməyə başlamışdır. Həmin vaxt Ekuşun tanışı olan Riad yerdən mişar daşı götürərək Emilin çiynindən zərbə endirmişdir. Zərbədən sonra Riadın zərbə vurduğu mişar daşı yerə düşmüşdür. Emil Riadın endirdiyi zərbədən sonra yenidən sağ əlində bıçaqla onun üzərinə gəlməyə davam etmişdir. Həmin vaxtı Emilin sağ əlində olan bıçaqla onu vuracağından qorxaraq onu yumruqla vuraraq bıçağı əlindən alıb həmin bıçaqla Emilin qarın nahiyəsindən bir dəfə vurmuşdur.Onun endirdiyi zərbədən sonra Emil geri çəkilərək hadisə yerindən qaçıb getmişdir. O, Nicat və Totu sonuncunun idarə etdiyi Xəzər markalı avtomobilə minərək hadisə yerindən uzaqlaşmışlar. Törətdiyi hadisəyə görə həbs edilməkdən qorxduğu üçün yaşadığı evə getməyib Əhmədli qəsəbəsində müxtəlif ünvanlarda gecələmişdir. Artıq Emil ilə barışmış, Emilə yetirdiyi xəsarətə görə peşmandır. CM-nin 234.1-ci maddəsi ilə olan epizodu üzrə özünü təqsirli bilmir, ö heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, onlardan asılılığı yoxdur. Onu polislər evindən gəlib şöbəyə aparmışlar. Evində və üzərində narkotik vasitələri və digər qanunsuz əşyalar olmamışdır. Şöbədə ona polis əməkdaşları hədə-qorxu gələrək ailə üzvülərini də cinayət məsuliyyətinə cəlb edəcəkləri, üzərinə 1 kq narkotik qoyacaqları ilə hədələdikləri üçün polislərin əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə 1 ədəd siqaretin gümüşü rəngli kağız bükümü qoymaqlarına etiraz etməmiş, üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilməsinə razılıq verərək cibində olan həmin bükümü özünə məxsus büküm kimi çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Məhkəmədə verdiyi ifadəsi həqiqətdir, məhkəmədən xahiş edir ki, burda verdiyi ifadəsi həqiqi ifadə kimi qəbul edilsin. Ona ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində narkotik vasitəyə dair epizodla bağlı göstərmişdir ki, guya o, narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitələri Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxsdən əldə etmiş, 10 aprel 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığına gedib həmin şəxsdən 20 manat pul verib 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetamin əldə etmişdir. Bir daha göstərir ki, ibtidai istintaq zamanı psixtrop maddə ilə əlaqədar verdiyi ifadəsini təzyiq altında vermiş və həmin ifadəni təsdiq etmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı polisə dəvət edildikdə ilk dəfə orada görmüşdür. Təqsirləndirilən şəxslə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq edir. Belə ki, hadisə zamanı onda bıçaq olmamış, qarşı tərəflə əl-qolu ilə dalaşmışdır. Dalaşan zaman da ona görə bilmədiyi şəxs biçaqla xəsarət yetirmişdir. Heç kəsdən şikayətçi deyildir, Təqsirləndirilən şəxs bağışlamışdır.O, idmançıdır. Mübahisəsi də idmançı dostları ilə baş vermiş, dava-dalaş zamanı ona bıçaqla xəsarət yetirilmiş, lakin kim tərəfində yetirildiyini bilmir, görməmişdir. Hadisə haqqında bildirir ki, 21 fevral 2022-ci il tarixdə saat 23:30 radələrində dostu İmran və Əli ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən “Urfa” restoranını yaxınlığında olan zaman X8 idarə etdiyi “Rang Rover” markalı avtomobili yolun kənarına verib saxlayaraq avtomobildən düşüb ona yaxınlaşmışdır. Elmarla birlikdə əvvəllər idmanla məşğul olmuşdur. Həmin vaxt Elmarın arxasınca bir başqa ağ rəngli avtomobil də gələrək avtomobili yolun kənarında saxlamış və həmin avtomobildə olan şəxslər də düşərək ona yaxınlaşmışdır. Həmin vaxt Elmar və yanında olan şəxslər onun ətrafını dairəyə almışlar. Həmin şəxslərdən Elmarı, Ceyhunu, Nicatı, Ümüdi tanısa da, qalan şəxsləri tanımamışdır. Söhbət zamanı Elmar ondan dostu olan Ümüdün harada olduğunu soruşub sonuncunun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O da Elmara Ümüdün onun dostu olduğu üçün söyüş söyməməsini, Ümüdə zəng vurub özü ilə danışmasını bildirmişdir. Həmin vaxt aralarında mübahisə baş vermiş və mübahisə zamanı Elmar yumruq zərbəsi ilə onun dodaq nahiyəsindən zərbə ilə vurmuş və zərbənin təsirindən o, özünü itirib bir qədər geri çəkilmiş, sonra isə özünü müdafiə edərək ona hücum edən şəxslərlə əlbəyaxa olmuşdur. Həmin vaxt Riyad əlində olan daş parçasını ona atmışdır. O da özünü qorumaq üçün sağ əlini qabağa doğru verdiyi üçün daş parçası onun sağ əlinə dəyərək yerə düşmüşdür. Elə bu vaxt o, döş qəfəsinin sağ nahiyəsində istilik hiss etmiş və əlini həmin hissəyə vuran zaman qan axdığını görmüşdür. O, geri çəkilmiş və müvazinətini itirib yerə yıxılmışdır. Bundan sonra mübahisə yekunlaşmış və Elmarla gəlmiş şəxslər gəldikləri avtomobilə əyləşib çıxıb getmişlər. Orada olan İmran və Əli onu yoldan keçən taksiyə mindirib “Su tikinti” xəstəxanasına aparmış, oradan isə atası Vidadi onu götürüb 3 saylı Şəhər Klinik xəstəxanasına aparmış və orada əməliyyat olunmuşdur. O, istintaq zamanı öyrənmişdir ki, baş vermiş mübahisə zamanı onu bıçaqla vuran “Aslan” ləqəbli Təqsirləndirilən şəxs olmuşdur.Halhazırda Təqsirləndirilən şəxs bağışlamış, ona qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. O, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Elmar, Nicat, Ümüd və ləqəbi “Aslan” olan Təqsirləndirilən şəxslə çox vaxt birlikdə günlərini keçirmişlər. Zərərçəkmiş şəxs Emil də onlar kimi, Əhmədli qəsəbəsində yaşamağına baxmayaraq yaxşı tanımamışdır. 01 yanvar 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 17 nömrəli məktəbin qarşısından keçən zaman Emil və yanında olan dostları ona yaxınlaşıb əvvəl aralarında baş vermiş mübahisəyə görə vuran zaman ətrafda yaşayan sakinlər polisə məlumat verəcəklərini bildirdikləri üçün sonuncular çıxıb getmişlər. Bundan sonra o, bu hadisə barədə dostları Elmar, Nicat, Aslan və Ümüdə demiş və onlar Emili tapıb cəzalandırmaq qərarına gəlmişlər. Buna görə də, onlar hər yerdə demək olar ki, Emili axtarmağa başlamışlar və 21 fevral 2022-ci il tarixdə saat 23 radələrində dostu Elmarın idarə etdiyi “Rang Rover” markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən “Urfa” restoranının qarşısında Emilin yanında iki nəfər tanımadığı şəxslə dayandığını görmüşlər. Onların arxasınca iki avtomobildə Elmarın dostları da gəlmişdir. Buna görə də Elmar, avtomobili yolun kənarında verib saxlamışdır. Elmar, Aslan, Nicat və Ümüd avtomobildən düşüb Emilə yaxınlaşmışdır. Emilin yanında iki nəfər də, tanımadığı şəxs olmuşdur. Həmin vaxt onların arasında mübahisə baş vermiş və mübahisə zamanı Elmar Emilin sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vurmuşdur. Zərbənin təsirindən Emil özünü itirib yerə yıxılmışdır. O, avtomobildən düşüb yaxınlaşan zaman Emil yerdən qalxıb belində olan bıçağı çıxarıb onun üzərinə hücum etmişdir. Emilin onu bıçaqla vuracağını görüb özünü müdafiə etmək məqsədi ilə yerdə olan mişar daşının parçasını götürüb Emilə tərəf atmış və mişar daşı Emilin sağ çiyin nahiyəsinə dəyərək yerə düşmüşdür. Həmin vaxt Emil Vəlinin üzərinə gedən zaman Vəli belindən bıçaq çıxararaq Emilin qarın nahiyəsindən vurmuşdur. Onlar tez avtomobilə minərək oradan uzaqlaşıb çıxıb getmişlər. Emilə xəsarət yetirmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hadisə baş vermiş gün görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, ondan və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o , həmkarı Şahid3la birlikdə məlumat əsasında saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, 5-cü Əhmədli küçəsinə getmişlər. Orada onlar xarici görkəm əlamətlərinə görə Vəlinin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü onlara təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərərək onu Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Vəli də buna etiraz etməmiş və onlarla birlikdə idarəyə getmişdir. İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı Ramil Əhmədova təhvil vermişlər. Ramil Əhmədov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edtmiş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bundan əvvəl təhqiqatçı tərəfindən Vəliyə üzərində qeyri -qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, təhqiqatçının təklifinə əsasən Vəli əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Sonra Vəlinin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Vəlinin üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilərək qablaşdırılmış və çəkisinin 0,53 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Vəlinin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol iştirakçılara ucadan oxunduqdan sonra bütün iştirakçılar, o cümlədən də Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polisdə olan zaman heç bir fiziki zor və ya təzyiq edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq məyyən edilmişdir ki, Bakı şıhıri Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat müvəkkili Şahid2 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. O və Rəhman birlikdə məlumat əsasında saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, 5-cü Əhmədli küçəsinə getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Vəlinin əlamətləri ilə üstüstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1996-cı ildə ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 6aşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Vəliyə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Vəli də buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Ramil Əhmədova təhvil vermişlər. Ramil Əhmədov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Vəliyə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Vəli də əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Sonra Vəlinin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Vəlinin üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,53 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Vəlinin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Vəli tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, 21 fevral 2022-ci il tarixdə saat 23:30 radələrində sinif yoldaşı Emil və dostu Əli ilə birlikdə əyləşdikləri Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Xeyriyyə” çay evindən çıxaraq yaşadıqları ünvana doğru getməyə başlamışlar. Onlar Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsində yerləşən “Urfa” restoranını qarşısında olan zaman sonradan adının X8 olduğunu bildiyi şəxsin idarə etdiyi “Rang Rover” markalı avtomobili yolun kənarına verib saxlayaraq avtomobildən düşüb Emilə yaxınlaşmışdır. Həmin vaxt Elmarın arxasınca bir başqa ağ rəngli avtomobil də gələrək avtomobili yolun kənarında saxlamış və həmin avtomobildə olan şəxslər də düşərək Emilə yaxınlaşmışdır. Həmin vaxt Elmar və yanında olan şəxslər Emilin ətrafını dairəyə almışlar. Söhbət zamanı Elmar Emildən dostu olan Ümüdün harada olduğunu soruşub sonuncunun ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Emil də Elmara Ümüdün onun dostu olduğu üçün söyüş söyməməsini, Ümüdə zəng vurub özü ilə danışmasını bildirmişdir. Həmin vaxt Emillə Elmarın arasında mübahisə baş vermişdir. Mübahisə zamanı həmin şəxslərdən biri Emilin dodaq nahiyəmdən zərbə ilə vurmuş və zərbənin təsirindən Emil özünü itirib bir qədər geri çəkilmişdir. Buna baxmayaraq həmin şəxslər Emili vurmağa davam etmişlər və Emil özünü müdafiə etmək üçün əli ilə sifət nahiyəsini tutub başını aşağı əymişdir. Həmin vaxtı sonradan adının bildiyi Vəli adlı şəxs Emilin kürək nahiyəsinə bıçaqla vurmuşdur. Emil həmin şəxslərin bıçaqla vurulduğunu başa düşüb geri doğru çəkilmiş və müvazinətini itirib yerə yıxılmışdır. Emil artıq bıçaqla vurulduğunu və həmin şəxslərin sayca çox olmasını görüb özünü müdafiə etmək uçun üzərində olan bıçağı çıxarıb açmışdır. Həmin vaxt sonradan adının Ceyhun olduğunu bildiyi şəxs Emilin üzərinə doğru gələn zaman Emil Ceyhunu qorxutmaq məqsədi ilə bıçaqla sonuncuya zərbə atmışdır. Lakin, Ceyhun geri çəkildiyi üçün Emilin atdığı bıçaq zərbəsi Ceyhuna dəyməmişdir. Həmin vaxt adının sonradan Riyad olduğunu öyrəndiyi şəxs Emilə doğru gəlib əlində olan daş parçasını Emilə doğru atmışdır. Emil də özünü qorumaq üçün sağ əlini qabağa doğru verdiyi üçün daş zərbəsi Emilin sağ əlinə dəyərək yerə düşmüşdür. Bundan sonra mübahisə yekunlaşmış və orada olan Elmarla hələn şəxslər gəldikləri avtomobilə əyləşib çıxıb getmişlər. Bundan sonra o və Əli Emili yoldan keçən taksi kimi fəaliyyət göstərən avtomobilə qoyaraq “Su tikinti” xəstəxanasına aparmışlar. Lakin, xəstəxana təmirlə bağlı işləmədiyi üçün Emilin atası Vidadiyə zəng vuraraq məlumat vermişlər. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs qarın nahiyəsinin kəsilmiş, deşilmiş yarası xəsarəti ilə 3 saylı ŞKX-na daxil olması barədə həmin tibbi müəssisədən məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal həbsdən azad edilərək, 03 (üç) ay müddətinə, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir.Həmin qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 3 az yaşlı uşağı vardır. Məhkəmədə elan edilib araşdırılmış “könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində ünvan 10 ünvanında yerləşən “Dost qapısı” adlı kafenin qarşısında Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyini bildirdiyi 01 ədəd dəstək hissəsi plastmasdan, tiyə hissəsi gümüşü və qatlanan 01 ədəd bıçağı könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq sübut əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisənin baş verdiyi yer ünvan 11 ünvanında yerləşən “Dost qapısı” kafesinin qarşısıdır, kafenin qarşısında səki ilə piyadaların hərəkəti üçün nəzərdə tutulmuş yol vardır. Səkinin qarşısında isə iki tərəfli avtomobillərin hər iki istiqamətdə hərkət üçün nəzərdə tutulmuş yol, kafe ilə üzbəüz məktəb, onun yanında kiosk və avtomaşınların yuyulması üçün nəzərdə tutulmuş yer vardır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşikar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 19 mart 2022-ci il tarixli 241 saylı məhkəmə tibbiekspertiza rəyindən müəyyən olunur ki, Vət.Zərərçəkmiş şəxs döş qəfəsin sağ yarısının periton boşluğuna nüfuz edən qaraciyəri zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası və üst dodağın əzilmiş yarası müəyyən edildi. Xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Üst dodağın əzilmiş yarası isə bərk küt əşyanın təsirindən törənmişdir. Yuxarıda qeyd edilən xəsarətlər zərərçəkənin dediyi xx.xx.2022-ci il tarixdə və şəraitdə yetirilə bilər. Dərəcəsinə görə döş qəfəsin sağ yarısının periton boşluğuna nüfuz edən qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir, üst dodağın əzilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişdir. Xarakterinə və lokalizasiyasına görə, qeyd edilən xəsarətlərin yıxılma nəticəsində alınması, eləcədə özünün-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 175/2022-MTBŞ saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs qan qrupu təqdim olunmuş şəxsiyyəti təsdiq edən axtarış vərəqəsinin kserosurətinə əsasən- İV qrupdur. Ekspertizaya təqdim edilmiş köynək üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda ABo (İV) qrupunu əsas xarakterizə edən A və B antigenləri alındı, aqqlyutininlər isə alınmadı. Beləliklə, bu qan ləkələri ABo (İV) qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli 145-MTKŞ/2022 saylı rəyindən müəyyən olunur ki, maddi sübutların məhkəmə tibbi-kiminalistik və məhkəmə-kriminalistik tədqiqatına dair aşağıdakı nəticəyə gəlinir: 1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağda olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 3.Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab olunmur. 4.Təqdim olunmuş bıçağın üzərində, sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Şahid1 tanınmaya təqdim edilmiş şəxs “Aslan” ləqəbli Təqsirləndirilən şəxsdur. Şahid1 tanınmaya təqdim edilmiş şəxslər içərisindən “Aslan” ləqəbli Təqsirləndirilən şəxs sağdan-sola 2-ci yerdə duran şəxs olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsin tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs təqdim edilmiş şəxs “Aslan” ləqəbli Təqsirləndirilən şəxsdur.Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş şəxslər içərisindən ona bıçaqla xəsarət yetirmiş Təqsirləndirilən şəxs soldan-sağa 3-cü yerdə dayanmış şəxs olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Xətai RPİ-nin İŞ-nin rəsinə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs “Aslan” ləqəbli Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti olmadığını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, “Vəli” adlı şəxsin narkotik vasitələrin saxlanılması, qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmiş və həmin tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əmədliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Xətai RPİ-ni 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsində saxlanılaraq 34-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş və Təqsirləndirilən şəxs barəsində CM-nin 126.1-ci maddəsi ilə olan cinayət işinə birləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş aparılmaqla keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş, ağ rəngli, kristal şəkilli olan narkotik vasitəyə bənzər maddəni təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər maddəni bir gün əvvəl Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında tanımadığı bir şəxsdən öz istifadəsi üçün 20 manata metamfetamin olduğunu bilərək əldə etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikasının CM-nin 126.1 və 234.1-ci maddələri təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri 01 ay 21 gün müddətinə “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal azad edilərək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, müddəti həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmış və elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə elektron tətəzi ilə ölçüldükdən sonra təmiz çəkisi 0,53 qram kustar üsulla hazırlanmış psixotrop maddə təqdim edir və bu maddəni bir gün əvvəl Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro stansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığnı bildirir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2033 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş,bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,329 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2299 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki,Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,329 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınsın və qalıq qalmış 0,279 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi 1 ədəd cib bıçağı və Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd uzunqol köynək saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, üzləşdirmə və tanınmaya təqdim etmə protokolları, ekspertiza rəyləri eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək zərərçəkmiş şəxsə kütləvi mübahisə zamanı xəsarət yetirməsini etiraf etmiş, həmçinin zərərçəkmiş şəxs və şahidlər zərərçəkmiş şəxsə bıçaqla məhz Təqsirləndirilən şəxs tərəfindən xəsarət yetirməsini təsdiq etmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü narkotik epizodu üzrə təqsirli bilməyərək, göstərmişdir ki, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, onlardan asılılığı olmadığını demiş, narkotik onun üzərinə polis əməkadaşları tərəfindən qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmaması, tutulan zaman üzərində heç bir qanunsuz əşya olmaması və narkotik vasitəni polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş DVD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitə istehlak miqdarından çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opoidlərin və psixatrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu -narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqlarının olması məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-cı maddəsi ilə cəza təyin etdtikdə həmin Məcəlləinin 60-cı maddəsi tətdiq edilməklə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti və “ev dustaqlığı” qətimkan tədbirinin onun barəsində seçilməsi məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 1 ədəd cib bıçağı, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd uzunqol köynək və tədqiqatdan sonra qalıq çəkisi 0.279 qram metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş DVD disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi ərazi üzrə fəaliyyət göstərən Məhvetmə Komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş manat) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 240 AZN (iki üz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində “həbs” qətimkan tədbiri seçilməklə o məhkəmə zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 1 ədəd cib bıçağı, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd uzunqol köynək və tədqiqatdan sonra qalıq çəkisi 0,279 qram psixotrop maddə metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitənin məhv edilməsi ərazi üzrə fəaliyyət göstərən Məhvetmə Komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş manat ) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1261/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1261/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver