Məhkəmə qərarları › İş №1(101)-1261/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1261/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1261/2024 30.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, təhsilsiz, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa massivi, nömrəsiz fərdi evdə yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hökmün təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təkrar narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 274,1 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 13:40 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa yaşayış massivində nömrəsiz fərdi tikili evin yaxınlığında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasına gətirilib xidməti otaqda üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bağlamadakı külli miqdarda təmiz cəkisi 274,1 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi təmiz çəkisi 0,139 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,148 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 21 noyabr 2023cü il tarixdə, saat 17:55 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Maştağa yaşayış sahəsi yaxınlığında özünü şübhəli aparması səbəbindən saxlanılaraq Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin inzibati binasına gətirilib xidməti otaqda üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan krem rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,063 qram və 0,036 qram olmaqla ümumi təmiz çəkisi 0,139 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,081 qram və 0,067 qram olmaqla, ümumi təmiz çəkisi 0,148 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ittiham aktında qeyd olunanlarla razıdır və heç bir etirazı yoxdur. O, suallara cavab olaraq bildirmişdir ki, saxlanıldığı vaxt üzərindən aşkar olunan narkotik vasitələrin çəkisi ona maraqlı deyil, çünki azadlığa çıxdıqdan sonra yenidən narkotik vasitə istifadə etməyə başlayacaqdır. İttiham aktında yazılanlarla bağlı heç kim ona heç nəyi məcbur etməmişdir. Sağalmağı üçün tutulmağını istəyir. Narkotik vasitənin hansı növündən istifadə etdiyini bilmir. Aşkar olunan narkotik vasitələri öz istifadəsi üçün əldə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadədə yazılanların hamısı doğrudur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində yazılanlar düzdür. Heç vaxt narkotik vasitə satmaq fikri olmamışdır. Aşkar olunan narkotik vasitələri yavaş-yavaş öz istifadəsi üçün əldə etmişdir. Narkotik vasitəni kiməsə pay və ya bağışlamaq niyyəti olmamışdır. 16 yaşından narkotik vasitə istifadə edir. Narkotik vasitə istifadə etməyinə heç bir qıraq təsirlər səbəb olmamış, sadəcə Bayıl qəsəbəsinin sakini olduğu üçün narkotik vasitə istifadə etməyə başlamışdır. Saxlanıldığı vaxt polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixoloji təsir və təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında ifadə verən Şahid4 onun saxlanılmağında iştirak etməyini görməmişdir. O, elan olunmuş ittiham üzrə CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 12 il müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 16 ildir ki, el arasında “kakos” deyilən narkotik vasitə qəbul edir. 1 ildən çox müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olur. İlk dəfə 2022-ci ilin fevral ayında Dünya adlı tanışı vasitəsi ilə “Əmi” adlı İranlı ilə tanış olmuş, onunla mobil telefonda “Whatsapp” ani mesajlaşma programı vasitəsi ilə +**********64 saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. O, həmin şəxsin kartına pul göndərmiş, Əmi adlı şəxs isə qarşılığında “Kakos”, “patı” adlanan narkotik vasitələri hər dəfəsində fərqli yerlərə qoymuş, o, pulu atdıqdan sonra Əmi ona yerləri demiş, daha sonra isə o, gedib narkotik vasitəni götürmüşdür. Sonra isə həmin narkotik vasitələri narkotik vasitəyə ehtiyacını ödəmək üçün, həm də maddi vəziyyətinin pis olması ilə əlaqədar satmışdır. Sonuncu dəfə o, xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində Əmi adlı şəxslə +**********64 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. O, “M10” pul ödəmə proqramı vasitəsi ilə Əmi adlı şəxsin ona bildirdiyi ***-***-**-** saylı mobil nömrənin balansına 140 manat pul göndərmişdir. Əmi adlı şəxs isə ona “Whatsapp” ani mesajlaşma programı vasitəsi ilə “Konum” göndərmişdir. O, həmin konumla gedərək Bakı şəhəri, Yasamal rayonu ərazisində 19 nömrəli poliklinika yaxınlığında divarın kənarında 1 ədəd yapışdırıcı lentlə bükülü vəziyyətdə olan bükülüdə içərisində “Kakos” adlanan narkotik vasitəni götürmüşdür. O, xx.xx.2023-cü il tarixdə, saat 13:40 radələrində yaşadığı evə gələn zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, polis olduğunu bildirib onu Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində inzibati otaqların birində ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videogörüntü ilə baxış keçirilmişdir. Baxışdan öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. Bu səbəbdən o, qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus içərisində 1 bükümdə “kakos” adlanan narkotik vasitəni, digər cibindən isə 1 ədəd “Tecno” markalı və 1 ədəd “Samsunq” markalı mobil telefonu təqdim etmişdir. Üzərindən aşkar edilən narkotik vasitə qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. O, narkotik vasitə olan “kokos” kimi tanıdığı heroini təxminən 16 ildir ki, istifadə edir. Belə ki həmin narkotik vasitəni gizlətməyə başqa yeri olmadığına görə öz üzərində istifadəsi üçün gəzdirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə və psixotrop maddə saxlamamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və ondan sonrakı müddət ərzində ona heç bir təzyiq göstərilməmişdir. O, “Əmi” adlı şəxsi tanımamışdır. Onunla ancaq telefon vasitəsi ilə danışıb pul göndərməklə qoyduğu yerdən gedib narkotik vasitə və psixotrop maddələri götürmüşdür. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Tanımadığı şəxslərə narkotik vasitə heroini müxtəlif məbləğdə satmışdır. Narkotik vasitəni əldə etmək üçün pulu fərdi əməklə məşğul olub qazanmışdır. Bundan başqa, 21 noyabr 2023-cü il tarixdə, saat 17:55 radələrində Sabunçu rayonu, Nardaran qəsəbəsi, Maştağa-Nardaran yaşayış sahəsində yerləşən yaşadığı evin yaxınlığında piyada gedən zaman biri polis, digəri isə mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhələndiyi bildirilərək üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu 42ci PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə polis əməkdaşları onu 42-ci PB-nə aparmışlar. 42-ci PB-də öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qeyri-qanuni əşya olub-olmaması soruşulmuş və o, əynində olan krem rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş 05 ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bükümlərdə narkotik maddələr olduğunu, onları xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən cəmi 40 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin narkotik maddələri satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün alaraq əldə etmişdir. Narkotik maddələri aldığı şəxsi üzdən tanımış, başqa heç bir məlumatlarını bilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabunçu RPİ-nin 42-ci PB-yə daxil olmuş məlumat 42-ci PB-in rəhbərliyinə məruzə edilmişdir. Daxil olmuş məlumatla bağlı qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupu hadisə yerinə getmişdir. Daxil olmuş məlumatda Bəturə adlı şəxsin narkotik vasitələrin daşınması, saxlanması və satışı ilə məşğul olması göstərilmişdir. Məlumatda qeyd olunan şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət olunmuşdur. 42-ci PB-də xidməti otaqların birində saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən 1 büküm narkotik vasitə aşkar olunmuşdur. Bəturədən üzərindən aşkar olunanın nə olduğunu və narkotik vasitəni hardan, necə əldə etdiyi soruşulduqa sonuncu cavab olaraq aşkar olunanın kakos adlı narkotik vasitə olduğunu və İran İslam Respublikasının vətəndaşı “Əmi” adlı şəxsin kartına pul göndərməklə əldə etdiyini bildirmişdir. Aşkar olunan narkotik vasitə tərəflərindən qablaşdırılaraq tərkibinin nə olduğunu müəyyənləşdirmək üçün ekspertizaya göndərilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan 1 büküm narkotik vasitənin çəkisi 200-300 qram olardı. Onlara daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə də məşğul olması göstərilmişdir. İstintaq hərəkətləri vaxtı saxlanılan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması halları araşdırılmışdır. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitə video çəkiliş zamanı açılıb baxılmışdır. Təqsirləndirilən şəxsin üzərindən tərəzinin çıxıb-çıxmaması yadında deyil. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin üzərinə video çəkilişlə baxış keçirilən zaman görmüşdür. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman əynindəki şalvarın cibindən 1 büküm çıxmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman heç bir narazılığı olmamış, verilən sualları cavablandırmış və aşkar olunan narkotik vasitəni özü təqdim etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı 1 büküm narkotik vasitə cibindən çıxardıb təqdim etmişdir. Uzun müddət keçdiyi üçün tam dəqiq deyə bilməz neçə büküm aşkar olunmuş, amma 1 büküm aşkar olunmuş, nə aşkar olunubsa hamısı video çəkilişdə qeydə alınmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, baş verən hadisə uzun müddət keçdiyindən yadında qalmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxsi 2023-cü ilin avqust ayında yaşadığı evin yaxınlığında şübhəli şəxs qismində saxlayıb Sabunçu RPİ-nin 42-ci PB-yə dəvət etmişlər. 42-ci PB-də təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən narkotik vasitə aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitənin çəkisi, bükümlərin sayı və çeşidi yadında deyil. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələri nə üçün əldə etməsi barədə dedikləri yadında deyil. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hazırda Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsi daşıyır. 29 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 13:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran yaşayış massivi, nömrəsiz ünvanın yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Sabunçu RPİnin 42-ci PB-nə dəvət etmişlər. O, da razı olaraq onlarla birlikdə 42-ci PB-nə gəlmişdir. Sabunçu RPİ-nin 42-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə görüşdükdən sonra onun, Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Sabunçu RPİ-nin 42-ci PBnin dəftərxana operatoru Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, bu vaxt sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd yapışdırıcı lentə bükülü vəziyyətdə olan bükümü, əynindəki şalvarın sol cibindən isə bir ədəd “Tecno” markalı və bir ədəd ”X11” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisində baxıldıqdan sonra ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün içərisində kokos kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni bugün Bakı şəhəri, Yasamal rayonu ərazisində “Əmi” ləqəbli şəxsdən 300 manata satış məqsədi ilə alınb əldə etdiyini, 16 ildir ki, narkotik maddə aludəçisi olduğunu, bir il yarımdır ki, narkotik maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm və 02 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin zəruri olduğu izah edilərək bununla bağlı etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və onun müdaiəçisinin iştirakı ilə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Nardaran masisivində yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edimişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu RPİ-nin 42-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hazırda Sabunçu RPİ-nin 42-ci PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili vəzifəsində çalışır və polis serjantı xüsusi rütbəsi daşıyır. 21 noyabr 2023-cü il tarixdə Sabunçu RPİ-nin 42-ci PB-nin manqa komandiri, polis baş serjantı Şahid4la birlikdə xidməti ərazidə olan zaman saat 17:55 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran-Maştağa yaşayış sahəsi yaxınlığında bir nəfər qadının özünü şübhəli aparmasını görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib, ondan özünü təqdim etməsini istəmişlər. Həmin qadın da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Sabunçu RPİ-nin 42-ci PB-nə dəvət etmişlər. O, da razı olaraq onlarla birlikdə 42-ci PB-nə gəlmişdir. Sabunçu RPİ-nin 42-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. O, müdafiəçi ilə görüşdükdən sonra onun, manqa komandiri, polis baş serjantı Şahid4 və Sabunçu RPİ-nin 42-ci PB-nin dəftərxana operatoru Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan krem rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisində baxıldıqdan sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 05 ədəd bükümdən 03 ədəd bükümün içərisində heroin və 02 ədəd bükümün içərisində isə metamfetamin tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri bugün səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsdən cəmi 40 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 05 ədəd büküm aşkar edilərək götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və Sabunçu RPİ-nin 42-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hazırda Sabunçu RPİnin 42-ci PB-də dəftərxana operatoru işləyir. 29 avqust 2023-cü il tarixdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman iştirak etməyim təklif edilmiş, o da razılaşmışdır. Bundan sonra onun, Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkilləri, polis mayoru Şahid1 və Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd yapışdırıcı lentə bükülü vəziyyətdə olan bükümü, əynindəki şalvarın sol cibindən isə bir ədəd “Tecno” markalı və bir ədəd ”X11” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisində baxıldıqdan sonra ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün içərisində kokos kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni bugün Bakı şəhəri, Yasamal rayonu ərazisində “Əmi” ləqəbli şəxsdən 300 manata satış məqsədi ilə alınb əldə etdiyini, 16 ildir ki, narkotik maddə aludəıçisi olduğunu, bir il yarımdır ki, narkotik maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm və 02 ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Bundan başqa 21 noyabr 2023-cü il tarixdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman iştirak etməyi təklif edilmiş, o da razılaşmışdır. Bundan sonra onun, Sabunçu RPİ-nin 42-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid5 və 42-ci PB-nin manqa komandiri, polis baş serjantı Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan krem rəngli cins şalvarın sağ yan cibindən 05 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisində baxıldıqdan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin 05 ədəd bükümdən 03 ədəd bükümün içərisində heroin və 02 ədəd bükümün içərisində isə metamfetamin tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri bugün səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsdən cəmi 40 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 05 ədəd büküm aşkar edilərək götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 42-ci PB-də olduğu zaman sonuncuya qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 4) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə Sabunçu RPİ-nin 42-ci PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 5-6) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:10-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 13:40-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 19) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan, xx.xx.2023cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd yapışdırıcı lentlə bükülü vəziyyətdə içərisində Kakos adlandırdığı qəhvəyi rəngli maddə olan qara rəngli bükülünü, həmin şalvarın sol cibindən 1 ədəd qara rəngli Tecno markalı mobil telefonu, 1 ədəd X8 markalı mobil telefonu təqdim etmişdir. Qara rəngli bükülüyə baxış zamanı onun içərisində qəhvəyi rəngli toz halında maddə aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs qara rəngli bükülüdə olan maddənin narkotik vasitə olan “Kakos” olmasını, həmin narkotik maddəni bu gün gecə saatlarında Əmi adlı şəxsdən Yasamal rayonu ərazisindən 300 manata aldığını, satış məqsədi ilə üzərində saxlamasını, 16 ildir ki, narkotik vasitə istifadəçisi olmasını,1 il yarım müddətdir ki, narkotik vasitə satışı ilə məşğul olmasını qeyd etmişdir. (l cild i.v 30-32, 194) xx.xx.2023-cü il tarixli “fərdi evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, yaşadığı fərdi evinə baxış və götürmə aparılan Təqsirləndirilən şəxs qeyd etdiyi narkotik vasitəni hansı hissəsində olmasını göstərməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və evin həyətyanı sahəsində qanunla daşınması, saxlanması qadağan edilmiş hər hansısa bir əşya, maddə olmadığını bildirmişdir. Onun yaşadığı Sabunçu rayonu, Maştağa-Nardaran massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə və yaşadığı evdə otağına baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. (l cild i.v 34- 35, 195) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/4599 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №241” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs “imza” ...” sözləri, soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd sellofan bağlamadakı təmiz çəkisi 274,1 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild i.v. 47-51) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 61-62) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)-676/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 13:40dan hesablanmışdır. (İ cild i.v. 81-91) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild i.v. 113-114) xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli “X11” markalı mobil telefona baxış zamanı həmin mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olması və mobil telefonun “Whatsapp” proqramına daxil olduqda “İram” adı ilə qeyd edilmiş +98 905 *** **** nömrə ilə “Bakumoldan geldin 19 nomreli poliklinikanın yanına o binanın qurataracağında saqa həyətə yol girir sola baxsin iki dene sol yol var biri giren kimi sol biri de yuxari sol sola gedsin bagca var sokubler remontdu onun hasariyla getsin biraz qabaga divarin icinde Turbanin yaninda 19 nomreli poliklinika az petrolla uzbeuzdu bes mertebe binanin altinda polkiklinika” məzmununda sms yazılması müəyyən edilmişdir. (İ cild i.v. 115-117) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, HK/1-471 nömrəli material ********* saylı cinayət işinə əlavə edilmişdir. (l cild i.v. 119-120) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:00-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 17:55-də tutulmuş hesab edilmişdir. (l cild i.v. 135) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan, xx.xx.2023cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək dgər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki krem rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd gümüşü kağıza bükülmüş qəhvəyi rəngli, tozşəkilli kokosa bənzər bükümü və iki ədəd yenə gümüşü kağızda olan şəffaf rəngli, kristalşəkilli metamfetaminə bənzər psixitrop maddəni könüllü şəkildə təqdim etmişdir. Bəturə Babayevə 03 ədəd bükümün içərisində heroin və 02 ədəd bükümün içərisində isə metamfetamin tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri bu gün səhər saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı şəxsdən cəmi 40 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. (l cild i.v 145-147, 196) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/6115 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №241” dairəvi möhür əksləri olan, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 3 (üç) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,040 qram, 0,063 qram və 0,036 qram, ümumi təmiz çəkisi 0,139 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,081 qram, 0,067 qram, ümumi təmiz çəkisi 0,148 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ cild i.v. 158-163) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi statusu ləğv edilmiş və Sabunçu RPİ-nin 42-ci PB-nin MSY-dən azad edilmişdir. (İ cild i.v. 164-165) xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. (İ cild i.v. 168) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X9 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7627 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 197-198) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 3278 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərini, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. (İ cild i.v. 199-201) xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1 maddəsindən, həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərindən iki dəfə aşkar edilərək götürülmüş cəmi 274,1 qram narkotik vasitə heroin, 0,139 qram narkotik vasitə heroin və 0,148 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 274,05 qram narkotik vasitə heroin, 0,094 qram narkotik vasitə heroin, 0,118 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (İ cild i.v. 204-219) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 225- 227) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)-918/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 15 gün müddətinə uzadılmışdır. (İ cild i.v. 259-264) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1261/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(101)-1261/2024 saylı qərarı ilə axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, məhkəmə istintaq zamanı qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə satmaq fikrinin olmaması, narkotik vasitəni kiməsə pay və ya bağışlamaq niyyətinin olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən “şəxsi axtarış və götürmə haqqında” protokollar, “mobil telefona baxış keçirilməsi barədə” protokol, şahid ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təkrar narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, daşıması və saxlamasına dair ibtidai istintaq zamanı dindirilərkən dəfələrlə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri daha obyektiv və iş materialları ilə uyğunluq təşkil edən sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olması, miqdarı Təqsirləndirilən şəxs heç kimə narkotik maddə satmaması ilə bağlı verdiyi ifadələri tam şəkildə təkzib edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu, tanımadığı şəxslərə narkotik vasitə heroini müxtəlif məbləğdə satdığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X7 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:10-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 13:40-da tutulmuş hesab edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(008)- 676/2023 saylı qərarı ilə barəsində 04 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 13:40-dan hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(008)-918/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 15 gün müddətinə uzadılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1261/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(101)-1261/2024 saylı qərarı ilə axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına təhvil verilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət, xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında olduğu 04 ay 11 gün, ümumilikdə 04 ay 13 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1261/2024 saylı qərarı ilə axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq xx.xx.2024-cü il tarixdə Bakı istintaq təcridxanasına təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 130 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil ekspertiza tədqiqatından sonrakı qalıq 274,05 qram narkotik vasitə heroin, 0,094 qram narkotik vasitə heroin, 0,118 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu, ev dustaqlığında olduğu 04 ay 13 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 05 (beş) il 01 (bir) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq 274,05 qram narkotik vasitə heroin, 0,094 qram narkotik vasitə heroin, 0,118 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 130 (yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar