Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1263/2021 17.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları X2 və Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi – Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, bərbər işləyən, məhkum olunmamış, Lənkəran şəhəri, H.Z.Tağıycv küçəsi, ev 176-da qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 09.04.1992-ci il təvəllüdlü bacısı X5 və xx.xx.1969-cu il təvəllüdlü anası Zərərçəkmiş şəxs yaşadıqları Bakı şəhərində əxlaqsız həyat tərzi sürdüklərini zənn edərək onları cəzalandırmaq məqsədi ilə 09.03.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən zavod üsulu ilə hazırlanmış soyuq silah hesab olunmayan, tiyəsinin uzunluğu 120 mm. eni 30 mm. dəstəyinin uzunluğu isə 115 mm, eni 25 mm olan məişət təyinatlı turist bıçağını götürüb Lənkəran şəhərindən yol avtomobili ilə çıxaraq Bakı şəhərinə yollanmış və 10.03.2021-ci il tarixdə saat 01 radələrində ünvan 1 ünvanında yerləşən "Məclis” çay evinə getmiş, orada anası Zərərçəkmiş şəxs ilə onun və bacısının barələrində əxlaqsız həyat tərzi sürmələri ilə əlaqədar mövzuda mübahisə etmiş, anasından bacısı Ş.A.Mirzəyevanın olduğu yeri dəfələrlə soruşsa da, anasından bu barədə cavab ala bilməmiş, nəticədə saat 01:45-də üzərində gəzdirdiyi bıçağını şalvarının belinin arxasından çıxararaq aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi ağrılar verməsini dərk edərək xüsusi amansızlıqla, yəni müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla çoxlu sayda bədən xəsarətləri yetirərək qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq bir neçə dəfə vurub hər biri ayrı- ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəli olan döş qəfəsinin ön səthinin sol yarısından daxilə-boşluğuna keçib, ətraf yumşaq toxumaları, sol İV-V və Vİ qabırğaları, sol ağciyəri, ürək kisəsi və ürəyi zədələyən, sol tərəfli hemopnevmotoraks, ürəkdə çoxsaylı Minakov ləkələri, döş boşluğunda çoxlu miqdarda duru və laxtalı qan, daxili üzvlərin azqanlığı, kəskin çoxlu qanitirmə ilə müşayiət olunan cəmi 5 (beş) ədəd daxilə-döş boşluğuna keçən deşilmiş - kəsilmiş yaralar xəsarətləri və hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəli olmayan döş qəfəsinin ön səthinin əsasən sol və qismən sağ yarısında, boynun sağ və sol yan və sağ arxa səthləri, sol yuxarı ətraf, sağ çiyin qurşağı, sağ bazu və sağ əlin arxa səthləri nahiyələrində cəmi 30 (otuz) ədəd daxilə nüfuz etməyən deşilmiş - kəsilmiş yaralar, ümumilikdə 35 (otuz beş) ədəd xəsarət yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən onu həyatdan məhrum etmişdir Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, X1 2007-ci il tarixdə vəfat etmişdir. X3 ilə 2018-ci ilin sonlarına qədər birlikdə yaşamışlar. 1992-ci il təvəllüdlü bacısı X9 Bakı şəhərində tək yaşadığı üçün 2018-ci ildən etibarən anası bacısının yanına köçmüş və harada yaşadıqlarını o bilməmişdir. 2020-ci ildə təxminən noyabr-dekabr aylarında yaşadığı ərazidə anası və bacısı haqqında xoşagəlməz söhbətlər yayılmağa başladığını, lakin bu söhbətlərin konkret hansı şəxs tərəfindən yayıldığını bilməmişdir. X14 yaşayan zaman 11-ci sinifdə oxuyarkən Bakı şəhərinə qaçmış, sonra anası onu Zığ qəsəbəsində taparaq geri qaytarmışdır. Lakin, həmin vaxt bacısının Bakıda harada qaldığından onun xəbəri olmamışdır. Bacısı ilk dəfə Yusif adlı oğlana qoşulub qaçmışdır. Bacısı Lənkərana qayıtdıqdan sonra onu təxminən 2012-ci ildə Mirzə adlı şəxslə evləndirdiklərini və bu nikahdan bacısının bir oğlan və bir qız övladı anadan olduğunu eşitmişdir. Lakin, bacısı təxminən 2018-ci ildə ərindən boşanmışdır. Hazırda Polad adlı oğlu xalası ilə, Rəziyyə adlı qızı bacısı ilə yaşayır. O, bu söhbətləri eşitdikdən sonra, həmin söhbətlərə inanmış, çünki dəfələrlə bu barədə bacısı ilə söhbət etmiş, bacısının telefonuna baxarkən “İnstagram" sosial şəbəkəsində olan profilində, müxtəlif kişilərlə səsli mesajlarına qulaq asmış və başa düşmüşdür ki, bacısı şəhərdə əxlaqsız hərəkətlərlə məşğul olub və anası bunu bilərək bunu qohumlardan gizlətmiş və anası özü də bacısına başqa kişilərlə görüşmək üçün şərait yaratmışdır. O da, dəfələrlə anasından xahiş etmişdir ki, bacısı bu hərəkətlərə son qoysun və Lənkərana qayıdaraq onlarla birlikdə yaşasın. Lakin, anası buna icazə verməmiş və o, başa düşmüşdür ki, anası özü də şəhərdə əxlaqsız hərəkətlərlə məşğul olur. Lakin, konkret olaraq kimlə yaxud kimlərlə görüşdüyünü bilməmişdir. Buna görə o, bu biabırçılığa dözə bilməmiş, çünki faktiki olaraq o öz kəndində bacısı və anasına görə biabır olmuşdur. Belə ki, o, bərbər işlədiyi üçün əvvəllər hər gün işlə bağlı yanına müştərilər gəlmiş, lakin son zamanlar bu söhbətlər yayıldıqdan sonra onun yanına heç kim gəlməmişdir. Buna görə o, çox əzab çəkmiş və faktiki olaraq küçəyə çıxa bilməmişdir. 9 mart 2021 -ci il tarixdə saat 20 radələrində Lənkəran şəhərindən çıxaraq Bakıya gəlmişdir. Məqsədi bacısını tapıb onu Lənkəran şəhərinə qaytarmaq olmuşdur. Lakin başa düşmüşdür ki, bacısı buna etiraz etsə və əxlaqsız hərəkətlərə davam etsə onu öldürəcəkdir. Çünki başqa çıxış yolu qalmamışdır. Buna görə o, Lənkəran şəhərində yaşadığı evində olan, babasından qalmış dəmir dəstəkli ov bıçağını özü ilə Bakı şəhərinə gətirmişdir. Təxminən saat 00:30 radələrində “Koroğlu" metrostansiyası yaxınlığında taksidən düşüb xalası oğlu Cavidanla əlaqə saxlamış və bildirmişdir ki, onlara qonaq gəlir. Təxminən yarım saatdan sonra Cavidan özünə məxsus avtomobillə onun arxasınca gəlmiş və onu dəqiq ünvanı bilmədiyi yaşadığı evinə aparmışdır. Orada çay içərək söhbət etdikləri zaman Cavidan ona belə işlər görməməyini bildirmiş və pul verərək ondan geri qayıtmağını istəmişdir. O, buna etiraz etmiş və Cavidana yalandan anası və bacısını götürüb Lənkəran şəhərinə aparacağını, orada şərait yaradıb, birlikdə yaşayacaqlarını bildirmişdir. Bundan sonra Cavidan ona anasının Xətai rayonunda yerləşən '"Məclis" adlı çay evində gecə növbəsində xadimə işlədiyini demişdir. O da, Cavidanla bir qədər söhbət etdikdən sonra, saat 01 radələrində Lənkəran şəhərinə qayıdacağını deyib sağollaşaraq taksi ilə Xətai rayonunda yerləşən '"Məclis" adlanan çay evinə getmişdir. Yolda anasının mobil telefonuna zəng edərək anasına bacısı ilə görüşmək istədiyini demişdir. Anası isə ona "narahat olma, bacın səni qarşılayacaq'1 deyərək mobil telefonunu söndürmüşdür. Təxminən saat 01:30 radələrində həmin çay evinin qarşısına gəlmişdir. Yenidən anasına zəng edərək orada olduğunu bildirmiş, anası qapını açaraq onu içəri keçməsinə şərait yaratmışdır. O, “Məclis» çay evinə keçdikdən sonra bacısının orada olmadığını görmüşdür. Anasından bacısını soruşduğu zaman anası ona “onun adını tutma, o burada yoxdur» deyərək cavab vermişdir. Bundan sonra anası onun üçün yemək və çay hazırlamaq üçün mətbəxə keçmiş və o, anası ilə söhbət etməyə başlamışdır ki, bacısı Lənkəran şəhərinə qayıtsın və öz əxlaqsız hərəkətlərinə son qoysun. Lakin anası ona kobud cavab verərək bildirmişdir ki, “bacısı yaxşı edir və heç bir yerə qayıtmayacaq, biz bu həyatı seçmişik”. Sonra onlar kafedə olan kabinetə keçmiş və anası hazırladığı yeməkləri və çayı onun qarşısına qoymuş və o, orada olan kresloda əyləşmiş, anası da onunla üzbəüz divanda əyləşmişdir. O, yemək yemədiyini, yalnız çay içərək anasından bacısının Lənkəran şəhərinə qayıtmasım xahiş etdiyini, onu və ailə üzvlərini biabır etməməyini xahiş etmişdir. Bu sözlərdən sonra anası əsəbləşib ayağa duraraq onu və rəhmətlik atasını ağır söyüşlərlə təhqir etməyə başlamışdır. O da, həyəcanlı vəziyyətdə ayağa durmuş və şalvarının kəmər yerinə keçirdiyi, evdən götürdüyü bıçağı çıxararaq anasının qollarına və döş qəfəsi hissəsinə həmin bıçaqla zərbələr vurmağa başlamışdır. O, anasını bıçaqla vurmuşdur. Anasına acıqlı olduğu üçün hirsini çıxarmaq məqsədilə sayını bilmədiyi qədər çoxsaylı ardıcıl zərbələr vurmuşdur. O, anasını bir neçə dəfə vurduqdan sonra anası əvvəl divana, sonra isə yerə yıxılmışdır. Bundan sonra qismən sakitləşmişdir. Anası yerə yıxıldıqdan sonra onu vurmamışdır. Anasını bıçaqla vurarkən sinə nahiyəsinin sağ və sol hissələrinə xəsarətlər yetirmişdir. Bundan sonra əllərini stolun üstündə olan salfetka ilə silmiş və bıçağı yenidən şalvarının kəmər yerinə qoyaraq kabinetdən çıxmışdır. Barda stolun üstündə olan bir ədəd “Red bul' içkisini götürərək kafedən çıxmışdır. Daha sonra yoldan taksi tutaraq "20 Yanvar” metrostansiyasının yaxınlığına getmiş və oradan da taksi tutaraq Lənkəran şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, 2018-ci ilə qədər Lənkəran şəhərində yaşamışdırlar. 2008-ci il tarixdə atası vəfat etdikdən sonra 2010-cu il tarixdə o, Lənkəran şəhərində ailə qurmuşdur. Birgə nikahından 2 azyaşlı övladı vardır. Lakin 2018-ci ildən etibarən qeyri-rəsmi olaraq boşanmışdır, belə ki, həmin vaxtdan etibarən qızı ilə ayrı yaşayır, əri isə oğlu ilə birlikdə ayrı yaşayır. 2018-ci il tarixdə anasına bildirmişdir ki, köçsünlər Bakı şəhərinə, orada yaşayıb işləsinlər. Anası da razılaşmışdır. Onlar Bakı şəhərinə köçüb kirayə ev tutub orada qalmağa başlamışdırlar. Həmin vaxtdan etibarən anası və özü müxtəlif kafe və restoranlarda aşpaz və təmizlikçi işləməyə başlamışdır. Lakin COVİD 19 pandemiası səbəbindən restoranlar fəaliyyətini dayandırdıqdan sonra onlar bir müddət işsiz qalmışdırlar. Həmin ərəfələrdə onlar sifarişlə yaşayış evlərinə gedərək evi təmizləməklə pul qazanmışdırlar. Daha sonra restoranların fəaliyyətinə icazə verilmiş və anası əvvəl bir neçə restoranda işləmiş, ölümündən əvvəl son 2 ayı isə Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən “Məclis" çay evində xadimə kimi işləməyə başlamışdır. Anası gecə növbəsi təmizlikçi işlədiyi üçün axşam təxminən saat 20:00-da işə gedir və səhər tezdən işdən çıxıb evə gəlirmiş. O isə hal-hazırda işləmədiyini, 2018-ci il tarixdə ərindən qeyri-rəsmi ayrıldıqdan sonra qardaşı Zaminin ona düşmən kəsildiyini demişdir. Həmin vaxtdan etibarən ayrıldığı üçün Zamin onunla yola getməmiqş, onu əxlaqsızlıq etməkdə ittiham etmişdir. O isə dəfələrlə Zaminə bildirmişdir ki, boşanmaq o demək deyil ki, əxlaqsızlıq edir. Lakin Zamin onu heç cür qəbul etməmişdir. Ümumiyyətlə Zamin xarakter olaraq çox yalan danışan, hər zaman yalanlar uyduraraq insanları inandıran biri olmuşdur. Eyni zamanda Zamin aqressiv və əsəbi insan olmuş, onunla normal söhbət etmək bir az çətin məsələ olmuşdur. O, 2018-ci ildən etibarən Zaminlə nə canlı olaraq, nə də telefonla danışmamışdır. 10 mart 2021-ci il tarixdə axşam saat təxminən 24 radələrində anası ona zəng edərək Zaminin ona zəng edib ailəsi ilə birlikdə barışıq üçün Bakı şəhərinə gəldiyini demişdir. O isə anasına bildirmişdir ki, Zaminə etibar yoxdur, onunla görüşməyə dəyməz. Anası isə bildirmişdir ki, onun yaşadığı ünvanı Zaminə deməyəcək, qoy gəlib iş yerində onunla söhbət etsin, ondan sonra görsün Zaminin məqsədi nədir. Bundan sonra xalası oğlu Cavidan da Mahirəyə zəng edərək bildirmişdir ki, Zamin Bakıya gəlib, lakin çox əsəbidir və niyyəti pis niyyətə oxşayır. Cavidan Mahirəyə qəti şəkildə tapşırmışdır ki, Zaminlə görüşməsin. Anası da razılaşmış, lakin bütün bunlara baxmayaraq anası həmin gecə Zaminlə öz iş yeri olan “Məclis” çay evində görüşmüşdür. Həmin gün səhər saatlarında Zaminlə görüşüb-görüşmədiyini öyrənmək üçün anasına zəng etsə də, anası telefonu açmamışdır. Bundan sonra o, narahat olmuşdur. Həmin gün səhər saat 11 radələrində ona polislər zəng edərək bildirmişlər ki, anası "Məclis" çay evində yıxılıb, gəlsin ora. O, bu zəngdən sonra durub "Məclis" çay evinə getmişdir. Ora çatdıqda görmüşdür ki, çay evində çoxsaylı polis əməkdaşları var. İçəri daxil olduqda ona bildirmişdirlər ki, içəri keçmək olmaz, Mahirəyə içəridə tibbi yardım göstərirlər. Daha sonra oradan çıxıb Cavidanla görüşmüşdür. Oradan da Lənkəran şəhərinə anasını dəfn elməyə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021 -ci fevral ayının 1-dən ünvan 2 ünvanında yerləşən “Məclis” çay evini icarə mqaviləsi əsasında icarəyə götürərək işlətməyə başlamışdır. İşçilərin əksəriyyətini də özü tapıb işə götürmüşdür. Təxminən 20 nəfərdən bir qədər artıq sayda işçiləri vardır. İşçilərdən biri də xadimə işləmiş Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs 25 fevral 2021- ci il tarixdən onların çay evində xadimə kimi işləmişdir. Hər gün Mahirə gecə saat 24:00-da işə gəlmiş, səhər saat 08:00-da iş vaxtı bitdiyi üçün növbəsini təhvil verib evə getmişdir. Əslində Mahirənin iş saatı 06:00-da bitir, lakin o, əlavə 2 saat qalaraq 08:00-da işdən çıxıb gedirmiş. Mahirənin vəzifəsi sırf mətbəxin içərisini təmizləmək olmuş, ümumi zalın və kabinetlərin təmizliyinə Mahirə baxmamışdır. Səhər saat 08:00-da digər xadimələr işə gələrək obyektin təmizliyini Mahirədən təhvil alırmış. Xasiyyətcə sakit təbiətli və mehriban insan olmuşdur. 10 mart 2021-ci il tarixdə o, hələ evdə olarkən iş yerindən xadimə Fənarə xanım ona zəng edərək bildirmişdir ki, “Məclis” çay evində Mahirə xanım kabinetdədir, deyəsən yıxılıb başından xəsarət alıb, yer bütün qandır. O isə xadimələrə bildirmişdir ki, qorxmasınlar, təcili yaxnlaşıb sağ olub-olmadığını dəqiqləşdirsinlər, təcili tibbi yardım çağırsınlar. Fənarə xanım isə çox qorxduqlarını və kabinetə daxil ola bilmədiklərini bildirmişdir. Bundan sonra o, özü polisə və təcili tibbi yardıma zəng edib məlumat verərək, evdən təcili çıxıb işə gəlmişdir. İşə çatdıqda görmüşdür ki, hüquq-mühafizə orqanı əməkdaşları və təcili tibbi yardım işçiləri obyektdədir. Onlar bildirmişdir ki, Mahirəni qətlə yetiriblər. Çünki o, “Məclis” çay evinə çatana qədər elə bilirmiş ki, hadisə bədbəxt hadisədir, Mahirə yıxılaraq ölüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 2021-ci fevral ayının l-dən o, Xətai rayonu, Sabit Orucov küçəsi 28 ünvanında yerləşən "Məclis” çay evində xadimə işləyir. O, hər gün səhər saat təxminən 08 radələrində işə gələrək gecə obyektin içərisini təmizləmiş xadimələrdən obyekti təhvil alaraq gündüz növbəsində işə başlamışdır. 10 mart 2021-ci il tarixdə o, hər gün olduğu kimi işə gedib növbəni təhvil almışdır. “Məclis” çay evinə daxil olub mətbəxə keçdikdə mətbəxin təmiz olmadığını görüb düşünmüşdür ki, yəqin gecə növbədə qalan Mahirə adlı xadimə iş yoldaşı yatıb qaldığı üçün mətbəxi təmizləyə bilməyib. Bundan sonra ümumi zala keçdikdə görmüşdür ki, kabinetlərdən birinin qapısı qismən aralıdır və ümumi zala oradan bir qədər işıq düşür. Bu zaman düşünmüşdür ki, yəqin Mahirə həmin otaqda yatıb qalıb. Həmin vaxt yanında digər iş yoldaşı Telnaz da olmuşdur. Onlar həmin kabinetə yaxınlaşdıqda görmüşdür ki, kabinetin içərisində Mahirə yerə yıxılıb, hər yer otaqda qandır. Bunu gördükdə elə bilmişdir ki, Mahirə yıxılıb xəsarət alıb ölüb. Qan görüb qorxduğu üçün oradan təcili uzaqlaşmış, kabinetə heç daxil olmamışdırlar. Dərhal çay evinin müdriyyətinə hadisə barədə məlumat vermişdirlər. Bir qədər sonra polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları hadisə yerinə gəlmişdir. Bundan sonra o, bilmişdir ki, Mahirə ölüb. Onlar əvvəl elə bilmişdir ki, Mahirə yıxılıb və başı harasa dəydiyi üçün ölüb. Lakin sonradan eşitmişdirlər ki, hüquq mühafizə orqanları bildirir ki, Mahirəni qətlə yetiriblər. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahid Şahid3 ifadəsində bildirmişdir ki, o, Zaminin xalası oğludur, əvvəllər Lənkəran şəhərində yaşamışdır. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə köçmüşdür. Zamingil də Lənkəran şəhərində yaşayır. Təxminən 2008-ci il tarixdə Zaminin atası vəfat etmişdir. Bundan sonra Zamin, xalası Mahirə və xalasıqızı Şahanə birlikdə yaşamışdırlar. Zaminin evli olduğunu, 1 azyaşlı övladının olduğunu demişdir. Xalası qızı Şahanənin də ailəli olduğunu, lakin son illərdə boşandığını demişdir. Zaminin Lənkəran şəhərində bərbər işləmiş, Zamini əvvəldən sakit, dava-dalaşdan uzaq biri kimi tanımışdır. Düzdür son illər o, Bakı şəhərində, Zamin isə Lənkəran şəhərində yaşadığı üçün tez-tez görüşə bilməmiş, amma ümumən Zamini cinayətdən uzaq insan kimi tanımışdır. Şahanəyə gəldikdə isə ailəsindən boşansa da, konkret olaraq Şahanə barəsində hər hansı əxlaqa zidd hərəkətlər etdiyini nə görməmiş, nə də konkret olaraq kimdənsə eşitməmişdir. X18 yola getmədiyini bilmişdir. Onu da bilmişdir ki, Şahanə boşandıqdan sonra Zamin daim onu əxlaqsızlıqda ittiham edirmiş. O özü də dəfələrlə Zaminlə söhbətlərində bildirmişdir ki, Zamin kiminsə rayonda danışdığı və heç bir əsası olmayan böhtanlara aldanmamalıdır. Şahanə əxlaqsız olsaydı gedib kafe və restoranlarda xadimə işləməzdi. Son iki ildə Şahanə ilə anası Mahirə Bakı şəhərinə köçüb kirayə evlərdə tutaraq qalmış və Bakı şəhərində işləmişdir. 09 mart 2021-ci il tarixdə Zamin ona zəng edərək bildirmişdir ki, Bakı şəhərinə gəlir. Telefonda ona bildirmişdir ki, dünən qadınlar bayramı olduğu üçün birlikdə gedib gül alaraq anasını təbrik etmək fikri var. Ondan anasının iş yerini soruşduqda, o, Mahirənin harada işlədiyini bilmədiyini demişdir. Həmin gün təxminən saat 22-23 radələrində Zamin yaşadığı ev tərəfə, yəni "Günəş Petrolun qarşısına gəlmiş və o, orada Zamini qarşılamışdır. Zaminin əsl niyyətini öyrənmək məqsədilə təklif etmişdir ki, "gəl qalxaq evə, evdə bir qədər söhbət edək, sonra gedib ananla görüşərsən”. Zamin də razılaşmış və onunla evə getmişdir. Evdə oturub qısa müddət söhbət etmişdirlər. Zamin heç əynindəki gödəkçəni də çıxartmadan sanki tələsirmiş kimi söhbət edirmiş. Bu zaman Zamin ona demişdir ki "gəlmişəm anamla ciddi söhbət edib bacımı və anamı da götürüb Lənkərana aparım, bu söz-söhbətlər bitsin”. O, Zaminin bayram təbrikinə gəlməkdən daha çox, davaya gəldiyini hiss etdiyi üçün Zamini uzun-uzadı başa salmışdır ki, rayon camaatının danışdığı boş-boş söhbətlərdən əsəbləşib gəlib anasıgilin üstünə düşməsin. Hətta başa saldıqdan sonra Zaminə 10 manat pul da verib demişdir ki, qayıdıb getsin Lənkəran şəhərinə. Zamin də onunla razılaşmışdır. 10 manatı götürüb Lənkəran şəhərinə gedəcəyini bildirmişdir. O, Zaminlə təxminən saat 23-24 radələrində sağollaşıb Zamini qapıdan yola salmışdır. Zamin isə bir daha ona söz vermişdir ki, Lənkəran şəhərinə gedəcəkdir. Zamin getdikdən sonra o, Mahirəyə zəng edib bildirmişdir ki, Zamin Bakıya gəlib, onunla görüşüb söhbət etmək istəyir. Lakin o, Zamini başa salıb Lənkəran şəhərinə göndərdiyini demişdir. Mahirə isə ona bildirmişdir ki, Zamin artıq onunla da telefonla danışıb və onun iş yerinə gəlir ki, söhbət etsinlər. O, Mahirəyə bir daha bildirmişdir ki, Zaminlə çox da ünsiyyətdə olmasın, onu ötəri yola versin, çünki Zamin sanki bir az əsəbi halda, dava etməyə gəlib. Mahirə isə ona bildirmişdir ki, “narahat olma, özüm görüşüb oğlumla danışacağam”. Bundan sonra saat təxminən 01 radələrində o, yatmışdır. Səhər tezdən saat təxminən 09 radələrində Şahanə ona zəng edərək bildirmişdir ki, anasının işlədiyi çay evindən ona zəng edərək bildiriblər ki, Mahirə işlədiyi otaqda səhhəti pisləşib və qapını açıb içəri daxil olub onu huşsuz halda görüblər. Odur ki, Şahanə hazırda həmin çay evinə getdiyini bildirmişdir. O, Şahanəyə bildirmişdir ki, getsin, o da, təcili ora gəlir. O, Mahirənin işlədiyi çay evinə çatdıqda polis əməkdaşları ona izah etmişdir ki, gecə Zamin gələrək anasını öldürüb. Bunu dedikdə o, artıq əmin olmuşdur ki, gecə Zamin onu aldadaraq Lənkəran şəhərinə getməyib, anasının işlədiyi yerə gələrək anasım öldürüb. Daha sonra polis əməkdaşları Mahirənin meyitini ekspertizaya göndərdiklərini bildirmişdir. Zamin onun evində olan zaman üzərində bıçaq olduğunu deməmiş, paltarları əynində olduğu və gödəkçəsini belə çıxarmadığı üçün Zaminin üzərində bıçaq olduğunu o hiss etməmişdir. Hadisə yerinə keçirilən baxış zamanı Zərərçəkmiş şəxs məxsus olmuş «Xiomi» markalı mobil telefon; meyitə baxış keçirilən zaman Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd üzərində göy rəngli gül formasında bəzəyi olan bir cüt başmaq (çəkələk), boğazı qara rəng, özü isə boz rəng olan bir cüt corab, üzərində qanabənzər ləkələr olan göy rəngli xadimə xidməti geyimi (şalvarı və qısaqol köynəyi), üzərində buta formalı bəzəklər olan qara rəngli qolsuz mayka, üzərində qanabənzər ləkələr olan uzunqol alt geyimi olan ağ rəngli köynəyin cırılmış hissəsi, üzərində qanabənzər ləkələr olan göy rəngli əl-üz dəsmalı, bir ədəd qara rəngli alt geyimi olan büstqaltcr. bir ədəd qara rəngli alt geyimi olan tuman götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş MTE və PA ETT Birliyinin Xətai rayon MTE şöbəsinin 13.04.2021-ci il tarixli, 24 nömrəli rəyindən görünür ki, «1. Mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşağıdakı qrup xəsarətlər aşkar edilmişdir: Döş qəfəsinin ön səthinin əsasən sol və qismən sağ yarısında, boynun sağ və sol yan və sağ arxa səthləri, sol yuxarı ətraf, sağ çiyin qurşağı, sağ bazu və sağ əlin arxa səthləri nahiyələrində ümumilikdə cəmi 35 (otuz beş) ədəd deşilmiş-kəsilmiş yaralar və bu yaralardan döş qəfəsinin döş qəfəsinin ön səthinin sol yarısından, daxilə - döş boşluğuna keçib, ətraf yumşaq toxumaları, sol 1V-V və Vİ qabırğaları, sol ağciyəri, ürək kisəsi və ürəyi zədələyən, sol tərəfli hemopnevmotoraks, ürəkdə çoxsaylı Minakov ləkələri, döş boşluğunda çoxlu miqdarda duru və laxtalı qan, daxili üzvlərin azqanlığı, kəskin çoxlu qanitirmə ilə müşayiət olunan cəmi 5 (beş) ədəd daxilə keçən deşilmiş kəsilmiş yaralar, sol əlin arxa səthində cəmi 3 (üç) ədəd kəsilmiş səthi dəri yarası və sol sağrı nahiyəsində qançır.
2. Bu xəsarətlərdən (yaralardan) döş qəfəsinin ön səthinin sol yarısından daxilə- döş boşluğuna keçib, ətraf yumşaq toxumaları, sol 1V-V və Vİ qabırğaları, sol ağciyəri, ürək kisəsi və ürəyi zədələyən, sol tərəfli hemopnevmotoraks, ürəkdə çoxsaylı Minakov ləkələri, döş boşluğunda çoxlu miqdarda duru və laxtalı qan, daxili üvlərin azqanlığı, kəskin çoxlu qanitirmə ilə müşayiət olunan cəmi 5 (beş) ədəd daxilə - döş boşluğuna keçən deşilmiş kəsilmiş yaralar ümumilikdə və ayrı- ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AG1R zərərvurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir: döş qəfəsinin ön səthinin əsasən sol və qismən sağ yarısında, boşunun sağ və sol yan və sağ arxa səthləri, sol yuxarı ətraf, sağ çiyin qurşağı, sağ bazu və sağ əlin arxa səthləri nahiyələrində ümumilikdə cəmi 30 (otuz) ədəd daxilə nüfuz etməyən deşilmiş- kəsilmiş yaralar ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa ümddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜE zərərvurmanın əlamətlərinə malikdirlər və ölümlə səbəbli əlaqəsi yoxdurlar, sol əlin arxa səthində cəmi 3 (üç) ədəd kəsilmiş səthi dəri yarası və sol sağrı nahiyəsində qançır isə ümumilikdə və ayrı- ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər və ölümlə səbəbli əlaqəsi yoxdurlar.
3. Yuxarıda qeyd olunan qeyd olunan xəsarətlər həyati olub, ölümün baş verməsindən az əvvəl (dəqiqələrlə ölçülən vaxt vahidi ilə) yetirilmişdir, qərarın təsviri hissəsində göstərilən 10.03.2021-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yaralar deşici-kəsici alət (alətlərlə) və ya əşya (əşyalarla), qançır isə küt əşya ilə yetirilə bilərdilər. Deşilmiş-kəsilmiş yaraların xüsusiyyətləri və tibbi- kriminalistik tədqiqatlara əsasən bu yaralar deşilmiş-kəsilmiş yara olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdirlər. Təqdim olunmuş dəri parçaları üzərində olan yaraların kənarları və ətrafında 3 valentli dəmir ionlar aşkar olunmadı.
4. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin ön səthinin sol yarısından daxilə döş boşluğuna keçib, ətraf yumşaq toxumaları, sol qabırğaları, sol ağciyəri, ürək kisəsi və ürəyi zədələyən, sol tərəfli hemopnevmotoraks, ürəkdə çoxsaylı Minakov ləkələri, döş boşluğunda çoxlu miqdarda duru və laxtalı qan, daxili üzvlərin azqanlığı ilə müşayiət olunan cəmi 5 (beş) ədəd daxilə keçən deşilmiş-kəsilmiş yaralar nəticəsində baş vermiş kəskin çoxlu qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 11-14 saat əvvələ uyğun gəlir.
5. “Qarşılıqlı mübarizə” məfhumu hüquqi məfhum olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir.
6. M.H.Baxşiyeanın meyitinin bədənində müəyyən edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə xarakterik deyildir.
7. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, bitil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu) fenotiozin, pirazalon. 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində keçirilmiş məhkəmə-genetik ekspertizasının nəticəsinə dair verilmiş 30.03.202l-ci il tarixli, 011-2747-1 221 nömrəli rəydə göstərilmişdir ki,
1. Ekspertiza nəticəsində, təqdim olunmuş hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi ehtimal olunan bir ədəd bıçağın dəstəyi və tiyə hissəsi üzərində, Zərərçəkmiş şəxs əynində olmuş başmağın sağ tayı üzərində, Zərərçəkmiş şəxs əynində olmuş corab üzərində. Zərərçəkmiş şəxs əynində olmuş xadimə xidməti geyimi şalvarının bel hissəsində, Zərərçəkmiş şəxs əynində olmuş xadimə xidməti geyimi köynəyinin sinə hissəsində, Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli qolsuz maykanın boğaz hissəsində, Zərərçəkmiş şəxs əynində olmuş ağ rəngli köynəyin cırılmış hissəsi üzərində, bir ədəd göy rəngli əl-üz dəsmalı üzərində, Zərərçəkmiş şəxsnm əynində olmuş bir ədəd qara rəngli tuman üzərində, hadisə yerindən “Nİ”, “N2”, “N3”, "N4", “N5" nömrəli çöplü pambıq tamponlar üzərində, masa və xalça üzərində aşkar edilmiş qanabənzə ləkələrin hopdurulduğu iki ədəd salfet üzərində olan qanabənzər ləkələrin insana məxsus qan nümunələri olduğu müəyyən edildi. 2. Həmçinin ekspertiza nəticəsində, təqdim olunmuş hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi ehtimal olunan bir ədəd bıçağın dəstəyi və tiyə hissəsi üzərində, Zərərçəkmiş şəxs əynində olmuş başmağın sağ tayı üzərində, Zərərçəkmiş şəxs əynində olmuş corabın üzərində, Zərərçəkmiş şəxs əynində olmuş xadimə xidməti geyimi şalvarının bel hissəsində, Zərərçəkmiş şəxs əynində olmuş xadimə xidməti geyimi köynəyinin sinə hissəsində, Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli qolsuz maykanın boğaz hissəsində, Zərərçəkmiş şəxs əynində olmuş ağ rəngli köynəyin cırılmış hissəsi üzərində, bir ədəd göy rəngli əl-üz dəsmalı üzərində, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli tuman üzərində, hadisə yerindən “Nİ", “N2", “N3", “N4", “N5" nömrəli çöpJü pambıq tamponlar üzərində, masa və xalça üzərində aşkar edilmiş qanabənzər ləkələrin hopdurulduğu iki ədəd salfet üzərində olan qan nümunələrinin 15 somatik STR (D8S1179, ^D21S11, D7S820, CSE1PO, D3S1358, THO1, D13S17, D16S539, D2S1338, D19S433, vWA, TPOX, D18S51, O5S818, EGA) və 1 cinsiyyəti müəyyən edən faktor (Amelogcnin) üzrə Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən edildi. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X6 X22 kompleks ambulator məhkəmə- psixiatrik və psixoloji ekspertizasının 26.04.2021-ci il tarixli, 1276 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir',. Təqsirləndirilən şəxs həmçinin ona ittiahm olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs eqosentrizm, inadkarlıq, kobudluq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündə uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qıcığa qarşı həssaslıq yaranmışdır. Həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizanın nəticəsinə dair verilmiş 16.05.2021-ci il tarixli, 7/192 nömrəli rəydə göstərilmişdir ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qolsuz qara rəngli köynəyin ön səthinin sağ yuxarı kənarında dörd ədəd (biri kənaridir), ön səthinin sol yuxarı nahiyəsində beş ədəd, arxa səthinin sağ yuxarı nahiyəsində üç ədəd, xadimə qısaqol köynəyin sol qolun ön səthində üç ədəd, köynəyin Ön səthində solda və ortada səkkiz ədəd, sağ qolun ön səthində dörd ədəd, köynəyin ön səthinin sağ yuxarı nahiyəsində on iki ədəd, arxa səthinin sağ yuxarı nahiyəsində iki ədəd və büstqalterin ön səthində solda, onun sərbəst kənarında bir ədəd (kənari) dəlib-keçən deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli dcşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarların ön, arxa səthlərində və uzunqol köynəyin hər iki qolunda aşkar edilmiş çoxsaylı deşilmiş-kəsilmiş zədələr onun bədənində (döş qəfəsinin ön səthində solda və sağda, sağ çiy in qurşağı və sağ bazu nahiyələrində) olan eyni xarakterli xəsarətlərlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlirlər. Zərərçəkmiş şəxs boynunun sağ və sol yan, sağ arxa səthlərində, sağ və sol əlin arxa səthlərində olan xəsarətlər, bədənin müvafiq nahiyələri qeyd paltarlarla örtülmədiyi üçün həmin paltarlarda öz əksini tapmamışdırlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qadın alt tumanı, bir cüt çəkələk, bir cüt corab, maykanın bir hissəsi, xadimə şalvarı və təqdim edilmiş bir ədəd əl-üz dəsmalı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı turistik bıçaqdır və soyuq silah hesab edilmir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12-Narkoloji Tibbi yoxlamanın nəticəsinə dair verilmiş 26.04.2021-ci il tarixli 1245 nömrəli rəyində göstərilmişdir ki, "Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA və ALKOQOLİZM xəstəliyindən ƏZAB ÇƏKMİR.' Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs davranışı nəticəsində onda güclü ruhi həyəcan vəziyyətinin yarandığını və həmin vəziyyətdə olduğu vaxt anasını öldürdüyünü bildirməsi onun məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünün müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilməlidir. Lakin, onun gətirdiyi dəlillər iş üzrə toplanmış və yuxarıda şərh olunmuş sübutlarla, o cümlədən, şahid ifadələri, məhkəmə tibb, məhkəmə genetik, kompleks ambulator məhkəmə-psixiatrik və ambulator məhkəmə- psixoloji ekspertiza rəyləri və iş üzrə toplanmış digər istintaq sənədləri ilə təkzib olunmuşdur. Beləliklə, məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələri, ekspert rəyləri, hadisə yerinin müayinə protokolları, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu, ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsi ilə tövsüf edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in BƏSİI-̇ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Azərbaycan Respublikasının Cinayət Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu, yəni 10 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhər Xətai rayon prokurorluğunda saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd üzərində göy rəngli gül formasında bəzəyi olan bir cüt başmaq (çəkələk), boğazı qara rəng, özü isə boz rəng olan bir cüt corab, üzərində qanabənzər ləkələr olan göy rəngli xadimə xidməti geyimi (şalvarı və qısaqol köynəyi), üzərində buta formalı bəzəklər olan qara rəngli qolsuz mayka, üzərində qanabənzər ləkələr olan uzunqol alt geyimi olan ağ rəngli köynəyin cırılmış hissəsi, üzərində qanabənzər ləkələr olan göy rəngli əl-üz dəsmalı, bir ədəd qara rəngli alt geyimi olan büstqalter, bir ədəd qara rəngli alt geyimi olan tuman, Təqsirləndirilən şəxs ağız suyu nümunəsi, hadisə baş verən yerdə döşəmənin müxtəlif yerlərindən, divanın üzərindən götürülmüş və hadisə yerində masanın üzərindən götürülmüş üzərində qanabənzər ləkələr olan salfet, Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunələri, hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi dəstəyi qəhvəyi rəngli taxta materialdan olan, tiyəsi gümüşü rəngli metal materialdan olan bir ədəd bıçaq məhv edilməlidir. Dindirmə, ifadələrin yerində yoxlanılması və hadisə yerini əks etdirən CD disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində ibtidai istintaq zamanı işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 180 ( yüz səkksən) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona, 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs, ona təyin olunmşu azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilmə müddətinin əvvəli 10 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Bakı şəhər Xətai rayon prokurorluğunda saxlanılan, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd üzərində göy rəngli gül formasında bəzəyi olan bir cüt başmaq (çəkələk), boğazı qara rəng, özü isə boz rəng olan bir cüt corab, üzərində qanabənzər ləkələr olan göy rəngli xadimə xidməti geyimi (şalvarı və qısaqol köynəyi), üzərində buta formalı bəzəklər olan qara rəngli qolsuz mayka, üzərində qanabənzər ləkələr olan uzunqol alt geyimi olan ağ rəngli köynəyin cırılmış hissəsi, üzərində qanabənzər ləkələr olan göy rəngli əl-üz dəsmalı, bir ədəd qara rəngli alt geyimi olan büstqalter, bir ədəd qara rəngli alt geyimi olan tuman, Təqsirləndirilən şəxs ağız suyu nümunəsi, hadisə baş verən yerdə döşəmənin müxtəlif yerlərindən, divanın üzərindən götürülmüş və hadisə yerində masanın üzərindən götürülmüş üzərində qanabənzər ləkələr olan salfet, Zərərçəkmiş şəxs meyitindən götürülmüş qan nümunələri, hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi dəstəyi qəhvəyi rəngli taxta materialdan olan, tiyəsi gümüşü rəngli metal materialdan olan bir ədəd bıçaq məhv edilsin. Dindirmə, ifadələrin yerində yoxlanılması və hadisə yerini əks etdirən CD disklər iş materiallarında saxlanılsın. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.