Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1263/2022 23.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X14 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 Təcrcüməçi-mütəxəssis X7 iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 16 avqust 1982-ci ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda yəni 09 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,697 qram, 0,992 qram, 1,312 qram, 0,569 qram, 0,737 qram, 1,864qram, 1,673 qram, 0,243 qram, 4,795 qram ümumi təmiz çəkisi 12,882 qram olan qəhvəyi rəngl tozşəkilli maddələr, xarici görünüş əlamətlərinə və kimyvəi komponent tərkiblərinə görə eyin olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 03 ədəd ayrı ayrılıqda təmiz çəkiləri 1,180qram, 0,905 qram, 0,445 qram ümumi təmiz çəkisi 2,530qram olan ağ rəngli kristal maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibələrinə görə eyni olub kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini və tərəzini əldə edib saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə səhər saatlarında 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,864qram 1,673 qram, 0,243 qram, 4,795 qram ümumi təmiz çəkisi 8,575 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,905 qram, 0,445 qram ümumi təmiz çəkisi 1,350qram olan ağ rəngli kristal maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin və tərəzini tanışı Təqsirləndirilən şəxs2 satmış qalan, yəni 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,697 qram, 0,992 qram, 1,312 qram, 0,569 qram və 0,737 qram olmaqla, ümumi təmiz çəkisi 4,307 qram, qəhvəyi rəngl tozşəkilli maddələr, kimyvəi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyin ollub kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 1,180 qram ağ rəngli kristallardan ibarət maddə ksutar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış xx.xx.2022-ci il tarixdə saat 22:45 radələrində ünvan 3 ünvanın qarşısında Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 5 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış həyata keçirilən zaman onun əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,697 qram, 0,992 qram, 1,312 qram, 0,569 qram və 0,737 qram olmaqla, ümumi təmiz çəkisi 4,307 qram, yəni külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heron və 01 ədəd bükümdə təmiz çəkisi 1,180 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə səhər saatlarında tanışı X15 ilə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,864qram 1,673 qram, 0,243 qram, 4,795 qram ümumi təmiz çəkisi 8,575 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,905 qram, 0,445 qram ümumi təmiz çəkisi 1,350qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin və tərəzi əldə edib üzərində və yaşadığı evdə saxlamış və daşımış, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Suraxanı RPİ-nin 30-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evin yaxınlığında saxlanılıb Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək orada Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,864qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, daha sonra isə sonuncunun yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evinə baxış keçirilərkən yaşadığı mənzildən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,905 qram, 0,445 qram ümumi təmiz çəkisi 1,350qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən ağ rəngli kristal maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin, digər 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,673 qram, 0,243 qram, 4,795 qram ümumi təmiz çəkisi 6,711 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hazırki iş üzrə tutulmamışdan əvvəl həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ünvanında yaşamışdır. Təxminən üç ilə yaxındır ki, narkotik vasitənin kokos və patı kimi tanıdığı növlərindən inyeksiya yolu ilə istifadə edir. Həmin narkotik maddələri müxtəlif vaxtlarda Bakı şəhərinin müxtəlif yerlərindən öz şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Yelena Bunyatova onun qonşusudur. Yelena da narkotik vasitələrin istifadəçisi olduğuna görə onlar bir neçə dəfə birlikdə narkotik vasitələrdən istifadə etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadələri hal-hazırda təsdiq etmir. Belə ki, saxlanıldığı zaman o, polis əməkdaşları tərəfindən döyülmüş və ibtidai istitaqın sonkarı mərhələlərində də təziq altında həqiqətə uyğun olmayan ifadələr verməyə məcbur edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, 31 yanvar 2022-ci il tarixdə saat axşam saatlarında avtomobil dayanacağının yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan şəxsiyyəti barədə maraqlanmışlar. Həmin vaxt o, özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməli olduğunu deyib onu 30-cu Polis Şöbəsinə dəvət etmişlər, o da razılaşıb polislərlə birlikdə 30-cu PŞ-nə gəlmişdir. Orada o, polis əməkdaşları tərəfindən döyülmüş və videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə o, əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən polis əməkdaşları tərəfindən ona verilmiş 1 ədəd şəffaf rəngli selofana bükülmüş içərisində psixotrop maddə olan və 5 ədəd gümüşü rəngli kağız falqaya bükülmüş içərisində heroin olan bükümləri və sair şəxsi əşyaları təqdim edərək masanın üzərinə qoymuşdur. Polis əməkdaşlarının təqdim etdiyi bükümlərin içərisində nə olması, nə vaxt, kimdən, hansı məqsədlə əldə etməyi barədə suallara cavab olaraq o, həmin bükümün içərisində narkotik vasitə olan heroin, digər bükümün içərisində isə patı kimi tanıdığı psixotrop maddənin olduğunu, həmin narkotik maddələri 31 yanvar 2022-ci il tarixdə onunla qonşuluqda yaşayan “İsmayıl” adlı şəxsdən cəmi 70 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun və hal şahidləriinin iştirakı ilə yaşadığı ünvan 7 ünvanda yerləşən evinə baxış keçirilmiş və baxış nəticəsində qanunsuz heç bir əşya, maddə, büküm aşkar edilməmişdir. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış və ya kiməsə hədiyyə etməmişdir. Yelena Bunyatovanın evində aşkar olunmuş narkotik vasitələr ona məxsus deyil, Yelenanın həmin narkotik vasitələrin guya ona məxsus olması barədə verdiyi ifadələr yalandır. Son olaraq bildirir ki, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr ona məxsus deyil. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022 və xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 03 (üç) ilə yaxındır ki, narkotik vasitənin kokos və patı kimi tanıdığı növlərindən inyeksiya yolu ilə istifadə etmişdir. Həmin narkotik maddələri Bakının müxtəlif yerlərindən öz şəxsi istifadəsi üçün alıb istifadə etmişdir. Sonuncu dəfə 31 yanvar 2022-ci il tarixdə səhər saatlarında onunla qonşuluqda yaşayan İsmayıl adlı şəxsdən öz şəxsi istifadəsi üçün ümumillikdə 05 büküm kokos və 01 büküm patı kimi tanıdığı narkotik maddələri cəmi 70 (yetmiş) manat ödəməklə alıb üzərində saxlamışdır ki, münasib vaxt olanda istifadə etsin. 31 yanvar 2022-ci il tarixdə saat 22:45 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan şəxsiyyəti barədə maraqlanmışlar. O da özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməli olduğunu demişlər və onu 30cu PŞ-nə dəvət etmişlər. O da razılaşıb polislərlə birlikdə 30-cu PŞ-nə gəlmişdir. 30-cu PŞdə ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində yəni əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibində saxladığı 01 ədəd şəfafaf rəngli selofana bükülmüş patı olan və 05 ədəd gümüşü rəngli kağız falqaya bükülmüş içərisində kokos olan bükümləri və həmin şalvarın sağ yan cibindən bir ədəd ona məxsus “Nokia” markalı sadə mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra polis əməklaşları onun üzərinə baxış keçirmişlər və əynində olan açıq göy rəngli cins gödəkçəsinin sağ yan cibindən içərisində siqaret kötükləri olan “Primada” siqaret qutusu, həmin gödəkçəmin sol yan cibindən 03 ədəd şokolad, 01 ədəd içərisində siqaret kötükləri olan “Prima” siqaret qutusu və bir ədəd “Prima” siqaret kötüyü və həmin gödəkçənin sol döş cibindən isə bir ədəd “Prima” markalı siqaret kötüyü aşkar edilmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümlərə baxış keçirmişlər və ondan həmin bükümlərin içərisində nə olması, nə vaxt, kimdən, hansı məqsədlə əldə etməyi barədə maraqlanmışlar. O da həmin 06 ədəd bükümdən beş ədəd bükümün içərisində kokos, qalan bir ədəd bükümün içərisində isə patı kimi tanıdığı narkotik maddələr olduğunu, həmin narkotik maddələri 31 yanvar 2022-ci il tarixdə onunla qonşuluqda yaşayan “İsmayıl” adlı şəxsdən cəmi 70 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümlər və mobil telefon götürülüb zərfə qoyularaq qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imza edilmişdir. Daha sonra siqaret qutuları, siqaret kötükləri və 03 ədəd şokolada baxılmış və ona qaytarılmışdır. Axırda isə üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, hər hansı əlavə, düzəliş və ya qeyd olmamış və onunla birlikdə bütün iştirakçılar imza etmişlər. Bundan sonra ona yaşadığı evə baxış keçirilməsinə icazə verməyi barədə soruşmuşlar və o da yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəyə imza etmişdir. Bundan sonra iki nəfər tanımadığı şəxs hal şahidi qismində dəvət edilmiş və onların iştirakı ilə polis əməkdaşları yaşadığı ünvan 7 ünvanda yerləşən evinə baxış keçirilmişdir. Əvvəlcə ondan yaşadığı evdə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş əşya, maddə varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O da yaşadığı evdə qanunsuz heç bir əşya, maddə, büküm olmadığını bildirdim. Bundan sonra polis əməkdaşları yaşadığı evə baxış keçirmişlər, lakin qanunsuz hər hansı əşya tapılmamışdır. Sonra evinə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, hər hansı əlavə, düzəliş və ya qeyd olmamış və onunla birlikdə bütün iştirakçılar imza etmişlər.Üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədilə deyil, yalnız öz şəxsi istifadəsi üçün alıb əldə etmiş və üzərində saxlamışdır. O, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış və ya kiməsə hədiyyə etməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. O, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini sonra istifadə etməyə imkan tapmamış polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin narkotik maddələrdən istifadə etmək imkanı olmamışdır. Mobil telefondan istifadə etməmiş və mobil nömrəsi yoxdur. X2 qonşusudur, aralarında heç bir şəxsi münasibət və düşmənçilik yoxdur, Təqsirləndirilən şəxs2 istifadə etməsi üçün narkotik vasitə pay verməmiş və onun üçün saxlamaq məqsədli ilə Y.Bünytovaya narkotik vasitə heroin, psixatrop maddə metamfetamin və tərəzi verməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, o, hazırki iş üzrə tutulmamışdan əvvəl ünvan 2 ünvanında yaşamışdır. Artıq uzun müddətdir ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Həmin narkotik maddəni müxtəlif vaxtlarda Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün dəfələrlə əldə etmişdir. Təqsirləndirilən şəxs1 onun qonşusudur. Ramiz də narkotik vasitələrin istifadəçisi olduğuna görə onlar bir neçə dəfə narkotik vasitələrdən birlikdə onun evində istifadə etmişlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Ramiz ona açıq qırmızı rəngli qutuda 05 (beş) ədəd bükümdə olan narkotik vasitə və 01 ədəd elektron tərəzini müvəqqəti saxlamağı üçün vermişdir. Həmin gün təxminən saat 22:00 dəqiqədə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək onu yaxınlıqda olan Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində videoçəkiliş aparılmaqla müdafiəçinin iştiraki ilə üzərinə baxış keçirililmidir. Baxış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi təklif etdikdən sonra o, üzərində saxladığı 01 (bir) ədəd şəffaf rəngli selafana bükülmüş heroin kimi tanıdığı narkotik vasitəni təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitənin miqdarı təxminən 1 qram olmuşdur. Polis əməkdaşlarının suallarına cavab olaraq o, üzərindən aşkar edilmiş maddənin heroin kimi tanıdığı narkotik vasitə olduğunu, xeyli müddətdir ki, heroin kimi bildiyi narkotik maddədən inyeksiya yolu ilə istifadə etdiyini, həmin narkotik maddəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin gün polis əməkdaşları tərəfindən onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evinə baxış keçirilərkən yaşadığı mənzildən Təqsirləndirilən şəxs1 tərəfindən ona müvəqqəti saxlanılması üçün verdiyi iki ədəd bükümdə narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. O, narkotik vasitələrin istifadəçisi olmaqla, üzərindən aşkar olunmuş təxminən 1 qram miqdarda narkotik vasitə olan heroini şəxsi istifadəsi uçun üzərində saxlamış, yaşadığı evdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr Təqsirləndirilən şəxs1 məxsus olmuş, onun həmin narkotik vasitə və psixotrop maddələri kiməsə satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 əvvəllər ona saxlamaq üçün narkotik vasitə və ya psixotrop maddə verməmişdir. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan сатыш мягсяди иля ганунсуз олараг кцлли мигдарда психoтроп маддя метамфетамин вя наркотик васитя щероинi ялдя едяряк цзяриləriндя сахлаması вя дашымası cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özlərinin hadisələrin baş verə yeri və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutla və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin 30-cu polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirilmiş əməliyyat axtarış tədbirindən əvvəl tanımamışdır. 31 yanvar 2022-ci i tarixdə əməkdaşı olduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin 30-cu polis Şöbəsinə Təqsirləndirilən şəxs1 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə polis şöbəsinin rəisinə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı rayon Polis İdarəsinin 30-cu polis Şöbəsinin sahə rəisi Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 22:45 dəqiqədə onlar Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs1 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini tələb etdikdə, həmin şəxs də özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı rayon Polis İdarəsinin 30-cu polis Şöbəsin 30-cu Polis Şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs1 də razı olaraq onlarla birlikdə 30-cu Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindənbir ədəd şəffaf sellofan bükümü və beş ədəd gümüşü rəngli falqanı, əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən isə bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə suallara cavab olaraq həmin bükümlərdən beş ədəd bükümün içərisində heroin və bir ədəd bükümün içərisində isə şüşə kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri 31 yanvar 2022-ci il tarixdə səhər saatlarında “İsmayıl” adlı şəxsdən cəmi 70 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin bükümlər və bir ədəd mobil telefon götürülərək qablaşdırılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilmiş və bu zaman onun əynində olan açıq göy rəngli cins pencəyin sağ yan cibindən bir ədəd siqaret qutusu və sair şəxsi əşyalar aşkar edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra həmin əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs1 yaşadığı evinə baxış keçirilməsi barədə icazə alınmış və Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə yazdıqdan sonra onun və müdafiəçisinin, eləcə də dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə yaşadığı ünvan 7 ünvanda yerləşən mənzilində baxış aparılmışdır. Mənzildə axtarış zamanı həmin evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılarkən və polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 31 yanvar 2022-ci il tarixdə etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs2 qanunsız olaraq narkotik vasitələrin saxlaması və istifadə etməsi bildirilmişdir. Məlumatın yoxlanılması və əməliyyat axtarış tədbirinin həyata keçiıilməsi barədə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməliyyat mövəkkili Şahid2 tərəfindən şöbənin rəhbərliyinə raportla müraciət olunduqdan sonra, o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 22:00 radələrində o, və Şahid2 tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilmiş və orada xidməti iş otaqlann birində vıdeoçəkilişdən istifadə edilməklə dəvət olunmuş tərcüməçinin iştirakı ilə şübhəli şəxs Qismində tutulmuş Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs2 təklif olundu ki, qanunla dövriyyəsi qadağan olunmuş əşyaların könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə suallara cavab olaraq həmin bükümlərdən bir ədəd bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin bükümün onun özünə məxsus olduğunu, həmin narkotik maddənin ona qonşusu Təqsirləndirilən şəxs1 tərəfindən pay kimi verildiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ona bundan başqa 01 ədəd qırmızı rəngli qutunun içərisində 05 ədəd şəffaf rngli sellofana bükülmüş bükümdə olan maddələr və 01 ədəd elektron tərəzi sonra götürəcəyi adı ilə müvəqqəti saxlaması üçün ona verdiyini bildirmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Şabanov küçəsi nömrəsiz fərdi yaşayış evində müdafiəçinin və tərcüməçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin giriş qapısı ilə üzbəüz otağın girişindəki üzərində qırmızı rəngli içərisində 3 ədəd sellofana bükülmüş qəhvəyi rəngli 02 ədəd şəffaf rəngli sellofana bükülmüş maddə ve 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə və psixotrop maddələr, həmçinin 01 ədəd tərəzi qablaşdırılaraq götürülmüş ve bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. X6 saxlanılarkən və polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan edilməklə və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 01 fevral 2022-ci il tarixli protokoldan görünür ki, DİN-nin Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X16 tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qimsində 01 fevral 2022-ci il tarixdə saat 00:10 radələrində Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X8 iştirakı ilə tutulmuşdur. 31 yanvar 2022-ci il tarixdə DİN Suraxanı rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin əməkdaşalrı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yaşadığı evin qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirildiyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 azadlığının faktiki məhdudlaşdıırldığı vaxtdan, 31 fevral 2022-ci il tarixdə saat 22:45 dəqiqədən tutulmuş hesab edilmişdir (cild 1, iş vər. 28). İşdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindənbir ədəd şəffaf sellofan büküm və beş ədəd gümüşü rəngli falqa, əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən isə bir ədəd “Nokia” markalı mobil telefon, eləcə də, onun əynində olan açıq göy rəngli cins pencəyin sağ yan cibindən bir ədəd üzərində “Primada” yazısı olan siqaret qutusu, həmin gödəkçənin sol yan cibindən 03 ədəd şokolad, bir ədəd üzərində “Prima” yazısı olan siqaret qutusu və bir ədəd üzərində “Prima” yazısı olan siqaret kötüyü, əynindəki həmin gödəkçəsinin sol döş cibindən isə bir ədəd üzərində “Prima” yazısı olan siqaret kötüyü aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 33- 35). İşdə olan Təqsirləndirilən şəxs1 Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin rəisinə ünvanladığı ərizədən görünür ki, Ağayev X10 rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin rəisinə müraciət edərək polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 7 fərdi yaşayış evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir (cild 01, iş vər. 37). İşdə olan “mənzilə baxış keçirmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokol və əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 9 ünvanda yerləşən evə baxış keçirilmiş, lakin həmin evdən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar edilməmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 38-42). Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/635 saylı 01 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki 5(beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,697 qram, 0,992 qram, 1,312 qram, 0,569 qram və 0,737 qram olmaqla, ümumi çəkisi 4,307 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) əəd bükümdə təmiz çəkisi 1,180 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər (cild 01, iş vər. 49-54). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 68-69). İşdə olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs1 əynində olan açıq göy rəngli cins şalvarının sol yan cibindənbir ədəd şəffaf sellofan bükümü və beş ədəd gümüşü rəngli falqanı, əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən isə bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda Təqsirləndirilən şəxs1 həmin bükümlərdən beş ədəd bükümn içərisində heroin və bir ədəd bükümün içərisində isə şüşə kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələri 31 yanvar 2022-ci il tarixdə səhər saatlarında “İsmayıl” adlı şəxsdən cəmi 70 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini, sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, bundan sonra aşkar edilmiş həmin bükümlər və bir ədəd mobil telefonun götürülərək qablaşdırılması, sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilməsi və bu zaman onun əynində olan açıq göy rəngli cins pencəyin sağ yan cibindən bir ədəd üzərində “Primada” yazısı olan siqaret qutusu, həmin gödəkçənin sol yan cibindən 03 ədəd şokolad, bir ədəd üzərində “Prima” yazısı olan siqaret qutusu və bir ədəd üzərində “Prima” yazısı olan siqaret kötüyü, əynindəki həmin gödəkçəsinin sol döş cibindən isə bir ədəd üzərində “Prima” yazısı olan siqaret kötüyünün aşkar edilməsi, həmin siqaret qutuları, siqaret qutusu və kötüklərinə baxış keçirdikən sonra iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs1 qaytarılması müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 01, iş vər. 82). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-62/2022 saylı 02 fevral 2022-ci il traixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablanmaqla, «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 90-92). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 107-109). İşdə olan AZ İİİ № 158315 və AZ İİİ № 538776 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladı var (cild 01, iş vər. 115-116). Ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 2508 saylı 14 may 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 117-118). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 131). Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/2767 saylı 19 may 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №59» dairəvi möhür əksi və soyadlar və imzalar qeyd edilmiş 2 ədəd kağız paketdə olan “6/635...1 fevral 2022-c il...” sözləri soyad və imza qeyd edilmiş və “6/643... 1 fevral 2022-ci il.....” sözləri soyadlar və imzalar qeyd edilmiş iki ədəd kağız paketdə olan; - 5 ədəd bükümdə ümumi təmiz çəkisi 4,107 qram olan heroin ilə dörd bükümdə ümumi təmiz çəkisi 8,455 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. - Bir ədəd bükümdə təmiz çəkisi 1,130 qram olan metamfetamin ilə iki ədəd bükümdə ümumi təmiz çəkisi 1,250 qram olan metamfetamin xarici görünüş əlamətlərinə görə eynilik təşkil edir (cild 01, iş vər. 145-147). İşdə olan “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 19 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq olan ********* saylı cinayət işlərinin birləşdirilməsinə dair qərar qəbul olunmuşdur (cild 01, iş vər. 154-156). “Şübhəli şəxsin tutulması haqqında” 01 fevral 2022-ci il tarixli protokoldan görünür ki, DİN-nin Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X12 tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qimsində 31 yanvar 2022-ci il tarixdə saat 22:45 radələrində Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasında müdafiəçi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə tutulmuşdur. 31 yanvar 2022-ci il tarixdə DİN Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşalrı tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı evin qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə gətirildiyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 azadlığının faktiki məhdudlaşdıırldığı vaxtdan, 31 fevral 2022-ci il tarixdə saat 22:00 dəqiqədən tutulmuş hesab edilmişdir (cild 1, iş vər. 193). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, 31 yanvar 2020-ci il tarixdə saat 23:15 radələrindən Suraxanı RPİnin 30-cu Polis Şöbəsinin təhqiqatçısı X12 tərəfindən müdafiəçilərinin və həmçinin əməliyyat tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə maddə aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 198-200). İşdə olan “baxış keçirmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünü ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi nömrəsiz evdə baxış keçirilmiş, baxış zamanı həmin mənzildən bir ədəd qutuda içərisində 05 ədəd şəffaf sellofan bükümdə maddələr və bir ədəd tərəzi aşkar edilərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 204-206). Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/643 saylı 01 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №194» dairəvi möhür əksi və soyadlar və imzalar qeyd edilmiş 2 ədəd kağız paketdə olan: -1№-li paketdə bir ədəd bükümdə təmiz çəkisi 1,864qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -2№-li paketdə bir ədəd kağız qutuda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,905qram, 0,445qram ümumi təmiz çəkisi 1,350qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə –metamfetamindir. Digər 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,673qram, 0,243ram, 4,795qram ümumi təmiz çəkisi 6,711qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş ümumilikdə 2 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponet tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş ümumilikdə dörd ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Bir elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək və dörd ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqatını aparmaq mümkün eyildir (cild 01, iş vər. 210-215). İşdə olan “diskə baxış keçirilməsi haqqında” 02 fevral 2022-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən nömrəsiz evinə tərcüməçinin, müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən baxış keçirilməsi, əvvəlcə ondan yaşadığı mənzildə saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə dolabın üzərindən bir ədəd içərisində şəffaf sellofana bükülmüş içərisində ağ rəngli, 03 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddələr olan qutunu və bir ədəd tərəzini təqdim etməsi, ondan təqdim etdiyi 05 ədəd bükümün içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda həmin bükümlərin içərisində narkotik vasitə və psixatrop maddə olması və həmin maddələri və tərəzinin qonşusu Ramiz adlı şəxsin ona müvəqqəti saxlaması, sonra gəlib götürəcəyini bildirməsi, bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş bir ədəd qutuda içərisində 05 ədəd şəffaf sellofana bükülmüş bükümləri və tərəzinin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 mənzilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsi və onun mənzilindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur (cild 01, iş vər. 242). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-64/2022 saylı 02 fevral 2022-ci il traixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablanmaqla, «həbs» qətimkan tədbiri seçilmişdir (cild 02, iş vər. 8-12). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla, sonuncu dəfə Suraxanı Rayon Məhkəməsinin 14 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdaqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 02, iş vər. 26-28). Ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 2065 saylı 25 aprel 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 47-48). Kompleks məhkəmə psixiatrik-psixoloji ambulator ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik X11 hüquqi şəxsin verdiyi 1236 saylı 16 may 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2da həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2nın hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2nın məcburi müalicəyə ehtiacı yoxdur. Təqsirləndirilən şəxs2 cinayət əməli törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur. Əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları düzgün qavramaq, hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 02, iş vər. 49- 52). İşdə olan “cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında” 19 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi “İsmayıl” adlı şəxsin müəyyən edilməsi ilə bağlı istintaqı aparılan ********* saylı cinayət işindən ayrıca icraata azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işinin ayrılması barədə qərar qəbul olunmuşdur (cild 01, iş vər. 78-79). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılar»-ından “Narkotik vasitələri” əhatə edən İ siyahısının 5-ci qrafasına əsasən narkotik vasitə heroinin xalis çəkisi 2 (iki) qramdan yuxarı olması, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar külli miqdar hesab olunur. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş üç ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “şəxsi axtarış aparılması haqqında” və “evə baxış və götürmə aparılması haqqında” 31 yanvar 2022-ci il və 01 fevral 2022-ci il tarixli protokolların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. İbtidai istintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsə eyni məzmunlu ittiham irəli sürülərək göstərilmişdir ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlamaqla əldə etmiş, daşımış və saxlamışlar, bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Qeyd olunan ittihamlarla bağlı məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi bütün yuxarıda qeyd olunan sübutları hərtərəfli araşdıraraq bu qənaətə gəlir ki, 9 ədəd bükümdə 12,882 qram narkotik vasitə heroin və 3 ədəd bükümdə 2,530 qram psixotrop maddə metamfetamini və tərəzini əldə edib saxlamaqla daşıması cinayətinin törədilməsi faktı mübahisəsizdir və bu cinayət əməlinin məhz təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 onun Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 9 ədəd bükümdə 12,882 qram narkotik vasitə heroin və 3 ədəd bükümdə 2,530 qram psixotrop maddə metamfetamini və tərəzini əldə edib saxlamaqla daşıması ilə bağlı ittiham elan edilsə də, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın məzmununda onun Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əldə edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin bükümləri və miqdarı fərqli formada, yəni narkotik vasitə heroinə münasibətdə 4 ədəd bükümdə 8,575 qram, psixotrop maddə metamfetaminə münasibətdə isə 2 ədəd bükümdə 1,350 qram şəklində müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın məzmununda Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə 4 ədəd bükümdə 8,575 qram narkotik vasitə heroini, 2 ədəd 1,350 qram psixotrop maddə metamfetamini və tərəzini Təqsirləndirilən şəxs2 satması, o cümlədən Yelena Bünyətovaya elan edilmiş ittihamın məzmununda onun qeyd edilən bükümdə və çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə əldə etməsinin qeyd edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqe ilə ziddiyyət təşkil edir. Belə ki, həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, “Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs1 əməlində onun Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 9 ədəd bükümdə 12,882 qram narkotik vasitə heroin və 3 ədəd bükümdə 2,530 qram psixotrop maddə metamfetamini və tərəzini əldə edib saxlamaqla daşıması müəyyən edilmədiyindən, ona elan edilmiş ittihamın məzmunundan 9 ədəd bükümdə 12,882 qram narkotik vasitə heroin və 3 ədəd bükümdə 2,530 qram psixotrop maddə metamfetaminə münasibətdə həmin narkotik vasitələr və psixotrop maddələrin Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı ifadələr ittihamın məzmunundan çıxarılmalı, Təqsirləndirilən şəxs1 əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.4.3-cü maddəsinə tövsif edilməlidir. O cümlədən Təqsirləndirilən şəxs2 əməlində onun qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə 4 ədəd bükümdə 8,575 qram narkotik vasitə heroini, 4 ədəd bükümdə 8,575 qram narkotik vasitə heroini, 2 ədəd 1,350 qram psixotrop maddə metamfetamini satış məqsədilə əldə edilməsi müəyyən edilmədiyindən, ona elan edilmiş ittihamın məzmunundan 4 ədəd bükümdə 8,575 qram narkotik vasitə heroin, 2 ədəd 1,350 qram psixotrop maddə metamfetaminə münasibətdə həmin narkotik vasitələr və psixotrop maddələrin Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı ifadələr ittihamın məzmunundan çıxarılmalı, Təqsirləndirilən şəxs1 əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.4.3-cü maddəsinə tövsif edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsaslanmaqla, hər iki təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlardan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlama və saxlamaqla bağlı bəndin - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin xaric edilməsini əsaslı hesab edir. Bununla yanaşı məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ifadələrində ona qarşı zor tətbiq olunduğuna dair göstərdikləri ilə bağlı qeyd edir ki, yuxarıda sadalananlardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 ifadəsində polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində narkotik vasitə və ya psixotrop maddələrin olmadığına dair göstərdikləri xüsusatların həqiqətə uyğun olmadığı və özünümüdafiə xarakteri daşıdığı artıq tam təsdiqini tapmışdır ki, məhkəmə göstərilən halı və bununla yanaşı məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində qeyd etdikləri xüsusatları istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununu, saxlanılan zaman və polis bölməsində olduqları zaman onlara qarşı heç bir zor tətbiq edimədiyi deməsinin müəyyən edilməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 ona qarşı zor tətbiq olunduğuna dair göstərdikləri iş materialları ilə təsdiq olunmur və bu kimi ifadələri təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs1 əməlində onun Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 9 ədəd bükümdə 12,882 qram narkotik vasitə heroin və 3 ədəd bükümdə 2,530 qram psixotrop maddə metamfetamini və tərəzini əldə edib saxlamaqla daşıması müəyyən edilmədiyindən, ona elan edilmiş ittihamın məzmunundan 9 ədəd bükümdə 12,882 qram narkotik vasitə heroin və 3 ədəd bükümdə 2,530 qram psixotrop maddə metamfetaminə münasibətdə həmin narkotik vasitələr və psixotrop maddələrin Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı ifadələr ittihamın məzmunundan çıxarılmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.4.3-cü maddəsinə tövsif edilməlidir və onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Olimovnanın onlara qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə heroin, psixotrop maddə metamfetamin və yaxud başqa narkotik vasitə satmaq niyyətləri olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onların yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini qismən etiraf edib peşman olmasını və himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini qismən etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət əməlləri törətməkdə təqsirli bilindikləri nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən onlar, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduqları 31 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizalarının rəyinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmuş və onların narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş 4,307 qram narkotik vasitə heroin və 1,180 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış, məhkəmə-kimyəvi ekspertizası təyin edildikdən sonra qalıq qalıq 4,007 qram narkotik vasitə heroin və 1,110 qram psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,864qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,905 qram, 0,445 qram ümumi təmiz çəkisi 1,350 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,673 qram, 0,243 qram, 4,795 qram ümumi təmiz çəkisi 6,711 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış, məhkəmə-kimyəvi ekspertizası təyin edildikdən sonra qalıq 8,375 qram narkotik vasitə heroin və 1,210 qram psixatrop maddə matemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə və yaşadıqları evə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan dörd ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərcləri cəmi 244 (iki yüz qırx dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş 4,307 qram narkotik vasitə heroin və 1,180 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış, məhkəmə-kimyəvi ekspertizası təyin edildikdən sonra qalıq qalıq 4,007 qram narkotik vasitə heroin və 1,110 qram psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,864 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,905 qram, 0,445 qram ümumi təmiz çəkisi 1,350 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,673 qram, 0,243 qram, 4,795 qram ümumi təmiz çəkisi 6,711 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və tərəzi iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış, məhkəmə-kimyəvi ekspertizası təyin edildikdən sonra qalıq 8,375 qram narkotik vasitə heroin və 1,210 qram psixatrop maddə matemfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə və yaşadıqları evə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan dörd ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 244 (iki yüz qırx dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmadığı nəzərə alınsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1263/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1263/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver