Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1263/2024 10.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X20 və X28, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X7, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Vəkillər Kollegiyasının 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Fərhad qızının iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 5025-ci məhəllə, ev 2, mənzil 13-də qeydiyyatda olmaqla faktiki olaraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduqluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq uçun internet informasiya ehtiyatlarında yaratdığı “X54” internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “X54” təhsil şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ökələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs3 inam və etibarını qazanmış, övladının xaricdə ali təhsil almasında köməklik göstərməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs3 övladı X21 X13 şəhərində fəaliyyət göstərən “Ondokuz Mayıs” universitetində “tibb” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə, gedəcəyi ökədə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin edəcəyinə, eyni zamanda təqdim etdiyi vəsait hesabına 4 illik təhsil haqqı və yataqxana xərclərinin ödənişini həyata keçirəcəyinə dair yalan vəd verib aldatmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda pulu ələ keçirmək və sonuncuda tam əminlik yaradıb öz cinayətkar əməllərini pərdələmək və həqiqi niyyətini gizlətmək üçün 11 iyul 2019-cu il tarixdə ünvan 1 ünvanında “X42’’-in 7-ci mərtəbəsində yerləşən ofisdə formal otaraq tərtib edilmiş müqavilə bağlayaraq həmin vaxt 3500 manat, daha sonra isə hissə-hissə olaqla 3000 manat pul vəsaitini 2019-cu ilin sentyabr ayında ünvan 1 ünvanında “X42”-in 7-ci mərtəbəsində yerləşən ofisdə Zərərçəkmiş şəxs3 alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək sonuncuya ümumilikdə 6500 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq uçun internet informasiya ehtiyatlarında yaratdığı “X54” internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “X54” təhsil şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ökələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs2 inam və etibarını qazanmış, övladının xaricdə ali təhsil almasında köməklik göstərməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs2 övladı X3 X13 şəhərində fəaliyyət göstərən “Ondokuz Mayıs” universitetində “İngilis dili müəlliməsi” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə, gedəcəyi ökədə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin edəcəyinə, eyni zamanda təqdim etdiyi vəsait hesabına 4 illik təhsil haqqı və yataqxana xərclərinin ödənişini həyata keçirəcəyinə dair yalan vəd verib aldatmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs2 məxsus pulu ələ keçirmək və sonuncuda tam əminlik yaradıb öz cinayətkar əməllərini pərdələmək və həqiqi niyyətini gizlətmək üçün 02 avqust 2019-cu il tarixdə ünvan 1 ünvanında “X42”-in 7-ci mərtəbəsində yerləşən ofisdə formal otaraq tərtib edilmiş müqavilə bağlayaraq həmin vaxt 1800 manat, daha sonra isə 2019-cu ilin avqust ayında hissə-hissə olaqla 1200 manat pul vəsaitini ünvan 1 ünvanında “X42”-in 7-ci mərtəbəsində yerləşən ofisdə Zərərçəkmiş şəxs2 alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək sonuncuya ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq uçun internet informasiya ehtiyatlarında yaratdığı “X54” internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “X54” təhsil şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ökələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə Zərərçəkmiş şəxs1 inam və etibarını qazanmış, övladının xaricdə ali təhsil almasında köməklik göstərməsi üçün ona müraciət etmiş İ.X.Əlyevaya övladı X17 X13 şəhərində fəaliyyət göstərən “Ondokuz Mayıs” universitetində “Mamalıq” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə, gedəcəyi ökədə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin edəcəyinə, eyni zamanda təqdim etdiyi vəsait hesabına 4 illik təhsil haqqı və yataqxana xərclərinin ödənişini həyata keçirəcəyinə dair yalan vəd verib aldatmış, üzərinə götürdüyü öhdəlikləri əvvəlcədən yerinə yetirmək niyyətində olmadığı halda 2019-cu ilin avqust ayında ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ünvan 1 ünvanında “X42”-in 7-ci mərtəbəsində yerləşən ofisdə Zərərçəkmiş şəxs1 ümumilikdə 3300 manat alıb ələ keçirərək sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə yüz faiz zəmanətlə xaricdə təhsil xidmətləri təklif etdiyi vətəndaşları inandırmaq uçun internet informasiya ehtiyatlarında yaratdığı “X54” internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “X54” təhsil şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək müştəri kimi ona müraciət etmiş vətəndaşlara müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ökələrdə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə X18 və Zərərçəkmiş şəxs5 Fərhad qızının inam və etibarını qazanmış, özü və həyat yoldaşı Zərərçəkmiş şəxs5 xaricdə ali təhsil almaqda, həmçinin İstanbul şəhərində ev almaqla bağlı köməklik göstərməsi üçün ona müraciət etmş Ə.F.X5 Samsun şəhərində fəaliyyət göstərən “Ondokuz Mayıs” universitetində “Güzel Sanatlar” ixtisası üzrə, həyat yoldaşı Zərərçəkmiş şəxs5 Fərhad qızını isə həmin universitetdə “Tibb” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə, gedəcəyi ökədə qarşılanma və yerləşdirmə xidmətləri ilə təmin edəcəyinə, eyni zamanda təqdim edəcəyi vəsait hesabına ilik təhsil haqqı və digər xərclərinin ödənişini həyata keçirəcəyinə, eləcə də İstanbul şəhərində ev almaqda köməklik göstərəcəyinə dair yalan vəd verib onları aldatmış, Əlfəddin və Aşiqə Kərimovlara məxsus külli miqdarda pulu ələ keçirmək və onlarda tam əminlik yaradıb öz cinayətkar əməllərini pərdələmək və həqiqi niyyətini gizlətmək üçün ilk olaraq Zərərçəkmiş şəxs5 ilə, daha sonra isə Zərərçəkmiş şəxs4la formal otaraq tərtib edilmiş müqavilə bağlamış, zərərçəkmiş şəxslərin ona tam güvənlərinin yaranmasına əmin olduqdan sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə 2020-ci ilin yanvar ayının əvvəllərindən 29 noyabr 2022-ci il tarixədək olan dövr ərzində ayrı-ayrı vaxtlarda müxtəlif yerlərdə, yəni Zərərçəkmiş şəxs5 2020-ci ilin yanvar ayının əvvəllərində ünvan 1 ünvanında “X42”-in 7-ci mərtəbəsində yerləşən ofisdə 6000 manat, 04 may 2020-ci il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs4 500 manat, daha sonra həmin ünvanda istintaqa məlum olmayan tarixlərdə Zərərçəkmiş şəxs5 hissə-hissə olmaqla üç illik təhsil haqqının Ödənilməsi adı ilə 12600 manat, təhsil aldığı müddətdə semestr imtahanlarının yazılması adı ilə hissə-hissə olmaqla 12000 manat, daha sonra Universitetin ödənilməmiş üç illik təhsili haqqı üçün 5000 manat, A.Kərimovdan həmin ünvanda 17 iyun 2020-ci il tarixdə 1100 manat, “COVİD 19” pandemiyası ilə əlaqədar olaraq Universitetin iki illik təhsil haqqının ödənilməsi üçün hissə-hissə 500 manat olmaqla 2000 manat, 26 aprel 2022-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Land Park” otelində ev almaq adı ilə 31000 manat, daha sonra Zərərçəkmiş şəxs5 2022- 2023-cü tədris ilinə dair Universitetə köçürülməsi, həmin tədris ilinin özünün iştirakı olmadan başa vurulması adı ilə hissə-hissə olmaqla onun atası Tapdıq Xəlilovun adına olsada öz istifadəsində olan 4127********005 nömrəli bank kart hesabına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, “Araz” marketdə yerləşən “E-Manat” post terminalından 390 manat, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Nazim” Marektdədən “E-Manat” post terminalından 450 manat, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Nazim" Marektdədən “E- Manat” post terminalından 220 manat, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “E-Manat" post terminalı vasitəsi ilə 885, 2000, 2000, 2000 manat, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Nazim” Marektdədən “E-Manat" post terminalından 400 manat, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “E-Manat” post terminalı vasitəsi ilə 1500 manat olmaqla cəmi 9845 manat və İstanbul şəhərində guya aldığı evin pulunun qalan hissəsinin ödənilməsi adı ilə 29 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 anası Şahid1 vasitəsi ilə göndərdiyi 5000 manat pulu ünvan 4 ünvanında yerləşən 3 saylı “ASAN” xidmətin qarşısında alıb ələ keçrimiş, bununlada təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 Fərhad qızına məxsus ümumilikdə 65445 manat və zərərçəkmiş şəxs X8 məxsus ümumilikdə 19600 manat olmaqla cəmi 85045 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən etibarən fərdi sahibkar kimi fəaliyyətə başlamış, təhsilə yardım sahəsində sahibkar kimi qeydiyyatdan keçmişdir. İş üzrə adı keçən zərərçəkmiş şəxslərlə öz imzası və möhürü ilə müqavilə bağlamışdır. Cinayət işinin materiallarında güya onun özünü Azər Əliyev kimi təqdim edib müştərilərlə müqavilə bağladığı göstərilir. Belə ki, bəzi günlər ərzində 30-a yaxın müqavilə bağlanmış və fiziki cəhətdən bunu çatdırmağı mümkün olmadığından Azər Əliyev adlı işçisi printerdən çap olunmuş onun imzası və möhürü olan müqavilələrlə müqavilə bağlamışdır. Bundan başqa “Xəzər”, Space” və başqa telekanallarda olan verilişlərdə dəfələrlə şirkətin rəhbəri kimi iştirak etmişdir. Şirkəti ilə müştərilər arasında 10 il ərzində yüzlərlə müqavilə imzalanmış, həmin müqavilələr imzalandıqdan sonra onların çalışdığı yerdə yerləşən “Şəfəq” tərcümə mərkəzinə göndərilmiş, oradan da notarial qaydada da təsdiqlənmək üçün notariusa təqdim olunmuşdur. Müstəntiq notarial qaydada təsdiq olunmuş müqavilələrdən birini səhvliklə cinayət işi materiallarına əlavə edərək onun haqlı olduğunu göstərmişdir. Bundan başqa o, bütün müştərilərlə müqavilələri öz otağında kamera altında müqavilələri yüksək səslə oxuyaraq və müştəriləri müqavilənin şərtləri ilə tanış edərək bağlamışdır. Həmin müqavilələrdə şirkətin öhdəsinə tələbənin universitetə daxil olması, tələbənin universitetə nəqliyyat vasitəsi ilə aparılması, tələbənin tibbi sığortası və tələbənin həmin ərazidə polis qeydiyyatına salınması daxil olmuşdur. Onun şirkəti yeganə şirkətdir ki, ödənişlər tələbə universitetə daxil olduqdan sonra alınmışdır. Bu onun “Xəzər” televizyasında olan çıxışından da görünür. Ödənişin universitetə daxil olduqdan sonra verilməsi müştərilərlə bağlanmış müqavilələrdə də göstərilmişdir. Tələbələr universitetə daxil olduqdan sonra onların vasitəsilə universitetin olduğu yerə göndərilmiş, orada xəstəxanada qan analizi verərək sığortalarını əldə etmişlər. Türkiyə təhsil qanununa görə, əgər tələbənin adı siyahıda çıxmazsa o, nə sığorta ala bilər, nə polisdə qeydiyyata düşə bilər, nə də ki, Türkiyədə 3 aydan çox qala bilməzlər. Bu isə onun doğru dediyini göstərən amillərdən biridir. O, pandemiya başladıqdan sonra tələbələrlə bağlanmış müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün 1 gün ərzində 270 min dollar pulu tələbələrə geri qaytarmışdır. Onun dələduzluq etmək fikri olsaydı, həmin pulları qaytarmazdı. Həm də ki, onun Amerikada “Social security” kartı, Türkiyədə yaşayış icazəsi kartı və Kanadada daimi yaşamaq icazəsi vardır, yəni o, dələduzluq etmək istəsəydi həmin pulları alıb rahatlıqla həmin ölkələrə qaça bilərdi. Bundan başqa əgər onun dələduzluq niyyəti olsaydı, o, müqavilədə öhdəsinə düşməyə-düşməyə, valideynlər rahat olsun deyə “Dəmirçi Plaza”da və “Hyat Regency”də təlimatlar və konfranslar keçirməzdi. Tələbələrin ondan şikayət etməsinin səbəbi pandemiya başladıqdan sonra bütün quru sərhədlərin bağlanması və Türkiyədə distant təhsilə keçilməsi olmuşdur. Belə ki, distant təhsilə qoşulmaq üçün tələbələrin xüsusi avadanlıqları olmalı, xüsüsi proqramlar yüklənməli, bəzən dərslərə güzgü platforması ilə daxil olunmalı idi. Bunu isə hər tələbə bacarmamış və yaxud bununla maraqlanmamışdır. Bildiyiniz kimi, həm də Azərbaycanda Təhsil Nazirliyi tərəfindən qəbul olunmuş Xaricdə təhsil proqramına əsasən Azərbaycanda distant təhsilə üstünlük verilmir və distant təhsillə universiteti bitirmiş tələbələrin diplomu çox vaxt təsdiqlənmir. Yaranan problemlərdən biri də bu olmuşdur. Azərbaycan Respublikası “Sahibkarlıq haqqında” qanuna əsasən ona məxsus şirkət qanuni formada qeydiyyatdan keçirilmiş, həmin şirkətə məxsus xüsusi möhür olmuş və həmin möhürdə xüsusi loqo öz əksini tapmışdır. Həmin şirkət təhsilə yardım sahəsində qeydiyyatdan keçirilmişdir. Müstəntiqin bunula bağlı ittiham aktında yazdıqları sadəcə onun qanundan xəbəri olmadığını göstərir. Həmçinin müstəntiq sorğuları düzgün versəydi, rəsmi qeydiyyatdan keçmiş həmin şirkətin unitar servis “Uluxanlı” təhsilin inkişaf mərkəzinin fərdi ailə üzvlərinin adına olmasına baxmayaraq direktorun onun, yəni Təqsirləndirilən şəxs olduğunu müəyyən edə bilərdi. Həmçinin, sorğu göndərilsəydi onun X10 Mədəni Əlaqələr Federasiyasının X6 Birliyinin Azərbaycan üzrə şöbəsinin rəsmi icraçı direktoru olduğunu müəyyən edərdi. Müstəntiq onun ABŞ-da fəaliyyət göstərən “United WORK and Travel tnc” beynəlxalq iş və səyahət şirkətində rəsmi olaraq işləmək üçün icazəsi olduğunu müəyyən edə bilərdi. Bundan başqa, onun zərərçəkmiş şəxslərlə bağladığı müqavilələrin öz möhürü ilə, öz imzası ilə təsdiq etməyi və həmin müqavilələrin notariat kontorunda təsdiq olunması həmin fəaliyyətin bir daha qanunsuz olmadığını göstərir. Müstəniq tərəfindən ittiham aktında ağırlaşdırıcı hal kimi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsi yəni cinayətlərin residivi göstərilmiş, ancaq o, 2014-cü ildə Xətai rayon məhkəməsinin qərarı ilə məhkum olunmuş və onun məhkumluğu rəsmən 2019-cu ilin dekabr ayında başa çatmışdır. Hazırki iş üzrə zərərçəkmiş şəxslər ondan 2023-cü il tarixdə şikayət etmişlər. Həmçinin Xətai rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilsə də, bundan 1 il keçməmiş Qaradağ rayon məhkəməsi tərəfindən barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Həmçinin Asan xidmətdən də məhkumluğunun olmaması barədə arayış almışdır. Bu cinayət işi üzrə Yasamal rayon məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində verdikləri vəsatətlərə münasibət bildirən müstəntiq və prokuror köməkçiləri də onun məhkumluğunun olmadığını bildirmiş və həmin faktlar məhkəmə qərarlarında öz əksini tapmışdır. Ancaq iş Bakı Ağır Cinayətlər Məhkəməsinə gələn zaman onun məhkumluğu yaranır. Cinayət işinin materiallarında barəsində olan yüngülləşdirici hallarla bağlı sənədlər müstəntiq tərəfindən qəsdən iş materiallarına əlavə edilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs4 tərəfindən müstəntiqin, vəkilinin və onun iştirakı ilə ona qarşı dəymiş zərərin hamsının ödənilməsi ilə bağlı ərizə və Zərərçəkmiş şəxs4 tərəfindən Daxili İşlər nazirinə ünvanlanmış təşəkkür məktubu qəsdən müstəntiq tərəfindən işə əlavə olunmamış və iş materiallarında Zərərçəkmiş şəxs4 zərərin yalnız bir qisminin ödənilməsi öz əksini tapmışdır. Həmçinin valideyni tərəfindən zərərçəkmiş şəxslərə ödənilməsi üçün müstəntiqə verilmiş 9.000 manat məbləğində pul heç bir zərərçəkmiş şəxsə ödənilməmiş və geri qaytarılmamışdır. Həmçinin müstəntiq üzləşdirmə keçirilən zaman zərərçəkmiş şəxslərin verdikləri səmimi ifadələri qəsdən saxtalaşdırmış və olduğu kimi iş materiallarında əks etdirməmişdir. Bundan başqa müstəntiq tərəfindən himayəsində azyaşlı uşağının olması və atasının ağır xəstə olması yüngülləşdirici hal kimi nəzərə alınmamışdır. Bundan başqa müstəntiq tərəfindən onun cinayət məsuliyyətindən azad olunmağı ilə bağlı sənədlər də qəsdən cinayət işinin materiallarına əlavə olunmamışdır. Əslində onun tutulmağının və barəsində daha ağır maddə ilə cinayət işinin açılmasının səbəbi barəsində olan əvvəlki iş ilə bağlı Yasamal rayon məhkəməsinin hakimi Hüseyn Səfərov tərəfindən çıxarılmış xüsusi qərara görə prokurorun müavini Rəşadət və digər müstəntiq və istintaq rəislərinin ondan qisas alması olmuşdur. Pandemiya başladıqdan sonra şirkətin fəaliyyətini müvəqqəti olaraq dayandıraraq bağladıqları və icra olunmamış müqavilələr ilə bağlı aldıqları pulların hamısını kamera qarşısında geri qaytarmışlar. Pullarını geri qaytardıqları elə şəxslər də olmuşdur ki, onların müqavilələri icra olunmuş, ancaq yenə də həmin şəxslərin pullarını geri qaytarmışlar. Cinayət işində adı keçən həmin 5 nəfər şəxsdə pullarını qaytardıqları şəxslər arasındadır. 2020-ci il tarixdə Azərbaycanda fəaliyyətini dayandırıb ailəsi ilə Kanadaya köçmüş və orada işləmişdir. O, yalnız ayrı-ayrı ölkələrə səyahət etdiyi zaman Azərbaycanın İnterpolu tərəfindən “Yaşıl” bülleten ilə axtarıldığını öyrənmişdir. Daimi yaşama hüququ olan Kanadada buna görə tutulmuş, ancaq sonradan daimi yaşayış hüququ olduğundan sərbəst buraxılmış və qarşı tərəfə verilməmişdir. Bundan sonra dəfələrlə X38 və İnterpol ofisinə zəng etmiş, məqsədi iş ilə bağlı sübutlarını təqdim etmək olmuşdur. Bundan sonra soyğunçuluqla bağlı dəfələrlə hava limanlarında saxlanıldığı və biletləri batdığı üçün X11 daxil olan zaman özü könüllü şəkildə təslim olmuş və bu da Şimali Makedoniya məhkəməsinin qərarında da öz əksini tapmışdır. Bundan əvvəl də ABŞ, Serbiya, Türkiyə, Dominik Respublikası hava limanlarında saxlanılıb Azərbaycan İnterpol ofisinə bununla bağlı məlumat verilsə də, İnterpol ofisi hər hansı bir reaksiya verməmişdir. Şimali Makedoniyada tutulduqdan 3 ay sonra Bakı ofisi onu qəbul edib istintaq təcridxanasına təhvil vermişdir. Bundan sonra elə ilk məhkəmədə haqlı olsa da, bütün sübutları, diskləri, hard diskləri və depozitdə olan 40.000 manatın qəbzini göstərib zərərçəkmiş şəxslərə ziyanın ödəniləcəyini bildirdiyi üçün məhkəmə onu ev dustaqlığına buraxmışdır. Bundan sonra sabiq müstəntiq Fazil Osmanov 1 il müddətində qurma istintaq aparmış, həmin müddətdə dəfələrlə müstəntiqə zəng edib burada işinin olmadığını və dolanşığının olmadığını bildirərək Kanadaya geri qayıtmaq istədiyini bildirsə də, müstəntiq ona bunun yalnız zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyi vaxt gerçəkləşəcəyini bildirmişdir. Fazil Osmanova bütün sübutları, diskləri və hard diskləri təqdim etmiş və bağladığı bütün müqavilələr ilə bağlı öhdəliklərimi yerinə yetirdiyini bildirmişdir. Həmçinin bağladığı və yerinə yetirmədiyi müqavilələr ilə bağlı ödənişləri geri qaytardığını ona bildirmişdir. Həmin zaman bununla bağlı saxta qəbzlər hazırlayıb ondan pul almaq istəyən şəxslər də olmuşdur. Bundan sonra işsiz olduğundan və Kanadaya getmək istədiyindən özünə məxsus olan mülkü satıb zərərçəkmiş şəxslərə iddia etdiklərindən də artıq pul ödəmiş və yenə də bir neçə ay keçsə də, barəsində olan cinayət işinin istintaqı davam etdirilmişdir. X38 zəng edən zaman sonuncu onun və istintaq rəisinin işdən azad olunduqlarını, rahat olmağını, işinin Hənifə adlı müstəntiqə verildiyini və sonuncunun da əvvəl nəzərdə tutulmuş formada işi aparacağını bildirmişdir. Bundan sonra Hənifə adlı müstəntiq işi bağlayıb Yasamal rayon məhkəməsinə göndərmiş, iş orada Hüseyn Səfərova verilmişdir. İş məhkəməyə daxil olan zaman ona məlum olmuşdur ki, müstəntiq ona təqdim etdiyi sübutları, diskləri, hard diskləri və zərərçəkmiş şəxslərə ödədiyi məbləğlər ilə bağlı qəbzlərin heç birini işə əlavə etməmişdir. Həmin işdə ödədiyi məbləğ ilə bağlı aktda saxtalaşdırılmış və məbləğ az göstərilmişdir. Bundan başqa heç ofisinin yerini bilməyən və tanımadığı şəxslər də işdə zərərçəkmiş şəxs kimi göstərilmiş, onu İnterpola vermək üçün zərərçəkmiş şəxsin ərizəsinin qabaq tarixlə ödənişi belə vardır. Bundan sonra Müdafiəçi1 ilə müqavilə imzalamış və 13 dəfə məhkəmə baxışının açılışını təxirə saldıraraq xüsusi qərarın çıxarılmasına səbəb olmuşdur. Məhkəmə getdiyi zaman prokuror müavini Rəşadət, müstəntiq Hənifə və istintaq rəisi ona və bütün qohumlarına zəng edərək onun bütün qanunsuzluqlara göz yumacağı halda yüngül cəza almağı üçün çalışacaqlarını bildirmişdir. O isə həmin qanunsuzluqları boynuna götürmədiyi üçün və xüsusi qərar çıxdığı üçün prokuror müavini Rəşadət, müstəntiq Hənifə və istintaq rəisi onun üzünə qarşı “indi gör səni necə yükləyəcik” demişlər. Bundan sonra müstəntiq Hənifə Bayramov onu idarəyə çağıraraq Zərərçəkmiş şəxs4 və Aşiqə xanımın ondan şikayətçi olduğunu bildirmişlər. Bundan sonra o, sonuncularla bağladığı müqavilələri, qəbzləri göstərib, videogörüntüləri və hard disk təqdim edərək əslində həmin şəxslərin ona borcunun olduğunu bildirmişdir. Bu zaman müstəntiq haqlı olduğunu, ancaq həmin şəxslərin şikayətçi olduqlarını və onların razı salınmalı olduğunu bildirmiş, Aşiqə 7.000 manat pul veriləcəyi təqdirdə barışıq əldə olunacağını bildirmişdir. Əlfəddin bunu görüb anasını, yoldaşını və uşağını orda qoyub çıxıb getmişdir. Bundan sonra idarədən çıxıb depozit hesabından 7.000 manat çəkib idarəyə geri qayıdan zaman X43 ilə Əlfəddini özünün yola salacağını bildirmişdir. Bundan sonra Aşiqəyə barışıq ilə bağlı zəng vursa da sonuncu dəfələrlə onun telefonunu götürməmiş və onu bloka atmışdır. X4 yeznəsinin restoranına gəlib hər şeyi etiraf etmiş və baş verənlərin prokurorun müavini, istintaq rəisinin məhkəmə qərarına görə etdiklərini bildirmişdir. Bundan sonra X50 naziri Vilayət Eyvazovun qəbuluna girmiş və Əlfəddinin saxta ifadəsi ilə ona qarşı bu ittiham irəli sürülmüşdür. X44 nazirinin qəbuluna girməsi bir mənada ona sərf etmiş, xüsusi qərardan sonra müstəntiqlər Fazil və Hənifə barədə araşdırma aparılmağa başlanmışdır. Bu zaman Fazil tərəfindən saxta olaraq tərtib olunmuş qəbzin saxtalığı həmin zaman sübuta yetirilmiş və həmin qəbzə görə ona ödətdirilmiş pullar geri qaytarılmışdır. Baş verənlərdən sonra onun işi yenə də Hənifədə olmuş, sonuncu onunla əlaqə saxlayaraq şikayətini geri götürməyini, Əlfəddin ilə bağlı işinin onda olduğunu və Əlfəddinin məhkəməyə gəlib şikayətini geri götürəcəyini bildirmişdir. Bundan sonra Əlfəddin məhkəməyə gəlib müstəntiq tərəfindən vəd edilənlərin əksini etmişdir. O, Daxili İşlər nazirinə ona dəymiş maddi ziyanın alınıb ödənilməsi ilə bağlı təşəkkür məktubu da göndərmişdir. İstintaq tərəfindən zərərçəkmiş şəxs kimi tanınıb sonradan pulu ödənilən Aysu Şıxalıyevanın valideyni ibtidai istintaq zamanı izahatında qeyd etmişdir ki, güya o, sonuncuların pulunu almış, ancaq həmin şəxslə müqavilə bağlanması və yaxud pulun alınması ilə bağlı həmin şəxslər tərəfindən heç bir sənəd təqdim olunmamışdır. Aysu Şıxalıyevanın atası onları atıb getdiyindən sonuncuya yazığı gəlmiş və ona pulsuz xidmət göstərmişdir. Aysunun anası izahatında qızının universitetə daxil olmadığını bildirmişdir. Əslində isə Aysu Samsunda universitetdə oxumuş, universitetin təhsil haqqını ödəmiş və 4 imtahana girmişdir. Bundan başqa izahatda ona 1800 manat pul ödənildiyi qeyd edilmişdir. Bildirmək istəyir ki, bir tələbənin Türkiyəyə gedib universitetə daxil olması üçün təxminən 3.500 manat pul lazımdır, bu isə onun doğru danışdığını göstərir. Həmin 1800 manat isə təhsil haqqına verilən puldur. 2019-2020-ci illər təhsil mövsümündə şirkət olaraq 1200 nəfər tələbəni Türkiyəyə oxumaq üçün yollamışlar. Ondan şikayət edən tələbələrin hamısı Samsuna göndərdikləri tələbələrdir. Buradan sual yaranır, nəyə görə şikayətçilərin hamısı Samsundan olan tələbələdir. Çünki həmin tələbələr Zərərçəkmiş şəxs5 tərəfindən öyrədilmişdir, sonuncular onun həbsdə olmağından istifadə edib ondan pul almaq üçün şikayət etmişlər. Mirvari Girdmanova ilə bağlı onu deyə bilər ki, müstəntiq tərəfindən yazılmış saxta ifadəyə qol çəkmiş və həmin ifadə də qəbul üçün pul verdiyini ancaq övladının qəbul olunmadığını bildirmişdir. Ancaq həmin ifadə başdan ayağa yalandır, həmin tələbə ilə bağlı bütün öhdəsinə düşən hər şey həyata keçirilmiş və tələbə tələbə biletini özü şəxsən gedib almışdır, hal-hazırda da adı tələbə olaraq qeydiyyatdadır. Sadəcə həmin şəxs də Aşiqə tərəfindən öyrədilmiş və ondan pul almaq üçün bu oyuna daxil olmuşdur. Mirvari Girdmanova onlara müraciət etməmişdən qabaq DİM-də imtahan vermiş, ancaq imtahana telefon keçirdiyi üçün nəticəsi ləğv olunmuşdur. Həm də ki, Mirvari Girdmanovanın attestatı olmamışdır. Attestat olmadığı üçün heç bir təhsil şirkəti həmin şəxsi xaricdə təhsil alması üçün qəbul etməmişdir. Ancaq məhz onlar həmin tələbənin attestatı olmadan Türkiyədə təhsil alması üçün çalışmışlar və onun qəbul olmasına nail olmuşlar. Zərərçəkmiş şəxs3 ərizəsində yazmışdır ki, Ayşən və Arzu bacıları ümumiyyətlə hazırda oxumurlar, tələbə deyillər, o, aldadılıb qəbzlə 3500 (üç min beş yüz) əmanət ödəyib, qalanını da güya qəbz olmadan verib, yəni bu işə görə xərci çıxıb, üstəgəl müqaviləni, qəbzi, hətta tələbə biletinin surətini də müstəntiqə təqdim edib. Əvvəla Zərərçəkmiş şəxs3 qəsdən ərizəsində yalnız bir övladını göstərib. Təbii ki, bu valideyn də Aşiqə, Əlfəddin və müstəntiqin birgə qurbanıdır və Samsun tələbəsidir. Üstündən 3 il keçəndən və o, həbs olunandan sonra şikayət vermişdir. Bu faktlar birbaşa açıq aşkar Əfləddin, Aşiqə və müstəntiqin oyununu ələ verir. Bundan başqa onun yanına İdris yox, sonuncunun bacısı uşaqlarının bibisi gəlib, ikisi üçün müraciət edib, qeyd edib ki, Arzu attestat almalı idi, direktor öz qohumuna verib (ofisin kamera görüntüsü izləyin) və beləliklə Arzu yaxşı oxuduğuna görə, həmçinin bir ailədən iki övlad onlara əmanət edildiyinə görə Arzunun bütün xərclərini özünün verəcəyini bildirmiş, hətta onun ixtisasını belə özü seçmiş və tələbə olmasını təmin etmişdir. Ayşən isə tibb istəyib. Onlar sadəcə Ayşən üçün ona 3500 manat (üç min beş yüz) ödəyib, qəbzi ona təqdim edilmişdir. Onların əlavə ödədiyi məbləğlər yaşam xərclərinə aid olub. Onun 2 övladı üçün ödədiyi məbləğə hər iki tələbənin transportu təmin edilmiş, təlimdə iştirak edib yola salınmış, illik tibbi sığortaları ödənmiş tələbə qeydiyyatı, rüsumları ödənildiyindən özü şəxsən universitetə gedib tələbə biletin almış, dərslərdə oturmuş, polis qeydiyyatı rüsumunu ödənmişdir və ikisi də qeydiyyata alınmışdır. İdris qızların oxumadığını qeyd etsə də, tələbə biletinin sürətini özü istintaqa təqdim etmişdir. Yəni onun sübutuma ehtiyac yoxdur. Müstəntiq belə savadsız şəkildə bu xüsusatları ittiham aktına salmışdır. Bundan əlavə adam kamera altında iş bitdiyini imzalamış və onunla görüşüb getmişdir. Bundan başqa o, 2 tələbə üçün çəkdiyi xərclərin qəbzini toplayıb mülki qaydada məhkəməyə təqdim edə bilər. Hətta zalda imkan yaratsanız on dəqiqədə İdrisin Türkiyədə oxuyan digər qızının şəxsi kabinetinə girib onu disiplin cəzası və yanlış sənəd ayarı bölümü ilə universitetdən qeydiyyatını silə bilər. Hansı ki, bunu Əlfəddin və Aşiqəyə qarşı əsəbiləşərək etmiş və onlar universitetə sonradan gələndə “qeydiyyatınız yoxdur” cavabı almışlar. Lakin o, bunu etməmiş, çünki, bu adam Əlfəddin, Aşiqə və müstəntiq qruplaşmasının sonuna qurbandır və atasının ucbatının övladlarının illərlə çəkdiyi əziyyəti yerə vurmaz. Bundan başqa İdris etiraf etsin ki, Əlfəddinin, müstəntiqin oyununa aldadıldığını, o, da onun şəxsi kabinetini qeydiyyatını silməsin. Bundan başqa Arzunun üç semestr təhsil haqını o, ödəmişdir, qəbzini təqdim edir. Necə olur ki, bu adam yazır ki, qızı tələbə deyil, ancaq o, universitetin hesabına sırf tələbə adına pul ödəyir. Tələbə olmayan adamın adı aparatda çıxır və pul ödəmək olmur və ya tələbə bileti özləri gəlib alıb, çünki adları surətdə olub. O, Arzunu gizlətməklə bir növ sonuncunun qeydiyyatını siləcəyindən qorxub və məbləği şişirtmək üçün yalan ifadə yazmaq üçün müstəntiqin oyununa gəlib. Bundan başqa Arzunun, Ayşənin WhatsApp səs yazıları var. İdris özü Yasamal MSY-də ondan pul tələb etmədiyini, sadəcə Ayşənin attestatının harada olduğunu, bundan başqa güya onunla əlaqə saxlaya bilmədiyi üçün şikayət etdiyini və hər iki övladının qəbul olduğunu demiş, hətta Ayşənin sadəcə ixtisasını dəyişmək istədiyini, onsuz da tibb-sağlıq bölümü tibbi sahə sayılır və Ayşən sağlıq və illik bakalavra qəbul edilmiş və hər iki tələbə üçün xərclədiyi 10.000 manatdan çox məbləğin qəbzini təqdim edir. Bacısı ona İdrisin dəli olduğunu, onunla danışıq aparmamağını demişdir. Əgər bu adam yalan ifadə yazıbsa təqdim etdiyi sübuta görə məsuliyyətə cəlb olunsun və onun o biri qızına görə çəkdiyi xərcləri ödəsin. Əks halda müqavilənin bəndinə əsasən onun hal-hazırda oxuyan övladının qeydiyyatını siləcəyini üzünə qarşı bildirir. Bu bir təhdid deyil, sadəcə bu adam üzləşmədə dediyini burada da etiraf etsin. O, bu yalan ifadələrə görə həyatında ilk dəfədir ki, ağır cinayətlərdə mühakimə olunur. Yəni bu formada yalan, bu formada şər, böhtan və ona göz yumrulacağına inanmaq mümkün deyil. Xahiş edirəm sübutlara baxasınız, əmin olmaq üçün sorğu göndərilsin, ancaq bu adamların sadəcə sübut belə təqdim etmədən öyrədilərək oxuyub 3 il keçəndən sonra Aşiqənin onları tapıb inandırması ilə tək bir yazıya ona atdığı şəri müstəntiqin qəbul edərək cinayət işi başlanması nəinki ədaləti məhv edir, ölkəyə millətə, hakimlərə meydan oxumaqdır. Bu qədər arxayınlıq olmaz, yarım ildən çoxdur tam şər böhtana görə həbsdədir. Üstəlik burada zərərçəkən odur. Əmin olun istənilən onun yerinə olan zəif insan bu şoka düşüb özün öldürərdi. İnanın ki, o, bu sübutları ictimailəşdirsə, hətta bütün tələbələrinin məhkəməyə gəlib bu Əlfəddinin oyunundan xəbərləri olsa onu linç edərlər. Sadəcə o, hələ də bu ölkədə ədalətə inanır. Zərərçəkmiş şəxs4, Aşiqə barədə bildirmək istəyir ki, X56 təhsili üçün 2020-ci ildə ona müraciət etmiş və o zaman o, subay idi və İbrahimova soyadında olmuş və bildirmişdir ki, onu bağlanmış AB Universitetinə tibb diplomu veriləcəyi adı ilə ona qarşı dələduzluq etmiş, ziyan vurmuşdur və o, imkanının aşağı olduğunu, həmçinin müqavilə ilə özəl klinikada işlədiyini bildirmiş və tibb işçisi kimi işləmək üçün təhsil almaq istədiyini bildirmişdir. O isə öz növbəsində onu şəxsən ofisdə kamera altında konsultasiya etmiş və tibb işçisi kimi, yəni həkim kimi bir başa mümkün olmayacağını yəni uzmanlıqdan qabaq ən az təhsilini sıfırdan oxumalı, bitirməli olduğunu izah etmiş və onunla Samsun OMO Dövlət Universitetində Tibb üzrə bakalavrı təhsilinə tələbə kimi yerləşdirmək üçün öz möhürü və imzası ilə, həmçinin Aşiqə İbrahimovanın öz imzası ilə hazırlanmış və notariat kontoru tərəfindən təsdiqlənmiş müqavilə bağlanmışdır. Aşiqənin onun tərəfindən sənədləri toplanaraq X57 Universitetinin Tibb bakalavr üzrə qəbul edilmiş, həmin tədris ilində Universitetin rəsmi web internet saytında ən son (çünki gec müraciət etmişdir) siyahısında adı, soyadı, xarici pasport nömrəsini əks etdirən və ixtisası yazılmış qəbul çərçivəsində rəsmi yayımlanmış və bu barədə Aşiqəyə bildirilmişdir. Sonuncu özü şəxsən girib saytdan baxmış və yalnız əmin olduqdan sonra ofisə yaxınlaşaraq, onun adına olan VÖEN ilə möhür ilə təsdiqlənmiş qəbz təqdim olunmaqla 6500 (altı min beş yüz) manat rüsum ödəmişdir. O, bu rüsumdan onun Samsun şəhərindən yola salınmasını, tələbə biletinin alınmasını, imtahan (TÖMER) rüsumunu, tibbi illik sığortasını, qeydiyyat rüsumlarını ödəyərək (qəbzləri təqdim edirəm) onu yola salmışdır. O, tələbə biletini alaraq qeydiyyatdan keçmiş X57 Universitetinin Tibb korpusunda analiz verərək tibbi sığortasını da şəxsən özü almış (bunu özü müstəntiqə təqdim edib), ittiham aktındakı işlərin tamamlanması barədə kamera altında öz imzası ilə aktı təsdiqlənmişdir. Bundan başqa Aşiqəyə konsultasiya zamanı Universitetin təhsil haqqının illik həmin tarixdə 20.000 TL (iyirmi min) yəni Azərbaycan manat qarşılığı təqribi 5800 (beş min səkkiz yüz) manat olduğu bildirilmiş və birinci ili özü ödəmişdir. Hətta o, Samsuna o biri tələbə Mehri Sadıqova tərəfindən Universitetə qeydiyyata aparılmış və ona köməklik göstərilmişdir. Bundan başqa Aşiqənin həmin vaxtlar şəxsi onun nömrəsinə və ofisin nömrəsinə göndərdiyi səs yazılarına, danışıqlara qulaq asa bilərsiniz. X14 ödədiyi 6500 (altı min beş yüz) manata rəsmi qəbz açılmış və o, onun sifarişi tam başa çatdırmış, əldə edilən məbləğdən onun nəqliyyatına, qalmağına, tələbə biletinə, illik sığortasına, dil imtahanının rüsumuna bütün xərcləri rəsmi ödənilmiş və tələbə biletini almışdır. Sonradan pandemiya başa çatmışdır. Ümumiyyətlə qısaca qeyd edir ki, dərslərin pandemiya vaxtı onlayn formada keçməsi bütün tələbələrdə problem yaratmışdır. Çünki onlayn formada dərslərdə iştrak etmək üçün tələbələr yüksək sürətli internetə malik olmalı, həmçinin proqramları dəstəkləyən uyğun cihazlar almalı, həmçinin hər mütəmadi Universitetin web saytını sosial səhifələrini izləməli, güzgü prinsipinə əməl etməli və əskikləri yükləməli, onlayn olsa belə qeyd edilmiş saatlarda mütləq canlı dərs proqramında mühazirə və imtahanlarda iştirak etməli idilər. Təbii ki, tələbələrin ilk dəfə 70%-dən çoxu imkansızlığa görə surətli cihazlar ala bilmədiklərindən, işlədiyindən, ailə həyatı qurduğundan, sürətli internetlərinin daimi olmamasından, dərs sınaq vaxtlarını sosial rəsmi web saytlarında izləyə bilmədiklərindən, yaxud öz laqeydsizliklərindən dərslərdə iştirak etməmişlər. Çoxu intizam cəzası almış, çoxlu kəsirləri yaranmış və bu kəsirlərə görə əlavə pul ödəmələri lazım olduğundan Universitetdə borcları yaranmışdır. Çoxlarında məlum idi ki, tibb, mühəndis və s. İxtisaslara görə diplomlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin X1rına təsdiq olunmurdu, bunu bilən çox tələbə Universitetini atmış və davam etdirməmişdir. Baxmayaraq ki, o, artıq pandemiya vaxtında rəsmi olaraq izləyə bilmədiyindən və rəsmi olaraq ofisi bağlayıb xaricə tam köçsə də, telefonu və tələbələrin WhatsApp qruplarına daim məlumat vermişdir. Hətta Aşiqənin belə ifadəsində təsdiqlədiyi formada bütün bu çətinliklər zamanı onlayn dərslərə kömək üçün Ali təhsilli və rəsmi müəllim heyətindən bir müəllimlər qrupu yaradaraq tələbələrin əvəzinə onlayn dərslərə girməkləri və tam yardım göstərməyini təşkil etmişdir. Həmin müəllimlər maddi qazanc üçün buna razılaşmış və hətta valideyn və tələbələr buna sevinərək birbaşa nümayəndə vasitəsilə pandemiya müddətində bu müəllimlər üçün əvvəlcədən razılaşdırılmış ödənişlər ödənmişdir. Hansı ki, Aşiqənin milli və ya western union ilə köçürdüyü həmin məbləğ ona aid deyil. Həmin müəllimlərdən bir neçəsini Fazil Osmanov əvvəlki cinayət işi üzrə çağırıb ifadəsini almış və həmin Elada adlı müəllimə ifadəsində hər tələbəyə görə pul aldığını yazılı etiraf etmişdir. Ancaq bu ittiham aktında Ramin Vəliyev qəsdən bunu ittiham aktına salmamışdır. Xahiş edir ki, ayrılmış cinayət işini incələyib bu fakta baxılsın. Beləliklə tələbələrin çoxunun yuxarıdakı səbəblər ucbatından pandemiyada məcbur edilmiş onlayn təhsil formatın tətbiq edə bilmədiklərindən və kəsir, borclarında, intizam cəzalarından ya özləri Universitetlərini atmış ya xaric olmuşlar. Əslində çoxu baxmayaraq ki, validlərin o qədər xərc çəkmiş, yol pulu, kirayə pulu, təhsil haqqı, yemək pulu və s. illərlə ödəniş etsə də tələbə Universiteti atmışdır. Təbii ki, çoxu bilsəydi ki, Universiteti atsalar da, istədikləri vaxtı əlavə kəsir, intizam cəza pulu ödəməklə qaldıqları yerdən davam edə biləcəklərini qanunvericilik təsdiq edir, sadəcə qlobal inflyasiya və xərclərin çox olmasından və ya özlərinin biganəliyindən bunu istəməmişlər. Çıxış yolunu onu şantaj, və böhtanla, yalan ifadə ilə və təbii ki, həbs olunduğunu fürsət bilməklə üstündən illər keçməsinə baxmayaraq ondan dəymiş ziyanı istəyirlər. Onun işi müqavilə ilə bu valideynlərin və ya özlərinin sifarişi ilə sadəcə Universitetə yerləşdirilib tələbə adın qazandırmaq olmuşdur. Hətta illərlə oxuyub, üstündən keçəndən sonra özü və ya pandemiya ucbatından zərərə uğrayırsa hansı qanunvericiliklə, hansı ədalətlə, hansı ölkə siyasəti ilə o, təsdiqləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb olunmuşdur? Bu açıq-aşkar qanun pozuntusudur və həmin məhkəmə qərarı ilə belə qanun pozuntusuna görə xüsusi qərar çıxarılmışdır. Yasamal rayon müstəntiqləri və prokuror köməkçisinin ona qarşı vəzifələrindən sui-istifadə edərək öz cinayətlərini ört-basdır etmək üçün qurduğu oyundur. Bundan əlavə Aşiqə xanım sonradan Əfləddin Kərimov adlı şəxslə ailə həyatı qurduğunu, onun müğənni olduğunu və məhz həmin Samsun şəhərində festivalda olduğunu və oradakı müəllim heyətinin onu tanıdığını əsas gətirərək onu da təqaüdlə həmin universitetə distant proqram üzrə yerləşdirməyi xahiş etmişdir və təbii ki, rəsmi notarial müqavilə və qəbzlə o, X51 Səssiz proqramına yerləşdirmişdir. İttiham aktına Əfləddin və Aşiqə barəsində də yazılır ki, həmin tələbə biletləri saxtadır və tələbə deyillər. Xahiş edir ki, ona istənilən ali təhsili adamın diplomunu və şəxsiyyət vəsiqəsinin Türk dilində tərcüməsi verilsin, elə məhkəmə zalında cəmi 15 on beş dəqiqə ərzində istədiyi Türkiyə Universitetinə rəsmi olaraq qəbul ala bilər. Yəni sırf təsis magistr proqramı çətin bir presodur deyil və əlavə sənəd tələb etmir. Üstəlik həmin Aşiqə və Əlfəddinin özlərinin təqdim etdiyi tələbə biletlərini, tibbi sığortalarını və ya qəbul kağızını rəsmi sorğu göndərib və həmin ildə siyahıda adı olub-olmadığını orijinal olduğuna məhkəmədəkilər də əmin olsun. Yaxud imkan yaradın elə zaldaca onların həmin ildə Universitetin rəsmi web sərfəsində şəxsi kabinetlərinə girib sizə ad soyad pasportu və tələbə bileti ilə göstərsin. Sadəcə onu qəbul edir və boynuna alır ki, bəli o, onların hər ikisinin Universitetə qəbul qeydiyyatını öncədən özündə olan şifrə və həmin email olduğundan və onların qəbulu üçün verilən imtahan sertifikatının X26 Mədəni Əlaqələr Federasiyası möhürünə səlahiyyəti icazəsi olduğundan Universitetə həmin sertifikatın saxta olduğunu rəsmi və məktubla göndərdiyindən bir-iki Universitetdən xaric edilmişdir. Çünki həmin vaxt artıq Əlfəddinlə dalaşmış və onu borclarını qaytarmağa məcbur etmişdir. Hətta qaynanası səhəri gün Yasamal rayonunda yerləşən Asan xidmətin qabağında avtomobilinə əyləşərək yalvarmış və əl yazma ilə borcdan 5000 (beş min) ödədiyini, qalanının isə ödəyəcəyini bildirərək şəxsiyyətinin surətinin verməklə və imzalamaqla kamera altında yazmışdır. Necə olur ki, bu adam özünün ona olan borcunu etiraf edir, ancaq indi ondan pul tələb edir??? Beləliklə onun şikayət etməsinin əsl səbəbini, sübutunu, WhatsApp danışıqlarını və ittiham aktından çıxardılmış faktları təqdim edir. Xahiş edir möhtərəm hakimlər və ittihamçı bu faktları, sübutları nəzərdən keçirib bir daha onun şikayətinin yalan, şər-böhtan olduğuna əmin olsunlar. O, artıq xaricə köçəndən sonra belə, Aşiqə xanım nəinki müəllimlərin nömrəsini, onun şəxsi WhatsApp nömrəsini bilirdi və mütəmadi onunla danışırdı və onun səs yazılarını danışıqların təqdim edir. Beləliklə Aşiqə xanım ilk öncə artıq övladının olacağını, ümumiyyətlə Əlfəddinin pandemiya olduğundan restoranlara gedib pul qazana bilmədiyini, borc-xərc içində olduğunu (səslərdə etiraf edir, təsdiqləyir) bildirmiş, nə təhsil haqqını, nə də ki, onlayn dərs üçün müəllim heyətinə pul ödəyə bilmədiyini (xatırlatdır ki , müəllimlərdən bir evdən, iki nəfər olduğuna görə ondan daha az rüsum almasını xahiş etmişdir). Hətta onun Əlfəddindən tələbə kimi yox, güya uzmanlıq oxuduğu yalanı gizlətməyi xahiş etmiş, onunla Əlfəddinin əlaqə yaradacağını bildirmiş və ona kömək etməyini rica etmişdir. Beləliklə, Əlfəddin o, xaricidə olanda dəfələrlə, demək olar ki, gündəlik mütəmadi onunla WhatsApp vasitəsilə yazmış, səs atmış, səmimi ünsiyyət yaratmış və dəfələrlə hər semestr nə təhsil haqqını, nə də ki, imtahan xərclərini ödəməyə imkanı olmadığını bildirmiş, hətta günün 10-15 manat pula işlədiyini banklara belə kredit borcu olduğunu bildirmişdir. Hətta and içmiş, yalvarmışdır ki, semestr ödənişlərini o, ödəsin, sonra qazanıb onun pulunu geri ödəyəcəyini bildirmişdir. Hətta bir ay belə davam edəndə ona məlum olmuşdur ki, Əlfəddin Aşiqədən belə gizli ondan borc almışdır. Bütün bunlar WhatsApp səs yazısında vardır. Həmçinin, o, Aşiqəyə təhsil haqqının müəyyən faizinin Türkiyənin Dövlət təqaüd sisteminə UEKİB-də olan səlahiyyətlərindən istifadə edərək ona təqaüd ayrılmasını saxlamışdır. Xahiş edir UEKİB-ə Aşiqənin ad soyadına sorğu göndərilsin, yaxud təqdim etdiyi sənədi qəbul edib bu faktı təqdim etməyi xahiş edir. Artıq bu hal dirəndiyindən və Əlfəddinlə Aşiqənin söz verib ödəmədiyini borclar şişdiyindən (iki semestr borc 6000 manatdan çox edir) o, borc verə bilməyəcəyini bildirmişdir. Hətta artıq Aşiqənin övladı olduğu sənədini onun əvəzindən Universitetin şəxsi kabinetinə əlavə edib qanuna uyğun olaraq akademik analıq məzuniyyəti ilə donurmuşdur. Həmçinin məhkəməyə sübut kimi Aşiqənin WhatsApp proqramına müəllimlər tərəfindən göndərilmiş onun dərs vəsaitləri, şəkilli şəxsi kabinetin video çəkilişi və sairə mərhələ çəkilişlərini təqdim edir. Bundan başqa Əlfəddin borclarını ödəyə bilmədiyini, hətta evdə çox söhbət olduğunu bildirmiş, onun Türkiyədən bir iş tapmağına köməklik göstərməyi, qalacaq yer olsa belə sadəcə işləyib borclarını qaytarmaqda razı olacağını WhatsApp səsi ilə atmış, yalvarmışdır. O, yoldaşı ilə gəlib Türkiyədə yaşamaq, işləmək, qalmaq istədiyini, Bakıda vəziyyətini pis olduğunu, hər sahədən narazı olduğunu dəfələrlə bildirmişdir. İstər artıq Aşiqə, istərsə də Əfləddinin onun Türkiyədə mülkünün olduğunu və orada yaşamadığını, kirayədə olduğunu bilirdi. Çünki dəfələrlə olub ki, orda oxuyan tələbələr müəyyən müddət təmənnasız o evdə qalıblar. Hətta artıq Əlfəddin və Aşiqə niyyətləri tam səmimiyyət yaratmaq və bu vəziyyətdən sui-istifadə etmək idi. Çünki özünün atdığı səslərə qulaq asa bilərsiniz, ona qız tapdıqlarını, evləndirmək istədiyini dəfələrlə israrla bildiriblər. Qısası bu gün Əfləddin onun İstanbula gəldiyini və gəlib orada görüşmək və onu yaxından tanımaq və güya ev baxmaq, iş axtarmaq üçün gələcəyini və onu qarşılamağa kömək elədiyini bildirmiş, sadə otel yerləşdirəcəyini, üstəlik hava limanında gələ bilməyəcəyini bildirmişdir. O, sadəcə olduğu adresə gələrsə imkanı olduqca vaxt ayıracağını bildirmişdir. Hətta ona atdıqları səsə də baxa birlərsiz ki, bu adama burada yaşamaq üçün işləmək lazım olduğunu, pul dəyərini itirdiyindən qazandığının sadəcə evə, yeməyə ödədiyini, burada qeydiyyatı olmayanın kreditlə belə ev ala bilməyəcəyini, borca, kreditə girməməyi dəfələrlə məsləhət görmüşdür. Əslində Əlfəddinə “ona olan borcları qaytar, hələ sonrasına baxarıq” anlamında dəfələrlə üzü gəlməsə də söz atmışdır. Hətta o qədər çıxılmaz vəziyyətdə qalmışdır ki, onun əslində bilmədiyi faktı ki, Aşiqə tələbə olur yəni bakalavr oxuyur, uzmanlıq yox, yəni tələbə üçün tibb təhsili hər mənada çətin olacaq. Bilirdi ki, özü də hiss edirdi ki, hər semestr 26 krediti olan bu 6-7 illik tibb həyat şəraiti evliliyi oranı bitirməyə ona imkan verməyəcək, ona görə də bir növ başqa yollar arasında idi. Əslində mən də sonradan, həqiqətən onun pul qazana bilmədiyini dərk etdiyindən onun gəlib Türkiyədə işləməyinə və burada tanışlarının restoranında və ya özünün açmaq istədiyi kültür mərkəzində işləməsinə etiraz etməmək üçün gəlişinə etiraz etməmişdir. Həm də ən azından üz-üzə tanımaq istəmişdir. Əslində bütün bunlar Aşiqə onun övladı və Aşiqə anasının xahişi ilə ona atdığı səslərə görə etmişdir. Aşiqə min dəfə Əlfəddindən namuslu və düzgün xanım olub. Sadəcə onun bəxti gətirməyib. Əlfəddin isə ona yaşadıqlarını onunla ödəmək istəyir. Beləliklə Əlfəddin ona əvvəlcədən dediyi üçün vaxtını bildirməklə (hətta o, Əlfəddinin üzünə vurdu ki, sən necə biletə pul tapırsan ancaq ona olan borcundan ödəmirsən) İstanbula gəldi və həmin gecə onun Heydər Əliyev adına hava limanında Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən cibinin tikildiyi və üstündə 10.000 $ (on min) dollardan artıq məbləğ olduğunda saxlanıldığı gecə saat 03:00 radələrində ona WhatsApp səsindən qulaq asa bilərsiniz. Yəni qanunlar ölkədən üstündə on min dollardan artıq pul aparmağa icazə vermir. Yəni Əlfəddinin yazdığı ki, ona İstanbulda o qədər pul verib absurd və qanunla belə mümkün deyil və yaxud verilibsə xahiş edirəm H.Əliyev adına hava limanın gömrük xidmətinə sorğu göndərin, onun üstündə ki, pulu yazdığı deklarasiya sənədini alın. Yaxud əgər o, xaricdə digəri Bakıda olubsa o, pulu götürdüyü qəbzləri məhkəməyə təqdim etsin. Onun adına, kartına köçən pul heç 10.000 (on min) manat atır və o pulların çoxu müəllim və ya borcu, ya təhsil haqqı üçün olub. Əlfəddin heç bir yerdə işləmir. Qayınanasının evində qalır, günü 10-15 manata restoranda oxuyur. Banka 15.000 manat borcu var (hələ bu hadisələrdən belə qabaq tarixlə xahiş edir banka sorğu göndərilsin). Üstəlik təhsilləri dayandırılıb. Yəni bu adamın ümumiyyətlə bu qədər borcu ola-ola bu 86.600 (səksən altı min altı yüz) manatı 2 (iki) ildə necə qazanıb, haradan əldə edib sübut etsin. Sübut kimi, onun bankdan çəkdiyi keçirdiyi sorğu göndərib, xahiş edir tarixinə və miqdarına da baxılsın. X19 gəlir və o, onu taksilə qarşılayıb təqribən qızı qayıdana kimi, üç gün hər gün müəyyən boş vaxtlarında gəzdirir və bəzi yerlərlə tanış edir, hətta azərbaycanlı iş adamlarının açdığı “Şuşa” restoranına aparmışdır. Onun orda səhnədə oxumağı və sairə məqamların video görüntüsü var. Oradakı xərclərin hamısını o, qarşılamış və öz adına olan kart hesabından ödəmişdir və həmin tarixə olan xərclərin çıxarışını təqdim edir və onu üç gündə öz adına olan evə qeydiyyat eləmişdir, hətta müstəntiqə yazılı şikayət ərizəsində də bildirib ki o, sonradan İstanbula gedərkən həmin idarəyə girmiş və vergi nömrəsinin hələ də aktiv olduğunu və həqiqət olduğunu yazılı və şifahi müstəntiq də bildirmişdir. Məqsəd onu evinə qeydiyyat etmək, onun işləməyi və sonradan bura gələndə rahat qanunla sənət qeydiyyatı olması üçün və ən əsası o, etiraf edir ki, o, Əlfəddinlə istər WhatsApp səsində, istərsə də görüşəndə, istər Aşiqə anasına səs atanda demişdir və söz vermişdir ki, əgər Əlfəddin gəlib adam kimi onun burada quracağı kültür mərkəzində idarə eləsə, öz sahəsi üzrə işləsə və ona borclarını qaytarsa, həmçinin Aşiqənin onların estetik mərkəzdə sağlıkçı kimi işləsə, həmçinin o, artıq neçə illərdi biznes fəaliyyətini dayandırdığından və qalan ömrünü Kanadada yaşadığından bir növ etibar edəcəyi bir ailə kimi onun obyektlərinə işləsələr onlara faktiki o evi müəyyən ödəniş qarşılığında hədiyə edəcəkdir. O, bunu boynuna alır, səsləri təqdim edir. Siz bir duruma baxın ki, Əlfəddin hələ də o evdə qeydiyyatdır və hələ də o, aktivdir və onu özü deyib maraqlanıb və onun Əlfəddini çıxartmağa macalı olmamışdır. Beləliklə, Əlfəddin qızı Bakıya qayıdır və o, öz işlərimi davam etdirib geri Kanadaya qayıdır. Üstündən bir ildən çox vaxt keçəndən sonra artıq əvvəldə qeyd etdiyi məqama görə Fazil Osmanovun qeyri-qanuni açdığı cinayət işinə görə interpol söhbətinə görə Şimali Makedoniyada özü təslim olub Bakıya gəlir. Həmin vaxt təqribi iyirmi gün təcridxanada qaldığı müddətdə onun arxasınca elə məhz Əlfəddin gəlib azuqə almışdır. Çünki o, həbs olduğunu, onun şərləndiyini, ona olan borcundan qaytarmağı israr etmişdir. O isə bir manatının belə olmamasını bildirib. Sadəcə müəyyən xərclik üçün 300-500 (üç yüz-beş yüz) manat məbləğində pul ödəyib. Yəni o, həbsdədir və həmin tarixdə yüzlərlə KİV-dən həbsi xəbər portallarında verilib. Xatırladır ki, bu sifarişlə prokuror köməkçisi və müstəntiq qərəzlə edib ki, sanki hər hansısa insanları aldatmışdırsa gəlib şikayət etsin. Ancaq heç bir nəfər belə gəlməmişdir, hətta həmin xəbər portalları ondan müsahibə istəsələr də, o, bunu istintaqa mane olacaq deyə etməmişdir. Əgər o, Əlfəddinə ziyan vurmuşdursa, üstündən illər keçməsinə baxmayaraq hələ həbsdədirsə, hansı adam hələ də arxasınca gəlir və şikayət etmir. Adam həbs olanda onun yaxınları belə mentalitetə görə uzaqlaşır, yəni bu adam bununla da məhz ona bir növ can borcu olduğunu sübut edib. Həbsdən çıxandan sonra, Əlfəddindən artıq israrla hər gün pulunu tələb etmiş, o isə onu dəfələrlə oxuduğu yerlərə, hətta evinə çağırıb isbatlayıb ki, günü 15 (on beş) manata oxuyur, pulu yoxdur. Üstəlik ikinci övladı olacaq. Yenə də etiraf edir, WhatsApp səsində onun borcunun bir qismi bağışladığını bildirmiş, qalan hissəsini israrla istəmişdir. O isə ödəyə bilmədiyindən artıq o, bir növ borcunu tələb etməkdən əl çəkmişdir. Ancaq sonradan o, duet oxuduğu bir nəfəri magistr təhsili üçün pul qazanmağı təklif etmiş, üstəlik bu yolla bir növ borclarını bağlamağa artıq pul alaraq bunu ödəməyi təklif etmişdir. O, bunu sadə bir proqram olduğundan və təbii ki, onun evini şəraitini işini gözümlə şahid olduğumdan ki, bu adam onsuzda bataqlıdadır və bir növ borcu olmadığı yer yoxdur və onun pulunu qaytara bilməyəcəyinə əmin olduğumdan buna razılıq vermiş və həmin Günay adlı şəxslə 3-nun restoranda görüşüb tanış etmişdir. O, Zərərçəkmiş şəxs4 əsl niyyətini, şikayətinin məqsədini tam sübutla qərəzlidirsə həmin xanımın şahid ifadəsi ilə yalanını və cinayətini artıq son nəfəsində və ilk dəfə təqdim edir. Beləliklə, Əlfəddin onları tanış etdikdən sonra həmin xanımla ciddi münasibəti yaranmış, hətta xanım onu və ailəsini araşdırmış və o da xanımın ailəsi ilə tanış olmuşdur. Xahiş edir Asan xidmətdə sorğu əsasında onların rəsmi nikaha daxil olma müraciəti də olmuşdur. Ciddi ailə qurmaq niyyətləri olub. Onlar bunu Əlfəddin və onun ailəsindən gizlətməyə çalışdıqda, Əlfəddin artıq bunu bilmişdir. Əlfəddinin kin və pis niyyətinə görə bu ona çox ciddi təsir etmişdir. Çünki onu yaxşı tanıyan həmin qadın onların evində qonaq olmuş və onun haqqında danışdıqları və onun günahı sayəsində olduğunu və faktları təqdim edirəm. Belə ki, Əlfəddin etiraf edib ki, özünün imkanı yoxdur və onun həyat tərzimi, şəraitini öz gözü ilə görüb. Əlfəddin onu öz qohumlarından bir nəfərlə dua vasitəsilə tora salıb evləndirmək və onun vasitəsilə özlərinə şərait qurmaq niyyətini etiraf edib. Təbii ki, bundan başqa artıq Əlfəddin özü gördü ki, ona qarşı münasibətləri dəyişib, hətta Türkiyədə qalmaq, işləmək əldən çıxıb, daha çirkin oyunlara əl atmış və onun məhkəməyə sona qədər deməyəcəyi bir hərəkət etdiyindən (yəni bu faktı desə gərək Əlfəddin cinayət məsuliyyətinə cəlb oluna, o isə öz prinsiplərinə görə heç vaxt kimsədən şikayət etməz); onunla və özünün dostu ilə görüşə çağırmışdır. Əlfəddin isə yalnız qaynanası ilə gəlmiş və həmin vaxt dostu ilə onun arasında dava olmuş, o, onları aralaşdırdıqdan sonra Əlfəddinə elədiyi bütün yaxşılıqlara rəğmən ona bunu etdiyinə görə, onun borclarını qaytarmağı və ona elədiklərinin hamısını qaytarmada və əlində ona ödədiyi təqaüdü; tələbə haqqını, verdiyinin bir qismini, keçdiyi pulları belə geri qaytarmada kişiliyi varsa ödəsin, yoxdursa... deyə təhqir etmişdir. Bütün bunlar onların yaşadığı mənzilin həyətində kamera altında olub və bunu da mühafizə xidmətində səsi belə aydın eşidiləcək şəkildə diskə köçürülüb; hətta telefonunda da var. Yəni bir növ onu qüruru və mənliyi ilə üzbə-üz qoymuşdur. Yəni onun mənliyi, qeyrəti kişiliyi çatırsa indiyə kimi orta hesabla 30.000 (otuz min) manatdan çox, istər təhsil-haqını silməklə istər, istər əl borcuyla, istər müəllimlərə və qəbulunda İstanbulda kartından ödəməklə istər borc kimi verdiyi pulu bir gecədə ödəməyi bu sözlə (yəni sabah ödəməsən, qeyrətin yoxdur və birim salam-kəlamımız qurtardı kəlməsi) ilə bitmişdir. Hətta o, bu hadisə tarixindən belə aylar keçsə də, şikayət etməmişdir. Hətta siz baxın həmin bu təhqir və savaşdan sonra o, qayınanasını 5000 (beş min) manatla göndərib bildirmişdir ki, indi 5000 (beş min) manatı var qalanını kredit götürüb, yaxınlarda ödəyəcəkdir. Təbii ki, o, qayınanasından kamera altında öz əl yazması ilə pulu qəbzlə alıb imzaladıb sonra çıxıb getmişdir, ta ki, ondan şikayət edənə qədər görüşməmişlər. Beləliklə o, öz-çirkin və məntiqə sığmayan niyyətlə heç vaxt İstanbula şəhərində olmayan və oraları belə tanımayan üstəlik hamilə qalmış həyat yoldaşını məqsədli şəkildə hətta ona Aşiqə üçün tarixini ona belə demədən yalnız İstanbulda küçə ortasında qalıb, belə hallar yaradıb. Bu barədə o, sonradan bilmişdir. Bunu Əfləddin özü tək-tənha İstanbula göndərmiş, (yəni Aşiqə Samsunda oxuyur və yalnız nümayəndə ilə o, səhəri görüb). Yəni Əfləddin onun Türkiyədə olduğunu təbii ki bilirdi, burada başqa niyyət düşünülməsi mümkün deyil. Aşiqə isə onun WhatsAppına “çöldə qalmışam gəl görüşək” yazmışdır. Təbii ki, Əlfəddin Aşiqə xanıma həddən çox hörmət qoyduğunu planlanmış və onu belə vəziyyətdə çöldə qoymayacağını hesab etmiş, öz həyat yoldaşına belə əziyyətə vadar etmişdir. Xülasə o, əvvəl Aşiqə xanıma qəsdən başqa şəhərdə olduğunu və güya şəxsi ailə işləri olduğunu, sonra gələcəyini demişdir. Hətta bir ara getmək istəmişdir. Sonradan elə bil yuxudan ayılmış kimi fikirləşmişdir ki, heç bir kişi belə hərəkət etməz. Xülasə Aşiqə ilə görüşdən vaz keçmişdir. Sual yaranır ki, Əlfəddinin ona demədən göndərmək məqsəd nədir, üstəlik hətta yaşadığı evinə göndərib; bu ev onundur, qeydiyyatı, sənədi var deməsi (hətta bunu ittiham aktında ola yazıb). Odur ki, o, ev üçün pulu tapmağı bir qırağa, ona necə pul verib? (Harada verib və hansı sənəd əsasında). Nə qəbzi, nə sübut nə görüntüsü istintaqa təqdim etdiyi sübutla isə yalnız bunlardır: Təhsil üçün müqavilə ilə ödədiyi məbləğlər və qəbzi, kart hesabına köçürdüyü məbləğlər Milliön və Wester Union. Yəni illərlə bu qəbzləri saxlayan adam yalandan deyir ki, bu qədər pul vermiş və qəbzləri itirmişdir. Necə olur ki, 5 il üstündə keçmiş səslər, qəbzlər qalıb və onun 86.600 (səksən altı min altı yüz) manatı təsdiq edən heç bir qəbz qalmayıb? Yaxud o, xaricdə Əlfəddin isə Bakıda yəni bu pul ona çatıbsa adına köçürülübsə, onun Bakıda adamına çatdırılmalıdır, məntiqlə o zaman hanı o köçürmə? Və ya hanı o adam? X33 ilə təqdim elədiyi qəbzlər heç 20.000 (iyirmi min) manat eləmir. Hanı o 70.000 (yetmiş min) manat necə sübut edir. Yaxşı deyir ki, ona ev satmış o, satılan evə pulu ona harada və necə verilib? Yazır ki, güya oteldə 30.000 (otuz min) manat verilib. Ölkədən həmin zamanda 10.000 ABŞ dollarından artıq pul keçirmək olmur və bu vaxtı görüntü də yoxlanılmış sorğusu var. Yaxşı var desən, fərz eləsən bu adama pul köçüb, çıxarıb verib, onunla belə razıdır. Yəni həmin tarixli pulun qəbzini göstərsin. Bütün bunlar şərdir, yalandır və digər başqa faktları da təqdim edir. Belə ki, müstəntiqlərin niyyəti əvvəl cinayət işin sırf Əlfəddinin şikayəti əsasında CM-in 178.2.4-cü maddəsi ilə başlamaq olmuş, sonra həmin məlum məsələ xüsusi qərardan sonra qərəzli qalaraq Əlfəddindən istifadə edərək, baxmayaraq ki, Əlfəddinin, Aşiqənin İstanbulda təqdim etdiyi məbləğlə ayrı-ayrı vaxtlarda yəni (ailə olmamışdan əvvəl) və üstəgəl 16.500 (on altı min beş yüz) manat etmiş, həmçinin bu məbləğ belə hamısı ona deyil məhz onların qəbzində belə adı-soyadı göstərən Mehri, Hibeydə və sairə ad və soyadlardır. Bu məbləğlər onların təhsili üçün və ya müəllimləri üçün ödənilib. Yaxşı müstəntiqə Əlfəddin, Aşiqə pul köçürməsi təqdim edir, sübut kimi və izahatının da ona aid olmadığını yazıb – imzalayır və müstəntiqə təqdim edir. Bəs niyə bu müstəntiqlər Zibeydə xanımı və Mehrini çağırıb o pullar hanı deyə soruşmur. İttiham aktına qərəzli olaraq salınmır, hansı səbəbə? Yəni Əlfəddin və Aşiqənin mənə (yəni şirkətə) ödədiyi təhsil üçün pullar rəsmi imzası ilə və ya öz adına olan bank kartı ilə üst-üstə 10.000 (on min) manat civarındadır. Yəni hələ onların təhsil üçün ödədiyi və digər söylədikləri pulların belə qəbzlərinə baxsaq 16.500 (on altı min beş yüz) manat edir. Yəni 70.000 (yetmiş min) manatlıq heç bir sübut yoxdur. Belə ki, hansı faktla, əsasla müstəntiq ona CM-in 178.3.2-ci maddəsi ilə ittiham verib? Yəni bu qədər zərərçəkmiş içində; üstəlik sifarişlə xəbər portalında müstəntiq və prokuror köməkçisinin (pr.köm-si Rəşadət Orucov) həbsi ilə bağlı sondan-sona belə rəyin zərərçəkmiş, oldu nə də bir nəfərdə təhsildən başqa xidmət, nə də 10.000 (on min) manatdan yuxarı qəbz: Yəni sırf bir Əlfəddində olması heç bir məntiqə sığmır. Bundan başqa müstəntiqlərin birləşərək qəsdən ittiham aktından çıxardığı rəsmi üzləşmə hansı ki, güya onlar o, həbs olanda üzləşmişlər. Ancaq azadlıqda olanda X25 elə şikayət etdiyi gün gedib üzləşib, sübutlarını verib. Hətta rəsmi 8.400 (səkkiz min dörd yüz) manatı ona aid olan və təhsilə görə ödədiyi pulu sonradan DİN-in daxili araşdırma üzrə müstəntiqi Namiq Mirzəzadə; X15 vermək üçün ödətmişdir. Əgər elə bir üzləşmə olmayıbsa, istintaqdan, ittiham aktından çıxardılıb gizlədilibsə Emin Yusubovun (DİN-nin əməkdaşı) araşdırması nəticəsində Hənifəyə niyə Əlfəddinə pul ödənilməsi məcbur edilib? İlk dəfə məhkəməyə həmin günü Yasamal RPİ-də müstəntiqin otağında üzləşməni o, 2-ci telefon keçirərək görüntüyə almışdır. Həmin vaxt Aşiqə 7000 (yeddi min) manata ərizəsini geri götürəcəyini bildirib. Bundan başqa Əlfəddin sonradan təkrar müstəntiqin otağında artıq o, həbsdə olandan sonra istintaq rəisi müstəntiq vəkilim Müdafiəçi1 və Əlfəddinin iştirakı ilə öz əlyazması ilə ona vurduğu ziyanın tam ödənildiyini həmçinin 86.000 (səksən altı min) manat barəsində qəbzi imzalamış, həmçinin Daxili İşlər naziri Vilayət Eyvazova təşəkkür yazmışdır. Qəsdən müstəntiq tərəfindən ittiham aktına salınmamışdır. Bundan başqa Əlfəddin ona ev dustaqlığı vəsatəti verən zaman, özü şəxsən könüllü olaraq məhkəməyə gəlmiş və söz alaraq məhkəməyə bildirmişdir ki, “Təqsirləndirilən şəxs heç bir şikayətim yoxdur; azadlığını istəyirəm” sözləri kamera altında keçən məhkəmədə hakim Hüseyn Səfərovdan xahiş etmişdir. Odur ki, xahiş edirəm sorğu ilə həmin görüntülərə də baxasanız. Bütün bunlar əvvəlki cinayət üstündə xüsusi qərar çıxarıldığından sonra, həmçinin müstəntiqlər; Hənifə Bayramzadə və Fazil Osmanov barədə aparılan saxtakarlığa görə araşdırmayıb, həmçinin o, işin istintaqa qaytarılmasına görə qərəzli qalan prokuror köməkçisi Rəşadət Orucovun oyunun qurbanıdır. Sübutlarını qəbul edib ittiham aktına salınmayan və sairə qoşmada təqdim edəcəyi sübutlara baxıb, araşdırılıb, onun haqsız həbsinə son verib bəraətini ölkə, dövlət naminə, ədalətli hakimiyyət xatirinə bərqərar edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 3500 manat qəbzlə pul almış, sonuncunun iki uşağından biri də faktiki olaraq təhsil alır. Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilmişdir. Sonuncudan pul almış və verdiyi vədi də yerinə yetirmişdir. Zərərçəkmiş şəxs1 ilə bağlı nə qəbz var, nə müqaviləsi var. Sonuncudan pul almamış, ancaq barışıq ərizəsi üçün ona 3000 manat vermişdir. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 pul almamışdır. Bir universitetə qəbul olunmaq üçün 86 min manat absurd bir məsələdir. Birincisi Əlfəddinin nə o qədər məbləğdə pulu, nə maaşı, nə də gəliri var. Aşiqə ona 6500 manat qəbzlə pul verib, universitetə qəbul olunub. Sonuncu həmin müddətdə subay olub, soyadı İbrahimova olub. 2 ildən sonra Aşiqə Əlfəddinlə evlənib və 2500 manat pul da Əlfəddinin məsələsi ilə bağlı olub. 86 min manat pulun qəbzi belə yoxdur. Onların hər ikisindən cəmi 9000 manat pul almışdır. Qəbzlə aldığı pulları təsdiq edir. İş üzrə adıkeçən hər hansı bir zərərçəkmiş şəxsdən qəbzsiz pul almamışdır. Ev barədə razılaşma olmayıb. Əlfəddin onun evinə göz dikmişdir. O, Əlfəddinə demişdir ki, gəlib burda işləsə o, evini yoldaşı ilə yaşamaq üçün Əlfəddin verər. Həm də ki, Əlfəddin ona gizli şəkildə zəng edib Aşiqənin borclarını bağlamağını xahiş edirdi, o, borcu ödəyəndən sonra Əlfəddin ailəsinin yanında borcu özünün ödədiyini və onun Əlfəddingilə borclu olduğunu demişdir. Bundan başqa Aşiqənin anası onunla maşında oturub ona 30.000 manat borcu olması barədə qəbzi göstərmişdir, hal-hazırda da o qəbz var. O qəbzi müstəntiqə təqdim etmişdir. Əlfəddinlə aralarında müəyyən mübahisələr yaranmış və bu səbəbdən sonuncular qərəzli şəkildə ondan pul tələb etməyə başlamışlar. Əlfəddinin verdiyi pullar Azərbaycan manatı olmuş, ona başqa valyuta ilə heç kəs pul verməmişdir. Türkiyədə Əlfəddin onunla 3-4 gün görüşmüşdür. Həmin müddətdə Əlfəddin ona öz borcundan 16 min manat pul vermişdir. Yasamal Rayon Polis İdarəsində Əlfəddingil ondan barışıq ərizəsini yazmaq müqabilində 8000 manat pul tələb ediblər. O, həmin pulu verib, çıxıb getmiş, ancaq ortada nə ərizə var, nə də barışıq. Əlfəddin ona qəbz vermişdir. Həmin qəbzdə müstəntiqin otağında ona dəymiş ziyan tam ödənildiyini və hər hansı bir tələbi və ya şikayətinin olmadığı yazılmışdır. Həmin qəbz də ancaq onun atası və yeznəsi onlara 30.000 manat pul ödədikdən sonra yazılmışdır. Pul barışıq ərizəsi müqabilində ödənilmişdir. Mehri də onun göndərdiyi həmin tələbələrdən biridir. Sadəcə olaraq digər tələbələrdən daha yaxşı oxuduğu və həmçinin hərbi həkimliyi oxuduğuna görə digər tələbələrin başında göndərdiyi adamdır. Mehri ona bir manat belə pul verməmişdir. Əlfəddin və Aşiqə ilə bağlı epizodda özünü təqsirli bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, qızı X2 təhsil almaq üçün Təqsirləndirilən şəxs şirkətini tapmışdır. Onlar Türkiyədə təhsil üçün Mərkəzi univermağın yanında özünü Azər Əliyev kimi təqdim edən Təqsirləndirilən şəxs işlədiyi yerə getmişlər. Orada Təqsirləndirilən şəxs ilə qızının Türkiyədə tibb təhsili alması üçün müqavilə imzalamışlar. Müqavilə əsasında Təqsirləndirilən şəxs 3.500 manat pul vermişdir. Sonradan qızı Türkiyənin Samsun şəhərindəki Ondokuz Mayıs universitetinə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs 1-ci dönəm oxumaq üçün 3000 manat pul verilməli olduğunu bildirmiş, o da Anarın dediyi məbləği vermişdir. Bundan sonra 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ona zəng edib, qiymətlərin qalxdığını və yenə pul ödəmək lazım olduğunu bildirmişdir. O isə qızının birinci dönəm dərsə getmədiyini və birinci dönəm üçün ödədiyi pulun nəzərə almasını demişdir. Bundan sonra pandemiya olmuş və qızı universiteti oxuya bilməmişdir. Zərərçəkmiş şəxs3 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 6.500 manat pul vermişdir. X58 2 il qalsa da, universitetə getməmişdir. Həmin vaxt qızı Türkiyədə yataqxanada qalmışdır. Bu gün dərsə başlayacaq, sabah başlayacaq deyə deyə 2 ilə yaxın qızı Türkiyədə qalmışdır. Təqsirləndirilən şəxs tərəfindən verilmiş sənədi universitetə aparıb yoxladan zaman həmin sənədin saxta olduğunu öyrənmişdir. Birinci dəfə 4 iyun 2019-cu ildə Mərkəzi Univermağın yanında ödəniş olaraq 3000 manat pul vermişdir. İkinci ödəniş 3000 manatı “Caspian Plaza”da ödəmişdir. Qızı barəsində Türkiyədə araşdırma başlamış, həmin araşdırmanın nəticəsindən xəbəri yoxdur. Təhsil üçün birinci dəfə qızı və bacısı Təqsirləndirilən şəxs müraciət etmişdir. Təhsil üçün müraciət edən zaman Anar onun ikinci qızını, yəni Arzu Nəbiyevanı pulsuz olaraq Türkiyəyə göndərəcəyini bildirmişdir. X61 hal-hazırda təhsil almır. Təqsirləndirilən şəxs Ayşən Nəbiyevanı oxumaq üçün universitetə yerləşdirməmişdir. Təqsirləndirilən şəxs özünü X23 təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs5 18 may 2020-ci il tarixdə “Smart Business” adlı şirkətdə xaricdə təhsil ilə bağlı özünü Azər Əliyev kimi təqdim etmiş Təqsirləndirilən şəxs 6.000 manat pul vermişdir. Həmin vaxtda hazırkı həyat yoldaşı ilə elçilikləri olmuş, bir müddətdən sonra nişanları olmuş və o, Aşiqə ilə sonuncunun Türkiyədə təhsil alması ilə bağlı razılığa gəlmişlər. O, milli qəhrəman Rasim Kərimovun qardaşı oğludur, muğam müsabiqəsinin laureantıdır. Azərbaycanın bayrağını Türkiyədə və Rusiyada dalğalandırmışdır. Bütün bunlara görə o, Türkiyədə Samsunda 19 Mayıs universitetində yüksək lisans oxumaq qərarına gəlmişdir. Bundan sonra həyat yoldaşı ilə Caspian Plazanın 7-ci mərtəbəsində olan “Smart Business” adlı şirkətdə xaricdə təhsil ilə bağlı özünü Azər Əliyev kimi təqdim etmiş Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Onlar planlarını demiş və müqavilə imzalanmışdır. Təqsirləndirilən şəxs ödənişin qəbul olunduqdan sonra ödəniləcəyini bildirmişdir. Onlar bütün sənədlərini təsdiq etdirmiş və təqdim etmişlər. Bu zaman Təqsirləndirilən şəxs nailiyyətlərinə görə onun asanlıqla qəbul olunacağını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qəbul olunmağı ilə bağlı ona WhatsAppda mesaj göndərmişir. Bundan sonra pandemiya başlamış və onun Aşiqə ilə toyu olmuşdur. Bundan sonra Aşiqəni özü Türkiyəyə oxumaq üçün yola salmış, ancaq sonuncu orada yalnız qan analizi verib geri qayıtmışdır. Yoldaşının güya orada oxuduğu deyilsə də, yoldaşı orada oxumamış, təşkil olunmuş hər şey saxta olmuşdur. Onlar Təqsirləndirilən şəxs Azər Əliyev kimi tanımışlar, sonunucunun Təqsirləndirilən şəxs olduğunu Yasamal rayon prokurorunun müavini onlara bildirmişdir. Dəfələrlə ödəniş etmişlər, 2020-ci ilin may-iyun aylarında 500 və 1200 manat ödənişləri olmuşdur. Bütün ödənişlərinin qəbzləri var. Bundan başqa, qrup yoldaşı Günayı İstanbulda dövlət universitetinə düzəltmək adı ilə pulunu almış və onu aldatmışdır. Bununla bağlı qaynanası ilə Anarla söhbət etməyə getmişdir. Həmin vaxt sonuncu adam gətizdirib onu döyməyə çalışmış və ona qarşı bıçaq çıxarmışdır. Təqsirləndirilən şəxs bundan başqa özünün İstanbulda Kültür evi və restoran açacağını bildirib onu həmin restoranın başına gətirəcəyini bildirmişdir. Onlar da bunu fikirləşib Türkiyədən ev almaq qərarına gəlmişlər. Özü gedib bankdan 15.000 manat kredit götürmüşdür. Ancaq digər olanlar kimi bu da yalan çıxmışdır. Zərərçəkmiş şəxs4 suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə ilk dəfə Caspian Plaza da görüşmüşdür. O, dələduzluq faktı ilə bağlı həm 102 xidmətinə müraciət etmiş, həm də ərizə yazmışdır. 15.000 manat krediti Yapıkreditdən götürmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Fərhad qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü onlara X24 təqdim etmişdir. Təqsirləndirilən şəxs ilk dəfə 2019-cu ilin dekabr ayında onlara kampaniya olduğunu demişdir. Təqsirləndirilən şəxs Türkiyədə tibb təhsili ilə bağlı imtahan vermək, yerləşdirilmək, qarşılanmaq üçün “Kaspian Plaza”da ilk dəfə 6000 manat pul vermişlər. Bundan 1 həftə sonra ona telefonda “WhatsApp” vasitəsi ilə Türkiyənin Samsun şəhərində 19 Mayıs universitetinin tibb fakultəsinə qəbul olmağı ilə bağlı qəbul məktubu göndərmişdir. Həmin məktub hələ də ondadır. Sonra onlara bilet təyin edilmiş və onlar avtobusla valideynləri və digər şəxslərlə birlikdə Türkiyənin Samsun şəhərinə getmişlər. Orada sadəcə xəstəxanaya gedib, qan analizi vermişdir. Onlara çek verilmişdir. Onları ilk dəfə Mehri adlı xanım qarşılamışdır. Belə ki, Samsunda bələdiyyə evləri adlandırılan yerdə avtobusdan düşmüş, hətta 1-2 saat gözləmiş, lakin, heç kim gəlməmişdir. Nömrəsi işləmədiyi üçün tanımadığı bir şəxsin telefonu ilə zəng etmiş və onu qarşılamışlar. Birlikdə gedib bir otelə yerləşmişlər. Sonrakı gün Azər Xəlilov ona demişdir ki, o, türk dilindən və başqa bir imtahana daxil olacaq, lakin, o, artıq günlərlə burda olduğu və imtahana daxil olmadığı üçün demişdir ki, o, artıq 10 gündür ki, burdadır, bəs nə vaxt imtahana daxil olacaq. Azər Əliyev WhatsApp vasitəsi ilə ona yazmışdır ki, narahat olmayın, o, imtahan məsələsini həll etmişdir, onlar imtahanı Azərbaycanda verəcəklər. Onlar Türkiyədən qayıdarkən Yunis Emre universitetində adını bilmədiyi şəxs onlara, onun bu mərhələdən keçməyi ilə bağlı yetərlilik sənədi vermişdir. Amma bu sənəd də saxta idi. Onlar Azərbaycana geri qayıtmış və o dövrdə pandemiya olmuşdur. Avtobuslar olmadığı və təyarə biletleri çox baha olduğu üçün Təqsirləndirilən şəxs onlara WHATSAPPdan bildirmişdir ki, onlara onlayn dərslər keçiriləcək və bununla bağlı müəllimlər qrupu var. O dövr onun ailə qurduğu və hamilə olduğu dövr ilə üst-üstə düşdüyündən o, fikirləşmişdir ki, bu onun işinə yarayır və həqiqətən də pandemiya və ağır vəziyyət olduğu üçün Türkiyəyə getmək olmurdu. Bütün bunlara görə o, həmin qrupa daxil olmağa razı olmuşdur. Daha sonra tibb ilə bağlı ona bir neçə pdf göndərmişlər, lakin, onlayn dərslər heç vaxt olmamışdır. Təqsirləndirilən şəxs onlara demişdir ki, imtahanlar keçirilir, siz gedə bilmədiyiniz üçün onlayn dərslər olmur. Təbii ki, bu müddət ərzində o, təhsil haqqı ödəmiş və nəhayət pandemiya bitdiyi üçün o, əmin olmaq məqsədi ilə 3 ildən sonra sənəddə yazılan Samsundakı 19 Mayıs universitetinə getmişdir. Şəxsən özü direktor ilə görüşmüşdür. Hətta o, həyat yoldaşını da magistr təhsili ilə bağlı özü ilə aparmışdır. Həyat yoldaşı burada İncəsənət Universitetini bitirib, Türkiyəyə diplomunu götürməyə getmişdir. Onlar universitetə yaxınlaşmış və gözləmədikləri halda onlara belə bir şeyin olmadığını demişlər, hətta onda tələbə bileti var idi, o, tələbə biletini təqdim etmiş, onlara biletin saxta olduğunu və aldadıldıqlarını demişlər. Hətta biletin nömrəsinin belə olmadığını demişlər. Sistemdə onun nə müraciət etdiyi, nə də qəbul olduğu ümumiyyətlə olmamış və bunların hamısı saxta olmuşdur. Daha sonra onlar qeyd edilənlərin doğru olmaması ümidi ilə Ahu adli bir xanıma yaxınlaşdıq, həmin xanım bu məsələni araşdırmış və o dövrdə heç direktorun belə eyni olmadığını öyrənmişlər. Təqsirləndirilən şəxs ilk dəfə 6000 manat vermişlər, təxminən 12000 manat təhsil haqqı vermişlər. Onlara təxminən toplamda 83.000 manat zərər dəymiş, təhsilinə 60.000 manata kimi pul vermişdir. Zərərçəkmiş şəxs5 Fərhad qızı suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs pulları nişanlı və evli olduğu vaxtlarda vermişdir. İlk dəfə Təqsirləndirilən şəxs Caspian Plazada 6.000 manat pul vermiş, sonuncuya 3 illik təhsil haqqı kimi 12.600 manat pul vermişdir. Həmin pulları şəxsən Təqsirləndirilən şəxs və yaxud poçtla, milli ön ilə ödəmişdir. Həmin ödənişlərdən bəzilərini Təqsirləndirilən şəxs işçisinə ödəmişdir. Pulların bəzilərini anası və Əlfəddin vermişdir. O, 6 illik bakalavr təhsili almalı idi. Ankarada ev almaq adı ilə 17.000 manat, 15.000 manat və digər məbləğlərdə pulu Təqsirləndirilən şəxs vermişdir. Anar həmin ev ilə bağlı onlara saxta sənəd vermişdir. Həyat yoldaşı və anası onun razılığı ilə Təqsirləndirilən şəxs pul vermişdilər. İmtahanlardan keçməyi üçün 12.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs özünü ona X24 təqdim etmiş Ankarada universitetdə dərs keçdiyini bildirmişdir. O, imtahanlardan keçmək üçün verdiyi pulların qanunsuz olduğunu bilməmişdir. Anası və Əlfəddinin yanında müstəntiq onu təqsirləndirilən şəxslə üzləşdirmişdir. Zibeydə və Mehri xanımlara təhsil haqqı kimi pul köçürmüşdür. Ona müstəntiq Hənifə Bayramovun yanında 8.000 manat pul verilməmişdir. X22 verilməsi üçün 9.000 manat pul verilməsindən xəbəri yoxdur. Yasamal Rayon Polis İdarəsində təqsirləndirilən şəxsdən şikayət və tələblərinin olmaması ilə bağlı ərizə yazmamışlar. Təqsirləndirilən şəxs tərəfindən ona universitetdən qəbul kağızı göndərilmiş, ancaq həmin sənəd saxta olmuşdur. Təqsirləndirilən şəxs verdiyi pulların əksəriyyətinin qəbzləri vardır. Həmin pullar banklardan götürülmüş kreditlər, satılmış qızılların və digər vasitələrin pulları idi. Anası Təqsirləndirilən şəxs 5.000 manat pulu təhsil haqqı üçün vermişdir. Baş verənlər ilə bağlı Türkiyədə polisə şikayət etmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, qızı X31 “İnstaqram” sosial şəbəkəsində xaricdə təhsil almaqla bağlı internet üzərindən barəsində məlumat aldığı “X54” şirkəti müəyyən etdikdən sonra, ona bu barədə məlumat vermişdir. O, həmin şirkətlə əlaqə saxlayıb Bakı şəhərinə gəlmişdir. Həmin şirkətin yerləşdiyi “Kaspian Plaza”-da həmin ofisin rəhbəri Azər adlı şəxslə tanış olmuş və sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs ona qızı Aysunun Türkiyədə 19 Mayıs Universitetinə “Mamalıq” fakültəsinə qəbul olunmasına köməklik edəcəyini bildirmiş və bu məqsədlə 2019-cu il avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə danışıb razılaşaraq hissə-hissə olmaqla ümumilikdə ona 3300 (üç min üç yüz) manat ödəniş etmişlər. Anarla aralarında heç bir müqavilə bağlanmamış və verdikləri pulların qəbzlərini də Anar onlara verməmişdir. Daha sonra Anar vədinə əməl etməyib onu aldatmış, qızı Aysunun Türkiyədə 19 Mayıs Universitetində tibb üzrə təhsil alması üçün heç bir köməklik etməmişdir. Sonralar isə telefonlarına cavab verməmiş, Anarla əlaqə saxlaya bilməmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 3300 manat ödəniş etmişdir. Birinci dəfə 1300 manat pulu Təqsirləndirilən şəxs “Kaspian Plaza”-da vermiş, həmin vaxt yanında başqa heç kim olmamışdır. Qalan 2000 manat məbləği isə 4 dəfəyə, hər dəfə 500 manat olmaqla poçt vasitəsilə Zübeydə və Mehri adlı şəxslərin adına göndərmişdir. Lakin göndərişlərin qəbzlərini itirmişdir (cild 2, iş vərəqi 268-269). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, qızı X12 “İnstaqram” sosial şəbəkəsində xaricdə təhsil almaqla bağlı internet üzərindən barəsində məlumat aldığı “X54” şirkəti müəyyən etdikdən sonra ona bu barədə məlumat vermişdir. O, həmin şirkətlə əlaqə saxlayıb Bakı şəhərinə gəlmişdir. Həmin şirkət “Kaspian Plaza”-da yerləşmiş, o ofisin rəhbəri Azər adlı şəxslə tanış olmuş və sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs ona qızı X27 Dövlət Universitetinin “İngilis dili” fakültəsinə qəbul olunmasına köməklik edəcəyini bildirmişdir. Bu məqsədlə xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə müqavilə bağlamışlar və Anara 1800 (bir min səkkiz yüz) manat ödəniş etmişdir. Daha sonra Anar vədinə əməl etməyib onları aldatmış, qızı Mirvarinin Türkiyədə təhsil alması üçün heç bir köməklik etməmişdir. Sonralar isə telefonlarına cavab verməmiş, Anarla əlaqə saxlaya bilməmişdir. Bundan başqa hissəhissə olmaqla 1200 manat pulu 2019-cu ilin avqust ayında ofisə Təqsirləndirilən şəxs vermişdir. 3000 manat pulu Təqsirləndirilən şəxs “Kaspian Plaza”-da vermiş, həmin vaxt yanımda qızım Mirvari olmuş, başqa heç kim olmamışdır (cild 3, iş vərəqi 6-7). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona Aşiqənin imtahan pulunu qrup yoldaşının atasının verdiyini, həmin şəxsin pulunu qaytarmaq üçün 5.000 manat vermək lazım olduğunu demişdir. Bundan sonra o, Əmlak Komitəsinin qarşısında Təqsirləndirilən şəxs göndərdiyi şəxsə 5.000 manat vermişdir. Daha sonra Təqsirləndirilən şəxs evin pulundan qaldığını bildirmiş və o, yenə də 5.000 manat pul vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində qiyabi təhsil almış, lakin təhsilini müəyyən səbəblərə görə yarımçıq saxlamışdır. Təqsirləndirilən şəxs onun tələbə yoldaşıdır, münasibətləri yaxşı olmuşdur. Belə ki, onların universitetin WhatsApp qrupu olmuş, o, həmin qrupda iş axtarışı ilə bağlı elan yerləşdirmişdir. Həmin vaxt Anar ona tezliklə şirkət quracağını bildirmiş və onunla işləyə biləcəyini demişdir. O da, Anara şirkət açdığı halda onunla işləyə biləcəyini bildirmişdir. Bundan sonra 2019-cu ilin aprel ayında Anar onunla əlaqə saxlayıb Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər ərazisində “X54” adlı şirkət açdığı bildirmiş və onu həmin şirkətə dəvət etmişdir. O da Anarla razılaşıb dediyi şirkətə gedib, onunla danışmışdır. Anar ona görəcəyi işləri izah etmiş, sonuncu ilə əmək müqaviləsi bağlamışdır. Bir neçə gün sonra orada işləməyə başlamışdır. İş fəaliyyəti ofisə gələn müştəriləri qarşılamaq, Təqsirləndirilən şəxs və müştərilərinə çay gətirib-aparmaq, lazım olanda sənədləri çap etmək, kserosurətləri çıxarmaq və s. ibarət olmuşdur. Təqsirləndirilən şəxs bunun müqabilində ona hər ay 300 manat maaş vermişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs iş fəaliyyəti insanlara xaricdə təhsil ilə bağlı məsələlərin həllində, xarici ölkələrə iş və digər vizaların əldə edilməsində və xarici ölkələr tərəfindən qoyulmuş deport siyahısından çıxarılmasına köməklik göstərilməsindən ibarətdir. Lakin Təqsirləndirilən şəxs onu öz işlərinə yaxın buraxmamış, hətta əmr şəklində danışaraq nə tapşırsa yerinə yetirməsini tələb etmişdir. Bundan sonra təxminən 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs həmin şirkətin ofisini “X42”in 7-ci mərtəbəsinə köçürmüşdür. Bununla belə 2020-ci ilin yanvar ayınadək həmin ofisdə işləmiş, lakin daha sonra universitetin təhsilini uzlaşdıra bilmədiyindən demək olar ki, ofisə getməmiş, arada bir gedib özünə aid əşyaları götürmüşdür. Bundan sonra 2020-ci ilin mart ayından etibarən Təqsirləndirilən şəxs pandemiyaya görə ofisi bağlamış və bütün işçilərə işə gəlməməyini bildirmişdir. Bundan sonra o, artıq Bakı şəhərində heç bir universitetdə təhsil almaq istəmədiyindən Türkiyə Respublikasında hər hansı universitetə daxil olub, orada təhsil almağı fikirləşmişdir. Bu məqsədlə valideynlərinin icazəsi ilə 25 iyul 2020-ci il tarixdə Türkiyə Respublikasına getmiş, lakin, orada heç bir universitətə daxil ola bilməmişdir. Daha sonra pandemiya başladığından ölkəyə qayıda bilməyib orada qalmış, müxtəlif işlərdə işləyib özünü dolandırmışdır. Yollar açılandan sonra 19 may 2022-ci il tarixdə Azərbaycana qayıtmış, Heydər Əliyev adına X34 Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Yasamal RPİ-nin İstintaq şöbəsi tərəfindən barəsində sərhədkeçmə məhdudiyyəti qoyulmuşdur. Sonra polisə təhvil verilmişdir. Daha sonra İŞ-də müstəntiqə ifadə vermiş və Təqsirləndirilən şəxs şirkətə gələn müştəriləri aldadaraq onları xaricdə təhsil almaq adı ilə pullarını ələ keçirərək dələduzluq etdiyini öyrənmişdir. Lakin Təqsirləndirilən şəxs əməllərindən onun xəbəri yoxdur, istintaqda ifadə verərkən müstəntiq tərəfindən bu barədə bildirilmişdir. O, Təqsirləndirilən şəxs işə və ya universitetə qəbul olması ilə bağlı pul verməmiş və həmçinin sonuncunun adından heç kimdən pul almamışdır. Təqsirləndirilən şəxs onu şirkətin işlərinə cəlb etməmiş, orada xidmətçi kimi işləmişdir. Orada işlədiyi müddət ərzində bəzi müştərilər ona gətirib konvert vermiş, ancaq içində nə olduğunu bilməmişdir. Çünki Təqsirləndirilən şəxs işdə olmadığından ona zəng edib, özünə çatacaq konverti götürüb saxlamasını, gəldikdə isə özünə verməsini bildirmişdir. O da, Təqsirləndirilən şəxs dediyi kimi etmişdir. Xatırladığına görə bir dəfə Təqsirləndirilən şəxs onun adına poçtla pul göndərildiyini bildirmiş və onlar birlikdə “Caspian Plaza”nın yaxınlığında olan poçt məntəqəsinə getmişlər. Təqsirləndirilən şəxs onun vəsiqəsini təqdim edərək pulu özü götürmüşdür. Bundan başqa həmin ofisdə işləyəndə köhnə iş yerindən maaş üçün verilmiş öz adına olan “AccessBank”a məxsus bank kartını Təqsirləndirilən şəxs ondan götürüb, şirkətin reklamına aid maliyyə məsələlərini həmin kart vasitəsi ilə həll edəcəyini bildirmişdir. Lakin həmin karta haradan və kim tərəfindən pul köçürülməsi barədə məlumatı olmamışdır (cild 3, iş vərəqi 54-56). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 Fərhad qızı, X9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, zərərçəkmiş şəxslərin hər biri ifadələrində göstərdikləri xüsusatları təqsirləndirilən şəxsin üzünə qarşı deyərək bir daha təsdiq etmişlər (cild 3, iş vərəqi 101- 124). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 20 avqust 2020-ci il tarixli məktubdan görünür ki, “Vergi ödəyicilərinin dövlət reyestri”ndə “X54” adlı hüquqi şəxsin qeydiyyatda olması barədə məlumat yoxdur (cild 1, iş vərəqi 167). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X46 üzrə Baş İdarəsindən daxil olmuş 14 avqust 2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixə olan vergi ödəyicilərinin dövlət reyestr məlumatlarına əsasən “X54” şirkətinin qeydiyyatda olması barədə məlumat müəyyən edilməmişdir (cild 1, iş vərəqə 168). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 28 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə ********** nömrəli VÖEN-lə fiziki şəxs kimi qeydiyyata alınmışdır (cild 1, iş vərəqi 171). Cinayət işinin materiallarında olan “diskə baxış” protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 istintaq orqanına 1 ədəd DVD diskə təqdim etmiş və həmin disk istintaq marağı kəsb etdiyindən götürülmüşdür. Diskə baxış zamanı müəyyən edilmişdir ki, birinci fayla daxil olduqda Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 birlikdə X16 şəhərində aldıqları evin sənədləri və Türkiytə Respubliaksında polisə etdikləri şikayət ərizəsinin surəti olması müəyyən edilmişdir. İkinci fayla daxil olduqda Zərərçəkmiş şəxs5 təqsilərndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən göndərilən qəbul məktubu və tələbə biletinin foto şəkillər olması müşahidə edilir. Üçüncü faylda Təqsirləndirilən şəxs tərəfindən verilmiş müqavilə olması müşahidə eidlir. Dördüncü fayla daxil olduqda Anar Xəilovun səs yazısı olması müşahidə edilir. Həmin səs yazısında Təqsirləndirilən şəxs həmin səs yazısında artıq onun evin olduğunu, həmin evi Aşiqə və Əlfəddinə rahat olsun deyə 3 aylıq kirayə verdiyini, həmin evi kirayə zaman açarların dəyişdiyini, onlarla müqavilə bağladığını bildirir. Beşinci fayla daxil olduqda Təqsirləndirilən şəxs səs yazısı olması müşahidə olnur. Həmin səs yazısına daxil olduqda Zərərçəkmiş şəxs5 sakit olmağı, Türkiyə Respublikasında ifadə verdiyində onun şübhəli şəxs qismində cəlb olunduğunu, həmin onların aldığı evdə eçenlərin qaldığını, onların sənədlərin özündə olduğunu, ödənilən pulların çıxarışlarını arxivdən götürmək olduğunu, İstanbula gəldikdən sonra nə qədər pul veribsə həmin pulları hesabına keçirəcəyini, həmin hadisə ilə əlaqədar Aşiqənən Əlfəddini yox onu aldatdıqlarını, həmin pulu ev üçün verdiklərini, onların bütün bunları verəcəyini bildirməsi müşahidə olunur. Altıncı və yeddinci fayllarda istintaq marağı kəsb edən hər hansı səs yazısı olmamışdır. Səkksizinci fayla daxil olduqda Təqsirləndirilən şəxs səs yazısında evin açarlarını dəyişdiyini, səhərisi gün evi kirayəçilərə verəcəyini, bütün əşyaları aktlaşdırıdğmı bildirməsi müşahidə olunur. Digər fayllara daxil olduqda Təqsirləndirilən şəxs tərəfindən alınmış evin fotoşəkilləri, göndərilən pulların qəbzlərin şəkilləri və evin açarların şəkilləri olması müşahidə olunur. Sonuncu video fayla daxil olduqda Zərərçəkmiş şəxs4 tərəfindən evin video görüntüsünü çəkdiyini müşahidə olunur. Qeyd olunan diskdə Təqsirləndirilən şəxs cinayət əməlini sübuta yetirən səs yazıları və fotoşəkillər olduğundan 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (cild 3, iş vərəqi 96-97). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 221-267). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti məhkumluq müddəti ərzində törətdiyindən, bu hal onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyan ödənilmişdir (cild 3, iş vərəqi 8). Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan tam ödənilmişdir (cild 5). Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan tam ödənilmişdir (cild 5). Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan tam ödənilmişdir (cild 5). Cinayət işinin materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs5 Fərhad qızına dəymiş maddı ziyan tam ödənilmişdir (cild 5). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 2, iş vərəqə 212-213). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 256-262). Həmçinin, cinayət işinin materiallarında olan qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirlməsinə dair digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqə 256-262). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət işinin materiallarında olan 5 ədəd qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs atası X40 tərəfindən dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında, yəni 48.922 (qırx səkkiz min doqquz yüz iyirmi iki) manat ödəniş edilmişdir (cild 5). Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər talama cinayəti törətməsini, əməlində cinayətlərin residivinin olmasını və əməlindən peşman olmamasını onun şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alıb hesab edir ki, onun barəsində Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsi tətbiq edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə “ağır” cinayətlər təsnifatına aiddir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 7 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs barəsində səs yazıları və fotoşəkillər olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs atası X40 tərəfindən dövlət büdcəsinə ödənilmiş cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında olan 48.922 (qırx səkkiz min doqquz yüz iyirmi iki) manat pul və həmin pulların ödənilməsini təsdiq edən 5 ədəd qəbzlər Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 7 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza xərcinin olmadığı nəzərə alınsın. İş üzrə maddi sübutlar: -Təqsirləndirilən şəxs barəsində səs yazıları və fotoşəkillər olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs atası X40 tərəfindən dövlət büdcəsinə ödənilmiş cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında olan 48.922 (qırx səkkiz min doqquz yüz iyirmi iki) manat pul və həmin pulların ödənilməsini təsdiq edən 5 ədəd qəbz Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1263/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1263/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver