Məhkəmə qərarları › İş №1(101)-1264/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1264/2021

09.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1264/2021 09.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Əli İrfan oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələr apararaq, məhkəmə müəyyən etdi: 14 iyun 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək cinayət işinin məhkəmə aidiyyətini da yoxlamışdır. Məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində cinayət əməlinin törədilməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Belə ki, ittiham aktından görünür ki, ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 15 noyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən 70 saylı evin həyətində qardaşı Zərərçəkmiş şəxs tutduğu haqlı irada görə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs onun sifətinə 1 (bir) dəfə sillə ilə, yerdən götürdüyü dəmir parçası ilə ayağına vurub ona fiziki ağrı yetirdikdən sonra evdən götürdüyü 1 (bir) ədəd zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə yaşadıqları fərdi evin giriş qapısının qarşısında onun üzərinə gəldikdə sol said nahiyəsinin orta 1/3-nin, sağ əlin ön səthinin 4-cü barmağının səthi kəsilmiş yaraları ilə nəticələnən sağlamlığına zərər vurmayan bədən xəsarəti alsa da, Zərərçəkmiş şəxs əlini burub bıçağı ondan alaraq bundan sonra həyat və sağlamlığına hər hansı bir təhlükə olmadığı, Zərərçəkmiş şəxs ona qarşı hərəkətlərinin tam dayandırdığı halda qardaşı Mehmandan qisas almaq qərarına gəlib bu niyyətlə əlindəki qırmızı dəstəkli bıçaqla onun qarnının sol yan nahiyəsinə 1 (bir) dəfə vuraraq ona qarın nahiyəsinin sol yarısının periton boşluğuna nüfuz edərək köndələn çənbər bağırsağı və böyük piyliyi yaralayan 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası, sol bazunun yuxarı 1/3-nin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində cinayət əməlinin törədilməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli sərəncamına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təsis edilmişdir. Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişiklik edilməsi barədə 31 may 2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində törədilmiş ağır və xüsusilə ağır cinayətlərə baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ağır cinayətin törədildiyi yer olan Abşeron rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2 və 75.1-ci maddələrinə əsasən cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstititsiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respubliksını Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin əsaslığını müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilçmiş həbs qətimkan tədbiri əsaslıdır və sözügedən qətimkan tədbirinin dəyişdirilməsinə zərurət yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar