Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1264/2022 10.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: X7 və Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda pasport qeydiyyatında olan və Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəçsində nömrəsiz evdə yaşamış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o Bakı şəһəri Suraxanı rayon məһkəməsinin xx.xx.2019-cu il tarixli һökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 228.4, 66.2 maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məһrum etmə cəzasına məһkum edilmiş və cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məһkumluğu götürülmədiyi və ödənilmədiyi һalda, yenidən xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,197qram, 1,373qram, 0,754qram, 0,557qram 0,917 qaram, ümumi təmiz çəkisi 4,798 qram ağ rəngli kristaldan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla һazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bağlamada təmiz çəkisi 1100qram (1kq,100qram) qəһvəјi rəngli maddə kütləsi kustar üsulla һazırlanmış narkotik vasitə һeroin əldə edərək, üstündə saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə saat 23:35 radələrində Suraxanı RPİ-nin 30-ci PŞ-nin və Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dөvriyyəsində şübһəli bilinərək, Bakı şəһəri Suraxanı rayonu, Һövsan qəsəbəsi, O.Şabanov küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,197qram, 1,373qram, 0,754qram, 0,557 qram 0,917 qram, ümumi təmiz çəkisi 4,798 qram ağ rəngli kristaldan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə gөrə eyni olub kustar üsulla һazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd bağlamada təmiz çəkisi 1100 qram (1kq,100qram) qəһvəјi rəngli maddə kütləsi kustar üsulla һazırlanmış narkotik vasitə һeroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o azərbaycanlıdır, nigaha girdiyi şəxsin soyadını qəbul eləmişdir, Azərbaycan dilində kiril əlifbası ilə rahat sərbəst yazıb oxuya bilir, lakin latın qrafikası ilə oxuya bilmir. 2022-ci ilin yanvar ayının 31-i tarixdə saat 13:00-da birinci dərəcə əlilliyi olan və yataq xəstəsi olan qardaşı ilə birgə oturub yemək yeyirmişilər, o qardaşına yemək yedizdirirmiş. Qəflətən ATV Plus qurtarmış və o qardaşına yemək yedizdirdiyi üçün özü ATV Plus-da balansı doldurmaq üçün anasından xahiş etmişdir ki, o aşağı düşüb doldursun. Anası yenicə çölə çıxıbmış ki, səs-küy eşitmişdir. Elə bilmişdir ki, küçədəki uşaqlar səs-küy salır. Nə baş verdiyini bilmək üçün çıxmışdır ki, koridora baxsın. Bu vaxt 20-30 nəfər şəxsin qapının yanında anasını çölə çıxmağa qoymadıqlarını və onu itələyib yerə yıxdıqlarını görmüşdür. Bu hadisədən iki gün sonra hətta anası Sabunçu rayon xəstəxanasına bədənindəki xəsarətlərlə bağlı müraciət də etmişdir, bunu təsdiq edən sənədlər də var. 2022-ci ilin 25- 26-sı tarixdə 5 qram tiryək almışdır və ondan hər gün yarım qram istifadə edir və 1 ədəd nəşə çəkirmiş. Hadisə baş verən gün evində tiryəkdən az miqdarda və 2-3 ədəd papiriusda nəşə qalmış olarmış. Polis əməkdaşları evinə daxil olmuşlar, axtarış keçirmişlər. Onu döyə-döyə 100-150 metr məsafədə uzaqlığa aparmışlar. Məhəllədən çıxanda həmin yerdə kameralar da var imiş. Onu avtomobilə əyləşdirmişlər. Həmin gün onun yaşadığı ərazidə tanıdığı qonşuları barəsində də polis əməkdaşları əməliyyat keçirmişdir. Saat 2 olarmış ki, onu 30-cu Polis Bölməsinə gətirmişlər. Orada onun geyimlərini soyundurmuşlar və onu lentləmişlər, əlini və ayağını qandallamışlar. Orada gecəyə qədər ona işgəncə etmişlər. Onlar 1 kiloqram narkotik vasitənin guya onun olduğunu bildirməyi üçün bunu ona etmişlər. Elçin Əmirov adlı şəxsi ona vəkil təyin etmişlər. Onun əlini-qolunu açmış, əynini geyindirmiş və orada kabinetə salmışlar və bir müddətdən sonra Elçin Əmirov içəriyə daxil olmuşdur. Elçin Əmirov ondan nə baş verdiyini soruşmuş və o polis əməkdaşlarının 1 kiloqram narkotik vasitəni boynuna götürməyi üçün ona işgəncə verdiklərini bildirmişdir. Sonra onları avtomobilə əyləşdirmiş və yaşadığı evə gətirmişlər. Ev 3 otaqlı həyət evi imiş, qardaşı əlil olduğu üçün onunla eyni otaqda qalırmış. Evin qapısı açılan kimi daxil olduqları otaqda sol tərəfdə qardaşının, sağ tərəfdə isə onun çarpayısı var imiş. Evinə 10-12 nəfər daxil olmuşdur, onlardan biri sahə inspektoru Səməndər müəllim imiş. Otağa daxil olduqdan sonra polis əməkdaşları qardaşını digər otağa aparmağını istəmişlər, o polislərdən bunun səbəbini soruşduqda, onunla polis əməkdaşları arasında mübahisə olmuşdur. O qardaşını çarpayıdan götürüb kresloya əyləşdirirmiş. Bu vaxt müdafiəçi Elçin Əmirovun qışqırdığını eşitmişdir. O, polis əməkdaşlarını söyürmüş və onlardan “Siz məni hara gətirmisiz?” deyə soruşurmuş. Bu vaxt görmüşdür ki, təhqiqatçı Zaur Eyvazovun əlində qara rəngli bağlama var və o həmin bağlamanı çarpayısına yerləşdirmək üçün yer axtarır. Elçin Əmirov evdən çıxmışdır. Polis əməkdaşları bir-birinə “Ay rəis, ay rəis, oyunumuz pozuldu” deyirmişlər. O isə bu vaxt iki nəfər əməliyyatçı ilə otaqda tək qalmışdır. Artıq ona hər şey məlum olmuşdur və polis əməkdaşlarından xahiş etmişdir ki, şəxsi əşyalarını toplasın. Bundan sonra bölməyə getmişlər. Elçin Əmirov qəflətən ondan imtina etmişdir. O Elçin Əmirovdan onu buraxmamasını, orada onu öldürəcəklərini demişdir. O isə namaz qılan, imanlı insan olduğunu və belə hallara şahid olmaq istəmədiyini və heç nə edə bilməyəcəyini bildirmişdir. O artıq bölmədə tək qalmışdır. Orada yenə polis əməkdaşları ona işgəncə etmişlər, az qalmışdı ki, onu zorlasınlar. O mələk, pak deyil, narkotik vasitədən əvvəllər istifadə etmişdir və sonra onun insanı nə vəziyyətə saldığını gördükdən sonra ondan istifadəni dayandırmışdır, sadəcə olaraq arabir narkotik vasitədən istifadə edirmiş. Polis bölməsində verdiyi ifadəsini təsdiqləmir, həmin ifadəni təzyiq altında vermişdir və o ifadədən imtina edir, təzyiqlər videoçəkiliş zamanı edilmirmiş, ondan əvvəl edirmişlər. Videoçəkiliş gecə saat 1-də olmuşdur. Barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılması zamanı Suraxanı rayon Məhkəməsinə ona təzyiq göstərilməsi barədə bildirmişdir. Polis əməkdaşlarının evinə narkotik vasitə yerləşdirmək planları baş tutmamışdır. Videoçəkilişdə əynində olan köynəyin cibinə ittiham aktında göstərilən miqdarda narkotik vasitənin yerləşməsi mümkün deyil, heç oraya balaca siqaret qutusu belə yerləşmirmiş. İşgəncələrə dözməyərək videoçəkiliş zamanı yerləşdirdikləri narkotik vasitənin onun olduğunu bildirmişdir. Lakin bu həqiqəti əks etdirmir. O təzyiq göstərilməsi barədə Baş Prokurorluğa və Ombudsmana ərizə ilə müraciət etmişdir. Bunun əsasında ekspertiza da təyin edilmişdir və həkim də gəlib onu müayinə etmişdir. 4-5 aydır ki, bir neçə dəfə Suraxanı rayon Prokurorluğunun əməkdaşı Rəşid Mahmudovdan ona kağız göndərilib ki, araşdırma aparılır və məlumat veriləcək. İttiham aktı da ona təqdim olunmamışdır, məhkəmədən ona ittiham aktı təqdim edilib. Evindən narkotik vasitə çıxmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və saxlanması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır və əməliyyat qrupunda o və Suraxanı rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 iştirak edirmiş. 31 yanvar 2022-ci il tarixdə gecəyə yaxın Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində tərəflərindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxsı saxlamışlar. Təqsirləndirilən şəxsı polis şöbəsinə aparmışlar və orada onun üzərində narkotik vasitə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmişlər və onun evində də narkotik vasitə aşkar edilmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsində iştirak etmişdir və onun evində narkotik vasitə aşkar edildiyini görmüşdür. Evin girişdə koridorda sağda yerləşən otaq yox, düz gedəndə qarşıdakı otaq Təqsirləndirilən şəxs imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. İdarəyə İsmayıl adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun rəhbəri 30-cu Polis şöbəsinin əməkdaşı Şahid1 imiş. Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saat 23:35 radələrində saxlamışlar və onu 30-cu Polis şöbəsinə gətirmişlər. Orada Təqsirləndirilən şəxs üzərində qanunsuz predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində sağ cibində 4-5 ədəd falqada bükümlər və tərəzi, gödəkcəsinin sol yuxarı cibindən 1 ədəd qara büküm aşkar edilmişdir. Onlar metamfetamin və digər növdə narkotik vasitə imiş. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilən bükümləri Kubinka adlanan ərazidə 1000 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitələr zərfə qoyulub qablaşdırılmışdır. Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və o da etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Evə baxış keçirilərkən o, Daşqın və Yadulla iştirak edirmiş. Təqsirləndirilən şəxs xəstə qardaşı var imiş. Onunla birgə yaşadığı mənzilə daxil olanda müşahidə etmişdir ki, sanki evdə olan qardaşı və anası onun gedəcəyini bilirmiş. Təqsirləndirilən şəxs anasına artıq getdiyini demiş və onlardan paltarlarını toplamaq üçün ona vaxt verilməyini istəmişdir. Təqsirləndirilən şəxs evinə onun razılığı ilə daxil olmuşlar və evə daxil olanda heç bir problem yaranmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin kiçik inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat raportla rəhbərliyə məruzə edilmiş və əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin yanına getmiş və onunla rastlaşmışlar. Onu axşam tərəfi saxlayıb 30-cu Polis şöbəsinə gətirmişlər. Orada Təqsirləndirilən şəxs üzərində qanunsuz predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən 5 ədəd büküm və elektron tərəzini, üzərindəki gödəkcənin iç cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Videoçəkiliş keçirilmişdir. Aşkar edilmiş bükümlər zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. İsmayılın evinə baxış keçirmişlər və evində heç nə aşkar edilməmişdir. Evində xəstə qardaşı və anası var imiş. Sorğu-sual zamanı İsmayıl üzərində aşkar edilən bükümləri Kubinka adlanan ərazidə 1000 manata aldığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edərək, toplanmış materialların məcmusuna qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirsizliyinə dair ifadələrində göstərdiyi bütün xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunur, ona görə də ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutların məcmusu, onun ittiham olunan cinayət əməlində təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. İbtidai istintaqda ayrı ayrılıqda ifadə verən polis əməkdaşları olan şahidlər, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində tərəflərindən keçirilmiş əməliyyat tədbiri nəticəsində axşam saatlarında saxladıqlarını bildirsələr də, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-**, polis əməkdaşları olan şahidlər Şahid1 istifadəsində olan ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***-**-**, Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrələrinin 31 yanvar 2022-ci il tarixdə saat 14:00-24:00 aralığında anten dairəsinə dair məlumatların "xxxx" MMC, "xxxx" MMC-dən götürülməsi barədə məhkəmə tərəfindən verilmiş sorğuya cavablardan görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefonun anten dairəsi 31 yanvar 2022-ci il tarixdə saat 16:43 dən saat 21:58 qədər Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesinin ətrafında, saat 22:43 dən saat 23:23 radələrində Bakıxanov qəsəbəsində, Gənclik küçəsində, Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil telefonun anten dairəsi 31 yanvar 2022-ci il tarixdə saat 17:07 dən saat 20:56 qədər Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesinin ətrafında saat 21:46 dan saat 23:37 radələrində Biləcəri qəsəbəsində Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil telefonun anten dairəsi 31 yanvar 2022-ci il tarixdə saat 15:44 dən saat 21:01 qədər Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesinin ətrafında, saat 23:21 dən saat 23:35 radələrində Bakıxanov qəsəbəsində, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon 31 yanvar 2022-ci il tarixdə istifadə olunmadığı, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefonun anten dairəsi 31 yanvar 2022-ci il tarixdə saat 16:47 dən saat 23:42 qədər qədər Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesinin ətrafında olması müəyyən edilir. Təqsirləndirilən şəxs ittihamda qeyd olunduğu kimi 31 yanvar 2022-ci il tarixdə 23:35 radələrində saxlanılan ünvanla həmin anda onun istifadəsində olan mobil telefonunun anten dairəsinin ünvanının fərqli olması müəyyən edilir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadələrində bildirmişdir ki, onun yaşadığı evə də polislər tərəfindən baxış keçirilmişdir, eyni zamanda məhkəmə baxışında ayrı-ayrılıqda ifadə verən şahidlər Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında 31 yanvar 2022-ci il tarixdə gecəyə yaxın vaxtda tutularaq, polis bölməsinə gətirilib, orada üzərində narkotik vasitələr aşkar edildikdən sonra, onun evinə də baxış keçirilməsi və heç bir qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilmədiyini, digər Şahid1 isə, Təqsirləndirilən şəxs idarədə üzərində narkotik vasitələr aşkar ediləndən sonra, onun evinə də baxış keçirilməsi və narkotik vasitə aşkar edildiyini bildirsələr də, onlar ibtidai istintaqda ayrı-ayrılıqda ifadə verərək, Təqsirləndirilən şəxs sadəcə polis idarəsində üzərinə baxış keçirildiyini bildirmişdilər. Cinayət işi materiallarında olan “mənzilə baxış keçirilməsi və götürülmə haqqında” 01 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 01 fevral 2022-ci il tarixdə gecə 02:00-da Təqsirləndirilən şəxs yaşadığı evin qapısı bağlı olduğundan, evdə həç kəs olmadığı üçün, evə baxış keçirilməsi mümkün olmamışdır. (bu barədə evin qapısının bağlı olmasını əks etdirən fotolarıda protokola əlavə edilmişdir.) "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin qanunun 10-cu maddəsinin İ hissəsində qanunla müəyyən edilmiş qaydada keçirilməli olan əməliyyat-axtarış tədbirlərinin konkret siyahısı müəyyən edilmişdir və bu maddənin İİ hissəsində qeyd olunur ki, müəyyən olunan bu əməliyyat-axtarış tədbirlərinin siyahısı yalnız Qanunla dəyişdirilə bilər. Nə qədər ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun anten dairəsi 31 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesinin ətrafında olması, polis əməkdaşlarının istifadəsində olan mobil telefonlarının anten dairələrinin 31 yanvar 2022-ci il tarixdə saat 23 radələrində ayrı-ayrı ünvanlarda olmaları müəyyən edildiyindən, eyni zamanda da polis əməkdaşları olan şahidlərin də ibtidai istintaqla məhkəmə baxışında ayrı-ayrılıqda verdikləri ifadələrində ziddiyyətlər olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə 23:35 radələrində Suraxanı RPİ-nin 30-ci PŞ-nin və Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dөvriyyəsində şübһəli bilinərək, Bakı şəһəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yaşadığı evin yaxınlığında saxlanılmasına şübhə ilə yanaşılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğuna əsaslı şübhələr var və bütün şübhələr də təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın və həyata keçirilmiş ibtidai araşdırmanın əsasını cinayət prosesini həyata keçirən istintaq orqanın subyektiv mülahizələri təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin məcəllənin 349.1-ci maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 yanvar 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə əməldə cinayət tərkibi olmadıqda bəraət hökmü çıxarılır. Həmin məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Cinayət mühakimə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-nin 8.0.5, 28.2 və 28.6-cı maddələri). Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o hər bir şəxsin Azərbaycan Respublikası Konstitusiyasında (60-cı maddəsinin İ hissəsində), habelə beynalxalq – hüquqi aktlarda (“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı, “Mülki və siyasi hüquqlar haqqında Beynalxalq Pakt”ın 14-cü, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8ci maddlərində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun. Bu baxımdan məhkəmə icraatının həqiqətin müəyyən edilməsini təmin etməsi vəzifəsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində nəzərdə tutulması əhəmiyyətlidir. Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz sürətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində daha geniş təsbit olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirlməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən işgəncə verilmiş, buna dözməyib şəxsi axtarış və götürmə aparılarkən dindirilən zaman təzyiq altında özünə qarşı ifadələr versə də, sonrakı kompyuter vasitəsi ilə yazılmış ifadələrinə və ümumiyyətlə heç bir sənədə imza etməmişdir. Eyni zamanda cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə izahat verərək, vəsatətdə və təqdimatda göstərilən xüsusatları təstiq etməmişdir. Məhkəmə kollegiyasının sorğusuna əsasən Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş materialdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir (xx.xx.2022-ci il tarixli qərar). Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı dindirilmiş əməliyyat müvəkilləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zorakılığın olmadığını bildirmişlər. Halbuki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 123 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər iki saidin qançırları aşkar olunmuş, qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir və törənmə müddətləri müayinədən 2-3 gün əvvələ uyğun gələ bilər. Bundan başqa, Penitensiar Xidmətin 3 X6 tibb sanitar hissəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli, 20-12/402 nömrəli məktuba əlavə edilmiş məhkumun 1411\2022 nömrəli tibbi kitabçasında Təqsirləndirilən şəxs ilkin tibbi müayinəsi zamanı yuxarıda qeyd olunan xəsarətlərin olunduğu qeyd olunsa da, istintaq orqanı nədənsə bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmətibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Cinayət işinin rədd edilməsi haqqında qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, rəyə və Təqsirləndirilən şəxs xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Belə olan halda, belə araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanılması rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarını əsas götürməklə hazırda məhkəmə istintaqı tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olmayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin və ölkəmizdə aparılan məhkəməhüquq islahatlarının məqsədlərini şübhə altına almış olar. Cinayət işi materiallarında olan ibtidai istintaqda qəbul edilmiş sübutların qiymətləndirilməsi haqqında 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X1 bütün sənədlərdə Təqsirləndirilən şəxs kimi oxunması kimi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan istintaq zamanı Falçenko (Seyidov) İsmayıl Mirmustafa oğlunun üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüdən görünür ki, Falçenko (Seyidov) İsmayıl Mirmustafa oğlunun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, İsmayıl Seyidov əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd gümüşü rəngli kağız falqaya bükülmüş bükümü, 01 ədəd elektron tərəzini və qara rəngli qış gödəkçəsinin iç sol cibindən 01 ədəd qara selfoana bükülmüş bükümü təqdim edir, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda, F.İsmayıl həmin bükümlərin içərisində heroin və metamfetamin kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümlərin onun özünə məxsus olmasını, həmin narkotik maddəni və psixatrop maddəni Kubinka adlanan yerdən tanımadığı şəxsdən ümumilikdə 1000 manat pul ödəməklə öz istifadəsi üçün aldığını və üzərində saxlamasını və daşımasını bildirir, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra F.İsmayılın üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Həmin görüntülərdən baş vermiş dialoqdan belə daxili inam və təəssürat yaranır ki, təhqiqatçı sanki Təqsirləndirilən şəxs üzərində neçə büküm və hansı növ narkotik vasitənin olduğunu öncədən bilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 01 ədəd elektron tərəzini və qara rəngli qış gödəkçəsinin iç sol cibindən 01 ədəd qara selfoana bükülmüş bükümün videoda göründüyü kimi ölçüsünü nəzərə alıb, məhkəmə hesab edir ki, həmin bükülünü rahat şəkildə polis idarəsinə qədər gəzdirməsi də inandırıcı deyil. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X5 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” (28 oktyabr 1998-ci il) “Selmuni Fransaya qarşı” (04 may 1999-cu il) işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamnda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında (11 iyul 2006-cı il) qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvеriciliyə uyğun mövqе formalaşmışdır. Bеlə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tariхli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar еdilən еtirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə pеrspеktivləri üçün hər hansı həllеdici nəticələr doğurmur. (bеlə bir mövqе Con Mürrеyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hеsab еdir ki, təqsirləndirilən şəхsin еtirafеdici ifadəsi bir sübut növü kimi digər sübutlardan hеç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəхsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən işin halları ilə bağlı məhkəmə istintaqı zamanı müəyyən edilmiş və işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti əks etdirməsi bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi ibtidai istintaq müddətində və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinin saxlaması və gəzdirilməsi, narkotik vasitələrin satılması ilə məşğul olması öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə baxışı zamanı müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs latın qrafikası ilə yazıb və oxuya bilmir. Cinayət işinin materiallarında olan printerlə çap edilmiş latın qrafikası ilə yazılmış ərizədə göstərilir ki, guya Təqsirləndirilən şəxs bildirir ki, “şübhəli şəxs qismində üzərimə şəxsi axtarış zamanı hüquqlarımı müdafiə edən vəkilin həmin istintaq hərəkətində iştirak etməsinə məqsədəmüvafiq hesab etmirəm. Bunu nəzərə alaraq müdafiəçinin işitirakı olmadan üzərimə baxış keçirilməyinizi xahiş edirəm”. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin təhqiqatçısı Zaur Eyvazov tərəfindən vəkil dəvət edilməsi barədə 01 fevral 2022-ci il tarixli qərar qəbul edildikdən sonra, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X12 Təqsirləndirilən şəxs müdafiəçisi kimi həmin tarixli, 002638 saylı vəkil orderi təqdim edərək, işə qoşulmaqla onun şübhəli şəxs qismində tutulmasında iştirak etsə də, “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 fevral 2022-ci il tarixli protokol tərtib edilərkən iştirak etməmiş, müdafiəçinin həmin prosessual hərəkətdə iştirak etməməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Latın qrafikalı azərbaycan əlifbasını bilmədiyinə görə Təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxs hesab olunduğundan, onunla bağlı aparılan bütün prosessual hərəkətlərin aparılmasında müdafiəçinin iştirakı məcburi şərt olsa da, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin təhqiqatçısı Zaur Eyvazov oğlu tərəfindən “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 fevral 2022-ci il tarixli protokolu tərtib edərkən, təyin olunmuş vəkilin, yaxud başqa müdafiəçinin iştirakını təmin etməməklə, o cümlədən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı hüquqlarını müdafiə edən vəkilin həmin istintaq hərəkətində iştirak etməsinə etiraz etməməsi barədə ərizəsini qəbul etməklə onun Azərbaycan Respublikası CPM-nin 92-ci maddəsində nəzərdə tutulmuş müdafiə hüququnu pozmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 92.3.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Həmin Məcəllənin 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Həmin Məcəllənin 92.7-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir. Eyni zamanda “Azərbaycan Respublikası CPM-nin 26 cə 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublkası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayət mühakimə icraatında Azərbaycan Respublikası Konstitusiyasının21-ci maddəsinin, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 26-cı maddəsinin, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanının müvafiq normalarının tələblərinə dönmədən riayət edilməsi təmin edilməlidir. Cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir. İş materialları ilə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı işgəncəyə, zorakılığa və qeyri-insani rəftara məruz qalması sübuta yetirildiyindən, şəxsi axtarış zamanı hüquqlarını müdafiə edən vəkilin həmin istintaq hərəkətində iştirak etməsinə etiraz etməməsi barədə ərizəsini onun öz təşəbbüsü ilə kompyuterdə yazılaraq çap edilməsi inandırıcı qəbul edilə bilməz. Axtarış və götürmə istintaq hərəkəti olaraq Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin XXXİ fəslində nəzərdə tutulmuşdur. Cinayət işi başlananadək şəxs tutularkən onun üzərində şəxsi axtarış və götürmə, eləcə də mənzilində axtarış və götürmə aparılarkən də Əməliyyat-Axtarış Fəaliyyəti haqqında qanunun müddəalarında nəzərdə tutulmuş qaydalar deyil, Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin göstərilən fəslində təsbit edilmiş qaydalar tətbiq edilməli, qanunda nəzərdə tutulmuş tələblər yerinə yetirilməlidir. Göstərilən fəsildə şəxsi axtarış və götürmə, axtarış və götürmənin bir növü kimi təsbit edilmişdir və həmin fəsildə bu tədbirlərə məruz qalan şəxsin hüquqlarının təmin olunmasına dair nəzərdə tutulmuş tələblərə əməl edilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin XXXİ fəslində nəzərdə tutulmuş 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Həmin Məcəllənin 244.4-cü maddəsinə əsasən axtarış və ya götürmə zamanı barəsində axtarış və götürmənin aparıldığı şəxsin, onun yetkinlik yaşına çatmış ailə üzvünün və ya qanuni mənafelərini təmsil edən şəxslərin iştirıkı təmin edilməlidir. Göstərilən şəxslərin iştirakını təmin etmək mümkün olmadıqda mənzil-istismar təşkilatının, yaxud yerli icra hakimiyyəti orqanının nümayəndəsi dəvət edilir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/636 saylı 01 fevral 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Falçenko (Seyidov) İsmayıl Mirmustafa oğlunun üzərindən aşkar olunmuş...» yazısı və imzalar olan 3 (üç) ədəd paketdəki; 5 (beş) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,197 qram, 1,373 qram, 0,754 qram, 0,557 qram, 0,917 qram, ümumi təmiz çəkisi 4,798 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1110qram (1 kq 100qr) qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. bir ədəd «güimüşü» rəngli elektron tərəzinin üzərində heroin və metamfetaminin izləri vardır. İz şəkilində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkisini və Təqsirləndirilən şəxs (Seyidovundan) aşkar edilərək götürülmüş heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıları əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildirlər. Heroinin ümumi təmiz çəkisi 1100 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 1099,8 qram. Metamfetaminin ümumi təmiz çəkisi 4,798 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 4,598 qram. Cinayət işində olan ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik X11 hüquqi şəxsin verdiyi 1014 saylı 23 aprel 2022-ci il tarixli rəyindən görünür ki, Falçenko (Seyidov) İsmayıl Mirmustafa oğlu cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onlarə idarə etmək iqtidarında olmuşdur. Buna görə də İ.M.Seyidov törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Falçenko (Seyidov) İsmayıl Mirmustafa oğlunda halhazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. İ.M.Seyidov barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Falçenko (Seyidov) İsmayıl Mirmustafa oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Falçenko (Seyidov) İsmayıl Mirmustafa oğlu ona ittiham edilən əməli törədən zaman psixiemosional vəziyyətində, iş üçün əhəmiyyət kəsb edən hər hansı mühum dəyişiklik yaranmamışdır. Falçenko (Seyidov) İsmayıl Mirmustafa oğlunun əqli- intellektual imkanları normaya uyğundur. Falçenko (Seyidov) İsmayıl Mirmustafa oğlu cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə Cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. İstintaq orqanı tərəfindən qanunun bu tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş narkotik vasitələrin onunku olmaması barədə məhkəmə iclasında verdiyi ifadələri inandırıcı və düzgün hesab edilməlidir. Beləliklə aydın olur ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3cü maddələsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasını təsdiq edən məlumatlar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kim çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin “Qaritski Polşaya qarşı” iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəllilərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. İş materiallarından müəyyən olunur ki, maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq 1099,8 qram heroin və qalıq 4,598 qram metamfetamin Suraxanı rayon Polis İdarəsində saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan, hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, buna görə də, maddi sübut kimi saxlanılan yuxarda qeyd olunan narkotik vasitələr həmin fakta görə aparılan cinayət təqibi ilə əlaqədar Suraxanı rayon Polis İdarəsində saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək, hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilməmişdir və buna görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352, 353, 356, 357 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq 1099,8 qram heroin və qalıq 4,598 qram metamfetamin və bir ədəd elektron tərəzi həmin araşdırma ilə əlaqədar Suraxanı rayon Polis İdarəsinin saxlanc yerində saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Zeynal Ağayev
Məhkəmə qərarları › İş №1(101)-1264/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1264/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver