Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1264/2023 20.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı ilə cəzası 2 (iki) il müddətə endirilmiş, 21 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin həmin cinayət əməlinə görə məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 20 oktyabr 2023-cü il tarixdə, saat 14:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2105,143 qram olan narkotik vasitə heroini satış məqsədi ilə əldə edərək həmin narkotik vasitədən 0,243 qram hissədə olan heroini üzərində saxlayıb daşımış, 2104,9 qram hissədə olan külli miqdarda narkotik vasitə heroini isə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində sahibsiz yarıtikilidə gizlətmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 6 fevral 2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq 12-ci Polis Şöbəsinə gətirilmiş və həmin polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqlardan birində üzərinə keçirilmiş “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibində 1 (bir) ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 0,243 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra davam etdirilmiş əməliyyat-axtarış və istintaq hərəkətləri zamanı həmin tarixdə, saat 23:30-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində sahibsiz yarıtikilidə gizlətdiyi xarici əlamətlərinə və kimyəvi komponetlərinə görə üzərindən aşkar edilmiş 0,243 qram narkotik vasitə heroinlə eyni olan təmiz çəkisi 2104,9 qram külli miqdarda narkotik vasitə heroin, habelə üzərində heroin izləri olan bir ədəd elektron tərəzi yarıtikilinin ikinci otağında, daş parçasının altında aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə 4 oktyabr 2023 və 20 oktyabr 2023-cü il tarixli məhkəmə iclaslarında özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 6 fevral 2023cü il tarixdə, saat 21 radələrində yaşadığı evə gedərkən polislər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, şəxsiyyəti ilə bağlı polis əməkdaşlarına məlumat vermiş, polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti aparılmış, o da üzərində saxladığı narkotik vasitəni təqdim etmişdir. Əldə etdiyi narkotik vasitənin bir hissəsini Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində “Pətək” marketin yaxınlığındakı sahibsiz və boş olan yarıtikilidə saxlamışdı. Həmin yarıtikilidə gizlətdiyi narkotik vasitəni də özü təqdim etmişdir. Ona qarşı hər hansı şəxs tərəfindən fiziki və ya psixi təzyiqlər olmamışdır. Boğazında olan yara izi cərrahiyyə əməliyyatı ilə bağlı yaranmış izdir.
3. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, yarıtikilidə saxladığı narkotik vasitə heroini tutulmamışdan üç gün əvvəl həmin yerə qoymuşdur. Əvvəllər heroin və metamfetamin istifadə etmiş, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Aşkar olunan iki kiloqram narkotik vasitəni “Cəfər” adlı İran vətəndaşı göndərmişdi. Onu üç nəfər polis əməkdaşı saxlamışdır. Onu saxlayarkən ona hər hansı şəxs tərəfindən təzyiq olunmamışdır. Orada aşkar olunmuş tərəzidən şəxsi istifadəsi zamanı narkotik vasitənin qramını müəyyənləşdirmək üçün istifadə etmişdir. Həqiqətədən də ona elan edilmiş ittihamda qeyd olunan narkotik vasitə ona məxsus olsa da, o, həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməmiş, hər hansı şəxsə satmamış və ya verməmişdir. İbtidai istintaqın gedişində özünə xəsarət yetirməsinin səbəbi onun narkotik vasitələrdən asılı olması ilə əlaqədar narkomaniya xəstəliyi ilə bağlı olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs məhkəmədən cavanlığını və uzun illər ərzində həbsdə olmasını nəzərə alaraq ona aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs 7 fevral 2023-cü il tarixli şübhəli şəxs qismində və 8 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdə özünü ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan ittihamda təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyəti zəif olduğu üçün mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olur. Həmçinin beş ilə yaxındır narkotik vasitələrdən istifadə edir. O, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bir ədəd bükümdə 15 manata narkotik vasitə olan heroin alaraq istifadə üçün saxlamışdır. Həmçinin narkotik vasitənin satışı ilə məşğul olduğundan İran vətəndaşı ilə telefonla danışaraq ondan bir bükümdə olan ümumi çəkisi təxminən iki kiloqram olan narkotik vasitəni Balaxanı qəsəbəsində zibil tullantılarının yanından götürmüşdür. O, həmin maddənin satışı ilə məşğul olub əldə edilmiş gəlirin bir qismini İran vətəndaşına göndərməyi, digər qismini isə gəlir kimi özünə saxlamağı nəzərdə tutmuşdur. O, həmin maddəni götürərək Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Pətək” marketin yaxınlığında olan sahibsiz yarıtikilidə gizlətmişdir. 6 fevral 2023-cü il tarixdə, axşam saatlarında o, həmin yarıtikiliyə gedən zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet və sair maddələrin olması barədə onlarda məlumat olduğunu bildirərək onu həmin polis şöbəsinə dəvət etmişlər. Şöbədə barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar qəbul edilmiş və hüquq və vəzifələri izah edilmişdir. Daha sonra dövlət hesabına müdafiəçi dəvət edilmiş və müdafiəçi gəldikdən sonra əlavə olaraq hüquq və vəzifələri izah edilmişdir. Qeyd edilən hərəkətlər edildikdən sonra üzərində “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti həyata keçirilmişdir. İstintaq hərəkəti keçirilməzdən əvvəl o, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə dair ərizə yazmışdır. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş və ondan üzərində dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olması soruşulduqda o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş “kakos”u, yəni heroini, sol yan cibindən isə bir ədəd “Nokia” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Eyni zamanda həmin narkotik maddənin digər hissəsini Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Pətək” marketin yaxınlığında olduğunu qeyd etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçirmiş, lakin digər hər hansı əşya və ya predmet aşkar olunmamışdır. O, İran vətəndaşından aldığı narkotik vasitənin digər hissəsini Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Pətək” marketin yaxınlığında olan yarıtikilidə gizlətdiyini və həmin maddəni təqdim edə biləcəyini bildirmişdir. O, həmin narkotik vasitəni İran vətəndaşından hər hansı məbləğdə pulla almadığını, narkotik vasitəni satdıqdan sonra onunla pulları bölüşdürəcəyini bildirmişdir. Lakin həmin İran vətəndaşının hər hansı anket məlumatını, mobil telefon nömrəsini bilmir, onunla internet vasitəsilə bir dəfə tanış olub görmüş, onunla əlbir olub, pul qazanmaq üçün narkotik vasitə alıb satmışdır. (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 71-74; 86-89;).
5. Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində onun özünü ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ittihamda deyil, həmin Məcəllənin 234.2-ci maddəsi ilə təqsirli bildiyi və hökmün 4-cü bəndində göstərilmiş eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir. Qeyd edilən dindirmə protokolu müdafiəçi X5 tərəfindən imzalansa da, protokolda Təqsirləndirilən şəxs həmin protokolu imzalamaqdan imtina etməsi qeyd edilmişdir. Həmin protokolun sonunda müdafiəçi tərəfindən “Təqsirləndirilən şəxs özünü təqsirli bilmir. İmza etməkdən imtina etdi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə özünü təqsirli bilir” məzmunda qeyd aparılmaqla imzalanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin tarixdə qeyd edilən protokolu və sonradan tərtib edilmiş digər sənədləri imzalamamasını narkotik vasitələrin satışı ilə məşğul olmadığına görə etirazı ilə əlaqədar olduğunu bildirdi. İfadələri elan edildikdən sonra Təqsirləndirilən şəxs bir daha ona hər hansı şəxs tərəfindən hər hansı formada təsir və təzyiq olunmadığını, narkomaniya xəstəliyi ilə əlaqədar ziddiyyətli ifadələr verdiyini bildirmişdir. (Cild 1, iş vərəqi (bundan sonra i.v.) 202-205;).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisə zamanı Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Polis kapitanı rütbəsindədir. 6 fevral 2023-cü tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, H.Aslanov küçəsi ev 7-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, əldə etməsi, satması və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən həmin şöbənin rəisinə raportla müraciət edilmiş, 12-ci Polis Şöbəsinin rəisinin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə saxlaması və satması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra 12-ci Polis Şöbəsinin əməkdaşı Şahid1 ilə birlikdə 6 fevral 2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozuna yollanmışlar. Orada Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra saxlanılmış şəxsin Təqsirləndirilən şəxs olması bir daha müəyyən edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarla Təqsirləndirilən şəxs tanış edilərək onun barəsində daxil olmuş məlumatı yoxlamaq üçün həmin şəxs 12-ci Polis Şöbəsinə dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qrupun üzvü Şahid1lə birlikdə 12-ci Polis Şöbəsinə gətirilmişdir. Şəxs gətirilərkən və üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış aparılacağı müddət ərzində onlar tərəfindən müşahidə altında saxlanılmış və bu səbəbdən də üzərində olan heroini hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Şöbədə ona hüquq və vəzifələri izah edilmiş, ona hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin dövriyyəsi ilə bağlı əvvəldən əməliyyat məlumatı aldığına görə şöbənin təhqiqatçısına şəxsin şöbəyə gətiriləcəyi barədə məlumat verilmiş, o, vəkil bürosuyla əlaqə saxlayaraq müdafiəçi lazım olacağını bildirmiş, texniki məsələlərin həllinə vaxt itkisi olmamışdır. Təqsirləndirilən şəxs hər hansı fiziki və ya psixi təsir olmamış, yalnız təhqiqatçının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsin öz tələb və ərizəsi əsasında xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkilişlə “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ cibindən bir ədəd bükümdə narkotik vasitə olan heroini çıxararaq onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini satış və öz istifadəsi üçün əldə etməsini bildirmiş və üzərində qanunsuz digər əşya və ya predmet aşkar olunmamışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsinin nəticəsinə və maddi sübutun götürülməsinə dair 12-ci Polis Şöbəsinin inzibati binasında protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola tədbir iştirakçıları, o cümlədən saxlanılmış Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər maddədən əlavə olaraq narkotik vasitəni gizlətməsi barədə onlarda əvvəlcədən əməliyyat məlumatı olduğundan Təqsirləndirilən şəxsla bağlı əməliyyataxtarış tədbirləri davam etdirilmiş, Təqsirləndirilən şəxs həqiqətəndə onda əlavə olaraq narkotik vasitənin olduğu və yaxınlıqda gizlətməsi barədə dəqiq məlumat olduğunu dərk edərək Sabunçu rayonu, Ramana qəsəbəsində olan “Pətək” marketin yaxınlığındakı yarıtikilidə də heroin saxlamasını bildirmişdir. Daha sonra həmin yerə Təqsirləndirilən şəxsla birlikdə gedilərək baxış keçirilmiş və Təqsirləndirilən şəxs yarıtikilinin içərisində olan daş parçasının altından bir ədəd sellofanı və sellofanın içərisindən bir büküm heroini və elektron tərəzini təqdim etmiş, Təqsirləndirilən şəxs İran vətəndaşından heroini almasını və heroini sataraq əldə edəcəyi pulu ona göndərəcəyini və özünün də qazanc əldə edəcəyini bildirmişdir. Həmin maddə və elektron tərəzi də qablaşdırılıb götürülmüşdür.
9. Şahid2 ifadəsinə əlavə edərək Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi və sair təsir və təzyiq edilmədiyini, üzərində və yarıtikilədən ona məxsus olan narkotik vasitə heroinin, habelə elektron tərəzinin aşkar edilməsi ilə əlaqədar hər hansı etirazı olmadığını göstərdi.
10. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat-müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid2lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.
11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 6 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən sahibsiz yarıtikilidən külli miqdarda, 2 (iki) ədəd bükümdə müvafiq olaraq 0,243 qram və 2104,9 qram narkotik vasitə olan heroin, habelə 1 (bir) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzinin aşkar edilməsi faktına görə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən 7 fevral 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v.1;)
13. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 6 fevral 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Yunis Ələsgərov tərəfindən təsdiq edilərək Şahid2 rəhbərliyi ilə həmin şöbənin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 3- 8).
14. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən qəbul edilmiş və həmin şöbənin rəisi, polis polkovnik-leytenantı Yunis Ələsgərov tərəfindən təsdiq edilmiş 6 fevral 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuni hesab edilmişdir (Cild 1, 111-112;).
15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 6 fevral 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 22:35-dən 22:50-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı X7 tərəfindən həmin Şöbənin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid1 iştirakı ilə Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümü və şalvarının sol yan cibindən isə bir ədəd “Nokia” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümdə şəffaf sellefona bükülmüş içərisində tünd qəhvəyi rəngli maddə olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 1 (bir) ədəd bükümün içərisindəki maddənin “Kakos” deyilən narkotik vasitə heroin olduğunu, həmin maddəni dörd gün əvvəl Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən on beş manata aldığını, şəxsi istifadə üçün üzərində saxladığını, beş ilə yaxındır narkotik vasitələrdən istifadə etdiyini, iki aya yaxındır satışı ilə məşğul olduğunu, həmin narkotik vasitədən əlavə olaraq Sabunçu rayonu, Ramana qəsəbəsi, “Pətək” marketin yaxınlığında yarıtikilidə də gizlətdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və üzərindən başqa hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” olan möhürü ilə möhürlənmiş, həmçinin 1 (bir) ədəd mobil telefon götürülmüşdür. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra istintaq hərəkəti təhqiqatçı tərəfindən dayandırılmışdır. İstintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir. (Cild 1, i.v. 31; 34-35;)
16. “Baxış və götürmə aparılması haqqında” 6 fevral 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 7 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün saat 23:30-dan 23:50-dək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin təhqiqatçısı, polis leytenantı X7 tərəfindən həmin Şöbənin cinayət axtarışı üzrə əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis baş leytenantı Şahid1 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən “Pətək” marketin yaxınlığında olan sahibsiz yarıtikiliyə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, qeyd edilən yarıtikili dörd otaqdan ibarət olmaqla istintaq hərəkəti zaman Təqsirləndirilən şəxs həmin yarıtikilinin sağ tərəfdə yerləşən ikinci otağına keçərək oradan daş parçasının altında sellofanın içərisində bir ədəd qara rəngli büküm və bir ədəd elektron tərəzini təqdim etmişdir. Baxış zamanı qeyd edilən bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə olan tünd qəhvəyi rəngli maddənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, İran vətəndaşından 2000 manata əldə etdiyini, bir qismini satacağını, digər qismini isə istifadə edəcəyini, tərəzini isə satış zamanı istifadə edəcəyini, iki aya yaxındır satışla məşğul olduğunu bildirmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Həmin predmetlər müvafiq qaydada qablaşdırılmaqla zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığı qeyd edilməklə, istintaq hərəkətində iştirak edən şəxslərin ad və soyadlarının qarşısında müvafiq imzalar çəkilmişdir. İstintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir. (Cild 1, i.v. 41, 43-44;)
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və götürmə aparılması haqqında” 6 fevral 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq iki ədəd ayrı-ayrılıqda müddətləri müvafiq olaraq 6 dəqiqə 17 saniyə və 7 dəqiqə 54 saniyə olan həmin videogörüntülərin əks olunduğu disklərə müstəntiq O.N.Qnyazov tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi İ.V.İsmayılovun iştirakı ilə baxış keçirilməsinə dair 12 aprel 2023-cü il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış, habelə boş yarıtikiləyə baxış və götürmə istintaq hərəkətləri zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, xüsusilə yarıtikiləyə baxış və götürmə istintaq hərəkətləri zamanı fəal olması müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 45; 183;)
18. “Maddi sübut qismində tanınması haqqında” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Baxış və götürmə aparılması haqqında” 6 fevral 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin köçürüldüyü iki ədəd disk maddi sübut qismində tanınmaqla cinayət işi materiallarına əlavə edilmişdir (Cild 1, 184;)
19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 tərəfindən verilmiş “Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 7 fevral 2023-cü il tarixli, 589 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidiyin ekspress-test üsulu ilə müayinəsi zamanı MOP (+) müsbət, OPİ (+) müsbət, AMP (+) müsbət aşkar edilmişdir (Cild 1, i.v. 50;)
20. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/743 saylı, 7 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən ..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,243 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Heroinin təmiz çəkisi – 0,243 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,193 qram. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manatdır. (Cild 1, i.v. 61-65;)
21. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/742 saylı, 7 fevral 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Vət. Təqsirləndirilən şəxs..” sözləri olan bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 2104,9 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd elektron tərəzinin səthində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisinin və maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılması mümkün olmadı. Üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,243 qram olan və üzərində “...Vət. Təqsirləndirilən şəxs...” sözləri olan bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 2104,9 qram olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi – 2104,9 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 2104,8 qram. Aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manatdır. (Cild 1, i.v. 55-60;)
22. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli 4(008)- 106/2023 saylı həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılması barədə qərarın təsviri hissəsində qeyd edilmişdir ki, məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona ittiham elan edilmiş cinayətdə özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. (Cild 1, i.v. 95-97;)
23. “Maddi sübut qismində tanınması haqqında” 9 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsov Əliheydər oğlunun üzərindən və yarıtikilidən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə mühüm əhəmiyyətə malik olduğundan maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2104,8 qram və 0,193 qram heroin, eləcədə bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (Cild 1, 108;)
24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 22 fevral 2023-cü il tarixli cavabından və iş materiallarına əlavə edilmiş müvafiq hökm, qərarların və hökmün icrası barədə göstərişin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 fevral 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 və 127.1-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 7 (yeddi) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 30 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 12 iyul 2012-ci il tarixli qərarı ilə 1 (bir) ay 27 (iyirmi yeddi) gün vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli hökmü ilə həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərarı ilə cəzası 5 (beş) ilə endirilmiş, 17 mart 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, həmin cinayət əməllərinə görə məhkumluqları ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarı ilə cəzası 2 (iki) ilə endirilmiş, 21 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin həmin cinayət əməlinə görə məhkumluğu ödənilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 3 mart 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökm 27 mart 2023-cü il tarixdə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir (Cild 1, i.v 116-130; Cild 2)
25. "xxxx" MMC-dən daxil olmuş və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnlərinə baxış keçirilməsinə dair 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin nömrə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Balaxanı, Bakıxanov, Xətai rayonu, Əhmədli qəsəbəsi anten dairələrində aktiv olmuşdur. Protokoldan görünür ki, 3 yanvar 2023-cü il tarixdə ********** nömrəsindən “gelim qaqam vallah verdim birazda cekdiy qurtardı. Demisem dadasa 04 düz qoşsun işə gedim çıxanda verecem”, 6 yanvar 2023-cü il tarixdə ********** nömrəsindən “bir balaca xaişim var 10 bütöv, az yox xaişim imkan daxilində”, 7 yanvar 2023 tarixdə yenə həmin nömrədən “bu 15 azdı, əmi düzəldi xeber et gelim” və sair jarqon ifadələrlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə bağlı sms-mesajlar müəyyən edilmişdir. (Cild 1, i.v. 131-170; 185-186;)
26. “Maddi sübut qismində tanınma haqqında” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş və Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə daxil olan və çıxan sms-mesaj mətnləri və bir ədəd disk maddi sübut kimi tanınmışdır (Cild 1, 187;)
27. Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2023-cü il tarixli, 1055 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v.175-176)
28. Kompleks ambulator komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 23 fevral 2023-cü il tarixli, 507 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamış, həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosionallıq, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, inadkarlıq, hövsələsizlik, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur, o, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Həmin rəyin təsviri hissəsində qeyd edilmişdir ki, ona ittiham olunan əməl barədə soruşduqda ittihamla qismən razı olduğunu, onda aşkar edilmiş narkotik vasitənin miqdarının çox göstərildiyini, yalnız narkotik vasitə istifadəçisi olmasını vurğulayır. (cild 1, i.v. 177-180).
29. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunda ittihamın ona elan edilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “İstintaqın gedişində zəruri istintaq hərəkətləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir qrup şəxs halında təkrarən külli miqdarda narkotik vasitələri satış məqsədi ilə təkrarən əldə edib daşımışdır. Qeyd olunanlar istintaq zamanı tam təsdiqini tapdığından, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq edilən hazırkı cinayət əməli həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməli və istintaq davam etdirilməlidir.” (Cild 1, 188-189;)
30. “Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham irəli sürülmüşdür. (Cild 1, 191-192;)
31. “Sübutların qiymətləndirilməsi və material ayrılması haqqında” 12 aprel 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən və yarıtikilidən aşkar edilmiş narkotik vasitə heroinin əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı hazırkı cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq istintaqı aparılır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, iş üzrə şahidlər dindirilmiş, müvafiq ekspertizalar keçirilmiş, təhqiqat orqanına əməliyyat tapşırığı verilmiş və iş üçün mühüm əhəmiyyət kəsb edən digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir. Lakin Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi şəxsi müəyyən edib dindirmək mümkün olmamışdır. (Cild 1, i.v.211-215;)
32. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.N.Qnyazov tərəfindən 22 aprel 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 26 aprel 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.232-240;).
33. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş 27 may 2023-cü il tarixli 3-16-17/38/2-3615/2023 saylı məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 9 fevral 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, onun adına tibbi kitabça açılaraq ilkin tibbi müayinələrdən keçirilmişdir. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. Rentgenoloji müayinə zamanı sağ körpücük sümüyünün çiyin ucunda bitişmiş sınıqdan sonrakı qalıq əlamətlər müşahidə olunmuşdur. Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə 4 aprel 2023-cü il tarixdə qarının ön divarını kəsməklə, 7 may 2023-cü il tarixdə isə sağ boyun nahiyəsini kəsməklə özünə xəsarət yetirmişdir. Hər iki xəsarəti istintaqa etiraz əlaməti olaraq etmişdir. Onun psixi durumu ilə bağlı Tibb sanitar hissəsinə müraciəti olmamış, onda hər hansı ruhi xəstəlik müşahidə olunmamışdır. Yuxarıda qeyd edilən məlumatlar həmin məktuba surəti əlavə edilmiş Təqsirləndirilən şəxs adına açılmış 1046/2023 nömrəli məhkumun tibb kitabçası ilə təsdiq edilir. Həmçinin həmin tibbi kitabçada Təqsirləndirilən şəxs müayinə nəticəsində narkomaniya diaqnozu qoyulduğu qeyd edilmişdir. (cild 2;).
34. Kompleks komisyon stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli, 97 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi pozuntunun əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs yalnız xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq və s. kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Həmin rəyin təsviri hissəsində qeyd edilmişdir ki, ona ittiham olunan cinayət əməli barəsində soruşularkən deyir: “Mən uzun müddətdir ki, narkotik istifadə edirəm. Əvvəllər çəkirdim, son illərdə vururam. Satış ilə məşğul olmamışam, heç vaxt narkotik satmamışam”. (cild 2;).
35. Hökmün 34-cü bəndində qeyd edilən rəyin təsviri hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilən və şəxsi iş matariallarına əlavə olunan 4 aprel 2023-cü il tarixli 3-16-xx/xx/2332/2023 nömrəli xüsusi məlumatda aşağıdakılar qeyd edilmişdir: “4 aprel 2023-cü il tarixdə, təxminən saat 11:30 radələrində ... Təqsirləndirilən şəxs saxlandığı kamerada özünün bildirdiyinə görə istintaqın gedişatına etiraz əlaməti olaraq alışqanın dəmiri ilə qarnının ön divarını kəsərək özü-özünə xəsarət yetirmişdir. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs müəssisənin tibb-sanitar hissəsində tibbi yardım göstərilmiş və saxlandığı kameraya geri göndərilmişdir...”. Bakı İstintaq Təcridxanasının rəisi ədliyyə polkovniki cənab Elnur İsmayılova 19 aprel 2023-cü il tarixdə baş inspektror (rəisin növbətçi köməkçisi), ədliyyə mayoru Mənsur Zeynalov tərəfindən göndərilən raportda aşağıdakılar qeyd edilmişdir: “Məruzə edərək bildirirəm ki, 19 aprel 2023-cü il tarixdə, təxminən saat 17:00 radələrində tibb sanitar hissənin 11-ci palatasında saxlanılan ... Təqsirləndirilən şəxs cinayət işinin düzgün aparılmamasına etiraz əlaməti olaraq saxlanıldığı palatanın qapısını möhkəm döyərək səs-küy salmış, prokurorluq və digər hüquq-mühafizə orqanları əməkdaşlarının dərhal müəssisəyə gəlməsini tələb etmişdir.” Həmçinin 7 may 2023-cü il tarixli 3-16-xx/xx/23096/2023 nömrəli xüsusi məlumatda aşağıdakılar qeyd edilmişdir: “7 may 2023-cü il tarixdə təxminən saat 10:00 radələrində ... Təqsirləndirilən şəxs saxlandığı palatanın sanitar qovşağında, özünün deməsinə görə istintaqın gedişatına etiraz əlaməti olaraq boynunun sağ yan tərəfini alışqanın dəmiri ilə kəsərək özü-özünə xəsarət yetirmişdir. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs müəssisənin tibb-sanitar hissəsində ilkin tibbi yardım göstərilmiş və o, təcili müşaiyət ilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmişdir”. Şəxsi iş materiallarında olan 7 may 2023-cü il tarixli aktdan aydın olur ki, Təqsirləndirilən şəxs 7 may 2023-cü il tarixdə "xxxx" diaqnozu ilə Müalicə Müəssisəsinin cərrahiyyə şöbəsinə yerləşdirilmişdir. (cild 2;).
36. Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi vəzifəsi stajor Əhmədov Mir- Abbas Əhməd oğlu tərəfindən 9 iyun 2023-cü il tarixdə 307-C-23 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, o, 6 fevral 2023-cü il tarixdə yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətyanı sahəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanmışdır. Onu xidməti avtomobildə şöbənin inzibati binasına aparmışlar. Avtomobildə olarkən adlarını bilmədiyi iki nəfər polis əməkdaşının onu döydüyünü və psixi təzyiq göstərdiyini bildirmişdir. Polis şöbəsinin inzibati binasında əməkdaşlar onun üzərində narkotik vasitə olmamasına baxmayaraq, fiziki zorakılıqla məcburi qaydada müxtəlif miqdarda narkotik vasitələri qəbul etməyini istəmişlər. O, sonuncuların təklifini qəbul etməmiş və məhz bu səbəbdən yenidən həmin iki nəfər şəxs tərəfindən döyülmüşdür. Məcburiyyətdən o, həmin narkotik vasitələri qəbul etmişdir. O, özünün narkotik vasitə aludəçisi olmasını etiraf etməsinə baxmayaraq, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yuxarıda göstərilən səbəblərə görə 4 aprel 2023-cü il tarixdə saxlandığı Bakı İstintaq Təcridxanasının 8-ci rejim korpusunun 58-ci kamerasında alışqanın dəmiri ilə özünə xəsarət yetirmişdir. Sonda isə o, Bakı İstintaq Təcridxanasında saxlandığı müddət ərzində əməkdaşlar və digər şəxslər tərəfindən fiziki zorakılığa və psixi təzyiqə məruz qalmadığını bildirməklə, həmin iki nəfər polis əməkdaşının cəzalandırılmasını xahiş etmişdir. Həmin qərardan görünür ki, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 741 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qarının ön divarının kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət kəsici kənara malik əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti Təqsirləndirilən şəxs BİT-də məhkəmə-tibbi ekspertizasından (11 aprel 2023-cü il tarixdən) az əvvəl olmaqla qeyd etdiyi 4 aprel 2023cü il tarixdə özü tərəfindən yetirilə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Araşdırma zamanı Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təzyiqə, habelə özünə xəsarət yetirməsi ilə bağlı rayon prokurorluğunda araşdırılan 307-C-23 nömrəli material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (cild 2;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
37. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
38. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
40. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
41. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
42. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
43. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
44. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
45. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
46. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
47. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.
48. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
49. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
50. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşınması və satışından sonra əldə olunacaq gəliri bölüşdürülməsi barədə razılığa gəlib, həmin şəxsin göndərdiyi istintaqa məlum olmayan vaxtda və ünvandan külli miqdarda ümumi təmiz çəkisi 2105,143 qram olan narkotik vasitə heroini satış məqsədi ilə qəbul edərək həmin narkotik vasitənin bir qismini- 0,243 qram çəkidə heroini üzərində saxlayıb daşımış, yerdə qalan 2104,9 qram külli miqdarda narkotik vasitə heroini Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz fərdi yarıtikilidə gizlətmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis orqanlarına daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə, saat 21:00-da Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq 12-ci PŞ-nə gətirilmiş və PŞ-nin inzibati binasında üzərində şəxsi axtarış aparılaraq əynində olan qara rəngli şalvarın sağ yan cibində 01 ədəd şəffaf selofan bükümdə ümumi təmiz çəkisi 0,243 qram olan narkotik vasitə heroin aşakar edilərək götürüldükdən sonra əməliyyat tədbirlərinin davamı olaraq D.A.Dadaşovun üzərində aparılmış əməliyyat tədbirləri və sonuncunun etirafı ilə dəqiqləşdirilmiş məlumat əsasında xx.xx.2023-cü il tarixdə, saat 23:30-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu nömrəsiz fərdi yarıtikilidə gizlətdiyi xarici əlamətlərinə və kimyəvi komponetlərinə görə üzərindən aşkar edilmiş 0,243 qram narkotik vasitə heroinlə eyni olan təmiz çəkisi, 2104,9 qram külli miqdarda narkotik vasitə heroin, habelə üzərində heroin izlər olan bir ədəd elektron tərəzi yarıtikillinin ikinci otağında, daş parçasının altında aşkar edilərək götürülmüşdür.
51. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşınması və satışından sonra əldə olunacaq gəliri bölüşdürülməsi barədə razılığa gəlməsinə dair” verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.
52. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
53. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
54. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
55. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.
56. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
57. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
58. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 2105,143 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 14034 dəfə, külli miqdarından isə təxminən 1052 dəfə artıq olması, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzinin aşkar edilməsi, habelə mobil telefon nömrəsinə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair daxil olan və çıxan “SMS” mesaj yazışmalarının müəyyən edilməsi onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
59. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
60. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
62. Hökmün 61-ci bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
63. Qeyd edilənlərə əsasən, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istehlakçısı olmaqla yanaşı digər istehlakçılarla razılıq əldə etməsinə dair mobil telefon vasitəsilə aparılmış sms-mesaj yazışmalarının aşkar edilməsi, aşkar edilərək götürülmüş narkotik vasitənin şəxsi istehlak miqdarından təxminən 14034 dəfə, külli miqdarından isə təxminən 1052 dəfə artıq olması, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzinin aşkar edilməsi və sair hallar ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir.
64. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən və sahibsiz yarıtikilidə gizlətdiyi yerdən aşkar edilmiş narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə edərək daşıyaraq saxlaması, üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzidən özünün istifadəsi üçün narkotik vasitələri çəkərkən istifadə etməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
65. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
66. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında qaydasında 8 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə baxılarkən, Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş CM-in 234.4.3-cü maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilmişdir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı zamanı, o cümlədən istintaq təcridxanasında özünə xəsarət yetirməsi ilə əlaqədar prokurorluq orqanı tərəfindən aparılmış araşdırma zamanı müxtəlif ziddiyyətli ifadə və izahatlar vermişdir. Bununla əlaqədar onun həmin ifadə və izahatlarında göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı ətraflı araşdırmış, ona qarşı tutularkən və ibtidai araşdırma zamanı hər hansı fiziki, psixi və ya sair təsir və ya təzyiq göstərilməsi halları müəyyən edilməmişdir. Həmin hal hökmün 33-cü bəndində göstərilmiş mötəbərliliyi şübhə altına alınmayan obyektiv tibbi sənədlərlə də müəyyən edilir.
67. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
68. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 61-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
69. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “naməlum şəraitdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq saxladığını” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Eyni zamanda, nə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadəsində, nə polis əməkdaşlarının ifadələrində, nə də iş materiallarında olan hər hansı sənəddə təqsirləndirilən şəxsin hər hansı şəxslə hər hansı formada və şəraitdə razılaşması və sair hallar öz təsdiqini tapmır.
70. Hökmün 29-cu bəndində qeyd edilənlərlə də ibtidai istintaq orqanının hər hansı əsaslandırma aparmadan Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınması müəyyən edilmişdir. Həmin qərar kobud səhvlərlə tərtib edilməklə Təqsirləndirilən şəxs CM-in 234.4.2-ci maddəsi ilə ittiham verilmədiyi halda onun bir qrup şəxs halında təkrarən külli miqdarda narkotik vasitələri satış məqsədi ilə təkrarən əldə edib daşıması göstərilmişdir.
71. Eyni zamanda hökmün 31-ci bəndində qeyd edilənlərə də müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı hazırkı işdən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyi ilə bağlı yalnız CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılması barədə qərar qəbul etmişdir. Başqa sözlə, ibtidai istintaq orqanı özü də Təqsirləndirilən şəxs digər şəxslə və ya şəxslərlə hər hansı əlbirliyinin olmasını müəyyən etmədiyindən ayrılmış cinayət işində Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə əlbir olduğunu iddia etdiyi şəxs və ya şəxslərlə bağlı istintaq aparılmasına zərurət görməmişdir.
72. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
73. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
74. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
75. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
76. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
77. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “naməlum şəraitdə və vaxtda şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan satış məqsədi ilə ümumilikdə külli miqdarda 2105,143 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq saxlamasına görə” verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
78. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
79. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.
80. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
81. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
82. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
83. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
84. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
85. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
86. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
87. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin törədilməsində özünü təqsirli bildiyi cinayət əməlinə münasibətdə peşman olmasını və onun cavanlığının nəzərə alınaraq ona aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
88. Hökmün 24-cü bəndində göstərildiyi kimi Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli hökmü ilə məhkum olunmasına dair həmin cinayət əməlinə görə məhkumluğu ödənilməmişdir.
89. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (hökmün 24-cü bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.
90. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
91. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.
92. Hökmün 24-cü bəndində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 3 mart 2023-cü il tarixdən hesablanmışdır. Həmin hökm 27 mart 2023cü il tarixdə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir.
93. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməlinə görə cəza təyin edilməli, daha sonra isə CM-in 66.5-ci maddəsinin tələbinə əsasən Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı iş üzrə təyin ediləcək cəza qismən toplanılmaqla ona yekun cəza təyin edilməlidir.
94. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
95. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
96. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
97. Belə ki, hazırkı cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 fevral 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkumluğu ödənilməmişdir. (hökmün 24-cü bəndi)
98. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
99. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 6 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 8 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 6 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v.18, 95-97)
100. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 6 fevral 2023-cü il tarixdən hesablanmalı və Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli hökmünə əsasən CM-in 69.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs həmin iş üzrə məhkəməyədək icraat zamanı 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət hazırkı iş üzrə ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir.
101. Məhkəmə hökmün 27-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
102. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.
103. CPM-nin 346.1.19-cu maddəsinə görə, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu; hansı əmlakın xüsusi müsadirə edilməli olduğu müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır).
104. CPM-nin 353.4.11-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində isə maddi sübutların həlli, xüsusi müsadirə edilən əmlakın siyahısının göstərilməsi müəyyən edilmişdir.
105. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan bir ədəd elektron tərəzi cinayət törədilərkən istifadə edilən alət və vasitə kimi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır.
106. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 2104,8 qram və 0,193 qram olan narkotik vasitə heroin məhv edilməli, 3 (üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
107. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
108. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 162 (bir yüz altmış iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
109. İş üzrə mülki iddia verilməmişdir.
110. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına əsasən müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq hər iş saatı üçün 6 (altı) manat miqdarında məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 33 (otuz üç) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul köçürülməlidir.
111. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
112. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
113. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş həmin iş üzrə məhkəməyədək icraat zamanı 14 noyabr 2022ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9 (doqquz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 6 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 2104,8 qram və 0,193 qram olan narkotik vasitə heroin məhv edilsin, 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın və 1 (bir) ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 162 (bir yüz altmış iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosuna 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.