Məhkəmə qərarları › İş №1(101)-1264/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1264/2025

29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1264/2025 29.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X9 (sədrlik edən), İmanova Nigar Arzu qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsi, ev 23 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa “Əsgər” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 17 kiloqram 510 qram çəkidə qurudulmuş marixuananı deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Füzuli rayonu ərazisindən əldə edərək idarə etdiyi “Hyundai Elantra” markalı **-TK-*** dövlət nömrə nişanlı avtomobildə gizlədib daşımaqla saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə saat 17:54-də ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq həmin tarixdə saat 17:58-dən etibarən icarə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-TK-*** dövlət nömrə nişanlı avtomobilə özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı avtomobilin arxa oturacağının üzərində olan bir ədəd narıncı rəngli sintetik torbanın içərisindən on yeddi ədəd üzəri skoçlu bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1035 qram, 1035 qram, 1035 qram, 1030 qram, 1035 qram, 995 qram, 1030 qram, 1025 qram, 1035 qram, 1035 qram, 1035 qram, 1030 qram, 1025 qram, 1030 qram, 1040 qram, 1030 qram, 1030 qram olmaqla ümumi təmiz çəkisi 17510 qram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 17 fevral 2025-ci il tarixdə saat 17:54-də Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş və həmin tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsi, ev 23 ünvanda təqsirləndirilən şəxs saxlanlılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumatın daxil olduğu bildirilərək üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsi, ev 23 ünvanında yerləşən həyət evində saxladğı **-TK-*** dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobildə yerləşdirdiyi torbanı təqdim etmiş, həmin torbada olan narkotik vasitə çəkilərək 17 kq olduğu müəyyən edilmişdir. Hardan əldə etdiyini soruşduqda Füzuli rayonu, Bəhramtəpə ərazisindən “Əsgər” adlı şəxs vasitəsilə əldə etdiyini, 10.000 manat qarşılığında həmin kütlələri ayrı-ayrı yerlərə çatdıracağını, həmçinin əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 təqsirləndirilən şəxsə qarşı özü və digər polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilmədiyini, şəxsin özü könüllü şəkildə əməlini etiraf edərək peşman olduğunu bildirmişdir.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Kamil oğlu ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, həmin vaxtı yəni 17 fevral 2025-ci il tarixdə təxmini saat 17:50 radələrində evdə olmuş, Təqsirləndirilən şəxs nə işlə məşğul olması və narkotik vasitə daşımasından xəbəri olmamışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid2 bir günlük Bakı şəhərinə qonaq gəldiyini, Zəngilana işləməyə gedəcəyini, həmin vaxt da bu hadisənin baş verdiyini bildirmişdir. Heç nədən xəbəri olmadığını, Təqsirləndirilən şəxs 2015-ci ildən tanıdığını, getdiyi evi əvvəlcədən tanımadığını və kimin evi olduğunu bilmədiyini qeyd etmişdir. Ona bir gecə qalmaq üçün ev lazım olduğundan tanışlıqla həmin evdə qalmış, sözügedən hadisə də orada baş vermişdir. Əvəz ondan sonra həmin evə gəlmişdir, maşını da həyətdə olmuşdur. Polis əməkdaşları həmin evə gələnə qədər onun heç nədən xəbəri olmamış, polislər evə girəndən sonra bilmişdir ki, Əvəzin maşınında narkotik vardır.

5. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid4 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, cinayət işi üzrə saxlanılmış Təqsirləndirilən şəxs şəxsən olaraq tanımır. Belə ki, fevral ayının 17-də onunla birlikdə usta işləyən Elçin adlı iş yoldaşı ona gecə saatlarında zəng edərək qohumunun Bakı şəhərində olduğunu və tək olaraq evdə yaşadığı üçün bir günlük gecələməyə həmin şəxsə şərait yaratmasım xahiş etmişdir. O, da Elçinə etiraz etməmiş və həmin Əvəz adlı qohumu ilə sonradan əlaqə saxlayaraq evin yerini sonuncuya izah etmiş və gecəni evdə qalmasına şərait yaratmışdır. Əvəzin deməsinə görə növbəti gün Bakıdan çıxıb getməli imiş. Beləliklə də Əvəz bir gün onun evində qalmışdır. Qeyd etmişdir ki, Əvəzdən başqa, onun evində dostu Pərviz və İsfəndiyar adlı başqa bir şəxs qalmışdır. Növbəti gün saat 18 radələrində onlar üçü evdə oturub çay içən zaman evin qapısı döyülmüş və o, qapını açanda Əvəzlə birlikdə mülki geyimdə olan bir neçə şəxsi görmüşdür. Məlum olmuşdur ki, həmin şəxslər polis əməkdaşlarıdır. Həmin şəxslər demişlər ki, Əvəz narkotik vəsilələrin dövriyyəsində şübhəli olduğuna görə saxlanılıb və ona görə də həmin evdə də baxış keçirilməsinə zərurət vardır. O, buna etiraz etməmiş və videoçəkilişlə evə baxış keçirilmiş və evdən kənar bir şey aşkar edilməmişdir. Sonradan isə onlara məlum olmuşdur ki, polislər Əvəzi saxlayandan sonra sonuncunun maşınından narkotik vasitələr aşkar edilmişdir. Onların yanında Əvəzi həmin maddələr barədə sorğu sual etmişlər və Əvəz bildirmişdir ki, həmin maddələri hansısa iranlının vasitəsilə əldə edib və bu işə görə Əvəzə 10,000 manat pul verəcəkmişlər. Əvəz maşında saxladığı maddələr barədə və ümumiyyətlə belə bir iş tutması və məhz bu işə görə Bakı şəhərinə gəldiyini onlara bildirməmişdir. Daha sonra Əvəzi polislər aparmışlar, onlara isə Baş Narkotiklərlə Mübarizə İdarəsinə yaxınlaşmalarını bildirmişlər. Onlar BNMİyə yaxınlaşanda orada olduğu kimi izahat vermişlər. Təqsirləndirilən şəxs ona məxsus olan ünvan 2 ünvanda yerləşən evin yaxınlığında saxladığı avtomobilin salonundan aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuana barədə heç bir məlumatının olmadığını, Əvəzin həmin maşını gecə saatlarında gətirib həyətə saldığını və bu barədə heç bir şey demədiyini, Təqsirləndirilən şəxs ifadələrində adını çəkdiyi “Əsgər” adlı şəxsi tanımadığını, ilk dəfədir ki, həmin şəxsin adını eşitdiyini, kim olması və nə işlə məşğul olmasının ona məlum olmadığını, Əvəzi də ilk dəfədir ki, bir gün əvvəl gördüyünü, tanışı Elçinə görə Əvəzi tanıdığını, özünün də heç vaxt və hazırda da narkotik vasitələrdən istifadə etmədiyini qeyd etmişdir (cild 1,i/v 111-113).

6. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid3 Şahid4 vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişir (cild 1,i/v 114-116).

7. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 01);

8. "Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, avtomobilinə və evinə baxış keçirilməsinə dair" 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 17 fevral 2025-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, avtomobilinə və evinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhərinin Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, “Hyundai Elantra” markalı, **-TK- *** qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin yaşadığı ünvan 3 ünvanda yerləşən evdə külli miqdarda narkotik maddə gizlətməsi barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 fevral 2025-ci il tarixdə ünvan 3 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq idarə etdiyi “Hyundai Elantra” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin arxa oturacağının üzərində olan bir ədəd kisənin içərisindən on yeddi ədəd bağlamada ümumilikdə 17 kq 510 qram çəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq avtomobildə aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Bəhrəmtəpə qəsəbəsi ərazisindən gizlədilmiş ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun qarşılığında “Əsgər” adlı şəxsin ona 10000 (on min) manat pul verəcəyini bildirmiş, üstünün yoxlanılması, avtomobilə və evə baxış zamanı “Samsunq” markalı mobil telefon vasitəsi ilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X12 tərəfindən video çəkiliş aparılmış, protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında tərtib edilərək videoçəkilişin görüntüləri DVD diskinə köçürülərək protokola əlavə edlmişdir (cild 01; i.v.19-22);

9. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqqında” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Sabunçu rayon ərazisində dövriyyəsi məşğul olması, “Hyundai Elantra” markalı, **-TK-*** qeydiyyat nişanlı avtomobillə daşıması, həmçinin yaşadığı ünvan 3 ünvanında gizlətməsində şübhəli bilindiyi üçün 17 fevral 2025-ci il tarixdə saat 17:54 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq üzəri yoxlanılmış, üzərindən 2 ədəd mobil telefon, 2 ədəd bank kartı, 1 ədəd hərbi bilet dötürülmüş, idarə etdiyi “Hyundai Elantra” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilən zaman isə 17 ədəd bağlamada qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək 1 ədəd torbada qablaşdırılaraq sonuncudan götürülmüşdür. Bu barədə raport tərtib olunaraq aidiyyatı üzrə təqdim olunmuşdur (cild 01; i.v.25-27);

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 18 fevral 2025-ci il tarixli 7/322 nömrəli rəyində göstərilir ki, Üzərində “ Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilmiş kütlələr..." ) yazılar və imzalar olan 1 (bir) ədəd narıncı rəngli sintetik torbada 17 (on yeddi) ədəd üzəri skoçlu bağlamada hər birinin ayrı-ayrılıqda təmiz 1035 qr, 1035 qr, 1035 qr, 1030 qr. 1035 qr, 995 qr, 1030 qr, 1025 qr, 1035 qr, 1035 qr, 1035 qr, 1030 qr, 1025 qr, 1030 qr, 1040 qr, 1030 qr, 1030 qr olmaqla, ümumi çəkisi 17510 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi çəkisi - 17510 qram, cəmi tədqiqata sərf edildi — 1,7 qram, qalıq - 17508,3 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manatdır (cild 01; i.v.52-56);

11. “Maddi sübüt hesab edilməsi haqqında” 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə 17510 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 17508,3 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin maddi sübutlar saxlama yerinə təhvil verilmişdir (cild 01; i.v.120-121);

12. “Mobil telefona baxış keçirilməsi barədə” 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Huawei” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas-şüşə gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, həmin yazışmaların içərisində adı kontaktlar siyahısında “Elman 96-96” gimi qeyd edilmiş +**********6 saylı Rusiya Federasiyasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin (A) Təqsirləndirilən şəxs (B) 15 fevral 2025-ci il tarixdə axşam saat 11:13-dən etibarən aralarında olan danışıq aşağıdakı qaydada aparılmışdır: A: "Elman, o qardaşa bilirsən, mən tez-tez yığa bilmirəm...ona denən iki dənə sarı meşokdu...78 metr konumdan o tərəfdədir də, o tərəfə, hava da aydınlıqdır, denən yekə iki dənə meşokdur, bir-birinə iplə bağlıdır, iplə bağlamışıq ” (“Elman 96- 96” adlı istifadəçiyə ayrı bir istifadəçidən yönləndirilmiş səs yazısı) B: “Qaqa gözlə yığıram səni, ora gedirəm uje ” (səs yazısı) A: "...səni elə bil düz üstünə aparır da konum, sənin qadanı alım...telefonu söndürsün-yandırsın denən, ondan sonra konumu açsın...sonra xırda konum var haa, atdım ikinci konum, onun üstünə vursun düz aparacaq üstünə ” (“Elman 96-96” adlı istifadəçiyə ayrı bir istifadəçidən yönləndirilmiş səs yazısı) B: "gözlə indi əlaqəyə çıxıram ” (səs yazısı) A: “Elman 96-96” adlı istifadəçiyə ayrı bir istifadəçidən yönləndirilmiş konumun elektron xəritədən görüntüləri və google.maps sayt üzərindən konumun müvafiq koordinatları) B: Allaha and olsun..axtarmadığım yer yoxdur...qoy bir sabah açılsın görək Təqsirləndirilən şəxs (B) həmin abunəçi ilə (A) 16 fevral 2025-ci il tarixdə axşam saat 06:13-dən etibarən aralarında olan danışıq aşağıdakı qaydada aparılmışdır: B: "Elə Əsgərlə yazışıram...iki saata orada olacam..dedi yarımsaat qalmış xəbər edərsən...dedim hə yaxşı...mən hara gedim indi? Deyir şəhərdə ver...mən də deyirəm ki, artığını boşaldım, nə var onu götürüb gedim də... ” (səs yazısı) A: Atmamış şəkil konum götür sonra apar at, birbaşa getmə B: "Hardasan? Çıxmısan Mollakənddən? Mən Nəvahi postunu keçdim,..nə təhər edək? Hara qoyaq bunu?...ev tapa bilmirəm mən...Mehdiabadda yol üstü elə tullayatullaya, gedərəm... ” (səs yazısı) A: Şəkil çəkib işarə qoymamış məkan atma, bax əsas şəkildi, yerini göstərən B: "Hə yaxşı oldu, narahat olma, bilirəm onları ” (səs yazısı) A: "Elman, nə var nə yox? Əvəzə dedim mən qadan alım, o 20 dənə var idi, bir dənə daş düzdü? Onu 15 edəcək, bir dənə daş qoyacaq, çünki 5-ni saxlasın, ayrı adamlara at dir acam, orada 3-4 nəfərin veşi var gedər camahat pulunu verər, sənin haqq-hesabın mənim öz üstümə düşər, qoy camahatın veşini saxlayım malın satsın pulunu alım verim sənə ondan sonra... Əvəzlə danışmışam, əsas denən özündən müğayat olsun, tələsməsin, bir də denən haradan konum verəcəksə ona 5-6 kilometr qalmış desin...adamlar getsin dayansın orada konum atanda götürsünlər” (“Elman 96-96” adlı istifadəçiyə ayrı bir istifadəçidən yönləndirilmiş səs yazısı) B: "Hə bilirəm onu, danışmışam... ” (səs yazısı) A: Yaxşı... “Sənin qadam alım, ona denən bir az tez olsun” (“Elman 96-96” adlı istifadəçiyə ayrı bir istifadəçidən yönləndirilmiş səs yazısı) B: “... həə yoluna qoydum getdi ” (səs yazısı). Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə səhər saat 02:40-da həmin abunəçiyə "Min manat göndərdi...birini də atdı... iki min... ” sözlərini yazmış, həmin tarixdə aralarında aparılmış danışıq zamanı adı çəkilən istifadəçinin qeydləri sonuncu tərəfindən birtərəfli qaydada silinmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Huawei” markalı mobil telefona keçirilmiş baxış zamanı iş üzrə əlavə sübut əhəmiyyətli hallar aşkar edilməmişdir. Qeyd olunanlarla başqa mobil telefon cihazında sübut əhəmiyyəti kəsb edən hallar mobil telefonun skrinşort funksiyası ilə çəkilərək fotocədvəl şəklində protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Mi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastik şüşə gövdəli, sensor dizaynlı, daxılı antenalı, daxılı yaddaşlı və rəqəmsal fotokameralıdır. Həmin telefonun daxılı yaddaşına keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 01; i.v.133-136); 13.“Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/LGL- 224/25 savlı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs. Teyyub oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 18 fevral 2024-cü il tarixdən 18 fevral 2025-ci il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairələri 15 fevral 2025-ci il tarixdə saat 19:33-dən 16 fevral 2025-ci il tarix saat 10:57-dək olan müddət ərzində Füzuli rayonu ərazisindən qeydiyyatdan keçmişdir (cild 1, i/v 173);

14. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X7 xx.xx.2025-ci il tarixli 945 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə fasilələrlə narkotik vasitə olan marixuanadan istifadə edir. Onda müayinə zamanı Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01; i.v. 161-162);

15. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya birliyi” Publik Hüquqi şəxsin məhkəmə tibbi-kimyəvi ekspertizasının 06 mart 2025-ci il tarixli 811/K nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində çətənə bitkisindən alman və təbü mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir (cild 1, i/v 163-166);

16. Azərbaycan Respubikası Səhiyyə Nazirliyi “Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya birliyi” Publik Hüquqi şəxsin məhkəmə-tibbi ekspertizasının 19 fevral 2025-ci il tarixli 96/MEŞ nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində 17-19 fevral 2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir (cild 1, i/v 167-170);

17. “Sübutların qiymətləndirilməsi haqqında” 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs evindən götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi - 17508,3 qram qalmış çəkidə narkotik vasitə qurudulmuş marixuananın, habelə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/LGL-224/25 saylı məktubla müşaiyət olunan 01 ədəd diskin maddi sübüt kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Huawei” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün DİN-nin Baş Mütşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (cild 01; i.v.194-209).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər aşağıdakılardır:

18. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Füzuli rayonuna gedib narkotik vasitəni götürüb Bakıya ona deyilən yerlərə qoymaq üçün gətirmşdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəni təsdiq etmiş, O, hara getdiyini, narkotik vasitəni hardan götürməli olduğunu əvvəlcədən bilmiş, Əsgər adlı şəxslə “İnstagam” sosial şəbəkəsi vasitəsilə tanış olmuş, onunla danışmış, narkotik vasitələrdən ilk dəfə istifadə etdiyini bildirmişdir. O, ittiham aktında qeyd olunan miqdarda narkotik vasitəni götürməyə getmiş, onun idarə etdiyi avtomobilindən 17 kq 512 qram narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitə olan paketi tutulanda evdə çəkmişlər. O, ayda bir dəfə “nəşə”dən istifadə etdiyini bildirmişdiir.

19. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, narkotik vasitələri müəyyən pul qarşılığında ona deyiləcək yerlərə çatdırmaq üçün götürdüyünü bildirərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

20. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

21. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri 22. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur.

23. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə psixotrop maddələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

24. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.

Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:

25. “Şübhəli şəxsin tutulması haqqında” 17 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə, saat 17:54-dən tutulmuş hesab edilmişdir (cild 01; i.v.36);

26. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 4(005)- 200/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.106-110);

27. Bərdə rayon İcra hakimiyyəti başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət materialı daxil olmamışdır (cild 1, iş vərəqə 142-144);

28. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01; i.v.132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:

29. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;

30. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;

31. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.

32. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

33. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

34. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.

37. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

38. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

39. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ilkin etirafedici izahatı, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).

40. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, Füzuli rayonuna gedib narkotik vasitəni götürüb Bakıya ona deyilən yerlərə qoymaq üçün gətirmşdir. O, hara getdiyini, narkotik vasitəni hardan götürməli olduğunu əvvəlcədən bilmişdir. Əsgər adlı şəxslə danışdığını, onunla “İnstagam” sosial şəbəkəsi vasitəsilə tanış olduğunu, narkotik vasitələrdən ilk dəfə istifadə etdiyini bildirmişdir. O, ittiham aktında qeyd olunan miqdarda narkotik vasitəni götürməyə getmiş, onun üzərindən 17 kq 5120 qram narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitə olan paketi tutulanda evdə çəkmişlər. O, ayda bir dəfə “nəşə”dən istifadə etdiyini bildirərək ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etmişdir.

41. Həmçinin iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 4(005)-200/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılan zaman o, özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək İranlı bir şəxsdən Füzuli rayonu Bəhramtəpə kəndi ərazisindən alaraq ona deyilən yerlərə çatdırmalı olduğunu, qarşılığında 10.000 manat almalı olduğunu, özünün əvvəllər narkotik maddə istifadə etdiyini bildirmişdir (cild 01; i.v.106-110).

42. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində keçirilmiş məhkəmə-narkoloji ekspertizası zamanı sonuncunun deməsinə görə o, fasilələrlə narkotik vasitə olan marixuanadan istifadə edir. Habelə müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

44. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

45. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli qərarında da iştirakçılıqla törədilmiş əməllər üçün məhz cinayətin ümumiliyinin (vahidliyinin) xarakterik olması nəzərə alınmaqla izah olunmuşdur ki, məhkəmə hökmündə iştirakçılıqla törədilmiş cinayətdə təqsirli bilinmiş şəxsin əməli təsvir edilərkən iştirakçılığın forması ilə yanaşı hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunması, onların rolları göstərilməlidir (31-ci bənd).

46. Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 6 May 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş kimi qiymətləndirilməsi üçün əməlin törədilməsində qabaqcadan cinayət əlaqəsinə girmiş iki və ya daha çox icraçının olmasının zəruriliyidir.

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib avtomobilində saxlayaraq daşıdığı qanunsuz əşyaların külli miqdarda olmaqla (1 (bir) ədəd narıncı rəngli sintetik torbada 17 (on yeddi) ədəd üzəri skoçlıı bağlamada hər birinin ayrı-ayrılıqda təmiz 1035 qr, 1035 qr, 1035 qr, 1030 qr. 1035 qr, 995 qr, 1030 qr, 1025 qr, 1035 qr, 1035 qr, 1035 qr, 1030 qr, 1025 qr, 1030 qr, 1040 qr, 1030 qr, 1030 qr olmaqla, ümumi çəkisi 17510 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana) olması, habelə ibtidai və məhkəmə istintaqında öz əməlini etiraf etməsi, müvafiq əməliyyat məlumatının olması və cinayət işinin materiallarında olan digər sübutlar (cinayət işinin materiallarında olan mesajlar və şahid ifadələri) onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

48. Təqsirləndirilən şəxs istifadəsində olan GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqinə keçirilən baxış zamanı “söhbətlər” bölməsində Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, həmin yazışmaların içərisində adı kontaktlar siyahısında “Elman 96- 96” kimi qeyd edilmiş +7925 ******* saylı Rusiya Federasiyasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin Təqsirləndirilən şəxsla 15 fevral 2025-ci il tarixdə axşam saat 11:13-dən etibarən aralarında satışı təsdiqləyən danışıqlar aparılmışdır (bax hökmdə 12 abzas). 49.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın əsaslılığına dəlalət edən hallar ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa “Əsgər” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 17 kiloqram 510 qram çəkidə qurudulmuş marixuananı deyiləcək şerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq Füzuli rayonu ərazisindən əldə edərək idarə etdiyi “Hyundai Elantra” markalı **-TK-*** dövlət nömrə nişanlı avtomobildə gizlədib daşımaqla saxlamış bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 fevral 2025ci i! tarixdə saat 17:54-də ünvan 2 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq həmin tarixdə saat 17:58-dən etibarən icarə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-TK-*** dövlət nömrə nişanlı avtomobilə özünün icazəsi və iştirakı ilə keçirilən baxış zamanı avtomobilin arxa oturacağının üzərində olan bir ədəd narıncı rəngli sintetik torbanın içərisindən on yeddi ədəd üzəri skoçlu bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 1035 qram, 1035 qram, 1035 qram, 1030 qram, 1035 qram, 995 qram, 1030 qram, 1025 qram, 1035 qram, 1035 qram, 1035 qram, 1030 qram, 1025 qram, 1030 qram, 1040 qram, 1030 qram, 1030 qram olmaqla ümumi təmiz çəkisi 17510 qram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə, son dövrlər məhkəmə təcrübəsində bu kateqoriya işlər üzrə AR CM-nin 234.4.1-ci maddəsinə münasibətdə fərqli yanaşmaların olduğunu nəzərə alaraq həmin maddə ilə bağlı ətraflı dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə hazırki iş üzrə iş materiallarını və məhkəmə iclasında müəyyən edilmiş halları tam və hərtərəfli tədqiq edərək aşağıda şərh edilən hüquqi dəyərləndirmədən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı AR CM-nin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham (qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama) qanuni və əsaslı hesab edilməlidir. Belə ki, AR Cinayət Məcəlləsinin: 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır; 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Hazırki iş üzrə təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində İİR vətəndaşı ilə qabaqcadan razılaşaraq onun göndərdiyi narkotik vasitəni Füzulı rayonunun Bəhramtəpə kəndi ərazisindən götürdüyünü, İran İRnın vətəndaşının ona narkotik vasitədən onun dediyi ünvana qoymasını dediyini göstərmiş, narkotik vasitənin müqabilində İran İR-nın vətəndaşının dediyi şəxs götürdükdən sonra ona 10.000 manat pul verəcəyini, pulu da onun istifadəsində olan bank kartına göndərəcəyinə söz vermişdir. O, bir gün əvvəl Rent-a-car avtomobil icarəsi yerindən “Hyundai” markalı avtomobili icarələyib adına rəsmiləşdirib konuma uyğun “Əsgər’-in dediyi ünvana yollanmış və adı çəkilən kəndin yolunun üstündə keçən kanalın kənarında bir ədəd kisəni görüb arxa yük yerinə qoyub Bakıya gətirmişdir. Bununla yanaşı mobil telefona baxış keçirilməsi barədə” 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs un istifadəsində olan GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, həmin yazışmaların içərisində adı kontaktlar siyahısında “Elman 96-96” gimi qeyd edilmiş +**********6 saylı Rusiya Federasiyasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin (A) Təqsirləndirilən şəxs (B) 15 fevral 2025-ci il tarixdə axşam saat 11:13-dən etibarən aralarında olan danışıq aşağıdakı qaydada aparılmışdır: A: "Elman, o qardaşa bilirsən, mən tez-tez yığa bilmirəm...ona denən iki dənə sarı meşokdu...78 metr konumdan o tərəfdədir də, o tərəfə, hava da aydınlıqdır, denən yekə iki dənə meşokdur, bir-birinə iplə bağlıdır, iplə bağlamışıq ” (“Elman 96- 96” adlı istifadəçiyə ayrı bir istifadəçidən yönləndirilmiş səs yazısı) B: “Qaqa gözlə yığıram səni, ora gedirəm uje ” (səs yazısı) A: "...səni elə bil düz üstünə aparır da komun, sənin qadanı alım...telefonu söndürsün-yandırsın denən, ondan sonra komunu açsın...sonra xırda konum var haa, atdım ikinci komun, onun üstünə vursun düz aparacaq üstünə ” (“Elman 96-96” adlı istifadəçiyə ayrı bir istifadəçidən yönləndirilmiş səs yazısı) B: "gözlə indi əlaqəyə çıxıram ” (səs yazısı) A: “Elman 96-96” adlı istifadəçiyə ayrı bir istifadəçidən yönləndirilmiş konumun elektron xəritədən görüntüləri və google.maps sayt üzərindən konumun müvafiq koordinatları) B: Allaha and olsun..axtarmadığım yer yoxdur...qoy bir sabah açılsın görək Təqsirləndirilən şəxs (B) həmin abunəçi ilə (A) 16 fevral 2025-ci il tarixdə axşam saat 06:13-dən etibarən aralarında olan danışıq aşağıdakı qaydada aparılmışdır: B: "Elə Əsgərlə yazışıram...iki saata orada olacam..dedi yarımsaat qalmış xəbər edərsən...dedim hə yaxşı...mən hara gedim indi? Deyir şəhərdə ver...mən də deyirəm ki, artığını boşaldım, nə var onu götürüb gedim də... ” (səs yazısı) A: Atmamış şəkil konum götür sonra apar at, birbaşa getmə B: "Hardasan? Çıxmısan Mollakənddən? Mən Nəvahi postunu keçdim,..nə təhər edək? Hara qoyaq bunu?...ev tapa bilmirəm mən...Mehdiabadda yol üstü elə tullayatullaya, gedərəm... ” (səs yazısı) A: Şəkil çəkib işarə qoymamış məkan atma, bax əsas şəkildi, yerini göstərən B: "Hə yaxşı oldu, narahat olma, bilirəm onları ” (səs yazısı) A: "Elman, nə var nə yox? Əvəzə dedim mən qadan alım, o 20 dənə var idi, bir dənə daş düzdü? Onu 15 edəcək, bir dənə daş qoyacaq, çünki 5-ni saxlasın, ayrı adamlara at dir acam, orada 3-4 nəfərin veşi var gedər camahat pulunu verər, sənin haqq-hesabın mənim öz üstümə düşər, qoy camahatın veşini saxlayım malın satsın pulunu alım verim sənə ondan sonra... Əvəzlə danışmışam, əsas denən özündən müğayat olsun, tələsməsin, bir də denən haradan konum verəcəksə ona 5-6 kilometr qalmış desin...adamlar getsin dayansın orada konum atanda götürsünlər” (“Elman 96-96” adlı istifadəçiyə ayrı bir istifadəçidən yönləndirilmiş səs yazısı) B: "Hə bilirəm onu, danışmışam... ” (səs yazısı) A: Yaxşı... “Sənin qadam alım, ona denən bir az tez olsun” (“Elman 96-96” adlı istifadəçiyə ayrı bir istifadəçidən yönləndirilmiş səs yazısı) B: “... həə yoluna qoydum getdi ” (səs yazısı). Həmçinin, telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 04 aprel 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/LGL- 224/25 savlı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 18 fevral 2024-cü il tarixdən 18 fevral 2025-ci il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairələri 15 fevral 2025-ci il tarixdə saat 19:33-dən 16 fevral 2025-ci il tarix saat 10:57-dək olan müddət ərzində Füzuli rayonu ərazisindən qeydiyyatdan keçmişdir. Məhkəmə, hazırki işin faktiki hallarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci fəslində göstərilən normalar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarı, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının AR CM-nin 234.4.1-ci maddəsinə dair hissəsini tənzimləyən 12-ci bəndində göstərilən müddəalarla əlaqəli şəkildə təhlil edərək X5 polis əməkdaşları tərəfindən saxlanıldığı gün onunla istifadəsində iran nömrəsi olan şəxs arasında şübhəli SMS yazışmalarının olması (yazışmalarının mətninin bir qisminin İran nömrəsinin istifadəçisi tərəfindən silinməsi, digər yazışmalardan tərəflərin mətn şəkildə mesaj yazmaqdan ehtiyat edərək sadəcə imkan yarandığı vaxt videozəng vasitəsi ilə danışıqların müəyyən olunması), özünün ifadəsində göstərdiyi narkotik vasitəni İmişli rayonundan götürməsinə dair xüsusatın istifadəsində olan mobil nömrənin anten məlumatları ilə təsdiq olunması, İmişli rayonun məhz İranla sərhəd zonada yerləşməsi, təqsirləndirilən şəxsin saxlanılmasından bir həftə əvvəl iranlı kimi bildiyi şəxslə danışaraq İmişli rayonundan narkotik vasitəsini götürməsi, götürülmüş narkotik vasitənin dəyərinin ödənilməməsi, təqsirləndirilən şəxsin narkotik vasitəni iranlının dediyi yerlərə qoymağa və ya dediyi şəxsə verməyə həmin narkotik vasitədən öz şəxsi istifadəsi üçün götürməsi və iranlının ona pul verəcəyini vəd etməsi müqabilində razılaşması onların artıq qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlmələrinə, təqsirləndirilən şəxsin həm şəxsi marağı (iranlının göndərdiyi narkotik vasitənin bir hissəsini əvəzsiz götürməsi), həm də mənfəət əldə etməsi müqabilində iranlı ilə əlbir olmasına (məhkəmə iclasında təqsirləndirilən şəxsin işsiz olmasına istinad edərək iranlının ona göndərdiyi narkotiki dediyi şəxsə verəcəyi təqdirdə onun narazı qalmayacağı məbləğdə pul vəd etməsi) dəlalət edir. Hazırki cinayət işinin faktiki halları baxımından əks yanaşmanın sərgilənməsi, yəni təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi İİR vətəndaşının müəyyən olunmamasına, onun ifadəsinin alınmamasına istinadən Təqsirləndirilən şəxs AR CM-nin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamın sübuta yetirilməməsi qənaətinə gəlinməsi işin faktiki halları və istintaqla müəyyən edilmiş hallarla bir araya sığmır. İş materiallarından görünür ki, BNMİ-yə verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş məktubunun məzmunundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan “Əsgər” adlı şəxslə əlbir olaraq satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. Lakin “Əsgər” adlı şəxsin kimliyini, Təqsirləndirilən şəxs bu maddəni hansı yolla və kimlərin vasitəsi ilə əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştirakının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamış və bu səbəbdən də həmin “Əsgər” adlı şəxs barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsüfü üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra (qismən icra) etməsi kifayətdir. Konkret halda, məhkəmə iclasında tədqiq edilmiş sübutlar “digər şəxs”in təqsirləndirilən şəxslə qabaqcadan əlbir olmaqla cinayətin obyektiv cəhətini təşkil edən müəyyən hərəkətləri icra etməsi təsdiq olunduğundan təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.1. maddəsilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunmasının əsasında onun narkotik vasitələri konkret hər hansı şəxsə satması və ya narkotik vasitələrin satışına dair başqa şəxslərlə danışıqlar (SMS yazışmalar və.s.) aparması, istehlakçı ilə əvvəldən razılığın olması deyil, məhz öz ifadəsində göstərdiyi xüsusat, yəni evindən aşkar olunmuş narkotik vasitəni şəxsi maraq müqabilində müxtəlif ünvanlara yerləşdirməsini, yəni narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət etmək niyyətinin olmasını göstərməsi olmuşdur. Belə olan halda, AR CM-nin 234.4.3-cü maddəsinə münasibətdə ittihamla razılaşaraq həmin hissədə onun ifadələrinin sübut kimi qiymətləndirildiyi halda AR CM-nin 234.4.1-ci maddəsinə münasibətdə isə İİR vətəndaşının şəxsiyyətinin müəyyən olunmaması və ifadəsinin alınmamasına (halbuki, təqsirləndirilən şəxsin telefonunda müvafiq yazışmaların olması, onun həqiqətən də ifadəsində göstərdiyi kimi saxlanılmadan bir gün öncə iranlı ilə razılaşmasına əsasən Füzuli rayonuna getməsi iş materialları ilə öz təsdiqini tapmışdır) istinad edərək təqsirləndirilən şəxsin ifadəsinin sübut kimi qiymətləndirilməməsi təzad yaratmaqla cinayət işi üzrə obyektiv araşdırmanın nəticəsi kimi dəyərləndirilə bilməz. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, bir gün öncə Füzuli rayonunun Bəhramtəpə kəndi ərazisindən götürülmüş narkotik vasitənin təqsirləndirilən şəxsin avtomobilində olması onun tək deyil, ifadəsində də göstərdiyi kimi məhz iranlı ilə birgə hərəkət etməsinə, narkotik vasitələrin hansı qaydada yayılacağına dair (belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında iranlının ona həmin narkotik vasitəni ondan başqa şəxsin götürəcəyini, bunun müqabilində ona pul verəcəyini və bu səbəbdən narkotik vasitənin onun avtomobilində qaldığını bildirmişdir) qabaqcadan razılıqlarının olmasına dəlalət edən hallardandır ki, belə olan halda məhkəmə təqsirləndirilən şəxsə AR CM-nin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın qanuni və əsaslı olması qənaətindədir.

50. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruru bilir ki, Təqsirləndirilən şəxs adı istintaqa "Əsgər” kimi məlum olan İran İR-nın vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək sonuncular ilə aralarında əldə olunmuş razılığa əsasən əvvəlcədən müəyyən olunmuş Füzuli rayonu ərazisindən əldə edərək idarə etdiyi “Hyundai Elantra” markalı **-TK-*** dövlət nömrə nişanlı avtomobildə gizlədib daşımaqla saxlamışdır. Buradan da məlum olur ki, sözügedən qrup üzvləri arasında hazırki cinəyət əməlinin törədilməsi ilə bağlı müvafiq rol bölgüsü olmuşdur. Belə ki, adı istintaqa "Əsgər” kimi məlum olan İran İR vətəndaşının və qeyrilərinin törədilmiş cinayətdə rolu sözügedən 17 kiloqram 510 qram çəkidə qurudulmuş marixuananı Füzulı rayonunda yerləşdirmək, Təqsirləndirilən şəxs rolu isə həmin narkotik vasitələrin oradan götürərək idarə etdiyi “Hyundai Elantra” markalı **-TK-*** dövlət nömrə nişanlı avtomobildə gizlədib daşımaqla saxlayaraq, Bakı şəhərinə aparmalı və deyilən vaxt lazım olan yerə qoymaq olmuşdur. Hazırkı, halda “Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 6 May 2022-ci il tarixli qərarında sərgilənən mövqeyə əsasən sözügedən cinayət əməlinin törədilməsində qabaqcadan cinayət əlaqəsinə girmiş iki və ya daha çox icraçı iştirak etmişdir.

51. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.

52. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.

53. Təqsirləndirilən şəxs yaşayış yer üzrə müsbət xarakterizə olması (CM-59.2) cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır.

54. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. (CM-61.1.1).

55. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (müəyyən edilmişdir) və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut – 17508,3 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübutlar – 01 ədəd “Huawei” markalı, mobil telefon təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD disk, 01 ədəd CD disk iş materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir.

56. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.

57. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.

58. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

59. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. 61.Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməsi müəyyən olunmuş, daha sonra isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir.

62. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının çəkilməsi müddətinin başlanğıcı 17 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlancına verilmiş 17508,3 qram qalmış çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlancına verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Huawei” markalı, mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut – 02 ədəd DVD disk, 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Kamil Əliyev Hakimlər: Nigar İmanova Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar