Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1265/2022 23.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 23 avqust 1983-cü il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablanmış, hazırkı iş üzrə 23 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Birinci Qarabağ müharibəsi iştirakçısı olmasını bilib, sonuncuya işgüzar və şəxsi əlaqələrinin geniş olması, «Şəhid Ailələrinə Sosial Dəstək» ictimai birliyinin sədri olan anası Şahid4 köməkliyi ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Qobu Park» yaşayış kompleksindən sərfəli şərtlərlə 2 otaqlı və 3 otaqlı mənzilləri almaqda köməklik göstərmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib, sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs sərfəli şərtlərlə 2 otaqlı və 3 otaqlı mənzilləri almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə, bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda, sonuncuya yalandan qeyd edilən məsələ ilə bağlı, həmçinin alınacaq mənzillərin təmir olunması və əlavə olaraq həmin kompleksdə 50 kvadratmetr qeyri-yaşayış sahəsi almaqda köməklik göstərəcəyini bildirib, əslində Zərərçəkmiş şəxs məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanında yerləşən 17 saylı uşaq baxçasının qarşısında xx.xx.2019-cu il tarixdə 5000 manat, xx.xx.2019-cu il tarixdə həmin ünvanda 7000 manat, xx.xx.2019-cu ildə 3000 manat, xx.xx.2019-cu il tarixdə 2500 manat, xx.xx.2019-cu il tarixdə 8000 manat, xx.xx.2019-cu il tarixdə 5500 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2019-cu il tarixdə 3500 manat, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 241 ünvanında yerləşən "xxxx" MMC-nin qarşısında xx.xx.2019-cu il tarixdə 2000 manat, həmin tarixdə bir qədər sonra 4000 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 3000 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 3000 manat, xx.xx.2019-cu il tarixdə 1500 manat, xx.xx.2019-cu il tarixdə 3500 manat və xx.xx.2000-ci il tarixdə 5000 manat olmaqla, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 60000 (altmış min) manat məbləğində pulu sonuncunun etibarından sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən ona təyin olunmuş 2 il 3 ay azadlıqdan məhrum etmə cəzasını 9 saylı cəza çəkmə müəsisəsində cəza çəkir. Zrərçəkmiş şəxs Zərərçəkmiş şəxs onun həyat yoldaşı Süriyyənin xalasıdır, anası Şahid4 isə «Şəhid Ailələrinə Sosial Dəstək» ictimai birliyinin sədridir. Həyat yoldaşı Süriyyə bəzən onun telefonu ilə Almaniya Respublikası Zigen şəhərində yaşayan xalası qızı Rəvanə ilə görüntülü danışmış, Rəvanə onun nömrəsinii bildiyi üçün bəzən Süriyyə ilə danışmaqdan ötrü ona zəng etmiş və bu yolla münasibətləri davam etmişdir. Bir gün yenə onunla Rəvanə danışarkən artıq Bakıya gəlmək və orada yaşamaq istədiyini bildirmiş, ucuz ev olubolmaması ilə maraqlanmışdır. O, Rəvanəyə maraqlanacağını deyib, bu barədə sonuncunun anası Nəsibə xanımla danışmışdır. Nəsibə xanımın və sonuncunun şəhid ərinin Qarabağ müharibəsində iştirak etdiklərini bildiyindən, anasının işlədiyi ictimai birlik vasitəsi ilə güzəştli şəkildə «Qobu Park» yaşayış kompleksindən mənzil ala biləcəyini söyləmiş, lakin bu barədə heç kimə, o cümlədən anası Almaza da bildirməməyi xahiş etmişdir. Nəsibə və Rəvanə onunla razılaşmış, Nəsibə xanım üçün 2 otaqlı, Rəvanə üçün isə 3 otaqlı mənzil almağa söz vermişdir. Həmin mənzillərdən 2 otaqlı mənzilə görə 14000 manat, 3 otaqlı mənzilə görə isə 21000 manat pul lazım olduğunu bildirmişdir. Həmçinin Nəsibə xanıma hazırda fürsət yarandığını, mənzillərin az qaldığını deyib, pulu tez verməsini istəmişdir. İlk dəfə 2019-cu ilin mart ayında Nəsibə xanımdan 9000 manat pul istəmiş və işlədiyi 17 saylı uşaq bağçasının yanında həmin pulu almışdır. Bundan sonra eyni məqsədlə həmin ünvanda Nəsibə xanımdan xx.xx.2019-cu il tarixdə 7000 manat, həmin ünvanda xx.xx.2019-cu il tarixdə 3000 manat, həmin ünvanda xx.xx.2019-cu il iltarixdə 2500 manat, həmin ünvanda xx.xx.2019-cu il tarixdə 8000 manat, həmin ünvanda xx.xx.2019-cu il tarixdə 5500 manat, həmin ünvanda xx.xx.2019-cu il tarixdə 1500 manat, həmin ünvanda xx.xx.2019-cu il tarixdə 3500 manat pullar almışdır. Həmçinin Nəsibə xanıma «Qobu Park» yaşayış kompleksində binanın altında obyekt kimi boş yerlər olduğunu deyərək, həmin yerdən də təklif etmişdir. Nəsibə xanım onunla razılaşmışdır. O, «Qobu Oark» yaşayış kompleksində binanın altında boş olan 50 kvadrat metr obyekt yeri almaq üçün 8000 manat pul istəmiş, sonuncu da, xx.xx.2019-cu il tarixdə 2000 manat pulu ona vermişdir. Sonradan isə Nəsibə xanımdan obyektə görə hissə-hissə daha 5000 manat almışdır. Bundan sonra Nəsibə xanıma obyekti verən adamın 8000 manata razılaşmadığını, 10000 manat istədiyini bildirmiş, Nəsibə xanım razılaşaraq daha 3000 manat pulu ona vermişdir. Danışığa görə mənzilləri və obyekti 2020-ci ilin yanvar ayında Nəsibə xanıma təqdim etməli olmuş, lakin 2020-ci ildə karantin rejimi tətbiq edildiyindən Nəsibə xanıma binanın içərisinə heç kimin buraxılmadığını söyləyərək, mənzillərlə tanış olmaq üçün oraya aparmamış, hərdən öz telefonunda təmir işlərinin görüntüləri olan şəkilləri və videogörüntüləri Nəsibə xanıma göstərərək yaxın müddətdə mənzillərin açarlarının ona təqdim ediləcəyinə söz vermiş, bu yolla onu və qızı Rəvanəni aldatmışdır. Bundan sonra Nəsibə xanım və qızı Rəvanə onları aldatdığına əmin olmuş və ondan şikayət edəcəklərini demişlər. Bu barədə anası Almaz da xəbər tutmuş, o, baş verənləri kiməsə deməmək üçün qaçmağa və yalanlar danışmağa başlamışdır. Nəsibə xanımdan pulları alarkən onun məqsədi həmin pulu öz ehtiyaclarına xərcləmək olmuşdur. Nəsibə xanımdan aldığı pulları «Topaz» mərc oyunlarına xərcləmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən verdiyi ifadəsini məhkəmədə təsdiq edən Təqsirləndirilən şəxs bildirdi ki, həqiqətən də istintaqa zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən 1 ədəd CD disk təqdim olunmuş və həmin diskdəki danışıqlarla bağlı onun ifadəsi alınmışdır. Həmin diskdəki 12 ədəd fayıllarda səs yazısı ona məxsusdur, həmin səs yazısında 10-ci faylda olan səs yazısı isə anası Almaza məxsusdur. Səs yazısında Mətin, Rəviş və Elməddin adlı şəxslərin adlarını çəkir, həmin şəxslərdən Rəviş Nəsibə xanımın qızı Rəvanə xanımdır, ona «Rəviş» deyə müraciət edir, başqa Mətin və Elməddin adları şəxsləri tanımır. Səs yazısında ev təmir etməyi, ustalar işlətməsi, həmçinin mənzillərin qısa vaxta açarlarının təhvil verilməsi kimi fikirlərin öz uydurması olmasını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etdiyini, vurulmuş maddi ziyanı qaytarmaq imkanı olmadığını, belə imkan yarandığı təqdirdə, Nəsibə xanımın pulunu qaytaracağını bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin fevral ayında bacısının kürəkəni Təqsirləndirilən şəxs onunla söhbətində mənzil şəraitinin ağır olduğunu bildirib, 1-ci Qarabağ müharibəsinin veteranı kimi ona «Şəhid Ailələrinə Sosial Yardım» İctimai Birliyinin sədri olan anası Şahid4nm vasitəsilə «Qobu Park» yaşayış kompleksindən mənzil ala biləcəyini vəd etmişdir. Elvin onunla söhbətində bu məsələni bacısı, həm də onun qaynanası olan Xatirəyə və arvadı Süriyyəyə sürpriz etmək üçün onlardan gizlətməyi tapşırmışdır. O, həm özünə 2 otaqlı, həm də Almaniyada qaçqın kimi yaşayan qızı Rəvanəyə 3 otaqlı mənzil almaq istəmiş, əlində nağd pul olmadığından, hissə-hissə pulu ödəyəcəyini Elvinə demişdir. Aralarında olan razılaşmaya əsasən iki otağa görə Elvinə 14000 manat, 3 otağa görə isə 21000 manat pul verməli olmuşdur. Bu barədə qızı Rəvanəyə də məlumat vermiş, Rəvanə Elvinlə «Wotsap» proqramı vasitəsi ilə danışaraq razılığa gəlmişlər. İlk dəfə 2019-cu ilin mart ayında Elvin mənzilləri almaq üçün 5000 manat pul istəmiş, həmin vaxtlar tibb bacısı işlədiyi Yasamal rayonu, H.ünvan 6 ünvanında yerləşən 17 saylı uşaq baxçasının qarşısında Elvinlə görüşərək həmin məbləği ona vermişdir. Bundan sonra 2019-cu ilin may ayında eyni məqsədlə Elvinə həmin ünvanda 7000 manat, 3000 manat, 2500 manat, 8000 manat, iyun ayında 5500 manat, iyul ayında 1500 manat və 3500 manat pul vermişdir. Bundan sonra Elvin sənədləşmə ilə birlikdə 36000 manat pul aldığını bildirib, narahat olmamağı, 2019-ci ilin sonuna qədər anasının vasitəsi ilə hökumətdən onun mənzilini alaraq verəcəyini demişdir. Sonra Elvin ona «Qobu Park» yaşayış kompleksində obyekt kimi boş yerlər olduğunu deyib, həmin yeri almağı təklif etmiş, o da, bu məqsədlə Elvinə 2019-cu ilin avqust ayında əvvəlcə 2000 manat pul vermişdir. Bundan sonra Elvin guya «Qobu Park» yaşayış kompleksində onun üçün və qızı üçün aldığı evləri təmir etdirmək adı ilə daha 4000 manat pulunu almış, 2019-cu ilin sentyabr-oktyabr aylarında isə obyekt almaq adı ilə 1000 manat, 3000 manat və yenə 1000 manat əlavə pullar almışdır. Daha sonra Elvin obyekti verən adamın 8000 manatla razılaşmadığını, 10000 manat pul istədiyini, əgər bu məbləğə razılaşmasa, verdiyi 7000 manatın batacağını bildirmiş, o da, məcburiyyət qarşısında qalaraq 2019-cu ilin noyabrında obyektə görə qalan 3000 manat pulu Elvinə vermişdir. Bu məsələdən sonra noyabr ayında Elvin yenə də obyektin və evlərin təmiri adı ilə ondan daha 1500 manat pul almışdır. Daha sonra Elvin evlərin təmirini başa çatdırdığını, açarları almalı olduğunu, bunun üçün 1500 manat 2 otaqlı mənzilə görə, 2000 manat isə 3 otaqlı mənzilə görə şirinlik kimi pul lazım olduğunu demişdir. O da, 2019-cu ilin dekabrında ünvan 7 ünvanında 3500 manat pulu Elvinə vermişdir. Danışığa görə evlər və obyektlər 2020-ci ilin yanvar ayında onlara təqdim edilməli olmuş, lakin deyilən vaxt çatsa da, Elvin bu gün-sabah deyərək onları aldatmağa başlamışdır. Hər dəfə maraqlandıqda Elvin pandemiya olduğunu, buna görə işlərin uzandığını demişdir. O, başa düşmüşdür ki, artıq Elvin onu aldatmış və 55000 manat pulunu ələ keçirmişdir. Bir gün Elvinin anası Almas onun evinə gəlmiş və ehtiyacı olduğunu bildirib ondan 3000 manat borc pul istəmiş, o da, 3000 manatı yaşadığı evdə Almasa borc kimi vermişdir. Həmin puldan Almas ona cəmi 1200 manat qaytarmış, qalan 1800 manat isə hələ də qaytarılmamışdır. Zərərçəkmiş şəxs Elvinə verdiyi pulların onun şəxsi pulu olduğunu, qızıllarını, ev əşyalarını, xalçaları, şubasını satıb həmin pulları əldə etdiyini, 2020-ci ildə karantin rejimi tətbiq edildiyindən Elvin binanın içərisinə heç kimin buraxılmadığını söyləyərək, onu mənzillərlə tanış olmaq üçün aparmadığını, hərdən öz telefonundakı təmir işlərinin görüntülərini ona göstərərək yaxın müddətdə mənzillərin açarlarının təqdim ediləcəyini vəd etmiş, bu yolla onları aldatmışdır. Sonuncu dəfə Elvin mənzilin yaxın günlərdə təhvil veriləcəyini söyləyərək, şirinlik kimə isə təcili 5000 manat pulun çatdırılmasının zəruri olduğunu demiş, əgər həmin məbləğ verilməsə, adının siyahıdan silinəcəyini bildirmiş və ondan əlavə pul istəmişdir. O da, xx.xx.2020-ci il tarixdə bacısı Validədən 2000 manat borc alıb, özündə olan 3000 manat pulun üstünə qoyaraq ünvan 8 ünvanında Elvinin idarə etdiyi avtomobildə görüşərək istədiyi 5000 manat pulu ona vermişdir. Bundan bir müddət sonra Elvinin telefonu bağandığından və onun olduğu yer anası Almas tərəfindən gizlənildiyindən, uzun müddət onun olduğu yeri tapa bilməmiş, buna görə də Elvindən pullarını hara xərcləməsini öyrənə bilməmişdir. Buna görə bir müddət onu gözləmək qərarına gəlmiş, lakin sonradan Elvinin qaynanası olan bacısı və arvadını aldadaraq, öz arvadından başqa 3 qadınla münasibət qurduğunu, hərəsindən bir övladının olduğunu öyrənmişdir. Elvinə şikayət edəcəyini dedikdə, sonuncu etiraf etmişdir ki, ona yalan danışmış, onları aldadıb ondan aldığı 60000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Sonra bilmişdir ki, Elvin dələduzdur, barəsində cinayət işi vardır və həbs edimişdir. Elvin həbs ediməmişdən öncə Almaz xanım onun evinə gəlmiş, Elvinin aldığı pulların hamısını özünün ödəyəcəyini bildirmiş, oğlunu tutdurmamağı xahiş etmişdir. Almaz xanım ondan 6 ay möhlət istəmiş, lakin 6 ayda ona oğlunun dələduzluq yolu ilə ələ keçirdiyi puldan bir manat da ödəməmişdir. Buna görə də, o, məcbur qalıb şikayət etmişdir. Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödəniləcəyi təqdirdə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmayacağını ifadəsinə əlavə etdi. Məhkəmə iclasında dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs arvadı Nəsibə xanımın vasitəsi ilə 2019-cu ilin yay aylarından tanımış, Elvin baldızı Xatirənin qızı Süriyyə ilə 2019-cu ilin əvvəlində ailə həyatı qurmuşdur. Elvin onun arvadı Nəsibəyə mənzil şəraitinin ağır olduğunu bildirərək, 1-ci Qarabağ müharibəsinin veteranı olduqları üçün «Şəhid Ailələrinə Sosial Yardım» İctimai Birliyinin sədri olan anası Şahid4 vasitəsilə ona və Almaniyada yaşayan qızı Rəvanəyə Lökbatan qəsəbəsində inşa edilən «Qobu Park» yaşayış kompleksindən çoxmərtəbəli binada dövlət xətti ilə mənzil və həmin binada qeyri-yaşayış sahəsi obyekt ala biləcəyini vəd etmiş, ümumilikdə 60000 manat pulu 2019-cu ilin mart ayından 2020-ci ilin may ayına qədər Nəsibə xanımdan almışdır. Sonradan bilmişlər ki, Elvin onları aldatmış və yalan danışıb pullarını ələ keçirmişdir. Hətta bir dəfə Elvinin anası Almaz onların evinə gəlmiş, pulu qaytaracaqlarını deyərək onlardan vaxt istəmişdir. Onlar Almazın sözü ilə Elvinə vaxt versələr də, həmin vaxtdan 6 ay keçməsinə baxmayaraq, onlardan səs çıxmamışdır. Bundan sonra onlar polisə müraciət etmişlər. Elvinə verdikləri 60000 manat onun və Nəsibə xanımın əldə etdiyi illərlə qazandığı pullar olmuşdur. Məhkəmə iclasında dindirilən Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs onun qızı Süriyyə ilə 2019-cu ilin yanvar ayında ailə qurmuş, birgə nikahdan bir qız övladı olmuşdur. Elvin onun qızı ilə ailəli olan vaxtda bacısı Nəsibə ilə tanış olmuş və bacısının 1-ci Qarabağ müharibəsinin veteranı olduğu üçün «Şəhid Ailələrinə Sosial Dəstək» İctimai Birliyinin sədri olan anası Şahid4 vasitəsilə Nəsibəyə və Almaniyada yaşayan qızı Rəvanəyə güzəştli şərtlərlə «Qobu Park» yaşayış kompleksindən mənzil və həmin binada qeyri-yaşayış sahəsi ala biləcəyini vəd etmişdir. Bu yolla bacısı Elvin Nəsibədən 60000 manat pulu hissə-hissə almışdır. Bu barədə onun və qızı Süriyyənin məlumatı sonradan olsa da, artıq həmin vaxt Elvin həbsdə olmuşdur. O, bacısının başına gələnləri eşidib narahat olmuş, Elvinin anası Almaz ilə əlaqə saxlayıb, bacısının pulunu qaytarmağı tələb etmişdir. Bundan sonra Elvinin başqa qadınla da evli olub, onlardan da uşaqlarının olmasını öyrənmişlər. Almazdan oğlu Elvinin aldığı 2500 manatı istəmiş, lakin Almaz pulu verməkdən imtina etmişdir. Məhkəmə iclasında dindirilən Şahid3 və Şahid5 Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə oxşar eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid Rəvanə Əzimova bildirmişdir ki, Elvin onun xalası qızı Süriyyənin əri olmuşdur. O, Süriyyə ilə danışan zaman telefon vasitəsi ilə onunla tanış olmuşdur. Onunla danışan zaman Elvin demişdir ki, anası şəhid ailələrinə və veteranlara kömək edib ev almaq şansına malikdir, bu barədə anası ilə danışıb onun ailə üzvlərinə köməklik edə bilməsini demişdir. Sonradan Elvin anası ilə danışmış və ona köməklik edə biləcəyinə söz vermişdir. Elvin onunla səs göndərməklə danışmış, Elvinin onu aldatması ilə bağlı səs yazılarını anası Nəsibə xanıma göndərmişdir. Elvin ona Lökbatan qəsəbəsində «Qobu park» yaşayış kompleksindən iki ədəd mənzil, bir ədəd qeyri-yaşayış obyekti alacağına söz vermiş, buna görə anası 60000 manat Elvinə pul vermişdir. İşi övlad kimi sonradan öz üzərinə götürdüyü üçün o, Elvinlə bu barədə danışmış, Nəsibə xanım anası olaraq hər dəfə Elvinə pulu verən zaman Elvin onunla telefonla danışmış və təsdiq etmişdir. Elvinin anası Almazın artıq onlar pulu tam olaraq verib qurtardıqdan sonra, yəni aldandıqdan sonra məlumatı olmuşdur. 60000 manatı Nəsibə xanım verdikdən sonra o, Almaz xanımla əlaqə saxlamış və Elvinin onları aldadaraq pulunu aldığını, lakin verdiyi vədi yerinə yetirmədiyini bildirmişdir. Elvinin mənzilin təmiri ilə bağlı ona göndərdiyi videogörüntü olmuş, lakin həmin görüntü silinərək getmiş, Elvinə pulu ilkin verən dövrlərdə anası Almaza deməsə də, sonradan bu barədə məlumat vermişdir. O, anası Nəsibə xanımın verdiyi pula görə Elvin və Almaz xanımla sonradan dəfələrlə danışmış, hətta Almaz xanım Yasamal rayonu MİDA yaşayş kompleksində kreditə ev götürməyə onlara kömək edəcəyinə söz vermiş, bununla da oğlundan şikayət etməməyi ona təklif etmişdir. Elvinə verilən 60000 manat pul anası Nəsibə xanıma məxsus olmuşdur. Məhkəmə iclasında dindirilən Şahid4 bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur, hazırda törətdiyi dələduzluq əməlinə görə 9 saylı cəza çəkmə müəssisəsində çəza çəkir. Zərərçəkmiş şəxs onun gəlini Süriyyənin xalasıdır. Nəsibənin qızı Rəvanə ilə Elvin ilk dəfə «instagram» da tanış olub söhbət edəndə, Rəvanə Elvini xalası qızının əri kimi təbrik etmişdir. Sonradan Elvinin telefonla danışanda, ağarıb-qızardığını görmüş, danışdığı adamla nə üçün narahat danışması barədə sorğusual etmişdir. Elvin Nəsibə xanımın qızı Rəvanə ilə danışdığını və Bakıya gəlmək istədiyini bildirmişdir. Bundan sonra Rəvanə ona zəng etmiş, Elvinin ondan 55000 manat pul alıb, guya «Qobu park»da 3 otaq onun özünə, 2 otaq anasına ev düzəldəcəyinə söz verdiyini demişdir. O isə, Rəvanəyə bu məsələdən məlumatsız olduğunu, Elvinlə aydınlaşdırıb cavab verəcəini bildirmişdir. Sonradan o, Elvinlə Rəvanənin danışığı ilə əlaqədar söhbət etmiş, onlardan 55000 manat pul alıbalmadığını soruşmuş, Elvin məbləğ barədə heç nə deməsə də, pul aldığını etiraf etmişdir. Sonra o, Nəsibə xanımın evinə getmiş, onunla danışıb söhbət etmiş, Rəvanə ilə danışdığını və Elvinə 55000 manat pul verməsini aydınlaşdırmışdır. Nəsibə xanım həmin faktı təsdiqləmiş, o, nə üçün ona əvvəldən bu barədə məlumat verilmədiyini soruşanda, Nəsibə xanım susaraq cavab verməmişdir. Oğlunun etdiyi hərəkətlə bağlı Nəsibə xanıma pulunu qaytarmağa söz versə də, maddi imkansızlığa görə ona heç bir ödəniş edə bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan üzləşdirmə protokoluna əsasən, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Əhmədi X1 həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı, sonuncunun, özünün və əri Şahid1 1-ci Qarabağ müharibəsi iştirakçııları olmalarını bilib, onların inam və etibarını qazanıb «Şəhid Ailələrinə Sosial Dəstək» ictimai birliyinin sədri olan anası Şahid4 köməkliyi ilə «Qobu Park» yaşayış kompleksindən sərfəli şərtlərlə 2 otaqlı və 3 otaqlı mənzilləri almaqda köməklik göstərməsi adı ilə, həmçinin həmin kompleksdə 50 kv.metr ərazisi olan qeyri-yaşayış sahəsini almaq barədə yalan vəd verərək onu aldatdığını, hissə-hissə olmaqla ümumilikdə 60000 manat pulunu ələ keçirdiyini təsdiq etmişdir (cild 1, iş vərəqi 81-82). İş materiallarına əlavə edimiş ifadələrin yerində yoxlanılması haqqında protokollardan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakı ilə müxtəlif vaxtlarda keçirilmiş həmin istintaq hərəkətləri zamanı adları çəkilmiş şəxslər hadisə yerini göstərməklə cinayətin baş vermə hallarını bir daha təsdiq etmişlər (cild 1, iş vərəqi 60-62, 159- 162). Cinayət işində olan baxış protokolundan görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi 1 (bir) ədəd CD formatlı diskdə olan səs yazılarına baxış keçirilmiş və müəyyən edilmişdir ki: 1) Həmin faylda olan 00:32 dəqiqə davam edən səs yazısı: - Emin deyir, hə beş verilib mən bu dəqiqə hazır olan evləri deyirəm e, sənə iki dənəsi var e, üzbəüz, o birisinin adını çəkən yoxdur, iki dənəsinin açarlarını götürsünlər getsinlər, gedib remont eləsinlər. 2) Həmin faylda olan 00:30 dəqiqə davam edən səs yazısı: - Başa düşmədim yenə, orda sən axırıncı deyirsən e, üçüncü, o, bu söhbətə qarışmır ki, bu iki dənəsi Lökbatandadı, bu üçüncüsü Qobudadı, bilmirəm e, düz başa düşdüm, səhv başa düşdüm. Sən mənə bir şey de. 3) Həmin faylda olan 00:09 dəqiqə davam edən səs yazısı: - Bir, ikinci də sən elə fıkirləşmə ki, o vaxt hamısını aldı bizdən, az aldı, çox aldı, allah hamısının canını sağ eləsin. 4) Həmin faylda olan 00:26 dəqiqə davam edən səs yazısı: - Orda Almazın adına nə yer varsa, hamısı bir-bir adları ilə yazılıb, o desə ki, bir sən eləmə, ikisini elə, orda deməyəcəklər onun buna nə adiyyatı var, bunun ona nə adiyyatı var. 5) Həmin faylda olan 00:33 dəqiqə davam edən səs yazısı: - Hə, Rəviş fikrimi sənə tam izah edə bilmirəm, deməli, bu vəziyyətdən istifadə edirlər, evlərin üstünə pul qoyublar, bir nəfər var orda, istəyirsən verin, verirsə verin, vermirsə əlaqə saxlayın, ortadakı adamların pullarını qaytaraq, nə deyirsən, necə eliyek? 6) Həmin faylda olan 00:32 dəqiqə davam edən səs yazısı: - Hə neynirsən, deməli danışıblar ki, gələn həftənin birinci günü evlər verilir, prosta bu vəziyyətlə əlaqədar Rəviş iki-üç nəfər var idi ki, mama həll eləmişdi, çağırdım dedim iki-üç nəfər, dedi ki, razıyam, biri dedi ki, imkanım yoxdur, dedim problem deyil, mamamla əlaqə saxla, pulunu götürərsən. Rəviş allaha and olsun, hər evin üstünə iki min-üç min pul qoyublar, indi sən də mamagil danışıblar, iki evin ikisinə üç min pul istəyiblər, onu da nəyə görə istəyiblər, nə ala bilsələr, alacaqlar. Fürsətdi də, hə Rəviş, heç bir problem yoxdur, bu gün maşını da danışdıq, hər maşına 1500 manat pul istəyiblər, neyniyim, nətər eliyim, de eliyim. 7) Həmin faylda olan 00:25 dəqiqə davam edən səs yazısı: - Təmir məsələsi nədi, təmirin ona nə adiyyəti var ki, mən onu deyirəm ki, gələn həftənin birinci günü Nəsibə xanım əlində açarlar gedəcək evə, sən təmirlə qurtarmısan e, təmirin adını çəkmə. 8) Həmin faylda olan 00:13 dəqiqə davam edən səs yazısı: - Həm də fikirləş ki, hərənin adına bir ev yazılmayıb ki, elə şey olar, bunu eləmirəm, o birisini elə. 9) Həmin faylda olan 00:31 dəqiqə davam edən səs yazısı: - Ay Rəviş, təmiri bildim də, deyirəm ki, Elməddinin elədiyi təmir öz yerindədi, onun nə adiyyatı var ki? Evlər hamısı bilinir, hansı sənindi, yerindədi. Nəyin, nə alındığı tok şunuruna qədər hamısı alınıb, sən təmirdən narahat olma. Mən deyirəm ki, xala gələn həftənin birinci-ikinci günü açarları götürəcək, xalanın əlində açarlar olacaq, onu deyirəm mən sənə. 10) Həmin faylda olan 03:25 dəqiqə davam edən səs yazısı: - Rəvanə xanım, mən tək yaşayıramsa, mənim də nəsə işim ola bilər. Mən yazdım sənə, fevral bitməmiş sənin pulun qurtaracaq, amma bu şantaj belə şeylərlə, sən də başsız qadınsan, mən də başsız qadınam. Pul verməklə bağlı onların hər hansı birindən xəbərim varsa, allah mənim bəlamı versin, mənə Elvin deyib, demişəm burdan yox, sosial evlərdən etmək olar. Nə olar, allah bəlasın versin. Tutaq ki, qardaşın bir səhv etmişdi, mən qabağında varam. Mən cavab yazmadım, yoluna qoyum, nə isə bir şey edim? Dünən kiminsə, nəsə işi varsa, bu başımızın qaxancı olmamalıdır. Mən ürəyimdə dedim, yenə güzəşt elədim, ola bilər ki, bu gün-sabah, allah bilsin, mən bilim. Bəli, fevral çatmamış sənin pulun çatacaq, allah heç kimin işin əyməsin, məndə çıxacam altından, kopoyoğlu aldı pulu yüklədi məni, bilə-bilə ki, anayam. 11) Həmin faylda olan 00:08 dəqiqə davam edən səs yazısı: - Elə mən də onu deyəcəydim, 150000 zad hazırla, 150000 çoxdu, onu sən görmüsən, 100000 hazırla, onu göndər. 12) Həmin faylda olan 00:16 dəqiqə davam edən səs yazısı: - Dedim onu götürdüm, 11 dedi verim, qalanın da sonra verim, dedim 10 verin, qalanında birinci-ikinci gün də qalanın gətirərsən, indidə qaytardım özünə, dedim pulsiz qalmasın, özünə lazım olar.” kimi danışıqlar aparılmışdır. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə Zərərçəkmiş şəxs istintaq orqanına təqdim etdiyi 1 (bir) ədəd CD disk ibtidai istintaq orqanının qərarı ilə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 103, 104, 165-176). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 il azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilərək, CM-nin 70-ci maddəsinə əsasən, təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 154-156). Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır, məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına münasibətdə hesab edir ki, həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəzaya qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, Təqsirləndirilən şəxs hazırda Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi və bu səbəbdən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalı, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları olan və iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderlərdən və hesabatlardan görünür ki, dövlət büdcəsinin vəsaiti hesabına ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini vəkil X5, məhkəmə baxışı zamanı isə vəkil Müdafiəçi həyata keçirmiş, müvafiq olaraq 300 (üç yüz) manat və 90 (doxsan) müdafiə xərcləri hesablanmışdır. Odur ki, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Mehman Muradlıya ödəniləcək 300 (üç yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun hesabına, Müdafiəçi ödənilməli 90 (doxsan) manat məbləğində pul vəsaiti isə Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə təyin olunmuş cəzaya Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 10 dekabr 2021ci il tarixli hökmünə əsasən təyin olunmuş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplama yolu ilə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi və bu səbəbdən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 dekabr 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X4 ödənilməli 300 (üç yüz) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli 90 (doxsan) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1265/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1265/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver