Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1265/2024 22.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və X2 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhərində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə məqsədi ilə internet şəbəkəsi vasitəsilə əlaqə yaratdığı istintaqa məlum olmayan şəxsdən narkotik vasitələri almaq barədə razılaşaraq, pulunu ödəyəndən sonra satıcının verdiyi səmtlərdən istifadə edərək, həmin tarixdə, saat 23:30 radələrində ünvan 2 ünvana yaxın ərazidə bir bükümdə 2,860 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini onun üçün qoyulduğu yerdən götürməklə qanunsuz olaraq əldə etmiş, üstündə saxlamaqla daşımış, həmin gecə xx.xx.2023-cü il tarixdə, saat 00:05-də onun cinayət törətməsi barədə alınmış məlumata əsasən göstərilən əraziyə gəlmiş Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb bölmənin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılaraq əynindəki şalvarının sağ yan cibindən bir bükümdə 2,860 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü yalnız narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. Belə ki, xx.xx.2023-cü il tarixdə tanımadığı özünü iranlı kimi təqdim edən şəxslə əlaqə saxlayıb “kokos”, yəni heroin istəmişdir, razılaşmalarına əsasən iranlı ona 100 manatlıq heroin verəcək, o, pulun 85 manatını iranlının verdiyi, xatırlamadığı hesabına köçürmüş və bundan sonra adətən olduğu kimi gözləməyə başlamışdır. Həmin tarixdə, gecə saat 23 radələrində iranlı şəxs ona Qaraçuxur qəsəbəsində narkotiki götürə biləcəyini demiş, o da bundan sonra satıcının verdiyi istiqamətlə və nişanələrlə hərəkət edərək saat 23:30 radələrində Qaraçuxur qəsəbəsinin Şərq yaşayış massivinə gəlmişdir. Orada artıq iranlının təsvir etdiyi yerə gəlib narkotik vasitəni axtarmağa başlamış, həmin vaxt 3 nəfər polis əməkdaşı ona yaxınlaşaraq nə etdiyini soruşmudur. O, əvvəlcə heç nə deməmiş, polislərin təkidindən sonra narkotik vasitə axtardığını demişdir. Telefonunda olan şəkli göstərmişdir ki, bunu axtarır. Daha sonra onu tutdular, ancaq o, narkotik vasitə götürməmişdir, narkotik vasitəni qonşular tapıb polisə veriblər. Onu bölməyə aparandan sonra narkotik vasitəni cibinə qoymuş, çəkilişdə telefonunu və narkotik vasitəni çıxararaq təqdim etmişdir. O, iranlıya 01 qram atmasını demiş, idarədə ona 2,8 qram olduğu deyilmişdir. O, 1 qram heronin müqabilində iranlıya 85 manat pul atmışdır, 1 qram heroin isə 70-80 manatdır. İranlının ona göndərdiyi narkotik vasitənin külli miqdar olduğunu bilsəydi həmin maddənin götürməyə getməzdi. Narkotik vasitə sifariş etməsinin səbəbi reablitasiya mərkəzinə gedəcəyi olmuşdur, ona görə 1 qram istəmişdir. O da ona miqdar deməmiş, sadəcə şəkli göndərmişdir ki, getsin götürsün. O, həmin narkotik vasitənin yerini bilməmiş və onu tapmadan polislər onu tutmuşdur. Qonşular axtarıb tapıb polisə veriblər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, o, təxminən bir il əvvəl narkotik vasitələr qəbul etməyə başlamış, əvvəl səbəbsiz olaraq maraq üçün heroini tüstüsünü çəkməklə qəbul etmiş, narkotikin təsirindən xoşu gəldiyinə görə sonra istifadə etməyə davam etmişdir. Ancaq heroini ancaq qızdırıb tüstüsünü çəkməklə qəbul etmişdir. Narkotikləri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almış, tutulmağından 01 ay əvvəl internetdə özünü İran vətəndaşı kimi təqdim edən adını xatırlamadığı bir nəfərlə təsadüfən tanış olmuş və yazışma əsnasında sonuncunun narkotik satmasını bilmişdir. Bundan sonra həmin şəxslə razılaşaraq bildirmişdir ki, istədiyi zaman ondan özü istifadə etmək üçün narkotik istəyəcəkdir, pulunu dediyi hesaba göndərəcək, satıcı da narkotiki harada götürməyi ona deyəcəkdir. Belə ki, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə həmin tanımadığı iranlı olduğunu deyən şəxslə əlaqə saxlayıb “kokos”, yəni heroin istəmiş, aralarında ki, razılaşmaya əsasən iranlı ona 100 manatlıq heroin verməli, o da bunun müqabilində iranlının xatırlmadığı hesabına 85 manat köçürməli idi. Bundan sonra o, adətən olduğu kimi gözləməyə başlamış, həmin tarixdə, gecə saat 23 radələrində iranlı şəxs ona Qaraçuxur qəsəbəsində narkotiki götürə biləcəyini demiş, o, iranlının verdiyi istiqamətlə və nişanələrlə hərəkət edərək saat 23:30 radələrində Qaraçuxur qəsəbəsinin Şərq yaşayış massivinə gəlmişdir. Orada artıq sonuncunun təsvir etdiyi yerə gəlib bir ağacın altından kağız bükümdə heroini onun üçün qoyulduğu yerdən götürmüş, narkotiki götürəndən sonra bir az gözləməyi, sonra getməyi qərara almış, eyni zamanda ətrafdan onu izləyən olub-olmamasını bilmək istəmişdir. Həmin vaxt gözlənilmədən mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onun cinayətdə şübhəli olduğunu və onlarla polis bölməsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına tabe olub onların maşınına oturaraq Suraxanı RPİ-nin 32-ci PB-nə gəlmişdir. Sonra təhqiqatçı ona cinayətdə şübhələr olduğundan saxlanıldığını və üstündə axtarış aparılmalı olduğunu demiş, o da buna etiraz etməmişdir. Onun üçün dövlət hesabına müdafiəçi dəvət edilərək hüquq və vəzifələri izah olunmuş, üzərində şəxsi axtarış aparılanda videoçəkiliş aparılmış, polis əməkdaşlarından başqa iki nəfər tanımadığı şəxs də iştirak etmişdir. Təhqiqatçı ona üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif etmi, o, bu təklifdən sonra əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən iranlı kimi tanış olduğu, lakin özünü görmədiyi şəxsdən 85 manata aldığı 01 ədəd bükümdə heroini və 01 ədəd “Redmi 6A” markalı mobil telefonunu çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, onu öz şəxsi istifadəsi üçün iranlı şəxsdən onlayn qaydada 85 manat ödəyərək aldığını, narkotiki Qaraçuxur qəsəbəsində qoyulduğu yerdən götürdüyünü və öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İçərisində heroin olan büküm və “Redmi 6A” markalı mobil telefonu ondan götürülmüş, heroin bükümünü zərfə qoyulub qablaşdırılmış və həmin zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolu və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları ona yaşadığı evə baxış keçirilməsinin zəruri olduğunu bildirmiş və razılığı əsasında yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı evindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamış, bu barədə də protokol tərtib edilmişdir. Sonradan onun üstündən götürülmüş heroinin məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tanış olarkən bükümün içərisində olan heroinin 2,860 qram olduğunu bilmiş və həmin çəki ilə bağlı etirazı yoxdur. Həmçinin bildirmişdir ki, iranlı şəxsə özü üçün 2,860 qram heroin gətirməsini deməmiş, ümumiyyətlə konkret çəkidə narkotik istəməmişdir, sadəcə müəyyən qədər almaq istəmişdir ki, 5-6 günlük istifadə etmək olsun, ona görə də demişdir ki, 100 manatlıq “kokos” gətirməsini demişdir. Gətirəcəyi heroinin külli miqdar olacağını bilmməmiş, bükümü götürəndə tutulana qədər çəkisini yoxlamaq imkanı olmamışdır. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, həmin narkotik vasitəni Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindən götürməli imiş,lakin götürəmməmişdir. Belə ki, həmin yerə catdıqda ətraf qaranlıq olduğundan narkotik vasitəni axtarmış, lakin tapa bilməmişdir. Narkotik vasitəni orada olan sakinlər tapmış və polisə təhvil vermişlər. Onun razılaşmasına əsasən həmin narkotik vasitənin miqdarı 1 qram olmalıymış, lakin sonradan həmin maddənin çəkisinin 2 qramdan artıq olduğu müəyyən edilmişdir. Bundan əlavə polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki təsirə məruz qalmış lakin üzərində hər hansı xəsarət izi qalmamışdır. Sonradan isə bölmədə polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər edilməmiş və bununla bağlı heç bir orqana şikayət və ya vəsatət verməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, cavan olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 23:43 radələrində DİN-nin “102” Xidmətinə ***-***-**-** mobil nömrəsindən müraciət etmiş Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13, ev 54 ünvanda yaşayan Şahid3 yaşadığı evin yaxınlığında şübhəli hesab etdiyi bir şəxsin kolun dibindən nə isə götürməsini gördüyünü, həmin şəxsin orada kimisə gözləməsi və kolun dibindən narkotik maddə götürülə biləcəyini hesab etməsi barədə məlumat vermişdir. PB-nin rəisinin göstərişi ilə məlumatın yoxlanlması üçün əraziyə o, əməliyyat müvəkkilləri Şahid1 və X4 birlikdə qeyd edilən ünvana getmişlər. Məlumat vermiş şəxslə telefon əlaqəsi saxlayıb dəqiqləşdirmə aparandan sonra, xx.xx.2023-cü il tarixdə, saat 00:05-də məlumatda göstərilən əraziyə getmiş, orada Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13, ev 54 ünvanına yaxın ərazidə yolun kənarında dayanmış, əlamətlərinə görə məlumatda göstərilənlərə uyğun gələn şəxsə yaxınlaşaraq özlərini təqdim edəndən sonra həmin şəxsdən kimliyini soruşmuş, sonuncu özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs barəsində olan şübhələrlə əlaqədar araşdırma üçün onlarla birlikdə polis bölməsinə getməsi təklif edilmiş, sonuncu etiraz etməyib avtomobilə oturmuşdur. Sonra onlar həmin yerdən bir qədər aralıda kənarda gözləyən Şahid3 yaxınlaşmış, həmin vaxt tanışı Şahid4 da orada olmuş, onların ikisini də polis bölməsinə dəvət etmişlər. 32-ci PB-nə gələndən sonra Təqsirləndirilən şəxs saxlanılması barədə raportla məruzə edilmiş, sonra o, araşdırmanı davam etdirmişdir. Təhqiqatçı saxlanılan şəxsin şübhəli şəxs kimi tutulmasını rəsmiləşdirərək üstündə şəxsi axtarış aparılmasını qərara almış, şəxsi axtarışın aparılmasında onlarla birlikdə şəxsin saxlanıldığı yerdən dəvət olunmuş R.Ə.Əliyev və Şahid4 da iştirak etmişlər. Şəxsi axtarışın videoçəkiliş aparılmaqla keçiriləcəyi bildirilərək, video çəkilişin aparılması Şahid1 tapşırılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını və şəxsi axtarışın səbəbini izah edərək üstündə qanunsuz saxlanılan nə varsa təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən ağ kağız parçasından bir ədəd bükümü və “Redmi” markalı mobil telefonunu çıxardıb təhqiqatçıya təqdim etmişdir. Sonuncu təqdim etdiyi bükümdə “kokos” deyilən narkotik maddə olduğunu, 8 aydır ki, narkotiklər qəbul etdiyini, həmin bükümü onlayn qaydada iran vətəndaşından aldığını, narkotikə görə karta 85 manat pul köçürdüyünü, 15 manat borclu qaldığını, narkotiki Qaraçuxur ərazisindən götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs götürülən büküm kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənib imzalanmışdır. Təhqiqatçı şəxsi axtarış haqqında protokol tərtib etmiş, iştirakçılar protokol ilə tanış olandan sonra onu imzalamışlar. xx.xx.2023-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs saxlanılması ilə nəticələnmiş tədbirlər zamanı məlum olmuşdur ki, onun Şahid3lə tanışlığı yoxdur. Təqsirləndirilən şəxs saxlanılmasında Şahid3 iştirak etməmiş, onlara yaxınlaşmamış, amma polisə ilkin məlumatı sonuncu vermişdir. Belə ki, həmin tarixdə Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, həmin şəraitdə onun narkotik vasitəni kimdən alması, kiməsə narkotik vasitə satması kimi hallar müşahidə edilməmiş, narkotik vasitə satması barədə həmin tarixdə və sonradan sübut əhəmiyyətli məlumatlar alınmamışdır. Amma alınmış məlumatlarla onun narkotik vasitə istifadəçisi kimi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması təsdiq olunur. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində məlumat vətəndaşlar tərəfindən 102 xidmətinə məlumat verildikdən sonra tərəfimizdən saxlanılmış və saxlanılarkən üzərində narkotik vasitə hesab edilən heroin olmuşdur. Onlar tərəfindən sonuncu saxlanılarkən ona qarşı hər hansı fiziki təsir və qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 32-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 23:43 radələrində 32-ci PB-nin növbətçi hissəsinin DİN-nin “102” Xidmətinə ***-***-**-** mobil nömrəsindən Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13, ev 54 ünvanda yaşayan Şahid3 müraciət edərək, yaşadığı evin yaxınlığında şübhəli görünən tanımadığı bir şəxsin kolun dibindən nə isə götürməsini gördüyünü, həmin şəxsin orada kimisə gözlədiyini, kolun dibindən götürdüyünün narkotik maddə ola biləcəyini bildirmişdir. Həmin məlumat PB-nin rəisinə məruzə ediləndən sonra məlumatın yoxlanlması üçün əraziyə onun, əməliyyat müvəkkili Ə.X.Abdullayevin və sənədləşdirmə aparılması üçün təhqiqatçı Şahid2 getməsi barədə göstəriş verilmiş, onlar məlumat vermiş şəxslə telefon əlaqəsi saxlayıb dəqiqləşdirmə aparandan sonra, xx.xx.2023-cü il tarixdə, saat 00:05-də məlumatda göstərilən əraziyə getmişlər. Orada Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 13, ev 54 ünvanına yaxın ərazidə yolun kənarında dayanmış, əlamətlərinə görə məlumatda göstərilənlərə uyğun gələn şəxsə yaxınlaşaraq özlərini təqdim edəndən sonra həmin şəxsdən kimliyini soruşmuş, sonuncu özünü təqdim etmişdir. Sonra onlar həmin yerdən bir qədər aralıda kənarda gözləyən Şahid3 yaxınlaşmış, həmin vaxt tanışı Şahid4 da orada olmuş, onların ikisini də polis bölməsinə dəvət etmişlər. 32-ci PB-nə gələndən sonra Təqsirləndirilən şəxs saxlanılması barədə raportla məruzə edilmiş, sonra Şahid2 araşdırmanı davam etdirmişdir. Təhqiqatçı saxlanılan şəxsin şübhəli şəxs kimi tutulmasını rəsmiləşdirərək üstündə şəxsi axtarış aparılmasını qərara almış, şəxsi axtarışın aparılmasında onlarla birlikdə şəxsin saxlanıldığı yerdən dəvət olunmuş R.Ə.Əliyev və Şahid4 da iştirak etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını və şəxsi axtarışın səbəbini izah edərək üstündə qanunsuz saxlanılan nə varsa təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən ağ kağız parçasından bir ədəd bükümü və “Redmi” markalı mobil telefonunu çıxardıb təhqiqatçıya təqdim etmişdir. Sonuncu təqdim etdiyi bükümdə “kokos” deyilən narkotik maddə olduğunu, 8 aydır ki, narkotiklər qəbul etdiyini, həmin bükümü onlayn qaydada iran vətəndaşından aldığını, narkotikə görə karta 85 manat pul köçürdüyünü, 15 manat borclu qaldığını, narkotiki Qaraçuxur ərazisindən götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs götürülən büküm kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənib imzalanmışdır. Təhqiqatçı şəxsi axtarış haqqında protokol tərtib etmiş, iştirakçılar protokol ilə tanış olandan sonra onu imzalamışlar. xx.xx.2023-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs saxlanılması ilə nəticələnmiş tədbirlər zamanı məlum olmuşdur ki, onun Şahid3lə tanışlığı yoxdur. Təqsirləndirilən şəxs saxlanılmasında Şahid3 iştirak etməmiş, onlara yaxınlaşmamış, amma polisə ilkin məlumatı sonuncu vermişdir. Belə ki, həmin tarixdə Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuş, həmin şəraitdə onun narkotik vasitəni kimdən alması, kiməsə narkotik vasitə satması kimi hallar müşahidə edilməmiş, narkotik vasitə satması barədə həmin tarixdə və sonradan sübut əhəmiyyətli məlumatlar alınmamışdır. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində məlumat vətəndaşlar tərəfindən 102 xidmətinə məlumat verildikdən sonra tərəfimizdən saxlanılmış və saxlanılarkən üzərində narkotik vasitə hesab edilən heroin olmuşdur. Onlar tərəfindən sonuncu saxlanılarkən ona qarşı hər hansı fiziki təsir və qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda olduğu zaman saat 23:30 radələrində hava almaq üçün küçəyə çıxmış, küçədə 10-15 dəqiqə qaldıqdan sonra, dayandığı yerdən 15- 20 metr aralıda bir nəfər tanımadığı cavan kişinin ətrafa baxandan sonra yol kənarındakı kolların birinə yaxınlaşdığını, orada yerdə nəsə axtardığını, əyilib yerdən nə isə götürüb əlini şalvarının cibinə saldığını, sonra yerində qalıb ətrafa baxdığını sanki kimisə gözlədiyini müşahidə etmişdir. Tanımadığı şəxsin gecə vaxtı küçədəki hərəkətləri ona maraqlı gəlmiş, sonuncunun narkotik maddələrlə əlaqədar hərəkət etməsindən şübhələnmiş, fikirləşmişdir ki, kolun altından götürdüyü narkotik maddə ola bilər. Ona görə şübhələri ilə bağlı polis orqanlarına məlumat vermək qərarına gəlmişdir ki, rəsmi şəxslər gəlib yoxlasınlar. O, həmin şəxsə yaxınlaşmamış, sonuncu ilə maraqlanmasını hiss etdirmədən bir qədər də aralanıb istifadəsində olan ***-***-**-** mobil nömrəsindən polisin “102” xidmətinə məlumat verib, özünü təqdim edib, yaşadığı ünvanı bildirəndən sonra bildirmişdir ki, evinin yaxınlığında küçədə təsadüfən gördüyü şəxsin kolun dibindən narkotik maddə götürməsindən şübhələnir. Onun zəngindən bir neçə dəqiqə sonra məhəllədə yaşayan tanışı Şahid4 küçədən keçəndə onu görüb yaxınlaşmış, salamlaşıb hal-əhval tutandan sonra tanımadığı şəxsdən şübhələnməsi və bununla əlaqədar polisə məlumat verməsi barədə Vahibə demişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və həmin oğlana yaxınlaşıb saxlamışlar. Həmin şəxsin saxlanılması zamanı o, polis əməkdaşlarına yaxınlaşmamış, amma sonradan onun nömrəsinə zəng vuranda özünü polis əməkdaşlarına məlumatı vermiş şəxs kimi bildirmişdir. Onu və həmin vaxt yanında olan Vahibi də PB-nə dəvət etmişlər, onlar etiraz etməyib polis əməkdaşları ilə Suraxanı RPİ-nin 32-ci PB-nə getmişlər. Orada ona saxlanılan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Polis əməkdaşları sənədləşdirmələr apararaq Təqsirləndirilən şəxs üstündə videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmiş, onlara da şəxsi axtarışda iştirak etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs narkotiklərlə bağlı şübhələr olduğuna görə polisə gətirilməsini və üstündə axtarış aparıldığı bildirib üzərində qanunsuz saxlanılan nə varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs şalvarının cibindən ağ kağız parçasından bir ədəd bükümü, “Redmi” markalı mobil telefonunu çıxardıb təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə kokos” deyilən narkotik maddə olduğunu, 8 aydır ki, narkotiklər qəbul etdiyini, həmin bükümü onlayn qaydada ilə İran vətəndaşından aldığını, narkotikə görə karta 85 manat pul köçürdüyünü, 15 manat borclu qaldığını, narkotiki Qaraçuxur ərazisində götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümdəki maddə kağız zərfə qoyulub möhürlənərək qablaşdırılmış, zərfi özü də imzalamışdır. Həmin maddə və “Redmi” markalı telefon götürülmüşdür. Təhqiqatçı tərəfindən protokol tərtib edilib iştirakçılara oxunmuş, protokolda şəxsi axtarışın necə keçirilməsi olduğu kimi yazılmış, iştirakçılar protokolu imzalamışlar. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qərəzliliyi yoxdur, sonuncunun narkotik vasitəni kimdən necə aldığını bilmir, gördüklərini isə ifadəsində olduğu kimi göstərir. 06.09. 2023-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs küçədə görəndə sonuncu tək olmuş, onun kiməsə yaxınlaşmasını və ya kiminsə ona yaxınlaşmasını və yaxınlığında kiminsə olduğunu, telefonla danışmasını görməmiş və eşitməmişdir. Təqsirləndirilən şəxs küçədə gördüyü andan polis əməkdaşları saxlayıb maşına oturdana qədər sonuncu tək olmuşdur. Məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yaşadığı ərazidə nəisə axtardığını və özünü şübhəli apardığını müşahidə etmiş və 102 xidmətinə məlumat vermişdir. Həmçinin Təqsirləndirilən şəxs polis bölməsində narkotik vasitənin təqdim edərək onun olmasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, gecə saat 23:50 radələrində yaşadığı məhəllədə küçədə olduğu zaman təsadüfən məhəllə sakini kimi tanıdığı Şahid3 ilə rastlaşıb yaxınlaşaraq salamlaşmış, hal-əhval tutduqdan sonra Rəşad bir qədər aralıda dayanmış bir nəfər tanımadıqları cavan kişini göstərib demişdir ki, bir neçə dəqiqədir həmin kişini hərəkətlərindən şübhələnir çünki, kolların altından nə isə götürdüyünü görmüş və hesab edir ki, bu adam narkotiklərlə bağlı ola bilər. Eyni zamanda Rəşad polisin 102 xidmətinə öz adından məlumat da verdiyini və polislərin gəlişini gözlədiyini bildirmişdir. Onlar bir neçə dəqiqə danışdıqdan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və mülki geyimdə olan polislər həmin oğlana yaxınlaşıb sorğu-sual etməyə başlamışlar. Onlar uzaqdan baxdıqlarına görə polislərin həmin şəxslə nə danışdıqlarını eşitməmiş, amma Rəşadın adamın yerini və əlamətlərini dəqiq çatdırdığına görə polislər birbaşa həmin şəxsə yaxınlaşmasını müşahidə etmişlər. Qısa müddətli danışıqdan sonra həmin şəxs polislərlə maşına oturmuş, sonra polislər Rəşadın nömrəsini yığıb onlara yaxınlaşmışlar, sonuncu özünü polis əməkdaşlarına 102 xidmətinə məlumatı vermiş şəxs kimi təqdim etmiş,onlar da PB-nə dəvət etmişlər. Onlar etiraz etməyib polis əməkdaşları ilə Suraxanı RPİ-nin 32-ci PB-nə getmiş, orada onlara saxlanılan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Polis əməkdaşları sənədlər tərtib edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparacaqlarını bildirmiş, onlara da həmin şəxsi axtarışda iştirak etmək təklif olunmuşdur. Şəxsi axtarış aparılanda bir polis əməkdaşı videoçəkiliş aparmışdır. Orada təhqiqatçı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotiklərlə bağlı şübhələr olduğuna üstündə axtarış aparılır və təklif etmişdir ki, üzərində qanunsuz saxlanılan nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs ağ kağız parçasından bir ədəd bükümü, “Redmi” markalı mobil telefonunu çıxardıb təhqiqatçıya təqdim etmişdir. Sonuncu təqdim etdiyi bükümdə kokos” deyilən narkotik maddə olduğunu, 8 aydır ki, narkotiklər qəbul etdiyini, həmin bükümü onlayn qaydada İran vətəndaşdan aldığını, narkotikə görə karta 85 manat pul köçürdüyünü, 15 manat da borclu qaldığınn, narkotiki Qaraçuxur ərazisində götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki maddə kağız zərfə qoyulub, zərf bağlanıb möhürlənmişdir. Həmin maddə və “Redmi” markalı telefon götürülmüşdür. Təhqiqatçı tərəfindən protokol tərtib edilib iştirakçılara oxunmuş, protokolda şəxsi axtarışın necə keçirilməsi olduğu kimi yazılmış, iştirakçılar protokolu imzalamışlar. Bundan əlavə bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona qarşı heç bir qərəzliliyi yoxdur, sonuncunun narkotik vasitəni kimdən necə aldığını bilmir, gördüklərini isə ifadəsində olduğu kimi göstərir. xx.xx.2023-cü il tarixə keçən gecə Təqsirləndirilən şəxs ondan qabaq küçədə Rəşad görmüş, özü həmin şəxsin tək olduğunu görmüş, kiminləsə yaxınlaşmasını, yaxınlığında kiminsə olduğunu görməmiş, telefonla danışmasını görməmiş və eşitməmişdir. Şahid3 də həmin şəxsin yanında kiminsə olduğu barədə heç nə deməmişdir. Təqsirləndirilən şəxs küçədə gördüyü andan polis əməkdaşları ilə maşına oturmasına qədər tək olmuşdur. Məhkəmə iclasında Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitəninin tapılmasını görməmiş, Təqsirləndirilən şəxs PB-də olarkən narkotik vasitəni üzərindən çıxardıb təqdim edərək İİR-sı vətəndaşından aldığını bildirmişdir. Cinayət işinin 16-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 84-88-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 138-140-cı vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddəti 01 (bir) ay, yəni 06 yanvar 2024-cü il tarixdək uzadılmışdır. Cinayət işinin 195-196-cı vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 206-207-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 45-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4720 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün№196...” dairəvi möhür əksi və “... Təqsirləndirilən şəxs-imza, iştirakçılar: dörd imza, Tərtib etdi: Şahid2-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01(bir) ədəd bükümdəki təmiz çəkisi -2,860 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi: 2,860 qram, tədqiqatlara sərf edildi -0,1qram, qalıq-2,760 qram. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7889 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərini olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 146-155-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və iş üzrə əməlin hüquqi töfsivinin dəyişdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı gedişatının əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, iş üzrə digər maddi sübutlar Təqsirləndirilən şəxs məxsus “Redmi 6A” markalı mobil telefon və sonuncunun üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalmış 2,760 qram narkotik vasitə olan heroin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 115-116-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 94-cü vərəqəsində olan şəxsi axtarış və götürməni özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 01:55-dən 02:15-dək Suraxanı RPİ-nin 32-ci PB-də qeydə alınmışdır. Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı Şahid2 özünü və digər iştirakçıları təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunur, sonuncudan üzərindən hər hansı qanunsuz əşyanın olub olmaması soruşulur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefon və 01 ədəd bağlı şəkildə olan ağ rəngli kağız bükümü çıxardıb stolun üstünə qoyur. Sonuncu həmin kağız bükümdə olan maddənin “kakos” olduğunu, 8 aydır narkotik vasitə istifadə etdiyini, narkotik vasitəni onlayn qaydada tanımadığı İran vətəndaşından aldığını, Qaraçuxur ərazisindən götürdüyünü, narkotikə görə İran vətəndaşının kart hesabına 85 manat köçürdüyünü və 15 manat da borclu qaldığını bildirir. Bundan sonra təqdim edilən kağız büküm təhqiqatçı tərəfindən kağız zərfə qoyulub bağlanır, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 196 saylı möhürü ilə möhürlənir, üzərində qeydlər aparılaraq iştirakçılar və tərəfindən imzalanır. Sonra təhqiqatçı təqdim olunan telefonu götürüb Təqsirləndirilən şəxs onun markasını soruşur, sonuncu telefonun markasını “Redmi 6A” olduğunu bildirir və həmin telefon başqa bir kağız zərfə qoyularaq qablaşdırılır. Cinayət işinin 33-cü vərəqəsində olan ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsinə etirazı yoxdur. Cinayət işinin 34-35-ci vərəqələrində olan baxış və götürmə keçirilməsi protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 09:10-dan 09:35-dək Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı Şahid2 və əməliyyat müvəkkiləri tərəfindən müdafiəçinin iştirakı ilə baxış keçirilir və mənzildə hər hansı dövriyyəsi qanunla qadağan olunmuş əşya aşkar edilmir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə - şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik vasitə hesab olunur. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətini törətməsini qismən etiraf etsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan videogörüntülər, ekspert rəyləri, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Sonuncunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onlarınprekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci iltarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək üzərində olan narkotik vasitə olan heroinin miqdarının 2,860 qram olmaması barədə ifadələrini özünü müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə (i/v 27-28), şübhəli şəxsin izahatından (i/v 29-30), şübhəli və təqsirləndirilən şəxsin dindirmə (i/v 57- 58, 69-71) protokollarından və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərarından görünür ki (i/v 84-88), təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə özünü törətdiyi əməldə tam, məhkəmə iclasında isə qismən, yəni narkotik vasitə istifadəçisi kimi etiraf etmiş, bundan peşman olduğunu bildirmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışdır. Həmçinin şübhəli şəxs qismində saxlanılarkən iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskdə olan video görüntülərdən də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:55-dən 02:15-dək Suraxanı RPİ-nin 32-ci PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mobil telefon və 01 ədəd bağlı şəkildə olan ağ rəngli kağız bükümü çıxardıb stolun üstünə qoyur, həmin maddənin “kokos” olduğunu, narkotik vasitəni onlayn qaydada tanımadığı İran vətəndaşından aldığını, Qaraçuxur ərazisindən götürdüyünü, narkotikə görə İran vətəndaşının kart hesabına 85 manat köçürdüyünü və 15 manat da borclu qaldığını bildirir. (i/v 27-28). Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən bölməyə gətirildiyi zaman ona qarşı qanunsuz hərəkətlər edilməsini bildirsə də, onun tərəfindən göstərdiyi faktla bağlı hər hansı orqana vəsatət və ya şikayət verməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini və cavan olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, üzərindən aşkar edilən narkotik vasitə heroinin miqdarını (heroinin təmiz çəkisi – 2, 860 qram), təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 7889 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (i/v 142-143). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi 6A” markalı mobil telefon sonuncuya (ailə üzvlərinə) qaytarılmalı, Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,760 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərcinin cəmi 92 (doxsan iki) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi 6A” markalı mobil telefon sonuncuya (ailə üzvlərinə) qaytarılsın. Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,760 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1265/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1265/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver