Məhkəmə qərarları › İş №1(101)-1266/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1266/2022

11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1266/2022 11.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Tahir oğlu, müdafiəçi - Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1985-ci ildə Abşeron rayonunun Hökməli qəsəbəsində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, bir bükümdə təmiz çəkisi 4,770 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamini və külli miqdarda bir bükümdə təmiz çəkisi 7,831 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi S.Mənsur küçəsinə daşımış, 07 dekabr 2021-ci il tarixdə saat 04:00 radələrində həmin yerdə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Polis Şöbəsinə gətirlmiş, Polis Şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən külli miqdarda bir bükümdə təmiz çəkisi 4,770 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və külli miqdarda bir bükümdə təmiz çəkisi 7,831 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. 06 dekabr 2021-ci il tarixdə saat 23 radələrində taksidə olarkən maşının qabağını mülki geyimdə olan şəxslər kəsib onlara yaxınlaşmışlar. Bundan sonra onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinəə aparmışlar. Orada gecə saat 02-03-ə qədər qalmışdır. Daha sonra stolun üstünə 02 büküm narkotik vasitə və psixotrop maddə qoyaraq boynuna götürməsini təklif etmişdir. Belə ki, videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilən zaman həmin bükümlərdə olan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin hər birini 50 manata aldığını bildirməsini təklif etmişlər. Eyni zamanda, polis əməkdaşları onu qorxudaraq bildirmişlər ki, harasa şikayət edərsə, vəziyyəti daha da ağır olacaq. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunarkən müəyyən olunmuşdur ki, o istintaq zamanı ifadəsində göstərmişdir ki, hazırda ailəsi ilə birlikdə ünvan 2 ünvanda da qeydiyyatdadır. Evlidir, himayəsində üç azyaşlı övladı vardır. Dolanışıq məqsədilə fərdi olaraq evlərdə usta işləyir. Təxminən 5-6 ilə yaxındır ki, narkotik vasitələrin “kola” kimi tanıdığı heroin növündən inyeksiya yolu ilə, psixotrop maddələrin “patı” kimi tanıdığı metamfetamin növündən falqanın üzərində iynəmək yolu ilə istifadə edir. 06 dekabr 2021 -ci il tarixdə saat 23 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsinə getmiş, orada xarici görünüşündən narkotik vasitə istifadəçisinə bir nəfəri görüb yaxınlaşmışdır. Həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə və ya psixotrop maddə istəmiş, tanımadığı şəxs də bildirmişdir ki, psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroini vardır. Heroinin və metamfetaminin hər bır bükümü ona 50 manata sata bilər. O, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istfadəçisi olduğundan həmin şəxslə razılaşmış, bundan sonra həmin şəxs harasa gedərək təxminən 10 dəqqiqədən sonra qayıdıb ona bir bükümdə psixotrop maddə olan metamfetamin və bir bükümdə heroin vermişdir. O da razılaşdıqları kimi aldığı bükümlərə görə 100 manat pul vermişdir. Gec olduğundan yaşadığı ailə üzvlərini narahat etməmək üçün ünvan 3 ünvanına getməyərək elə Sabunçu rayonu Balaxanı qəsəbəsində özünə gecələməyə yer axtarmağa başlamışdır. Həmin vaxt aldığı bir bükümdə metamfetamin və bir bükümdə heroini əynində olan cins şalvarın sağ yan cibinə qoymuşdur. 07 dekabr 2021-ci il tarixdə saat 04 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsində olarkən iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi tədqim etmişlər. O, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğundan həyəcanlanmış və özünü şübhəli apatmağa başlamışdır. Onun hərəkətləri polis əməkdaşlarında şübhə yaratdığından şəxsiyyətinin müəyyən edilməsi üçün yaxınlıqda yerləşən Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə getməyi təklif etmişlər. O da buna etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 12-ci Polis Şöbəsinə getmişdir. Həmin vaxt fürsət tapıb üzərindəki psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini tullaya bilməmişdir. PŞ-də olarkən şəxsiyyəti müəyyən edildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkil ona təqdim edilmiş və o, bildirmişdir ki, hüquqlarının Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Qətibə Nərimanzadə tərəfindən müdafiə olunmasına etirazı yoxdur. Bundan başqa o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs qismində Azərbaycan Respublikasının CPM-ninn 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə bu barədə bildiriş verilmişdir. Qeyd olunanlarla bağlı 12-ci PŞ-nin təhqiqatçısı tərəfindən müvafiq protokollar tərtib edilmiş, həmin protokolları o imza etmişdir. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməsi təklif edildikdə o, etiraz etməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, üzərinə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilsin. Bunun səbəbi də onunla bağlı olmuşdur ki, üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olmasını bilirmiş və istəmirmiş ki, həmin metamfetamin və heroin vəkilin yanında aşkar edilsin. Çünki fikirləşmişdir ki, əgər üzərində saxladığı metamfetamin və heroin vəkilin yanında aşkar edilsə vəkil onu gələcəkdə məhkəmədə müdafiə edə biləməyəcəkdir. Məhz bu səbəbdən 12-ci PŞ-də üzərinə videoçəkilişlə şəxsi axtarış vəkilin iştirakı olmadan keçirilmişdir. Şəxsi axtarış keçirilərkən 12-ci PŞ-nin təhqiqatçısı tərəfindən ona bildirilmişdir ki, üzərində saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin olduğu təqdirdə təqdim etsin. Həmin vaxt o, əynində olan cins şalvarın sağ yan cibindən bir bükümdə psixotrop maddə olan metamfetamini və bir büküm narkotik vasitə olan heroini təqdim edərək bildirmişdir ki, həmin maddələrin biri “patı” kimi tanıdığı metamfetamin, “kola" kimi tanıdığı heroindir. Həmin metamfetamin və heroini Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən hər bir bükümünü 50 manata olmaqla ümumilikdə 100 manata almışdır. Təxminən 5-6 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Ondan aşkar edilmiş metamfetamin və heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, qablaşdırılmış zərf PB-nin 159 nömrəli möhürü ilə möhürlənmişdir. Möhürlənmiş zərfi o və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaları imzalamışlar. Bildirilmişdir ki, ondan aşkar edilmiş metamfetaminin və heroinin çəkisi, tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndəriləcəkdir. Bundan başqa şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokola o və şəxsi axtarış zamanı iştirak etmiş polis əməkdaşları imza etmişlər. O, qeyd etmişdir ki, təxminən 5-6 il müddətində istifadə etdiyi narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini Sabunçu rayonu ərzisində tanımadığı müxtəlif şəxslərdən almış, həmin şəxslərin də əlaqə vasitəsi və anket məlumatları barədə heç bir məlumatı yoxdur. Məhkəmə-kimyəvi ekspertizasının rəyində ondan aşkar edilmiş bir bükümdə maddənin təmiz çəkisinin 4,770 qram olmaqla psixotrop maddə- metamfetamin və bir bükümdə maddənin təmiz çəkisi 7,831 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması ilə bağlı heç bir vəsatəti və şikayəti yoxdur. Ondan aşkar edilmiş metamfetamini Sabunçu rayonu Balaxanı qəsəbəsində tanımadığı şəxsdən almış, həmin şəxsin onda heç bir əlaqə vasitəsi yoxdur, həmçinin həmin şəxsin xarici görünüşünü də xatırlamır. O, polis əməkdaşları tərəfindən saxlanılıb 12-ci PŞ-nə gətirilməsəydi heç vaxt üzərindən aşkar edilmiş metamfetamini və heroini polis əməkdaşlarına təqdim etməzdi. Belə ki, özü narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadəçisidir, həmin metamfetamini əldə etməkdə məqsədi özü istifadə etməklə bağlı olmuşdur. PB-də olduğu üçün bilirmiş ki, şəxsi axtarış zamanı əgər özü metamfetamini təqdim etməsə polis əməkdaşları onsuzda üzərindən aşkar edəcəklər. Onun çıxış yolu olmadığı üçün özü polis əməkdaşlarına metamfetamini təqdim etmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin və narkotik vasitə heroindən başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Başqa heç bir cinayət hadisəsi etməmişdir, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir fiziki zor və ya təzyiq tətbiq edilməmişdir. Həmin narkotik vasitə heroindən, həm də psixotrop maddə metamfetamindən istifadə edir, heroin və metamfetamini də hər zaman tapma bilmir. Üzərində pulu olduğundan tanımadığı şəxs ona nə qədər metamfetamin və heroin təklif etmişdirsə o qədər də almışdır. Heroin və metamfetamini küllü miqdarda şəxsi istifadəsi üçün əldə etmiş, bununla bağlı başqa heç bir məqsədi olmamışdır. O, psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olmur və mobil telefondan istifadə etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İslər Nazirliyinin Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07 dekabr 2021-ci il tarixdə “Vüqar" adlı şəxsin Sabunçu rayonu, Balaxanı qəsəbəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edilməsi, saxlaması, hazırlaması, emal etməsi, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, “Vüqar” adlı şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmişlər. 07 dekabr 2021-ci il tarixdə saat 04:00 radələrində olarkən xarici görünüşündən “Vüqar" adlı şəxsə bənzəyən bir nəfər şəxsin Sabunçu rayonu, Balaxanı qəsəbəsi S.Mənsur küçəsində yerləşən fərdi yaşayış evlərinin yaxınlığında piyada hərəkət etdiyini görüb yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edərək onu Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Orada müəyyən etmişlər ki, saxladıqları şəxs Təqsirləndirilən şəxs Hacıbala oğludur. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı, şalvarının cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə, bir ədəd şəffaf sellofana bükülmüş içərisində kristal formalı ağ rəngdə maddəni təqdim edərək bildirmişdir ki, həmin maddələrdən biri “Kola" kimi tanıdığı narkotik vasitə heroin, digəri isə “patı" kimi tanıdığıı psixotrop maddə metamfetamindir. Təxminən 5-6 ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetaminin hər bir bükümünü 50 manat olmaqla, 100 manat ödəməklə tanmadığı şəxsdən şəxsi istifadəsi üçün alıb. Həmin maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid2 ifadəsində qeyd etdiklərini özünə aidə hissədə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 07 dekabr 2021-ci il tarixli, 6/5402 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi 4,770 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 7,831 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin ‘Azərbaycan Respublikasının” ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının" ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’’-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroin-7,831 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-7,781 qram. Metamfetaminin-4,770 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-4,720 qram. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 888 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Məkəmə baxışı zamanı zamanı tədqiq olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1961 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Yüngül dərəcəli əqli gerilik" (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 70) müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (deməsinə görə psixi xəstəliklə əlaqədar hərbi xidmətdə olmaması, Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 saylı X1 müayinədə olması və onda Orta ifadə olunmuş debillik dərəcəsində oliqofreniya ipoxondriya sindromu ilə” diaqnozunun müəyyən edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (verilən suallara qısa primitiv cavablar verməsi, mühakimələrinin səthi olması, intellektual səviyyəsinin yaşına uyğun olmaması, öz vəziyyətinə və yaranmış situasiyaya qarşı səthi tənqidi münasibətinin olması və s.) sübut edir. Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir bükümdə təmiz çəkisi 4,770 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin və bir bükümdə təmiz çəkisi 7,831 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınmış və tədqiqatlardan sonra qalıq qalmış 7,781 qram heroin və 4,720 qram metamfetamin Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 4,770 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və bir bükümdə təmiz çəkisi 7,831 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülməsi təsdiqini tapmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs elan olunmuş ittiham məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, baxı və axtarış protokolu və digər istintaq sənədləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, saxlanılan zaman üzərindən aşkar olunmuş narkotik vasitələrin ona aid olmadığını və həmin narkotik vasitələrin onun üzərinə zor tətbiq etməklə qoyulduğunu bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür, məhkəmə onun ifadəsinə bu hissədə tənqidi yanaşır və inandırıcı hesab etmir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz təsdiqini tapdığından o təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olması məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 07 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 7,781 qram heroin və 4,720 qram metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 132 (yüz otuz iki) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 132 (yüz otuz iki) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 7,781 qram heroin və qalıq çəkisi 4,720 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD diski iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar