Məhkəmə qərarları › İş №1(101)-1266/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1266/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1266/2023 14.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlunun ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-ci Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 12 may 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu inzibati ərazisində yerləşən "Kubinka" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,033 qram olaıı qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 13 may 2022-ci il tarixdə saat 04:00 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotikləıiə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı Şahid5 yaşadığı ünvan 3 ünvanında saxlanılmış, həmin vaxt mənzilə keçirilən baxış zamanı qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşımaqla saxladığı narkotik vasitə hesab edilən külli miqdarda heroinin təmiz çəkisi 3,295 qram təşkil edən hissəsi giriş hissədə yerləşən masanın üzərindən aşkar olunaraq götürülmüş, bundan sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq gətirildiyi Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-in inzibati binasında həmin gün saat 07:00 dəqiqədə üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşımaqla saxladığı narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,738 qram təşkil edən digər hissəsi əynində olan şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, saat 12-yə işləmiş, tanışı Sahibin yaşadığı evə daxil olan zaman Nicatla Sahib evdə olmuşdur. Saat 2-in yarısı, qapı döyülmüşdür. Kim olduqlarını soruşub qapını açdıqda polis əməkdaşları olduqlarını görmüşlər. Polis əməkdaşları narkotik vasitənin onların olduğunu dedikdə, polislərə narkotikin onlara məxsus olmadığını bildirmişlər. Lakin polis əməkdaşları onlara təzyiq etmişlər. Həmin vaxt Sahibi gözünün qarşısında döymüş, ona isə hədə-qorxu gəlmişlər. O da məcbur olub deyiləni qəbul etmişdir. Narkotiki zərflərə qoyub qarşılarına qoymuşlar. Sonra çölə çıxıb yenidən içəri girmişlər ki, çəkiliş zamanı guya narkotikin onların qarşısında olduğu görünsün. O, həmin evdə yaşamır, Sahib onun qonşusu olmuşdur, həmin evə elə-belə getmişdir. Özü narkotik vasitə istifadəçisidir, tutulan vaxt təzə istifadə edib evə girmişdir. Evdə “şpiris” və halqa olmamışdır, onları polis əməkdaşları özləri aptekdən alıb gətirmişlər. 22-ci polis bölməsində şəxsi axtarış aparılmışdır, orda vəkil də iştirak etmişdir. Çəkiliş zamanı qəbul etmişdir ki, narkotik onlara məxsusdur. Çəkiliş zamanı qabağına qoyulan narkotikin miqdarı çox olmuşdur, o 234.1-ci maddə ilə ittiham olunacağını düşündüyü üçün qəbul etmişdir. Orada narkotiki inkar etmək mümkün deyilmiş. Qorxduğu üçün boynuna almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 13 may 2022-ci il tarixdə saat təxminən 03:45 ərəfəsində ünvan 4 ünvanınında olarkən, Sahib saxlanılmışdır. Həmin vaxt onun evinə də baxış keçirilmişdir. Evə baxış zamanı Təqsirləndirilən şəxs da orada olmuşdur. Baxış zamanı stolun üstündən narkotik vasitə, siqaret və alışqan aşkar olunmuşdur. Sonradan həmin şəxslərin Yasamal RPİ-nin 27-ci polis şöbəsində üzərlərinə şəxsi axtarış keçirilmiş və üzərlərindən narkotik vasitə aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotikin özünə məxsus olduğunu bildirmişdir. Şəxslər sonradan istintaqa təhvil verilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir fiziki-psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə günü saat 23:00-24:00 aralığında o, Rafael və Sahib evdə olmuşlar. Ev Sahibin özünün deyilmiş. Evə gedəndə o artıq narkotik vasitədən istifadə də etmişdir, evdə isə narkotik istifadə etməmişdir. Evə gedib telefonunu zaryatkaya qoymuşdur. Hadisə günü saat 23:00-24:00 aralığında şahid Anar gələrək evi gəzmiş, amma heç nə tapmamışdır. Sonra zəng edib başqa adamları çağırmışdır. Onların yanına gələn adamların içində siyahıdakı şahidlərdən biri ümumiyyətlə olmamışdır. Həmin şahidi tanımır. Polislər qapını sındırmamışdır, onlar özləri qapını könüllü açmışlar. İçəri girib onlara narkotiki boyunlarına almalarını bildirmişlər. Onların 234.1-ci maddə ilə ittiham edəcəklərini bildirmişlər. Polis əməkdaşları tərəindən onlara təzyiq olmuşdur. Sahibi isə möhkəm döymüşlər. Rafaelin üstündə narkotik olduğunu görməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin tövsifi məsələsinə gəldikdə hesab edir ki, R.İskəndərov həmin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitənin satmasına dair ittihamının təsdiq edilməməsi qənaətinə gəlir. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəni heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nə ibtidai istintaq zamanı, nə də məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni satış məqsədi ilə aldığını etiraf etməmişdir, eyni zamanda şahidlər də hər biri ayrı ayrılıqda verdikləri ifadələrində R.İskəndərovun onun narkotiki özü istifadə etməsi üçün aldığını bildirməsini göstərmişdirlər. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışalara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki, “... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir.Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlarə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cü maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi qəbul edilə bilənlərə yalnız şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlərin aid edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanın Təqsirləndirilən şəxs verdiyi izahatlara istinad etməklə onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə nəticələri R.İskəndərovun narkotik vasitə satması kimi ilə bağlı ittiham hökmünün çıxarılması üçün əsas ola bilməz. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Beləliklə də, məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotik vasitənin ona məxsus olmaması və eyni zamanda polis idarəsində təzyiq altında olması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və hesab edir ki, o cinayət əməlini yüngülləşdirmək üçün belə ifadə verir, onun törətmiş olduğu cinayət əməli şahid ifadələri, ekspertiza rəyləri və istintaq materialları ilə tam sübuta yetirilir. Cinayət işində olan 13 may 2022-ci il tarixli evə baxış, şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Şahid5 yaşadığı mənzilə baxış keçirilərkən və üzərinə şəxsi axtarış aparılan zaman Şahid5 verilmiş ittihamla məxsus hesab edilən təmiz çəkisi 3,137 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 1 (bir) ədəd şüşə ampula, 3 (üç) ədəd falqa, 5 (beş) ədəd şpris, 5 (beş) ədəd iynə ucluğu, X3 məxsus təmiz çəkisi 3,295 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, Şahid6 verilmiş ittihamla məxsus hesab edilən təmiz çəkisi 2,432 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürüldüyü üçün Şahid5 sonuncularla birlikdə Bakı şəhər Yasamal RPİ-nin 27-ci PB-in inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,718 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, X2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,738 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Şahid6 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın arxa sol cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,601 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi haqqında 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 13 may 2022-ci il tarixli, 6/2754 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində Şahid5 verilmiş ittihamla məxsus hesab edilən 2 bükümdə ümumilikdə təmiz çəkiləri 3,855 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Rəfael İsgəndərova məxsus 2 bükümdə ümumilikdə təmiz çəkiləri 4,033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid6 məxsus hesab edilən 2 bükümdə ümumilikdə təmiz çəkiləri 3,033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroin kütlələri komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş Şahid5 verilmiş ittihamla məxsus hesab edilən şpris və iynə ucduqlarında nəzarətdə olan maddələrə məxsus izlər aşkar edilmədi. Qeyd: Şahid5 məxsus heroinin ümumi təmiz çəkisi 3,855 qram, tədqiqata sərf edildi 0,1qram qalıq 3,455 qram. Şahid6 məxus heroinin ümumi təmiz çəkisi 3,033 qram, tədqiqata sərf edildi 0,1qram qalıq 2,933 qram. R.İskəndərova məxus heroinin ümumi təmiz çəkisi 4,033 qram, tədqiqata sərf edildi 0,1qram qalıq 3,933 qram. (tədqiqatın dəyəri 110 (yüz on) manat). Cinayət işi materiallarında olan məhkəmə narkaloji ekspertizasının 30 mart 2023-cü il tarixli 1789 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci l tarixli, 1(101)-1636/2022 nömrəli hökmünün surətindən görünür ki, Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Şahid5 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmü ilə Şahid5 üzərində saxlanılmış 4 (dörd) il 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2(iki) il sınaq müddəti ilə müəyyən edilmiş şərti məhkum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qeyd olunan hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Şahid5 qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-395/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və cinayətlərin törədilməsinə aidiyyati olmadığı üçün ona həmin maddələr ilə bəraət verilmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhər Yasamal rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işi materiallarında olan Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri keçirilmişdir. Təqsirləndirilən şəxs hazırki əməlini Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl törətmişdir, ona görə də məhkəmə hesab edir ki, onun indiki əməli residiv kimi qəbul edilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 14 dekabr 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş götürülmüş qalıq 3,933 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 2 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-395/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən barəsində əlavə nömrə verilməklə cinayət işi üzrə digər təqsirləndirilən şəxs Şahid5 cinayət işi üzrə materialın psixotrop maddəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi, iş üzrə məhkəmə məsrəfləri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərcinin dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsinin qərara alınması, barəsində əlavə nömrə verilməklə cinayət işi üzrə digər təqsirləndirilən şəxs Şahid6 barəsində olan cinayət işinə baxılıb qurtardıqdan sonra qalıq qalmış 2,933 qram narkotik vasitə olan heroinin həllinə hüquqi qiymət veriləcəyi nəzərə alınmalıdır, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş götürülmüş qalıq 3,933 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən 2 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-395/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən barəsində əlavə nömrə verilməklə cinayət işi üzrə digər təqsirləndirilən şəxs Şahid5 cinayət işi üzrə materialın psixotrop maddəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi, iş üzrə məhkəmə məsrəfləri olan 110 (yüz on) manat məbləğində ekspertiza xərcinin dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsinin qərara alınması, barəsində əlavə nömrə verilməklə cinayət işi üzrə digər təqsirləndirilən şəxs Şahid6 barəsində olan cinayət işinə baxılıb qurtardıqdan sonra qalıq qalmış 2,933 qram narkotik vasitə olan heroinin həllinə hüquqi qiymət veriləcəyi nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar