Məhkəmə qərarları › İş №1(101)-1266/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1266/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1266/2024 15.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X9-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı Şəhəri 11 saylı Vəkil bürosunun Vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X8 iştirakları ilə məhkəmə, xx.xx.1999-cu ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, Babək küçəsi ev 23-də qeydiyyatda olub yaşayan, hazırda Bakı istintaq təcridxanasmda saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs o, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində, internetdə sosial şəbəkələrlə tanıdığı cinsi azlığın nümayəndəsi olan xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sonuncunun «İnstaqram» sosial şəbəkəsində canlı yayımda olarkən «Vətən Müharibəsi» qaziləri haqqında nalayiq ifadələr işlətməsi ilə bağlı qisas almaq niyyəti ilə öldürmək məqsədi ilə, sonuncu ilə cinsi əlaqədə olmaq bəhanəsi ilə, Zərərçəkmiş şəxs kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Vəzirov küçəsi, ev 41A/57, mənzil 24, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən mənzilə gəlmiş, 300 manat müqabilində razılaşdıqları kimi sonucu İlə qeyri təbii yolla cinsi əlaqədə olmaq bəhanəsi ilə həmin mənzildə gecələmiş və səhər*saat 08:00 radələrində mənzilin mətbəxindən götürdüyü mətbəx bıçağı ilə qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs döş və qarın nahiyyələrinə həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmanın əlamətlərinə malik, ölümünə səbəb olmuş kəskin qanitirmə törətmiş döş qəfəsinin ön səthində, orta xətt üzrə, ayaqaltından 142 sm yuxarıda yerləşən (5,4x2,5sm ölçüdə) deşilmişkəsilmiş döş boşluğuna nüfuz edərək sağ ağciyərin yuxarı payını yaralayan bir ədəd yara, döş qəfəsinin sol yan səthində, ön qoltuq xətti üzrə, çəp-köndələn və V-Yİ qabırğalar səviyyəsində, ayaqaltından 125 sm yuxarıda yerləşən (3,5x1,2 sm ölçüdə) deşilmiş-kəsilmiş döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyini, mədəciklərarası arakəsməni dəlib-keçərək sağ mədəciyin boşluğuna sirayət edən bir ədəd yara, döş qəfəsinin sol yan səthində, orta "qoltuq xətti üzrə, çəpköndələn və İX-X qabırğalar səviyyəsində, ayaqaltından 118 sm yuxanda yerləşən (2,5x1,0 sm ölçüdə) deşilmiş-kəsilmiş periton boşluğuna nüfuz edərək mədəni və diafraqmanı yaralayan bir ədəd yara, qarın nahiyəsinin ön səthində, orta xətt üzrə, bir qədər çəp-köndələn və ayaqaltmdan 117 sm yuxanda yerləşən (3,5x1,4 sm ölçüdə) deşilmiş-kəsilmiş qarın boşluğuna nüfuz edərək qaraciyərin böyük payını yaralayan bir ədəd yara, qarın nahiyəsinin sol yarının ön səthində, döşyam xətt üzrə, bir qədər çəp-köndələn və ayaqaltmdan 110 sm yuxarıda yerləşən (3,0xl,0sm ölçüdə) deşilmiş- kəsilmiş qarın boşluğuna nüfuz edərək böyük piyliyi yaralayan bir ədəd yara, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malik olan sağ diz oynağı nahiyəsinin ön səthində, ayaqaltmdan 46 sm yuxarıda yerləşən (l,5x0,3sm ölçüdə) deşilmiş-kəsilmiş bir ədəd yara, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malik olan sağ əlin 1-ci, sağ əlin 4-cü, sol əlin 1-ci və sol əlin 4-cü barmaqlarının dırnaq lövhələrinin travmatik sınıqları xəsarətləri yetirib qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, zərərçəkən “İnstagram” sosial şəbəkəsində Zərərçəkmiş şəxs şəhidləri təhqir etdiyinə görə onun evinə getmişdir. Zərərçəkənin evinə getdikdən sonra zərərçəkmiş şəxs onun da qazi olduğunu bilmişdir. O, gecə Zərərçəkmiş şəxs qaldığı evdə qalmışdır. Hadisə baş verən zaman bıçaq Zərərçəkmiş şəxs əlində idi. O, ibtidai istintaq zamanı ifadə verən zaman anlaqsız vəziyyətdə olmuşdur. O, zərərçəkən Zərərçəkmiş şəxs evinə getməzdən bir gün əvvəl onunla danışmışdır. Onun evinin ünvanını sosial şəbəkədən tapmışdır. O ,içəri girəndə o, Tərlana niyə qaziləri təhqir etdiyini soruşmuşdur,. Tərlan da onu vurmuşdur. Evdə onlardan başqa bir şəxs də var idi, o, polislərə məlumat verib. Hadisə 22-23 sentyabr tarixində baş verib. Axşam saatlarında işdən çıxan kimi o, zərərçəkənin evinə getmişdir. Bıçaq onun əlində deyildi, bıçaqla zərərçəkən şəxs onun üstünə gəlmişdir.Həmin vaxt o, özündə olmamışdır. Zərərçəkən onun üzərinə gələndə bıçağın ona dəydiyiyni görmüşdür. ona dəyib. Cinsi azlığın şəhidi təhqir etməsinə görə olanlar barədə peşman deyil. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən gösərmişdir ki, 2020-ci ilin sentyabrında başlamış Qarabağ müharibəsinin iştirakçısıdır. Hadisədən iki gün əvvəl internetdən «TransAysel» kimi tanıdığı zərərçəkmiş Zərərçəkmiş şəxs «İnstaqram» soşial şəbəkəsində canlıda Vətən Müharibəsi qazilərini və şəhidləri söydüyünü görmüş və bundan əsəbləşərək sonuncunu öldürmək qərarına gəlmiş, bundan bir-iki gün sonra yəni xx.xx.2023-cü il tarixdə Bülbülədə parkda olanda, o, Ayselin, yəni Zərərçəkmiş şəxs telefonunu tapıb onunla danışmış, onunla görüşmək, yəni cinsi əlaqəda olmaq istədiyini demiş, Aysel də razı olmuşdur. Həmin gün saat 23 radələrində, o, dostu Cəfərlə Bülbülədə parkda görüşərkən, sonra Cəfərlə taksiyə minib şəhərə «Qış Parkı»na gəzməyə getmək üçün şəhərə gəlmiş, Zərərçəkmiş şəxs yaşadığı evin yanından keçərkən maşından düşüb, Cəfərə, qazilərə söyüş söyməsi ilə bağlı Aysel ilə danışmaq üçün görüşəcəyini bildirib, onu həyətdə gözləməsini xahiş edib, Zərərçəkmiş şəxs yaşadığı mənzilə gəlmiş, mənzilin qapısını Tərlanın özü açıb onu içəri buraxmışdır. O, Zərərçəkmiş şəxs selofan paketlə və yaxud nə ilə sə boğub öldürəcəyini düşünsə də, mənzilə daxil olduqdan sonra bu üsulla Ayseli boğub öldürə bilməyəcəyini görüb, mənzilin mətbəxdəki böyük bıçağı götürüb çarpayının altında gizlətmiş, sonra Aysel ilə səhərə kimi qalmaq üçün 300 manata razılığa gəlmiş, bankomatdan pul götürmək üçün evdən çıxıb Azadlıq prospektindəki Fəcrlizinq yaxınlığında yerləşən bankomatdan 212 manat pul götürmüş, həmin vaxt dostu Cəfəri həyətdə görmədiyi üçün sonuncuya zəng vurub soruşmuş, Cəfər isə gec çıxdığı üçün artıq evə getdiyini bildirmişdir. O, mağazadan Ayselə və özünə «Redbull» içkisi alıb mənzilə qayıtmış və girişdən soldakı birinci yataq otağında Zərərçəkmiş şəxsla «aral» sekslə məşğul olmuş, sonra yuxuya getmiş və səhər saat 08 radələrində yuxudan ayılmış, yanında yatan Zərərçəkmiş şəxs sinəsindən bir dəfə bıçaqla vurmuşdur. Tərlan yerindən qalxıb qaçmaq itstəmiş, o, da Tərlanın ardınca durub bıçaqla daha bir neçə dəfə Tərlanı vurmuşdur. Bu vaxt səsə qonşu otaqda yatmış saqqalı balacaboy adını bilmədiyi oğlanın qapım açmış və görəndə ki, o, Ayseli vurmuşdur, ona heç nə demədən qaçıb mənzildən çıxmışdır. Sonra, o, mənzilin qapısını arxadan bağlayib meyiti sürüyüb vanna otağına aparıb duşun altına qoyub suyu istünə tutmuşdur. Məqsədi mənzildəki qanı yuyub təmizləyib bıçağı da götürüb polisə getmək olmuşdur. Az keçmiş qapını polislər döymüş, o, da qapını açıb hadisəni polislərə dianışıb göstərmişdir. O, həmin vaxt alt tumanda olmuş, otaq büs bütün qan içində olmuş, şalvar və köynəyi də qana bulaşmışdır. Cəfər, onun hadisə yerinə nə məqsədlə gəldiyini, Ayseli öldürəcəyini bilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış digər ifadələrində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda ibtidai istintaq zamanı özünü təqsirli bilməyərək göstərmişdir ki, o, iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində əvvəl verdiyi ifadələrini təsdiq etmir. Belə ki, o, instaqramda Ayseltrans kimi profili olan, sonradan adını bildiyi Tərlan X4ilərinin ünvanına nalayiq ifadələr işlətdiyini görmüş, qazilərin müharibədə nə əziyyət, əzab çəkdiklərini, vətən yolunda canlarından necə keçdiklərini öz gözləri ilə gördüyü üçün Ayselin bu hərəkəti onu çox əsəbləşdirmiş və bu barədə Aysel ilə danışmaq qərarına gəlmiş, odur ki, 23 sentyabr 2023-cü il tarixdə dostu Cəfərlə çay içəndə bu barədə ona da danışmış, sonra Cəfərlə həmin ünvana gəlmiş, Cəfərə Aysel ilə «bu barədə danışıb çıxıram, sən həyətdə gözlə» demiş, Ayselin yaşadığı mənzilə gəlmiş, qapını Aysel açmış, Aysel evdə tək olmuş, odur ki, Aysel ilə bu barədə söhbət etməyə başlamış, bu vaxt Aysel onun qazi olduğunu bilmiş və onu sol sifət nahiyyəsinə yumruqla vurmuş, o, huşunu itirmiş və bir də səhər saat 08 radələrində özünə gəlmiş, Ayselin əlində bıçaq yataq otağında oturduğunu görmüş, Aysel yenə də qaziləri söyməsinə münasibətdə düz hərəkət elədiyini deyib, onun ünvanına da nalayiq sözlər işlədərək üzərinə gəlmiş, o, Ayseli özündən kənara itələmiş, Aysel bıçaqla onu vurmaq istədikdə, o, sağ əli ilə bıçağın tiyəsindən tutub Ayselin əlindən almış və əsəbləşib özündən çıxaraq, Ayseli özündən aralamaqdan ötrü bıçağı havada yelləmiş, Aysel isə dayanmayıb üzərinə gəlməkdə davam etmiş və onu əlləri ilə vurmuş, onlar əlbəyaxa olmuş,bundan sonra nə baş verdiyini yadında qalmasa da, bir də ayılanda hamamda Ayselin meyitinin yanında olduğunu görüb bıçaq zərbələrinin Ayselə dəydiyini və bu zərbələrdən Ayselin öldüyünü başa düşmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadələrində göstərdi ki, Özü Əfqanıstan veteranıdır. Zərərçəkmiş şəxs onun oğludur. 24 sentyabr 2023-cü il tarixdə günorta radələrində rayondan gəlmişdir. Qayını onun yanına gəlib Tərlanın vurulduğunu dedi. Bundan sonra xəstəxanaya getmişlər. Tərlana harada xəsarət yetirildiyini dəqiq xatırlamır. Tərlan şirniyyatçı işi ilə məşğul idi. Tərlan onlarla Zığ qəsəbəsində yaşayırdı. Tərlan yeniyetmə vaxtlarından Nərimanovda işləyirdi, 9cu sinifdən məktəbdən çıxamışdır. Bir il bundan əvvəl Tərlan be-altı oğlan tanışı ilə Türkiyə Respublikasına işləməyə getmək istədiyini bildirdi, lakin o, buna razı olmamışdır. Tərlanın davranışlarında heç bir şübhəli hal müşahidə etməmişdir. Müstəntiq Tərlanın beş aydır ki, Türkiyədə deyil, Azərbaycanda olduğunu bildirdi. Tərlanın rəhmətə getməmişdən əvvəl bir il idi ki, onu görmürdü, Türkiyə Respublikasına işləməyə getdiyini bilmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxsin hüquqi varisi X14 ibtidai istintaq zamanı göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Oğlu Zərərçəkmiş şəxs sifarişlə şirniyyat bişirmə işində işləmişdir. Tərlan bir il qabaq Türkiyəyə şirniyyat işində işləməyə getmişdir və həmin vaxtdan evə gayıtmamışdır. Tərlan onlarla yalnız telefon vasitəsi ilə əlaqə saxlamış, İstanbulda yaşadığını demişdir. Tərlanla şonuncu dəfə hadisədən 10- 12 gün əvvəl danışmış, Tərlan işinin yaxşı olduğunu bildirmiş, hətta evə ayda 300-500 manat pul da göndərmişdir. Tərlanla heç vaxt görüntülü danışmamışlar. Tərlanın ölüm xəbərini ona Tərlanın dayısı telefonla zəng vurub demişdir. Evə gəldikdə, Tərlanın meyitinin morqda olduğunu bildirmişlər. Evdəkilər Tərlanın bir nəfər tanışı ilə mübahisələri oluğunu, sonuncunun Tərlanı bıçaqla vurub öldürdüyünü və həmin adamın da tutulduğunu ona demişlər. Qatilin kim olduğu və şəxsiyyəti barədə heç bir məlunu yoxdur. Təqsirləndirilən şəxs tanımır və belə bir şəxs barədə eşitməmişdir. Şahid2 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxsi və onun hüquqi varisi X12 tanımır. Təqsirləndirilən şəxs tanıyır, uzun müdətdir ki, dostudur. Səhrabla törədilmiş hadisə barədə danışıqları olmayıb. Səhrabın pula ehtiyacı olmayıb. Hadisə günü Səhrabla onun iş yerində görüşmüşdür. Səhrabın işlədiyi yerin adını dəqiq xatırlamır. Səhrab həmin gün hara və kimin yanına gedəcəyi barədə məluat verməmişdi. Hadisənin şahidi olmamış, hadisə vaxtı evdə olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İfadələrinə başqa əlavəsi yocdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. xx.xx.2023-cü il tarixdə saat 22-23 radələrində dostu Səhrabla Bülbülədə görüşmüş və söhbət zamanı Səhrab bir nəfər Aysel adında transın «instaqramda» canlıda qaziləri və şəhidləri söydüyünü, odur ki, onunla görüşüb bu barədə danışmaq istədiyini demişdir. Odur ki, həmin gecə onlar taksi ilə Ayselin yaşadığı ünvana gəlmişlər. Səhrab Aysel ilə danışıb qayıdacağını bildirib, ona həyətdə gözləməsini demişdir. Odur ki, o, Səhrabı iki saat yaxm həyətdə gözləmiş və Səhrabın gəlmədiyini və telefona cavab vermədiyni görüb, yoldan keçən taksi ilə yaşadığı Məhəmmədi kəndinə qayıtmışdır. O, Səhrabın Ayseli öldümək niyyəti ilə həmin ünvana gəldiyini bilməmişdir. Bu haqda Səhrab ona danışmamışdır. Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əmisi oğludur. İşlədiyi yerdə Tərlanın ustası ona zəng etsə də, zəng çatmadığını deyib olduğu yerə gəlməyini istədi. Evə gəldikdə orada polislərin olduğunu, Tərlanın da bıçaqlandığını görmüşdür. Tərlanın Təqsirləndirilən şəxs ilə ədavət və ya yaxınlıqlarının olub-olmaması barədə məlumatı yoxdur. Tərlanın səhhəti ilə bağlı psixi xəstəliyinin olub-olmaması barədə məlumatı yoxdur, özü ilə çox əlaqəsi yox idi. Tərlan Türkiyə Respublikasında işlədiyinə görə gec-gec telefon vasitəsilə əlaqə saxlayırdılar. Şahid6 Tərlanın işlədiyi şirniyyatçıda onun ustası olub. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, Tərlan əmisi oğludur. O, Tərlamn cinsi azlığın nümayəndəsi olduğunu 2023-cü ilin iyun ayma kimi bilməmişdir. Həmin vaxt telefonda görüntülü danışarkən Tərlanın halını görüb soruşduqda Tərlan “mən seçimimi etmişəm, bundan sonra beləyəm” deyib cavab vermiş və bu barədə heç kimə deməməsini xahiş etdi. Onlar iki-üç həftədən bir görüşüb hal-əhval tutmuşlar. 24 sentyabr 2023-cü il tarixdə Tərlanın dostu Elxan ona zəng edib Tərlanın telefona cavab vermədiyni deyib, yaşadığı ünvana gəlməsini xahiş etdi. Bir qədər sonra Elxan yenə zəng edib Tərlanın yaşadığı ünvanda polislərin olduğunu dedi. O da ünvana gəlmiş və Tərlanın öldürüldüyünü bilmişdir və Tərlanın n ailə üzvlərinə məlumat vermişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, 6 aya yaxın müddətdir ki, ünvan 2 ünvanında yerləşən üç otaqlı mənzili kirayə tutmuş və həmin mənzili kirayə tutduqdan təxminən 1 həftə sonradan internetdən tanıdığı Zərərçəkmiş şəxs xahişi ilə kirayə puluna kömək məqsədi ilə Tərlanın həmin mənzildə yaşamasına razılaşmış, kirayə haqqını yarısını Tərlan, yarısını da özü ödəmişdir. Birlikdə yaşamağa başlayandan bir neçə gün sonra Tərlanın cinsi azlığın nümayəndəsi olduğunu bilmişdir. Tərlanı tanıyanlar ona Aysel deyərək müraciət etmişlər. Zərərçəkmiş şəxs mənzilə girişdən soldakı birinci yataq otağında, digər otaqda isə özü qalmışdır. O, Tərlanın işlərinə qarışmamış, cinsi azlıq olmasına tolerant yanaşmışdır. O, tələbə olduğu üçün gündüzlər dərsə getmiş, dərsdən sonra və axşamlar ailəsinə məxsus olan kreditə aldıqları «Pirius» markalı avtomobili ilə taksiçilik edərək xərclərini ödəmək üçün işləmişdir. xx.xx.2023-cü il 22 radələrindən xx.xx.2023-cü il saat təxminən 04:40 radələrinə qədər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Evdən çıxarkən Tərlan ona axşam qonağının gələcəyini demişdir. Həmin gecə Tərlanla yazışarkən ona bildirmişdir ki, qonağı gəlib və gecəyə görə pul alıb, evə gəldiyi zaman ona xəbər etməsini demişdir. Səhərə yaxın 05 radələrində evə gəlmiş, qapını Tərlan açmış, qonağının olduğunu deyib öz otağına keçmişdir. O, mənzilin giriş qapısından solda yerləşən 2 ci otağa keçərək yatmışdır. Təxminən saat 08 radələrində Tərlanın qışqırıq səsinə ayılaraq öz otağından çıxıb Tərlanın olduğu otağın qapısını açdıqda tanımadığı şəxsin sonradan adını bildiyi Səhrabın əlində bıçaq Tərlanın sinə nahiyəsinə xəsarətlər yetirdiyini görmüşdür. Həmin vaxt Tərlan yerdə başı girişdən sağdakı divarın önündə qoyulmuş divana tərəf arxası üstə uzanmış vəziyyətdə, Səhrabın isə əlində böyük mətbəx bıçağı onun başı üstündə yan tərəfdə ayaq üstə zərərçəkmişin üstünə əyilmiş vəziyyətdə olduğunu görmüşdür. Tərlan və Səhrabın hər ikisinin də lüt olduğunu, yəni Tərlan təmiz lüt, Səhrabın əynində şalvarı və köynəyi olmamışdır. O, qorxaraq qaçıb öz otağına girib qapını içəridən qıfıllamışdır. Səhrab isə onun ardınca gələrək qapının dəstəyini basmış və görəndə ki, bağlıdır, «qorxma səninlə işim yoxdur, mən Ayseli öldürməyə gəlmişdim» deyərək, qapıdan uzaqlaşmışdır. Təxminən 2-3 dəqiqə keçəndən sonra, Səhrabın qapını sındırmağa, açmağa cəhd etmədiyini dəqiqləşdirdikdən sonra, evdən çıxmaq üçün qapını açdığı zaman Səhrabın əlində bıçaq hamamın qarşısında durduğunu və əlinin titrədiyini görmüşdür. 0, -Səhraba sakitləşməsini, hadisəni artıq baş verdiyini deyib, polis çağırmasını təklif etmiş, lakin Səhrab etiraz etmişdir. Daha sonra Səhrab hadisənin baş verdiyi otağa keçərək Tərlanın öüb-ölmədiyini yoxlamış, əlini Tərlanın boynuna qoyaraq pulsun olmadığını və artıq öldüyünü demişdir. Bu zaman, o, evin qapısını açaraq ayaqyalın mənzili tərk etmiş və polisə məlumat vermək üçün polisə gəlmişdir. Yoldada ev sahibi Fərhada zəng vurub hadisə barədə məlumat vermişdir. O, polisə məlumat verib məhləyə qayıdıb polisi gözləmişdir. Polislər qapını döymüş, Səhrab qapını açıb polisləri mənzilə buraxmışdır. Sonra polislər onu da hadisə yerinə dəvət edib, Səhrabı göstərərək Tərlanı Səhrabınmı öldürdüyünü soruşmuşlar. O, da Səhrabın Tərlanı bıçaqla öldürdüyünü gördüyünü onlara demişdir. Sonra, o, hadisə yerinin müayinəsində də iştirak etmişdir. Cinayətin aləti olan bıçaqı Tərlanın otağında divanın üzərində, Tərlanın meyitini isə vanna otağında duşun altnda görmüşdür. Baxış zamanı Səhrab meyiti otaqdan sürüyüb vanna otağına apardığını bilidirmişdir. O, zalda döşəmədə meyitin sürüyüb vanna otağına aparılmasını göstərən qan izlərinin olduğunu görmüşdür. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, Zərərçəkmiş şəxs bir pasient kimi cinsi azlıq olduğunu bildirmiş və ona süd vəzilərinə implant qoymağı xahiş etmişdir. Odur ki, xx.xx.2021-ci il tarixdə hər iki süd vəzilərinin implantla böyüdülməsi əməliyyatı icra edilmişdir. İstənilən şəxs bu əməliyyatı öz arzusu ilə icra etdirə bilər. Qanunvericilikdə də buna qadağan edici bir sənəd yoxdur. Adətən cinsi azlıqlar özlərini tam şəkildə göstərmək - digərlərindən fərqləndirmək məqsədi ilə bu əməliyyatı öz arzuları ilə icra etdirirlər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Vəzirov küçəsi b. 41a/57, mənzil 24 (yeni qaydalarla Az1007, ünvan 3 ünvanı atası X5 məxsusdur. Əvvəllər həmin mənzildə tək yaşamışdır. Ailə qurduqdan sonra, 2023-cü ilin mart ayından yafadığı ünvana köçmüş, Nəsimi rayonunda yerləşən mənzili isə kirayə vermişdir. Həmin mənzili makler vasitəsi ilə Şahid1 kirayə vermişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 08:06-da Zaman onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək ağlayaraq tanımadığı şəxsin onunla qalan oğlanı bıçaqla vurulduğunu demişdir. Odur ki, Zamana təcili polisə getməsini deyib hadisə yerinə gəlmişdir. Yolda olarkən, o, DİN-in 102 xidmətinə də hadisə barədə məlumat vermişdir. Hadisə yerinə çatanda artıq polis əməkdaşların orada olduqlarını və hadisəni törətmiş şəxsin saxlanıldığını bilmişdir. Zamanın həmin mənzildə kiminlə yaşaması barədə məlumatı olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı göstərmişdir ki, Zərərçəkmiş şəxs 2015-ci ildən onu tanıyır. Tərlan onun yanıda şirniyyat bişirmək işini Öyrənmişdir. Həmin vaxtdan münasibətləri yaranmış və dostluq etmişlər. O, Tərlamn cinsi azlıq olduğunu təxminən altı ay bundan əvvəl bilmişdir. Belə ki, ümumi dostları şirniyyatçı Elxan Ağayevlə söhbət edəndə X15 gedib qayıdandan sonra dəyişildiyini, özünü qadına oxşatdığını və trans olduğunu etiraf etmişdir, kişilərlə görüşdüyünü bilmirdim. Sonuncu dəfə 20 sentyabr 2023-cü il tarixdə Tərlanla telefonda danışmışdır. Tərlan sentyabrın 21-də onu ad gününə dəvət etmişdir. Həmin ad günündə Tərlamn üç nəfər «rəfiqələri, əmisi oğlu Rüstəm və Elxan da olmuşlar. Tərlan özünə qadın kimi sinə düzəltdiyini, qadın kimi dırnaq qoyduğunu görmüşdür. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerində mənzilin girişindən soldakı birinci yataq otağında döşəmədə böyük ölçüdə, eləcə də çarpayının üzərində döşək ağında, balış üzündə, dəsmal və mələfə üzərində qanabənzər ləkələr vardır. Həmin otaqda döşəmədə olan böyük qanabənzər ləkələrdən əlavə ləkənin ətrafmdkı sahədə və otaqda olan əşyalar - televizoraltı şkafın, iki ədəd divanın və boylama güzgünün, otağın divarlarının, vaza qırıntılarının, «Redbull» içkisi qabının üzərində damcı və sıçrayış xarakterli qanabənzər ləkələr vardır. Otaqda istifadə olunmuş 3 ədəd qoruyucu (prezervativ) və istifadə olunmamış içərisndə çoxlu qoruyucu olan karobka və «seksual xarakterli» vasitələr vardır. Divanın üstündə üzərində qanabənzər ləkələr olan iri mətbəx bıçağı aşkar edilmişdir. Qan izləri birinci yataq otağından başlayaraq mənzilin zalından keçməklə ikinci yataq otağmın qarşısındakı vanna otağına doğru davam etməklə duşun altında olan Zərərçəkmiş şəxs meyitinədək döşəmədə sürtünmə və sürüşməyə xarakterik qanabənzər ləkələr vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ygtaq otağındakı divanın üzərindəki iri mətbəx bıçağını göstərib, Zərərçəkmiş şəxs öldürmək üçün həmin bıçağı əvvəlcədən mətbəxdən götürüb çarpayının altında gizlətdiyini və sonra da həmin bıçaqla Zərərçəkmiş şəxs öldürdüyünü, sonra mənzildəki qanı yuyub təmizləmək məqsədi ilə meyiti sürüyüb vanna otağına aparıb duşun altına qoyub suyu üzərinə buraxdığını göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış telefon danışıqlarına dair götürülmüş disklərə və hadisə yerindən götürülmüş mobil telefonlara baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon nömrəsinin Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə xx.xx.2023-cü il saat 21:29 da 63 saniyə, xx.xx.2023-cü il saat 00:07 də 39 saniyə, 01:11 də 35, X13 istifadəsində olmuş ***-***-**-** nömrəsi xx.xx.2023-cü il tarixdə saat 01:17-də 37 saniyə, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrə xx.xx.2023cü ildə saat 01:18-də 158 saniyə, Zərərçəkmiş şəxs istifadəsində olmuş 055-281-85- 75 nömrəsi xx.xx.2023-cü il tarixdə saat 01:22-də 69 saniyə, saat 02:08 də 62 saniyə, saat 02:21-də 71 saniyə, saat 02:28-də 26 saniyə, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrə xx.xx.2023-cü ildə saat 02:29-da 5 saniyə telefon danışığı aparması, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrənin Şahid2 istifadəsində olmuş ***-***-**-** nömrəsi ilə xx.xx.2023-cü il saat 21:25-də 67 saniyə, xx.xx.2023-cü ildə saat 01:53-də 271 saniyə telefon danışığı aparması müəyyən edildi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə- tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 119 saylı rəyində göstərilmişdir ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun üzərində döş qəfəsinin ön səthində, orta xətt üzrə, ayaqaltmdan 142 sm yuxarıda yerləşən (5,4x2,5sm ölçüdə) deşilmiş-kəsilmiş yara döş boşluğuna nüfuz edərək sağ ağciyərin yuxan payım yaralayaraq toxumasında kör qurtaran yara, yara kanalının ümumi uzunluğu 12-14 sm- dir, istiqaməti öndən-arxaya, yuxarıdan-aşağıya və sağdan-sola doğrudur. Yara saat siferblatının “6” və“12” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir; döş qəfəsinin sol yan səthində, ön qoltuq xətti üzrə, çəp-köndələn və V-Yİ qabırğalar səviyyəsində, ayaqaltmdan 125 sm yuxanda yerləşən (3,5x1,2 sm ölçüdəı deşilmiş-kəsilmiş yara döş boşluğuna nüfuz edərək ürəyin sol mədəciyini, mədəciklərarası arakəsməni dəlib-keçərək sağ mədəciyin boşluğuna sirayət edir. Yara kanalının ümumi uzunluğu 14-16 sm-dir, istiqaməti öndən-arxaya, aşağıdan-yuxarıya və soldan-sağa doğrudur. Yara saat siferblatın “2” və“7” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir; Döş qəfəsinin sol yan səthində, orta qoltuq xətti üzrə, çəp-köndələn və İX-X qabırğalar səviyyəsində, ayaqaltmdan 118 sm yuxanda yerləşən (2,5x1,0 sm ölçüdə) deşilmiş-kəsilmiş yara periton boşluğuna nüfuz edərək mədəni və diafraqmanı yaralayaraq toxumasında kör qurtarır. Yara kanalının ümumi uzunluğu 9-11 sm-dir. istiqaməti öndən- arxaya, bir qədər aşağıdanyuxarıya və soldan-sağa doğrudur. Yara saat siferblatın “5” və“10” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir; Qarın nahiyəsinin ön səthində, orta xətt üzrə, bir qədər çəp-köndələn və ayaqaltmdan 117 sm yuxarıda yerləşən (3,5x1,4 sm ölçüdə) deşilmiş-kəsilmiş yara qarın boşluğuna nüfuz edərək qaraciyərin böyük payını yaralayaraq toxumasında kör qurtarır. Yara kanalının ümumi uzunluğu 14-16 sm-dir, istiqaməti öndən-arxaya, aşağıdan-yuxarıya və soldan-sağa doğrudur. Yara saat siferblatın “4” və'TO” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir; Qarın nahiyəsinin sol yarının ön səthində, döşyanı xətt üzrə, bir qədər çəp- köndələn və ayaqaltmdan 110 sm yuxarıda yerləşən (3,0xl,0sm ölçüdə) deşilmiş- kəsilmiş yara qarın boşluğuna nüfuz edərək böyük piyi iyi yaralayaraq toxumasında kör qurtarır. Yara kanalının ümumi uzunluğu 9-11 sm-dir, istiqaməti öndən-arxaya, bir qədər aşağıdan- yuxarıya və soldan-sağa doğrudur. Yara saat siferblatın “5” və“H” rəqəmlərini birləşdirən xətt üzrə yerləşmişdir; Sağ diz oynağı nahiyəsinin ön səthində, ayaqaltmdan 46 sm yuxarıda yerləşən (1,5x0,3sm ölçüdə) deşilmiş kəsilmiş yarası.Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər. Qeyd edilən xəsarətlər deşici-kəsici əşya (alət) ilə yetirilmişən azı 6 (altı) zərbə nəticəsində əmələ gəlmişdirlər, döş və qarın nahiyələrində olan 5 (beş) ədəd yaralar həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmanın əlamətlərinə malikdirlər, Zərərçəkmiş şəxs ölümü ilə səbəbli əlaqəlidir. Sağ diz oynağı nahiyəsində olan yara isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücə və küpə malik yastı tiyə tipli hərhansı bir deşici-kəsici alətin (-lərin) yaxud əşyamn(- lann) təsirindən əmələ gəlmişdirlər, ola bilsin ki, ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin deşici-kəsici təsirindən törənməsi mümkündür.Meyitin bədən səthində aşkar edilmiş digər xarakterli xəsarətlər: sağ əlin 1-ci, sağ əlin 4-cü, sol əlin 1-ci və sol əlin 4-cü barmaqlarının dırnaq lövhələrinin travmatik sınıqları həyatidirlər, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdirlər, Zərərçəkmiş şəxs ölümü ilə səbəbli əlaqələri yoxdur. Qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən, dəqiq olaraq hansı şəraitdə törənmələri istintaq yolu ilə aydınlaşa bilərdi. Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaralar yetirilərkən o, ayaqüstü, oturaq, yarımoturaq və uzanmış vəziyyətlərdə, eləcə də müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin və qarın nahiyəsinin daxilə nüfuz edərək ürəyin, sağ ağciyərin, qaraciyərin, mədənin və böyük piyliyin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən vəölümün kəskin qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə saat 13:00-da) təxminən 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon,l,4- benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs onunla dəfələrlə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Zərərçəkmiş şəxs arxa keçəcək möhtəviyyatı olan 01 ədəd tamponun və 01 ədəd yaxmanın məhkəmə tibb tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 138 saylı Təqsirləndirilən şəxs adına tərtib olunmuş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ əlin ovuc səthinin cərrahi tikişə ehtiyacı olan iri ölçülü kəsilmiş yarası, sağ əlin İİ və İ barmaqlarının orta və dırnaq falanqalararası oynağı nahiyələrinin kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən, sol alt göz qapağı və gözaltı-almacıq nahiyəsinin qançır- şişkinliyi, sol gözün ağlı qişasına qansızma, sağ almacıq və almacıq-gicgah qövsü nahiyəsinin, boyun nahiyəsinin sol kürəküstü nahiyənin, döş qəfəsinin arxa səthinin sıyrıqlan bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstəriliən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasma səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ əlin ovuc səthinin cərrahi tikişə ehtiyacı olan iri ölçülü kəsilmiş yarası, sağ əlin İİ və İİİ barmaqlarının orta və dırnaq falanqalararası oynağı nahiyələrinin kəsilmiş yaraları olabilsinki, bıçağın tiyəsinin kəsərinin təsirindən, digər xəsarətlər isə müxtəlif şəraitlərdə əmələ gələ bildiklərindən, dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşa bilərdi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş kompleks (məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik) tədqiqinə dair xx.xx.2023-cü il tarixli, 504- MTKŞ/2023 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş balış üzü üzərində tikilən zəncirbəndin sərbəst kənarından başlayan cırılma zədəsi aşkar olundu. Bu cırılma balış üzünün müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilibdartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş yorğan üzü, mələfə, dəsmal üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus köynək, şalvar və tuman üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş maddi sübutların tibbi-bioloji tədqiqinə dair 21 noyabr 2023-cü il tarixli 670/2023-MTBŞ saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu B /İll/-dir. (tədim olunan sənədin surətinə əsasən). Mərhum Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrııpıı B alfa (H) /İİİ/dir. Ekspertizaya təqdim edilmiş bıçaq, 10 ədəd qırıntı (vaza), qab (RedBu 11), 05 ədəd çubuqlu pambıq topası, mələfə, dəsmal, yorğan üzü, yastıq üzü, Təqsirləndirilən şəxs məxsus uzunqol köynək, şalvar üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanm qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda B və H antigenləri alındı. Bu qan ləkələri B-alfa (H) /İİİ/ qruplu şəxsə(şəxslərə).-o cümələdən mərhum Zərərçəkmiş şəxs və ya eyni qruplu olan Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuda qanaxma müşayiət olunan xəsarətlər olubsa və onun qanında müşayətçi H antiqeni vardırsa). Ekspertizaya təqdim edilmiş 03 ədəd qoruyucu (prezervativ) üzərində tək-tək spermatozoidlər olan sperma ləkələri aşkar edildi. Bu ləkələrdə spermanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda, qrup antigenləri alınmadığı üçün onların qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus tuman üzərində qana bənzər şübhəli ləkə aşkar olunmadı. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 02 oktyabr 2023-cü il tarixli 2788 saylı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi- emosional vəziyyətində aqresiya yaranmış, həmin halın yaranması onda aşkar olunan emosional-iradi sferasındakı pozuntularla (emosional dayanıqsızlıq, neqativ amillərə qarşı dözümsüzlük, qıcığa qarşı həssaslıq, astenizasiya (tez yorulma, özünü tükənmiş kimi hissetmə), əhval-ruhiyyəsinin dəyişkən olması) əlaqədar olmuşdur. X18 oglu cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək göstərdi ki, zərərçəkmiş şəxs sosial şəbəkələrdə qazi və şəhidləri təhqir etdiyinə görə onunla məsələni aydınlaşdırmaq üçün onun evinə getmişdir. Zərərçəkmiş şəxs onun qazi olduğunu öyrəndikdən sonra onun üzərinə bıçaqla hücum etmişdir. O, bıçağı zərərçəkmiş şəxsin əlindən aldıqdan sonra zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadələrini özünün ibtidai istintaqın ilkin mərhələsində verdiyi işin faktiki halları ilə eynilik təşkil edən ifadələrini, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, ekspertiza rəyləri və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla müqayisəli təhlil edərək qeyd edir ki, onun inkaredici ifadələri öz müdafiəsinə yönəlmiş, faktiki əsası olmayan ifadələr kimi nəzərə alınmalıdır. Çünki onun həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi inkar edici ifadələrini təsdiq edən sübutu müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini təkzib edərək, zərərçəkmiş şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmadığını, evə girən kimi münqaişənin başladığını, zərərçəkmiş şəxs onun üzərinə bıçaqla gəldiyindən hadisənin baş verdiyini göstərdi. Məhkəmə onun bu ifadələrinin ekspertizaya təqdim edilmiş 03 ədəd qoruyucu (prezervativ) üzərində tək-tək spermatozoidlər olan sperma ləkələri aşkar edildiyini göstərən maddi sübutların tibbi-bioloji tədqiqinə dair 21 noyabr 2023-cü il tarixli 670/2023-MTBŞ saylı ekspert rəyi ilə təkzib olunduğu və onun ifadələrinin əsaslı şübhələrlə müşahidə olunduğu qənaətinə gəlir. Həmin şübhələri isə məhkəmədə X3 xeyrinə aradan qaldırmaq mümkün olmadı. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüququna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını qeyd edir. O isə bəyanatlarında iddia etdiyi halları təsdiq edən sübut təqdim etmədi. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsini və onun əməlinin Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nəsimi rayon prokurorluğuna təhvil verilmiş 10 ədəd şüşə (vaza) qırıntıları, “RedBull” qabı, 05 ədəd çubuqlu tampon topası, yorğan üzü, yastıq üzü, mələfə, dəsmal, bıçaq, 03 ədəd qoruyucu (prezervativ), Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, şalvar və tumanın istehlak dəyərini itirmiş əşyalar kimi məhv edilməsini, Baş Prokurorluğunun depozit seyfində saxlanılan 1 ədəd C02117367 nömrəli 100-lük, 1 ədəd A33655877 nömrəli 100-lük, 1 ədəd A51818599 nömrəli 50-lik, 1 ədəd B10504760 nömrəli 50-lik, cəmi 300 manat məbləğində pul vəsaitinin isə Təqsirləndirilən şəxs iradəsinə uyğun onun yaxın qohumlarına verilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 45 ( qırx beş ) saat hüquqi yardım göstərilməsi və bu səbəbdən ona 270 ( iki yüz yetmiş) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib təqsirləndirilən şəxsin həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi əvvəllər məhkum olmaması və ibtidai istintaq zamanl etirafedici ifadələr verib cinayətin üstünün açılmasında fəal iştirak etməsi müəyyən olundu. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş və “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə həmin halın Təqsirləndirilən şəxs Səyavuş oğlunun şəxsiyyətini xarakterizə edən hallar olaraq hesab edib onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 26 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində həbs qətimkan tədbiri seçilib hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs qəsdən xüsusi ilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın onun tərəfindən Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 24 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nəsimi rayon prokurorluğuna təhvil verilmiş 10 ədəd şüşə (vaza) qırıntıları, “RedBull” qabı, 05 ədəd çubuqlu tampon topası, yorğan üzü, yastıq üzü, mələfə, dəsmal, bıçaq, 03 ədəd qoruyucu (prezervativ), Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, şalvar, tuman istehlak dəyərini itirmiş əşyalar kimi məhv edilsin, Baş Prokurorluğunun depozit seyfində saxlanılan 1 ədəd C02117367 nömrəli 100-lük, 1 ədəd A33655877 nömrəli 100lük, 1 ədəd A51818599 nömrəli 50-lik, 1 ədəd B10504760 nömrəli 50-lik, cəmi 300 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs iradəsinə uyğun onun yaxın qohumlarına verilsin. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərmiş olduğu hüquqi yardıma görə Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 270 (iki yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləği ödəməkdən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar