Məhkəmə qərarları › İş №1(101)-1267/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1267/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1267/2024 22.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Zəngilan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 11:00-da açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini satıb qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək öz aralarında cinayət rollarını bölüşdürüb “Mehdi” adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəkləri barədə razılığa gələrək bunun icrası üçün sonuncunun bildirdiyi istintaqa məlum olmayan bank hesabına 750 manat məbləğində pulu köçürüb “Mehdi”-nin təşkili ilə cinayətkar qrupun naməlum üzvü tərəfindən ünvan 3 ünvanında yerləşən “Neftçilər” xəstəxanasının yaxınlığında yaşıllıq zolağında qoyulmaqla sonuncu tərəfindən ona bildirilmiş yerdən 05 sentyabr 2023-cü il tarixdə axşam saatlarında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 12,467 qram narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 4,721 qram psixotrop maddə metamfetamini götürməklə əldə edib ayrı-ayrı bükümlərə bölərək satış üçün hazırlayaraq üzərində saxlamaqla daşımış, 06 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu Mikrorayon, M.Cəlal küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd boz rəngli cins şalvarın qabaq sağ yan cibindən 01 ədəd qara rəngli pul qabının içərisindən 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,425 qram və həmin şalvarının sol yan cibindən 01 ədəd üzərində “Winston” yazıları olan siqaret qutusunun içərisindən ümumi bükülüdə yerləşdirilmiş 07 ədəd qara şəffaf sellofan bükümlər olmaqla ayrı-ayrılıqda təmiz çəkiləri 9,645 qram, 0,431 qram, 0,702 qram, 0,311 qram, 0,329 qram, 0,303 qram, 0,321 qram, külli miqdarda ümumi təmiz çəkiləri 12,467 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 4,721 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 06 sentyabr 2023-cü il tarixdə, saat 09:00-da Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən “Araz” marketdən çıxarkən çevik polis alayının əməkdaşları ona yaxınlaşıb ad-soyadını soruşmuş, məlumatları portala daxil edildikdən sonra əvvəllər məhkum olunduğuna görə onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət etdikdə razılaşıb getmiş, polis əməkdaşları həmin polis bölməsinin həyətində onun üzərini axtarsalar da, heç nə tapmamışlar. Bölməyə daxil olarkən növbətçi hissədə üzərinə baxış keçirilməzdən əvvəl üzərində qeyri-qanuni əşyaların olub-olmaması soruşulduqda, o, içərisində 0,5 qram “kakos”, yəni narkotik vasitə heroin olan pul kisəsini növbətçi hissədəki polis əməkdaşına təqdim etmişdir. Müvəqqəti saxlama yerində 2-3 saat gözlədikdən sonra əməliyyat müvəkkilləri gəlib onu inzibati binanın üst mərtəbəsinə aparmış, orada polis əməkdaşları əvvəllər məhkum olunduğu üçün təqdim edilən başqa narkotik vasitələrin də ona məxsus olmasını deməsini tələb etsələr də, etiraz etdiyinə görə ona fiziki və psixi zorakılıq edilmişdir. Dəvət edilmiş müdafiəçi onun üzərində qan və toz-torpaq olması səbəbindən videoçəkilişlə aparılan istintaq hərəkətində iştirak etməkdən imtina etmiş, zorakılıqlar nəticəsində o, razı qalıb narkotik vasitə heroin və psixotrop maddənin özünə məxsus olduğunu demişdir. Üzərində 0,5 qram narkotik vasitə heroin aşkarlanmış, ittihamda qeyd edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs internet vasitəsilə tanıdığı “Mehdi” adlı şəxsdən 2 qram çəkidə narkotik vasitə heroini Bakı şəhəri Xətai rayonunda yerləşən xəstəxananın yanından əldə etdiyini, 3 nəfər çevik polis alayının əməkdaşları tərəfindən saxlanıldığını, ona zorakılıq etmiş şəxsləri tanımadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməliyyat müvəkilli vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, 06 sentyabr 2023-cü il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən “Araz” marketin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə gətirilmişdir. Həmin polis bölməsində təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərində bir neçə bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilmiş, aşkarlanan həmin narkotik tərkibli maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik maddələrin satışı və istifadəsi ilə məşğul olması barədə olmasını, hadisənin üzərindən xeyli vaxt keçməsi səbəbindən tam olaraq xatırlamadığını, Təqsirləndirilən şəxs aşkarlanmış narkotik maddələri şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirdiyini, saxlanılarkən Təqsirləndirilən şəxs tək olduğunu, həmin vaxt hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs polis bölməsində müdafiəçi ilə təmin olunsa da, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçisinin iştirak etmədiyini, Təqsirləndirilən şəxs aşkarlanmış narkotik maddələrin özünə məxsus olduğunu etiraf etdiyini, Təqsirləndirilən şəxs o və Şahid2 tərəfindən saxlanıldığını, çevik polis alayının əməkdaşları tərəfindən saxlanılmadığını, Təqsirləndirilən şəxs videoçəkiliş zamanı təqdim etməsi üçün heç bir əlavə narkotik maddə təqdim olunmadığını, o və digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin sahə inspektoru vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 06 sentyabr 2023-cü il tarixdə, saat 09:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən “Araz” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncunu Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin polis bölməsində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı mobil telefon, bank kartları, pul qabı, üzərində “Winston” yazısı olan siqaret qutusu, 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, siqaret qutusunun içərisindən isə 07 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, daha sonra aşkarlanmış narkotik maddələr qablaşdırılaraq müvafiq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddələri İran İslam Respublikasının vətəndaşı olan Mehdi adlı şəxsin bank kartına 750 manat məbləğində pul göndərməsi müqabilində Bakı şəhəri, Xətai rayonunda yerləşən “Neftçilər Xəstəxanası”-nın yaxınlığından əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxladıqlarını, saxlanılarkən Təqsirləndirilən şəxs tək olduğunu, sonuncunun polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq hərəkətlərinin edilmədiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik maddələri İran İslam Respublikasının vətəndaşı olan Mehdi adlı şəxsin bank kartına 750 manat məbləğində pul göndərməsi müqabilində həmin şəxsin göndərdiyi ünvandan əldə etdiyini etiraf etdiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın bir neçə gün əvvəlcədən də ola bildiyini, lakin həmin məlumat üzrə əməliyyat-axtarış tədbirlərinin 06 sentyabr 2023-cü il tarixdə həyata keçirildiyindən, əməliyyat qrupunun yaradılması barədə raportun həmin tarixdə yazıldığını, daxil olmuş əməliyyat məlumatına görə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan narkotik maddələri təqdim etdiyini, Təqsirləndirilən şəxs o və Şahid1 ibarət əməliyyat qrupunun saxladığını, Təqsirləndirilən şəxs saxlanılmasında başqa polis əməkdaşlarının iştirak etmədiyini, olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:00-da Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi “Araz” marketin yaxınlığında olan zaman əlverişli şərait yarandığından saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 8) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 09:00-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 21-22) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan tünd-boz rəngli cins şalvarın qabaq sağ yan cibindən 01 ədəd qara rəngli pul qabını, şalvarının sol yan cibindən 01 ədəd üzərində “Winston” yazıları olan siqaret qutusu və 01 ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonunu çıxararaq masanın üzərinə qoymuş, baxış zamanı qara rəngli pul qabının içərisində 01 ədəd Nikoil banka məxsus plastik kart, Çin Xalq Respublikasının 1010 yuan məbləğində pul əskinasları, özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd qəbz və qara rəngli sellofan bükümdə qəhvəyi rəngli, spesifik iyi olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, 01 ədəd üzərində “Winston” yazıları olan siqaret qutusunun içərisindən ümumi bükülüdə 07 ədəd qara şəffaf sellofan bükümlərdə qəhvəyi rəngli spesifik iyi olan narkotik vasitə heroinə bənzər kütlələr və 01 ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində el arasında “kakos” və “patı” adlanan narkotik vasitə və psixotrop maddələr olduğunu, həmin vasitə və maddəni “Mehdi” adlı İran vətəndaşı ilə əlaqə saxlayıb onun hesabına 750 manat köçürərək Xətai rayonu ərazisinə “Neftçilər” xəstəxanasının yaxınlığına qoyulmuş yerdən götürüb əldə etdiyini, həmin vasitə və maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, aşkarlanmış bükümlər zərfə qoyulduqdan sonra qablaşdırılıb möhürlənərək proses iştirakçıları tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqə 31; 35-36; 85) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4729 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs”, “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,425 qram və 01 ədəd üzərində “Winston” yazıları olan siqaret qutusunun içərisindəki ümumi sayı 07 ədəd qara şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,645 qram, 0,431 qram, 0,702 qram, 0,311 qram, 0,329 qram, 0,303 qram, 0,321 qram, ümumi təmiz çəkiləri 12,467 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və həmin siqaret qutusunun içərisində 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,721 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki ümumi sayı 08 (səkkiz) ədəd bükümdə olan heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazizisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi 12,467 qram olmuş, 0,160 qram (hər ob.0,02 qr) tədqiqata sərf edildikdən sonra12,307 qram qalıq qalmış, metamfetaminin ümumi təmiz çəkisi 4,721 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 4,671 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 40-46) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-2001/2023 nömrəli qərarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciəti geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 67-68) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 70-72) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-948/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(001)-1172/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 06 yanvar 2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 106-111; 191-194) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. (Cild 1, iş vərəqə 139; 159-170) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X4 xx.xx.2023-cü il tarixli, 11704 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2010-xx.xx.2010, xx.xx.2010-xx.xx.2010, xx.xx.2013-xx.xx.2013, xx.xx.2013-xx.xx.2023-cü il tarixlərdə həmin xəstəxanada stasionar müalicədə olmuş, ona “Qısamüddətli depressiv reaksiya adaptasiya pozuntusu nəticəsində” diaqnozu qoyulmuşdur. (Cild 1, iş vərəqə 141) xx.xx.2023-cü il tarixli “Mobil telefon aparatına və telefon məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən götürülmüş 1 ədəd içərisində ***-***-**-** GSM nömrə olan “Samsung Galaxy A 10” markalı mobil telefonuna və həmin mobil nömrəsi ilə bağlı "xxxx" MMC-dən 25 sentyabr 2023-cü il tarixli 21627 nömrəli məktubla göndərilmiş 01 ədəd CD-R diskə baxış keçirilən zaman mobil telefonun yaddaşında “Mehdi Anar” adı ilə “+**********86” saylı mobil nömrə mövcuddur. “İnternet” şəbəkəsində olan məlumatlara əsasən “+98” kodu İran İslam Respublikasının mobil nömrələrinin beynəlxalq telefon kodudur. “Whatsapp” tətbiqində olan məlumatlara baxış zamanı “Mehdi” adlı şəxsin xx.xx.2023-cü il tarixdə saat 23:03-dən xx.xx.2023-cü il tarixdə saat 02:18-dək müddət ərzində Təqsirləndirilən şəxs ilə qarşılıqlı olaraq dəfələrlə telefon danışıqları apardığı müəyyən edilmiş, “Mehdi” adlı şəxsin göndərdiyi, fars əlifbasının hərfinin işarəsi ilə üzəri yazılmış şəkildə satılan narkotik vasitə və psixotrop maddələrin alıcı tərəfindən götürülməsini asanlaşdırmaq məqsədi ilə harada gizlədərək yerləşdirdiyini işarə ilə təsvir edən foto aşkar olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 21627 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD-R diskə baxış zamanı həmin diskin yaddaşında 01 ədəd 16932 nömrəli ZİP faylın, həmin fayl açıldıqda daxilində 04 ədəd faylların, 1-ci faylın-516260231_SMS.txt -Bloknot adında, daxilində “Bu nə hərəkətdi eləyirsən.. mal əlivizə keçən kimi dəyişirsiz.. soxalar onun içinə”, “malın içini s... olmuyanda başqa olursuz, Xəyal telə cavab ver.. 3 saatdı gəlirsən hələ gəlib çıxmadın....”, “mal götürəndə nevə danışırdın indi qiymusan üstünə”, “100 dənə məsləhətdi əmanət dediyom kimi 50 də sənə qret.” məzmununda yazışmaların olduğu müəyyən olunmuşdur. 2-ci fayl - 516260231-k.m..xlsx adında- abunəçilərin telefon nömrələri və anket məlumatları vardır, 3-cü fayl - **********-ant.xlsx adında – 2023-cü ildə danışıqların vaxtı və antenna dairələri üzrə məlumatlar, 4-cü fayl – **********31.txt adında- İzahlı qaimə hesabatına dair məlumatlar, satılan narkotik vasitə və psixotrop maddələrin götürülməsini asanlaşdırmaq məqsədi harada gizlədərək yerləşdirdiyini işarə ilə təsvir edən 01 ədəd fotolardakı yer ensiz rakursla çəkildiyi üçün və həmin şəklin yanında və ya ətraf planında hamı tərəfindən tanınan yerlərin təsviri olmadığından vizual qaydada ünvanlarını müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 150-156) Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 46-4/2-14981 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girib qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetaminin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilmiş, “Mehdi” adlı şəxs və cinayət qrupunun üzvlərini, külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetaminin kimlərə hansı qiymətə satılması barədə məlumatlar əldə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 180) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hər hansı zorakılıq edilməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 182-184) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X4 xx.xx.2023-cü il tarixli, 5785 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 199- 200) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2023-cü il tarixli, 2758 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 202-203) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X1” X4 xx.xx.2023-cü il tarixli, 1737 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları, sol çiyinüstü nahiyənin və sol bazunun aşağı 1/3-nin bayır səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 4-6 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitdə əmələ gələ bilərdilər və hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (Cild 1, iş vərəqə 205-207) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş ümumi təmiz çəkisi 12,467 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 4,721 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, içərisində ***-***-**-** GSM nömrə olan “Samsung Galaxy A 10” markalı mobil telefon, "xxxx" MMC-dən daxil olmuş məlumatlar yazılan 01 ədəd CD-R disk və videogörüntülər yazılmış 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmış, 02 ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,307 qram narkotik vasitə heroin, 4,671 qram psixotrop maddə metamfetamin və içərisində ***-***-**-** GSM nömrə olan “Samsung Galaxy A 10” markalı mobil telefon saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (Cild 1, iş vərəqə 223- 224) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 243.4.3-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmış, maddi sübutlar, şəxsi axtarış və götürmə protokolu, tekefona və telefon məlumatlarına baxış protokolu, şahid ifadələri, üzləşdirmə protokolları, Azercell MMC-dən daxil olaraq telefon məlumatları yazılmış 01 ədəd CD-R diski, videoçəkilişin DVD diski, ekspert rəyləri və işdə olan digər istintaq materialları sübut növü kimi qəbul olunmuşdur. (Cild 1, iş vərəqə 225-238) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” qərardan görünür ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ona külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini satış üçün vermiş, şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Mehdi” adlı İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin müəyyən edilməsi məqsədi ilə barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılıb icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 240-241) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 245-246) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-667/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra keçirilmiş ilkin tibbi müayinə zamanı sol çiyin, sol körpücüküstü, sol dirsək nahiyyəsində 4-5 sm ölçüdə yaşılımtıl rəngli qançır müşahidə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Təqsirləndirilən şəxs barəsində olan 8566/2023 nömrəli tibbi kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “həbs olunan zaman xəsarət aldığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “sol çiyin, sol körpücüküstü, sol dirsək nahiyyəsində 4-5 sm ölçüdə yaşılımtıl qançır” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “hal-hazırda şikayəti yoxdur” yazısı qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2024-cü il tarixli, 3/3-7/266280/24 nömrəli məktubdan görünür ki, həmin xidmətdə arxivlərin saxlanılma müddəti bitdiyindən müvafiq informasiyanın təqdim edilməsi mümkün olmamışdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüqucunu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilmərnəsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, təqsirləndirilən şəxs müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində və polis bölməsində polis əməkdaşlarının ona qarşı fiziki və psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və ya psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 8566/2023 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “həbs olunan zaman xəsarət aldığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “sol çiyin, sol körpücüküstü, sol dirsək nahiyyəsində 4-5 sm ölçüdə yaşılımtıl qançır” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “ hal-hazırda şikayəti yoxdur” yazısı qeyd edilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Bakı şəhəri Binəqədi rayon prokurorluğuna sorğu ünvanlamış, həmin prokurorluğun xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən qanunsuzluqlara məruz qalması barədə müraciəti əsasında rayon prokurorluğunda xx.xx.2023-cü il tarixdə toplanılmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs və ya müdafiəçisinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından şikayət verməsi halı müəyyən edilməmişdir. Müvafiq qərarın təsviri hissəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 xx.xx.2023-cü il tarixli, 1963 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənəddə göstərilmiş “sol çiyin, sol körpücüküstü, sol dirsək nahiyəsində 4-5 sm ölçüdə yaşılımtıl qançır” bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti Təqsirləndirilən şəxs təcridxananın tibbi-sanitar hissəsində aparılmış xx.xx.2023-cü il tarixli müayinəsindən 5-7 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitdə əmələ gələ bilərdilər və hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Habelə, cinayət işinin materiallarında olan həmin X5 xx.xx.2023-cü il tarixli, 1737 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları, sol çiyinüstü nahiyənin və sol bazunun aşağı 1/3-nin bayır səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 4-6 gün əvvələ uyğun gəlir, müxtəlif şəraitdə əmələ gələ bilərdilər və hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxsin bədəni üzərindəki xəsarətlərin əmələ gəlmə müddətləri hər 2 ekspert rəyində müxtəlif olduğuna görə ibtidai istintaq orqanı tərəfindən şahid qismində dindirilmiş ekspert X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs müayinəsi onun tərəfindən xx.xx.2023-cü il tarixdə aparıldıqdan 1 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə aparıldığından hər iki müayinə üzrə xəsarətlərin törənmə müddətləri düzgün qeyd edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində olan ekspertin rəyi əsasında müəyyən edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs bədəni üzərində döş qəfəsinin arxa səthinin sağ yarısının sıyrıqları, sol çiyinüstü nahiyənin və sol bazunun aşağı 1/3-nin bayır səthinin qançırları xəsarətlərinin olduğunu inkar etmir, lakin ekspert rəyinə istinad edərək Təqsirləndirilən şəxs həmin xəsarətləri tutulduqdan əvvəl, yəni 02-04 sentyabr 2023-cü il tarixdə (08 sentyabr -4 gün=04 sentyabr və ya 08 sentyabr -6 gün =02 sentyabr) aldığı qənaətinə gəlir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 0,5 qram narkotik vasitə heroin olduğunu, ittihamda qeyd edilən miqdarda narkotik vasitə və psixotrop maddənin ona məxsus olmadığını, polis əməkdaşlarının əlavə narkotik vasitə və psixotrop maddəni gətirərək ona qarşı fiziki və psixi təsir göstərməklə özünə məxsus olmasını videoçəkiliş zamanı nümayiş etdirməsini tələb etdiklərinə görə, məcbur qalıb razılaşdığını, çevik polis alayının əməkdaşları tərəfindən saxlanıldığını söyləsə də, şahidlər Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən “Araz” marketin yaxınlığında saxlanıldığını, başqa polis əməkdaşının kömək üçün cəlb edilmədiyini, polis bölməsinin inzibati binasındakı xidməti otaqda şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs könüllü olaraq 08 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etdiyini, Təqsirləndirilən şəxs videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə bükümlər təqdim edərək özünə aid olduğunu etiraf etməsini tələb etmədiklərini bildirmişlər. Cinayət işinin materiallarının 7-ci vərəqində olan “Əməliyyat qrupunun təşkil edilməsi haqqında” protokoldan görünür ki, əməliyyat qrupuna Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları Şahid1 və Şahid2 daxil edilmiş, cinayət işinin materiallarından, habelə məhkəmə baxışı zamanı başqa polis əməkdaşının yaradılmış əməliyyat qrupuna cəlb olunması müəyyən edilməmişdir. Bundan başqa, iş materiallarının 35-36-cı vərəqlərində olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində olan 08 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni könüllü olaraq təqdim etmiş, həmin bükümlər kağız zərfdə qablaşdırılıb götürüldükdən sonra ekspertizanın keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4729 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №176” dairəvi möhür əksi və “şübhəli şəxs Təqsirləndirilən şəxs “imza” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdə təqdim edilmiş, zərf açıldıqda içərisində 1 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,425 qram olan açıq qəhvəyi rəngli maddə, 01 ədəd üzərində “Winston” yazıları olan siqaret qutusunun içərisində ümumi sayı 07 ədəd qara şəffaf sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 9,645 qram, 0,431 qram, 0,702 qram, 0,311 qram, 0,329 qram, 0,303 qram, 0,321 qram olan açıq qəhvəyi rəngli nəm vəziyyətdə maddələr və həmin siqaret qutusunun içərisində 01 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 4,721 qram olan ağ rəngli kristalşəkilli kütlə aşkarlanmışdır. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində həmin maddələrdən ümumi təmiz çəkisi 12,467 qram olan qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə-heroin olması, ümumi təmiz çəkisi 4,721 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin olması müəyyənləşmiş, rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Habelə, Təqsirləndirilən şəxs özünün məhkəmə baxışı və ibtidai istintaq zamanı üzərindən aşkarlandığını dediyi 1 ədəd bükümdə 0,425 qram çəkidə narkotik vasitə heroinin tərkibi ilə digər 7 ədəd bükümdə müxtəlif çəkilərdə olan narkotik vasitə heroinlərin tərkibləri müvafiq ekspert rəyinə əsasən eynilik təşkil etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs ifadələrinə tənqidi yanaşmaqla müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və raportlar müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin əməliyyat qərarı qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, münasibət bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin ittihama uyğun olan hissələrdə verdiyi ifadələrini, şahidlərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə və 2-ci Siyahısının 118-ci bəndinə əsasən, müvafiq olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotiklərin bir növünün külli miqdar, digərinin isə külli miqdar təşkil etmədiyi hallarda əməl cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə deyil, yalnız Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. İbtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə hazırki cinayət işindən təqsirləndirilən şəxsin əlbir olduğu “Mehdi” adlı şəxs və qeyrilərinin müəyyən edilərək istintaqının aparılması üçün ayrıca cinayət işi ayrılmışdır. İş materiallarından, təqsirləndirilən şəxsin həmin məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub İran İslam Respublikasının vətəndaşı “Mehdi” adlı şəxslə cinayətkar əlaqəyə girərək narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman cinayət məsuliyyəti yaradan 08 ədəd bükümdə 12,467 qram narkotik vasitə olan heroin, 01 ədəd bükümdə 4,721 qram psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkarlanmış narkotik vasitə olan heroinin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 83,1 dəfə, psixotrop maddə olan metamfetaminin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 31,4 dəfə çoxdur. Bundan başqa, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “+994-51-626-02-31” mobil nömrəyə və həmin mobil nömrədən fərqli tarixlərdə müxtəlif şəxslərə “Bu nə hərəkətdi eləyirsən.. mal əlivizə krçən kimi dəyişirsiz.. s..alar onun içinə”, məzmununda, “malın içini s... olmuyanda başqa olursuz, Xəyal telə cavab ver.. 3 saatdı gəlirsən hələ gəlib çıxmadın....” məzmununda, “mal götürəndə nevə danışırdın indi qiymusan üstünə” məzmununda, “100 dənə məsləhətdi əmanət dediyom kimi 50 də sənə qret.” məzmununda və digər məzmunlarda mesajların yazılması müəyyən edilir. Həmin mesajların mətnindən də görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan nömrə vasitəsilə fərqli tarixlərdə “mal”, “dənə” sözləri altında narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların mövcudluğu aşkarlanmışdır. Habelə, xx.xx.2023-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan da görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung Galaxy A 10” markalı mobil telefonun yaddaşında “Mehdi Anar” adı ilə “+**********86” mobil nömrə mövcud olmuş, “Whatsapp” proqramında olanlara baxış zamanı “Mehdi” adlı şəxsin xx.xx.2023-cü il tarixdə saat 23:03-dən xx.xx.2023-cü il tarixə saat 02:18-dək müddət ərzində Təqsirləndirilən şəxs ilə qarşılıqlı olaraq dəfələrlə telefon danışıqları apardığı müəyyən edilmiş, “Mehdi” adlı şəxsin göndərdiyi, fars əlifbasının hərfinin işarəsi ilə üzəri yazılmış şəkildə satılan narkotik vasitə və psixotrop maddələrin alıcı tərəfindən götürülməsini asanlaşdırmaq məqsədi ilə harada gizlədərək yerləşdirdiyini işarə ilə təsvir edən foto aşkar olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin çəkisinin külli miqdarda olmasına, müxtəlif şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı məqsədilə “sms” və “whatsapp” tətbiqi vasitəsilə yazışmaların mövcudluğuna, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair müvafiq əməliyyat məlumatının olmasına və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Quba Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarı ilə o, cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir və həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi və cəza təyin edilərkən məhkumluq Məcəlləyə uyğun nəzərə alınır. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasını çəkib xx.xx.2022ci il tarixdə cəzadan şərti azad olunduqdan 1 il 2 ay keçdikdən sonra yenidən qəsdən cinayət əməli törətmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünü, çəkisini, narkotik vasitənin çəkilib xırda bükümlərə bölünməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmasını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının mövcudluğunu, “Mehdi” adlı şəxslə cinayətkar əlbirliyini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-948/2023 saylı qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki nəhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,307 qram narkotik vasitə olan heroin, 4,671 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 21627 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung Galaxy A 10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X4 xx.xx.2023-cü il tarixli, 5785 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 06 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 12,307 qram narkotik vasitə heroin, 4,671 qram psixotrop maddə metamfetamin məhv edilsin. Şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 21627 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Samsung Galaxy A 10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar