Məhkəmə qərarları › İş №1(101)-1267/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1267/2025

20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1267/2025 20.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-335/2025 saylı hökmü ilə qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.

İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Məmməd” adlı şəxs ilə satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarındakı razılaşmaya görə istintaqa məlum olmayan “Məmməd” adlı şəxsin satış məqsədilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib istintaqa məlum olmayan üsulla göndərmiş olduğu istintaqla müəyyən edilməsi mümkün olmayan yerdən və vaxtda satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 1367,425 qram (1 kq 367,425 qr) psixotrop maddə metamfetamini və xeyli miqdarda təmiz çəkisi 138,66 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 2 ünvanına daşımaqla həmin miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini yaşadığı ünvanın həyətində yerləşən saxlanc yerində torbanın içərisində saxlamış, 02 noyabr 2024-cü il tarixdə saat 22:55 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq üstü yoxlanıldıqdan sonra, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq saat 23:45-də yaşayış evinə baxış zamanı isə evin həyətində yerləşən saxlanc yerində torbanın içərisindən bir ədəd sellofan bağlamada xeyli miqdarda təmiz çəkisi 138,66 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ayrı-ayrılıqda təmiz çəkiləri 495 qram, 490 qram, 320 qram, 62,425 qram kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edən dörd ədəd sellofan bükümdə olmaqla xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 1367,425 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin və üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3-13- 7/Ə284/24 nömrəli əmrə əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal və Sabunçu rayonları ərazisində dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvan 1 ünvanında külli miqdarda narkotik maddə gizlətməsi barədə məlumat daxil olduğundan, onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqi 4; 5- 6; 7)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Baxış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 22:55-də ünvan 3 ünvanının yaxınlığında atası X5 ilə birlikdə hərəkətdə olan zaman saxlanılmış, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan “Honor” markalı mobil telefonu, həmin gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd siqaret qutusu, 01 (bir) ədəd alıqşan, əynində olan boz rəngli şalvarın sol yan cibindən 100 (bir yüz) manat pulu, 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 01 (bir) ədəd özünə məxsus sürücülük vəsiqəsini, 50 (əlli) qəpik pulu və 01 (bir) ədəd açarı təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərində qanunla qadağan edilmiş heç bir əşya və predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd mobil telefon, 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd sürücülük vəsiqəsi götürülmüş, pul və digər əşyalar isə müvafiq olaraq Təqsirləndirilən şəxs geri qaytarılmışdır. (Cild 1, iş vərəqi 10-11; 61)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair”, xx.xx.2024-cü il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” və “Baxış keçirilməsi barədə” protokollardan görünür ki, müvafiq istintaq hərəkəti ünvan 1 ünvanında aparılmış, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətindəki saxlanc yerində gizlətdiyi 01 (bir) ədəd torbanı təqdim etmiş, həmin torbanın içərisindən 01 (bir) ədəd sellofanda açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 04 (dörd) ədəd sellofanda psixotrop maddə metamfetaminə bənzər kütlələr və 02 (iki) ədəd elektron tərəzi aşkar olunduqdan sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, daha sonra aşkar olunmuş predmetlər qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı “Məmməd” adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 12-13; 16-17; 62)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5116 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan bağlamadakı 04 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 495 qram, 490 qram, 320 qram və 62,425 qram, ümumi təmiz çəkisi 1367,425 qram (1kg 367,425qr) kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 02 (iki) ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminlər kimyəvi komponent tərkibinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 1367,425 qram olmuş, 0,7 qram tədqiqata sərf edildikdən sonra 1366,725 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. (Cild 1, iş vərəqi 42- 46)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 7/1818 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bağlamada təmiz çəkisi 138,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir ədəd olduğuna görə müqayisəli tədqiqat aparılmamışdır. Təqdim edilmiş iki ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin qalıqları (izləri) yoxdur. Qeyd: Marixuananın təmiz çəkisi 138,66 qram olmuş, 0,02 qram tədqiqata sərf edildikdən sonra 138,64 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat təşkil edir. (Cild 1, iş vərəqi 48-50)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Telefon ilə aparılmış əməliyyatlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş içərisində ***-***-**-** saylı mobil nömrə olan “Honor” markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 64)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 65- 66)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 04 may 2024-cü il tarixdən 03 noyabr 2024-cü il tarixədək olan müddətə daxil olan və çıxan zənglərə dair çıxarışlara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 148)

11. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, ***-**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, onun narkotik vasitəni konkret kimə satması və ya ondan narkotik vasitə almış şəxslər barədə məlumatların əldə olunması, həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. (Cild 1, iş vərəqi 149)

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7591 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 1, iş vərəqi 153-154).

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli 498 saylı ambulator-məhkəmə-psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqi 155-157)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə ayrıca cinayət işinin icraata ayrılması qərara alınmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmiş, 03 ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 157-167)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanca verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən 1367,425 qram psixotrop maddə metamfetamin və 138,66 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilməklə, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1366,725 psixotrop maddə metamfetamin, 138,64 qram narkotik vasitə qurudulmuş marixuana və 02 (iki) ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 169-170)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, müvafiq cinayət işinin materiallarından “Məhəmməd” adlı şəxsin və qeyrilərinin barəsində CM-in 234.4-1-ci maddəsi ilə ayrıca cinayət işi icraata ayrılmışdır. (Cild 1, iş vərəqi 175-176)

17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 182-183)

18. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. 02 noyabr 2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Nadir Rahimov həmin tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı heç bir qanunsuz maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən mobil telefon, pul vəsaiti, bank kartı və şəxsiyyət vəsiqəsi aşkarlandıqdan sonra həmin şəxsin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evə baxış keçirilən zaman evin zirzəmi hissəsindən təxmini çəkisi 150 qram olan narkotik vasitə marixuana, təxmini çəkisi 1500 qram olan psixotrop metamfetamin və 02 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Aşkarlanmış həmin narkotik tərkibli maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman atası ilə birlikdə saxlanılmış, Təqsirləndirilən şəxs atası Yadulla Rəhimov da onlarla birlikdə Baş İdarəyə getmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zorakılıq göstərilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ev fərdi yaşayış evi, yəni həyət evi olmuşdur. Fərdi yaşayış evinin neçə mərtəbədən ibarət olduğunu xatırlamamışdır. Narkotik tərkibli maddələr evin zirzəmi hissəsindən aşkarlanmış, o, videoçəkilişdə iştirak etmişdir. Təqsirləndirilən şəxs özü könüllü şəkildə evində narkotik tərkibli maddələrin olduğunu polis əməkdaşlarına bildirmiş, narkotik tərkibli maddələr masanın üzərində olmuş, əməliyyat qrupunun tərkibinə 2-3 nəfər polis əməkdaşı daxil edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə başqa kiminsə olubolmadığını xatırlamamış, Təqsirləndirilən şəxs atası da onlarla birlikdə evə getmişdir.

19. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə əsasən eyni məzmunda ifadə verərək Təqsirləndirilən şəxs yaşadığı evdən ittihamda qeyd olunan çəkidə və növdə narkotik vasitənin və psixotrop maddənin aşkarlandığını bildirmişdir.

20. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs CMin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ay əvvəl sosial şəbəkədə özünü ona “Məmməd” adlı şəxs kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə tanış olduqdan sonra sonuncu ona narkotik vasitə və psixotrop maddəni deyəcəyi yerdən götürüb söyləyəcəyi digər yerə qoymaqla pul qazana biləcəyini dedikdə, onun anası ağır yataq xəstəsi olduğuna görə pula ehtiyacı oduğundan “Məmməd” adlı şəxsin ona etdiyi təklif ilə razılaşmışdır. 2024-cü ilin oktyabr ayının sonunda sosial şəbəkədə tanış olduğu, adını “Məmməd” kimi bildiyi İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi məkana gedib, yəni axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu ərazisindən sellofan torbanı götürüb yaşadığı ünvan 2 ünvanına daşıyıb yaşadığı ünvanın həyətində yerləşən saxlanc yerinə gətirib orada gizlətmişdir. “Məmməd” adlı şəxsin bildirmiş olduğu yerdən həmin maddəni götürməkdə məqsədi sonuncunun ona deyəcəyi yerlərə qoymaqla pul əldə etmək olmuşdur. 02 noyabr 2024-cü il tarixdə saat 22:55 radələrində atası ilə birlikdə ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun külli miqdarda psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdikdən sonra barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib ondan üzərində qanunla qadağan olan hər hansı əşya olduğu təqdirdə təqdim etməsini xahiş etmişlər. Bundan sonra o, əynində olan qara rəngli gödəkçəsinin ciblərindən 1 ədəd “Honor” markalı mobil telefonu, 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı, şalvarının cibindən isə 100 manat pulu, özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, 50 qəpik pulu və yaşadığı evin açarını təqdim edib üzərində başqa heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərinə yoxlanış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkaşları ona yaşadığı evdə külli miqdarda psixotrop maddə və narkotik vasitəni saxlamasını bildirdikdə o, yaşadığı ünvanın həyətində yerləşən saxlanc yerində psixotrop maddə və narkotik vasitələrini saxlamasını bildirmişdir. Daha sonra polis əməkdaşları ilə bərabər yaşadığı ünvan 5 ünvanına gəlinmişdir. O, yaşadığı evin həyətində yerləşən saxlanc yerindən içərisində psixotrop maddə və narkotik vasitələr olan sellofan bağlamaları polis əməkdaşlarına təqdim etmiş və həmin narkotik tərkibli maddələri 2 ay bundan öncə sosial şəbəkədə tanış olduğu, adını “Məmməd” kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsilə 2 gün əvvəl axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürdüyünü, həmin maddəni götürməkdə məqsədinin “Məmməd” adlı şəxsin ona deyəcəyi yerlərə qoymaqla pul əldə etmək olduğunu, anası ağır yataq xəstəsi olduğuna görə pula ehtiyacı oduğundan İran İslam Respublikasının vətəndaşı olaraq bildiyi “Məmməd” adlı şəxsin təklifi ilə razılaşdığını, sonuncunun psixotrop maddə və narkotik vasitəni haradan əldə etməsini bilmədiyini bildirmişdir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

21. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 03 noyabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ərazisində atası ilə görüşərək avtomobili təhvil verib evə getmək məqsədilə yola düşərkən, çoxlu sayda polis əməkdaşı ona yaxınlaşıb üzərində axtarış və baxış həyata keçirməyə başlamışlar. Lakin üzərində heç bir şey aşkar edə bilmədiklərinə görə, ona yaşadığı evə onları aparmağı təklif etmişlər və evdən aşkar olunacaq narkotik tərkibli maddələri üzərinə götürməyini, əks halda atasını da ona qoşaraq hər ikisini polis idarəsinə əlbir şəkildə aparacaqlarını söyləmişlər. O, polis əməkdaşlarına anasının xəstə olduğunu, dediklərini edə bilməyəcəyini dəfələrlə söyləməsinə baxmayaraq onu dinləməmişlər. O da məcbur qalıb atasına görə polis əməkdaşlarının dediklərini etməli olmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, Maştağa qəsəbəsi ərazisində yerləşən xəstəxanada qeydiyyatda olmuş və orada qeyri-rəsmi münasibətdə olduğu xanımla yaşamış, taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. O, hadisə günü yığıncaqdan qayıtmış və avtomobili “Rent-a-car”-dan götürdüyünə görə qaytarmaq məqsədilə Yasamal rayonu ərazisinə getmişdir. Avtomobili geri qaytardıqdan sonra “Günəş Petrol” istiqamətində atası ilə görüşmək məqsədilə irəliləmişdir. Məqsədi atası ilə görüşüb, yemək yeyib daha sonra evə getmək olmuşdur. Onu saxlayan polis əməkdaşlarını heç vaxt görməmiş, o, əvvəllər marixuana adlandırılan narkotik tərkibli maddə istifadə etmişdir. Cinayət törədərkən məhkumluğu olmamış, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmuş və barəsində həmin iş üzrə hökm çıxan zaman artıq Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. O, İran vətəndaşı ilə heç vaxt əlaqə saxlamamışdır. Evə gələn zaman nənəsi və anası evdə olmuş, ondan əvvəl polis əməkdaşları evə daxil olmuşlar. Onun əvvəllər polislərlə problemi olmuş, polis əməkdaşları narkotik tərkibli maddələri yaşadığı evdən çıxarmışlar. Polis əməkdaşları onu döymüş, o, bununla bağlı heç yerə müraciət etməmişdir. Narkotik tərkibli maddələri polis əməkdaşları evinə qoymuş, polislər onun harada yaşadığını bilmişlər. Evinin ünvanını özü polis əməkdaşlarına göstərmiş, o düşünmüşdür ki, həmin narkotik tərkibli maddələri polis əməkdaşları evinə qoymuşlar. İbtidai istintaqda olan ifadəsində qeyd olunan sözləri polis əməkdaşları onu məcbur etdiklərinə görə söyləmiş, həmin ifadədəki imza ona məxsus olmuş, lakin həmin imzanı psixi təsir altında ifadəyə çəkmişdir. Onu atası ilə hədələdiklərinə görə müdafiəçisi Müdafiəçi2 iştirak etsə də, o, polis əməkdaşlarının dediyi şəkildə ifadə verərək özünü təqsirli bilmişdir. O, saxlanılan vaxt avtomobilində olmuş, yəni piyada hərəkətdə olmamışdır. Polis əməkdaşları onu birbaşa evə aparmış, yəni polis idarəsinə aparmamışlar. Evdə olan zaman qanunsuz maddələrin yerini könüllü şəkildə polis əməkdaşlarına o göstərməmişdir. Atasını da onunla birlikdə saxlamış və onu atası ilə hədələmişlər. Polis əməkdaşları ona qarşı fiziki və psixi zorakılıq etmişlər. Hüquqlarının müdafiə olunması məqsədilə ona müdafiəçi təyin olunmamışdır. İdarədə olan zaman üzərinə videoçəkiliş əsasında baxış keçirməmiş, onun üzərinə küçədə baxış keçirmişlər. Onun saxlanılma prosesində 5-6 nəfər polis əməkdaşı iştirak etmişdir.

22. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, Təqsirləndirilən şəxs saxlanılarkən sonuncunun yanında olmamış, həmin prosesi görməmişdir. O və oğlu evə birgə getməyi planlaşdırdıqlarından, oğlu Təqsirləndirilən şəxs gözlədiyi vaxt avtomobillə bir şəxs yaxınlaşıb ondan Təqsirləndirilən şəxs atası olubolmadığını dəqiqləşdirdikdən sonra avtomobilə əyləşdirib tanımadığı məhəlləyə aparmışlar. Avtomobildə təxminən 4 nəfər polis əməkdaşı olmuşdur. O, polis idarəsinə aparılmış, daha sonra evə gələrkən isə təxminən 7 nəfər polis əməkdaşları iştirak etmiş, oğlu Təqsirləndirilən şəxs da onunla eyni evdə yaşamışdır.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

23. CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

24. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

25. Maddə 7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

26. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

27. Maddə 15.5. Cinayət Məcəlləsi ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur.

28. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

29. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

30. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

31. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

32. Maddə 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

33. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

34. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

35. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

36. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

37. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

38. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

39. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

40. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

41. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

42. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

43. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

44. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

45. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

46. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

47. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

48. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

49. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə qurudulmuş marixuananın təmiz halda 5 qramdan 500 qramadək miqdarı xeyli miqdar, psixotrop maddə metamfetamin təmiz halda 400 qram və ondan artıq olduqda xüsusilə külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

50. Maddə 1.0.1. Narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

51. Maddə 1.0.2. Psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır.

52. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

53. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

54. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

55. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

56. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

57. Qərarın 9-cu bəndi. Narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

58. Bundan başqa qeyd olunan qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib-törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olubolmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

59. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

60. Qərarın 26-cı bəndi. CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

61. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

62. Məhkəmə kollegiyası qeyd edir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi Cinayət Məcəlləsinin 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, həmin Məcəllənin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.

63. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.4-1-ci maddəsində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4-1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır.

64. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən məzmun olaraq sübuta yetirilməmişdir.

65. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxs X4 həmçinin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “İran İslam Respublikasının vətəndaşı “Məmməd” adlı şəxs və qeyrilərləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”-ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının X2 özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar, eləcə də təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etməsi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi müəyyən edilməmiş, ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.

66. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

67. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin Cinayət Məcəlləsinin daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

68. Beləliklə, məhkəmə kollegiyası hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X4 verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə verilmiş ittihamdan məzmun olaraq “qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi” ilə bağlı hissəsi irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

69. Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi irəli sürülmüş ittiham toplanmış sübutlarla təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin xeyli və xüsusilə külli miqdarda, bükümlər halında olması, üzərindən həmçinin 2 növ narkotik tərkibli maddə aşkar olunması, qurudulmuş marixuananın çəkisinin şəxsi istehlak miqdarı üçün nəzərdə tutulduğundan təxminən 27,6 dəfə, metamfetaminin çəkisinin şəxsi istehlak miqdarı üçün nəzərdə tutulduğundan təxminən 9111,5 dəfə çox olması, bükümlərin hazırlanması üçün 02 ədəd elektron tərəzinin mövcudluğunu və digər sübutlar narkotik vasitələrin və psixotrop maddənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.

70. Narkotik vasitələrin və psixotrop maddənin təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar edilməsi, qablaşdırılması, həmin narkotik tərkibli maddələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

71. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddənin növləri qadağan olunmuş əşya olduğundan və miqdarları qüvvədə olan qanunvericiliyə əsasən müvafiq olaraq xeyli və xüsusilə külli miqdarlar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

72. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə dair ittiham əsaslıdır.

73. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

74. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

75. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs yaşadığı evdən ittihamda qeyd olunan narkotik vasitələr və psixotrop maddənin aşkar edilmədiyini, narkotik tərkibli maddələri müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün evə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı fiziki və psixoloji təsir göstərildiyini bildirərək özünü təqsirli bilməmişdir.

76. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nədə başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, fiziki və psixoloji təsirlə bağlı həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir.

77. Məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3- 16-17/40/2-576/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilib ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, onun bədəninə baxış keçirilən zaman qarnın sağ yan nahiyəsində, sol qalça çuxuru nahiyəsində, alının sol tərəfində köhnə çapıqlar aşkar olunmuşdur.

78. Bundan başqa, Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli 2-2/318/3-103564/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixi və ya fiziki zorakılıq edilməsi ilə bağlı rayon prokurorluğuna hər hansı müraciət daxil olmadığından həmin xüsusatla bağlı Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılmamışdır.

79. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

80. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini mübahisələndirib atası ilə psixoloji təzyiq göstərildiyinə görə həmin məzmunda ifadə verdiyini bildirsə də, bu hal məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, o, xx.xx.2025-ci il tarixli ifadəsini özünün seçdiyi müdafiəçisinin iştirakı ilə vermişdir.

81. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

82. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs əvvəllər tanımadıqlarını, Təqsirləndirilən şəxsla aralarında ədavət və düşmənçiliyin olmadığını bildirməklə sonuncunun saxlanılmasında iştirak etdiklərini, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında ittihamda qeyd edilən çəkidə və növdə narkotik tərkibli maddələr aşkarlandığını bildirməklə məhkəmə iclasında Təqsirləndirilən şəxs üzünə qarşı ibtidai istintaqda verdikləri ifadəyə uyğun ifadə verməklə sonuncunu ifşa etmişlər.

83. Məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxsin yaşadığı ünvan 1 ünvanında psixotrop maddə metamfetamin və narkotik vasitələr qurudulmuş marixuana olmaması, narkotik tərkibli maddələri müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün onun yaşadığı həmin ünvana polis əməkdaşları tərəfindən qoyulması, ona qarşı fiziki və psixoloji təsirin göstərilməsi müəyyən edilməmişdir.

84. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Baş Narkotiklə Mübarizə İdarəsinin 5-6 nəfər əməkdaşı tərəfindən saxlanıldığını bildirsə də, cinayət işinin materiallarında olan həmin tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara əsasən Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat müvəkkillərindən başqa hər hansı şəxsin Təqsirləndirilən şəxs saxlanılmasında iştirakı həm şahid ifadələri, həm də cinayət işinin materialları ilə müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs daha çox polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı iddiası əsassızdır, bu, hər hansı sübuta söykənməmişdir.

85. Bundan başqa, məhkəmə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı müxtəlif formada, yəni atasını da cinayət məsuliyyətinə cəlb edəcəkləri barədə fiziki və psixoloji təsir göstərildiyi, evində hər hansı narkotik vasitə olmadığı barədə müdafiə tərəfinin mövqeyinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” protokola əlavə edilmiş videoçəkilişə baxdıqda videoyazının fasiləsiz aparıldığı, hər hansı kəsintiyə yol verilmədiyi, təqsirləndirilən şəxsin könüllü şəkildə təqdim etdiyi 01 ədəd torbada müxtəlif sayda sellofanlarda narkotik tərkibli maddəyə bənzər kütlələrin aşkarlandığı müəyyən edilmişdir. Həmin predmetlər qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmet ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur.

86. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

87. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməsi mümkün olmayan yerdən və vaxtda satış məqsədilə qanunsuz olaraq xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 1367,425 qram (1 kq 367,425 qr) psixotrop maddə metamfetamini və xeyli miqdarda təmiz çəkisi 138,66 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 2 ünvanına daşımaqla həmin miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini yaşadığı ünvanın həyətində yerləşən saxlanc yerində torbanın içərisində saxlamış, 02 noyabr 2024-cü il tarixdə saat 22:55 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq üstü yoxlanıldıqdan sonra, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq saat 23:45-də yaşayış evinə baxış zamanı isə evin həyətində yerləşən saxlanc yerində torbanın içərisindən bir ədəd sellofan bağlamada xeyli miqdarda təmiz çəkisi 138,66 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ayrı-ayrılıqda təmiz çəkiləri 495 qram, 490 qram, 320 qram, 62,425 qram kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynilik təşkil edən dörd ədəd sellofan bükümdə olmaqla xüsusilə külli miqdarda ümumi təmiz çəkisi 1367,425 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin və üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

88. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

89. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

90. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı davranışını, ailə üzvlərinin səhhətinin vəziyyətini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

91. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.

92. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-335/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. (Cild 1, iş vərəqi 107-108)

93. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

94. Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.

95. Göründüyü kimi, hazırki cinayət işi üzrə irəli sürülmüş ittiham birinci iş üzrə, yəni Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-335/2025 saylı hökmü çıxarılmazdan əvvəl törədilmiş cinayətlə bağlıdır.

96. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 noyabr 2024-cü il tarixdə əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 25, 87-92; 144-145; 223-227). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

97. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 02 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

98. Bundan başqa məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-335/2025 saylı hökmü ilə müəyyən edilmiş, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdən 20 iyun 2024cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır.

99. İş üzrə mülki iddia yoxdur, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

100. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1366,725 qram psixotrop maddə metamfetamin, 138,64 qram qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilməli, digər sübut əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması, evə baxış keçirilməsi və təqdim olunmuş əşyaya baxış keçirilməsi ilə götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.

101. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

102. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 186 (bir yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

103. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)- 335/2025 saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırki hökmlə təyin edilmiş 08 (səkkiz) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla, ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(012)-335/2025 saylı hökmü ilə müəyyən edilmiş, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdən 20 iyun 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət, bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün müddətə azadlıqdan məhrumetmə cəzası hesablansın və təyin edilmiş cəzadan çıxılaraq üzərində 08 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 1366,725 qram psixotrop maddə metamfetamin, 138,64 qram qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi məhv edilsin. Digər sübut - əməliyyat axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üzərinin yoxlanılması, evə baxış keçirilməsi və təqdim olunmuş əşyaya baxış keçirilməsi ilə götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 186 (bir yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar