Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1268/2021 15.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 və “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 oğlunun iştirakı ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 31 mart 2021-ci il tarixdə saat 20 radələrində şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşına sonuncunun Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yolun kənarında işlənmiş təkərlərin içərisinə yerləşdirdiyi bir ədəd bükümdə təmiz çəkisi 112,633 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və üç ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,850 qram, 5,166 qram və 1,806 qram ümumi təmiz çəkisi 8,822 qram olan ağ rəngli kristaliik hissəcik'ərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetaminə görə ümumilikdə 400 manat ödəməklə əldə edib qara rəngli pul qabının içərisinə yerləşdirib üzərində saxlamaqla daşımış, 01 aprel 2021-ci il tarixdə saat 17:30 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 167 saylı evin yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin İnzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qış gödəkçəsinin sol yan iç cibində olan qara rəngli pul qabının içərisindən bir ədəd bükümdə təmiz çəkisi 112,633 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroini və üç ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,850 qram, 5,166 qram və 1,806 qram ümumi təmiz çəkisi 8,822 qram olan ağ rəngli kristaliik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 01 aprel 2021ci il tarixdə, saat 17:30 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 167 saylı evin yaxınlığında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu demişlər. O da polis əməkdaşları ilə birlikdə Yasamal RPİnin 27-ci PB-nə getmiş, ona üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra əynindəki tünd göy rəngli, qış gödəkçəsinin sol yan iç cibindən, içərisində ona məxsus 1 (bir) büküm narkotik vasitə heroin, 3 (üç) bükümdə psixotrop maddə metamfetaminin olduğu qara rəngli pul qabısını təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə olan bir büküm heroini və 3 ədəd psixotrop maddə metamfetamini polis əməkdaşları götürdükdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, şalvarın sol yan cibindən 150 (yüz əlli) manat pul aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşları elektron tərəzidə həmin 1 (bir) bükümdə heroini qablaşdırma ilə birlikdə çəkmiş və çəkisi 116 qram (yüz on altı qram) olmuşdur. Sonra elektron tərəzidə həmin 3(üç) bükümdə psixotrop maddə metamfetamin qablaşdırma ilə birlikdə çəkmiş və ümumi çəkisi 10 qram (on qram) olmuşdur. Polis əməkdaşları 1 bükümdə olan narkotik vasitə heroini və 3 ədəd bükümdə olan psixatrop maddə metamfetamini zərfə qoyub zərfi möhürləmiş və bu barədə sənədləşmə aparmişlar. İçində siqaret dənələri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, 150 (yüz əlli) manat pul və pul qabı ona qaytarılmışdır. Həmin narkotik vasitə olan 1 büküm heroini və 3 büküm psixotrop maddə metamfetamin olan bükümləri təxminən 2-3 gün əvvəl özünü İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” kimi təqdim edən şəxsin vasitəsi ilə əldə etmişdir. İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” ilə 2020-ci ilin dekabr ayında tanış olmuşdur. “Məhəmməd”lə hərdən istifadəsində olan ***- ***-**-** nömrəli mobil telefonu ilə əlaqə saxlamışdır. “Məhəmməd”in telefon nömrəsini xatırlamır. Məhəmmədə hansı çəkidə və hansı tərkibdə narotik vasitə lazım olduğunu dedikdə, Məhəmmədin dediyi yerə gedib onun gizlətdiyi yerdən sifariş verdiyi narkotik vasitəni götürmüş, pulu yerinə qoymuşdur. İstifadəsində olan ***-***-**-** nömrəni sadə “Nokia” mobil telefonunda işlətmişdir. Tutulmamışdan 4-5 gün əvvəl anasını Fatmanın adına olan ***-***-**-** votsap nömrəsi ilə Məhəmmədlə əlaqə saxlamışdır. Məhəmməd narkotik maddələri qoyduğu yerin şəklini çəkib ona verdiyi anasının ***-***-**-** votsap nömrəsinə göndərmişdir. Sonuncu dəfə üstündə aşkar olunmuş 1 bükümdə olan 120 qram narkotik vasitə heroini və 3 bükümdə olan 12 qram psixotrop maddə metamfetamini 31 mart 2021-ci il tarixdə, saat 20 radələrində, Məhəmmədin dediyi yerdən, Babək prospektində yolun kənarında atılmış təkərlərin içərisindən götürmüş, həmin yerdə 1 büküm narkotik vasitə heroin üçün 300 manat və 3 ədəd psixotrop maddə metamfetamin üçün 100 manat pul qoymuşdur. Beləliklə Məhəmməd adlı şəxs ona 1 büküm 120 qram çəkidə narkotik vasitə heroini 300 manata və 3 ədəd 12 qram çəkidə psixotrop maddə metamfetamini 100 manata satmışdır. Qəbul etmək məqsədilə aldığı hər iki maddələrdən 2-3 gün ərzində özü istifadə etmiş, qalanı isə polis əməkdaşları tərəfindən aşkar edilmişdir. İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsi üzdən görməmiş, onunla ancaq vatsap vasitəsi ilə əlaqə saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təxminən 1 ildir narkotil vasitə qəbul edir, qəbul etdiyi narotik vasitələri Bakı şəhəri Papanin deyilən küçədə tanımadığı şəxslərdən almışdır. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili işləyir. 01 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri satış məqsədilə əldə etməsi və Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin 01 aprel 2021-ci il tarixli əmri ilə, onun rəhbərliyi ilə əməliyyat müvəkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs həmin tarixdə saat 17 radələrində yaşadığı ünvan 4 ünvanın yaxınlığında piyadə hərəkət etdiyini aşkar edərək onu saxlayıb özlərini təqdim etmiş və Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövrüiyyəsi ilə məşğul olmasında şübhəli olduğuna görə üzərinə video çəkilişlə baxış keçiriləcəyi elan edilmiş və Təqsirləndirilən şəxs buna etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl üstündə narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya varsa onları verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynindəki tünd göy rəngli, qış gödəkçəsinin sol yan iç cibindən 1(bir) ədəd qara rəngli pul qabını təqdim etmiş, həmin pul qabının içərisindən 1(bir) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 3(üç) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, 1(bir) ədəd alışqan, şalvarın sol yan cibindən 150(yüz əlli) manat aşkar olunmuşdur. Həmin 1(bir) bükümdə heroinə bənzər kütlə və 3 bükümdə metamfetaminə bənzər kütlələr zərfə qoyularaq zərf möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün içində siqaret dənələri olan siqaret qutusu, 1(bir) ədəd alışqan, 150 (yüz əlli manat) manat pul və pul qabı Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsilə əldə etdiyini, həmin maddələrdən istifadə etməklə yanaşı müxtəlif şəxslərə də hədiyyə kimi verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 iŞahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etdi. Məhkəmədə şahid dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs ilə yaşayır. Oğlu Elşən həbs olunmazdan təxminən 5-6 ay əvvəl iş tapa bilməmişdir. Elşənin nə ilə məşğul olduğunu bilməmişdir. 01 aprel 2021-ci il tarixdə axşam vaxtlarında polis əməkdaşı ona zəng edərək Elşənin narkotik vasitələr ilə məşğul olduğundan şübhəli şəxs qismində tutulduğunu və Yasamal rayonundakı polisdə saxlandığını bildirmişdir. Həmin vaxta qədər Elşənin narkotik vasitə satdığını və ya qəbul etdiyini görməmiş və bu barədə heç nə eşitməmişdir. İran İslam Respublikasının vətəndaşı “Məhəmməd” adlı qohumu və ya tanışı yoxdur. Elşənin də İİR-nin vətəndaşı “Məhəmməd” adlı tanışının olduğunu bilmir. İstifadəsində “Samsunq” markalı, ***-***-**-** votsap nömrəsi olan mobil telefonu var. Oğlu Elşən ***-***-**-** nömrəsi olan sadə Nokia mobil telefondan istifadə etmişdir. Bəzən Elşən telefonu yaxşı işləmədiyini deyib, onun istifadə etdiyi həmin “Samsunq” markalı, ***-***-**-** votsap nömrəsi olan mobil telefonunu özü ilə götürmüş, onun telefonu ilə kimlərlə danışdığını və ya əlaqə saxladığını bilməmişdir. Elşən telefonu ona qaytardıqdan sonra heç vaxt onun telefonla kimlərlə əlaqə saxlaması ilə maraqlanmamış və telefonu açıb baxmamışdır. Cinayət işinin139-142-ci vərəqlərində olan "xxxx" MMC-dən 15 aprel 2021-ci il tarixli BKC/LGL-5388/21 nömrəli məktuba əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**-nə 20.03.2021-ci il tarixdə saat 20:38:19-də, ***-***-**-** nömrəli mobil telefondan göndərilmiş sms-də “Lomkada qoydun bayram günü Allah canivi sağ eləsin”, 20.03.2021-ci il tarixdə saat 23:51: 14-də ***-***-**-** nömrəli mobil telefondan göndərilmiş sms-də “Kera bidənə görməy istəyirdime səni beyağ didiyim alındı indi gəlim?”, 22.03.2021-ci il tarixdə saat 16:03:48-də ***-***-**-** nömrəli mobil telefondan göndərilmiş sms-də “Adaş necəsən menə Viz at bu gün gələndə sənə borcu verim”, 26.03.2021-ci il tarixdə saat 18:40:01-də həmin nömrəli mobil telefondan göndərilmiş sms-də “Qaqaş gec gələrsən 8 man pulum var idi”, 27.03.2021-ci il tarixdə saat 03:43: 24-də ***-***-**-** nömrəli mobil telefondan göndərilmiş sms-də “Elşən qurban olum məni azad elə bu ağrılardan sən öl it kimi ulamağa başdiyəcəm sən Hüseynin canı otkaz eləmə dinən artıqlamasiylə cihacam hece” qeyd edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən 20.03.2021-ci ildə saat 00:34:43-də ***-***-**-**-ə göndərilmiş sms-də “pul düzəlir gəlirəm 3 saata”, 21.03.2021-ci ildə saat 23:24:24-də ***-***-**-**-ə göndərilmiş sms-də “1 qram kola”, 23.03.2021-ci ildə saat 03:11: 03-də ***-***-**-**-ə göndərilmiş sms-də “səhər gələrsən olacaq 10 gələcəy”, 26.03.2021-ci ildə saat 03.36:17-də ***-***-**-**-ə göndərilmiş sms-də “qoymuşam ora götür”, 31.03.2021-ci ildə saat 19:59:30-da ***-***-**- **-ə göndərilmiş sms-də “orxana 30 man verməlisən imkan varsa” qeyd edilmişdir. Cinayət işinin166-169-cu vərəqlərində olan "xxxx" MMC-dən 31 mart 2021-ci il tarixli AZF/LGL-11241/21 nömrəli məktuba əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs anası Şahid3 adına olan istifadə etdiyi ***-***-**-**-nə 28.03.2021-ci il tarixdə saat 18: 34: 09-də, ***-***-**-** nömrəli mobil telefondan göndərilmiş sms-də “brat açda səni gözləyirəm axı”, 30.03.2021-ci il tarixdə saat 22:32:58-də ***-***-**-** nömrəli mobil telefondan göndərilmiş sms-də “Kera menemvaqif yığda meni işim var srocni”, 31.03.2021-ci il tarixdə saat 01:10:29-da həmin nömrəli mobil telefondan göndərilmiş sms-də “Gelem brat bir balaca işim cıxdı gəlirəm amma narahat olma” qeyd edilmişdir. Cinayət işinin116-118-ci vərəqlərində olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks etdirən bir ədəd DVD diskə t baxış keçirilərək müəyyən olunmuşdur ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qurupunun təhqiqatçısı, polis baş leytenantı X2 xidməti otaqların birində özünü təqdim edərək Azərbaycan Respublikası CPM-nin 51, 86, 242-247-ci maddələrini rəhbər tutaraq DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis kapitanı Şahid1 iştirakı ilə şəxsi axtarış və götürmə aparılmasını, şəxsi axtarış və götürmə zamanı video görüntünün DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən həyata keçirilməsi qeyd edilir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələri və psixotrop maddələri və həmin maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına dəvət edilməsini və şübhəli şəxs qismində tutularaq müdafiə hüququnun təmin edilməsi məqsədi ilə müdafiəçinin dəvət edilməsi və hüquq vəzifələrinin izah olunması elan edilir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli, qış gödək çəsinin sol yan içcibindən 1(bir) ədəd qara rəngli, pul qabını təqdim edir. Həmin pul qabının içindən 1(bir) bükümdə narkotik vasitə heroinə bənzər, 3(üç) bükümdə, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunur. Sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynindəki qara rəngli şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, 1(bir) ədəd alışqan, şalvarın sol yan cibindən 150(yüz əlli) AZN pul aşkar olunur. Həmin 1(bir) bükümdə heroinə bənzər kütlə “Tefal” markalı elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisisinin 116 qram(yüz on altı qram) olduğu müəyyən olunur. Bundan sonra həmin 3(üç) bükümdə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 10 qram(on qram) olduğu müəyyən olunur. Həmin kütlələr ağ rəngli zərfə qoyulub zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparıldıqdan sonra şübhəli şəxs, müdafiəçi, tərəfimdən imzalandı və götürülmüşdür. Bundan içində siqaret dənələri olan siqaret qutusu, 1(bir) ədəd alışqan, 150(yüz əlli) AZN pul və pul qabı Təqsirləndirilən şəxs qaytarılır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı “Məhəmməd” adlı şəxsin vasitəsilə əldə etdiyini, həmin narkotik və psixotrop maddələrdən istifadə etməklə yanaşı müxtəlif şəxslərədə hədiyyə kimi verdiyini bildirir. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılır. Cinayət işinin 39-43-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 02 aprel 2021-ci il tarixli 6\1294 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 112,633 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,850 qr., 5,166 qr., 1,806 qr., ümumi təmiz çəkisi 8,822 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahi İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikaqsının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahi İ) daxildir. Cinayət işinin143-144-cü vərəqlərində olan məhkəmə-narkoloji ekspertizanın 12.04.2021-cu il tarixli 1051 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui- istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 145-150-ci vərəqlərində olan kompüter - texniki ekspertizasının 16 aprel 2021-ci il tarixli 5/338 nömrəli rəyində göstərilir ki, 1.Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli “**********78657, **********78655” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.
2. Təqdim olunan “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli mobil smartfonun yaddaşında mövcud olan kontaktlar, qəbul olunmuş zənglər, yığılmış zənglər, buraxılmış zənglər, “SMS” mesajlar, multimedia (foto, video,audio fayllar) məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş üç ədəd DVD-R diskə).)
3. Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli mobil smartfonun yaddaşından hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, “VVhatsApp” proqram təminatı və sosial şəbəkələrə aid proqram təminatları vasitəsilə aparılmış məlumat (çat seansı, multimedia (foto, video və audio fayllar) mübadiləsi və sairə fayllar) məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.
4. Təqdim edilmiş “Samsung Galaxy A10” markalı “SM-A105F” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “VVhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, audio, foto, video fayllar, qəbul olunmuş, çıxan, buraxılmış səsli və video zənglər) mübadilələri, “Messenger” sosial şəbəkəsində məlumat (çat seansı) mübadiləsi və “İnstaqram” sosial şəbəkəsinə aid “fatya.amiraslanova” adlı istifadəçi profilinin “Direct” bölməsində məlumat (çat seansı, foto və audio) mübadiləsi müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Cinayət işinin156-158-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 20 aprel 2021-ci il tarixli 830 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək, onları idarə etmək və baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin201-213 və 250-ci vərəqlərində olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 112,633 qram narkotik vasitə heroin və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 8,822 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış bir ədəd bükümdə təmiz çəksi 112,533 qr. narkotik vasitə heroin və 3 ədəd bükümdə ümumi təmiz çəkisi 8,732 qr. psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Cinayət işinin 116-118-ci vərəqlərində olan protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitə heroini və psixatrop maddə metamfetaminin satışı ilə məşğul olmaması barədə məhkəmədəki ifadəsində göstərdiyi xüsusatlar onun videoçəkiliş aparılmaqla üzərinə baxış keşirilməsinə dair protokol və hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə onun bu ifadəsini ittihamı təkzib edən sübut qismində qəbul etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 20-21-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 159-cu vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 110-cu vərəqində olan şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25.04.20190-cu təvəllüldlü bir nəfər azyaşlı uşağı var. Himayəsində bir nəfər azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində i deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 01 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 141,82 (bir yüz qırx bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut olaraq Yasamal RPİ-də saxlanılan – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 112,533 qram narkotik vasitə heroin və 8,732 qram metamfetamin psixotrop maddə məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk, içərisində telefon danışıqlarını əks etdirən bir ədəd "xxxx" MMC-dən və bir ədəd "xxxx" MMC-dən alınmış CD disk və Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kompüter-texniki ekspertizasından alınmış 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 oğlundan əvvəl Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə təyinatla Bakı şəhər 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatdan görünür ki, müdafiəçinin dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 20 (iyirmi) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 120 (bir yüz iyirmi) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 120 (bir yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5(beş) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 01 aprel 2021-ci il tarixdən hesablansın. Ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi - 141,82 (bir yüz qırx bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 üçün 120 (bir yüz iyirmi) manat fəaliyyət göstərdiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Maddi sübut olaraq Yasamal RPİ--də saxlanılan – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi çəkisi 112,533 qram narkotik vasitə heroin və 8,732 qram metamfetamin psixotrop maddə məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən DVD disk, içərisində telefon danışıqlarını əks etdirən bir ədəd "xxxx" MMC-dən və bir ədəd "xxxx" MMC-dən alınmış CD disk və Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kompüter-texniki ekspertizasından alınmış 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.