Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1268/2022 07.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1973-cü il tarixdə, Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küzəsi ev 26-da qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Bakı İstintaq Təcridxanasmda saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən psixotrop maddəni satmaq məqsədi ilə şəxsiyyəti məlum olmayan İran İR-nin vətəndaşı “Xəyal” adlı şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2022-ci il tarixdə axşam saat 18 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, “Azadlıq Prospekti” metrostansiyasının yaxınlığında gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,630 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə gecə saat 00:10-da Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu, Azadlıq prospekti 200 saylı ünvanda saxlanılıb oradan ünvan 1is Bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 03 ədəd ağ rəngli sellofana bükülmüş bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,820 qr, 0,415 qr və 0,395 qr olmaqla ümumi çəkisi 1,630 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq gütürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Onu polis əməkdaşları “Azadlıq” metrosunun yanında saxlamışlar və sonra Binəqədi RPİ-nin 5-ci PB-nə aparmışlar. Bölmədə onun üstündə 1 büküm psixotrop maddə olmuş, ancaq təhqiqatçı tərəfindən həmin büküm 3 büküm edilmiş və videoçəkiliş zamanı onun cibindən 3 büküm psixotrop maddə çıxarılmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı olan adını bilmədiyi şəxsdən almış, Xəyal adlı şəxsdən narkotik vasitə almamışdır. Tərəzi və telofonunun qalereyasına atılan şəkillər ona aid deyil, lakin telofondakı səsli mesaj ona aiddir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki,10 fevral 2022-ci il saat 24 radələrində ünvan 2 ünvanda olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə və ya psixotrop maddənin olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Öz razılığı ilə Binəqədi RPİ-nin 5-ci PB-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan, hüquq və vəzifələri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd ağ rəngli sellofana bükülmüş bükülüləri və həmin cins şalvarın sol yan cibindən 01 ədəd “Huawei” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun qara rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda sonuncunun şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 03 ədəd içərisində ağ rəngli sellofana bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümlərin içərisindən çıxan ağ rəngli maddələrin psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. O, əlavə olaraq bildirmişdir ki, sonuncu dəfə 03 ədəd psixotrop maddə olan metamfetamini İran İR-nin vətəndaşı “Xəyal” adlı şəxsdən satış məqsədilə əldə etmişdir. Belə ki, o, narkotik vasitə və psixotrop maddələri müxtəlif qiymətə əldə edir, ünvanı xatırlamadığı yerlərə şəklin çəkib atmaqla həmin yerə gedib götürür, ünvanlar barədə axşam vaxtı olduğundan tam xatırlamadığı üçün dəqiq bir söz deyə bilməmiş, həmçinin də çəkilib ona göndərilən şəkilləri sonradan sildiyini bildirmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri oxumadan imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 09 fevral 2022-ci il tarixdə 5-ci PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və ya psixotrop vasitə əldə edərək üzərində gəzdirməsi və satması barədə məlumat daxil olmuşdur. Qeyd edilən məlumat rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin ifşa olunması və 5-ci PBnin inzibati ərazisinə aid olan Binəqədi rayonu, Azadlıq prospekti 200 saylı ünvanın yaxınlığında qeyd edilən məlumat əsasında əməliyyat tədbirləri keçirilməsi barədə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və həmin PB- nin əməliyyat müvəkkili, polis leytenantı X1 daxil olmuşlar. Keçirilən əməliyyat tədbirləri nəticəsində Binəqədi rayonu, Azadlıq prospekti 200 saylı ünvanın yaxınlığında 10 fevral 2022-ci il tarixdə saat 00:10 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən bir nəfər şəxsə yaxınlaşaraq ondan özünü təqdim etməsini bildirdikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar ona narkotik maddə və psixotrop maddə istifadə etməkdə və qanunsuz olaraq daşımaqda şübhəli olduğunu bildirib onu 5-ci PB-nə dəvət etmişlər. 5-ci PB-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunması hüququ izah edilmiş və o, bu hüququndan istifadə etmək istədiyini bildirmişdir. Ona dövlət hesabına müdafiəçi dəvət edilərək, təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə ona və yaxınlarına məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsi barədə məlumat verilmişdir. O, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına və video çəkilişə etiraz etməmişdir. Onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışdan öncə üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi barədə ona deyildikdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd ağ rəngli sellofana bükülmüş bükülüləri və həmin cins şalvarın sol yan cibindən 01 ədəd “Huawei” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığım bildirmişdir. Ondan sonra onun qara rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda onun şalvarın ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 03 ədəd içrisində ağ rəngli sellofana bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmiş və o, həmin “metamfetamin”i 09 fevral 2022-ci il tarixdə axşam saat 18 radələrində Binəqədi rayonu, “Azadlıq Prospekti” metrostansiyasınm yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Xəyal” adlı şəxsdən 54 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əlavə qadağan olunmuş əşya əşkar edilməmiş, sonra onun üzərindən aşkar edilən ağ rəngli sellofana bükülmüş bükülülər qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üzün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 məhkəmədə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları və xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işində olan xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması» haqqında protokoldan görünür ki, axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd ağ rəngli sellofana bükülmüş bükülüləri və həmin cins şalvarın sol yan cibindən 01 ədəd “Huawei” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra onun qara rəngli cins şalvarının ciblərini açmağı tələb olunduqda onun şalvarın ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 03 ədəd içərisində ağ rəngli sellofana bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülülərin içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə olan “metamfetamin" olduğunu bildirmiş və o, həmin “metamfetamin’i 09 fevral 2022-ci il tarixdə axşam saat 18 radələrində Binəqədi rayonu, “Azadlıq Prospekti” metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Xəyal” adlı şəxsdən 54 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin 03 ədəd ağ rəngli sellofana bükülmüş bükülülər içərisində olan narkotik maddəyə bənzər maddənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində psixotrop maddə olan 03 ədəd bükülü zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmış, şəxsi axtarış və götürmə xidməti iş otağında, təbii işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Cinayət işində olan “şəxsi axtarış və maddi sübutun götürülməsi protokoluna əlavə edilmiş 01 ədəd CD diskə baxış” protokolundan görünür ki, 01 ədəd CD diskdə 01 ədəd videogörüntü vardır. Videogörüntüyə baxış zamanı şəxsin üzərinə axtarış istintaq hərəkəti xx.xx.2022-ci il tarixdə saat 02:00-da başlanılmışdır. Şəxsi axtarışın keçirilməsi ilə əlaqədar baş təhqiqatçı polis mayoru Nihad Məmmədli tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Təhqiqatçının iş otağında sağ tərəfdə stulda polis əməkdaşları, onun sol tərəfindəki stulda Təqsirləndirilən şəxs əyləşmişdir. Onlar üzlərini təqdim etdikdən sonra baş təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmasında videoçəkiliş edilməsinə etirazının olmadığım öyrəndikdən sonra ona üzərində qeyri qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub olmaması, varsa təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində qara rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd ağ rəngli sellofana bükülmüş bükülüləri və həmin cins şalvarın sol yan cibindən 01 ədəd “Huawei” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığım bildirmişdir. Ondan sonra onun, qara cins şalvarının ciblərini açmağı tələb olunduqda onun şalvarın ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 03 ədəd ağ rəngli sellofana bükülmüş bükümlərin iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin izərisində 03 ədəd bükülülər aşkar edilmişdir ki, həmin bükülülərin içərisindən aşkar olunmuş ağ rəngli maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmiş və o, həmin “metamfetamin”ləri 09 fevral 2022-ci il tarixdə axşam saat 18 radələrində Binəqədi rayonu, “Azadlıq Prospekti" metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Xəyal” adlı şəxsdən 54 manat ödəməklə aldığını bildirmişdir. Bundan sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən ağ rəngli sellofana bükülmüş bükülüdə olan ağ rəngli kütlə, yəni psixotrop maddəyə bənzər vasitələr qablaşdırılaraq zərfə qoyulmuş və üzəri möhürlənərək imzalanmışdır. Bundan sonra keçirilən hərəkət protokolaşdırılmış və şəxslər tərəfindən imza edilmişdir. Şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti xx.xx.2022-ci il tarixdə saat 02:20-də yekunlaşmışdır. Cinayət işində olan Təqsirləndirilən şəxs məxsus olan “Huawei” markalı “POT-LX1” modelli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd “Huawei” markalı “POT-LX1” modelli mobif telefon aparatı, nisbi dördbucaqlı formalı olmaqla, uzunluğu 11.7 sm, eni 5,5 sm-dir, hər iki səthi qara rəngli plastmastandır, bir səthi sensorlu (həssas) ekran, ekranda çat yoxdur, digər səthi qapalıdır. Mobil telefon aparatı üzərində 01 ədəd sensorlu düymə, aşağı hissəsində enerji doldurma yarığı, yuxarı tərəfində söndürübyandırma tuşları müşahidə olunur. “Huawei” markalı “POT-LX1” modelli mobil telefon aparatında “Whatsapp” tətbiqetmə proqramına daxil olduqda açıldıqda, içərisindən müxtəlif vaxtlarda müxtəlif mobil nömrələr ilə sübut əhəmiyyəti kəsb edən mesajlar və danışıq səsləri, həmçinin də mobil telefonun “Foto Galery” olan bölümünə daxil olan zaman narkotik maddəyə bənzər maddənin elektron tərəzidə çəkisini əks etdirən fotoşəkillər aşkar edilmişdir. Cinayət işində olan iş üzrə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/822 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN “Zərflər üzün N-174” dairəvi möhür əksi, “ Təqsirləndirilən şəxs imza...” yazı və imzalar zərfdə 3 ədəd bükümdə hər birinin ayn-ayrılıqda təmiz zəkisi 0,820 qr, 0,415 qr və 0,395 qr olmaqla, ümumi zəkisi 1,630 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrinin İ siyahısına daxildir. Cinayət işində olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1442 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimlyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə ambulator-psixatrik ekspertizanın 04 aprel 2022-ci il tarixli, 819 saylı rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmzinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs oğlu törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21- ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədil rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli 4(001)-145/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 fevral 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə özünü təqsirli bilməməsini, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etmədiyini, öz şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı iləəvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmasıüçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, 01 ədəd “Huawei” markalı “POT-LX1” markalı mobil telefon maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək gütürülmüş ümumi təmiz zəkisi 1,630 qram (qalıq 1,480 qr) psixotrop maddə -metamfetamin maddi sübut kimi tanınmış və saxlanış üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək gütürülmüş ümumi təmiz zəkisi 1,630 qram (qalıq 1,480 qr) psixotrop maddə -metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD disk, 01 ədəd “Huawei” markalı “POT-LX1” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 10 fevral 2022ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan –10 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Binəqədi RPİ-nin maddi sübutların saxlac yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək gütürülmüş ümumi təmiz zəkisi 1,630 qram (qalıq 1,480 qr) psixotrop maddə -metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD disk, 01 ədəd “Huawei” markalı “POT-LX1” markalı mobil telefon cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1268/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1268/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver