Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1269/2021 07.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxx 1982-ci il tarixdə Masallı rayonunun Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 22.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmək məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Nadir Kəraməti» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Nadir Kəraməti» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Nadir Kəraməti» adlı şəxsin və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 24896,93 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda ümumi təmiz çəkisi 1870 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəki və külli miqdarda ümumi təmiz çəkisi 3275 qram psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddəni qoyduğu yer barədə Təqsirləndirilən şəxs əvvəlcədən məlumat verdikdən sonra Təqsirləndirilən şəxs Masallı rayonu, Sarı Cəfərli kəndi ərazisində yerləşən Sarı Cəfərli kənd əsas məktəbinin yaxınlığından 02 iyun 2020-ci il tarixdə 01 ədəd boz rəngli çantada götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini üzərində, qalan hissəsini isə yaşadığı ünvan 3 ünvanında mənzilin giriş qapısından sol tərəfdə yerləşən dolabda saxlamış, 06 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 06 iyun 2020-ci il tarixdə, saat 13:00-da Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 11,930 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına öz razılıq ərizəsi ilə baxış keçirilən zaman yaşadığı mənzilin giriş qapısının sol tərəfində yerləşən dolabda olan 01 (bir) ədəd boz rəngli çantanın içərisindən 05 ədəd qara rəngli bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3145 qram, 4280 qram, 6280 qram, 6020 qram və 5160 qram olmaqla ümumi təmiz çəkisi 24885 qram üzərindən aşkar edilmiş narkotik vasitə heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd qara rəngli bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 910 qram və 960 qram olmaqla ümumi təmiz çəkisi 1870 qram xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 02 ədəd qara rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1960 qram və 1315 qram olmaqla ümumi təmiz çəkisi 3275 qram xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin və üzərində heroinin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələr onun olmamışdır, istintaq zamanı verdiyi ifadələrini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Surxay, Ələkbər və adını bilmədiyi digər 9 nəfərin fiziki və psixi təzyiqləri nəticəsində vermişdir. O, 22 may 2020-ci il tarixdə azadlığa çıxdıqdan sonra Surxay ilə tanış olmuş, tanışlığına səbəb onun Surxaydan siqaret istəməyi, daha sonra isə aralarında yaranan normal ünsiyyət olmuşdur. O, Surxayla söhbət edən zaman, Surxaya içəridən yeni çıxdığını bildirmi, buna görə də Surxay ona içəridə narkotik vasitə satan tanışlarının olduğunu soruşmuş, o da ona içəridə narkotik vasitə satanları tanımadığını bildirmişdir. Bundan sonra Surxay ona onlarla əməkdaşlıq etsə onun işləməyinə ehtiyacı olmayacağını bildirmişdir. O da Surxaydan işinin nə olacağını soruşmuş, Surxayda ona verdiyi çantaları və pulları dediyi yerlərə çatdırmaq olacağını bildirmişdir. 22 may 2020-ci il tarixdə axşam tərəfi Surxay ilə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 2-ci binanın qarşısında görüşmüş, Surxayla söhbət zaman Surxay ona Masallıya gedib orada olan narkobaronları tapıb narkotik vasitə almaq üçün pul istəsələr ona bildirsin. Bundan sonra Surxay ona özünə xərcləmək üçün 50 manat pul vermiş, sonra Surxayla birlikdə Bakı şəhərində tanımadığı bir kafeyə getmişlər. Kafedə Surxay ilə oturub yemək yemiş, həmin ərəfədə kafeyə daha iki nəfər şəxs gəlib onların stollarında əyləşmiş, həmin şəxslərdə Surxayın iş yoldaşları olsalar da onların adlarını bilməmişdir. O, yeməyini yeyib qurtardıqdan sonra Surxay ona çin istehsallı olan balaca bir telefon vermiş və içərisində nömrə olduğunu bildirmiş, və bu telefonla ancaq onunla, Səttarla və Ələkbərlə danışmalı olduğunu demişdir. Surxayın nömrəsi ***-***-**-**, Ələkbərin nömrəsi ***-***-**-**, Səttarın nömrəsi isə ***-***-**-** olmuşdur. Bundan sonra onu taksi ilə yola salanda stollarında əyləşən şəxslərdən biri ona 50 manat, biri isə 100 manat pul vermiş, o, həmin günü Masallı rayonuna yollanmışdır. Surxayla onun verdiyi telefonla əlaqə saxlamış, təxminən 26 may 2020-ci il tarixdə Surxayla danışanda Surxaya vatsaplı telefonu olsa narkobaron çox tapar demiş və sabah Bakı şəhərinə gələcəyini, Bakıda bir nəfər narkobaronla onu əlaqələndirəcəyini bildirmişdir. O, Bakı şəhərinə gəldiyi gün Surxayla Bakı şəhərinin ərazisində görüşmüş, bu sözünə görə Surxay ona 300 manat pul vermişdir ki, o özünə vatsaplı telefon alsın. Bundan sonar o, pulu götürüb rayona getmiş, rayonda özünə 160 manata telefon almış, sonra həmin telefona nömrə alıb Surxaya bildirmişdir. Surxay onunla mütəmadi olaraq əlaqə saxlayaraq narkobaron olub olmadığını soruşmuş, oda hər dəfə onu aldatmışdır. O, 2020-ci ilin may ayının sonlarında Bakı şəhərinə gəlib Surxayla görüşmüş və ona bir narkobaron olduğunu ona pul verib narkotik ala biləcəyini demiş, ancaq reallıqda elə bir şey olmamışdır. O, Surxaydan pul almaq məqsədi ilə belə hərəkət etmiş, Surxay da ona həmin narkobaronun narkotik üçün nə qədər pul istədiyini demiş, o da yalandan ona 2000-3000 manat pul olsa ondan narkotik vasitə alacağını bildirmiş, Surxay da ona 1500 manat pul verə biləcəyini, ancaq gedib narkotik vasitəni alanda tutub idarəyə aparacaqlarını, daha sonra isə səni buraxacaqlarını demişdir. Bundan sonra Surxay kiməsə zəng etmiş, zəng etdiyi şəxslər markasını xatırlamadığı avtomaşınlarla olduğu yerə gəlib Surxayla görüşmüş, onlarla görüşəndən sonra Surxay 1500 manat pulu özünün idarə etdiyi qara rəngli Reno markalı avtomaşının içərisində ona vermişdir. Daha sonra o, Surxayla birlikdə ağ rəngli markasını xatırlamadığı avtomaşına minib neftçilər ərazisinə gəlmiş, orada bir binanı göstərib bildirmişdir ki, narkobaron həmin binada yaşayır. Surxaygil də həmin binanın yaxınlığında maşını saxlamış, maşından düşmüş, sonra binanın tininə çatıb oradan qaçıb getmiş, çünki niyəti onları aldatmaq olmuşdur. Surxay təxminən 20 dəqiqə sonra ona zəng edərək nə olduğunu soruşmuş, o da narkotik almaq üçün baronla danışdığını bildirmişdir. Bundan sonra telefonunu söndürmüş və öz evinə getmiş, 04 iyun 2020-ci il tarixdə ev axtarmağa başlamış, Surxay da ona demişdir ki, ev lazım olsa Neapol kruqunun yaxınlığında bir makler var ona yaxınlaşsın o, ona ev tapar. Buna görə də o, həmin maklerin yanına getmiş, maklerin adı səhv etmirsə Əkbər olmuş, həmin maklerlə danışıb ünvan 4 ünvanını 300 manata kirayə götürmüş, fikirləşmişdir ki, öz evindən axşam həmin evə daşınar. 05 iyun 2020-ci il tarixdə həyat yoldaşı ilə bazarlıq edib həmin gününün axşamı yeni tutduğu kirayə evə köçmək qərarına gəlmişdir. Bazarlıq edib evə qayıtmış, əlavə çörək və kartof almaq üçün həyətə düşüb Xalqlar tərəfə getməyə başlamış, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən OBA marketin yaxınlığında bir nəfər şəxsin ona qaça-qaça yaxınlaşdığını görmüş, sonra o, onun yanına çatıb onu qucaqlamışdır. Həmin şəxsdən sonra daha 4-5 nəfər onun yanına gəldiyini və onu həyat yoldaşını tutub Surxayın idarə etdiyi qara rəngli reno markalı avtomaşına mindirmiş, o da Maşına mindikdən sonra Surxay onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxtı həyat yoldaşı maşında qışqırmış, Surxay isə ona verdiyi telefonu geri istəmiş, o da Surxaya verdiyi telefonun söndürülərək evdə olduğunu ancaq üzərində özünə məxsus telefon olduğunu bildirmişdir. Buna görə də həyat yoldaşı ilə birlikdə yaşadığı evə getmiş, həmin ev Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsi, ev 2, mənzil 50-də olmuş, evə getdikdən sonra Surxayın ona verdiyi telefonu axtarmağa başlamışdır. O, həmin telefonu tapa bilmədiyi üçün onlar onu vurmağa başlamış, həmin vaxtı onlar təxminən 10 nəfər şəxs olmuş, çünki əlavə bir maşın da gəlmişdir. Həmin vaxt yoldaşı qışqırdığı üçün polis əməkdaşları ona da hədə qorxu gəlmiş və narkotiklə aformut edəcəklərini bildirmişlər. O, fiziki ağrıya dözə bilməyib Surxayla danışmağa başlamış, bir səhv etdiyini, ancaq onlara kömək edəcəyini bildirmişdir. Bundan sonra Ələkbər ona “onda gedək Masallıya orda bir iş var gedib görək gələk, bu işdə xeyrin olacaq” demiş, o da fikirləşmişdir ki, bu işlərin axırı yaxşı yerə getmir. Ona görə də oğlu Nahidin 06 iyun tarixində ad günü olacağı üçün həmin tarixdə sərt karantin rejiminə düşdüyü üçün o, 05 iyun 2020-ci il tarixdə bazarlıq edərkən tort da almışdır ki, 06 iyunda kəsəcəkdir. Vəziyyətin pis olduğunu gördüyü üçün onlara ad gününü keçirib sonra getsinlər demiş, həmdə istəmişdir ki, video çəkdirsin polis əməkdaşları videoya düşsün və bilinsin ki, polislər evdə olublar. Bu məqsədlə video və şəkil çəkdirmiş, video çəkən zaman polis əməkdaşının tapançası, qapının şəkilini çəkən zaman isə həmin əməliyyatçılardan birinin üzünün yarısı qapıdan görünmüşdür. Həmin video və fotoşəkillər də 05 iyun 2020-ci il tarixdə çəkilmiş, hətta videoda görünür ki, əməliyyatçının biri uşağını öpür və həmin an onun tapançası və qapı videoya düşür. O, bunları etdikdən sonra gedə biləciyini bildirmiş, onlar öz telefonunu vermişlər ki, iş arxasınca gedirlər, onlar evdə yoldaşına və uşaqlarına söz vermişlər ki, tez bir zamanda onu qaytaracaqlar. Bundan sonra əməliyyatçılar ilə birlikdə evdən çıxıb Badamdarda olan idarəyə getmiş, Əməliyyatçılar da ona kimlə istəyirsən telefonla danış demişlər. Anten barədə məlumatı olduğu üçün həmin idarənin həyətində telefonla həyat yoldaşı ilə danışmış, sonra Ələkbər, Surxay və adını bilmədiyi bir nəfər şəxslə birlikdə idarənin həyətindən çıxmış və Masallıya doğru yollanmışlar. Yenə də onun telefonu üzərində olmuş, yolda gedən zaman Surxay ona bir neçə İran nömrəsi verərək bildirmişdir ki, onlarla danışıb narkotik vasitə istəsin. O da onunla razılaşmış və bir neçə iranlı ilə Vatsap sosial şəbəkəsində danışmışdır. Lakin danışdıqdan sonra heç bir iranlı ilə razılığa gələ bilməmiş, Masallıya gedəndə də həyat yoldaşı ilə əlaqə saxlamış, Ələkbər maşını idarə edərək Masallı rayonunda Pirişıv kənd ərazisində dayandırmışlar. Həmin vaxt bir maşın gəlib maşının təxminən 20 metrliyində saxlamış, lakin maşının nömrəsini və markasını bilməmişdir. Həmin maşından heç kim düşməmiş, təxminən 20 dəqiqə sonra ağ rəngli Niva markalı hərbi nömrəli avtomaşın gəlmiş və həmin avtomaşından iki nəfər hərbi geyimli şəxs düşmüş, Surxaygil də maşından düşüb həmin şəxslərlə görüşmüşdür. Daha sonra Surxay 20 metr yaxınlıqlarında dayanmış maşının yanına gedib orada kiminləsə danışmış, sonra isə Niva markalı avtomaşının yanına gedib hərbçilərin maşının baqajında olan beş ədəd əl çantasını götürmüşlər. Sonradan məlum olmuşdur ki, həmin çantanın içərisində narkotik vasitə olmuş, narkotikləri götürdükdən sonra Ələkbər ona kimsəni tap ona mal verək, sonra həmin adamı tutaq demiş, o da ona gec olduğunu bildirmişdir. Bundan sonra Ələkbər onun başından şillə ilə vuraraq “sən də iş görən zibil deyilsən” demiş, bundan sonra Bakı istiqamətində yollanmışlar. 06 iyun 2020-ci il tarixdə saat 01 radələrində posta çatıb postu keçdikdən sonra idarəyə gəlmişlər. Onlar idarəyə çatdıqdan sonra Surxay onun əlinə qandal vurmuş, otağa çatandan sonra qolunu açmış və yenə telefonu ilə həyat yoldaşı ilə əlaqə saxlamışdır. 06 iyun 2020-ci il tarixdə saat 11 radələrində Surxay və Ələkbər ona H.Aslanovda kirayə ev tutmusan həmin evi göstər, sonra səni tapa bilək demişdir. Bundan sonra həmin evə yollanıb evin yanına çatanda onlar evə qalxmış, Surxay da maşından bir ədəd əl çantasını sürüyə-sürüyə yuxarı qaldırmağa başlamışdır. Həmin vaxt sumkanın tutacağı da qırılmış, Ələkbər də Surxaya bu gün 6-cı gündür, gedək idarəyə sonra gələrik demiş, bundan sonra sumkanı yenidən düşürüb maşına qoyub və idarəyə getmişlər. İdarəyə gəldikdən sonra idarənin padvalına düşmüş, orada Surxay ona “səni yükləyəcəyəm, boynuna al get” demişdir. O da ona yükləyə bilməzsən demiş, bundan sonra Surxay ona bir şillə vurmuş, boynuna almadığı üçün onu orada Surxayla birlikdə 3-4 nəfər yerə yıxıb cinsiyyət orqanını sıxmağa başlamışlar. O, yenə də boynuna almamış, həmin vaxt Ələkbər padvala girib ondan uşağının neçə yaşı olduğunu soruşmuş, o da uşağının 10 yaşı olduğunu bildirmişdir. Bundan sonra Ələkbər ona uşağını malaletkaya göndərəcəyini bildirmiş, buna görə oda onun dedikləri ilə razılaşmış ancaq yuxarıya qalxanda boynuna almamışdır. İki dəfə yuxarıya qalxmış və boynuna almamış, bunu görən Ələkbər demişdir ki, “gedin bunun ailə uşağını gətirin, narkotiklə yükləyin göndərək içəriyə”. Bu sözə görə o da “nə desəniz edəcəyəm, qol çəkəcəyəm” demiş, həmin vaxtı o, fiziki ağrılara da məruz qalmışdır. Bundan sonra vəkil gələcəyini və üzərində şəxsi axtarış aparılacağını daha sonra isə evə gedib evdə narkotik vasitənin yerini göstərəcəyini bildirmişlər. Bundan sonra Nəcəf adlı təhqiqatçı ona bükümdə olan narkotik vasitə heroini vermişdir ki, cibinə qoysun, o da qorxduğu üçün həmin narkotik vasitəni götürüb cibinə qoymuş, o eyni zamanda videoçəkilişdə də boynuna almışdır ki, narkotik vasitə onundur. Daha sonra evə getmiş, evə gedəndə vəkili başqa maşında onu isə başqa maşında aparmışlar. Evə çatdıqdan sonra evə əməliyyatçılar narkotik vasitəni qoymuş, Vəkil gələndən sonra baxışa başlanılmış, baxışda narkotik vasitənin yerini bildiyi üçün onu polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Lakin narkotik vasitələrin heç biri ona məxsus olmamış, o, narkotik vasitələrdən istifadə etməmiş, nə də ki, satışını həyata keçirməmişdir. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Vəzifəsi narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. 06 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmiş, icazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmiş, müdafiəçi Zümrüd xanım gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlanmış, şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb stolun üstünə qoymuş, sonra həmin şəffaf rəngli sellofan bükümə baxış keçirilmişdir. Həmin bükümdən heroinə bənzə maddə aşkar edilmiş, bir ədəd şəffaf rəngli sellofan bükümdə olan heroinə bənzər maddə elektron tərəziyə qoyularaq çəkilmişdir. Daha sonra isə götürülmüş, zərfə qoyularaq möhürlənmiş və həmin zərfin üzəri imzalanmışdır. Şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı şalvarının sol yan cibindən bir ədəd qara rəngli Samsung markalı, bir ədəd qara rəngli Etel markalı mobil telefonlar, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd açar aşkar edilmiş, onlardan başqa heç nə aşkar edilməmişdir. Bundan sonra Samsung və Etel markalı mobil telelfonlar və bir ədəd şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülmüş, bir ədəd açar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin bükümü cəzaçəkmə müəssisəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxsin vasitəsi ilə üzdən tanıdığı ancaq adını bilmədiyi şəxsdən 02.06.2020-ci il tarixdə Masallı rayonu, Çaxırlı kəndində əldə etdiyini, həmin bükümü və əlavə 30 kq çəkidə narkotik maddələri Bakı şəhərinə gətirdiyini və kirayə evdə saxladığını, daha sonra Nadir adlı şəxsin deyəcəyi ünvana çatdıracağını, əvəzində Nadir adlı şəxsin ona 2000 manat pul verəcəyini, Bakı şəhəri, Xətai rayonu ərazisində hal-hazırda kirayə yaşadığı mənzildə narkotik maddə saxladığını, narkotik maddələrdən istifadə etmədiyini, Nadir adlı şəxslə cinayət əlaqəsinə girdiyini və yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokola imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə yazaraq könüllü olaraq yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Buna görə də 06 iyun 2020-ci il tarixdə saat 16:15 radələrində baxış üçün onun yaşadığı ünvana gedilmiş, yaşadığı ünvanda vəkilin və polis işçilərinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzilin giriş qapısının sol tərəfində yerləşən dolabda narkotik vasitə saxladığını bildirmiş və həmin dolabı açaraq bir ədəd boz rəngli əl çantasını təqdim etmişdir. Həmin əl çantasının içərisinə baxış keçirilmiş, baxış zamanı əl çantasının içərisində olan qara rəngli bağlamanın 05 ədədinin içərisində narkotik vasitə heroinə bənzər maddə, 02 ədəd qara rəngli bağlamanın içərisindən narkotik vasitə tiryəkə bənzər maddə, 02 ədəd qara rəngli bağlamanın içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin 05 ədəd bağlamada olan narkotik vasitə heroinə bənzər maddə ilə 02 ədəd metamfetaminə bənzər maddə bir ədəd torbada, 02 ədəd bağlamada olan narkotik vasitə tiryəkə bənzər maddə ilə bir ədəd elektron tərəzi başqa bir torbada qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Bundan sonra mənzildə baxış davam etdirilsə də başqa heç nə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, mənzildə iki gündür ki, yaşayır, mənzildə ondan başqa heç kim yaşamır, aşkar olunmuş narkotik vasitə ona məxsusdur, İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxsin vasitəsi ilə 02.06.2020-ci il tarixdə Masallı rayonu, Çaxırlı kəndində tanımadığı şəxsdən əldə etmiş, Nadirin dediyi ünvana çatdıracağı təqdirdə 2000 manat pul alacağını, narkotik vasitə saxlamağından heç kimin məlumatının olmadığını qeyd etmişdir. Bundan sonra baxış qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. Vəzifəsi narkotik vasitələrin, psixatrop maddələrin və onların prekursorların qanunsuz olaraq dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. 06 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə edilmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 73 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi Zümrüd xanım gəldikdən sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulur. Onun üzərində videoçəkilişlə şəxsi axtarış başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə vermək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb stolun üstünə qoymuşdur. Daha sonra həmin şəffaf rəngli sellofan bükümə baxış keçirilmişdir. Həmin bükümdən heroinə bənzə maddə aşkar edilmişdir. Bir ədəd şəffaf rəngli sellofan bükümdə olan heroinə bənzər maddə elektron tərəziyə qoyularaq çəkilmişdir. Daha sonra isə götürülmüş, zərfə qoyularaq möhürlənmiş və həmin zərfin üzəri imzalanmışdır. Şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı şalvarının sol yan cibindən bir ədəd qara rəngli Samsung markalı, bir ədəd qara rəngli Etel markalı mobil telefonlar, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd açar aşkar edilmişdir. Başqa heç nə aşkar edilməmişdir. Bundan sonra Samsung və Etel markalı mobil telefonlar və bir ədəd şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bir ədəd açar isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin bükümü cəzaçəkmə müəssisəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxsin vasitəsi ilə üzdən tanıdığı ancaq adını bilmədiyi şəxsdən 02.06.2020-ci il tarixdə Masallı rayonu, Çaxırlı kəndində əldə etdiyini, həmin bükümü və əlavə 30 kq çəkidə narkotik maddələri Bakı şəhərinə gətirdiyini və kirayə evdə saxladığını, daha sonra Nadir adlı şəxsin deyəcəyi ünvana çatdıracağını, əvəzində Nadir adlı şəxsin ona 2000 manat pul verəcəyini, Bakı şəhəri, Xətai rayonu ərazisində hal-hazırda kirayə yaşadığı mənzildə narkotik maddə saxladığını, narkotik maddələrdən istifadə etmədiyini, Nadir adlı şəxslə cinayət əlaqəsinə girdiyini və yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş və həmin protokola imza edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə yazaraq könüllü olaraq yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Buna görə də 06 iyun 2020-ci il tarixdə saat 16:15 radələrində baxış üçün onun yaşadığı ünvana gedilmişdir. Yaşadığı ünvanda vəkilin və polis işçilərinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzilin giriş qapısının sol tərəfində yerləşən dolabda narkotik vasitə saxladığını bildirmiş və həmin dolabı açaraq bir ədəd boz rəngli əl çantasını təqdim etmişdir. Həmin əl çantasının içərisinə baxış keçirilmişdir. Baxış zamanı əl çantasının içərisində olan qara rəngli bağlamanın 05 ədədinin içərisində narkotik vasitə heroinə bənzər maddə, 02 ədəd qara rəngli bağlamanın içərisindən narkotik vasitə tiryəkə bənzər maddə, 02 ədəd qara rəngli bağlamanın içərisindən psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin 05 ədəd bağlamada olan narkotik vasitə heroinə bənzər maddə ilə 02 ədəd metamfetaminə bənzər maddə bir ədəd torbada, 02 ədəd bağlamada olan narkotik vasitə tiryəkə bənzər maddə ilə bir ədəd elektron tərəzi başqa bir torbada qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Bundan sonra mənzildə baxış davam etdirilsə də başqa heçnə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, mənzildə iki gündür ki, yaşayır, mənzildə ondan başqa heç kim yaşamır, aşkar olunmuş narkotik vasitə ona məxsusdur, İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxsin vasitəsi ilə 02.06.2020-ci il tarixdə Masallı rayonu, Çaxırlı kəndində tanımadığı şəxsdən əldə etmişdir, Nadirin dediyi ünvana çatdıracağı təqdirdə 2000 manat pul alacağını, narkotik vasitə saxlamağından heç kimin məlumatının olmadığını qeyd etmişdir. Bundan sonra baxış qurtarmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza edilmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımamış, onunla dostluq və ya düşmənçilik münasibəti yoxdur. Sadəcə olaraq Elmədin 04 iyun 2020-ci il tarixdə onun işlədiyi ev alqı-satqı ofisinə yaxınlaşaraq ondan kirayə ev istəmişdir. O da kirayə evlərin qiyməti barədə ona bildirmiş, Təqsirləndirilən şəxs 300 manatlıq mənzili, yəni ünvan 3 ünvanında yerləşən mənzili kirayə götürəcəyini bildirmişdir. Həmin mənzil X4 məxsusdur. Atifə xanım ona evi verərək bildirmişdir ki, həmin evi kirayə versin. O da buna görə Elməddin adlı şəxsə evi kirayə vermək qərarına gəlmişdir. Daha sonra Elməddin adlı şəxs ilə birlikdə həmin gün gedib evə baxmış, Elməddin evi kirayə götürəcəyini bildirdiyi üçün o, onunla kirayə müqaviləsi bağlayacağını bildirmişdir. Buna görə də ev sahibi xanımla Elməddin adlı şəxsin arasında kirayə müqaviləsi Atifə xanım olmadan bağlanılmış, çünki Atifə xanım ona etibar etmişdir. Kirayə müqaviləsini də o bağladanda ancaq tərəflər arasında bağlayır və bilir ki, həmin müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Sadəcə olaraq tərəflər arasında sənəd olsun deyə bağlayır. Müqavilə bağladıqdan sonra Elməddin adlı şəxs ona 300 manat pulu verərək evin kirayəsi olduğunu bildirmişdir. O da pulu götürəndən sonra kirayə müqaviləsi kimi bağladığı sənədin bir surətini və evin açarını ona verib ondan uzaqlaşmışdır. Həmin günün səhəri yəni 05 iyun 2020-ci il tarixdə Atifə xanım ilə görüşüb pulu ona vermiş, Elməddinə evi verdiyinə görə 100 manat Elməddindən, Atifə xanımdan isə 50 manat pul almışdır. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onunla birgə nikahdan iki övladları vardır. Elməddinin yoldaşı olsa da, onun hər etdiyi hərəkətdən məlumatı yoxdur. Elməddinin polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd etmişdir ki, yaşadıqları Masallı rayonundan Bakı şəhərinə gəlməkdə məqsədləri övladlarını həkimə göstərmək olmuşdur. Oğlunun böyrəklərində problem var. 05 iyun 2020-ci il tarixdə Bakı şəhərində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində kirayə qaldıqları evdə uşaqları evə qoyub ərzaq almaq üçün aşağı düşmüşlər. Həmin vaxt Bakıda karantin vaxtı olmuşdur. Bu zaman mülki geyimdə polis əməkdaşları onlara yaxınlaşaraq Elməddini saxlamışlar. Polis əməkdaşları həm onu, həm də Elməddini kobud sözlərlə təhqir etməyə başlamışlar. Daha sonra o evə, uşaqların yanına qayıtmış, polislər də Elməddinlə birgə evə gələrək, uşaqların yanında xoş rəftar etməyə başlamışlar. Oğlu hətta atasına bildirmişdir ki, “sən bizə söz vermişdin ki, daha tutulmayacaqsan”. Polislər bildirmişlər ki, Elməddinlə işləri var onu sabah geri gətirəcəklər. Hətta polislər ona oğlunun ad günü tortunu gətirməyini bildirmişlər, o, bu zaman başa düşmüşdür ki, onların Elməddini geri gətirmək fikirləri yoxdur. Çünki oğlunun ad günü 06 iyun tarixindədir. Polislərdən biri düşüb aşağıdan kabab da alıb gətirmişdir. Daha sonra Elməddinlə birgə çıxıb getmişlər. Həmin günün səhəri günü Elməddin zəng edərək, pal-paltar istəmiş və demişdir ki, məhəlləyə düşüb həmin əşyaları ona versin. O, aşağıya düşüb görmüşdür ki, Elməddin polislərlə birgə qara avtomobildədir. Avtomobildə oğlu və ona Elməddinlə görüş imkanı da yaratmışlar. Sonradan bilmişdir ki, Elməddinə qarşı narkotik vasitələrlə bağlı ittiham irəli sürülüb. Bu barədə ətraflı məlumat əldə edə bilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2020-ci il tarixli, 6/1013 saylı rəyindən görünür ki, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” yazıları olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 11,930 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş..” yazıları olan torbadakı 05 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3145 qram, 4280 qram, 6280 qram, 6020 qram, 5160 qram, ümumi təmiz çəkiləri 24885 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş..” yazıları olan torbadakı 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 910 qram, 960 qram, ümumi təmiz çəkiləri 1870 qram tünd qəhvəyi rəngli, qatrana bənzər maddə kütlələri xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1960 qram, 1315 qram, ümumi təmiz çəkiləri 3275 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, qabarit ölçüləri 12x6 sm olan elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 bükümdəki heroinlə yaşadığı ünvandan aşkar edilmiş 05 bağlamadakı heroin nümunələri öz aralarında, 02 ədəd bağlamadakı tiryək nümunələri öz aralarında və 02 bağlamadakı metamfetamin nümunələri də həmçinin öz aralarında həm xarici əlamətlərinə, həm də kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. Heroin və Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir; Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Paketdəki heroinin təmiz çəkisi – 11.930 qr, tədqiqata sərf edildi – 0,05 qr, qalıq 11,880qr. -Torbadakı heroinin ümumi təmiz çəkisi – 24885 qr, tədqiqata sərf edildi -0,5 qr, qalıq -24884.5 qr -Metamfetaminin ümumi təmiz çəkisi – 3275 qr, tədqiqata sərf edildi -0,1 qr, qalıq - 3274.9 qr. -Tiryəkin ümumi təmiz çəkisi – 1870 qr, tədqiqata sərf edildi -0,2 qr, qalıq -1869.8 qr. (cild 01, iş vərəqə: 52-56) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 avqust 2020-ci il tarixli 2180 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunmur. Hal-hazırda Əzizov X1 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, iş vərəqə: 170-173) İş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməfonoskopik və məhkəmə-portret ekspertizalarının 05.05.2021-ci il tarixli, 4/448-4/449- 3/709 nömrəli ekspert rəyindən görünür ki, -ekspertizaya təqdim edilmiş 01 ədəd “PRİNCO” markal, CD diskdə olan mübahisəli videofonoqramlardakı danışıqlarda iştirak edən K1 diktorunun danışıq materialı eyniləşdirici tədqiqat üçün yararlı, Q1 diktorunun danışıq materialı eyniləşdirici tədqiqat üçün qismən yararlı və K2 diktorlarının danışıq materialı isə eyniləşdirici tədqiqat üçün yararsızdır; - ekspertizaya təqdim olunmuş 01 ədəd “PRİNCO” markal, CD diskdə olan mübahisəli videofonoqramlardakı danışıqlarda və görüntülərdə iştirakçı diktorların bir-birinə qarşı hər hansısa fiziki və psixoloji təsir əlamətləri aşkar olunmamışdır.; - ekspertizaya təqdim olunmuş 01 ədəd “PRİNCO” markal, CD diskdə olan mübahisəli videofonoqramlarda tədqiqi hissədə qeyd olunmuş dəyişikliklər müəyyən olunmuş, videofonoqramların hazırlanmasında istifadə olunan yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.; - ekspertizaya təqdim olunmuş 01 ədəd “PRİNCO” markal, CD diskdə olan mübahisəli videofonoqramların qeydə alındığı tarix yazma cihazının vaxt göstəricisinin nizamlanmasından asılı olduğundan videofonoqramların qeydə alındığı həqiqi tarixin müəyyən edilməsi mümkün olmamışdır.; - tədqiqata təqdim edilmiş “CD-R” tipli diskdəki fotoşəkillərdən birində otağa qapıdan baxan şəxsin sifətinin bir hissəsi müşahidə edilir və həmin şəxsin müqayisəli tədqiqat üçün zəruri olan xarici görünüş elementləri (alın, yanaqlar, gözlər, göz yarıqları, göz qapaqları, burnu, qaşları, qulaq seyvanları, çənəsi və s.) görünmədiyindən həmin şəxsin görüntüsü müqayisəli tədqiqat üçün yararsızdır. (cild 01, iş vərəqə 154-157) İş materiallarında olan 06 iyun 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə və mənzilə baxış və götürmə aparılması haqqında protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 iyun 2020-ci il tarixdə saat 13.00-da Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 8erləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə və yaşadığı evdən narkotik vasitə heroinə, tiryəkə və psixotrop maddə metamfetaminə bənzər maddələr və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (cild 01, iş vərəqə 31- 35, 38-41) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 06 iyun 2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir. (cild 01, iş vərəqə 109) İş materiallarında olan 21 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə müraciətinə dair AR Baş Prokurorluğunda toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (cild 01, iş vərəqə 236-243) İş materiallarında olan Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanlanmış tapşırıqlara cavab olaraq daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsini, onun yaxın əlaqələrini, İran İslam Respublikasının vətəndaşı “Nadir” adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərini müəyyən etmək məqsədilə tərəfimizdən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş həmin narkotik vasitələri və psixotrop maddəni satış məqsədilə əldə edib saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı “Nadir” adlı şəxslə birgə əlaqəsinin olmasına, “Nadir” adlı şəxsin həmin narkotik vasitələri və psixotrop maddəni digər naməlum şəxslər vasitəsi ilə İrandan qaçaqmalçılıq yolu ilə göndərdiyinə dair əlavə məlumatlar əldə edilmiş, lakin “Nadir” adlı şəxsin və cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. (cild 01, iş vərəqə 165) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” və “Etel” markalı mobil telefon aparatlarına baxış keçirilməsi haqqında 11.06.2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşkar edilmiş “Samsung” markalı mobil telefon ağ rəngli mobil telefondur, içərisində ***-***-**-** saylı mobil nömrə vardır, qabaq yuxarı hissəsində “Samsung” yazısı, arxa yuxarı hissəsində “Samsung” yazıları həkk olunmuşdur. Mobil telefon açıldığı zaman menyusu telefonun ekran hissəsində idi. Mobil telefon işlək vəziyyətə gətirildikdə ekranın aşağı hissəsində "yaddaş kitabçası”, kontaktlar, mesajlar, “Whatsapp” və menyu panelləri vardır. Mesajlar olan hissədə heç bir mesaj yoxdur. “Whatsapp” sosial şəbəkəsinə daxil olduqda +98-914-451-6231 saylı və +98-914- 352-7151 saylı adsız mobil nömrələnin aralarında olan adi yazışmalar və zənglər vardır. İş üçün əhəmiyyət kəsb edən heç bir danışıq və ya mesaj yoxdur. Etel markalı mobil telefona da baxış keçirildi. Həmin telefonun içərisində “Whatsapp” sosial şəbəkəsinə daxil olmaq mümkün olmadı. Çünki hər dəfə daxil olmaq istəyəndə uğursuz cəhdin olması ekranda yazılmışdır. (cild 01, iş vərəqə 108) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Respublika X2 Hüquqi Şəxsinin 27.06.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. (cild 01, iş vərəqə 139) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, narkotik vasitələrin ona məxsus olmaması, polis əməkdaşlarının təzyiqi nəticəsində cinayət əməlini etiraf etməsi barədə ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmağa yönəlmiş, özünün ibtidai istintaq zamanı ilkin ifadəsi, şahidlərin həm ibtidai istintaqda, həm də məhkəmədə verdikləri ifadələrlə, 06 iyun 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə və mənzilə baxış və götürmə aparılması haqqında protokollarla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2020-ci il tarixli, 6/1013 nömrəli və AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik və məhkəmə-portret ekspertizalarının 05.05.2021-ci il tarixli, 4/448-4/449-3/709 nömrəli rəyləri ilə, əməliyyat axtarış tədbirlərinin qanuni hesab edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs AR DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması haqqında müraciətinə dair AR Baş Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla tam təkzib edilir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər oğurluq və dələduzluq cinayətləri törətdiyinə görə həbs olunmuşdur. Sonuncu dəfə 24.11.2017-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə tutulmuşdur və buna görə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 22 may 2020-ci il tarixdə isə həbsdən azad olunaraq azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra özünə iş tapmalı idi. Maddi imkanı da çox zəif idi. Buna görə də çox pul qazanmaq üçün yollar axtarırdı. Bilirdi ki, adi işlərlə çox pul qazanmaq olmaz. Buna görə də 23 may 2020-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Nadir Kəraməti ilə telefon əlaqəsi saxladı. Belə ki, Nadiri 2011-ci il tarixdə Bakı İstintaq Təcridxanasında saxlanılan zaman tanımışdır. Həmin vaxt oğurluqla, Nadir Kəraməti isə narkotiklə tutulmuşdur. Onun narkotik vasitənin satışı ilə məşğul olduğunu bilirdi. Həmin vaxtdan sonra onun +98-905-665-6552 saylı nömrəsini yadda saxlamışdır. Onunla telefon əlaqəsi saxlayıb ilk öncə ondan borc istəməyi düşünmüşdür. Buna görə öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə onun istifadəsində +98-905-665-6552 nömrəyə zəng etmişdir. Onunla söhbət zamanı təklif etmişdir ki, borcdansa gəl sənə iş təklif edim, günlük 2000 manat pul qazan, aylıq qazancın 60000 manat olacaqdır. Elə bu formada iş axtarırdı ki, tez qazanc əldə etsin. Nadirdən işinin nə olduğunu soruşanda o demişdir ki, sənə narkotik vasitə göndəriləcək, həmin narkotik vasitəni götürüb deyilən yerə aparacaqsan və şəklini çəkib atacaqsan, daha sonra narkotik vasitə alacaq şəxs gələnə qədər uzaqdan həmin narkotik vasitənin olduğu yeri gözətləyəcəksən. Maddi imkanı zəif olduğundan və pul qazanmaq niyyəti olduğu üçün Nadirin bu sözü ilə razılaşmışdır. Nadir 02 iyun 2020-ci il tarixdə ona həmin nömrədən zəng edərək bir nəfər şəxsin vasitəsi ilə ona 02 iyun 2020-ci il tarixdə saat 23:30 radələrində bir ədəd əl çantasında narkotik vasitə heroin, tiryək və metamfetamin göndərəcəyini bildirmişdir. Lakin həmin narkotik vasitəni gətirən şəxsin kim olduğunu ona deməmişdir. Ancaq onu bildirdi ki, Masallı rayonunda Sarı Cəfərli kənd əsas məktəbin yaxınlığına bir ədəd çantanı qoyub gedəcəkdir. Buna görə 02 iyun 2020-ci il tarixdə saat 23:00 radələrində Masallı rayonunda Sarı Cəfərli kənd əsas məktəbin yanına getmişdir. Həmin yerin yaxınlığında dayanıb Nadirin dediyin şəxsin gəlməsini gözləmişdir. Həmin gün təxminən 23:30 radələrində həmin məktəbin yaxınlığına bir qara rəngli nömrəsiz Vaz 2107 markalı avtomaşın gəlmişdir. Həmin avtomaşından təxminən 180 sm boylarında bir nəfər şəxs düşmüş, bir ədəd boz rəngli əl çantasında narkotik vasitəni məktəbin yaxınlığına qoyub maşına minib oradan uzaqlaşmışdır. Mən biraz gözləyib ətrafda heç kimin olmadığı qənaətinə gəldikdən sonra gedib həmin bir ədəd boz rəngli əl çantasının içərisinə baxmışdır. Həmin çantanın içərisində 09 ədəd qara rəngli bağlama, 01 ədəd şəffaf rəngli sellofan büküm və 01 ədəd elektron tərəzi olmuşdur. İranlı Nadir adlı şəxs ilə danışanda o demişdir ki, sellofan bükümdə olan narkotik vasitə sınaq üçün verilən narkotik vasitədir, yəni həmin sellofanda olan narkotik vasitəni onun dediyi yerə qoyulmalıdır, gəlib ordan narkotik vasitəni alan şəxs həmin sellofan bükümdəki narkotik vasitəni götürüb istifadə edəcəkdir, əgər xoşuna gəlsə, qalan bütün narkotik vasitəni də alacaqdır. Buna görə bir ədəd boz rəngli əl çantasında olan narkotik vasitəni götürüb Masallı rayonu, Çaxırlı kəndində köhnə tikilidə gizlətmişdir. Çünki istəmirdi ki, narkotik vasitədən kiminsə xəbəri olsun. Bir ədəd çantada olan narkotik vasitəni gizlətdikdən sonra evinə getmişdir. 04 iyun 2020-ci il tarixdə saat 10 radələrində evdən çıxıb narkotik vasitəni götürüb tanımadığı bir nəfərin avtomaşını vasitəsi ilə Masallı rayonunun avtovağzalına, daha sonra isə avtovağzaldan isə tanımadığı bir nəfərin Mercedes markalı nömrəsini xatırlamadığı avtomaşını ilə Bakı şəhərinə yola düşmüşdür. Bakı şəhərinə gəldikdən sonra Xətai rayonu ərazisinə getmişdir. Çünki əvvəllər Əhmədli ərazisində yaşamışdır. İlk öncə Əhmədli ərazisində zibilliyə gedib çantada gətirdiyi narkotik vasitəni zibillikdə gizlətmişdir. Daha sonra Neapol kruquna gəlib orada ev alqı-satqısı ilə məşğul olan şəxsə yaxınlaşıb ondan kirayə ev istəmişdir. Həmin ev alqı-satqısı ilə məşğul olan şəxsdə ona ünvan 3 ünvanında yerləşən mənzili 300 manata kirayə verə biləciyini bildirmişdir. Razılaşıb həmin evi kirayə götürmüşdür. Daha sonra həmin evə getmişdir. Gecə olduğu üçün narkotik vasitəni gizlətdiyi zibillikdən götürmək üçün piyada olaraq zibilliyə getmişdir. Daha sonra bir ədəd əl çantasında gizlətdiyi narkotik vasitəni götürüb gətirib kirayə yaşadığı mənzilin giriş qapısının sol tərəfində yerləşən dolabda gizlətmişdir. Nadirin zəngini gözləyirdi ki, narkotik vasitəni onun dediyi ünvana aparsın. 06 iyun 2020-ci il tarixə qədər gözləmişdir. Lakin Nadir konkret olaraq narkotik vasitəni aparacağı yeri deməmişdir. Lakin özü əl çantasında olan bir ədəd şəffaf rəngli sellofan bükümdə olan sınaq üçün verilmiş narkotik vasitə heroini əynində olan şalvarının sağ yan cibində qoyaraq gözləmişdir. Artıq ürəyi sıxıldığı üçün həyətdə gəzməyə qərar vermişdir. Bu məqsədlə evdən çıxıb binanın qabağına düşmüşdür. Həmin gün təxminən saat 13 radələrində bir neçə nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlаrının müdаfiə edilməsi məqsədi ilə vəkil təqdim оlunmuşdur. Vəkillə söhbət edib ona etirazı olmadıqdan sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özümdə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bundan sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb stolun üstünə qoymuşdur. Daha sonra həmin şəffaf rəngli sellofan bükümə baxış keçirilmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmişdir. Şəxsi axtarış zamanı şalvarının sol yan cibindən bir ədəd qara rəngli Samsung markalı, bir ədəd qara rəngli Etel markalı mobil telefonlar, bir ədəd özümə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd açar aşkar edilmişdir. Başqa heç nə aşkar edilməmişdir. Bundan sonra bir ədəd şəffaf rəngli sellofan bükümdə olan heroin elektron tərəziyə qoyularaq çəkilmişdir. Daha sonra isə götürülüb, zərfə qoyularaq möhürləndi və həmin zərfin üzəri imzaladı. Bundan sonra Samsung və Etel markalı mobil telefonlar və bir ədəd şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürüldü. Bir ədəd açar isə ona qaytarıldı. Şəxsi axtarış zamanı narkotik vasitə olan heroinin özünə məxsus olduğunu, həmin bükümü cəzaçəkmə müəssisəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxsin vasitəsi ilə üzdən tanıdığı ancaq adını bilmədiyi şəxsdən 02.06.2020-ci il tarixdə Masallı rayonu, Çaxırlı kəndində əldə etdiyini, həmin bükümü və əlavə 30 kq çəkidə narkotik maddələri Bakı şəhərinə gətirdiyini və kirayə evdə saxladığını, daha sonra Nadir adlı şəxsin deyəcəyi ünvana çatdıracağını, əvəzində Nadir adlı şəxsin ona 2000 manat pul verəcəyini, Bakı şəhəri, Xətai rayonu ərazisində hal-hazırda kirayə yaşadığı mənzildə narkotik maddə saxladığını, narkotik maddələrdən istifadə etmədiyini, Nadir adlı şəxslə cinayət əlaqəsinə girdiyini və yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış qurtardı, protokol tərtib edildi, ucadan oxundu və həmin protokol imzalandı. Daha sonra ərizə yazaraq könüllü olaraq yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Buna görə də 06 iyun 2020-ci il tarixdə saat 16:15 radələrində baxış üçün onun yaşadığı ünvana gəlmişlər. Yaşadığı ünvanda vəkilin və polis işçilərinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı mənzilin giriş qapısının sol tərəfində yerləşən dolabda narkotik vasitə saxladığını bildirmişdir və həmin dolabı açaraq bir ədəd boz rəngli əl çantasında olan narkotik vasitələri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin əl çantasının içərisində olan narkotik vasitələri stolun üzünə düzərək hər birinə baxış keçirmişlər. Baxış zamanı əl çantasının içərisində olan qara rəngli bağlamanın 05 ədədinin içərisində narkotik vasitə heroin, 02 ədəd qara rəngli bağlamanın içərisindən narkotik vasitə tiryək və 02 ədəd qara rəngli bağlamanın içərisindən narkotik vasitə metamfetamin aşkar edilmişdir. Həmin 05 ədəd bağlamada olan narkotik vasitə heroin ilə 02 ədəd metamfetamin bir ədəd torbada, 02 ədəd bağlamada olan narkotik vasitə tiryək ilə bir ədəd elektron tərəzi başqa bir torbada qablaşdırıldı, möhürləndi və götürüldü. Bundan sonra mənzildə baxış davam etdirilsədə başqa heç nə aşkar edilmədi. Şifahi sorğu zamanı bildirdi ki, mənzildə iki gündür ki, yaşayır, mənzildə ondan başqa heç kim yaşamır, aşkar olunmuş narkotik vasitə ona məxsusdur, İran İslam Respublikasının vətəndaşı Nadir adlı şəxsin vasitəsi ilə 02.06.2020-ci il tarixdə Masallı rayonu, Çaxırlı kəndində tanımadığı şəxsdən əldə etmişdir, Nadirin dediyi ünvana çatdıracağı təqdirdə 2000 manat pul alacağını, narkotik vasitə saxlamağından heç kimin məlumatının olmadığını bildirdi. Bundan sonra baxış qurtardı, protokol tərtib edildi, ucadan oxundu, həmin protokola imza etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs vəsatəti üzrə 05 iyun 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən özünün istifadəsində olmuş (050) 985-20-20, həmçinin qeyd edilən idarənin əməliyyatçılarının istifadələrində olmuş (099) 310-94-00, (070) ***-**-** və (055) ***-**-** nömrələrinin anten dairələrinin müəyyən edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 15 iyul 2021-ci il tarixli, 1(101)-1269/2021 nömrəli qərar qəbul edilərək, müvafiq operatorlara sorğular verilmiş, qeyd edilən sorğulara "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin cavab məktublarında və onlara əlavə edilmiş “CD” disklərdə Təqsirləndirilən şəxs özünü müdafiə üçün gətirdiyi dəlilləri təsdiq edən hallar aşkar edilməmişdir. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin qeyd edilən məktublarına əlavə edilmiş ümumilikdə 03 ədəd “CD” disklər də cinayət işinin materiallarına əlavə edilmişdir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının birinci bəndinin ikinci abzasında qeyd edilir ki, nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və bu məcəllədə nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. X9 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - CMnin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli CM-nin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. X9 19-cu bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qeyd edilən Plenum Qərarının 26-cı bəndinin 4-cü abzasına əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar (narkotik vasitələr, psixotrop maddələr, odlu silah, döyüş sursatı və sair), CPM-nin 132.0.1-ci maddəsinin tələblərinə müvafiq olaraq müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, yaxud da məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X9 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X9 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. X9 6-cı bəndinin 4-cü abzasına əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli, 1(011)-184/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 01, 181-184) Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 29.06.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.12.2004-cü il tarixli hökmü ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 06.05.2003-cü il tarixli AMNİSTİYA qərarının 2.3cü maddəsinə əsasən azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin 04.03.2005-ci il tarixli hökmü ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 31.05.2006cı il tarixdə Salyan Rayon Məhkəməsinin 11.05.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 77-ci maddəsinə əsasən çəkilməmiş qalan 1 il 11 ay cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 09.02.2011-ci il tarixli hökmü ilə 04 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Bakı şəhər Xətai Rayon Məhkəməsinin 27.05.2011-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 06.11.2015-ci il tarixdə Nizami Rayon Məhkəməsinin 01 il 01 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhər Xətai Rayon Məhkəməsinin 14.06.2018-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22.05.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (cild 01, 141-143) AR CM-in 15.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətdir. AR CM-in 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilir. Odur ki, AR CM-in 83.3.3 və 18.1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və onun əməlində cinayətlərin residivi (sadə) halı müəyyən edilir. İş materiallarında olan Masallı RİHB-nin Çaxırlı kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş 10.07.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Masallı rayonu Çaxırlı kəndində qeydiyyatdadır və qeydiyyatda olduğu ərazi üzrə özünü qapalı aparması ilə xarakterizə olunur. (cild 01, iş vərəqə 155-157) İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22.08.2008-ci il təvəllüdlü X5 və 06.06.2010-cu il təvəllüdlü X8 olmaqla iki azyaşlı övladı vardır. (cild 01, iş vərəqə 158-163) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 61.1.1-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən, cinayətlərin residivini isə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin, cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən, ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi halı müəyyən edildiyindən ona cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onların təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamaqla təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 11,880 qram və 24884.5 qram narkotik vasitə heroin, ekspertizadan sonra qalıq qalan 3274.9 qram psixotrop maddə metamfetamin, ekspertizadan sonra qalıq qalan 1869.8 qram narkotik vasitə tiryək və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 219,80 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10 avqust 2020-ci il tarixli 2180 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və narkomaniya xəstəliyindən əzab çəkmədiyindən ona narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. İş materiallarında olan 06 iyun 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 4(005)-676/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 iyun 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 23; 102-104) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 iyun 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs və onun yaşadığı evdən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 11,880 qram və 24884.5 qram narkotik vasitə heroin, ekspertizadan sonra qalıq qalan 3274.9 qram psixotrop maddə metamfetamin, ekspertizadan sonra qalıq qalan 1869.8 qram narkotik vasitə tiryək və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 219,80 (iki yüz on doqquz manat, səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X6 təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1269/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1269/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver