Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1269/2024 18.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X15 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 18 saylı vəkil bürosunun vəkilləri X4 və 6 saylı vəkil bürosunun vəkili X7 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair işə məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətinə, CM-nin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 avqust 2022-ci tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri 05 (beş) il müddətinə, CM-nin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 avqust 2022-ci il tarixdən saat 22:05-dən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər kimi barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X10 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 1(101)-733/2023 saylı hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişlər. Hökmdən həmçinin təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 müdafiəçisi X12 da apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 1(101)-733/2023 saylı hökmünün Təqsirləndirilən şəxs2 aid hissədə dəyişdirilməsini, onun əməlinin CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini araşdırıb Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-733/2023 saylı, 14 avqust 2023-cü il tarixli hökmü və təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə 24 yanvar 2023-cü il tarixli qərarın ləğv edilib apellyasiya şikayətlərinə baxılmasına xitam verilməklə, cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılması barədə 19 dekabr 2023-cü il tarixdə qərar qəbul etmişdir. Həmin qərarda göstərilmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 müdafiəçisi X12 məhkəməyə vəsatət təqdim edərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş, cinayət işi materiallarının 12, 56, 72, 72, 73, 74, 75, 76, 77, 78, 79, 131,133, 143, 145-ci səhifələrində təqsirləndirilən şəxs X17 yazılmış sözlərinin qarşısındakı imzaların Təqsirləndirilən şəxs2 məxsus olubolmamasının, cinayət işi materiallarının 12, 56, 72, 72, 73, 74, 75, 76, 77, 78, 79, 131,133, 143, 145-ci səhifələrində müdafiəçi Mina Mahmudova yazılmış sözlərinin qarşısındakı imzaların müdafiəçi X11 məxsus olub-olmamasının müəyyənləşdirilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi 18 aprel 2023-cü il tarixli məhkəmə iclas protokolunda qeyd edilən vəsatəti müzakirə etmiş, tərəflərin fikirini öyrənmiş, vəsatəti sübutların tədqiqi ilə bağlı olduğundan hazırkı mərhələdə baxılmamış saxlamışdır. 06 iyun 2023-cü il tarixdə məhkəmə istintaqı tamamlanmış və çıxışlara başlanılmış, vəsatətə hüquqi qiymət verilməmişdir. Müdafiəçi məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinə hüquqi qiymət verilməməsini bildirərək cinayət işi üzrə məhkəmə istintaqının təzələnməsi barədə ərizələrlə müraciət etmişdir. Eyni zamanda, 04 iyul 2023-cü il tarixdə təkrarən məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verərək cinayət işinin 1-ci səhifəsində (N:000455), xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb olunması qərarında”, 4-cü səhifəsində, xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin hüquq və vəzifələri barədə bildiriş”, 12-ci səhifədə, xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirmə protokolu”, 21-ci səhifəsində, xx.xx.2022-ci il tarixli “Cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olması haqqında protokolu", 198-ci səhifədə “şübhəli şəxsin tutulması haqqında qərar”, 200-cü səhifədə "şübhəli şəxsin tutulması haqqında protokol”, 215-ci səhifədə “şübhəli şəxsə mütəxəssizə etiraz etmək hüququnun izah edilməsi haqqında protokol", 216-cı səhifədə “şəxsi axtarış və götürmə haqqında qərar”, 222-ci səhifədə “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokol", 226-cı səhifədə "şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi barədə tərtib edilmiş protokol, videogörüntü ilə tanış olma haqqında protokol” 243-cü səhifədə “şübhəli şəxsin dindirmə protokolu” təqsirləndirilən şəxs X17 yazılmış sözlərinin qarşısındakı imzaların Təqsirləndirilən şəxs2 məxsus olub-olmamasının müəyyənləşdirilməsini, 31-ci səhifəsində, xx.xx.2022-ci il tarixli “Müdafiəçidən imtina ərizəsində”, 32-ci səhifəsində, xx.xx.2022-ci il tarixli “vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokol”, 76-cı səhifəsində xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol”, 72-ci səhifədə “cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokol", 72-ci səhifədə “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol”, 73-cü səhifədə "təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol”, 74-cü səhifədə “ təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol" 75-ci səhifədə "Təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol”, 76-cı səhifədə “ təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol", 77-ci səhifədə “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol”, 79-cu səhifədə “ təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokolda” müdafiəçi Mahmudova Mina və Təqsirləndirilən şəxs2 yazılmış sözlərinin qarşısındakı imzaların müdafiəçi X11 və Təqsirləndirilən şəxs2 məxsus olubolmamasının müəyyənləşdirilməsini xahiş etmişdir. Bakı Ağır Cnayətlər Məhkəməsi cinayət işinin istintaqını aparan müstəntiqi dəvət edib dindirmiş və vəsatəti təmin etməmiş, bunu vəsatətin həqiqətə uyğun olmayan hallara əsaslanması ilə izah etmişdir. Apellyasiya məhkəməsində şikayətlərə ilkin baxılması zamanı da müdafiəçi X12 məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi barədə yenidən vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və 01 dekabr 2023-cü il tarixli 4/1818 №-li ekspert rəyi məhkəməyə daxil olmuş həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş cinayət işinin 1-ci cildinin; 2.1. Ekspertizaya təqdim edilmiş cinayət işinin 1-ci cildinin 200-201-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli "şübhəli şəxsin tutulması haqqında protokolda "Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 215-ci vərəqində olan xx.xx.2022-ci il tarixli "şübhəli şəxsə mütəxəssisə etiraz etmək hüququnun” izah edilməsi haqqında protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 222-224-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli "şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolun 1-ci və 2-ci vərəqlərində sağdan 1-ci imzalar; 226-cı vərəqində olan xx.xx.2022-ci il tarixli "şəxsi axtarışın aparılması və maddi sübutun götürülməsi barədə tərtib edilmiş protokol, videogörüntü ilə tanış olma haqqında protokol»da “Şübhəli şəxs:” qrafasındakı imza; 243-245-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi dindirmə protokol”nun 3-cü vərəqində “Şübhəli şəxs:" qrafasındakı imza; Cinayət işinin 2-ci cildinin 12-13-cü vərəqlərində olan xx.xx.2022-cİ il tarixli "Təqsirləndirilən şəxsi dindirmə protokolun”un 2-ci vərəqində "Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 31-ci vərəqində olan 09 sentyabr 2022-cİ il tarixli "Müdafiəçidən” imtina ərizəsində “İmza:” qrafasındakı İmza; 32-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı İmza; 72-ci vərəqində olan 20 dekabr 2022-ci il tarixli "cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokolda, 72a-cı vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol»da, 73-cü vərəqində olan xx.xx.2022-cİ il tarixli "təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol»da, 74-cü vərəqində olan xx.xx.2022-ci il tarixli "təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol»da, 75-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol»da, 76-cı vərəqində olan xx.xx.2022-ci il tarixli "təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol»da, 77-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol»da, 79-cu vərəqində xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol»da “Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 2-ci cildinin 31-ci vərəqində olan 09 sentyabr 2022-ci il tarixli “Müdafiəçidən” imtina ərizəsi”ndə, 32-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokol»da, 72-ci vərəqində olan 20 dekabr 2022-ci il tarixli “cinayət prosesi iştirakçısına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında protokol»da, 72a-cı vərəqində olan xx.xx.2022-ci il tarixli "təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol”da, 73-cü vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol”da, 74-cü vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol”da, 75-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokol”da, 76-cı vərəqində olan xx.xx.2022-ci il tarixli ’’təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol”da, 77-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol”da, 79-cu vərəqində xx.xx.2022-ci il tarixli "təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında protokol”da “Müdafiəçi:" qrafalarındakı imzalar - X12 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsinin ittiham hökmü çıxararkən istinad etdiyi sübutların bir qismi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinin tələbləri baxmından mümkünsüz sübut olmuşdur. Ekspert rəyində qeyd edilən sənədlərdə imzalar Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğundan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş ən azından aşağıdakı hüquqları kobud pozulmuşdur. 91.5.10. ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək; 91.5.13. etirazlar etmək və vəsatətlər vermək; 91.5.17. təqsirli olduğunu və ya təqsirli olmadığını bildirmək; 91.5.18. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokolunda qeyd edilməsini tələb etmək; 91.5.19. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək; 91.5.20. ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq; 91.5.21. həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbləri baxmından həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Cinayət Prosessual Məcəlləsinin 303.4-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərarda belə qərarın çıxarılması üçün əsaslar göstərilir. Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: ...300.1.5. cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı X2 da vəsatət verərək Bakı Apellyasiya Məhəkəməsinin qərarında göstərilən hallara görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçiləri X8 və X12 cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini məhkəmədən xahiş etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərin fikirləri ilə razı olduqlarını bildirdilər. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək proses tərəflərini dinləyərək yuxarıda göstərilən hallara və qanunun müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəməyədək icraatı kobud prosessual pozuntulara yol verildiyindən, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğundan cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bundan başqa məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti ilə də bağlı qərar qəbul etməyi zəruri hesab edir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 306.2.2-ci maddəsinə əsasən cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət Prosessual Məcəlləsinin 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Cinayət Prosessual Məcəlləsinin 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Qanunun yuxarıda göstərilən müddəalarına əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, yenidən eyni məzmunlu cinayət əməllərinin törədilə biləcəkləri ehtimalının olması, məhkəməyədək icraat dövründə azadlıqda qalmaqla istintaqdan qaçıb gizlənəcəyinə və bununla da istintaqın normal gedişinə maneçilik edəcəyinə kifayət qədər əsasların olmasını, onların təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 3 (üç) ay müddətə, yəni 18 aprel 2024-cü il tarixədək uzadılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159.10, 299, 300, 303, 306-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi göstərilən pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. X7 və X4 təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatətləri təmin edilməsin. Hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 3 (üç) ay müddətə, yəni 18 aprel 2024-cü il tarixədək uzadılsın. Qərarın surəti proses tərəflərinə təqdim edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilməz. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1269/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1269/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver