Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-127/2022 28.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X8 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxsin hüquqi varisi: X1 iştirakı ilə, Təqsirləndirilən şəxs– xx xxx 1986-ci il tarixdə Saatlı rayonu, Qaranuru kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbayacan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 170.3, 181.2.1, 181.2.5 və 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, yetkinlik yaşına çatmayan şəxsi ağır cinayət törədilməsinə cəlb etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq etmiş, qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü tanışı Şahid1 qazanc əldə edəcəyi barədə vədlər verməklə ağır cinayət törədilməsinə cəlb edib, sövdələşmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmə cinayəti törətmə barədə razılaşaraq, sonuncu ilə cinayət əlaqəsinə girib 23.04.2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsində yerləşən “Pitomnik” adlı parkın ərazisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Şahid1 Zərərçəkmiş şəxs2 yaxınlaşıb üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə sonuncunun sol bud nahiyəsinə dirəməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib basqın edərək sonuncuya məxsus üzərində 7 manat dəyərində ekran qoruyucu, 100 manat dəyərində ***-***-**-** "xxxx" MMC-yə məxsus nömrə olan 950 manat dəyərindəki “İphone” markalı A1865 (X) model mobil telefonu və 53 manat nəğd pulu alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 1110 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etmişdir. Bundan başqa o, 27.09.2020-ci il tarixdə tanışları Zərərçəkmiş şəxs1 və Şahid5 arasında yaranmış mübahisəyə qoşulmaqla Zərərçəkmiş şəxs1 Şahid5 birlikdə döyməyi, Şahid5 isə Zərərçəkmiş şəxs1 ünvanına təhqiramiz ifadələr işlətməklə birlikdə cəzalandırmağı təklif etmiş, bu barədə Şahid5lə danışıq zamanı məlumat alan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs etdiyi hərəkətlərdən qəzəblənərək istifadəsində olan ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə sms yazaraq “telefonuvu elive goturen kimi mennen svyaza cix, seryoznu prablemim var sennen” sözlərini yazmaqla görüşmək istəyini bildirsə də Təqsirləndirilən şəxs konfilikdən yayınaraq görüşmək istəmədiyi üçün buna nail ola bilməmiş, 28.09.2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 tanışları ilə Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən avtomobil təmir sexində tanışı Əlinin doğum gününü qeyd edən zaman Təqsirləndirilən şəxs onun telefon zənglərinə cavab vermədiyi üçün tanışı Şahid6 Təqsirləndirilən şəxslə telefonla danışdığını görüb sonuncunun telefonu ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı yerdə - 4-cü mikrorayon dairəsi yaxınlığında olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 tanışı Şahid2 ilə birlikdə saat 04 radələrində icarə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 4-cü mikrorayon dairəsi yaxınlığında yerləşən H.Seyidzadə küçəsi ev 16b ünvanına gəlmiş, avtomobildən düşərək Təqsirləndirilən şəxs yaxınlaşaraq ona söyüşlər etmiş, sonuncu Zərərçəkmiş şəxs1 yumruq zərbəsi vurmuşdur. O, Təqsirləndirilən şəxs ünvanına təhqiredici ifadələr işlətməklə qaçaraq yolun digər tərəfinə keçmişdir. Təqsirləndirilən şəxs təhqir edilməsinə görə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 arxası ilə gedib üzərində gəzdirdiyi və soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Emrah Əhmədzadədən etdiyi söyüşləri geri götürməsini və həmin söyüşlərin öz ünvanına istifadə etməsini tələb edərək sonuncuya zərbələr endirməklə sol budun yuxarı 1/3-nin arxa səthinin 1 ədəd deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya xarakterik, sol budun aşağı 1/3-nin arxa səthinin 1 ədəd kəsilmiş yarası, sol diz oynağı nahiyəsinin iç səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası və sağ mil-bilək oynağı nahiyəsinin və əlin arxa səthinin 1 ədəd kəsilmiş yarası kimi hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya xarakterik, boyun nahiyəsinin 2 ədəd qançırı, sol yanağın 1 ədəd qançır-sıyrığı, sağ dirsək oynağı nahiyəsinin 3 ədəd, sağ ayağın bayır topuğunun 1 ədəd, sol əlin ovuc səthinin 1 ədəd, sol diz oynağı nahiyəsinin 2 ədəd, sol dirsək oynağı nahiyəsinin 4 ədəd sıyrıqları kimi həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Nəticədə Zərərçəkmiş şəxs1 almış olduğu sol budun yuxarı 1/3-nin bud arteriyasının və venasının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qan itirmə nəticəsində aparıldığı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölmüş, Təqsirləndirilən şəxs zərərçəkmişə ağır xəsarət yetirərək ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2-3 aydır ki, tanıyırmış. Onunla yaxın münasibəti olmamışdır. Emrahla hadisəyə kimi iki ya üç dəfə görüşmüşdür. O, Emrahın narkotik vasitə satışı ilə məşğul olduğunu eşitmişdir. Buna görə də Emrahla münasibət qurmaqda maraqlı olmamışdır. 28.09.2020-ci il tarixdə saat 00:39-da Emrah istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, o isə zəngə cavab verməmişdir. Saat 01:01-də yenidən zəng etmiş və o yenidən zəngə cavab verməmişdir. Bundan əlavə Emrah ona öz istifadəsində olan mobil nömrədən ona“telefonu əlivə götürən kimi mənnən sivyaza çıx, seryoznu problemim var sənnən” məzmununda mesaj yazmışdır. Bundan sonra saat 02:32-də Emrahın dostu Babaş adlı şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona zəng gəlmişdir. Saat 02:30, 02:40 radələrində ona yenidən zəng gəlmişdir. O da həmin nömrələrə zəng etdikdə zəngə Emrah cavab vermiş və onun harada olduğunu soruşmuş, onu təhqir etməyə başlamış və təkidlə demişdir ki, görüşək. Bundan əlavə söyüş söyməyə başlamış və onu pis təhqir etmişdir. Emrah ona onu vuracağını demişdir. O isə artıq onun söyüş və təhqirlərindən bezib evdə olduğundan evinin yaxınlığına, yəni 4-cü mkr. dairəsi yaxınlığına gəlməsini bildirmişdir. O düşünmüşdür ki, Emrah narkotik satışı ilə məşğul olduğundan və onun da mikrorayonda bu cür insanlara qarşı mübarizə aparmağı, narkotik satışına icazə verməməyi səbəbindən onunla görüşmək istəyir. 27.09.2020-ci il tarixdə kubinkada Cəmillə Emrahın bir-birlərinə qışqıraraq mübahisə etməsi zamanı o yalnız onlara “burda dayanmayın, çıxın gedin demişdir”. Aralarında başqa heç bir söhbət olmamışdır. O, Emrahı “Yeganə” şadlıq sarayının ofisi ilə üzbəüz yolun digər tərəfində, məhəlləyə dönən yolda, H.Seyidzadə küçəsində “Odun” adlı təndir evinin qarşısında gözləmişdir. Həmin vaxt onun yanında məhəllə uşağı Nicat adlı şəxs olmuşdur. O, Nicata məxsus qara rəngli “Kia Optima” markalı avtomobildə Nicatla birlikdə əyləşmişdir. Təxminən 15 dəqiqə sonra Emrahın ona məxsus ağ rəngli, Hyundai Elantra markalı avtomobillə gəlib onların avtomobilinin qarşısında saxladığını görmüşdür. O, üzü 4-cü mkr. dairəsi istiqamətində yolun kənarında maşını saxlamışdır. Maşını Emrah idarə edirmiş, yanında isə sonradan adının Elmin olduğunu öyrəndiyi şəxs var imiş. Emrah Elminlə maşından düşmüş və ona yaxınlaşmışlar. O da salam verib onunla nə işi olduğunu soruşmuş, onu dayandıqları yer yol qırağı olduğu üçün məhləyə dəvət etmişdir. Emrah isə maşından düşəndən onunla söyüşlə danışmışdır. Emrah ona maşına oturub getmələrini demişdir. O isə getməmiş və bundan sonra Emrah onu yenidən söyməyə başlamışdır. O, ağır söyüşlər söydüyünə görə əsəbiləşib Emrahın çənə nahiyəsindən yumruq vurmuş, bundan sonra Emrah yenidən söyüş söyməyə başlamış və avtomobilinə tərəf qaçmışdır. O düşünmüşdür ki, avtomobildən nə isə götürüb onu vuracaq. Onun ailə üzvlərinə pis söyüşlər söydüyü üçün ona təsir etmiş və o da bel kəmərinin üzərində olan və belində saxladığı mətbəx bıçağını çıxarmış Emrahın arxasınca qaçmış və üzərinə cummuşdur. Avtomobilinin qapısını açmamış onun gəldiyini görüb “Yeganə” şadlıq sarayı istiqamətində yol ilə qaçmışdır. O da hələ də söyüş söydüyü üçün arxasınca düşmüşdür. Emrah avtomobil yolunun ortasında yolu keçmək istəyərkən yerə yıxılmış və yenidən ayağa qalxıb yolun digər tərəfindən keçdikdə ona çatmış və yenidən yerə yıxılmışdır. Yerə yıxıldığı yer “Yeganə” şadlıq sarayının ofisinin qarşısı olmuşdur. Emrah yerdə uzanılı vəziyyətdə ona təpik atırmış. O da əlindəki bıçaqla Emrahın ayaq nahiyyəsinə bir dəfə vurmuşdur. Həmin vaxt Emrah yerdə uzanılı vəziyyətdə olmuşdur. Emrah söydüyü söyüşləri geri götürdüyünü bildirmişdir. Emrahı öldürmək fikri olmamış, onun söydüyü söyüşlərə görə cəzalandırmaq məqsədi ilə ayağından vurmuşdur ki, hər ayağındakı yaraya baxarkən xatırlasın ki, söyüş söymək olmaz. Onu vurduqdan sonra yolun digər tərəfindən keçib Nicatın qara rəngli “Kia optima” markalı avtomobilinə əyləşmiş və Nicat avtomobili idarə edərək onu həmin yerdən uzaqlaşdırmışdır. Şəhərdə bir az hərəkət etdikdən sonra Nicat onu öz istəyilə Hüseyn Cavid prospekti tərəfdə düşürtmüş və evə getmişdir. O da taksi ilə yenidən evə qayıtmışdır. Həyat yoldaşı Zöhrə evdə imiş və o da evə gəlmişdir. 28.09.2020-ci il tarixdə polis əməkdaşları yaşadığı mənzilə gəlmiş və o da təslim olaraq hadisəni törtədiyi bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Sonradan öyrənmişdir ki, Emrah aldığı xəsarətlərdən ölmüşdür. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı orada dördlərindən başqa adam olmamışdır. Sonradan da ora adamlar yığılmasının şahidi olmamışdır. Onun Emrahı öldürmək imkanı olmuş, çünki Emrah yerdə yıxılmış vəziyyətdə olmuşdur. Lakin ona ayağına bıçaqla zərbə vurduqdan sonra başqa zərbələr vurmamış, zərbə vurmağa imkanı olsa da bunu etməmiş, Emrah söyüşlərini geri götürdükdən sonra özü Emrahdan aralanmışdır. Təqsirləndirilən şəxs heç bir quldur etmədiyini və yetkinlik yaşına çatmayan şəxsi cinayət etməyə cəlb etmədiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o 23 aprel 2020-ci il tarixdə evdə olarkən Vüqar ona “instagram” sosial şəbəkəsində mesaj yazaraq dostları Vüsalla birlikdə “Compton” adlı səsyazma studiyasında olduqlarını bildirib onu da görüşmək üçün çağırmışdır. O da qeyd olunan ünvana getmiş və Vüqarla təxminən 1 saata yaxın söhbət etdikdən sonra evə getmək üçün yola çıxmışdır. Çünki həmin dövrdə sərt karantin rejimi idi və sms-saat sistemi tətbiq edilirdi. Saat 15 radələrində “Ptomnik” adlanan parkla üzü Nəsimi m/s istiqamətində gedən zaman parkın içərisində əvvəlcədən tanıdığı Şahid1 görmüşdür. Onu təxminən 1 il idi ki, tanıyırmış. Onu Fərid normal bir uşaq kimi tanımışdır. Lakin sonradan o, avara həyat tərzi keçirməyə başlamışdır. Səbuhi onu görüb yanına çağırmışdır. O, Səbuhi ilə görüşüb salamlaşmışdır. Ondan hara getdiyini soruşmuşdur. O evə getdiyini dedikdə birdən-birə Səbuhi kəmərindən göy rəngli dəstəyi olan qatlanan bıçağı çıxarıb onun sol bud nahiyəsinə dirəmişdir. O əvvəl elə bilmişdir ki, Səbuhi onunla zarafat edir. Lakin sonra Səbuhi ondan üzərində nə olduğunu soruşmuşdur. O da “İphone X” markalı telefon və 53 manat pulu olduğunu demişdir. Səbuhi bıçağı onun ayağına dirəyib hədə-qorxu gələrək üzərindəkiləri verməyini desə də, əvvəlcə verməkdən imtina etmişdir. Lakin o, qışqıraraq bıçağı bir az daha ayağına sıxdıqda artıq Fərid onun fikrinin qəti olduğunu başa düşüb qorxub üzərindəkiləri yəni telefonla pulu ona vermişdir. Səbuhi 1 saat sonra onunla əlaqə saxlayacağını deyərək getmişdir. Ancaq Səbuhi onunla əlaqə saxlamamışdır. Növbəti gün Cavdid Əliyev onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə mesaj yazaraq ona zəng etməyini bildirmişdir. Təqsirləndirilən şəxs ona telefonunun onda olduğunu, onun kart hesabına 50 manat köçürəcəyi halda telefonu onun dediyi adamdan götürə biləcəyini bildirmişdir. Lakin o ona telefonu gördükdən sonra pul verə biləcəyini demişdir. Cavid isə bununla razılaşmamış və pulu verməyəcəyi halda telefonun satılacağını bildirmişdir. O sonra ümumiyyətlə 50 manatı olmadığını demişdir. Sonrakı danışıqlarında isə Cavid 30 manat hesabına göndərməyini, 20 manatı isə sonra görüşəndə verməyini demişdir. O yenə də razılaşmamışdır. Bundan bir müddət sonra isə ona sms yazaraq telefonun 300 manata satıldığını bildirmişdir. O bununla bağlı DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, 1997-ci il tarixdə Aqşin Mustafazadə ilə ailə həyatı qurmuş və həmin nikahdan Namiq və Emrah adlı iki oğlan övladı dünyaya gəlmişdir. 27.09.2020-ci il tarixdə axşam saat 23-24 radələrində Emrah evə gəlmiş və ondan 4 manat siqaret pulu alaraq getmişdir. O, “oğlum uzağa getmə”-demiş, Emrah isə “məhlədəyəm, uzağa getmirəm” cavabını vermişdir. Bundan sonra Emrahdan xəbəri olmamışdır. Bildiyi qədərilə maşınla taksi kimi işləməyə getmişdir. 28.09.2020-ci il tarixdə saat 04-05 radələrində Emrahın dostu Elmin ona zəng edərək Emrahın bıçaqlandığını və “Respublikanski” xəstəxanaya apardığını demişdir. O, tez evdən çıxıb xəstəxanaya getdikdə artıq oğlunun öldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. O, əvvəllər hal-hazırda qeydiyyatda olduğu ünvanda yaşamış və uşaqlığı orada keçmişdir. Cavid isə onun uşaqlıq yoldaşıdır. Həmişə bir dost kimi yaxın olmuşlar. Cavidi özünə böyük qardaş hesab etmişdir. Cavid sözünü deyən, həmişə haqqın tərəfində olan insan olmuşdur. Cavidin nə işlə məşğul olduğunu bilməmişdir. Atası Cavidə kömək etmişdir. Cavidin əvvəllər məhkumluğu da olmuşdur. Cavidin əvvəlki nikahdan bir oğlan övadı vardır. Hal-hazırda isə ünvan 3 ünvanında qeyri-rəsmi ailə həyatı qurduğu Zöhrə adlı qızla yaşamışdır. Demək olar ki, Cavidlə hər gün görüşmüş və bir yerdə vaxt keçirmişdir. 28.09.2020-ci il tarixdə gecə saatlarında dəqiq xatırlamadığı vaxtda özünə məxsus qara rəngli “Kia Optima” markalı, **- PF-*** d.q.n-li avtomobillə Yeganə şadlıq sarayından üzü 4-cü mkr. dairəsi istiqamətində hərəkət edərkən 4-cü mkr. dairəsinə çatmağa az qalmış yolun sağ tərəfində Cavidin səkidə dayandığını görmüşdür. Avtomobili saxlayıb düşüb Cavidlə görüşmək istəyərkən Cavid avtomobilə əyləşmişdir. Avtomobildə görüşmüş və hal-əhval tutmuşdur. Cavidin kefi olmamışdır. Təxminəm 2-3 dəqiqə sonra Cavidin telefonuna zəng gəlmiş və Cavid cavab verib telefonda danışdığı şəxsə “gəl-gəl, 4-ün kruqundayam, sənin mənlə nə seryoznu işin ola bilər, gəl burdayam”-demişdir. Bundan sonra o, Caviddən nə olduğunu soruşmuş, Cavid isə əsəbi formada “gəlsin görüm bunun mənlə işi nədi” demişdir. Həmçinin həmin şəxsin adının Emrah olduğunu da bildirmişdir. Bundan təxminən 5-6 dəqiqə sonra əvvəllər tanımadığı və adının sonradan Emrah olduğunu öyrəndiyi şəxs ağ rəngli “Hyundai Elantra” markalı nömrəsini xatırlamadığı avtomobillə 4-cü mkr. dairəsi tərəfdən gələrək qoşa xəttin üzərindən keçib dönməklə onun maşınının qarşısında saxlamışdır. Emrah adlı şəxs və sonradan adının Elmin olduğunu öyrəndiyi şəxs maşından düşmüşlər. O da Cavidlə maşından düşmüşdür. Emrah ona yaxınlaşmış, Cavid isə biraz aralıdan Emraha “gəl görüm nədi belə dəqiqə başı mənə zəng edib deyirsən ki, səninlə seryoznu işim var” demişdir. Emrah da ona “qışqırma, nə deyirsən sən!” demiş və Cavidi söyməyə başlamışdır. Cavid bu vaxt Emraha yaxınlaşmış və səkidə Emrahın üzündən sağ əli ilə bir yumruq vurmuşdur. O da Cavidi vuracağını fikirləşərək Elmini qucaqlamışdır. Lakin, Elmin hər hansı hərəkət etməmişdir. Emrah yumruq zərbəsindən təntimiş və üzü “Yeganə” şadlıq sarayı istiqamətində söyüş söyə-söyə qaçmağa başlamışdır. Cavid də onun arxasınca qaçmışdır. Belə olduğunu gördükdə əvvəlcə Elmin, sonra isə o, Cavidgilin arxasınca qaçmışdırlar. Emrahın yolun digər tərəfində və bir az aşağıda olan 3 mərtəbəli obyektin qarşısında yerə yıxıldığını görmüşdür. O, qaçaraq oraya çatdqıda Emrahın yerdə oturduğunu və geri çəkildiyini, Cavidin isə dayanaraq heç nə etmədiyini görmüşdür. Elmin də orada sakit dayanmış və heç nə etməmişdir. Emrah isə yerdə oturulu vəziyyətdə uca səslə özünə söyüş söymüşdür. O, nəyə görə Emrahın özünə ağır ifadələrlə söyüş söydüyünü bilməmişdir. Ara sakitləşdiyi üçün o, Cavidlə maşına tərəf getmişdir. Elmin də onların yanları ilə gəlmiş, Emrah isə orada qalmışdır. Bir qədər irəlilədikdən sonra maşınının qapısını açdıqda arxaya baxdıqda Emrahın ayaq üstə olduğunu, axsayaraq həmin obyektin qarşısından üzü “Yeganə” şadlıq sarayı istiqamətində irəlilədiyini görmüşdür. Əhəmiyyət verməyib Cavidlə birlikdə maşına əyləşmişdir. Elminin isə harada olmasına fikir verməmişdir. Cavid “sür məni düşürt” dediyi üçün üzü 4-cü mkr. dairəsi istiqamətində hərəkət etmiş, sonra yolda Cavid ona istiqamət verdiyindən Mətbuat prospektinə gəlmişdir. Oradan Apellyasiya məhkəməsinin qarşısı ilə H.Cavid prospektinə getmiş və prospekti keçdikdən 100 metr sonra Cavid maşını saxlamağını bildirmişdir. O, Cavidə onların evinə getməyi təklif etsə də, Cavid razı olmamış və orada maşından düşüb “hərəmiz öz evimizə gedək”-demişdir. Bundan sonra o, evinə getmiş və Caviddən xəbəri olmamışdır. 28.09.2020-ci il tarixdə saat 18-19 radələrində Emrahın öldüyünü və Cavidin də tutulduğunu eşitmişdir. Şahid3 suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı orada başqa adamlar olmamış, yalnız dördləri olmuşlar. Sonradan da ora adamlar yığılmamışlar. Cavidin Emrahı öldürmək imkanı olmuş, çünki Emrah yerdə yıxılmış və sonra isə oturmuş vəziyyətdə olmuşdur. Lakin Cavid ona zərbələr vurmamış, zərbə vurmağa imkanı olsa da bunu etməmiş, özü Emrahdan aralanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxındır ki, tanımışdır. O, həmin dövrdə 4-cü mkr.-da xalası ilə birlikdə kirayədə yaşamışdır. Cavid də qonşuluqda yaşadığından qonşu kimi tanış olmuşdur. Cavidin bundan əvvəlki dövrdə bir dəfə də ailəsi olmuş, lakin sonradan boşanmışdılar. Cavidin 12 yaşında bir övladı da vardır. Cavidlə tanış olduqdan sonra münasibətləri daha da yaxınlaşmışdır. Bundan sonra isə birlikdə yaşamağa başlamışlar. Həmçinin kəbinləri də olmuşdur. Cavid əvvəllər hüquq-mühafizə orqanlarında işləmiş, lakin sonradan işdən çıxarılmışdır. Cavid uzun müddətdir ki, heç yerdə işləməmiş, imkanlı dostlarının ona hörmət etməsi ilə dolanmışdır. Onun təqaüdü də biraz kömək etmişdir. Cavidin əvvəllər törətdiyi xuliqanlıq cinayətinə görə ona elektron qolbağ taxılmışdır. Bu səbəbdən gecə saatlarında adətən evdə olmuşdur. 27.09.2020-ci il tarixdə saat təxminən 23 radələrində Cavid birlikdə yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi 16b mənzil 23-ə gəlmişdir. Bir müddət sonra Cavidə zəng gəlmiş və Cavid danışdıqdan sonra mənzildən çıxıb getmişdir. Cavid tez-tez evdən çıxıb-qayıtdığından ondan hara getdiyini adətən sorğu-sual etməmişdir. Elə bu dəfə də hara getdiyini soruşmamışdır. Saat təxminən 24 radələrində uzanıb yatmış, saat təxminən 05 radələrində Cavidin qışqırıq səsini eşitmişdir. Həmçinin ikinci bir şəxsin qışqırıq səsi də gəlmişdir. O, dərhal balkona çıxmışdır. Onların yaşadığı mənzilin balkonu “Yeganə” şadlıq sarayından üzü 4-cü mkr. dairəsinə gedən yolu görür. Balkona çıxanda “Hyundai elantra” markalı avtomobilin oradan uzaqlaşdığını görmüşdür. Artıq orada başqa heç kəs olmamışdır. Cavidin səsini eşitdiyindən əmin olsa da, ancaq özü orada görünməmişdir. Artıq Cavidin hadisə yerindən uzaqlaşdığını başa düşmüşdür. Sonra mənzilə qayıtmışdır. Həyəcanlı olmuş və nə edəcəyini bilməmişdir, oturub gözləmişdir. Sonra Cavidin atası Əlihüseynə zəng edib Cavidi tapmasını demək qərarına gəlmişdir. Bu barədə Əlihüseynə demişdir. Saat təxminən 07 radələrində Cavidin atası mənzilə gəlmişdir. Əlihüseynin mənzilə gəlməsi ilə birlikdə, çox qısa zaman sonra Cavid özü də mənzilə gəlmişdir. Caviddən qışqırıq səsini eşitdiyini deyərək, nə baş verdiyini soruşmuş, lakin Cavid ona heç nə olmadığını demişdir. Cavid ona heç nə danışmaq istəməmişdir. Atası da soruşsa da, heç nə danışmamışdır. Bundan sonra atası çıxıb getmiş, Cavid isə evdə olmuşdur. O, səhər saatlarında yenidən balkona çıxmış və yolun kənarında qana bənzər izlər görmüşdür. Bir neçə saat sonra qapı döyülmüş və polis əməkdaşlarının gəldiyini başa düşmüşdür. Caviddən başqa heç kəsi olmadığından əvvəl qapını açmaq istəməsə də, sonra Cavid bunun düzgün hərəkət olmadığını demiş və təslim olmuşdur. Bir müddət sonra isə polis əməkdaşları gəlmişdir, polislər gələndə Caviddən nə baş verdiyini soruşmuş, Cavid isə Emrahın ona pis söyüşlər söydüyünü, onun da söyüşləri götürməyib, onu ayağından vurduğunu demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid10 ifadəsində göstərmişdir ki, 27.09.2020-ci il tarixdə axşam saatlarında Cavidgilə gəlmişdir. Səhəri gün tezdən isə rayona qayıtmalı olmuşdur. Cavid, Zöhrə və ondan başqa evdə heç kim olmamışdır. Mətbəxdə oturub Cavidlə çay içdikdən sonra yorğun olduğu üçün otağa keçib yatmış, 28.09.2020-ci il tarixdə saat 06-07 radələrində oyanaraq yola çıxmaq üçün dəhlizə çıxdıqda Zöhrə ona deyəsən Cavidin kiminləsə dalaşdığını demişdir. O, bir neçə dəfə Cavidə zəng etmiş, lakin zəng çatmamışdır. Təzəcə evdən çıxan zaman Cavidin pilləkənlərlə yuxarı gəldiyini görmüşdür. Caviddən kiminlə dalaşmasını soruşduqda heç kimlə dalaşmadığını demişdir. Bundan sonra Cavidlə görüşüb Saatlı rayonuna yola düşmüşdür. 20 Yanvar dairəsi yaxınlığında müştəri axtararkən saat 12-13 radələrində binanın komendantı Azər ona zəng edərək polisin gələrək Cavidi apardığını demişdir. O, sonradan Cavidin gecə vaxtı bir nəfəri bıçaqladığını və həmin adam öldüyünü eşitmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid9 ifadəsində göstərmişdir ki, 26.09.2020-ci il tarixdə Emrah onun işlədiyi avto servisə gələrək ona demişdir ki, atasının vəfatı ilə əlaqədar 27.09.2020-ci il tarixdə İsmayılllı rayonuna “qəbir üstünə” getmək istəyir. Lakin, avtomobili və sürücülük vəsiqəsi yoxdur. Onun adına “Rent A Car” dan avtomobil götürməyini və onunla birlikdə İsmayıllı rayonuna getmək istədiyini bildirmişdir. O da razılıq vermişdir. Sürücülük vəsiqəsinin şəklini ona göndərmişdir. Bundan əlavə 10-15 manat da köməklik etmişdir. Emrah da avtomobili götürüb gəlmişdir. Avtomobil ağ rəngli Hyundai Elantra markalı ** RA *** dövlət qeydiyyat nişanlı imiş. Emrah onun yanına gəlib avtomobili götürdüyünü bildirmiş və öz işlərini həll etmək üçün avtomobillə getmişdir. Razılaşmışlar ki, növbəti gün səhər saatlarında yola çıxacaqlar. Lakin, Emrah maşını götürüb gedəndən sonra ondan xəbər çıxmamışdır. Telefona da cavab verməmişdir. 27.09.2020-ci il tarixdə bir neçə dəfə telefonla danışdıqda ona işlərini həll edib gələcəyini demişdir. Lakin, axşam saatlarına qədər ondan xəbər çıxmamışdır. 28.09.2020-ci il tarixdə gecə saat 01 radələrində Emrah onun istifadəsində olan mobil nömrəyə zəngə edərək ad gününü təbrik etmiş və ona demişdir ki, səninlə işim var çölə çıxa bilərsən? O da evdən çölə çıxmış və görmüşdür ki, Emrah maşınla gəlib və maşında iki qız, iki oğlan var imiş. Mağazalar bağlı olduğu üçün onları servisə gətirmiş, çay dəmləmişdir. Servisə gəldikdən sonra həmin müddətdə Emrahın tanışları oturub özləri üçün söhbət edirmişlər. Bir müddət sonra o, ayaqyoluna getmişdir. Geri qayıtdıqda görmüşdür ki, Emrahla qızların biri və maşın orada yoxdur. O biri qız demişdir ki, narahat olma, bir azdan gələcəklər. O da orada öz işləriylə məşğul olmuşdur. Təxminən yarım saat sonra Emrahın gəlmədiyini görüb ona zəng etmişdir. Lakin Emrah telefona cavab verməmişdir. Babaşa Emrahın telefonuna zəng etməsini demişdir. Babaş da telefonla zəng etmiş və danışdıqdan sonra demişdir ki, Emrahı bıçaqlayıblar və Respublikanski xəstəxadadır. Buna görə də onlar hamısı taksi ilə xəstəxanaya getmişlər. O isə servisdə qalmışdır. Bir müddət sonra Babaşa zəng etdikdə Emrahın öldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən hadisədən 2-3 ay əvvəl çayxanada tanış olmuş, münasibətləri normal olmuş, ədavəti və ya düşmənçiliyi olmamışdır. Cavid özündən razı insan olmuş, hər zaman özünü tərifləmişdir, bu səbəbdən Caviddən çox da xoşu gəlməmişdir. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 26.09.2020-ci il tarixdə, saat 23 radələrində Nəsimi rayonu, B.Məcidov küçəsindən özünə məxsus **-XJ-*** d.q.n, “Touareg” markalı avtomaşınla keçərkən küçənin başlanğıcında d.q.n.-nı bilmədiyi “Hyundai Elantra” markalı, ağ rəngli avtomaşın dayandığını görmüşdür. Həmin küçədə onun tanışları yaşadığı üçün dayanmış avtomobilə baxmışdır. Bu vaxt “Hundai Elantra” markalı avtomaşının arxa sol tərəfdən şüşəsi aşağı enmiş və bir nəfər oğlan ona kobud şəkildə “nə var niyə baxırsan”-demişdir. O, gülərək həmin vaxt yanında oturan Həsən Ağamalıyev adlı dostundan həmin şəxsin olmasını soruşmuş və Emrah olduğunu öyrənimişdir. O, maşından düşmüş və Emraha yaxınlaşıb niyə bu tərzdə danışdığını soruşmuşdur. Emrahın yanında təxminən 4-5 nəfər tanımadığı dostu olmuşdur. Həmin şəxslərdən biri onu tanımış və mübahisəyə ehtiyac olmadığı demişdir. O, Emrahın dostlarına onları tanımadığını, onun avtomobilinə oturmasını və təkbətək söhbət etməyə getməyi təklif etmişdir. Emrah onun avtomobilinə oturmuş və ikisi birlikdə onun yaşadığı binanın, yaxınlığında S.Rəhimov küçəsi 131 ünvanında olan avtodayanacağa gəlmişlər. Maşından düşərək Emraha avtodayanacağın arxa tərəfinə keçib söhbət etməyi bildirsə də, Emrah etiraz edərək onu aparıb götürdüyü yerə düşürməyi demişdir. O da Emrahı aparıb götürdüyü yerə düşürtmüş və aralarında heç bir dava-dalaş olmamışdır. O, Emrahı dostlarının yanına aparıb düşürdükdən sonra Emrah ona “sabah səhər 06.00-da görüşək”-demiş və nömrəsini vermişdir. 27.09.2020-ci il tarixdə səhər tezdən 05-06 radələrində Emrah xatırlamadığı nömrəsi ilə onun ***-***-**-** nömrəli telefonuna zəng edərək “Kubinka” adlanan yerdə, İ Paraleldə görüşməyi təklif etmiş, o, isə cavabında “Kubinka”-da yox, Buzovnada, dəniz qırağında sakit yerdə görüşməyi bildirmişdir. Emrah “Kubinka” adlanan ərazidə görüşüb lazım olarsa dəniz qırağına gedə biləcəklərini dediyindən, o, əynini geyinib həmin yerə getmişdir. Oraya çatanda Emrahla birlikdə 3 nəfər tanımadığı oğlan dayandığını görmüşdür. Emrah ona barəsində uşaqların arasında nə sorğu-sual etdiyini soruşmuş, o isə “sən kimsən, mən sənin barəndə kimdənsə sorğu-sual edəm, mən artıq başa düşürəm sən kimsən”- demişdir. Emrah ona dünən maşına nə üçün boylanıb baxdığını, maşında qız olduğunu demişdir. O da yatıbyatıb indi niyə bu sualı verdiyini, dünən maşınla ikisi gedəndə bu sualı niyə vermədiyini, camaatın içində soruşduğunu bildirmişdir. Onlar danışan zaman yanlarına Cavid gəlmişdir. Cavidi kimin çağırdığını bilməmişdir. Həmin vaxt d.q.n bilmədiyi Post-Patrul avtomaşını oradan keçdiyi üçün maşınlara minib oradan “Kubinka” adlanan ərazidə, İİ Paralel deyilən küçəyə getmişlər. Həmin vaxt Cavid onun avtomaşınına oturmuşdur. Cavid ona bir az səbrli olmasını, Emrahdan onun da yanıqlı olduğunu və birlikdə cəzalandırmağı təklif etmişdir. O, əsəbi olduğu üçün Cavidə fikir verməmişdir. Maşından düşüb Emraha yaxınlaşmış və dənizin kənarında təkbətək söhbət etməyi təklif etmişdir. Emrah isə getməkdən yayınmışdır. Cavid onu kənara çəkib “sən əsəbisən, bir az səbrli ol, burda istədiyimiz kimi hərəkət edə bilməyəcəyik, gəl bunu xoş dillə danışıb aparaq, Buzovnaya dənizin kənarına döyüb cəzalandıraq”-demişdir. X13 barəsində söyüş də söymüşdür. O, Cavidə “bu söhbət mənim söhbətimdir, özüm həll edəcəm” demiş və bundan sonra Cavid onun yanından aralanıb Emrahın yanına getmişdir. Cavid Emraha əl qol hərəkətləri ilə nəsə demiş, lakin Cavidin nə dediyini eşitməmişdir. Bundan sonra qonşular çıxdığından onlar oradan dağılışıb getmişdir. Bundan sonra o, Emraha zəng edib özünü bu cür apardığına görə onu harada görsə döyəcəyini demişdir. Emrah da ona eyni sözləri demişdir. Həmin gün təxminən saat 14 radələrində Emrahla görüşmək üçün danışmışdır. Emrah ona olduğu yeri təxmini izah etmiş və o, Tbilisi prospektindən İnqilab küçəsinə döndükdə adını bilmədiyi avtoservislərin birinə daxil olmuşdur. Emrah yanında tanımadığı bir qızla orada olmuşdur. Onlar birlikdə oturub çay içmiş və Emrahla olan mübahisələrini danışaraq həll etmişlər. Çünki aralarında elə də ciddi bir hadisə baş verməmişdir. Bundan sonra Emrah ondan “eşitdim sənin Cavidlə aranda mübahisə olub” soruşmuşdur. O, aralarında yüngül anlaşılmazlıq oluğunu, artıq heç bir şey qalmadığını, münasibətlərinin qaydasında olduğunu bildirmişdir. Emrah ona “münasibətiniz necə qaydasındadır ki, səhərki söhbət zamanı Cavid mənə birlikdə yığışıb səni döyməyi təklif edib” demişdir. O da Emraha Cavidin eyni sözləri onun haqqında dediyini və əksinə ünvanına təhqiramiz ifadələr işlətməkə ondan yanıqlı olduğunu deyib və aparıb birlikdə döyməyi təklif etdiyini demişdir. Bu zaman Emrah ona əgər belədirsə gedib Cavidi döyüb cəzalandırmağı təklif etmiş, o, isə səhərdən oyaq olduğunu, yorulduğunu, gedib yatıb dincələciyini, ya axşam, ya da sabah görüşüb söhbət edə biləcəyini demişdir. Bundan sonra sağollaşıb Eldarla birlikdə getmişlər. Saat 16 radələrində yatmış, 28.09.2020-ci il tarixdə, saat 11 radələrində telefon zənginə yuxudan oyanmışdır. Telefonda Nəsimi RPİ-nin əməliyyat müvəkkili ondan Zərərçəkmiş şəxs1 tanıyıb-tanımadığını soruşmuş və Emrahın gecə öldürüldüyünü deyərək onu 19-cu bölməyə çağırmışdır. O, qorxduğu üçün polis bölməsinə getməmiş və həmin gün “Kubinka” adlanan ərazidə tanışlarından 28.09.2020-ci il tarixə keçən gecə Cavidin bıçaqla Emrahı vurduğunu eşitmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımışdır. O, Cavidlə eyni binada binanın ikinci mərtəbəsində yaşamışdır. Uşaqlıqları bir yerdə keçmişdir. Bir yerdə məclislərdə də iştirak etmişlər. Cavid əvvəllər həyat yoldaşı və oğlu ilə, lakin ailəsindən ayrıldığı üçün son vaxtlar adını bilmədiyi bir qızla yaşamışdır. Cavidin atası və anası isə Saatlı rayonunda məskunlaşmışdır. Cavid əvvəllər polisdə işləsə də son vaxtlar hər hansı işlə məşğul olması barədə məlumatı olmamışdır. 27.09.2020-ci il tarixdə axşam saatlarında məhəllədə Cavidlə təsadüfi görüşmüş və hal-əhval tutduqdan sonra evə getmişdir. 28.09.2020-ci il tarixdə gecə saat 04-05 radələrində evin pəncərəsi H.Seyidzadə küçəsinə baxdığı üçün küçədən bərk qışqırışma səs-küyü eşitmişdir. Söyüş səsləri gəlmişdir. Həmin söyüşlər çox ağır söyüşlər olmuş və qarşılıqlı iki nəfər arasında baş vermişdir. O, tez nə baş verdiyini bilmək üçün yola çıxmış və “Aselsa” gül salonunun qarşısına gəlmişdir. Həmin vaxt gül salonunun qabağında qara rəngli “Kia optima” markalı avtomobili, onun qarşısında isə ağ rəngli “Hyundai Elantra” markalı avtomobil olduğunu görmüşdür. O, yola çıxdıqda Cavidin Emrahın arxasınca yol boyunca üzü “Yeganə” şadlıq sarayına tərəf qaçdığını görmüşdür. O, Emrahı bir il olar ki, ortaq tanışları vasitəsilə tanımış, bir yerdə oturub çay da içmişlər. Salam-sağolu olmuşdur. X16 hər hansı ədavət və ya düşmənçiliyi olub-olmadığı barədə məlumatı olmamışdır. Aralarında baş verən münaqişənin səbəbini bilməmişdir. Maşının yanında isə Emrahın tanışı olan və sonradan adının Elmin olduğunu öyrəndiyi şəxs və Nicat dayanmışdır. O, da həmin şəxslərin yanına gəlmişdir. Hadisə yerində ondan, Nicatdan, Elmindən başqa heç kim olmamışdır. O, nə olduğunu soruşsa da heç bir cavab almamışdır. Cavid və Emrah yolun digər tərəfində olan “Yeganə” şadlıq sarayının ofisinin qarşısında yerə yıxılmışlar. O, Cavid və Emrahı tutaşdıqlarını və dava etdiklərini görsə də, Cavidin Emrahı bıçaqla vurmasını görməmişdir. Məsafə uzaq olduğu üçün baş verənləri tam görməmişdir. Lakin, Emrah yerə yıxıldıqdan təxminən 1 dəqiqədən az müddətdə Cavidin qaçaraq onlara tərəf gəldiyini görmüşdür. Şahid3 Emrah və Cavidin mübahisəsi zamanı onlara yaxınlaşmamışdır. Nicat da da onun kimi uzaqdan dayanıb izləmişdir. Sonradan adının Elmin olduğunu bildiyi şəxs və Nicat Cavidgili aralamaq üçün yaxınlaşsalar da, oraya çatanda Cavid Emrahdan aralaşmışdır. Hadisə zamanı nə Elmin adlı şəxs, nə Nicat xəsarət almamışlar. Caviddən onların yanına çatanda nə olduğunu soruşmuşdur. Cavid həyəcanlı formada təngnəfəs “heç nə yoxdu, sonra söhbət edərik”demiş və tez Nicatın maşınına oturmuşdur. Nicat da tez sükan arxasında əyləşmiş və maşını sürətli sürərək oradan uzaqlaşmışlar. Elmin isə həmin vaxt tez “Hyundai elantra” markalı maşına minmiş və maşını həyəcanlı şəkildə Emrahın yanına sürmüşdür. Emrah isə ayağa qalxıb axsaya-axsaya maşına minmiş və tez getmişlər. O, isə evə qayıdaraq yatmışdır. Həmin gün günorta saatlarında Cavidin Emrahı bıçaqladığı üçün Emrahın öldüyünü eşitmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, “Retro” holdinq-də sürücü vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 atası Aqşinə görə körpəliyindən etibarən tanımışdır. Aqşinlə uzun illər öncə eyni marşrutda sürücü işləmişlər. 2020-ci ilin əvvəllərində Aqşin vəfat etdikdən sonra oğlu Emrahla daha tez-tez əlaqə saxlamağa başlamışdır. Emrah taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Həmçinin subay olmuş və ailə qurmamışdır. Emrah xaraktercə sakit və mehriban insan olmuş, mübahisəyə, dava-dalaşa meyilli olmamışdır. Böyüklərinə çox hörmətlə yanaşmış, ona “əmi” deyə müraciət etmişdir. Həmçinin onu “babaş” kimi də çağırmışlar. Emrah 27.09.2020-ci il tarixdə günorta ona məlumat verərərk gecə saat 12-dən sonra yəni 28.09.2020-ci ilə keçən gün dostu Əlinin doğum günü olacağını bildirmişdir. O, Əlini əvvəllər tanımamışdır. Ancaq Emrahın dostlarından Rafael və “Emiş”-i tanımışdır. Emrah Rafael və “Emiş”-in də gələcəyini bildirdiyi üçün getməyə razılıq vermişdir. Gecə saat təxminən 01:30-da Emrah “Hyundai Elantra” markalı avtomobil ilə onun yaşadığıı ünvanın qarşısına gəlmişdir. Adları çəkilən şəxslər, həmçinin Ləman adlı bir qız da avtomobildə olmuşdur. Ləmanı bundan əvvəl bir dəfə də görmüşdür. Ləman Emrahla sevgili münasibətində olmuşdur. Onlar Emrahın idarə etdiyi avtomobil ilə “Atyalı” adlanan əraziyə gəlmiş və Əlini də götürmüşlər. Gecə saatlarında restoranlar işləmədiyindən Əlinin işlədiyi sexdə oturmaq qərarına gəlmişlər. Onlar birlikdə Həsən Əliyev küçəsi və Tblisi prospektinin kəsişməsində yerləşən avtomobil servisinə gəlmişlər. Servis “Riyad” adlı obyektin yanında yerləşmişdir. Servisin həyətinə daxil olmuş və bundan sonra Əlinin sexinin qarşısına gəlmişlər. Onlar oraya çatdıqdan sonra doğum gününü qeyd etmək üçün meyvə və viski almaq qərarına gəlmişlər. Həmin vaxt Emrah dayanmadan kiməsə zəng etmiş, lakin həmin şəxs telefonu açmamışdır. Emrahdan kimə yığıdını soruşduqda ona Cavidə zəng etdiyini, ancaq telefonu açmadığını demişdir. Cavidi təxminən 2 ildən çoxdur ki, ortaq tanışlar vasitəsilə tanımışdır. Cavidin nə işlə məşğul olduğunu bilməmişdir. X11 20 manat borcu olmuş, həmin pulun 15 manatını qaytarmış, lakin 5 manat borcu qalmışdı. Cavid isə qardaşını həmi 5 manatdan ötrü tez-tez zəng edib narahat etmişdir. Təxminən 3 gün əvvəl Cavidi “Kubinka” adlanan ərazidə gördükdə 5 manatı vermiş və bir də qardaşı Ceyhunu narahat etməməsini demişdir. Cavidlə Emrahın bir-birilərini haradan tanımalarını isə dəqiq bilmir. Emrahdan Cavidi niyə axtardığını soruşduqda ona Cavidin hardasa onun arxası ilə söyüş söydüyünü demişdir. Məsələnin kökündə isə Cəmil adlı şəxs vardır hansı ki, Cavidlə Emrah arasında mübahisə həmin şəxsə görə yaranmışdır. Bir müddət sonra Cavid Emraha zəng etmişdir. Emrah telefonla danışaraq kənara çəkilmiş və Emrahın Cavidə “sən hardasan yerini denən ordayam”-sözlərini dediyini eşitmişdir. O, Emraha hara gedirsə o, özü gələcəyini demiş, lakin Emrah ona oturmasını və 4cü mkr. dairəsinə gedib iki dəqiqəyə geri qayıdacağını bildirmişdir. Emrah “Emiş” adlanan şəxslə birlikdə öz avtomobili ilə getmişdir. Onlar yəni, Əli, Ləman və Rafaellə birlikdə məcburi olaraq oturub orada gözləmişlər. Təxminən 30-40 dəqiqə sonra narahat olduğundan Emraha zəng etmiş, lakin Emrah telefonu açmamışdır. Ləmandan Emişin nömrəsini götürüb, ona zəng etmiş, Emiş telefonu açan kimi Emrahın vurulduğunu və Mirqasımov adına Respublika Klinik xəstəxanasına apardığını, onların da ora gəlmələrini bildirmişdir. Cavid ona zəng edib Emrahı ayağından vurduğunu demişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində göstərmişdir ki, 27.09.2020-ci il tarixdə axşam saatlarında Emrah „Rent A Cardan“bir gün idi ki, kirayə götürdüyü ağ rəngli „Hyundai Elantra“markalı avtomobillə onların qapısına gedib ona demişdir ki, sənin sürücülük vəsiqən var, bir-iki yerə getmək lazımdır, sən maşını sürərsən.Emrahın sevgilisi Ləman da maşında imiş.O, Emrahla razılaşmış, ancaq maşını özü sürmüşdür. Onlar Emrahın tanışı Emişi Yasamal rayonunda evindən, Babaşı „Kubinka" adlanan yerdə evindən götürmüşlər. Sonra da Əli adlı şəxsi götürmək üçün Sulutəpə adlanan yerə gedib,onu da götürüb onun işlətdiyi İnqilab küçəsində yerləşən avtoservisə getmişlər. Gecə saatları olmuş, o, yolda bilmişdir ki, Əlinin ad günüdür, yolda kolbasa, şirə və bəzi ərzaq məhsulları almışlar.Avtoservisdə olduqları müddətdə Emrah sakit dayanmamış, tez-tez ayağa qalxıb kiməsə zəng edirmiş. Həmin şəxs də zəngə cavab vermirmiş. Emrah Babaşın telefonu ilə həmin şəxsə zəng etdikdə zəngə cavab verilmişdir. O həmin şəxsin Cavid adlı şəxs olduğunu öyrənmişdir. Emrah Cavidə onunla söhbəti olduğunu və həll etməli olduğunu deyirmiş. X18 sərt danışmışdır. Bundan sonra Emrah özü əsəbiləşib, Cavidə demişdir ki, „yerivi de gəlirəm,4-cü mikrorayon ərazisində ol, 5 dəqiqəyə gəlirəm“. Ona da demişdir ki, otur 5 dəqiqəlik söhbətim var gedib gəlirəm, sonra da Emişlə birlikdə maşına minib getmişdir.Təxminən yarım saat sonra Babaşın telefonuna Caviddən zəng gəlmişdir və Cavid Babaşa tərs sözlər deyib, onu danlamışdır.Telefon zəngi qurtarandan sonra zəng edənin Cavid olduğunu, Emrahı arxasından vurduğunu, oturub-duranda onu yadına salmasını, indi də „Kubinkanı“ dağıtmağa getdiyini bildirmişdir. Babaş Emraha zəng etdikdə telefona cavab verməmişdir. Emişə zəng etdikdə isə Emiş Emrahı xəstəxanaya apardığını demişdir.Bundan sonra onlar da Respublika Klinik xəstəxanasına getmişlər və öyrənmişlər ki, Emrah aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Şahid1 tanışı Vüqarın vasitəsilə tanımışdır. O, hadisə baş verməmişdən əvvəl Binəqədi rayonu, 6-cı mikrorayon, “Alvadi” marketlə üzbəüz yerləşən “Compton” adlı səsyazdırma studioyasınə icarə əsasında işlətmişdir. 23 aprel 2020-ci il tarixdə saat 15 radələrində qeyd olunan studioda olan zaman tanışları Vüqar, Anar və Səbuhi içəri daxil olmuşlar. Həmin vaxt Vüqar ondan mobil telefonu “İnstagram” sosial şəbəkəsinə daxil olmaq məqsədilə istəmiş və o, Vüqarın Fəridə ismarıc yazdığını görmüş, daha sonra isə Vüqar ona məxsus olan mobil telefonunu ona geri qaytarmışdır. Təxminən bir neçə dəqiqə keçdikdən sonra işi olduğundan getməli olmuşdur. 23 aprel 2020-ci il tarixdə axşam saat 19 radələrində Fərid ona tanımadığı nömrədən zəng vuraraq Səbuhinin ona hədə gələrək mobil telefonunu götürdüyünü və ondan bu barədə köməklik etməyini xahiş edərək yanına gəlmək istədiyimi bildirmişdir. O da Fəridə hal-hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Gənclər Şəhərciyi”ndəki evində olduğunu və oraya gəlməməsini bildirmişdir. 24 aprel 2020-ci il tarixdə saat 16 radələrində Binəqədi rayonu, 4-cü mkr adlanan yerdə Fəridlə görüşmüş və həmin vaxt Fərid ona Səbuhinin üstünə bıçaq çıxardaraq hədə-qorxu gəlib mobil telefonu əlindən aldığını bildirmişdir, lakin pul barəsində ona heç bir söz deməmişdir. Söhbət zamanı o, Fəridə evə getməsini və bu barədə köməklik edəcəyini demişdir. Həmin gün axşam saatlarında Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları onu qeyd olunan bölməyə dəvət etmişlər və orada olan zaman Fəridin Səbuhinin barəsində şikayət etməsi ona məlum olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 8 aya yaxındır ki, tanımışdır. Fəridin ona borcu var imiş, ancaq borcunu qaytarmırmış. O da “Alvadı” marketin yanında Fəridin "İphone X" markalı mobil telefonunu götürmüş və nə vaxt borcunu qaytararsa, o da telefonunu qaytararacağını demişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilmişdir. O həmin ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 təxminən 3 ilə yaxın müddətdir ki, tanımışdır. Emrahla ortaq tanışlar vasitəsilə tanış olmuşdur. Emrah kirayə avtomobil götürərək taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Emrah xaraktercə sakit və mehriban insan olmuş, mübahisəyə dava-dalaşa meyilli olmamışdır. Emrahın Ləman adlı bir qızla münasibəti olmuşdur. Emrah 27.09.2020-ci il tarixdə saat təxminən 24 radələrində ona zəng edərək onunla işi olduğunu və aşağı düşməsini bildirmişdir. Emrah onunla harasa gedəcəyini demişdir. O, avtomobilə oturduqda Ləman və Emrahın dostu Rafaelin də avtomobildə olduğunu görmüşdür. O, artıq avtomobildə olan zaman Emrahın dostu Əlinin doğum günü olduğunu və bu səbəbdən yığışdıqlarını bilmişdir. Onlar növbə ilə əvvəlcə “kubinka” adlanan ərazidən Emrahın dostu Məcidi, sonra isə “Atyalı” adlanan ərazidən Əlini götürmüşlər. Gecə saatlarında restoranlar işləmədiyindən Əlinin işlədiyi sexdə oturmaq qərarına gəlmişlər. Onlar birlikdə Həsən Əliyev küçəsi və Tblisi prospektinin kəsişməsində yerləşən avtomobil servisinə gəlmişdir. Servis “Riyad” adlı obyektin yanında yerləşir. Onlar ora çatdıqdan sonra meyvə və viski almaq qərarına gəlmişlər. Həmin vaxt Emrahın dayanmadan Cavidə zəng etmişdir. Emrah və Cavidin aralarındakı mübahisənin səbəbi Cəmilin Emrahın arxası ilə söyüş söyməsi olmuşdur. Belə ki, təxminən 2-3 gün əvvəl “kubinka” adlanan ərazidə Cəmil adlı şəxs Emrahın idarə etdiyi avtomobilin içərisinə boylanmış, bundan sonra aralarında mübahisə yaranmışdır. Onlar görüşüb məsələni aydınlaşdırmaq istəyərkən Cavid də bu məsələyə qoşulmuş və Emraha “mən də səninləyəm, Cəmili vurarıq”-demişdir. Həmin vaxt o, özü də orada olsa da, danışıqlara qoşulmamışdır. Birdən nəsə hadisə baş verə biləcəyindən kənardan izləmişdir. Lakin həmin vaxt oradan PPX əməkdaşları keçdiyindən görüş yarımçıq qalmışdır. Bundan sonra isə Emrah özü Cəmillə görüşüb danışmış və barışmışdır. Cəmillə barışan zaman müəyyən olmuşdur ki, Cavid Emraha onun yanında olduğunu dedikdən sonra Cəmilə də eyni sözü demiş və əlavə olaraq “Emrah qəhbədir, onu qəhbə kimi vurmaq lazımdır”-deyə bildirmişdir. Bu səbəbdən Emrah artıq Cavidə əsəbi olmuş və bu məsələnin axırına çıxmaq istəmişdir. Mübahisənin yaranma mənbəyi isə Cavidin hər iki şəxsə onun yanında olduğunu deyib, digərinin arxası ilə danışaraq ikibaşlı oyun oynaması olmuşdur. Emrah isə bu məsələni aydınlaşdırmaq üçün Cavidi axtarmışdır. Lakin Emrah dəfələrlə Cavidi yığsa da Cavid telefonu açmamışdır. Həmin vaxt söhbət əsnasında X12rdaşı ilə aralarında yaranmış mübahisəyə görə telefonla sms yazdığını öyrənmiş və Məcidin telefonu ilə Cavidlə danışmışdır. Lakin danışıqları qısa olmuşdur. X19 öz telefonuna zəng eləmişdir. Emrah telefon danışığı zamanı Cavidə qışqırmamasını və sakit olmasını, yerini deməsini və görüşmək istədiyini bildirmişdir. Bundan sonra Emrah Rafael, Məcid və Əliyə Ləmanla orada gözləmələrini, ona isə onunla birlikdə getməyini demişdir. Məcid və digərləri də Emrahla getmək istəsə də, Emrah bundan imtina etmiş və qısa zaman sonra geri gələcəyini bildirmişdir. Bundan sonra Emrahın idarə etdiyi ağ rəngli “Hyundai Elantra” markalı avtomobil ilə “Yeganə” şadlıq sarayından üzü 4-cü mkr. dairəsi istiqamətində getmiş və dairəyə çatmamış yolun sağında dayanmışlar. Həmin vaxt dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı “Kia Optima” markalı avtomobildən ya 4 ya 5 nəfər düşmüşdür. İlkin ifadəsində hadisənin üzərindən çox az keçdiyindən və hadisə zamanı bərk qorxduğundan avtomobildən düşən şəxslərin sayını ümumi olaraq qeyd etmişdir. Avtomobildən həqiqətən də iki nəfər Cavid və sonradan üzləşdirmə zamanı tanıdığı Nicat düşmüşdür. Amma yaxınlıqda da 2 nəfər şəxs olmuşdur. Bəlkə də onlar məhəllə adamları olmuşdur, ancaq onları tanımamışdır. Həmin şəxslərin heç biri hadisəyə onsuz da qarışmamışdır. Cavidi bundan əvvəl 2-3 dəfə Emrahın yanında gördüyündən üzdən tanımışdır. Cavid də həmin şəxslərin yanında olmuşdur. Onlar həmin şəxslərə yaxınlaşdıqda Cavid və Emrah dərhal tutaşmışlar. Onlar Cavid və Emrahı aralamışlar. Emrah isə Cavidi təhqir edərək yolun digər tərəfinə keçmişdir. Bu zaman Nicat onun da mübahisəyə qarışacağını düşündüyündən onu qucaqlamışdır. Amma onun belə bir fikri olmamışdır. Nicat və o, Emrahla Cavidin arxası ilə getməmişlər. Lakin onları ayırana qədər Cavid çatdırıb Emrahı sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra hər ikisi onlardan ayrılıb yolun digər tərəfinə keçmişlər. O, Cavidin yanında gələn şəxslərlə Cavid və Emrahın arxası ilə getməmiş, yolun kənarında gözləmişlər. Həmin vaxt Cavid və Emrah yenə tutaşmışlar. Cavid Emraha əvvəlcə sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, Emrah zərbədən yerə yıxılmışdır. Cavid bu zaman Emraha bir dəfə də təpik zərbəsi vurmuşdur. Emrah da yerdə olarkən ayağı ilə Cavidin sağ ayağına təpiklə vurmuşdur. Bundan sonra isə birdən-birə Cavid bıçaqla Emrahın sol budundan və baldırından bıçaqla səhv etmirsə 3 dəfə zərbələr vurmuşdur. O, Cavidin bıçağı hardan çıxardığını görə bilməmişdir. Yəqin ki, Cavid bıçağı özü ilə gətirmişdir və paltarının altında gizlətmişdir. Nicat ola bilər ki, onu qucaqlayan zaman Cavidin Emrahı bıçaqla vurmasını görməmişdir. Çünki hadisə qısa zaman kəsiyində baş vermişdir. Həmin vaxt Cavid həm də qışqıraraq Emrahı təhqir etmişdir. Düzdür həmin vaxt Emrah da öz ünvanına söymüşdür. Belə başa düşmüşdür ki, Cavid Emrahı bıçaqla vurub söyüşünü geri götürüb özünü söyməsini tələb etmişdir. Artıq Emrahın bıçaqla vurulduğu zaman o, Nicatın əlindən çıxmış və tez yanlarına qaçmışdır. Elə Nicat da özü də oraya gəlmişdir. O, “vurma-vurma”deyə qışqırmış və yanlarına çatdıqda isə artıq Emrahı vurmaması üçün Cavidə yalandan polislərin gəldiyini demişdir. Bu zaman Cavid də tez yolun əks tərəfinə keçib “Kia Optima” markalı avtomobilə oturmuş və onlar uzaqlaşmışdılar. O, qaçaraq Cavid və Emraha yaxınlaşdıqda Cavid məcbur olub oradan qaçmışdır. Yoxsa bəlkə də yenə də Emrahı vuracaqdı. O, Emrahı tez “Hyundai Elantra” markalı avtomobilinə otuzdurmuş və Respublika Klinik xəstəxanasına aparmışdır. Emrah yolda ona tez xəstəxanaya çatdırması üçün yalvarmışdır. Emrahın huşu özündə olmuşdur. Ancaq qan dəhşətli dərəcədə çox getmişdir. Emrahın əynindəki uzun qol köynəklə ayağını sarısa da, qan çox sürətlə axmışdır. O, Emrahı xəstəxanaya çatdırmışdır. Emrahı xəstəxanaya qəbul etsələr də, lakin artıq çox qan itirdiyindən keçinmişdir. Bundan sonra “Babaş” ləqəbli Məcid adlı şəxs ona zəng edərək harada olduğunu soruşmuşdur. O, Emrahı xəstəxanaya çatdırdığını demişdir. Məcidgil də bir müddət sonra xəstəxanaya gəlmiş və bundan sonra onlar Nəsimi RPİ-nin 19-cu PŞ-yə gəlmişlər. Hadisə saat təxminən 28.09.2020-ci il tarixdə saat təxminən 05 radələrində olmuşdur. Artıq çox gec olduğundan küçədə heç kəs olmamışdır. X20 vuran zaman ünvanına çox yüksək səslə nalayiq ifadələr işlətmişdir. Odur ki, ola bilər ki, qonşuluqdakı binalardan görən və ya eşidən olmuşdur. Ancaq o, həmin vaxt tez Emrahın yanına qaçdığı üçün ətrafdan kiminsə görüb-görməməsinə fikir verə bilməmişdir. Zərərçəkmiş şəxs1 və “Babaş” kimi çağırdıqlar Şahid6 narkotik satışı ilə məşğul olmamışdır. Zərərçəkmiş şəxs1 narkotik istifadəçisi olduğunu bilmişdir. Ama heç vaxt onun yanında narkotik çəkməmişdir. O, həmişə buna etriaz etmiş və icazə verməmişdir. Emrahın əvvəllər marixuana çəkdiyini eşitmiş, amma heroindən istifadə etməsi barədə məlumatı olmamışdır. Hadisə günü məclsidə heç kəs narkotikdən istifadə etməmişdir. Şahid3 Emrah və Cavidin mübahisəsi zamanı onlara yaxınlaşmamışdır. Onun kimi uzaqdan dayanıb izləmişdir. Sonradan onları aralamaq üçün yaxınlaşdıqda isə Nicat heç bir xəsarət almamışdır. Ümumiyyətlər hadisə zamanı nə Nicat, nə o özü, nə də hər hansı digər bir şəxs hadisəyə qarışmamışdır. Çünki Emrah və Cavid ikisi öz aralarında danışıb məsələlərini həll etmək istəmişdilər. Buna görə də Emrah və Caviddən savayı heç kəs heç bir xəsarət almamışdır. Avtomobilin sağ yan güzgüsü elə hadisə günü Emrahla görüşəndə artıq sınıq vəziyyətdə olmuşdur. Emrah adətən avtomobili təhlükəli idarə etdiyindən tez-tez belə hadisələr olmuşdur. Bu barədə Emrahdan soruşmuş, Emrah isə yenə tələsik müştərinin dalınca gedəndə harasa vurduğunu demişdir. Həmin güzgü hadisə zamanı sınmamışdır. Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilmişdir. O həmin ifadəsində bildirmişdir ki, Şahid1 onun oğludur. 25 aprel 2020-ci il tarixdə evdə olan zaman polis əməkdaşları tərəfindən zəng vurularaq ona məlumat verilmişdir ki, oğlu Səbuhi saxlanılmış və onu Binəqədi RPİ-nin 7-ci PB-nə dəvət etmişlər. Qeyd olunan polis bölməsində olan zaman oğlu Səbuhinin Fərid adlı şəxsə qarşı soyğunçuluq edərək Fəridə məxsus mobil telefon və pulunu götürüb sonradan Cavidə verdiyi məlum olmuşdur. 26 aprel 2020-ci il tarixdə evdə olan zaman qapı döyülmüş və qapını açan zaman bir nəfər tanımadığı şəxs ona 01 ədəd “İphone X” markalı mobil telefonu verərək Cavidin həmin telefonu istəməyərək geri göndərdiyini bildirib çıxıb getmişdir. O, həmin vaxtı mobil telefonu götürüb özündə saxlamış və ona aydın olmuşdur ki, ona verilmiş mobil telefon oğlu Səbuhinin Fərid adlı şəxsə qarşı etmiş olduğu soyğunçuluqla bağlı Fəridə məxsus olan telefondur. Oğlu Şahid1 Zərərçəkmiş şəxs2 qarşı etmiş olduğu soyğunçuluq əməli barədə ona heç bir məlumat verməmişdir. Həmin vaxtı o, fikirli olduğundan “İphone X” markalı mobil telefonu ona verən şəxsin əlamətlərinə ciddi fikir verməmiş, sadəcə olaraq həmin şəxs mobil telefonu Cavid adlı şəxsin göndərmiş olduğunu ona bildirib çıxıb getmişdir, həmin şəxsi ilk dəfə görmüşdür və yanında heç kim olmamışdır. Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilmişdir. O həmin ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən bir ildən çoxdur ki tanımışdır. Şahid1 üç ilə yaxın, Təqsirləndirilən şəxs isə təxminən iki aya yaxındır ki, tanımışdır və aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 23 aprel 2020-ci il tarixdə 13 radələrində o, tanışı Vüsal ilə görüşmək məqsədilə Binəqədi rayonu, 6-cı mikrorayon, “Alvadi” marketlə üzbəüz yerləşən “Compton” adlı səsyazdırma studiyasına getmişdir. Orada olan zaman o, Vüsal ilə görüşərək studiyaya daxil olmuşlar. O, Vüsal ilə birlikdə söhbət edən zaman o, Vüsala Fəridlə aralarında zarafat etdiyi üçün Fəridin xətrinə dəydiyindən Fəridi olduqları studiyaya çağırmağa qərar vermişdir. Bu məqsədlə o, Vüsala məxsus olan mobil telefon vasitəsilə “İnstagram” sosial şəbəkəsində öz şəxsi hesabındakı profil ilə Fəridin şəxsi hesabına Fəridi olduğu studiyaya dəvət etməklə bağlı ismarıc yazmış və həmin vaxtı Fəridi ismarıca cavab olaraq gələcəyini bildirmişdir. Təxminən 1 saat keçdikdən sonra Fərid studiyanın qarşısına gəlib çıxmış və o da həmin vaxtı studiyanın qarşısında Fəridi gözləmişdir. Fəridlə görüşərək təxminən 1 saata yaxın söhbət etdikdən sonra Fərid ona karantin rejimi ilə əlaqədar olaraq icazə ilə bağlı vaxtın azaldığını bildirib evə getməli olduğunu deyib onuna sağollaşıb çıxıb getmişdir. Bir sıra işlərlə məşğul olduqdan sonra studiyaya daxil olan zaman təsadüfən Səbuhini orada görmüşdür. Səbuhi ilə salamlaşıb Vüsalın harada olduğunu maraqlanmış və Səbuhi ona Vüsalın studiyada olmadığını bildirmişdir. O isə Vüsalın studiyada olub-olmamadığına əmin olmaq üçün studiyaya düşmüşdür. Vüsalın orada olmadığına əmin olduqdan sonra Vüsalın yaşadığı ev studiyaya yaxın olduğu üçün oraya yollanmışdır. Nəticədə isə o, Vüsal ilə birlikdə şəhərə getmişdir. Şəhərdə olan zaman yenidən studiyaya qayıtmağa qərar vermişlər və həmin vaxt studiyada kimsənin olmadığını görən zaman Səbuhinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq harada olduğunu maraqlanmışlar. Səbuhi ona “Vorobski” tərəfdə olduğunu demiş və o, Səbuhiyə Mehdabad qəsəbəsinə getmək istəyibistəməməsini soruşan zaman Səbuhi onun təklifi ilə razılaşmışdır. O, taksi ilə Səbuhinin olduğu yerə gəlib Səbuhi ilə görüşdükdən sonra birlikdə qaldıqları Mehdabad qəsəbəsinə, yəni Vüsalın yaşadığı evə getmişlər. Yolda olan zaman Səbuhi cibindən “İphone X” markalı mobil telefon çıxartmış və o, həmin mobil telefonun tanışı Fəridə məxsus olduğunu bildirib telefonun onda nə gəzdiyini soruşan zaman Səbuhi ona qeyd olunan mobil telefonu Fəridin əlindən aldığını bildirmişdir. Həmin vaxt o, Səbuhidən nə səbəbə belə bir hərəkət etməsini maraqlanmış və Səbuhi ona “bu mənim şəxsi işimdir, sən öz işinlə məşğul ol” cavabını vermişdir. 23 aprel 2020-ci il tarixdə Vüsalın yaşadığı evdə olan zaman Fərid Vüsala zəng vuraraq onların yanına gəlmək istədiyini və Səbuhinin mobil telefonunu və pulunu əlindən aldığını bildirmişdir. Həmin gün axşam saatlarında evdə olan zaman Cavid olduqları ünvana gəlmiş və evdə oturub bir qədər söhbət etdikdən sonra Səbuhi cibində olan Fəridə məxsus olan “İphone X” markalı mobil telefonu Cavidə verdikdən sonra Cavid çıxıb getmişdir. 24 aprel 2020-ci il tarixdə o, Səbuhi ilə Binəqədi rayonu, 6-cı mikrorayon, Alvadi marketinn yaxınlığında yerləşən 9 mərtəbəli binanın qarşısında görüşən zaman Səbuhi ona Fəridə üzərində gəzdirdiyi bıçaqla hədə-qorxu gələrək Fəriddən “İphone X” markalı mobil telefon və pulu əlindən aldığını bildirmiş, o isə səbəbini soruşan zaman Səbuhi işinə qarışmamağını bildirmişdir. Həmin tarixdə evdə olan zaman Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. O, 23.04.2020-ci il tarixdə Fəridlə söhbət edib bir sıra işlərini gördükdən sonra sonradan Səbuhini studiyada görmüş, lakin Səbuhi studiyaya Fəriddən əvvəl yox, sonradan gəlmişdir. Həmin tarixdə studiyada o, Vüsaldan başqa kimsə olmamışdır, lakin Səbuhi isə studiyaya sonradan gəlmişdir. Həmin vaxtı o, Anarı studiyada görməmişdir, həmçinin də sonradan çıxıb getdiyi üçün Səbuhi də orada olmamışdır, Səbuhi studiyaya Fəridlə söhbət etdikdən sonra sonradan gəlmişdir, o, Fəridə məxsus olan mobil teıefonu götürdüyünü taksidə olan zaman bilmiş və Səbuhiyə bu barədə iradını bildirən zaman Səbuhi işinə qarışmamağını bildirmişdir. 24 aprel 2020-ci il tarixdə o, Səbuhi ilə Binəqədi rayonu, 6-cı mikrorayon, Alvadi marketinn yaxınlığında yerləşən 9 mərtəbəli binanın qarşısında görüşən zaman Səbuhi ona Fəridə üzərində gəzdirdiyi bıçaqla hədə-qorxu gələrək Fəriddən “İphone X” markalı mobil telefon və pulu əlindən aldığını bildirmişdir. Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edilmişdir. Şahid7 Şahid8 və Şahid9 Meylud oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan "cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 28.09.2020-ci il tarixli protokoldan müəyyən olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Nəsimi rayon məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 4(006)-589/2020 №-li qərarı ilə barəsində əvvəli 28 sentyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan MTE və PA ETTB-nin Nəsimi rayon şöbəsinin 28.10.2020-ci il tarixli 106 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Ə.A.Mustafazadənin meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol budun yuxan 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,7x1,3sm ölçüdə). Yaranın yuxarı ucu iti, aşağı ucu kütdür. Yara kanalının dərinliyi 12sm-dir. Yara kanalının istiqaməti arxadan-önə və bir qədər aşağıdan-yuxarıya doğrudur. Yaranın aşağı kənan ayaq altından 70 sm məsafədədir. Yara kanalı boyunca bud arteriyası və venası tam kəsilmişdir. Yara kanalı ətrafi yumşaq toxumalarda çoxlu miqdarda tünd qırmızı rəngli qan laxtalan vardır. Sol budun aşağı 1/3-nin arxa səthinin kəsilmiş yarası (8x2,5-l,2 sm ölçüdə). Yara boylama və bir qədər çəp istiqamətdə gedərək sol diz oynağı nahiyəsinin bayır sətirində tamamlanır. Yaranın dərinliyi ən dərin yerdə 2,5sm-dir, hər iki ucu itidir. Yaranın aşağı kənarı ayaq altından 53 sm məsafədədir. Sol diz oynağı nahiyəsinin iç səthinin deşilmiş-kəsilmiş yarası (3x1,2 sm ölçüdə) yaranın yuxarı ucu küt, aşağı ucu itidir. Yara kanalının dərinliyi 2,5smdir. Yara kanalının istiqaməti sağdan-sola və bir qədər yuxarıdan-aşağıya doğrudur. Yaranın aşağı kənarı ayaq altından 46sm məsafədədir. Sağ mil-bilək oynağı nahiyəsinin və əlin arxa səthinin kəsilmiş yarası; Yara mil-bilək oynağı nahiyəsinin arxa səthindən başlayır və boylama istiqamətdə, gedərək sağ əlin arxa səthində V əl darağı sümüyü proyeksiyasında tamamlanır. Yaranın hər iki ucu itidir, ümumi uzunluğu 9sm-dir. Yaranın mil-bilək oynağı nahiyəsindən 5,5sm uzunluqda hissəsinin eni 0,8-l,3sm-dir. Yaranın digər hissəsi səthidir və eni 0,2sm-dir. Yaranın dərinliyi ən dərin yerdə 0,5sm-dir; Sol yanağın 1 (bir) ədəd qançır-sıyrığı (3x2sm ölçüdə). Boyun nahiyəsinin 2 (iki) ədəd qançırı; (l,3x0,3sm və 4x2sm ölçülərdə) Sağ dirsək oynağı nahiyəsinin 3 (üç) ədəd (2xlsm, 0,5x0,3sm, 0,3x0,3sm ölçülərdə), sol dirsək oynağı nahiyəsinin 4 (dörd) ədəd (3xlsm, 0,8x0,5sm, 0,7x0,5sm, 0,7x0,3sm ölçülərdə), sol əlin ovuc səthinin 1 (bir) ədəd (2x2sm ölçüdə), sol diz oynağı nahiyəsinin 2 (iki) ədəd (0,5x0,3sm, l,2x0,2sm ölçülərdə), sağ ayağın bayır topuğunun 1 (bir) ədəd (l,5xl,2sm ölçüdə) sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidir. Bu xəsarətlər Ə.A.Mustafazadənin ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən 28.09.2020-ci il tarixdə əmələ gəlmişdirlər. Həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin) təsirindən, kəsilmiş yaralar iti kənarlı əşyanın (alətin) və ya deşici-kəsici əşyanın tiyəsinin kəsərinin təsirindən əmələ gəlmişdir. Bədən səthində aşkar olunmuş qançırlar və sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Ə.A.Mustafazadənin meyitində aşkar edilmiş sol budun yuxan 1/3- nin bud arteriyasını və venasının zədələyən və kəskin qanitirmə ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR, zərər vurmanın əlamətlərinə malikdir, sol budun aşağı 1/3-nin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol diz oynağı nahiyəsinin 1 (bir) ədəd kəsilmiş yarası, sağ mil-bilək oynağı nahiyəsinin və əlin arxa səthinin 1 (bir) ədəd kəsilmiş yarası hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Ə.A.Mustafazadənin meyitində-aşkar edilmiş sol yanağın 1 (bir) ədəd qançır-sıyrığı, boyun nahiyəsinin 2 (iki) ədəd qançırı, sağ dirsək oynağı nahiyəsinin 3 (üç) ədəd, sol dirsək oynağı nahiyəsinin 4 (dörd) ədəd, sol əlin ovuc səthinin 1 (bir) ədəd, sol diz oynağı nahiyəsinin 2 (iki) ədəd, sağ ayağın bayır topuğunun 1 (bir) ədəd sıyrıqları həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Ə.A.Mustafazadənin ölümünə səbəb sol budun yuxarı 1/3-nin bud arteriyasının və venasının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün kəskin qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, Ə.A.Mustafazadənin ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (28.09.2020-ci il tarixdə saat 09:30-dan) 4-6 saat əvvəl baş vermişdir. Ə.A.Musatafazadənin bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücü, iti ucu və küpü olan yastı-tiyə tipli deşici-kəsişi əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər. Onun bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş yaraları əmələ gətirən deşici-kəsici alətin tiyəsinin uzunluğu 12sm-dən az olmamışdır. Ə.A.Mustafazadənin meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş və kəsilmiş yaraların ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin təsirindən törənmələri mümkündür. Ə.A.Mustafazadənin bədən səthində aşkar olunan xəsarətlərdən sol yanağın 1 (bir) ədəd qançır-sıyrığı, boyun nahiyəsinin 2 (iki) ədəd qançırları insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilərdilər, bədən səthində aşkar olunmuş sağ dirsək oynağı nahiyəsinin 3 (üç) ədəd, sol dirsək oynağı nahiyəsinin 4 (dörd) ədəd, sol əlin ovuc səthinin 1 (bir) ədəd, sol diz oynağı nahiyəsinin 2 (iki) ədəd, sağ ayağın bayır topuğunun 1 (bir) ədəd sıyrıqları isə həm insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən, həm də şəxsin öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə (asfalt örtüyü, beton və s.) dəyməsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Ə.A.Mustafazadənin meyitindən götürülmüş qanda, mədə və mədə İ möhtəviyyatında məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir, metil, etil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Ə.A.Mustafazadənin meyitindən götürülmüş arxa keçəcək möhtəviyyatı olan tampon və yaxmanın məhkəmə tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 18.02.2021-ci il tarixli 136 saylı rəyindən görünür ki, X2 bədəni üzərində xəsarət və xəsarət izləri müəyyən edilmədi. Cinayət işinin materiallarında olan MTE və PA ETTB-nin Nəsimi rayon şöbəsinin 12.10.2020-ci il tarixli 784 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarət – sağ ayağın iç topuğunun qançırı küt əşyanın təsirindən, müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 28.09.2020-ci il tarixdə əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 28.09.2020-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə və həmçinin insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilməsi mümkündür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 oktyabr 2020-ci il tarixli 6/2099 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 şalvarının üzərindən aşkar edilmiş göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 idman şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 və 30 noyabr 2020-ci il tarixli 3/1249, 3/1250 və 3/1969 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs1 məxsus...” yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin sağ qolluğunun aşağı son kənarında bir ədəd 5 mm ölçüdə zədə vardır. Şalvarın arxa sol hissəsində bel tikişindən 320 mm aşağıda, sol yan tikişdən 190 sağda bir ədəd 26x5 mm ölçüdə, şalvarın arxa sol hissəsində ətəyin son kənarından 410 mm yuxarıda, sol yan tikişdən 30 sağda bir ədəd 33 mm ölçüdə, şalvarın arxa sol hissəsində ətəyin son kənarından 370 mm yuxarıda, sol yan tikişdən 220 sağda bir ədəd 16 mm ölçüdə zədə vardır. Təqdiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs1 məxsus...” yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin, şalvarın səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq və s.) təsiri nəticəsində yaranmağa xaraketrik deşilib-kəsilmə zədələridir. Lakin təqdim edilmiş gödəkçənin, şalvarın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Gödəkçənin, şalvarın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs1 məxsus...” yazıları olan bağlamadan aşkar edilmiş gödəkçənin, şalvarın səthindəki zədələr qərarın təsviri hissəsində göstərilmiş bədəndə yerləşən “sol bud və baldırın, həmçinin sağ əlin kəsilmiş-deşilmiş deşilmiş yara...” xəsarətləri ilə yerləşmə sahəsi və sayına görə uyğunluq təşkil edir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs1 məxsus...” yazıları olan bağlamadan aşkar edilmiş qısaqol köynəyin, alt tumanının, üzərində “Təqsirləndirilən şəxs məxsus...” yazıları olan bağlamadan aşkar edilmiş uzunqol sviterin, cins şalvarın səthində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 04.11.2020-ci il tarixi 2042 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Kobudluq, inadkarlıq, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, neqativ amillərə qarşı dözümsüzlük kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emoisonal halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji ekspertizasının 22.05.2021-ci il tarixli 1009 saylı rəyində göstərilir ki, Məhkəməpsixiatrik ekspertizası üzrə: - X3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. X3 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. - X3 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. X6 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. - X6 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. - X2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. - X6 törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Cinayət işinin materiallarında olan MTE və PA ETTB-nin Məhkəmə-tibbi biologiya ekspertizasının 07.12.2020-ci il tarixli 781/MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu AB/H//İV/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A-beta /İİ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus gödəkçə, idman şalvarı, trusik, qısaqol köynək, Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərindəki ləkələrdə və hadisə yerindən maddi sübutlar üzərində olan izlər götürmək üçün nəzərdə tutulmuş 05 ədəd plastmass çubuqların ucundakı pambıq üzərinə hopdurulmuş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A.B,H antigenləri alındı. Beləliklə bu qan ləkələri AB/H//İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Ləkələrdə Təqsirləndirilən şəxs qanı ABO sistemi ilə inkar olunur. Ekspertizaya təqdim edilən bıçaq üzərində qan, Təqsirləndirilən şəxs məxsus sviter üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16.11.2020-ci il tarixli 3203 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd “İphone X” markalı mobil telefonun dəyərini müəyyən etmək üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın 05.06.2020-ci il tarixli 9/1081 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli “İphone” markalı A1865 (X) model mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və işlənmə dərəcəsi nəzərə alınmaqla normal vəziyyətdə (zədələnməmişdən əvvəl) hadisə baş verən tarixə, yəni 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 950,00 manat, hal-hazırda ekranında olan qüsur nəzərə alındıqda təxminən 800,00 manat müəyyən olunur. Cinayət işinin materiallarında olan Şahid1 hər hansı bir ruhi-əsəb xəstəliyindən əzab çəkib-çəkməməsini, öz hərəkətlərinə cavab vermək və ya onlara rəhbərlik etmək qabiliyyətində olub-olmamasını, anlaqlı olub-olmamasını və sairələri müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Ekspertizanın istintaqa təqdim etdiyi 05 may 2020-ci il tarixli, 815 nömrəli rəyindən görünür ki, Şahid1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Şahid1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Şahid1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Şahid1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglər, həmçinin sms yazışmalarına dair məlumatlar "xxxx" MMC-dən götürülmüşdür. Təqdim edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə 28.09.2020-ci il tarixdə saat 01:19:01-də “Telefonu elive goturün kimi mennen sivyaza cix, seryoznu prablemim var sennen” sözlərini yazmışdır. Bundan başqa onlar arasında 04:16:05-də 20 saniyə, 04:25:36-da 35 saniyə və 04:29:58-də 18 saniyə telefon danışığı olmuşdur. Həmin danışıqların anten dairəsi Təqsirləndirilən şəxs 4-cü mkr. ərazisində olmasını bir daha təsdiq edir. Bundan başqa Təqsirləndirilən şəxs qeyd olunan nömrədən Şahid6 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə hadisədən əvvəl yəni saat 02:40:41-də və hadisədən sonra saat 04:34:07də, saat 04:52:26-də və saat 07:15:58-də telefon danışıqları olmuşdur. "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinin telefon danışıqlarına dair məlumat yerləşdirilmiş 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24.04.2020-ci il tarixdə saat 04:48-dən etibarən istifadəsində olan ***-***-**-** saylı nömrdən Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə çoxsaylı zənglər etmiş, aralarında ümumilikdə 16 dəfə olmaqla çoxsaylı telefon danışıqlar olmuş və anten dairəsində əsasən danışıq zamanı Abşeron rayonu Mehdiabad qəsəbəsində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələrinin telefon danışıqlarına dair məlumat yerləşdirilmiş 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 24-04-2020-ci il tarixdə saat 23:58:48-də Şahid1 məxsus **********05 saylı nömrədən Təqsirləndirilən şəxs məxsus **********65 saylı nömrəyə “Qaqa mənəm Səbuhi ac” mətnində sms yazılmışdır. Həmçinin 24-04-2020-ci il tarixdə saat 19:00:16-da Təqsirləndirilən şəxs məxsus **********65 saylı nömrədən Zərərçəkmiş şəxs2 məxsus **********68 saylı nömrəyə “Mene yig Caviddi tez” və saat 19:31:40-da “Telefon satilir qiymet 300 manat” mətnində smslər yazılmışdır. Zərərçəkmiş şəxs2 məxsus **********68 saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus **********65 saylı nömrəsinə 24.04.2020-ci il tarixdə saat 19:02:47-də və saat 19:40:55-də zənglər olmuş, həmin danışıqlar müvafiq olaraq 154 və 98 saniyə davam etmişdir. Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglər, həmçinin sms yazışmalarına dair məlumatlar "xxxx" MMC-dən götürülmüşdür. Təqdim edilmiş diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 28.09.2020-ci il tarixdə saat 01:19:01-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı nömrəyə zəng etmiş, lakin danışıq baş tutmamışdır. Həmçinin digər danışıq və smslər "xxxx" MMC-dən götürülmüş məlumatlarla eynilik təşkil edir. Cinayət işi üzrə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 15.04.2020-ci il tarixdən 25.04.2020-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları köçürülmüş və "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskə baxış keçirilmiş və baxış zamanı Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında 26.03.2020-ci il tarixdə saat 05:11:37-də "Qara senın neslıvu ... ha telı gotur ..." sözləri yazılmış yazışmanın olması aşkar olunmuşdur. Həmçinin baxış zamanı Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin arasında 24.02.2020-ci il tarixdə saat 08:50:32-də 76 saniyə, 02.03.2020-ci il tarixdə saat 17:59:23-də 49 saniyə, 05.03.2020-ci il tarixdə saat 20:58:24-də 54 saniyə, 09.03.2020-ci il tarixdə saat 14:20:35-də 100 saniyə, saat 16:26:26-da 8 saniyə, 23.03.2020-ci il tarixdə saat 10:39:49-da 30 saniyə, saat 10:41:30da 23 saniyə, saat 04:48:36-da 55 saniyə, saat 05:08:21-də 81 saniyə, saat 11:37:29-da 147 saniyə, saat 12:03:37-də 80 saniyə, saat 12:08:11-də 69 saniyə, saat 12:41:09-da 30 saniyə, saat 12:52:26-da 13 saniyə, saat 12:54:44-də 10 saniyə telefon danışıqlarının olması, Səbuhi Seymur oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin X7 (AZE N-********) adına qeydiyyatda alınması aşkar olunmuşdur. İstintaq zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi və üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung” Galaxy A10 markalı mobil telefona baxış keçirilən zaman telefonun zənglər bölməsində 28.09.2020-ci il tarixdə, saat 00:39 və 01:01-də Emrah adlı şəxsdən cavablandırılmamış zəng daxil olduğu, saat 02:32 və 02:37də Babaş adlı adlı şəxsdən cavablandırılmamış zəng daxil olduğu, saat 02:35-də isə Babaş adlı şəxsə zəng edildiyi müəyyən edilmişdir. Qeyd olunan saatlarda ********** saylı mobil nömrədən də bir neçə dəfə cavablandırılmamış zənglər daxil olmuşdur. Bundan əlavə saat 02:40 radələrində bir neçə dəfə Babaş adlı şəxsdən cavablandırılmamış zəng daxil olduğu müəyyən edilmişdir. Saat 04:29-da Emrah, saat 04:33-də isə Babaş adlı şəxsə zəng edilmişdir. Baxış zamanı mobil telefonun mesajlar bölməsinə daxil olduqda 28.09.2020-ci il tarixdə saat 02:08-də 050 356 55 31 saylı mobil nömrədən “Cavid emrahdi telefona cavab ver sennen seryoznu işim var”, saat 01:19-da Emrah adlı şəxsdən “Telefonu elive götüren kimi mennen sivyaza çix. Seryoznu problemim var sennen”, Babaş adlı şəxsdən isə saat 02:29-da “Cavid salam. Babaşdı, salamatçılıqdı ceyhunu yığmışdın” məzmunda mesajlar daxil olmuşdur. İstintaq zərurəti ilə əlaqədar olaraq Şahid6 “XİOMİ” Red Mi markalı mobil telefonun baxış keçirilən zaman 28.09.2020-ci il tarixdə ***-***-**-** ***-***-**-** saylı mobil nömrəyə 9 dəfə zəng edildiyi və cavablandırılmadığı, saat 02:40-da həmin nömrədən zəng gəldiyi və 46 saniyə danışıq olduğu qeyd edilmişdir. Bundan əlavə saat 04:33-də, 04:52-də həmin nömrədən zəng gəldiyi və müvafiq olaraq 19 saniyə və 1 dəq 30 saniyə danışıq olduğu qeyd edilmişdir. Saat 07 radələrində isə həmin nömrədən zəng gəldiyi və 53 saniyə danışıq olduğu müəyyən edilmişdir. İstintaq zərurəti ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs1 məxsus “Samsung” Galaxy A10 markalı mobil telefona baxış keçirilən zaman telefonun zənglər bölməsində 28.09.2020-ci il tarixdə saat 00:39-dan 02:02-dək 4 dəfə Cavid adı altında qeydiyyata alınmış ***-***-**-** saylı nömrəyə şəxsə cavablandırılmamış zəng edildiyi müəyyən edilmişdir. Telefonun mesajlar bölməsinə daxil olduqda 28.09.2020-ci il tarixdə saat 01:18də isə Cavid adı altında qeydiyyata alınmış ***-***-**-** saylı nömrəyə “Telefonu elive götüren kimi mennen sivyaza çix. Seryoznu problemim var sennen” şəklində mesaj yazılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətindən alınmış 15.12.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 28.09.2020-ci il saat 03:00-dan saat 06:00-dək olan müddət ərzində hərəkət trayektoriyası 4-cü mkr. dairəsinin yaxınlığı olmuşdur. Şahid1 tərəfindən soyğunçuluq yolu ilə ələ keçirilmiş 1 ədəd “İphone X” markalı mobil telefon Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs2 həmin telefonu markasından, rəngindən, işlənmə dərəcəsindən tanıdığını bildirmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək məhkəməəmtəəşünaslıq ekspertizasının 05.06.2020-ci il tarixli 9/1081 nömrəli rəyi ilə razı olduğunu bildirməsi səbəbindən iş üzrə Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın məbləği ümumilikdə 1110 manat hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 1(101)-969/2020 saylı hökmündən məlum olur ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nəsimi rayon məhkəməsindən daxil olmuş 04.06.2016-cı il tarixli, 1(006)-430/2016 saylı hökmdən görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının CM-nin 263.1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24.07.2019-cu il tarixdə isə cəzanın sonu ilə azad edilmişdir. Nərimanov rayon məhkəməsinin 04.05.2015-ci il tarixli, 1(005)-71/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20.11.2015-ci il tarixdə Nizami rayon məhkəməsinin qərarı ilə şərti olaraq azadlığa buraxılmışdır. Yasamal rayon Məhkəməsinin 24.09.2019-cu il tarixli, 1(004)-172/19 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.1, 66.2, 69.3-cü maddələrinə əsasən 01 il 08 ay 18 gün müddətinə azadlığın məhdudlaşıdırlması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 7(006)-139/2021 saylı qərarından məlum olur ki, “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı təbiq edilərək Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-in 126.3, 170.3, 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası CM-in 170.3, 181.2.1, 181.2.5-cü maddələri ilə düzgün tövsif olunsa da ona əməlində həmin məcəllənin 126.3-cü maddəsinin tərkibi olduğu halda əsassız olaraq Azərbaycan Respublikası CM-in 120.2.2-ci və 221.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsindən Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinə tövsif edilməli, ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə bəraət verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürmək fikrində olmamışdır. Zərərçəkmiş şəxs1 təhqirlərindən bezərək onu cəzalandırmaq məqsədi ilə ona bud nahiyəsindən zərbə vurmuşdur. Onun Zərərçəkmiş şəxs1 öldürmək fikri olsaydı, o, Emrahın dalınca özü gedər, bıçağı da onun həyat üçün vacib olan orqanına xəsarət yetirərdi. Məhkəmə zamanı müəyyn olundu ki, Təqsirləndirilən şəxs hər şey etmişdir ki, Emrahla görüşməsin. Amma Emrah ona cavab verilməyəndə başqa nömrədən ona zəng vurmuş, sms göndərərək onunla görüşməyə cəhd etmişdir. İstintaq orqanı yalnız şahid, Emrahın dostu Şahid2 ziddiyətli ifadələrini əsas götürərək ona belə bir ittiham irəli sürmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs, Nicat Cəfərovun, Şahid2 və digər şahidlərin ifadələrindən açıq- aşkar məlum olur ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında olan davanın səbəbkarı Emrah Mutafazadə olmuşdur. Təqsirləndirilən şəxs isə Emrah Mustafazədəni söyüşlərinə baxmayaraq yenə öldürmək istəməmiş, ona söyüşlərinə görə ayağının arxa tərəfindən bıçaqla zərbə vuraraq xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan telefon zənglərindən və smslərdən də məlum olur ki, Təqsirləndirilən şəxs Emrah Mustafazədəni öldürmək fikri olmamışdır. Məhkəmə bu qərara gəlir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif olunmaldır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə eyni zamanda bu qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetmədiyinə görə ona həmin maddə ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33-cü maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət Məcəlləsinin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində hec bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CPM-nin 350.2-cimaddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü cıxarmalıdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair » 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həmdə mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilmişdir: Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: "42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə". Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə görə Xuliqanlıq dedikdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlində xüliqanlıq cinayətinin olması sübuta yetmədi. İstintaq orqanı yenə yalnız Şahid2 ziddiyətli ifadələrini əsas götürərək ona belə bir ittiham irəli sürmüşdür. Şahid2 ifadəsinin bu hissəsinə diqqət edək - ”Məcid və digərləri də Emrahla getmək istəsə də, Emrah bundan imtina etmiş və qısa zaman sonra geri gələcəyini bildirmişdir. Bundan sonra Emrahın idarə etdiyi ağ rəngli “Hyundai Elantra” markalı avtomobil ilə “Yeganə” şadlıq sarayından üzü 4-cü mkr. dairəsi istiqamətində getmiş və dairəyə çatmamış yolun sağında dayanmışlar. Həmin vaxt dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı “Kia Optima” markalı avtomobildən ya 4 ya 5 nəfər düşmüşdür. İlkin ifadəsində hadisənin üzərindən çox az keçdiyindən və hadisə zamanı bərk qorxduğundan avtomobildən düşən şəxslərin sayını ümumi olaraq qeyd etmişdir. Avtomobildən həqiqətən də iki nəfər Cavid və sonradan üzləşdirmə zamanı tanıdığı Nicat düşmüşdür. Amma yaxınlıqda da 2 nəfər şəxs olmuşdur. Bəlkə də onlar məhəllə adamları olmuşdur, ancaq onları tanımamışdır. Həmin şəxslərin heç biri hadisəyə onsuz da qarışmamışdır. Cavidi bundan əvvəl 2-3 dəfə Emrahın yanında gördüyündən üzdən tanımışdır. Cavid də həmin şəxslərin yanında olmuşdur. Onlar həmin şəxslərə yaxınlaşdıqda Cavid və Emrah dərhal tutaşmışlar. Onlar Cavid və Emrahı aralamışlar. Emrah isə Cavidi təhqir edərək yolun digər tərəfinə keçmişdir. Bu zaman Nicat onun da mübahisəyə qarışacağını düşündüyündən onu qucaqlamışdır. Amma onun belə bir fikri olmamışdır. Nicat və o, Emrahla Cavidin arxası ilə getməmişlər. Lakin onları ayırana qədər Cavid çatdırıb Emrahı sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra hər ikisi onlardan ayrılıb yolun digər tərəfinə keçmişlər. O, Cavidin yanında gələn şəxslərlə Cavid və Emrahın arxası ilə getməmiş, yolun kənarında gözləmişlər. Həmin vaxt Cavid və Emrah yenə tutaşmışlar. Cavid Emraha əvvəlcə sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, Emrah zərbədən yerə yıxılmışdır. Cavid bu zaman Emraha bir dəfə də təpik zərbəsi vurmuşdur. Emrah da yerdə olarkən ayağı ilə Cavidin sağ ayağına təpiklə vurmuşdur. Bundan sonra isə birdən-birə Cavid bıçaqla Emrahın sol budundan və baldırından bıçaqla səhv etmirsə 3 dəfə zərbələr vurmuşdur. O, Cavidin bıçağı hardan çıxardığını görə bilməmişdir. Yəqin ki, Cavid bıçağı özü ilə gətirmişdir və paltarının altında gizlətmişdir. Nicat ola bilər ki, onu qucaqlayan zaman Cavidin Emrahı bıçaqla vurmasını görməmişdir. Çünki hadisə qısa zaman kəsiyində baş vermişdir. Həmin vaxt Cavid həm də qışqıraraq Emrahı təhqir etmişdir. Düzdür həmin vaxt Emrah da öz ünvanına söymüşdür. Belə başa düşmüşdür ki, Cavid Emrahı bıçaqla vurub söyüşünü geri götürüb özünü söyməsini tələb etmişdir. Artıq Emrahın bıçaqla vurulduğu zaman o, Nicatın əlindən çıxmış və tez yanlarına qaçmışdır. Elə Nicat da özü də oraya gəlmişdir. O, “vurma-vurma”deyə qışqırmış və yanlarına çatdıqda isə artıq Emrahı vurmaması üçün Cavidə yalandan polislərin gəldiyini demişdir. Bu zaman Cavid də tez yolun əks tərəfinə keçib “Kia Optima” markalı avtomobilə oturmuş və onlar uzaqlaşmışdılar. O, qaçaraq Cavid və Emraha yaxınlaşdıqda Cavid məcbur olub oradan qaçmışdır. Yoxsa bəlkə də yenə də Emrahı vuracaqdı. O, Emrahı tez “Hyundai Elantra” markalı avtomobilinə otuzdurmuş və Respublika Klinik xəstəxanasına aparmışdır... Hadisə saat təxminən 28.09.2020-ci il tarixdə saat təxminən 05 radələrində olmuşdur. Artıq çox gec olduğundan küçədə heç kəs olmamışdır. X20 vuran zaman ünvanına çox yüksək səslə nalayiq ifadələr işlətmişdir. Odur ki, ola bilər ki, qonşuluqdakı binalardan görən və ya eşidən olmuşdur. Ancaq o, həmin vaxt tez Emrahın yanına qaçdığı üçün ətrafdan kiminsə görüb-görməməsinə fikir verə bilməmişdir. Zərərçəkmiş şəxs1 və “Babaş” kimi çağırdıqlar Şahid6 narkotik satışı ilə məşğul olmamışdır. Zərərçəkmiş şəxs1 narkotik istifadəçisi olduğunu bilmişdir. Ama heç vaxt onun yanında narkotik çəkməmişdir. O, həmişə buna etriaz etmiş və icazə verməmişdir. ...Ümumiyyətlər hadisə zamanı nə Nicat, nə o özü, nə də hər hansı digər bir şəxs hadisəyə qarışmamışdır. Çünki Emrah və Cavid ikisi öz aralarında danışıb məsələlərini həll etmək istəmişdilər. Buna görə də Emrah və Caviddən savayı heç kəs heç bir xəsarət almamışdır. Avtomobilin sağ yan güzgüsü elə hadisə günü Emrahla görüşəndə artıq sınıq vəziyyətdə olmuşdur. Emrah adətən avtomobili təhlükəli idarə etdiyindən tez-tez belə hadisələr olmuşdur. Bu barədə Emrahdan soruşmuş, Emrah isə yenə tələsik müştərinin dalınca gedəndə harasa vurduğunu demişdir. Həmin güzgü hadisə zamanı sınmamışdır. Göründüyü kimi hadisə zamanı orada yalnız dörd nəfər şəxs olmuşdur. Amma istintaq orqanı Şahid2 “ola bilər, bəlkə, yəqin” kimi sözləri ilə başlayan cümlələrinə əsaslanaraq Təqsirləndirilən şəxs xuliqanlıq cinayətini törətməsi nəticəsinə gəlmişdir. İstintaq onu da nəzərə almamışdır ki, Şahid2 həm də Zərərçəkmiş şəxs1 dostudur. Onun ifadəsinə tənqidi yanaşılmalıdır. Məhkəmə zamanı Şahid2 tapıb dindirmək mümkün olmamışdır. Məlum oldu ki, Zərərçəkmiş şəxs1 ətrafında olan şəxslərin əksəriyyəti narkotik istifadəçiləridir. Ekpertiza rəyindən də məlum olmuşdur ki, Ə.A.Mustafazadənin meyitindən götürülmüş qanda, mədə və mədə İ möhtəviyyatında məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs xuliqanlıq cinayətini törətməsi barədə hər hansı bir digər sübut müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetmədiyinə görə ona həmin maddə ilə bəraət verilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış - Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli idman tipli gödəkcə, bir ədəd qara rəngli idman tipli şalvar, bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd qara rəngli kişi alt tumanı, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli, üzərində qara rəngli xətlər olan uzunqol sviter, bir ədəd göy rəngli cins şalvar, 01 ədəd bıçaq, hadisə yeri və avtomobilə baxış zamanı götürülmüş ümumilikdə 05 ədəd qan nümunəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Nəsimi rayon prokurorluğunda saxlanılan 01 ədəd “Samasung Galaxy A10” markalı mobil telefon, telefon məlumatlarını, video görüntüləri özündə əks etdirən 3 ədəd DVD və 6 ədəd CD disk cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 28 sentyabr 2020ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318, 346, 347, 349, 350-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 170.3, 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə bəraət verilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- 28 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə təbiq edilməsin. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli idman tipli gödəkcə, bir ədəd qara rəngli idman tipli şalvar, bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd qara rəngli kişi alt tumanı, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli, üzərində qara rəngli xətlər olan uzunqol sviter, bir ədəd göy rəngli cins şalvar, 01 ədəd bıçaq, hadisə yeri və avtomobilə baxış zamanı götürülmüş ümumilikdə 05 ədəd qan nümunəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Nəsimi rayon prokurorluğunda saxlanılan 01 ədəd “Samasung Galaxy A10” markalı mobil telefon, telefon məlumatlarını, video görüntüləri özündə əks etdirən 3 ədəd DVD və 6 ədəd CD disk cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-127/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-127/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver