Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-127/2023 31.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibləri, X9, X15 dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Bakı şəhəri “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 5, Yasamal RPİ-nin inzibati binasında qeydiyyatda olub, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçililib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 özünü X12 uğurlu iş adamı kimi təqdim edərək həmin ölkədə yerləşən mehmanxanaların təchizatı ilə bağlı biznes layihələri təqdim etməklə birgə iş qurub qazanc verəcəyi adı ilə 2017-ci ilin oktyabr ayının 12-də ünvan 2 ünvanında yerləşən 27 saylı notarial kontorda həmin günün məzənnəsi ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları, 2018-ci ilin dekabr ayının əvvəlində Bakı şəhəri Yasamal rayonu K.Kazımzadə küçəsində həmin dövrün məzənnəsinə görə 340.000 manat təşkil edən 200.000 ABŞ dolları, 2018-ci ilin dekabr ayının axırlarında eyni ünvanda həmin dövrün məzənnəsinə görə 680.000 manat təşkil edən 400.000 ABŞ dolları, 2019-cu ilin yanvar ayının əvvəlində eyni ünvanda həmin dövrün məzənnəsinə görə 680.000 manat təşkil edən 400.000 ABŞ dolları, 2019-cu ilin fevral ayının axırlarında eyni ünvanda həmin dövrün məzənnəsinə görə 595.000 manat təşkil edən 350.000 ABŞ dolları, 2019-cu ilin mart ayının ortalarında eyni ünvanda həmin dövrün məzənnəsinə görə 595.000 manat təşkil edən 350.000 ABŞ dolları və 2019-cu ilin iyun ayının axırlarında eyni ünvanda həmin dövrün məzənnəsinə görə 850.000 manat təşkil edən 500.000 ABŞ dolları olmaqla ümumilikdə həmin dövrün məzənnəsinə görə 3.910.000 manat təşkil edən 2.300.000 ABŞ dolları məbləğində Zərərçəkmiş şəxs2 məxsus pulları hissə-hissə Şahid1 vasitəsilə alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, həmin məbəlğin1300000 (bir milyon üç yüz min) dollarını gəlir adı ilə qaytarmış, ******* (bir milyon) dollarını ələ keçirib zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, 2008-ci ildən 2020-ci ilədək X12 yaşayıb işləmişdir. O, bir müddət Şarja Əmirliyində hava limanında satış meneceri vəzifəsində işləmişdir. 2013-cü ildən etibarən ticarətlə məşğul olmuşdur. Dubayda topdan satış yerlərindən müxtəlif növ mallar alıb pərakəndə satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs2 çoxdan tanıyır. Fəxrəddin X14 gəldikdə o, onu qarşılayıb gəzdirmişdir. Onun Fəxrəddinlə işgüzar münasibətləri 2017-ci ildə başlamışdır. O, Fəxrəddinə Dubaydakı mehmanxanaların təchizatı sahəsində biznes layihəsini təqdim edib ona biznesə sərmayə qoyarsa hər 100.000 ABŞ dolları məbləğində pula ayda 5.000 ABŞ dolları qazanc verə biləcəyini bildirmişdir. Fəxrəddin də bu təkliflə razılaşmışdır. Dəqiq tarix yadında deyil, o, Bakı şəhərində olanda Zərərçəkmiş şəxs2 işçisi Fuad ona notarial qaydada 100.000 ABŞ dolları verdi. Bundan sonra Dubayda “X30 Trading” şirkəti yaratmışlar. Qanuni şəkildə biznes qurulmuş, Fəxrəddinə də qazanc verilmişdir. O, işlə əlaqədar Dubayda ambar da icarə etmişdir. O, istintaq zamanı ilkin ifadələrində Fəxrəddini aldatdığını, heç bir biznesin olmadığını göstərmişdir. Bunlar həqiqətə uyğun deyil, onun Fəxrəddinlə ortaq biznesi olub, o, şirkət açıb Dubaydakı mehmanxanaların təchizatı sahəsində fəaliyyət göstərib qazanc əldə etmişdir. Onun Fəxıəddinə borcu olmayıb. O, Fəxrəddinə ondan aldığı pulun təxminən 1.000.000 ABŞ dollarını “Referens” dərman şirkətinin rəhbəri olan Zərərçəkmiş şəxs1 verdiyini demişdir. Fəxrəddin də dedi ki, “polis idarəsində bunu təsdiq et”. Ona görə də o, ifadəsində 1.000.000 ABŞ dolları Ramizə verdiyini demişdir. O, Zərərçəkmiş şəxs1la onun əmisi oğlunun vasitəsi ilə tanış olmuşdur. 2015-ci ildə Zərərçəkmiş şəxs1 Dubayda avtomobillərin icarəsi şirkəti açmışdı. Onu da həmin şirkətin icraçı direktoru təyin etmişdi. Şirkətin adı "xxxx" idi. Şirkətin rəhbəri Ramizin oğlu Şahid3 idi. Zərərçəkmiş şəxs1 tərəfindən iki il ərzində işə təxminən 2.000.000 ABŞ dollarına yaxın sərmayə qoyulmuşdu. Ofis açılmışdı, avtomobillər alınmışdı, bundan başqa kafe icarəyə götürülüb icarəyə verilmişdi. İlk vaxtlarda biznes işləyirdi, sonra iqtisadi vəziyyətə görə biznes uğursuz alındı. O, Ramizin verdiyi pulla Ramizin oğlu Raufun adına restoran alıb təmir etdirmişdir. Restoran indi də Raufun adınadır. Ramizlə iş birliyinə görə o, Türkiyədən Dubaya dörd konteyner şampun gətirmişdir. Həmin şapmpunlar hazırda da satılmamış qalmışdır. Şampunlar Ramizilə iş birliyinə görə alınıb gətirilmişdi. Ramiz isə işi yaramçıq qoydu. Restoranının təmirini yarımçıq saxladı. Bu səbəbdən də birgə biznezləri pozulmuşdur. O, uzun müddət Ramizin puluna maşınlar alıb icarəyə verib qazancını Ramizə vermişdir. Sonralar maşınların sayını atrımaq tələb olunanda, Ramiz bunu etmədi. O, Ramizi aldatmamış və onun pulunu ələ keçirməmişdir. Onun Zərərçəkmiş şəxs1la birgə biznes qurmağını və pulun xərc istiqamətini təsdiq edən yazışmaları olmuşdur. Zərərçəkmiş şəxs1 da qohumu Şahid5la birlikdə şirkətin bütün zərərini onun boynuna qoydu. Onlar xərclədikləri mayanın üstünə faiz də gəlib bütün məbləği faizlə ondan tələb etdilər. Onlar əvvəlcə ondan biznesə qoyduqları mayadan başqa əlavə 500.000 ABŞ dolları aldılar. Bundan sonra da onlar ondan əl çəkmədilər. O da yenidən onlara hissə-hissə olmaqla təxminən 450.000 ABŞ dolları məbləğində pulu ödəmişdir. Həmin pullar da onun iş görmək adı ilə Zərərçəkmiş şəxs2 aldığı pul olmuşdur. Məcbur olub Fəxrəddin Feziyevi aldadıb. Onun Dubayda şirkətləri, “Qarabağ” adlı restoranı olub. Onun investisiya şirkəti də olub. O, Fəxrəddindən 2.300.000 dollar alıb. Pulları restoranı, otellərini işlətmək üçün almışdır. O, Dubayda "xxxx" oteli işlətmişdir. Şirkətin təsisçisi özü olub. Həmin şirkəti Fəxrəddinin qızı ilə birlikdə işlətmişdir. Fəxrəddindən aldığı 2.300.000 dollar pulu otel təchizatına ödəmişdir. İstintaq zamanı onun etirafedici ifadələrini müstəntiq yazıb o da imza etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 dəymiş zərər ödənilmişdir. Zərərçəkmiş şəxs2lə də barışmışdır. Fəxrəddinin ondan şikayəti yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs itidai istintaq zamanı göstərmişdir ki, 2008-ci ildən 2020-ci ilədək X12 daimi yaşamaqla əvvəlcə həmin ölkənin X27 Limanında satış meneceri işləmiş, 2013-cü ildən etibarən isə işdən çıxıb fərdi qaydada ticarətlə məşğul olmuşdur. Dubayda topdan satış yerlərindən müxtəlif növ mallar alıb pərakəndə satışı ilə məşğul olub çörək pulu qazanmışdır. 2017-ci ildə Dubayda icarəyə restoran götürüb “Qarabağ” adı altında işlətmişdir. Zərərçəkmiş şəxs2 təxminən on ildir tanıyır. Fəxrəddin X14 gəldikdə o, onu qarşılayıb gəzdirmişdir. Zərərçəkmiş şəxs2lə işgüzar münasibətləri 2017-ci ildən etibarən başlamışdır. O, Fəxrəddinin maddi imkanlı şəxs olduğunu və Dubayda işlərə sərmaya qoymaq istədiyini bilib sonuncuya yalandan bildirmişdir ki, Dubaydakı mehmanxanaların təchizatı sahəsində biznes layihəsi var, əgər bu biznesə sərmayə qoyarsa hər 100.000 ABŞ dolları məbləğində pula ayda ona 5.000 ABŞ dolları qazanc verə bilər. Həqiqətdə isə onun mehmanxana təchizatı biznesi deyilən bir layihəsi olmamış, sadəcə ona borc problemlərinin həlli üçün pul lazım olmuşdur. Borcu isə “Referens” dərman şirkətinin rəhbəri olan Zərərçəkmiş şəxs1 yaranmış və bu borca görə o, çox sıxışdırılmışdır. O, Zərərçəkmiş şəxs1 əmisi oğlunun vasitəsi ilə tanımışdır. Təxminən 2015-ci ildə Zərərçəkmiş şəxs1 Dubay şəhərində avtomobillərin icarəsi şirkəti açmış və onu həmin şirkətin icraçı direktoru təyin etmişdir. Şirkətin adı "xxxx" idi, şirkətin rəhbəri Ramizin oğlu Şahid3 idi. Zərərçəkmiş şəxs1 tərəfindən iki il ərzində təxminən həmin işə 2.000.000 ABŞ dollarına yaxın sərmaya qoyulmuşdu. Yəni ofis açılmış, avtomobillər alınmış, bundan başqa kafe icarəyə götürülüb icarəyə verilmişdir. İki ildə onun şirkətdən qazancı ümumilikdə 150.00 ABŞ dollar olmuşdur. Zərərçəkmiş şəxs1 da onun aldadıldığını başa düşüb, qohumu Şahid5la birlikdə şirkətin bütün zərərini onun boynuna qoymuşdur. O, şirkətin həqiqi qazancını Ramizdən gizlədib özünə götürmüşdür. Ona görə də 350.000 ABŞ dolları ələ keçiridiyini etiraf etmişdir və hissə-hissə gecikmələrlə həmin məbləği Ramizə qaytaranda Ramiz də faizlər gəldi. O da 350.000 ABŞ dolları əvəzinə Ramizə 500.000 ABŞ dolları vermişdir. Ramiz bununla kifayətlənmədi. O da yenidən Ramizə hissə-hissə olmaqla təxminən 450.000 ABŞ dolları ödəmişdir. Həmin pulu də Fəxrəddini biznes adı ilə aldadıb ondan götürdüyü puldan ödəmişdir. Öz təklifi ilə Fəxrəddini maraqlandırdırdıqdan sonra o, Bakı şəhərində olanda Fəxrəddin ona notarial qaydada 100.000 ABŞ dolları məbləğində pul vermiş, notariusda qarşı tərəfdən Fəxrəddinin işçisi Fuad çıxış etmişdi. O, pulu alıb Dubaya getmiş, söz verdiyi qaydada ayda 5.000 ABŞ dolları məbləğində pulu qazanc adı ilə pulu Fəxrəddinə göndərmişdir. Bundan sonra Fəxrəddin onun bizneslə məşğul olmasına inanıb ona bir neçə dəfə pul vermişdir. O, pulu Bakı şəhərində müxtəlif yerlərdə və yaxud müxtəlif adamların vasitəsi ilə almışdır. Fəxrəddinin ona konkret olaraq nə qədər pul göndərdiyini xatırlamır, heç bir qeydiyyat aparmamışdır. O, Fəxrəddindən aldığı pulun müəyyən hissəsini Ramizə vermiş, digər hissəsini sair şəxsi işlərinə sərf etmiş, müəyyən hissəsini də qazanc adı ilə Fəxrəddinin özünə qaytarmışdır. Sonuncu dəfə Fəxrəddinə olan borcundan ona 189.000 ABŞ dolları qaytarmışdır. Fəxrəddin ona 2.300.000 ABŞ dolları məbləğində pul vemiş, o da həmin puldan 1.300.000 ABŞ dollarını qaytarsa da 1.000.000 ABŞ dolları qaytarmamışdır. O, Dubayda birgə işləri başlayandan etibarən, yəni 2017-ci ildən Fəxrəddinin sürücüsü Məmmədov X20 müəllimin etibar edilmiş şəxsi kimi Dubayda onun yanında olmuşdur. O da orada Faiqi yalandan bir neçə oteli göstərib həmin otellərin təchizatını həyata keçirdiyini bildirmişdir. O, Faiqə də özündən xırda məbləğlərdə pul vermiş, lakin Faiq onun pulları hara xərcləməyindən xəbərsiz olmuşdur. Törətdiyi əməllərə görə səmimi peşmandır. Hazırda o, Zərərçəkmiş şəxs1 pulunu ödəmişdir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs təxminən on ildir ki tanıyır. Elşən X13 Şarja Hava Limanında işləyirdi. O, həmin ölkəyə gedəndə Elşən onu qarşılayıb ona xidmət göstərmişdir. Elşən özünü ona Dubayda bacarıqlı iş adamı kimi təqdim etmişdi. O da ona Dubayda işlərə sərmayə qoymaq istədiyini demişdir. Elşən də 2017-ci ilin oktyabr ayında Bakı şəhərində onunla görüşüb bildirdi ki, Dubaydakı mehmanxanaların təchizatı sahəsində biznes layihəsi var, əgər bu biznesə sərmayə qoysa, hər 100.000 ABŞ dollarına ayda 5.000 ABŞ dolları qazanc verə bilər. Bu təklif çox əlverişli idi, lakin Elşənə o qədər inamı olmadığından maliyyə məsələlərində köməkçisi olan Fuada tapşırmışdır ki, Elşənə ilkin veriləcək 100.000 ABŞ dolları məbləğində pulu notarial qaydada versin. Fuad da 2017-ci ilin oktyabr ayının 12-də Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 27 saylı notarial kontorda Elşənə 100.000 ABŞ dolları pul verərək aralarında formal olaraq borcun etirafı haqqında müqavilə bağlanıldı. Bundan sonra Elşən Dubaya gedib iş qurduğunu deyib ona da hər ay qazanc adı ilə 5.000 ABŞ dolları verirdi. Bundan sonra onu Elşənə olan etibarı daha da artmışdır. Elşən işin genişləndiyini, Dubayda artıq bir neçə təzə mehmanxana ilə müqavilə bağladığını, buna böyük sərmayə qoyularsa yaxşı qazanc verəcəyini dedi. O da Elşənin sözlərinə inanıb heç bir sənədləşmə olmadan ona istədiyi miqdarda pul verməyi qərara almışdır. Elşənin istədiyi pulu Elşənə çatdırılmasını Şahid1 tapşırmışdır. Fuad da hər dəfə Elşən Bakı şəhərində olanda Elşənlə Vergilər Nazirliyinin yanında, yəni Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsində görüşüb müxtəlif məbləğlərdə, ona məxsus pulu Elşənə vermişdir. 2018-ci ilin dekabr ayının əvvəlində Fuad Elşənlə həmin ərazidə görüşüb onun göndərdiyi 200.000 ABŞ dolları Elşənə vermişdir. Bundan sonra 2018-ci ilin dekabr ayının axırlarında eyni yerdə Fuad Elşənə 400.000 ABŞ dolları, 2019-cu ilin yanvar ayının əvvəlində Şahid1 Elşənlə həmin yerdə görüşüb ona məxsus 400.000 ABŞ dolları, 2019-cu ilin fevral ayının axırlarında Fuad Elşənlə eyni yerdə görüşüb ona məxsus 350.000 ABŞ dollar, 2019-cu ilin mart ayının ortalarında eyni ünvanda Fuad Elşənə 350.000 ABŞ dolları, 2019-cu ilin iyun ayının axırlarında Elşənlə eyni yerdə görüşüb ona məxsus 500.000 ABŞ dolları Elşənə vermişdir. Beləliklə də Təqsirləndirilən şəxs X12 yerləşən otel ləvazimatlarının təchizatı ilə bağlı birgə iş qurmaq adı ilə 2017-ci ildən 2020-ci ilədək olan müddət ərzində hissə-hissə ondan 2.300.000 ABŞ dolları almışdır. Bundan sonra ona göndərdiyi özünün pulundan 1.300.000 ABŞ dollarını qazanc kimi qaytarıb qalan ******* ABŞ dollarını ələ keçirmişdir. Elşən ona X12 yerləşən otel ləvazimatlarının təchizatı barədə yalan danışmışdır. O, orada heç bir biznes qurmamış, onun göndərdiyi pullardan 1.300.000 ABŞ dollarını guya qazanc adı ilə ona qaytarmış, 1.000.000 ABŞ dolları məbləğində pulu isə ələ keçirmişdir. Həmin pulun bir hissəsini isə Zərərçəkmiş şəxs1 adlı iş adamına olan borcunu qaytarmışdır. Bütün bunları ona Təqsirləndirilən şəxs Bakı şəhərinə qayıdandan sonra özü ona danışmışdır. Ona görə də o, Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Elşən onun etibarından sui-istifadə edib guya biznes quracağı adı ilə onu aldatmışdır. Elşən onu aldadıb aldığı pulundan ona qazanc kimi qaytarmaqla, yalandan şirkət yaratmaqla uğurlu biznes fəaliyyəti ilə məşğul olması ilə pərdələnmişdir. O, dəfələrlə Elşəndən tələb etmişdir ki, verdiyi pulların şirkətin bank hesabına mədaxil edib gəlirləri təsdiq edən sənədləri ona təqdim etsin. Elşən isə müxtəlif bəhanələr gətirməklə heç bir sənədi ona təqdim etməmişdir. Özü şirkətlə maraqlanmaq istədikdə, 2018-ci ildə Elşən “X31 Trading LLC” şirkətini yaradaraq formal olaraq həmtəsisçisi kimi onun qızı Xəyalə Camalovanın adına rəsmiləşdirmişdir. Qızının bu biznesdən heç bir məlumatı və iştirakı olmamışdır. Qızı bir dəfə BƏƏ-yə gedib sənədlərə formal olaraq imza etmişdir. Elşən özü bütün işlərlə məşğul olduğunu deyərək onu əmin etmişdir ki, hər şey qaydasında gedir. O, Elşənə dəfələrlə demişdir ki, əgər təchizat işidirsə, ya pul yerində olmalıdır, yaxud da mal. Əgər pullar mala verilibsə, ambarda mal olmalı idi. Yaxud mehmanxanalara mal paylanılıbsa, onda pulu ödəməyən mehmanxanalardan məhkəməyə müraciət olunmalı idi. Elşən isə heç bir vaxt uğursuz biznes barədə bir söz belə deməmiş, pulları Zərərçəkmiş şəxs1 olan borcuna və şəxsi məqsədlərinə sərf etdiyini bildirdi. Təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırmaq üçün guya biznes qurduğunu deyir. Elşənin təqdim etdiyi sənədlər biznesin təşkilini, gəlir gətirməsini təsdiq etmir. BƏƏ-də şirkət üçün lisenziya almaq çətin məsələ deyil. Elşən onun şübhələndiyini başa düşüb şirkət yaratmış və guya biznesin olduğu barədə onda inam yaratmışdır. Elşən yalan deyir, o heç bir vaxt Zərərçəkmiş şəxs1 pulların geri alınması üçün yalandan otellərin təchizatı işinin gördüyünü bildirməsini xahiş etməmiş, Elşən ilk gündən onu aldatdığını etiraf etmişdir. Şahid1 ifadələrində göstərdi ki, o, 2004-cü ildən Zərərçəkmiş şəxs2 tanıyır, sonuncu ilə işgüzar münasibəti vardır, ədavəti yoxdur. Fəxrəddinə maliyyə məsələləri ilə bağlı köməklik göstərir. Təqsirləndirilən şəxs Fəxrəddinin vasitəsi ilə tanımışdır. Elşən Fəxrəddini X12 otellərin təchizatı ilə bağlı biznes layihəsi təqdim edib Fəxrəddini də həmin biznesə qoşmağı vəd edib Fəxrəddindən pul almışdı. Pulu da Elşənə o, verib, lakin pul Fəxrəddinin olub. 2017ci ilin oktyabr ayının 12-də Elşən Fəxrəddindən iş görmək adı ilə 100.000 ABŞ dolları aldı. Həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 27 saylı notarial kontorda onunla Elşənin arasında formal olaraq borcun etirafı haqqında müqavilə bağlanıldı. Bildiyinə görə Elşən Fəxrəddinə vəd etmişdi ki, hər 100.000 ABŞ dolları pulun müqabilində hər ay ona 5.000 ABŞ dolları qazanc verəcəkdir. Elşən ilk vaxtlar hər ay vəd etdiyi beş min dolları Fəxrəddinə verirdi. Fəxrəddin də Elşənə bundan sonra mütamadi pul verməyə başladı. Elşən Fəxrəddindən külli miqdarda pul aldı. Dəfələrlə Elşən Bakı şəhərində olanda o, sonuncu ilə Yasamal rayonu, Kazım Kazımzadə küçəsində görüşüb Fəxrəddinin ona verdiyi pulu Elşənə vermişdir. 2018-ci ilin dekabr ayının əvvəlində Elşənlə həmin ərazidə görüşüb Fəxrəddinin göndərdiyi 200.000 ABŞ dolları, həmin ilin dekabr ayının axırlarında eyni yerdə Elşənə 400.000 ABŞ dolları vermişdir. 2019-cu ilin yanvar ayının əvvəlində Elşənlə həmin yerdə görüşüb Fəxrəddinin ona verdiyi 400.000 ABŞ dolları , həmin ilin fevral ayının axırlarında Elşənlə eyni yerdə görüşüb Fəxrədinin ona verdiyi 350.000 ABŞ dolları, mart ayının ortalarında eyni ünvanda Elşənə 350.000 ABŞ dolları, iyun ayının axırlarında Elşənlə eyni yerdə görüşüb Fəxrəddininin verdiyi 500.000 ABŞ dolları Elşənə vermişdir. Elşən sonradan Fəxrəddindən aldığı puldan 1.300.000 ABŞ dollarını qazanc adı ilə Fəxrəddinə qaytardı, 1.000.000 ABŞ dollarını isə ələ keçirdi. O, özü Fəxrəddinin nümayənədsi kimi X6rkən Elşən onu bir neçə oteli göstərib həmin otellerin təchizatını keçirdiyini deyirdi, lakin o, Elşənin bunu etdiyini özü görməmişdir.Sonradan da Elşənin onu və Fəxrəddini aldatdığı, Fəxrddindən pulu biznes üçün deyil başqalarına olan borcunu ödəmək üçün aldığı müəyyən olundu. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunmuş ifadələrində Şahid2 göstərmişdir ki, o, fərdi qaydada etibarnamə ilə idarə etdiyi “Tofaş” markalı **-MP-*** qeydiyyat nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs2 10 ildən çoxdur ki, tanıyır. Belə ki, o, Zərərçəkmiş şəxs2 rəhbəri olduğu “Clear” oteldə taksi kimi fəaliyyət göstərmiş, Fəxrəddin müəllim taksi kimi onu müxtəlif yerlərə göndərmişdir. Zərərçəkmiş şəxs2lə münasibəti normal olmuş, ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Həmin vaxtlardan Zərərçəkmiş şəxs2lə yaxın münasibətləri yaranmışdır. Fəxrəddinlə müxtəlif xarici ölkələrə, o cümlədən X19, Türkiyə və Avropa ölkələrinə birlikdə getmişdir. Xarici səfərlərdə Fəxrəddin müəllimin yanında olmuşdur. Fəxrəddin müəllim ona rəsmi maaş verməmiş, xidmət haqqı ödəmişdir. Təqsirləndirilən şəxslə təxminən 4-5 ildir ki, Fəxrəddin müəllimin vasitəsi ilə X12 tanış olmuşdur. Belə ki, Elşənlə Fəxrəddin müəllim Dubayda birgə iş görürdülər. Elşən özü deyirdi ki, otellərin təchizatı ilə məşğuldur. O, Fəxrəddin müəllimlə birlikdə Dubayda olarkən Elşən otelləri göstərib deyirdi ki, həmin yerlərə otel ləvazimatları verir. Bir dəfə onu bir anbara aparıb malların olduğu yeri də göstərmişdir. Lakin sonradan məlum olmuşdur ki, Elşən yalan danışırmış, heç bir otelin təchizatı ilə məşğul deyilmiş. O, heç bir maliyyə məsələləri ilə məşğul olmamış, bununla Fəxrəddin müəllimin muhasibi Fuad məşğul olmuşdur. O, əsasən Fəxrəddin müəlimlə birlikdə Dubaya getmişdir. Bir dəfə Fəxrəddin müəllimin qızı ilə, bir dəfə isə tək Dubaya getmişdir. Belə ki, qızının adından Dubayda ona etibarnamə verilmişdir ki, Dubayda vergilərlə bağlı hansısa sənədə qol çəkməlidir. O da gedib sənədə qol çəkmişdir. Dubaya gedəndə onu Elşən qarşılamışdır. Sonradan aldığı məlumata görə Elşən etibar qazanmaq məqsədi ilə Fəxrəddin müəllimdən aldığı puldan 1.300.000 ABŞ dollarını qazanc adı ilə qaytarmış, 1.000.000 ABŞ dollarını isə ələ keçirmişdir. Məhkəmədə elan olunmuş ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 ifadələrinə göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. Təqsirləndirilən şəxs atasının vasitəsi ilə tanımışdır. Belə ki, X14 səfər edərkən Elşən onları qarşılayıb xidmət göstərirdi. Elşən atasının maddi cəhətdən imkanlı olduğunu bilirdi. Dubayda bacarıqlı iş adamı kimi təqdim edirdi. Sonradan ona məlum olmuşdur ki, Elşən atası Zərərçəkmiş şəxs2 Dubaydakı mehmanxanaların təchizatı sahəsində biznes layihəsi təqdim edərək aldatma yolu ilə atasının külli miqdarda pullarını ələ keçirmişdir. Lakin onun iştirakı olmadığından bundan xəbərsizdir. Sonradan atasından eşitmişdir. Atası Elşənə verdiyi pullarla bağlı maraqlanmağa başlayandan sonra Təqsirləndirilən şəxs 2018-ci ildə “X31 Trading LLC” şirkətini yaratmış, formal olaraq həmtəsisçisi kimi bir payını onun adına rəsmiləşdirmişdir. Lakin onun bu biznesdən heç bir məlumatı və iştirakı olmamışdır. O, bir dəfə X23 gedib lazımi sənədlərə formal olaraq imza etmiş, hansı sənədlər olduğunu bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib Zərərçəkmiş şəxs2 aldatmadığını, bu yolla ona zərər vurmadığını, ona dəymiş zərərin birgə bizneslərinin uğursuz nəticəsi oluğunu göstərdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin hər hansı biznesi olmadığını, onu aldadıb pulunu alıb, həmin məbləğin 1.300.000 (bir milyon üç yüz min) dollarını gəlir adı ilə ona qaytarıb 1.000.000 (bir milyon) dollarını ələ keçirdiyini göstərdi. Məhkəmədə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinə zidd ifadələr verib Zərərçəkmiş şəxs2 aldadıb onun pul vəsaitini ələ keçirdiyini göstərməsi müəyyən olunmuşdur. Onun ibtidai istintaq zamanı ifadələrində göstərdiyi hallar zərərçəkmiş Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, X7 ifadələri və digər sübütlarla təsdiq olundu. Bu sübutlar əsasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs2 X17 uğurlu iş adamı kimi təqdim edib onunla birlikdə biznes qurmaq adı ilə ondan ümumilikdə 2.300.000 (iki milyon üç yüz min) manat miqdarında pul alarkən nə özünün şəxsi biznesi olmuş, nə də Zərərçəkmiş şəxs2 ilə biznes qurmaq niyyəti olmuşdur. Onun həmin dövrdə Zərərçəkmiş şəxs1 ilə məşğul olduğu biznesin onun sonuncuya vəd etdiyi nəticəni vermədiyi üçün sonuncu tərəfindən biznesə qoyulan pulu geri qaytarılması ondan tələb olunduğundan o, Zərərçəkmiş şəxs2 ilə aralarında olan münasibətlərdən yararlanaraq Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib, hissə-hissə onun xüsusi ilə külli miqdarda pulunu ələ keçirib, həmin məbləğin ******* (bir milyon üç yüz min) manatını gəlir adı ilə ona qaytarmış, ******* (bir milyon) manatını başqasına olan borcunu öz pulu kimi ödəyib mənimsəmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə münasibətləri tədqiq olunduqda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Dubayda mehmanxanaların təchizatı ilə məşğul olması adı ilə ondan 2.300.000 dollar alması və bu məbləğin 1.300.000 dollarını gəlir adı ilə qaytarması, pulu aldıqdan təxminən iki il sonra 2018-ci ildə Zərərçəkmiş şəxs2 qızı X7 adına Dubayda “X31 Trading LLC” şirkətini yaradıb onun adına rəsmiləşdirdiyi müəyyən olundu. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs2 verdiyi maliyyə vasitəsilə biznes qurmasını təsdiq sübut təqdim etmədi. Bu səbəbdən də təqsirləndirilən şəxsin bu hissədə ifadələri əsaslı şübhələrlə müşahidə olundu. Həmin şübhələri onun xeyrinə həll edən sübut müəyyən olunmadı. Bu səbəbdən də, məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs2dan birgə biznes qurmaq adı ilə pul alanda onun özünün şəxsi biznesi olmamış, yuxarıda göstərilən miqdarda maliyyə vəsaitlərini birgə biznes qurmaq adı ilə alıb həmin məbləğin 950.000 dollarını Zərərçəkmiş şəxs1 olan borcunu qaytarmaq, qalan məbləği də gəlir adı ilə məbləğin sahibi Zərərçəkmiş şəxs2 qaytarmaq adı ilə alması qənaətinə gəlir. Məhkəmənin bu qənaəti onun X5 göstərilən məbləği aldıqdan sonra 950000 dollarını Zərərçəkmiş şəxs1 qaytarması baxımından da əsaslıdır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 aldadıb ondan pul vəsitlərini ələ keçirməyi barəsindəki ifadələrini həqiqətə və işin faktiki hallarına uyğun kimi qəbul edib onun həmin ifadələrinə istinad edilməsini əsaslı sayıb, onun məhkəmədəki ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. İstintaq orqanı Təqsirləndirilən şəxs istintaqdan qabaq gəlir adı ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ödədiyi 1.300.000 dollar vəsaiti də ələ keçirilmiş məbləğ kimi qiymətləndirilib Təqsirləndirilən şəxs elan olunmuş ittihama daxil edilmişdir. Bununla da qəsdin yönəldiyi predmetin həcmi dəqiqləşdirilməmişdir. Məhkəmə, göstərilənləri nəzərə alır Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ələ keçiridiyi məbləğin miqdarını ******* (bir milyon) manat kimi qiymətləndirir və elan olunmuş ittihamda həmin məbləği nəzərə alır və ələ keçirlən məbləğ kimi 2.300.000 (iki milyon üç yüz min ) ədədinin nəzərə alınmamasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs X3 pulla ifadə olunan ələ keçirilən əmlak kimi qiymətləndirdiyi 1.000.000 (bir milyon) dolları vahid niyyətlə ələ keçirdiyi qənaətinə gəlir və bunu onun əməlini tövsif edərkən nəzərə alır. Bundan başqa Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü X12 uğurlu iş adamı kimi təqdim edərək həmin ölkədə avtomobil icarəsi (rent a car), restoran və sair biznes layihələri təqdim etməklə birgə iş qurub qazanc verəcəyi adı ilə 2016-cı ilin yanvar ayından noyabr ayınadək olan müddət ərzində ünvan 3 ünvanında yerləşən ofisdə qohumu Şahid4 vasitəsi ilə Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla həmin dövrün məzənnəsinə görə 2.597.600 manat təşkil edən 1.528.000 ABŞ dollar pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə ittiham olunur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib Zərərçəkmiş şəxs1 aldatmadığını, bu yolla ona zərər vurmadığını, onlara dəymiş zərərin birgə bizneslərinin uğursuz nəticəsi oluğunu göstərdi. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2016-cı ildən etibarən tanıyır. Elşənin əmisi oğlu Şahid4 onun işçisi olmuşdur. Arif Elşəni təqdim edərək X12 yaşayıb biznes sahəsində çox bacarıqlı olduğunu demişdi. O da biznes qurmaq istədiyindən Elşənlə görüşüb bunun mümkünlüyünü müzakirə etmişdir. Elşən Dubayda avtomobillərin icarə biznesinin qurulmasını məsləhət bilib yaxşı qazanc verən sahə olduğunu bildirdi. Onun bu sahədən anlayışı olmasa da, Elşənin vədlərinə inanıb Dubayda maşın icarəyə verilməsi ilə «rent a car» açmağı qərara almışdır. Oğlu Rauf da Dubaya gedib bu işə nəzarət etməli idi. Dəqiq tarix yadında deyil, 2016-cı ildə X12 "xxxx" şirkəti yaradıldı, onun puluna ofis icarəyə götürüldü, “Mersedes Galendevagen”, “Range Rover”, “Toyota Land cruiser” və üç ədəd markalarını xatırlamadığı sedan tipli avtomobillər alındı. Bu iş üçün Elşənə hissə-hissə, ümumilikdə təxminən 500.000 ABŞ dolları pul vermişdir. Elşənə pulu özünün rəhbəri olduğu ünvan 3 ünvanında yerləşən ofisdə Şahid4 vasitəsi ilə göndərmişdir. Oğlu Rauf da Elşənlə birlikdə Dubay şəhərində qalmaqla şirkətin fəaliyətinə nəzarət etmişdir. İlk vaxtlarda hər ay təxminən 5.000 ABŞ dolları miqdarında qazancı olmuşdur. Bundan sonra X29 restoran icarəyə götürüb işlətməyi təklif etdi. O da Elşənlə razılaşıb, restoran alınması üçün Elşənə hissə-hissə 256.000 ABŞ dolları göndərmişdir. Bundan sonra da o, Elşənin sözünə görə hissə-hissə ona 150.000 ABŞ dolları göndərmişdir, lakin Elşənə görə restoranın təmiri başa çatdırılmadı və iş yarımçıq qaldı. Bundan sonra «Rent a car» dan əldə olunan qazanc da ona göndərilməmişdir. Elşən deyirdi ki, guya bunun qazancı restoranın təmirinə xərclənmişdir. Sonradan Elşən dedi ki, X2rına görə beş-altı maşınla «rent a car» işlətmək olmaz, maşınların sayı çox olmalıdır, əks halda lisenziya ləğv oluna bilər, tanıdığı ərəbə məxsus müflis elan olunmuş «rent a car» şirkətinin balansında təxminən otuz altı ədəd avtomobil var, maşınların çoxu hazır kreditdədir, doqquz maşını nağd alınmışdır. Həmin maşınlarınin dəyərini hissə-hissə ödəmək şərti ilə alınması əlverişli olar. Bunun üçün həmin şirkəti ərəbdən almaq lazımdır. O da hissə-hissə bu məqsədlə Elşənə təxminən 376.000 ABŞ dollar göndərmişdir. Elşən sonradan həmin avtomobillərdən “Mersedes Galendevagen” markalı avtomobilin qəzaya uğradığını, buna görə sığorta şirkəti tərəfindən ona 100.000 ABŞ dolları məbləğində pul ödənildiyini dedi. Həmin pul da ikinci “rent a car” şirkətinin alınmasına sərf edildi, lakin həmin şirkətin işi də Elşənin ucbatından alınmadı. Elşən bildirdi ki, Türkiyədən şampunlar və digər təmizləyici vasitələr gətirib BƏƏ-də satışını təşkil etsələr yaxşı qazanc əldə edərlər. O da hissə-hissə Elşənə bu məqsədlə təxminən 146.000 ABŞ dolları göndərmişdir. Elşən də ona dörd konteyner yuyuycu mal gətirdiyini, lakin satılmadığını dedi, aldığı pulu da qaytarmadı. Bu gün də şampunlar və təmizləyici materiallar satılmamışdır. Elşən biznes qurmaq adı ilə ondan təxminən 1.528.000 ABŞ dolları pul almışdır. O, Elşənlə biznes qurduqdan sonra Elşənin vəd etdiyi kimi heç bir qazanc olmadığını, əksinə yersiz olaraq ondan pul alındığını görüb Dubaya gedib işlərlə maraqlanmışdır. Restoranı işlətməli olan İordanlı Məhəmməd və ikinci «rent a car»nın sahibi Səlimlə görüşdükdə onlar Elşənin onu aldatdığını, ondan alınan pulun çox hissəsinin onlara çatmadığını bildirdilər. O, Elşənin barəsində Dubayda polisə şikayət etmək istəmişdir. Elşən ona yalvarmışdır ki, şikayət etməsin, hissə-hissə bütün pulları qaytaracaq. Təxminən 2017- 2018-ci illər ərzində Elşən ona hissə-hissə olmaqla 728.000 ABŞ dolları pulu qaytarmış, 800.000 ABŞ dolları isə ələ keçirmişdir. Sonradan da həmin məbləği ona qaytarmışdır. Hazırda onun Elşəndən şikayəti və tələbi yoxdur. Şahid3 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun atasıdır. Təqsirləndirilən şəxs təxminən 2015-ci ilin sentyabr ayından tanıyır, işgüzar münasibəti olmuş, ədavəti olmamışdır. Elşən atası Zərərçəkmiş şəxs1la görüşərək atasına Dubay şəhərtində avtomobillərin icarə biznesinin qurulmasını məsləhət bilib yaxşı qazanc verən sahə olduğunu bildirib ona həmin işlə məşğul olmağı təklif etmişdir. Atası da Elşənlə razılaşmışdır. O, həmin vaxtlar yenicə əsgərlikdən qayıtdığından işsiz olmuş, atası da məsləhət bilmişdir ki, Dubaya gedib Elşənlə birlikdə həmin işə nəzarət edərək atasını işlərin gedişi və nəticələri barədə məlumatlandırsın. O da 2015-cı ilin təxminən oktyabr ayında X14 getmiş, orada "xxxx" şirkətini yaratmış, atasının puluna ofis icarəyə götürmüş, “Mersedes Galendevagen”, “Range Rover”, “Cadillak”, “Audi A5” və “Mersedes Viano” markalı avtomobillər alınmışdır. Maliyyə işlərinə o, qarışmamış, şirkətin rəhbəri kimi Elşənin təqdim etdiyi sənədlərə imza etmişdir. Atasının Elşənə hansı məbləğdə pul göndərməsindən xəbəri olmamışdır. Bu işlə məşğul olarkən X29 restoran götürüb işlətməyi təklif etdi. Buna görə də Elşən atasından restoranın alınması üçün hissə-hissə pul aldı, lakin o, maliyyə işi ilə məşğul olmadığından konkret olaraq Elşənin hansı məbləğdə pul almasından onun xəbəri olmamışdır. Həmin restoranın təmirinə də atası pul vermişdir. O da həftədə bir dəfə gedib təmirlə maraqlanmışdır. Əvvəlki vaxtlarda restoranda təmir işləri yaxşı gedirdi, sonradan işlərdə ləngimələr başladı, aylarla təmir işləri aparılmırdı. Təmirlə restoranı gələcəkdə icarəyə götürməli olan Məhəmməd adlı İordanlı şəxs məşğul olurdu. Həmin şəxsi də Elşən tapmışdı. Sonda da təmir başa çatdırılmadı və yarımçıq qaldı. Elşən ona atası X1rına görə beş-altı maşınla «rent a car» işlətməyi icazə verilmədiyini, maşınların sayını artırmağı təklif edib, əks halda lisenziyanın ləğv olunacağı deyib müflis elan olunmuş «rent a car» şirkətinin balansında təxminən 24 ədəd avtomobil olduğunu, maşınların çoxunun kreditdə olduğunu, doqquz maşını nağd alındığını bildirib həmin maşınların dəyirlərini hissə-hissə ödəmək şərti ilə şirkəti almağı təklif etdi. Atası da Elşənlə razılaşıb bu məqsədlə də Elşənə pul göndərmişdir. Həmin şirkətin işinin təşkili də alınmadı. Elşən atası Ramizə Türkiyədən şampunlar və digər təmizləyici vasitələr gətirib BƏƏ-də satmağı təklif edib bu işi təşkil etmək üçün pul lazım olduğunu bildirdi. Atası da Elşənlə razılaşıb ona təxminən 146.000 ABŞ dolları pul göndərmişdir. Elşən Türkiyədən atasının göndərdiyi pula şampunlar və təmizləyici mallar gətirib anbara yığdırdı. O, özü şəxsən həmin malların anbara yığılmasını görmüşdür. Sonradan isə o, Bakı şəhərinə köçmüş, nə baş verməsi ilə maraqlana bilməmişdir. Dəqiq tarix yadında deyil, 2016-cı ildə Elşən ona zəng edib Aman əmirliyindəki polis idarəsində tutulduğunu deyib yanına çağırmışdı. O da ora gedib Elşənlə görüşmüşdür. Görüş zamanı Elşən dedi ki, Məhəmməd onun adına olan çeki Mahmud adlı şəxsə verib, çekdə gecikmə olduğundan Mahmud Elşəndən şikayət edib. Elşənin ona 15.000 ABŞ dolları verəcəyi olduğunu deyib xahiş etdi ki, “Range Rover” markalı avtomobili Mahmuda girov kimi versin, o çıxandan sonra üç günə pulu düzəldib Mahmuda verib maşını geri götürəcəkdir. O da Elşənin tapşırdığı kimi etmiş, lakin həmin ölkənin qanunlarında girov anlayışı olmadığından avtomobil alqı-satqı yolu ilə Mahmudun mülkiyyətinə keçmişdir. Elşən çıxdıqdan sonra Mahmuda pul vermədiyindən 110.000 ABŞ dolları dəyərində avtomobil Elşənin ucbatından əllərindən çıxmışdır. Şahid4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Elşənlə qohumluq münasibəti vardır, ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1 isə 2008-ci ildən etibarən tanıyır. O, 2008-ci ildən 2016-cı ilədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 rəhbəri olduğu “Nova Vita” dərman şirkətində gömrük məsələləri üzrə menecer vəzifəsində çalışmışdır. Zərərçəkmiş şəxs1la işgüzar münasibəti olmuş, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs uzun müddət idi ki, X12 yaşamaqla orada işləyirdi. Elşənin sözlərindən belə çıxırdı ki, orada uğurlu biznesmendir, yəni biznes sahəsində bacarıqlı şəxsdir. Söhbətlərin birində bu barədə Ramizə demiş, sonuncu da həmin ərəfədə bizneslə məşğul olmaq istədiyini deyərək ondan xahiş etmişdir ki, Elşəni onunla tanış etsin. 2015-ci ilin sentyabr ayında Elşən Bakı şəhərində olarkən o, Elşəni işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşənə ofisdə Ramiz tanış etmişdir. Elşənlə Ramiz söhbət edərkən iştirak etməmişdir. X32 konkret olaraq nə işlə məşğul olduqlarından məlumatı olmamışdır. Dəqiq tarix yadında deyil, bir neçə dəfə olmuşdur ki, Ramiz ona müxtəlif məbləğlərdə pul verib Elşənə çatdırılması üçün tanımadığı şəxslərə verməyi xahiş etmişdir. O da Ramizdən pulu alıb xatırlamadığı nömrəyə zəng etməklə Bakı şəhərinin müxtəlif yerlərində pulu tanımadığı adamlara çatdırmışdır. Belə hal təxminən beş-altı dəfə olmuşdur. O, göndərilən pulun miqdrarını və qəbul edən şəxslərin adlarını xatırlamır. Sonradan ona məlum olub ki, Zərərçəkmiş şəxs1 Elşənin onun aldatmasına görə polisə şikayət etmişdir. X37 aldadıb-aldatmamasından məlumatı olmamışdır. Bildiyinə görə onlar Dubayda birgə iş görmüşlər,lakin nə iş görüdüklərini, həmin işdən qazanc götürübgötürmədiklərini bilmir. Şahid5 ifadəsində göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun bacısının həyat yoldaşıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Dubayda bizneslə məşğul olan şəriki kimi tanıyır. Onunla ədavəti yoxdur. Dəqiq tarix yadında deyil, təxminən 2015-ci ildə Ramiz ona bildirmişdir ki, işçisi Arifin əmisi oğlu X12 yaşamaqla biznes sahəsində çox bacarıqlı şəxsdir, adı da Elşəndir. Elşən Dubay şəhərtində avtomobillərin icarə biznesinin qurulmasını təklif edib. Ramiz də razılaşıb, bu sahəyə sərmayə qoymağı qərara alıb. Oğlu Raufu da işə nəzarət etmək üçün Dubaya göndərmişdir. Elşənin təklifi ilə Ramiz bir neçə layihəyə, o cümlədən Şarj şəhərində restoranın alınması, avtomobillərin alınması, ikinci «rent a car» şirkətinin alınması, Türkiyədən şampun alınması və sair işlərin görülməsi üçün Elşənə külli miqdarda pul vermişdir. Həmin pulun 420.000 ABŞ dollarına da o, borca alıb Ramizə vermişdir. Bir müddət keçəndən sonra Ramizdən öyrənmişdir ki, Elşənə təxminən 1.500.000 ABŞ dolları pul göndərdiyini, lakin qazanc əldə etmədiyini eşitmişdir. 2017-ci ildə o, Ramizlə birlikdə bir neçə dəfə X14 getmiş, orada restoranı işlətməli olan İordanlı Məhəmməd və ikinci “rent a car”-ın sahibi Səlimlə görüşmüşlər. Həmin şəxslər Elşənin Ramizi aldatdığını, alınan pulun çox hissəsinin onlara çatmadığını bildirmişlər. Elşənin barəsində şikayət etmək istədikdə, Elşən bunu eşidib Dubayda onlara yalvarmışdır ki, şikayət etməsinlər, bütün ziyanı hissə-hissə tam şəkildə ödəyəcəkdir. Bundan sonra Ramizin səhhətində problemlər olduğundan qərara almışlar ki, o özü Elşənlə əlaqə saxlasın. Elşənə vaxt verilmiş, təxminən 2017-2018-ci illər ərzində Elşən hissə-hissə olmaqla təxminən 700.000 ABŞ dolları pulu qaytarmış, qalan 800.000 ABŞ dollarını isə pulu verə bilməmiş, müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Elşən pulu ödəməkdən boyun qaçırmaq məqsədi ilə bildirmişdir ki, guya o Elşəni təhdid etmiş, hədələmiş, boynuna faiz qoymuşdur. Lakin bunların heç biri həqiqəti əks etdirmir, Elşən pulu ödəməmək üçün belə ifadə vermişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldatmadığı, bu yolla ona zərər vurmadığı, ona dəymiş zərərin birgə bizneslərinin uğursuz nəticəsi olması barəsindəki iddiası yuxarıda təsvir olunmuş sübutlar fonunda müzakirə olunarkən öz təsdiqini tapdı. Məhkəmədə araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə münasibətlərinin tənzimlənilməsinin cinayət hüququ ilə deyil, digər sahəvi hüquqla tənzimlənməli münasibətlər olması müəyyən olundu. Çünki onlar X12 müxtəlif növ bizneslər qurmuş, biznes fəaliyyətini həyata keçirən şirkətlər Təqsirləndirilən şəxs deyil, Zərərçəkmiş şəxs1 oğlu Şahid3 məxsus olmuşdur. O, maşın icarəsi ilə məşğul olan "xxxx" şirkətini yaratmış, atasının puluna ofis icarəyə götürmüş, “Mersedes Galendevagen”, “Range Rover”, “Cadellac”, “Audi A5” və “Mersedes Viano” markalı avtomobillər alımış, biznesə o, nəzərət etmiş, biznesin gedişi və nəticələri barəsində atasına məlumat vermiş, biznesin mənfəətindən bəhrələnib, dividendlər əldə etmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə restoran biznesi qurmaq adı ilə restoranı oğlu Raufun adına almış, restoranın təmirinə verilmiş pul başqa şəxs tərəfindən istifadə olunmuş, vurulmuş zərərin tərkib hissəsi kimi göstərilmiş 146.000 dollara zərərçəkmişlə birlikdə bizneslə məşğul olmaq üçün Türkiyədən şampun və digər yuyucu materiallar alıb Dubaya gətirmiş, lakin gətirilən mallar satılmamışdır. Bu hallar Təqsirləndirilən şəxs əmələrində cinayət hüquqi ilə təqib olunan əməlin törədilməsini istisna edib onun tərəfindən digər hüqüqla tənzimlənən münasibətələrin pozulub–pozulmamasını müəyyən edilməli olmasını ehtiva edir. Bu səbəbdən də məhkəmə, həmin halları nəzərə alır və Təqsirləndirilən şəxs elan olunmuş ittihamın həcmindən Zərərçəkmiş şəxs1 ilə əlaqədər hissəsini xaric edilməsini əsaslı sayır və ittihamdan xaric edir. Məhkəmə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında mövcud olmuş müasibətlər zəmində yaranmış mübahisəli məbləğin X16 ödənildiyini nəzərə alır. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu 1.000.000 (bir milyon) dollarını ələ keçirib zərərçəkmiş şəxsə xüsusilə külli miqdarda ziyan vurması sübuta yetirildiyi qənəaətinə gəlib onun həmin əməlinin Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyən edərkən onun ittiham olunduğu cinayət əməllərinin xarakterini, təqsirləndirilən şəxsin ittiham olunduğu əməllərin törədilmə şəraitini, hallarını, səbəblərini, təqsirləndirilən şəxsin törətdiyi əməlin nəticələrinə münasibətini, zərəçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini nəzərə alıb onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinin mümkün olmadığı qənaətinə gəlir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə oğlu 25 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində qətimkan tədbiri qismində həbs qətimkan tədbiri seçilib hazırki vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin həmin halı nəzərə alıb ona təyin edilmiş cəzanın başlanğıcının 25 avqust 2022-ci il tarixdən hesablanmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin olunması qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını və ona təyin olunmuş cəzanı onun tərəfindən Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsəasən ciddi rejimli cəzaçəkmə müəsssiəsəndə çəkməli olmasını nəzərə alır.əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi məhkumluğunun olmaması, zərərçəkmiş şəxslə barışması müəyyən olundu. Zərərçəkmiş şəxs X11 məhkəməyə müraciətlə təqsirləndirilən şəxslə barışmasını təsdiq edən ərizə təqdim etmişdir, lakin o, həmin ərizəsində ona dəymiş zərərin ödənilməsini göstərməmişdir. İfadələrində də ona dəymiş zərərin ödənilməsini bəyan etmədi. Bu səbəbdən Təqsirləndirilən şəxs tərəfiəndən zərərçəkmiş şəxs X8 dəymiş zərərin ödənilmədiyi qənaətinə gəlir. Məhkəmə, həmin halları Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyən edərkən nəzərə alınmalı olan hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyən edərkən onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun 25 avqust 2021-ci il tarixdən hazırki vaxta qədər həbsdə olmasını, onun cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilməsinin başlanğıcı 25 avqust 2021-ci il tarixdən hesab olunsun. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Rasim Sadıxov Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-127/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-127/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver