Məhkəmə qərarları › İş №1(101)-127/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-127/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-127/2025 07.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X10 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X6 və X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1989-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan “Sərvan” adlı şəxs və İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə göndərdikləri külli miqdarda 26,133 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 110 ədəd blisterdə təsiredici maddəsinin ümumi miqdarı 44 qram olan 1100 ədəd narkotik vasitə metadon həbini, külli miqdarda 4004,2 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 35014 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 və “Sərvan” adlı şəxs ilə birlikdə qanunsuz olaraq əldə edib, külli miqdarda 15,625 qram çəkidə psixotrop maddəni öz üzərində, külli miqdarda 10,508 qram çəkidə psixotrop maddəni Təqsirləndirilən şəxs2 öz üzərində, qalan külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 44 qram olan 1100 ədəd narkotik vasitə metadon həbini, külli miqdarda 4004,2 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 35014 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanına Təqsirləndirilən şəxs2 ilə birlikdə daşımaqla orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 iyul 2023-cü il tarixdə saat 05:30-da ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 07:30-dan etibarən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 15,625 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 10,508 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə kimyəvi komponent tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 25 iyul 2023-cü il tarixdə saat 10:00-dan etibarən Təqsirləndirilən şəxs1 öz könüllü razılığı, Təqsirləndirilən şəxs2 ilə birlikdə iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman həmin evin girişindən sağ tərəfdə yerləşən qonaq otağındakı pəncərənin alt hissəsində saxladığı 11 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 3143 qram, 3141 qram, 3120 qram, 3170 qram, 3231 qram, 3914 qram, 3100 qram, 3964 qram, 3147 qram, 2141 qram və 2943 qram olmaqla ümumi təmiz çəkisi 35014 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bağlamada külli miqdarda 4004,2 qram çəkidə narkotik vasitə tiryək və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 44 qram olan 1100 ədəd kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq qanunla müəyyən olunmuş qaydada məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan “Sərvan” adlı şəxs və İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxs və qeydlərinin naməlum vaxtda və şəraitdə göndərdikləri külli miqdarda 26,133 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda üzərilərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 110 ədəd blisterdə təsiredici maddəsinin ümumi miqdarı 44 qram olan 1100 ədəd narkotik vasitə metadon həbini, külli miqdarda 4004,2 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 35014 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1 və “Sərvan” adlı şəxs ilə birlikdə qanunsuz olaraq əldə edib, külli miqdarda 15,625 qram çəkidə psixotrop maddəni Təqsirləndirilən şəxs1 öz üzərində, külli miqdarda 10,508 qram çəkidə psixotrop maddəni Təqsirləndirilən şəxs2 öz üzərində, qalan külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 44 qram olan 1100 ədəd narkotik vasitə metadon həbini, külli miqdarda 4004,2 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 35014 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı isə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanına Təqsirləndirilən şəxs2 ilə birlikdə daşımaqla orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 iyul 2023-cü il tarixdə saat 05:30-da ünvan 4 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 07:30-dan etibarən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 15,625 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda 10,508 qram çəkidə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə kimyəvi komponent tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 25 iyul 2023-cü il tarixdə saat 10:00-dan etibarən Təqsirləndirilən şəxs1 öz könüllü razılığı, Təqsirləndirilən şəxs2 ilə birlikdə iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman həmin evin girişindən sağ tərəfdə yerləşən qonaq otağındakı pəncərənin alt hissəsində saxladığı 11 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 3143 qram, 3141 qram, 3120 qram, 3170 qram, 3231 qram, 3914 qram, 3100 qram, 3964 qram, 3147 qram, 2141 qram və 2943 qram olmaqla ümumi təmiz çəkisi 35014 qram tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bağlamada külli miqdarda 4004,2 qram çəkidə narkotik vasitə tiryək və külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 44 qram olan 1100 ədəd kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, 2 dəfə məhkumluğu olmuşdur. Qonşusunun evində oturduğu vaxt polis əməkdaşları evə yaxınlaşmış və onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Onun üzərinə idarədə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşları özləri onun cibinə narkotik vasitə qoymuşlar. O, ittiham aktında yazılanlarla razı deyil. Onun üzərində narkotik vasitə olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs2 5-6 ildir ki, narkotik istifadəçisi olduğunu, heroindən və marixuanadan istifadə etdiyini, məhkumluğu olduğunu, azadlığa çıxandan sonra ancaq marixuana çəkdiyini, narkotiki tanımadığı şəxsdən aldığını, 8-10 nəfər polis əməkdaşlarının evə basqın edib onları evdən götürdüyünü, evdən heç nə çıxmadığını, onları Baş idarəyə apardıqlarını, daha sonra yenidən evə qaytardıqlarını, polislərin evə qara torbalar qoyduqlarını, həmin torbaların onlara aid olduğunu dediklərini, hamısını tərəzi ilə çəkdiklərini, Naiqlə onun arasında üzləşdirmə olmadığını, işgəncə altında qaldığı üçün polislər nə dedisə, qəbul etdiyini, istifadəsində ***-***-**-** nömrəsi olduğunu, məhkəmədə onu döydüklərini dediyini, təcridxanada zədələrini qeydə almadıqlarını, ona işgəncə verənlərin adını xatırlamadığını, üzdən görsə tanıyacağını, narkotikin evdən çıxdığının qurma olduğunu, Sərxan adlı şəxsi tanımadığını, Bakı ərazisində olduğunu, Biləsuvarda olmadığını bildirdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Yusif onun qonşusu, məhəllə uşağı olmuşdur. Onlar birlikdə böyümüşlər. Yusif onlara qonaq gəlmiş, üzərindən yarım saat keçdikdən sonra polis əməkdaşları evə basqın etmişlər, onları tutub qandallamışlar, onu vurmuşlar. Onları çöldə saxlayıb evə axtarış keçirmişlər, evdən heç nə aşkar olunmamışdır. Həyətdə atasının “Damas” markalı yararsız avtomobili olmuş, onun qapısını açıb oradan 2 sellofan götürmüşlər. Ondan həmin sellofanların onun olubolmamasını soruşmuşlar, o da ona məxsus olmadığını bildirmişdir. Daha sonra onları Baş idarəyə aparmışlar, çəkiliş aparmışlar, ona bir büküm metamfetamin verib demişlər ki, çəkilişdə bu onun cibindən çıxacaq. O da məcbur qalıb razılaşmışdır. Ona orada təsir göstərmişlər. İdarədə çəkiliş olandan sonra onları evə gətirmişlər. Evdə sellofanları pəncərəyə qoymuşlar, orada da çəkiliş aparmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 2015-ci ildən narkotik istifadə etdiyini, narkotiki aldığı adamın adını bilmədiyini, Yusifin onlara qonaq gəldiyini, ittiham aktında qeyd edilmiş narkotik vasitənin onun olmadığını, Yusifi narkotik dalınca göndərmədiyini, Rza adlı şəxsi tanımadığını, onunla yazışmalarını xatırlamadığını, polis əməkdaşları ondan malı soruşduqlarını, bilmədiyini dedikdə onu döyməyə başladıqlarını, döyən şəxsləri görsə tanıyacağını, yaşadığı evdə kamera olduğunu, polis əməkdaşlarının kameranı götürdüklərini, polis əməkdaşlarının haradasa 7-8 nəfər olduqlarını, sadəcə Azər adlı əməkdaşın adını xatırladığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat məlumatı daxil olmuş və tərəflərindən 25 iyul 2023-cü il tarixdə Binəqədi rayonu, Cəfər Xəndan küçəsində tədbir keçirilmiş və hər iki şəxs saxlanılmışdır. Saxlanılandan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirmişlər. İdarədə həmin şəxslərin üzərinə videoçəkiliş vasitəsilə vəkillərin iştirakı ilə baxış keçirilmiş, hər iki şəxsin üzərindən metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Daha sonra onlar digər kütlələrin Naiqin evində saxlanıldığını bildirmişlər. Həmin mənzilə baxış keçirilmiş və mənzilin girəcəyində pəncərənin alt hissəsində 36 kiloqramdan artıq marixuana, 4 kiloqramdan artıq tiryək və 1100 ədəd metadon həbləri aşkar olunmuşdur. Naiq həmin vasitələrin özünün sifarişi ilə İran vətəndaşı Rza vasitəsilə göndərildiyini və Yusifin götürdüb Naiqə gətirdiyini, əvəzində isə 5 min manat pul veriləcəyini, onun 1000 manatını Yusifə verəcəyini bildirmişdir. Aşkar olunan narkotik vasitələr qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 təqsirləndirilən şəxsləri yay ayında səhərə yaxın saat 05:30 radələrində saxladıqlarını, özlərinin dediyinə görə narkotikləri İran vətəndaşı Rzadan aldıqlarını, narkotik vasitələri deyilən ünvana qoymağa görə 5 min manat pul veriləcəyi barədə Naiqin özünün dediyini, telefonda İran nömrəsinin də aşkar olunduğunu, lakin iranlının tam şəxsiyyətini müəyyən edə bilmədiklərini, təqsirləndirilən şəxslərə qarşı heç bir fiziki və psixi təzyiq olmadığını, baxış keçirilən evin bir mərtəbəli olduğunu, evdə uşaq əşyalarının çox olduğunu, evə daxil olan kimi dəhlizdə narkotik vasitələr olduğunu, kim girsə, həmin narkotik vasitələri görəcəyini, təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadə verdiyini, əməliyyat tədbirində onun, əməkdaşlar Roman və Elmanın və digər adı yadında qalmayan əməkdaşın iştirak etdiyini, onlara daxil olmuş əməliyyat məlumatının məzmununun Naiq və Yusifin narkotik vasitələrin dövriyyəsi ilə, satışı ilə məşğul olmaları barədə olduğunu, Naiqin narkotiklə məşğul olmasını bütün məhəllənin bildiklərini, Naiqi saxlayandan sonra sonuncu barəsində məlumatlar topladıqlarını, Naiqin narkotikə görə əvvəllər də saxlanılması barədə eşitdiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 anası X8 ifadəsində göstərdi ki, oğlu Naiqin tutulmasından 1 il öncə evdə oğurluq hadisəsi olduğu üçün evə kameralar yerləşdirmişlər və evi kameralarla müşahidə edirmişlər. 2022-ci ildə rəhmətə getmiş oğlunun il mərasiminin keçirilməsinə 1-2 gün qalmış, yəni fevral ayının 19-u birdən mülki geyimdə polis əməkdaşları soxularaq Naiqi axtararaq evə hücum etmişlər. Naiqi içəri evdə döyüb əzişdirmişlər. Naiqin bədəni göyümtül qançırlarla yaralı vəziyyətdə olmuşdur. Bir həftə ev şəraitində o, Naiqi müalicə etmişdir. Evə polis əməkdaşlarının basqını zamanı ona polis bölməsinə şənbə günü gəlməyini demişlər, lakin o, getməmiş və bütün dövlət orqanlarına şikayət etmişdir. xx.xx.2023-cü ildə Naiq saxlanılmışdır. Naiq saxlanılan zaman evdə heç kim olmamış, Naiqin ailəsi onunla birgə rayonda olmuşdur. Naiq telefonlarına cavab vermədiyindən o, narahat olaraq şəhərə qayıtmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X2 dəmir toplayıb satmaqla gündəlik pul qazandığını, Naiqin heç vaxt çoxlu qazanc əldə etmədiyini, qardaşı və iki övladının yanaraq vəfat etməsindən sonra Naiqin narkotik vasitələrdən istifadə etdiyini, mənzilin içərisində 3 kamera quraşdırıldığını və həmin gün saat 05:08-dən sonra çəkilişin dayandırıldığını, o, evdə olmayanda Yusifin onlara gəldiyini, onun Naiqə dəfələrlə Yusiflə yoldaşlıq etməsinə görə narazılığını bildirdiyini, çünki Yusifin narkotik vasitələrdən istifadə etdiyini, onun kart vasitəsilə gündəlik Naiqə həmişə 5-10 manat yolladığını, evə Yusifdən başqa heç kimin gəlmədiyini, kamera görüntüləri ilə bağlı yaddaş kartı olmadığını, kamera görüntülərini telefon vasitəsilə izlədiklərini, onlardan başqa digər qonşuluqda da kamera qoyulduğunu bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxx 1989-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1990-cı ildə Füzuli rayonunda anadan olmuş, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları bildirilir (cild 1, iş vərəqi 6). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifşa olunmaları və yaxalanmaları istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 7-8). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx xxx 1989-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1990-cı ildə Füzuli rayonunda anadan olmuş, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilindikləri üçün Təqsirləndirilən şəxs1 25 iyul 2023-cü il tarixdə saat 05:30 radələrində ünvan 8 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş İdarənin inzibati binasına gətilrilmişlər (cild 1, iş vərəqi 12). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçilərin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) bükümdə, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Şəxsi axtarış zamanı şalvarının sol yan cibindən 2 (iki) ədəd “Samsung” markalı mobil telefonlar və 1 (bir) ədəd ev açarı aşkar olunmuşdur. Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 17 (on yeddi) qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) bükümdə, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 3 (üç) AZN pul, “Samsung” və “Redmi” markalı mobil telefonlar və 2 (iki) ədəd bank kartları aşkar olunmuşdur. Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 12 (on iki) qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış və götürülmüş, əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar və kartlar götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilmiş maddələri sosial şəbəkədə tanış olduğu “Rza” adlı İran vətəndaşı vasitəsilə Biləsuvar rayonu ərazisində gizlədilən yerdən onunla eyni vaxtda saxlanılan tanışı Təqsirləndirilən şəxs2 götürərək ona çatdırdığını, həmin narkotikləri Yusifdən təhvil aldıqdan sonra “Rza”nın deyəcəyi yerlərə çatdırıb əvəzində 5000 (beş min) manat pul alacağını, Yusifə ona köməklik etməsinin əvəzində həmin puldan 1000 (min) manat və istifadə etməsi üçün narkotik maddə verəcəyini, əldə etdiyi narkotik vasitələrin bir qismini onun tapşırığına əsasən Yusifin Binəqədi rayonunda iranlı “Rza”nın dediyi ünvanda yerləşdirdiyini, bundan əvvəl 2 dəfə “Rza” adlı şəxslə razılaşıb onun göndərdiyi narkotikləri dediyi ünvanlara yerləşdirib 6500 manat pul qazandığını, narkotiklərin dövriyyəsi ilə bağlı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq əlbir olduğu metamfetamindən istifadə etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tətəfindən ona zor tətbiq edilmədiyini, Binəqədi rayonu ərazisində yaşadığı ünvanda narkotik maddə saxladığını, həmin narkotik maddələri də təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu, pul qazanmaq məqsədilə Naiqlə əvvəlcədən razılaşaraq əlbir olub narkotik maddələrin dövriyyəsini təşkil etdiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tətəfindən ona zor tətbiq edilmədiyini, Binəqədi rayonu ərazisində Naiqin yaşadığı evdə narkotik maddə saxladığını, orada saxlanılan narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 1, iş vərəqi 49-53). - evə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, ünvan 11 ünvanında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 25 iyul 2023-cü il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış va götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakı ilə həmin evin girişindən sağ tərəfində olan qonaq otağındaki pəncərənin alt hissəsində saxladığı 11(on bir) bağlamada, yaşıl rəngli, narkotik vasitə, qurudulmuş marixuanaya bənzər, 1(bir) bağlamada, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər, 1100(min yüz) ədəd "metadon M40" həbinə bənzər kütlələri təqdim etmiş, sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron əl tərəzisində çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 36 kq 385 qram (otuz altı kq üç yüz səksən beş qram) olmuşdur. Sonra tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 4 kq 29 qram (dörd kq iyirmi doqquz qram) olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evə baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, aşkar olumuş narkotik maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı "Rza" adlı şəxsin vasitəsi ilə Biləsuvar rayonu ərazisində gizlədilən yerdən onunla eyni vaxtda saxlanılan tanışı Təqsirləndirilən şəxs2 götürərək ona çatdırdığını, həmin narkotikləri Yusifdən təhvil aldıqdan sonra "Rza”nın deyəcəyı yerlərə çatdırıb əvəzində 5000(beş min) AZN pul alacağını, Yusifə ona köməklik etməsinin əvəzində həmin puldan 1000(mın) AZN və istifadə etməsi üçün narkotik maddə verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, pul qazanmaq məqsədi ilə Naiqlə əvvəlcədən razılaşaraq əlbir olub narkotik maddələrin dövriyyəsini təşkil etdiyini bildirmişdir (cild 1, iş vərəqi 58-61). - materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4003 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan kütlələr...” və s. yazılar, imzalar olan paketdə üzərində “Təqsirləndirilən şəxs1” yazısı olan 01 ədəd bükümdə təmiz çəkisi 15,625 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində “Təqsirləndirilən şəxs2” yazısı olan 01 ədəd bükümdə təmiz çəkisi 10,508 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Hər iki şəxsdən aşkar edilmiş metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. - ağ rəngli sintetik torbadakı 01 ədəd bağlamada təmiz çəkisi 4004,2 qram tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir; üzərlərində “Methadone 40...Faran” əmtəə göstəriciləri olan 110 ədəd blisterdə üzərlərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 1100 ədəd tabletin tərkibində təsiredici maddəsinin ümmumi miqdarı 44 qram (01 tabletdə 0,04 qram) olan narkotik vasitə - metadon müəyyən edildi. Metadon tabletləri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (cild 1, iş vərəqi 76-81). - məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1073 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd narıncı rəngli sintetik torbadakı 05 (beş) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3143 qram; 3141 qram; 3120 qram; 3170 qram; 3231 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evdən...” yazısı və imzalar olan bir ədəd narıncı rəngli sintetik torbadakı 04 (dörd) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 3914 qram; 3100 qram; 3964 qram; 3147 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, bir ədəd ağ rəngli sintetik torbadakı 02 (iki) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 2141 qram; 2943 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 35014 qramdır. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 82-86). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 118-120). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 133-136). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 qarşısında əyləşmiş digər Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, aşkar olunmuş narkotik maddələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə Biləsuvar rayonu ərazisində gizlədilən yerdən onunla eyni vaxtda saxlanılan tanışı Təqsirləndirilən şəxs2 götürərək ona çatdırmış, həmin narkotikləri Yusifdən təhvil aldıqdan sonra “Rza”nın deyəcəyi yerlərə çatdırıb əvəzində 5000 manat pul alacaqdır, Yusifə ona köməklik etməsinin əvəzində həmin puldan 1000 manat və istifadə etməsi üçün narkotik maddə verəcəkdir, əldə etdiyi narkotik maddələrin bir qismini “Rza”nın tapşırığına əsasən Yusif Binəqədi rayonunda deyilən ünvanda yerləşdirmişdir, bundan əvvəl iki dəfə “Rza” adlı şəxslə razılaşıb onun göndərdiyi narkotikləri dediyi ünvanlara yerləşdirib 6500 manat pul qazanmışdır, narkotiklərin dövriyyəsi ilə bağlı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşaraq əlbir olmuş “Rza” adlı şəxslə “whatsapp” vasitəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edir, aşkar olunmuş narkotik vasitələri o, İran vətəndaşı “Rza” adlı şəxsin vasitəsilə Biləsuvar rayonu ərazisindən götürüb Naiqə çatdırmışdır, pul qazanmaq məqsədi ilə Naiqlə əvvəlcədən razılaşaraq əlbir olub narkotik maddələrin dövriyyəsini təşkil etmişdir (cild 1, iş vərəqi 156-162). - maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən və Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,525 qram çəkidə psixotrop maddə metamfetamin, 10,408 qram çəkidə metamfetamin, 1090 tablet metadon, 4004 qram tiryək və 35011,8 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqi 201-203, 205). - Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Nakotiklərlə Mübarizə İdarəsinin XMİÜ üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 24 iyul 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 221-224). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi” X15 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin mərkəzdə qeydiyyatda yoxdur, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci ildən həmin mərkəzdə dispanser qeydiyyatındadır (cild 1, iş vərəqi 4). - xasiyyətnamə və arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 ünvan 1-də daimi qeydiyyatdadır. Füzuli şəhərindən məcburi köçkündür. Halhazırda məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 108 ünvanında məskunlaşıb. Subaydır. O və onun ailə üzvləri, qohumları haqqında Füzuli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyininə heç bir şikayət və narazılıq daxil olmamışdır. ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 özü və anası – X5 ibarət ailə tərkibi vardır (cild 2, iş vərəqi 6-7). - baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar "xxxx" MMC-dən 19074 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vardır. xx/xx/2022-ci il tarixdə saat 14:46:03 radələrində ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "Qaqa dunen 13 dene idi, 6 denesin 3 qram eledim, 120 manat aldim, 5 denesin 125 verdim 245 eledi, birinde ataw ozum eledim, cemi biri qalib", xx/xx/2023-cü il tarixdə saat 21:08:49 radələrində ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "Qaqas iki qram p atiblat e onu goturecem ac teli" tipli mesajlar yazılmışdır. Narkotik vasitə istifadəçiləri arasında qram narkotik vasitənin çəkisi, p isə patı yəni psixotrop maddə metamfetamin mənasını verir. Baxış zamanı başqa əhəmiyyətli hallar aşkar edilmədi. Mesajların qeyd edilmiş səhifələrinin surətləri çıxarılaraq protokola əlavə edilmişdir (cild 2, iş vərəqi 7-11). - mobil telefon aparatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məxsus bir ədəd "Samsung" və bir ədəd "Redmi" markalı mobil telefon aparatlarına baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə əhəmiyyətli hallar aşkar edilməmişdir (cild 2, iş vərəqi 12). - mobil telefon aparatlarına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 məxsus bir ədəd "Samsung" markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə əhəmiyyətli hallar aşkar edilməmişdir (cild 2, iş vərəqi 13). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdikdən sonra bu maddələri satış məqsədi ilə qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmalarına və qanunsuz saxlamalarına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin “Sərvan” adlı şəxsin və İran İslam Respublikası vətəndaşı "Rza" ləqəbli şəxsin kimliyini, eləcə də cinayətin digər iştirakçılarının, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu maddələri hansı yolla və kimlərin vasitəsi ilə əldə etmələrini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamalarını, onların narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olmalarını görə biləcək şahidlərin dairəsini, digər cinayətlərin törədilməsində iştiraklarının müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. Verilən tapşırıqla bağlı əməliyyataxtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu təqdirdə əlavə olaraq bildiriləcəkdir (cild 2, iş vərəqi 15). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 xx.xx.2023-cü il tarixli, 11343 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmamışlar (cild 2, iş vərəqi 16). - xasiyyətnamə və arayışdan görünür ki, Ağdam şəhəri, ünvan 15 ünvanında daimi qeydiyyatda olan Təqsirləndirilən şəxs1 03 (üç) nəfərdən ibarət ailə üzvləri vardır. Arvadı – X12, oğlu – X22 (xx.xx.2014), qızı – X20 (xx.xx.2016). Təqsirləndirilən şəxs1 məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi 3 saylı Ev tikmə kombinatının inzibati binasında məskunlaşmışdır. Ağdam rayon İcra Hakimiyyəti başçısının Ağdam şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs1 haqqında hazırda rəsmi olaraq ərizə və şikayət daxil olmamışdır (cild 2, iş vərəqi 21-23). - baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar "xxxx" MMC-dən BKC/LGL-14890/23 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** saylı mobil nömrəsi vardır. xx/xx/2023-cü il tarixdə saat 00:46:06-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə "Qaqa senöl özüm ölüm yarin qaqa 35 deyir isdeyirsen", xx/xx/2023-cü il tarixdə saat 07:09:15-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "Yari kola lazimdi hel ede bilirsen?" xx/xx/2023-cü il tarixdə saat 17:03:26-da ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə "Gaga 15VAR KÖNA KOLA VAR VER", xx/xx/2023-cü il tarixdə saat 07:08:28-də ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrəyə "Patı eytiyac var qaqa danıwa bilmirem qapa", xx/xx/2023-cü il tarixdə saat 03:41:57-də ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "Biraz pati ver oyun oyunyacam balam" tipli mesajlar yazılmışdır. Narkotik vasitə istifadəçiləri arasında yarı narkotik vasitənin bir dəfəlik istifadəsi üçün nəzərdə tutulmuş miqdar, kola - narkotik vasitənin tiryək və ya heroin növünü, patı isə psixotrop maddə metamfetamin mənasını verir. Baxış zamanı başqa əhəmiyyətli hallar aşkar edilməmişdir (cild 2, iş vərəqi 25-29). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5952 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 43-44). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5980 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 45-46). - sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 telefon danışıqları barədə "xxxx" MMC-dən əldə edilmiş disk, Təqsirləndirilən şəxs2 telefon danışıqları barədə "xxxx" MMC-dən əldə edilmiş disk, habelə onların üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 47-62). - cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, külli miqdarda narkotik vasitələrin mənbə xüsusatına, “Rza” adlı şəxs, “Sərvan” adlı şəxs və qeyriləri barədə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 64-66). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə yenidən ittiham elan edilmişdir (cild 2, iş vərəqi 71-73). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrilə yenidən ittiham elan edilmişdir (cild 2, iş vərəqi 133-136). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar, metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar, tiryəkin 0,5 qrama qədəri xeyli miqdar, 50 qramı külli miqdar, 500 qramı xüsusilə külli miqdar, metadonun təmiz halda 0,02 qrama qədəri xeyli miqdar, 1,6 qramı külli miqdar, 160 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotiklərin onlara məxsus olmaması, onların narkotiklərin satışı ilə məşğul olmamaları, polis əməkdaşlarının onlara fiziki və psixi təzyiq göstərmələri, bu səbəbdən ibtidai istintaqın ilkin mərhələsində narkotikləri etiraf etmələri barədə məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxslərin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslərin hər ikisi saxlanıldıqdan dərhal sonra onların müdafiə hüququ təmin edilmiş, onlar müdafiəçilərin iştirakı ilə tutulmuş, daha sonra müdafiəçilərin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərlərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra hər ikisi üzərlərində olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş, şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilmiş maddələri sosial şəbəkədə tanış olduğu “Rza” adlı İran vətəndaşı vasitəsilə Biləsuvar rayonu ərazisində gizlədilən yerdən onunla eyni vaxtda saxlanılan tanışı Təqsirləndirilən şəxs2 götürərək ona çatdırdığını, həmin narkotikləri Yusifdən təhvil aldıqdan sonra “Rza”nın deyəcəyi yerlərə çatdırıb əvəzində 5000 (beş min) manat pul alacağını, Yusifə ona köməklik etməsinin əvəzində həmin puldan 1000 (min) manat və istifadə etməsi üçün narkotik maddə verəcəyini, əldə etdiyi narkotik vasitələrin bir qismini onun tapşırığına əsasən Yusifin Binəqədi rayonunda iranlı “Rza”nın dediyi ünvanda yerləşdirdiyini, bundan əvvəl 2 dəfə “Rza” adlı şəxslə razılaşıb onun göndərdiyi narkotikləri dediyi ünvanlara yerləşdirib 6500 manat pul qazandığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tətəfindən ona zor tətbiq edilmədiyini, Binəqədi rayonu ərazisində yaşadığı ünvanda narkotik maddə saxladığını, həmin narkotik maddələri də təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bildirdiklərini təsdiq etmişdir. Daha sonra müdafiəçilərin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 11 ünvana baxış keçirilmiş, həmin evin girişindən sağ tərəfində olan qonaq otağındaki pəncərənin alt hissəsindən külli miqdarda narkotik vasitə tiryək, metadon həbləri, qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hər iki şəxs aşkar edilmiş narkotiklərin əldə edilmə halları barədə etirafedici izahatlar vermişlər. İstintaq hərəkətlərinin nəticələrinə dair müvafiq protokollar tərtib edilmiş, protokollar şübhəli şəxslər, onların müdafiəçiləri və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən o, törətdiyi əməli etiraf etmiş və əməlindən peşman olduğunu, habelə “Rza” adlı İran vətəndaşı tərəfindən narkotik vasitənin ünvana çatdırılması ilə razılaşdığını, maddi imkanı olmadığı üçün 5000 manat müqabilində narkotik vasitəni deyiləcək ünvana qoyacağını, polislər tərəfindən ona qarşı şiddət və təzyiqin olmadığını bildirmişdir. Döyülmələri ilə bağlı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri məqamları yoxlamaq məqsədilə, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxslərin saxlandıqları İstintaq təcridxanasından onların tibbi kitabçalarının surətini əldə etmiş və həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 tibbi kitabçasında onun həbs edilərkən xəsarət aldığını bildirməsinə baxmayaraq bədən səthində yeni xəsarət izlərinin aşkar olunmadığı, Təqsirləndirilən şəxs1 tibbi kitabçasında isə sol saidin yuxarı 1/3-nin ön səthində 4-5 santimetr ölçüdə yaşımtıl-bənövşəyi qançır aşkar edildiyi barədə qeydlər olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Qeyd edilən hallarla bağlı araşdırma aparılması üçün məhkəmə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinə yazılı müraciət etmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsindən məhkəməyə daxil olmuş 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, məhkəmənin müraciəti əsasında araşdırma aparılmış, araşdırma zamanı təqsirləndirilən şəxslərin, şahidləri izahatları alınmış, məhkəmə-tibbi ekspertiza keçirilmişdir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılan zaman polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluqlara məruz qalmadıqları müəuyyən edildiyindən həmin hissədə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, eyni zamanda “MTE və PA Birliyi” PHŞ-in Səbail rayon şöbəsinin 06 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən xəsarətlərin törənmə şəraiti ilə bağlı xüsusatın araşdırılması üçün toplanmış material həmin hissədə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilməsi və bu barədə maraqlı tərəflərə məlumat verilməsi barədə qərar qəbul olunmuşdur. Beləliklə, məhkəmə, polis əməkdaşları tərəfindən döyülmələri və digər təzyiqlərə məruz qalmaları barədə təqsirləndirilən şəxslərin məhkəmədə bildirdiklərini həqiqətə uyğun olmayan hallar kimi qəbul edir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən boyun qaçırmaq məqsədini güdürlər. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 anası X4 məhkəmədə Təqsirləndirilən şəxs1 lehinə verdiyi ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahid məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın qohumluq münasibətləri olan Təqsirləndirilən şəxs1 müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişdir. Bu səbəbdən məhkəmə həmin şahidin məhkəmədə vediyi ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Məhkəmə təqsirləndirilən şəxslərdən aşkar edilmiş narkotiklərin müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, ayrı-ayrı bağlamalara bükülməsini, təqsirləndirilən şəxslərin istintaqın ilkin mərhələsində verdikləri etirafedici ifadələrini nəzərə alır və iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə etmişlər. Məhkəmə belə nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxslərin hər ikisinin istifadə etdikləri telefon nömrələri vasitəsilə müxtəlif şəxslərlə narkotik vasitələri satmaları barədə SMS yazışmaları apardıqları halları da nəzərə alır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edib saxlayaraq daşımaları kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 19-20). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, məhkəmə hökmündən və qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının şəkilməmiş qalan 1 (bir) ay 15 (on beş) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin Xəzər Rayon Məhkəməsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin cəzanı xx.xx.2023-cü il tarixdə tam qaydada çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır (cild 2, iş vərəqi 17-18, 31-37, 38-42). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs2 daha əvvəl qəsdən törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasından azad edildiyi tarixdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs2 əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayə məsuliyyətinə cəlb olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən təqsirləndrilən şəxslərin törətdiyi əməllər ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokollarından və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 iyul 2023cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışlar (cild 1, iş vərəqi 22, 39, 183-188, 189-194). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisinin cəza çəkmələrinin başlanğıcı onların şübhəli şəxs qismində tutulduqları 25 iyul 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən və Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 15,525 qram çəkidə psixotrop maddə metamfetamin, 10,408 qram çəkidə metamfetamin, 1090 tablet metadon, 4004 qram tiryək və 35011,8 qram qurudulmuş marixuana məhv edilməli, digər maddi sübutlar - Təqsirləndirilən şəxs1 telefon danışıqları barədə "xxxx" MMC-dən əldə edilmiş, Təqsirləndirilən şəxs2 telefon danışıqları barədə "xxxx" MMC-dən əldə edilmiş 2 ədəd CD disk, habelə onların üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 188 (yüz səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər miqdarda, yəni hər birindən 94 (doxsan dörd) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən və Təqsirləndirilən şəxs1 evindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 15,525 qram çəkidə metamfetamin, 10,408 qram çəkidə metamfetamin, 1090 tablet metadon, 4004 qram tiryək və 35011,8 qram qurudulmuş marixuana məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs1 telefon danışıqları barədə "xxxx" MMCdən əldə edilmiş, Təqsirləndirilən şəxs2 telefon danışıqları barədə "xxxx" MMC-dən əldə edilmiş 2 ədəd CD disk, habelə onların üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməsini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 188 (yüz səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər miqdarda, yəni hər birindən 94 (doxsan dörd) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar