Məhkəmə qərarları › İş №1(101)-1270/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1270/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1270/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 8 saylıvəkil bürosunun vəkili Müdafiəçi2, Sumqayət şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları, Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, ali təhsilli, Abşeron rayonu Saray qəsəbə xəstəxanasnın baş həkimi vəzifsində işləmiş, Bakı şəhəri, 8-ci keçid küçəsi,ev 9-da qeydiyyatda olub,həmin ünvandada yaşayan,barəsində polisin nəzaərti altına vermə əsas, vəzifədən kənarlaşdırma əlavə qtimkan tədbiriləri seçilmiş , Azərbaycan Respublikası CM-nin 311.2-ci və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, 12 avqust 1982-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, ali təhsilli Abşeron rayonu Saray qəsəbə xəstəxanasının stasionar şöbəsinin də həkim nevropatoloq vəzifsində işləyən, Sumqayıt şəhəri,10cu mikrorayon,ev 3,mənzil 21-də qeydiyatda olub,Binəqədi rayonu,biləcəri şossesi,yeni məhlləllərdə ünvarsız fərdi yaşayış evində yaşayan,barsində başqa yerə getməmək haqqında iltizam qətiman tədbiri seçilmiş Bakı şəhəri, 8-ci keçid küçəsi,ev 9-da qeydiyyatda olub,həmin ünvandada yaşayan,barəsində polisin nəzaərti altına vermə əsas, vəzifədən kənarlaşdırma əlavə qtimkan tədbiriləri seçilmiş , Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən e t d i: 14 iyun 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 311.2-ci və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın mahiyyəti üzrə araşdırılması üçün məhkəmə baxışının təyin edilməsinin və təqsirləndirilən şəxslərin məhkəməyə verilməsinin mümkünlüyü ilə əlaqədar ilkin dinləmələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayon Mərkəzi xəstəxanasının baş həkim əvəzi vəzifəsində işlərəkən vəzifsinin icrası ilə əlaqədər edəcəyi qanunsuz hərəkətə, yəni əlillik dərəcəsinin təyin edilməsi üçün stasionar qaydada xəstəxanada müalicə olunması ilə bağlı epikriz almaq üçün xəstəxanaya müraciət etmiş X4 30 sentyabr 2020-ci il tarixdə xəstəxananın inzibati binasının birinci mərtəbəsindəki qəbul otağında qəbul etdikdən sonra sonuncuya xəstəxanada 15 gün müddətində stasionar qaydada müalicə olunmasına baxmayaraq ona xəstəxanada müalicə alması və diaqnozlarına uyğun xəstəlik tarixindən çıxarış verilməsinə görə Vüqar Sadıxovdan xəstəxananın ünvan 2 ünvanda yerləşən binasında özü üçün şəxsən 200 manat pulu rüşvət qismində istəyib almaqda, verdiyi vədə əməl etmək niyyəti ilə cinayətkar əməlini davam etdirib qanunsuz hərəkətə görə rüşvət alması barədə xəstəxananın həkim nevropatoloqu vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 məlumat verməyib, xəstəlik tarixindən saxta çıxarış verilməsinin zəruri olmasını sonuncuya bildirib, bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs2 ilə qəbaqcadan əlbir olan bir qrup şəxs qsmində birləşərəkək ünvan 3 ünvanda yerləşən xəstəxananın inzibati binasında 14 oktyabr 2020-ci il tarixdə xəstələik tarixindən nömrəsiz çıxarışın məzmununa Təqsirləndirilən şəxs2 tərəfindən Şahid1 guya 30 sentyabr 2020-ci il tarixdən 14 oktyabr 2020-ci il tarixə qədərədək stasionar qaydada xəstəxanada 15 gün müddətində müalicə olunub evə yazılmasına dair bilə-bilə yalan məlumatlar daxil edib imzaladıqdan sonra həmin çıxarışı şəxsən xəstəxanın möhürü ilə imza edib, yəni Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsi sənədin məzmununa tamah və şəxsi niyyətlə bil-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməkdə ittiham olunurlar. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edib Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyətə başladığını, qanunla qeyd olunan məhkəmənin ərazi yurisdiksiyasının müəyyənləşdirildiyini, hazırkı cinayət işi üzrə cinayət hadisəsinin baş verdiyi Abşeron rayonunun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğunu və bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalı olmasını bildirib cinayət işinin məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etdi. Müdafiə tərəfi dövlət ittihamçısının vəsatətini əsaslı hesab edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir Ağır Cinayətlər məhkəmələrinin aidiyyətini müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddsində hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinaytlərlə bağlı işlər aid olması müəyyn edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddəsinin tələbinə görə məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması barədə məsələyə baxmaq məhkəmənin hazırlıq iclasında baxılmalı olan ilk məsələdir. Həmin Məcəllənin 300.1 və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Həmin Məcəllənin 302.3-cü maddəsində göstərilir ki, məhkəmə hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə, belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs1 Telman oğluna və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda nəzərdə tutulan əməllərin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid edilən Abşeron rayonu ərazisində törədilməsinin iddia olunduğunu nəzərə alıb cinayət işinin məhkəmədə baxılmasının Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olması qənaətinə gəlir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslıdır və təmin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində istintaq orqanı tərəfindən qətimkan təbiri qismində polisin nəzərəti altına vermə seçdiyi müəyyən olundu. Məhkəmə, təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirini müzakirə edərkən həmin halı nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 69-cu və 74-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 311.2-ci və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə göndərilməsi barəsində dövlət ittihamçısının vəsatəti təmin edilsin və cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Qərarın surəti cinayət proses iştirakçılarına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar