Məhkəmə qərarları › İş №1(101)-1270/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1270/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1270/2023 12.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:55 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, 24 avqust 1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi külli miqdar - 2,074 qram təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 1,943 qram təşkil edən narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 12 yanvar 2023-cü il tarixdə saat 16:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılıb 36-cı Polis Bölməsinə gətirilmiş, orada üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,943 qram təşkil edən narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdar - 2,074 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, dörd ildən artıq müddətdə narkotik vasitələrdən istifadə etmişdir. Məlum hadisə olan gün adi vaxtlarda olduğu kimi evdən çıxıb mağazaya düşmüş, amma orada polislər onu saxlayıb idarəyə aparmışlar. Onun üstündə həmin vaxt şprisə çəkilmiş hazır vəziyyətdə 0,1 qram narkotik vasitə heroin olmuşdur. Amma rəsmiləşdirilərkən guya üstündə 1,943 qram heroin və 2,074 qram metamfetamin tapıldığı yazılmışdır. Halbuki onun üstündə belə maddələr olmamışdır. İstifadəçi oldğuna görə çox peşmandır. Amma üzərindən aşkar olunmuş kimi rəsmiləşdirilmiş heroin və metamfetaminlə razı deyil, onları qəbul etmir. O, narkotik vasitələrin satışı ilə də məşğul olmamışdır. Məhkəmədən bütün bu halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini, istifadəçi kimi məhkum olunmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, bir il narkotik vasitə olan heroin və psixotop maddə metamfetamin qəbul etmişdir. 11 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Xətai rayonu, Zığ yolu şosessində yerləşən Zərifə Əliyeva adına istirahət parkında tək gəzərkən yerdən iki ədəd sellofan büküm tapmış, bükümlərin birinin içərisində heroin, digərində isə metamfetamin olmuş və həmin bükümləri öz istifadəsi üçün cins şalvarının cibinə qoymuşdur. Həmin günü bir qismini istifadə etmiş, qalan hissəsini isə üzərində gəzdirmişdir. 12 yanvar 2023-cü il tarixdə saat 16:30 radələrində ünvan 4 ünvanın yaxınlığında olarkən iki nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim emiş və ona əllərini ciblərinə salmağa imkan verməyərək yaxınlıqda yerləşən Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində hüquq və vəzifələri izah olunmuş, onun üçün vəkil çağırılmış, vəkil və polislərin iştirakları ilə videoçəkilişlə üstündə şəxsi axtarış aparılmış,o da şalvarının cibindən iki ədəd sellofana bükülmüş heroini və metamfetamini çıxarıb təqdim etmişdir. O, həmin heroinin və metamfetaminin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün yerdən götürdüyünü bildirmişdir. Təqdim etdiyi heroindən və metamfetamindən başqa heç bir yerdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlamamışdır. Saxlanılan zaman polis əməkdaşları üzərinə baxış keçirməmiş və ona qarşı heç bir fiziki təsir göstərilməmişdir (cild 1, iş vərəqə 69-71). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36cı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 12 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə ondan və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 12 yanvar 2023-cü il tarixdə saat 16:30-da onlar ünvan 5 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb sonuncunu saxlamışlar və xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu bildirmiş, qəbul edilmiş əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək sonuncuya onlarla birlikdə 36-cı Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə getmişdir. Bölmədə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan onlar sonuncunu Polis Bölməsinə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil dəvət edilmiş və videoçəkilişlə üzərinə şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim edərək bükümlərin birinin içərisində narkotik vasitə heroin, digərindən isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılmış, həmin bükümün birində qəhvəyi rəngli, toz şəkilində narkotik vasitə hesab edilən heroin, digərində isə ağ kristal şəkilli metamfetamin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini və metamfetamini 11 yanvar 2023-cü il tarixdə axşam saatlarında Xətai rayonunda yerləşən Zərifə Əliyeva adına parkda gəzərkən ağacın dibindən aşkar etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, amma başqa heç nə aşkar olunmamışdır. Aşkar edilmiş maddə elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və iştirakçılar zərfin üzərini imzalamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 132-132). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 12 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümləri çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, ağ rəngli maddənin isə psixotrop maddə metamfetamin olduğunu, 11 yanvar 2023-cü il tarixdə gecə saatlarında Xətai rayonu, Zığ yolu küçəsində yerləşən Zərifə parkından yerdən tapıb üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-34, 139). Məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2023-cü il tarixli 6/210 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs..."sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,943 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 2,074 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in İ Siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 1,843 qram, metamfetaminin qalıq çəkisi 2,024 qram təşkil etmişdir (cild 1, iş vərəqə 49-55). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 yanvar 2023-cü il tarixli 265 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 133-134). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş telefon danışıqlarının əks olunduğu diskə baxış keçirilməsi barədə 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı nömrədən müxtəlif vaxtlarda müxtəlif nömrələrə çoxsaylı sayda zənglər getmiş və həmin nömrəyə zənglər daxil olmuş, müxtəlif dəqiqə və saniyədən ibarət danışıqlar aparılmış, ***-***-**-** saylı nömrə Bakı şəhərinin müxtəlif ərazilərində aktiv olmuşdur. Həmin nömrə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 18:26:09-da aktiv olmuş, həmin vaxt nömrənin aktiv olma yeri “GBBK3906G/GBBK3906 Mehemmed Hadi 106/"Bakı şəhəri, Xətai rayonu,M.Hadi küç ev 106'7Khatai" göstərilmişdir. Telefonda çoxsayda sms mətnləri aşkar edilmiş və mesajlara baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən mesajlar olması müəyyən edilmişdir, belə ki, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Arzu 20m var patıda goturde”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Dinardi tema var?”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Qaqa men gedirem eve.alnırsa gelm bloka bir tike qaqana ver evde cekim Qaqa nooldu niye cavab vermirsen ureyim partdadi. Ureyim qurban ac qadan alim. Menim pulum hazirdi bawiva donum menim iwimi awirt noolar ay Aruz, Qaqa bu temaya bir qoz. Elebil kimese yari kola qret eledik. Opurem”, 99499818-78-79 saylı nömrədən mesaj “arzu necesen qaqasim sahin idi nargileden brat imkan olsa meni yixda elimde temiz 06 ayran var torpaqnan deyismek isteyirem alinar”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “On manat pul var iki beşlik imkan 3dene yari kola 0.5 pati 10 manat var imkan var 2 dənə”, 99451229-81-80 saylı nömrədən yazılmış mesaj “Sənə yığıram koddadı səncanı mənlə əlaqə saxla bir zəhmətQardaşım nəsə adboy getdi səncanı bir dənə 10 luq çet düz qoş eləsin gəlim götürüm vəziyyətim çox pisdi özüm ölüm dura bilmirəm qadan alaram”, 99***-***-**-** saylı nömrədən yazılmış, mesaj “Ona-buna perakende satisda var hoptavoyda amma nedense mene neinki satis hec bele telefonumu acmirsan.Bart ne meseledi ac bir kelme de buna gore bele edirem mende bilimde nipanyatqada qalmiyimda”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Nenirsen brat?mene yaz da imkan daxilinde,25 lazmydi”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “yetim 40 manat pul var bidende butov lazimdi 5 de obirinene. eger alinirsa mene de bilim”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Atam men haziram hezideyem alinsa xeber ele duwum hara desen o terefe gelimMenim qerdewim salam 301uq nese alinar menle elaqeye cixda bratAtam salam necesen?30manata nese alindira bilersen sene duwmek olmur Meni sarimisan sen? rastlawacayiq elbetki uzbeuz qac qac hara kimi men seni bele tanimamiwdim ama bilki bu bele qalmayacaq arxayin' ol buna Brat elave 30var yari goturmek olar qaqawimsan menle elaqe saxla pulu gucle duzeltmiwem qehbenin malini vermeliyem Menliyini adam 30manata satmaz gede bawa duwdun kiwi olan yigar uzbeuz goruwer adam ozunu soydurmez o pula gore Ae serefsiz alcag ograwligi yarawdirirsan ozuve menim pulumu dog yoxsa sene cox pis olacaq evive kimi bilirem uje qanciqliq eleme qehbeliye qarwiliq qehbelik demiyim”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Brat telin isldmir deyesen ses gelmir qaqamsan menle elaqe saxlada 30 manatliq nese alindira bilersen30 manatliq alinardi kecerdim sen terefe alinsa xahiw mene xeber ele”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Qaqa 29 manatim var kankret.qadan alim ay qaqa caliw imkan daxilinde mutleq hell edesen. Cox piseme ArzuQaqa he karti yaz atim 25 manati. ancaq qaqa xeste temadi her yer de. Eger bundada xeste mal zad cixacaqsa beri bawdan adboy eleyeke olar xowuna gelmezl.l Ay qaqa salam. Qaqa menim temam yoxdu anavin anamin cani olurem qadan alim. Allah wefa versin xestemizeQaqa qurban olaram sene komey ele. Bir kimseye tapwir hecolmasa mene indi 5 liy cet otursunler cixim veziyetden. Sabah gelersen goturub, qaytarariqQurban olum aruz meni darda qoyma.anavin canina and verrem mene bir cekimlik tema padklucat ele seryoznu boğaz cekirem sene qaqa.cox pisem qaqa. Sen hecvaxt meni darda qoymamisan nolar qaqa uzaqdada olsan biliremki sen qardawivi cetinde qoymayacaqsan. Qaqa qurban olum bir cekimlik istiyirem sen gelenecemQaqa hardasan mene 1 dene 5 lik duz qowde”, 99499880-03-88 saylı nömrədən yazılmış mesaj “Qardaşımsan səncanı onu bir az narmalni elətdir Ələtdə olacam axşama kimi çatsın mənə səncanı”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Qaqa sene telefon vermisdimi,axirinci defe ekrani gostermiyen onu.Orxan istiyir 5manati verse vere bilersen ona telefonu”, 99***-***-**-** saylı nömrədən yazılmış esaj “Menem qaqam talis samir imkan varsa vzv at mene qaqam”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Arzu men seneqarsi bele olmamsam yeke oğlansan evde tekem Lomkadayam 12,mant varmdi birde 700,mantlq telfn var barter Eliye bilrsn sen cavab ver basqa isimvar”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “X5 X7, Qaqa bidene 10 kola lazim di emele gelee işləmir nömrə”, 99***-***-**-** saylı nömrədən yazılmış esaj “Menem zamin gaga 1 qiram kola götüek olar”, 99***-***-**-** sayh' nömrədən yazılmış esaj “Arzu taksideyem danisam elebi 60 manat 2 dene atam 10 atim ustune 70 verim biden yari atrsan ustune qayidim yarim saht 10 kartina atim zeg vuram taksideUzuru say bele zegle tez tez yigiram basini agridiram eyer vaxtin olsa men he yox yazarsan 2 goturerdim alirsa bugunArzu atam sen allah uzuru say senide bezdirem basiva donum pisti veziyet uje dozuhnezdi ne olur olsun biden olmasa yari duz qos ede biliriy bide xayis edirəm hə yox de Atam sabahin xeyir qaqam veziyet cox pisti pul var eyer oyagsasa menle sİvyazda ol”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Ata menem elcin.bawva donerem o yarinin ustunen bidene balaca cet ayir onu ayrica xala oğluya oturersende telfonum sonub. Qaqa 15dq ordayam teker yerinin yanindaQaqa uwaglara dime mendedi.Bideki obriynen danwim xeber elyerem 25nen3dene 25den istesen xeber ele gele mene gotrum gelim ehmedliye gedende nömrə işləmir”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Ay brat biz catdiq qardawimsan onun biri menim olacaq hec olmasa birini dobru ele ayri verersende mene qardawimsan.gel burdayam.kntur yoxdu uje Qaqaw 10 manat var tez dursan yig”, 99***- ***-**-** saylı nömrədən yazılmış mesaj “Atam basiva donum kanlin acilib olem Yaxsi qaqam bonba kimi goturub kececem 6 mantim var opsu bolta yazdim hele kambinat 11 mant yazdi”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Qaqa 3 manatim catmir eger yari alinarsa gelim 3 de saba abed de sende olacag ama cekide prablem olmasinda”, 99***-***-**-** sayh nömrədən yazılmış mesaj “Sen bilirsenki men draznit oldum hecne tesir elemir .yanmda adam var oncun sakit danwram.hecne canin sagolsun ne sikirsen e wahnazi esas ozun agrimirsan. Colde de set tutmur, yax wi narahat elemerem.qoy olum agridan canim cixir burda menim ozun bilirsen nece agridi hecne canin sagolsun.sagol”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Qaqa aurdayam gel bura aslangilin yanda de atim kartiva pul geldi birsey verim veziyetden cix”, 99***-***-**-** saylı nömrədən' yazılmış mesaj “Sende neqeder var ata karta 10 goturey 4 dene verim rahat is gor cix sen pul at mene bacar cox at 50 zat var Qaqa o 100 manatin”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Yeke oğlansan ala ozum sene yigdime gel yetim verim veziyetden cix sende gelib gordun soxa sox dusub temami fırladiblar ele bildinki kolamida fırladiblar naxadi elivi atib papagi goturub cole cixirsan mende icerde papağ axtaram qayidib girmisen iceri deyirem papagi ver sifet eliyib vermirsen gorsen sacim basim it gunundedi saoyugda bi yanan vermedine papagi mehleye kimi taxim hec olmasa ama men senol senincun narmanliya dobru azi 2 defe narmanli soxmaquncun tema ayirmisdim gordum ala papagvin qedrin tez bilirsen alib gedirsen men sene gore durdum ki odan gedek bir yeede sagolda bu sobete gore”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Nolar qurban olum olurem vezietim pisdi nese olsa mene de biraz ver esirem agridan raulda gelib bir terefden oda mazqi eliyib dayana bilmirem olum eyagvn altnda”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Arzu bu nedi bu o deyil cox xarab bir şey idi ne agriyiram helada qalmışam”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Arzu menam Samir kombinat lOman var daha dunen kinnen olmasinda brat”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Evdasan kuxna yanir pancaranin altinda setqa ayaqqabİda ayaqimi buz kasir da deyaydin galmaSanin evin deyil rahat oturub mani colara salasan evda qalirsansa mana gora qalirsan man i collara salib ozun neca qalacaqsan evda san cik evdan colda qalmaq na olduqunu bil collarda buzdadim allah goturmasin”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Qaqam menem orxandi kiwinin telidi. Bi dene bahali etir varimdi birde 5manat qaqam meni cixatr vezyetden arzu olurem”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “10 manat var samirdi”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “atam menem elcin Buraxdilar meni gelem hofsan oxudun yig meni uzuru say qurban sen vallah cixilmaz yerdi bilisen qaqan sen hecva sef hereket etmez allah arzu 5 manat al yaxsi cox gotume”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Ay qaqa niye bele edirsenki dedim gel tertemiz yari verecemde ele bil sene tuxta tema zad soxuram ayibdiye valla dedim pul atmaliyam imkan varsa tez gel”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Qaqa bidene qesey sahat var orginal nokadayam 5 diy cet versen verim sene”, 99***-***-**-** saylr nömrədən yazılmış mesaj “Quzu nolar 1 cetde tapsan 10 tockada olsa xeber ele nefesim kesilir”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “O telefonan mene hecne olmuyacag nedeki sene nese olacag ama sen ol lomkadayam cox se lomkada saxlamağ ne demeydi bilirsen ozun bu agrilari pis agridayam ehtiyacim var ki sene yigiram da cox pis vezyeteyem kimi”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Qaqa evden cixa bilmirem. Gele bilirsen bizim mehleye? Temada verim sene hemde telfonu getirde qaqa”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Qaqa evden cixa bilmirem. Gele bilirsen bizim mehleye? Temada verim sene hemde telfonu getirde qaqa”, 99***-***-**-** saylı nömrədən yazılmış mesaj “Salam qaqa sende tem Ne qedere gele biler Evdeyem pramoy qalx Haçana gelersen deqi Qram deyib.ordan cix”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Ay bile ne pis oldu brat mama cani bayaq uwaqlar pulnan istiyirdi dedim olara verim ki, yene goturum sizede dobru verim kanalda dedi gözle ona gore uzandi gele bilmirsen indi? Axwam gelesen senə saxliyim”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Neynirsen qaqa? Mendeki kanal acilib yaxwisidi özde dedim bilde sende eziyyet. cekirsen, xeberin olsun lazim olsa de”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Narahat olma eee hecne istemirem sennen eksine deyirəm var istesen de, ozde superdi evvelki olanlardan ikiside, Men cixiram catib bu gozlur gelmirsen se de de qaqaw gozlemiyim bele bu menim kohne kanalimnanda zordu yaxwida verir gozlemek zadda yoxdu 20 deq gedib qayidaciq nenirsen ramanini karoci mene bir soz de tez cixiram mendə olacaq”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “inde gozlurem qurjonlu gozletme meni, Gulu mama cani cekiye el vurmuyacam ama pulda eksik varsa de hec olmaya men ustunu duzeldim biyabr olmuyum narahat olma eksikdise de hemde parkin gireceyinde gozlurem qurjonlu gozletme meni, Men sene pislik elemek isteseydim temanida vermezdim gordun adam kimi geldim sennen soz soruşdum hormetsizlik eledin soyuw soydun indide mene soyursen hecne demirem telefonda sene cunki telefonda cox adam cox weyi yaza biler men hecne demirem sene sen mene pislik eledin men sene yox yaxwi bu smsi de saxliyacam sene gore”, 99***-***-**-** sayh nömrəyə yazılmış mesaj “Qaqa sen pulu vura bilersen karta cunki birde senin yanina gelim pulu goturub gedim gec olur hemde yorgunculuq imkan varsa kart deyim at ora goturum gelim olar ele prosta helem yigiram acmir yeni acan kimi ele eliyekde, Qaqa vallah bele ozum bayaq biraz eledim soxdum da cekmemiwem yaxwi idi ama, cekilmeyini bilmirem yeni qaqa efekdi yaxwidi yenede vallah ne deyim sora nese olar xowuna gelmez buda qaytaran deyil ortada men qaliram istirsen ele atmen eliyek, he qaqa sora bawina dinum men pis olmuyim”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Murad salam lazim olsa de ikiside var prablem deyil ama ozun bilde hec kime kurs eleme”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Bularinda pulu duzelmedi ee atmen elediler pul axtarirlar tapsalar deyecem sene narahat olma Whatsapda yazmiwdim sene bir xet getdi yigiram zeng catmir sene neyse gor ne deyirem adabtr var saatin ? Varsa yaxwi olardi da bele yari kola birde cet patı Whatsapda yazmiwdim sene bir xet getdi yigiram zeng catmir. sene neyse gor ne deyirem adabtr var saatin ? Varsa yaxwi olardi da bele yari kola birde cet pat”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Yox tema yoxumdu ancaq wehrizatin yanindaki kanaldan goturmek olar oda ya yari yada maraqli nese olsa deyİwir fso”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “wahin di adi denen arzu verdi nomreni karoci daniw ozun narahat olma yaxin uwaqdi tam arxeyin get goruw”, 99***-***-**-** sayh nömrəyə yazılmış mesaj “Sen allah bir cavab deda pulda var vezyet pisdi and ola allaha oxudun cavabda vermedin”, 99***-***-**-** sayh nömrəyə yazılmış mesaj “indi acdi telefonu qaqa istirsen de, Qaqa sen deqiq gelessen bura ? İstiyen uwaqlar var eger gelessen se deyim olara ki, birazdan olacaq Salamatciliqdi ay qaqa gece seni ne qeder gozledim gelmedin mende hamiya direm ki, tema olacaq hami yigirdi bu gun sene zeng catmiyib ancaq men yetimde gozlemiwem ki acasan teli divjenya eliyim mende cixim. Salam qaqa telefonu acanda mennen elaqr saxla pul var nese eliyek pisdi vezyet”, 99***-***-**-** sayh nömrəyə yazılmış mesaj “Men kombinata gelem lazimdisa tez de wehrizat terefde goruwek tez de mene deqiq”, 99***-***-**-** sayh nömrəyə yazılmış mesaj “Qaqaw bu 20 deq zada gedecek xirdalana lap istirsen kart deyim pulu at' goturum saxliyim gel mennen gotur yada ki caliw 20 deq gele bilesen”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Qaqa imkan olsa bayaq ki kimi el tutda qardawina 20 manat var gor olsa xeber elede gelim Men sene nece defe didim ki gel bu gun and ola allaha ne qeder lazim olub burda kanal yoxdu deye hami meni yig lap gotur kec bura iki qaqa bawimizi dolandıraq ev boşdu rahatdı, Bele qaqa bayaq mende vardi yemek zad aidim 1 manat 80 qepik varimdi sen ordan cixanda mene di bir teher yoluna qoyariq narahat olma”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Qör maşin düz qo Agridayiqda başa”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Gulu oyaqsan Hem yas meselesine gore soz deyecem hemde yene lazimdi imkan var cavab yaz”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Ay qaqa hemiwe bele eliesen ee karta vur deyende hemiwe oyun cixardirsan ele bil men sene yalan daniwiram nedi direm camahat yanimdadi bir kelme di acmir”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Yanima adam gelib onda var 10 luq istirsen gel verim ele bizde oturub bir cavab di mene”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Ay qaqa men eve getmeliyem uwaqlardayanimdadi sene zeng catmir sen allah hel ele goturum verim cixim gedim de men”, 99***- ***-**-** saylı nömrəyə yazılmış mesaj “Salam nese lazim olsa bu nomrede olacam super mal var super ama menim adim cekilmesin”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Cole cixib daniwa bilmedinde karoci soxum arzunun sozune oz bildiyin ele onsuz neyse yigma yazma gelme besdi bezdim cindir yerine qoyulmaqdan istifade olunmaqdan uzaq ol”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Zeng elemisen hamamda idim ograwdi nefesim kesilir uje hec yerden ne pul tapa bilem ne tema. Qaqaw papagi nece gundu taxirsan men soyuqda gezirem onsuz goturecekdim temanin buna adiyati yox idi versende vermesende goturecekdim belede papagi goturdum deye vermedinde temani cixdin getdin yigdim adboy eledin ama men seni gozlurdum seher tezdennen dunen men can atmiwam e sen agrida qalma deye Men kinli qalan deyilem ki' vermedin vermedinde nolacaq ki ama demezdin gelem gozledim axtarmadim indide hecne tapa bilmirem vezyetim pisdi papağa gore sen sifet elirsen men yox men sene dimiwdim goturecem onsuz nece gundu taxirsan soyuqda men gezirem sagol demekden se dirsen yaxwiliq yoxdu e ne bilim e qaqa uzatmaginda yeri yoxdu sadece bil men papağa gore temaya gore nese elemedim varyoxuna nehlet onsuz goturecekdim. Getdin yatdin qaldin sene xaiw eledim axi ki qaqa meni temasiz qoyma ble umid oldum sene ograwdi 70 bir neferde vardi 30 da birinde getdim vahidden 05 aidim ama uwaq ucun seherime hecne yoxdu oyanan kimi yigda meni, Yetm 3 manat tapa bilmiwem varinsa 5 diy cet verde lap 2 manat kontur atim balansimnan sene vezyet pisdi qala bilmirem uje”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Qaqa sen nenemek istirsen bir xeber di cunki qaqa berk agrimamiw yatim eger cixmirsansa cole”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “qaqa yatib qalmiwam yene )) kecsen bu terefe yig verim kecmesen seher tezden getirerem ozum narahat olma”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “sen raulun cani duz de eger burdan gedennen agrida qalmisansa tapa bilmirsense gel verim- ama indi yatmisansa duranda gel zeng elememiw gelme ama gel verim qapidan get ozun ele ya hazir eliyim blokda ele baxda ureyim dozmur ama bagiwlamiyacam seni hec vaxt komek elirem sadece”, 99***- ***-**-** saylı nömrəyə yazılmış mesaj “Ay qaqaw mezelensen soz yazirsan cavab vermirsen poxa cavab verde iwiqlar sondu wifi getdi yigiram acmirsan dehwetswn ee”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “5 diy pati istiyen var qaqa Qaqa seher gec zeng eledin yatmiwdim indi alinar dediyim”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Ay yetim bir kelme cavab ver ki vezyet ne yerdedi de mende bilim cavabsiz niye qoyursan ki ozunde bilirsen bu zibil ne weydi”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Ne qeder yatdin e sen ble pulda var hecne tapa bilmirem anamin cani pristav ele hence elememiwem”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Ay ble bes qaqa bunu zeng ele dide bawina donum gucnen yol pulu tapiram men hecnede qaqa gozlurem hovsanda mecbur qayida bilmiyecem hem o beynimi sikecek hemde yol pulu yoxdu hovsanda bir yerde oturacam allah iwivi avand elesin sag salamat gel”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Qaqa ayfon 5s var istemersen vezyetim pisdi”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Qaqa gelim' belke yavaw yavaw aftobus olmuyacaq sora”, 99***- ***-**-** saylı nömrəyə yazılmış mesaj “Getdim elcinnen aidim qram uwaqlara torpaq soxdum eger iwivi qutarsan gelmek istesen gorsen zeng catmir mene pramoy gel narahat olma gel qapini doy ***-***-**-** bu nomreni aciq qoyacam onada zeng çatmasa qapini doy”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Salam qaqa menem arzu o bu gun mene didiyin adam vardi e naximovda qalan G..U onu tapmiwam bu deyqe lap istesen goruwe bilirik lazimdisa yig meni gedek goruwek”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Salam qaqa menem arzu o gun yigmisan yatili olmuwam dunende ne qeder vizif atdim sene konturum yox idi gordum yigmadin gulu tapmiwam daniwmiwam hacan istesen de cixardim cole bildirmerem ona sen gelirsen bekar oldun yig qullugundayam Men evde tek qalam onsuz arada qiz gelir bidene vessalam her gun tek olam hacan ureyin istedi kec biz terefe oturaq”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Qaqa gor evden ala bilsen pul al saba sen ol vererem mama cani narahat olma berk draznit oldum”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Qaqa oyaqsan? Qardawimsan eger. imkanin varsa el tutda evdekiler nece gundu YOXDU ne televizor var ne telefon bawimi qatim vapwe sixiliram temasi olanda pul istir içini sikim yoxdu varindisa 5 diy kimide olar komek eliyesen”, **********74 saylı nömrəyə yazılmış mesaj “arzu 5 manat al yaxsı”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Salam arzu tutulub.dedi size deyim, bu gun polis evi basib ustunden evden hence qaytaracaqlar bas polis idaresine cixmayib.xetai rayon bas polis idaresindedi.indi 36 ya apardilar.yene qayt”, 99***-***-**-** saylı nömrəyə yazılmış mesaj “Salam qaqa sende tema yoxdu? Ne qedere gele bilersen bize.getir olarida alinir” məzmunlu mətnlər aşkar olunmuşdur (cild 1, iş vərəqə 101-116). İbtidai istintaq orqanının 17 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 166-167). Bakı şəhəri Xətai rayonu 27 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində şikayətin daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 94). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 92). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş kimi rəsmiləşdirilmiş miqdarlarda narkotik vasitənin və psixotrop maddənin əslində onda olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 12 yanvar 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 21, 81-85). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,843 qram təşkil edən heroin, qalıq çəkisi 2,024 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 50, 209). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,843 qram təşkil edən heroin, qalıq çəkisi 2,024 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 01 ədəd disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş 01 ədəd ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına vəkil X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar