Məhkəmə qərarları › İş №1(101)-1270/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1270/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1270/2024 25.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 və X4 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi X1, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-ci ildə Kürdəmir rayonu, Şüşün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmamış iki övladı olan, natamam-orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu, Şüşün kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeyd olunan qəsəbənin H.Quliyev küçəsi, ev 29, mənzil 3 ünvanında kirayədə yaşayan, maddi gəlir qarşılığında kişilərlə intim əlaqəyə girməklə əxlaqsız həyat tərzi keçirən, tanışlıq münasibətlərində olduğu 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə borc olaraq verdiyi 50 manat məbləğində pul vəsaitini geri almaq, həmçinin onunla cinsi əlaqədə olmaq üçün yüngül dərəcəli sərxoşluq vəziyyətində onun yaşadığı mənzilə gəldikdən sonra, 1 gün əvvəl ona verdiyi 50 manat puldan 15 manatın cinsi əlaqədə olmağının qarşılığında özündə saxlayıb qalan 35 manatı geri qaytarmasını tələb etdikdə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədərək həmin pulu qaytarmaqdan nümayişkaranə surətdə boyun qaçırmasına, eləcə də əvvəllər 2023-cü ilin yanvar və avqust aylarında borc kimi ona verdiyi 500 manat pulu da qaytarmadığına görə şəxsi mənfəətinə nail olmaq, yəni özünə məxsus pulları ala bilmək üçün sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə qeyd olunan mənzilin qonaq otağında çılpaq vəziyyətdə olan Zərərçəkmiş şəxs əlləri və təpikləri ilə ardıcıl zərbələr endirərək ona ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid, sol İİ, İİİ, İV qabırğaların yerini dəyişən sınıqları, eyni zamanda canlı şəxslərdə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olub dərəcələri təyin edilməyən çənəaltı nahiyənin qançırı, alın nahiyəsinin, burun kökünün sıyrığı ilə müşayət olunan və ölümlə səbəbli əlaqəsi olmayan xəsarətlər yetirdikdən sonra cinayətkar qəsdini davam etdirərək əvvəlcə əlləri ilə, daha sonra isə Zərərçəkmiş şəxs məxsus qadın alt tumanım sonuncunun boynuna dolayıb ilgək salınmaqla sıxaraq ona ölümlə səbəbli əlaqəsi olan və dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid boyunun bir ədəd köndələn, basılmış, qapanan stranqulyasiya şırımı ilə müşayət olunan xəsarətlərini yetirməklə boğub H.H.Cəfərovanı tamah məqsədi ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 il əvvəl o, Zərərçəkmiş şəxs ilə Türkan yolunun üstündə yerləşən «Cahargah» barında tanış olmuşdur. O, ilk dəfə pul müqabilində özü ona yaxınlaşmışdır. Könül əvvəl başqa-başqa yerlərdə, hətta yataqxanada qalırmış, son 2-3 ay olarmış hadisə baş verən mənzildə kirayədə yaşayırmış, və o, Könüllə dəfələrlə cinsi əlaqədə olmuşdur. Könülün bir qızı var, Türkiyədə ərdədir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, Könülə zəng edib, onunla görüşmək istədiyini dedikdə, Könül evdə olmadığını, birazdan evə gələcəyini demişdir. Bundan sonra o, Hövsan qəsəbəsində yerləşən «Okean» kafesində 6-7 bakal pivə içmiş, sərxoş vəziyyətində öz yaşadığı həyətə gəlib, məhlədə ağacın altında oturmuşdur. Həmin vaxtı o, Könülün gəldiyini görmüş, sonuncu onu görüb «gedək görüşməyə» demişdir. O, Könülə «görürsən içkiliyəm, gedirəm yenə pivə içməyə» demişdir. Könül ona «bu gün görüşə bilməyəcik?» soruşduqda, o yenə pivə içmək istədiyini demiş və Könülün daim 15 manata görüşə çıxdığını bilib ona 50 manat pul uzadaraq, 35 manatı qaytarmasını demişdir. Könül ona «axşam gələrsən 35 manatı qaytararam» demişdir. O, pivə içməyə getmiş və həmin vaxt Könülün evinə gedə bilməmişdir. O, xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Hövsan qəsəbəsində yerləşən «Gəncə kafesi»nə gedib orada 3 bakal pivə içmiş, sonradan qonşusu Şamillə birlikdə Məscid tərəfdə Pub kafesində 4 bakal pivə içmiş və dəniz kənarına gedib çimmək istəmişdir. Lakin su natəmiz olduğundan çimə bilməmişdir. Bundan sonra «Toğrul market» tərəfə gəlib, Könülün mobil telefonuna zəng edib evdə olub-olmadığını soruşmuşdur. Könül evə gəldiyini, artıq yolda olduğunu demişdir. Bu arada o, üç dəfə Könülə zəng etmiş, hər dəfəsində Könül ona yolda olduğunu demişdir. Nəhayət Könül saat 21 radələrində evə gəlmiş və həyətdə qarşılaşıb, birlikdə Könülün qaldığı evə daxil olmuşlar. Könül ilk olaraq sərinkeşi qoşmuş, o da divanda oturmuşdur. Könülə ilk sözü «35-i görüm» olmuş, Könül isə onu nalayiq sözlə təhqir edib, pulu olmadığını demişdir. O, kafeyə borcu olduğunu, Fərhadın kafesinin şüşəsini əli ilə dəyib sındırdığını, şüşənin pulunu və pivədən 10 manat borcu qaldığını, təcili pulu çatdırmalı olduğunu demişdir. Könül isə ona pulu olmadığını bir daha demişdir. O, Könülə «pulun yoxdusa heç olmasa 20 manat ver, aparım kafenin pulunu verim» dedikdə, Könül onu nalayiq sözlərlə təhqir edərək və onunla söhbət edəedə Könül cinsi əlaqədə olmaq üçün tam soyunmuş, lakin alt tumanı əynində qalmışdır. Könülə 50 manatının hamısını geri qaytarmasını deyəndə, Könül onun ata-anasının ünvanına nalayiq sözlər demiş, o da Könülün ata-anasını söymüşdür. Bundan sonra Könül alt tumanını da soyunmuş və ona «4 dəfə ol raşot olaq» demişdir. Könül alt tumanını çıxardıb divanın üstünə ataraq lüt vəziyyətdə olmuşdur. Bundan sonra Könül sərinkeşin qarşısına, döşəməyə döşək atmışdır. O, Könülə «mənim ata-anamı söyürsən?» deyib, Könülün divanın üstünə atdığı alt tumanını götürüb, Könülün arxasına keçmiş, iki əlində tumanı ilgək şəkilində Könülün arxadan boğazına atıb, sağ dizini onun onurğa sütununa qoymuş və tumanı özünə sarı sıxmaqla Könülü boğmuşdur. Könülü boğmağı təxminən 3 dəqiqə davam, etmiş, Könül ona ilk əvvəl «boşla-boşla» deyib, divana əl-qol atsa da, o, boğmağa güc verəndən təxminən 2-3 dəqiqə sonra Könülün səsi dayanmış, taqəti boşalmışdır. Bundan sonra Könülün tam öldüyünə əmin olandan sonra Könülün sinəsində oturub «ay qəhbə məni poxa saldın» deyib, sinəsinə bir yumruq vurmuşdur. O, Könüllə mübahisə edərkən ucadan danışmadıqlarını, onların səsini qonşuların eşitmədiyini qeyd etmiş, hətta Könüllə mübahisə edəndə sonuncu pəncərəni bağlamışdır ki, səs küçəyə getməsin. O, Könülün öldüyünə tam əmin olandan sonra Könülü olduğu kimi tam lüt vəziyyətdə özünün yerə saldığı döşəyin üzərinə kürəyi üstə uzatmış, həmin vaxtı Könülün telefonuna zəng gəlmiş, telefonu Könülün sinəsinin üstünə qoyub, zəng edənin kim olduğuna baxmadan və zəngə cavab vermədən, açarla qapını çöldən bağlayıb həyətə düşmüşdür. O, bir qədər binanın qarşısında oturmuş, oğlunun əl telefonuna zəng edib, adam öldürdüyünü demişdir. Bundan sonra yaşadığı evə gəlib, telefonunu atasına verib, törətdiyi cinayət hadisəsini ata-anasına demişdir. Əlini-üzünü yuyandan sonra Suraxanı RPİ-nin 30-cu PŞ-nə gəlib törətdiyi cinayət əməlini etiraf etmişdir. O, daha sonra ifadəsində cinayət hadisəsini törətməmişdən əvvəl Könüllə cinsi əlaqədə olmadığını və hadisə vaxtı evdə Könüllə özündən başqa heç kim olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, hadisədən bir neçə ay əvvəl Zərərçəkmiş şəxs borc olaraq 300 və 200 manat pul vermiş, sonradan sonuncu həmin pulu ona geri qaytarmamasına baxmayaraq o pulunu tələb etməmişdir. Həmçinin bildirmişdir ki, onun Zərərçəkmiş şəxs evinə getməsində məqsədi borc verdiyi 50 manatdan 35 manatını almaq olmuş, sonuncunu tamah məqsədi ilə öldürməmiş, buna hər hansı bir əsas olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs maddi vəziyyəti yaxşı olsaydı hadisədən bir gün əvvəl ondan 15 manat borc pul istəməzdi. Onu öldürməsinin əsas səbəbi sonuncunun onun valideynləri barəsində ağır təhqirlər etməsi, nalayiq ifadələr və küçə söyüşləri istifadə etməsi olmuşdur. O, Zərərçəkmiş şəxs öldürdükdən sonra sonuncunun telefonunu sinəsi üzərinə qoymuş, pulqabına isə ümumiyyətlə toxunmamışdır. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs istər evində istərsə də pulqabında 35 manatı olsaydı elə onun pulunu qaytarardı heç bu hadisədə baş verməzdi. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ailəsindən üzr istəməsini, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmamış iki uşağının olmasını, polis orqanına könüllü təslim olmasını, zərərçəkmiş şəxsi tamah məqsədi ilə deyil, əsəbləşdiyindən (psixoloji sarsıntı keçirdiyindən) öldürməsini əsas gətirərək onun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməsini və ailə vəziyyətini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin tamah məqsədi ilə adam öldürmə, yəni tamah məqsədi ilə digər şəxsi qəsdən həyatdan məhrum etmə kimi qiymətləndirməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Ş.H.Cəfərov ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qardaşıdır, ailəsi ilə birlikdə Xəzər rayonunda yaşayır. Onlar ailədə iki qardaş, bir bacı olmuşlar. Tarixi dəqiq yadında deyil, təxminən 22-23 il əvvəl Könül ailə həyatı qurmuş, qızı Ləmanın 21 yaşı var, Könülün əri İlqar isə 2006-cı ildə qəflətən vəfat etmişdir. Könülün qızı Ləman Türkiyədə ərdədir, orada yaşayır, aradabir gəlib anasına baş çəkir. Könül əvvəllər uşaq bağçasında və orta məktəbdə xadiməçi işləmişdir. Könülün öz evi olmamış, yataqxanada qalırmış. Sonradan həmin yataqxanadakı otağı qızı və kürəkəninə yaşamaq üçün vermiş, özü isə kirayədə yaşayırmış. Könülün münasibətdə olduğu heç kim olmamışdır. O, bacısı ilə 5-10 gündən bir maraqlanırmış, aradabir əlinə düşəndə maddi köməklik də edirmiş. Hadisə baş verən gün o, evdə olarkən xalası ağlayaraq ona Könülün öldürüldüyünü bildirmişdir. Daha sonra o, maşınla Hövsana bacısının qaldığı evə getmiş və bacısının meyitinin ekspertizaya aparıldığını öyrənmişdir. Dərhal ekspertiza mərkəzinə getmiş, meyitə baxdıqda Könül olduğunu və sonuncunun boğazında qançır izlərinin olmasını görmüşdür. Daha sonra məhkəmə iclasında Ş.H.Cəfərov ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, bacısının 1 ədəd nazik sepi, 1 ədəd qızıldan qolbağı həmçinin evdə 3150 manat pulu olmuş, təqsirləndirilən şəxs onları götürmək niyyəti ilə Zərərçəkmiş şəxs öldürmüşdür. Həmçinin Səbuhi adlı şəxsi tanımadığını, bacısından heç vaxt belə bir adamın adını eşitmədiyini, cinayəti törətmiş şəxsin tək olmadığını və bacısını qətlə yetirmiş şəxslərin evə pula görə girdiklərini bildirmişdir. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və sonuncuya elan edilmiş ittiham üzrə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstəmişdir ki, o Könülün qardaşıdır. xx.xx.2023-cü il tarixdə, axşam saat 8-də işdən çıxarkən bacısı Zərərçəkmiş şəxs ilə görüşmüş və razılığa gəlmişlər ki, axşam uşaqları birgə məktəb paltarı almağa aparacaqlar. Axşam bacısına ”WhatsApp” vasitəsi ilə zəng etməsinə baxmayaraq sonuncu telefonunu açmamışdır. Parkda olarkən böyük oğlu ona bibisigilə getməklərini təklif etsə də, o, oğluna bildirmişdir ki, Könüllə razılaşmış özü gələcəkdir. Bu zaman onun telefonuna polisdən zəng gəlmiş, telefonda bacısının evdə yıxıldığını və onların hadisə yerinə gəlmələri xahiş olunmuşdur. O bacısının evinə gələndə, evdə polislərin və otaqda üstü örtülü, yərə uzadılmış vəziyyətdə bacısının cənazəsinin, həmçinin evin dağınıq olduğunu görmüşdür. Məhkəmə iclasında verilmiş suallara Şahid2 cavab olaraq bildirmişdir ki, o təqsirləndirilən şəxsi tanımır, kiminsə Könüldən pul istəməsi və yaxud onu incitməsi barədə sonuncu ona heçnə deməmiş, həmçinin Könül kirayədə qaldığı evdən əşyalarını daşıyanda yük maşınına ödəniş etməyə maddi imkanı olmadığı üçün o, həmin əşyaları öz maşınında hissə-hissə daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qızıdır və o, anasının yeqanə övladıdır. O, 2022-ci ildə Azərbaycanda ailə qurmuş, əri əslən Naxçıvan şəhərindəndir, 5 yaşından Türkiyədə yaşayır. Evləndikdən sonra əri ilə birgə 2022-ci ildə Türkiyəyə getmiş, 2023-cü ildə övladı ilə birlikdə Bakı şəhərinə qayıtmışlar. Hadisə baş verən evdə o, anası ilə 4 ay birlikdə yaşamışdır. Ancaq əri Türkiyədən Bakı şəhərinə gəldikdən sonra o, anasının xahişi ilə əri ilə birgə xalasının yanına həyət evinə köçmüşlər. Onun anası hadisə baş verən evdə kirayədə tək yaşayırmış. Anası ilə yaşadığı müddətdə sonuncunun yanına kiminsə gəlib-getməsini görməmiş və anasının əvvəllər uşaq baxçasında xadiməçi işlədiyini, sonra bir müddət Türkiyəyə gələrək onlarla yaşadığını, daha sonra isə uşaq baxçasından işdən çıxarıldığından evlərdə və oteldə, həmçinin son vaxtlar Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbdə xadiməçi fəaliyyətinə davam etmişdir. O, sonuncu dəfə anasını xx.xx.2023-cü il tarixdə onların evində saat 19 radələrində görmüşdür. Həmin günü anası sonradan evə gedəcəyini, paltarları maşına atıb yuyacağını demiş, evdən getmiş və bundan sonra saat 22 radələrində yoldaşının qonşuluğunda yaşayan dayısının arvadı ona zəng edərək anasının kiminsə tərəfindən öldürüldüyünü bildirmişdir. Telefonda danışdıqdan sonra o, anasının qonşusu Südabə ilə əlaqə saxlamış, nəticədə sonuncu ona anasının öldürüldüyünü demiş və bu xəbərdən sonra o, anasının yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, icarəyə götürdüyü “Hovo” markalı yük avtomaşınla daş daşıyıb ailəsini dolandırırmış. Təqsirləndirilən şəxs onunla qonşu olmuşdur, həmçinin Səbuhinin atası Kazımı da tanıyırmış. Günlərin birində Səbuhidən nə üçün atasının onunla danışmadığını soruşduqda sonuncu onların birlikdə yeyib içdiyinə və onu dəvət etmədiyi səbəbindən atasının ona paxıllığı tutduğunu demişdir. O, öz həyətində usta işinə ehtiyac olduqda Səbuhinin ailə başçısı olduğunu və pula ehtiyacı olduğunu bildiyi üçün ona da iş təklif edirmiş, həmçinin Səbuhinin bir usta kimi gözəl əl qabiliyyətinə sahib olduğunu da bilirmiş. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Səbuhi ilə evinin yanında yolda rastlaşmışlar. Səbuhi ona gedib kafedə pivə içməyi təklif etmiş, amma o içmək istəmədiyi üçün Səbuhiyə pul vermiş və onun tək piyvə içməyə getməsini təklif etsə də, sonuncu onunla razılaşmamışdır. O, Səbuhiyə işi yarımçıq qaldığını, gəlib işini qurtarmasını dedikdə isə, Səbuhi bugün ona dəyməməsini, sabah yüz faiz gəlib işi bitirəcəyini demişdir. Bundan sonra onlar birlikdə «Gəncə» kafesinə gedib orada pivə içmişlər, hesabı da o ödəmişdir. Bundan sonra o, kafedən durub getmiş Səbuhi isə kafedə qalmışdır. xx.xx.2023-cü il tarixdə gəlib işini görməsi üçün Səbuhini nə qədər gözləsə də, sonuncunun gəlmədiyini görüb, mobil telefonuna zəng etdikdə bir nəfər polis əməkdaşı telefona cavab verərək, Səbuhinin adam öldürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, qohumuna məxsus olan Hövsan qəsəbəsində yerləşən çayxananı işlədir. Çayxanada pivə aparatı olduğu üçün, sifariş olanda müştərilər pivə də içirlər. O, Təqsirləndirilən şəxs əsəbi insan kimi tanıyırmış. Bir neçə il bundan əvvəl Səbuhi öz atası ilə çayxanada mübahisə etmiş, atasına ağzına gələni demişdir. O hadisədən sonra Səbuhiyə acığı olmuş, Səbuhi çayxanaya gələndə ona üz vermirmiş. 2023-cü ilin avqust ayının sonlarında Səbuhinin bir qadını qətlə yetirdiyini eşitmişdir. Həmin hadisədən 4-5 gün əvvəl Səbuhi onun işlətdiyi çayxanaya gələrək ona pivə verməsini demişdir. O, isə Səbuhiyə pivə vermək istəmədiyini bildirmişdir. Yalvaryaxardan sonra ofisianta Səbuhiyə pivə verməsini demiş, Səbuhi 4-5 bakal pivə içmiş, lakin pulu olmadığı üçün hesabı sonra gətirib verəcəyini demişdir. Həmçinin Səbuhi həmin günü çayxananın çölündə dəyəri qəpik-quruş olan, kiçik ölçülü köhnə güzgünü də sındırmışdır. Səbuhi boynuna almayaraq, guya güzgünün öz-özünə düşüb sındığını demişdir. Ancaq o güzgünün dəyəri olmadığı üçün Səbuhinin dediklərinə fikir verməmişdir. Daha sonra o çayxanada olmayan zaman Səbuhi yenidən çayxanaya gələrək pivə içmək istədiyini və yenə pulunun olmadığını, sonra gətirib pulu verəcəyini desədə ofisiant ona köhnə borcu bağlamasını deyərək pivə verməmişdir. O həmçinin ifadəsində Səbuhinin sındırdığı güzgünün dəyərinin 3-4 manat olduğunu, içdiyi pivələrə isə 9 manat borclu olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, arvadı X2, qızının ilk həyat yoldaşından olan azyaşlı iki uşaqları və oğlu Səbuhi ilə birlikdə yaşayırmış. Səbuhi ailədidir, 12 və 3 yaşında iki azyaşlı oğlu var. Səbuhinin arvadı Şahid5 əslən İmişli rayonunun Nurlu kəndindəndir. Nuranə məlum hadisədən 2 gün əvvəl uşaqları ilə birlikdə atasının evinə getdiyini bildirmişdir. Səbuhi ilə Nuranə arasında tez-tez mübahisə yaranırmış və mübahisəyə səbəb isə Səbuhinin son 2 il hər gün mütəmadi olaraq spirtli içkilər qəbul etməsi olmuşdur. Səbuhi ev ustasıdır, ancaq işini görəcəyi adamdan son vaxtlar pul alıb, gedib işini görmək əvəzinə içirmiş, camaatın işini görmürmüş. Səbuhinin pulu olmayanda ya ondan, ya da anasından müxtəlif bəhanələrlə pul alırmış. Bir neçə dəfə ona 300 manat pul vermiş, ailə-uşağını kabab yeməyə aparmasını, uşaqlarını gəzdirməsini desə də, pulu alandan sonra gedib avara adamlarla oturub spirtli içki içərmiş. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində o, evdən çıxıb yaxınlıqdakı kafeyə çay içməyə gəlmiş və oğlu Səbuhinin də hazırda adını unutduğu şəxslə oturub yeyib-içdiyini görmüşdür. Onun həmin adamdan acığı gəldiyi üçün Səbuhinin oturduğu stola yaxınlaşmamışdır. Dostları Səbuhinin pulu olduğunu, o sonuncuya pul verdiyini bildikləri üçün ondan əl çəkmirmişlər. Həmin vaxtı Səbuhi kafedə sərxoş olmuş, o da kənarda oturub bir stəkan çay içəndən sonra evə qayıtmışdır. Həmin günü saat 22 radələrində Səbuhi evə gəlmiş, içəri girəndə rəngi boğulmuşdur. Səbuhi oturub peşmançılıq gülüşləri ilə öz-özünə «ayda pulumu ala bilmədimdə, ona görə də öldürdüm» demişdir. Bundan sonra Səbuhi hamama girərək çimmiş, hamamdan çıxandan sonra ətirlənmişdir. O, Səbuhidən «adam öldürən ətirlənir?» soruşduqda, Səbuhi onu nalayiq sözlərlə təhqir edərək, adam öldürdüyünü, təslim olmağa gedəcəyini demişdir. O, kimi öldürdüyünü soruşduqda, Səbuhi ona Könülü öldürdüyünü demişdir. Bir neçə addım gedəndən sonra geri qayıdıb oğlu Məhəmmədə «Məhəmməd anamdan yox, atamdan muğayət ol» demişdir. Səbuhi içəndə anasını istəmirmiş. Buna səbəb isə arvadının aradabir Səbuhinin arvadına qayınanalığını göstərməsi olmuşdur. Ayıq başda olanda isə gəlib anasını qucaqlayıb, üzr istəyirmiş. Bundan başqa Səbuhi təslim olmamışdan əvvəl ona öldürdüyü Könülün ondan 50 manat aldığını, sonra qaytarmaq istəmədiyini, Könülün onların ünvanına nalayiq sözlər dediyi üçün Könülü alt tumanı ilə boğub öldürdüyünü demişdir. O, daha sonra ifadəsində Hövsan qul bazarında günəmuzd fəhlə işlədiyini, təxminən il yarım əvvəl bazarda olanda Zərərçəkmiş şəxs gələrək, ona yük daşınması üçün fəhlə lazım olduğunu demişdir. O da bir neçə fəhlə tanışı ilə birlikdə gedib Könülün yüklərini qaldığı evə daşımışdır. Könülü Hövsan qəsəbəsində tanımayan şəxs olmadığını, Könülün yaxınlarının da ondan imtina etdiyini eşitmişdir. Hətta Könülün qardaşlarının Könüldən imtina etdiklərini, qardaşlarının bacılarından xəbərləri olmadığını da qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla 2011-ci ildə ailə həyatı qurmuş və rəsmi nikahıları vardır. Həmin nikahdan 2012-ci il təvəllüdlü Z.Hüseynov və 2020-ci il təvəllüdlü E.Hüseynov adlı iki azyaşlı övladları var. Təqsirləndirilən şəxsla evləndikdən sonra Bakı şəhəri, Suraxanı rayonu, O.Şabanov küçəsində nömrəsiz evdə yaşamışlar. Atası S.Təhməzov İmişli rayonu, Nurulu kəndində yaşayır, anası Gülayə Təhməzova xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra S.Təhməzov yalnız yaşayır. Sonuncu dəfə atasını 2023-cü ilin fevral ayında görmüş və buna görə də, atasını görmək üçün xx.xx.2023-cü il tarixdə övladları ilə birlikdə Bakı şəhərindən İmişli rayonuna gəlmişlər. Təqsirləndirilən şəxsla münasibəti normal olmuş, onun və övladlarının daim qeydinə qalmışdır. Eyni zamanda qayınatası Şahid3 və qayınanası T.Hüseynova ilə normal münasibəti olmuşdur. Əri Təqsirləndirilən şəxs nadir hallarda spirti içki qəbul edirmiş, sonuncunun qumar və digər zərərli vərdişləri olmamışdır. Səbuhi ilə birgə yaşadığı dövrdə ona və övladlarına yaxşı davranırmış. Hövsan kənd sakini Zərərçəkmiş şəxs tanımır, Səbuhinin hər hansı bir xanımla münasibətinin olmasından məlumatı yoxdur. Sonuncu dəfə Səbuhi ilə xx.xx.2023cü il tarixdə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, istifadəsində mobil telefon olmadığından oğlu Z.Hüseynovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. xx.xx.2023-cü il tarixdə İmişli rayonuna gələcəyini və birlikdə geri dönəcəklərini bildirmiş, həmin tarixdə, saat 23 radələrində Səbuhi oğlu Zamiqin mobil telefonuna zəng etmiş və ona adam öldürdüyünü deyib, telefonu söndürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs telefonunun yaddaşında olan ***-***-**-** nömrəsi ona məxsusdur. Sonuncu onun yaşadığı həyətdə qalırmış. Könül onu bir dəfə çağıraraq aldığı paltaryuyan maşınını evinə çıxarılmasına köməklik etməsini xahiş etmiş, bu səbəbdən də Könüllə tanış olmuş və sonuncu özü nömrəsini ona vermişdir. Könüllə “WhatsApp”-da SMS yazışmaları olmuş, lakin Könüllə heç vaxt cinsi əlaqədə olmamışdır. Sonuncu dəfə Könüllə xx.xx.2023cü il tarixdə yazışmış, ona evinə gəlməsini, təbii şirə almasını demişdir. O da yoldan təbii şirə alıb Könülün yaşadığı evə getmişdir. Həmin vaxtı Könül evdə tək olmuş, təbii şirəni qapıdan verib çıxmışdır. O, həmin vaxtı evə daxil olmamış, nədə ki, Könüllə heç vaxt cinsi əlaqədə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı Şahid13 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə işdə olarkən, saat 22 radələrində Təqsirləndirilən şəxs polis şöbəsinə gələrək Könül adlı bir qadını qətlə yetirdiyini bildirmiş və həmin mənzilin açarlarını ona təqdim etmişdir. O, əməliyyat qrupu ilə hadisə yerinə getmiş, evdə üzəri örtülü və uzanılmış vəziyyətdə qadın meyidi görmüşdür. Həmçinin meyidin sinə hissəsində telefonun və divanın üzərində açıq pul qabının olduğunu da görmüşdür. Onlar heç nəyə toxunmadan hadisə yerini mühafizə etmişlər. Məhkəmə iclasında verilmiş suallara Şahid13 cavab olaraq evin içərisinin dağınıq olmadığını, həmçinin evdən hər hansı əşyanın itməsi barədə şikayətin daxil olmadığını bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təqsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, hadisə baş verən ünvan yəni, ünvan 2 O, Könül adlı qadını təsadüfən tanımış, kirayə ev axtardığı üçün o, da 5-6 ay olar ki, ayı 230 manat olmaqla evini Könülə kirayəyə vermişdir. Könül ona evdə qızı, yeznəsi və nəvəsi ilə birlikdə yaşayacağını demişdir. Könül kirayə pulunu yarı-yarı və ya bütöv ödəyirmiş, pulu ona kart vasitəsi ilə köçürürmüş. O, İsmayıllı rayonunda məskunlaşsa da, hazırda Laçın rayonunda yaylaqda iri-xırda buynuzlu heyvanlarına baxır və Laçında qalır. xx.xx.2023-cü il tarixdə qardaşı ona zəng edərək, polisdən zəng olunduğunu, evdə hadisə baş verdiyini deyərək tez Bakıya gəlməsini bildirmişdir. O, da Laçın rayonunda çıxıb birbaşa Bakı şəhərinə, 30-cu PŞ-nə gəlmiş, orada ona evində kirayədə yaşayan Könülün boğularaq öldürdüyünü bildirmişlər. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təqsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid8 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs telefonunun yaddaşında olan ***-***-**-** nömrəsi ona məxsusdur. O, hər gecə işdən sonra taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə o, Könüllə öz avtomobilində tanış olmuş, Könül ona sərnişin kimi əl etmiş, maşınına oturmuşdur. Könül Hövsanda maşına minmiş, “pekarnı” tərəfdə düşüb, qızıgilə getmişdir. Həmin vaxtı onunla tanış olmuş, mobil nömrəsini Könül özü ona vermişdir. Lakin o, heç vaxt Könüllə cinsi əlaqədə olmamış, nədə ki, onun qaldığı evə getməmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid10 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təqsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid10 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs telefonunun yaddaşında olan ***-***-**-** nömrəsi ona məxsusdur. O, Könüllə təxminən 4 ay əvvəl Hövsan qəsəbəsində yerləşən parkda tanış olmuş, tanış olan günü də mobil nömrəsini Könül özü ona vermişdir. O, heç vaxt Könülün evində olmamış, nədə ki, onunla heç vaxt cinsi əlaqədə olmamışdır. xx.xx.2023-cü il tarixdə Könül öz şəkilini çəkib “WhatsApp”-da statusa qoymuşdur. O isə xx.xx.2023-cü il tarixdə Rusiyada olmuş və Könülə Rusiyadan zarafatyana «Bombalaşmısan haa» məzmunlu mesaj yazmışdır. xx.xx.2023-cü ildə isə Bakıya gəlmişdir. Könül onun SMS-nə bu günədək cavab verməmiş, həmçinin Könülün ölümündən bu günədək xəbəri olmamışdır. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşu olmuşdur. Könülün qızı Ləmanın Türkiyədə ərdə olduğunu və nəvəsinin olduğunu bilirmiş. Arada bir qızı nəvəsi ilə birlikdə gəlib Könülün yanında qalırmışlar, lakin son vaxtlar Könül tək qalırmış. Könüllə qonşu olaraq aralarında heç vaxt ədavət, dava-dalaşı olmayıb. Könül tək qadın olduğu üçün və tənha yaşadığı üçün öz həyatını ürəyi istədiyi kimi yaşayan qadın olmuşdur. Təqsirləndirilən şəxs adlı şəxsi ümumiyyətlə tanımır. Hadisə günü yəni, xx.xx.2023-cü il tarixdə bütün günü evdə olmuş, blokda və ya Könülün evində heç bir səs-küy, dava-dalaş səsləri eşitməmişdir. Axşam saatlarında eyvana çıxıb siqaret çəkəndə polis maşınlarının blokun qabağında durduğunu görmüş, nə baş verdiyi ilə maraqlananda polislər ona qonşu Könülü tanışı evində boğub öldürdüyünü bildirmişlər. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid9 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs telefonunun yaddaşında olan ***-***-**-** nömrəsi ona məxsusdur. Təxminən 2 il əvvəl Hövsan qəsəbəsində yerləşən «7 gözəl» parkında Könüllə tanış olmuş, ayrı-ayrı vaxtlarda Könülün kirayədə qaldığı evində 15-20 manat pul qarşılığında 2-3 dəfə Könüllə cinsi əlaqədə olmuşdur. Könül hər dəfəsində özü evdə tək olmuş, qonşular qapının səsini eşitməməsi üçün qapını açıq qoyurmuş. O da qapını sakit açıb, onunla görüşüb çıxıb gedirmiş. Sonuncu dəfə Könüllə 4-5 ay əvvəl cinsi əlaqədə olmuşdur. xx.xx.2023-cü ildə isə Könülün “WhatsApp“-da SMS yazaraq, hal-əhval tutmuşdur. Cinayət işinin 1-ci cild 11-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nə könüllü gələrək təslim olmuşdur. Cinayət işinin 1-ci cild 31-32-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutlmuşdur. Cinayət işinin 1-ci cild 65-66-cı vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 103-105-ci vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 120-121-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 1-2-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞ-nin canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 772 saylı eskpert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət aşkar edilmədi. Cinayət işinin 2-ci cild 3-6-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞ-nin meyitin ekspertizasının xx.xx.2023-cü il tarixli, 110 saylı ekspert rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: boyunda 1 ədəd köndələn, basılmış, qapanan stranqulyasiya şırımı və solda 2, 3, 4-cü qabırğaların yerinidəyişən sınıqları, çənəaltı nahiyənin qançırı, sağ saidin, alın nahiyyəsinin, burun kökünün sıyrığı. 2. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə əmələ gələ bilərlər. Stranqulyasiya şırımı boyuna ilgək salınmaqla sıxılma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir və baş vermiş ölümlə bilavasitə səbəbli əlagəlidir. Qeyd edilən solda 2, 3, 4-cü qabırğaların yerinidəyişən sınıqları və sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, canlı şəxslərdə 2, 3, 4-cü qabırğaların yerinidəyişən sınıqları hər biri ayrıayrılıqda və ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına s�戂夀戂 漀氀愀渀 猀愀ἀ氁愀洀氀“ἁ愁 䄀娀 䄀Ḁ䤁刀 稀夀爂夀瘂甀爀洀愀礀愀 愀椀搀搀 椀爀氀夀爂㬀 焀愀渀“爁 瘀夀 猀“礁爀“焁氀愀爀 栀夀爂 戀椀爀椀 愀礀爀“ⴁ愀礀爀“氁“焁搀愀 瘀夀 洀甀洀椀氀椀欀搀夀 猀愀ἀ氁愀洀氀“ἁ愁 稀夀爂夀爂瘀甀爀洀愀礀愀渀Ⰰ 搀夀爂夀挂夀猂椀 琀夀礂椀渀 攀搀椀 氀洀夀礂夀渂 砀夀猂愀爀夀琂氀夀爂椀渀 夀氂愀洀夀琂氀夀爂椀渀夀 洀愀氀椀欀搀椀爀氀夀爂 瘀夀 戀愀开 瘀攀爀洀椀开 氀洀氀夀 猀夀戂夀戂氀椀 夀氂愀最夀氂夀爂椀 礀漀砀搀甀爀⸀ ㌀⸀ 䬀⸀䠀⸀䌀夀昂夀爂漀瘀愀渀“渁 氀洀渀夀 戀漀礀甀渀 稀瘀氀夀爂椀渀椀渀 椀氀最夀欂氀夀 猀“码“氁洀愀猀“ 渀夀琂椀挀夀猂椀渀搀夀 戀愀开 瘀攀爀洀椀开 洀攀砀愀渀椀欀椀 愀猀昀椀欀猀椀礀愀 猀夀戂夀戂 漀氀洀甀开 搁甀爀⸀ 혀氀洀 洀攀礀椀琀 洀攀礀椀琀砀愀渀愀搀愀 洀愀礀椀渀夀 漀氀甀渀搀甀ἀ甁 瘀愀砀琀搀愀渀 琀夀砂洀椀渀夀渂 ㌀ⴀ㔀 猀愀愀琀 夀瘂瘀夀氂 戀愀开 瘀攀爀夀 戀椀氀夀爂搀椀⸀ 㐀⸀ 匀琀爀愀渀焀甀氀礀愀猀椀礀愀 开“爁“洁“渁“渁 氀漀欀愀氀椀稀愀猀椀 礀愀猀“渁愀 瘀夀 砀猀甀猀椀礀礀夀琂氀夀爂椀渀夀 夀猂愀猀夀渂 搀攀洀夀欂 漀氀愀爀 欀椀Ⰰ 栀夀洂椀渀 砀夀猂愀爀夀琂 攀欀猀瀀攀爀琀 椀稀愀礀愀 琀夀焂搀椀洀 攀搀椀氀洀椀开 琀甀洀愀渀搀愀渀 栀愀稀“爁氀愀渀洀“弁 椀 氀最夀欂 琀夀猂椀爀椀渀搀夀渂 夀洂夀氂夀 最夀氂洀夀猂椀 椀渀欀愀爀 漀氀甀渀洀甀爀⸀ 㔀⸀ 䬀⸀䠀⸀䌀夀昂夀爂漀瘀愀 砀夀猂愀爀 夀琂 愀氀愀爀欀夀渂 洀砀琀夀氂椀昀 搀甀爀甀开 瘀夀稂椀礀礀夀琂氀夀爂椀渀搀夀 漀氀愀 戀椀氀夀爂搀椀⸀ 㘀⸀ 䬀⸀䠀⸀䌀夀昂夀爂漀瘀愀搀愀 栀愀洀椀氀夀氂椀欀 瘀夀 挀椀渀猀椀 夀氂愀最夀搂夀 漀氀洀愀焀 夀氂愀洀夀琂氀夀爂椀 愀开欁愀爀 攀搀椀氀洀夀搂椀⸀ 㜀⸀ 儀愀爀开“氁“焁氀“ 洀戀愀爀椀稀夀渂椀渀 琀夀礂椀渀椀 洀夀栂欀夀洂夀ⴂ琀椀戀戀 攀欀猀瀀攀爀琀椀渀椀 渀 猀夀氂愀栀椀礀礀夀琂椀渀夀 愀椀搀 搀攀礀椀氀搀椀爀⸀ 㠀⸀ 䬀⸀䠀⸀䌀夀昂夀爂漀瘀愀渀“渁 洀攀礀椀琀椀渀搀夀渂 最 琀爀氀洀开 焀愀渀搀愀 洀夀栂欀夀洂夀ⴂ欀椀洀礀愀 琀夀栂焀椀焀愀琀“ 渀夀琂椀挀 夀猂椀渀搀夀 洀攀琀椀氀Ⰰ 攀琀椀氀Ⰰ 瀀爀漀瀀椀氀Ⰰ 戀甀琀椀氀 瘀夀 愀洀椀氀 猀瀀椀爀琀氀夀爂椀Ⰰ 戀愀爀戀椀琀甀爀 琀甀爀开甁猀甀 琀爀夀洂夀氂夀爂 椀Ⰰ 愀氀欀漀氀漀椀搀氀夀爂 ⠀栀夀洂椀渀椀渀 琀椀爀礀夀欂 焀爀甀瀀甀⤀Ⰰ 昀攀渀 漀琀椀愀稀椀渀Ⰰ 昀攀渀椀氀欀椀氀愀洀椀渀 焀爀甀瀀甀渀愀 愀椀搀 漀氀愀渀 愀洀昀攀 琀愀洀椀渀 瘀夀 洀攀琀愀洀昀攀琀愀洀椀渀Ⰰ 瀀椀爀愀稀漀氀漀渀Ⰰ “Ⰰ㐀 戀攀渀稀漀搀椀愀稀攀瀀椀渀 琀 爀夀洂夀氂夀爂椀 瘀夀 猀愀氀椀猀椀氀愀琀氀愀爀 愀开欁愀爀 攀搀椀氀洀夀洂椀开搁椀爀⸀� Cinayət işinin 2-ci cild 7-10-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1415 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus” yazı qeydləri olan bağlamadan aşkar edilmiş 1 ədəd donun, 1 ədəd alt tumanınn və üzərində “Təqsirləndirilən şəxs məxsus” yazı qeydləri olan bağlamadan aşkar edilmiş 1 ədəd köynəyin, 1 ədəd şalvarın səthində trasoloji zədə yoxdur. Cinayət işinin 2-ci cild 11-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4817 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin 2-ci cild 8 və 12-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 77 manat və 89 manat, ümumilikdə 166 manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 42-ci vərəqəsində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi-müayinə xx.xx.2023-cü il tarixli, 2/29550 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:55-də yüngül dərəcəli sərxoş olmuşdur. Cinayət işinin 2-ci cild 16-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 6209 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin və xroniki alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən və xroniki alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və xroniki alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 19-23-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Exspertiza Mərkəzi” ekspertizasının xx.xx.2023-cü il tarixli, 2820 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinı dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin ölçüb-biçmək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakteri, ictimai təhlükəlilivini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik çizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etrnək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisəni adekvat olaraq qavramaq, təsvir etmək və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik müəyyən olunmadı. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təhqirə qarşı həssaslıq, emosionallıq, çılğınlıq, qəfil hərəkətlərə meyillilik, kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində emosional reaksiya yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 2-ci cild 48-62-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd qadın alt tumanı, 1 ədəd qara-güllü don, qoltuqaltının üzərində olan pulqabı, 1 manat pul, “Leobank”, “Araz” supermarket, metro kartları, işıq, su sərfiyyatına dair ödəmə qəbzləri, həmçinin Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd qara rəngli idman şalvarı və 1 ədəd ağ rəngli köynək maddi sübut kimi tanınmış və Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmışdır. Cinayət işinin 1-ci cild 175-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 5 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş; 2) Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5ci maddəsi tətbiq edilməklə 8 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 183-189-cu vərəqlərində olan telefon zənglərinin siyahısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə hadisə günündən bir ay əvvələ eldə edilmiş telefon məlumat siyahısına əsasən xx.xx.2023-cü il tarixdən Hövsan qəsəbəsində yerləşən anten dairəsindən zəng gəlmişdir. Hadisədən 1 gün əvvəl xx.xx.2023-cü il tarixdə, saat 21:01-də, sonuncu dəfə isə yəni, hadisə baş verən günü xx.xx.2023-cü il tarixdə, saat 17:53, 20:22, 20:27, 20:31, 20:35 və 20:38 dəqiqələrdə həmin anten dairəsindən Təqsirləndirilən şəxs telefon nömrəsindən Zərərçəkmiş şəxs telefon nömrəsinə zənglər daxil olmuşdur. Həmçinin Bakcell MMC-dən daxil olmuş 01 ədəd diskə Təqsirləndirilən şəxs zənglər siyahısına baxış keçirtdikdə yuxarıda göstərilən eyni tarix və saatlarda onun Zərərçəkmiş şəxs zənglər etməsi bir daha təsdiq olunmuşdur. Cinayət işinin 1-cild 145-ci vərəqəsində olan AZ-İ seriyalı, № 829038 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxsla Şahid5 arasında xx.xx.2013-cü ildə nikah bağlanmış və ərə Hüseynov arvada isə Hüseynova soyadı verilmişdir. Cinayət işinin 1-ci cild 146-147-ci vərəqələrində olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X10 xx.xx.2011-ci il tarixdə və X11 xx.xx.2020-ci il tarixdə anadan olmuşlar, ataları Təqsirləndirilən şəxs, anaları isə Şahid5dır. Cinayət işinin 2-ci cild 38-ci vərəqəsində olan Suraxanı RİHB-nin Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı dövrdə onun barəsində qəsəbə nümayəndəliyinə hər hansı bir şikayət daxil olmamışdır. Cinayət işinin 2-ci cild 39-cu vərəqəsində olan Suraxanı RİHB-nin Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2590 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı Şahid5, uşaqları Z.S.Hüseynlidən və E.S.Hüseynlidən ibarətdir. Cinayət işinin 1-ci cild 80-81-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, S.H.Cəfərov cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Bununla da məhkəmə iclasında müəyyən edilir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs tamah məqsədi ilə qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə ittihamı vermişdir. Amma məhkəmə hesab edir ki, iş materiallarında olan və ibtidai istintaq orqanın istinad etdiyi sübutların hər hansı biri Təqsirləndirilən şəxs məhz tamah məqsədi ilə qəsdən adam öldürmə cinayətini törətməsi qənaətinə gəlinməsinə kifayət etmir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı tamah niyyəti ilə şəxsi qəsdən öldürmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Belə ki, Təqsirləndirilən şəxs istər məhkəməyədək ibtidai istintaq dövründə və istərsədə məhkəmə iclaslarında Zərərçəkmiş şəxs yaşadığı mənzilə gedərkən və ya orada olan zaman tamah niyyətinin olmamasını, sonuncuya verdiyi borc pulun geri qaytarması məqsədilə oraya getməsini, Zərərçəkmiş şəxs mülkiyyətində hər hansı daşınar və daşınmaz əmlakdan, eləcə də sonuncunun üzərində zinət əşyasının və pulunun olması barədə məlumatının olmaması məsələsini tərəddüdsüz olaraq vurğulamış, tamah niyyəti ilə bağlı ittihamı qəbul etməyərək, zərərçəkmiş şəxsi həyatdan məhrum etməsinin yeganə səbəbi kimi sonuncunun onun valideynlərini ağır şəkildə təhqir etməsi və onların əleyhinə nalayiq ifadələr işlətməsi nəticəsində güclü əsəb və sarsıntı keçirməsini, hətta yüngül dərəcəli sərxoş olmasını etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qardaşı Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, mərhum Könül kirayədə qaldığı evdən əşyalarını daşıyanda yük maşınına ödəniş etməyə maddi imkanı olmadığı üçün o, həmin əşyaları öz maşınında hissə-hissə daşımışdır. Bundan əlavə məhkəmə iclasında şahid qismində dindirilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı Şahid13 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yerinə ilkin baxış zamanı evin içərisi dağınıq olmamış, həmçinin hadisədən sonra həmin evdən hər hansı bir əşyanın(pul, qızıl zinət əşyası) itməsi barədə zərəçəkmiş şəxsin qohumlarının şöbəyə hər hansı şikayəti və müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli Qərarının 3-cü bəndinin 2-ci hissəsində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi (120.2.5-ci maddə) o, vaxt tövsif edilə bilər ki, bu əməl təqsirkarın özü və başqası üçün hər hansı maddi mənfəət (pul, əmlak, mənzil sahəsinə hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borc qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olsun. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsinin şərhinə əsasən tamah motivi ilə adam öldürmə təqsirkarın özü və ya başqası üçün hər cür maddi mənfəət (pul, əmlakn, əmlaka olan hüquq, mənzil sahəsinə olan hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borcunu qaytarmaqdan, aliment verməkdən və s.) yaxa qurtarmaq, yaxud da sair tamah niyyəti ilə başqa şəxsi həyatdan məhrum etdiyi hallarda mövcud olur. Əməlin tamah niyyəti ilə adam öldürmə kimi qiymətləndirilməsi üçün zərərçəkmiş şəxsin yaşının, sosial statusunun, vəzifəli şəxs, əmlakın mülkiyyətçisi, yaxud sahibi olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Tamah motivi ilə qəsdən adam öldürən şəxs nəinki özünün şəxsi mənfəəti, həm də taleyi ilə maraqlı olduğu başqa şəxslərin mənfəəti, habelə özünün və ya həmin şəxslərin hər cür maddi xərclərdən yaxa qurtarmalarına nail olmaq niyyətilə cinayət törədir. Əməlin tamah motivi ilə qəsdən adam öldürmə kimi tövsif edilməsi üçün təqsirkarda tamah niyyəti cinayəti törətməzdən əvvəl, yaxud törədən anda yaranmalıdır. Əgər tamah niyyəti olmadan başqa şəxsi qətlə yetirdikdən sonra təqsirkar zərərçəkmiş şəxsə məxsus olan pulu, qiymətli əşyaları və s. Götürərsə, onun əməli tamah niyyəti olmadan qəsdən adam öldürmə və əməlin xüsusiyyətlərindən asılı olaraq əmlakı talama cinayətlərindən biri kimi cinayətlərin məcmusu qaydasında tövsif edilməlidir. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs əməlində məhz tamah niyyətinin olmasını, maddi mənfəət və ya sonuncuya məxsus hər hansı əmlakın əldə etməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Həmçinin iş üzrə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və ya törədən zaman zərərçəkmiş şəxsə aid hər hansı əmlakı əldə etmək niyyətinin olmasıda sübuta yetirilə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin evinə daxil olaraq onun qəsdən həyatdan məhrum etməsinin tamah niyyəti ilə olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də əməl onun özü və başqası üçün hər hansı maddi mənfəət, pul, əmlak, mənzil sahəsinə hüquq əldə etməsi və ya maddi xərclərdən, borc qaytarmaqdan, aliment verməkdən yaxa qurtarmaq, yaxud sair tamah niyyətilə edilmiş olmasıdır. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tamah niyyəti ilə öldürdüyünə dəlalət edir” kimi əsassız qənaətə gəlmişdir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsi digər mötəbər sübutların olmadığı bir halda əməlin tamah niyyəti ilə törədilməsi kimi qiymətləndirilməsi üçün əsas vermir. Bununla da, məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, canlı şəxsin və meyitlərin ekspertizalarının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş tamah məqsədi ilə qəsdən adam öldürməklə zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməsi barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Bunula da, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən öldürməsi kriteriyasından yanaşılıb onun əməlinin tamah məqsədilə qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs tamah məqsədilə qəsdən adam öldürməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X16rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materiallarını tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə - doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin“59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda“və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin“dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmamış iki uşağının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır(1-ci cild 11 i/v). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı Şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd qadın alt tumanı, 01 ədəd qara güllü don, 01 ədəd pulqabı, 01 manat pul, “Leobank”, “Araz” supermarket, metro kartları, işıq, su sərfiyyatına dair ödəmə qəbzləri zərərçəkmiş şəxsin hüquqi varisi Ş.H.Cəfərova, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd qara rəngli idman şalvarı və 01 ədəd ağ rəngli köynək sonuncuya qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 166 manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı Şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd qadın alt tumanı, 01 ədəd qara güllü don, 01 ədəd pulqabı, 01 manat pul, “Leobank”, “Araz” supermarket, metro kartları, işıq, su sərfiyyatına dair ödəmə qəbzləri zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Nokia” markalı mobil telefon, 01 ədəd qara rəngli idman şalvarı və 01 ədəd ağ rəngli köynək sonuncuya qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcinin cəmi – 166 (bir yüz altmış altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar