Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1271/2021 26.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakı ilə, 2 fevral 2000-ci il tarixdə Ağsu rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan səxsi qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir: belə ki, əvvəllər ailə münaqişəsi zəminində aralarında baş vermiş mübahisələr səbəbindən qisas almaq məqsədi ilə doğma atası Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib niyyətini həyata keçirməkdən ötrü 13 fevral 2021-ci il tarixdə saat 21 radələrində birgə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsində yerləşən 85 nömrəli evin qarşısındakı dəmir boruda gizlətdiyi məlum olmayan bıçaqla silahlanaraq evin həyət qapısını döymüş, həmin vaxtı qapını açan atası Zərərçəkmiş şəxs ağır dərəcəli sərxoşluq halında olması səbəbindən ona müqavimət göstərmək iqtidarında olmadığını görüb onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs üzərinə hücum edərək sonuncuya xüsusi ağrılar və əzab verdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə onun bədəninin müxtəlif nahiyələrinə əlindəki bıçaqla ardıcıl çoxsaylı zərbələr vuraraq ona boyunun yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan boyunun sol yan səthinin iki ədəd, boyunun arxa səthinin bir ədəd, başın yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan alın nahiyəsinin iki ədəd, sol təpə nahiyəsinin iki ədəd, ənsə nahiyəsinin iki ədəd, sifətin yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan sol almacıqyanaq-çənə nahiyəsinin yeddi ədəd, çənə qabarı nahiyəsinin bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən üç ədəd, sol bazu oynağı nahiyəsinin üç ədəd, sol bazunun bir ədəd, sol saidin bir ədəd, sağ saidin bir ədəd deşilmiş-kəsilmiş; sağ mil-bilək oynağı nahiyəsinin iki ədəd, sağ əlin 1-ci barmağının bir ədəd, İİ barmağının bir ədəd, İV barmağının bir ədəd, sağ əlin ovuc səthinin bir ədəd, sol əlin İİ barmağının iki ədəd, İİİ barmağının bir ədəd, İV barmağının bir ədəd hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmamn əlamətlərinə malik kəsilmiş, sol daxili və xarici yuxu arteriyalarının, sol daxili və xarici vidaci venaların, sol qulaqdibi vəzin yaralanması ilə müşayiət olunan sol qulaqönü nahiyənin bir ədəd, sol qulaq seyvanının sol gicgah nahiyəsinə keçən iki ədəd, udlağın, traxeyanın və qida borusunun daxilinə keçən boyunun ön səthinin iki ədəd, onurğa beyninin boyun şöbəsinin 1-ci seqmentinin zədələnməsi ilə müşayiət olunan boyunun arxa səthinin onurğa kanalına keçən bir ədəd dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmamn əlamətlərinə malik deşilmiş-kəsilmiş, ümumilikdə qırx iki xəsarət yetirərək Zərərçəkmiş şəxs köməksiz vəziyyətdə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməmimiş və Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağsu rayonunun, Qaraqaşlı kəndində anadan olmuş, ailədə 4 övladdırlar; iki bacısı və bir qardaşı var; üçüncü sinfə qədər təhsilini Qaraqaşlı kənd 5 saylı tam orta məktəbində almış, sonra isə 5-ci sinfə qədər təhsilini Bakı şəhərində yerləşən 215 saylı tam orta məktəbdə bitirmiş, uşaqlıq illərindən etibarən atası Zərərçəkmiş şəxs mütəmadi olaraq spirtli içki qəbul edərək spirtli içki aludəçisinə çevrilmiş, tez-tez evə gələrək onları incitmiş, əl qaldırmış, arada xəsarət yetirərək əzablar vermis, o, 5-ci sinfdə oxuyan zaman atası bacısı Aysuya təcavüz etmiş, atası tez-tez ananısını döymüş, bir gün bu səbəbdən anası çıxıb nənəsinin evinə getmiş, bacısı Aysu isə həmin vaxtlar evdə olmuş, atası fürsətdən istifadə edib bacısı Aysuya qarşı əxlaqsız hərəkət etmiş, bu barədə onlar Ağsu rayon polis şöbəsinə müraciət etmiş, lakin sonradan şikayət ərizəsini geri götürmüşlər, təxminən 10 il öncə atası yol nəqliyyat hadisəsi törətmiş, həmin hadisə vaxtı İvan adında sərnişin ölmüş, bu səbəbdən atası barəsində cinayət işi başlanmış, məhkəmə qərarı ilə barəsində bir neçə aylıq azadlığın məhdudlaşdırılması barədə qərar çıxarılmış, bu hadisələrdən sonra o məktəbdəki təhsilini yarımçıq qoyaraq işləməyə başlamış, ilk zamanlar o, Bakı şəhəri ərazisində yerləşən şadlıq saraylarında operator köməkçisi işləmiş həmin ərəfədə onlar Sabunçu qəsəbəsinə nənəsi Reyhanın yaşadığı evə köçmüş, atası azadlığa çıxdıqdan sonra anası atasını bağışlamış, atası Qaraçuxur qəsəbəsində kirayə ev tutmuş, onları oraya köçürmüş, həmin zaman artıq bacısı Aysu evlənərək ər evinə köçmüş, o, qardaşı və digər bacısı subay olmuşlar, uzun müddət Qaraçuxur qəsəbəsində yaşadıqları zaman atası öz əməllərindən əl çəkməyərək mütəmadi olaraq spirtli içki içərək onlara əl qaldıraraq döyüb əzablar vermis, atası ilə evdə dalaşan zaman ailəsi bir müddətlik nənəsinin yaşadığı evə köçmüş, lakin bir müddət sonra anası hər dəfə atasını bağışladıqdan sonra yenidən öz evlərinə qayıdıb birlikdə yaşamağa davam etmiş, atası cavanlıq illərindən fəhlə və sürücü işləməsinə baxmayaraq heç zaman onların tərbiyələri ilə məşğul olmamış, qayğılarına qalmamış, həmin ərəfədə bacısı Fidan ərə getmiş, qardaşı Cavidan isə evlənmiş, bacısı Fidan ailə qurduqdan sonra Kürdəmir rayonuna köçür və hal-hazırki vaxtadək orada yaşayır. Qardaşı Cavidan isə evləndikdən sonra onlar bir müddət Cavidanın arvadının Qaraçuxur qəsəbəsindəki evində yaşamış, 2020-ci ilin may ayında onlar Ağsu rayonundakı baba evlərini satıb Balaxanı qəsəbəsində ev alaraq oraya köçmüş, atası həmişəki kimi öz əməllərindən əl çəkməmiş, mütəmadi olaraq xırda məsələlərə görə evdə mübahisə yaratmış, təhqiredici sözlər işlətmiş, onları evdən qovmuşdur. O, cavan yaşlarından etibarən işləmiş, evə pul gətirib ailələrini dolandırmış, ataları onların qədrini bilməmiş, öz əməllərini davam etmiş, atasının hərəkətləri artıq onu yormağa başlamış, atasının illər ərzində onlara elədiklərinə görə onu cəzalandırmaq istəyi yaranmış, son zamanlar atasının bacısı Aysuya qarşı elədiyi hərəkət tez-tez yadına düşmüş, bütün bu hadisələr onda artıq atasına qarşı nifrət hissi oyatmış, atası Cavanşiri öldürmək qərarına gəlmişdir, bu səbəbdən, hadisədən təxminən 20 gün əvvəl Balaxanı qəsəbəsində yerləşən dükanların birindən mətbəx bıçağı almış, həmin mətbəx bıçağını evlərinin solunda yerləşən dalandakı boruların birində gizlətmiş, bu müddət ərzində atasına qarşı hisslərinin dəyişilməsini istəsə də daxilən onda alınmamış, hər dəfə atası ilə evdə baş verənlər onu hiddətləndirmiş və atasını öldürmək qərarını daha da kəskinləşdirmişdir, hadisədən təxminən 3 gün əvvəl atası içkili vəziyyətdə qardaşı Cavidanla evdə mübahisə etmiş və əlbəyaxa olmuşlar, atası onları evdən qovmaq məqsədi polis orqanlarına zəng vurmuş, lakin onların evi tərk etməklərini görüb atası şikayətini geri götürmüşdür, həmin 3 gün ərzində onlar Sabunçu qəsəbəsində nənəsi Reyhanın evində qalmışlar, o, artıq dözə bilmədiyini düşünmüş, atasına layiqincə cavab vermək istəyini həyata keçirmək istəmiş, bu səbəbdən 13 fevral 2021-ci il tarixdə axşam saat 20 radələrində Sabunçu qəsəbəsindən çıxaraq Balaxanı qəsəbəsinə evlərinə gəlmiş, evə çatdıqda evlərinin yanındakı dalanda olan borudan bıçağı götürmüş, çöl qapıya yaxınlaşaraq qapı zəngini basmış, evlərinin qapısından 2 metr aralıqda dayanmış atasının çölə çıxmasını gözləmiş, bir neçə saniyə sonra atası Cavanşir qapını açaraq çölə çıxmış, həmin zaman atasının sərxoş olması hiss olunmuş, atası darvazadan çölə çıxan kimi o, sağ əlindəki mətbəx bıçağı ilə atasının boyun nahiyəsindən ilk xəsarəti yetirmiş, bu zaman atası ona “mən sənin atanam” cümləsini işlətmiş, lakin o, atasının sözlərinə məhəl qoymayaraq ardıcıl olaraq bıçaq xəsarətlərini atasının baş, boyun və bədən nahiyələrinə yetirməyə davam etmiş, təxminən 5-6 bıçaq zərbəsindən sonra atası huşunu itirərək yerə yıxılmış, atasının artıq öldüyünü görüb o hadisə yerindən uzaqlaşmış, Balaxanı qəsəbəsində yerləşən qəbiristanlığa gəlmiş və cinayətin aləti olmuş bıçağı qəbirlərin birinin arxasında torpaqda gizlətmiş, bıçağı gizlətdikdən sonra nənəsigilə Sabunçu qəsəbəsinə gəlmiş, nənəsigilə gəldikdə nənəsi Reyhanın artıq hadisə barədə xəbəri olmuş, Reyhan onun üst başındakı qan izlərini gördükdən sonra polis orqanlarına təslim olmağını məsləhət görmüş, o, evdə əl-üzünü yuyaraq bacısı Aysunun yaşadığı Xırdalan qəsəbəsindəki evinə gəlmiş, evə çatdıqda bacısı Aysu ondan hadisəni onun törədibtörətmədiyini soruşmuş, o, bacısı Aysuya etiraf etdikdən sonra onlar avtomobilə minib Sabunçu RPİ-nin 12-ci PŞ-si istiqamətində yola çıxmışlar. Yolda olduqları zaman polis əməkdaşları onları saxlamış və o polislərə təslim olaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gəlmişdir. Hadisə vaxtı ətrafda heç kəs olmamış, atası Cavanşirə xəsarətləri yetirən zaman sonuncu ona müqavimət göstərməmiş və köməyə heç kəsi çağırmamışdır. Atası Zərərçəkmiş şəxs öldürməsi ilə bağlı ona heç bir təhrik olmamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma qardaşı, Təqsirləndirilən şəxs isə doğma qardaşı oğludur. X7 Şükürova ilə ailə həyatı qurmuş, birgə nikahlarından 4 övladları dünyaya gəlmişdir. Qardaşı Cavanşir övladları Cahangir və Cavanşirlə birlikdə fəhlə işləmişdir. Cavanşir uzun müddətdir ki spirtli içki aludəçisi olmuş, onun qardaşları ilə birgə Cavanşirin ailəsinə bir o qədərdə get-gəlişləri, isti münasibətləri olmamışdır. Qardaşı Cavanşir uzun müdət ailəsinə, uşaqlarına əzab-əziyyət vermiş, qazandığı pulları ailəsinə verməmiş, spirtli içkilərə xərcləmiş, uşaqlarını incitmiş, uşaqlarını və arvadını tez-tez döymüşdür, ümumiyyətlə qardaşı Zərərçəkmiş şəxs xasiyyətcə pis adam olmuş, heç kimlə yola getməmiş, aqressiv xasiyyətə malik olmuş, bütün ailə üzvləri ilə əzazil rəftar etdiyindən və onları bezdirdiyindən qardaşı Cavanşirlə görüşməmişlər və ünsiyyət saxlamamışlar. Təqsirləndirilən şəxs - qardaşı oğlu Təqsirləndirilən şəxs qınamır, bütün günahları qardaşı Cavanşirdə görür, qardaşı oğlu Cahangir xasiyyətcə sakit, mülayim, təmkinli, tərbiyəli cavan oğlan olmuş, bütün ailə üzvləri onu çox istəyir, atası Cavanşiri çoxsaylı bıçaq xəsarətləri yetirməklə öldürməsinin səbəbi isə sonuncunun bütün ailə üzvlərini, o cümlədən Cavanşiri bezdirməsi, onlara əzab-əziyyət və zülm verməsi olmuşdur, ona görə də bütün ailə üzvləri, o cümlədən o özü də Təqsirləndirilən şəxs bağışlayır, ona qarşı şikayəti və tələbi yoxdur və məhkəmədən ona qanunla mümkün olan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri, Təqsirləndirilən şəxs isə onun doğma oğludur. Zərərçəkmiş şəxsla 1992-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından 4 övladları: 1992-ci il təvəllüdlü Aysu Şükürlü, 1994-cü il təvəllüdlü Fidan Şükürlü, 1995-ci il təvəllüdlü Cavidan Şükürlə və 2000-ci ii təvəllüdlü Təqsirləndirilən şəxs. Dünyaya gəlmişlər, hal-hazırda Neft Emalı zavodunda xadimə işləyir. Əri Cavanşir sağlığında fəhlə işləmiş, övladları Cahangir Cavidan isə pandemiyadan öncə operator köməkçisi işləsələr də, ölkə ərazisində keçirilən sərt karantin rejimi ilə əlaqədar işsiz qalmışlar və Cavanşirlə birlikdə usta-fəhlə işləməyə başlamışlar. Qızları Aysu və Fidan hal-hazırda ərdədirlər. İlk zamanlarda bir-biriləri ilə yola getsələr də sonradan Cavanşir mütəmadi olaraq spirtli içki içməyə başlamış və tez bir zamanda aludəçisinə çevrilmişdir. Aludəçisinə çevrildiqdən sonra ailələrində mübahisələr və münaqişələr yaranmağa başlamışdır. Belə ki, Cavanşir hər bir xırda məsələyə görə mütamadi olaraq evdə mübahisə yaratmış, onu və övladlarını döymüş, təhqir etmiş, ailə üzvlərinə qarşı əxlaqsız hərəkətlərə yol vermiş, bir sözlə pis ailə başçısı və pis ata olmuş, lakin ailə dağılmasın deyə o, ərindən boşanmamışdır. Balaca qızı Aysu 13-14 yaşlarında uşaq olarkən əri Cavanşir qızı Aysuya qarşı əxlaqsız hərəkətlər etmiş, bu bərədə Aysu onlara Cavanşirin təxminən 10 il əvvəl törətdiyi yol nəqliyyat hadisəsindən sonra danışmış, belə ki, həmin vaxt Cavanşirlə avtomobildə olan digər sərnişin ölmüş, Cavanşir barəsində cinayət işi başlanmış və məhkəmə qərarı ilə bir neçə aylıq azadlıqdan məhrum edilmişdir. Aysu başına gələn hadisələri onlara danışdıqdan sonra onlar polis orqanlarına şikayət etmiş, lakin sonradan həmin ərizəni geri götürmüşlər. Cavanşir azadlığa çıxdıqdan sonra onlar Ağsu rayonundan Bakı şəhərinə köçmüşlər və Sabunçu qəsəbəsində anası Sənubərin evində yaşamağa başlamışlar. X10 adlı qadınla ailə həyatı qurmuş, onların evləri olmadığı üçün Yeganənin Qaraçuxur qəsəbəsində yerləşən köçmüşlər. Orada yaşadıqları müddət ərzində Cavanşir onlara gün verməmiş, hətta gəlini Yeganənin ünvanına da təhqiramiz sözlər işlətmiş, mütəmadi olaraq evə sərxoş vəziyyətdə gəlmiş, ünvanlarına söyüşlər söyərək əl qaldırmış, lakin bu barədə onlar polis orqanlarına müraciət etməmişlər. 2020-ci ilin yay aylarında Cavanşir Ağsu rayonundakı babasının evini satmış və Balaxanı qəsəbəsində hal hazırda yaşadıqları ünvandakı evi almışdır. Evi aldıqdan sonra onlar gəlini və iki oğlu ilə birlikdə həmin evə köçmüşlər, oraya köçdükdən sonra da Cavanşir öz əməllərindən əl çəkməmiş, mütəmadi olaraq spirtli içki qəbul etmiş və ailə üzvləri ilə pis rəftar etmiş, oğlu Cahangir əri Cavanşirin elədiklərinə görə həmişə sonuncunu öldürmək istədiyini, qeyrət boğduğunu bildirmişdir. Lakin onlar Cahangirin sözlərini bir o qədərdə ciddiyə almamışlar, çünki Cahangir uşaq olmuş, onlar Balaxanı qəsəbəsinə köçdükdən sonra Cahangirin bu sözləri mütəmadiləşmiş, hətta hadisədən təxminən 3-4 ay əvvəllər onlar evdə olarkən Cavanşir söyüş söydüyünə görə oğlu Cahangir atası ilə dalaşmışdır. Həmin vaxt Cahangir mətbəxdən bıçağı götürmüş, Cavanşirə hücum etmək istəmiş, lakin onlar evdə olduqları üçün buna İmkan verməmişlər, bu barədə polis orqanlarına müraciət etməmiş. Cavanşirlə Cahangirin arasında münasibətlər həmişə pis olmuş, əri Cavanşirin oğlu Cahangirdən zəhləsi getmiş, Cahangiri bir övlad kimi qəbul etmək istəməmişdir. Hadisə baş verməmişdən təxminən 3 gün əvvəl o, işdən evə qayıdan zaman Cavanşirin evdə olmadığını, artıq spirtli içki içdiyini və çölə çıxdığını anlamışdır. Cavanşir içki içməyə başladıqda evdə dayana bilməmiş, o, Cavanşirin dalınca evlərinin yaxınlığında yerləşən “Neftçi” kafesinə getmiş və kafe qarşısında Cavanşirin görərək evə geri dönməyini söyləmiş, onlar yolda evə gələrkən Cavanşir onu söyməyə, təhqir etməyə başlamış, lakin o, Cavanşiri evə gətirmək üçün heç nə deməmiş, evə gəldikdən sonra Cavanşir Cavidana zəng vuraraq söyməyə başlamış, niyə işdə olmadığına irad tutmuş, Cavidanın arvadı Yeganənin ünvanına söyüşlər işlədərək evdən qovacağını bildirmiş, Cavidan evə gəlib daxil olduqdan sonra Cavanşir qəflətən Cahangirin üzərinə hücum çəkərək boğaz nahiyəsindən yapışmış, bu zaman Yeganə ilə o, onları bir təhər ayırmışlar. Təxminən 10-15 dəqiqə sonra Cahangir də evə gəlmiş, onlar əri Cavanşirin əlindən bezərək anası Sənubərin Sabunçu rayonunda yaşadığı evə köçməyə qərar vermişlər. 13 fevral 2021-ci il tarixdə onlar anası Sənubərin evində olmuşlar. Günorta radələrində ət alaraq kabab bişirmişlər. Həmin zaman Cahangirlə Cavanşir bir qədər spirtli içki viski qəbul etmiş, lakin yüngül dərəcədə sərxoş olmuşlar, öz hərəkətlərini idarə edə bilmişlər. Onlar evdə olan zaman əri Cavanşir oğlu Cavidanın mobil telefonuna zəng vurmuş, Cavidandan evə geri dönmələrini tələb etmiş, lakin Cahangir Cavanşirin spirtli içkini atdığı təqdirdə evə geri dönəcəklərini bildirmişdir. Həmin danışıqdan təxminən bir müddət sonar əri Cavanşir ev nömrələrinə zəng vurmuş və oğlu Cahangir telefona cavab vermişdir. Bu zaman əri Cavanşir oğlu Cahangirin ünvanına söyüşlər işlətməyə başlamış və Cahangir: “Mənə deyirsən? gəlib dediyin sözlərinin dalında dura biləceksən?”- ifadəsini işlətmişdir. Həmin anda zəng sonlanmışdır. Əri Cavanşirlə telefonla danışdıqdan sonra oğlu Cahangir otağa keçərək uzanmış və mobil telefonu ilə oyun oynamağa başlamış, təxminən saat 20-21 radələrində Cahangir heç nə deməyərək evdən çıxmış, həmin zaman evdə o, anası Sənubər, gəlini Yeganə, oğlu Cavidan və nəvələri olmuşlar. Cahangir də evdən çıxdıqdan təxminən 30-40 dəqiqə sonra Cavidan yaxınlıqda yerləşən kafeyə dostu İlhamla gedib pivə içəcəyini bildirmişdir. Cavidan evdən çıxıb bir neçə dəqiqə sonra geri qayıtmış, onu çağıraraq əri Cavanşirin ölməsini demiş, lakin qətlə yetirilməsi barədə bir söz deməmişdir. Onlar evdən çıxaraq hadisə yerinə getmiş, hadisə yerinə gəldikdə artıq polis və prokurorluq orqanının əməkdaşları hədisə yerində olmuş, orada oğlu Cahangirin əri Cavanşiri çoxsaylı bıçaq xəsarətləri yetirməklə öldürməsini bilmiş, əri Cavanşiri qətlə yetirməsinə dair oğlu Cahangirə hər hansı təhrik və ya təsir olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid5 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs atası, Təqsirləndirilən şəxs isə doğma qardaşıdır. Atası Zərərçəkmiş şəxs anası Şahid1 ilə 1992-ci il tarixdə ailə həyatı qurmuşlar, birgə nikahlarından 4 övladları dünyaya gəlmişdir; atası Cavanşir sağlığında fəhlə işləmiş, anası Yaqut isə xadimə işləmişdir. Ağsu rayonunda 4-cü sinifdə oxuyarkən atası Cavanşir evdə heç kəs olmayan zaman ona qarşı əxlaqsız hərəkət etmiş, bu hadisə barədə kiməsə söylədiyi təqdirdə öldürəcəyi ilə hədələmişdir. Atası Cavanşir spirtli içki aludəçisi olmuş, həmişə övladlarını və anasını döymüş, təhqir etmiş, hər bir xırda məsələyə görə onlara işgəncələr vermis, anası Yaqutu tez-tez döyüb evdən yola salmış ki, evdə heç kəs olmadığı zaman ona qarşı əxlaqsız hərəkətlər edə bilsin. O da qorxusundan bu barədə 2010-cu ildə nişanlı olduğu vaxtadək heç kəsə söyləməmiş, lakin bu barədə sonradan polis orqanlarına müraciət etsələr də şikayət ərizəsini geri götürmüşlər. Həmin ərəfələrdə atası Cavanşir yol-nəqliyyat hadisəsi törətmiş və eyni maşında olan digər sərnişin ölmüş, Cavanşir barəsində cinayət işi başlanmış və məhkəmə qərarı ilə bir neçə aylıq azadlıqdan məhrum edilmişdir. Cavanşir azadlığa çıxdıqdan sonra onlar Ağsu rayonundan Bakı şəhərinə köçmüşlər və Sabunçu qəsəbəsində nənəsi Sənubərin evində yaşamağa başlamışlar. Bakıya köçdükdən sonra o, Məqsəd Mustafayevlə evlənmiş və Xırdalan qəsəbəsinə köçmüşdür. Ondan sonra bacısı Fidan ailə həyatı qurmuş və əri ilə birlikdə Kürdəmir rayonuna köçmüşdür. O, evli olub ayrı yaşamağına baxmayaraq atası Cavanşir anası və qardaşlarına qarşı elədiklərindən əl çəkməmişdir. Mütəmadi olaraq evə ağır dərəcə sərxoş halda gəlmiş, mübahisə yaratmış və evdəkiləri döymüşdür. O və bacısı Fidan evləndikdən sonra bir müddət qardaşı Cavidanın Qaraçuxur qəsəbəsindəki həyat yoldaşı Yeganə evində yaşamışlar. 2020-ci ilin yay aylarında atası Cavanşir Ağsu rayonunda dədə-baba evini satmış və Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində həyət evi almışdır. Həmin ərəfədən etibarən valideynləri və qardaşları Balaxanı qəsəbəsində yaşamağa başlamışlar. Qardaşı Cahangir xasiyyətcə mehriban və sadə İnsandır, heç kəslə ədavət və düşmənçiliyi olmamış, atası Cavanşirin ona qarşı elədiklərini yetkinlik yaşına çatdıqdan sonra dərk etməyə başlamışdır. Cahangir tez-tez həyatdan bezdiyini, atası Cavanşiri ailəsinə qarşı elədiklərinə görə qeyrət onu boğduğunu, öldürəcəyini söyləmiş, lakin onlar Cahangirin sözlərini bir qədərdə ciddiliyə almamışlar, çünki Cahangir uşaq olmuşdur. Bildiyinə görə hadisədən bir neçə gün əvvəl atası Cavanşir evdə anası və qardaşları ilə mübahisə edərək Cavidanla əlbəyaxa olmuşlar. Sonra isə atası Cavanşir onun anasını və qardaşlarını evdən qovmuşdur. 13 fevral 2021-ci il tarixdə o, həmişəki kimi evdə olmuş, saatı dəqiq xatırlamadığı axşam vaxtı anası Yaqut ona zəng vuraraq atası Cavanşirin bıçaqlandığını söyləmişdir. Təxminən 20-30 dəqiqə sonra o, evdən çıxıb hadisə yerinə gəlmək istədiyi zaman evin qarşısında qardaşı Cahangiri görmüşdür. Cahangirə hadisə barədə danışdıqdan sonra o hadisəni Cahangirin törətdiyini anlamışdır. Cahangir onu görməyə gəldiyini, sonra polisə gedib təslim olacağnı bildirmişdir. Cahangirlə adını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə minib Sabunçu rayonu istiqamətində yola çıxmışlar. Yolda olduqları zaman polis orqanın əməkdaşları ona zəng vurmuşlar və o, Cahangirlə birlikdə 12-ci PŞ-nə getdiklərini söyləmişlər. Ziya Bünyatov prospektinin yaxınlığında olduqları zamana polis əməkdaşları onların avtomobilini saxlamış, Cahangiri düşürtmüş və özləri ilə birgə polis şöbəsinə aparmışlar. Atası Zərərçəkmiş şəxs qətlə yetirməsinə dair qardaşı Cahangir Şükürova hər hansı təhrik və ya təsir olmamışdır. Cahangir hadisə barədə tək ona danışmış, danışdıqdan sonrada polisə gedərək təslim olunacağını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb Ekspertizası və X6 X4 Sabunçu rayon şöbəsinin 16 fevral 2021-ci il tarixli 188 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sağ əlin V barmağının ovuc səthinin bir ədəd kəsilmiş yarası müəyyən edilmiş; xəsarət kəsici alət təsirindən törənmişdir, özü tərəfindən özünə bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən 13 fevral 2021 -ci ıl tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərərvurmaya aiddir (1-ci cild iş vərəqi 160-161). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 13 mart 2021-ci il tarixli 30 nömrəli ekspert rəyindən görünür ki; mərhum Zərərçəkmiş şəxsun meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: - sol daxili və xarici yuxu arteriyalarının, sol daxili və xarici vidaci venaların, sol qulaqdibi vəzin yaralanması ilə müşayiət olunan sol qulaqönü nahiyənin 1 (bir) ədəd, sol qulaq seyvanının sol gicgah nahiyəsinə keçən 2 (iki) ədəd, udlağın, traxeyanın və qida borusunun daxilinə keçən boyunun ön səthinin 2 (iki) ədəd, onurğa beyninin boyun şöbəsinin 1 -ci seqmentinin zədələnməsi ilə müşayiət olunan boyunun arxa səthinin onurğa kanalına keçən 1 (bir) ədəd, boyunun yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan boyunun sol yan səthinin 2 (iki) ədəd, boyunun arxa səthinin 1 (bır) ədəd, başın yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan alın nahiyəsinin 2 (iki) ədəd, sol təpə nahiyəsinin 2 (iki) ədəd, ənsə nahiyəsinin 2 (iki) ədəd, sifətin yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan sol almacıq-yanaq-çənə nahiyəsinin 7 (yeddi) ədəd, çənə qabarıq nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən 3 (üç) ədəd, sol bazu oynaq nahiyəsinin 3 (üç) ədəd, sol bazunun 1 (bir) ədəd, sol saıdin 1 (bir) ədəd, sağ saidin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları ( cəmi 32 ədəd ); - sağ mil-bilək oynağı nahiyəsinin 2 (iki) ədəd, sağ əlin 1-ci barmağının 1 (bir) ədəd, İİ barmağının 1 (bir) ədəd, İV barmağının 1 (bir) ədəd, sağ əlin ovuc səthinin 1 (bır) ədəd, sol əlin İİ barmağının 2 (iki) ədəd, İİİ barmağının 1 (bir) ədəd, İV barmağının 1 (bir) ədəd kəsilmiş yaraları (cəmi 10 ədəd); alın nahiyəsinin sıyrığı; xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər, xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaralar küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər; sıyrıq isə bərk-küt əşya təsirindən törənmidir; dərəcəsinə görə: - sol daxili və xarici yuxu arteriyalarının, sol daxili və xarici vidaci venaların, sol qulaqdibi vəzin yaralanması ilə müşayiət olunan sol qulaqönü nahiyənin 1 (bir) ədəd; sol qulaq seyvanının sol gicgah nahiyəsinə keçən 2 (iki) ədəd: udlağın, traxeyanın və qida borusunun daxilinə keçən boyunun ön səthinin 2 (iki) ədəd; onurğa beyninin boyun şöbəsinin 1-ci seqmentinin zədələnməsi ilə müşayiət olunan boyunun arxa səthinin onurğa kanalına keçən 1 (bir) ədəd (cəmi 6 ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla ümumilikdə onun ölümü ilə səbəbli əlaqəlidir; - boyunun yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan boyunun sol yan səthinin 2 (iki) ədəd, boyunun arxa səthinin 1 (bir) ədəd, başın yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan alın nahiyəsinin 2 (iki) ədəd, sol təpə nahiyəsinin 2 (iki) ədəd, ənsə nahiyəsinin 2 (iki) ədəd, sifətin yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan sol almacıq-yanaq-çənə nahiyəsinin 7 (yeddi) ədəd, çənə qabarı nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin döş boşluğuna keçməyən 3 (üç) ədəd, sol bazu oynağı nahiyəsinin 3 (üç) ədəd, sol bazunun 1 (bir) ədəd, sol saidin 1 (bir) ədəd, sağ saidin 1 (bir) ədəd (cəmi 26 ədəd) deşilmiş-kəsilmiş yaraları; sağ mil-bilək oynağı nahiyəsinin 2 (iki) ədəd, sağ əlin 1-ci barmağının 1 (bir) ədəd, İİ barmağının 1 (bir) ədəd, İV barmağının 1 (bir) ədəd, sağ əlin ovuc səthinin 1 (bir) ədəd, sol əlin İİ barmağının 2 (iki) ədəd, İİİ barmağının 1 (bir) ədəd, İV barmağının 1 (bir) ədəd (cəmi 10 ədəd) kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər; - alın nahiyəsinin sıyrığı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir; mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın və boyunun çoxsaylı deşilmişkəsilmiş yaraları ilə əlaqədar sol daxili və xarici yuxu arteriyalarının, sol daxili və xarici vidaci venaların yaralanması nəticəsində baş vermiş çoxlu qanitirmə olmuşdur; ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 12-14 saat əvvələ uyğun gəlir; mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərdi; mərhum Zərərçəkmiş şəxs xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil; mərhum Zərərçəkmiş şəxs hər iki yuxarı ətrafında olan xəsarətlər onun özünü müdafiəsi zamanı törənə bilərdi; mərhum Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində xəsarət aşkar olunmadı; mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində qanda 3,22%o, sidikdə isə 5,97%o qatılığında etil spirti aşkar edilmişdir; etil spirtinin qanda bu miqdar qatıiığı tərtib olunmuş cədvələ əsasən canlı şəxslərdə ağır dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin və salisilatlar aşkar edilməmişdir (1-ci cild iş vərəqi 30-39). İşdə olan məhkəmə-kriminalistik ekspertiza üzrə 29 mart 2021-ci il tarixli 6/815 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd jaketin səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir (1-ci cild iş vərəqi 43-47). İşdə olan məhkəmə-tibbi kriminalistik ekspertiza üzrə 16 aprel 2021-ci il tarixli 187- MTKŞ/2021 nömrəli ekspert rəyindən görünür: - ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus sviterin ön sol yuxarı nahiyəsində iki ədəd, sviterin arxa orta yuxarı nahiyəsində səkkiz ədəd; maykanın arxa sağ yuxarı nahiyəsində iki ədəd; köynəyin ön sol yuxarı nahiyəsində bir ədəd, köynəyin arxa orta nahiyəsində səkkiz ədəd deşilmiş-kəsilmiş zədələr və bir ədəd kənari zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər; - ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sol yan tikişindən başlayaraq sol qol tikişinə keçməklə aşkar edilmiş sökülmə zədəsi, gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir; ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək, mayka və şalvar üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır (1-ci cild iş vərəqi 79-82). İşdə olan məhkəmə-tibbi kriminalistik ekspertiza üzrə 5 may 2021-ci il tarixli 216- 2021/MTBŞ nömrəli ekspert rəyindən görünür: - ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qara rəngli maykası, ağ-qara rəngli cemperi, zolaqlı alt kişi tumanı, üçdüymə boz zolaqlı qısaqol köynəyi, bir ədəd kişi ev şalvarının və Təqsirləndirilən şəxs qara rəngli maykası, 3 düymə boz rəngli qısaqol köynəyi, qara rəngli gödəkçəsi və hadisə yerindən götürülmüş 2 ədəd nümunə üzərində insan qanı ləkələri aşkar olundu; həmin qan ləkələri Zərərçəkmiş şəxs məxsus ola bilər; - ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs qara cins şalvarının vizual müayinəsi zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (1-ci cild iş vərəqi 84-90) İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə 16 mart 2021-ci il tarixli 571 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur; Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir; Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi pozuntu qeyd olunmamışdır; Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhiükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur; buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir; Təqsirləndirilən şəxs törətdiyi əməlindən sonra onda hər hansı psixi pozuntu qeyd olunmamışdır; Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindədir; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 -ci, 21.3-cü və 22.1 -ci maddələrinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur; Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək qabiliyyətinə malikdir; Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər; Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir; qıcığa qarşı həssaslıq, çılğınlıq, neqativ amillərə qarşı dözümsüzlük kimi xarakterik xüsusiyyətlərə malikdir; Təqsirləndirilən şəxs hadisəni törədərkən emosional halından asılı olaraq, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur; Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl psixi-emosional vəziyyətində sıxıntı, narahatlıq, gərginlik, stress kimi hallar yaranmış, həmin halın yaranması atasının hərəkətləri (ona və ailə üzvlərinə qarşı fiziki və psixoloji təzyiq göstərməsi) ilə əlaqədar olmuşdur; Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində atasının hərəkətlərinə qarşı intiqam hissi yaranmış, keçirdiyi hiss yaşantılarını dərinləşdirmiş, davranışını motivasiya etmişdir; hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur; Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (1-ci cild iş vərəqi 49-53). İşdə olan məhkəmə tibbi-narkoloji ekspertizası üzrə 12 aprel 2021-ci il tarixli 1055 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur; hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir; narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 57-58). İşdə olan şübhəli şəxsin tutulması haqqında 14 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2021-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 30-31). İşdə olan Sabunçu Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 14 fevral 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 79-80). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.2.4 və 120.2.9-cu maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsəasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, həmin Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarın 8ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarın 13-cü bəndinə əsasən CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 14 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının tutulduğu 14 fevral 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus sviter, köynək, mayka, idman şalvarı, bir cüt corab və tuman məhv edilməli, Şahid3 məxsus pulover, alt köynək, şalvar, bir cüt ayaqqabı Şahid3, Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək, mayka, şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalı, Bakcell MMC və Azercell MMC-də alınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kriminlalistik ekspertiza (materialların məhkəmə ekspertizası) üzrə tədqiqatının dəyəri - 208 (iki yüz səkkiz) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Sabunçu rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus sviter, köynək, mayka, idman şalvarı, bir cüt corab və tuman məhv edilsin, Şahid3 məxsus pulover, alt köynək, şalvar, bir cüt ayaqqabı Şahid3, Təqsirləndirilən şəxs məxsus gödəkçə, köynək, mayka, şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın, Bakcell MMC və Azercell MMC-də alınmış 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri - məhkəmə-kriminlalistik ekspertiza (materialların məhkəmə ekspertizası) üzrə tədqiqatının dəyəri - 208 (iki yüz səkkiz) manat 16 (on altı) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın verilməməsi nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1271/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1271/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver