Məhkəmə qərarları › İş №1(101)-1271/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1271/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1271/2024 05.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X50, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Yusifbəyli və partnyorları” vəkil bürosunun vəkili X8, Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi – “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Bərdə rayonu, Lək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin mühasibi vəzifəsində işləmiş, hazırda işləməyən, Bərdə rayonu, Lək kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 7, mənzil 23-də yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. Belə ki, o, 15 iyul 2022-ci il tarixdən 31 mart 2023-cü il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibi vəzifəsində işləyərkən onunla bağlanmış 26 yanvar 2022-ci il tarixli tam maddi məsuliyyət və əmək müqavilələrinə, cəmiyyətin mühasibinin təlimat və qaydalarına əsasən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasına və s. cavabdeh şəxs olmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə tamah niyyəti ilə ona etibar olunmuş özgə əmlakını talamaq məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla əvvəlcə "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 102 ünvanında yerləşən «Chinar Plaza» biznes mərkəzindəki ofisində, daha sonra isə ünvan 2 ünvanında yerləşən ofisində "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ52PAHA40060AZNHC********** nömrəli bank hesabından cəmiyyətin işçiləri -X41 "xxxx" ASC-də olan AZ21PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 18 iyul 2022-ci ildə 451,50 manat, X22 "xxxx" ASC-də olan AZ73PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 18 iyul 2022-ci ildə 451,50 manat, X47 "xxxx" ASC-də olan AZ75PAHA41010AZNFK********** nömrəli hesabına əmək haqqı qismində 18 iyul 2022-ci ildə 451,50 manat, Nağıyev Məmmədəlinin "xxxx" ASC-də olan AZ46PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 18 iyul 2022-ci ildə 401,50 manat, X23 "xxxx" ASC-də olan AZ56PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 18 iyul 2022-ci ildə 401,50 manat, X4 "xxxx" ASC-də olan AZ39PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 01 avqust 2022-ci ildə 451,50 manat, həmin gün təkrarən 451,50 manat, 03 avqust 2022-ci ildə 451,50 manat, 04 avqust 2022-ci ildə 456,50 manat, 16 sentyabr 2022ci ildə 451,50 manat, 23 dekabr 2022-ci ildə 451,50 manat, 30 yanvar 2023-cü ildə 451,50 manat, 27 fevral 2023-cü ildə isə 451,50 manat, X42 "xxxx" ASC-də olan AZ87PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 01 avqust 2022-ci ildə 539 manat, həmin gün təkrarən 539 manat, 03 avqust 2022-ci ildə 539 manat, 04 avqust 2022-ci ildə 545 manat, 16 dekabr 2022-ci ildə 539 manat, 26 dekabr 2022-ci ildə 539 manat, 29 dekabr 2022-ci ildə 539 manat, 07 fevral 2022-ci ildə 539 manat, özünün "xxxx" ASC-də olan AZ84PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 01 avqust 2022-ci ildə 451,50 manat, 03 avqust 2022-ci ildə 451,50 manat, 23 sentyabr 2022-ci ildə 451,50 manat, 14 oktyabr 2022-ci ildə 451,50 manat, 13 yanvar 2023-cü ildə 451,50 manat, X81 "xxxx" ASC-də olan AZ63PAHA41015AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 01 avqust 2022-ci ildə 889 manat, həmin gün təkrarən 889 manat, 03 avqust 2022-ci ildə 889 manat, 04 avqust 2022-ci ildə 722 manat, 16 sentyabr 2022-ci ildə 889 manat, 13 fevral 2023-cü ildə 889 manat, X76 "xxxx" ASC-də olan AZ52PAHA41015AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 01 avqust 2022-ci ildə 801,50 manat, 02 avqust 2022-ci ildə 801,50 manat, 23 sentyabr 2022- ci İldə 801,50 manat, 14 oktyabr 2022-ci İldə 801,50 manat, 31 oktyabr 2022-ci ildə 801,50 manat, 10 noyabr 2022-ci ildə 801,50 manat, 12 dekabr 2022-ci ildə 801,50 manat, Rüstəmzadə Kənan Qasım oğlunun "xxxx" ASCdə olan AZ81PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 01 avqust 2022-ci ildə 626,50 manat, 03 avqust 2022-ci ildə 626,50 manat, 04 avqust 2022-ci ildə 456,50 manat, 14 oktyabr 2022-ci ildə 626,50 manat, 23 noyabr 2022-ci ildə 626,50 manat, 29 dekabr 2022-ci ildə 626,50 manat, 09 yanvar 2023-cü ildə 650 manat, 16 yanvar 2023-cü ildə isə 626,50 manat, X30 "xxxx" ASC-də olan AZ90PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 02 avqust 2022-ci ildə 63 manat, Şahid3 "xxxx" ASC-də olan AZ14PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 18 avqust 2022-ci ildə 417,35 manat, X24 "xxxx" ASC-də olan AZ84PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 18 avqust 2022-ci ildə 912,61 manat, X5 "xxxx" ASC-də olan AZ90PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 31 avqust 2022-ci ildə 166,37 manat, X13 "xxxx" ASC-də olan AZ29PAHA41010AZHFK********** nömrəli bank hesabına əmək haqqı qismində 31 avqust 2022-ci ildə 353 manat, Nümayəndə1 "xxxx" ASC-də olan AZİ6PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 07 oktyabr 2022-ci ildə 729,91 manat, 04 noyabr 2022-ci ildə 801,50 manat, 28 dekabr 2022-ci ildə 801,50 manat, 05 yanvar 2023- cü ildə 801,50 manat, 09 yanvar 2023-cü ildə 801,50 manat, 23 yanvar 2023-cü ildə 801,50 manat, 13 fevral 2023-cü ildə 801,50 manat, X48 "xxxx" ASC-də olan AZİ6PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 401,50 manat, X25 "xxxx" ASC-də olan AZ74PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 401,50 manat, X14 "xxxx" ASC-də olan AZ66PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 315 manat, X15 "xxxx" ASC-də olan AZ08PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 283 manat, X16 "xxxx" ASC-də olan AZ51PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 401,50 manat, X36 "xxxx" ASC-də olan AZ36PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 315 manat, 24 oktyabr 2022-ci ildə 115 manat, X17 "xxxx" ASC-də olan AZ78PAHA41010AZNFK********** nömrəli hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 295 manat, 24 oktyabr 2022-ci ildə 295 manat, X31 "xxxx" ASC-də olan AZ94PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 315 manat, 24 oktyabr 2022-ci ildə 312 manat, X9 "xxxx" ASC-də olan AZ63PAHA41010AZNFK********** nömrəli bank hesabma əmək haqqı qismində 24 oktyabr 2022-ci ildə 312,50 manat, 29 noyabr 2022-ci ildə 801,50 manat, 16 mart 2023-cü ildə 407,75 manat, X10 "xxxx" ASC-də olan AZ47PAHA41010AZNFK********** nömrəli bank hesabma əmək haqqı qismində 27 oktyabr 2022-ci ildə 792 manat, X1 "xxxx" ASCdə olan AZ60PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 05 noyabr 2022-ci ildə 247,33 manat, 23 noyabr 2022-ci ildə 247,33 manat, 28 noyabr 2022-ci ildə 800 manat, X11 "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ90PAHA41010AZNFK********** nömrəli bank hesabma əmək haqqı qismində 17 noyabr 2022-ci ildə 621,50 manat, 05 yanvar 2023- cü il tarixdə 714 manat, 16 fevral 2023-cü il tarixdə 714 manat, X12 "xxxx" ASC-də olan AZ33PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 05 dekabr 2022-ci ildə 306,21 manat, X43 "xxxx" ASC-də olan AZ55PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 05 dekabr 2022-ci ildə 310 manat, 06 mart 2023-cü ildə 495,25 manat, X26 "xxxx" ASC-də olan AZ46PAHA41010AZNFK********** nömrəli bank hesabma əmək haqqı qismində 08 dekabr 2022-ci ildə 201 manat, 14 dekabr 2022-ci ildə 401,50 manat, 20 fevral 2023-cü ildə 495,25 manat, X18 "xxxx" ASC-də olan AZ03PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 09 dekabr 2022-ci ildə 401,50 manat, 14 dekabr 2022-ci ildə 401,50 manat, 30 dekabr 2022-ci ildə 626,50 manat, 06 mart 2023-cü ildə 451,50 manat, 10 mart 2023-cü ildə isə 480 manat, X37 "xxxx" ASC-də olan AZ90PAHA41010AZNEK********** nömrəli bank hesabma əmək haqqı qismində 09 dekabr 2022-ci ildə 451,50 manat, 14 dekabr 2022-ci ildə 198,21 manat, 31 yanvar 2023-cü ildə 451,50 manat və son haqq-hesab qismində 81,60 manat, X19 "xxxx" ASC-də olan AZ17PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 19 dekabr 2022-ci ildə 714 manat, 30 dekabr 2022-ci ildə 626,50 manat, 23 fevral 2023-cü ildə 414 manat, X6 "xxxx" ASC-də olan AZ34PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 27 yanvar 2023-cü ildə 146,46 manat, X32 "xxxx" ASC-də olan AZ35PAHA41010AZNFK********** nömrəli bank hesabma əmək haqqı qismində 20 fevral 2023-cü ildə 495,25 manat, X33 "xxxx" ASC-də olan AZ31PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 20 fevral 2023-cü ildə 495,25 manat və X38 "xxxx" ASC-də olan AZ08PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 06 mart 2023-cü ildə 495,25 manat məbləğində artıq pul vəsaiti köçürüb qeyd olunan şəxslərə əmək haqlarının ödənilməsi üçün nəzərdə tutulmuş bank kartlarının cəmiyyətin ofisində saxlanılmasından sui-istifadə edərək artıq məbləğdə köçürdüyü ümumilikdə 55.251,38 (əlli beş min iki yüz əlli bir manat otuz səkkiz qəpik) manat məbləğində pul vəsaitini həmin kartlardan istifadə etməklə Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən ATM-lər vasitəsilə nağdlaşdıraraq götürüb şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar edilib tapşırılmış külli miqdarda özgə əmlakını mənimsəməklə talayaraq "xxxx" MMC-yə 55.251,38 (əlli beş min iki yüz əlli bir manat otuz səkkiz qəpik) manat məbləğində, yəni külli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Kimya müəllimliyi” ixtisasını, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya mühəndisliyi” ixtisaslarını bitirmişdir. O, əvvəllər «karqo» şirkətində işləyirmiş və rəfiqəsi vasitəsilə 26 yanvar 2022-ci il tarixdən "xxxx" MMC-də katibə vəzifəsində işə düzəlmişdir. 2022-ci ilin iyul ayında şirkətin mühasibi Aynur xanım işdən çıxmışdır. Rəhbərlik mühasib vəzifəsinə başqa işçi gətirmək istəmədiklərini və həmin işi onun davam etdirməyini bildirmişlər. O, isə mühasibatlıqla bağlı heçnə bilmirmiş. Yəni mühasibatlıq haqqında heç bir qanun, qaydanı bilmirmiş. Şirkətdə rəsmi mühasib işçisi yox imiş, o da mühasibatlıq kursuna getdiyi üçün mühasib köməkçisi olacağını demişlər. Hətta müdir Osman bəy kursuna davam etməyini, ödənişi özünün qarşılayacağını da demişdir. Lakin sonradan bildirmişlər ki, baş və aparıcı mühasib vəzifəsi olmadığından onun vəzifəsini mühasib köməkçisi yox, mühaisb olaraq qeyd edirlər. Onun ilkin ödənişi səhv olmuşdur. Digər bir MMC şirkətinə 10.000 manat əvəzinə 30.000 manat pul ödəmişdir. Bu səhvindən sonra ödənişlərin həyata keçirilməsi işinin icrası ondan alınmış və hüquqşünas Ülkər xanım həmin işi dayısı qızına həvalə etmişdir. Şirkətlərin bütün mühasibləri bir yerdə otururmuş, “Asan İmza” ortalıqda imiş, hər bir mühasib “Asan İmza” dan istifadə edə bilirmiş. Çalışdığı dövr ərzində heç bir işçiyə maaş kartı təqdim edilməmişdir. Yəni ödənişi kim edirmişsə həmin şəxs “Asan İmza” dan istifadə edə bilirmiş. Bir sözlə, “Asan İmza” şirkətdə seyfdə və ya hər hansı bir yerdə saxlanılmırmış. Ödənişləri baş mühasib Ziyəddin Alişanov, Şahid3 da edirmiş. Hətta 2022-ci ilin dekabr ayının sonuna kimi bütün ödənişlər Şahid3 olmuşdur. Şirkət işçilərinin maaş kartları müdir Şahid1 seyfində olurmuş, sonradan kartlar onun otağında olan şkafa da qoyulurmuş. Yəni maaş kartları həm Şahid1, həm də onun otağındakı şkafa qoyulurmuş. Şahid1 dostu Rövşən Hüseynov da şirkətdə işləyir. Onun otağında maaş kartları olan şkafın açıq olduğunu görəndə Rövşən Hüseynov ona ehtiyatlı olmağını, problem yaranmasını bildirmişdir. Şirkətdə 40-50 nəfər işçi var imiş, amma işçilərin sayı tez-tez dəyişirmiş. 40-50 işçidən təxminən 30 nəfər işçi əmək müqaviləsi əsasında rəsmi işləyirmiş, digərləri rəsmi işçi deyilmiş. Müqavilə əsasında işləyən işçilər maaş kartları olduğunu bilsələr də, maaş kartlarını tələb edəndə müdir həmin işçini yola vermələrinə dair göstəriş verirmiş. Yəni maaş kartını verməmələrini tapşırırmış. Kartlar "xxxx"-a məxsus imiş. Bəzən işçi şikayət etməsin deyə məcburiyyət qarşısında onun maaş kartını müdirin tapşırığı əsasında özünə verirmişlər. İşçilər kartlarına hansı məbləğdə pul daxil olmasından xəbərdar deyilmiş. Maaş kartlarında ən yüksək 800-900 manat pul olurmuş. İşçilər təqribən 500 manat maaş alırmış. İşçilərin maaş kartları ona görə özlərinə verilmirmiş ki, işçilər günəmuzd işləyirmiş, onlar tutaq ki, işə 3 gün gəlməyəndə həmin məbləğ rəsmi maaşdan çıxıla bilmirmiş, amma əlbəəl verilən maaşdan həmin məbləğ çıxıla bilirmiş. O, sürücü Mirəsgər Məmmədov, Şamil Əliyev və Kənan Rüstəmzadə maaş kartlarını götürürmüş, yaxın otellərin bankomatından pulu çəkib, müdir Osman bəyə gətirirmişlər. Kənan Rüstəmzadə onların şirkətində işləyirmiş, Şamil Əliyev isə Nümayəndə1 digər şirkətində kağız üstündə direktoru imiş. O, hər dəfə Osman bəyə pulu verəndə Nərmin xanım da buna şahid olmuşdur. Osman müəllim pulları zərflərə qoyurmuş. Mirəsgər Məmmədov da həmin zərfləri götürərək işçilərə paylayırmış. Mirəsgər Məmmədov hazırda da şirkətdə işləyir. İşçilər pulu qəbul edəndə kassa orderi yazılmırmış, maaş cədvəlinə imza çəkilmirmiş, işçilər əlbəəl alarkən hansısa ödəniş cədvəlinə imza etmirmişlər. Maaş cədvəli rəsmi olmasa da mövcud imiş, amma həmin cədvələ imza çəkilmirmiş. Tabel cədvəldə 5-6 işçinin adı qırmızı rəngdə imiş, onların maaşları problem yaranmasın deyə heç kimlə bölüşülmürmüş, onlar çox məbləğdə maaş alırmışlar. Amma o digər işçilərin hansı məbləğdə maaş aldıqlarını bilirmiş. O, maaş kartlarından öz hesabına pul köçürmüş, amma ittiham aktında qeyd olunan məbləğdə pul köçürməmişdir. Beləliklə, bir nəfərə ayda iki dəfə, yəni avans olaraq da maaş yazılan vaxtlarda o şəxsi ehtiyacı üçün həmin puldan öz kartına pul atmışdır. 9 ay müddətində onun kartına 43.000 manat pul daxil olmuşdur. İttiham aktında isə 55.000 manat qeyd olunmuşdur. Belə ki, isitntaq zamanı müstəntiq bildirmişdir ki, əllə xərclənən də pul olmuşdur. Amma onun üstündə heç vaxt nağd pul olmamışdır. Şahid3 ilə onun “Whatsapp” sosial şəbəkəsində qrupu var imiş. Həmin qrup mesajlarından bəlli imiş ki, həmin müddət ərzində bütün ödənişləri Məryəm edir. Həmçinin, "xxxx" MMC-nin direktoru X81 ödənişləri etmələrini istəməyinə dair “Whatsapp” sosial şəbəkəsində mesajlar qalırmış. Lakin 28 mart 2023-cü ildə "xxxx" MMC-nin direktoru X81 arvadı Nümayəndə1 onu otağına çağıraraq 9 aydır ki, maaş kartlarına vurulan avansların ortada olmadığını, onun tərəfindən yeyildiyini deyərək telefonunu əlindən almış və “Whatsapp” sosial şəbəkəsində müdirlə olan həmin mesajları silmişdir. O, həmin mesajları geri qaytara bilməmişdir. O, 20.000 manat məbləğində zərəri ödəmişdir. O, əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs bildirmişdir ki, o, barışıq əldə etməyə çalışır. Şahid3 Nümayəndə1 dayısı qızıdır və ödəniş işinə Şahid3 baxırmış. “Asan İmza” ofisdə masanın üzərində olurmuş. Məryəm xanım təsdiq etmə barədə mesaj yazanda, ona zəng çatmırmışsa, aşağı mərtəbədə imişsə, ondan əlavə başqa mühasiblər də “Asan İmza” dan istifadə edə bilirmişlər. Yəni “Asan İmza” dan bütün mühasiblər istifadə edə bilirmişlər. Onun rəsmi maaşı 500 manat olsa da, əslində satınalma-daxili bazar araşdırması işinə də baxdığından aldığı bonuslarla birlikdə cəmi maaşı 800-900 manat imiş, son 3-4 ayda isə maaşı 1500 manata çatmışdır. Onun daimi istifadə etdiyi 1 kartı olmuşdur. O, 2023-cü ilin may ayında rəsmi olaraq işdən çıxmış, lakin şikayət 2023-cü ilin iyul ayında olmuşdur. O, 43.000 manat pul mənimsəməmiş, 9 ay kartına köçürülən bütün məbləğlər şirkətin pulu deyilmiş. Onun atası da kartına pul köçürmüşdür. O, özünü işçilərin maaş kartında pul çəkdiyinə görə qismən təqsirli bilir. O, Şamxala pul verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, "xxxx" şirkəti Azərbaycan Respublikasında təsis olunmuş Məhdud Məsuliyyətli Cəmiyyət olub dəmir-metal konstruksiya işləri, tikinti işlərini həyata keçirir. "xxxx" MMC Azərbaycan Respublikasında kifayət qədər etibar qazanmış 1 şirkətdir. Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixli əmr ilə "xxxx" MMC-də mühasib vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdən 2023-cü ilin mart ayının sonuna kimi mühasib vəzifəsində çalışmışdır. 2023-cü ilin yanvar ayında şirkətin direktoru Şahid1 göstərişi əsasında mənfəət vergisinin ödənilməsi məqsədilə hesabatların təqdim olunması üçün Ziyəddin Alişanov tərəfindən maliyyə mühasibatlıq uçotu yoxlanılarkən müəyyən çatışmazlıqların olması müəyyən edilmişdir. İlkin yoxlamalar zamanı 52.109 manat məbləğində uyğunsuzluq olması müəyyən edilsə də, Təqsirləndirilən şəxs bu məsələyə heç bir izah verməmişdir. Bundan sonra şirkətin icraçı direktoru Nümayəndə1 Təqsirləndirilən şəxs "xxxx" MMC-yə dəvət edərək yaranmış ziddiyyətli uyğunsuzluqla bağlı izah verməsini bildirmişdir. Təqsirləndirilən şəxs əməlini etiraf edərək özünün “Balenciaga” markalı çantasından 17 ədəd əmək haqqı kartını çıxarıb bildirmişdir ki, əmək haqqı kartlarının MMC-də saxlanılmasından istifadə edərək şirkətin əməkdaşlarına əmək haqqı qismində köçürülən pulların bir hissəsini kartdan çıxararaq və ya öz kartına yükləyərək mənimsəmişdir. Təqsirləndirilən şəxs izahat verilməsi təklif olunsa da o, izahat verməkdən imtina etmişdir. Bundan sonra audit yoxlaması təyin edilmişdir. Sərbəst audit Vidadi Talıbovun 02 may 2023-cü il tarixli hesabatından görünür ki, 55.251 manat çatışmazlıq müəyyən edilir. Daha sonra Xətai Rayon Prokurorluğunda araşdırma aparılmışdır. İstintaq dövründə zərərin müəyyən hissəsinin ödənilməsi Təqsirləndirilən şəxs təklif olunsa da, Təqsirləndirilən şəxs zərəri ödəməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs öz əməlləri ilə "xxxx" MMC-yə 55.251 manat 38 qəpik maddi ziyan vurmuşdur. Lakin direktor Şahid1 iştirakı ilə keçirilən görüşdə Şahid1 Təqsirləndirilən şəxs 10.000 manat pulu güzəştə getdiyini, Təqsirləndirilən şəxs 45.000 manat pulu ödəməsi şərti ilə şikayətinin olmayacığını bildirmişdir. Amma Təqsirləndirilən şəxs yalnız 20.000 manat pulu ödəmişdir. "xxxx" MMC-nin direktoru 25.000 manat zərərin ödəniləcəyi halda şikayətini geri götürcəyini bildirir. Lakin sonrakı iclaslarda Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cəmi 35.000 manat maddi ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş-hüquqi şəxs-mülki iddiaçının nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, əmək haqqı kartları "xxxx" MMC-də saxlanılırmış. Auditor rəyi, əmtəəşünaslıq ekspertizasının rəyi iş materiallarında mövcuddur. Auditor rəyi əsasında şirkət Prokurorluğua müraciət etmişdir. İstintaq zamanı da müəyyən edilmişdir ki, 2022-ci ilin iyul ayından 2023-cü ilin mart ayına kimi işçilərin əmək haqqı kartlarına pullar köçürülmüşdür, həmin pulların məbləği 55.251 manat olmuşdur. İşçilər əmək haqqı kartlarının ofisdə saxlanılmasına etiraz etməmələrinə, əmək haqqını əlbəəl almalarına dair mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini 2020-ci ilin iyun ayında təsis etmişdir. O, cəmiyyətin təsisçisi və direktorudur. Onun həyat yoldaşı Nümayəndə1 şirkətin direktor müavinidir. "xxxx" MMC-nin əsas fəaliyyət istiqaməti tikinti işlərinin görülməsində metal konstruksiya və fasad işlərinin həyata keçirilməsindən ibarətdir. Onların şirkətində 2 firmada təxminən 30-35 nəfər işçi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında MMC-yə katibə kimi işə qəbul edilmiş, daha sonra mühasibatlıq kurslarına cəlb edildikdən sonra isə 2022-ci ilin yay aylarında MMC-də mühasib vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs 7-8 ay ərzində şirkətin vəsaitindən özünə pul köçürmüşdür. Yəni, Təqsirləndirilən şəxs işçilərin əmək haqqı kartlarından pulu öz kartına köçürüb istifadə etmişdir. Əvvəlcə bu faktı mühasib Ziyəddin Alişanov müəyyən etmişdir. Ziyəddin Alişanov ona uyğunsuzluqlar olması barədə məlumat vermişdir. O, Təqsirləndirilən şəxs özü ilə birbaşa görüşməmişdir. Çünki Baharın belə bir iş görəcəyini gözləmirmiş, bu onda xəyal qırıqlığı yaratmış və Baharla özü danışarsa xoşagəlməz bir söz deyə bilərmiş. O, Baharın xanım olmağını nəzərə alıb həyat yoldaşı Nümayəndə1 Təqsirləndirilən şəxs ilə özünün bu barədə danışmasını bildirmişdir. Nümayəndə1lə Bahar danışarkən Bahar əvvəlcə yarım saat əməlini inkar etmiş, sonra əməlini etiraf etmişdir. Bahar atasının xəstə olduğunu bildirərək atasına deyilməməsi şərti ilə pulları 1 həftə ərzində geri gətirəcəyini bildirmişdir. Onlar 1 həftə Təqsirləndirilən şəxs gözləmişlər. Lakin bir gün sonra Bahar kimlə danışmışdırsa yaxud nə fikirləşmişdirsə öz əməlini inkar etmiş və onlara bildirmişdir ki, nə istəyirlərsə etsinlər, hara istəyirlərsə şikayət etsinlər. 1 həftə sonra mühasibləri X59 Abışovanın atası ilə əlaqə saxlayıb ona hər şeyi danışmış və atasını şirkətə dəvət etmişdir. X49 bu böhtanı qəbul etmədiklərini və kimə istəyirlərsə şikayət etmələrini demişdir. Onlar 1 ay ərzində Hüquq-Mühafizə Orqanlarına müraciət etmişlər. 3-4 ay ərzində araşdırma aparılmışdır. İstintaq dövründə Bahar hər dəfə əməlini inkar edirmiş. Bir çox sübutlar var imiş, əsas da Təqsirləndirilən şəxs kart hesabına köçən 43.000 manat pul vəsaiti var imiş, Baharın şirkət daxilində mail adresi ilə göndərdiyi sənədlər var imiş. Sonra Təqsirləndirilən şəxs 1 ay müddətində həbs edilmişdir. O, Baharın atası ilə həmin müddətdə tanış olmuşdur. Atası ondan üzr istəmiş və bildirmişdir ki, kaşki Bahar həmin pullar ilə qızıl alsa imiş, qızılları satıb ona olan borcu ödəyərmiş. Atası demişdir ki, müstəntiq müəyyən etmişdir ki, Bahar həmin pullar ilə “Starbucks”-da yemək yemiş, “Gloria Jeans”-də kofe içib, “Emporio armani”-dən nəsə almışdır. Yəni Bahar pulları boş-boş şeylərə xərcləmişdir. O, Baharın gənc olmağını nəzərə almış və humanist davranmağa çalışmışdır. Baharın atası üzr istəyib 20.000 manat pulu geri ödəmişdir. Bahar əməlini etiraf etmiş və barəsində həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilmişdir. Baharın atası geri qalan pulu ən yaxın müddətdə ödəyəcəyini desə də hələ də pul ödənilməmişdir. Üstəlik Bahar və atası məhkəmə prosesi dövründə də zəng etmirlər. Yalnız məhkəmə iclasından 1 gün əvvəl Baharın atası vəkilinə zəng edib pensiya kartını verməyi təklif etmişdir. Audit rəyinə görə 55.000 manat pul mənimsənilmişdir. Həmin pulun 31 faizi DSMF vergisi olaraq dövlətə ödənilmişdir. Bahar əmək haqqını köçürəndə ona hesabat verirmiş, «excel» cədvəldə ona təqdim edirmiş. Amma Bahar mənimsədiyi pulları həmin cədvələ yazmırmış və mənimsədiyi pullarla bağlı ona hesabat vermirmiş. Audit rəyi, «excel» cədvəlində mənimsənilən pulların yazılmaması Baharın əməlini sübut edir. Onlar dövlətə 20 faiz mənfəət vergisi ödəyir. Onun vergi borcu yoxdur. O, 10 faiz vergi ödəyərək istənilən məbləğ pul çıxara bilər. Amma Baharın törətdiyi əməl 31 faiz vergi deməkdir. Yəni maaş ödəndiyinə görə vergi də ödəmişlər. Dövlətə ödənilən pulu nəzərə almırlar. O, təqsirləndirilən şəxsə humanist davranıb güzəşt də edərək sadəcə 25.000 manat pulu ödəməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, o, 04 fevral 2021-ci il tarixdə "xxxx" MMC-də satınalma üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Hazırda "xxxx" MMC-də satış departamentinin rəhbəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 7-8 ildir ki, tanıyır, rəfiqəsidir. Ofisə işçi axtarılırmış. 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs onun təklifi əsasında "xxxx" MMC-yə katibə kimi işə qəbul edilmişdir. Sonradan isə Bahar işi öyrəndiyindən mühasib vəzifəsinə təyin edilmişdir. 28 mart 2023-cü il tarixdə "xxxx" MMC-nin direktor müavini Nümayəndə1 onu yanına çağırıb Təqsirləndirilən şəxsnm maliyyə hesabatları yoxlanılarkən şübhəli məqamlar üzə çıxdığını, Baharın oğurluq edə biləcəyini və bu barədə məlumatı olub-olmadığını soruşmuşdur. Lakin o heçnədən xəbəri olmadığını bildirmişdir. Bahar Ülkər xanımın otağında ağlayırmış. Ülkər xanım Bahara etiraf etməyini bildirəndə Bahar ilk əvvəl pulu köhnə sevgilisi Şamxala verdiyini demişdir. Ülkər xanım Şamxal adlı şəxsə zəng edib pulun onda olmasını demələrini tapşıranda Bahar dediklərini inkar edib bildirmişdir ki, pulu Şamxala verməmişdir. Bahar ağladığından Ülkər xanım ona tapşırmışdır ki, Baharı çölə çıxarsın və söhbət etsin, bəlkə Bahar ona hər şeyi danışar. O, Baharla şirkətin həyətinə düşmüşdür. O, Bahara əgər oğurluq etmişsə ona etiraf etməyini və şirkətlə danışıb bu işi qaydasına qoya biləcəyini demişdir. Bahar ona etiraf etmişdir ki, o, həqiqətən də bu əməli törətmişdir. O, Bahardan pulları hara xərclədiyini soruşmuş, amma Bahar bu barədə ona heçnə deməmişdir. O, mənimsənilən məbləğin 55.000 manat olmasını istintaq zamanı bilmişdir. O, Şamxalı tanıyır. Şamxal şirkətdə işləməmiş, o Şamxalı Bahar vasitəsilə tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin avqust ayına kimi "xxxx" MMC-də mühasib vəzifəsində işləyirmiş. O, 2022-ci ilin mart ayında işdən çıxaraq "xxxx" MMC-də aparıcı mühasib vəzifəsində işləmişdir. O, işdən çıxdıqdan 1 neçə ay sonra Təqsirləndirilən şəxs "xxxx" MMC-də mühasib vəzifəsinə keçmişdir. Lakin Təqsirləndirilən şəxs mühasib vəzifəsinə təyin olunduqdan sonra icra etdiyi ilk ödənişlərdə səhvə yol vermişdir. Nümayəndə1 ondan Təqsirləndirilən şəxs ödənişlərin icra edilməsində və düzgün hesablanmasında köməklik etməyi xahiş etmişdir. O, 2022-ci ilin sentyabr ayına kimi Bahara kömək etmişdir. Ödənişlə bağlı kömək lazım olanda icazə alıb rəsmi təsdiq veriləndən sonra ödənişi edirmiş. «Asan» imza Baharda imiş. O, Bahara kömək edərək yalnız təsdiq aldığı ödənişləri etmişdir. O, sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs mühasib işlədiyi dövrdə icra edilən ödənişlərdə artıq məbləğlər aşkar olunmuş və Təqsirləndirilən şəxs bunu özü etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Məryəm Hüseynzadə bildirmişdir ki, Bahara işi o öyrətməmişdir. Baharın səhvindən sonra bir müddət ödənişləri o etmiş və Baharın suallarına cavab vermişdir. O, 2022-ci ilin sentyabr ayına kimi Bahara kömək etmişdir. O, köməkçi mühasib işləmişdir. O, Baharın yanında olmurmuş, o başqa şirkətdə işləyirmiş. Ödənişlə bağlı kömək lazım olanda icazə alıb rəsmi təsdiq veriləndən sonra ödənişi edirmiş. Şahid Məryəm Hüseynzadənin istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub və ifadənin sonunda olan əlyazma ona təqdim edilib. Belə ki, cinayət işinin 1-ci cild 214-216-cı vərəqələrində olan ifadəsində Şahid3 aşağıdakıları göstərmişdir: «..."xxxx" MMC-dən işdən çıxdıqdan bir neçə ay sonra Təqsirləndirilən şəxs mühasib təyin edilmişdir. Lakin Təqsirləndirilən şəxs mühasib vəzifəsinə təyin olunduqdan sonra 2022-ci ilin iyul ayında icra etdiyi ilk ödənişlərdə səhvə yol verdiyindən Nümayəndə1 ondan Təqsirləndirilən şəxs ödənişlərin icra edilməsində və düzgün hesablanmasında köməklik göstərməsini xahiş eimişdir. Razılaşaraq 2022-ci ilin sentyabr ayına qədər Təqsirləndirilən şəxs köməklik etmişdir. 2023-cü ilin mart ayında isə yenidən "xxxx" MMC-də mühasibatlıq proqramı olan "xxxx" proqramı vasitəsilə həmin MMC-in 2022-ci il üzrə mənfəətin hesablanması üçün proqram təminatının aparılmasına kömək etmişdir. Həmin ərəfədə Təqsirləndirilən şəxs tez-tez hesablanmanın bitibbitməməsi ilə maraqlanmış və narahatlığını büruzə vermişdir. O, illik mənfəətin hesablanması üçün proqram təminatını aparıb bitirdikdən sonra Ziyəddin Alişanova təqdim etmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxsmn mühasib işlədiyi dövrdə icra edilən ödənişlərdə artıq məbləğlər aşkar olunmuşdur və Təqsirləndirilən şəxs bunu özü etmişdir. Təqsirləndirilən şəxs şirkətdən ümumilikdə 50.0000 manatdan artıq pul vəsaitini əlavə ödənişlər kimi icra etmiş və sonradan özünə götürmüşdür. Bahar Ağışovaya köməklik etdiyi müddət ərzində «asan imza» Baharda olduğundan ödənişlərin təsdiqini Bahar özü etmişdir. …» Proses iştirakçıalrının suallarını cavablandıraraq şahid Məryəm Hüseynzadə bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı vediyi ifadəni təsdiq edir və bildirmişdir ki, 2022-ci ilin mart ayında hadisə aşkar olunandan sonra o bu barədə eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin noyabr ayından "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyir. "xxxx" MMCnin təsisçisi və direktoru Şahid1 həm də "xxxx" MMC-nin təsisçisi və direktorudur. Şahid1 05 yanvar 2023-cü il tarixdə ona "xxxx" MMC-nin mühasibatlıq sənədlərini yoxlaması barədə göstəriş vermişdir. Yoxlama zamanı 22 mart 2023-cü il tarixdə uçotun balans hissəsində "xxxx" bölməsində MMC-də fəaliyyət göstərən işçilərdən bəzilərinin hesablarına artıq ödəmələrin olmasını aşkar etmişdir. O, 22 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb qeyd edilən artıq ödəmələrin hansı səbəbdən həyata keçirildiyini soruşmuşdur. Təqsirləndirilən şəxs həmin ödəmələrdən müdriyyətin məlumatının olduğunu bildirmişdir. O, Bahara bildirmişdir ki, balansın debit hissəsində əməliyyatların qalması normal bir şey deyil. Əsaslı şübhələr olduqdan sonra, yəni o 2022ci ilin iyul ayından həmin ilin sonunadək "xxxx" bölməsinə əsasən MMC-nin işçilərinə 39.948 manat 2023-cü ilin birinci rübü üzrə təxminən 13.029.49 manat olmaqla ümumilikdə təxminən 52.000 manat artıq ödəmələrin olmasını müəyyən etdikdən sonra Şahid1 məlumat vermişdir. Keçirilmiş audit yoxlaması ilə 55.000 manat artıq ödənilmiş məbləğ olduğu müəyyən edilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, adətən işçilərin əmək haqqılarının hesablanan və ödənilən hissəsi vardır. Nə hesablanıbsa o hissə ödənilməlidir. Lakin Baharın əməli nəticəsində artıq ödəmədə balansda göstərilir ki, filan adlı şəxsə artıq ödəmələr nəticəsində əmək haqqı üzrə hesabların debet hissəsində məbləğ formalaşmışdır. Lakin bu anormal bir haldır. O, artıq ödəmələri çıxarmışdır. Təqsirləndirilən şəxs kurslara cəlb olunduğundan mühasib vəzifəsinə təyin edilmişdir. O, Şahid1 tapşırığı əsasında hesabatları yoxlamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 62-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin təsisçisi və direktoru Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli əmək müqaviləsinin (kontraktın) surətindən görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə "xxxx" MMC-də mühasib vəzifəsinə işə qəbul olunmaqla sənədlərin qəbulu, sorğuların cavablandırılması, hesabatların tərtibi, ödənişlərin və digər funksiyaların icrası ona həvalə olunmuşdur. Təqsirləndirilən şəxs "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mühasib vəzifəsində işləmişdir. Cinayət işinin 1-ci cild 70-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin direktoru Şahid1 15 iyul 2022-ci il tarixli, 48 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən MMC-nin mühasibi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cild 67-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin təsisçisi və direktoru Şahid1 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin Öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; rəqib şirkətlərlə əlaqə saxladıqda, məlumatın ötürülməsində iştirak etdikdə ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Cinayət işinin 1-ci cild 2-4-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 10 may 2022-ci il tarixli ərizə ilə Xətai rayon prokurorluğuna müraciət edərək, "xxxx" MMC-nin mühasibi Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək, 5,251,38 manat məbləğində "xxxx" MMC-yə ziyan vurduğunu bildirmişdir. Cinayət işinin 1-ci cild 16-17-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin baş mühasibi Ziyəddin Alışanov tərəfindən tərtib edilmiş 25 mart 2023-cü il tarixli "xxxx" MMC-də 2022-ci il və 2023-cü ilin birinci rübü üzrə aparılmış maliyyə hesabatlarının nəticələrinə dair arayışdan görünür ki, aparılmış maliyyə uçotu nəticəsində 2022-ci ilin iyul ayından əmək haqqı üzrə öhdəliklər bölməsinə əsasən MMCnin işçilərinə ümumilikdə 52,109,50 manat artıq ödəmələrin olması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 27-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X51 və "xxxx" MMC-nin digər əməkdaşlarının cinayət işi materiallarına əlavə olunmuş ərizələrindən görünür ki, onlar cəmiyyətin direktoruna ərizə ilə müraciət edərək əmək haqlarının verilməsi üçün nəzərdə tutulmuş plastik bank kartlarının cəmiyyətin ofisində saxlanılmasım xahiş etmişlər və onların maaş kartına əlavə ödənişlərin edilməsindən məlumatsız olmuşlar. Cinayət işinin 1-ci cild 76-88-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Auditorlar Palatasının sərbəst auditoru X52 tərəfindən tərtib edilmiş 02 may 2023-cü il tarixli müstəqil auidutorun hesabatından görünür ki, "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mühasib vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tərəfindən MMC-nin işçilərinin əmək haqqı kartlarına 55.251,38 manat artıq pul vəsaiti köçürülmüşdür. Cinayət işinin 3-cü cild 86-98-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 10 oktyabr 2023-cü il tarixli, 9/6527 nömrəli rəyindən görünür ki, təqdim olunmuş iş materiallarında olan əmək haqqı üzrə bank hesabından çıxarışlar, işçilərin əmək haqqı cədvəlləri, məzuniyyət əmrləri və sərbəst auditor X52 tərəfindən tərtib edilmiş 02 may 2023-cü il tarixli müstəqil auidutorun hesabatını tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü istintaq orqanı tərəfindən nəzərə alınmaqla "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mühasib vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tərəfindən MMC-nin işçilərinin əmək haqqı kartlarına 55.251,38 manat artıq pul vəsaitinin köçürülməsi müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 122-206-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin işçilərinə dair maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və "xxxx" MMC tərəfindən araşdırma zamanı təqdim olunmuş müvafiq sənədlərə müqayisəli şəkildə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir; 01 iyul 2022-ci ildən 31 mart 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs MMC-nin aşağıda qeyd olunan işçilərinin "xxxx" ASC-də olan bank hesablarına əmək haqqı qismində ümumilikdə 55.251,38 (əlli beş min iki yüz əlli bir manat otuz səkkiz qəpik) manat məbləğində artıq pul vəsaitinin köçürüldüyü müəyyən edilmişdir: -X39 AZ21PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 18 iyul 2022-ci ildə 451,50 manat; -X22 AZ73PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 18 iyul 2022-ci ildə 451,50 manat; -X47 AZ75PAHA41010 AZNFK********** nömrəli hesabına əmək haqqı qismində 18 iyul 2022-ci ildə 451,50 manat; -Nağıyev Məmmədəlinin AZ46PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 18 iyul 2022-ci ildə 401,50 manat; -X23 AZ56PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 18 iyul 2022-ci ildə 401,50 manat; -X4 AZ39PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 01 avqust 2022-ci ildə 451,50 manat, həmin gün təkrarən 451,50 manat, 03 avqust 2022cİ ildə 451,50 manat, 04 avqust 2022-ci ildə 456,50 manat, 16 sentyabr 2022-ci ildə 451,50 manat, 23 dekabr 2022-ci ildə 451,50 manat, 30 yanvar 2023-cü ildə 451,50 manat, 27 fevral 2023-cü ildə isə 451,50 manat; -X42 AZ87PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 01 avqust 2022-ci ildə 539 manat, həmin gün təkrarən 539 manat, 03 avqust 2022-ci ildə 539 manat, 04 avqust 2022-ci ildə 545 manat, 16 dekabr 2022-ci ildə 539 manat, 26 dekabr 2022-ci ildə 539 manat, 29 dekabr 2022-ci ildə 539 manat, 07 fevral 2023-cü ildə 539 manat; -Təqsirləndirilən şəxs AZ84PAHA41010AZNFKÖ100423486 nömrəli bank hesabına əmək haqqı qismində 01 avqust 2022-ci ildə 451,50 manat, 03 avqust 2022-ci ildə 451,50 manat, 23 sentyabr 2022-ci ildə 451,50 manat, 14 oktyabr 2022-ci ildə 451,50 manat, 13 yanvar 2023-cü ildə 451,50 manat; -X81 AZ63PAHA41015AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 01 avqust 2022-ci ildə 889 manat, həmin gün təkrarən 889 manat, 03 avqust 2022-ci ildə 889 manat, 04 avqust 2022-ci ildə 722 manat, 16 sentyabr 2022-ci ildə 889 manat, 13 fevral 2023-cü ildə 889 manat; -X76 AZ52PAHA41015AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 01 avqust 2022-ci ildə 801,50 manat, 02 avqust 2022-ci ildə 801,50 manat, 23 sentyabr 2022-ci ildə 801,50 manat, 14 oktyabr 2022-ci ildə 801,50 manat, 31 oktyabr 2022-ci ildə 801,50 manat, 10 noyabr 2022-ci ildə 801,50 manat, 12 dekabr 2022-ci ildə 801,50 manat; -X20 AZ81PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 01 avqust 2022-ci ildə 626,50 manat, 03 avqust 2022-ci ildə 626,50 manat, 04 avqust 2022-ci ildə 456,50 manat, 14 oktyabr 2022-ci ildə 626,50 manat, 23 noyabr 2022ci ildə, 29 dekabr 2022-ci ildə 626,50 manat, 09 yanvar 2023-cü ildə 650 manat, 16 yanvar 2023-cü ildə isə 626,50 manat; -X30 AZ90PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 02 avqust 2022-ci ildə 63 manat; -Şahid3 AZ 14PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 18 avqust 2022-ci ildə 417,35 manat; -X24 AZ84PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 18 avqust 2022-ci ildə 912,61 manat; -X5 AZ90PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 31 avqust 2022-ci ildə 166,37 manat; -X13 AZ29PAHA41010AZHFK********** nömrəli bank hesabma əmək haqqı qismində 31 avqust 2022-ci ildə 353 manat; -Nümayəndə1 AZ16PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 07 oktyabr 2022-ci ildə 729,91 manat, 04 noyabr 2022-ci ildə 801,50 manat, 28 dekabr 2022-ci ildə 801,50 manat, 05 yanvar 2023-cü ildə 801,50 manat, 09 yanvar 2023-cü ildə 801,50 manat, 23 yanvar 2023-cü ildə 801,50 manat, 13 fevral 2023cü ildə 801,50 manat; -X48 AZ16PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 401,50 manat; -X25 AZ74PAHA41010AZNFK********** nömrəli bank hesabma əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 401,50 manat; -X14 AZ66PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 315 manat; -X15 AZ08PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 283 manat; -X16 AZ51PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 401,50 manat; -X36 AZ36PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 315 manat, 24 oktyabr 2022-ci ildə 115 manat; -X17 AZ78PAHA41010AZNFK********** nömrəli hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 295 manat, 24 oktyabr 2022-ci ildə 295 manat; -X31 AZ94PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 21 oktyabr 2022-ci ildə 315 manat, 24 oktyabr 2022-ci ildə 312 manat; -X9 AZ63PAHA4101OAZNFKO100492152 nömrəli bank hesabına əmək haqqı qismində 24 oktyabr 2022-ci ildə 312,50 manat, 29 noyabr 2022-ci ildə 801,50 manat, 16 mart 2023-cü ildə 407,75 manat; -X10 AZ47PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 27 oktyabr 2022-ci ildə 792 manat; -X1 AZ60PAHA41010AZNFK********** nömrəli bank hesabma əmək haqqı qismində 05 noyabr 2022-ci ildə 247,33 manat, 23 noyabr 2022-ci ildə 247,33 manat, 28 noyabr 2022-ci ildə 800 manat; -X11 AZ90PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 17 noyabr 2022-ci ildə 621,50 manat, 05 yanvar 2023- cü il tarixdə 714 manat, 16 fevral 2023-cü il tarixdə 714 manat; -X12 AZ33PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 05 dekabr 2022-ci ildə 306,21 manat; -X43 AZ55PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 05 dekabr 2022-ci ildə 310 manat, 06 mart 2023-cü ildə 495,25 manat; -X26 AZ46PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 08 dekabr 2022-ci ildə 201 manat, 14 dekabr 2022-ci ildə 401,50 manat, 20 fevral 2023-cü ildə 495,25 manat; -X18 AZ03PAHA4101 OAZNFKO ********* nömrəli bank hesabına əmək haqqı qismində 09 dekabr 2022-ci ildə 401,50 manat, 14 dekabr 2022- ci ildə 401,50 manat, 30 dekabr 2022-ci ildə 626,50 manat, 06 mart 2023-cü ildə 451,50 manat, 10 mart 2023-cü ildə isə 480 manat; -X37 AZ90PAHA41010AZNFK********** nömrəli bank hesabma əmək haqqı qismində 09 dekabr 2022-ci ildə 451,50 manat, 14 dekabr 2022-ci ildə 198,21 manat, 31 yanvar 2023-cü ildə 451,50 manat və son haqq-hesab qismində 81,60 manat; -X19 AZ17PAHA41010AZNFK********** nömrəli bank hesabma əmək haqqı qismində 19 dekabr 2022-ci ildə 714 manat, 30 dekabr 2022-ci ildə 626,50 manat, 23 fevral 2023-cü ildə 414 manat; -X6 AZ34PAHA41010AZNFK********** nömrəli bank hesabma əmək haqqı qismində 27 yanvar 2023-cü ildə 146,46 manat; -X32 AZ35PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 20 fevral 2023-cü ildə 495,25 manat; -X33 AZ31PAHA41010AZNFK********** nömrəli bank hesabma əmək haqqı qismində 20 fevral 2023-cü ildə 495,25 manat; -X38 AZ08PAHA41010AZNFK********** nömrəli bank hesabına əmək haqqı qismində 06 mart 2023-cü ildə 495,25 manat. Cinayət işinin 2-ci cild 280-290-cı, 3-cü cild 1-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə ötürülən məlumatlara dair "xxxx" MMCdən daxil olmuş bir ədəd CD formatlı diskə "xxxx" MMC-nin işçilərinə dair maliyyə əməliyyatları və bank hesablarının vəziyyəti barədə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən götürülmüş məlumatlarla müqayisəli şəkildə baxış keçirililmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, nağdlaşdırma zamanı ATM ünvanlarına dair əldə olunmuş məlumatlara əsasən 21 oktyabr 2022-ci il tarixdə saat 14:38-də X27 məxsus AZ08PAHA41010AZNFK********** nömrəli bank hesabından 283 manat məbləğində pul vəsaitinin çıxarılması Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 102 ünvanında yerləşən “Chinar Plaza” ofis binasındakı ATM vasitəsilə həyata keçirilmiş və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən əldə olunmuş anten dariəsi barədə məlumatlara əsasən o, həmin gün saat 13;45-dən 14:52-ə kimi qeyd olunan ünvanda olmuşdur. 18 iyul 2022-ci il tarixdə saat 18:26-da Daşqın İsifova məxsus AZ21PAHA41010AZNFK********** nömrəli bank hesabından 451 manat məbləğində pul vəsaitinin çıxarılması Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 102 ünvanında yerləşən “Chinar Plaza” ofis binasındakı ATM vasitəsilə həyata keçirilmiş və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə dair müvafiq anten məlumatlarına əsasən o, həmin gün saat 19:07-də Bakı şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında olmuşdur. 03 fevral 2023-cü il tarixdə saat 15:18-də X28 məxsus AZ03PAHA41010AZNFK********** nömrəli bank hesabından 626 manat məbləğində pul vəsaitinin çıxarılması ünvan 6 ünvanında yerləşən “Mediland Hospitalda üzbəüz ünvandakı ATM vasitəsilə həyata keçirilmiş və və Təqsirləndirilən şəxs qızma məxsus ***- ***-**-** mobil telefon nömrəsinə dair müvafiq anten məlumatlarına əsasən o, həmin gün saat 14:48-də ünvan 8 ünvanında, saat 14:48-dən etibarən isə Xətai rayonu, Ağ şəhər, 2ci fəvvarələr küçəsi, “X87” otelində olmuşdur. 24 oktyabr 2022-ci il tarixdə saat 21:41-də X29 məxsus AZ78PAHA41010AZNFK********** nömrəli bank hesabından 295 manat məbləğində pul vəsaitinin çıxarılması Bakı şəhəri, Nərimanov rayonu, X96 prospektində yerləşən “Gənclik Mall” ticarət və əyləncə mərkəzinin birinci mərtəbəsindəki ATM vasitəsilə həyata keçirilmiş və Təqsirləndirilən şəxs qızma məxsus ***-***-**-** mobil telefon nömrəsinə dair müvafiq anten məlumatlarına əsasən o, həmin gün saat 20:00-dan 21-48-dək qeyd edilən ünvanda olmuşdur. 29 dekabr 2022-ci il tarixdə saat 16:03-də X2 məxsus AZ60PAHA41010AZNFK********** nömrəli bank hesabmdan 411 manat məbləğində pul vəsaitinin çıxarılması ünvan 6 ünvanında yerləşən “Mediland Hospitalda üzbəüz ünvandakı ATM vasitəsilə həyata keçirilmiş və Təqsirləndirilən şəxs qızma məxsus ***-***- **-** mobil telefon nömrəsinə dair müvafiq anten məlumatlarına əsasən o, həmin gün saat 12:04-dən 14-50- dək Xətai rayonu, Ağ şəhər, 2-ci fəvvarələr küçəsi, “X87” otelində olmuşdur. 03 fevral 2023-cü il tarixdə saat 15:37-də X2 məxsus AZ60PAHA41010AZNFK********** nömrəli bank hesabından 627 manat məbləğində pul vəsaitinin çıxarılması Bakı şəhəri, ünvan 10 ünvandakı ATM vasitəsilə həyata keçirilmiş və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə dair müvafiq anten məlumatlarına əsasən o, həmin gün saat 10:58-dən 11-35-dək Xətai rayonu, Ağ şəhər, 2ci fəvvarələr küçəsi, “X87” otelində, saat 19:12-də isə ünvan 11 ünvanında olmuşdur, 29 dekabr 2022-ci il tarixdə saat 16:09-da X7 məxsus AZ39PAHA41010AZNFK********** nömrəli bank hesabından 453 manat məbləğində pul vəsaitinin çıxarılması Bakı şəhəri, ünvan 12 ünvandakı ATM vasitəsilə həyata keçirilmiş və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə dair müvafiq anten məlumatlarına əsasən o, həmin gün saat 12:04-dən 14-50-dək Xətai rayonu, Ağ şəhər, 2ci fəvvarələr küçəsi, “X88” otelində olmuşdur. 30 yanvar 2023-cü il tarixdə saat 18:34-də X7 məxsus AZ39PAHA41010AZNFK********** nömrəli bank hesabından 451 manat məbləğində pul vəsaitinin çıxarılması ünvan 13 ünvanında yerləşən ATM vasitəsilə həyata keçirilmiş və Təqsirləndirilən şəxs qızma məxsus ***-***-**-** mobil telefon nömrəsinə dair müvafiq anten məlumatlarına əsasən o, həmin gün saat 10:33-də Xətai rayonu, Ağ şəhər, 2-ci fəvvarələr küçəsi, “X87” otelində, saat 19:50-də isə ünvan 11 ünvanında olmuşdur. 10 avqust 2022-ci il tarixdə saat 14:49-da Nümayəndə1 məxsus AZ16PAHA41010AZNFK********** nömrəli bank hesabından 730 manat məbləğində pul vəsaitinin çıxarılması Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 6 ünvanında yerləşən ATM vasitəsilə həyata keçirilmiş və Təqsirləndirilən şəxs qızma məxsus 051-333- 01-64 mobil telefon nömrəsinə dair müvafiq anten məlumatlarına əsasən o, həmin gün saat 14:35-də Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olmuşdur. 28 dekabr 2022-ci il tarixdə saat 21:11-də Nümayəndə1 məxsus AZ16PAHA41010AZNFK********** nömrəli bank hesabından 801 manat məbləğində pul vəsaitinin çıxarılması ünvan 13 ünvanında yerləşən ATM vasitəsilə həyata keçirilmiş və Təqsirləndirilən şəxs məxsus 051-333- 01-64 mobil telefon nömrəsinə dair müvafiq anten məlumatlarına əsasən o, həmin gün saat 09:51, 12:40 və 18:31-də Xətai rayonu, Ağ şəhər, 2-ci fəvvarələr küçəsi, “X88” otelində, saat 21:15-də isə ünvan 11 ünvanında olmuşdur. 23 yanvar 2023-cü il tarixdə saat 18:55-də Nümayəndə1 məxsus AZ 16PAHA41010AZNFK********** nömrəli bank hesabından 801 manat məbləğində pul vəsaitinin çıxarılması ünvan 13 ünvanında yerləşən ATM vasitəsilə həyata keçirilmiş və Təqsirləndirilən şəxs məxsus 051-333- 01-64 mobil telefon nömrəsinə dair müvafiq anten məlumatlarına əsasən o, həmin gün saat 10:26-dan etibarən Xətai rayonu ərazisində, o cümlədən əvvəlcə Xətai rayonu, Ağ şəhər, 2- ci fəvvarələr küçəsi, “X87” otelində, saat 19:16 və 19:24-də isə ünvan 11 ünvanında olmuşdur. 13 fevral 2023-cü il tarixdə saat 22:08-də Nümayəndə1 məxsus AZ16PAHA41010AZNFK********** nömrəli bank hesabından 800 manat məbləğində pul vəsaitinin çıxarılması Bakı şəhəri, Nərimanov rayonu, X96 prospektində yerləşən “Gənclik Mail” ticarət və əyləncə mərkəzinin birinci mərtəbəsindəki ATM vasitəsilə həyata keçirilmiş və Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil telefon nömrəsinə dair müvafiq anten məlumatlarına əsasən o, həmin gün saat 18:51-də Nərimanov rayonu, Heydər Əliyev prospekti, 2 ünvanında yerləşən «Exselsior hotel»-də, saat 19:06-da isə Nərimanov rayonu, X96 prospektində yerləşən “Gənclik Mail” ticarət və əyləncə mərkəzində olmuşdur, Cinayət işinin 3-cü cild 48-83-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus Elektron ünvan 1 mail hesabından Şahid1 məxsus Elektron ünvan 2 mail hesabına göndərilmiş aylıq ödəniş cədvəllərim özündə əks etdirən elektron məktublara tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı 15 iyul 2022-ci ildən 31 mart 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs tərəfindən Elektron ünvan 3 mail hesabından "xxxx" MMCnin direktoru Şahid1 məxsus osman,akgun@akralı,com mail hesabına "xxxx" MMC-nin işçilərinin bank hesablarına əmək haqqı qismində ümumilikdə 55.251,38 (əlli beş min iki yüz əlli bir manat otuz səkkiz qəpik) manat məbləğində ödənişin icra edilməsinə dair hesabat və ya digər hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 103-148-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus «İphone XS Max» markalı mobil telefonuna baxış keçirimişdir. Mobil telefonun proqramlar bölməsində aşkar olunmuş «Leobank» mobil tətbiqinə baxış zamanı "xxxx" ASC tərəfindən verilmiş Təqsirləndirilən şəxs məxsus 4098 **** **** 9353 nömrəli karta bağlı olan AZ61UBAZ**********1010AZN001 nömrəli hesaba 15 iyul 2022-ci ildən 31 mart 2023-cü il tarixədək olan müddət ərzində ümumilikdə 43824,57 (qırx üç min səkkiz yüz iyirmi dörd manat əlli yeddi qəpik) manat məbləğində vəsaitin mədaxil edilməsi və həmin hesabdan 43808,38 (qırx üç min səkkiz yüz səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində vəsaitin məxaric edilməsi müəyyən olunmuşdur. Həmin kart məlumatları üzrə xərcləmə yerlərə müxtəlif iaşə obyektləri –Uber, Gloria Jeans, Ruby 360, Beach Klub, X100 145, Paul, Second Cup, Zeyd Restoran, Jasmine Port, Soul Kitchen, Emporium və.s kimi məkanlarda, həmçinin digər yerlərdə istifadə edilmişdir. Cinayət işinin 3-cü cild 168-170-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, o, şirkətdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs mühasib kimi təyin edildiyini, ilk əməliyyatda səhfə yol verdiyi üçün ona sadəcə köməklik etdiyini, lakin asan imzanın Təqsirləndirilən şəxs da olduğunu və ödənişlərin təsdiqini özü etdiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 3-cü cild 171-173-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, Nümayəndə1 otağında onun yanında Təqsirləndirilən şəxs pulları mənimsədiyini etiraf etdiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 3-cü cild 174-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Nümayəndə1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs ona MMC-nin əməkdaşlarının əmək haqqı kartlarından artıq pul köçürmələri edərək, pulu mənimsədiyini etiraf etdiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 3-cü cild 178-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs Nümayəndə1 MMC-nin əməkdaşlarının əmək haqqı kartlarından artıq pul köçürmələri edərək, pulu mənimsədiyini etiraf etdiyini bildirərək Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işinin 1-ci cild 25-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin direktorunun 31 mart 2023-cü il tarixli, 18 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən, həmin şirkətin mühasibi vəzifəsindən azad edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həqiqətən işlədiyi şirkətdə əməkdaşların əmək haqqı kartları vasitəsilə pulları mənimsəmiş, lakin, həmin məbləğ ittihamda göstərilən qədər deyil, 43.000 manat mənimsəmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs bu və buna bənzər cinayəti inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə, ağır cinayət məsuliyyətindən boyun qaçırmağa cəhdi kimi qiymətləndirir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ziddiyyətli ifadələrini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirərək bu ifadələrə tənqidi yanaşır və həmin ifadələri ittihamı təkzib edən sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs bu barədə verdiyi ifadələri cinayət işinin materialları, mühasibat sənədləri, yoxlama aktı, ekspert rəyi və şahidlərin ifadələri ilə tam təkzib olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi 21 fevral 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs qalan məbləğdən 10.000 manat güzəşt edilərək, 25.000 manat pulun ödənilməsini tələb etmişdir. Sonrakı məhkəmə iclasında "xxxx" Metal MMC-nin direktoru X97 16 aprel 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs etdiyi 10.000 manat güzəştdən imtina etdiyini və 35.000 manat ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Cinayət işinin 3-cü cild 257-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 55251,38 (əlli beş min iki yüz əlli bir manat otuz səkkiz qəpik) manat məbləğin 20000 (iyirmi min) manatı ödənilmişdir. Cinayət işinin 3-cü cild 258-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 dekabr 2023-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə1 dəymiş ziyan üzrə ödənilmiş 20000 (iyirmi min) manatı təhvil almışdır. Məhkəmənin növbəti iclaslarında "xxxx" Metal MMC-nin direktoru X97 təkrar ərizə ilə müraciət edərək, iş üzrə Təqsirləndirilən şəxs ilə aralarında razılaşma olduğunu, hazırki mərhələdə şikayətləri olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqdim edilmiş "xxxx" Metal MMC-nin direktoru X97 və Təqsirləndirilən şəxs arasında imzalanmış razılaşma sənədindən görünür ki, razılaşmaya əsasən, Təqsirləndirilən şəxs dəymiş ziyanın qalanı 35.000 manat məbləği aylıq 700 manat olmaqla, 50 ay müddətinə, yəni, 02 iyun 2024-cü il tarixdən 02 avqust 2028-ci il tarixədək ödəməyi öhdəsinə götürür. Razılaşma üzrə pulun ödənilməsinə X61 və X53 zamin dururlar, Təqsirləndirilən şəxs tərəfindən pul ödənilmədiyi halda, Altay Abışov mülkiyyətində olan Bərdə rayonu, Lək kəndində yerləşən yaşayış evinin hərraca çıxarılıb satılaraq zərərçəkmişə dəymiş maddi ziyanı ödəməyi öhdəsinə götürür. Cinayət işinin 3-cü cild 102-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 05 noyabr 2023-cü il tarixli, 3.13.12.1/2A-2298xx/xx-2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 3-cü cild 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bərdə RİHB-nın Qaradəmirçi kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə xüsusilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “İnsan Hüquqlarının və X35 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (Azərbaycan Respublikası CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cavan qadın olmasını,tərəfindən dəymiş maddi ziyanın bir hissəsinin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin direktoru ilə razılıq əldə etməsini, sonuncu tərəfindən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza tətbiq edilməsi barədə ərizə ilə müraciət etməsini, zərərçəkmiş şəxsin ərizəsində təqsirləndirilən şəxsə qarşı heç bir şikayət olmamasını bildirməsini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur. Onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Belə ki, cinayət işinin 3-cü cild 250-256-cı vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 4(011)-716/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 noyabr 2023-cü il tarixdən hesablanmaqla 01 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 259-263-cü vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 4(011)-759/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən, Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı "xxxx" MTKnın nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş mülki iddianın əsaslığını araşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Belə ki,məhkəmə iclasında "xxxx" Metal MMC-nin nümayəndəsi –vəkil Nümayəndə2 mülki iddia ərizəsi ilə də müraciət edərək, dəymiş maddi ziyanın qalan hissəsi olan -35.000 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq "xxxx" Metal MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs Akralı” Metal MMC-nin nümayəndəsi –vəkil Nümayəndə2 mülki iddiası təmin edilməli və 35.000 manat pul təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş hüquqi şəxsə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işinin 1-ci cild 228-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X99 İdarəsindən daxil olmuş 19 avqust 2023-cü il tarixli, 3-xx-xx/2110740/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 3-cü cild 287-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən daxil olmuş 14 sentyabr 2023-cü il tarixli, 3-21-3-02/2-11187/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Bərdə rayonu, Lək kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0,10 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs adına olan 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə həbs qoyulması istiqamətində ibtidai istintaq orqanı tərəfindən hər hansı məhdudiyyət tədbiri görülməmiş, torpaq sahəsinin qiyməti müəyyən edilməmiş, həmçinin, həmin torpaq sahəsi yalnız Təqsirləndirilən şəxs deyil, ümumi birgə mülkiyyət hüququnda olduğundan, həmin torpaq sahəsinin müsadirə olunması mümkün deyildir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən. törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddələrinin şərh olunmasına dair” 14 noyabr 2011ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində, öz qulluq mövqeyindən istifadə edib təqsirli bilindiyi cinayətləri törətdiyindən yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2.-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən CM-nin 46.2-ci maddəsinə əsasən dövlət və özünüidarəetmə orqanlarında müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza növü də təyin edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə dövlət və özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Zərərçəkmiş hüquqi şəxs Akralı” Metal MMC-nin nümayəndəsi –vəkil Nümayəndə2 mülki iddiası təmin edilsin və 35.000 manat pul təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş hüquqi şəxsə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar