Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1272/2021 23.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 12 avqust 1985-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, hazırda barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə yolu ilə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə təkrarən ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi üzrə 12 sentyabr 2017ci il tarixli, 1294/ş saylı əmrlə həmin Nazirliyin X4 və X15 Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilməklə 01 mart 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə X6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 və X15 Xidmətində kiçik müfəttiş vəzifəsinə düzəlməsinə köməklik göstərilməsi barədə 2020-ci ilin fevral ayında cinayətdən xəbərsiz olan Şahid5 vasitəsi ilə özünə müraciət edən Şahid1 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Vüqar Sadıxovun xeyrinə edəcəyi hərəkətə, yəni müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 23 fevral 2020-ci il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən “My Beach” restoranının yaxınlığında Şahid4 məxsus **-HJ-*** qeydiyyat nişanlı “Naz Lifan” markalı avtomobildə Şahid1 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitini almaqla ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Vüqar Sadıxovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X7 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qax Rayon Dövlət X3 yanğın söndürən vəzifəsinə düzəlməsinə köməklik göstərilməsi barədə 2020-ci ilin avqust ayının əvvəllərində cinayətdən xəbərsiz olan X1 və Şahid6 vasitəsi ilə özünə müraciət edən Şahid2 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nuru Mirzəyevin xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun əmisi oğlunu müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 04 avqust 2020-ci il tarixdə özünə məxsus 4****6096 nömrəli bank kartına iki dəfəyə 3000 və 5000 manat olmaqla, ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin Şahid2 tərəfindən Qax rayonu Qax şəhərində yerləşən “Qax pavilyon stop shop” marketdə yerləşən “MilliÖn” aparatı vasitəsilə köçürülməsinə nail olub həmin pul vəsaitini Bakı şəhərində "xxxx" ASC-yə məxsus istintaqla dəqiq müəyyən olmayan bankomatlardan 2020-ci ilin avqust ayında çıxararaq şəxsi ehtiyaclarına sərf etməklə, qısa zamanda işinin həll olunması görüntüsünü yaratmaq və inamını qazanmaq üçün 2020-ci ilin avqust ayının ortalarında X23 rayonundan dəvət edib onunla Bakı şəhərində FHN-nin inzibati binasının yaxınlığında görüşüb sonuncudan doğum haqında şəhadətnamə, orta təhsil haqqında attestat, hərbi biletinin əsillərini alıb, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Nuru Mirzəyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid2 təkrarən təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qax Rayon Dövlət X3 yanğın söndürən vəzifəsinə düzəlməsinə köməklik göstərilməsi barədə 2020-ci ilin avqust ayının sonlarında cinayətdən xəbərsiz olan X1 və Şahid6 vasitəsi ilə özünə müraciət edən Şahid3 özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özünə olan inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətinin olmasını, həmin şəxsin vasitəsilə işə düzəlməsini təmin etmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunu müvafiq vəzifəyə təyin etməsi üçün zəruri tədbirləri görməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 05 sentyabr 2020-ci il tarixdə cinayətdən xəbərsiz olan Şahid6 tanışı X12 məxsus 4****2532 nömrəli bank kartına iki dəfəyə 3000 və 5000 manat olmaqla, ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vəsaitinin Şahid3 tərəfindən Qax rayonu Qax şəhəri, H.Əliyev prospekti “Araz N1” marketdə yerləşən “MilliÖn” aparatı vasitəsilə köçürülməsinə nail olub həmin pulu Şahid6 bir neçə gün sonra Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin qarşısında alıb şəxsi ehtiyaclarına sərf etməklə, Şahid3 qısa zamanda işinin həll olunması görüntüsünü yaratmaq və inamını qazanmaq üçün 2020-ci ilin noyabr ayında ünvan 5 ünvanda yerləşən "Confetti Lounge” restoranına dəvət etməklə orada sonuncu ilə görüşüb bir daha işin həll olunacağına vəd verib qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid3 məxsus 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu təkrarən təhrik etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində 17 sentyabr 2017-ci il tarixdən 2021-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) X4 və X15 Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin müdiri vəzifəsində işləmişdir. Hazırda işləmir. O, Şahid1 Mirədəd oğlunu 2020-ci ilin fevral ayında tanışı X11 Xidmətinin (DYMX) Sumqayıt şəhər şöbəsində işləyən Şahid5 vasitəsi ilə tanımışdır. Belə ki, həmin ərəfələrdə Həmid Şahid1 qohumu kimi təqdim edərək sonuncunun oğlu Vüqar Sadıxovun FHN-ə işə düzəlməsinə köməklik göstərməyini xahiş etmişdir. Onların ilk görüşlərindən bir neçə gün sonra 23 fevral 2020-ci il tarixdə o, Sərdar və qudası Cəmil adlı şəxslə Novxanı qəsəbəsində yerləşən “My Beach” restoranının yaxınlığında Cəmilə məxsus “Lifan” markarlı avtomobilin içində Cəmilin iştirakı ilə Şahid1 25000 manat pulu almışdır. O, həmin pulu götürərkən güman etmişdir ki, X11 Xidmətinin rəisi Füzuli Əsədovun növbəti aylarda keçiriləcək vakant yerlərə namizədlərin qəbuluna Vüqar Sadıxovu saldıqdan sonra xidmət rəisi onun xahişini yerinə yetirib işə götürəcəkdir. Onun işlədiyi xidmətlə DYMX eyni binada yerləşdiyindən qəbul keçirilərkən onun məlumatı olmuşdur. O, Vüqarı həmin qəbul günlərində qəbula salmaq istəmiş, lakin Vüqarı hansı qaydada qəbula salacağını bilməmişdir. Daha sonrakı aylarda “Covid-19” virusunun pandemiyası ilə bağlı qəbullara məhdudiyyət qoyulduğundan və işə qəbul dayandırıldığından Vüqar Sadıxovla bağlı planı baş tutmamışdır. O, Vüqar Sadıxovun ona verdiyi pulları şəxsi məqsədləri üçün xərcləmişdir. 2020-ci ilin may ayında o, xərclədiyi pulları bərpa edərək Şahid1la görüşüb, aldığı pulları geri qaytarmaq istəmişdir. Lakin sonuncu pulu qəbul etməkdən imtina edərək oğlunun işə düzəlməsini ondan tələb etmişdir. Bundan başqa, Şahid1 bildirmişdir ki, ondan aldığı 25000 manat pulu faizlə borca götürmüş və hazırda o pulun məbləği faiz ilə birlikdə 50000 manat olmuşdur. O da 50000 manat miqdarda pul toplaya bilmədiyi üçün Şahid1 2020-ci ilin noyabr ayında X4 və X15 Xidmətinin Xidmət rəisi Rüfət Fərhadovun qəbulunda olaraq ondan şikayət etmiş, daha sonra şikayət ərizəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. O, pulu alarkən Vüqar Sadıxovu DYMX-nin rəisinin qəbuluna salmaqla işə düzəlməsini təşkil etmək istəmiş, lakin onun bu əməlindən heç kəsin xəbəri olmamışdır. O, düşünmüşdür ki, xidmət rəisinin Vüqar Sadıxova yazığı gələr və onu işə götürər. O, X16 Mühafizə Xidmətinin Sumqayıt şəhər bölməsində növbə rəisinin köməkçisi vəzifəsinə təyin etdirməyi planlaşdırmışdır. O, Vüqar Sadıxovdan aldığı 25000 manat puldan heç kəsə heç bir məbləğdə pul verməmiş, həmçinin pul verəcəyinə dair də söz verməmiş, pulların hamısını özü xərcləmişdir. Bundan başqa o, X1 və Şahid6 vasitəsi ilə tanış olduğu Şahid2 əmisi oğlu X7 FHN-nin Qax Rayon Dövlət X3 işə qəbul edilməsini təmin etmək adı ilə 8000 manat pulu iki dəfəyə 5000 manat və 3000 manat pulu bank kartına qəbul edib nağdlaşdırmış, o, həmin şəxsin də işə qəbul edilməsində köməklik göstərmək istəmiş, həmin götürdüyü 8000 manatı da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, X1 və Şahid6 vasitəsi ilə tanış olduğu Şahid3 FHN-nin Qax Rayon Dövlət X3 işə qəbul edilməsini təmin etmək adı ilə Şahid6 vasitəsi ilə 8000 manat almış, həmin şəxsin də işə qəbul edilməsində köməklik göstərmək istəmiş, lakin götürdüyü 8000 manatı da şəxsi ehtiyaclarına xərcləmişdir. O, 2020-ci ilin noyabr ayında ünvan 6 ünvanında yerləşən “Confetti Lounge” restoranında Şahid3 ilə görüşmüş, orada onun işə təyin olunacağını bir daha əmin etmiş və narahat olmamağını demişdir. Onun ümumiyyətlə hər hansı şəxsi işə qəbul etmək və ya bu məqsədlə təqdimat yazmaq səlahiyyəti olmamışdır. O, Şahid1 25000 manat, Şahid2 8000 manat qəbul edib onların yaxınlarını, Şahid3 isə 8000 manat qəbul edib onun özünü FHN-ə işə qəbul edilməsinə vəd vermişdir, lakin götürdüyü pulları özündə saxlayıb xərcləmiş, hər hansı şəxsə pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, 2008-ci ildən 2018-ci ilədək Azərbaycan Respublikasi Fövqəladə Hallar Nazirliyinin Mühasibat şöbəsində mühasib vəzifəsində işləmişdir. 2020-ci ilin aprel ayında dostu Nurbaxış adlı şəxs ona müraciət edərək Qax rayonunda yaşayan tanışı Sadiqin qohumunu və Orxan adlı şəxsi FHN-də Yanğından Mühafizə İdarəsinə işə düzəlmələrində köməklik göstərməyini xahiş etmişdir. O da əvvəllər işlədiyi təşkilatdan tanıdığı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində şöbə müdiri işləyən Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, bununla bağlı Nurbaxış ilə birlikdə Zığ şössesində yerləşən Zeytun Bağı restoranında görüşmüşlər. Orada Təqsirləndirilən şəxs Nurbaxışa onun tanışlarının hər birini 8000 min manat müqabilində FHN-də Yanğından Mühafizə idarəsində işlə təmin edə biləcəyini bildirmişdir. Bundan sonra Nurbaxış bildiyi qədər Qax rayonuna getmiş, Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb təcili olaraq həmin Sadiq və Orxan adlı şəxslərin işə düzəlmələri ilə bağlı hər birinə aid 8000 manat, ümumilikdə 16000 manatı təcili olaraq FHN-də baş idarə rəisi Fizuli Əsədova çatdırmalı olduğunu bildirmişdir. O da buna görə Nurbaxış ilə əlaqə saxlamış və Nurbaxışın tanışları Sadiq və Orxan ilə bağlı Təqsirləndirilən şəxslə əlaqə saxlamalarını bildirmişdir. Sonradan bildiyinə görə onlar Abış ilə əlaqə saxlamış, Sadiq özü bank vasitəsi ilə Təqsirləndirilən şəxs 8000 manat pul göndərmişdir. Orxan isə öz xahişi ilə 8000 manatı onun tanışı Emil Musayevin kartına göndərmişdir ki, Emil həmin pulu bankomatdan çıxarıb Abışa versin. Emil Musayev kartdan 8000 manatı çıxarıb həmin pulu Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “ASAN Xidmət” mərkəzinin qarşısında birbaşa Təqsirləndirilən şəxs vermişdir. Abış pulu qəbul etdikdən sonra onunla danışaraq iki ay yarım müddət ərzində Sadiqin qohumu Nurunu və Orxanı işə düzəldəcəyini bildirmiş, lakin bu uzun müddət keçməsinə baxmayaraq Abış həmin şəxsləri işə düzəltməmiş, həmçinin pulları geri qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2020-ci ilin avqust ayının əvvəllərində Nurbaxış adlı tanışı ilə masa arxasında oturduqları vaxt Nurbaxışa zəng gəlmiş, Nurbaxış telefonda danışdığı adamın onun tanışı, əvvəllər Fövqəladə Hallar Nazirliyində işləmiş Fuad adlı şəxs olduğunu bildirmiş, dediyinə görə Fuad telefon söhbəti zamanı Nurbaxışa FHN-nin Qax Rayon Dövlət X5 işçilər tələb olunduğunu, pul müqabilində həmin bölməyə yaxın tanışların təyin edilməsini təmin edə biləcəyini, həmin təyinatı birbaşa olaraq Fuadın keçmiş iş yoldaşı, yüksək vəzifəli şəxslərin qohumu olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində şöbə müdiri vəzifəsində, polkovnik rütbəsində işləyən və Nazirliyin müvafiq idarələrinə işə təyin edilməsində səlahiyyətləri olan Təqsirləndirilən şəxs həyata keçirəcəyini bildirmişdir. Həmin vaxt onun əmisi oğlu X13 işsiz olduğundan sonuncunun Nazirliyə işə düzəlməsi üçün Nurbaxışa kömək etməsini xahiş etmişdir. Nurbaxış telefonla Fuad və Abış adlı şəxslərlə danışıq aparmış və nəticədə X19 ilə danışaraq razılığa gəldiyini, Təqsirləndirilən şəxs əmisi oğlu X7 FHN-nin Qax Rayon Dövlət X3 8000 manat müqabilində yanğın söndürən vəzifəsinə təyin edilməsini təmin edə biləcəyini demişdir. O da bu barədə əmisi Mirzəyev Nüsrət ilə danışmış, sonuncu da buna razılıq vermişdir. 04 avqust 2020-ci il tarixdə Nurbaxış ona Fuadın ona zəng vurub Təqsirləndirilən şəxs zəng edərək əmioğlunun işə təyin olunması ilə əlaqədar 8000 manat pulu təcili olaraq ona çatdırılmasını tələb etdiyini, həmin pulun təcili olaraq FHN-də baş idarə rəisi Fizuli Əsədova çatdırmalı olduğunu demişdir. O da həmin gün 8000 manat pulu iki dəfəyə Nurbaxışın ona dediyi Təqsirləndirilən şəxs bank kartına saat 08:05-də 5000 manat, saat 08:10-da isə 3000 manat Qax rayonu, “Pavilyon shop” marketdə quraşdırılmış “Milliön” elektron ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Abış pulu qəbul etdikdən sonra Nurbaxışla danışaraq iki ay yarım ərzində əmisi oğlu Nurunu işə düzəldəcəyini bildirmiş, bir neçə dəfə əmisi oğlu X25 Əliyevin çağırışı ilə Bakıya doğum haqqında şəhadətnamə, orta təhsil haqqında attestat, hərbi biletin əsillərini götürüb FHN-nin inzibati binasının qabağına gedib Təqsirləndirilən şəxslə görüşmüş, lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq Abış Nurunu işə düzəltməmiş, həmçinin aldığı pulları geri qaytarmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində göstərmişdir ki, o, Qax rayonda təsərrüfat ilə məşğul olur. 2020-ci ilin avqust ayının sonlarında yaşadığı Qax rayonunda qohumu X1 ilə “Ağçay” kafesində masa arxasında oturan zaman, sonuncu telefon ilə danışdıqdan sonra ona bilirmişdir ki, telefonda danışdığı adam onun tanışı, əvvəllər FHN-də işləmiş Fuad adlı şəxsdir, dediyinə görə Fuad telefon söhbəti zamanı ona bildirmişdir ki, FHN-nin Qax Rayon Dövlət X5 işçilər tələb olunur, pul müqabilində həmin bölməyə yaxın tanışların təyin edilməsini təmin edə bilər, həmin təyinatı birbaşa olaraq Fuadın keçmiş iş yoldaşı, yüksək vəzifəli şəxslərin qohumu olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində şöbə müdiri vəzifəsində, polkovnik rütbəsində işləyən Nazirliyin müvafiq idarələrinə işə təyin edilməsində səlahiyyətləri olan Təqsirləndirilən şəxs icra etdiyini demişdir. Həmin vaxt o da işsiz olduğu üçün Nazirliyə işə düzəlməyi üçün Nurbəxişə kömək etməsini xahiş etmiş, Nurbəxiş telefon ilə Fuad adlı şəxslə danışıq aparmış və nəticədə Nurbəxiş və sonradan telefon vasitəsi ilə danışdığı Fuad ona bildirmişdir ki, onlar Abış Kərimov ilə danışaraq razılığa gəlmiş, belə ki, Təqsirləndirilən şəxs onu FHN-nin Qax Rayon Dövlət X3 8000 manat müqabilində yanğın söndürən vəzifəsinə təyin edilməsini təmin edə bilər, o da bu barədə fikirləşib təkliflə razılaşmışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində Fuad ona zəng vurub bildirmişdir ki, Təqsirləndirilən şəxs zəng edərək işə təyin olunmağı ilə əlaqədar 8000 pulu təcili olaraq ona çatdırılmasını tələb etmiş, həmin pulun təcili olaraq FHN-də baş idarə rəisi Fizuli Əsədova çatdırmalı olduğunu demiş, o da həmin pulu toplayıb həmin gün 05 sentyabr 2020-ci il tarixdə 8000 manat pulu iki dəfəyə Fuadın ona verdiyi X9 adına 4****2532 nömrəli bank kartına saat 13:48-də 5000 manat (əməliyyat nömrəsi **********), saat 13:53-da isə 3000 manat (əməliyyat nömrəsi **********) Qax rayonu Heydər Əliyev prospekti, Araz N1 market quraşdırılmış Komtec LTD (Vöen **********) MMC-yə məxsus “Million” elektron ödəmə sisteminin 00647 nömrəli terminalı vasitəsi ilə göndərmiş, həmin ödəniş qəbzlərinin surətlərini ifadəsinə əlavə edir. Fuad sonra telefonla Abış ilə danışaraq pulu qəbul etdiyini, iki ay yarım ərzində onu işə düzəldəcəyini bildirmiş, lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq onu FHN-də işə düzəltməmişdir. Həmin ərəfələrdə 2020-ci ilin noyabr ayında, o həmçinin Bakıda Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli 7 ünvanda yerləşən “Confetti Lounge” restoranında Təqsirləndirilən şəxs ilə görüşmüş, sonuncu onu orada işə təyin olunacağını bir daha əmin etmiş, narahat olmamağını demişdir. Həmin ərəfələrdə həmçinin o, Fuadla işin müzakirəsi üçün Bakıda Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli 7 ünvanında yerləşən “Confetti Lounge” restoranında oturub çıxdıqdan sonra Fuada bayırda əlavə olaraq 2000 manat pul vermiş, Fuad həmin əlavə pulu onu sıravi işçi kimi deyil, məhz zabit kimi işə təyin olunmağı üçün Təqsirləndirilən şəxs vasitəsi ilə FHN-də baş idarə rəisi Fizuli Əsədova verəcəyini bildirmişdir. Bir neçə dəfə o, Təqsirləndirilən şəxs ilə danışmış, sonuncu ona bildirmişdir ki, onun verdiyi pullar özünə çatmamış, həmin pulların Şahid6 olduğunu demişdir. O, Fuadı Nurbəxiş vasitəsi ilə tanımış, onların arasında telefon söhbəti eşidib maraq göstərmiş, lakin onunla yaxın tanışlığı yoxdur, Təqsirləndirilən şəxs də Fuad vasitəsi ilə tanımış, bütün pulu 8000 və 2000 manatı Şahid6 vermiş, Təqsirləndirilən şəxs birbaşa pul verməmişdir (cild 1, iş vərəqi 200-207). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun oğlu X14 işsiz olduğundan qudası Cəmil tanışı olan Sumqayıt şəhər sakini, Azərbaycan Respublikası FHN-nin Yanğından Mühafizə xidmətində işləyən Şahid5 Vüqarın işə düzəlməsində kömək edə biləcəyini demişdir. Bir neçə gündən sonra Cəmil ona Həmid adlı şəxslə danışdığını, Həmidin də tanışı FHN-nin Sudan Xilasetmə xidmətində şöbə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə söhbət etdiyini və sonuncu da, oğlu Vüqar Sadıqovu 25000 manat müqabilində Sudan Xilasetmə şöbəsinə zabit kimi işə düzəldə biləcəyini dediyini bildirmişdir. Bundan sonra onlar Cəmil ilə birlikdə FHN-də işləyən Şahid5 və Təqsirləndirilən şəxslə Novxanı - Sumqayıt yolunun üstündə yerləşən adını xatırlamadığı kafedə görüşmüş, görüş vaxtı Təqsirləndirilən şəxs ona oğlunu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X4 və X15 Xidmətində kiçik müfəttiş vəzifəsinə 25000 manat müqabilində təyin edilməsini təmin edə biləcəyini demiş, Təqsirləndirilən şəxs həmin məsələni adını çəkmədiyi rəisi vasitəsi ilə həll edəcəyini bildirmiş, o da həmin təklifə razılıq vermişdir. Bundan sonra o, müəyyən məbləği toplayıb həmçinin qohumlarından və tanışlarından borc alıb 25000 manat pulu yığıb hazır etmiş, 29 fevral 2020-ci il tarixdə Novxanı - Sumqayıt yolunun üstündə qudası Cəmilə məxsus “Lifan” markalı avtomobilin içində Təqsirləndirilən şəxs Cəmilin iştirakı ilə 25000 manat pul vermiş, Abış pulu götürdükdən sonra Vüqar Sadıqovu 2 ay ərzində FHN-ə dediyi vəzifəyə təyin etdirəcəyini vəd etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirməklə vədinə əməl etməmişdir. 2020-ci ilin avqust ayında o, Təqsirləndirilən şəxs ona verdiyi 25000 manat pulu tələb etdikdə Təqsirləndirilən şəxs bir neçə aya pulu verəcəyini vəd versə də, sonradan ümumiyyətlə pul qaytarmaqdan imtina etmişdir. Abış hətta ondan aldığı puldan 5000 manatı Şahid5 verdiyini demişdir. Şahid5 ilə görüşdükdə isə Həmid Abışın aldığı 25000 manatdan ona pul çatmadığını bildirmişdir. Bir dəfə də Həmid onu Abşeron rayonunun Qobu qəsəbəsində dəqiq ünvanını bilmədiyi ünvana aparıb deməsinə görə guya onun dostuna məxsus torpaq sahəsini ona göstərərək həmin sahənin rəsmiləşdirilməsinə 2000 manat verəcəyi halda torpağı Abış pulu qaytaranadək onun adına keçirə biləcəyini demiş, o isə həmin təklifə razılıq verməmişdir. Bundan başqa 2020-ci ilin oktyabr ayında Abışın tapşırığına əsasən oğlu Vüqar Sadıqov hazırda adını bilmədiyi Təqsirləndirilən şəxs tanışı olan şəxs ilə birlikdə Biləcəri qəsəbəsində FHN-ə məxsus xəstəxanaya gedib tibbi müayinədən keçmiş, tibbi sənədlərin əsillərini yanında gələn şəxsə vermişdir. Həmçinin məsələ ilə bağlı Şahid5 ilə əlaqə saxladıqda Həmidin Təqsirləndirilən şəxs onların pulularını ələ keçirdiyini dedikdə Həmid onlara narahat olmamağı demişdir. Bununla bağlı o, FHN-nin Sudan Xilasetmə xidmətinin rəisi Rüfət Fərhadovun qəbulunda olmuş və baş verənləri Rüfət Fərhadova danışmışdır. Rüfət Fərhadov isə ona bildirmişdir ki, bu Təqsirləndirilən şəxs ilk dələduzluğu deyildir. Abış onlardan başqa da ayrı-ayrı şəxsləri aldadaraq pulunu talamışdır. O, pulu Təqsirləndirilən şəxs rüşvət qismində vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 2020-ci ilin fevral ayının ortalarında kürəkəni X14 işsiz olduğundan o, tanışı Azərbaycan Respublikası FHN-nin Yanğından Mühafizə Xidmətində işləyən Şahid5 Vüqarı işə düzəltmək üçün tanışının olub-olmaması barədə maraqlanmışdır. Bu söhbətdən bir neçə gün keçmiş Həmid onunla əlaqə saxlayaraq Vüqarı işə düzəldə biləcək tanışının olduğunu demişdir. Belə ki, Vüqar ona bildirmişdir ki, FHN-nin Sudan Xilasetmə Xidmətində şöbə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs Vüqar Sadıqovu işə qəbul etdirə bilər. Bundan sonra fevral ayının təxminən 21-i tarixində o, Şahid5 və Şahid1la birlikdə Təqsirləndirilən şəxslə Sumayıt şəhəri, 5-ci mikrorayon ərazisində fəaliyyət göstərən "Saraclı" kafesində görüşmüşlər. Təqsirləndirilən şəxs onlara Vüqar Sadıxovu 30000 manat müqabilində özünün işlədiyi şöbəyə zabit kimi işə götürəcəyini bildirmişdir. O və Sərdar Təqsirləndirilən şəxs dediyi qiymətlə razılaşmamışlar. Təqsirləndirilən şəxs isə son qiymətin 25000 manat olacağını söyləmiş, bu qiymətlə onlar razılaşmamışlar və söhbəti bitirərək sağollaşmışlar. Həmin günün axşamı Şahid1 onunla əlaqə saxlayaraq borca pul tapdığını bildirib Təqsirləndirilən şəxslə danışmağını xahiş etmişdir. O da növbəti gün saat 14 radələrində Abışın nömrəsinə yığıb dediyi 25000 manatı verməyə razı olduqlarını bildirmişdir. 24 fevral 2020-ci il tarixdə saat 18 radələrində o, Şahid1la birlikdə Təqsirləndirilən şəxslə Novxanı - Sumqayıt yolunun üstündə görüşmüşlər. Təqsirləndirilən şəxs həmin yerə markasını və nömrəsini xatırlamadığı avtomobili ilə gəlmiş, öz avtomobilindən düşərək onun idarə etdiyi avtomobilinə əyləşmişdir. Sərdar onun yanında Abışa 25000 manat pulu sayaraq vermişdir. Sonuncu pulu götürərək Vüqar Sadıqovu 2 ay ərzində işə düzəldəcəyinə vəd vermiş, lakin həmin gündən uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirməklə onları aldadıb vədinə əməl etməmişdir. Buna görə 2020-ci ilin avqust ayından etibarən o və Sərdar Təqsirləndirilən şəxs ona verdikləri 25000 manat pulu tələb etmişlər, lakin Abış dəfələrlə onları aldatmış, nə Vüqar Sadıxovu işlə təmin etmiş, nə də götürdüyü 25000 manat pulu geri qaytarmışdır. 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs Sərdar Sadıqovdan aldığı puldan 5000 manatını Şahid5 verdiyini demiş, lakin onlar Şahid5 ilə bir daha görüşdükdə Həmid 25000 manatdan ona pul çatmadığını bildirmişdir. Onlar pulu Təqsirləndirilən şəxs rüşvət qismində vermişlər. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayının ortalarında "Azəristilik” ASC-nin Sumqayıt İstilik sistemlərinin istismarı sahəsində qazanxana rəisi işləyən Cəmil Əliyev ona müraciət edərək bildirmişdir ki, kürəkəni X14 işsizdir, o da FHN-də işləyən FHN-nin Sudan Xilasetmə xidmətində şöbə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb bu barədə ona demiş, hər hansı əlaqələri varsa həmin şəxsə köməklik göstərməsini xahiş etmiş, o da bir müddət sonra əlaqə saxlayıb həmin şəxsə köməklik göstərə biləcəyini demişdir. Bundan sonra fevral ayının 21-də o, Cəmil Əliyev və Şahid1la birgə Təqsirləndirilən şəxslə Sumqayıt şəhəri, 5-ci mkr. ərazisində fəaliyyət göstərən “Saraclı” kafesində görüşmüşlər. Təqsirləndirilən şəxs orada Vüqar Sadıxovu 30000 manat müqabilində özünün işlədiyi şöbəyə zabit kimi işə götürəcəyini bildirmiş, bu qiymətlə Sərdar razılaşmamışdır. Sonradan onun eşitdiyinə görə Cəmil Əliyev və Şahid1 Təqsirləndirilən şəxslə müəyyən razılığa gəlmişlər və Novxanı-Sumqayıt yolunun üstündə onlar Təqsirləndirilən şəxs 25000 manat pulu vermişlər, lakin o həmin görüşdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs ona Şahid1 götürdüyü puldan heç zaman 5000 manat pul verməmişdir. O Şahid1 Abşeron rayonunun Qobu qəsəbəsində dəqiq ünvanı bilmədiyi ünvana aparıb dostuna məxsus torpaq sahəsini ona göstərərək həmin sahənin rəsmiləşdirilməsinə 2000 manat verəcəyi halda Abış pulu qaytaranadək torpağı onun adına keçirə biləcəyini demişdir. Buna səbəb Şahid1 Təqsirləndirilən şəxs ilə onun tanış etməsi olmuş, buna görə də Sərdar ilə Cəmil onu da günahkar görüb pulu tələb edtmişlər, ondan işlədiyi FHN-ə şikayət edəcəklərini demişlər, o da onları sakitləşdirmək üçün həmin təklifi onlara etmişdir. O, Cəmil, Sərdarı Təqsirləndirilən şəxs ilə sadəcə tanış edib görüşdürmüş, lakin ona hər hansı pul çatmamışdır. Hazırda barəsində edilən şikayətlərə görə o, FHN-dəki işindən azad edilmişdir (cild 1, iş vərəqi 217-221). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 və X15 Xidmətinin 19.01.2021-ci il tarixli, 37/34-00031 nömrəli məktubundan görünür ki, daxili xidmət polkovnik-leytenantı Əliyev X10 Hallar Nazirliyi X4 və X15 Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi vəzifəsində xidmət edir və tutduğu vəzifə Dövlət qulluğunun xüsusi növüdür (cild 1, iş vərəqi 72). İşdə olan Qax rayon “Stop Shop market”də yerləşən “Milliön” elektron ödəmə sisteminin 04.08.2020-ci il tarixli qəbzindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ******************** saylı bank hesabına bağlı olan 4****6096 nömrəli bank kartına marketdə quraşdırılmış Komtec LTD (Vöen **********) MMC-yə məxsus “Million” elektron ödəmə sisteminin 01691 nömrəli terminalı vasitəsi ilə saat 20:08:33-də 5000 manat (əməliyyat nömrəsi **********), saat 20:13:11-də isə 3000 manat (əməliyyat nömrəsi **********) məbləğində pul vəsaitləri köçürülmüşdür (iş vərəqi 192-193). İşdə olan Qax rayon H.Əliyev pr. “Araz N1” marketdə yerləşən “Milliön” elektron ödəmə sisteminin 05.09.2020-ci il tarixli qəbzindən görünür ki, həmin tarixdə X9 ******************** saylı bank hesabına bağlı olan 4****2532 nömrəli bank kartına marketdə quraşdırılmış Komtec LTD (Vöen **********) MMC-yə məxsus “Million” elektron ödəmə sisteminin 00647 nömrəli terminalı vasitəsi ilə saat 13:51:36-da 5000 manat (əməliyyat nömrəsi **********), saat 13:54:45-də isə 3000 manat (əməliyyat nömrəsi **********) məbləğində pul vəsaitləri köçürülmüşdür (iş vərəqi 206-207). İşdə olan Təqsirləndirilən şəxs məxsus 510307****4247 nömrəli ödəniş kartı üzrə çıxarışdan görünür ki, 04.08.2020-ci il tarixdə həmin karta “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 5000 və 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür (iş vərəqi 231-234). İşdə olan X12 məxsus 416973****2532 nömrəli bank kartı üzrə çıxarışdan görünür ki, 07.09.2020-ci il tarixdə həmin karta “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 5000 və 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür (iş vərəqi 242-245). İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 12.09.2017-ci il tarixli, 1294/ş saylı və 01.03.2021-ci il tarixli, 0267/ş saylı əmrlərindən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs 12.09.2017-ci il tarixdə X4 və X15 Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi təyin edilmiş, 01.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir (iş vərəqi 249-253). İşdə olan 19.05.2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işinə əlavə edilmiş “Million” elektron ödəmə sisteminin 04.08.2020-ci il tarixli (əməliyyat nömrəsi **********), 04.08.2020-ci il tarixli (əməliyyat nömrəsi **********), 05.09.2020-ci il tarixli (əməliyyat nömrəsi **********), 05.09.2020-ci il tarixli (əməliyyat nömrəsi **********) qəbzlərinin surətləri və Təqsirləndirilən şəxs məxsus 510307****4247 nömrəli bank kartı üzrə, X12 məxsus 416973****2532 nömrəli bank kartı üzrə çıxarışlar maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (iş vərəqi 273-288). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 135). Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs həmin cinayətləri törətməkdə təqsirlidir, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəza təyin edilməsinin ümumi əsaslarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndiriyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan 19.05.2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqi 320-321). Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun həbsə alındığı 23 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş “Milliön” elektron ödəmə sisteminin 04.08.2020-ci il tarixli (əməliyyat nömrəsi **********), 04.08.2020-ci il tarixli (əməliyyat nömrəsi **********), 05.09.2020-ci il tarixli (əməliyyat nömrəsi **********), 05.09.2020-ci il tarixli (əməliyyat nömrəsi **********) qəbzlərinin surətləri və Təqsirləndirilən şəxs məxsus 510307****4247 nömrəli bank kartı üzrə, X12 məxsus 416973****2532 nömrəli bank kartı üzrə çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətlərin bir qisminin qulluq mövqeyindən istifadə edilməsi və vəzifə cinayəti ilə bağlı olduğunu nəzərə alaraq, onun barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzanın tətbiq olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası CMnin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2 178.2.3 və 178.2.4 maddələrilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və toplanmış əlavə cəzanı toplanmış əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - “Million” elektron ödəmə sisteminin 04.08.2020-ci il tarixli (əməliyyat nömrəsi **********), 04.08.2020-ci il tarixli (əməliyyat nömrəsi **********), 05.09.2020-ci il tarixli (əməliyyat nömrəsi **********), 05.09.2020-ci il tarixli (əməliyyat nömrəsi **********) qəbzlərinin surətləri və Təqsirləndirilən şəxs məxsus 510307****4247 nömrəli bank kartı üzrə, X12 məxsus 416973****2532 nömrəli bank kartı üzrə çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1272/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1272/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver