Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1272/2022 28.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 2 noyabr 1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensİar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib satmaqla qazanc əldə etmək məqsədi ilə şəxsiyyəti məlum olmayan - “Ağa” adı ilə özünü təqdim edən İran islam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 2022-ci ilin fevral ayının ortalarında saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu DSK yolundan Sumqayıt şəhəri istiqamətində yolun sağ tərəfində məişət tullantıları olan yerin arxasında şam ağacları olan əraziyə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən “Ağa” adlı şəxs tərəfindən torpağa basdırılmış sellofan torbada külli miqdarda 1480,36 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, 474,4 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 303 qram çəkidə külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 5 ədəd blisterdə ümumilikdə 47 ədəd güclü təsiredici qüvvəsi 1,88 qram olan üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli külli miqdarda 40 ədəd narkotik vasitə metadon həblərini və 601,955 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanusuz olaraq əldə edib daşımaqla, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvana gətirərək saxlamış, 19 fevral 2022-ci il tarixdə saat 01:15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, ev 99 ünvanın qarşısında piyada hərəkətdə olarkən şübhəli şəxs qismində saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd bükümdə 12,885 qram külli miqdarda ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,89 qram və 4,97 qram, ümumi çəkisi 9,86 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra həmin gün saat 4 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanda keçirilmiş baxış zamanı evin həyətinə girişdən sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabın içərisindəki boz rəngli idman çantasından 5 ədəd skoçla bağlanmış qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 177,21 qram, 180,26 qram, 192,07 qram, 180 qram, 208 qram, skoçla bağlanmış 1 ədəd şəffaf sellofanın içərisində 9 ədəd sellofan bükülüdə ümumi çəkisi 52,960 qram, 1 ədəd skoçla bağlanmış şəffaf sellofanda təmiz çəkisi 480 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 1480,36 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 4 bükümdə ayrı-ayrılıqda çəkiləri 110,4 qram, 114,5 qram, 127 qram, 122,5 qram ümumi çəkisi 474,4 qram külli miqdarda qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə çəkisi 303 qram küili miqdarda tünd qəhvəyi rəngli qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 ədəd bükümdə 5 ədəd blisterdə ümumilikdə 47 ədəd təsiredici qüvvəsi 1,88 qram olan üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul qəhvəyi rəngli külli miqdarda narkotik vasitə 40 ədəd metadon həbləri, 1 ədəd bükümdə çəkisi 589,1 qram külli miqdarda ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin və marixuananın izləri olan 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci il yanvar ayında “İnstaqram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxslə tanış olmuş, tanışlıqdan sonra “Ağa” onda müxtəlif adda narkotik vasitələr və psixotrop maddə olduğunu, Azərbaycanda tanışları olduğunu, istədiyi təqdirdə Bakı şəhəri və Bakı şəhəri ətrafında müəyyən yerlərə həmin vasitələri qoydura biləcəyini demişdir. Pula ehtiyacı olduğundan “Ağa” ilə razılaşmış və 2022-ci ilin fevral ayının əvvəlləri “Ağa” Bakı şəhəri, Binəqədi rayonu DSK yolundan üzü Sumqayıt şəhəri istiqamətinə gedən yolun sağ tərəfində məişət tullantıları olan yerin arxasında olan şam ağaclarının altında torpağa bir ədəd qara rəngli sellofan torbada qoyulacaq narkotik vasitə heroini, tiryəki, qurudulmuş marixuananı, 47 ədəd metadon tabletlərini, psixotrop maddə metamfetamini götürməsini demişdir. “Ağa” heroini “pəncərə”, marixuanananı “gül”, metamfetamini “şüşə” adlandırmişdır. 10 fevral 2022-ci il tarixdən sonra “Ağa” onunla “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq malları saat 21 radələrində gedib götürə biləcəyini, narkotik vasitələri satdıqdan sonra pulunu deyəcəyi şəxsə verəcəyini bildirmişdir. Sonuncunun dediyi yerə gedib içərisində narkotik vasitələr olan basdırılmış torbanı götürərək yaşadığı evə gətirmiş, evdəkilər bilməsin deyə yaşadığı evin həyətində girişdən sağ tərəfdə yerləşən taxta konstruksiyalı dolabın içərisindəki boz rəngli idman çantasına qoyub gizlətmiş, sellofan torbanı açdıqda içərisində bir neçə kiçik torbalarda, sellofanlarda bükülmüş, bəzilərinin üzəri skoçla bağlanmış narkotik vasitə heroin, narkotik vasitə tiryək, narkotik vasitə qurudulmuş marixuana, üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli 47 ədəd narkotik vasitə metadon tabletləri və psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Narkotik vasitələri çəkib, bükümlər halına salmaq üçün səhəri gün Biləcəri qəsəbəsində mağazadan iki ədəd elektron tərəzi almış, vaxtı olduqca tərəzidə çəkmişdir. 19 fevral 2022-ci iİ tarixdə axşam saatlarında bir ədəd bükümdə psixotrop maddə metamfetamin, iki ədəd bükümdə narkotik vasitə quru vəziyyətdə marixuana götürüb əynində olan qara rəngli gödəkcənin sol yan cibinə qoymuş, həmin tarixdə səhər saat 01:15 radələrində Bakı şəhəri, Binəqədi rayonunda piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğu üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşyalar olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 bükümdə psixotrop maddə metamfetamini və 2 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi metamfetamin və qurudulmuş marixuana ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, ev 99, mənzil 33 ünvanda arvadı Aygün Kərimovanın iştirakı ilə evin həyətində girişdən sağ tərəfdə yerləşən taxta kontruksiyalı dolabın alt hissəsində gizlətdiyi 1 ədəd boz rəngli idman çantasını polis əməkdaşlarına və iştirakçılara təqdim etmişdir. Həmin çantanın içindən 7 ədəd bükümdə qurudulmuş marixuana, 1 ədəd bükümdə metamfetamin, 4 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə narkotik vasitə tiryək və 47 ədəd metadon həbləri, 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzi ilə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən evin digər tərəflərinə baxış keçirilən zaman həyətdə olan masanın üzərindən 1 ədəd “ODDO” markalı mobil telefon və göy rəngli dəftər götürülmüşdür. DİN-in Baş Narkotiklərlə mübarizə İdarəsində polis əməkdaşları tərəfindən keçirilmiş tədbirin nəticəsinə dair tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı rütbəsində xidmət edir. 18 fevral 2022-ci ii tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi və Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında yaradılmış əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 19 fevral 2322-ci il tarixdə saat 01:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmiş və sonuncunun hüquqlarının təmin edilməsi məqsədi ilə müdafiəçi dəvət olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilərək üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 bükümdə ağ rəngli, kristallşəkilli psixotrop maddə metamfetaminə bənzər, 2 bükümdə açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 14 qram, qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırma ilə birlikdə çəkisi 11 qram olmuş, qablaşdırılmış kütlələr iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu ərazisində gizlədilən yerdən, deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, narkotik maddələrin satışından ümumilikdə təxminən 8000 manat əldə etdiyi pulu şəxsi işlərinə xərclədiyini, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, saxladığı narkotik maddələri təqdim edə biləcəyini, evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Həmin gün saat 4 radələrində əməliyyat qrupunun, müdafiəçinin və Təqsirləndirilən şəxs arvadı Aygün Kərimovanın iştirakı ilə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, ev 99, mənzil 33 ünvana baxış zamanı, Təqsirləndirilən şəxs evin həyətində girişdən sağ tərəfdə yerləşən taxta konustruksiyalı dolabın alt hissəsində gizlətdiyi 1 ədəd boz rəngli çantanı təqdim etmişdir. Çantanın içindən 7 bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 1 bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, 5 bükümdə ağ rəngli narkotik vasitə heroinə bənzər, 1 bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər, 47 ədəd metadon həbinə bənzər kütlələr və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilərkən qablaşdırma ilə birlikdə çəkisi 1 kq 530 qram, metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 589 qram, heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 529 qram, tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 305 qram olmuş, aşkar olunmuş predmetlər qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş, həmçinin evin digər hissələrinə baxış keçirilərkən həyətdə olan masanın üzərindən 1 ədəd “Oddo” markalı mobil telefon və göy rəngli dəftər qablaşdırılaraq götürülmüş və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Tural Kəimov saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərəkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan 19 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan ara rəngli gödəkçənin sol yan cibindən 1 bükümdə, ağ rəngli kristallşəkilli psixotrop maddə metamfetaminə bənzər, 2 bükümdə açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmiş, metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlələr qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu ərazisində gizlədilən yerdən, deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, əlavə olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşadığı evdə nbrkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. İşdə olan 19 fevral 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı Aygün Kərimovanın iştirakı ilə yaşadığı evin həyətində girişdən sağ tərəfdə yerləşən taxta konustruksiyalı dolabın alt hissəsində gizlətdiyi 1 ədəd boz rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içindən 7 bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 5 bükümdə, ağ rəngli, narkotik vasitə heroinə bənzər, 1 bükümdə tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər 47 ədəd metadon həbinə bənzər kütlələr və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur (1-ci cild iş vərəqi 32-33, 38-40). İşdə olan dəftərə baxış keçirilməsi haqqında 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 20 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs evindən götürülmüş bir ədəd göy rəngli dəftərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, götürülmüş 66 (altımış altı) vərəqdən ibarət dəftərin birinci vərəqində müxtəlif qeydlər aparılmışdır. Belə ki, “Pəncərə”, “Gül”, “Şüşə” qeydləri cədvəl formasında aparılmaqla, hər cədvəlin altında müxtəlif qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs tanışı İran İslam Respublikasının vətəndaşı “Ağa” adlı şəxsin göndərdiyi narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamini elektron tərəzidə çəkib xırda bükümlərdə büküb çəlikəri barədə dəftərində qeyd etmiş, “Pəncərə” dedikdə narkotik vasitə heroini, “Gül” dedikdə narkotik vasitə marixuananı, “Şüşə” dedikdə psixotrop maddə metamfetamini nəzərdə tutmuşdur (1-ci cild iş vərəqi 87). İşdə olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən götürülmüş bir ədəd göy rəngli 66 (altımış altı) vərəqədən ibarət dəftər iş üzrə maddi sübut kimi tanınmışdır (1-ci cild iş vərəqi 168-188). İşdə olan və Təqsirləndirilən şəxs üzərində və evində həyata keçirilmiş axtarış və götürməni əks etdirən videoçəkilişə dair görüntülər olan 2 ədəd CD diskə baxış keçirilməsi haqqında 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü təqdim etməsi barədə edilmiş təklifdən sonra X2 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 bükümdə, ağ rəngli, kristallşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 2 bükümdə, açıq yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim edir. Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 14 qram, qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə çəkisi 11 qram müəyyən olunur və həmin kütlələr qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanaraq götürülür. Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxsin vasitəsi ilə Binəqədi rayonu ərazisində gizlədilən yerdən deyiləcək ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, narkotik maddələrin satışından ümumilikdə təxminən 8000 manat əldə etdiyi pulu şəxsi işləri üçün xərclədiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını və hər hansı pul və dəyərli əşyasının olmadığını, əlavə olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirir. Eyni zamanda, Təqsirləndirilən şəxs, arvadı Aygün Kərimovanın iştirakı ilə yaşadığı evin həyətində girişdən sağ tərəfdə yerləşən taxta konustruksiyalı dolabın alt hissəsində gizlətdiyi 1 ədəd boz rəngli çantanı təqdim etmiş. Həmin çantanın içindən 7 bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər, 1 bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, 5 bükümdə, ağ rəngli, narkotik vasitə heroinə bənzər, 1 bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər, 47 ədəd metadon həbinə bənzər kütlələr və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 530 qram, metarrıfetaminə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 589 qram, heroinə bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 529 qram, tiryəkə bənzər kütlələr elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 305 qram müəyyən edilmişdi. Aşkar olunmuş predmetlər qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Evin digər hissələrinə baxış keçirilən zaman masanın üzərindən 1 ədəd “Oddo” markalı mobil telefon və göy rəngli dəftər götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxsidən əldə etdiyini, arvadı Aygün Kərimovanın onun narkotik vasitələrin satışı ilə məşğul olması və yaşadıqları evdə narkotik maddə saxlamasından məlumatı olmadığını bildirmişdir (1-ci cild iş vərəqi 84-85). İşdə olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 2 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (1-ci cild iş vərəqi 168-188). İşdə olan mobil telefon məlumatlarına baxış keçirilməsi haqqında 22 aprel 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 12 aprel 2022-ci il tarixli ABKC/LGL- 6265/22 qeydiyyat nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** mobil nömrənin SMS yazışmaları cədvəlinə baxış zamanı, 1 yanvar 2022-ci il tarixdə saat 14:07:06-da (99477) ***-**-** mobil nömrədən «birazdan 5 manatım qaldı sənə kont atacam Tural», 31 yanvar 2022-ci il tarixdə saat 00:31:10-da (99455) ***-**-** mobil nömrədən “Tural nolar məniçün bir dənə də yaşıl verdə pis gündəyəm” mətnli SMS yazışmaların aparılması müəyyən edilmişdir (1-ci cild iş vərəqi 156). İşdə olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 31 may 2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (1-ci cild iş vərəqi 168-188). İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 19 fevral 2022-ci il tarixli 6/1028 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..» və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 12,855 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən..” və s. yazılar, imzalar olan kağız torbadakı 01 ədəd bükümdə təmiz çəkisi 589,1 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 04 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 110,4 qram; 114,5 qram; 127,0 qram; 122,5 qram, ümumi təmiz çəkisi 474,4 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 04 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 303,0 qram tünd qəhzvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, üzərində “Methadone 40...Faran” göstəriciləri olan 5 blisterdə ümumilikdə 47 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngii tabletlərin tərkibində ümumilikdə təmiz çəkisi 1,88 qram olan narkotik vasitə metadon müəyyə edildi; 1 ədəd qara və 1 ədəd gümüşü korpuslu elektron tərəzilərin üzərində heroinin izləri müəyyən edildi. Tərəzilərin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirilmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (1-ci cild iş vərəqi 47- 50). İşdə olan məhkəmə-bioloji ekspertiza 19 fevral 2022-ci il tarixli 7/157 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olan...” sözləri yazılmış polietilen torbada 05 ədəd skoçla bağlanmış qara rəngli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 177,21 qram, 2) 180,26 qram, 3) 192,07 qram, 4) 180,0 qram, 5) 208,0 qram; skoçla bağlanmış bir ədəd şəffaf sellofan içərisində 09 ədəd sellofan bükülüdə ümumi çəkisi 52,960 qram, skoçla bağlanmış bir ədəd şəffaf sellofanda təmiz çəkisi 480,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, ümumi çəkisi 1470,5 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olan...” sözləri yazılmış kağız paketdə iki ədəd skoçla bağlanmış şəffaf sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 4,89 qram və 4,97 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 9,86 qramdır. Tədqiqata təqdim olunmuş kağız paketdə və polietilen torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş iki ədəd elektron tərəzilərin üzərində cüzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cüzi miqdarda olduğuna görə təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparılmadı (1-ci cild iş vərəqi 53-58). İşdə olan 28 fevral 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 474,4 qram, tədqiqatdan sonra qalıq çəkisi 474,2 qram, narkotik vasitə tiryəkin təmiz çəkisi 303,0 qram, tədqiqatdan sonra qalıq çəkisi 302,9 qram, narkotik vasitə qurudulmuş marixuana təmiz çəkisi 1480,36 qram, tədqiqatdan sonra qalıq çəkisi 1479,51 qram, üzərlərində «F/M40» yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli 47 ədəd təmiz çəkisi 1,88 qram narkotik vasitə metadon tabletləri, tədqiqatdan sonra qalıq çəkisi 41 ədəd, psixotrop maddə metamfetaminin təmiz çəkisi 601,955 qram, tədqiqatdan sonra qalıq çəkisi 601,855 qram, eləcə də iki ədəd tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild iş vərəqi 130-131). İşdə olan məhkəmə-psixiatrik ekspertiza üzrə 11 aprel 2022-ci il tarixli 886 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aryağdı oğlunda törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini ölçübbiçmək və onları düzgün qavrayıb, təsvir etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərini düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcbüri tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (1-ci cild iş vərəqi 157-158). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə 13 aprel 2022-ci il tarixli 1775 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 159-160). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 10 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 135). İşdə olan şübhəli şəxsin tutulması haqqında 19 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 22-23). İşdə olan Binəqədi Rayon Məhkəməsinin 20 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli 19 fevral 2022-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 96-108). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olması cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır və törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 19 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzanın çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinin tələbinə əsasən, iş üzrə maddi sübutlar - Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 474,2 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 302,9 qram narkotik vasitə tiryək, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1479,51 qram narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatdan sonra qalıq 41 ədəd narkotik vasitə metadon tabletləri, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 601,855 qram psixotrop maddə metamfetamin, eləcə də iki ədəd tərəzi məhv edilməli, 3 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın, maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan bir ədəd göy rəngli 66 (altımış altı) vərəqədən ibarət dəftər cinayət işinin materiallarında saxlanılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təhvil verilməli, üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli ekspertiza tədqiqatdan sonra qalıq 41 ədəd narkotik vasitə metadon tabletləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinin tələbinə əsasən, cinayət işi üzrə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 474,2 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 302,9 qram narkotik vasitə tiryək, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1479,51 qram narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatdan sonra qalıq 41 ədəd narkotik vasitə metadon tabletləri, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 601,855 qram psixotrop maddə metamfetamin, eləcə də iki ədəd tərəzi məhv edilsin, 3 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın, maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan bir ədəd göy rəngli 66 (altımış altı) vərəqədən ibarət dəftər cinayət işinin materiallarında saxlanılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təhvil verilsin, üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli ekspertiza tədqiqatdan sonra qalıq 41 ədəd narkotik vasitə metadon tabletləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatların dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov
Məhkəmə qərarları › İş №1(101)-1272/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1272/2022
28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver