Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1272/2023 06.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 yanvar 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs naməlum vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda - 23,508 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş məlumat əsasında 10 yanvar 2023-cü il tarixdə, saat 07:00-da Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin (bundan sonra: RPİ-nin PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski 523 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə aparılmış və orada videoçəkilişdən istifadə olunmaqla müfadiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş halda təmiz çəkisi 23,508 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda - 23,508 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş məlumat əsasında 10 yanvar 2023-cü il tarixdə, saat 07:00-da Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin (bundan sonra: RPİ-nin PBnin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski 523 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə aparılmış və orada videoçəkilişdən istifadə olunmaqla müfadiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş halda təmiz çəkisi 23,508 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulmazdan 4 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Tutulduğu gün səhərə yaxın evdən çıxıb yeznəgilə gedən zaman polis əməkdaşları mənə yaxınlaşıb onu 35-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt onun üzərində 1 ədəd metadon tabletka olmuşdur. Həmin metadonu ona bir tanışı pulsuz vermiş, o, həmin metadonu narkotik vasitələrin qəbulundan azad olmaq üçün istifadə etmişdir. Üzərində başqa narkotik vasitə olmamışdır. Polis bölməsində olarkən üzərinə şəxsi axtarış keçirilmiş və 1 ədəd metadon tabletka aşkarlanmışdır. Üzərindən çıxan metadonun taleyinin sonradan necə olduğunu o, bilməmişdir. İttihamda göstərilən narkotik vasitə onun üzərində olmamışdır. Onun üzərində tərəzi də olmamışdır. Təhqiqatçı ona videoçəkiliş aparılacağını demiş, həmin narkotiklər videoçəkilişdən əvvəl təhqiqatçı tərəfindən onun üzərinə qoyulmuşdur. Üzərinə qoyulan narkotik vasitənin miqdarı çox olduğundan boynuna götürmək istəməmişdir. Bölmə rəisi özü belə ondan onların dediyi miqdarda narkotik vasitəni boynuna götürməsini tələb etmişdir. Boynuna götürməsi üçün o, döyülmüş, ona işgəncə verilmiş, xəsarət yetirilmişdir. O, xəsarətləri ona yetirən şəxsləri tanımamış, bel, ayaq nahiyyələrində, üzündə yara və qançır kimi xəsarətlər olmuşdur. Təcridxanaya daxil olarkən xəsarətlərin qeydiyyatı aparılmış, lakin xəsarəti nə vaxt aldığımı ilə bağlı onlara bildirməmişdir. Prokurorluqdan xəsarətləriylə bağlı Kürdəxanıya, yəni Bakı İstintaq Təcridxanasına nümayəndə gəlmiş, üzərində xəsarətlər olmasına baxmayaraq, prokurorluğa qarşı onda inamsızlıq olduğundan, şikayəti olmadığını bildirmişdir. Prokurorluğun yoxlamasının nəticə ilə bağlı qərarın surəti ona göndərilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, prokurorun qəbulunda olarkən prokuror ondan “narkotik səndə hardandır?” deyə soruşduqda, o, cavabında üzərində telefon olduğunu, yəqin ki, kimdənsə zəng edib aldığını bildirmiş və araşdıralmasını xahiş etmişdir. O, heç kimə narkotik satmamış, lakin istifadəçisi olmuşdur. Baxılan iş üzrə şahidlər Şahid2 və Şahid1 onu saxlayan polis əməkdaşları olmuş, onun döyülməsində iştirak etməsələr də, hər ikisi onun döyülməsindən xəbərdar olmuşlar. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ibtidai istintaqın ilkin mərhələlərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi 11 yanvar 2023-cü il tarixli ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, təxminən 4 ay əvvəl narkotik vasitə heroini yandıraraq tüstüsün buruna çəkmək yolu ilə istifadə etməyə başlamışdır. 4 ay müddətində demək olar ki, hər gün narkotik vasitə heroini qəbul etdiyinə görə onun alüdəçisi olmuş və heroini narkotik vasitəsini qəbul etmədikdə bədənində müxtəlif ağırlar olmuşudur. Ona görə də o, hər gün tanımadığı şəxslərdən narkotik vasitə olan heroin alaraq qəbul etmişdir. Lakin əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 10 yanvar 2023-cü il tarixdə, saat 05 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suarxanı qəbəsində tanımadığı İran İslam Respublikası (bundan sonra: İran və ya İİR) vətəndaşından öz istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə olan heroini əldə edib əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsinə getmişdir. Orada piyada hərəkət edən zaman, saat 07:00 radələrində iki nəfər, özlərini polis əməkdaşı kimi təqdim edən şəxs ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli bilindiyini ona bildirmiş və onu 35-ci PB-nə dəvət etmişlər. O, həmin şəxslərə öz razılığını bildirmiş və onlar onu əllərini ciblərimə salmağa imkan verməyərək onu 35-ci PB-nə aparmışır. Daha sonra orada bölmənin təhqiqatçısı tərəfindən ona dəvət olunmuş vəkilin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılacağı bildirilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra təhqiqatçı ona üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet olub-olmaması ilə maraqlanmış və o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində narkotik vasitə olan heroin olduğunu bildirmiş və həmin bir ədədə bükümü cibindən çıxarıb təqdim etmişdir. Həmin 1 ədəd büküm ağ rəngli selofana bükülmüş vəziyyətdə olmuş, təhqiqatçı tərəfindən həmin büküm açılmış və bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Ondan həmin maddələrin nə olduğunu və haradan əldə etməyini soruşduqda, o, həmin bükümdə olan maddənin narkotik vasitə heroin olmasını, həmin maddəni həmin gün səhər radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı İran vətəndaşından aldığını bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzi vasitəsi il çəkilmiş və həmin bükümün çəkisinin 27,48 qram olması müəyyən olunmuşdur. O, Günel Müstafayeva adlı qızı tanısa da, ona narkotik vasitə satmamışdır (iş vərəqə: 60-62). İfadələri arasında müəyyən olunan ziddiyyətlərlə aydınlıq gətirən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, elan olunmuş ifadəni zorakılıq nəticəsində vermişdir. Belə ki, Polis bölməsinin rəsinin otağına bir nəfər Günel Müstafayeva adlı qız gətirilmiş, həmin qız narkotiki ondan aldığını bildirmişdir. Qıza “əgər məndən almısansa yəqin ki, telefon nömrəm səndə var” dedikdə, o, olmadığını bildirmiş, hətta onun adını belə bilməmişdir. Daha sonra o, qandalla asılmış, gedib evindən kilolarla narkotik çıxaracaqları ilə ona hədə-qorxu gəlmişlər. Ona xəsarətlər dubinka və ayaqla yetirilmişdir. Ona qarşı müstəntiq tərəfindən zorakılıq olmasa da, ifadələrinə müstəntiq imza etdirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, 10 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən ona Təqsirləndirilən şəxs Xətai rayon ərazisində qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olmuş, bu barədə dərhal PB-nin rəhbərliyinə raportla müraciət etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə onun rəhbərliyi ilə həmin PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradımışdır. Daha sonra saat 06:30 radələrində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi ünvanına gedib orada müşahidə aparmağa başlamış, Saat təxminən 07:00 radələrində bir nəfər zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxsa oxşar şəxsi görüb ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən anket məlumatları barədə maraqlanmışlar və həmin şəxs anket məlumatların onlara bildirdikdə həmin şəxsi Təqsirləndirilən şəxs olması müəyyən etmiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmasında şübhəli olduğunu bildirərək onu Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs PB-nə gətirilmiş və bununla bağlı raportla PBnin rəhbərliyinə məlumat vermişdir. Daha sonra həmin polis bölməsində təhqiqatçının otağında dəvət olunmuş vəkilin və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya maddənin olması soruşulmuş və olduğu halda təqdim etməsi xahiş olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ şəffaf selofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və aşkra olunan maddənin çəkisinin bükümlə birlikdə 27,48 qram olması müəyyən olunmuşdu. Daha sonra həmin büküm ağ rəngli zərfə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bununla bağlı protokol tərtib olunmuş, təhqiqatçı tərəfindən ucadan oxunmuş, həmin protokol düzgün tərtib olunduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilən Şahid1 ifadəsində, həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs döyülməsi, boynuna ittihamda göstərilən növdə və miqdarda narkotik vasitə qoyulması barədə göstərdikləri doğru deyildir. O, saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən çox səmimi olmuş, əməlini etiraf edib, həmin bükümdə olan maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni özünün istifadəsi üçün Suraxanı rayonu ərazisində tanımadığı İran vətəndaşından aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs döyülməsini, onun boynuna ittihamda göstərilən növdə və miqdarda narkotik vasitə qoyulmasını görməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Xətai RPİnin 35-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs döyülməsini, ona qarşı qanunsuzluqlar baş verdiyini görmədiyini və ya eşitmədiyini bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib olunan 10 yanvar 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yəni satışı və istifadəsi ilə əlaqədar daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları, əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 5 ünvanın qarşısında saxlanılaraq saat 07:10-da Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına aparılmışdır (iş vərəqə: 4, 10). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış aparılması və götürmə» haqqında 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-nə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı sonuncu 10 yanvar 2023-cü il tarixdə, saat 07:00 radələrində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsi ilə piyada hərəkət edən zaman 35-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilmiş, PB-nin inzibati binasında 35-ci PB-nin təhqiqatçısı X4 rəhbərliyi ilə həmin bölmənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, polis serjantı X5, həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə videoçəkilişdən istifadə edilməkdə üzərində şəxsi axtarış aparılan zaman, ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ şəffaf selofan bükümü çıxararaq təqdim etmiş, təqdim etdiyi həmin maddənin "kakos" adlanan baxmaq heroin narkotik vasitəsi olduğunu, həmin maddəni 10 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində tanımadığı İran vətəndaşından şəxsi istifadəsi üçün alıb əldə etdiyini və elə həmin gün, yəni 10 yanvar 2023-cü il tarixdə saat 07:00 radələrində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirmişdir. Tədqiq olunan protokoldan daha sonra görünür ki, şəxsi axtarış aparılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm təhqiqatçı tərəfindən açılmış, bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli heroin narkotik vasitəsinə bənzər maddənin olduğu müəyyən edilmiş və 01 ədəd şəffaf rənglii sellofana bükülmüş həmin maddə selofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 27,48 qram olması müəyyən olunmuşdur. Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş maddə sonuncunun özünün, onun müdafiəçisinin və digər iştirakçıların iştirakı ilə bir ədəd zərfə qablaşdırılmış və zərfin üzəri 154 nömrəli möhürlə möhürlənmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış "Samsunq" markalı videokamera vasitəsi ilə lentə alınmış və həmin videogörüntülərin yükləndiyi bir ədəd CD-R formatlı disk tərtib olunan protokola əlavə edilmişdir (iş vərəqə: 30-31). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 01 ədəd “CD- R” formalı diskə - “elektron daşıyıcıda olan görüntülərə baxış keçirilməsi haqqında” 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılması və götürmə prosesinin videogörüntüləri ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan protokolda göstərilən faktlarla uyğundur və ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: 80). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2023-cü il, tarixli 6/131 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin narkotik vasitənin təmiz çəkisi 23,508 qram təşkil etmişdir. Rəydə olan qeydlərə əsasən heroin narkotik vasitəsi 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: 38-42). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 235 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 107-109). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan müvafiq sənədlərlə müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək 01 ədəd bükümdə götürülmüş 23,508 qram heroin narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 23,458 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi “CD-R” formatlı bir ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 131-139, 146). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 131-139, 141-143). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər kimi təqsirləndirilən şəxsin ondan aşkar olunan narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlama və daşıma cinayətini törətməkdə sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. Belə ki, istər məhkəməyədək icraat və istərsə də məhkəmə baxışı mərhələsində Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsini, saxlamasını və daşımasını təsdiq edə biləcək konkret sübutlar müəyyən edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirinə dair müvafiq sənədlərlə, o cümlədən Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib olunan 10 yanvar 2023-cü il tarixli raportla, eyni şəxs tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 10 yanvar 2023-cü il tarixli qərarla, Təqsirləndirilən şəxs saxlanılıb 35-ci PB-nə gətirilməsi barədə əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunan eyni tarixli daha bir protokolla müəyyən edildi ki, əməliyyat məlumatı baxılan iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində – satışı və istifadəsində şübhəli olması barədə olmuşdur (iş vərəqə: 4, 5-6, 10). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs dindirilərkən şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu 11 yanvar 2023-ci il tarixli ifadələrində ondan aşkar edilib iki bükümdə götürülən narkotik vasitəni satış məqsədilə əldə etdiyini, konkret olaraq kiməsə satdığını, əldə etdiyi konkret mənbəni etiraf etməmiş, təqdim etdiyi bükümlərdə olan maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu, 10 yanvar 2023-cü il tarixdə, saat 05 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Suarxanı qəbəsində tanımadığı İran vətəndaşından alaraq özünün istifadə etməsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmiş, məhkəmə baxışı zamanı verdiyi ifadələrində isə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərdiklərini inkar etmiş, aşkar olunub götürülən narkotik vasitənin ona aid olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona qarşı edilmiş fiziki təzyiqlər nəticəsində boynuna götürməsinə məcbur edildiyini göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin əldə olunma mənbəyinin, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyənləşdirilməsi üçün 07 fevral 2023-cü il tarixli sorğu (əməliyyat tapşırığı deyil) verilmişdir. Əməliyyat xidməti tərəfindən ibtidai istintaq orqanının həmin sorğusuna verilmiş 20 fevral 2023-cü il cavab məktubunun məzmunundan görünür ki, sorğuda qeyd olunmaqla cavablandırılması zəruri olan halların araşdırılması məqsədilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, o cümlədən hadisə ətrafında kəşfiyyat xarakterli söhbətlər aparılmış, əməliyyat yolu ilə qeyrilərinin bu cinayətdə iştirak ehtimalı yoxlanılmış, DİN-nin Təhlükəsiz Şəhər kameralarının, hadisə yerinin ətrafında müəyyən olunan sair kameraların görüntülərinə baxış keçirilmiş, məxfi əməmkdaşlara tapşırıqlar verilmiş və s. əldə edilmiş məlumatlarla Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması müəyyənləşdirilmişdir. Tədqiq olunan həmsin sənəddən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin əldə olunma mənbəyi barədə istintaq orqanına hər hansı məlumat verilməmiş, yalnız əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi göstərilmişdir (iş vərəqə: 97, 109-110). Əməliyyat xidməti tərəfindən ibtidai istintaq orqanının həmin sorğusuna verilmiş 20 fevral 2023-cü il cavab məktubunun məzmunundan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasının müəyyənləşdirilməsi ətrafında məktubda yoxlanıldığı qeyd olunmuş əməliyyataxtarış tədbirlərinin real olaraq icra olunmasını təsdiq edən heç bir sübut sorğunu verən istintaq orqanına təqdim olunmadığından və istintaq yolu ilə yoxlanılmadığından əməliyyat xidmətinin qeyd olunan məzmunda cavabları iş üzrə mötəbər sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə əsas verə bilməz. Cinayət işinə məhkəmə baxışı zamanı, həmçinin müəyyən olundu ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi ətrafında sübutlar qiymətləndiriləkən əməliyyat xidməti tərəfindən ibtidai istintaq orqanının sorğusuna verilmiş 20 fevral 2023-cü il cavab məktubunda qeyd olunan formal məlumatlar sübut kimi qiymətləndirilməmiş, iş üzrə tərtib olunan ittiham aktına belə, əlavə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs aşkar edilərək götürülən heroin narkotik vasitəsinin mənbəyinin müəyyən edilməməsi əsası ilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işinin ayrıldığı müəyyən edilmişdir. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və ya psixotrop maddələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məxsus olmuş ***-***- **-** mobil nömrəsi üzrə “Azerfon” mobil operatorundan götürülmüş məlumatlara baxış keçirilməsi haqqında 02 mart 2023-cü il tarixli protokoldan görünür ki, baxış nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri alması və ya satışı ilə məşğul olmasını təsdiq edə biləcək sms və ya sair məlumatlar aşkar edilməmiş və ya iş üçün əhəmiyyətli ola biləcək hər hansı məlumat əldə edilməmişdir (iş vərəqə: 118). Məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokollarda Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanılıb Xətai RPİ-nin 35-ci PB-nə gətirilən gün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və ya psixotrop maddə əldə edib saxlamaqda və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur (iş vərəqə: 20). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələlərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi 11 yanvar 2023-cü il tarixli ifadələrində müstəntiq tərəfindən ona “230110005 saylı cinayət işi üzrə şübhəli şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini 10 yanvar 2023-cü il tarixdə, saat 06 radələrində Bakı şəhəri, Xətai rayonu, P.Həşimov küçəsində nisyə olaraq 200 manat müqabilində sizdən almışdır. Bu barədə nə deyə bilərsiniz?” məzmunda sual ünvanlanmış, Təqsirləndirilən şəxs isə X2 yalan dediyini bildirmiş, ona narkotik vasitə və ya psixotrop maddə satdığını inkar etmişdir. Qeyd olunan bu xüsusat ibtidai araşdırmanın sonunadək yoxlanılmamış, X7 adlı şəxsin anket məlumatları barədə məlumatlar iş materiallarına əlavə olunmamış, sonuncu baxılan iş üzrə dindirilməmiş, başaq cinayət işi üzrə dindirilmiş olsa belə, onun ifadəsi cinayət işinə əlavə edilməmiş, təqsirləndirilən şəxs Rüfət X1 arasında üzləşmə istintaq hərəkəti aparılmamış, istintaqı sonrakı mərhələlərində X7 adlı şəxs barədə ümumiyyətlə bəhs olunmamış və ən nəhayət, bu xüsusat hüquqi cəhətdən qiymətləndirilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilib götürülmüş heroin narkotik vasitəəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində narkomaniya xəstəliyi mövcuddur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə baxışı zamanı cinayət işinin materialları araşdırılarkən müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinə görə toplanılmış sübutlara hüquqi qiymət verilərkən təqsirləndirilən şəxsin özünün, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə», «şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış keçirilməsi barədə” protokolları, məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların rəyləri, maddi sübut və cinayət işinin sair materialları əsas götürülmüş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetmiş əməl kimi qiymətləndirilmişdir. Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, əksinə həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edərkən fərziyyə və şübhələrə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə hüquqi tövsifi ilə bağlı qeyd edir ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Yəni Təqsirləndirilən şəxs götürülən bir ədəd bükümdəki heroin narkortik vasitəsinin ümumi kütləsi külli miqdar olmaqla 23,508 qram təşkil etmişdir və bu miqdar şəxsi istehlak miqdarından artıq külli miqdar kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixdə qəbul edilmiş 516-VİQD nömrəli qanunla yeni məzmunda 234.1-1-ci maddə Azərbaycan Respublikasının CM-nə əlavə olunmuşdur ki, həmin qanuna əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməllər külli miqdarda törədildikdə təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd olunan həmin Qanun 20 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin 10 yanvar 2023-cü il tarixə təsadüf etməsi, ondan aşkar edilib götürülən heroin narkotik vasitəsinin 23,508 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasının təsdiq olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxs Rüft Fətullayevin məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülməsi qeyd olunan narkotik vasitənin ona aid olmaması, saxlanılarkən onun üzərində yalnız bir tablet metadon olması, qanunsuz saxlanılması və polis tərəfindən təzyiqlərə, təhdidlərə və işgəncəyə məruz qalması, ona xəsarətlər yetirilməsi, ittihamda göstərilən külli miqdarda heroin narkotik vasitəsini boynuna götürməyə məcbur edilməsi, etirafedici ifadələr verməyə məcbur edilməsi ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmədə polis tərəfindən təzyiqlərə, təhdidlərə və işgəncəyə məruz qalması barədə ifadələrində göstərdiyi xüsusatlar, özünü müdafiə üçün gətirdiyi sair dəlillər məhkəmə baxışı zamanı araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunmuşdur. Belə ki, məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmətinin Bakı İstintaq Təcridxanasından məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-6229/2023 saylı arayışdan və Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdə açılmış 511/2023 saylı tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq o, tibbi müayinədən keçirilmiş, Təqsirləndirilən şəxs ilkin tibbi müayinə zamanı sol bilək və sağ baldırın ön səthində təqribi ölçüsü 1 sm olan üzəri qərtməkli yara, sol çiyin nahiyyəsində təqribü ölçüsü 3 sm olan sarımtıl rəgli qançır müşahidə olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Xətai Rayon Prokurorluğunda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilməsi və ilkin tibbi müayinədən keçirilərkən onun bədəni üzərində - sol bilək və sağ baldırın ön səthində təqribi ölçüsü 1 sm olan üzəri qərtməkli yara, sol çiyin nahiyyəsində təqribü ölçüsü 3 sm olan sarımtıl rəgli qançır müşahidə olunması barədə Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, N 3-16-17/38/2-6229/2023 nömrəli məlumat ətrafında müvafiq prokuror araşdırması aparılmış, araşdırma zamanı məlumatda qeyd olunan faktlar ətrafında izahatı alınmış Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən saxlanıldığını təsdiq etmiş, lakin üzərində aşkar edilmiş bədən xəsarətlərini həbs olunmazdan əvvəl yıxılaraq aldığını, polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi zorakılıq göstərilmədiyini, döyülmədiyini, işgəncəyə, digər qəddar rəftara və davranışa məruz qalmadığını, heç kimdən şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmə-tibbi müayinədən keçməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən, fakt təsdiq olunmadığından Xətai rayon prokurorluğunun 10 mart 2023-cü il tarixli qərarına əsasən yoxlama materialları üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-sorğu arayışından və müvafiq məhkəm hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən təyin edilmiş cərimə cəzası 06 ay islah işləri (10%) cəzası ilə əvəz edilmiş və cəza müddətinin bitməsi ilə əlaqədar Təqsirləndirilən şəxs qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: 98-99). Göründüyü kimi Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinin tələblərinə görə isə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 3 nəfər uşaqları vardır, bunlardan 2 nəfəri yetkinlik yaşına çatmayan, digər biri isə 2017-ci il təvəllüdlü olmaqla azyaşlıdır (iş materialları). Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi üçün səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə, iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşimanlığını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2023-cü il tarixli 235 saylı rəyini əsas götürərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq olunmalı və sonuncu ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 yanvar 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 10 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 23,458 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 65,0 (altımış beş) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, məhkum Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 23,458 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 65,0 (altımış beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1272/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1272/2023
06.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver