Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1272/2024 21.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X11, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X8, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi “DE FENDO” vəkil bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Ağcabədi rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, yetkinlik yaşına çatmayan 3 uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əmisi oğlu Zərərçəkmiş şəxs arvadı Şahid4 ilə sonuncunun iş yoldaşı Şahid5 arasında sevgi münasibəti, habelə hər iki şəxsin birlikdə intim görüntülərinin olduğu və Şahid4 ona xəyanət etdiyi barədə yaydığı rüsvayedici məlumatları bildikdən sonra 2023-cü ilin fevral ayından etibarən dəfələrlə Zərərçəkmiş şəxsla bu məzmunda söhbətlər edib arvadının xəyanət etməsini təsdiq edən görüntüləri təqdim etməsini, əks halda bu söz-söhbəti yekunlaşdırmasını xahiş etməsinə baxmayaraq, əmisi oğlu hər dəfəsində müxtəlif bəhanələr gətirərək qeyd edilən görüntüləri təqdim etməkdən yayındığından, o cümlədən 2023-cü ilin fevral ayından həmin ilin aprel ayınadək olan müddət ərzində arvadını gizli formada izləyərək ona xəyanət etmədiyindən əmin olduqdan sonra əmisi oğlunun arvadı barəsində böhtan atdığını anlayıb, sonuncunun bu hərəkətlərini özünə qarşı təhqir kimi qəbul edib hiddətlənərək şəxsi münasibətlərin pozulması zəminində qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlib, niyyətini həyata keçirməkdən ötrü 05 oktyabr 2023-cü ii tarixdə işlədiyi Maxaçqala şəhərindən qayıdaraq qabaqcadan əldə etdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı ilə silahlanaraq 12 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs işlədiyi Bakıxanov qəsəbəsində yerləşən “Möcüzə” marketə getmiş, həmin vaxt sonuncunun orada olmadığını anlayıb, əvvəlcə öz cinayətkar niyyətini həyata keçirə bilməsə də, növbəti gün, yəni 13 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində yenidən həmin mağazaya gedərək Zərərçəkmiş şəxs söhbət etmək və birlikdə çay içmək bəhanəsi ilə aldatmaqla qəsdən öldürmək, o cümlədən cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə mağazadan uzaqlaşdırıb ünvan 2 ünvanın yaxınlığında yerləşən, insanların görə bilməyəcəyi dalana gətirdikdən və bir daha arvadı barədə yaydığı böhtan xarakterli söz-söhbəti yekunlaşdırması ilə bağlı iradlarını bildirdikdən sonra, Zərərçəkmiş şəxs Şahid4 barəsində onun üzünə qarşı hər hansı bir sübut olmadan nalayiq ifadə işlətməsini özünün və ailəsinin şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib şəxsi qərəzlilik, nifrət və kin kimi hisslər bəsləyib qəzəblənərək üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxardıb Zərərçəkmiş şəxs qışqırıq və həyatı üçün aman diləyən yalvarışlarına məhəl qoymadan, o cümlədən müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib işgəncə və xüsusi ağrılar verdiyini arzu və dərk etməklə, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmək məqsədi ilə bədən səthinə ardıcıl zərbələr endirib sonuncuya alın nahiyəsinin sıyrıqları kimi canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərə xarakterik olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər, boyunun ön və arxa səthinin 2 (iki) ədəd, döş və qarın boşluqlanna keçməyən, döş qəfəsinin sol yarısının 8 (səkkiz) ədəd, döş qəfəsinin sağ yarısının 6 (altı) ədəd, qarının ön divarının 2 (iki) ədəd; sağ əlin 1-ci barmağının 1 (bir) ədəd, sağ saidin 9 (doqquz) ədəd, sağ bazunun 4 (dörd) ədəd-sol əlin 1 (bir) ədəd, sol saidin 1 (bir) ədəd, sol bazunun 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 36 ədəd) hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarətlər, ölümü ilə səbəbli əlaqəsi olan sağ ümumi yuxu arteriyasının və sağ vidaci venanın yaralanması ilə müşayiət olunan boyunun sağ yan səthinin 2 (iki) ədəd, sol ümumi yuxu arteriyasının və sol vidaci venanın yaralanması ilə müşayiət olunan boyunun sol yan səthinin 1 (bir) ədəd; ürəyin, ağciyərlərin, qaraciyərin, dalağın, peritonun, nazik bağırsağın yaralanması və ikitərəfli pnevmohemotoraksla (soi və sağ döş boşluğuna hava və qan yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının ön, bayır və arxa divarlarının döş boşluğuna keçən 5 (beş) ədəd; döş qəfəsinin sağ yarısının ön, bayır və arxa divarlarının döş boşluğuna keçən 5 (beş) ədəd; qarının ön divarının qarın boşluğuna keçən 3 (üç) ədəd (cəmi 16 ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə bədənin çoxsaylı deşilmiş-kəsilmiş yaraları ilə əlaqədar daxili üzvlərin, arteriya və venaların zədələnməsi ilə baş vermiş çoxlu daxili və xarici qanitirmə nəticəsində Zərərçəkmiş şəxs xüsusi amansızlıqla öldürmüş yəni, qəsdən həyatdan məhrum etmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, 2008-ci ildə ailə qurmuşdur, üç qızı var. O, Mahaçqala şəhərində olmuşdur, gələndə atası ona demişdir ki, həyat yoldaşı ona xəyanət edir. O kimin dediyini soruşmuş, atası bildirmiş ki, əmisi oğlu Elməddin demişdir. O, dəfələrlə əmisi oğlunun yanına getmiş, ona sübutu varsa verməsini söyləmişdir. Əmisi oğlu da hər dəfəsində həyat yoldaşının ona başqa oğlanlarla xəyanət etdiyini demiş, amma heç bir sübut təqdim etməmişdir. O, bu məsələ ilə bağlı bir dəfə əmisini zəng vurmuş, Elməddinin ona qarşı düzgün hərəkət etmədiyini demişdir. Əmisi ona Elməddini oğulluqdan sildiyini demişdir. Atasının da bu söhbətdən xəbəri olmuş, əmisi ilə bu barədə danışıbdanışmadığını bilmir. Hadisədən sonra həyat yoldaşı ilə bir yerdə yaşamır, amma boşanmamışlar. O əmisi oğlunu çay evinə dəvət etmişdir ki, söhbətə son qoysunlar, amma əmisi oğlu gəlməmişdir. Elməddin aqressiv şəkildə “mən səninlə nə çay içəcəm” deyə cavab vermişdir. O da bu zaman axşam söhbət edəcəklərini demiş, axşam əmisi oğlunun iş yerinə getmişdir. Orada Elməddin ona və ailəsinə qarşı əxlaqsız söyüşlər söymüş, o da özündə olmadığından bu hadisə baş vermişdir. Bıçaq onun üzərində olmuşdur, onu qorxutmaq məqsədilə götürmüş, öldürmək fikri olmamışdır. Hadisə zamanı Elməddin ona yalvarmamışdır, neçə bıçaq zərbəsi vurması yadında deyil, özündə olmamışdır. Hadisə açıq küçədə baş vermiş, həmin vaxtı orada heç kim olmamışdır. Hadisədən sonra özü təslim olmuşdur. Əməlindən peşmandır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, özünü yalnız digər şəxsə bədən xəsarəti yetirməyə görə təqsirli hesab edir və niyyəti də məhz buna yönəlmişdir. Arvadı Şahid4 ilə 2008-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 3 qız övladları doğulmuşdur. Böyük qızı 2010-cu il təvəllüdlüdür, digər qızları isə biri 4-cü sinifdə, biri isə 1-ci sinifdə təhsil alır. Müxtəlif tikinti yerlərində sifariş üzrə usta işləmişdir. Təxminən 2021-ci ildən Rusiya Federasiyasının Mahaçqala şəhərinə gedib orada tikinti yerlərində usta işləmiş, lakin daimi olaraq orada yaşamamışdır. İl ərzində bir neçə ay işlədikdən sonra qayıdıb Bakı şəhərinə gəlmişdir. Arvadı Şahid4 Tofiq qızı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şərq şirniyyatı” adlı mağazada satıcı işləmişdir. Şahid4 ilə münasibəltəri həmişə yaxşı olmuşdur. 2023-cü ilin fevral ayında o, Rusiya Federasiyasından Bakı şəhərinə qayıtmış, dəqiq xatırlamadığı tarixdə atası Sətdar Hüseynov ona zəng edib və qardaşları Müşfiq və Salehin kirayə əsaslarla yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən evə çağırmışdır. O, həmin ünvana getdikdən sonra atası Sətdarla aralarında olan söhbət zamanı sonuncu ona arvadı Samirənin xəyanət etdiyini, ona görə də sonuncudan boşanmalı olduğunu bildirmişdir. O atasından nəyə görə belə dediyini soruşduqda sonuncu bu barədə əmisi Ədilxanın oğlu Zərərçəkmiş şəxs məlumat verdiyini bildirmişdir. Sətdar Hüseynov hətta Elməddinin Samirənin guya kimləsə görüşən zaman telefonla şəkilini və videosunu çəkdiyini bildirdiyini qeyd etmişdir. Bundan sonra o, bu məsələ ilə məşğul olacağını atasına bildirmişdir. Həmin söhbətin səhəri günü, Elməddinin işlədiyi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Möcüzə” adlı marketə gedib sonuncunu bayıra çağırmış və nəyə görə arvadı, Samirənin kimləsə görüşdüyünü bildirməsini soruşmuş, Samirənin başqa adamla görüşməsi barədə şəkil və videolar olub-olmadığını aydınlaşdırmaq istəmiş, müsbət halda həmin video və şəkilləri ona göstərməsini tələb etmişdir. Lakin, aralarında olan danışıq zamanı Eiməddin Samirənin həqiqətən başqa oğlanla görüşən zaman, hətta öpüşən zaman gördüyünü, həmin vaxt şəkilini çəkdiyini, videosunu qeydə aldığını demiş, lakin həmin şəkil və videoları göstərə bilməmiş, çünki telefonu guya oğurlanmışdır. O, sonradan bilmiş ki, Elməddin onun qardaşının adına təzə telefon almışdır. Buna görə də, Elməddinin bəhanə elədiyini başa düşmüşdür. Həmin gün axşam saatlarında arvadı Samirəni və Elməddini qardaşıgilin yaşadığı evə çağırıb orada üzləşdirmişdir. Arvadı Samirə ilə Elməddin üzləşərkən Elməddin Samirəyə başqa oğlanla görüşdüyünü desə də, öpüşdüyünü deyə bilməmişdir. O, Elməddinin danışıqlarında yalan olduğunu hiss etmişdir. Arvadı Samirədən nəyə görə Elməddinin belə dediyini soruşduqda Samirə ona bildirmişdir ki, bir oğlan iş yoldaşı bir dəfə Səhram marketin yanında görüşmüş, həmin oğlan olan borcunu qaytarmışdır. Elməddin həmin adamı görüb və elə başa düşmüşdür ki, Samirənin həmin oğlanla başqa cür münasibəti olmuşdur. Bu söhbətdən sonra o, 2023-cü ilin fevral ayından aprel ayınadək olan müddətdə arvadı Samirəni və hərəkətini izləmişdir. Lakin, sonuncunun hər hansı şəxslə görüşməsini aşkar etməmiş və hərəkətlərində şübhəli hər hansı məqam aşkar etməmişdir. O, həmçinin həmin müddətdə Elməddindən dəfələrlə arvadı Samirənin kimləsə görüşməsini özündə əks etdirən şəkil və videoları ona göstərməsini tələb etsə də əmisi oğlu müxtəlif bəhanələr gətirmiş və ona heç bir şəkil və ya video göstərə bilməmiş, şəkil və videoları tapıb ona göstərəcəyini bildirmişdir. Bundan sonra o, 2023-cü ilin aprel ayında Rusiya Federasiyasının Maxaçqala şəhərinə getmiş və orada bir müddət işləmişdir. O, Maxaçqala şəhərində olarkən 2023-cü ilin təxminən sentyabr ayında bir dəfə “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə Elməddinə zəng etmiş, arvadının barəsində olan şəkil və videoları niyə göndərmədiyini soruşmuşdur. Elməddin telefon danışığı zamanı “gəl Bakıya söhbət edərik” kimi ifadələr işlətmişdir. O isə Elməddinə bu barədə danışdıqlarını, əgər ona arvadının kimləsə danışmasını sübut edə bilmiyəcəksə nəyə görə onun ailəsi barədə belə sözlər yayıb biabır etdiyini bildirmişdir. Bu sözləri dedikdən sonra Elməddin zəngi bağlamışdır. Elməddinin ona arvadının şəkil və videolarını göstərə bilməməsi və müxtəlif bəhanələr gətirərək həmin sübutların telefonunun oğurlanması nəticəsində qalmamasını deməsi aralarında olan həmin telefon danışığından sonra Elməddinin yalan danışığdığına onda inam yaratmışdır. Elməddin arvadı Samirənin barəsində yalan şaiyələr yaydığı üçün və qohum əqraba arasında bu söhbətlərin yayılması nəticəsində özünü biabır olmuş kimi hiss etdiyi üçün Maxaçqala şəhərindən Bakı şəhərinə qayıtdıqdan sonra Elməddinə cəza vermək üçün sonuncunu bıçaqla bir dəfə vurub xəsarət yetirmək barədə qərara gəlmişdir. Maxaçqalada işləri bitdiyi üçün və ailəsini görmək məqsədi ilə 05 oktyabr 2023-cü il tarixdə Maxaçqaladan Bakı şəhərinə qayıtmışdır. O hələ Mahaçqala şəhərində olarkən Elməddini bıçaqla vurub xəsarət yetirmək barədə qərara gəldiyi üçün 12 oktyabr 2023-cü il tarixdə bu məqsədlə evdən çıxıb saat təxminən 13 radələrində “Bakıxanov ticarət mərkəzinə” getmiş, oradan 1 manat 60 qəpiyə bir ədəd mətbəx bıçağı almış və bıçağı cibinə qoyub Elməddinin işlədiyi marketə getmişdir ki, sonuncunu çağırıb həmin məsələ ilə bağlı söhbət etsin və ayağından bir dəfə bıçaq zərbəsi vurub xəsarət yetirsin. Elməddini bıçaqla vurub xəsarət yetirmək istəməkdə məqsədi isə sonuncunun bir daha onun arvadı barəsində belə xoşagəlməz şaiyələr yayması olmuşdur. Belə ki, o bıçaq alıb Elməddinin işlədiyi Möcüzə adlı marketə getmiş, lakin sonuncunu marketdə tapa bilməmişdir. Buna görə də, evinə qayıtmışdır. 13 oktyabr 2023-cü il tarixdə, təxminən saat 11:50 radələrində o, aldığı bıçağı cibinə qoyub yenidən Elməddinin işlədiyi marketdə getmiş və marketdən bayıra çağırmışdır. Elməddin marketdən bayıra çıxdıqda sonuncu ilə söhbət etmək istədiyini bildirmişdir. Belə ki, Elməddinlə söhbət edə-edə Leyla Məmmədbəyli küçəsinə çatmış və orada yerləşən avtoyuma məntəqəsinin qarşısına çatdıqda ünvan nömrəsini bilmədiyi dalana daxil olmuşdur. O əmisi oğlu ilə arvadı Samirənin barəsində olan şəkil və videoları nəyə görə ona verməməsi barədə bir daha söhbət etmişdir. Elməddin isə guya həmin şəkil və videolar olan telefonun oğurlandığını deyərək əvvəllər qeyd etdiyi kimi eyni sözləri yenə də təkrarlamış, o da bəhanə gətirdiyini başa düşmüş və yaxınlıqda yerləşən hamamın qarşısına aparıb orada bıçaqla bir dəfə vurub xəsarət yetirmək istəmiş, öldürmək niyyəti olmamışdır. Lakin, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən avtoyuma məntəqəsinin arxasındakı dalana keçib üzü hamama tərəf gedərkən həmin dalanda Elməddin ona “sən mənlə qəhbə söhbəti eliyirsən?” sözlərini dedikdə o, əsəbləşmiş və əynində olan gödəkcənin sol yan cibində saxladığı mətbəx bıçağını çıxarıb Elməddinin bədəninin müxtəlif nahiyələrindən ardıcıl çoxsaylı zərbələr vuraraq xəsarətlər yetirmişdir. O, Elməddinə xəsarət yetirərkən sonuncu qışqırıb qaçmağa çalışmış, o isə qaçmağa imkan verməyərək və qışqırığına məhəl qoymayaraq bıçaqla ardıcıl xəsarətlər yetirməyə davam etmişdir. Elməddin xəsarətlər almış və üst-başı qana bulanmış, yerə yıxılmışdır. Həmin vaxt saat 12:20 radələri olmuşdur. O, Elməddinə xəsarətlər yetirdikdən dərhal sonra DİN-in 102 xidmətinə zəng edib adam bıçaqladığını və hadisəni törətdiyi yeri demişdir. Bundan sonra yola tərəf çıxmış və bir neçə dəqiqə sonra polis avtomobilinin gəldiyini görüb avtomobili saxlatdırmışdır. Polis əməkdaşlarına adam vurduğunu bildirmiş və avtomobilinə oturub polis əməkdaşlarını hadisə yerinə gətirib hadisə yerini göstərmişdir. Həmin vaxt təcili tibbi yardım avtomobili də hadisə yerinə gəlmişdir. Elməddini təcili tibbi yardım avtomobilinə qoymuşlar, onu isə polis bölməsinə aparmışlar. Orada şifahi sorğu-sual zamanı hadisəni törətdiyini etiraf etmişdir. O, həmçinin hadisəni törədəcəyi barədə əvvəlcədən heç kəsə məlumat vermədiyini, cinayəti törətməkdə heç kəsin ona köməklik etmədiyini, hadisəni tək törətdiyini bildirmişdir. 13 oktyabr 2023-cü il tarixdə əmisi oğlu Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməmişdən əvvəl bu barədə heçkimə məlumat verməmiş, amma Bakıya gəlməmişdən əvvəl Elməddinlə söhbət edəcəyi barədə atasına məlumat vermişdir. O əvvəlcə Zərərçəkmiş şəxs bıçaqla yalnız bir dəfə ayaq nahiyəsindən vurmaq istəmiş, arvadı barəsində yaydığı rüsvayedici və yalan məlumatlara görə cəzalandırmağı düşünmüş, öldürmək niyəti olmadığım demişdir. Söhbət əsnasında Elməddin Samirə barədə xoşagəlməz ifadə işlədib sonuncun ünvanına “Qəhbə” söhbəti etdiyini deyəndə, artıq bu sözünə görə o, hiddətlənərək Zərərçəkmiş şəxs çoxsaylı xəsarətlər yetirməyə başlamışdır. Qabaqcadan planlaşdıraraq sonuncuya yalnız bir bıçaq zərbəsi vurmaqla cəzalandırmağı düşünmüşdür. Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər hər hansı davadalaş olmamış, lakin Samirə barəsində yaydığı rüsvayedici məlumatlara görə sözlü mübahisələri olmuşdur. Əvvəllər hər hansı psixi xəstəlikdən əziyyət çəkməmiş, bununla bağlı hər hansı müalicə almamış, lakin Elməddinin Samirə barəsində yaydığı rüsvayedici və həqiqətə uyğun olmayan məlumatlardan xəbərdar olduqdan sonra əsəblərində bir sıra pozuntular yaranmışdır. O, həmçinin “Möcüzə” marketdən əldə edilmiş xx.xx.2023-cü il tarixi əks etdirən videogörüntülərlə tanış olaraq bildirmişdir ki, həmin görüntülərdə saat 12:06:30-da marketin qarşısına gələn, üzərində boz rəngli kurtqa, göy rəngli kofda olan şəxs odur, orada əl verib salamlaşaraq görüşdüyü şəxs isə Elməddinin arvadı Zəminənin bacısının həyat yoldaşı Şahid6 Namiq oğludur. Həmin vaxt Şahid6la görüşüb hal əhval tutmuş, bundan başqa aralarında hər hansı bir dialoq olmamışdır. Həmin görüntülərdə onunla qarşı-qarşıya dayanaraq söhbət edən, əynində ağ rəngli qısa qol kofda və qara rəngli şalvar olan şəxs əmisi oğlu Zərərçəkmiş şəxsdur. Həmin görüntülərdə o, Elməddin Şahid4 ona xəyanət etməsini əks etdirən görüntülər olduğu halda təqdim etməsini və bu barədə danışmaq istədiyini bildirmiş, birlikdə yaxınlıqdakı iaşə obyektlərinin birində çay içməyi təklif etmiş, birlikdə hərəkət etməyə başlamışlar. Daha sonra Elməddin çay içməkdən imtina etdiyi üçün maşın yuma məntəqəsi yaxınlığındakı dalana daxil olmuşlar. Orada isə Elməddinə bir dəfə bıçaqla xəsarət yetirib cəzalandırmaq istəmişdir ki, bu vaxtadək Samirə barəsində həqiqətə uyğun olmayan ifadələr işlədib onu qohum əqraba içərisində rüsvay etmişdir. Elməddinlə söhbət edən zaman isə sonuncu Samirə barədə üzünə qarşı nalayiq ifadə işlədib "mənimlə qəhbə söhbəti edirsən” dedikdə, hiddətlənərək dediyi sözü qəbul edə bilməmişdir. Təqdim edilmiş görüntülərdə saat 12:12-də onunla birlikdə hərəkət edən üzərində qara rəngli, qarşısı zamoklu, uzun qol gödəkçə və qara rəngli şalvar olan şəxsin Zərərçəkmiş şəxs olduğunu demiş, həmin vaxt sonuncu ilə söhbət edə-edə Leyla Məmmədbəyli küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısına doğru gedib oradan da ünvan nömrəsini bilmədiyi dalana daxil olduqlarını qeyd etmişdir. Həmin dalanda isə sadəcə olaraq söhbət edib bıçaqla bir dəfə vuraraq cəzalandırmaq istəmişdir. Həmin vaxt isə Elməddin Samirə barəsində xoşagəlməz ifadə işlətdiyi üçün o, hiddətlənərək üzərində saxladığı bıçağı çıxardıb əmisi oğluna ardıcıl olaraq çoxsaylı zərbələr endirməyə başlamışdır. Əvvəllər Zərərçəkmiş şəxsla telefonla əlaqə saxlayan zaman sonuncuya qarşı hədə qorxu gələrək öldürməklə və ya hər hansı formada cəzalandırmaqla hədə qorxu gəlməmiş, hadisənin baş verdiyi ana qədər o, Elməddinlə hər zaman xoş danışmışdır. O, Maxaçqalada olduğu zaman Elməddinlə telefonla danışan zaman, sadəcə olaraq Samirənin ona xəyanət etməsini əks etdirən görüntülər olduğu halda təqdim etməsini istəmiş, əmisi oğlu isə hər dəfəsində bəhanələr gətirərək görüntüləri təqdim etməkdən yayınmışdır. O da artıq yalan danışdığını, Samirənin hər hansı bir xəyanət görüntüsü olmadığını anladığı üçün Bakıya qayıtdıqdan sonra Elməddini cəzalandırmaq qərarına gəlmiş, lakin bu barədə sonuncuya hər hansı bir söz deməmişdir. Belə ki, o, heç vaxt Elməddinlə telefonla danışıb sonuncuya hədə qorxu gəlməmiş, sadəcə olaraq əmisi oğlundan Samirənin görüntülərini tələb etmişdir. Sətdarla danışan zaman sonuncu ilk növbədə ona boşanmağını bildirmiş, sonradan isə o, Samirənin ona xəyanət etmədiyini sübut etdiyini bildirdikdə artıq inanmışdır. O, hər dəfəsində atası ilə danışan zaman Elməddinlə söhbət edib Samirənin onda xəyanət görüntüləri olacağı halda həmin görüntüləri almasını istəmişdir. Sətdar da hər dəfəsində gedib Elməddinlə söhbət edib görüntüləri tələb etdikdə, sonuncu müxtəlif bəhanələr gətirərək olmayan görüntüləri təqdim etməkdən yayınmışdır. O, Qurban adlı şəxsi tanımamış, aralarında hər hansı bir münasibət olmamış, heç vaxt görüşməmişdir. Qurban barədə məlumatı ona 2023-cü ilin fevral ayında Bakı şəhərinə qayıtdıqdan sonra atam Sətdar Hüseynov bildirmişdir. Belə ki, Elməddin 2022-ci ilin dekabr ayında Samirə və iş yoldaşı Qurban adlı şəxsi birlikdə oturub söhbət edən zaman gördüyünü, bundan başqa onlar arasında sevgi münasibəti olduğunu Sətdara qeyd etdikdən sonra qiyabi olaraq tanımışdır. Şahid5lə aralarında xatırlamadığı tarixdə telefon danışığı olmuş, həmin danışıq zamanı isə o, Qurbanla söhbət edib bu yalan söz-söhbətlərə görə ailəsinin dağıldığını, ona görə görüşüb bu məsələni aydınlaşdırmaq istədiyini demiş, sonuncu isə cavabında Samirəni öz bacısı gözündə gördüyünü, aralarında yalnız iş yoldaşı münasibəti olduğunu, Elməddinin böhtan atdığını bildirmişdir. Bununla da aralarında olan söhbət yekunlaşmışdır. Həmin danışıqdan sonra isə Qurbanla bir daha əlaqə saxlamamışdır. Qurban adlı şəxslə Zərərçəkmiş şəxs və qardaşları Müşfiq Hüseynov, o cümlədən Saleh Hüseynov arasında olan mübahisədən Bakı şəhərinə qayıtdıqdan sonra 2023-cü ilin fevral ayında Sətdar Hüseynov bildirdikdən sonra məlumatlı olmuşdur. Belə ki, 2022-ci lin dekabr ayında Samirə və Qurban Möcüzə market yaxınlığında görüşüb sonuncu Samirəyə olan pul borcunu qaytaran zaman Elməddin onları görmüş, daha sonra bu barədə Müşfiqə və Salehə də məlumat vermişdir. Daha sonra isə onlarla Qurban arasında mübahisə baş vermişdir. Həmin hadisənin təfərrüatları barədə ətraflı məlumatı olmamışdır. 13 oktyabr 2023-cü il tarixli hadisədən sonra məlumatı olmuşdur ki, Elməddin və Müşfiq Qurbanla mübahisə etdikləri üçün polis bölməsinə dəvət edilmiş, sonradan isə Qurbanla barışıq əldə edildiyi üçün azadlığa buraxılmışlar. 05 oktyabr 2023cü il tarxidə Bakı şəhərinə gəlməmişdən əvvəl bu barədə hər hansı bir şəxsə məlumat verməmiş, Bakı şəhərinə qayıtdıqdan təxminən 3-4 gün sonra uşaqlarını görmək üçün ailə üzvlərinin yanına getmiş, lakin bu barədə heç kimə, Müşfiqə, Salehə, Sətdara və anasına, o cümlədən hər hansı bir şəxsə məlumat verməmiş, lakin Samirənin kiməsə deyib-deməməsi barədə məlumatı olmamışdır. Törətmiş olduğu əməldən peşmandır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində bildirmişdir ki, hadisə ilə bağlı onun heç bir məlumatı olmamışdır. Nəsimi ona zəng vurmuş, o da hesab eləmişdir ki, qardaşı oğlu onun hal-əhvalını soruşmaq üçün zəng vurmuşdur. Nəsimi Elməddinin telefon nömrəsini istəmiş, o da Elməddinin telefon nömrəsini nə etdiyini soruşmuşdur. Nəsimi Elməddinin yoldaşının istədiyini demiş, o Elməddinin yoldaşı onun nömrəsini niyə Nəsimidən istədiyini soruşmuşdur. Nəsimi sonra ona Elməddinin ona belə etdiyini, elə etdiyini, onu belə edəcəyini söyləmişdir. O da “nə edərsən özün bilərsən” deyə cavab vermişdir. Nəsimi bu hadisə ilə bağlı, yəni yoldaşı ilə əlaqədar gəzən söz-söhbətlə bağlı ona telefonda heç nə deməmişdir. Bundan sonra onun heç bir şeydən xəbəri olmamışdır, qardaşı ona heç nə deməmişdir. Nəsiminin yoldaşı ilə bağlı baş verən söz-söhbətdən onun xəbəri olmamışdır, ondan hər şeyi gizlətmişlər. Hadisədən əvvəl Nəsimi ilə Elməddin arasında ədavətin olub-olmamasını bilməmişdir. Sonradan yalnız onu eşitmişdir ki, Elməddin, Nəsimi və onun qardaşı Müşviq Qurbanı döymüşlər, onları tutulmuş, üç gün içəridə yatıb çıxmışlar. Aralarında heç bir barışıq olmamışdır, qardaşı və ailəsi oğlu öləndən sonra onunla birlikdə bir həftə yasda olmuşlar. O, qardaşıgilə bir kəlimə də söz deməmiş, yasdan sonra üzrxahlıq etmək əvəzinə ondan ərizə istəmişlər ki, şikayətçi olmasın, Nəsimini qurtarsınlar. Bu hərəkətin qarşısında onları necə bağıslasın. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində ağır cəza təyin olunmasını xahiş edir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində bildirmişdir ki, hazırda 5 övladı var, yaşadığı kənddə təsərrüftala məşğul olub ailəsinə maddi cəhətdən dəstək olmağa çalışır. Mərhum Zərərçəkmiş şəxs onun doğma oğlu olmuşdur. Belə ki, o, 1980-cı il tarixdə X15 ilə rəsmi olaraq ailə həyatı qurub evlənmiş, həmin evlilikdən ümumilikdə 6 övladı anadan olmuşdur. Həmin övladlarından biri də Zərərçəkmiş şəxs olmuşdur. Təqsirləndirilən şəxs isə doğma qardaşı Sətdar Hüseynovun oğludur. Elməddin uşaq yaşlarından ailədə və qohum əqraba içərisində hər kəsin hörmətini qazanmış biri olmuşdur. Elməddin Bakıxanov qəsəbəsi ərazisində yerləşən Möcüzə marketdə satıcı olaraq fəaliyyət göstərmişdir. İlk dəfə 2009-cu il tarixdə Sahilə Rzayeva adlı şəxslə qeyri-rəsmi olaraq ailə həyatı qurub evlənmiş, həmin evlilikdən 2 övladı anadan olmuşdu. Sonradan onlar arasında söz-söhbətlər olduğu üçün ayrılmışlar. Elməddin ikinci dəfə xx.xx.2023-cü il tarixdə X4 ilə rəsmi olaraq ailə həyatı qurub evlənmiş, öz ailəsi ilə birlikdə Bakıxanov qəsəbəsi ərazisində kirayə tutdulqarı fərdi yaşayış evində qalmışdır. 13 oktyabr 2023-cü il tarixdə, saat təxminən 14 radələrində yaşadığı evdə olarkən böyük oğlu Şahid2 gələrək həyəcanlı şəkildə digər oğlu Zərərçəkmiş şəxs xəstələndiyini bildirmişdir. Həmin vaxt Aqilin üzünə baxıb ondan nə isə gizlətdiyini anlamışdır. Dərhal Elməddinin başına pis bir hadisə gəldiyini başa düşmüş və ölüb-ölmədiyini soruşmuşdur. Həmin vaxt Aqil kədərli şəkildə oğlu Elməddinin Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirildiyini bildirmişdir. O əvvəlcə deyilənlərə inanmaq istəməmiş, çünki Nəsimi ilə Elməddin arasında həmin tarixədək hər hansı mübahisə dava-dalaş olmasından məlumatı olmamışdır. Bu hadisədən sonra ona məlum olmuşdur ki, təxminən 1-2 il əvvəl X3 işlədiyi mağazadan çağırıb Nəsiminin arvadı Samirənin başqa bir kişi ilə yaxınlıqda olan parkda mehriban söhbət etdiklərini bildirmiş, Nəsimiyə xəyanət etdiyini demişdir. Elməddin də Müşfiqlə birlikdə həmin əraziyə gəlib Samirənin Qurban adlı şəxslə skameykada əyləşdiklərini görmüşdür. Bundan sonra Müşfiq, Elməddin və sonuncunun qohumu Ramin adlı şəxs birləşərək həmin Qurban adlı şəxslə mübahisə edib sonuncunu döymüşlər. Daha sonra isə Qurbanın şikayəti əsasında barələrində polis bölməsində araşdırma aparılmışdır. Bu barədə isə ona həmin günün axşamı Saleh Hüseynov zəng edərək yalnış məlumat verib Elməddinin bacanağı Raminlə dalaşdıqları üçün polis bölməsinə aparıldığını bildirmişdir. Bundan sonra Nəsimi ilə Elməddin arasında sözlü mübahisələr yaranmağa başlamışdır. Belə ki, Nəsiminin ailə üzvlərinin deməsinə görə X10 xəyənət etməsini bildirib bunu təsdiq edən görüntülərin öz mobil telefonunda olduğunu demişdir. Nəsimi hər dəfəsində oğlu Elməddinə zənglər edib sonuncunu ölümlə hədələmiş, Samirənin görüntülərini tələb etmişdir. Hətta Elməddin dəfələrlə Nəsiminin hədə qorxu gəlməsi ilə bağlı sonuncunun atası Sətdar Hüseynova məlumat vermiş, sonuncu da narahatlığa heç bir əsas olmadığını, Nəsiminin heç bir şey edə bilməyəcəyini, bununla bağlı Nəsimi ilə söhbət edib arvadı Samirədən boşanmalı olduğunu bildirəcəyini demişdir. Bütün qeyd edilənlərə baxmayaraq Nəsimi 13 oktyabr 2023-cü il tarixdə oğlu Elməddini vəhşicəsinə qətlə yetirərək 40-dan çox bıçaq zərbəsi endirmişdir. Belə ki, həmin xəsarətləri o oğlunun meyitini yuma məraisimində iştirak edən zaman görmüşdür. O, həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, Saleh ona oğlu Elməddinin bacanağı Ramin adlı şəxslə dalaşdığını demiş, bunun səbəbini soruşduqda isə hər hansı məlumat verməmiş, onun isə həmin ərəfələrdə səhətində ciddi ağrılar olduğuna görə bu məsələ ilə yaxından maraqlana bilməmiş, nə də ki, sonradan oğlu Elməddinlə danışıb bu məsələni aydınlaşdırmamışdır. O ümumiyyətlə hadisə baş verdiyi 13 oktyabr 2023-cü il tarixədək Nəsimi və Elməddin arasında olan söz-söhbətdən xəbərdar olmamış, rayonda yaşadığına görə Bakı şəhərində yaşayan qohum-əqrabanın, o cümlədən oğlu Elməddinin həyatı ilə, yaşayışları ilə maraqlana bilməmişdir. Nəsiminin oğlu Elməddini qətlə yetirməsindən sonra qohum-əqrabadan öyrənmiş ki, onlar arasında mübahisənin əsası Müşfiqin Elməddini dəvət edib Samirənin iş yoldaşı Qurban adlı şəxslə birlikdə bir skamyada əyləşdiklərini və mehriban söhbət etdiklərini göstərməsi olmuşdur. Belə ki, Elməddin və Müşfiq Nəsiminin arvadı Samirənin ona Qurban adlı şəxslə xəyanət etdiyini bildirmiş, Nəsimi də Müşfiqdən deyil oğlu Elməddindən həmin xəyanəti sübut etməsini istəmişdir. Ona görə də onlar arasında sözlü mübahisələr yaranmışdır. Nəsiminin oğlu Elməddinə 40-dan çox bıçaq xəsarəti yetirməsi oğlunu qətlə yetirmək niyyətinin əvvəlcədən olduğunu göstərmişdir. Şahid4mn Təqsirləndirilən şəxs həqiqətən xəyanət edib-etmədiyi barədə heç bir məlumatı olmamışdır. Qurban adlı şəxsi isə tanımamış, sonuncu ilə heç vaxt görüşməmiş, aralarında heç bir münasibət olmamışdır. Nəsimi ilə Elməddin arasında yaranmış mübahisə barədə ona hər hansı qohumu, övladları, qardaşı Sətdar, o cümlədən Zərərçəkmiş şəxs tərəfindən heç bir məlumat verilməmişdir. Elməddin əvvəllər heç vaxt Nəsimi tərəfindən ölümlə hədələnməsi, təqiblərə məruz qalması barədə məlumat verməmiş, lakin o, hadisədən sonra Elməddinin dəfələrlə Sətdar Hüseynova bu barədə məlumat verdiyini bildirmişdir. Nəsiminin hər dəfəsində oğlu Elməddinə zənglər edib sonuncunu ölümlə hədələməyi, hətta dəfələrlə Nəsiminin oğluna hədə qorxu gəlməsi ilə bağlı Sətdar Hüseynova məlumat verməsini o hadisədən sonra qohum əqraba arasında olan söz söhbətlərdən eşitmişdir. Təqsirləndirilən şəxs əvvəllər oğlu Zərərçəkmiş şəxs öldürməyə cəhd etdiyini görməmiş, eşitməmiş, nə də ki, onlar arasında əvvəllər hər hansı ciddi dava-dalaş olmamışdır. Nəinki onlar arasında ümumiyyətlə onun ailəsində, qohum əqrəbasında bir-birilə münaqişə aparan, birilərinə qarşı qərəzəli münasibət saxlayan adamlar olmamışdır. Onun qardaşı Sətdarla və sonuncun ailəsi ilə hər hansı problemi, mübahisəsi və münaqişəsi olmamışdır. Sətdar onun böyük qardaşı olduğu üçün sonuncunun hörmətini daima saxlamışdır. Zərərçəkmiş şəxs hər hansı bir zərərli vərdişi olmamış, sonuncu nə siqaret, nə də ki, narkotik maddələrdən istifadə etmişdir. Sadəcə olaraq ara-sıra spirtli içki qəbul etmişdir. Təqsirləndirilən şəxs zərərli vərdişlərinin olub-olmadığı barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs əvvəllər hər hansı xəstəlik keçirməmiş, psixi pozuntuları olmamış, bununla bağlı müalicə almamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 Ədilxan oğlu ifadəsində bildirmişdir ki, onların bu hadisə baş verənədək heç bir mübahisələri olmamış, ədavət və düşmənçilik aparmamışlar. O, hər zaman əmisi Sətdarın qeydinə qalmış, onun ehtiyaclarını təmin etmişdir. Hətta ona yas vaxtı da hörmət etmişlər, o, yasda gəlib oturmuşdur. 13 oktyabr 2023-cü ildə o, işdə olarkən Elməddinin əvvəlki arvadı ona zəng edərək Elməddinin Nəsimi tərəfindən qətlə yetirildiyini ona demişdir. Bundan sonra, o, bu xəbəri dəqiqləşdirmək üçün dərhal digər qardaşı Nicata zəng edərək təcili olaraq xəstəxanaya getməli olduqlarını bildirmiş, Nicat isə bu xəbərdən məlumatı olmadığını demişdir. Daha sonra o, dərhal Nəsiminin qardaşı Salehə zəng etmiş lakin o, zənglərə cavab vermədiyindən əmisi Sətdara yığıb, hadisə barədə ona demiş, əmisi isə bildirmişdir ki, ola bilməz Nəsimi burada yoxdur. O, hələ də Nəsiminin nə üçün qardaşı Elməddini bıçaqlayıb qətlə yetirdiyinin səbəbini bilmir. Guya söhbət gedir ki, onun həyat yoldaşı ilə bağlı nəsə söz-söhbət olub, əgər olubsa da, qanun və qayda var, onun qardaşı vəhşicəsinə öldürməli idi?. Qardaşının bədənində 50 dən yuxarı bıçaq zərbəsi olmuşdur. Əlavə olaraq bildirmişdir ki, əvvəlki hadisədən onun xəbərim olmayıb, mərhum qardaşı təqsirləndirilən şəxsin həyat yoldaşı ilə bağlı heç bir məlumat yaymayıb. İbtidai araşdırma zamanı Şahid2 Ədilxan oğlu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisi oğludur, sonuncu ilə ümumiyyətlə əmisi Sətdarın ailəsi ilə hadisə baş verdiyi günə qədər hər hansı mübahisə, söz-söhbət olmamış, heç vaxt ədavət və düşmənçilik aparmamışlar. O, hər zaman əmisi Sətdarın qeydinə qalmış, sonuncunun bütün ehtiyaclarını təmin etmişdir. Ona görə də münasibətləri hər zaman yaxşı olmuşdur. 13 oktyabr 2023-cü il tarixdə, saat 14 radələrində işdə olan zaman Elməddinin əvvəlki arvadı ona zəng edərək Elməddinin əmisi oğlu Nəsimi tərəfindən qətlə yetirildiyini bildirmişdir. Bundan sonra, o məlumatı dəqiqləşdirmək üçün dərhal digər qardaşı Nicat Hüseynova zəng edərək təcili olaraq xəstəxanaya getməli olduğunu, Nəsiminin deyəsən Elməddinin öldürdüyünü bildirmişdir. Nicatın da bu xəbərdən məlumatı olmamışdır. Daha sonra dərhal Nəsiminin qardaşı Salehin istifadəsində olan mobil telefon nömrəsinə zəng etmiş, lakin sonuncu zənglərə cavab verməmişdir, ona görə də əmisi Sətdara yığıb Salehlə əlaqə saxlaya bilmədiyini, təcili olaraq ona zəng etməsini istəmişdir. Bütün bunlara baxmayaraq Salehlə əlaqə saxlaya bilməmiş, ona görə yenidən əmisi Sətdarı yığıb Elməddinin öldürülməsindən məlumatlı olub-olmadığını soruşmuş, sonuncu isə belə bir şeyin mümkün olmayacağını, Nəsiminin Dağıstanda olduğunu, Bakıya gəlmədiyini demiş, hətta bu sözünü arvadı Əzizə də təsdiqləmişdir. Nəsimi ilə gecə danışdığını, Dağıstan Respublikasında olduğunu bildirmişdir. Bundan sonra dərhal işdən çıxmış, bu barədə atasına da məlumat vermiş, Nicatın Elməddinin cənazəsinin gətirdiyini bildirmişdir. Lakin, o Nəsiminin nə üçün qardaşı Elməddini bıçaqlayıb qətlə yetirdiyinin səbəbini bilməmişdir. O, həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verdiyi tarixdə Nəsimi Elməddini dəvət edib sonuncu ilə mübahisə etmiş, deyilənə görə həmin vaxt Elməddin arvadı Samirə barəsində nalayiq ifadə işlətmiş, ona görə də Nəsimi Elməddinə çox saylı bıçaq xəsarətləri yetirmişdir Təxminən 2 il əvvəl Elməddin və Nəsiminin qardaşı Müşfiq Samirənin iş yoldaşı Qurban adlı şəxslə sevgi münasibəti yaşadığını bilmiş, hətta bununla əlaqədar Qurbanla söhbət edib sonuncunu döymüşlər. Belə ki, 2022-ci ilin dekabr ayının 3-də Saleh ona “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə mesaj yazaraq “Elməddinin kiminləsə dava edib döydüyünü və polislər tərəfindən tutulduğunu” bildirmişdir. Həmin vaxt o, Elməddinə zəng edib maraqlanmaq istədikdə zəng çatmamış, daha sonra isə Salehə zəng edib maraqlandıqda, sonuncu ona açıqlama vermədən elə-belə şey olduğunu, artıq yoluna qoyulduğunu bildirib söhbəti bağlamışdır. Ona görə də onun həmin vaxt baş verənlərdən xəbəri olmamışdır. Qardaşı Elməddin əvvəllər heç vaxt ona Nəsimi tərəfindən ölümlə hədələnməsi, təqiblərə məruz qalması barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qardaşı Zərərçəkmiş şəxs öldürməyə cəhd etdiyini görməmiş, eşitməmiş, nə də ki, onlar arasında əvvəllər hər hansı ciddi dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər onunla söhbət edən zaman Elməddinin Samirə barəsində yaydığı məlumatlara görə ondan qisas almaq istəməsi, ona xəsarət yetirmək istəməsi barədə məlumat verməmişdir. Nəsimi ilə söhbətləri əsasında ümumiyyətlə Elməddinlə aralarında hər hansı bir problem olması barədə məlumat verməmişdir. Zərərçəkmiş şəxs əvvəllər ona Təqsirləndirilən şəxs tərəfindən hədə qorxuya məruz qalması barədə hər hansı məlumat verməmiş, lakin qohum əqraba arasında olan söhbətlərdən bilmişdir ki, Elməddin Nəsiminin hədələməsi ilə bağlı Sətdara məlumat vermişdir. Məhkəmə istintaqı zamanı şahid X16 ifadəsində bildirmişdir ki, təxminən 2022-ci ilin qış aylarında işdən çıxıb mağazada alış-veriş edən zaman Elməddin ona yaxınlaşıb onunla gəlməsini, onunla işi olduğunu demişdir. Yolun yarısında ona demişdir ki, Nəsiminin yoldaşı orada bir oğlanla söhbət edir. O, oraya yaxınlaşan zaman görmüşdür ki, qardaşı həmin adamla söhbət edir. O Qurbana yaxınlaşıb nə məsələ olduğunu soruşanda Elməddin ona imkan vermədi ki, Qurbandan cavabını alsın. Elməddin Qurbanı vurub yerə sərdi. Onlar da qoluna girib qaldırmış, demişlər ki, nə məsələ olduğunu aydınlaşdırmağa imkan versin. Elməddin demişdir ki, o hər şeyi gözü ilə görmüşdür, nəyi aydınlaşdıraclar. Qurbanı mağazanın qarşısına aparmışlar, Qurban demişdir ki, o Samirə xanımdan pul almışdır, maaş yükləndiyi üçün ona olan borcunu qaytarırdı. Elməddin onun dediklərinə məhəl qoymayıb onu yenə vurmuşdur. Qurbanla Samirənin işlədiyi yer onun işlədiyi yerlə çox uzaq olmamışdır. Səhəri günü Elməddini və qardaşını 13-cü PB-dən çağırmışlar, o da atasına məlumat vermişdir. Atası gəlmiş, danışılmış, razılıq alınmış, barışıq olunmuşdur. O hər dəfə Elməddini görəndə ona demişdir ki, sübutu varsa təqdim eləsin. Atası da ona rayonda dəfələrlə demişdir ki, elə bir hadisə varsa, şəkil, video nə isə varsa gətirib göstərsin, o da hər zaman söhbətdən yayınmışdır. Nəsimi ilə Elməddin arasında dəfələrlə bu barədə söhbət olmuş, Elməddin müxtəlif bəhanələr gətirmişdir ki, telefonu qırıqdır, telefonu xarab olmuşdur. Bu söz-söhbət 1 il müddətinə davam etmişdir. Elməddinlə onlar qardaş kimi olmuşlar. İbtidai araşdırma zamanı şahid X16 ifadəsində bildirmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə təxminən saat 18 radələrində arvadı ona zəng edərək problem olduğunu və təcili olaraq evə gəlməsini istəmişdir. O təcili olaraq evə gəlib nə baş verdiyini soruşduqda, məlum olmuşdur ki, Nəsimi Dağıstan Respublikasından Bakı şəhərinə qayıtmış və Elməddinlə mübahisə edərək sonuncunu bıçaqla vurub qətlə yetirmişdir. Nəsimi ilə Elməddin arasında təxminən keçən ildən etibarən onun Samirəyə böhtan atması səbəbindən sözlü mübahisələr yaranmış, lakin onlar arasında heç vaxt dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs heç vaxt Zərərçəkmiş şəxs öldürməyə cəhd etməmişdir, nə də ki, bununla bağlı ona hər hansı bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs əvvəllər və hadisə günü Zərərçəkmiş şəxs öldürmək istəməsi barədə ona hər hansı bir məlumat verməmişdir. Ümumiyyətlə o Nəsiminin Azərbaycana qayıtmasından məlumatlı olmamış, nə də ki, o gəlməmişdən əvvəl ona məlumat verərək Azərbayacana qayıdacağını, Elməddinlə söhbət edəcəyini, onu öldürəcəyini kimi məlumatlar verməmişdir. Hadisənin baş verdiyi 13 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində işlədiyi “Mega Store” mağazasında olmuşdur. O, həmçinin 13 oktyabr 2023-cü il tarixdə, saat 12 radəiərində qardaşı Müşfiqin Laçın rayonunda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər onunla söhbət edən zaman Elməddinin Samirə barəsində yaydığı məlumatlara görə sonuncudan qisas almaq istəməsi, xəsarət yetirmək istəməsi barədə məlumat verməmişdir, sadəcə olaraq hər dəfəsində Elməddinin Samirə barəsində qeyd etdiyi xəyanət məsələsindən narahat olduğunu, ona görə də əmisi oğlu ilə danışıb əlində sübut varsa təqdim etməsini, yoxdursa bu söhbəti yekunlaşdırmasını istəyəcəyini demişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, bu işin təməli 2023-cü ilin oktyabr ayında olmuşdur. Şahid4 onun gəlinidir. Samirənin Qurban adında iş yoldaşı olmuş, ondan 40 manat borc verdiyi pulu maaş yüklənən vaxt almışdır. Mərhum Zərərçəkmiş şəxs bunu görmüşdür. Müşviq də orada işləmişdir. Elməddin Müşviqi oraya aparıb ona Samirə ilə Qurbanı göstərmiş, onları dəfələrlə gördüyünü, telefonunda da görüntülərin olduğunu demişdir. Bu sözə görə birinci Qurban onu vurmuş, sonra araşdırmışlar ki, belə bir şey yoxdur, ancaq borcunu qaytarırmış. Həmin dalaşma Bakıda baş vermişdir. Səhəri günü Müşviqi və Elməddini, bacanağını 13-cü bölməyə çağırmışlar. Sonra oğlu Saleh ona zəng vurub demişdir ki, Müşviqgili dalaşdıqlarına görə tutmuşlar. O da getmiş, Qurbanı da çağırmış, barışdırmışlar. Bu hadisə zamanı Nəsiminin ailəsi Bakıda yaşamış, Nəsimi isə Mahaçqalada olmuşdur. Elməddin ona telefonunda görüntünün olduğunu demişdir. O, Elməddinə göstərməsini demiş, o da gah telefonunun evdə qaldığını, gah telefonunun söndüyünü, gah da telefonunun oğurlandığını demişdir. Bir sözlə, müxtəlif bəhanələrlə yayınmışdır. Sonra dekabr ayında Nəsimi gəlmiş, o Nəsimiyə olanları demişdir. Nəsimi də demişdir ki, birdən görüntü olar, sonra rüsvay olarlar. Ona görə də Elməddinlə görüşüb məsələni aydınlaşdırıcağını bildirmişdir. Elməddin isə müxtəlif bəhanələrlə görüntünü göstərməmişdir. Nəsimi ona Elməddinin əlində başqa adamlarla da Samirənin görüntülərinin olduğunu deməsini bildirmişdir. O Elməddinə bildirmişdir ki, əgər görüntü yoxdursa ona yalan söylədiyini desin, o Nəsimini başa salar. X24 yanına getmiş, o da Nəsimiyə “pozğun arvada görə mənim yanıma gəlirsən” demişdir. Ondan sonra da bu hadisə baş vermişdir. Məlum ölüm hadisəsi ilə bağlı qardaşı oğlu ona xəbər vermişdir. Hadisəyə qədər Nəsimi ilə Elməddin qardaş olmuşlar, aralarında heç bir ədavət olmamışdır. O oğluna gəlindən boşanması üçün təzyiq göstərməmişdir, demişdir ki, özü bilər. Nəsiminin Azərbaycana nə vaxt gəldiyindən xəbəri olmamışdır. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində bildirmişdir ki, təxminən 1980-ci il tarixdə X5 ilə ailə həyatı qurub evlənmişdir. Həmin evlilikdən X12, Təqsirləndirilən şəxs, X13, X16 və X14 adlı 5 övladı anadan olubdur. Mərhum Zərərçəkmiş şəxs isə onun doğma qardaşı Ədilxan Hüseynovun doğma oğludur. 2022-ci ilin qış aylarının birində oğlu Saleh mobil telefonla məlumat verərək digər oğlu Müşfiqin, qardaşı oğlu Elməddinin təxminən 2 gün əvvəl baş vermiş dava-dalaş hadisəsi ilə bağlı polis bölməsinə dəvət olunduğunu bildirmişdir. Bu məlumatdan sonra o, Bakı şəhərinə gəlib 13-cü polis bölməsinə getmişdir. Polis bölməsində olarkən məlum olmuşdur ki, həmin dava-dalaş hadisəsindən əvvəl Müşfiq işlədiyi “Möcüzə” marketdə iş başında olarkən həmin vaxt digər oğlu Saleh də həmin mağazadan alış-veriş etməyə gəlmişdir. Bir müddət sonra həmin mağazada baş satıcı işləyən qardaşı oğlu Elməddin Müşfiqə yaxınlaşaraq təcili olaraq özü getməli olduğunu bildirmiş, sonuncu isə haraya getdiklərini dedikdə bir söz demədən təcili gəlməyini istəmiş, Müşfiq də dediyi istiqamətdə hərəkət edən zaman Elməddin digər oğlu Salehi də özü ilə gəlməyə məcbur etmişdir. Bundan sonra birlikdə Elməddin dediyi istiqamətdə hərəkət etmişlər. Bir müddət hərəkət etdikdən sonra, mağazanın yaxınlığında ağacların altında olan oturacaqda əyləşmiş Nəsiminin arvadı Samirənin və sonuncu birlikdə işləyən Qurban adlı şəxsi göstərib, sonuncuların arasında sevgi münasibəti olduğunu, Samirənin Nəsimiyə xəyanət etdiyini və bununla bağlı özündə görüntülər olduğunu demişdir. Bundan sonra Qurban və onlar arasında mübahisə başlamış, aralarında dava-dalaş olmuşdur. Bölmədə olarkən Qurbanla onların arasında barışıq əldə olunduğuna görə araşdırma dayandırılmış və bu məsələ bağlanmışdır. Həmin dava-dalaş hadisəsi bağlandıqdan sonra o, Nəsimiyə bu barədə məlumat vermədən, ilk öncə Elməddinlə danışıb bu məsələni aydınlaşdırmaq qərarına gəlmişdir. Elməddinlə söhbət edən zaman sonuncu Qurbanla Samirə arasında uzun müddətdir ki, sevgi münasibət olduğunu, hətta birlikdə şəkillərini və videogörüntülərini belə çəkdiyini demişdir. O Elməddindən həmin görüntüləri istədikdə sonuncu hər dəfəsində müxtəlif bəhanələr gətirərək hazırda mobil telefonunun üzərində olmadığını, qısa zaman ərzində həmin görüntüləri təqdim edəcəyini deyib onu yola vermişdir. O hər dəfəsində bununla bağlı Elməddinlə danışdıqda, sonuncu yenə də müxtəlif bəhanələr gətirib görüntülərin silindiyini, mobil telefonun zədələndiyini, qısa zaman ərzində görüntüləri bərpa edib “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərəcəyini demişdir. Təxminən bu hadisədən 3-4 ay sonra o, Nəsimi ilə mobil telefon vasitəsi ilə danışan zaman Bakıya gələcəyi halda ona məlumat verməsini istəmişdir Nəsimi isə qısa zaman ərzində Bakı şəhərinə qayıtmışdır, o da Bakıya gəlib oğluna baş verən hadisə barədə məlumat vermiş və bu məsələnin tərəfindən araşdırılmasını və Samirənin həqiqətən xəyanət edibetmədiyini aydınlaşdırılmasını istəmişdir. Nəsimi sonradan Samirəni və Elməddini də dəvət edib onları üzləşdirmişdir. Həmin üzləşdirmə zamanı isə Samirə Elməddin dediklərinin həqiqətə uyğun olmadığını, sonuncunun böhtan atdığını, bir neçə gün əvvəl iş yoldaşı Qurbanın borc pul istədiyini, ona görə də sonuncuya təxminən 40 manat civarında borc verdiyini, həmin gün də həmin pulu geri qaytarmaq üçün Qurbanla görüşdüklərini izah etmişdir. Elməddin isə dediyi sözlərdən dönmədən Samirə və Qurban arasında sevgi münasibəti olduğunu, bununla bağlı görüntülər olduğunu, lakin əvvəlcə telefonu xarab olduğu, sonradan isə itdiyi üçün həmin görüntüləri təqdim edə bilmədiyini, lakin qısa zaman ərzində görüntüləri hər hansı bir yolla əldə edib təqdim edəcəyini demişdir. Bundan sonra, Nəsimi ilə Elməddin arasında münasibətlər pozulmuşdur. Onlar arasında hadisə baş verdiyi günə qədər sözlü mübahisələr olsa da hər hansı dava-dalaş olmamışdır. Nəsimi təxminən 1 ay müddətində Bakı şəhərində qaldıqdan sonra yenidən Dağıstan Respublikasına geri qayıtmışdır. Nəsimi geri qayıtsa da, hər dəfə onunla telefonla danışıb tez-tez Elməddinə əlaqə saxlamasını və bu məsələni aydınlaşdırmasını, görüntülər olacağı halda həmin görüntüləri təqdim etməsini istəmişdir. O da hər dəfəsində Elməddinlə danışdıqda sonuncu qısa zaman ərzində hər şeyin qaydasına düşəcəyini demişdir. O da Nəsimi ilə danışıb hələ də məsələnin tam aydınlaşmadığını, ürəyində xal qalacağı halda və Samirənin həqiqətən xəyanət etdiyi ortaya çıxacağı halda el-oba içərisində rüsvay olmamaq üçün Samirədən boşanmalı olduğunu bildirmişdir. Hadisənin baş verdiyi günə qədər o, Nəsimin Dağıstandan geri qayıtdığını bilməmişdir. 13 oktyabr 2023-cü il tarixdə, təxminən axşam saatlarında qardaşı Ədilxanın digər oğlu Aqil ona zəng edərək Nəsimin Elməddinlə dalaşdığını və sonuncunu bıçaqladığını, hazırda xəstəxanada olduğunu bildirmişdir. O isə Nəsiminin gəldiyindən xəbərdar olmadığından dediklərinin həqiqətə uyğun olmadığını, Nəsiminin Dağıstan Respublikasında olduğunu qeyd etmişdir. Aqil isə Nəsimin hadisədən təxminən 5 gün əvvəl Bakı şəhərinə gəldiyini demişdir. O yenə də dediklərinə inana bilməmiş, belə ki, Nəsimi ilə sonuncu dəfə mobil telefon vasitəsi ilə danışarkən yanvar ayında Bakı şəhərinə qayıdacağını demişdir. Bundan sonra dərhal qardaşı Ədilxanın yaşadığı ünvana gedib dəfn işlərinə hazırlıqlara başlamışlar. Ümumiyyətlə o Nəsiminin Azərbaycana qayıtmasından məlumatlı olmamış, nə də ki, o gəlməmişdən əvvəl ona məlumat verərək Azərbaycana qayıdacağını, Elməddinlə söhbət edəcəyini, onu öldürəcəyi kimi məlumatlar verməmişdir. O hər dəfəsində Nəsimi ilə danışan zaman sonuncu yalnız, Elməddinlə danışıb görüntülər olacağı halda həmin görüntüləri almasını, həmin görüntülərin internetdə yayılacağından narahat olduğunu demişdir. O da hər dəfəsində Elməddinlə danışıb görüntüləri təqdim etməsini, belə görüntülər olmadığı halda isə ona səmimi olaraq bildirməsini istəmişdir. Elməddin isə görüntülər olmadığını deməmiş, sadəcə olaraq görüntüləri müxtəlif bəhanələr gətirərək hazırda təqdim edə bilmədiyini, qısa zaman ərzində təqdim edəcəyini demişdir. Hadisənin baş verdiyi 13 oktyabr 2023-cü il tarixdə, saat 12 radələrində o, yaşadığı Ağcabədi rayonun, Kəbirli kəndində olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər onunla söhbət edən zaman Eiməddinin Samirə barəsində yaydığı məlumatlara görə sonuncudan qisas almaq istəməsi, xəsarət yetirmək istəməsi barədə məlumat verməmiş, sadəcə olaraq o, hər dəfəsində Elməddinin Samirə barəsində qeyd etdiyi xəyanət məsələsindən narahat olduğunu, ona görə də sonuncu ilə danışıb əlində sübut varsa təqdim etməsini, yoxdursa bu söhbəti yekunlaşdırmasını istəyəcəyini demişdir. Zərərçəkmiş şəxs əvvəllər ona Təqsirləndirilən şəxs tərəfindən hədə qorxuya məruz qalması barədə hər hansı məlumat verməmiş, sadəcə olaraq görüntüləri istədikdə həmin görüntüləri Nəsiminin də tələb edib təqdim etməsini istədiyini, ona görə də qısa zaman ərzində həmin görüntüləri təqdim edəcəyini demişdir. O da həqiqətən görüntülər olacağı halda təqdim etməsini, əks halda bu söz söhbəti yekunlaşdırmasını, onun da Nəsimi ilə danışıb Samirəni xəyanət edəcəyi halda boşanmasını, əks halda isə bu söz söhbəti yekunlaşdırmasını istəyəciyini demişdir. Saleh Hüseynov ona Elməddin, Müşfiq və digər şəxsin dava-dalaş etdikləri üçün polis bölməsinə dəvət olunduqlarını dedikdə, həmçinin bu barədə qardaşı Sətdara və qardaşı oğlu Aqilə də məlumat verdiyini dediyi üçün o, bu barədə yenidən qardaşı və ailəsinə məlumat vermək zərurəti hiss etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, şirniyyat mağazasında işləyir. İş yoldaşı Qurban da həmin mağazada işləmiş, həmin dövrdə bir yerdə işləmişlər. Qurban ondan 42 manat borc pul almışdır. Tarix yadında deyil, təxminən 3-4 gün sonra həmin günü əmək haqqı aldıqlarına görə işdən çıxan zaman iş yoldaşı ondan borc aldığı pulu ona qaytaranda yoldaşının əmisi oğlu onları görmüşdür. Elməddin yanlış anlamış, guya onun Qurbanla görüşdüyünü düşünmüşdür. Sonra gedib qaynıgili çağırmışdır ki, sizin gəlininiz başqa adamla görüşür. O iş yoldaşından pulu alanda yoldaşının əmisi oğlu onlara yaxınlaşmış, ona böhtan atmağa başlamış, guya orada onun şəklini çəkdiyini, onu videoya çəkdiyini demişdir. O, Elməddinə başa salmaq istəmişdir ki, onun fikirləri yanlışdır, ona yalan dediyini bildirmişdir. O, durmadan Qurbanı döymüş, təhqir etmişdir. Qurban pulu ona görə işdə verməmişdir ki, pulu çöldə bankomatdan çıxarıb verməli olmuşdur. Həmin vaxtlar Nəsimi Azərbaycanda olmamışdır. Ondan sonra da dəfələrlə olmuşdur ki, o işdən çıxanda Elməddin onu izləmiş, güdmüşdür. Bu söz-söhbətlə bağlı o Nəsimi ilə birlikdə mərhumla görüşmüşdür. Həmin vaxtı da Elməddin onun Qurbanla gəzməyini sübut edəcəyini, əlində sübutların olduğunu bildirmişdir. İbtidai araşdırma zamanı Şahid4 ifadəsində bildirmişdir ki, ailəlidir, 3 qız övladı var. Belə ki, o 2009-cu il tarixdə Təqsirləndirilən şəxs Səttar oğlu ilə rəsmi olaraq ailə həyatı qurub evlənmişdir. Həmin evlilikdən isə 2012-ci il təvəllüdlü X9, 2014-cü il təvəllüdlü X6 və 2016-cı il təvəllüdlü X26 adlı övladları doğulmuşdur. Ailə qurduğu ilk illərdən etibarən atasının ona bağışladığı, ünvan 6 ünvanında yaşamağa başlamışdır. X2 da onlarla birlikdə həmin ünvanda yaşamışdır. Nəsimi ilə ailədə münasibətləri hər zaman yaxşı olmuş, sonuncu həm ona, həm də övladlarına qarşı hər zaman mülayim, xoş xasiyyətli olmuşdur. Ailə qurduğu ilk illərdən etibarən Nəsimi mütəmadi olaraq Dağıstan Respublikasının hazırda xatırlamadığı şəhərinə gedib orada tikinti sahəsində qəlibçi olaraq fəaliyyət göstərmişdir. Təxminən 3-4 ay orada işləyib pul toplayıb, sonradan Bakı şəhərinə qayıdıb 1 ay müddətinə burada qalmışdır. Sonradan isə yenidən işləmək üçün Dağıstana getmişdir. O isə 2021-ci ilin fevral ayından etibarən Sabunçu rayonu ərazisində fəaliyyət göstərən “Şərq” şirniyyat evində, əri Nəsiminin də razılığı ilə satıcı olaraq işləməyə başlamışdır. 2022-ci ilin qış aylarının birində Nəsimi Dağıstan Respublikasında olarkən, iş yoldaşı, şirniyyat evində sürücü işləyən Qurban adlı şəxs ondan övladına dərman almaq məqsədi ilə 42 manat məbləğində pul vəsaitini borc olaraq istəmişdir, o da kömək etmək üçün həmin pul vəsaitini əlbəəl vermişdir. Təxminən 3 gün sonra əmək haqqılar ödənildiyindən təxminən saat 18 radələrində işdən çıxıb evə gedərkən Qurbanla rastlaşmış və sonuncuya əmək haqlarının ödənildiyini xatırlatmışdır. Bundan sonra Qurban gedib kartdan pulu çıxardıb ona verəcəyini demişdir, o isə cavabında indi gec olduğunu, sabah çıxardıb verməsini bildirmişdir. Buna baxmayaraq Qurban israrla pulu indi vermək istədiyini demiş yaxınlıqda olan bankamata tərəf getmişdir. O isə asta sürətlə evə tərəf gedəcəyini, pulu çıxardıqdan sonra ona çatıb pulu verə biləcəyəciyini bildirmiş və yoluna davam etmişdir. Bir müddət piyada hərəkət edib yaxınlıqda olan skamyaların birində əyləşmişdir. Qurban gəlib pulu ona əlbəəl verən zaman arxa tərəfdən Nəsiminin qardaşı Müşfiq Hüseynov və Nəsimin əmisi oğlu Zərərçəkmiş şəxs Eyvaz oğlu onu səsləmiş, Qurbanın ona nə üçün pul verdiyini soruşmuşdur. O isə cavabında iş yoldaşına 3 gün əvvəl borc pul verdiyini, indisə həmin pulu qaytardığını bildirmişdir. Qurban da onunla eyni cavabı vermişdir. Bundan sonra qayını Müşfiq onunla razılaşıb evə getmək qərarına gəlmiş, lakin Elməddin saxlayaraq onun və Qurbanın yalan danışdığını, aralarında guya sevgi münasibəti olduğunu, Qurbanla onu əl-ələ qucaqlaşıb, öpüşərkən gördüyünü, hətta mobil telefonu vasitəsi ilə şəkillərini və videolarını çəkdiyini bildirmişdir. Bundan sonra Müşfiqlə Qurban arasında sözlü mübahisə başlamış, Elməddin isə Qurbanı zərbə ilə vurub yerə yıxmışdır. O isə onları sakitləşdirməyə çalışıb Elməddinin böhtan atdığını, Qurbanla aralarında hər hansı bir sevgi münasibəti olmadığını izah etmişdir. Təxminən 1-2 saat orada mübahisə olduqdan sonra o qaynı Müşfiqlə birlikdə yaşadığı ünvana gəlmişdir. O baş verənlər barədə yoldaşı Nəsimiyə məlumat vermək istəsə də, Nəsiminin qardaşı və ailə üzvləri bu barədə Nəsimiyə məlumat verməməsini, ərinin qürbət eldə olduğunu, tikintidə işlədiyini və nəticədə stress keçirdib başına bədbəxt hadisə gələ biləcəyini demişlər. Özləri münasib vaxt tapıb bu barədə Nəsimiyə məlumat verəcəklərini bildirmişlər. Bu hadisədən təxminən 3-4 ay sonra qaynatası Şahid3 əri Nəsimiyə zəng edərək baş verənlər barədə məlumat vermiş, təcili olaraq Bakıya gəlməli olduğunu bildirmişdir. Nəsimi Bakı şəhərinə gəlib qaynatasının yaşadığı evə getmişdir. Həmin evdə Nəsimi ilə söhbət edib Elməddin dediklərinin həqiqətə uyğun olmadığını, sonuncunun böhtan atdığını izah etmişdir. Sonradan isə Nəsimi araşdırıb onun Qurbanla hər hansı bir münasibəti olmadığını müəyyən etmişdir. Bundan sonra, Nəsimi ilə Elməddin arasında münasibətlər pozulmuşdur. Nəsimi hər dəfəsində Elməddinə el-oba içərisində rüsvay etdiyini, onun barəsində rüsvayedici, həqiqətə uyğun olmayan məlumatlar yaydığını demişdir, sonuncu isə böhtan atmadığını, zamanla onun Nəsimiyə xəyanət etdiyini sübut edəcəyini demişdir. Onlar arasında hazırkı vaxtadək sözlü mübahisələr olsa da hər hansı dava-dalaş olmamışdır. Elməddin təxminən 1 ay müddətində Bakı şəhərində qaldıqdan sonra yenidən Dağıstan Respublikasına geri qayıtmışdır. Onların arasında münaisbətlər pozulmasa da, qaynatası onun Nəsimi ilə ailəli olmasına razı olmamış, ona görə də təkidlə onların boşanmasını istəmişdir. Onlar da Nəsimi ilə razılaşıb formal olaraq boşanacaqlarını, qaynatasının fikri dəyişdikdən sonra isə yenidən evləcəklərini düşünmüşlər. Ona görə də boşanma ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. Təxminən 5 gün əvvəl Nəsimi Dağıstan Respublikasından gəlib Bakıda kirayə ev tutduğunu, hazırda orada qaldığını demişdir, çünki atası onunla qalmağına icazə verməmişdir. Buna baxmayaraq, Dağıstandan Respublikasından qayıtdığı gündən etibarən Nəsimi ilə 2 dəfə yaşadığı evdə görüşmüşlər, çünki sonuncu gəlib övladları ilə görüşmüşdür. xx.xx.2023-cü il tarixdə qızına məxsus mobil telefonda olan “Whatsap” ani mesajlaşma tətbiqi vasitəsi ilə Nəsimi ilə danışan zaman, sonuncu bu gün, yəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında gəlib uşaqları parka aparacağını, sonra da evdə onlarla birlikdə qalacağını demişdir. O isə bu gün saat 22:00-da işdən çıxacağını bildirmişdir. Bu gün, yəni xx.xx.2023-cü il tarixdə isə Nəsimi ilə əlaqə saxlamamış, danışmamışdır. Təxminən saat 13 radələrində işlədiyi şirniyyat evində olarkən əvvəllər tanımadığı və görmədiyi polis əməkdaşı gəlib onu polis idarəsinə aparmalı olduğunu, Nəsiminin onu orada gözlədiyini bildirmişdir. O isə yolda olarkən pois əmləkdaşı Elməddinlə Nəsimi arasında ədavət olub-olmadığını soruşmuş, o da keçən il baş verən hadisəni qısa danışmış və elə başa düşmüşdür ki, Nəsimi Elməddin barəsində polisə şikayət etmişdir. 13-cü PB-də olarkən ona orada sorğu sual etmişlər, o da keçən il baş verən, yəni Elməddinin barəsində böhtan atması ilə əlaqədar söhbəti onlara danışmış, lakin hələ də heçnədən xəbəri olmamışdır. Bir müddət sonra isə əri Nəsiminin Elməddinlə mübahisə etdiyini, bıçaqla sonuncuya xəsarət yetirdiyini və nəticədə Elməddinin öldüyünü bilmişdir. Nəsimi ilə Elməddin arasında təxminən keçən ildən etibarən ona böhtan atması səbəbindən sözlü mübahisələr yaranmışdır, lakin onlar arasında heç vaxt dava-dalaş olmamışdır. Nəsimi Elməddinin barəsində böhtan ataraq onu bütün qohum-əqraba içərisində rüsvay etdiyindən sanki qıcıqlanmış, çünki hər dəfə onunla bu barədə danışanda gedib Elməddindən bunun səbəbini soruşacağını, nə üçün onun barədə böhtan ataraq rüsvay etdiyini maraqlanacağını demişdir. Təqsirləndirilən şəxs heç vaxt Zərərçəkmiş şəxs öldürməyə cəhd etməmiş, nə də ki, bununla bağlı ona hər hansı bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs əvvəllər və hadisə günü Zərərçəkmiş şəxs öldürmək istəməsi barədə ona hər hansı bir məlumat verməmişdir Nəsiminin əvvəllər üzərində bıçaq gəzdirdiyini görməmiş, bu barədə məlumatı olmamışdır. Hadisədən bir neçə gün əvvəl yaşadığı evə gələn zaman da ərinin üzərində hər hansı kəsici və deşici alət olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir zərərli vərdişi olmamış, sonuncu nə siqaret, nə spirtli içki, nə də ki, narkotik maddələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı xəstəlik keçirməmiş, psixi pozuntuları olmamış, bununla bağlı müalicə almamışdır. Elməddinin onun barəsində rüsvayedici məlumatlar paylaşması, Nəsimiyə çox pis təsir etmiş, sanki bunu özünə sığışdıra bilməmiş, hər dəfə onunla bu barədə söhbət edəndə Elməddinin düzgün etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə 05 oktyabr 2023-cü il tarixdə Bakı şəhərinə gəlməmişdən əvvəl gələcəyi barədə ona hər hansı bir məlumat verməmişdir. Zərərçəkmiş şəxsla aralarında hər hansı bir sevgi münasibəti olmamış, sonuncunun ona qarşı hər hansı bir sevgi etirafı olmamış, habelə ona qarşı hər hansı bir yaxın münasibətini hiss etməmişdir. Şahid5lə aralarında hər hansı bir sevgi münasibəti olmamış, yalnız iş yoldaşı münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər ona Nəsimi tərəfindən hədə qorxuya məruz qalması barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, “Şərq” şirniyyat evində sürücü işləmiş, Samirə isə həmin şirniyyat evində satıcı işləmişdir. Samirədən təxminən 40-41 manat civarında pul borc olaraq almışdır. Samirə işdən çıxıb gedəndə əmək haqqı kartından 40-41 manat məbləğində pul vəsaitini çıxarıb Samirəyə vermiş, həmin vaxt sonradan adının Elməddin olduğunu bildiyim şəxs onlara yaxınlaşıb onlardan nə etdiklərini soruşmuşdur. O, onun kim olduğunu soruşmuş, o isə Nəsiminin əmisi oğlu olduğnu bildirmişdir. Bundan sonra isə o, Elməddinə nə üçün orada olduğunu izah etmiş, Samirədən bir neçə gün əvvəl aldığı pul vəsaitini geri qaytarmaq üçün ora gəldiyini, aralarında hər hansı münasibət olmadığını bildirmişd. Həmin vaxt Nəsiminin qardaşı Müşfiq və Saleh adlı şəxslər ora gəlmişlər və onlara da eyni sözləri demişdir. Buna baxmayaraq Elməddin qəfildən onun üz nahiyəsindən yumruq vurmuş, o isə yerə yıxılıb huşunu itirmişdir. Bir neçə saniyə sonra özümə gələndə yerdə uzanıqlı vəziyyətdə paltarlarımın isə toza bulaşmış vəziyyətdə olduğunu görmüşdür. Onlara yalnış anladıqlarını, Samirə ilə aralarında hər hansı münasibət olmadığını izah etməyə çalışmış, Müşfiq və Saleh sakit dayansalar da, Elməddin israrla aralarında münasibət olduğunu, onunla Samirənin birlikdə görüntülərinin olduğunu demişdir. Elməddinə nə qədər həmin görüntüləri təqdim etməsini istəsələr də heç bir görüntü təqdim etməmişdir. Bundan sonra Elməddin birlikdə şirniyyat evinə gedəcəklərini, əgər onun həqiqətən orada işlədiyi məlum olarsa ondan üzr istəyəcəyini dedi və birlikdə işlədiyi “Şərq” şirniyyat evinə getmişlər. Həmin yerdə iş yoldaşları ilə söhbət zamanı onun orada işlədiyi bilinsə də, buna baxmayaraq Elməddin öz inadından dönməyərək israrla onun Samirə ilə sevgi münasibətimin olduğunu, hətta onları dəfələrlə birlikdə gördüyünü demişdir. Sonra Elməddin onu iş yoldaşlarının yanında döyməyə başlamışdır. Həmin gün axşamı özünü pis hiss etdiyi üçün təcili tibbi yardımla xəstəxanaya getmiş, oradan polisə məlumat verilmişdir. Növbəti gün isə artıq Nəsiminin qardaşları Müşfiq və Saleh, o cümlədən Eiməddini də bölməyə gəlmişlər. Sonradan bölməyə Nəsiminin atası Sətdar adlı şəxs də gəlmişdir o gələndən sonra ona da hadisə barədə məlumat vermiş və, Samirə ilə aralarında hər hansı bir sevgi münasibəti olmadığını izah etmişdir. Sətdar kişi isə ondan şikayət etməməyi xahiş etdiyindən o, da şikayətçi olmamışdır. Nəsimi ilə Elməddin arasında olan söhbətdən isə xəbərim yoxdur. İbtidai araşdırma zamanı Şahid5 ifadəsində bildirmişdir ki, 2015-ci il tarixdə X18 ilə rəsmi olaraq ailə həyatı qurub evlənmişdir. Təxminən 2022-ci ilin may ayından və 2022-ci ilin noyabr ayının sonlarına kimi Bakıxanov qəsəbəsində yerləşən “Şərq” şirniyyat evində sürücü olaraq fəaliyyət göstərmişdir. Şahid4 Akif qızını həmin şirniyyat evində satıcı olaraq fəaliyyət göstərən iş yoldaşı kimi tanımışdır. Samirə ilə aralarında iş yoldaşı münasibətdən başqa hər hansı münasibət, o cümlədən sevgi münasibəti olmamışdır. Təxminən 2022-ci ilin oktyabr ayında pulu olmadığına görə iş yoldaşı Samirədən təxminən 40-41 manat civarında pul vəsaitini borc olaraq almışdır. 2022-ci ilin noyabr ayının əvvəllərində indiki “Retro” adlı kafedə olarkən iş yoldaşı Samirə istifadəsində olan, hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək əmək haqqının köçdüyü barədə məlumat vermiş, o da Samirənin ondan aldığı borcu geri qaytarmağı üçün ona zəng etdiyini anlamışdır. Ona görə də indi gəlib əmək haqqı kartından pulu məxaric edib qaytaracağını demişdir. Samirə də işdən çıxıb yavaş-yavaş “Möcüzə” market tərəfə getdiyini, pulu gətirib həmin ərazidə təqdim etməsini istəmişdir. O həmin əraziyə yaxınlaşıb Samirəyə zəng etdikdə sonuncu qayınlarının həmin mağazada işlədiklərini, onları birlikdə görmələrinin ayıb olduğuna görə də bir qədər irəlidə olan park kimi yerin yaxınlığındakı skameykanın yanında onu gözlədiyini bildirmişdir. O da razılaşıb əmək haqqı kartından 40-41 manat məbləğində pul vəsaitini məxaric edib Samirə əyləşdiyi skameykaya yaxınlaşıb, yanında oturmuş və cibindən pulu çıxardıb təqdim edən zaman sonradan adının Elməddin olduğunu bildiyi şəxs onlara yaxınlaşıb burada nə etdiklərini soruşmuş, həmin vaxt Samirə həmin şəxsin əri Nəsiminin əmisi oğlu Elməddin olduğunu demişdir. O isə Elməddinə nə üçün orada olduğunu izah etmiş, Samirədən bir neçə gün əvvəl aldığı pul vəsaitini geri qaytarmaq üçün buraya gəldiyini, aralarında hər hansı münasibət olmadığını bildirmişdir. Həmin vaxt isə sonradan Nəsiminin qardaşları olduğunu bildiyi Müşfiq və Saleh adlı şəxslər yanlarına gəlmiş, o Qurbana dediklərini onlara da izah etmişdir. Buna baxmayaraq Elməddin qəfildən onun üz nahiyəsinə zərbə ilə yumruq vurmuşdur. O yerə yıxılıb huşunu itirmişdir. Bir neçə saniyə sonra özünə gələndə yerdə uzanıqlı vəziyyətdə paltarlarının isə toza bulaşmış vəziyyətdə olduğunu görmüşdür. Güclə ayağa qalxıb onların yalnış anladıqlarını, aralarında hər hansı münasibət olmadığını izah etməyə çalışmışdır, Samirə də onunla eyni sözləri deyib aralarında heç bir sevgi münasibəti olmadığını demişdir. Müşfiq və Saleh sakit dayanmışdır, lakin Elməddin israrla aralarında münasibət olduğunu, onunla Samirənin birlikdə görüntülərinin olduğunu demişdir. Elməddinə nə qədər həmin görüntüləri təqdim etməsini istəsələr də heç bir görüntü təqdim etməmişdir. Bundan sonra Elməddin birlikdə şirniyyat evinə gedəcəklərini, əgər onun həqiqətən orada işlədiyi məlum olarsa ondan üzr istəyəcəyini demiş və onlar birlikdə işlədiyi “Şərq” şirniyyat evinə getmişdir. Həmin yerdə iş yoldaşları ilə söhbət zamanı məlum olmuşdur ki, o həqiqətən də həmin şirniyat evində işləyir, lakin buna baxmayaraq Elməddin öz inadından dönməyərək israrla onun Samirə ilə sevgi münasibətinin olduğunu, hətta onları dəfələrlə birlikdə gördüyünü demişdir. Sonra Elməddin onu iş yoldaşlarının da yanında döyməyə başlamış və o yenə huşunu itirmişdir. Artıq ayılanda şirniyyat mağazasının içərisində olmuşdur. Həmin gün axşamı özünü pis hiss etdiyi üçün təcili tibbi yardımla xəstəxanaya getmişdir. Oradan isə artıq polisə məlumat verilmiş və o, 13-cü PB-ə gəlib hadisə barədə məlumat vermişdir. Növbəti gün isə artıq Nəsiminin qardaşları Müşfiq və Saleh, o cümlədən Eiməddini də bölməyə gətirmişlər. Bölmədə olarkən də o, Samirə ilə aralarında heç bir münasibət olmadığını demişdir. Sonradan bölməyə Nəsiminin atası Sətdar adlı şəxs də gəlmiş, o gəldikdən sonra ona da hadisə barədə məlumat vermiş, Samirə ilə aralarında hər hansı bir sevgi münasibəti olmadığını izah etmiş, Sətdar ondan xahiş edib şikayət etməməyi, yalnış anlaşılma olduğunu bildirmişdir. Bundan sonra o da şikayətinin olmadığını demiş, araşdırmanın dayandırılmasını xahiş etmişdir. Elməddin də ondan üzr istəmiş, onları yalnış anladığını deyib onunla görüşmüşdür. Həmin gündən sonra bir daha Zərərçəkmiş şəxsla görüşməmiş, danışmamışdır. Həmin hadisədən təxminən 1-2 ay sonra əvvəllər tanımadığı "xxxx" MMC-ə məxsus hazırda xatırlamadığı mobil telefon nömrəsindən zəng gəlmiş, həmin şəxs özünü təqdim edib Samirənin əri Nəsimi adlı şəxs olduğunu və Samirə ilə aralarında münasibət olub-olmadığını maraqlanmışdır. O isə bütün baş verənlər barədə, o cümlədən Samirə ilə aralarında heç bir sevgi münasibəti olmadığı barədə məlumat vermişdir. Nəsimi isə Elməddinin Samirə ilə onun görüntülərinin olduğunu dediyini bildirmişdir. O isə Elməddinin böhtan atdığını, heç bir görüntü olmadığını, olacağı halda isə təqdim etməsini istəmişdir. Bundan sonra Nəsimi ona inanıb atasını Samirənin xəyanət etmədiyinə inandıra bilmədiyini, buna görə də onun köməklik etməyini istəmişdir. O isə cavabında atası Sətdar adlı şəxslə bölmədə olarkən danışıb hər şeyi izah etdiyini, lazım olarsa yenidən danışıb Samirə ilə aralarında heç bir münasibət olmadığını izah edə biləcəyini demişdir. Bu danışıqdan sonra Nəsimi ilə sağollaşmış və bir daha əlaqə saxlamamışdır. 13 oktyabr 2023-cü il tarixdə və ya ondan bir gün sonra "Şərq” şirniyyat evində işlədiyi əvvəlki yoldaşlarından biri zəng edərək Samirənin əri Nəsiminin Elməddini qətlə yetirdiyini bildirmişdir. O əvvəllər Nəsimini və Elməddini, ümumiyyətlə Samirənin qohum-əqrabasını tanımamış, ona görə də onlar arasında hər hansı mübahisə olub-olmadığını dəqiq deyə bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə cəhd edib-etmədiyini bilməmişdir. Nəsimi ilə telefon vasitəsi ilə danışan zaman Elməddini öldürəcəyi və ya belə bir fikri olması barədə məlumat verməmişdir, sadəcə olaraq Elməddinin Samirə və onun birlikdə görüntülərinin olduğunu dediyini bildirmişdir. O isə belə bir görüntü olmadığını demişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində Şahid4 ilə görüşüb ona borcunu qaytardığı zaman həmin yerə ilkin olaraq Zərərçəkmiş şəxs yaxınlaşmış, sonradan isə Saleh və Müşfiq Hüseynovlar da gəlmişlər. Hətta oraya sonradan adının Ramin olduğunu bildiyi, Elməddinin bacanağı da gəlmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində bildirmişdir ki, 13 oktyabr 2023-cü ildə təxminən saat 12 radələrində o, marketin qarşısında olan meyvə bölməsinin arxasında olarkən, həmin vaxt Elməddin və Nəsiminin həmin bölmənin qarşısında dayanıb nəsə söhbət etdiklərini görmüş, təxminən 30-40 saniyə onlar arasında söhbət olduqdan sonra hər ikisi də marketdən uzaqlaşıb əks tərəf istiqamətdə hərəkət etməyə başlamışlar. Həmin vaxt o, Nəsimini arxadan səsləyib hal-əhval soruşduqda, ona Elməddinlə görüşməyə gəldiyini bildirmişdir. Nəsimi onunla görüşdükdən smonra yenidən Elməddinlə birlikdə getmişdir. Elməddin və Nəsimi birlikdə getdikdən təxminən 30-40 dəqiqə sonra Elməddinin geri qayıtmadığını görüb iş yoldaşlarından birinin mobil telefon nömrəsi ilə Elməddinin telefonuna zəng etmişdir, həmin vaxt isə telefona polis cavab verərək Elməddinin öldürülüdüyünü və hazırda xəstəxanada olduğunu demişdir. Əlavə olaraq bildirmişdir ki, Elməddinlə Nəsimi arasında münasibət yaxşı olmuşdur. Onda olan məlumata görə Qurbanı Nəsiminin yoldaşının üstündə döymüşdürlər. Hadisə günü isə Elməddinlə Nəsiminin aralarında nə söhbət olduğunu eşitməmişdir. İbtidai araşdırma zamanı Şahid6 ifadəsində bildirmişdir ki, 2017-ci il tarxidən etibarən Bakıxanov qəsəbəsində yerləşən “Möcüzə” marketdə satıcı olaraq fəaliyyət göstərir. Mərhum Zərərçəkmiş şəxs elə “Möcüzə” marketdə meyvə bölməsində işləyən satıcı olaraq tanımışdır. Bundan başqa, Elməddin 2020-ci il tarixdən etibarən onun arvadı Nüşabənin bacısı Zəminə Həsənxanova ilə rəsmi olaraq evlənib onunla bacanaq olmuşdur. Təqsirləndirilən şəxs isə Elməddinin əmisi oğlu olaraq tanımış, sonuncunu mumilikdə 3-4 dəfə “Möcüzə” marketə gəlib bazarlıq edən zaman görmüşdür. 13 oktyabr 2023-cü il tarixdə, saat təxminən 11 radələrində Elməddin marketə gəlib iş fəaliyyətinə başlamışdır. Saat 12 radələrində o, marketin qarşısında olan meyvə addelinin arxasında olarkən Elməddin və Nəsiminin həmin addelin qarşısında dayanıb nəsə söhbət etdiklərini görmüş, təxminən 30-40 saniyə onlar arasında söhbət olduqdan sonra hər ikisi də marketdən uzaqlaşıb əks tərəf istiqamətdə hərəkət etməyə başlamışlar. Həmin vaxt o, Nəsimini arxadan səsləyib hal-əhval soruşduqda, sonuncu bacanağı Elməddinlə görüşməyə gəldiyini bildirmişdir. Nəsimi onunla əl verib salamlaşıb görüşdükdən sonra yenidən Elməddinlə birlikdə hərəkət etməyə davam etmişdir. Elməddin və Nəsimi birlikdə getdikdən təxminən 30-40 dəqiqə sonra Elməddinin geri qayıtmadığını görüb iş yoldaşlarından birinin mobil telefon nömrəsi Elməddinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Həmin vaxt telefona cavab verən şəxs polis əməkdaşı olduğunu bildirmiş, Elməddinin öldürüldüyünü və hazırda xəstəxanada olduğunu qeyd etmişdir. O da dərhal iş yerindən çıxaraq X32 getmişdir. Orada olduqda isə artıq Elməddinin meyitxanaya yerləşdirildiyini bilmişdir. Bundan sonra arvadına zəng edib bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq xəsarətləri yetirməsinin səbəbini konkret olaraq bilməmişdir. Təxminən 2022-ci ilin qış aylarının birində "Möcüzə” marketin anbarının arxasında olarkən Elməddin və Nəsiminin qardaşı Müşfiqin əvvəllər tanımadığı, sonradan adının Qurban adlı şəxs olduğunu bildiyi şəxsi döydüklərini görmüşdür. Dərhal onlara yaxınlaşıb ayırmağa başlamış və hər birini ərazidən uzaqlaşdırmışdır. Sonradan məlum olmuşdur ki, əvvəlcə Elməddin Nəsiminin arvadı Samirənin iş yoldaşı Qurbanla aralarında sevgi münasibəti olduğunu bilmiş, bu barədə əvvəllər onunla birlikdə “Möcüzə” marketdə işləyən Müşfiqə məlumat vermişdir. Müşfiq və Elməddin də birlikdə Qurbanı marketin arxasında dəvət edib əvvəlcə söhbət etmiş, sonradan isə aralarında mübahisələri yaranmışdır. Həmin davadan təxminən 1-2 gün sonra isə polis əməkdaşları tərəfindən 13-cü PB-ə dəvət edilmiş, orada isə araşdırma aparılmış və barışıq əldə edilmişdir. Bu hadisədən sonra Nəsimi ailə içərisində rüsvay olduğunu düşünmüşdür. Şahid4 Təqsirləndirilən şəxs həqiqətən xəyanət edib-etmədiyi barədə heç bir məlumatı olmamış, Qurban adlı şəxsi isə tanımamış, sonuncu ilə heç vaxt görüşməmiş, aralarında heç bir münasibət olmamışdır. Zərərçəkmiş şəxs əvvəllər ona Samirənin Nəsimiyə xəyanət etdiyini əks etdirən hər hansı görüntü təqdim etməmiş, ümumiyyətlə bununla bağlı onların aralarında hər hansı söhbət olmamışdır. Elməddin əvvəllər heç vaxt ona Nəsimi tərəfindən ölümlə hədələnməsi, təqiblərə məruz qalması barədə məlumat verməmişdir. Hətta, həmin hadisədən sonra o, Nəsimini bir dəfə marketə gələn zaman görmüş, həmin vaxt isə Nəsimi Elməddinlə görüşüb, mağazadan bazarlıq edib getmişdir. Həmin görüş zamanı isə onlar arasında hər hansı mübahisə, dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər Zərərçəkmiş şəxs öldürməyə cəhd etdiyini görməmiş, eşitməmiş, nə də ki, onlar arasında əvvəllər hər hansı dava-dalaş olmamışdır. O, “Möcüzə” marketdən əldə edilmiş xx.xx.2023-cü il tarixi əks etdirən videogörüntülərlə tanış olaraq həmin görüntülərdə saat 12:06:30-da marketin qarşısında meyvə sahəsinin arxasından çıxıb üzərində boz rəngli kurtqa, göy rəngli kofda olan şəxslə əl verib salamşalaraq sonradan görüşən şəxsin özü olduğunu, görüşdüyü şəxsin isə Təqsirləndirilən şəxs olduğunu demişdir. Həmin vaxt isə onun əynində qara rəngli uzun qol kofda və göy rəngli cins şalvar olmuşdur. Həmin görüntülərdə o, Nəsimi ilə görüşməmişdən əvvəl sonuncu üzərində ağ rəngli, qısa qol köynək və qara rəngli şalvar olan Zərərçəkmiş şəxs ilə qabaq-qabağa dayanıb təxminən 30 saniyə müddətində söhbət etmişdir. Sonradan isə onlar birlikdə yolun əks istiqamətinə doğru hərəkət etməyə başlamışlar. O, “Möcüzə” marketdən əldə edilmiş xx.xx.2023-cü il tarixi əks etdirən videogörüntülərlə tanış olaraq həmin görüntülərdə Təqsirləndirilən şəxsla qarşı-qarşıya dayanaraq söhbət edən, əynində ağ rəngli qısa qol kofda və qara rəngli şalvar olan şəxsin Zərərçəkmiş şəxs olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə, saat 12:06:30-da Təqsirləndirilən şəxsla görüşən zaman sonuncunun üzərində hər hansı kəsici deşici alət, o cümlədən bıçaq görməmişdir. Təqsirləndirilən şəxs əvvəllər və ya hadisədən əvvəl Zərərçəkmiş şəxs cəzalandırmaq istəməsi, o cümlədən öldürmək istəməsi barədə ona məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Sabunçu rayonu, ünvan 9 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı ünvandan küçəyə çıxarkən həmin vaxt əvvəllər tanımadığı bir nəfər kişi cinsli şəxsin qarşısında dizi üstə oturaqlı, yəni çökmüş vəziyyətdə olan şəxsə ardıcıl olaraq əlində saxladığı bıçaqla zərbələr endirdiyini görmüş, lakin qorxduğu üçün onlara yaxınlaşa bilməmiş, bıçaq xəsarətləri alan şəxs isə bıçaqla vuran şəxsə müqavimət göstərməyə çalışsa da, artıq halsız vəziyyətdə olduğu üçün heçnə edə bilməmişdir. O isə bıçaqla vuran şəxsə kənardan durub etdiyi əməlin düzgün olmadığını, cinayət törətdiyini bildirib, dərhal bu barədə DİN-nin 102 xidmətinə zəng etmişdir. Cinayət törədən şəxs onun dediklərinə məhəl qoymadan zərbələr vurmağa davam etmiş, bir neçə saniyə sonra isə bıçaqla xəsarətlər yetirən şəxs əlindəki bıçağı yerə ataraq oradan uzaqlaşmışdır. Xəsarət yetirdiyi şəxs isə yerdə uzanıqlı vəziyyətdə can vermiş, ona görə də dərhal bu barədə təcili tibbi yardıma zəng edib məlumat vermişdir. O, həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs adlı şəxsləri tanımamış, hər hansı münasibəti olmamışdır. Təqdim edilən portal çıxarışındakı fotoşəkillərlə tanış olaraq Təqsirləndirilən şəxs adlı şəxsin bıçaqla xəsarət yetirən şəxs, Zərərçəkmiş şəxs adlı şəxsin isə zərərçəkmiş şəxs olduğunu demişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs qəddarcasına çoxsaylı xəsarətlər yetirib, Zərərçəkmiş şəxs başqasının ailəsi barədə qeyd edilən böhtanların nələrə səbəb olduğunu deyərək zərbələr vurmağa davam etmiş, sonuncunun yalvarışlarına məhəl qoymamışdır. Həmin tarixdən uzun müddət keçdiyinə görə konkret olaraq orada kimlərin olduğunu və hadisəyə şahidlik etdiyini xatırlamamışdır. O, həmçinin Təqsirləndirilən şəxs ona və ya ətrafda olan şəxslərə qarşı hər hansı hədə qorxu və ya zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etmədiyini demişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, həmin tarixdə saat 12:25-də Sabunçu RPİ-nin 13-cü PŞ-nə 102 ZXM-dən məlumat daxil olmuşdur ki, ünvan 9 ünvanında yaşayan Şahid1 bir nəfər şəxsin başqa şəxsi bıçaqlamasını bildirmişdir. xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abışov küçəsi 8 ünvanında qarajların arxasında olan ərazidə yerləşir. Həmin qarajların arxasında dar cığır vardır, sağa doğru hərəkət etdikdə sahibsiz tikili olduğu görünür. Həmin cığırla yuxarı doğru irəlilədikdə sağda zibil tullantıları atılmış ərazi vardır, cığırın sonunda avtoyuma məntəqəsi mövcuddur. Həmin cığırla aşağı doğru irəlilədikdə 2 mərtəbəli yaşayış evi olduğu görünür. Hadisənin baş verdiyi yerdən qaraj divarına yerdən 80 sm hündürlükdə su sayğacı quraşdırılmışdır. Su sayğacına birləşdirilmiş ağ polietilen borunun yanında qəhvəyi dəstəkli, tiyəsinin uzunluğu təxminən 13 sm olan üzərində yazısı olmayan bıçaq vardır. Bıçaq bir illik ot bitkilərinin üzərinə atılmışdır, ot bitkilərinin üstü, ətrafı və bıçağın üstündə qana bənzər ləkələr vardır. Qana bənzər ləkələr cığırla aşağı doğru hərəkət etdikdə 2 mərtəbəli yaşayış evinin qarşısına qədər uzanır. Hadisə yerinə baxış zamanı qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaq yolu ilə 03 ədəd nümunə və hadisə yerində su sayğacına birləşdirilmiş ağ polietilen borunun yanında qəhvəyi dəstəkli, tiyəsinin uzunluğu təxminən 13 sm olan, üzərində yazısı olmayan bıçaq müvafiq qaydada qablaşdırıimaqla götürülmüşdür. Baxış zamanı fotoçəkiliş aparılmış və fotoşəkillər protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, Təqsirləndirilən şəxs özü polis əməkdaşlarına yaxınlaşaraq cinayət törətdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün götürülmüş 01 ədəd qəhvəyi dəstəkli, tiyəsinin uzunluğu təxminən 13 sm olan, üzərində yazısı olmayan bıçaq digər 4 bıçaq arasında 2-ci yerdə tanınmaya təqdim olunmuşdur. Tanınmalı olan 01 ədəd qəhvəyi dəstəkli, tiyəsinin uzunluğu təxminən 13 sm olan, üzərində yazısı olmayan bıçaq nömrələnmiş vəziyyətdə 04 ədəd bıçaq arasında təqdim edilmişdir: Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuşdur. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən bıçaqları nəzərdən keçirib göstərmişdir ki, 2-ci yerdə yerləşən qəhvəyi dəstəkli, tiyəsinin uzunluğu təxminən 13 sm olan bıçaq hadisə vaxtı Zərərçəkmiş şəxs Ədüxan oğluna xəsarət yetirdiyi bıçaqdır. Tanınma zamanı fotoçəkiliş aparılmış və fotoşəkillər protokola əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittihamın məzmunu dəyişdirilməklə əlavələr edilib ona yenidən Həmin Məcəllənin 120.2.4-cü maddəsi ilə ittiham elan edimişdir. xx.xx.2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon da götürülərək qablaşdırılmışdır. xx.xx.2023-cü il tarixli “qəbzdən” görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon Şahid4 təhvil verilmişdir. Səhiyyə Nazirliyinin "xxxx" PHŞ-nin xx.xx.2023-cü il tarixli, 273 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ ümumi yuxarı arteriyasının və sağ vidaci venanın yaralanması ilə müşayiət olunan boyunun sağ yan səthinin 2 (iki) ədəd, sol ümumi yuxu arteriyasının və sol vidaci venanın yaralanması ilə müşayiət olunan boyunun sol yan səthinin 1 (bir) ədəd; ürəyin, ağciyərlərin, qaraciyərin, dalağın, peritonun, nazik bağırsağın yaralanması və ikitərəfli pnevmohemotoraksla (sol və sağ döş boşluğuna hava və qan yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının ön, bayır və arxa divarlarının döş boşluğuna keçən 5 (beş) ədəd; döş qəfəsinin sağ yarısının ön, bayır və arxa divarlarının döş boşluğuna keçən 5 (beş) ədəd; qarının ön divarının qarın boşluğuna keçən 3( üç) ədəd; boyunun ön və arxa səthinin 2 (iki) ədəd, döş və qarın boşluqlarına keçməyən döş qəfəsinin sol yarısının 8 (səkkiz) ədəd, döş qəfəsinin sağ yarısının 6 (altı) ədəd, qarının ön divarının 2 (iki) ədəd; sağ əlin 1-ci barmağının 1 ədəd, sağ saidin 9 ədəd, sağ bazunun 4 ədəd, sol əlin 1 ədəd, sol saidin 1 ədəd, sol bazunun 2 ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 52/əlli iki/ədəd). Alın nahiyəsinin sıyrıqları. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər; sıyrıqlar isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər. Dərəcəsinə görə: Sağ ümumi yuxu arteriyasının və sağ vidaci venanın yaralanması ilə müşayiət olunan boyunun sağ yan səthinin 2 (iki) ədəd, sol ümumi yuxu arteriyasının və sol vidaci venanın yaralanması ilə müşayiət olunan boyunun sol yan səthinin 1 (bir) ədəd; ürəyin, ağciyərlərin, qaraciyərin, dalağın, peritonun, nazik bağırsağın yaralanması və ikitərəfli pnevmohemotoraksla (sol və sağ döş boşluğuna hava və qan yığılması) müşayiət olunan döş qəfəsinin sol yarısının ön, bayır və arxa divarlarının döş boşluğuna keçən 5 (beş) ədəd; döş qəfəsinin sağ yarısının ön, bayır və arxa divarlarının döş boşluğuna keçən 5 (beş) ədəd; qarının ön divarının qarın boşluğuna keçən 3 (üç) ədəd (cəmi 16 ədəd) deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir; Boyunun ön və arxa səthinin 2 (iki) ədəd, döş və qarın boşluqlarına keçməyən döş qəfəsinin sol yarısının 8 (səkkiz) ədəd, döş qəfəsinin sağ yarısının 6 (altı) ədəd, qarının ön divarının 2 (iki) ədəd; sağ əlin 1-ci barmağının 1 ədəd, sağ saidin 9 ədəd, sağ bazunun 4 ədəd sol əlin 1 ədəd, sol saidin 1 ədəd, sol bazunun 2 ədəd deşilmiş-kəsilmiş yaralan (cəmi 36 ədəd) hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Alın nahiyəsinin sıyrıqları isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb bədənin çoxsaylı deşilmiş-kəsilmiş yaralan ilə əlaqədar daxili üzvlərin, arteriya və venaların zədələnməsi nəticəsində baş vermiş çoxlu daxili və xarici qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil. Mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan paltarlarında meyiti üzərində olan xəsarətlərə uyğun zədələr vardır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin zərərçəkmişin özü tərəfindən özünə yeitirlməsi inkar olunur. Səhiyyə Nazirliyinin "xxxx" PHŞ-nin 518/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində, bütün səthi əhatə etməklə 24 (iyirmi dörd) ədəd, arxa hissəsində, bütün səthi əhatə etməklə 09 (doqquz) ədəd, sol qolun ön hissəsində 02 (iki) ədəd; maykanın ön hissəsində bütün səthi əhatə etməklə 18 (on səkkiz) ədəd, arxa hissəsində bütün səthi əhatə etməklə 07 (yeddi) ədəd; gödəkçənin sağ qolunun üzərində bütün səthi əhatə etməklə 10 (on) ədəd, sol qolunun ön səthində 01 (bir) ədəd, gödəkçənin arxa səthində bütün səthi əhatə etməklə 09 (doqquz) ədəd, ön sol yarımhissəsində 07 (yeddi) ədəd, ön sağ yarımhissəsində 08 (səkkiz) ədəd deşilmiş- kəsilmiş zədələr aşkar edildi. Mayka, köynək və gödəkçəni ardıcıllıqla manekenə geyindirdikdə məlum oldu ki, onların üzərində aşkar edilmiş çoxsaylı deşilmiş-kəsilmiş zədələr yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) tiyəsinin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçaq (bıçaqların) tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sağ və sol qolu birləşdirən tikişlərdə və qol tikişləri üzrə hissəvi sökülmüş zədələr aşkar edildi. Bu zədələr gödəkçənin müvafiq nahiyələrinə fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, bir cüt ayaqqabı, bir cüt corab; Təqsirləndirilən şəxs məxsus köynək, şalvar, mayka və tuman üzərində hər hansı bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrində aşkar olunan çoxsaylı deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim edilmiş ona məxsus mayka, köynək və gödəkçə üzərində aşkar edilmiş çoxsaylı deşilmiş-kəsilmiş zədələrlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatınin dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Ekspertizaya təqdim edilmiş paltarlarda aşkar edilmiş zədələrə əsasən demək olar ki, zədələr yetirilən zaman zərərçəkmiş və zədə yetirən şəxs(lər) müxtəlif duruş vəziyyətində ola bilərdilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarları üzərində aşkar edilmiş zədələri yetirən şəxs(lərin) hansı əlindən istifadə etməsini müəyyən etmək mümkün deyil. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarları üzərində aşkar edilmiş zədələri eyni şəxs yoxsa başqa şəxs(iər) tərəfindən yetirilməsini müəyyən etmək mümkün deyil. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarları və bədəni üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin sayını, yerləşmə nahiyələrini nəzərə alaraq demək olar ki, həmin zədələr kənar şəxs tərəfindən müxtəlif şəraitdə yarana bilərdi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçənin sağ yan cibinin yuxarı ucunda 01 (bir) ədəd cırılmış zədə aşkar edildi. Bu zədə gödəkçənin müvafiq nahiyəsinin hər hansı bir səthə ilişib dartılma nəticəsində və ya fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdi. Səhiyyə Nazirliyinin "xxxx" PHŞ-nin 697/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H//ll/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: Ə-alfa,beta/l/. Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus gödəkcə, qısaqol köynək, cins şalvar, mayka, trusik, bir cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus papaqlı gödəkcə, pulover, cins şalvar, mayka, mətbəx bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən 03 ədəd ağ plastik qapaqlı polietilen flakonda yuxarı tənəffüs yollarından yaxma götürmək üçün nəzərdə tutulmuş plastik çubuqların sərbəst uclarına sarınmış pambığa hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//ll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ləkələrdə O/l/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında və onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa mümkündür. Zərərçəkmiş şəxs məxsus bir cüt corab üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023cü il tarixli 2957 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1ci, 21.3-cü və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə və öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Təqsirləndirilən şəxs inadkarlıq, hirslilik, emosionallıq, qıcığa qarşı həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Törətdiyi əməl zamanı emosional halından asılı olaraq, Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd olunan əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında situasiya ilə əlaqədar hirslilik, emosional reaksiyalara meyillilik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Səhiyyə Nazirliyinin "xxxx" PHŞ-nin 2561 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ əlin İİ barmağının kəsilmiş səthi yarası müəyyən edilmişdir. Xəsarət kəsici kənara malik əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixdə və şəraitdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə görə digər şəxsi qəsdən həyatdan məhrum etmə - qəsdən adam öldürmə cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 120.1ci maddəsində nəzərdə tutulmuş əməl xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayəti törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, sadəcə olaraq onu arvadı barəsində yaydığı böhtan xarakterli, rüsvayedici məlumatlar səbəbindən qorxutmaq məqsədinin olduğunu, buna baxmayaraq əmisi oğlunun arvadı barəsində üzünə qarşı nalayiq ifadə işlədib təhqir etməsi səbəbindən özünü itirərək öz hərəkətlərinin faktiki xarakterini və mahiyyətini dərk etmədən üzərində gəzdirdiyi bıçaqla sonuncuya xatırlamadığı şəraitdə və vəziyyətdə xəsarətlər yetirməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin ptotokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin ptotokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin atasının hazırkı cinayət hadisəsi ilə bağlı iştirakçılığını təsdiq edəcək hər hansı bir mötəbər sübut məhkəmə istintaqı zamanı müəyyən edilməmişidr. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X33rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələi, istintaq hərəkətlərinin ptotokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarından və elekteron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan üç uşağı var. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs özü polis əməkdaşlarına yaxınlaşaraq cinayət törətdiyini bildirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, yetkinlik yaşına çatmayan 3 (üç) uşağının olmasını və polis əməkdaşlarına könüllü təqdim olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Sabunçu Rayon Prokurorluğunun maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 03 ədəd nümunə, təqsirləndirilən şəxsin cinayəti törədərkən istifadə etdiyi qəhvəyi dəstəkli gümüşü rəngli tiyəsi olan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli, yaxası açıq, qarşısı zamoklu gödəkçə, 01 ədəd ağ rəngli, qısaqol futbolka, 01 ədəd, ağ rəngli mayka, 01 ədəd belində qara kəmər olan qara rəngli cins şalvar, 01 ədəd qara rəngli alt platarı, bir cüt qara idman ayaqqabısı (krasovka) və bir cüt qara rəngli corab hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə və ya yaxın qohumlarına qaytarılmalı (verilməli), Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd üzərində qana bənzər ləkələr olan, zamokiu, uzunqol, göy rəngli kofta, 01 ədəd uzunqol, kapşonkalı, boz rəngli, üzərində qana bənzər ləkələr olan kurtka, 01 ədəd qara rəngli alt platarı, 01 ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə və ya yaxın qohumlarına qaytarılmalı (verilməli), mobil operatorlardan tədqim olunmuş 02 ədəd (CD) disk, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hadisə baş vermədən əvvəl görüntülərinin olduğu 1 ədəd (DVD) disk və səs yazısı olan 1 ədəd flaş kart (yaddaş kartı) cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun Şahid4 təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sabunçu Rayon Prokurorluğunun maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla götürülmüş 03 ədəd nümunə, təqsirləndirilən şəxsin cinayət törədərkən istifadə etdiyi qəhvəyi dəstəkli gümüşü rəngli tiyəsi olan 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli, yaxası açıq, qarşısı zamoklu gödəkçə, 01 ədəd ağ rəngli, qısaqol futbolka, 01 ədəd, ağ rəngli mayka, 01 ədəd belində qara kəmər olan qara rəngli cins şalvar, 01 ədəd qara rəngli alt platarı, bir cüt qara idman ayaqqabısı (krasovka) və bir cüt qara rəngli corab hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə və ya yaxın qohumlarına qaytarılsın (verilsin), Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd üzərində qana bənzər ləkələr olan, zamokiu, uzunqol, göy rəngli kofta, 01 ədəd uzunqol, kapşonkalı, boz rəngli, üzərində qana bənzər ləkələr olan kurtka, 01 ədəd qara rəngli alt platarı, 01 ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə və ya yaxın qohumlarına qaytarılsın (verilsin). Mobil operatorlardan tədqim olunmuş 02 ədəd (CD) disk, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinayət hadisəsi baş vermədən əvvəl görüntülərinin olduğu 1 ədəd (DVD) disk və səs yazısı olan 1 ədəd flaş kart (yaddaş kartı) cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefonun Şahid4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi yardıma görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1272/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1272/2024
21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver