Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1273/2021 14.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X5 və müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1977-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, ANAMA-da işləmiş, məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, 2-ci mədən, korpus 93, ev 154-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan «Əfşin» adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 7 fevral 2021-ci il tarixdə günorta saatlarında Binəqədi rayonu Pirşağı-Novaxnı dənizkənarı yolunda zibil qutuların yanında sonuncu tərəfindən gizlədilmiş külli miqdarda 1520,0 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 6,4 qram çəkidə narkotik vasitə metadon və külli miqdarda 505,0 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşımış, qanunsuz əldə etdiyi heroinin bir qismini və metafetamini üzərində, metadonu və heroinin digər qismini isə yaşadığı evində saxlamış, həmin gün saat 23 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Pirşağı-Novxanı dənizkənarı avtomobil yolunun yaxınlığında «Fortuna» restoranının qarşısında saxlanılaraq Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə baxış keçirilərkən sağ əlində saxladığı ağ sellofan torbanın içərisində ayrı-ayrılıqda 2 ədəd şəffaf sellofana bükülmüş birində təmiz çəkisi 1005,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digərisində təmiz çəkisi 505,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilib götürüldükdən sonra 8 fevral 2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında keçirilmiş axtarış zamanı evin giriş hissəsində sağ tərəfdə yerləşən qonaq otağında taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd sellofan torbanın içərisində 1 bükümdə şəffaf sellofan torbanın içərisində təmiz çəkisi 515,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi saylı 160 ədəd olan 6,4 qram (1 ədəd 0,04 qram) təşkil edən qəhvəyi rəngli dairəvi formalı olan həblərdə narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər ANAMA-da mina təmizləmə işlərində çalışmışdır. Şəkər və vərəm xəstəsidir. 5-6 ildir ki, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Tutulmamışdan 2-3 ay əvvəl «Facebook» sosial şəbəkəsində özünü X4 vətəndaşı kimi təqdim edən «Əfşin» adlı şəxslə tanış olmuşdur. Sonuncu narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Ucuz satdığına görə bir neçə dəfə «Əfşin»dən narkotik vasitə almışdır. Belə ki, «Əfşin» narkotik vasitəni müəyyən yerlərdə qoyaraq, həmin yerin şəklin çəkib ona «Whatsapp» tətbiqi vasitəsilə göndərmiş və o, həmin yerə gedərək narkotik vasitəni götürmüşdür. «Əfşin»in ona kart nömrəsi göndərmiş, o da aldığı narkotik vasitələrin pulunu həmin karta yükləmişdir. Narkotik vasitə heroinin qramını 14 manatdan almış, bir neçə dəfə 80, 120, 130 manat olmaqla «Əfşinin» kartına pul yükləmişdir. Narkotik vasitələri əsasən dəniz kənarından götürmüşdür. Aldığı narkotik vasitələrini əksər hissəsini xəstə olan dostuna vermiş, onların satışı ilə məşğul olmamışdır. 7 fevral 2021-ci il tarixdə Binəqədidə yerləşən tikiti malları mağazalarından birində olarkən polislər tərəfindən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmışdır. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. İdarədə mobil telefonu polislər əməkdaşları tərəfindən götürülmüşdür. Sonuncular onun telefonu ilə «Əfşin» vasitəsilə gecə saat 4 radələrinədək əlaqə saxlamışlar. Bundan sonra onu dənizkənarına aparıb, ora qoyulmuş narkotik vasitələri götürmüşlər. Daha sonra polislər onu yaşadığı evə gətirmişlər. O, evin 2-ci mərtəbəsində olarkən polis əməkdaşları 1-ci mərtəbədə yerləşən dolaba gətirdikləri narkotik vasitəni yerləşdirib, daha sonra onun iştirakı ilə götürüb sənədləşdirmişlər. İttiham aktında göstərilənlərlə razı deyildir. Evdə özünə məxsus təxminən 15 qram narkotik vasitə heroin və 2 ədəd metodan həbi olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 7 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatını daxil olmuşdur. Məlumatı yoxlamaq üçün tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, o və idarənin digər əməkdaşı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Məlumat əsasında Vasiflə birlikdə 7 fevral 2021-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri Binəqədi rayonu, Pirşağı-Novxanı dənizkənarı avtomobil yolunun yaxınlığında yerləşən «Fortuna» restoranının yaxınlığında əməliyyat mövqeyi seçmişlər. Orada Təqsirləndirilən şəxs müəyyən edib saxlamış və baxış keçirilməsi üçün Baş Narkotiklərlə Mübarizə İdarəsininə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Sonuncunun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs onların təklifi əsasında sağ əlində tutduğu ağ rəngli sellofan paketi masanın üzərinə qoymuşdur. Həmin paketə baxış keçirilən zaman iki ədəd şəffaf sellofanlara bükülmüş bükümlər götürülərək masanın üzərinə qoyulmuşdur. Bükümlər açıldıqda birində narkotik vasitə heroinə, digərində isə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, sonuncunun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngli «Samsung» markalı mobil telefon, 33 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd alışqan, 1 ədəd açar və 1 ədəd «Naftizin» həbi aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş bir bükümdə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 1 kq 21 qram, bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin çəkisi isə 516 qram olmuşdur. Daha sonra həmin kütlələr sellofan torbaya və torba isə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərində müvafiq qeydlər aparıldıqdan sonra imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş heroin və metamfetamini internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Əfşin» adlı şəxsin vasitəsi ilə 7 fevral 2021-ci il tarixdə əldə etdiyini, həmin narkotik maddəni götürdükdən sonra «Əfşin» adlı şəxsin göstərişi ilə Bakı şəhəri ərazisində müxtəlif ünvanlara qoyacağını, bunun qarşılığında isə narkotik vasitələrin bir hissəsini özünə götürəcəyini deyib, Bakı şəhəri Binəqədi rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına getmişlər. Sonunucu evin giriş hissəsindən sağ tərəfdə yerləşən qonaq otağında taxta konstruksiyalı dolabın içərisindən bir ədəd qırmızı rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Baxış zamanı həmin torbanın içərisindən bir bükümdə, açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə və 16 ədəd konvalidə ümumilikdə 160 ədəd «Metadon 40» həbinə bənzər kütlə aşkar olunmuşdur. Sonra həmin bir bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 511 qram olması müəyyən edilmişdir. Həmin bir ədəd büküm və 160 ədəd metadona bənzər kütlə qırmızı rəngli sellofan torbanın içərisinə qoyulmaqla içərisi boş olan ağ rəngli kağız zərfin içərisinə yerləşdirilmişdir. Zərfin üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra evin digər otağına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs evdən aşkar olunan narkotik vasitə və həbləri də «Əfşin» adlı şəxsin vasitəsi ilə 7 fevral 2021-ci il tarixdə əldə etdiyini, həmin narkotik maddəni götürdükdən sonra «Əfşin» adlı şəxsin göstərişi ilə Bakı şəhəri ərazisində müxtəlif ünvanlara qoyacağını, gördüyü işin qarşılığında isə narkotik vasitələrin bir hissəsini özünə götürəcəyini bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 34-35-ci vərəqlərindəki «mənzilə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında axtarış aparılmış və axtarış zamanı evdən 1 ədəd bükümdə 505,0 qram olan narkotik vasitə olan heroin və 160 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilərək götürülmüşdür. Bununla əalqədar protokol tərtib edilmiş və narkotik vastələri aşkar edilməs barədə görüntülər DVD diskə köçürülmüşdür. İşin 42-47-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 8 fevral 2021-ci il tarixli, 6/565 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N°7» dairəvi möhür əksi, yazılar və imzalar qeyd edilmiş iki ədəd kağız paketin içərisində olan: - «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....» sözləri qeyd edilmiş kağız paketin içərisindən bir ədəd ağ rəngli sellofan paketdə bir ədəd bağlamada təmiz çəkisi 1005,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 505,0 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən....» sözləri qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd bağlamada təmiz çəkisi 515,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş ümumi sayı 160 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı 6,4 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr»in siyahısına (Siyahı İİ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş -«Azərbaycan Respublikasının erazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş 2 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi təkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi təkib komponentlərinə görə eynilik təşkil edir. İşin 133-134-cü vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2021-ci il tarixli, 1266 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. İşin 135-136-cı vərəqlərindəki məhkəmə-psixiatrik ekspertizasının 25 may 2021-ci il tarixli 1105 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal- hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnın 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbayacn Respublikası CM-nın 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 94-97-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və yaşadığı ünvan 1 ünvanında baxış və götürmə aparılmasını görüntüsü köçürülmüş 2 ədəd DVD diskə baxış keçrilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əlində tutduğu sellofan torbadan 1 ədəd bükümdə narkotik vasitə olan heroin, 1 ədəd bükümdə psixtorop maddə olan metmafetaminin və yaşadığı ünvan 1 ünvanında baxış və götürmə aparılan zaman 1 ədəd bükümdə narkotik vasitə olan heroinin və 160 ədəd narkotik vasitə olan metadon hələrinin aşkar olunaraq götürülməsi öz təsdiqini tapmışdır. İşin 89-90-cı vərəqlərindəki protokoldan görünür ki, 9 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «Samsung J6 Plus» markalı **********20610/01 və **********20617/01 imei kodlu qara rəngli mobil telefonuna baxış keçirilmiş və onun narkotik vasitənin satışı ilə məşğul olmasını əks etdirən səs yazıları CD diskə köçürülərək protokola əlavə edilmişdir. İşin 132-154-cü vərəqlərindəki protokoldan görünür ki 5 may 2021-ci il tarixli AZF/LGL-11295/21 saylı "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs telefon və sms danışıqlarının çıxarılmasına dair CD formatlı diskə baxış keçirilmiş və onun narkotik vasitənin satmağı təsdiq edilmişdir. İşin 99-101-ci vərəqlərindəki «maddi sübut kimi tanıma haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1520,0 qram heroin, 505,0 qram metamfetamin və 160 ədəd metadon həbləri, kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1519,9 qram qram çəkidə narkotik vasitə heroin, 504,95 qram psixotrop maddə olan metamfetamin və 157 ədəd narkotik vasitə olan metadon həbləri sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nə saxlanc yerinə təhvil verilmişdir. İşin 157-168-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı ünvanda axtarış keçirilməsin əks etdirən görüntülər köçürülmüş iki ədəd DVD disk, «Azerfon» şirkətindən daxil olmuş bir ədəd CD disk və Təqsirləndirilən şəxs «Samsung J6 plus» markalı mobil telefonunda olan yazışmaların köçürüldüyü bir ədəd CD disk maddi sübut kimi tanınmış, disklər cinayət işi materiallarına əlavə edilmiş, «Samsung J6 plus» markalı mobil telefon isə Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İşin 124-125-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 20-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 174-cü vərəqindəki doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 himayəsində 8 yanvar 2008-ci il təvəllüdlü Əhmədov Əhməd adlı bir azyaşlı uşağı vardır. İşin 175-ci vərəqəsindəki ambulator kitabçadan çıxarışdan görünür ki, X2 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə yüngül dərəcəli əqli gerilik xəstəliyi vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı CM-nin 59.2-ci maddəsinə əsasən özünün və uşağının xəstəliyi də nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 7 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1520,0 qram heroin, 505,0 qram metamfetamin və 160 ədəd metadon həblərinin ekspertiza tədqiqatından sonra qalan 1519,9 qram çəkidə narkotik vasitə heroin, 504,95 qram psixotrop maddə olan metamfetamin və 157 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, disklər isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 7 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1520,0 qram heroin, 505,0 qram metamfetamin və 160 ədəd metadon həblərinin ekspertiza tədqiqatından sonra qalan 1519,9 qram çəkidə narkotik vasitə heroin, 504,95 qram psixotrop maddə olan metamfetamin və 157 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, disklər isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1273/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1273/2021
14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver