Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1273/2022 08.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçilər, Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər şosesi, nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Rza” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyə əsasən “Rza” adlı şəxsin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 1558,338 qram narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 601,784 qram psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 147,131 qram narkotik vasitə qurudulmuş marixuananı və 50 ədəddən çox, təmiz çəkisi 21,183 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrini əldə edib, müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzilinə daşıyaraq saxlamış, orada həmin narkotik vasitələri və psixotrop maddələri bükümlərə ayıraraq, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Rza” adlı şəxsin "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə ona bildirdiyi ünvanlara qardaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Opel Vectra” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə çatdırmaq məqsədilə həmin narkotik vasitə və psixotrop maddədən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,488 qram, 4,583 qram ümumi təmiz çəkisi 14,071 qram olan narkotik vasitə olan heroini, 01 ədəd bükümdə təmiz çəkisi 0,895 qram olan psixotrop maddə metamfetamini özü, qardaşı Təqsirləndirilən şəxs2 isə 01 ədəd bükümdə təmiz çəkisi 0,889 qram olan psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə təmiz çəkisi 9,267 qram olan narkotik vasitə olan heroini üzərində saxlayaraq daşımış, 10 fevral 2021-ci il tarixdə saat 01:45 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nın inzibati binasına gətirilmiş və inzibati binada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan gödəkçəsinin sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,488 qram, 4,583 qram külli miqdarda ümumi təmiz çəkisi 14,071 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,895 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə qardaşı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,889 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 9,267 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş və əməliyyat tədbiri davam etdirilərək 10 fevral 2022-ci il tarixdə yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 2 ünvanında baxış keçirilən zaman evin giriş hissəsində sağ tərəfdə yerləşən yataq otağında taxta konstruksiyalı dolabın üstündə 03 ədəd plastik qabda ayrıayrılıqda təmiz çəkisi 445,0 qram, 100,0 qram, 55,0 qram külli miqdarda ümumi təmiz çəkisi 600,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 04 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 200,0 qram, 100,0 qram, 145,0 qram, 1090,0 qram külli miqdarda ümumi təmiz çəkisi 1535,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd plastik qabda ayrıayrılıqda təmiz çəkiləri 74,556 qram, 72,575 qram ümumi təmiz çəkisi 147,131 qram olan bitki mənşəli, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd plastik qabda, 50 ədəddən çox, təmiz çəkisi 21,183 qram olan bitki hissələri, əkilib-bəcərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri, üzərində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirilməsinə dair qeydiyyatlar olan 40 vərəqədən ibarət 02 ədəd dəftər və üzərində narkotik vasitə olan heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Rza” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyə əsasən “Rza” adlı şəxsin “WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun Təqsirləndirilən şəxs1 bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 1558,338 qram narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 601,784 qram psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 147,131 qram narkotik vasitə qurudulmuş marixuananı və 50 ədəddən çox, təmiz çəkisi 21,183 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələrini əldə edib, idarə etdiyi “Opel Vectra” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzilinə daşıyaraq saxlamış, orada həmin narkotik vasitələri və psixotrop maddələri bükümlərə ayıraraq, istintaqa məlum olmayan İran islam Respublikası vətəndaşı olması ehtimal olunan “Rza” adlı şəxsin "WhatsApp" ani mesajlaşma tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs1 bildirdiyi ünvanlara idarə etdiyi “Opel Vectra” markalı ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə çatdırmaq məqsədilə həmin narkotik vasitə və psixotrop maddədən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,488 qram, 4,583 qram ümumi təmiz çəkisi 14,071 qram olan narkotik vasitə ola heroini, 01 ədəd bükümdə təmiz çəkisi 0,895 qram olan psixotrop maddə metamfetamini qardaşı Təqsirləndirilən şəxs1, özü isə 01 ədəd bükümdə təmiz çəkisi 0,889 qram olan psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə təmiz çəkisi 9,267 qram olan narkotik vasitə olan heroini üzərində saxlıyaraq daşımış, xx.xx.2021-ci il tarixdə saat 01:45 radələrində Baş Narkotİklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasına gətirilmiş və inzibati binada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,889 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 9,267 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin habelə qardaşı Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan gödəkçəsinin sol yan cibindən 02 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 9,488 qram, 4,583 qram külli miqdarda ümumi təmiz çəkisi 14,071 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,895 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və əməliyyat tədbiri davam etdirilərək 10 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 2 ünvanında axtarış keçirilən zaman evin giriş hissəsində sağ tərəfdə yerləşən yataq otağında taxta konstruksiyalı dolabın üstündə 03 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 445,0 qram, 100,0 qram, 55,0 qram külli miqdarda ümumi təmiz çəkisi 600,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 04 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 200,0 qram, 100,0 qram, 145,0 qram, 1090,0 qram külli miqdarda ümumi təmiz çəkisi 1535,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd plastik qabda ayrı-ayrılqıda təmiz çəkiləri 74,556 qram, 72,575 qram ümumi təmiz çəkisi 147,131 qram olan bitki mənşəli, tərkiblərində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd plastik qabda, 50 ədəddən çox, təmiz çəkisi 21,183 qram olan bitki hissələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələri, üzərində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirilməsinə dair qeydiyyatlar olan 40 vərəqədən ibarət 02 ədəd dəftər və üzərində narkotik vasitə olan heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2021-ci ilin dekabr ayında o, “İnstagram” sosial şəbəkəsində bir nəfər şəxsin narkotik vasitələrin şəkillərini qoyduğunu görmüş, bununla əlaqədar həmin şəxsə yazmış, həmin şəxs ona nömrəsini verməyini bildirmişdir. Bir müddət sonra həmin şəxs xarici nömrədən onun istifadə etdiyi “whatsapp” sosial şəbəkəsində yazmış, ona adının Rza olduğunu, İran İslam Respublikasında yaşadığını bildirmişdir. O, Rzaya narkotik vasitə olan heroin almaq istədiyini bildirmişdir. Rza ona xatırlamadığı hesab nömrəsi vermiş və ora 20 manat pul yükləməyini demişdir. O, həmin hesaba pul yükləmiş, bundan sonra Rza ona yerin adını və şəklini ataraq narkotik vasitə olan heroini oradan ala biləcəyini bildirmişdir. O, Rzanın dediyi yerə gedərək herorini götürmüşdür. Bir müddət danışdıqdan sonra Rza onunla iş görməyi, bundan onun xeyrinin olacağını bildirmiş, o, razılaşmışdır. Rza ona külli miqdarda narkotik vasitələri verəcəyini, həmin narkotik vasitələri göstərişi ilə dediyi ünvana aparacağını, bunun müqabilində ona pul verəcəyini bildirmişdir. Bundan sonra Rza onun istifadə etdiyi nömrəyə şəkil və ünvan atmış, ona Qaradağ rayonu, Lökbatan qəsəbəsində yolun kənarında üzərində “156” yazısı olan lövhənin altında olduğunu göstərmişdir. O, bununla əlaqədar qardaşı Fəxrəddinə onu həmin ünvana aparmasını xahiş etmiş, qardaşının belə bir işin olduğunu və bununla pul qazanacağını demiş, ona köməklik etməsini istəmişdir. Qardaşı onunla razılaşmışdır. Qardaşının idarə etdiyi “Opel Vectra” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı maşınla deyilən ünvana getmişlər. Orada müəyyən miqdarda müxtəlif tərkibli narkotik maddələrin olduğunu görmüşdür. Bundan sonra o, mütəmadi olaraq Rzanın göstərişi ilə narkotik vasitələri bölərək Rzanın dediyi çəkidə və bağlamada dediyi ünvanlara çatdırma etmişdir. Bunun müqabilində də Rza onun hesabına 300, 400, 500 manat pul köçürmüşdür. İşi olanda o, bağlamanı hazırlayıb qardaşı Fəxrəddinə vermişdir ki, aparıb ünvana çatdırsın. Qardaşı Fəxrəddin özü də narkotik aludəçisi olmuşdur. Ona görə o, bunun müqabilində qardaşına hədiyyə olaraq narkotik vasitə olan heroin vermişdir. Sonuncu dəfə tutulmamışdan bir həftə əvvəl Rzanın göstərişi ilə yuxarıda qeyd etdiyi ünvandan müxtəlif tərkibli narkotik vasitələri götürüb yaşadığı mənzilə gətirmişdir. O, orada narkotiki qablaşdırmış, 10 fevral 2022-ci il tarixdə, saat 01:45 dəqiqədə ünvan 4 ünvanının yaxınlığında qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, onları Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o və Fəxrəddin şübhəli şəxs qismində tutulmuş, onun və Fəxrəddinin üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona və Fəxrəddinə üzərlərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etmək təklif olunmuş, bu təklifdən sonra o, əynində olan gödəkçənin sol yan cibindən 2 (iki) ədəd bükümdə heroini və 1 (bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs2 qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Fəxrəddin əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini və 1 (bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri Fəxrəddin, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni ona qardaşı Təqsirləndirilən şəxs1 narkotik maddələri müəyyən ünvanlara çatdırmağının qarşılığında istifadəsi üçün verdiyini, başqa yerdə narkotik maddə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni saxlanılmamışdan 1 həftə əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxsin vasitəsi ilə Qaradağ rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, Rzanın göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymağının qarşılığında sonuncunun ona 1000 manat pul verəcəyini, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik maddəni ondan əldə etməsi ilə bağlı dediklərini təsdiq etdiyini, yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, verilən suallara səmimi və doğru cavablar verdiyini bildirmiş və yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı kütlələri təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra o, mənzilin yataq otağında taxta konstruksiyalı dolabın üzərindən 4 (dörd) ədəd plastik qabda heroini, 3 (üç) ədəd plastik qabda metamfetamini, 3 (üç) ədəd plastik qabda qurudulmuş marixuananı, 2 (iki) ədəd dəftəri və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və üzəri o, müdafiəçisi, Təqsirləndirilən şəxs2 və müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, sorğu zamanı, təqdim etdiyi kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri saxlanılmamışdan 1 həftə əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxsin vasitəsi ilə Qaradağ rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, Rzanın göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymağının qarşılığında sonuncunun ona 1000 manat pul verəcəyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, təxminən 2 aya yaxındır ki narkotik vasitə olan heroindən çəkmək yolu ilə istifadə edir. 2021-ci ilin dekabr ayında qardaşı Zahid ona İran İslam Respublikasının vətəndaşı olan Rza adlı şəxslə razılaşdığını, ona narkotik vasitələri satmaq üçün verdiyini və həmin narkotik vasitələri hissələrə bölərək müxtəlif ünvanlara çatdırılmalı olduğunu bildirmişdir. O, qardaşı ilə razılaşmış və idarə etdiyi “Opel Vectra” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı maşınla qardaşı Zahidin dediyi ünvanlara getmiş, narkotik vasitələri qoymuşlar. Qardaşının işi olanda o, tək həmin narkotik vasitələri qardaşının dediyi ünvana çatdırmışdır. Bunun müqabilində qardaşı Zahid ona istifadə üçün narkotik vasitə olan heroin vermişdir. 10 fevral 2022-ci il tarixdə, saat 01:45 dəqiqədə ünvan 4 ünvanının yaxınlığında qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən 2 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək Zahidin külli miqdarda qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Sabunçu Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, onun və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona və Zahidə üzərlərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməkləri təklif olunmuş, bu təklifdən sonra Zahid əynində olan gödəkçəsinin sol yan cibindən 2 (iki) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) ədəd bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri Zahid, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra onu qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra o, əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini və 1 (bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra onun təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni ona qardaşı Təqsirləndirilən şəxs1 narkotik maddələri müəyyən ünvanlara çatdırmağının qarşılığında istifadəsi üçün verdiyini, başqa yerdə narkotik maddə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni saxlanılmamışdan 1 (bir) həftə əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxsin vasitəsi ilə Qaradağ rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, Rza adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 1000 manat pul verəcəyini, onun üzərindən aşkar olunmuş narkotik maddəni özündən əldə etməsi ilə bağlı dediklərini təsdiq etdiyini, yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş və Zahidin yaşadığı mənzilə getmişlər. Orada Zahidə mənzildə saxladığı kütlələri təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra Zahid mənzilin yataq otağında taxta konstruksiyalı dolabın üzərindən 4 (dörd) ədəd plastik qabda heroini, 3 (üç) ədəd plastik qabda metamfetamini, 3 (üç) ədəd plastik qabda qurudulmuş marixuananı, 2 (iki) ədəd dəftəri və 1 (bir) ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri Zahid, müdafiəçisi, o və müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Zahid sorğu zamanı təqdim etdiyi kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni saxlanılmamışdan 1 həftə əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxsin vasitəsi ilə Qaradağ rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə etdiyini, Rza adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun Zahidə 1000 manat pul verəcəyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, ondan və idarənin digər əməkdaşı baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş, bundan sonra o, Anarla birlikdə məlumat əsasında 10 fevral 2022-ci il tarixdə saat 01:45 radələrində ünvan 9 ünvanın yaxınlığında əməliyyat mövqeyi seçərək, Təqsirləndirilən şəxs1 əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını, ondan başqa Zahidin yanında başqa şəxsin də olmasını və özlərini şübhəli apardığını görüb, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra hava, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs1 və onun yanında olan Təqsirləndirilən şəxs2 üzərlərində narkotik vasitələr olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün onları Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə dəvət etmişlər. Həmin şəxslər də etiraz etmədən onlarla birlikdə bölməyə getmişlər. Bölmədə həmin şəxslərin Təqsirləndirilən şəxs1 və onun qardaşı Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onların üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçrilmiş, İlkin olaraq Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin cibindən 02 (iki) ǝdəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni və 01 (bir) ədəd bükümdə, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş kütlələrin özünə saxlanılmamışdan 1 (bir) həftə əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxsin vasitəsi ilə Qaradağ rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, Rza adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 1000 manat pul verəcəyini, yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni və 01 (bir) ədəd bükümdə, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni ona qardaşı Təqsirləndirilən şəxs1 narkotik maddələri müəyyən ünvanlara çatdırmağının qarşılığında istifadəsi üçün verdiyini, başqa yerdə narkotik maddə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə getmişlər. Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, evində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 mənzilin yataq otağında taxta konstruksiyalı dolabın üzərindən 04 (dörd) ədəd plastik qabda açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni, 03 (üç) ǝdəd plastik qabda ağ rǝngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 03 (üç) ədəd plastik qabda açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 02 (iki) ədəd dəftəri və 01 (bir) ǝdəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi və onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və tərəzinin özünə məxsus olduğunu, həmin kütləni saxlanılmamışdan 1 (bir) həftə əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxsin vasitəsi ilə Qaradağ rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, Rza adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 1000 manat pul verəcəyini, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik maddəni ondan əldə etməsi ilə bağlı dediklərini təsdiq etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 2, iş vərəqi 7-8). İşdə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkili Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qəraır qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 86- 87). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 10 fevral 2022-ci il tarixdə, saat 01:45 dəqiqədə ünvan 4 ünvanının yaxınlığında qardaşı, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman saxlanılaraq hava, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmişdir (cild 1, iş vərəqi 12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, o, əynində olan gödəkçəsinin sol yan cibindən 02 (iki) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 01 (bir) ədəd bükümdə, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd açar və 21 (iyirmi bir) manat pul, həmin şalvarın sol yan cibindən içərisində ***-***-**-** simkart nömrəsi olan 01 (bir) ədəd "Mİ" markalı mobil telefon və içərisində ***-***-**-** və 055 877-25- 27 simkart nömrələri olan 01 (bir) ədəd "Samsung" markalı mobil telefon, şalvarın arxa cibindən Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş har hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi ümumilikdə 15,1 (on beş tam onda bir) qram, metamfetaminə bənzər kütlənin çəkisi 01 (bir) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd "Mİ" və 01 (bir) ədəd Samsung markalı mobil telefonlar və Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 01 (bir) ədəd açar və 21 (iyirmi bir) manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 01 (bir) ədǝd bükümdə, ağ rəngli, kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 12 (on iki) manat pul, həmin şalvarın arxa cibindən içərisində ***-***-**-** və 055 894-49-31 simkart nömrələri olan 01 (bir) ədəd "Samsung" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 10 (on) qram, metamfetaminə bənzər kütlənin çəkisi 01 (bir) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırımış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 12 (on iki) manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni ona qardaşı Təqsirləndirilən şəxs1 narkotik maddələri müəyyən ünvanlara çatdırmağının qarşılığında istifadəsi üçün verdiyini, əvvəllər məhkum olunmadığını, başqa yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütləni saxlanılmamışdan 1 (bir) həftə əvvəl tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Rza” adlı şəxsin vasitəsi ilə Qaradağ rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, "Rza" adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 1000 manat pul verəcəyini, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik maddəni ondan əldə etməsi ilə bağlı dediklərini təsdiq etdiyini, əvvəllər məhkum olunmadığını, yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 51-54). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirilməsi və götürmə barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 2 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 bu Nəsrəddin oğlu mənzilin yataq otağında taxta konstruksiyalı dolabın üzərindən 04 (dörd) ədəd plastik qabda açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 03 (üç) ədəd plastik qabda, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 03 (üç) ədəd plastik, qurudulmuş marixuanaya bənzər kütləni, 02 (iki) ədəd dəftəri və 01 (bir) ədəd elektron tərəzini təqdim edərək stolun üzərinə qoymuş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlənin çəkisi ümumilikdə 1 (bir) kq 630 (altı yüz otuz) qram, metamfetaminə bənzər kütlənin çəkisi ümumilikdə 668 (altı yüz altımış səkkiz) qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi ümumilikdə 227 (iki yüz iyirmi yeddi) qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi, şübhəli şəxs və onun müdafiəçisi və tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və tərəzinin özünə məxsus olduğunu, həmin kütləni saxlanılmamışdan 1 (bir) həftə əvval tanıdığı İran İslam Respublikası vətəndaşı olan "Rza" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, "Rza" adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvana qoymasının qarşılığında sonuncunun ona 1000 manat pul verəcəyini, verilən sualları tam başa düşdüyünü, ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütunin özünə məxsus olduğunu, qardaşı Təqsirləndirilən şəxs1 narkotik maddələri mənzilində saxlaması barədə məlumatı olduğunu, müəyyən ünvanlara narkotik maddə çatdırdığını, başqa yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 58-60). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-cİ il tarixli, 6/820 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə və bir ədəd sellofan bağlamada olan: - üzərində “Təqsirləndirilən şəxs1 üzərindən ....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 9,488 qram, 4,583 qram ümumi təmiz çəkisi 14,071 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,895 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - üzərində “Təqsirləndirilən şəxs2 üzərindən ....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,889 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 9,267 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bağlamada 3 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 445,0 qram, 100,0 qram, 55,0 qram ümumi təmiz çəkisi 600,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Digər 4 ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkisi 200,0 qram, 100,0 qram, 145,0 qram, 1090,0 qram ümumi çəkisi 1535,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş yeddi ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş beş ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər yeddi ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələ”in siyahısına (Siyahı l) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 71-76). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2022-cİ il tarixli, 7/125 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunmuş kütlələr” yazılar və imzalar olan ağ rəngli polietilen bağlamada 2 (iki) ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkiləri 74,556 qram və 72,575 qam bitki mənşəli kütlələr, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi - 147,131 qramdır. Həmin marixuanalar tərkiblərinə görə eynidir. Təqdim olunmuş 1 (bir) ədəd plastik qabda, 50 ədəddən çox, təmiz çəkisi - 21,183 qram olan bitki hissələri, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdim olunmuş polietilen bağlamada olan 1 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat təşkil edir (cild 1, iş vərəqi 77-81). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokollardan və videoçəkiliş əks etdirilmiş “DVD” disklərin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış keçirilməsinin və Təqsirləndirilən şəxs1 yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 10 ünvanında baxış və götürmə aparılmasının görüntüsü köçürülmüş 02 ədəd DVD formatlı diskə baxış keçrilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən narkotik vasitələrin, psixotrop maddələrin aşkar edilməsi və yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 10 ünvanında baxış və götürmə aparılan zaman narkotik vasitə olan heroinin, marixuananın, çətənə bitkiləri hissələrinin, psixotrop maddə olan metamfetaminin aşkar olunaraq götürülməsi öz təsdiqini tapmışdır (cild 1, iş vərəqi 141-145). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş “Samsung J6” markalı **********93533/01 və **********93531/01 imei kodlu qara rəngli və “Mİ Androidone”markalı **********53914/00 və **********727438099 imei kodlu mobil telefonlarına baxış keçirilmiş və onun narkotik vasitənin satışı ilə məşğul olmasını əks etdirən fotoşəkillər tərtib edilmiş protokola əlavə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş “Samsung Galaxy A11” markalı **********17883/01 və **********17881/01 imei kodlu mobil telefonuna baxış keçirilmiş və onun narkotik vasitənin satışı ilə məşğul olmasını əks etdirən fotoşəkillər tərtib edilmiş protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 152-177). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və kserosurətdən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 10 ünvanında aşkar edilərək götürülmüş 02 ədəd dəftərlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 01 ədəd üzərində “kosmonavt və dünya planetinin” şəkilləri əks edilmiş, üzərində “Oyal plus” və “Ümid cəsarətin yarısıdır. X6” yazıları əks edilmiş 40 vərəqli damalı vərəqələrdən ibarət 16x22 ölçüdə dəftərdir. Həmin dəftərin içərisinə baxış keçirildikdə müəyyən olunur ki, 2-ci vərəqəsində “xx.xx.2022 və 13.01,2022"-ci il tarixlərdə olan yazılar qırmızı qələmlə silinmişdir. Baxış keçirilən zaman orada “t+500, p+200, 5050-275, 4785-650, 4130-125, 400597, 2098+300-227, 2681+300-781, 1900+300-1148,1902+300-1545, 357+300, t+47+305, p+115” yazırları əks edilmişdir. Həmin dəftərin 8 vərəqəsində yazıların olduğu, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2022-ci il tarixə kimi yazıların olduğunu, həmin tarixlərdə “t, p, m” hərflərin yazıldığı, onların qarşısında rəqəmlərin olduğu baxış zamanı müəyyən edilmişdir. Belə ki, 01.01,2022-ci il tarixdə “t-20, t- 10, t-5, t-2, t-5, t-20, t-5, t-7, t- 10, p-1, p-20, p-1, p-1, p-15, p-2,p-1, p-1, p-4, p-1” yazıları əks edilmiş və digər göstərilən tarixlərdə eyni yazıların əks edilməsi baxış zamanı müəyyən edilmişdir. Bundan baqşa ikinci dəftərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, üzərində rəngli xətləri olan, “Oyal plus və Sahib olduğundan artıq bir şey istəməyən insan zəngindir M.T.Siseron” sözləri əks edilmiş 16*22 ölçüdə 40 vərəqli damalı dəftərdir. Onun içərisinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, birinci dəftərdə olan yazılarla eyni yazılardır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 baxış zamanı bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olur. Həmin narkotik vasitələri X4 vətəndaşı “Rza” adlı şəxsdən alır. O, həmin dəftərində satdığı narkotik vasitələrin qeydiyyatı aparır. Belə ki, “t” hərfi ilə yazılmış narkotik vasitə - heroindir, “p” hərfi ilə yazılmış narkotik vasitə pati, yəni metamfetamindir, “m” və “n” hərfi ilə yazılmış narkotik vasitə nəşə, yəni marixuanadır. Onların qarşısında yazılmış rəqəmlər isə onların qramlarını əks etdirir. Həmin yazılarda qırmızı qələmlə “+” işarəsi alınan narkotik vasitəni əks etdirir. İkinci dəftərdən qaralama kimi istifadə etdiyini, ilkin olaraq qaralamaya yazdığını, daha sonra isə orada olan yazıları digər dəftərə köçürdüyünü bildirmişdir (cild 1, iş vərəqi 228-249). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ünvan 10-də aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin ümumi çəkisi 1558,338 qram, metamfetaminin təmiz çəkisi 601,784 qram, qurudulmuş marixuananın ümumi təmiz çəkisi 147,131 qram və çətənə bitkisinin hissələrinin ümumi təmiz çəkisi 21,183 qram, üzərində narkotik vasitə olan heroin izləri olan 01 ədəd elektron tərəzi, üzərində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirilməsinə dair qeydlər olan 40 vərəqədən ibarət 02 ədəd dəftər iş üzrə maddi sübut kimi tanınmış, aparılmış kimyəvi və bioloji tədqiqatlardan sonra qalıq çəkisi 1558,058 qram heroin, qalıq çəkisi 601,584 qram metamfetamin, qalıq çəkisi 147,091 qram marixuana və qalıq çəkisi 21,163 qram olan çətənə bitkisinin hissələri və 2 ədəd dəftər saxlanılması üçün Sabunçu RPİ-nə saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 250-252). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2604 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nətcəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür (cild 2, iş vərəqi 16- 17). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2605 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2mda opioidlərin və psixostimulyatorların qəbulu nətcəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür (cild 2, iş vərəqi 14- 15). İşdə olan cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin cinayət işindən istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır (cild 2, iş vərəqi 39-40). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqi 211-215). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung J6” markalı **********93533/01 və **********93531/01 imei kodlu, “Ml Androidone" markalı **********53914/00 və **********727438099 imei kodlu və “Samsung Galaxy A11” markalı **********17883/01 və **********17881/01 imei kodlu mobil telefonlar, habelə Təqsirləndirilən şəxs2 üzərində, Təqsirləndirilən şəxs1 üzərində və evində şəxsi axtarış və baxış aparılmasını özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut kimi tanınmış, disklər cinayət işinin materiallarına əlavə edilmiş, mobil telefonlar isə saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 2, iş vərəqi 22-37). Cinayət işi materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2006-cı il təvəllüdlü Cəlilova Şəhla və xx.xx.2002ci il təvəllüdlü Cəlilov Nəsrəddin adlı 2 övladı vardır (cild 2, iş vərəqi 9-10). Cinayət işi materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2012-ci il təvəllüdlü Cəlilova Sara və xx.xx.2007-ci il təvəllüdlü Cəlilov Nicat adlı 2 övladı vardır (cild 2, iş vərəqi 7-8). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar, qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, onlar təqsirlidirlər, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, onların cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilərlər, buna görə də onlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Babayev Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 10 fevral 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində 11 fevral 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 23, 188-190, cild 2, iş vərəqi 106- 110). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 10 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 10 fevral 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində 11 fevral 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 41, 191-193; cild 2, iş vərəqi 111- 114). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 10 fevral 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1558,058 qram heroin, qalıq çəkisi 601,584 qram metamfetamin, qalıq çəkisi 147,091 qram marixuana və qalıq çəkisi 21,163 qram olan çətənə bitkisinin hissələri, 2 ədəd dəftər və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs1n və Təqsirləndirilən şəxs2 götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan “Samsung J6” markalı “Mİ Androidone" markalı və “Samsung Galaxy A11” markalı mobil telefonlar onların yaxın qohumlarından birinə qaytarılmalıdır. Digər maddi sübutlar – şəxsi axtarış və götürmənin, habelə baxışın gedişatını özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 137 (yüz otuz yeddi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə, yəni hər birindən 68,5 (altmış səkkiz manat əlli qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1558,058 qram heroin, qalıq çəkisi 601,584 qram metamfetamin, qalıq çəkisi 147,091 qram marixuana və qalıq çəkisi 21,163 qram olan çətənə bitkisinin hissələri, 2 ədəd dəftər və 1 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan “Samsung J6” markalı “Mİ Androidone" markalı və “Samsung Galaxy A11” markalı mobil telefonlar onların yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübutlar – şəxsi axtarış və götürmənin, habelə baxışın gedişatını özündə əks etdirən iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 137 (yüz otuz yeddi) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə, yəni hər birindən 68,5 (altmış səkkiz manat əlli qəpik) manat tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1273/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1273/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver