Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1273/2023 06.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmədə, xx xxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə Bakı şəhərində qanunsuz olaraq, satış məqsədi ilə başqa mənbədən külli miqdarda, yəni 10,286 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə də saat 07:20-də Xətai RPİ-nin 35-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski 523 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilib onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş halda külli miqdarı təmiz çəkisi 10,286 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, narkotik vastə istifadəçisidir. Lakin o, heroindən istifadə etməmişdir. 09 yanvar 2023-cü il tarixində gecə saatlarında polislər onu həyətlərindən Xətai rayon 35-ci PB-nə bölməyə aparmışlar. Onun üzərində yalnız 0.3 qram metamfetamin olmuşdur. Polislər onu səhərə qədər döyüb, narkotik vasitəni öz üzərinə götürməsini tələb etmişlər. Üzərinə şəxi axtarış zamanı video çəkiliş həyata keçirilmişdir. İstintaq təcridxnasına daxil olan zaman üzərində xəsarətlər olmuşdur. Döyülməyilə bağlı heç kimə müraciət etməmişdir. Onunla birlikdə tanışı da yanında olmuşdur. Onun barəsində istintaq aparılmamışdır. İttiham aktında yazılan ünvanda polislər tərəfindən saxlanılmamışdır. Üzərində yalnız 0.3 qram metamfetamin olmuşdur. Qətimkan tədbiri seçilən zaman məhkəmədə və ya təcridxanaya salınarkən orada döyülməyi ilə bağlı heç nə deməmişdir. Deməməsinin səbəbini bilmir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən bir-iki ay olar ki, narkotik vasitələr və psixotrop maddələrdən yandıraraq tüstüsün buruna çəkmək yolu ilə istifadə edir. Artıq bir ay demək olar ki, hər gün narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən qəbul etdiyinə görə onun alüdəçisi olmuş və həmin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini qəbul etmədikdə bədənində müxtəlif ağırlar olur, ona görə də o hər gün tanımadığı şəxslərdən ya narkotik vasitə olan heroin, ya da ki psixotrop maddə sayılan metamfetamin alaraq qəbul edir. Əvvəllər məhkum olunmamışdı. 9 yanvar 2023-cü il tarixdə axşam saat 23 radələrində yaşadığı P.Həşimov küçəsində qonşuluqda yaşayan “Gülü” kimi tanıdığı Günel Mustafayevadan öz istifadəsi üçün təxminən 10 qram çəkidə narkotik vasitə heroini 150 manat müqabilində əldə etmişdir. Həmin narkotik vasitəni səhər qəbul etmək istəyirdi, ailə üzvləri ilə birlikdə yaşadığına görə evdə aşkar edilməsin deyə narkotik vasitəni şalvarının sağ yan cibində saxlayırdı. 10 yanvar 2023-cü il tarixdə səhər saat 07:20-də təxminən səhər yeməyinə çörək almaq üçün yaşadığı evdən çıxıb yaxınlıqda olan mağazaya tərəf gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Xətai RPİ-nin 35-ci polis bölməsinin əməkdaşları kimi təqdim etdilər və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 35-ci polis bölməsinə dəvət etdilər. Orada ona təhqiqatçı tərəfindən bir nəfər dövlət hesabına müdafiəçi təqdim edilmiş, ona , şübhəli şəxs qismində tutulduğu izah olunmuş və üzərinə şəxsi axtarış aparılacağı izah olunmuşdur. Daha sonra müdafiəçinin, onu saxlayan polis əməkdaşlarını iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilməsi başlanılmış. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı digər predmet olması soruşulmuş və olduğu təqdirdə təqdim olunması təklif olunmuşdur. Bu səbəbdən o əynində olan qara rəngli velvet şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə olan öz istifadəsi üçün aldığı heroin narkotik vasitəsini masa üzərinə qoymuşdur. Qeyd olunan narkotik vasitəni öz istifadəsi üçün xx.xx.2023-cü il tarixdə saat 23 radələrində “Gülü” adı ilə tanınan Günel Mustafayevadan 150 manat müqabilində əldə etməsini bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzi vasitəsi il çəkilmişdi və bükümün çəkisi 11,32 qram olması müəyyən olunmuşdu. Həmin büküm təhqiqatçı tərəfindən ağ rəngli zərfə qablaşdırılmış, o və digər iştirakçılar həmin zərfin üzərinə imzaların çəkmişdilər və həmin zərf möhürlənmişdir. Şahid X4 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs xidməti vəzifəsi ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 10 yanvar 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs Xətai rayon ərazisində qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. Daha sonra ünvan 2 ünvanında Anarı saxlayaraq Xətai RPİ-nin 35-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Anarın üzərinə şəxsi axtarış keçirildi. Axtarış zamanı onun üzərindən bir büküm narkotik vasitə heroin aşkar edildi. Narkotik vasitəni Anar özü təqdim etdi. Anara heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. Anar onlar tərəfindən səhər saatlarında 10 yanvar 2023-cü il tarixində Anarı saxlamışlar. Üzərindən aşkar olunna büküm narkotik vasitə heroinə bənzər idi. Özü dedi ki, heroindir. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid2 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. 10 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs Xətai rayon ərazisində qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdu. Həmin məlumat əsasında əməliyyat qrupu yaradıldı. Daha sonra ünvan 2 ünvanın Anarı saxlayaraq Xətai RPİ-nin 35-ci Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Anarın üzərinə şəxsi axtarış keçirildi və onun üzərindən bir büküm narkotik vasitə aşkar edildi.O, heroini Güllü adlı tanışından 150 manata aldığını dedi. Təqsirləndirilən şəxs hansı məqsəd ilə narkotik vasitəni əldə etdiyini dediyiyni xatırlamır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır, polis mayorudur. 10 yanvar 2023-cü il tarixdə xidmətdə olarkən ona Təqsirləndirilən şəxs Xətai rayon ərazisində qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olmuşdur. O dərhal bu barədə PB-nin rəhbərliyinə raportla müraciət etmişdir, Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə o və həmin PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdı. O həmin əməliyyat qrupunun rəhbəri təyin olunmuşdur. Daha sonra saat 07 radələrində ünvan 6 ünvanın qarşısına gedib orada müşahidə aparmağa başlamışlar. Saat təxminən 07:20 radələrində bir nəfər zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi görüb ona yaxınlaşmış və özlərini təqdim etmişdirlər. Daha sonra həmin şəxsdən anket məlumatları barədə maraqlanmışlar və həmin şəxs anket məlumatların onlara bildirdikdə bilmişdilər ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmasında şübhəli olduğunu bildirərək onlarla birlikdə Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına keçməyə dəvət etmişlər. Anar onlara razılıq vermiş və onu əllərini ciblərinə salmağa imkan verməyərək PB-nə gətirmişlər və bununla bağlı raportla PB-nin rəhbərliyinə məlumat vermişlər. Daha sonra həmin polis bölməsində təhqiqatçının otağında dəvət olunmuş vəkil və videoçəkilişlə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdi və üzərinə şəxsi axtarış keçirilməsi bildirilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya maddənin olması soruşulmuş və olduğu halda təqdim olunması xahiş olunmuşdu. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli velvet şalvarın sağ yan cibindən bir ədəd selofana büklümüş açıq qəhvəyi rəngli toz şəkilində heroina oxşar maddəni təqdim etmişdi. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu və həmin maddəni 09 yanvar 2023cü il tarixdə saat 23:00 radələrində ünvan 7 ünvanın qarşısında tanışı Gülü adlı şəxsdən 150 manata öz istifadəsi üçün almasını bildirmişdi. Həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və həmin bükümün çəkisinin 11,32 qram olması müəyyən olunmuşdu. Daha sonra həmin büküm ağ rəngli zərfə qablaşdırılmışdı, möhürlənmişdi və iştirakçılar tərəfindən imzalanmışdı. Daha sonra bununla bağlı protokol tərtib olunmuş, təhqiqatçı tərəfindən ucadan oxunmuş, həmin protokol düzgün tərtib olunduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 10 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Xətai RPİ-nin 35-cü PB-nə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai Rpi-nin 35-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə saat 07:20 radələrində ünvan 8 ünvanın qarşısında piyada hərəkət edən zaman 35-ci PBnin əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilmiş, videoçəkilişdən istifadə edilməkdə onun üzərində şəxsi axtarış aparılan zaman, ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş və sonuncu əynində olan qara rəngli velvet şalvarın sağ yan cibindən 1 ədəd polietilen selofana bükülmüş içərisində açıq qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə olan herqinə bənzər maddəni çıxarıb təqdim edərək həmin maddənin heroin olduğunu bildirmiş, həımn maddəni 09 yanvar 2023cü il tarixdə saat 23:00 radələrində ünvan 7 ünvanın qarşısında “Gülü” adlanan Günel Mustafayeva adlı tanışından 150 manat müqabilində şəxsi istifadəsi üçün almasını, 10 yanvar 2023-cü il tarixdə saat 07:20 radələrində ünvan 7 ünvanın qarşısında poliş əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Abbasov Anai* Elçin oğlunun üzərindən aşkar olunan 01 ədəd şəffaf rənglii sellofana bükülmüş maddələrin selofanla birlikdə ümumi çəkisi 11,32 qram olması müəyyən olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2023-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün NG54” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs”sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 10,286 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş-təmiz çəkisi 10,286 qram narkotik vasitə heroin və şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd rəqəmsal video disk maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 10,236 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Bakı şəhəri Xətai RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd rəqəmsal video disk cinayət işinə əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, heroindən istifadə etmədiyni, 09 yanvar 2023-cü il tarixində gecə saatlarında polis əməkdaşlarının onu həyətlərindən Xətai rayon 35-ci PB-nə bölməyə apardıqlarını, həmin vaxt onun üzərində özünə məxsus yalnız 0.3 qram metamfetamin olduğunu, polis əməkdaşlarının onu səhərə qədər döyüb, narkotik vasitəni öz üzərinə götürməsini tələb etdiklərini, istintaq təcridxnasına daxil olan zaman üzərində xəsarətlər olduğunu, döyülməyilə bağlı heç kimə müraciət etmədiyni, ittiham aktında yazılan ünvanda polislər tərəfindən saxlanılmadığını göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini onun özünün ibtidai istintaq zamanı təqsiləndirildiyi ittihamın mahiyyəti üzrə verdiyi etirafedici ifadələri, ona təzyiq və təsir göstərilməsinin inkar olduğunu bəyan edən şahidlərin ifadələri, onun üzərinə keçirilmiş baxışı özündə əks etdirən vidioçəklişdə əks olunan təsvirlərdə onun sərbəst şəkildə müdafiəçisi Müdafiəçi1 iştirakı ilə cinayət əməlinin predmetini təşkil edən narkotik vasitəni təqdim edib özünə məxsus olmasını təsdiq etdiyi görüntülərlə, onun tərəfindən təqdim olunan narkotik vasitənin ondan götürülməsini təsdiq edən qeyd və iradsız təsdiq etdiyi protokolun məzmunu ilə, onun təqdim etdiyi narkotik vasitənin heroin olmasını təsdiq edən məhkəmə ekspertizasının rəyi, iş üzrə maddi sübut kimi tanınmış əşyalarla, habelə işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu iddialarını həqiqətə uyğun olmayan özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymtləndirir. Çünki onun bu iddialarını təsdiq edən sübut müəyyən olunmadı. O da belə sübut təqdim etmədi. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Beləliklə, məhkəmə yuxardıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altmış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə ekspertiza xərclərini təşkil edən 65 (altmış beş) manat vəsaitin təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 60 (altmış saat) hüquqi yardım göstərilməsi və bu səbəbdən ona 360 ( üç yüz altmış) manat pul vəsaitinin ödənilməli olması müəyyən olundu. Məhkəmə həmin məbləğin dövlət büdcəsi hesabına ödənilməsi qənaətinə gəldiyindən Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Xətai RPİnin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 10,236 qram narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, bir ədəd rəqəmsal video diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarına əlavə olunmuş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi törətdiyi əməldən peşman olub ittiham olunduğu cinayət əməllərinin törədilməsi halları barəsində ibtidai istintaq zamanı ətraflı ifadələr veməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs bu iş üzrə əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi və hazırki vaxtadək davamlı olaraq həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcının 10 yanvar 2023cü il tarixdən hesablanmalı olduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Ambulator məcburi-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 18 yanvar 2023-cü il tarixli 267 saylı rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixosimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 10 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar olaraq məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 65 (altmış beş) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 360 ( üç yüz altmış) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 65 (altmış beş) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 10,236 qram narkotik vasitə heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Bir ədəd rəqəmsal video disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1273/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1273/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver