Məhkəmə qərarları › İş №1(101)-1273/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1273/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1273/2024 11.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Beyləqan rayonunun Örənqala kəndində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Laçın rayonu, Pircahan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK” şossesi, nömrəsiz fərdi evdə yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, 20 sentyabr 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 02 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində axtarış elan edilmiş, 05 dekabr 2023-cü il tarixdə tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və 07 oktyabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti araşdırılan “Sinan” adlı şəxs və qeyriləri ilə razılaşıb, cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Sinan” adlı şəxsin sifarişi ilə gələcəkdə dediyi ünvanlara və ya ayrı-ayrı “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən M.Topçubaşov adına X2 yaxınlığında yerləşdirdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan külli miqdarda 8525 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs2la birlikdə əldə edib, cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 20 sentyabr 2023-cü il tarixdə saat 21:20-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 4ş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada həmin tarixdə saat 22:58-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman sağ çiyin nahiyəsindən asdığı qara rəngli idman çantasından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 8 ədəd selofan bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1040 qram, 1070 qram, 1160 qram, 1045 qram, 1075 qram, 1030 qram və 1095 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda, yəni 8525 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Seymurla bir məhəllədə yaşayır. 2023-cü il sentyabr ayının 20-də Seymurla məhəllədə görüşmüş və Seymur ona birlikdə "İnşaatçılar" metrostansiyasının yanına getmələrini demişdir. Seymur həmin vaxt bir list metadon götürməli olmuşdur. Seymur 15-20 metr ondan aralanandan sonra geri qayıdıb metadonu tapa bilmədiyini demişdir. Həmin vaxt 5-6 nəfər onların üstünə cummuşdur. Bu zaman o, Seymurun qaçdığını görmüş, nə baş verdiyini başa düşə bilməmişdir. Həmin şəxslər onu tutub idarəyə gətirmişlər. İdarədə qara sumkanı qarşısına qoyub həmin sumkanın ona aid olduğunu bildirərək, ona təsir və təzyiq göstərmişlər. Sualları cavablandıran Təqsirləndirilən şəxs1 müstəntiqə ifadə vermədiyini, tutulan zaman da izahat vermədiyini, ibtidai istintaqın qurtarması ilə bağlı sənədlərə imza etmədiyini, vəkilinin olduğunu, vəkilin ancaq gəlib müstəntiqi gözlədiyini, Seymurla birlikdə narkotiklərdən istifadə etdiyini, həmin gün Seymurun bir list metadon götürməli olduğunu, onlar hadisə yerinə gedəndə o, Seymurun metadon götürəcəyini bilmədiyini, «İnşaatçılar» metrosunun yanına gələndə Seymurun ondan aralanıb getdiyini, qayıdanda özünün nə olduğunu soruşduğunu, Seymur cavabında bir list metadon gətirməli olduqlarını, amma gətirmədiklərini dediyini, sonra həmin an təxminən 15 nəfərin onların üstünə gəldiklərini, həmin şəxslər onun yanına gəldikdə artıq Seymurun qaçdığını, polis əməkdaşlarının həmin yerə iki nəfərin gələcəklərini əvvəlcədən bildiyini, onun da həmin vaxt qaçmağa imkanı olduğunu, amma nə baş verdiyini başa düşmədiyi üçün qaçmadığını, təcridxanaya gətiriləndə bədənində olan göyərmələrin artıq qalmadığını məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək göstərmişdir ki, o, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2019-cu ildə azadlığa buraxılmışdır. Təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə heroin qəbul edir, qeyd etdiyi narkotik vasitələri Bakı şəhərində adını və digər anket məlumatlarını bilmədiyi şəxslərdən alır. O, Təqsirləndirilən şəxs2 təxminən 2 ilə yaxın müddətdir tanıyır. Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində onunla qonşu məhəllədə yaşayır. Tanış olduqdan sonra Seymurla aralarında dostluq münasibətləri yaranmışdır. Seymur özü də narkotik vasitə heroin qəbul etdiyi üçün indiyə kimi ona təmənnasız olaraq özü istifadə etmək məqsədi ilə təxminən 5-6 dəfə narkotik vasitə heroin vermişdir. 20 sentyabr 2023-cü il tarixdə axşam vaxtı Seymur onun mobil telefonuna zəng edib onunla işi olduğunu və görüşmək istədiyini bildirmişdir. Onlar yaşadıqları məhəllədə görüşmüşlər, Seymur ona bildirmişdir ki, İran İslam Respublikasının vətəndaşı tərəfindən ona narkotik vasitə heroin göndərilmişdir və birlikdə gedib Bakı şəhəri, Yasamal rayonu ərazisindən həmin narkotik vasitəni götürmək lazımdır. Seymur qeyd etmişdir ki, narkotik vasitəni gedib götürməkdə köməklik etsə, ona özü istifadə etmək məqsədi ilə narkotik vasitə heroin verəcəkdir. O da, Seymurla aralarında olan dostluq münasibətinə görə, eyni zamanda ona narkotik vasitə heroin verəcəyi üçün Seymura köməklik etməyə razılıq vermişdir. Bundan sonra onlar narkotik vasitəni götürmək məqsədi ilə birlikdə Biləcəri qəsəbəsindən çıxıb 1 manatlıq taksi ilə “Şamaxinka”ya, oradan isə marşrut avtobusuna minib metronun “İnşaatçılar" stansiyasına gedən yolun sağ tərəfində yerləşən “Günəş Petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında avtobusdan düşmüşlər. Yolda gələrkən Seymur ona bildirmişdir ki, narkotik vasitənin qoyulduğu yerin konumu və fotoşəkilləri İran İslam Respublikasının vətəndaşı tərəfindən onun mobil telefonuna göndərilmişdir və həmin konum üzrə narkotik vasitənin qoyulduğu yeri tapacaqlar. Onlar avtobusdan düşdükdən sonra Seymurun mobil telefonuna göndərilən konum üzrə piyada hərəkət edərək, həmin ərazidə yerləşən Topçubaşov” adına xəstəxananın arxa hissəsinə gedən ara yola daxil olmuşlar və təxminən 40-50 metr hərəkət etdikdən sonra konumun göstərdiyi yerə çatıb və yolun sol hissəsində yerləşən kolların arxasına keçib baxan zaman divarın yanında bir ədəd qara rəngli idman çantası qoyulduğunu görmüşlər. Seymur narkotik vasitənin həmin çantanın içində olacağını bildirmiş və yaxınlaşıb çantanı açıb içinə baxanda narkotik vasitənin həmin çantanın içində olduğunu bildirmişdir. Bundan sonra Seymur kor boğarsığından əməliyyat olunduğunu, buna görə ağır yük götürməkdə əziyyət çəkdiyini bildirib ondan xahiş etmişdir ki, çantanı o, yerdən götürsün və piyada əsas yola kimi həmin narkotik vasitəni aparsın və sonra yoldan taksi avtomobilinə əyləşib yaşadıqları Biləcəri qəsəbəsinə getsinlər. O da, Seymurun dedikləri ilə razılaşıb içərisində narkotik vasitə heroin olan idman çantasını yerdən götürüb sağ çiyninə asaraq gəldikləri istiqamətdə geri qayıtmağa başlamışlar. Onlar əsas yola çatıb taksi avtomobili gözləyən zaman saat təxminən 21:20 radələrində 4 nəfər mülki geyimdə şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuş, bu zaman Seymur qəflətən qaçaraq onların yanından uzaqlaşmış və hava qaranlıq olduğu üçün gözdən itmişdir. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barələrində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda çiynindən asdığı idman çantasının içində narkotik vasitə heroin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Ona müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman o, sağ çiynindən asdığı qara rəngli idman çantasını çıxarıb təqdim etmiş və həmin çantanın içərisində tanışı Təqsirləndirilən şəxs2 tərəfindən sifariş edilən narkotik vasitə heroin olduğunu bildirmişdir. Çanta açılarkən içərisindən 2 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış bağlama aşkar edilmişdir. Həmin 2 ədəd selofan bağlama açılarkən hər bir bağlamanın içərisindən 4 ədəd olmaqla, ümumilikdə 8 ədəd üzəri yapışqan lentlə bağlanmış selofan bağlama aşkar edilmişdir. Həmin 8 ədəd selofan bağlamanın içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şəxsi axtarış keçirilməsi davam etdirilərkən əynində olan cins şalvarının sağ yan cibindən “Vertu” markalı mobil telefon, sol arxa cibindən 8 manat 50 qəpik pul və 1 ədəd plastik bank kartı aşkar edilmişdir. Bundan sonra təqdim etdiyi idman çantasından aşkar edilmiş 8 ədəd selofan bağlamada olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən həmin çantada qablaşdırılmış, üzəri möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 1 ədəd "Vertu” markalı mobil telefon və 1 ədəd plastik bank kartı polis əməkdaşları tərəfindən götürülmüş, 8 manat 50 qəpik pul onun özünə qaytarılmışdır. Sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin İran İslam Respublikasının vətəndaşı tərəfindən tanışı Təqsirləndirilən şəxs2 göndərildiyini, Təqsirləndirilən şəxs2 xahişi ilə onunla birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisinə gələrək həmin narkotik vasitəni gizlədildiyi yerdən götürdüklərini, Təqsirləndirilən şəxs2 əməliyyat olunduğu üçün ağır yük götürə bilmədiyinə görə narkotik vasitəni onun daşıdığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçdığını, narkotik vasitəni gedib götürməkdə köməklik etməsi qarşılığında Təqsirləndirilən şəxs2 ona özü istifadə etmək məqsədi ilə narkotik vasitə heroin verəcəyini qeyd etmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İstintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs2 göndərən İran İslam Respublikasının vətəndaşını tanımadığını, həmin şəxslə Təqsirləndirilən şəxs2 əlaqə saxladığını, İran İslam Respublikasının vətəndaşı tərəfindən göndərilən həmin narkotik vasitələri tanışı Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Yasmal rayonu ərazisində gizlədildiyi yerdən götürdüklərini, həmin narkotik vasitələrin onların götürdüyü yerə kimlər tərəfindən qoyulduğunu bilmədiyini, birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisinə gedib narkotik vasitələri götürməkdə köməklik etdiyi üçün tanışı Təqsirləndirilən şəxs2 ona özü istifadə etmək məqsədi ilə narkotik vasitə heroin verəcəyini, özünün ***-***-**-** və tanışı Təqsirləndirilən şəxs2 isə ***-***-**-** mobil nömrədən istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını bildirmişdir (cild 1, iş vərəqi 57-62, 75-80). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs1 dindirmə protokolunda olan imzaların və sonda yazılan qeydlərin ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, müstəntiqin onun dediklərini yazmadığını və özünün protokolu oxumadan imzaladığını məhkəməyə bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə günü o, narkotik tərkibli dərman götürməyə getmiş və Musadan onunla birlikdə getməyi xahiş etmişdir. O, deyilən yerə çatandan sonra həmin dərmanı götürməyə getmiş, lakin orada dərmanın olmadığını, geri qayıdanda polislər əməkdaşlarının onları gözlədiklərini görmüşdür. Polis işçilərini görüb qorxduğuna görə oradan qaçmışdır. Hadisələrin sonrasından onun xəbəri olmamışdır. Sualları cavablandıran Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı yazılmış ifadəni oxumadan imzaladığını, müstəntiqin onun dediklərini olduğu kimi yazdığını fikirləşdiyini, buna görə də, inanıb protokola imza etdiyini, özünün xəsarətləri və qolunda sıyrıqları olduğunu, Bakı İstintaq Təcridxanasına daxil olan zaman xəsarətlərinin olduğunu, lakin həmin xəsarətləri tutulan vaxt aldığını demədiyini, özünün narkotik vasitə kimi «kola»dan və metadondan istifadə etdiyini, hadisə günü bir list, yəni 10 ədəd metadon almaq üçün getdiyini, onun həmin yerə nəyə görə getdiyini Musanın bilmədiyini, narkotik vasitədən qurtulmaq üçün, yəni müalicə məqsədi ilə dərman qəbul etdiyini, həmin dərmandan kiməsə vermədiyini, tutulan vaxt üstündə narkotik vasitə olmadığını, Musaya heç vaxt narkotik vasitə vermədiyini, lakin birlikdə narkotik vasitədən istifadə etdiklərini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəlidir və 2 övladı vardır. Təxminən 2-3 ilə yaxındır ki, narkotik vasitə heroin qəbul edir. Əvvəllər mobil telefonların təmiri ustası kimi fəaliyyət göstərmiş, sonradan narkotik vasitə qəbul etdiyi üçün heç bir işlə məşğul ola bilməmişdir. O, qəbul etdiyi narkotik vasitələri əvvəllər Bakı şəhərində adını bilmədiyi şəxslərdən almışdır. Təxminən 1 il əvvəl sosial şəbəkədə “Sinan” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və sonrakı dövrdə narkotik vasitələri həmin şəxsdən almışdır. Belə ki, o, həmin şəxslə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışıb ona narkotik vasitə sifariş vermiş, sonra həmin şəxsin verdiyi bank hesabına narkotik vasitənin pulunu göndərmiş, həmin şəxs isə onun sifariş verdiyi narkotik vasitəni Bakı şəhərində müxtəlif ünvanlara qoyub, həmin yerlərin şəkilini çəkib onun mobil telefonuna göndərmiş, o da, gedib həmin yerlərdən narkotik vasitələri götürmüşdür. Sonradan “Sinan” adlı şəxslə aralarında münasibət yaranmışdır. 2023-cü ilin sentyabr ayının ortalarında “Sinan" adlı şəxs təklif etmişdir ki, ona külli miqdarda narkotik vasitələr göndərəcək, o da, həmin maddələri götürüb özündə saxlasın, sonra dediyi çəkidə narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib ona göndərsin. «Sinan» bunun müqabilində ona pul və özü istifadə etmək üçün narkotik vasitə heroin verəcəkdir. O da, təxminən 1 ilə yaxın müddətdir ki, işləmədiyi üçün pula ehtiyacı olduğuna görə məcburiyyət qarşısında qalıb “Sinan” adlı şəxsin təklifi ilə razılaşmışdır. “Sinan” adlı şəxs bundan sonra 20 sentyabr 2023-cü il tarixdə günorta vaxtı onunla əlaqə saxlayıb külli miqdarda narkotik vasitə heroin göndərəcəyini və həmin narkotik vasitələrin Bakı şəhəri ərazisinə qoyulacağını, gedib həmin narkotik vasitələri götürməsini və özündə saxlamasını, sonra isə onun dediyi vaxt həmin narkotik vasitələri Bakı şəhərində müxtəlif ünvanlara qoyub həmin yerlərin şəkillərini çəkib ona göndərməsini və bunun müqabilində isə ona 1.000 manat pul və özü istifadə etmək məqsədi ilə narkotik vasitə verəcəyini bildirmişdir. O da, “Sinan” adlı şəxsin təklifi ilə razılaşmışdır. “Sinan” adlı şəxs onunla təkrar əlaqə saxlayacağını və zəngini gözləməsini bildirmişdir. Həmin gün saat 19:00-19:30 radələrində “Sinan” adlı şəxs onunla əlaqə saxlayıb göndərdiyi narkotik vasitə heroinin Bakı şəhəri, Yasamal rayonu ərazisində gizlədildiyini və gedib həmin narkotik vasitələri götürməsini bildirmişdir. “Sinan” adlı şəxs narkotik vasitənin qoyulduğu yerin şəklini və konumunu onun mobil telefonuna göndərmişdir. O, həmin narkotik vasitəni tək gedib götürməyə ehtiyat etdiyi üçün bu barədə tanışı Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1 təxminən 2 ilə yaxın müddətdə tanımış, sonuncu Biləcəri qəsəbəsində onunla qonşu məhəllədə yaşamışdır. Musa özü də narkotik vasitə heroin qəbul etdiyi üçün və hər dəfə pul verib narkotik vasitə ala bilmədiyinə görə o, indiyə kimi təmənnasız olaraq Musaya özü istifadə etmək məqsədi ilə bir neçə dəfə narkotik vasitə heroin vermişdir. 20 sentyabr 2023-cü il tarixdə axşam vaxtı Musaya zəng etmiş, harada olduğunu soruşmuş, onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra onlar yaşadıqları məhəllədə görüşmüşlər. O, X4 Respublikasının vətəndaşı tərəfindən ona narkotik vasitə heroin göndərildiyini və birlikdə gedib Yasamal rayonu ərazisindən həmin narkotik vasitəni götürmələrini təklif etmişdir. Eyni zamanda Musaya bildirmişdir ki, narkotik vasitəni gedib götürməkdə köməklik etdiyi halda özü istifadə etmək məqsədi ilə ona narkotik vasitə heroin verəcəkdir. Musa da onun təklifi ilə razılaşmışdır. Onlar narkotik vasitəni götürmək məqsədi ilə birlikdə Biləcəri qəsəbəsindən çıxıb 1 manatlıq taksi ilə “Şamaxinka" adlanan əraziyə gəlib, oradan isə marşrut avtobusuna minib metronun "İnşaatçılar” stansiyasına gedən yolun sağ tərəfində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında avtobusdan düşmüşlər. Narkotik vasitənin qoyulduğu yerin konumu və fotoşəkilləri İran vətəndaşı tərəfindən onun mobil telefonuna göndərildiyi üçün onlar qeyd olunan yanacaq doldurma məntəqəsinin yaxınlığında avtobusdan düşdükdən sonra onun mobil telefonuna göndərilən konum üzrə piyada hərəkət edərək həmin ərazidə yerləşən Topçubaşov adına xəstəxananın arxa hissəsinə gedən ara yola daxil olmuşlar. Piyada təxminən 50 metr hərəkət etdikdən sonra konumun göstərdiyi yerə çatıb, yolun sol hissəsində yerləşən kolların arxasına keçib baxan zaman divarın yanında bir ədəd qara rəngli idman çantası qoyulduğunu görmüşlər. O, yaxınlaşıb həmin çantanı açıb içinə baxmış və narkotik vasitənin çantanın içində olduğunu görmüşdür. Bundan sonra o, tanışı Təqsirləndirilən şəxs1 kor boğarsığından əməliyyat olunduğunu və buna görə də ağır yük götürməkdə əziyyət çəkdiyini bildirib Musadan xahiş etmişdir ki, çantanı yerdən götürsün və piyada əsas yola kimi həmin narkotik vasitəni aparsın və sonra yoldan taksi avtomobilinə əyləşib yaşadıqları Biləcəri qəsəbəsinə getsinlər. Musa da onun xahişini nəzərə alıb içərisində narkotik vasitə heroin olan idman çantasını yerdən götürüb sağ çiyninə asaraq gəldikləri istiqamətdə geri qayıtmışlar. Onlar əsas yola çatıb taksi gözləyən zaman saat 21:20 radələrində 4 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. Bu zaman o, polis əməkdaşları tərəfindən tutulmaqdan qorxub qəflətən qaçaraq oradan uzaqlaşmış və ara küçələrin birinə daxil olub gözdən itmişdir. Bir neçə gün yaşadığı evə getməmiş və gizlənmişdir. Sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən tutulmuş və həbs edilmişdir. 05 dekabr 2023-cü il tarixdə axşam vaxtı Biləcəri qəsəbəsində yaşadığı evin yaxınlığında olduğu zaman ona yaxınlaşan mülki geyimdə olan şəxslər özlərini təqdim edib Yasamal Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən axtarış elan edildiyini bildirib onu saxlayaraq həmin Baş İdarəyə təhvil vermişlər. İstintaq zamanı verdiyi həmin ifadəsində Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edərək əməlindən peşman olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir olunmadığını bildirmişdir (cild 1, iş vərəqi 176-181). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs2 dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, həmin ifadəni oxumadan imzaladığını, həmin ifadənin uydurma olduğunu, onun istintaqa heç bir ifadə vermədiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumatda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu bildirilmişdir. Bununla bağlı 20 sentyabr 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. İdarənin digər əməkdaşları ilə birlikdə axşam saat 21 radələrində onlar Yasamal rayon ərazisinə getmişlər və həmin vaxt yolun kənarında iki nəfər şəxsi görmüşlər. Şəxslərdən birinin çiynində qara sumka olmuş, digərinin isə əlində heç bir şey olmamışdır. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edən zaman onlardan biri qaçmışdır. Həmin vaxt qaçan şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 isə maşınla Baş idarəyə gətirilmişdir. Musa idarədə çiynindəki sumkanın içində narkotik vasitə olduğunu bildirmişdir. İdarədə inzibati otaqlardan birində Musada olan sumkaya videoçəkiliş aparılmaqla, vəkilin iştirakı ilə baxış keçirilmişdir. Həmin sumkanın içində iki bağlama aşkar olunmuş, hər bağlamanın içində də 4 bağlama olmuşdur. Musa həmin bağlamalarda olanların narkotik vasitə heroin olduğunu bildirmişdir. Musa narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından dostu Seymurun əldə etdiyini, özünün isə Seymura kömək etmək məqsədi ilə getdiyini bildirmişdir. Musa həmçinin narkotik vasitəni götürüb gedəndən sonra dostu Semurun onun köməyinin qarşılığında istifadə etmək üçün ona narkotik vasitə verəcəyini demişdir. Onlar həmin vaxt Təqsirləndirilən şəxs2 saxlaya bilməmiş, lakin Seymur ərazi polis orqanları tərəfindən sonradan tutulmuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 aşkar olunan narkotik vasitələrin çəkisini dəqiq xatırlamadığını, narkotiklərin təxmini çəkisinin 8-10 kq olduğunu, ümumilikdə sumkada iki böyük bağlama, hər bağlamada da 4 ədəd bağlamalarının olduğunu, şəxslərin saat 21:30-da saxlanıldıqlarını, əməliyyat məlumatının iki şəxs barəsində daxil olduğunu, həmin şəxsləri Yasamal rayonu ərazisində təxminən 5-10 dəqiqə gəzdikdən sonra Şərifzadə küçəsində xəstəxananın yanında saxladıqlarını, təqsirləndirilən şəxslərin anket məlumatlarının əvvəlcədən onlara bəlli olduğunu, qaçan şəxsi, yəni Seymuru üzdən gördüklərini, həmin vaxt Seymur qaçdığı üçün onunla danışa bilmədiklərini və həmin vaxtdan sonra onun Seymuru görmədiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərin narkotik vasitəçlərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış və 20 sentyabr 2023-cü il tarixdə Yasamal rayonu ərazisində həmin şəxslərə yaxınlaşan vaxt Seymur onları görüb qaçmışdır. Digər Təqsirləndirilən şəxs1 yaxınlaşaraq saxlamışlar, özlərini təqdim edib onu qərarla tanış etmişlər. Həmin vaxt Musanın çiynində qara rəngli sumka olmuşdur. Musa saxlanılıb Baş idarəyə dəvət edilmiş, idarədə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı həmin sumkanın içərisindən iki bağlama aşkar olunmuş, həmin bağlamaların hərəsinin içindən də 4 nisbətən kiçik bağlamaların olduğu müəyyən edilmişdir. Həmin bağlamaların hər birinin içərisində narkotik vasitə heroin olduğu bəlli olmuşdur. Sualları cavablandıran Şahid4 sumkanın içərisindən iki böyük bağlama aşkar olunduğunu, lakin narkotikin dəqiq çəkisini xatırlamadığını, narkotik vasitələrin ümumi çəkisinin bir neçə kiloqram olduğunu, əməliyyat tədbirində 4 nəfər polis əməkdaşının iştirak etdiyini, həmin vaxt təqsirləndirilən şəxslərin piyada hərəkət etdikərini, tədbir zamanı onun üzərində mobil telefonu olmadığını, təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etdiyini, saxlanılarkən şəxsə qarşı hər hansı fiziki və psixoloji təzyiqlər göstərilmədiyini məhkəməyə bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ifadələrində daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20 sentyabr 2023-cü il tarixdə Yasamal rayonu ərazisində saxladıqlarını, həmin vaxt Təqsirləndirilən şəxs2 qaçsa da, Təqsirləndirilən şəxs1 saxlanılaraq Baş idarəyə gətirildiyini, orada Təqsirləndirilən şəxs1 çiynindəki sumkanın içərisindən külli miqdarda narkotik vasitələrin aşkar olunması ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 və Şahid4 məhkəmədə verdikləri ifadələrlə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 07 dekabr 2023-cü il tarixli üzləşdirmə protokoluna əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa verdikləri ifadələrini bir-birlərinin üzünə qarşı bildirməklə təsdiq etmişlər (cild 1, iş vərəqi 196-201). İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 1 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20 sentyabr 2023-cü il tarixdə saat 21:20 radələrində ünvan 6 ünvanının yaxınlığında saxlanılmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçmış, Təqsirləndirilən şəxs1 isə BMCMİ-nə gətirilmiş və orada həmin tarixdə saat 22:58-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 sağ çiynindən asdığı qara rəngli idman çantasının içərisindən 2 ədəd qara rəngli üzəri yapışqan lentlə bağlanmış bağlama aşkar edilmişdir. Həmin 2 ədəd selofan bağlama açılarkən hər bağlamanın içərisindən 4 ədəd olmaqla, ümumilikdə 8 ədəd üzəri yapışqan lentlə bağlanmış selofan bağlama olduğu, həmin 8 ədəd selofan bağlama açılarkən hər bir bağlamanın içərisində narkotik vasitə heroinə oxşar maddələr olması müəyyən edilmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarının sağ yan cibindən “Vertu” markalı mobil telefon, sol arxa cibindən 8 manat 50 qəpik pul və 1 ədəd plastik bank kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi idman çantasından aşkar edilmiş 8 ədəd selofan bağlamada olan narkotik vasitə heroinə oxşar maddələr, 1 ədəd “Vertu” markalı mobil telefon və 1 ədəd plastik bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş, aşkar edilmiş 8 manat 50 qəpik pul onun özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin İran İslam Respublikasının vətəndaşı tərəfindən tanışı Təqsirləndirilən şəxs2 göndərildiyini, özünün Təqsirləndirilən şəxs2 xahişi ilə onunla birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisinə gələrək həmin narkotik vasitəni gizlədildiyi yerdən götürdüklərini, Təqsirləndirilən şəxs2 əməliyyat olunduğu üçün ağır yük götürə bilmədiyinə görə narkotik vasitəni onun daşıdığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçdığını, narkotik vasitəni gedib götürməkdə köməklik etməsinin qarşılığında Təqsirləndirilən şəxs2 ona özü istifadə etmək məqsədi ilə narkotik vasitə heroin verəcəyini qeyd etmişdir. Şəxsi axtarış və götürmə prosesi 20 sentyabr 2023-cü il tarixdə saat 23:22-də başa çatmışdır (cild 1, iş vərəqi 28-31). Məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/4965 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 6” möhür əksi, “Təqsirləndirilən şəxs1 sağ çiynindən asdığı 01 ədəd qara rəngli çantadan aşkar edilmiş...” və s. yazılar, imzalar olan bağlamadakı qara rəngli çantaya qablaşdırılmış 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1040 qram, 1070 qram, 1160 qram, 1045 qram, 1075 qram, 1030 qram, 1095 qram, ümumi təmiz çəkiləri 8525 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 8 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 8525 qram, tədqiqata sərf edildi - 0,8 qram, qalıq - 8524,2 qramdır (cild 1, iş vərəqi 42-46). Məhkəmə-narkoloji ekspertizasının 04 dekabr 2023-cü il tarixli 7928 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 159-160). Məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2023-cü il tarixli 8245 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 230-231). Məhkəmə-tibbi ekspertizasının 15 dekabr 2023-cü il tarixli 507/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində aşkar edilmiş xəsarətlər - sol bazunun, sol saidin və sol əlin İ barmağının sıyrıqları bərk küt əşyanın təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi tarixdə və şəraitdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Həmçinin Təqsirləndirilən şəxs2 müayinə olunan zaman verdiyi izahatında 05 dekabr 2023cü il həbs olunduğunu, həbs olunmamışdan 5-6 gün əvvəl ehtiyatsızlıqdan nərdivandan yıxılaraq sol yuxarı ətrafından xəsarət aldığını, tibbi yardım üçün müraciət etmədiyini və şikayətinin olmadığını bildirmişdir (cild 1, iş vərəqi 232-234). Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun 09 yanvar 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu Xidməti araşdırmalar idarəsinin 04 noyabr 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinə əlavə edilmiş axtarışda olan şəxsin saxlanılması barədə 05 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 02 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində axtarış elan edilməklə 91868/23 nömrəli axtarış işi açılmış Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal RPİ, Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən 05 dekabr 2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Yasamal RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 162). İşdə olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Rerspublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xmiü baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi vəzifəsini müvəqqəti icra edən Fariz Vəliyev tərəfindən təsdiq edilmiş 20 sentyabr 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 113-114). İbtidai istintaq orqanının 25 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 8524,2 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 102-103). Cinayət işinə əlavə edilmiş 17 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə şəxsi axtarış və götürmə prosesi videoçəkiliş vasitəsilə qeydə alınmış və videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 236-251). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2016-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 oktyabr 2019-cu il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 229). Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək, 2023-cü il sentyabr ayının 20-də Seymurun ona birlikdə "İnşaatçılar" metrostansiyasının yanına getmələrini dediyini, Seymurun həmin vaxt bir list metadon götürməli olduğunu, Seymur 15-20 metr ondan aralanandan sonra geri qayıdıb metadonu tapa bilmədiyini dediyini, həmin vaxt 5-6 nəfərin onların üstünə cumduğunu, bu zaman Seymurun qaçdığını, onun isə tutulub polis idarəsinə gətirildiyini, idarədə qara sumkanın qarşısına qoyulub həmin sumkanın ona aid olduğunu bildirildiyini, ona təsir və təzyiqlər göstərildiyini, müstəntiqə ifadə vermədiyini, tutulan zaman da izahat vermədiyini, ibtidai istintaqın qurtarması ilə bağlı sənədlərə imza etmədiyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Digər Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində 20 sentyabr 2023-cü il tarixdə narkotik tərkibli dərman götürməyə getdiyini və Musadan birlikdə getməyi xahiş etdiyini, lakin həmin yerdə dərmanın olmadığını görüb geri qayıdanda polis əməkdaşlarının olduğunu gördüyünü və polisləri görüb qaçdığını, sonrasından xəbəri olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzaladığını, müstəntiqin onun dediklərini olduğu kimi yazacağını bildirdiyini, o da, inanıb protokola imza etdiyini, xəsarətlərinin olduğunu, qolunda sıyrıqların olduğunu, Bakı İstintaq Təcridxanasına daxil olan zaman xəsarətlərinin olduğunu, lakin həmin xəsarətləri tutulan vaxt aldığını demədiyini, onun həmin yerə nəyə görə getdiyini Musanın bilmədiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin gətirdikləri dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına əsasən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20 sentyabr 2023-cü il tarixdə saat 21:20-də ünvan 3 ünvanının yaxınlığında cinayət başında müəyyən edilmiş, sonuncu həmin vaxt hadisə yerindən qaçaraq polis əməkdaşlarından yayınmağa müvəffəq olmuş, Təqsirləndirilən şəxs1 isə saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Orada həmin tarixdə saat 22:58-dən videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparılan zaman sağ çiyin nahiyəsindən asdığı qara rəngli idman çantasından satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladıqları 8 ədəd selofan bağlamada, ümumi təmiz çəkisi külli miqdarda, yəni 8525 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin şəxsi axtarış zamanı verdiyi şifahi izahatında, 21 sentyabr 2023-cü il tarixli izahatında, eyni tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində və 22 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində ondan aşkar olunmuş narkotik vasitə olan heroini tanışı Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşına sifariş verdiyini, Təqsirləndirilən şəxs2 ona narkotik vasitəni götürməsinə kömək edəcəyi halda narkotik vasitə olan heroindən istifadə üçün verəcəyini vəd etdiyini, narkotik vasitə ilə dolu çantanı Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisindən götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs2 qaçdığını, Seymurun əvvəllər də 5-6 dəfə ona istifadə etmək üçün narkotik vasitə heroin verdiyi və polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı bir təsir və təzyiqlərin olmadığını bildirmişdir. İş materialları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirlərinin keçirildiyi 20 sentyabr 2023-cü tarixdə narkotik vasitəni əldə etdikləri ünvan 3 ünvanının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılan zaman hadisə yerindən qaçmış və o, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 dekabr 2023-cü il tarixdə tutulmuşdur. O, hadisə yerindən qaçmasını sadəcə polis əməkdaşlarından qorxması ilə izah etmişdir. Təqsirləndirilən şəxs2 06 dekabr 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş və törətdiyi cinayət əməlinin səmimi etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin müdafiəçilərin iştirakı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında 07 dekabr 2023-cü il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar həmin vaxt ibtidai istintaq zamanı verdiyi ifadələrini bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli və ziddiyətli ifadələr verməsini onların məsuliyyətdən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış çoxsaylı sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Musa İğrahimov və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlamaları və daşımaları nəticəsinə gələrkən, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrində narkotik vasitələrin özlərinə məxsus olduğunu, həmin narkotikləri sosial şəbəkədən tanıdıqları Sinan adlı İran vətəndaşından əldə etdiklərini, maddi gəlir və öz istifadələri üçün narkotik vasitələr əldə etmək marağına görə həmin işi yerinə yetirməyə razılaşdıqlarını, təqsirləndirilən şəxslərin cinayət başında saxlanılaraq həbs olunmalarını, aşkar olunmuş heroin narkotik vasitəsinin kütləsinin külli miqdar həcmindən artıq olmasını nəzərə alır. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 münasibətdə cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 oktyabr 2019cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivi hesab edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ağır cinayət hesab edilən həmin əmələ görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından azad olunduqdan sonra məhkumluğu ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 20 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin vaxtdan hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Həmçinin, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 02 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, istintaqdan yayındığına görə həmin tarixdə barəsində axtarış elan edilmişdir. 05 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduqları bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 sentyabr 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 isə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 16 dekabr 2023-cü il tarixli 8245 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, məcburi müalicəyə əks göstərişi olmadığından, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 04 dekabr 2023-cü il tarixli 7928 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 kannabinoidlərdən istifadə etmə halları olsa da, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkməsi müəyyən edilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 8 bükümdə, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 8524,2 qram olan narkotik vasitə heroin məhv edilməli; - Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 55 (əlli beş) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 8 bağlamada ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 8524,2 qram olan narkotik vasitə heroin məhv edilsin; - Təqsirləndirilən şəxs1 şəxsi axtarışı zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 55 (əlli beş) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar