Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1274/2022 02.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1976-cı il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, 10 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 fevral 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti naməlum İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı olması ehtimal olunan «Şahbaz» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında olan razılaşmaya görə “Şahbaz” adlı şəxsin satış məqsədilə qanunsuz olaraq naməlum vaxtda və mənbədən əldə edib naməlum üsulla göndərmiş olduğu müəyyən edilməsi mümkün olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarlarda ümumi təmiz çəkisi 1080,005 qram narkotik vasitə heroini və külli miqdarda 167,624 qram narkotik vasitə tiryəki əldə edib yaşadığı ünvan 3 ünvanına daşımaqla satış üçün bükümlərə ayırıb, bir hissəsini - 3,005 qram narkotik vasitə heroini və 25,624 qram narkotik vasitə tiryəki üzərində, qalan hissəsini isə yaşadığı evdə saxlamış, həmçinin naməlum vaxtda və mənbədən qanunsuz olaraq bir ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu yivli silah hesab olunan Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançanı, Tokarev (TT) konstruksiyalı silahın komplekt hissəsi olan, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan 8 ədəd 7,62x25 mm kalibrli patron tutumlu bir ədəd darağı və döyüş sursatı hesab olunmaqla atəş üçün yararlı olan 05 ədəd 7,62x25 mm kalibrli Tokarev (TT) kostruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapançapulemyotların ştat patronlarını əldə edib üzərində gəzdirərək yaşadığı ünvan 3 ünvanına daşımaqla saxlamış, 10 fevral 2022-ci il tarixdə, saat 14:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi P.Məmmədov küçəsi nömrəsiz fərdi evin qarşısında Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd LD Compact markalı siqaret qutusunun içərisinə yerləşdirilmiş yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,490 qram, 0,675 qram, 0,335 qram, 0,273 qram, 0,228 qram, 0,308 qram olmaqla, ümumi təmiz çəkisi 3,005 qram külli miqdarda narkotik vasitə heroin və bir ədəd bükümdə 25,624 qram narkotik vasitə tiryək, əməliyyat axtarış tədbirlərinin davamı olaraq yaşadığı ünvan 4 ünvanındakı evə baxış keçirilən zaman yaşayış evinin yan hissəsində yerləşən yardımçı otaqda olan kreslonun arxasına qoyulmuş taxta qutunun içərisindən bir ədəd üzərində ağ və yaşıl rəngli gül şəkilləri olan sellofan torbada 1077,0 qram külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd ağ rəngli üzərində aptek sözləri olan sellofan torbada 142,0 qram külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən narkotik vasitə tiryək və bir ədəd qara rəngli polietilen torbaya qoyulmuş parçaya bükülmüş vəziyyətdə bir ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan, odlu yivli silah hesab olunan Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançanı, Tokarev (TT) konstruksiyalı silahın komplekt hissəsi olan, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan 8 ədəd 7,62x25 mm kalibrli patron tutumlu bir ədəd darağı və döyüş sursatı hesab olunan atəş üçün yararlı olan 05 ədəd 7,62x25 mm kalibrli Tokarev (TT) kostruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronları aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edib, ifadəsində göstərdi ki, özü armatur ustasıdır. 2017-ci ildən bəri narkotik vasitə istifadəçisi olmuşdur. Ağrıdığına görə narkotik istifadə etmək istəmiş, bununla bağlı tanış uşaqlara demiş, sonuncular ona nömrə vermişlər. O da zəng etmiş, danışmış, Mehdiabadda 2 saylı məktəbin yanında qalan “Bəy” ləqəbli şəxsdən narkotik almışdır. Narkotik axtardığına görə bununla bağlı telefonda yazışmaları olmuş, istifadəsində 3 ədəd mobil nömrə olmuş, lakin nömrələri yadında qalmamışdır. Telefonu da, mobil nömrələri də polislər tərəfindən götürülmüşdür. “Şahbaz” deyilən adamdan da mal götürmüş, lakin çox yox, az götürmüş və istifadə etmişdir. Polislər tərəfindən saxlanıldığı gün təxminən 10 radələrində evdə yatarkən oğlu və yoldaşı da evdə olmuşdur. Oğlu onun yanına gəlmiş, hasardan həyətə polislərin düşdüklərini demişdir. O, çölə çıxmış, polislər ona heç nə demədən idarəyə aparmışlar. Orada ona narkotik satdığını demişlər. O isə satmadığını bildirmişdir. Bundan sonra ona təsirlər edilmiş, ailəsini, uşaqlarını idarəyə gətirəcəklərini, sonuncuların telefonları ilə yazışmalar edəcəklərini və onları da tutacaqlarını bildirmişlər. O da buna görə razılaşmışdır. Bundan sonra polislər narkotik və silahı aparıb, onun it saxladığı tövləyə qoymuşlar. Polislər tərəfindən tövləsinə qoyulan narkotikə və tapançaya toxunmamış, onun ümumiyyətlə tapançası olmamışdır. Polislər onu təlimatlandırmış, o da onların göstərişləri əsasında tövlədə silah və narkotik olduğunu bildirib, oradan çıxarmışdır. Videoçəkiliş zamanı polislər necə təlimatlandırmışlarsa, o da elə demişdir. Onu 12-ci bölməyə videoçəkiliş aparılması üçün aparmışlar. Videoçəkilişdən əvvəl onu təpiklə, yumruqla döymüş və xəsarətlər yetirmiş, dişlərini tökmüşlər. Onu həkim müayinəsindən keçirməmiş, cəmi bir dəfə COVİD- 19 testindən keçirilməsi üçün onu həkimə aparmışlar. Xəsarətlərinə görə təcridxanada 3 dəfə yoxlanılmış, hətta buna görə Respublika Prokurorluğundan da nümayəndə gəlmişlər. Döyülmə faktı ilə bağlı çağırıb izahat və ifadələrini alacaqlarını demiş, lakin bundan sonra nə onu çağırıb dindirən, nə də bu barədə ona qəbul edilmiş hansısa qərar təqdim edən olmuşdur. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin və tiryək narkotik vasitələrini və metamfetamin psixotrop maddəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, çox müddətdir ki, narkotik vasitə heroin və tiryək qəbul etmişdir. Narkotik vasitə əldə edib saxlaması ilə bağlı əvvəllər həbs olunmuşdur. 2022-ci ilin fevral ayının əvvəllərində sosial şəbəkə vasitəsi ilə ona özünü İran İslam Respublikasının vətəndaşı olaraq təqdim etmiş Şahbaz adlı şəxslə tanış olmuşdur. 2022-ci ilin fevral ayının əvvəllərində pulunu sonradan ödəmək şərti ilə Şahbaz ona narkotik vasitə heroin və tiryək verəcəyini bildirmişdir. O da 2022-ci ilin fevral ayının əvvəllərində pulunu sonradan ödəmək şərti ilə Şahbazın onun üçün göndərdiyi narkotik vasitə heroini və tiryəki sonuncunun onun götürməsi üçün qoyduğu yerdən götürmüşdür. O, hələ pulunu ödəmədiyi həmin narkotik vasitələri götürüb yaşadığı ünvana qayıdan zaman həmin gün yolda dəqiq xatırlaya bilmədiyi ərazidə yerləşən zibillikdən TT markalı tapançanı, darağını və 5 ədəd patronunu tapmışdır. Tapdığı tapança, darağı və 5 ədəd patronunu yaşadığı evə gətirmiş və həyətdə yardımçı otaqda gizlətmişdir. Tapançanı yaşadığı ünvanda saxlamaqda məqsədi nə vaxtsa özümü müdafiə etmək üçün lazım olacağına dair fikri olmuşdur. Əldə etdiyi narkotik vasitənin bir hissəsini bükümlərə bölərək üzərində saxlamış, digər qismini isə yaşadığı ünvanda yardımçı otaqda gizlətmişdir. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində ünvan 5 ünvanında yerləşən evinin qarşısında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və orada öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla daşınması qadağan edilmiş qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda əyinindəki açıq mavi rəngli cins şalvarın sağ yan cibindən “LD Compact” markalı siqaret qutusunu açaraq içərisindən 7 büküm narkotik vasitə heroini və 1 bükümdə öncədən satmaq məqsədi ilə hazırladığı tiryəki, həmçinin sol arxa cibindən “Nokia” və “İphone” markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olubolmaması sualı verildikdə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan həmin bükümlərdə olan kütlənin nə olduğu soruşulduqda, o həmin maddənin narkotik vasitə olan “kakos” və “tiryək” olduğunu və həmin narkotik maddələri sosial şəbəkə vasitəsi ilə tanış olduğu +**********75 iran abonent nömrəli Şahbaz adlı İranlı şəxsdən aldığını və daha sonra bükümlər halında 10-15 manata satdığını bildirmişdir. Şahbaz adlı İranlı şəxs ona malı nisyə olaraq vermiş, o, satdıqca pulunu vermişdir. Bundan başqa şəxsi axtarış zamanı yaşadığı evdə narkotik maddələr və silah gizlətdiyini bildirmişdir. Ona yaşadığı mənzildə axtarış aparılması təklif edildikdə bu zaman heç bir etiraz etməmiş və könüllü şəkildə ərizə yazaraq yaşadığı ünıvanda axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 6 ünvanında yerləşən evinə gedilmiş və həmin ünvana çatdıqda video çəkiliş vasitəsi ilə evin həyətyanı sahəsinə axtarış aparılacağını bildirildikdə etiraz etməmişdir. Həmin vaxt polis əməkdaşları ona narkotik maddə və silahı gizlətdiyi yeri göstərməsini təklif edən zaman yaşadığı evin qapısını göstərərək polis işçilərini həyətyanı sahəsində olan yardımçı otağa tərəf aparmışdır. Birlikdə içəri daxil olduqdan sonra kreslonun arxasında gizlətdiyi taxta qutunu orada olan polis əməkdaşına təqdim etmiş, həmin vaxt polis əməkdaşları tərəfindən taxta qutuya baxış keçirilmiş və içərisindən 01 ədəd sellofanda olan narkotik vasitə heroin, 01 ədəd selofanda olan narkotik vasitə tiryək və ilk olaraq parçaya, daha sonra isə sellofana bükdüyü 5 ədəd patronu olan “TT” markalı, tapança aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitələr və bir ədəd tapança, patronlar polis əməkdaşları tərəfindən qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Axtarış və götürmənin keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar (iş vərəqə: cild İ, səh. 172-76). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi Partizan Məmmədov küçəsində “Zaur” adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün şöbə rəisinin adına 10 fevral 2022-ci il tarixdə raport yazmışdır. Şöbə rəisininin razılığı ilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün və “Zaur” adlı şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə tərəfindən 10 fevral 2022-ci il tarixdə qərar verilməklə bölmə əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin sənədlər əsasında bölmənin əməkdaşı ilə birlikdə 10 fevral 2022-ci il tarixdə, saat 14:20 radələrində əməliyyat-axtarış tədbiri keçirərkən ünvan 7 ünvanında narkotik maddələrin saxlanılmasında və qəbulunda şübhəli olan adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gətirilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə raport tərtib olunmuşdur. Polis şöbəsində tərəflərindən narkotik vasitələrin saxlanılmasında və qəbulunda şübhəli bilinməklə polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Tərəflərindən polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etmədən əyinindəki açıq mavi rəngli cins şalvarın sağ yan cibindən “LD Compact” markalı siqaret qutusunu çıxarıb qapağını açaraq içərisindən 7 büküm narkotik vasitə heroinə oxşar maddəni və 1 bükümdə narkotik vasitə tiryəkə oxşar maddəni, həmçinin sol arxa cibindən “Nokia” və “İphone” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması bağlı sual edildikdə Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin qablaşmalarda olan kütlənin nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan “kakos” və “tiryək” olduğunu, həmin narkotik maddələri +**********75 İran nömrəsi olan Şahbaz adlı iranlıdan aldığını və daha sonra bükümlər halında 10-15 manata satdığını bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik maddələr və silah gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış aparılması təklif edildikdə Təqsirləndirilən şəxs etiraz etməmiş və könüllü şəkildə ərizə yazaraq evində axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxslə birlikdə sonuncunun yaşadığı ünvan 6 ünvanında yerləşən evinə getmək təklif olunmuş və həmin ünvana çatan zaman video çəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı sahəsində axtarış aparılacağı bildirildikdə Təqsirləndirilən şəxs etiraz etməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik maddə və silahı gizlətdiyi yeri göstərməsi təklif edilən zaman sonuncu, yaşadığı evin qapısını göstərək, onları həyət yanı sahəsində olan yardımçı otağa tərəf aparmışdır. Təqsirləndirilən şəxslə birlikdə içəri daxil olduqdan sonra Təqsirləndirilən şəxs kreslonun arxasında gizlətdiyi taxta qutunu onlara təqdim etmişdir. Həmn vaxt taxta qutuya baxış keçirilmiş və onun içərisindən 01 ədəd sellofanda olan narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd sellofanda olan narkotik vasitə tiryəkə oxşar maddə və əvvəl parçaya daha sonra isə sellofana bükdüyü 5 ədəd patronu olan “TT” markalı, tapança aşkar edilərək tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri Şahbaz adlı iranlıdan aldığını, tapança və 5 ədəd patronu isə zibillikdən tapmasını bildirmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola o və şəxsi axtarış, yaşayış sahəsinə axtarışda iştirak etmiş Təqsirləndirilən şəxs da etiraz etmədən imza etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 vermiş olduğu ifadəsində məhkəmə baxışı zamanı dindirilən Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 10 fevral 2022-ci il tarixdə saat 14:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi P.Məmmədov küçəsi ev 19 A ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən siqaret qutusunun içərisinə yerləşdirilmiş yeddi ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə narkotik vasitə tiryək aşkar olunuraq götürülmüşdür (iş vərəqə: cild İ, 32-33). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, «yaşayış sahəsində axtarış və götürmə aparılması» 10 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 10 fevral 2022-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılmış Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi P.Məmmədov küçəsi ev 19 A ünvanına video çəkilişdən istifadə olunmaqla keçirilən baxış zamanı yardımçı otaqdan narkotik vasitə heroin, narkotik vasitə tiryək və bir ədəd odlu yivli silah hesab olunan Tokarev (TT) kostruksiyalı 7,62 mm kalibrli tapança, Tokarev (TT) kostruksiyalı silahın komplekt hissəsi olan, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan bir ədəd darağı və döyüş sürsatı hesab olunan atəş üçün yararlı olan 05 ədəd 7,62x25 mm kalibrli ştat patronları aşkar olunuraq götürülmüşdür. Tərtib olunmuş protokol sübut kimi qiymətləndirilib cinayət işinə əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 37- 38). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini və yaşadığı ünvanda aparılan baxış prosesini özündə əks etdirən iki ədəd CD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən siqaret qutusunu çıxarıb qapağını açaraq içərisindən 7 büküm maddəni və 1 bükümdə maddənin aşkar edilərək götürüldüyü, yaşadığı ünvan 8 ünvanda baxış aparılarkən həmin evin həyətyanı sahəsində olan yardımçı otaqda kreslonun arxasında gizlətdiyi taxta qutunun içərisindən bir ədəd üzərində ağ və yaşıl rəngli gül şəkillər olan sellofanda olan maddə, bir ədəd ağ rəngli aptek sözləri olan sellofan torbaya yerləşdirilmiş bir ədəd bükümə qablaşdırılmış maddə və bir ədəd qara rəngli polietilen torbaya qoyulmuş parçaya bükülmüş 5 ədəd patronu olan tapançanın aşkar edilərək götürüldüyü təsdiq olunur. Tədqiq olunan CD disklərə yüklənmiş videogörüntülər şəxsi axtarış aparılması barədə və yaşayış ünvanında baxış aparılması barədə 10 fevral 2022-ci il tarixli protokollara uyğundur (cinayət işinə əlavə edilmişdir). Məhkəmə baxışı zamanı tədqiq olunan, «baxış keçirilməsi haqqında» 12 fevral 2022-ci il tarixli protokollardan görünür ki, təqsirləndirən şəxs Təqsirləndirilən şəxs üstünə keçirilmiş şəxsi-axtarış və yaşadığı mənzilə keçirilmiş baxış kamera vasitəsi ilə video çəkilişlə qeydiyyata alınaraq 02 ədəd CD diskə köçürülmüş və iş materiallarına əlavə edilmişdir. Həmin video diskə keçirilən baxış zamanı da Təqsirləndirilən şəxs narkotik vasitələrin və tapançanın, tapança darağının və patronların aşkar edilərək götürülməsi tam şəkildə aydın olunur (iş vərəqə: cild İ, səh. 80; 81). Məhkəmə baxışı zamanı tədqiq olunan, «telefon zəngləri üzrə aparılmış əməliyyatlar barədə məlumatlara baxış keçirilməsi haqqında» 02 aprel 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 26 aprel 2022-ci il tarixdə AZF/LGL-5327/22 nömrəli müşayiət məktubu ilə daxil olmuş telefon danışığı cədvəlini özündə əks etdirən 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə edilmiş telefon danışıqlarına dair məlumata baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən 01 yanvar 2022-ci il tarixdə saat 15:11:16-də ***-***-**-** mobil telefon nömrəsinə «Eli tecili mene 5 butu kola lazımdır, mene cavab verde sen anavun canı» məzmununda, 01 yanvar 2022-ci il tarixdə saat 15:40:19-də ***-***-**-** mobil telefon nömrəsinə «Ne deyirsen 5 dene torpaq duzeler» məzmununda və 01 yanvar 2022ci il tarixdə 22:19:43-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Həmişə səndə olmayaqcaq ki heç eybi yox Zaur bu gün 70 manat pulum çıxıb lomkadan çıxmamışam» və 01 yanvar 2022-ci il tarixdə 20:08:55-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Zaur iki oğlumum canı hindi 100 m kömey ele mənə 3 daş, 1 kola 12-kimi sendedi 160 m varımdı 100 m çatmır bu da gözdüyür meni bu adamıda heyifdi elden buraxım» məzmununda SMS mətnləri göndərilmişdir (iş vərəqə: cild İ, səh. 131-132). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizanın 11 fevral 2022-ci il tarixli, 6/847 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi olan, bir ədəd zəfrdə və bir ədəd sellofan bağlamada olan;- üzərində “ Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd siqaret qutusunda 7 ədəd bükümdə ayrılıqda təmiz çəkisi- 0,696 qram, 0,490 qram, 0,675 qram, 0,335 qram, 0,273 qram, 0,228 qram, 0,308 qram ümumi təmiz çəkisi 3,005 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 25,624 qram tünd qəhvəyi rənglikustar üsulla hazırlanmış narkotik vasitə–tiryəkdir. – Üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş....” sözləri, soyad və imzalar qeyd edilmiş sellofan bağlamada bir ədəd bükümdə təmiz çəkisi 142,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Digər bir ədəd bağlamada təmiz çəkisi 1077,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata təqdim edilmiş ümumilikdə 8 ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş ümumilikdə 2 ədəd bükümdə olan tiryək bir-biri ilə eynilik təşkil edir (iş vərəqə: cild İ, səh. 53-57). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-ballistik ekspertizasının 11 fevral 2022-ci il tarixli 22/131 R saylı görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, keçmiş “SSRİ” dövlətində Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 05 ədəd patron zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibirli Tokarev (TT) konstruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Tokarev (TT) konstruksiyalı silahların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Darağın hissələrinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir (iş vərəqə: cild İ, səh. 59-65). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-trasoloji ekspertizasının 15 mart 2022-ci il tarixli, 3/220 saylı görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “Tokarev” (“TT”) madelli tapançanın üzərindəki zavod nömrəsini bildirən hissə dərindən silindiyindən, həmin nömrəni bərpa etmək mümkün olmamışdır (iş vərəqə: cild İ, səh. 138-141). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-narkoloji ekspertizanın 06 aprel 2022-ci il tarixli, 1626 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 142-143). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 17 fevral 2022-ci il tarixli, 011-1799-1222 saylı məktubdan görünür ki, təqdim olunmuş 01 ədəd 7,62 mm kalibrli, №-si silinmiş, Tokarev (TT) konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsi ilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 118). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının 03 iyun 2022-ci il tarixli qərarlarına əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1079,905 qram narkotik vasitə heroin, 167,524 qram narkotik vasitə tiryək və bir ədəd odlu yivli silah hesab olunan Tokarev (TT) kostruksiyalı 7,62 mm kalibrli tapança, Tokarev (TT) kostruksiyalı silahın komplekt hissəsi olan bir ədəd daraq və 05 ədəd 7,62x25 mm kalibrli Tokarev (TT) kostruksiyalı tapançaların, PPŞ-PPS kostruksiyalı tapança-pulemyotların ştat patronları (ekspertiza tədqiqatından sonra qalıq 02 ədəd patron) iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu RPİ-nin saxlama kamerasında saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzilə baxış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd - cəmi 03 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 147-155; 157-158). Məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 12-ci PŞ-nin “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 10 fevral 2022-ci il tarixli qərarı Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında araşdırılmış və bu zaman qanun pozuntusuna yol verilmədiyi müəyyənləşdirilmişdir (iş vərəqə: cild İ, səh. 79). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh. 180-181). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «tiryək» narkotik vasitəsinin isə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 50 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 1080,005 qram, tiryək narkotik vasitəsinin təmiz çəkisi isə 167,624 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərindən dəfələrlə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 1080,005 qram, tiryək narkotik vasitəsinin təmiz çəkisinin isə 167,624 qram olmaqla külli miqdar təşkil etməsi, aşkar edilib götürülmüş narkotik vasitələrin müxtəlif növlərdə olması, xırda bükümlərə bölünməsi və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması prosesində təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən özünün istifadəsi ilə yanaşı, həm də satışı ilə məşğul olması barədə səmimi etirafları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm heroin narkotik vasitəsini, həm də tiryək narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs odlu yivli silah hesab olunan Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançanı, Tokarev (TT) konstruksiyalı silahın komplekt hissəsi olan, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan 8 ədəd 7,62x25 mm kalibrli patron tutumlu bir ədəd darağı və döyüş sursatı hesab olunan atəş üçün yararlı olan 05 ədəd 7,62x25 mm kalibrli Tokarev (TT) kostruksiyalı tapançaların, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotların ştat patronlarını əldə edib daşıması və saxlaması, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq heroin və tiryək narkotik vasitələrini külli miqdarda əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülmüş heroin və tiryək narkotik vasitələrinin, həmçinin odlu silahın ona aid olmaması, polis tərəfindən təzyiqlər altında boynuna qoyulması, ona qarşı işgəncə metodlarından istifadə olunması, döyülməklə xəsarətləndirilməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə göstərdiklərini onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər, o cümlədən işgəncə faktı, bədən xəsarətləri alması məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Bundan başqa, Təqsirləndirilən şəxs saxlanılmasından sonra PŞ-də döyülməsi, xəsarətlənməsi ilə əlaqədar məhkəmə araşdırması aparılmışdır. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon Prokurorluğundan Məhkəməyə daxil olan 29 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman döyülməsi barədə müraciəti Bakı şəhəri Sabunçu rayon Prokurorluğunda araşdırılmış, materiala əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 1072 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarətin aşkar edilməməsi müəyyən edilmiş, toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəza müddəti bitdiyi üçün o, 24 iyul 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: cild İ, səh 127-129). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs haqqında olan demoqrafik məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu məhkumluğun ödənilməsi üçün Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində tələb olunan prosessual müddətlər keçmədiyindən baxılan cinayət işi üzrə törədilmiş yeni cinayətə münasibətdə ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət (burada: Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu, cəza çəkməkdən faktiki azad olunduğu 17 mart 2020-ci il tarixdən baxılan iş üzrə hadisənin baş verdiyi 10 fevral 2022-ci il tarixə, bunun üçün qanunla müəyyən olunan 2 il keçmədiyindən, ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməli az ağır cinayətlər kateqoriyasına aid olduğu üçün onun məhkumluğu 17 mart 2022-ci il tarixdə ödənilməli idi. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Daha sonra həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu və bu məhkumluğun doğuracağı hüquqi nəticələrlə bağlı məhkəmə qeyd edir ki, onun Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli hökmünə əsasən təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi hökmün çıxarıldığı tarixdə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olmuşdur və həmin hökmlə Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinin tələblərinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət (burada: Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri) törətməsi cinayətin residivini yaradır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cinayətlərin residivinə və məcmusuna görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, …….. az ola bilməz. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2022-ci il tarixli, 1626 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin residivini yaratması, onun əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri olaraq ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 12 fevral 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 fevral 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 fevral 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1079,905 qram narkotik vasitə heroin, 167,524 qram narkotik vasitə tiryək məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzildə axtarış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd - cəmi 03 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır; - Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd odlu yivli silah hesab olunan Tokarev (TT) kostruksiyalı 7,62 mm kalibrli tapança, Tokarev (TT) kostruksiyalı silahın komplekt hissəsi olan bir ədəd darağı və 7,62x25 mm kalibrli Tokarev (TT) kostruksiyalı tapançaların, PPŞ-PPS kostruksiyalı tapançapulemyotların ekspertiza tədqiqatlarından sonra qalıq qalan 02 ədəd ştat patronları Azərbaycan Respublikası DİN-nin Təchizat Baş İdarəsinə təhvil verilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 130,00 (bir yüz otuz) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 10 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 1079,905 qram narkotik vasitə heroin, 167,524 qram narkotik vasitə tiryək məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, yaşadığı mənzildə axtarış və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd - cəmi 03 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Azərbaycan Respublikası DİN-in Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd odlu yivli silah hesab olunan Tokarev (TT) kostruksiyalı 7,62 mm kalibrli tapança, Tokarev (TT) kostruksiyalı silahın komplekt hissəsi olan bir ədəd darağı və 7,62x25 mm kalibrli Tokarev (TT) kostruksiyalı tapançaların, PPŞ-PPS kostruksiyalı tapançapulemyotların ekspertiza tədqiqatlarından sonra qalıq qalan 02 ədəd ştat patronları Azərbaycan Respublikası DİN-nin Təchizat Baş İdarəsinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 130,00 (bir yüz otuz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1274/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1274/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver