Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1274/2024 22.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X9, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs nümayəndəsi (order əsasında) - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham olunmasına dair işə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Belə ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs təxminən 2016-cı ilin yay ayında öz cinsi ehtirasını pozğuncasına təmin etmək məqsədi ilə faktiki yaşadığı ünvan 1 ünvanında yerləşən evində onun üçün aşkar surətdə on dörd yaşına çatmayan və həmin yaşda cinsi əlaqənin məna və xarakterini dərk etmək qabiliyyətinə malik olmadığına görə köməksiz vəziyyətdə olan bacısı -xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı pozğun niyyətini həyata keçirmək məqsədi ilə sonuncuya kompyuter oyunları oynamağa razılıq verəcəyini vəd edərək Zərərçəkmiş şəxs iki ayağının arasında oturdaraq əynində paltar olduğu halda sərtləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa hissəsinə sürtməklə cinsi ehtirasını pozğun şəkildə təmin etmiş, bundan təxminən bir neçə gün sonra, yenidən cinsi ehtirasını pozğun şəkildə təmin etmək üçün həmin evin mətbəxində Zərərçəkmiş şəxs arxa hissədən qucaqlayaraq sonuncunun iradəsinə zidd olaraq onda cinsi ehtiras hislərini oyatmaq üçün əynində paltar olduğu halda cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa hissəsinə sürtərək əlləri ilə döşlərini sığallamaqla cinsi ehtirasını pozğun şəkildə təmin elmiş, bundan təxminən bir neçə gün sonra yenidən evdə heç kim olmayan zaman Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq zorla həmin evin eyvanında yerləşən boş otağa apararaq Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq divara sıxdıqdan sonra əvvəlcə öz şalvarını, daha sonra isə Zərərçəkmiş şəxs əynində olan şalvarını və tumanını çıxarıb sərtləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etmədən ətrafına sürtərək, döşlərini əlləyib öpməklə spermasını Zərərçəkmiş şəxs üzərinə və divara boşaldaraq cinsi ehtirasını pozğun şəkildə təmin etmiş, eləcə də 2022-ci ilin təxminən yay ayında yaşadığı evdə heç kim olmayan zaman Zərərçəkmiş şəxs yenidən iradəsinə zidd olaraq zorla valideynlərinin yataq otağına aparıb çarpayının üzərinə uzadaraq sonuncunun əynində olan paltarları çıxartdıqdan sonra sərtləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına rahat daxil edə bilməsi üçün tüpürcəyi ilə Zərərçəkmiş şəxs cinsiyyət orqanını islatdıqdan sonra sərtləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edərək təbii yolla cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmaqla cinsi ehtirasını pozğun şəkildə təmin etmiş, habelə xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda mütəmadi olaraq Zərərçəkmiş şəxs qarşı pozğun hərəkətlərini davam etdirərək sonuncunun iradəsinə zidd olaraq dəfələrlə təbii və qeyri-təbii yolla Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olaraq cinsi ehtirasını pozğun şəkildə təmin etməklə sonuncunun arxa keçəcəyində qeyri-təbii yolla əlaqədə olmanı göstərən əlamətlər yaradaraq Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı X9 şifahi vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı şifahi vəsatətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə cavab vermir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs cinsiyyət orqanını yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edərək təbii yolla cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmaqla cinsi ehtirasını pozğun şəkildə təmin etməsi, habelə xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda mütəmadi olaraq Zərərçəkmiş şəxs qarşı pozğun hərəkətlərini davam etdirərək sonuncunun iradəsinə zidd olaraq dəfələrlə təbii və qeyri-təbii yolla Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olaraq cinsi ehtirasını pozğun şəkildə təmin etməklə sonuncunun arxa keçəcəyində qeyri-təbii yolla əlaqədə olmanı göstərən əlamətlər yaradaraq Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi göstərilmişdir. Belə olduğu təqdirdə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsi qeyri-müəyyən xarakter daşıyır, bu qeyri-müəyyənlik isə cinayət prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Bu pozuntular isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulmuş kobud prosessual pozuntuları təşkil edir. Bundan başqa, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 yazılı vəsatətlə məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Müdafiəçi yazılı vəsatətini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma natamam və qüsurlu aparılmış, bunun nəticəsində hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, Təqsirləndirilən şəxs ilkin etirafedici ifadəsini işgəncə nəticəsində məcbur qalaraq vermiş, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ibtidai istintaqın gedişində müxtəlif dövlət orqanlarına müraciət edərək Təqsirləndirilən şəxs ona qarşı cinayət törətmədiyini bildirsə də, ibtidai istintaq orqanı göstərilən hissədə heç bir araşdırma aparmamış, ziddiyyətli məsələləri aradan qaldırmamış, bundan başqa, cinayət işinin hər tərəfli və obyektiv aparılması məqsədi ilə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-13-4-2/2-8050/2023 saylı tapşırıq verilsə və həmin tapşırıqda çoxlu sayda göstəriş göstərilsə də, cinayət işinin ibtidai istintaqını aparan müstəntiq tərəfindən tapşırıqda göstərilən məsələlərə baxılmamış və bu istiqamətdə heç bir araşdırma aparılmamış, eləcə də cinayət işinə əlavə edilmiş 3 (üç) ədəd CD diskin zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq orqanına təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixdə disklərə baxış keçirilməsi barədə protokol tərtib edilsə də, bu protokoldakı imza - zərərçəkmiş şəxsin imzasına oxşamır, bu isə o deməkdir ki, həmin prosessual hərəkət həqiqəti əks etdirmir. Göstərilənlər isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində nəzərdə tutulmuş kobud prosessual pozuntunu, yəni müdafiə hüququnun pozuntusunu təşkil edir. Bundan başqa, məhkəmə hazırlıq iclasında Müdafiəçi2 yenidən yazılı vəsatətlə məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasını məhkəmədən xahiş etmişdir. Müdafiəçi yazılı vəsatətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə prosessual əsaslar olmamış və hazırda da onun həbsdə saxlanılmasına prosessual əsaslar yoxdur, habelə təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağı var, onun məhkəmədən qaçıb gizlənmək kimi niyyəti yoxdur, hər zaman çağırışlara əməl edəcək. Bundan başqa, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi3 yazılı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən xitam verilməsini və ibtidai istintaqı həyata keçirən müstəntiq Rafiq Qarayevin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlama məsələsinin həlli üçün Baş prokuror qarşısında məsələ qaldırılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi vəsatətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı obyektiv aparılmamış, cinayət işinin hər tərəfli və obyektiv aparılması məqsədi ilə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-13-4-2/2- 8050/2023 saylı tapşırıq verilsə və həmin tapşırıqda çoxlu sayda araşdırılmalı olan hallar göstərilsə də, cinayət işinin ibtidai istintaqını aparan müstəntiq tərəfindən tapşırıqda göstərilən məsələlərə baxılmamış və bu istiqamətdə heç bir araşdırma aparılmamış, nəticədə təqsirləndirilən şəxsə qarşı qanunsuz və əsassız ittiham irəli sürülmüş, bu isə onda ifadə olunmuşdur ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı qardaşı Təqsirləndirilən şəxs tərəfindən heç bir cinayət əməli törədilməmiş və ona görə də Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin bu kobud pozuntulara yol vermiş müstəntiq Rafiq Qarayevin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlama məsələsinin həlli üçün Baş prokuror qarşısında məsələ qaldırılmalıdır. Məhkəmə verilmiş şifahi vəsatətdə və hər 3 (üç) yazılı vəsatətdə göstərilmiş dəlilləri cinayət işinin materialları əsasında yoxlayıb və verilmiş vəsatətlərlə bağlı cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib, belə nəticəyə gəlir ki, dövlət ittihamçısı tərəfindən cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə verilmiş şifahi vəsatət və müdafiəçi tərəfindən cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə verilmiş yazılı vəsatət əsaslı olduğundan təmin edilməli, müdafiəçi tərəfindən hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə verilmiş yazılı vəsatət və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən xitam verilməsi, ibtidai istintaqı həyata keçirən müstəntiq Rafiq Qarayevin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlama məsələsinin həlli üçün Baş prokuror qarşısında məsələ qaldırılması barədə yazılı vəsatətlər əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə verilmiş şifahi vəsatətlə bağlı ilk növbədə qeyd edilməlidir ki, ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə səlahiyyətli prokuror tərəfindən təsdiq edilmiş ittiham aktının nəticəvi hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, ittihamın məzmunu qeyri-müəyyən xarakter daşıyır və bu qeyri-müəyyənlik onda ifadə olunur ki, ittiham aktını tərtib etmiş müstəntiq bir tərəfdən təqsirləndirilən şəxsə qarşı aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi nəticəsinə gəldiyi halda, digər tərəfdən təqsirləndirilən şəxsin cinsiyyət orqanını yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edərək təbii yolla cinsi əlaqədə olması, habelə xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda mütəmadi olaraq Zərərçəkmiş şəxs ilə iradəsinə zidd olaraq dəfələrlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olması nəticəsinə gəlmişdir. Cinayət hüququ nəzəriyyəsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149, 150 və 152-ci maddələrinə əsasən – zor tətbiq etməklə və sair üsullarla cinsi əlaqədə olma, seksual xarakterli zorakılıq hərəkətləri və on altı yaşına çatmayan şəxslə cinsi əlaqə olma xarakterinə, mahiyyətinə, nəticəsinə və törədilmə üsullarına görə fərqli əməllərdir və qeyd edilən əməllərin differensasiyasının aparılması mütləqdir. Yəni təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın mahiyyəti ibtidai istintaq orqanının gəldiyi nəticəyə tamamilə ziddir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqə olması, habelə xx.xx.2023-cü il tarixədək müxtəlif vaxtlarda mütəmadi olaraq Zərərçəkmiş şəxs ilə iradəsinə zidd olaraq dəfələrlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olması nəticəsinə gəldiyi halda göstərilən məsələlərlə bağlı təqsirləndirilən şəxsə ittiham elan etməmişdir. Başqa sözlə, cinayət işi üzrə tərtib edilmiş, sonradan isə təsdiq edilmiş ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələbinə cavab vermir. Yəni ittiham aktının nəticəvi hissəsində cinayət qanununun maddəsi göstərilsə də, göstərilən maddə ittihamın təsvirinə uyğun gəlmir, əksinə tamamilə ziddir. İttiham aktının nəticəvi hissəsində göstərilmiş qeyri-müəyyənlik cinayət prosessual qanunvericiliyin tələbinə cavab verməməklə yanaşı, həmçinin təqsirləndirilən şəxsin müdafiə hüququnu pozan haldır. Müdafiə hüququnun pozuntusu isə həm təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini başa düşməməsində, həm də ittiham üzrə səmərəli müdafiəsini təşkil edə bilməməsində ifadə olunur. Cinayət işinə xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair məhkəmə tərəfindən müəyyən edilmiş pozuntular ona dəlalət edir ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin imperativ tələbləri kobud şəkildə pozulmuş, başqa sözlə, ibtidai araşdırma zamanı CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual 289 maddəsinin tələbinə uyğun olmadıqda, cinayət işinə xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Eləcə də CPM-nin 223.3.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, CPM-nin 223.4-cü maddəsinə əsasən həmin qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın mətnindən, eləcə də məzmunundan aydın görünür ki, CPM-nin 223.3.2 və 289.4cü maddələrinin tələbləri pozulmuşdur. Odur ki, dövlət ittihamçısı tərəfindən cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə verilmiş şifahi vəsatət əsaslı olduğundan təmin edilməlidir. Müdafiəçi tərəfindən cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə verilmiş yazılı vəsatətlə bağlı məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən ibtidai araşdırma natamam aparılmışdır. Belə ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək cinayət barədə məlumat versə də, xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-yə müraciət edərək 1-ci Polis Şöbəsinə yalan məlumat verdiyi bildirmişdir. İbtidai istintaq orqanı qısa müddət ərzində yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin fərqli məzmunda məlumat verməsini ətraflı və hər tərəfli yoxlamamış, bununla bağlı zəruri istintaq hərəkətlərini keçirməmişdir. Halbuki qeyd edilən halların aydınlaşdırılması cinayət işinin obyektiv araşdırılmasına xidmət edən başlıca amildir. Belə ki, zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmaması ona qanunsuz təsirin göstərilməsini daha da asanlaşdıran haldır. Məsələ ondadır ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Xəzər rayon prokurorluğuna müraciət edərək onun qardaşı Təqsirləndirilən şəxs barəsində yalan məlumat verməsinin (əxlaqsız hərəkətlər etməsinin) səbəbi kimi - X4 ilə əlaqələndirmişdir. Bu səbəbdən də göstərilən məsələ mütləq qaydada əlavə araşdırmanın predmetini təşkil etməklə, araşdırılmalıdır. Bundan başqa, cinayət işinə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs Gülhanə X1 adlı şəxsin polis əməkdaşları ilə əlbir olub qanunsuz şəkildə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsinə nail olması, habelə digər qanunsuz əməlləri barədə məlumat verilməsini əks etdirən çoxsaylı şikayətləri (həmin şikayətlərə müxtəlif yazışmalar, yəni sms mətnləri və “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aparılmış mesajların mətnləri əlavə edilmişdir) əlavə edilsə də, ibtidai istintaq orqanı göstərilən hissədə ümumiyyətlə araşdırma aparmağa cəhd belə etməmişdir. xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə qəbul edilmiş qərar əsasında X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham elan etmək üçün barəsində axtarış elan edilməsi və tutulması qərara alınsa da, onun olduğu yeri müəyyən etmək mümkün olmadığından İlahi Əlizadədən yuxarıda göstərilən ziddiyyətli hallar araşdırılmamış olaraq qalmışdır. Eyni zamanda cinayət işinə İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki İsmayıl Əliyev tərəfindən hazırkı cinayət işi üzrə qəbul edilmiş tapşırıq əlavə edilsə və həmin tapşırıqda Zərərçəkmiş şəxs ilə bacısı Gülbahar Hacıbalayeva arasında olması ehtimal edilən telefon danışığına aid səs yazısına cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun baxış keçirilməklə ətraflı və müfəssəl tədqiq edilməsi, tərəflərin həmin səs yazısına münasibətlərinin aydınlaşdırılması, Zərərçəkmiş şəxs ilə bacısı Gülbahar Hacıbalayevanın ifadələri arasındakı əhəmiyyətli ziddiyyətlərin aradan qaldırılması, Zərərçəkmiş şəxs əvvəlki və sonrakı ifadələri arasındakı ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə onun, qardaşı Qurbanın və İlahi Əlizadənin hadisələr baş verən dövrdə istifadələrində olan mobil telefon nömrələrin müəyyən edilməsi, sms mətnlərin götürülməsi və bu qəbildən sair halların, eləcə də sair çoxlu sayda iş üzrə əhəmiyyət kəsb edən halların araşdırlması göstərilsə də, ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən faktiki olaraq həmin tapşırıq icra edilməmişdir. Halbuki sözügedən tapşırıqda göstərilən halların aydınlaşdırılması iş üzrə obyektiv nəticəyə gəlmək üçün mühüm vasitələrdən biri kimi çıxış edir. Belə ki, həmin tapşırıqda əlavə sübutların əldə edilməsi ilə yanaşı, həmçinin ibtidai istintaq orqanı tərəfindən artıq əldə edilmiş sübutların qanuniliyinin və əsaslılığının ətraflı şəkildə yoxlanılması barədə göstərişlər verilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə cinayət işindən materialın ayrılması barədə qərar qəbul edilməklə Təqsirləndirilən şəxs Xəzər RPİ-də polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı araşdırmanın aparılması üçün Bakı şəhər Xəzər rayon prokurorluğuna müraciət edilsə də, göstərilən hissədə araşdırmanın nəticəsi barədə qəbul eidlmiş qərar cinayət işinə əlavə edilməmişdir. Bu səbəbdən də göstərilən hissədə araşdırmanın aparılması təmin edilməli və araşdırmanın nəticəsinə dair qəbul edilmiş və ya qəbul ediləcək qərar cinayət işinə əlavə edilməklə, həmin qərar əsasında əldə olunacaq nəticə əsasında iş üzrə ziddiyyətli məsələlərə hüquqi qiymət verilməlidir. Həmçinin Müdafiəçi2 tərəfindən ibtidai istintaqın sonunda İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki İsmayıl Əliyev tərəfindən qəbul edilmiş tapşırıqda öz əksini tapmış məsələlərlə bağlı çoxlu sayda vəsatət verilsə də, müstəntiq tərəfindən bunun izahı verilmədən verilmiş əsaslı vəsatətlər əsassız şəkildə rədd edilmişdir. Bu hissədə qeyd edilməlidir ki, həm tapşırıqda, həm də müdafiə tərəfinin vəsatətlərində əksini tapmış məsələlərin araşdırılması çoxsaylı istintaq hərəkətlərinin həyata keçirilməsi yolu ilə həll edilə bilər. Bu məsələlərin məhkəmədə araşdırılması isə həddən artıq uzun müddət tələb edəcək. Ona görə də müdafiə tərəfinin vermiş olduğu əsaslı vəsatətlərə məhz cinayət işi üzrə keçiirləcək əlavə araşdırma zamanı baxılmalı və vəsatətdə göstərilən məsələlər həll edilməlidir. Beləliklə, yuxarıda göstərilənlər ona dəlalət edir ki, ibtidai istintaq orqanı cinayət işi üzrə hər tərəfli və obyektiv araşdırma aparmamış, iş üzrə gəldiyi nəticə isə ziddiyyətlidir və ona görə də iş üzrə əlavə araşdırma aparılmaqla, ziddiyyətli məqamlara İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovniki İsmayıl Əliyev tərəfindən qəbul edilmiş tapşırıqda öz əksini tapmış məsələlərin istintaq hərəkətlərinin keçirilməsi yolu ilə aydınlıq gətirmək olar. Odur ki, göstərilən xüsusatlar nəzərə alınmaqla müdafiəçi tərəfindən cinayət işinə baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə verilmiş yazılı vəsatət əsaslı hesab olduğundan təmin edilməlidir. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətə gəldikdə isə məhkəmə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət əməlinin xüsusilə ağır cinayət kateqoriyasına aid olmasını, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin eyni ünvanda qeydiyyatda olmaqla, yaşamasını, zərərçəkmiş şəxsin yaşını, zərərçəkmiş şəxsin ibtidai araşdırma zamanı ilkin ifadəsini və cinayət işi üzrə mövqeyini dəyişməsini məcmu halda nəzərə alaraq belə hesab edir ki, onun barəsində həbs qətimkan ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qanunsuz təsir göstərmək və yeni cinayətlər törətmək riskini artıracaq. Odur ki, müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatət hazırkı mərhələdə əsassız olduğundan təmin edilməməlidir. Zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işi üzrə icraata xitam verilməsi və ibtidai istintaqı həyata keçirən müstəntiq Rafiq Qarayevin barəsində Azərbaycan Respublikası Cİnayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlama məsələsinin həlli üçün Baş prokuror qarşısında məsələ qaldırılması barədə vəsatətlə bağlı məhkəmə qeyd edir ki, vəsatətdə göstərilən məsələlər hazırkı mərhələdə cinayət işi üzrə icraata xitam verilməsinə əsas kimi cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmadığından və cinayət işi üzrə icraata xitam verilməsi üçün əsas kimi çıxış etmədiyindən həmin vəsatət təmin edilə bilməz. Həmçinin məhkəmə cinayət işinə xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması nəticəsinə gəldiyindən nümayəndə tərəfindən verilmiş vəsatətdəki məsələlər əlavə araşdırmanın predmeti olmalı və əlavə araşdırma zamanı iş üzrə ətraflı araşdırma aparılmalıdır. Odur ki, nümayəndə tərəfindən verilmiş vəsatət hər iki hissədə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilən ziddiyyətli məsələlərə müstəntiq tərəfindən iş üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərarda hüquqi qiymət verilməyə cəhd edilsə də, qüsurlu şəkildə və kobud qanun pozuntuları ilə aparılmış ibtidai araşdırmanın nəticəsi bəsit şəkildə, yəni əlavə araşdırma aparılmadan və əsaslandırılmadan aradan qaldırıla bilməz. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən göstərilən pozuntular müdafiə hüququnun kobud şəkildə pozulmasını təsdiq edən məsələlər olduğundan bu pozuntular müstəntiq tərəfindən yenidən sübutların qiymətləndirilməsi barədə qərar çıxarılmaqla aradan qaldırıla bilməz, belə bir cəhd isə məhkəmə tərəfindən müəyyən edilərək təsdiq edilmiş kobud pozuntuların qanunsuz şəkildə ört-basdır edilməsinə səbəb olacaq. Bu səbəbdən də göstərilən hissədə obyektiv və ətraflı əlavə araşdırma aparılmalı, bu araşdırma isə çoxsaylı zəruri prosessual hərəkətlərin keçirilməsi vasitəsi ilə aparılmalıdır. Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) kimi hüququ var. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə görə təqsirkar şəxsin təmin edilən minimal müdafiə hüquqları arasında şəxsin nədə ittiham olunduğunu bilməsi hüququ var. Bu hüquq cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar sırasına daxildilər, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun deyil, eləcə də məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ümumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu kobud şəkildə pozmuş və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması) kobud qanun pozuntuları hesab edilirlər və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in 289-cu maddəsində nəzərdə tutulan qaydada ittiham aktının tərtibi ilə bağlı ən ilkin tələblərin pozulması, həmin maddənin ən ümumi tələbləri olaraq ittiham aktında göstərilməli olan məsələlərin düzgün göstərilməməsi, ittiham aktının həmin maddəyə uyğun tərtib edilməməsi və bunların nəticəsində Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması özü-özlüyündə cinayət işinin ibtidai istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsini ehtiva edir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İrəli sürülmüş ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməməsi, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün düzgün dəlillər irəli sürməsini çətinləşdirir ki, bu da onun müdafiə hüququnun pozulmasına səbəb olur. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməməsi məhkəmə tərəfindən CPM-in 303.3.1-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin müdafiə hüququnun və CPM-nin imperativ tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Qeyd edilənlər bir daha onu göstərir ki, ibtidai araşdırmanın ilkin mərhələsindən başlayaraq Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusu hesab edilir və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəməyədək icraat zamanı bir sıra qanun pozuntularına yol verildiyindən Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: - Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ciddi əsaslar vardır. - Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə yuxarıda qeyd edilmiş halları və dəlilləri məcmu halda nəzərə alaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntusuna yol verildiyindən, yəni Təqsirləndirilən şəxs müdafiə hüququ kobud şəkildə pozulduğundan və ittiham aktı CPM-nin 289-cu maddəsinin tələblərinə cavab vermədiyindən onun barəsində olan cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və həmin Məcəllənin 306.2.2-ci maddəsinə əsasən isə cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə müraciət etdikdə məhkəmə həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 159-cu maddəsinin müddəalarına görə təqsirləndirilən şəxslərin həbsdə saxlama müddətləri müstəsna hallarda məhkəmə tərəfindən uzadıla bilər. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün kifayət qədər müddət tələb olunur. Ona görə də məhkəmə cinayət işinin mürəkkəbliyini və yol verilmiş kobud qanun pozuntusunun aradan qaldırılması üçün həyata keçirilməli olan prosessual hərəkətlərin keçirilməsinin tələb olunmasını, habelə təqsirləndirilən şəxsin ağır cinayət törətməkdə təqsirləndirilməsini, onun azadlıqda qalacağı halda istintaqdan gizlənməsinə və cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmasına dair kifayət qədər əsasların olduğunu, eləcə də onun tərəfindən yeni cinayətlərin törədilməsi barədə real təhlükənin olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 22 yanvar 2024-cü il tarixdən 1 (bir) ay müddətinə, yəni 22 fevral 2024-cü il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.2, 303.3.1 və 303.3.6-cı maddələrini rəhbər tutub məhkəmə qərara aldı:
1. Dövlət ittihamçısı X9 tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə şifahi vəsatəti və Müdafiəçi2 tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə yazılı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntusuna yol verildiyindən, bu pozuntunun tam şəkildə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna qaytarılsın.
2. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə yazılı vəsatəti hazırkı mərhələdə əsassız olduğundan təmin edilməsin.
3. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən xitam verilməsi və ibtidai istintaqı həyata keçirən müstəntiq Rafiq Qarayevin barəsində Azərbaycan Respublikası Cİnayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlama məsələsinin həlli üçün Baş prokuror qarşısında məsələ qaldırılması barədə yazılı vəsatəti əsassız olduğundan təmin edilməsin.
4. Barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti xx.xx.2024-cü il tarixdən 1 (bir) ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılsın.
5. Qərarın surəti dövlət ittihamçısına, təqsirləndirilən şəxsə, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinə, zərərçəkmiş şəxsin nümayəndəsinə və müdafiəçiyə göndərilsin.
Sədrlik edən Əli Məmmədov
Hakimlər Səbinə Məmmədzadə
Azad Məcidov