Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1275/2023 17.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Neft Qaz Tikinti Trestində quraşdırıcı işləyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Şərifov küçəsi, ev 6-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istintaqa məlum olmayan bank hesabına 95 manat pul köçürdükdən sonra sonuncunun Bakı şəhəri, Qaradağ rayonu ərazisində istintaqla müəyyən olunmayan vaxtda və qaydada yerləşdirdiyi 05 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 0,829 qram, 0,826 qram, 0,798 qram, 0,428 qram, 0,214 qram olmaqla ümumi təmiz çəkisi 3,095 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroini 10 yanvar 2023-cü il tarixdə, səhər saatlarında həmin yerdən götürüb əldə etməklə üzərində saxlayaraq daşımış, 11 yanvar 2023-cü il tarixdə, saat 23:05 dəqiqədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “Nur Market”in yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 05 ədəd ayrı-ayrı bükümlərdə təmiz çəkiləri 0,829 qram, 0,826 qram, 0,798 qram, 0,428 qram, 0,214 qram olmaqla ümumi təmiz çəkisi 3,095 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Belə ki, o,dənizçi olmuş, Neft şirkətində işləmiş, yaxşı əmək haqqı almış, ayın 15 gününü dənizdə, 15 gününü isə quruda olmuşdur. Subaydır, narkotik vasitə və psixotrop maddələrdən asılılığı olduğu üçün ayrı-ayrı şəxslərdən və yerlərdən əldə edərək istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə səhər saatlarında Qaradağ rayonu ərazisindən sosial şəbəkələrdən tanış olduğu, lakin adını bilmədiyi şəxsin göndərdiyi vasitələri Bakı şəhəri, Qaradağ rayonu ərazisindən ona göndərilən şəkillər əsasında həmin yerə gedib ağ rəngli kağıza bükülmüş vəziyyətdə 01 ədəd siqaretin qızılı kağızına, 01 ədəd siqaretin gümüşü kağızına və 03 ədəd şəffaf sellofana bükülmüş heroini götürmüşdür. Lakin o, həmin şəxsin bildirdiyi bank kartına köçürdüyü 95 manat pula metamfetamin sifariş vermiş, nədənsə həmin şəxs ona heroin satmışdır. Hətta o, həmin şəxslə Vatsap proqramı vasitəsi ilə əlaqə saxlayaraq bu barədə bildirdikdə həmin şəxs ona yenidən məkan bildirəcəyini, əldə etdiyi narkotik vasitələri həmin yerə geri qoymasını, əvəzində metamfetamin götürəcəyini bildirmişdir. Bundan sonra 10 yanvar 2023-cü il tarixdə saat 23:05 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən “Nur Market”in yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək Yasamal Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Bakı Şəhər Yasamal RPİ-nin inzibati binasına aparmışlar. Ona bu zaman fiziki zor və ya psixoloji təzyiqlər olmamışdır. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə polisə getmişlər. Orada onu təhqiqatçıya təqdim etmişlər. Sonuncu vəkil dəvət etməklə üzərinə baxış keçirmişdir. Baxış zamanı o, könüllü olaraq şalvarının sağ yan cibində olan ağ rəngli kağıza bükülmüş vəziyyətdə 01 ədəd siqaretin qızılı kağızına, 01 ədəd siqaretin gümüşü kağızına və 03 ədəd şəffaf sellofana bükülmüş heroini, cəmi 5 büküm heroini təqdim etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin CAŞnin əməliyyat müvəkkili, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanıyır. Belə ki, həmkarı Şahid1 xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində mütəmadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələri əldə etməsi, saxlanması və qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və polis əməkdaşı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri Şahid1 təyin edilmişdir. Həmin gün saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, DöBünyadzadə küçəsində yerləşən «Nur» marketin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşaraq özlərini təqdim edərək onun narkotik vasitələrin dövriyyəssi ilə məşğul olmasından şübhələndiklərini bildirib ona Yasamal RPİ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə idarəyə gəlmiş, orada onu təhqiqatçıya təqdim etmişlər. Bundan sonra təhqiqatçının dəvət etdiyi vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən könüllü və sərbəst olaraq şalvarının sağ yan cibindən qızılı rəngli siqaret kağızına, gümüşü rəngli siqaret kağızına və 3 ədəd şəffaf sellofana bükülmüş bükümləri təqdim etmişdir. Həmin bükümlər açıldıqda ağ rəngdə olan şüşə qırıntılarına bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərlə bağlı bildirmişdir ki, bükümlərin hamısının içərisində metamfetamindir, həmin metafmetamini bir gün əvvəl Qaradağ rayonu ərazisindən telefonuna göndərilmiş ərazinin şəkli əsasında tapıb cibinə qoymuşdur ki, özü istifadə etsin. Bu maddəni ona göndərən şəxsin kartına 95 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs qarşı o və həmkarları heç bir fiziki təsir göstərməmiş, onun üzərinə heç nə qoymamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin sabiq əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, hal-hazırda iş yerini dəyişmişdir, lakin hadisə baş verən zaman Yasamal RPİ-də xidmət etmişdir. 10 yanvar 2023-cü il tarixdə ona Bakı şəhəri, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair tərəfindən qərar qəbul edilmiş, bununla bağlı o və həmkarı Yasamal RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və elə həmin tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, «Nur» marketin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilərək onlar tərəfindən saxlanılaraq Yasamal RPİ-nə gətirilmişdir. Burada Təqsirləndirilən şəxs idarənin baş təhqiqatçısı Orxan Əliyevə təqdim etmişlər. Təhqiqatçı müdafiəçi dəvət edərək Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edərək onu şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra videoçəkiliş aparmaqla müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı təhqiqatçının üzərində olan əşyaları təqdim etmə təklifinə əsasən Təqsirləndirilən şəxs şalvarın cibindən 5 büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlərdən üçü sellofan büküm olmuş, digər 2 büküm isə siqaret kağızından olmuşdur. Təhqiqatçı həmin bükümləri açdıqda onların içində qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik heroinə bənzər maddələr aşkar edilmişdir. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bu bükümləri xx.xx.2023-cü il tarixdə səhər saatlarında Qaradağ rayonu ərazisində adını bilmədiyi şəxsin qoyduğu yerdən karta 95 manat pul ödəməklə əldə etmişdir. Bundan sonra həmin bükümlər kağız zərfə qablaşdırılaraq möhürlənmiş və baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin baxışla əlaqədar tərtib olunmuş protokola da baxışın bütün iştirakçıları imzalarını qoymuşlar. Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də idarəyə gətirilən zaman fiziki zor və təzyiqlər olmamışdır. Onun Təqsirləndirilən şəxs saxlanılmasını təsdiq edən sonuncunun üzərinə baxış keçirilməsini əks etdirən SD disk təsdiq edir. Təqsirləndirilən şəxs onun saxlanılmasında iştirak etməməsi haqqında ifadəsi həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Turan Hüseynlinin xx.xx.2023-cü il tarixli raportundan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Şərifov küçəsi, ev 6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, mənzil 125-də yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş 10 yanvar 2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan və eyni tarixli əməliyyat qrupunun yaradılması barədə əmrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupun isə əməkdaşlar X5 və Şahid2 ibarət olması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş 11 yanvar 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində və istifadə olunmasında şübhəli bilinərək tutulmuş, azadlığın faktiki məhdudlaşdırıldığı vaxt isə xx.xx.2023-cü il saat 23:05-dən hesab edilmişdir. Məhkəmədə tədqiq edilmiş 11 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı o əynində olan qara rəngli şalvarın sağ yan cibindən ümumilikdə 05 ədəd, 01 ədəd siqaretin qızılı kağızına bükülmüş, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş və 03 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə olan bükülüləri çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisindəkinin narkotik vasitə olan heroin olduuğunu, onlapı xx.xx.2023-cü il tarixdə əldə etdiyini göstərilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə «Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Bakı Şəhər Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X6 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X4, Bakı Şəhər Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Bakı Şəhər Yasamal RPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən ümumilikdə 05 ədəd, 01 ədəd siqaretin gümüşü rəngli kağızına, 01 ədəd siqaretin qızılı rəngli kağızına və 03 ədəd şəffaf sellofana bükülmüş bükümləri çıxarıb təqdim edərək bükümlərin içərisində olan maddənin narkotik vasitə hesab olunan heroinin olduğunu, həmin narkotik vasitəni 10 yanvar 2023-cü il tarixdə səhər saatlarında Qaradağ rayonu ərazisindən sosial şəbəkə vasitəsilə tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 95 manat pul ödəyərək məkan işarələmə yolu ilə aldığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağızına, 01 ədəd siqaretin qızılı rəngli kağızına və 03 ədəd şəffaf sellofana bükülmüş bükülülərə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd bükülüdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənərək götürülür. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2023-cü il tarixli, 6/143 saylı rəyindən müəyyən olnur ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42” dairəvi möhür əksi olan. “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,829 qram, 0,826 qram, 0,798 qram, 0,428 qram, 0,214 qram ümumi təmiz çəkisi 3,095 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasınin 18 fevral 2023-cü il tarixli, 947 saylı rəyindən müəyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 mart 2023-cü il tarixli, 714 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş «diskə baxış keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış zamanı diskdə SMS Tarixcesi__**********3609__773215511, SMS_Tarixcesi__**********3612__773215511,Zenglerin_Detallasmasi__**********4352___7 73215511,Zenglerin_Mexsusluq_Tarixceleri__**********4447___773215511_NAR adlı 04 (dörd) ədəd faly yerləşdirilmişdir. SMS_Tarixcesi__**********3609__773215511 adlı fayla baxış keçirilərkən müəyyən edildi ki, həmin faylda 01 yanvar 2022-ci il tarixdən 11 yanvar 2023-cü il tarixədək olan müddət ərzində ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan mesajların mətnləri var. Belə ki, 02 iyul 2022-ci il tarixdə **********11 mobil nömrədən **********55 mobil nömrəsinə “Qaqa menim dawimi tapwir saxlasinlar,bidene he yox ele, kececem birazdan”, 10 iyul 2022-ci il tarixdə **********11 mobil nömrədən **********18 mobil nömrəsinə “Kartima twcili 3 manat at hardan olsa,agrim tutub olurem”, 31 avqust 2022-ci il tarixdə **********11 mobil nömrədən **********36 mobil nömrəsinə “4098 5844 6795 7286”, 02 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********01 mobil nömrəsinə “5 de daw getir”, 08 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********59 mobil nömrəsinə “4098 5844 6795 7286 Leo”, 11 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********59 mobil nömrəsinə “4098 5844 6795 7286”, 15 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********59 mobil nömrəsinə “6795 7286”, 15 sentyabr 2022ci il tarixdə **********11 mobil nömrədən **********44 mobil nömrəsinə “6795 7286”, 16 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********91 mobil nömrəsinə “6795 7286”, 19 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********59 mobil nömrəsinə “6795 7286”, 19 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********55 mobil nömrəsinə “Qaqa Allaha and olsun 62 manat pul var kartda,duzelirse gonderim 50 manat.”, 19 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********55 mobil nömrəsinə “Ay qagaw niye bele hormetsizliy eliyirsen,men axrinci pulumuda sene gonderdimki pis vezyetde qalmiyasan,niye her defe cetin vezyetde qoyursan meni.”, 20 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********32 mobil nömrəsinə “Cox qalmiyacam qaqa,tez bazar goruwey men telesirem”, “Yiganda cix heyete”, 24 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********91 mobil nömrəsinə “**********957286”, 26 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********91 mobil nömrəsinə “Leo”, 28 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********03 mobil nömrəsinə “Yoxe qardawim men mal gotrum goruweriy”, “Kart var brat?”, 28 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********04 mobil nömrəsinə “**********957286”, 29 sentyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********64 mobil nömrəsinə “**********586563 Leobank 07/26”, 06 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********29 mobil nömrəsinə “Qardawim gucnen bidene yari qoya bildim daw. Kola heleliy 5 qoymuwam.”, “He brat,onu hara qoysam goture bilersen yaxinliqda?”, “Yox ele en yaxwisi qapiya cixarsan”, “10 deqe cix qapiya”, 08 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********59 mobil nömrəsinə “64088770”, “**********088770”, 11 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********59 mobil nömrəsinə “**********088770”, 12 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********59 mobil nömrəsinə “64088770”, 14 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********59 mobil nömrəsinə “**********088770”, 18 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********59 mobil nömrəsinə “**********088770”, “**********951330”, 19 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********59 mobil nömrəsinə “**********951330”, 19 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********29 mobil nömrəsinə “**********088770”, “**********951330”, 20 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********91 mobil nömrəsinə “**********951330”, 23 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********05 mobil nömrəsinə “Qardas atmiwam pul cekin atacam indi”, 27 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********55 mobil nömrəsinə “Pulu yolla qaqa,sen ol ozum getirib verecem”, 28 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********55 mobil nömrəsinə “Qaqa mendede pisdi vezyet sen ol. Mal xeste maldi vermiwem mundar olub camahat”, 30 oktyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********59 mobil nömrəsinə “**********951330”, 02 noyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********91 mobil nömrəsinə “Alinsa axwam alinar,lap pulu qabaqcadan verse 100% alunar”, 15 noyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********89 mobil nömrəsinə “UREK MENA 2GR KOLA L”, 17 noyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********91 mobil nömrəsinə “Yox qaqaw,hecne yoxumdu bu deqe. Sende derman var?”, 17 noyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********99 mobil nömrəsinə “Brat Allaha and olsun menim pulum catmir vurmaga,qalmiwam cetin vezyetde”, 18 noyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********62 mobil nömrəsinə “Xeber vare qardawim,prosta vallah deyir saat 6-7 arasi atacaqlar”, 18 noyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********60 mobil nömrəsinə “Gel sene heleliy cetden zaddan duzub qowum brat,sen ol oz iwim tokulub qalib girinc qalmiwam . Gel arif gile”, “Cet mene neyniycey?”, 20 noyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********89 mobil nömrəsinə “UREK SENDA YARİ KOLA”, “Xestesen pula gore demiremki,yigarsanda biwey fikirleweriy.sen atda 80 manati pul atmaliyam”, “UREK 1GRAM YARİM KOL”, 20 noyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********17 mobil nömrəsinə “055 *** ** ** orxan malis”, 21 noyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********60 mobil nömrəsinə “Qardasim kola qalib?”, “30 atdim atam . 20de”, “Brat vallah alindira bilmirem indi ,kola alinar yari ,qizdan goturerem amma pt yoxdu”, “Geliremde kolani got”, 22 noyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********59 mobil nömrəsinə “Qardasim 20 liy kola”, 24 noyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********89 mobil nömrəsinə “Mirtdawirsan sen Allah? Bes bu qeder mal verirem,ozuve hecne saxlamirsan,nede pis cixmasin puldan vermirsen.kimse belke incidir alir senin elinden? Eledi”, 26 noyabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********89 mobil nömrəsinə “GARDASXAN MENA 3GR K”, 02 dekabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********41 mobil nömrəsinə “**********951330 leo bank”, 10 dekabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********89 mobil nömrəsinə “Gardas 2dene Kola0.5”, 14 dekabr 2022-ci il tarixdə **********11 mobil nömrədən **********09 mobil nömrəsinə “GOZDE GORUM NEYNİREM,VALLAH YOXUMDU BELE,CET ZAD ALİNSA DUZELER VEZYETİN?”, 01 yanvar 2023-cü il tarixdə **********11 mobil nömrədən **********09 mobil nömrəsinə “ATAM 1 GRAM PADPRES” məzmunlu mesajlar daxil olmuşdur. Bundan başqa, “SMS_Tarixcesi__**********3612__773215511” adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, 02 sentyabr 2022-ci il tarixdə **********01 mobil nömrədən **********11 mobil nömrəsinə “5 de daw getir”, 07 sentyabr 2022-ci il tarixdə **********59 mobil nömrədən **********11 mobil nömrəsinə “1.1 04 . 5Diyde pati .”, 09 sentyabr 2022-ci il tarixdə **********29 mobil nömrədən **********11 mobil nömrəsinə “Brat men sene umudem qurban sene caliw tez goruwey sehere kimi derman yoxdu mende oncun dilixoram birde brat pul iwivi hel eledim yene yig meni diyim sene”, 19 sentyabr 2022-ci il tarixdə **********59 mobil nömrədən **********11 mobil nömrəsinə “Bawuva donerem mərdəkannan gəlir bura mawin bazarına ona görə biyab ırciliq olar yani 200 manat dawdarin pulu vare yüzdə yuzdü sadəcə s aat 6=7 dide alinacaq ona orada 5=6 tiya kimi iwdeyir”, 20 sentyabr 2022-ci il tarixdə **********01 mobil nömrədən **********11 mobil nömrəsinə “X11 X16 X13 Gozdasin,,bidene Butov Lazimdi”, “Qaqaw 2 X14 X15 X17 Qardawimsan”, 24 sentyabr 2022-ci il tarixdə **********01 mobil nömrədən **********11 mobil nömrəsinə “4098 5844 6237 8363 LEO BANKDİ”, 25 sentyabr 2022-ci il tarixdə **********01 mobil nömrədən **********11 mobil nömrəsinə “qaqaw dawda qoyarsan mene”, 29 sentyabr 2022-ci il tarixdə **********29 mobil nömrədən **********11 mobil nömrəsinə “Brat men atdima 100manat sene xeberin olsun”, 06 oktyabr 2022-ci il tarixdə **********29 mobil nömrədən **********11 mobil nömrəsinə “Brat pendirde qoyda yanina”, “Berke girey dalgada oturesen mene ?”, “Berke bizim qapiya atib gedesen”, “Tinde diyanan sensen? Nur teref tinde”, “Brat mawina catmamiwdan qabag di duwum gelim arxaya kamilde menendi duzdu qorxusu yoxdu ama yenede bilmesin”, 09 oktyabr 2022-ci il tarixdə **********13 mobil nömrədən **********11 mobil nömrəsinə “Brat kod sehfdi kodu de tezden. 10 dene lazimdi cavab ver gelim elden cixmasin basqa yere gedmesin”, 10 oktyabr 2022ci il tarixdə **********59 mobil nömrədən **********11 mobil nömrəsinə “Qardaşxan xeber elede senen xeber gozduyurem”, 12 oktyabr 2022-ci il tarixdə **********59 mobil nömrədən **********11 mobil nömrəsinə “Elit aptekin qabagindayam biraz tez gelde ollem”, 13 oktyabr 2022-ci il tarixdə **********29 mobil nömrədən **********11 mobil nömrəsinə “Brat nomrevi yandirsan mesaji goresen yigda meni iwim vare brat senen hem bele iwim var hemde borcdan biraz verecem sene birazda erzaq goturmey isdiyirem”, 25 oktyabr 2022-ci il tarixdə **********91 mobil nömrədən **********11 mobil nömrəsinə “Bratka tema lazımdı neyniyey hara qəlim”, 26 oktyabr 2022-ci il tarixdə **********63 mobil nömrədən **********11 mobil nömrəsinə “Qardasim menem anar 80 manat verecem qalan borcumu axsam hamisini baqliyacam. Qardasimsan 2dene tecili lazimdi”, 30 oktyabr 2022-ci il tarixdə **********91 mobil nömrədən **********11 mobil nömrəsinə “Otun var ot lazımdı”, “Pati laz birdənə mənə var səndə”, 02 noyabr 2022-ci il tarixdə **********91 mobil nömrədən **********11 mobil nömrəsinə “Qaqaş 15 lazımdı alinar bəlkə 20 oldu hamısı kola” məzmunlu mesajlar daxil olmuşdur. “Zenglerin_Detallasmasi__**********4352___773215511” adlı fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin faylda 15 yanvar 2022-ci il tarixdən 10 yanvar 2023-cü il tarixədək olan müddət ərzində **********11 mobil telefon nömrəsinin Bakı şəhərinin müxtəlif ərazilərindəki anten dairələrində telefon danışıqları aparılması göstərilmişdir. “Zenglerin_Mexsusluq_Tarixceleri__**********4447___773215511_NAR” adlı fayla baxış keçirilərkən **********11 mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçməsi, həmçinin, digər şəxslərin adlarına qeydiyyatdan keçmiş mobil nömrələrinin göstərildiyi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs fəal şəkildə narkotik vasitələrin məhz satışı ilə məşğul olması tam şəkildə sübuta yetirilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli qərarına əsasən Bakı Şəhər Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 10 yanvar 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə tədqiq edilmiş «sübutların qiymətləndirilməsi haqqında» 12 aprel 2023cü il tarixcli qərarından müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,945 qram heroin saxlanması üçün Bakı Şəhər Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disklərin cinayət işinə əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən müəyyən olunur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 14 mart 2023-cü il tarixli 21-1/3-8043/13 nömrəli məktubundan görünür ki, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatına alınmışdır. Məhkum Təqsirləndirilən şəxs tərəfindən 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 ayı çəkilmiş, 01 il 09 ay 24 gün hissəsi isə çəkilməmişdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilərkən əvvəlki hökmlə əsas və əlavə cəzasınının çəkilməmiş hissəsi, yəni 01 il 09 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 67.1ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırlmasının iki günü bərabər tutulur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində CM-nin 18-ci maddəsinə əsasən residiv mövcud deyil, lakin CM-nin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs ilkin izahatından və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən müəyyən olunur ki, üzərindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər olmamış, o özü səmimi ifadə vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs çoxsaylı SMS yazışmalarından onun fəal şəkildə narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməli həmçinin əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, videoçəkilişlə keçirilmiş baxış və axtarış protokolları və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Xəqani Əskərova azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 11 yanvar 2023cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,945 qram heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilimiş şəxsi axtarış və götürmə videogörüntüləri özündə əks etdirən 01 ədəd, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 198 AZN (yüz doxsan səkkiz manat) pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 24 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş, 01 il 09 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzası Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə iki gün hesablanmaqla Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,945 qram heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilimiş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 198 AZN (yüz doxsan səkkiz manat) pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1275/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1275/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver