Məhkəmə qərarları › İş №1(101)-1275/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1275/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1275/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1991-ci ildə Yardımlı rayonu, Zevin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmayan, "xxxx"MMC-nin kərpic zavodunda, fəhlə işləyən, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olan və Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Kərpic-zavod yolu adlanan ərazidə fərdi evdə yaşayan, barəsində “polisin nəzarət altına vermə” qəti imkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, İzlivnoy küçəsində yerləşən “Şamlıq” adlanan yerdə, tanışı Zərərçəkmiş şəxs ilə söhbət edən zamanı sonuncunun işlə bağlı ona iradını bildirdikdə aralarında yaranmış mübahisə zamanı əl və təpiklə vuraraq ona sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirdikdən sonra o, bu səbəbdən aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəmnində üzərində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə 3 dəfə vuraraq, bir ədəd qarının ön səthinin sol yarısının qabırğaaltı nahiyə proyeksiyasında sıyrıq-cızığı və bir ədəd ön sol-yan divarının səthi kəsilmiş yarası ilə nəticələnən, dərəcələrinə görə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan olduğu üçün dərəcələri təyin edilməyən, 1 bir ədəd sol tərəfli pnevmotoraksla (plevra boşluğuna havanın toplanması) müşayiət olunan döş qəfəsinin ön sol-yan divarının boşluğa nüfuz edən orqanları zədələməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarəti yetirib Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o zavodda işləyir. Telefonda Elşən ilə danışmışlar. Aralarında mübahisə yaranmış və söhbət etməyə getmişlər. Elşən valideynlərini, yaxınlarını təhqir etmişdir. Elşən kamaz şoferidir, onunla bir yerdə işləmişlər. Telefonla danışdıqdan sonra görüşmüşlər. Aralarında mübahisə yaranmışdır. Zərəçəkmişi 2 il imiş ki, tanıyırmış. Onunla barışıq əldə etmişlər. Onun valideynini söymüşdür. O isə zərərçəkmiş şəxsi söyməmişdir. Zərərçəkmişin sol böyründən 3 zərbə vurmuşdur. Yoldan keçənlər gəlib kömək etmişlər. Camaat da yığışmışdır. Təcili yardım çağırmamışdır. Bıçağı atmış, atdığı yeri müstəntiqə də demişdir. Bıçağı o işə gedəndə meyvə doğramaq üçün cibinə qoymuşdur. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki,onlar kərpic zavodunda işləyirlər. 2 gün imiş ki, Ruslan adlı başqa şəxsi işə çağırırmış. Təqsirləndirilən şəxs da zəng edib niyə onu yox, digər Ruslanı işə apardığını soruşmuşdur. Təqsirləndirilən şəxs onu söyməyə başlamışdır. Sarıbalayev onu davaya çağırmışdır. O davaya getmədiyini demişdir. Sonra yenə çağırmışdır. O da dediyi yerə getmişdir. Aralarında mübahisə yaranmışdır. Bıçaqla ona zərbə vurmuşdur. İlk olaraq o yox Ruslan onu söymüşdür. Ruslan onu cağırdığı üçün ora getmişdir. Təqsirləndirilən şəxs mal boşaltmaqla məşğul olmuşdur. Onu bıçaqlayanda maşınlar da dayanmışdır. Onu vurub sonra çıxıb getmişdir. Onu xəstəxanaya Ruslan aparmamışdır. Ona maddi kömək olunmamışdır. Ruslanın onu niyə söydüyünü bilmir. Səsindən içkili olduğu hiss edilirmiş. O Ruslana zərbə vurmamışdır. Təqsirləndirilən şəxslə barışmışlar. Atası 2 uşağı olduğunu, anası da xəstə olduğunu dediyi üçün barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o evdən çıxıb zibil atmağa gedirmiş. Elşənin telefonla danışdığını görmüşdür. Əsəbi imiş, ona demişdir ki, Ruslanla mübahisəsi yaranıb. Görüb ki, davaya gedir. O da Elşənin arxasınca getmişdir ki, əlindəki zibili atsın. Dava yerinə çatdıqda onları aralamağa çalışırmış. Elşəndən qan axdığını görmüşdür. O görəndə yanlarında ikisindən başqa heç kim olmamışdır. Maşınlar da yox imiş. Bıçağı təsvir edə bilmir. O Elşəndə qan gördüyü üçün onu tez xəstəxanaya çatdırmışdır. Xəstəxanadan sonrasını bilmir. Bıçaqlanma halını dəqiq görməmişdir. Çatanda o orada olmuş və onları ayırmışdır. Əvvəl kimin vurduğunu görməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Binəqədi rayonu ərazisində Müşfiqabad qəsəbəsinin əsas girayəcinə yaxın Şamaxı-Bakı yolunun sağ tərəfində səki olan hissədədir. Hadisə yerinin sağ tərəfində şam ağacları var. Təxminən 50 metr aralıda fərdi yaşayış evləri vardır. Sol tərəfi trasdır, əks tərəfi Abşeron rayonu ərazisidir. Hadisə yerindən təxminən 250 metr aralıda Müşviq DYP postu yerləşir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, dava dalaş və bıçaqlama həmin yerdə baş vermişdir. Baxışa keçirilərkən fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023cü il tarixli “götürülmüş geyim əşyalarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X10 Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli qısaqol köynək götürülmüş, köynəyə baxış zamanı ön səthində 03 ədəd, arxa səthində 01 ədəd deşilmmiş-kəsilmiş zədə, həmçinin üzərində qanabənzər tünd qırmızı rəngli ləkə izləri aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 1190 nömrəli ekspert rəyində göstərilmişdir ki, Vət. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol gicgah nahiyəsinin sıyrığı, üst dodağı şişkinliyi fonunda selikli qişasının sol yarısına qansızma və mərkəzinin əzilmiş yarası, qarının sağ ön-yan divarında qalça darağı proyeksiyasının, sol bazunun aşağı 1/3-nin, sağ və sol dirsək oynağının arxa səthlərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 23 iyun 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə əl ilə, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərəvurmaya aiddirlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 tərəfindən verilmiş 30 iyun 2023-cü il tarixli, 1194 nömrəli ekspert rəyində göstərilmişdir ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol tərəfli pnevmotoraksla (plevra boşluğuna havanın toplanması) müşayiət olunan döş qəfəsinin ön sol-yan divarının boşluğa nüfuz edən, orqanları zədələməyən deşilmiş-kəsilmiş yarası,qarının ön səthinin sol yarısının qabırğaaltı nahiyə proyeksiyasında sıyrıq-cızığı və ön sol-yan divarının səthikəsilmiş yarası deşici-kəsici əşyanın (əşyaların) deşici-kəsici,kəsici və iti ucunun təsirindənt örənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 23 iyun 2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə deşici-kəsici alətlə, olabilsinbıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçüntəhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində olarkən göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində həmin əraziyə gəlmiş, o həmin əraziyə gəldikdə Zərərçəkmiş şəxs görməmişdir. Təxminən 10 dəqiqə sonra oraya Zərərçəkmiş şəxs dostu olan və zavodda fəhlə işləyən Şahid ilə birlikdə gəlmişdir. O, onlara yaxınlaşmaq istəyərkən Zərərçəkmiş şəxs onun üzərinə hücum edib heç bir səbəb olmadan onun ayağına və bədəninin müxtəlif hissələrinə yumruqla zərbələr endirmiş və zərbələrin təsirindən yerə yıxılmış, Zərərçəkmiş şəxs yerdə olan zaman təpiklə başına, sifətinə, əlinə, qollarına və ayaqlarına zərbələr endirmişlər. O, da həmin vaxt əlləri ilə özünü müdafiə etməyə başlamışdır. O, bir an içində əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan və işdə yemək yeyən zaman istifadə etdiyi tutacağı ağ rəngli bıçağı çıxarmış, tez yerdən qalxıb sağ əlində tutduğu bıçaqla Zərərçəkmiş şəxs tərəf bir neçə dəfə yönəldib sonuncunun sol döş nahiyyəsinə bir neçə dəfə vurmuşdur. Zərərçəkmiş şəxs köynəyindən qan gəldiyini və yıxıldığını görüb oradan qaçıb uzaqlaşmışdır. Yol ilə gedərkən üzərində olan bıçağı dəqiq yerini bilmədiyi yerə atmışdır. Hadisə yeri olan ərazidə baxış zamanı bıçaq aşkar olunmamışdır. Fotocədvəl də tərtib olunaraq cinayət işinə əlavə edilmişdir Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 30 iyul 2023-cü il tarixli “ şübhəli şəxsin tutulması haqqında” protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 30 iyul 2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzərə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 30 iyul 2023-cü il tarixli “ üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı aralarında keçirilmiş üzləşdirmədə dindirmə zamanı Şahid Əbülfət oğlu ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzərə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-798/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 30 iyul 2023-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə ev dustaqlığı növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023cü il tarixli qətimkan tədbirinin seçilməs haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 398/2023-MTKŞ №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X2 məxsus köynəyin ön səthində 03 (üç) ədəd, köynəyin arxa səthində 01 (bir) ədəd deşilmişkəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgüclü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) ola bilsin bıçağın təsirindən törənmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 563/2023-MTBŞ №-li rəyindən görünür ki, 1)Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: B (İİİ) /şəxsisiyyəti vəsiqəsinin kserosurətininə əsasən, 2) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək üzərində insan qanı ləkəri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” abtigeni alındı. Bu qan ləkəl Balfa (İİİ) qrupu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs X5 ilə rəsmi nikahda olmaqla həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki azyaşlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 oktyabr 2023-cü il tarixli, 2821 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 13-cü bəndində deyilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitersiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 10 fevrvl 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimaitəhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinipn 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayət hadisəsindən sonra onun davranışını, zərərçəkmişlə şəxslə barışmasını, zərçəkmiş şəxsin ona qarşı şikayət və tələbin olmamasını və eyni zamanda cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah olunması mümkündür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və həmin cəzanın şərti olaraq tətbiq edilməsini qərara alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarında saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2(iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarında saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar