Məhkəmə qərarları › İş №1(101)-1276/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1276/2021

08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1276/2021 08.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Salmanov Rahib Vaqif oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1993-ci il tarixdə Qusar rayonu, Yasab kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Qusar rayonu, Yasab kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.1, 150.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.1, 150.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)1276/2021 saylı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə 14 iyun 2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid deyil və ərazi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Hazırki cinayət işi üzrə istintaq orqanın gəldiyi nəticə və buna müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə epizodlar Qusar rayonu ərazisində başa çatmış və bu baxımdan cinayət əməlinin törədildiyi yer Qusar rayonu ehtimal olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin ərazi aidiyyəti qaydalarını müəyyən edən 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin maddənin mənasına görə ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiala cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayətin törədildiyi yer dedikdə, ictimai təhlükəli nəticələrin baş verməsindən asılı olmayaraq, cinayət əməlinin (ictimai təhlükəli hərəkət və ya hərəkətsizliyin) törədildiyi yer başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.1, 150.1 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədildiyi yer Qusar rayonu olduğundan, Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyaına aid olan ərazidə törədilmədiyindən (başlamamış, davam etməmiş və başa çatmamışdır) hazırki cinayət işinə baxılması ərazi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, 03 fevral 2021-ci il il tarixli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Qusar rayonu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1 və 74.8-ci maddələrinin tələbləri pozularaq cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda cinayət əməlinin başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə, yəni Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,149.1, 150.1 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)1276/2021 saylı cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və yekun qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75, 298.6, 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-in 29,149.1, 150.1 və 157.1ci maddələri ilə təqsirləndirilməsinə dair 1(101)1276/2021 saylı cinayət işi məhkəmə aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi və yekun qərar qəbul edilməsinə qədər dəyişdirilmədən saxlanılsın.

Hakimlər:

1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar