Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1276/2022 29.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Zeynalabdi oğlunun, Zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxsin hüquqi varisi X8 iştirakları ilə 17 may 1975-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasınn vətəndaşı, ailəli, orta təhsili, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Kürdəmir şəhəri, H.Qədirov küçəsi ev 7-də pasport qeydiyyatında olan və Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ev 3, mənzil 55-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdə, saat 21.30 radələrində arvadı Zərərçəkmiş şəxs1, azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü Şahid1 ilə birlikldə yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ev 3, mənzil 55-də işləyib pul qazanmaması, ailəsini maddi cəhətdən təmin etməməsi və tüfeyli həyat tərzi sürməsi səbəbindən növbəti dəfə Zərərçəkmiş şəxs1 ilə mübahisə etdikdə sonuncunun bu barədə bacısı Şahid2 telefonla məlumat verməsi ilə anası Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs3 həmin mənzilə gələrək mübahisənin sakitləşməsi üçün ondan mənzili tərk etməsini tələb etmiş, o, mənzildən gedərək iki saatdan sonra geri qayıtmış və ailədaxili münaqişə zəminində aralarında baş vermiş mübahisə zamanı intiqam almaq məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 23.30 radələrində həmin 55 nömrəli mənzilin dəhlizində Zərərçəkmiş şəxs3 sonuncunun bacısı Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2, habelə azyaşlı uşaqlar xx.xx.2013-cü il təvəllüdlü X3 ilə xx.xx.2011-ci il təvəllüdlü Şahid1 gözü qarşısında sonunculara xüsusi əzab verməsini dərk edərək, xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə mətbəxdən götürdüyü bıçaqla bir dəfə vurub döş qəfəsinin sağ yarısının daxilə nüfuz edərək böyük piyliyini zədələyən və daxili qanaxmaya səbəb olan bir ədəd həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid olan deşilmiş-kəsilmiş yarası və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan sağ əlin İİ-İİİ barmaqlarının ovuc səthinin 2 ədəd kəsilmiş yaraları xəsarətləri yetirmiş, bundan sonra o, həmin münaqişə zəminində intiqam almaq məqsədilə oğlu Zərərçəkmiş şəxs3 qəsdən öldürülməsinə yönəlmiş hərəkətlərinin qarşısını almağa çalışan, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan qoca, xx.xx.1952-ci il təvəllüdlü qayınanası Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olaraq qızı Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs3, habelə azyaşlı nəvələri xx.xx.2013-cü il təvəllüdlü X3 ilə xx.xx.2011-ci il təvəllüdlü Şahid1 gözləri qarşısında onlara xüsusi əzab verməsini dərk edərək, xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə həmin bıçaqla iki dəfə vurub döş qəfəsinin sol yarısının iki ədəd daxilə nüfuz etməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə qəsdən öldürməyə cəhd etməklə iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmiş, daha sonra o, münaqişə zəminində aralarında baş vermiş mübahisə zamanı intiqam almaq məqsədilə onun Zərərçəkmiş şəxs2 bədən xəsarəti yetirərək onu qəsdən öldürməyə cəhdə yönəlmiş hərəkətlərinin qarşısını almaqla ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs3, habelə azyaşlı uşaqları xx.xx.2013cü il təvəllüdlü X3 ilə xx.xx.2011-ci il təvəllüdlü Şahid1 gözləri qarşısında sonunculara xüsusi əzab verməsini dərk edərək, xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə bıçaqla bir dəfə vurub qəsdən sağlamlığa ağır zərərvurmaya aid olan döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək daxili qanaxmaya və ağciyərin zədələnməsinə səbəb olan bir ədəd deşilmişkəsilmiş yara xəsarəti yetirərək onu ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bundan sonra onun fikrini mənzildə olan digər şəxslərdən yayındıraraq çölə çıxarmağa çağıran Zərərçəkmiş şəxs3 üzərinə gedərək əlində olan bıçaqla ona daha bir neçə zərbə atmış, lakin sonuncu özünü müdafiə edərək həmin zərbələrdən yayınmağı bacarmış, Təqsirləndirilən şəxs Bəhram oğlu isə mənzildən çölə çıxdıqdan sonra binanın girişindən sağa doğru qeyri-müəyyən istiqamətə qaçmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2009-cu il tarixdə Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından Leyla və Mehin adlı 2 qız övladı vardır. Hazırda Mehinin 11 yaşı, Leylanın isə 8 yaşı vardır. Əvvəllər aqlay-mərmər ticarəti ilə məşğul olmuşdur. Belə ki, həmin materialların kiçik sexini yaratmış və orada istehsal edib sifarişçilərə çatdırmışdır. Lakin bir müddət sonra işləri yaxşı getməmiş və sonda 2015-ci ildə devalvasiya baş verdikdən sonra işləri tam dayanmışdır. 2020-ci ildən etibarən isə ümumiyyətlə heç bir iş görməmiş, pul qazanmamışdır. Elə bu səbəbdən də arvadı Ülkər onunla mübahisələr, pul qazanmadığını ona irad tutmuş, ondan evi tərk edib getməyini tələb etmişdir. Onlar əvvəl kirayədə yaşamışlar. Lakin sonradan qaynının işlədiyi indiki Dövlət Təhlükəsizlik Xidmətindən Heydərə güzəştli şərtlə ipoteka verilmiş və həmin şərtlə o, özləri üçün hadisə baş verən mənzili almışdır. Həmin vaxt o, təxminən 18.000 ABŞ dolları pul vermiş, Heydərgil isə onlara yardım üçün 2 və ya 3 min manat pul vermişdir. Daha sonra isə evin təmirinə 20.000 manata yaxın pul xərcləmişdir. Son illərdə Ülkərlə arasında ailədaxili münaqişələr davamlı hal almışdır. Ülkər davamlı olaraq ona pul qazanmadığını irad tutur və onu evdən qovmaq istəmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə günortadan sonra yenidən Ülkərlə aralarında mübahisə başlamışdır. Ülkər ona bildirmişdir ki, birmənalı olaraq çıxıb evdən getsin. O isə Ülkərə sakit olmağını və əsəbləşməməyini tövsiyyə etmişdir. Bundan sonra Ülkər axşam saat təxminən 21 radələrində mənzildən çıxaraq binanın həyətinə çıxmış və ona bildirmişdir ki, o, evdən getməsə evə qayıtmayacaqdır. Qısa müddət sonra görmüşdür ki, qayınanası Fəridə və qaynı Heydər yaşadıqları evə gəlmişdir. Uşaqları da evdə olmuşdur. Fəridə, Heydər, Ülkər və o, oturub mübahisəni müzakirə etmişdir. Qayınanası Fəridə də ona bildirmişdir ki, çıxıb evdən getsin. O, bundan sonra Heydərlə birlikdə evin girişinə çıxıb siqaret çəkə-çəkə söhbət etmişdir. Heydərdən ona kömək etməyini və bacısı Ülkəri başa salmağı xahiş etmişdir. Heydər isə bildirmişdir ki, Ülkər artıq onunla yaşamaq istəmir, ondan narazıdır. Saat təxminən 23 radələri olmuşdur. Bundan sonra o, Heydərə bildirmişdir ki, onun da Ülkərin əxlaqı ilə bağlı bəzi şübhələri var. Bunu dedikdə Heydər onun yaxasından yapışaraq əsəbi halda ağzına gələni danışmamağı tapşırmışdır. O da, mübahisə yaranmaması üçün susmuş və Heydərə bildirmişdir ki, əsəbiləşməsin, keçsinlər evə. Evə keçdikdən sonra bir az beyninin dincəlməsi üçün evdən çıxmış və təxminən 1-2 saat çöldə havada gəzişmişdir. Daha sonra yenidən evə qayıtmış və bildirmişdir ki, evdən getməyi qərarlaşdırmışdır, sadəcə ona sabah səhər saat 7-yə qədər vaxt versinlər. Bunu dedikdə mətbəxdə olan qayınanası Fəridə qışqırıb təcili evdən getməyini tələb etmişdir. O isə dəhlizdə dayanmış, Fəridəyə bildirmişdir ki, qışqırmasın, tərbiyəsizlik, həyasızlıq etməsin, qonşulardan ayıbdır. Bu sözləri dedikdə qaynı Heydər sinəsinə bir dəfə yumruq vurmuş və yanından keçərək dəhlizlə mənzilin çıxış qapısına tərəf getmişdir. O, əsəbiləşərək mətbəxin düz girişindən sağda televizorun qarşısında olan təxminən uzunluğu 30 sm olan bıçağı götürüb Heydərin üstünə gedib bir dəfə ona zərbə vurmuşdur. Bunu gördükdə qayınanası mətbəxdən qışqıraraq üstünə gəlib cummuş və o, qayınanasını da həmin bıçaqla vurmuşdur. Artıq gözünü sanki qan örtmüşdür. Bundan sonra arvadı Ülkər də qışqıraraq mətbəxdən üzü ona tərəfə gəlmiş və o, artıq nə etdiyini başa düşməmiş və arvadına da sol qoltuqaltı nahiyəsindən bıçaqla zərbə vurmuşdur. Bundan sonra Heydər mənzildən çölə çıxaraq onu çağırmışdır. O da, onun arxasınca binanın qarşısına çıxmış, lakin Heydərin üstünə getməmiş, sağa tərəf binaların arası ilə qeyri-müəyyən istiqamətə qaçıb getmişdir. Cinayəti törədərkən istifadə etdiyi bıçağı binanın qarşısında yerləşən zibil qabına tullamışdır. X1 yaxınlığına qədər piyada getmişdir. Neftçilər Metrostansiyasının yaxınlığından keçən yoldan saxladığı taksi avtomobili ilə Bakı şəhərinin “Şamaxinka” adlanan ərazisinə gəlmiş, oradan da piyada olaraq Biləcəri qəsəbəsinə getmişdir. Biləcəridə yaşayan bacısı Sülhiyyəgilin evinə tərəf getmiş, lakin gec olduğu üçün onların qapısını döyməmiş və gecəni evin yaxınlığında küçədə keçirmişdir. Növbəti gün səhər saat 6 radələrində 67 saylı marşrut avtobusu ilə Bakı şəhərində yerləşən Səməd Vurğun parkının yanına gəlmiş, oradan 28 may metrostansiyasının yaxınlığından Bakı Beynəlxalq Avtovağzalına getmişdir. Oradan isə Sumqayıt avtobusuna minərək Sumqayıt şəhərinə getmişdir. Sumqayıtdan Masazır qəsəbəsinə gəlmiş və gecəni yenə də küçədə keçirmişdir. Oradan isə xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhərinə qayıtmış və Bakı şəhər Baş Polis İdarəsinə gələrək törətdiyi cinayət barədə məlumat vermişdir. Hadisəni törətdikdən sonra hadisənin təsiri altında olduğundan nə etdiyini, hara getdiyini bilmədiyi üçün 2 gün sonra gedib təslim olmuşdur. Hadisə zamanı sol əlinin barmağını kiçik ölçüdə kəsdiyini, başqa heç bir xəsarətinin olmadığını demişdir. Hadisə vaxtı evdə adını çəkdiyi şəxslərdən başqa qızları Leyla və Mehinin də olduğunu, həmin vaxt onların oyaq olduqlarını bildirmişdir. Hadisəni törədərkən heç kimi öldürmək istəmədiyini, sadəcə onu evdən qovmaq istədikləri üçün onlardan qisas almaq məqsədilə belə bir addım atdığını bildirmişdir. Spirtli içkilərdən bəzən istifadə etdiyini, narkotik vasitələrdən isə əvvəllər istifadə etdiyini, lakin son illər istifadə etmədiyini bildirmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs1 evli olmuş, əri Təqsirləndirilən şəxs və 2 övladları, Mehin və Leyla ilə birlikdə yaşamışlar. Qızı Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimə işləmişdir. Həmçinin öz evində həmin fənnlərdən uşaq hazırlaşdırmışdır. Qızının əri Bəxtiyar əvvəllər işləsə də, son illər ümumiyyətlə heç bir iş görmür, hələ bununla belə evdə qızı Ülkərdən mütəmadi olaraq bezdirərək pullar alaraq həmin pula spirtli içkilər alıb içmiş, hazırda isə tüfeyli həyat tərzi sürmüşdür. Bütün bunlara görə son illər Ülkərlə Bəxtiyarın yola getmədiyini, mütəmadi mübahisələri olduğunu bilmişdir. 25.022022-ci il tarixdə o, bağda olmuş, saat təxminən 23 radələrində nəvəsi Şəbnəm ona zəng edərək bildirmişdir ki, Bəxtiyar Ülkəri evdə bıçaqla vurub, tez özünü çatdırsın. O, bunu eşitdikdə təcili Ülkərgilin yaşadığı ünvan 1 ünvanına getmiş və mənzilə daxil olduqda blokda polis işçiləri onu saxlamış, mənzilə buraxmamış və əlavə olaraq ona bildirmişlər ki, evdə mübahisə olub və oğlu X16 Plazadadır, arvadı Fəridə 3 saylı Sabunçu şəhər Klinik Xəstəxanasındadır. O, qızı Ülkərin harada olduğunu soruşduqda isə onlar susmuşdur. Daha sonra o, nəvəsi Şəbnəmə yığıb Ülkərin harada olduğunu soruşmuş, Şəbnəm də susmuşdur. Bundan sonra o, X13 getmiş və Heydəri görmüş, Heydər ona bildirmişdir ki, getsin anası ilə bacısının yanına, onu hazırda köçürəcəklər DTX-nın xəstəxanasına. Daha sonra 3 saylı Sabunçu şəhər Klinik Xəstəxanasına getmiş və bildirmişdirlər ki, Fəridə orada cərrahiyyə əməliyyatındadır. Daha sonra ona aydın olmuşdur ki, qızı Ülkər vəfat edib. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs1 2009-cu il tarixdə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş və onların birgə nikahından Mehin və Leyla adlı 2 övladları dünyaya gəlmişdir. Onlar 4 nəfər ailə olmaqla ünvan 2-də yaşamışlar. X6 arasında bir neçə dəfə ailədaxili münaqişələr baş vermiş və Bəxtiyar bir neçə dəfə Ülkəri döymüş, lakin onlar bu problemləri aradan qaldıraraq daha da böyüməsinə imkan verməmişlər. Həmin münaqişələr zamanı Ülkər heç bir xəsarət almamış və onlar da heç bir dövlət qurumuna müraciət etməmişlər. Bəxtiyar son illərdə işləməmiş, evə heç bir maddi köməklik etməmiş və hətta əksinə evdə olan əşyalardan sataraq öz şəxsi ehtiyaclarına sərf etmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində bacısı Fənurə və onun qızı Şəbnəm ona zəng edərək bildirmişlər ki, Ülkərgilin evində nə isə mübahisə var, Ülkər hətta evdən çıxaraq həyətə düşüb və evə qalxa bilmir. O da, anası ilə birlikdə təcili olaraq onun şəxsi avtomobili ilə Ülkərgilin yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Bundan əlavə polis şöbəsinə də bu ailədə münaqişə olduğunu bildirmiş və onlara bildirmişlər ki, ümumi ailə münaqişəsi olduğu üçün bu barədə Zərərçəkmiş şəxs1 ərizə ilə polis orqanlarına müraciət etsin. Bundan əlavə Bəxtiyarın əvvəllər Ülkəri dəfələrlə ölümlə hədələdiyini də demişdir. Onlar Ülkərgilin evlərinə çatdıqda artıq Ülkər evə qalxmış və evdə Ülkərlə Bəxtiyardan əlavə Mehin ilə Leyla da olmuşdur. Mənzilə daxil olan kimi qapının ağzında yerdə butulkada benzinə bənzər maddə görmüş, üzərində də kibrit qutusu olmuşdur. Evdə olarkən Bəxtiyar ona bildirmişdir ki, çıxıb çöldə siqaret çəkərək söhbət etsinlər. Çöldə siqaret çəkən zaman Bəxtiyar ona demişdir ki, Ülkər onu saymır, ona pul vermir və xəstə olduğu üçün özü işləyə bilmir. Ülkər Bəxtiyardan evi tərk etməyini istəmiş, Bəxtiyar isə evdə qalmağı istədiyini demişdir. Bundan sonra Bəxtiyar ondan 20 manat istəmişdir ki, gecəni qalmaq üçün özünə ev tapsın. O, da 20 manat verdikdən sonra Bəxtiyar bildirmişdir ki, evdən gödəkçəsini götürüb gecəni qalmağa yer tapmağa gedəcəkdir. Bundan sonra o, mənzilə qayıtmış, Bəxtiyar da mətbəxə gödəkçəsini götürmək üçün keçmişdir. Daha sonra isə mənzili tərk edərək getmişdir. Lakin təxminən 2 saatdan sonra, yəni saat 23:30-da Bəxtiyar yenidən qayıdaraq əşyalarını götürüb gedəcəyini bildirmişdir. Bundan sonra Bəxtiyar dəhlizdə olarkən qəfil iri ölçülü bıçağı çıxarmış və ona bir zərbə endirmişdir. Növbəti zərbəni vuran anda o, Bəxtiyarın əlindən tutub saxlamış və bıçaq barmağını kəsmişdir. Bundan sonra o, yerə yıxılmış və anası Fəridə qışqıraraq Bəxtiyarı durdurmaq istəmişdir. Bu vaxt Bəxtiyar dəhlizdə anasına da həmin bıçaqla zərbə vurmuş və anası yerə yıxılmışdır. Daha sonra bacısı Ülkər qışqıraraq və yalvararaq Bəxtiyarı durdurmaq və bıçağı ondan almaq üçün Bəxtiyara tərəf gəldikdə, Bəxtiyar həmin bıçaqla Ülkərə də bir dəfə zərbə vurub onu yerə yıxmışdır. Münaqişə zamanı Bəxtiyarın onu, anası Fəridəni və bacısı Ülkəri vurduqdan sonra Leyla dəhlizdən qonaq otağına qaçmışdır. Bundan sonra o, Bəxtiyarın əlində bıçaqla Leylanın arxasınca gedib onu da vuracağını, həmçinin anasını yenidən vuracağını başa düşdüyü üçün yaralı və yerdə yıxılmış vəziyyətdə olsa da arxadan Bəxtiyarın ayağından dartmışdır ki, fikrini öz üzərinə cəlb etsin. Sonra o, ayağa qalxaraq mənzilin qapısından çölə çıxmış və Bəxtiyarı da özünə tərəf çağırmışdır. Bəxtiyar onun üzərinə gələrək bir neçə dəfə bıçaqla zərbə atsa da, o, özünü müdafiə edərək zərbələrdən yayınmışdır. Bu minvalla o, Bəxtiyarı binanın girişindən çölə, yəni binanın həyətinə çıxarmışdır. Blokdan çölə çıxdıqdan sonra isə Bəxtiyar həyətdə adamların onu görəcəklərini başa düşüb sağ tərəfə doğru qaçmağa başlamışdır. O, Bəxtiyarın arxasınca təxminən 100 metr qaçsa da, artıq uzaqlaşdığını görmüş və yaralı olduğu üçün Bəxtiyara çata bilməyəcəyindən artıq dayanıb mənzilə geri qayıtmışdır. Mənzilə geri qayıtdıqda görmüşdür ki, anası yaralıdır, lakin huşu özündədir, Ülkərin isə arxası üstə huşsuz vəziyyətdə yıxılaraq hərəkətsiz qaldığını görmüşdür. O, dərhal 103 təcili tibbi yardım xidmətinə zəng edib çağırmış, lakin artıq nəfəs almaqda çətinlik çəkdiyini görüb tez avtomobilinə oturub “X17”ya getmişdir. Orada ona ilkin tibbi yardım göstərib təcili yardım avtomobili ilə DTX-nın hospitalına aparılmış və orada cərrahiyyə əməliyyatı olunmuşdur. Cərrahiyyə əməliyyatından çıxdıqdan sonra eşitmişdir ki, bacısı ölüb. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs X5 ifadəsində qızı Zərərçəkmiş şəxs1 evli olduğunu, əri Təqsirləndirilən şəxs və 2 övladları, Mehin və Leyla ilə birlikdə yaşadıqlarını demişdir. Qızının Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimə işlədiyini, həmçinin öz evində həmin fənnlərdən uşaq hazırlaşdırdığını, qızının əri Bəxtiyarın əvvəllər işləsə də, son illər ümumiyyətlə heç bir iş görmədiyini, evdə qızı Ülkərdən mütəmadi olaraq bezdirərək pullar alaraq həmin pula spirtli içkilər alıb içdiyini, və tüfeyli həyat tərzi sürdüyünü bildirmişdir. Bütün bunlara görə son illər Ülkərlə Bəxtiyarın yola getmədiyini, mütəmadi mübahisələri olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə qızı Fənurənin qızı Şəbnəm ona zəng etmişdir ki, Ülkərgilin evində problem var, Ülkərlə Bəxtiyar mübahisə ediblər və buna görə də, Ülkər qorxusundan evdən çıxıb düşüb həyətə. Bunu eşitdikdə o, oğlu Heydərlə birlikdə qızı Ülkərgilin yaşadığı Bakı şəhəri, Xətai rayonu, X18 küçəsi ev 3, mənzil 55 ünvanına gəlmişdir. Bundan əvvəl isə onlar Xətai RPİ-nin 34-cü PŞ-yə həmin mübahisə ilə bağlı Heydər məlumat verdikdə, Heydərə bildirmişlər ki, bu ailədaxili münaqişə olduğu üçün gərək Ülkər özü şikayət ərizəsi ilə şöbəyə müraciət etsin. Mənzildə olarkən Bəxtiyar Heydərlə bir qədər söhbət etdikdən sonra onu blokda siqaret çəkməyə dəvət etmiş və onlar düşüb bir neçə dəqiqə söhbət etmişdir. Həmin ərəfədə o, mətbəxə keçdikdə görmüşdür ki, sol tərəfdə televizorun qarşısında masada dəstəyi qəhvəyi rəngli, taxta materialdan olan iri mətbəx bıçağı var. Heydərlə Bəxtiyar bir qədər siqaret çəkib blokda söhbət etdikdən sonra yenidən Heydərlə birlikdə mənzilə qayıtmışdır. Heydər mənzilə qayıdarkən onlara bildirmişdir ki, yığışıb bağa getsinlər, Bəxtiyara da 20 manat verdiyini, Bəxtiyarın gedib özünə qalmağa yer tapacağını bildirmişdir. Bundan sonra Bəxtiyar mənzildən çıxıb getmişdir. Bəxtiyar getdikdən sonra o, yenidən mətbəxə keçdikdə görmüşdür ki, mətbəxdə bayaq gördüyü bıçaq yerində yoxdur. Bu zaman başa düşmüşdür ki, bıçağı Bəxtiyar mənzildən çıxarkən özü ilə aparıb. Qalan bıçaqları da o, qorxusundan yığıb soyuducunun dondurma bölümünə qoymuşdur. Təxminən 2 saat sonra Bəxtiyar geri qayıtmışdır. Mənzilə gəldikdən sonra Bəxtiyar yenidən mübahisə etməyə başlamışdır. Bundan sonra bir də görmüşdür ki, evin dəhlizində Bəxtiyar əlindəki bıçaqla Heydərin qarın nahiyəsinə bir zərbə vurdu. Bundan sonra o, Bəxtiyara qışqıraraq Heydəri vurmağını dayandırmağını deyən zaman Bəxtiyar ona tərəf gələrək ona da bıçaqla döş qəfəsi nahiyəsinə iki zərbə vurmuş və o, arxasıüstə yerə yıxılmışdır. Bu zaman qızı Ülkər araya girərək Bəxtiyarın dayanmağını yalvarıb tələb etdikdə, Bəxtiyar qızı Ülkərə də bıçaqla bir zərbə vurmuş və Ülkər arxasıüstə yerə yıxılmışdır. Bu zaman hadisənin şahidi olan kiçik nəvəsi Leyla dəhlizdən qonaq otağına qışqıraraq qaçmışdır. Bunu görən və yerdə yaralı vəziyyətdə uzanmış Heydər arxadan Bəxtiyarın ayağından tutub saxlamış və nəticədə Bəxtiyarın diqqəti həm ondan, həm də nəvəsi Leyladan yayınmışdır. Yoxsa Bəxtiyarın onu qayıdıb yenidən vuracağını əminliklə bilmişdir. Çünki, Bəxtiyarın ümumiyyətlə ona qarşı haqsız nifrəti olduğunu, sanki Bəxtiyarın onun bütün ailədaxili problemlərinin səbəbkarı kimi onu gördüyünü demişdir. Bu zaman Bəxtiyar dayanaraq Heydərə tərəf çevrilmiş və Heydər də ayağa qalxıb onunla üz-üzə dayanan zaman Bəxtiyar yenidən Heydərə əlindəki bıçaqla zərbələr atmağa başlamışdır. Heydərin isə özünü müdafiə edərək zərbələrdən yayındığını, nəticədə onların qarşılıqlı mübarizə apara-apara mənzildən çölə çıxdıqlarını görmüşdür. Onun həmin vaxt huşu özündə olsa da, yaralı olmuş və baxdıqda Ülkərin yerdə hərəkətsiz qaldığını görmüşdür. Təxminən 2-3 dəqiqə sonra Heydərin yenidən mənzilə qayıtdığını və təcili tibbi yardıma zəng etdikdən sonra yenidən mənzildən təlaşlı halda çıxdığını, bundan sonra baş verənləri dəqiq xatırlamadığını demişdir. Bir də ayılanda görmüşdür ki, xəstəxanadadır. Məhkəmədə qanuni nümayəndəsi və psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən 10 nömrəli tam orta məktəbdə 5-ci sinfdə təhsil alır. Ailədə özü, bacısı Leyla, atası Təqsirləndirilən şəxs və anası Zərərçəkmiş şəxs1 olmaqla ünvan 2-də 4 nəfər olmaqla yaşamışlar. xx.xx.2022-ci il tarixdə səhər saatlarında dərsə getmədiyi üçün evdə olmuş, atası Bəxtiyarın isə kiçik bacısı Leylanı məktəbə aparmışdır. Həmin gün günorta saatlarında anası atasına evdə bildirmişdir ki, ya birdəfəlik evi tərk edib getsin, ya da o özü çıxıb gedəcəkdir və nəticədə polislər gələrək onu tutacaqdır. Buna səbəb isə atasının uzun zamandır işləməməsi, evdəki əşyaları sataraq öz şəxsi ehtiyaclarına ödəməsi və anasından mütəmadi olaraq pul alması olmuşdur. Anası 10 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimə işləmiş və evdə də əlavə olaraq həmin fənnlərdən uşaqları hazırlaşdıraraq pul qazanıb ailəyə baxmışdır. Həmin gün günorta saat 17 radələrində məktəbdən gedib bacısını götürmüş və daha sonra isə xalası qızı Şəbnəmlə birlikdə saçını kəsdirmək üçün gözəllik salonuna getmişdir. Həmin gün saat 19 radələrində atası Bəxtiyarın evi tərk etməməsi səbəbindən anası, bacısı və özü həyətə düşərək binanın qarşısında skamyada oturmuşlar. Həmin vaxt anası öz bacısı Fənurəyə zəng edərək Bəxtiyar evin əşyalarını satdığını bildirmişdir. Fənurə isə onları öz evinə çağırmışdır, lakin anam bildirmişdir ki, Bəxtiyarı mənzildə tək qoyub gedə bilməz və bu səbəbdən onlar yenidən mənzilə qalxmışdır. Mənzilə qalxdıqda görmüşlər ki, Bəxtiyar mətbəxdə istifadə etdikləri bıçağı, mətbəxdəki televizorun qarşısına qoyub. Anası bıçağı götürmək istəsə də, Bəxtiyar icazə verməmiş və ona bildirmişdir ki, məhlədə onun barəsində xoşagəlməz söhbətlər qulağına çatır və həmin bıçağı da kiminsə başını kəsmək üçün istifadə edəcəkdir. Həmin gün axşam saat 20 radələrində dayısı Heydərlə nənəsi Fəridə onların yaşadığı evə gəlmişdir. Atası Heydərdən siqaret və pul istəmiş və bundan sonra dayısı ilə birlikdə atası bloka siqaret çəkməyə düşmüşlər. Həmin vaxt dayısı atasına 20 manat pul da verərək gedib özünə qalmağa yer tapmasını tapşırmışdır. Təxminın saat yarımdan sonra atası yenidən ev qayıtmışdır. Atası əşyalarını götürüb qapıdan çıxan anda, qəfil qapının girişində dayısı Heydərə bıçaq çıxararaq zərbə vurmuşdur. Bundan sonra dayısı atasının onu yenidən vurmaması üçün onun əllərindən tutmağa çalışmışdır. Həmin vaxt mətbəx tərəfdə olan nənəsi Fəridə qışqıraraq Bəxtiyardan dayanmağı tələb etmişdir. Bunu görən Bəxtiyar nənəsinə tərəf gedərək onu da bıçaqla təxminən 2 dəfə vurmuş və nənəsi dəhlizdə yerə yıxılmışdır. Bu vaxt anası da mətbəxdən dəhlizə tərəf gələrək ağlayaraq yalvarıb atasına dayanmağı xahiş etmişdir. Lakin atası bu dəfə anasına tərəf çevrilmiş və həmin bıçaqla anasına da vurmuş və anası yerə yıxılmışdır. Leyla ilə o, çox qorxmuşdur. Bu zaman Leyla ilə o dəhlizdə olmuşlar və qorxduqları üçün qorxub qonaq otağına qaçmışlar. Bir neçə dəqiqə sonra yenidən o, qismən sakitlik olduğunu görüb dəhlizə tərəf baxanda görmüşdür ki, nənəsi yerdə yaralı haldadır, amma hərəkət edir, danışır. Anası isə mətbəxin girişində yerdə hərkətsiz olaraq qalmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 qzı ifadəsində göstərmişdir ki, Bəxtiyarın son zamanlar tüfeyli həyat tərzi sürməsi, evlərinə heç bir xeyrinin dəymədiyi, əksinə davamlı olaraq Ülkərdən pul alması hamını çox narahat etmişdir. Bəxtiyar Ülkərdən davamlı olaraq pul alıb həmin pula spirtli içkilər alıb içirmiş, bir sözlə tüfeyli həyat tərzi sürmüşdür. Ülkər özü Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə məktəbdə müəllimə işləmiş və eyni zamanda da evində həmin fənnlərdən uşaq hazırlaşdırmışdır. xx.xx.2022-ci il tarixdə qızı Şəbnəm ona zəng edərək Ülkərgildən gəldiyini, Ülkərin əhvalının onu çox narahat etdiyini, deyəsən Bəxtiyarla ciddi mübahisələrinin olduğunu bildirmişdir. Bundan bir qədər sonra Ülkər özü ona zəng edib bildirmişdir ki, Bəxtiyar artıq evdə hər şeyi satıb, indi də özlərini hədələyir ki, evi yandırıb hamını öldürəcəkdir. O, Ülkərə təklif etmişdir ki, onlara gəlsin, lakin Ülkər demişdir ki, səhər hazırlığa uşaqlar gələcək, bu səbəbdən evdən çıxa bilmir. Şəbnəm bu vaxt evə gəlmiş, o da bir daha vəziyyətin çox ağır olduğunu bildirmiş və hətta sözgəlişi demişdir ki, bu gedişlə Bəxtiyar Ülkəri öldürəcəkdir. Bundan sonra o da, narahat olmağa başlamış Şəbnəm Heydərə və nənəsi Fəridəyə zəng edib bildirmişdir ki, Ülkərgilə getsinlər, evlərində vəziyyət pisdir. Bundan bir neçə saat sonra Şəbnəm Ülkərin telefonuna zəng etdikdə, Mehin telefonu götürərək bildirmişdir ki, atası Bəxtiyar Ülkəri evdə bıçaqla vurub. Bundan sonra Şəbnəmlə o da, Ülkərgilin evinə getmiş və ora çatıb mənzilə daxil olduqda görmüşdür ki, anası Fəridə yaralı halda həkimlərlə söhbət edir, bacısı Ülkər isə mətbəxdə yerdə hərəkətsiz vəziyyətdə uzanıqlı halda qalıb. Bu səhnəni gördükdə ürəyi dözməmiş və özündən getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, Ülkərin qızı Mehin ilə günorta saatlarında gözəllik salonuna getmiş və oradan qayıdanda Mehini evə ötürdükdə Ülkərin əhvalının pis olduğunu hiss etmişdir. Həmin vaxt Bəxtiyar mənzildə mətbəxdə oturub siqaret çəkmişdir. O, evə qayıdan zaman yoldan anasına zəng edərək Ülkərgilin evində nə isə baş verdiyini, xalası Ülkərin əhvalının onun xoşuna gəlmədiyini demişdir. O, evə çatdıqda anası ona demişdir ki, Bəxtiyar evdə əşyaları satdığı üçün mübahisələr şiddətlənib. Həmçinin də Bəxtiyar bildirmişdir ki, onu əsəbiləşdirsələr evi yandıracaqdır. Bundan sonra o, narahat qaldığı üçün dayısı Heydərə zəng etmiş, məsələni ona danışmış və evə gedib onları sakitləşdirmək lazım olduğunu bildirmişdir. Bundan sonra nənəsinə də zəng edib məsələləri ona da danışmışdır. Həmin gün axşam saat təxminən 23 radələrində o, nənəsinin telefonuna cavab vermədiyini görüb Ülkərin telefonuna zəng etmiş və Mehin telefonu götürərək ona bildirmişdir ki, atası anasını bıçaqla vurmuşdur. Daha sonra anası ilə birlikdə hadisə baş verən ünvana yollanmış və mənzilə daxil olduqda görmüşdür ki, təcili tibbi yardım işçiləri hadisə yerindədir və xalası mətbəxdə yerdə uzanıqlı, hərəkətsizdir, yer də qandır. Nənəsi isə tibbi işçiləri ilə dəhlizdə oturmuşdur. Onlar evdəki vəziyyəti gördükdə anası özündən getmişdir. O isə xalasının yanına gedib nəbzini yoxladıqda görmüşdür ki, Ülkər ölüb. Daha sonra Ülkərin bədənindəki xəsarəti də görmüşdür. Bundan sonra babası Eldarla telefonla danışdıqda bildirmişdir ki, Ülkər vəfat edib. Heydərlə Fəridə nənə isə xəstəxanadadırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Ülkər xanım heç kimə bəlkə də danışmadığı sirrlərini ona danışmışdır. Ülkər müəllimə hər zaman öz əri Bəxtiyardan narazılıq etmiş, onunla heç cür yola getmədiyini bildirmişdir. Ülkər müəllimə özü filoloq olmuş, tələbələri olmuş, evdə hazırlıq dərsləri keçmiş və çox əziyyətlə pul qazanmışdır. Həmin pulların da böyük hissəsini Bəxtiyar evdə mübahisələr yaradaraq Ülkərdən alıb özü xərcləyib avaralanmışdır. Ülkər müəllimə evdə olmadığı vaxtlarda isə Bəxtiyar Mehin və Leylanı hədələyərək onlardan Ülkərin bank hesab kartını nömrəsini və ya evə qoyduğu pulların yerini soruşmuş və həmin pulları götürərək öz bildiyi yerlərə xərcləmişdir. Hətta Bəxtiyar evdə olan məişət əşyalarını, qab-qacaqlara qədər götürüb satmışdır. Ülkərin demək olar ki, özünə pul xərcləməmiş, paltar almamış, bütün pullarını uşaqlarına və Bəxtiyara sərf etmiş. Bəxtiyar da dediyi kimi evdə yalnız problem yaratmış, çox kobud və təhlükəli insan olmuş, son zamanlarda isə Ülkər Bəxtiyarın gec-tez onu öldürəcəyini demişdir. Ülkər müəllimə danışmış ki, o, Bəxtiyara boşanaq deyən kimi, Bəxtiyar deyir ki, boşansalar əvvəlcə Ülkəri və uşaqları öldürüb sonra evdən çıxıb gedəcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, arvadı Zərərçəkmiş şəxs1 və 2 azyaşlı qızı ilə birlikdə onlarla qonşuluqdakı mənzildə yaşamışlar. O, təxminən 1 ildir qeyd etdiyi mənzildə kirayədə yaşamış, hər gün saat 19 radələrində işdən evə gəlib və evdə olduğu müddət ərzində Ülkərgilin ailəsində hər hansı dava-dalaş və münaqişə baş verməsinin şahidi olmamış və ya səs-küylərini eşitməmişdir. xx.xx.2022-ci il tarixdə yenə eyni vaxtda işdən evə gəlmiş, ailə üzvləri ilə bir qədər vaxt keçirmiş və saat 23 radələrində yatmaq üçün yataq otağına keçmişdir. Təxminən yarım saat sonra kimsə mənzilin qapısını bərkdən döyərək təcili tibbi yardım və polis çağırılmasını xahiş etmişdir. Nə baş verdiyini öyrənmək üçün evin qapısını oğlu Rəşad açmış, lakin heç kimi görməmişdir. Qapını döyən şəxs artıq oradan getmişdir. O, bloka çıxanda görmüşdür ki, qonşusu Bəxtiyargilin mənzilinin qapısı açıqdır. Evdən səs-küy səsi gəlir. Qarşına ilk əvvəl Bəxtiyarın qayınanası, adını sonradan öyrəndiyi Fəridə çıxmışdır. Fəridənin sinəsindən bıçaq xəsarəti aldığını və kömək istədiyini görmüşdür. Hadisə vaxtı evdə olmuş Bəxtiyarla Ülkərin azyaşlı qızları ona demişdir ki, hadisəni ataları edib. Hadisənin hansı şəraitdə və nə üçün baş verdiyini uşaqlardan soruşmuş, uşaqlar demişdir ki, ataları analarından davamlı olaraq pul istəmiş, münaqişənin səbəbi bu olmuşdur. Belə ki, Bəxtiyar əvvəlcə qaynı Heydəri, sonra qayınanası Fəridəni və arvadı Ülkəri bıçaqla vuraraq onları öldürməyə çalışmışdır. Evin mətbəxinə baxarkən görmüşdür ki, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 yerdə huşsuz vəziyyətdə uzanmışdır. Ona yaxınlaşıb nəbzini yoxlamış, nəbzi çox zəif vurmuşdur. O, dərhal təcili tibbi yardıma zəng vurmuş, təcili tibbi yardım briqadasının həkimləri gələrək müayinə edərək Ülkərin öldüyünü təsdiq etmiş, Fəridəni isə yaralı vəziyyətdə xəstəxanaya aparmışlar. Daha sonra polis əməkdaşları hadisə yerinə gələrək araşdırma aparmağa başlamışdır. Bir müddət sonra ona məlum olmuşdur ki, mənzilin qapısını döyən Zərərçəkmiş şəxs3 olmuşdur. Heydər yaralı vəziyyətdə qapını döyərək polis və təcili tibbi yardım çağırılmasını xahiş etmiş və tibbi yardım almaq üçün öz avtomobili ilə xəstəxanaya getmişdir. Bunu Heydər xəstəxanadan çıxdıqdan sonra özü ona danışmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon MTE şöbəsinin xx.xx.2022-ci il tarixli, 19 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin yarısının daxilə nüfuz edərək daxili qanaxmaya və ağciyərin zədələnməsinə səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yara müəyyən edildi. Xəsarət həyati olub, deşici-kəsici alətin təsirindən törənmişdir, kənar şəxs tərəfindən törənə bilərdi, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir, baş vermiş ölümlə səbəbli əlaqəlidir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin deşilmişkəsilmiş yarası nəticəsində kəskin qanitirmə olmuşdur. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 aşkar olunmuş xəsarətlərin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inandırıcı deyildir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon MTE şöbəsinin xx.xx.2022-ci il tarixli, 224 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əlin İV barmağının səthi kəsilmiş yarası müəyyən edildi. Xəsarət kəsici kənara malik alətin təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2022-ci il tarixdə və şəraitdə yəni digər şəxslərə xəsarət yetirərkən öz əlində olan deşici-kəsici alət olan bıçağın tiyəsinin kəsici kənarı ilə törənə bilərdi. Sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində qarşılıqlı mübarizəyə xarakterik xəsarətlər müəyyən edilmədi. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon MTE şöbəsinin xx.xx.2022-ci il tarixli, 278 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 döş qəfəsinin sağ yarısının daxilə nüfuz edərək böyük piyliyi zədələyən və daxili qanaxmaya səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ əlin İİ-İİİ barmaqlarının ovuc səthinin 2 ədəd kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alət təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə döş qəfəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon MTE şöbəsinin xx.xx.2022-ci il tarixli, 277 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısının iki ədəd daxilə nüfuz etməyən deşilmişkəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-genetik ekspertizanın nəticəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli, 22/248R nömrəli rəyindən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş – 01 (bir) ədəd qırmızı rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli büstqalter, hadisə zamanı Zərərçəkmiş şəxs3 əynində olmuş – 01 (bir) ədəd qara rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli uzunqol jaket, 01 (bir) ədəd qara rəngli uzunqol gödəkçə, hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş – 01 (bir) ədəd bənövşəyi rəngli qısaqol köynək, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş – 01 (bir) ədəd qara rəngli uzunqol gödəkçə, 01 (bir) ədəd qara rəngli cins şalvar və hadisə yerində qanabənzər maddələrdən götürülmüş, 1, 2, 6 və 7 kimi işarələnmiş 04 (dörd) ədəd tampondan götürülmüş tədqiqat nümunələrində insan qanı olduğu müəyyən edildi. Hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş – 01 (bir) ədəd qırmızı rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli cins şalvar, 01 (bir) ədəd qara rəngli büstqalter üzərində olan qan nümunələri, Zərərçəkmiş şəxs1 məxsusdur. Hadisə zamanı Zərərçəkmiş şəxs3 əynində olmuş 01 (bir) ədəd qara rəngli qısaqol köynək, 01 (bir) ədəd qara rəngli uzunqol jaket, 01 (bir) ədəd qara rəngli uzunqol gödəkçə və hadisə yerində götürülmüş 2 № 01 (bir) ədəd tampon üzərində olan qan nümunələri, Zərərçəkmiş şəxs3 məxsusdur. Hadisə zamanə Zərərçəkmiş şəxs2 əynində olmuş – 01 (bir) ədəd bənövşəyi rəngli qısaqol köynək və hadisə yerində götürülmüş 6 № 01 (bir) ədəd tampon üzərində olan qan nümunələri, Zərərçəkmiş şəxs2 məxsusdur. Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş – 01 (bir) ədəd qara rəngli uzunqol gödəkçə, 01 (bir) ədəd qara rəngli cins şalvar üzərində olan qan nümunələri, Təqsirləndirilən şəxs məxsusdur. Hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş – 01 (bir) ədəd bənövşəyi rəngli tuman, hadisə yerində qanabənzər maddələrdən götürülmüş 3, 4 və 5 kimi işarələnmiş 03 (üç) ədəd tampondan götürülmüş tədqiqat nümunələrində insan qanı üçün spesifik hemoqlobin zülalı aşkar edilmədi. 7. Hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş – 01 (bir) ədəd bənövşəyi rəngli tuman, hadisə yerində qanabənzər maddələrdən götürülmüş 1, 3, 4, 5 və 7 kimi işarələnmiş 05 (beş) ədəd tampondan götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar deqradasiya əlamətlərini özündə əks etdirir və DNT profilinin əldə olunması üçün kifayət qədər deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- X2 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022ci il tarixli, 1148 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, 1) Təqsirləndirilən şəxs hal-hazırda hər hansı Psixi xəstəliyin əlamətləri aşkar olunmur. 2) Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. 3) Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. 4) Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. 5) Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hssə. 6) Təqsirləndirilən şəxs ünsiyyətçillik, məsuliyyətsizlik, konfliktə meyillilik, situasiyanı öz xeyrinə uyğun tərzdə yönəltmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. 7) Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmədi. 8) Qərarın təsviri hissəsində göstərilən əməlləri törədərkən Təqsirləndirilən şəxs psixi emosional vəziyyətində hirslilik, impulsivlik kimi hallar əmələ gəlmişdir. 9) Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin məhkəmə tibbi-kriminalistik və məhkəməkriminalistik ekspertizanın nəticəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli, 230/2022-MTKŞ nömrəli rəyindən görünür ki, “1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin arxa hissəsinin sol qoltuqaltı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısında olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. 2. a) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus köynəyin, jaketin və gödəkçənin ön hissəsinin sağ-orta nahiyəsində bir ədəd; gödəkçənin sağ qolunun ön-aşağı nahiyəsində bir ədəd gödəkçənin yalnız üst qatını zədələyən deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. b) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus köynəyin, jaketin və gödəkçənin ön hissəsinin sağ-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısında olan eyni xarakterli yara ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. c) Zərərçəkmiş şəxs3 bədəninin sağ əlin İİ-İİİ barmaqlarının ovuc səthinin 2 ədəd kəsilmiş yaraları bədənin açıq nahiyələrində yerləşdiklərinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. 3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin sol döş nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin sol döş nahiyəsində aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısında olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. 4. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və gödəkçə üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs sol əlin İV barmağının səthi kəsilmiş yarası bədənin açıq nahiyəsində yerləşdiyinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7-Narkoloji Tibbi yoxlamanın nəticəsinə dair verilmiş xx.xx.2022-ci il tarixli 2211 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs hal-hazırda müayinə zamanı alkoqolizm xəstəliyindən əzab çəkmir. Müyainə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci il tarixdə Qazax Qarnizonu Hərbi Tribunalının hökmü Azərbaycan Respublikası CM-nin (köhnə redaksiada) 241-ci maddəsinin «A» bəndi və 226-1-ci maddəsinin 1-ci hissəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, xx.xx.2003-cü il tarixdə Səbail rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə görə ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunurlar. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisədən sonra könüllü olaraq təslim olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.2-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisədən sonra könüllü olaraq təslim olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməli, lakin onun haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, habelə təyin olunacaq cəzasının təqsirləndirilən şəxsin islah ounmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 27 fevral 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının bir hissəsini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qırmızı rəngli qısaqol köynək, bir ədəd qara rəngli cins şalvar, qara rəngli büstqalter, bənövşəyi rəngli alt geyimi olan tuman, hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 əynində olmuş qara rəngli qısaqol köynək, qara rəngli uzunqol jaket, qara rəngli uzunqol gödəkçə, hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 əynində olmuş bənövşəyi rəngli qısaqol köynək, həmçinin hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli uzunqol gödəkçə və qara rəngli cins şalvar, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ağız suyu nümunələri, hadisə yeri olan mənzilin müxtəlif yerlərindən hopdurucu fırçayla götürülmüş qanabənzər ləkələrdən nümunələr, həmçinin mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qan nümunələri məhv edilməlidir. Dindirmə protokolları və ifadələrin yerində yoxlanılmasını özündə əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zeynalabdi oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi Zeynalabdi oğluna ödənilməli olan 216 (iki yüz on altı) manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəzanın ilk 03 (üç) ili həbsxanada, qalan hissəsi isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə vaxtı mərhum Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd qırmızı rəngli qısaqol köynək, bir ədəd qara rəngli cins şalvar, qara rəngli büstqalter, bənövşəyi rəngli alt geyimi, tuman, hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 əynində olmuş qara rəngli qısaqol köynək, qara rəngli uzunqol jaket, qara rəngli uzunqol gödəkçə, hadisə vaxtı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 əynində olmuş bənövşəyi rəngli qısaqol köynək, həmçinin hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli uzunqol gödəkçə və qara rəngli cins şalvar, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ağız suyu nümunələri, hadisə yeri olan mənzilin müxtəlif yerlərindən hopdurucu fırçayla götürülmüş qanabənzər ləkələrdən nümunələr, həmçinin mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qan nümunələri məhv edilsin. Dindirmə protokolları və ifadələrin yerində yoxlanılmasını özündə əks etdirən CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş 36 (otuz altı) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi Zeynalabdi oğluna ödənilməli olan 216 (iki yüz on altı) manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1276/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1276/2022
29.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver