Məhkəmə qərarları › İş №1(101)-1278/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1278/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1278/2022 03.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, tərcüməçilər X12 Hussain, X20 və Ahmad Mukhtarın, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Pakistan İslam Respublikasında anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Pakistan İslam Respublikasında daimi olmaqla, ünvan 1 ünvanında müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Mustafa Ghulamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Abbas X8baqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Mustafa Ghulam elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama barədə Pakistan İslam Respublikası vətəndaşı olan qrupun digər üzvü və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən qrupun digər üzvü ABŞ, Kanada, Honq-Konq və Kolumbiya banklarının müştərilərinə aid bank kartı məlumatlarını qanunsuz əldə edərək həmin hesablarda olan pul vəsaitlərinə ölkə ərazisində müxtəlif saat və cihazların satışını həyata keçirən, hesabları Zərərçəkmiş şəxs ASC-də açılmaqla həmin bank tərəfindən xidmət göstərilən «saatstore.az», «alinino.az», «apple-azerbaıjan.az», «e-alver.az», «mgstore.az», «myshops.az» adlı və digər internet dükanlarından qol saatı, mobil telefon, simsiz qulaqlıqlar, notbuk, makbuk, planşet, oyun aparatı, videokamera və s. elektronika mallarının onlayn qaydada alışını etdikdən sonra qrupun digər üzvləri ilə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən onlayn satış həyata keçirən dükanların kuryer xidmətlərindən məhsulları Bakı şəhərində müxtəlif ünvanlarda qəbul etməklə səyyar qaydada nağd pula satışını həyata keçirmiş, 2022-ci ilin yanvar ayının ortalarından etibarən məhsulların bir hissəsini ünvan 3 ünvanında metronun «Neftçilər» stansiyası yaxınlığında yerləşən «Real Mobile» və «Lombard Telecom» adlı mobil telefon satışı məntəqələrinə rəsmi sənəd əsasında orta bazar qiymətindən ucuz satıb nağd şəkildə əldə etdiyi pulun bir hissəsini özünə qazanc kimi götürmüş, digər hissəsini isə cinayətkar qrupun digər üzvünə göndərmiş, müştərilərinin hesablarından pul vəsaitləri oğurlanmış xarici ölkə banklarının etiraz sorğusu əsasında vəsaitin geri qaytarılmasını təmin etmiş Zərərçəkmiş şəxs ASC-yə külli miqdarda – 228.418,47 manat (iki yüz iyirmi səkkiz min dörd yüz on səkkiz manat qırx yeddi qəpik) məbləğində maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs ASC-nin külli miqdarda əmlakını - Azərbaycan Respublikasının milli pul vahidi ilə həmin dövrün məzənnəsinə uyğun olaraq 228.418,47 manat təşkil edən 134.363,81 (yüz otuz dörd min üç yüz altmış üç dollar səksən bir sent) ABŞ dolları məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin yanvar ayının əvvəllərindən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 31 yanvar 2022-ci il tarixdə saat 18.20 radələrində Pakistan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Mustafa Ghulamın faktiki yaşadığı ünvan 4 ünvanına özünün iştirakı və razılığı ilə keçirilmiş baxış zamanı xarici bankların müştərilərinə aid hesablardan elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə oğurlanmış pul vəsaitlərinə alınmış 01 ədəd «Swiss Military» markalı qol saatı, 01 ədəd «İphone13 Pro Max» və 01 ədəd «İphone12 mini blue» markalı mobil telefonlar, 01 ədəd «X21 Handheld Gimbald» markalı videokamera, 01 ədəd «Lenovo» markalı planşet, 01 ədəd «AirPods Pro» və 01 ədəd «AirPods Max» markalı simsiz qulaqlıqlar, A.Moazzamın özünün istifadə etdiyi «Samsung A10» markalı mobil telefona aid 01 ədəd boş qutu, həmçinin «Macbook Pro» markalı makbuka aid 01 ədəd boş qutu, üzərindən isə cinayətkar fəaliyyət nəticəsində əldə edilmiş 1100 manat məbləğində pul vəsaiti aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Abbas X5 qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərinə həm işləmək, həm də təhsil almaq məqsədilə gəlmişdir. 3 ildir ki, Bakı şəhərində yaşayır. Rəssamlıq Akademiyasında təhsil alır. 2021-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhərində xx.xx.1990-cı il təvəllüdlü Sohail Qasımla tanış olmuşdur. X9 Respublikası vətəndaşıdır, həmyerlisidir. Sohail 2021-ci ilin oktyabr ayında Türkiyə Respublikasına getmişdir. Türkiyəyə getməzdən əvvəl ona demişdir ki, Sohailin həyat yoldaşı Türkiyədədir və işlərini də davam etdirmək üçün oraya gedəcək. Danışıq zamanı Sohail ona izah etmişdir ki, pul verib onlayn qaydada bank kartları alır. Həmin kartlardan da Bakı şəhərində yerləşən dükanlardan alış veriş edir. Sohail ona demişdir ki, Londonda olan dostu onlayn qaydada sifariş verəcək, o da gedib həmin məhsulu dükandan götürməlidir. Razılaşmaya əsasən o, məhsulu satıb 5 faiz pulu özünə götürməli, qalan pulu isə Sohailə göndərməliymiş. O, Sohailin təklifi ilə razılaşmışdır. Bundan sonra Bakı şəhərində onlayn satış həyata keçirən dükanlardan aldığı məhsulları o, qəbul edib metronun «Neftçilər» stansiyası yaxınlığında yerləşən «Real mobile» və «Lombard telefon» adlı dükanlara nağd qaydada satırmış. Əldə edilmiş pul vəsaitini Türkiyədə İstanbul şəhərində yaşayan Sohailə göndərirmiş. Əldə edilmiş pulun böyük bir hissəsi Sohailə çatırmış, bir hissəsini isə o, özünə götürürmüş. Pulu Sohailə onun adına olan Zərərçəkmiş şəxsa aid bank kartı hesabına və ya Sohailin tapşırığı ilə Pakistana Bakı şəhərindən yola düşən sərnişinlər vasitəsilə Sohailin ailə üzvlərinə çatdırılması üçün göndərirmiş. 2022-ci ilin yanvar ayının əvvəllərindən etibarən o, Sohaillə birlikdə bu işlə məşğul olmağa başlamışdır. Əsasən «Music Gallery», «Myshop.az», «Shop.az», «E-alver.az» saytlarından onlayn qaydada mobil telefonlar, qulaqcıqlar, makbuklar, notbuklar, PS4 oyun aparatı alınırmış. Məhsulları ona kuryerlər gətirib müxtəlif ünvanlarda təqdim edirmişlər. İlk dəfədən məhsulları metronun «Neftçilər» stansiyası yaxınlığında yerləşən «Real mobile» və «Lombard telefon» adlı dükanlara nağd qaydada satdığı üçün növbəti satışları da həmin dükana etmişdir. Bildirmişdir ki, o, bir neçə dəfə dükanda qiymətlə maraqlanmış, məhsulları ondan həmin Elçingilin çalışdığı dükan uyğun qiymətə götürdüyünə görə o, növbəti dəfələrdə də mobil telefon və cihazları onlara satmışdır. Birinci dəfə Sohailin göndərdiyi konum ilə Nərimanov rayonu ərazisində yerləşən «Music Gallery» şirkətinin kuryeri ilə görüşmüşdür. Tanımadığı həmin kuryerdən 2 ədəd «Samsung Galaxy S21» mobil telefonu, 1 ədəd «Acer» markalı noutbuku və bu kimi təxminən 20.000 manat dəyərində bir neçə məhsulu qəbul etmişdir. Sonra Sohail onunla telefonla danışmış və ona demişdir ki, metronun «Neftçilər» stansiyası tərəfdə telefon dükanlarına yaxınlaşsın və həmin mobil telefonları, texniki cihazların ucuz qiymətə satışını həyata keçirsin. O, bir neçə dükanda qiymətlə maraqlanmış, sonda isə «Real mobile» və «Lombard telefon» adlı dükanlara satmışdır. O, təxminən 70-80 min manat dəyərində məhsul satmışdır. Həmin məhsullar dükandan onlayn qaydada baha alınırmış. Lakin, o, həmin malları dəyərindən ucuz satırmış. Buna görə də dəyəri təxminən 70-80 min manat təşkil edərmiş. Həmin pulun 5 faiz hissəsi onun qazancı olmuş, qalan hissəsi Sohailə göndərilmişdir. Pulun bir hissəsini Sohailin tapşırığı ilə Sohailin adına olan Zərərçəkmiş şəxsdakı bank kartı hesabına göndərirmiş. Bundan əlavə pulun bir hissəsini Sohailin tapşırığı ilə Pakistana gedən sərnişinlər vasitəsilə göndərirmiş. Sohailin Pakistanın «ASCREE» bankındakı hesabı var imiş. Nağd göndərdiyi pul həmin bank hesabına yerləşdirilirmiş. Kolumbiya, Kanada, ABŞ, Honq-konq vətəndaşlarına aid vətəndaşların hesablarındakı pul vəsaitlərinin oğurlanmasından onun məlumatı olmamışdır. Lakin «alinino.az», «mgstore.az», «e-alver.az», «apple.azerbajan.az» adlı onlayn satış həyata keçirən dükanlardan məhsul qəbul edib satmışdır. “Whatsapp» vasitəsilə Sohail ona «myshop.az», «alinino.az», «mgstore.az», «e-alver.az», «apple.azerbajan.az» adlı onlayn satış həyata keçirən dükanlardan alınmış məhsulların qəbzlərinin fotoşəkillərini göndərirmiş ki, o, kuryerdən hansı malı qəbul etdiyini bilsin. Qəbzdə eyniləşdirmə kodu olur, həmin eyniləşdirmə nömrəsini kuryerə təqdim etdikdən sonra həmin məhsulu ona təqdim edirmiş, əks halda məhsul ona təqdim edilməzmiş. Proses iştirakçılarının suallarını cavablandıraraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, xarici vətəndaşlara aid bank kartı məlumatlarını kimin və hansı şəkildə ələ keçirirdiyini o, bilməmişdir. Sohailin tapşırığı ilə ona alınmış məhsullardan Türkiyəyə də göndərmişdir. O, Sohailə notbuk, telefon, videeokamera göndərmişdir. Onda bu şübhə yaratmamışdır. Sohail ona demişdir ki, London şəhərində yaşayan adını hazırda xatırlamadığı Pakistanlı tanışı ilə birlikdə onlayn qaydada kartlar vasitəsilə alış-veriş edirlər. O, Sohailin tapşırığı ilə hərəkət edirmiş. Onun bu hərəkətinin cinayət olduğunu o, bilməmiş, o, bu onlayn satışın qanuni olduğunu bilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Mustafa Ghulamın əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmiş və izahatın, ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 30-32-ci vərəqələrində olan izahatında, 65-69 və 99-101-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs Mustafa Ghulam aşağıdakıları göstərmişdir: … «... 2022-ci ilin yanvar ayının əvvəllərindən sonra Sohail telefon ilə «vvhatsapp»la onunla danışaraq ona müxtəlif şəxslərin bank kartları vasitəsilə Azərbaycanda «Music Gallery», «Myshop.az», «Shop.az», «E-alver.az» saytlarından onlayn qaydada elektronika və ya mobil cihazları alacağını deyərək həmin malları oradan gedib götürməyini xahiş etmiş, əvəzində pul verəcəyini demişdir. Beləcə Sohailin birinci dəfə özünün göndərdiyi konum ilə Nərimanov rayonu ərazisində yerləşən «Baku Elektroniks» dükanının yaxınlığında «Music Gallery» şirkətinin kuryerindən 2 ədəd «Samsung Galaxy S 21» markalı mobil telefonu, 1 ədəd «Acer» markalı noutbuk və bu kimi təxminən 20.000 manat dəyərində mal qəbul etmişdir. Sonra Sohail onunla telefonla danışaraq «Neftçilər» metrostansiyası tərəfdə telefon dükanlarına yaxınlaşmasını, həmin mobil telefonları və digər texniki cihazları satmağını demiş, o da Sohailin göstərişi ilə həmin cihazları metronun «Neftçilər» stansiyası yaxınlığında tanımadığı telefon dükanlarına satmış, əldə etdiyi 15.000 manat puldan Sohail ona 2000 manat pulu özü üçün götürməyini deyib ona bəxşeyiş kimi vermiş, sonra qalıq 13.000 manat puldan 7.000 manatını Sohailin adına olan Zərərçəkmiş şəxs kartına köçürmüş, digər qalıq 6.000 manat pulu isə Sohailin göstərişi ilə sonuncunun adına olan Pakistanda yerləşən «Ascree» və digər banka köçürmüşdür. Sohailin həm «Ascree» bankında, həm də Zərərçəkmiş şəxs bankında hesabları olmuş, o, Sohail ilə danışıq zamanı «sən bu pulları haradan əldə edirsən» deyə soruşmuş, Sohail ona xakerlərin online qaydada oğurlanmış bank hesablarını satdığını, həmin bank hesablarını pul ilə aldığını, burada heç bir problem otmadığını demişdir. Sohailin danışığından belə məlum olmuşdur ki, Sohail xarici vətəndaşların bank kartı hesablarını oğurlayaraq pulları nağdlaşdırmaq üçün bu üsula əl atır və onlayn qaydada aldığı malları əldə edib satmaq üçün ona müraciət edir. O Sohailin bu əməlini başa düşərək birlikdə işləməyə razılıq vermiş, satdığı hər mala görə 10 faiz pulu özünə qazanc kimi saxlamışdır. ...Bu şəkildə 12 yanvar 2022-ci il tarixdən tutulduğu günədək təxminən 20 dəfə Sohailin oğurluq pulla sifarişi əsasında alınmış məhsulları kuryerdən qəbul edib satışını edib özünə pul götürüb qalıq məbləği də Sohailin bank kart hesabına göndərmişdir. Sohailin bank kart hesablarından pul vəsaitlərini oğurlayaraq mobil telefon və digər texnika aldığını, oğurluq pula alınmış məhsulları onun vasitəsilə satdırıb gəlir əldə etməsini başa düşmüş, bunu bilərəkdən də Sohailə köməklik etməyinə səbəb özünün maddi imkansızlığı olmuşdur. Qazandığı puldan təxminən 3.000 manat pulu Pakistana ailə üzvlərinə göndərmiş, pulu əsasən Pakistana gedən sərnişinlər vasitəsilə göndərmiş, hər 5 gündən bir Sohailin göstərişi ilə malları qəbul edib satmaqla təxminən 2.000 manat pul qazanırmış, 31 yanvar 2022-ci il tarixdə yaşadığı evə baxış zamanı üzərində olan 1100 manat pulu Sohail ilə qeyri-qanuni iş birliyi ilə qazandığını polis əməkdaşlarına etiraf etmişdir. Baxış zamanı yaşadığı evdən aşkar olunmuş «İphone 13», «İphone 12» markalı mobil telefonları və digər texniki vasitələri Sohailin onlayn qaydada aldığını və kuryerlərdən həmin məhsulları qəbul etdiyini polis əməkdaşlarına deyib həmin əşyaları təhvil vermişdir. ...məhsulları alan oğlanın adı Elçin olmuş, Elçin ondan həmin məhsulları necə əldə etdiyini soruşduqda o, Elçinə pulun əsl mənbəyi barədə bildirməmiş, malları onlayn qaydada aldığını demişdir. Elçingilin malların oğurluq pula alınmasından məlumatları olmamışdır. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs Mustafa Ghulam bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, lakin, o, izahatı və ifadələri təsdiq etmir. İzahatı və ifadələri oxumadan imza etmişdir. O, Sohailin başqalarının kartından pulların oğurlamasını bilməmişdir. Ona Sohail xakerlərin onlayn qaydada oğurlanmş bank hesbablarını satdığını, özünün də həmin bank hesablarını pul ilə aldığını deməmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, 2020-ci ilin aprel ayından Zərərçəkmiş şəxs ASC-də hüquqşünas vəzifəsində işləyir. Beynəlxalq ödəniş sistemlərinin qaydasına əsasən bank kartı sahibinin məlumatı olmadan hər hansı bir maliyyə əməliyyatı həyata keçirilirsə həmin müştəri xidmət göstərən banka etiraz müraciəti edə bilər. Belə olan halda həmin bank hesabından pul çıxan müştərinin müraciəti ilə əlaqədar hansı hesaba pul köçürülübsə həmin banka etiraz sorğusu göndərilir. Etiraz sorğusunu qəbul edən bank müəyyən müddət ərzində araşdırma apararaq kart sahibinin şikayətinə baxır, əgər təsdiqlənsə ki, həqiqətən də kart sahibinin iştirakı və razılığı olmadan maliyyə əməliyyatı aparılmışdır, belə olan halda hesabına pul gələn bank həmin ödənişi geri qaytarmalıdır. Zərərçəkmiş şəxs onlayn ticarətlə məşğul olan bir sıra şirkətlərə bank xidmətləri göstərir. Həmin şirkətlərin içində «Music Gallery», «AliNino», «Shop.az» və digər şirkətlər də var. Həmin şirkətlərdən hansısa müştəri onlayn qaydada məhsul alsa, ödəniş Zərərçəkmiş şəxsda açılmış hesablara köçür. 2022-ci ilin yanvar ayının ortalarında onların bankına ABŞ, İspaniya və Kolumbiya banklarından etiraz sorğuları daxil olmuşdur ki, onların xidmət göstərdikləri müştərilərin hesablarından sahibinin məlumatı və icazəsi olmadan pul vəsaitləri oğurlanmış və həmin pul vəsaitlərinə Bakı şəhərində yerləşən əsasən elektronika məhsullarının satışını həyata keçirən dükanlardan alış olmuşdur. Araşdırma nəticəsində məlum olmuşdur ki, Kolumbiya, Kanada, ABŞ, Honq-konq-a aid bankların müştərilərinə məxsus bank kartlarına dair məlumatlar ələ keçirildikdən sonra həmin hesablardan «AliNino.az», “Apple-Azerbaijan.az.”, “e-alver.az” və s. onlayn satış həyata keçirən dükanlardan 2022-ci ilin yanvar ayı ərzində məhsul alışı həyata keçirilmişdir. Adları sadalanan dükanlar Zərərçəkmiş şəxs-ın müştəriləridir. Banklar arası araşdırma zamanı təsdiq olunmuşdur ki, həqiqətən də ABŞ, Kanada, Kolumbiya, Honqkonq-a aid bankların müştərilərinin iştirakı və razılığı olmadan «AliNino.az», “Apple- Azerbaijan.az”, «Myshop.az», «E-alver.az» və s. onlayn satış həyata keçirən dükanlardan məhsul alışı həyata keçirilmişdir. Belə olan halda hesabına pul gələn bank , yəni onların bankı həmin ödənişi geri qaytarmalıdır. 228 min 418 manat 47 qəpik təşkil edir. ABŞ dollarına münasibətdə isə həmin məbləğ 134363, 81 ABŞ dolları təşkil edir. 228 min 418 manat 47 qəpik maddi ziyan bank tərəfindən aidiyyəti ölkələrin bank hesablarına onların müştərilərinə vurulmuş maddi ziyan müqabilində ödənilmişdir. Zərərçəkmiş şəxs ASC-nə ümumilikdə 228 min 418 manat 47 qəpik, (134363, 81 ABŞ dolları) maddi ziyan dəymişdir. Maddi ziyan ödənilməmişdir. Dəymiş maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun xalası oğlu Şahid2 metronun «Neftçilər» stansiyasının yaxınlığında «Real mobile» adlı dükan işlədir. O da həmin dükanda Vasifə köməklik edir. Dükan kiçik bir dükandır, həmin dükanda yeni və ikinci əl mobil telefonlar, həmçinin telefon aksessuarları satılır. Qonşuluqda isə «Lombard-Cavad Telecom» adlı dükan yerləşir. Həmin dükanda Şahid3 işləyir. 2022-ci ilin yanvar ayının əvvəllərində Cavadın dükanına Pakistan vətəndaşı olan sonradan Moazzam kimi tanıdığı şəxs gəlmişdir. Moazzam yeni «Samsung» markalı telefon satdığını bildirmiş və Cavada həmin telefonları satmışdır. Sonra həmin Pakistanlı onunla da danışıb razılaşmışdır. Pakistanlı onlayn qaydada mobil telefon və digər elektronika məhsulları alıb onlara satacağını demişdir. Moazzamdan aldığı mobil telefon və elektronika mallarının necə əldə etməsini soruşduqda Moazzam bildirmişdir ki, xaricdə yaşayan dostu onlayn qaydada kart vasitəsilə köçürmə yolu ilə həmin məhsulları alır, həmin pulları bank kartına gələn bonus hesabına alırlar. Moazzamdan nəyə görə həmin məhsulları satdığını soruşanda bildirmişdir ki, məhsulları karta yığılmış bonus pul hesabına alır. Moazzamın təqdim etdiyi qəbzlərə əsasən məhsulların onlayn qaydada alındığı dükanlara zəng etmişlər, həmin dükanlar da həqiqətən onlayn qaydada dükana məhsulun alışı üçün ödəniş olunduğunu, Moazzama alınan məhsulların təqdim olunduğunu təsdiq etmişlər. Həmin mağazalardan bunları öyrəndikdən sonra onlarda bir daha əminlik yaranmışdır ki, məhsullar Moazzam tərəfindən qanuni şəkildə əldə edilmişdir. Qonşu dükandakı Cavadla birlikdə şərikli şəkildə Moazzamdan məhsullar almağa qərar vermişlər. Məhsulları hansı qiymətə qəbul edəcəklərini Moazzamla razılaşmışlar. Moazzam telefon nömrələrini götürmüş, mal olanda Moazzam ona məlumat vermişdir. 2022-ci ilin yanvar ayının əvvəllərindən sonunadək olan müddət ərzində Moazzamla aralarnda alver olmuş, Moazzamdan «İphone» və «Samsung» markalı mobil telefonlar, «Apple» markalı makbuklar, noutbuklar, «Airpods» markalı qulaqcıqlar, planşetlər alıb metronun «28 May» stansiyası yaxınlığındakı dükanlara satmışlar. Ona görə ki, onların işlədiyi dükanlar kiçik ölçüdə olmuş, vitrinləri səliqəli və diqqət cəlb edən olmamışdır. Müştəriləri az olduğuna görə həmin məhsulları öz dükanlarında sata bilməzmişlər. Onların dükanında əsasən ucuz qiymətə olan telefonlar və aksessuarlar satılır. Moazzamla «İphone 13 Pro Max 128gb» markalı telefonu 2400 manat, «Ps4» markalı oyun aparatını 450 manata, «İphone 13 Pro Max 256gb» markalı telefonu 2550 manata, «Samsung Galaxy A52 4/256gb» markalı telefonu 550 manata, «Samsung Galaxy S21» markalı telefonu 1250 manata, «Apple Airpods 2» markalı simsiz qulaqcığı 270 manata, «Samsung Galaxy S20» markalı telefonu 850 manata, «Samsung Galaxy A32» markalı telefonu 350 manata, «Samsung Galaxy A52» markalı telefonu 450 manata, «X16 S7» markalı planşeti 1000 manata, «X16 S6 lite» markalı planşeti 5500 manata, «X17 13» markalı makbuku 1700 manata dəyərləndirmişlər. Məhsulları Moazzamdan alan zaman rəsmi dükanın məhsula dair verdiyi zəmanət talonu və qəbzi də götürmüşlər. Həmin sənədlər öz dükanlarında saxlanılmışdır. Moazzam onlara «HP», «Acer», «Lenovo» markalı notbuklar da satmış, həmin notbukları Moazzamdan 1000-1100 manata almışlar, iki ədəd «Ps4» markalı oyun aparatını Moazzamdan hər birini 450 manata almışlar, notbuk və «Playstation 4» markalı oyun aparatını o, «Neftçilər» metrostansiyası yaxınlığında telefon satışı ilə məşğul olan adını hazırda xatırlamadığı şəxsə satmışdır. Notbukları 1200 manata, «PS4» markalı oyun aparatlarını isə 550 manata satmışlar. Moazzamdan alınan bütün məhsulların üzərinə 100-150 manat əlavə haqq qoyaraq «28 May» metrostansiyası yaxınlığında yerləşən dükanlara satmışlar. Moazzamın onlara satdığı məhsulların cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri hesabına alınmasından məlumatları olmamışdır. Məhsullar onlara rəsmi dükanların qəbzi əsasında təqdim edildiyinə görə onlara həmin işdə nəsə qanunsuzluq olmasından şübhələnməmişlər. Onlarda həmin məhsulların qəbzləri və zəmanət talonları olmuşdur. Onları malı satanda Təqsirləndirilən şəxs onlara təqdim etmişdir. Qəbzlərdəki bəzi məhsulları Təqsirləndirilən şəxs istifadə etmək üçün özünə götürmüş, özünə həm mobil telefon, həm makbuk, həm saat, həm də simsiz qulaqlıqlar götürmüş, yəni elə qəbz var ki, bir qəbzdə bir neçə məhsulun adı göstərilmiş, həmin məhsulların da bir hissəsi onlara satılmış, bir hissəsi isə Moazzamın özü tərəfindən şəxsi istifadəsi üçün və ya başqa məqsəd üçün götürülmüşdür. Təqsirlənjdirilən şəxs həmin malların bank kartına gələn bonus hesabına alındığından ucuz qiymətə satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən «Neftçilər» stansiyasının yaxınlığında «Real mobile» adlı dükan işlədir. Dükan kiçik bir dükandır, həmin dükanda yeni və ikinci əl mobil telefonlar, həmçinin telefon aksessuarları satılır. Dükanda Elçin adlı işçi də işləyir. Qonşuluqda isə «Lombard-Cavad Telecom» adlı dükan yerləşir. Həmin dükanda Şahid3 işləyir. Təxminən 2021-ci ilin dekabr ayının sonlarında Cavadın dükanına Pakistan vətəndaşı olan sonradan Moazzam kimi tanıdığı şəxs gəlmişdir. Moazzam yeni «Samsung» markalı telefon satdığını bildirmiş və Cavada həmin telefonları satmışdır. Sonra həmin Pakistanlı onun işçisi Elçinlə də danışıb razılaşmışdır ki, onlara da onlayn qaydada mobil telefon və digər elektronika məhsulları satacaq. Moazzamdan aldığı mobil telefon və elektronika mallarının necə əldə etməsini soruşduqda Moazzam bildirmişdir ki, xaricdə yaşayan dostu onlayn qaydada kart vasitəsilə köçürmə yolu ilə həmin məhsulları alır, həmin pulları bank kartına gələn bonus hesabına alırlar. Moazzamdan nəyə görə həmin məhsulları satdığını soruşanda bildirmişdir ki, məhsulları karta yığılmış bonus pul hesabına alır. Moazzamın təqdim etdiyi qəbzlərə əsasən məhsulların onlayn qaydada alındığı dükanlara zəng etmişlər, həmin dükanlar da həqiqətən onlayn qaydada dükana məhsulun alışı üçün ödəniş olunduğunu, Moazzama alınan məhsulların təqdim olunduğunu təsdiq etmişlər. Həmin mağazalardan bunları öyrəndikdən sonra onlarda bir daha əminlik yaranmışdır ki, məhsullar Moazzam tərəfindən qanuni şəkildə əldə edilmişdir. Qonşu dükandakı Cavadla birlikdə şərikli şəkildə Moazzamdan məhsullar almağa qərar vermişlər. Məhsulları hansı qiymətə qəbul edəcəklərini Moazzamla razılaşmışlar. Moazzam telefon nömrələrini götürmüş, mal olanda Moazzam ona məlumat vermişdir. 2022-ci ilin yanvar ayının əvvəllərindən sonunadək olan müddət ərzində Moazzamla aralarında alver olmuş, Moazzamdan «İphone» və «Samsung» markalı mobil telefonlar, «Apple» markalı makbuklar, noutbuklar, «Airpods» markalı qulaqcıqlar, planşetlər alıb metronun «28 May» stansiyası yaxınlığındakı dükanlara satmışlar. Ona görə ki, onlar işlədiyi dükanlar kiçik ölçüdə olmuş, vitrinləri səliqəli və diqqət cəlb edən olmamışdır. Müştəriləri az olduğuna görə həmin məhsulları öz dükanlarında sata bilməzmişlər. Onların dükanında əsasən ucuz qiymətə olan telefonlar və aksessuarlar satılır. Moazzamla «İphone 13 Pro Max 128gb» markalı telefonu 2400 manat, «Ps4» markalı oyun aparatını 450 manata, «İphone 13 Pro Max 256gb» markalı telefonu 2550 manata, «Samsung Galaxy A52 4/256gb» markalı telefonu 550 manata, «Samsung Galaxy S21» markalı telefonu 1250 manata, «Apple Airpods 2» markalı simsiz qulaqcığı 270 manata, «Samsung Galaxy S20» markalı telefonu 850 manata, «Samsung Galaxy A32» markalı telefonu 350 manata, «Samsung Galaxy A52» markalı telefonu 450 manata, «X16 S7» markalı planşeti 1000 manata, «X16 S6 lite» markalı planşeti 5500 manata, «X17 13» markalı makbuku 1700 manata dəyərləndirmişlər. Məhsulları Moazzamdan alan zaman rəsmi dükanın məhsula dair verdiyi zəmanət talonu və qəbzi də götürmüşlər. Həmin sənədlər öz dükanlarında saxlanılmışdır. Moazzam onlara «HP», «Acer», «Lenovo» markalı notbuklar da satmış, həmin notbukları Moazzamdan 1000-1100 manata almışlar, iki ədəd «Ps4» markalı oyun aparatını Moazzamdan hər birini 450 manata almışlar, notbuk və «Playstation 4» markalı oyun aparatını o, «Neftçilər» metrostansiyası yaxınlığında telefon satışı ilə məşğul olan adını hazırda xatırlamadığı şəxsə satmışdır. Notbukları 1200 manata, «PS4» markalı oyun aparatlarını isə 550 manata satmışlar. Moazzamdan alınan bütün məhsulların üzərinə 100-150 manat əlavə haqq qoyaraq «28 May» metrostansiyası yaxınlığında yerləşən dükanlara satmışlar. Moazzamın onlara satdığı məhsulların cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri hesabına alınmasından məlumatları olmamışdır. Məhsullar onlara rəsmi dükanların qəbzi əsasında təqdim edildiyinə görə onlar həmin işdə nəsə qanunsuzluq olmasından şübhələnməmişlər. Onlarda həmin məhsulların qəbzləri və zəmanət talonları olmuşdur. Həmin sənədləri onlara malı satanda Moazzam təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən ünvan 3 ünvanında yerləşən mobil telefon dükanında işləyir. Fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçmişdir. Dükanda yeni və ikinci əl mobil telefonlar, həmçinin telefon aksessuarları satılır. Telefon dükanının adı «Lombard-Cavad Telecom» dur. Həmin dükan 5 kvadrat metr sahəni əhatə edir, icarə müqaviləsi əsasında orada çalışır. Dükanın içində həm də lombard xidmətləri göstərilir, lombard xidmətlərinin ona aidiyyəti yoxdur. Dükanın telefon satışı hissəsində ondan başqa heç kim çalışmır, dükanın yanında tanışı Vasif və Elçinin çalışdığı «Real Mobilə» adlı telefon satışı dükanı da var. 2022-ci ilin yanvar ayının əvvəllərində işlədiyi dükana Pakistan vətəndaşı olan sonradan Moazzam kimi tanıdığı şəxs gəlmiş və yeni «Samsung» markalı telefon satdığını bildirmişdir. İlk əvvəl qiymətdə razılaşmamışlar, çıxıb getmişdir. Bir-iki saat sonra yenidən dükana gəlmiş və onlar qiymətdə razılaşandan sonra aralarında alqı-satqı olmuşdur. Sonra həmin Pakistanlı qonşu dükanda çalışan Elçinlə də danışıb razılaşmışlar. Moazzamdan aldığı mobil telefon və elektronika mallarının necə əldə etməsini soruşduqda Moazzam bildirmişdir ki, xaricdə yaşayan dostu onlayn qaydada kart vasitəsilə köçürmə yolu ilə həmin məhsulları alır, həmin pulları bank kartına gələn bonus hesabına alırlar. Moazzamdan nəyə görə həmin məhsulları satdığını soruşduqda bildirmişdir ki, karta yığılmış bonusa görə alınmış məhsullardır, ona görə də satır. Moazzamın təqdim etdiyi telefon qəbzlərinə əsasən onlar malı satan dükanlara zəng etmişlər, məhsulların alındığı dükanlar da təsdiqləmişdir ki, həmin telefonlar onlayn qaydada ödəniş etmək yolu ilə onlardan alınmış və Moazzam adlı şəxsə təqdim olunmuşdur. Qonşu dükandakı Elçin və Vasiflə birlikdə şərikli şəkildə Moazzamdan məhsullar almağa qərar vermişlər və məhsulları hansı qiymətə qəbul edəcəklərinə dair Moazzamla razılaşmışlar. Elçin Moazzamın telefon nömrəsini götürmüşdür. Mal olanda Moazzam Elçinə məlumat verirmiş. 2022-ci ilin yanvar ayının əvvəllərində ilk dəfə Moazzamdan 2 ədəd «Samsung S21» və 1 ədəd «Samsung S21 plus» markalı mobil telefon almış, «Samsung S21» markalı telefonun bir ədədini 1300 manata, «Samsung S21 plus» markalı telefonu isə 1450 manata almışdır. Nağd şəkildə Moazzama 4050 manat ödəniş etmişdir. Mobil telefonu qutuda qəbzlə birlikdə Moazzamdan qəbul etmişdir. Elçin və o, Moazzamla məhsulun qiyməti barədə razılaşmışlar. «İphone 13 Pro Max 128gb» markalı telefonu 2400 manata, «Ps4» markalı oyun aparatını 450 manata, «İphone 13 Pro Max 256gb» markalı telefonu 2550 manata, «Samsung Galaxy A52 4/256gb» markalı telefonu 550 manata, «Samsung Galaxy S21» markalı telefonu 1250 manat, «Apple Airpods 2» markalı simsiz qulaqcığı 270 manat, «Samsung Galaxy S20» markalı telefonu 850 manat, «Samsung Galaxy A32» markalı telefonu 350 manata, «Samsung Galaxy A52» markalı telefonu 450 manata, «X16 S7» markalı planşeti 1000 manata, «X16 S6 lite» markalı planşeti 5500 manata, «X17 13» markalı makbuku 1700 manata dəyərləndirilərək Moazzamdan almışlar. Məhsullar Moazzamdan alınan zaman dükanın məhsula dair verdiyi zəmanət talonu və qəbzi də götürürmüşlər. 2022-ci ilin yanvar ayının əvvəllərindən sonuna kimi olan müddət ərzində Moazzam ona təxminən 10 dəfə mal satmış, hər dəfə ona müxtəlif məhsullar satmışdır. Moazzam ona və Elçinə «HP», «Acer», «Lenovo» markalı notbuklar da satmış, həmin notbukları Moazzamdan 1000-1100 manata almışlar. İki ədəd «Ps4» markalı oyun aparatını Moazzamdan 500-550 manat arası pula almışlar. Elçinlə əldə olunan gəliri aralarında bərabər bölürmüşlər. Moazzamdan alınan bütün məhsulların üzərinə 100-150 manat əlavə haqq qoyaraq Elçinlə birlikdə metronun «28 May» stansiyası yaxınlığında yerləşən müxtəlif dükanlara da satmışlar. Notbukları və oyun aparatını Elçin satmışdır. Pakistan vətəndaşı Moazzamın satdığı məhsulların cinayət yolu ilə əldə edilməsindən xəbərsiz olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, zərərçəkmiş hüquqi şəxsinin nümayəndəsinin izahatı ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş 24 yanvar 2022-ci il tarixli, 158000/043 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs ASC-nin partnyoru olan “AliNino” mağazalar şəbəkəsi tərəfindən keçirilən onlayn ödənişlər ilə bağlı şübhəli halların olması ilə bağlı müraciət edilmiş, müraciətin araşdırılması zamanı qeyri-rezident banklar tərəfindən müştərilən müraciətlərinə əsasən keçirilmiş əməliyyatlara etiraz sorğusu gönədrilmiş, bununla da 26009,84 manat məbləğində Zərərçəkmiş şəxs ASC-yə ziyan dəymişdir. Cinayət işinin 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs ın məktubuna əlavə edilmiş mətnin tərcüməsindən görünür ki, +**********2 saylı nömrədən Azərbaycandan kiminsə onun kredit kartını həftənin cümə günü oğurlayıb, alinino.az dükanına bir neçə köçürmə əməliyyatı (829.41, 829.41 və 829.41 ABŞ dolları) həyata keçirildiyini bildirmişdir. Cinayət işinin 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru İbrahim Vəliyevin 01 fevral 2022-ci il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs ASC-nin partnyoru olan “AliNino” mağazalar şəbəkəsi tərəfindən keçirilən onlayn ödənişlər ilə bağlı şübhəli halların olması ilə bağlı müraciət edilmiş, müraciətin araşdırılması zamanı qeyri-rezident banklar tərəfindən müştərilən müraciətlərinə əsasən keçirilmiş əməliyyatlara etiraz sorğusu gönədrilmiş, bununla da 26009,84 manat məbləğində Zərərçəkmiş şəxs ASC-yə ziyan dəymişdir. Daxil olmuş əməliyyat məlumatına görə mağazalardan şübhəli ödənişlərlə bağlı məhsulları kuryerlərdən Pakistan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs adlı şəxs əldə etmişdir. Cinayət işinin 12-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin KSPSM və MDQM İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Ramil Əşrəfovun 31 yanvar 2022ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 129-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 5(005)-155/2022 saylı əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair qərardan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin KSPSM və MDQM İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Ramil Əşrəfov tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis general mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 31 yanvar 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general mayoru Əbülfət Rzayevin 31 yanvar 2022-ci il tarixli, 007Ə44-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 22-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, sonuncu aparılan araşdırma ilə əlaqədar olaraq yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 23-25-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 yanvar 2022-ci il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mustafa Ghulamın iştirakı ilə sonuncunun yaşadığı ünvan 5 ünvanına keçirilmiş baxış zamanı sonuncuya evdə bank hesab kartları və ya onlayn alışverişlə əldə etdiyi, kuryerlərdən götürmüş olduğu elektron məhsullar, mobil cihazlar varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında həmin əşyalardan olduğunu demişdir. Təqsirləndirilən şəxs Türkiyədə yaşayan Pakistanlı tanışı Sohail Qasımın tapşırığı ilə onlayn qaydada alınmış məhsulları alıb satdığını bildirməklə cinayətkar fəaliyyət nəticəsində əldə edilmiş 1100 manat məbləğində pul vəsaitini cibindən çıxararaq təqdim etmiş, baxış zamanı mənzildən xarici ölkə vətəndaşlarına aid bank kartı hesablarındakı vəsait hesabına onlayn qaydada satış həyata keçirən dükanlardan alınmış 01 ədəd «X18 Chrono» markalı qol saatı, 01 ədəd «İphone13 pro max» markalı mobil telefon qutuda və 01 ədəd «İphone 12 mini» markalı mobil telefonlar, 01 ədəd «Airpods pro» markalı və 01 ədəd «Airpods Max» markalı qulaqcıqlar, 01 ədəd «X21 Handheld Gimbald» markalı videokamera, 01 ədəd «Lenovo» markalı planşet, 01 ədəd «Samsung A10» markalı mobil telefona aid boş qutu, 01 ədəd «Macbook Pro» markalı makbuka aid boş qutu aşkar olunaraq götürülmüşdür. Baxış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 56-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, sonuncu aparılan araşdırma ilə əlaqədar olaraq istifadısində olan “İphone8” və “SamsungA10” markalı mobil telefonlara baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 57-64-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 fevral 2022-ci il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Mustafa Ghulamın istifadəsində olmuş «İphone8», «Samsung A10» markalı mobil telefon aparatlarına Təqsirləndirilən şəxs və tərcüməçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, «SamsungA10» markalı mobil telefon aparatı işlək vəziyyətdə olub istifadə üçün yararlıdır və üzərində «Azercell» mobil operatoruna aid +99***-***-**-** nömrəsi vardır. «İphone8» markalı mobil telefon aparatı işlək vəziyyətdə olub istifadə üçün yararlıdır və üzərində «Azercell» mobil operatoruna aid +99***-***-**-** nömrəsi vardır. Mobil telefonlara baxış zamanı hər iki telefonun «Whatsapp» ani mesajlaşma mübadilə proqramında mobil telefon və digər elektron məhsulların satışına dair yazışmaların olması müəyyən olunmuşdur. Bundan başqa mobil telefonda Sohail «bhatti baku2» adı ilə qeyd edilmiş şəxslə Təqsirləndirilən şəxs arasında mütəmadi olaraq oğurluq yolu ilə əldə edilmiş pula alınmış məhsulların satışına dair yazışmaların olması, həmçinin, onların bir-birinə elektronika mallarının şəkillərini, bank kartı şəkilləri, ödəniş qəbzlərinin göndərilməsi də müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs əldə edilmiş pulun Sohail Qasıma göndərilməsinə dair danışıqlar aparması, həmçinin Pakistan vətəndaşlarına aid pasport şəkillərini Sohail Qasıma göndərməsinə dair iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmuşdur. Baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən məlumatlar aşkar edildiyinə görə «İphone 8», «Samsung A10» markalı mobil telefon aparatları maddi sübut kimi götürülmüşdür. Cinayət işinin 112-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 fevral 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Mustafa Ghulam cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına onlayn qaydada satışı həyata keçirən dükanlardan alınmış mobil telefon və digər elektronika cihazlarını satdığı dükanları göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 117-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid2 03 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Pakistan vətəndaşı Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon və digər məhsullara dair qəbzləri və zəmanət talonlarını könüllü olaraq istintaqa təqdim etmişdir. Cinayət işinin 118-122-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 fevral 2022-ci il tarixli könüllü təqdim edilmiş qəbz, qaimə və zəmanət talonlarına baxış keçirilməsi və götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şahid2 təqdim etdiyi zəmanət talonlarına, qəbz və qaimələrə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məhsulları nağd şəkildə metronun «Neftçilər» stansiyası yaxınlığında yerləşən «Real Mobile» və «Lombard Telecom» adlı telefon satışı məntəqələrinə satmış, satış zamanı rəsmi dükandan əldə etdiyi qəbzləri, qaimələri və ya zəmanət talonlarının adlarını qeyd olunan dükanlarda çalışan şəxslərə təqdim etmişdir. Təhvil verilən sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, qəbz, qaimə və zəmanət talonları özlərində cari ilin yanvar ayı ərzində həyata keçirilmiş mobil telefon və digər cihazların satışına dair məlumatları əks etdirirlər. Məhsul satışına dair həmin sənədlər «e-alver.az», «myshop», «shopstore», «apple-azerbaijan», «music gallery», «alinino.az» adlı dükanlar tərəfindən tərtib edilmişdir. Qəbz və qaimələrdə məhsulun adı, növü, sayı, qiyməti, alışın forması, sifariş edənin adı, alışın tarixi, məbləğ, qəbzin seriya və nömrəsi göstərilmişdir. Sənədlərin bəzilərində təhvil alan və ya sifariş edən qrafasında Təqsirləndirilən şəxs adı qeyd olunmuşdur, bəzilərində isə belə məlumatlar qeyd olunmamışdır. Bəzi qaimələrdə isə məhsul satışının həyata keçirilməsi qeyd olunsa da dükanın rekvizitləri göstərilməmişdir. Baxış keçirilən sənədlərdən görünür ki, «Apple Azerbaijan» dükanından 01 ədəd «İphone 13 Pro Max 128gb» markalı mobil telefon, «Music Gallery» dükanından 02 ədəd «Ps4» markalı oyun aparatı, 01 ədəd «Samsung Galaxy S21» markalı mobil telefon, 03 ədəd «İphone 13 Pro Max 128gb» markalı mobil telefon, 01 ədəd «İphone 13 Pro Max 256 gb» markalı mobil telefon, 01 ədəd «Sony Wfsp700n/bme» markalı qulaqcıq, «Apple Airpods 2» markalı qulaqcıq, «E-alver.az» dükanından 06 ədəd «İphone 13 Pro Max 256 gb» markalı mobil telefon, 20 ədəd «Samsung Galaxy A52 4/256gb» markalı mobil telefon, 01 «ədəd Samsung Galaxy S20» markalı mobil telefon, «Samsung Galaxy S21 FE» markalı mobil telefon, 02 ədəd «Samsung Galaxy A51 4/256gb» markalı mobil telefon, 04 ədəd «Samsung Galaxy A32 4/64gb», 01 ədəd «Samsung Galaxy A22 2/32gb» markalı mobil telefon, «Alinino.az» dükanından 01 ədəd «X16 S7» markalı planşet, 05 ədəd «X16 S6 lite» markalı planşet, 01 ədəd «X17 13» markalı makbuk, 2 ədəd «X19 Space gray» markalı qulaqcıq, «Myshops» dükanından 2 ədəd «Samsung Galaxy A52 4/128gb» markalı mobil telefon, «Shopstore» dükanından 1 ədəd «İphone 13 Pro Max 128gb markalı» mobil telefon, adı məlum olmayan dükandan 1 ədəd «Xiaomi Poco x3 8/256» markalı mobil telefon qəbzlərdə göstərilən qiymətə alınmışdır. Cinayət işinin 149-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 18 aprel 2022-ci il tarixli, ***-**** saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi X7 şəhərində yaşayan şəxsin anket məlumatlarını müəyyən etmək mümkün olmamış, Pakistan islam Respublikası vətəndaşı Sohail Qasımın isə xx.xx.2021-ci ildə Bakı şəhərini tərk etməklə İstanbul şəhərinə yola düşdüyü müəyyən edilmişdir. Cinayət işinin 176-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 aprel 2022-ci il tarixli, 9/1487 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 16 adda mallar - 21660 manat müəyyən olunur. Digər 01 ədəd «Samsung Galaxy A22 2/32gb» markalı mobil telefon haqqında kifayət qədər məlumat (texniki göstəriciləri və s.) olmadığı üçün qiymətləndirilmə aparılmamışdır. Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 6 adda mallar - 8230 manat müəyyən olunur. Digər 05 adda mallar haqqında kifayət qədər məlumat (texniki göstəriciləri və s.) olmadığı üçün qiymətləndirilmə aparılmamışdır. Cinayət işinin 187-188-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 iyun 2022-ci il tarixli bankın təqdim etdiyi sənədlərə baxış keçirilməsi və götürülməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs ın ödəniş kartları departamentinin mütəxəssisi X1, həmin bankın Məhkəmələr və hüquqi təminat şöbəsinin aparıcı hüquqşünası Nümayəndə iştirakları ilə xarici ölkə vətəndaşlarının bank kartı hesablarından oğurlanmış pul vəsaitlərinə dair Zərərçəkmiş şəxsın təqdim etdiyi cədvəllərə və bankın müştərilərinin təqdim etdikləri sənəd surətlərinə baxış keçirilmişdir. Təqdim olunmuş məlumatlardan görünür ki, ABŞ, Kanada, Kolumbia, Hong-Kong-a aid bankların müştərilərindən «Alinino.az», «Apple- Azerbaijan.az», «Myshops.az», «e-alver.az» və s. onlayn satış həyata keçirən dükanlardan əsasən 2022-ci ilin yanvar ayı ərzində xarici ölkə vətəndaşlarının hesablarından oğurlanmış pula ticarət əməliyyatları həyata keçirilmişdir. «Kapital bankın təqdim etdiyi sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, həmin sənədlərin surətlərini bankın xidmət göstərdiyi onlayn qaydada satış həyata keçirən dükanların nümayəndələri banka təqdim etmişlər. Belə ki, sənədlərdən görünür ki, «Apple Azerbaijan», «Myshop» və «Music Gallery» dükanlarından əldə edilmiş məhsullar Təqsirləndirilən şəxs tərəfindən qəbul edilmişdir. Təqdim edilmiş sənədlərdə Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən sənədinin fotoşəkli, adı və imzası göstərilmişdir. Cinayət işinin 193-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 iyun 2022-ci il tarixli bankdan əldə edilmiş məlumatlara baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs ASC-dən məhkəmə qərarı əsasında əldə edilmiş maliyyə əməliyyatlarına dair cədvəllərə baxış keçirilmişdir. Baxış zamanı aşağıdakı məlumatlar müəyyən edilmişdir: 6768 67 ****** 9707 nömrəli Zərərçəkmiş şəxsa aid bank kartı Pakistan İslam Respublikası vətəndaşı Qasım Sohail-in adına rəsmiləşdirilmişdir. Cədvəl şəklində bank tərəfindən təqdim olunmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, həmin bank kartından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhərində yerləşən post terminaldan məxaric əməliyyatları, həmçinin terminaldan mədaxil əməliyyatları həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixdən etibarən isə həmin bank kartından yalnız İstanbul şəhərində istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə 4500 manat, xx.xx.2022- ci il tarixdə 2450 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, 5000 manat, 4000 manat, 3600 manat, 5000 manat, 1600 manat, 3700 manat, xx.xx.2022-ci il tarixdə 1230 manat, xx.xx.2022-ci il tarixdə 2100 manat, xx.xx.2022-ci il tarixdə 5000 və 4500 manat, xx.xx.2022-ci il tarixdə saat 20.41-də 5000 manat, saat 21.40-da 2500 manat, saat 21.41-də 600 manat, saat 21.43-də 2300 manat, cəmi 62.580 manat Sohail Qasımın bank kartı hesabına Bakı şəhərində yerləşən ödəmə terminalları vasitəsilə pul vəsaitləri mədaxil olunmuşdur. Qeyd olunan pul vəsaitlərinin bir qismi İstanbul şəhərində yerləşən bankomatlardan məxaric olunmuş, bir qismi isə İstanbul şəhərində yerləşən ictimai-iaşə obyektlərində post terminal vasitəsilə xərclərə sərf olunmuşdur. Cinayət işinin 202-203-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru X3 04 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Pakistan İslam Respublikası vətəndaşı X10 barəsində axtarış elan olunmuşdur. Cinayət işinin 204-223-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru X3 06 iyun 2022-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, Şahid2, Şahid3, Şahid1 barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə istinadən CM-nin 177,194 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin 256-257-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru X3 08 iyun 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Pakistan İslam Respublikası vətəndaşı X6 barəsində ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Abbas X5 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Sohail Qasımın başqa kartlardan pulları oğurlayaraq məhsulları əldə etməsini bilməmişdir. Təqsirləndirilən şəxsin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması, Təqsirləndirilən şəxs istintaq dövründə verdiyi etirafedici ifadələri ilə yanaşı, cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış və mötəbər və mümkün sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib təqsirləndirilən şəxslərin bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Abbas X2 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Mustafa Ghulamın törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 10-cu bəndinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs Mustafa Ghulam barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 173-174-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 21 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mustafa Ghulamın məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Mustafa Ghulamın Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs Mustafa Ghulama yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs Mustafa Ghulama təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs Mustafa Ghulam barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Mustafa Ghulama ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 31 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 43-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mustafa Ghulam həmin tarixdə tutulmuşdur. Həmçinin cinayət işinin 109-111-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 fevral 2022-ci il tarixli, 4(005)-125/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Mustafa Ghulambarəsində həbsetmənin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Mustafa X11 Respublikası vətəndaşıdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Mustafa X11 Respublikası vətəndaşı olduğundan, ona cəza təyin edilərkən, o, əsas cəza növünü çəkdikdən sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın da təyin edilməsi məqsədə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd «Samsung A10» markalı mobil telefona aid boş qutu, 01 ədəd «Macbook Pro» markalı makbuka aid boş qutu məhv edilməli, Təqsirləndirilən şəxs cinayətin törədilməsi ərəfəsində istifadəsində olmuş «Samsung A10» və «İphone8» markalı mobil telefonlar Abbas Mozzamın özü tərəfindən müəyyən edilərək etibar edilmiş şəxsə qaytarılmalıdır. Həmçinin, cinayət işinin 180-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru X3 01 iyun 2022-ci il tarixli pul vəsaitinin depozit hesaba keçirilməsi haqqında qərarından görünür ki, 1100 manat məbləğində pul Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına keçirilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə- Plan İdarəsinin depozit hesabında saxlanılan 1100 manat pul vəsaitini xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq müsadirə edərək Zərərçəkmiş şəxs MMC-nin hesablaşma hesabına ödənilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs Mustafa Ghulamın yaşadığı mənzildən aşkar edilərək götürülmüş 01 ədəd «X18 Chrono» markalı qol saatı, 01 ədəd «İphone13 pro max» markalı və 01 ədəd «İphone 12 mini» markalı mobil telefonlar, 01 ədəd «Airpods pro» markalı və 01 ədəd «Airpods Max» markalı qulaqlıqlar, 01 ədəd «X21 Handheld Gimbald» markalı videokamera, 01 ədəd «Lenovo» markalı planşet müsadirə olunaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə vurulmuş ziyanın ödənilməsinə yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 38.3-cü maddəsində qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul qanuni sahiblərinə qaytarılmalıdır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs Mustafa Ghulamdan tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Mustafa Ghulamın cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsini əsaslı sayır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Mustafa Ghulam Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. M.G.Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. M.G.Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın. M.G.Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. M.G.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs Mustafa Ghulamdan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd «Samsung A10» markalı mobil telefona aid boş qutu, 01 ədəd «Macbook Pro» markalı makbuka aid boş qutu məhv edilsin. Təqsirləndirilən şəxs istifadəsində olmuş «Samsung A10» və «İphone8» markalı mobil telefonlar Abbas Mozzamın özü tərəfindən müəyyən edilərək etibar edilmiş şəxsə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs Mustafa Ghulamın yaşadığı mənzildən aşkar edilərək götürülmüş 01 ədəd «X18 Chrono» markalı qol saatı, 01 ədəd «İphone13 pro max» markalı və 01 ədəd «İphone 12 mini» markalı mobil telefonlar, 01 ədəd «Airpods pro» markalı və 01 ədəd «Airpods Max» markalı qulaqlıqlar, 01 ədəd «X21 Handheld Gimbald» markalı videokamera, 01 ədəd «Lenovo» markalı planşet müsadirə olunaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə vurulmuş ziyanın ödənilməsinə yönəldilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 1100 manat pul vəsaitini xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq müsadirə edilərək Zərərçəkmiş şəxs MMC-nin hesablaşma hesabına ödənilsin. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar