Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1278/2025 10.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin və kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq ümumi təmiz çəkisi 3,109 qram olan kustar üsulla hazırlanmış küllü miqdarda psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,619 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini əldə edib özündə saxlamaqla yaşadığı Bakı səhəri Xəzər rayonu Binə qəsəbəsi Nizami Abbasov küçəsi 5-ci döngədə yerləşən 2 saylı fərdi yaşayış evinə gətirməklə daşımış, orada həmin ümumi təmiz çəkisi 3,109 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan şəxsi istifadəsi üçün hissələrə bölüb ayrı-ayrılıqda təmiz çəkiləri 0,698 qram, 0,460 qram, 0,532 qram, 0,480 qram, 0,939 qram olmaqla 3 ədədini siqaretin gümüşü kağızına, 2 ədədini isə ağ sellofana büküb və həmin təmiz çəkisi 0,619 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroini siqaretin 01 ədəd gümüşü rəngli kağızma büküb qablaşdıraraq hamısını birlikdə 01 ədəd kibrit qutusunun içərisinə yerləşdirib gizlədərək şəxsi istifadəsi üçün əlindəki qırmızı rəngli selefonda gizlədib özündə saxlamaqla 02 fevral 2025-ch il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən X6 məxsus olan “Amid” adlı mağazaya daşımış, həmin gün, saat 22:50-də qeyd olunan mağazadan A.Heydərova məxsus cəmi 21,20 manat dəyərində şirniyyatları gizli olaraq talamaqla oğurlayıb və 01 ədəd tum alaraq onları da əlindəki kibrit qutusunu gizlətdiyi həmin qırmızı rəngli selefona yığıb gizlədərək mağazadan çıxıb Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən «Qaya Store» adlı mağazanın yaxınlığına kimi daşımış, 02 fevral 2025- ci il tarixdə saat 23:30-da orada piyada hərəkətdə olduğu vaxt Xəzər rayon Pİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Gülağa oğlu oğurluq etməkdə şübhəli şəxs kimi saxlanılaraq həmin Şöbənin inzibati binasına gətirildikdən sonra xx.xx.2025-ci il tarixdə saat 23:45-də Xəzər rayon Pİnin 3-cü X7 Hissəsinə təhvil verildikdə həmin otaqda həmin vaxt növbətçi olan polis əməkdaşları tərəfində İbrahim Cəllilovun üzərinə baxış keçirilən zaman sağ əlindəki qırmızı rəngli sellofanın içərisində mağazadan oğurladığı əmlaklarla birlikdə 01 ədəd kibrit qutusunda gizlədib şəxsi istifadəsi üçün saxladığı ayrı- ayrılıqda təmiz çəkiləri 0,698 qram, 0,460 qram, 0,532 qram, 0,480 qram, 0,939 qram olmaqla 3 ədədi siqaretin gümüşü kağızına, 2 ədədi isə ağ sellofana bükülmüş halda olmaqla həmin ümumi təmiz çəkisi 3,109 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və həmin təmiz çəkisi 0,619 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin siqaretin 01 ədəd gümüşü rəngli kağızma bükülmüş halda 01 ədəd kibrit qutusunun içərisində aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür.
Məhkəmə iclasında tədqiq edilmiş və təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən sübutlar:
3. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə elan edilmiş ittihamda göstərildiyi kimi olmuş, polis bölməsində onun üzərindən psiortop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edilmişdir.
4. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından whatsapp tətbiqi vasitəsilə əlaqə saxlayaraq əldə etdiyini, narkotik vasitəni Keşlə qəsəbəsi tərəfdən götürdüyünü, həmin maddələr üçün 40 manat pul ödədiyini, ödənişi kart vasitəsilə etdiyini, lakin qəbzi saxlamadığını, şokoladları oğurladıqdan sonra harasa satmaq niyyətinin olmadığını, özü üçün oğurladığını, oğurluq edən zaman narkotik vasitələrin təsiri altında olduğunu bildirmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 fevral 2025-ci il tarixdə Amid marketdən baş vermiş oğurluq hadisəsi ilə bağlı olaraq xidməti ərazidə olan zaman Təqsirləndirilən şəxs saxlayaraq PŞ-nə gətirmişlər, üzərinə baxış keçirilən zaman şokolad və narkotik vasitə aşkar olunmuşdur.
6. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 02 fevral 2025-ci il tarixdə Amid marketdən oğurluq hadisəsinin olması ilə bağlı məlumat daxil olmuşdur. Oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşı Şahid1la birlikdə xidməti ərazidə olan zaman, təxminən saat 23:30 radələrində “Qaya store” adlı mağazanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq onu 3-cü PŞ-nə aparmışlar. PŞ-nin növbətçi hissəsində Məhəmməd Ədilov tərəfindən onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, əlindəki sellofandan 13 ədəd şokolad və kibrit qutusunda narkotik vasitə aşkar edilmişdir. Aşkar olunanlar aktlaşdırılaraq raportla PŞ-nin təhqiqatçısına təhvil verilmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili X5 ifadəsində göstərmişdir ki, növbətçi hissədə olan zaman Amid marketdən oğurluq edilməsi ilə bağlı məlumat daxil olmuş, əməliyyat qrupu yaradılaraq o da hadisə yerinə göndərilmişdir. Şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin şəxs “Qaya store” yaxınlığında saxlanılaraq PŞ-nə gətirilmişdir. Növbətçi hissədə baxış keçirilən zaman əlində olan sellofanın içindən şokoladlar və kibrit qutusundan narkotik vasitə aşkar edilmişdir.
8. 02 fevral 2025-ci il tarixli raportdan görünür ki, X6 məxsus Xəzər rayonu, Binə qəsəbəsində yerləşən marketdən oğurluq etməkdə şübhəli olan xx xxxxxx 1995-cü ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, orta təhsilli, subay, əvvəl məhkum olunmuş, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə saat 23:30 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Qaya store” marketin yaxınlığında saxlanılmış və 3- cü polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. 02 fevral 2025-ci il tarixdə saat 23:45-də 3-cü PŞ-nin Növbətçi Hissəsində Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman sağ əlindəki sellofanın içərisində olan 01 ədəd kibrit qutusunda 3 ədəd siqaretin gümüşü kağızda, 2 ədəd ağ sellofan bükümdə, həmin sellofanın içərisində 01 ədəd siqaretin gümüşü kağızma bükülmüş büküm, həmin sellofanda 13 ədəd şokalad və bir ədəd tum aşkar edildi. Göstərilənlərə əsasən şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyəinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərininin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verməsi şöbə rəisinə məruzə etmişdir (i.v.13).
9. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi, Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, 3-cü PŞ- nin Növbətçi Hissəsində üzərini yoxlayan zaman sağ əlində olan rəngli sellofanın içərisindəki kibrit qutusunun içərisində 3 ədəd siqaretin gümüşü kağızma bükülmüş metamfetamin və 2 ədəd ağ sellofana bükülmüş metamfetamin, həmin sellofanın içərisində 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş heroin, maağazadan oğurladığı 13 ədəd şokolad, bir ədəd aldığı 01 ədəd tum aşkar edilmişdir. O, həmin narkotik vasitələri təxminən 01 həftə əvvəl Keşlə qəsəbəsində tanımadıı İran İslam Respublikası vətəndaşından 40 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir (i.v. 35-37).
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının 03 fevral 2025-ci il tarixli, 3-16-16/2-6/459 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 244” möhür əksi, Təqsirləndirilən şəxs..”və s. soyadlar, imzalar olan zərfdəki 01 ədəd kibrit qutusuna yerləşdirilmiş 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,698qram; 0,460qram; 0,532qram; 0,480qram; 0,939qram; ümumilikdə təmiz çəkiləri 3,109 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 05 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 0,619 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (i.v.42-46).
11. “Maddi sübut kimi tanıma haqqında” 04 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,619 qram narkotik vasitə heroin və 3,109 psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,569 qram heroin və 2,959 qram metamfetaminin saxlanılması üçün Xəzər RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır (i.v.83-84).
12. Məhkəmə-narkoloji ekspertizasının 27 fevral 2025-ci il tarixli, 1144 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdən Bakı şəhəri NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v.128-129).
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 X13 tərəfindən verilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 fevral 2025-ci il tarixli, 400 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərərkətlərİni dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur (i.v.131-134).
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
14. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
15. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
16. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar, 02 qram olduqda isə külli miqdar, 400 qram olduqda xüsusilə külli miqdar hesab olunur.
17. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda xüsusilə külli miqdar hesab olunur.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
18. “Şübhəli şəxsin tutulması haqqında” 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə, saat 23:30-dam tutulmuş hesab edilmişdir (i.v.28).
19. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin təmin edilməməsi” barədə 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (i.v.92-95).
20. “Qətimkan tədbirinin seçilməsi barədə” 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.96-97).
21. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19 fevral 2025-ci il tarixli tələbnamədən görünü ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.115-116).
22. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 1(003)-627/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, AR CMnin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir (i.v.117-123).
23. Məhkəmənin sorğusuna əsasən Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 02 may 2025-ci il tarixli, 21/1-3-AM-26576/19 saylı məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 1(003)-627/2023 saylı hökmünə əsasən 01 may 2024-cü il tarixdə qeydiyatta alınmış, 02 may 2025-ci il tarixə məhkum cəzasının 01 il 01 gününü çəkmiş, 01 il 11 ay 27 gün çəkilməmiş cəzası qalmışdır.
24. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 may 2025-ci il tarixli, 1(101)-1278/2025 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclas zalından həbs edilmişdir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
25. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
26. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
27. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər.
28. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
29. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
30. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.
31. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.
34. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
35. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır.
36. AR CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
37. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
39. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146).
40. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, məhkəmə onun ifadəsində xüsusatların işin həqiqi halları və iş materiallarında olan sübutlarla uzlaşdığını məhkəmə tədqiqatının sonunda müəyyən etmiş və cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
41. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
42. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir.
43. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.
44. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər AR CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməsini, həmin cinayətə görə ona məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan, maddənin sanksiyasında nəzərdə tutumuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq həmin hökmün çıxarılmasından sonra cəza çəkdiyi müddətdə yenidən daha ağır cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir.
45. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır.
46. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
47. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
48. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət 02 fevral 2025-ci il tarixdə, yəni Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 1(003)-627/2023 saylı hökmündən sonra törədildiyindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 1(003)-627/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla) hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona AR CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir.
49. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 1(003)-627/2023 saylı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi AR CMnin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmklə təyin edilmiş cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməli, AR CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli məhkəmənin hazırlıq iclasında tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.
50. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
51. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
52. İş üzrə mülki iddia yoxdur.
53. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
54. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.
55. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 1(003)-627/2023 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 16 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla-11 ay 23 gün müddət, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 04 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdən 04 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 04 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 13 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut – Bakı şəhəri Xəzər RPİ-nin saxlancına 2,959 qram psixotrop maddə metamfetamin və 0,569 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov