Məhkəmə qərarları › İş №1(101)-1279/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1279/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1279/2021 07.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İBakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, mütəxəssis (müəllim-psixoloq) X1 iştirakları ilə qapalı məhkəmə iclasında xx.xx.1984-cü ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2007 və 2010-cu il təvllüdlü uşağı olan, orta təhsilli, «Meyvəli» ticarət mərkəzində satıcı işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında, istintaqa məlum olmayan gündə gecə saatlarında ünvan 1 ünvanında yerləşən evində aşkar surətdə on dörd yaşına çatmayan, xx.xx.2007-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək cinsiyyət orqanını sonuncunun cinsiyyət orqanına toxundurub sperma ifraz edərək cinsi ehtirasını təmin etməklə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, spermanın qızlıq pərdəsindən keçərək uşaqlıq yoluna düşüb sonuncunu hamilə qoymuş, 12 fevral 2021-ci il tarixdə 18 həftəlik hamiləliyi zamanı Zərərçəkmiş şəxs üzərində “Kesar kəsiyi” cərrahiyə əməliyyatı icra edilərək hamiləlik sonlandırılmış və döl xaric edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Onun iki övladı vardır, 13 yaşlı Aysu və 11 yaşlı oğlu Elnur. Ailəsi ilə birlikdə, yəni arvadı Firəngiz, qızı Aysu və oğlu Elnurla birlikdə Bakı şəhəri, Xətai rayonu, 5-ci Rezervuar küçəsi , 7 saylı bir otaqlı evdə kirayə yaşayırdı. Şəraitsizlikdən gecələr yerdən yorğan-döşək salaraq dördü də yan-yana yatırdılar. Adətən yoldaşı onun böyründə, bacı-qardaş isə onların yanında yatırdılar. Bəzən də elə olurdu ki, uşaqlar biri onun yanında, biri isə anasının yanında yatırdı. 2021-ci ilin yanvar ayının sonlarında qızı Aysu ona və anası Firəngizə bədənindəki ağrılardan şikayətlənmiş, lakin onlar Aysunun soyuqdəyməsi olduğunu düşünüb həmin vaxt reaksiya verməmişlər. Lakin bu ilin fevral ayında arvadı Firəngiz Aysunu ağrıları çoxaldığı üçün poliklinikaya həkimə aparmışdır. Həmin gün günorta saat 12 radələrində qızı ilə yoldaşı evə gəlmiş, Firəngiz Aysunun analizlər verdiyini, ona narahat olmamağını bildirmişdir. Daha sonra yoldaşı sənədin yaddan çıxıb həkimdə qaldığını deyərək sənədi götürmək üçün Aysu ilə birlikdə yenidən poliklinikaya getmişdir. Bir neçə saatdan sonra o, yoldaşına zəng edərək yenidən vəziyyətlə maraqlanmışdır. Yoldaşı hələ həkimdə olduqlarını və bir neçə analiz cavabının çıxmasını gözlədiklərini demişdir. Bir neçə saatdan sonra o, yenə yoldaşına zəng etmişdir. Lakin yoldaşı bu dəfə zənginə cavab verməmişdir. O, bundan sonra qaynı Binnətə zəng etmiş, Binnət ona yoldaşıgilin yanında olduğunu və narahat olmamağını demişdir. Bir neçə saatdan sonra isə böyük qaynı Zaur ona zəng edərək yoldaşının xəstəxanada baş vermiş problemlə əlaqədar Xətai RPİ-nin 34-cü Polis Şöbəsində olduğunu demişdir. Bir neçə dəqiqədən sonra isə ona Xətai RPİ-nin 34-cü Polis Şöbəsindən zəng edib oraya dəvət etmişlər. O, şöbəyə gələnə qədər nə baş verdiyini bilməmişdir. Lakin şöbədə olarkən ona qızının hamilə olduğunu, azyaşlı olduğu üçün də polisə məlumat verildiyini bildirmişlər. Baş vermiş hadisə ilə əlaqədar Xətai RPİ-yə gəlib bu barədə izahat yazmışdır. Ailə üzvlərindən qızı və yoldaşı da bu barədə izahat yazdıqdan sonra o, ailəsini də götürüb evə getmişdir. O, iş üzrə təyin edilmiş məhkəmə-genetik ekspertizasının rəyi ilə razı deyil. O, qızına qarşı heç bir əxlaqsız hərəkət etməmiş, Aysu onun doğma qızıdır, onun ona qarşı belə hərəkət etməsi ağla gələn deyil, o, namuslu ata və kişidir və övladının bədbəxt olmasını heç vaxt istəməzdir. Bununla yanaşı qızının necə və kimdən hamilə olması ona da qaranlıqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Atası ona qarşı heç bir pis hərəkət etməmişdir. Lakin qardaşı Elnur gecələr onun böyründə yatır, onu qucaqlayırdı. Lakin qardaşı ilə arasında intim əlaqələri olmamışdır. Belə ki, qardaşı Elnur ondan yaşca kiçikdir, 11 yaşı var və onunla birlikdə eyni məktəbin 4-cü sinifində oxuyur. Atası bütün günü işdə olur, evə çox vaxt onlar yatandan sonra gəlirdi. O, keçən ilin sentyabr ayına qədər hər ay qadına məxsus olan (aybaşı) xəstəlikdən olmuş, həmin aydan sonra aybaşı olmamışdır. Qarnında ağrılar olmuş, bunun səbəbini bilməmiş, lakin anasına bu barədə məlumat vermişdir. Anası onda soyuqdəymə olduğunu zənn edib həkimə aparmamışdır. 2021-ci ilin fevral ayında qarnındakı ağrılar kəskinləşdiyi üçün anası onu Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində yerləşən poliklinikaya aparmışdır. Həmin poliklinikada onu müayinə etmişlər və hamilə olduğunu demişlər. Anası həkimlərə inanmadığı üçün onu 10 nömrəli uşaq poliklinikasına aparmış, poliklinikada onu müayinə etdikdən sonra oradan 10 nömrəli qadın məsləhətxanasına göndərmişlər. Məsləhətxanada ultrasəs müayinə otağında onu müayinə edərək ona 18 həftəlik hamiləlik diaqnozu qoymuşlar. Onu müayinə edən həkim isə yaşının az olması ilə əlaqədar onun hamilə olmağı ilə bağlı polis orqanlarına məlumat vermişdir. O, hansı səbəbdən hamilə olduğunu bilmir. Oxuduğu məktəbdə sinif yoldaşları, məktəbdən kənarda isə heç bir kişi qohum tanışları ilə yaxınlığı olmamış, heç kəs tərəfindən zorlanmamışdır. Artıq onun 14 yaşı var, orta məktəbin 9-cu sinifində oxuyur. Bildiyi qədər onun bakirəliyi pozulmamış, dölü kesar yolu ilə bətnindən xəstəxanadan çıxarmışlar, uşağı ölmüşdür. Necə hamilə olduğunu özü də anlaya bilmir. Atasının ona təcavüz etməsini heç vaxt hiss etməmiş və atasının ona qarşı belə hərəkət etməsinə inanmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nüsayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı, zərərçəkmiş şəxs isə qızıdır. O, Elmarla 2006-cı ildə ailə həyatı qurmuşdur. Bu evlilikdən onların iki uşağı olmuş, qızı Aysu 2007-ci ildə, oğlu Elnur isə 2011-ci ildə dünyaya gəlmişlər. O, işləmir və evdar qadındır. Yoldaşı isə Meyvəli Ticarət Mərkəzində fəhlə işləyirdi. Yaşadıqları ev bir otaqlı olmaqla hamam və ayaqyolu ümumi istifadədə olmaqla həyətdə yerləşirdi. Şərait olmadığı üçün yorğan-döşəyi yerə salıb dördü də yerdə yatırdılar. Oğlu ərinin, qızı isə onun yanında yatırdılar. Oğlunun şuluqluq edib bacısını qucaqlamağını görmüşdür. Lakin bunu uşaqlıq kimi qəbul edərək əhəmiyyət verməmişdir. Təxminən 2021ci ilin yanvar ayının sonlarında, qızı Aysu mədəsindəki ağrılardan şikayətlənmiş, lakin o, qızının soyuqladığını zənn edib əhəmiyyət verməmişdir. 04 fevral 2021-ci il tarixdə qızının bədənindəki ağrılar daha da artmış və o ərinə bu barədə dedikdə əri qızını həkimə aparmasını demişdir. O da Aysunu əvvəl Xətai rayonu, kənd Əhmədli qəsəbəsində yerləşən poliklinikaya aparmış, poliklinikada həkim qızını müayinə edərək qızının hamilə olduğunu, uşağın atasının harada olmasını soruşmuşdur. O da həyəcanlanaraq həkimə demişdir ki, qızının 13 yaşı var, qızı hamilə ola bilməz, hansı atadan söhbət edir. Bu həkimin müayinəsinə inanmamış və qızını 10 saylı uşaq poliklinikasına aparmışdır. Poliklinikadan isə onları 10 saylı qadın məsləhətxanasına göndərmişlər. O, qızı ilə birlikdə 10 saylı qadın məsləhətxanasına getmiş və oradakı ultrasəs müayinə otağında qızını təkrar müayinə etmişlər. Müayinə edən həkim tibb bacısını otaqdan çıxarıb ona Aysunun hamilə olduğunu demiş, ultrasəs aparatının monitorunu göstərərək qızının bətnində 18 həftəlik dölün olmasını bildirmişdir. Həkimin bu sözlərindən sonra az qalmışdır huşunu itirib yerə yıxılsın. O, bundan sonra qardaşı Binnətə zəng edərək məsələni sonuncuya demiş və Binnət dərhal onların yanına gəlmişdir. Təbii ki. qızı Aysudan hamilə olmasının səbəbini soruşmuşdur. Lakin qızı bu barədə heç nə bilmədiyini demişdir. Daha sonra 10 saylı qadın məsləhətxanasından qızının hamilə olması ilə bağlı polisə məlumat vermişlər, elə oradan onları polislər idarəyə apararaq araşdırmaya başlamışlar. DNK ekspertizasının rəyinə inanmır, əri qızına qarşı belə hərəkət edə bilməz, ailəsini tək dolandıran əri Elmar idi. Halhazırda ailəsi başsız qalmışdır. Qızı da xəstədir, müalicə etdirməyə imkanı yoxdur. Utandığından da çölə-bayıra çıxa bilmir, heç bilmir bundan sonra necə yaşayacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş MTE və PA Birliyi PHŞ-nin Bakı şəhər şöbəsinin rəisi əvəzi Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, təqsirləndirilən şəxsi isə tanımır. Zərərçəkmiş şəxs müayinə etmiş,UZİ aparatı vasitəsi ilə onun 18 həftəlik hamiləliyi aşkar olunmuş, bununla yanaşı onun qızlıq pərdəsinin pozulmadığını, normadan artıq elastikliyi olmadığını müəyyən etmişdir. Aysunun hamilə qalması yalnız o halda mümkün ola bilər ki, spermatozoidlər cinsiyyət orqanına yaxın nahiyəyə ifraz olunsun, bu zaman Aysunun əynində alt paltarları olmasın. Spermatozoidlərin hərəkət etmək xüsusatını nəzərə alaraq spermatozoidlərin qızlıq pərdəsinin təbii dəliyindən uşaqlıq yoluna daxil olması mümkündür və bunun da nəticəsində hamiləlik baş verə bilər. Onun ekspert kimi təcrübəsində bu kimi hallara rast gəlmişdir. Qeyd etmək istəyir ki, valideyinlərin cinsi münasibətdən sonra yatağın üzərinə ifraz olunan spermatozoidlərin Zərərçəkmiş şəxs həmin yataqda yatması şərti ilə spermatozoidlər sonuncunun cinsi orqanına spermatozoidlərin parça səthə hopmasını nəzərə alsaq digər səthlə və ya bədənlə kontakt zamanı uşaqlıq yoluna keçməsi mümkün deyil. O, müayinə zamanı Aysu ilə hamiləliyin səbəbi barədə söhbət etmiş, Aysu necə hamilə omasını bilmədiyini bildirmişdir. Aysu yaşına uyğun daha çox inkişaf etmiş qızdır. Buna baxmayaraq onunla söhbət edən zaman onun intim əlaqədən xəbəri olmadığını anlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 10 saylı Qadın məsləhətxanasının həkim-ginekoloqu Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, lakin azyaşlı Zərərçəkmiş şəxs və onun anası Qanuni nümayəndə sonuncular onun işlədiyi Qadın məsləhətxanasına 04.02.2021-ci il tarixdə gəldiyi zaman tanımışdır. Həmin tarixdə o evində idi. Lakin məsləhətxanadan onun sahəsində bir nəfər azyaşlı hamilə qızın müayinəyə gəldiyini deyərək onu təcili işə çağırmışlar. O, dərhal məsləhətxanaya gəlmişdir. Məsləhətxanada Zərərçəkmiş şəxs və sonuncunun anası Qanuni nümayəndə görmüş, Aysu su içmiş, Aysunun anası Firəngiz isə özünü pis hiss etdiyi üçün sonuncuya ilkin tibbi yardım olunmuşdur. Məsləhətxanada, otaqda ondan başqa Sevda həkim də olmuşdur. Onlar Aysudan necə hamilə qaldığını soruşan zaman Aysu bildirmişdir ki, evləri bir otaqdan ibarət olmaqla gecə vaxtı yataq dəstlərini yerə döşəməklə atası qardaşı Elnurla, anası isə onun yanında yatırdı. Bir dəfə isə qardaşı anası ilə yatdığı üçün Aysu da atası ilə birlikdə yatmışdır. Atası ilə birlikdə yatan zaman əynində alt paltarı və don olmuş, atası onu qucaqlayaraq yatan zaman donu dizindən yuxarı qalxmağa başladığını hiss etmiş, əli ilə donunu dizinə tərəf çəkmişdir. Bundan sonra bilmədiyi bir halda alt paltarında kəskin qoxulu maye olduğunu, yerindən qalxaraq iki dəfə yuyunduğunu bildirmişdir. Aysu UZİ-dən də keçdiyi üçün həmin UZİ-nin nəticələrinə baxaraq Aysunun ana bətnində 18 həftəlik dölün olduğunu müəyyən etmişdir. Bundan sonra hadisə barədə DİN-nin 102 zəng mərkəzinə məlumat verilmiş və polis əməkdaşları məsləhətxanaya gələrək Aysu və anası Firəngizi polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi ekspertiza və X12» publik hüquqi şəxs olan, məhkəmə tibbi biologiya şöbəsinin eksperti X5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmiş şəxsi tanımır. O, bu iş üzrə maddi sübutların təkrari ekspertizasını keçirmişdir. Ona maddi sübutlar olaraq Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və uşağın qan nümunələri təqdim edilmişdir. Qarşısında istintaq orqanı tərəfindən bu sual qoyulmuşdur: Zərərçəkmiş şəxs dünyaya gətirdiyi körpənin atası Təqsirləndirilən şəxsdurmu? Ona təqdim olunan maddi sübutlardan Zərərçəkmiş şəxs qan nümunəsi, Təqsirləndirilən şəxs qan nümunəsi və kişi cinsli dölün qan nümunələri əsasında tədqiqat aparmışdır. Qan nümunələrindən xromosom DNT-lərinin ayrılması üçün xüsusi reaktivlər istifadə edilməklə müvafiq təlimat əsasında xromosom DNT-ləri ayrılmışdır. Ayrılmış DNT nümunələrində hər üç şəxs üzrə uyğun genotiplər aşkar edilmişdir. Həmin genotiplər bir çox göstəricilər üzrə, yəni 16 göstərici üzrə uyğun gəlmişdir. Rəydə bu hallar geniş və tam şəkildə öz əksini tapmışdır. Beləliklə, genetik test nəticəsində testə uğradılan uşaq və guman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Ona yalnız Təqsirləndirilən şəxs atalığının müəyyən edilməsi üçün qərar verilmişdir, digər şəxslər barəsində qərar olmadığı üçün ekspertiza keçirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Psixoloji ekspertiza şöbəsinin eksperti X6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, Zərərçəkmiş şəxs barəsində məhkəmə-psixoloji ekspertizasını keçirmişdir. Qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Zərərçəkmiş şəxs hansı fərdi psixi xüsusiyyətlərə malikdir?

2. Zərərçəkmiş şəxs əsas fərdi-psixi xüsusiyyətləri hansılardır və bu xüsusiyyətlər ona qarşı hüquqazidd hərəkətlər edilərkən necə təzahür olunmuşdur?

3. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakteri və mənasını anlaya bilərdimi?

4. Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdi –psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından aslı olaraq, müqavimət göstərmək qabiliyyətinə malik olmuşdurmu?

5. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri varmı?

6. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsri altında hərəkət etməyə meyillidirmi?

7. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillidirmi? O, ekspertiza tədqiqatı zamanı ilk olaraq Zərərçəkmiş şəxs ilə ünsiyyət qurmağa çalışmışdır. Zərərçəkmiş şəxs bir neçə dəfə onunla söhbət etməsi nəticəsində bildirmişdir ki, qardaşı ona qarşı tərbiyəsiz ayıb şeylər edirdi. Qardaşı Elnur gecələr yanına girir, donunu qaldırırdı. Lakin o qoymurdu qardaşı ona nəisə etsin, bu barədə anasına demiş, anası qardaşını tənbeh etmişdir. Buna baxmayaraq qardaşı yenə də həmin hərəkətləri edirdi. Atasının onunla heç bir pis hərəkəti olmamışdır. Hamilə qalmasının səbəbini isə bilmir. Atasının işdən gec gəlməsi, anasının da işdə olduğunu, işdən saat 18-dən sonra gəldiyini, atasının ona qarşı heç bir pis hərəkət etmədiyini demişdir. Tədqiqat nəticəsində qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticələrə gəlmişdir. 13 yaşında olan Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini qavramaqla, həmin hərəkətlərin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmamış, hadisə zamanı ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamış, əqli inkişafında hər hansı gerilik əlamətləri olmamış, onun özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə və təlqinə qapılmağa meyillik əlamətləri müəyyən olunmamışdır. Zərərçəkmiş şəxs ilə apardığı tədqiqat nəticəsində anlamışdır ki, sonuncu hamiləliyin nə olmasını anlamır və necə hamilə qaldığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin atası, Zərərçəkmiş şəxs isə onun bacısıdır. Onun 11 yaşı var, bacısı Aysunun isə 13 yaşı vardır. Yaşadıqları ev bir otaqlı olduğu üçün atası, anası və bacısı ilə anası tərəfindən döşəmənin üstünə yorğan-döşək salınaraq yatırdılar. Anası ilə atası bir tərəfdə, bacısı ilə o isə bir tərəfdə yatırdılar. Yatdığı zaman o bacısını qucaqlayırdı, lakin qardaş kimi qucaqlayırdı. Bacısına qarşı heç bir tərbiyəsiz hərəkət etməmiş, onu soyundurmamış və özü də soyunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin rəisinə ünvanlanan 04.02.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 10 saylı Qadın Məsləhətxanasından 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 18 həftəlik hamiləliklə xəstəxanaya müraciət etdiyi barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış 04.02.2021-ci il tarixli hamiləliyin ultrasəs müayinəsi tibbi çıxarışdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs 18 həftəlik hamilədir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 04.02.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri ünvan 3 ünvandır. Zərərçəkmiş şəxs atası, anası və qardaşı ilə yaşadığı ev dir otaqlı evdir. Otağa daxil olduqda sol tərəfdə soyuducu və dolab, qarşı tərəfdə televizor və yataq, pəncərə tərəfdə masa, döşəmədə isə xalça aşkar edilmişdir. İş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış 02 mart 2021-ci il tarixli «cinayəti törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 04 mart 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 152.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə genetik ekspertizasının 20.02.2021-ci il tarixli, 21/14812 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs dünyaya gətirdiyi körpənin bioloji atası 99,99999347% ehtimalla Təqsirləndirilən şəxsdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbim ekspertizasının 03.03.2021-ct il tarixli, 63 saylı rəyindən müəyyən olunur ki, - Zərərçəkmiş şəxsnm bədən səthi üzərində və o cümlədən cinsiyyət üzvündə hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. - Zərərçəkmiş şəxsnm qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. -Zərərçəkmiş şəxsnm adma Akad. M.Qasımov adına Respublika Kliniki Xəstəxanasında tərtib edilmiş 08.02.2021-ci il tarixli ultrasəs müayinəsinin nəticəsindən görünür ki, onda hal-hazırda 19-20 həftəlik hamiləlik müəyyən edilmişdir. - Zərərçəkmiş şəxsnm arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 03.03.2021-ci il tarixli, 64 saylı rəyindən müəyyən olunur ki; - X9 bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. - Azərbaycan Respublikasının Konstitusiyasına əsasən cinsi yetkinlik 18 yaşından hesab edilir. Bu səbəbdən də qərarda qoyulmuş 2-ci və 3-cü sualların cavablandırılması məhkəmə-tibbi baxımdan məqsədyönlü hesab edilmir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə psixoloji ekspertizasının 12.04.2021-ci il tarixli, 11/70 saylı rəyindən müəyyən olunur ki; - Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixi xüsusiyyətlərinə görə ona qarşı edilən seksual hərəkətlərin xarakterini qavramaqla, həmin hərəkətlərin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. - Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdipsixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. - Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. -Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs Ekmar qızının fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə və təlqinə qapılmağa meyillilik əlamətləri müəyyən olunmur. Məhkəmədə elan edilib araşdırılmış komisyon məhkəmə-tibbi ekspertizasının 17.04.2021-ci il tarixli, KEŞ/367 saylı rəyindən müəyyən olunur ki;

1. Təqdim edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, aparılmış ekspertiza nəticəsində Zərərçəkmiş şəxs dünyaya gətirdiyi uşağın bioloji atası 99,99999347% ehtimalla Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir.

2. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən, onda cinsi qabiliyyəti təsdiq edən əlamətlərin müsbət olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi.

3. Respublika Klinik Xəstəxanasında Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, 12.02.2021-ci il tarixdə onun üzərində “Kesar kəsiyi” cərrahiyyə əməliyyatı icra edilərək hamiləlik sonlandırılmış və döl xaric edilmişdir.

4. Zərərçəkmiş şəxs cinsi əlaqədə olmadan kişi cinsiyyət üzvünün onun cinsiyyət üzvünə toxundurub, sürtülməsi ilə spermanın uşaqlıq yoluna daxil olması nəticəsində hamilə qalması mümkündür ki, bu da tibbi təcrübədə rast gəlinən hallardandır.

5. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən, onda qızlıq pərdəsinin tamlığının pozulmadığı müəyyən edilmişdir. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Məhkəmədə elan edilib araşdırılmış təkrar kompleks məhkəmə-tibbi genetik ekspertizasının 15.04.2021-ci il tarixli, 156/2021-MTBŞ saylı rəyindən müəyyən olunur ki; 1 saylı cədvəldə göstərilən, beynəlxalq praktikada geniş istifadə olunan və digər ölkələrdə genetik testlərdə sınaqlardan uğurla çıxmış 16 müxtəlif STR lokusdan 16-ı (cədvəl 1, 1-16 saylı STR lokuslar) üzrə ana kişi cinsli uşaq ilə güman olunan ata Təqsirləndirilən şəxs arasında atalığın müəyyən olunması üzrə keçirilən DNT testi zamanı aşağıdakı nəticələr alınmışdır (cədvəl 2): Cədvəldən göründüyü kimi, nəticələrin etibarlı hesab olunduğu 15 (1-15 saylı STR lokuslar) autosom STR lokuslar üzrə analıq faktı şübhəsizdir və bu lokusların hər biri üzrə testdə iştirak edən uşağın (C) və güman olunan atanın (F) DNT profillərində ən azı bir ortaq allel aşkarlanmışdır (cədvəldə xüsusi sütunda C-nin güman olunan ataya - F-ə nəzərən obliqat allelləri göstərilmiş və «uyğundur» kimi qiymətləndirilmişdir). Amelogeninlə alınan nəticə reallığa uyğun gəlmişdir - testə uğradılan uşaq oğlandır. Testə uğradılan şəxslərin genotiplərində üç halda (D7S820, D13S317 və TPOX STR lokusları üzrə) tam homoziqotluq aşkar edilmişdir. Həmin lokuslar da nəzərə alınmaqla beş halda (D7S820, D13S31, D16S539, TPOX və D5S818 STR lokusları üzrə) təkcə ananın, yeddi halda (D7S820, D3S1358, D13S317, D19S433, TPOX, D18S51 və D5S818 STR lokusları üzrə) təkcə uşağın, beş halda (D7S820, THOl, D13S317, D19S433 və TPOX STR lokusları üzrə) isə güman olunan atanın genotiplərində homoziqot allellər aşkar olunmuşdur (nəticələr testə uğradılan şəxslər arasında ən yaxın qohumluq əlaqələrinin olmasını göstərir). Tam homoziqotluğun kiçik (3 hal) və testə uğradılan şəxslərdə daxili homoqizotluğun aşağı olması (anada 5, uşaqda 7 və güman olunan atada 5 hal) testin nəticələrini yüksək dərəcədə etibarlı edir. Beləliklə, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olduğunu göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Təqsirləndirilən şəxs ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs dünyaya gətirdiyi kişi cinsli uşağın (körpənin) bioloji atası olması təsdiq olundu. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 01.06.2021-ci il tarixli, 1144 saylı rəyindən müəyən olunur ki; I Motivləşdirici hissə: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edən hallan düzgün qavradığı, bu barədə məlumat verə biləcəyi müəyyən edilir. Təfəkkürünün analizetmə, ümumiləşdirmə, tənqidetmə kimi keyfiyyətləri normaya uyğundur. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. II Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandır: - Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib. - Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. - Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyim əlamətləri aşkar olunmur. - Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. - Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməyib. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. - Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci mədəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: - Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs idrak prossesləridə (yaddaş, qavrama, diqqət) normadankənar hallara rast gəlmədiyindən belə qənaətə gəlinir ki, o, baş vermiş hadisələri qavramaq və təsvir etmək və bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. - Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində ünsiyyətçillik, emosionallıq, inadkarlıq, özünü müdafiə etməyə meyillilik aşkar olunur. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etnəyə meyillilik əlamətləri aşkar edilməsə də bu nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs baş vermiş hadisələrin bəzi təfərrüatlarını öz xeyrinə uyğun tərzdə yönəldərək danışa bilər. - Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. - Təqsirləndirilən şəxs cinayət əməlinin törədən zaman şüur və fəaliyytinə təsir göstərə bilən psixi emosional vəziyyətdə olmamışdır. Məhkəmənin 10.08.2021-ci il tarixli qərarı ilə məhkəmə-ginetik ekspertizası təyin edilmiş, «Məhkəmə-Tibbi Ekspertizası və X12» Publik Hüquqi şəxsin 08 oktyabr 2012-ci il tarixli, 618/2021-MTBŞ saylı rəyindən müəyyən olunur ki, X10 ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs dünyaya gətirdiyi kişi cinsli (köpənin) bioloji atası olması inkar olunur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 25.01.2008ci il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsinə əsasən 02 il islah işlərinə məhkum edilmiş, CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci il təvəllüdlüdür. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddə ilə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, məhkəmə baxışı zamanı etdiyi əməlləri etiraf etməməsi, zərərçəkmiş şəxsə qarşı seksual xarakterili zorakıçık hərəkətləri etməməsinə dair ifadəsi cinayət işində olan bütün digər sübut növləri- üç məhkəmə-genetik ekspertiza və digər ekspertiza rəyləri, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması protokolu, şahidlərin ifadələri, o cümlədən Şahid3 Zərərçəkmiş şəxs həkim-ginekoloq kimi müayinə etdiyi zaman sonuncu ona bir dəfə atası ilə yatan zaman atasının onu qucaqladığını, bu zaman donunun yuxarı qalxmasını hiss etməsini, bundan sonra bilmədiyi bir halda alt paltarında kəskin qoxulu maye olduğunu, yerindən qalxaraq iki dəfə yuyunduğunu bildirməsi barədə ifadəsi və cinayət işinin məhkəmədə tədqiq edilmiş digər materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, spermanın qızlıq pərdəsindən keçərək uşaqlıq yoluna düşüb 18 həftəlik hamiləliyi zamanı Zərərçəkmiş şəxs üzərində “Kesar kəsiyi” cərrahiyə əməliyyatı icra edilərək hamiləliyin sonlandırılaraq dölün xaric edilməsi tam sübuta yetirilmişir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində onun cəzasını yüngülləşdirən halları müəyyən etməmiş, məhkəmə onun cəzasını ağırlaşdıran hallarını müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayəti azyaşlı və köməksiz vəziyyətdə oln şəxsə qarşı törətsə də, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində onun hərəktləri cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulduğu üçün bu hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X4 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliyini, əməlin azyaşlı şəxsə qarşı törədildiyini nəzərə alaraq hesab edir ki, onun islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən CM-nin 150.3.3-cü maddəsi xüsusilə ağır cinayətlərə aiddir. Azərbaycan Respublikası CMnin CM-nin 56.1.3-cü maddəsinə əsasən qəsdən törədilmiş xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs kimi Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs oluna azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu 02.03.2021-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakını müəyyən etmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərcləri olan 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 450 AZN (dörd yüz əlli manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli “02” mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci 80 AZN (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 450 AZN (dörd yüz əlli manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar