Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1279/2024 26.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heyər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərləkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçi - Bakl şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 2000-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, orta təhsilli, subay, işləməyən, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 15, mənzil 35-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə saat 21 radələrində tanışı Şahid3 Sücaət oğlunun icarə əsasında işlətdiyi və müvəqqəti nəzarət etməsi üçün ona həvalə etdiyi ünvan 1 ünvanında yerləşən “Naxış" çay evinin ikinci mərtəbəsində olarkən oraya müştəri qismində gəlmiş Zərərçəkmiş şəxs və Şahid1 hesabı tam ödəməyib orada ofisiant işləyən Şahid4 ilə mübahisə etdiklərini görüb, Zərərçəkmiş şəxs və Şahid1 yaxınlaşaraq məsələni aydınlaşdırmaq üçün sonuncuları söhbət etmək məqsədilə çay evinin zirzəmisinə dəvət edib, orada aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs onu itələməsini cüzi səbəb kimi bəhanə gətirərək xuliqanlıq niyyətilə üzərində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən kəsici-deşici xassəyə malik məişət təyinatlı qatlanan tipli bıçaqla sonuncunun bədən nahiyələrindən qəsdən vuraraq ona döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən bir ədəd deşilmişkəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və qarnın ön divarının daxilə nüfuz edən qara ciyəri və onkibarmaq bağırsağı yaralayan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 maddəsi ilə elan olunmuş ittiham üzrə ifadə verərək özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhərinə işləmək məqsədilə gəlmişdir. Hadisə baş verən gün qardaşının dostu Həsənov Əli bir günlük çayxanaya nəzarət etməyi ona tapşırmışdır. Çöldə olarkən çayxanada ofisiantın az ödəniş edilməsilə bağlı iki nəfərlə danışdığını görmüşdür. Onlara yaxınlaşmış, onları obyektin aşağı mərtəbəsində söhbət edərək məsələni aydınlaşdırmağa dəvət etmişdir. Söhbət etmək üçün Cavidi kənara çəkmək istəyəndə Kamil ona hara apardığını soruşmuş, sonra isə əlini onun boğazına atmışdır. Əlbəyaxa olarkən qarşı tərəfin söyüş söyməsinə dözməyərək bıçağı çıxarıb bir neçə dəfə vurmuşdur. Hadisəni tam olaraq xatırlamır. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində Azərbaycan Respublikası CM-in 126.2.4cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 iyun 2023-cü il tarixdə həmyerlisi Əli adlı şəxs ona zəng vuraraq Cəlilabad rayonuna toya gedəcəyini bildirərək icarəyə işlətdiyi, ünvan 2 ünvanda yerləşən “Naxış” çay evinə 1 günlük nəzarət etməyini ondan xahiş etmişdir. O, razılaşmış və xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin çay evinə gəlmiş və orada oturub obyektin işləməsinə, işçilərə nəzarət etməyə başlamışdır. Axşam saat 21 radələrində obyektdə çay içən iki nəfər tanımadığı müştəri ilə ofisiant qızın arasında mübahisəyə bənzər danışığın olmasını görüb onlara yaxınlaşmış, müştərilərin çay qiymətinin bir qədər baha olmasına narazılıq etdiklərini görmüşdür. Belə olan halda o, xoşluqla və xahiş intonasiyası ilə həmin şəxsləri sakitləşdirmiş və özü də onların stoluna əyləşib məsələni sülh yolu ilə yoluna qoymağa çalışan zaman, həmin iki nəfər müştərilərdən biri oturmayıb, ayaqüstə dayanaraq aqressiv şəkildə mübahisəni davam etdirdiyinə görə onunla əyləşən şəxs də ayağa qalxmışdır. Vəziyyəti belə görüb o da ayağa qalxmış və həmin şəxslərdən biri onun boğaz nahiyyəsindən tutub ona hücum etmişdir. Bu anda digər şəxs də ona zərbə vurmağa çalışmış və onlar əlbəyaxa olmuşlar, onlar iki nəfər olduqlarına görə o, müqavimət göstərə bilməmiş və yerə yıxılmışdır. Həmin şəxslərdən birinin onun ünvanına işlətdiyi təhqiramiz ifadə, həm də artıq onlara gücünün çatmaması onu özündən çıxarmış və o, üzərində olan bıçağı birtəhər belindən çıxartmış və həmin şəxslərə tərəf bir neçə dəfə zərbələr endirməyə başlamışdır. Zərbələrin onlara neçə dəfə və ya hansı nahiyyələrinə dəyməsini bilməsə də, onlar bıçaq zərbələrindən sonra ondan əl çəkib bayıra qaçmışlar. O da yerdən qalxıb obyektdə əl-üzünü yumuş və polisə təslim olmaq üçün piyada 19-cu şöbəyə tərəf yollanmışdır. Yolda olarkən 19-cu PŞ-nin əməkdaşları ona yaxınlaşıb məsələ barədə soruşduqda o, səmimi şəkildə iki nəfər şəxsi bıçaqlamağını etiraf edib üzərində olan bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Bıçağı Cəlilabad rayonunda olarkən almış və bir neçə müddətdir ki, səbəbsiz olaraq saxlamışdır. Həmin tanımadığı şəxsləri bıçaqla vurduqdan sonra əl-üzünü yumuş, bıçağı da yuyub yenidən üzərində saxlamış, sonra polis əməkdaşlarına təhvil vermişdir. İlk əvvəl həmin şəxslər onun boğaz nahiyyəsindən tutub sıxmış, sonra yerə yıxaraq zərbələr vurmuşdurlar. Buna görə də boynunda zədə olmuşdur. Ona söyüş söyməsəydilər, vurmazdı, peşman deyil (1-ci cild, iş vərəqi 60-63). Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 20 iyun 2023cü il tarixdə dostu Cavidlə 20 Yanvar metrostansiyasının yanına velosiped almağa və başqa işlərilə bağlı getmiş, işləri alınmadığından Cavidə gedib çay içməyi təklif etmişdir. 20-25 dəqiqə oturub çay içmişlər. Çayın pulu olaraq 2 manat ödəniş edib getmək istəyərkən içəridə olan müştərilər pulu götürməsin deyə ofisiant xanıma həmin 2 manatı masadan götürməyi tapşırmışlar. Ofisiant xanım da: «Burada çay 2 manat deyil, 5 manatdır»,- deyə kobud bir formada səslənmişdir. Ofisiant xanımla mübahisə edərkən Təqsirləndirilən şəxs qolundan yapışmış, yanında da 4-5 nəfər olmuşdur. Çayın qiyməti ilə bağlı mübahisə etməyə başlamışlar. Söhbət bir az uzanmış, Hüseyn onları içəri çağırmış, onlar da aşağı, zirzəmi kimi bir yerə düşmüşlər.Orada Hüseyn, Cavid, bir də orada ayaq üstə 4-5 nəfər dayanmışlar. O, məsələni həll edib çıxmaq istəyərkən, Təqsirləndirilən şəxs əlini stola vurub demişdir ki, 3 manatı verməlidir. Cavid də Qarabağ veteranıdır, beynindən bir az əsəbi olduğundan ona: “Bu nə danışıqdı edirsən bizimlə, gədə zadığ biz sizinçün, o nə danışıqdır danışırsan bizimlə»,- deyə əsəbiləşmiş, Hüseyn də bundan sonra Cavidin qolundan çəkib aparmaq istəmişdir. Ayağa durub Hüseyni qırağa itələmiş, Cavidi çəkmiş, Hüseynin təzədən üstünə gəldiyini görmüşdür, onu divara «yapışdırıb»: «Nə istəyirsən?»,deyə soruşmuş, o vaxtı dava başlamış, ayaq üstə olan şəxslər də onlara hücum etmişlər, nəticədə onlar özlərini müdafiə etmək məcburiyyətində qalmışlar. 5-10 dəqiqə davadan sonra kimsə polisin gəldiyini demiş, o əlini saxlamış, digər şəxslər qaçmışlar. Cavidi götürüb bayıra çıxmış, bayırda Cavidin çiyninin qanadığını görmüşdür. Orada qırılmış şüşənin qırığının onun çiynini cızdığını düşünmüşdür. Cavid isə bıçaqlandığını bildirmişdir. Cavidin yarasına baxanda orada olan başqa şəxslər onu da vurduqlarını demiş, özünün bədəninə baxanda köynəyinin qan olduğunu, köynəyini qaldırdıqda isə bir bıçaq izi görmüşdür. Şahid2 məhkəmə zamanı verdiyi ifadəsində göstərmişdir ki, 20 iyun 2023-cü il tarixdə axşamüstü obyektlərin yanından keçib evinə gedərkən orada adamların yığışdığını görmüş, nə olduğunu soruşduqda ona burada bıçaqlanma olduğunu, təcili yardımın yaralıları gəlib apardığını demişlər. O bu barədə polisə məlumat vermək istəsə də, artq polisin məlumatlı olduğunu və hadisə yerinə polis əməkdaşlarının cəlb edildiyini bilmişdir. O həmin obyekti Əliyə icarəyə vermiş, Hüseyn isə müqavilədə göstərilməmişdir. Əli obyektin nəzarətini həmin gün Hüseynə tapşırıb gedəndən sonra belə bir hadisə olmuşdur. Eşitdiyinə görə, Hüseynlə müştərinin arasında münasibət pozulduğundan belə bir hadisə baş vermiş, Hüseyn bu zaman onları bıçaqla vurmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı elan edilərək tədqiq edilmiş ifadəsində Şahid2 göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən «Naxış çay evi» müdiri R.Allahverdiyevə məxsus olsa da, qeyri-rəsmi olaraq onun sərəncamında olmuşdur. Belə ki, xx.xx.2012-ci il tarixdə onun məsləhəti ilə alınan həmin obyektə əvvəllər nəzarəti özü həyata keçirmiş və aylıq dolanışığını oradan təmin etmişdir. Lakin sonradan işlərin çoxluğu ilə əlaqədar həmin çay evini icarəyə vermişdir. Ərazi ümumiyyətlə problemli olduğuna görə müxtəlif şəxslər həmin obyekti götürüb işlətmiş, lakin qısa zaman ərzində təhvil verib getmişlər. 2023-cü ilin fevral ayının sonları ərəfəsində əslən Cəlilabad rayonundan olan Şahid3 Şücayət oğlu obyekti icarəyə götürmüş, 2023-cü ili mart ayından etibarən onunla obyektin mülkiyyətçisi R.Allahverdiyev arasında rəsmi kirayə müqaviləsi imzalanmış, vaxtı-vaxtında icarə haqqını ödəmişdir. hər ay ən azı iki dəfə həmin obyektə baş çəkib maraqlanmış, hər dəfə də Əli özü onu qarşılamışdır. 20 iyun 2023-cü il tarixdə gecə saatlarında Əli zəng vuraraq Hüseyn adlı dostunun Naxış çay evində tanımadığı iki nəfər şəxsi bıçaqla vurub xəsarət yetirməsini bildirmiş, Bakı şəhərində olmadığına görə obyektə hadisədən bir gün sonra gəlmiş, obyektin alt mərtəbəsində stulların və divanın dağınıq vəziyyətdə, yerdə isə qan izlərinin olmasını görmüş, Şahid3 ilə danışıb ondan obyekti tərk etməsini tələb etmiş, kirayə müqaviləsinə xitam vermişdir; hadisəni törədən Təqsirləndirilən şəxs tanımamış, onunla hər hansı ünsiyyəti olmamışdır. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 iyun 2023-cü il tarixdə saat 21 radələrində dostu Zərərçəkmiş şəxslə birlikdə işləri ilə əlaqədar 20 yanvar metrostansiyasından qayıdan zaman Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən çayxanaların yanından keçərkən orada əvvəlcədən tanımadıqları “Naxış” çay evinə daxil olmuşdurlar. Daxil olub masaların birində əyləşmişlər və sadə çay sifariş vermişlər. Çayları bir neçə dəqiqə ərzində içib bitirdikdən sonra o, cibindən 2 manat pul çıxarıb masanın üzərinə qoymuş və çayxanadan çıxmaq istəyərkən ofisiant qız onlara yaxınlışaraq həmin çay evində çayın 5 manata satılmasını bildirib onlardan əlavə olaraq 3 manat da tələb etdikdə onlar etiraz etmişlər və ofisiant bu şikayətlə bağlı çayxananın müdiriyyətinə yaxınlaşmaqlarını bildirmişdir. Həmin çayxananı işlədənin dostu kimi özünü təqdim edən, sonradan adının Hüseyn olduğunu öyrəndiyi şəxs onlara yaxınlaşıb onları çayxananın aşağı mərtəbəsinə dəvət etmişdir. Həmin vaxtı çayxanada müştəri qismində bir neçə nəfər şəxs olsa da, onlar nə onlara, nə də mübahisəyə müdaxilə etməmişlər. Onlar aşağı mərtəbəyə düşmüşlər, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs masada əyləşmişlər, lakin o, ayaq üstə dayanıb qulaq asmışdır. Ondan başqa da orada Təqsirləndirilən şəxs tanıyan şəxslər olsa da, heç kim müdaxilə etməmişdir. Danışıq zaman Təqsirləndirilən şəxs 3 manat pulun ödənilməli olmasını əsəblə bildirdikdə o, Təqsirləndirilən şəxs belə aqressivləşməsinə etiraz edib uşaq olmadıqlarını və hansı səbəbdən belə danışmasına irad bildirən zaman Hüseyn ayağa qalxaraq onu tutub kənara aparmaq istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs Hüseynə yaxınlaşıb sonuncunu itələmiş və beləliklə aralarında başlanmış mübahisə davaya çevrilmişdir. Həmin vaxtı çayxanada olan tanımadığı digər şəxslər də onları ayırmağa və sakitləşdirməyə çalışsalar da Təqsirləndirilən şəxs çox aqressiv şəkildə onlardan əl çəkməyib davanı davam etdirmişdir. Onlar təxminən 5-6 dəqiqə dalaşdıqdan sonra bayırdan “polis gəlir” səsini eşidən zaman tanımadığı həmin şəxslər çayxanadan çıxıb qaçmışlar, O və Zərərçəkmiş şəxs özlərinə gəlib bayıra çıxan zaman Cavid ona çiyninin qanamasını bildirmiş və o, çiyin-qol nahiyyəsindən qan axmasını görmüşdür. Zərərçəkmiş şəxs ona köməklik göstərmək istəyən zaman kənardakı şəxslər onun da bıçaqlandığını bildirən zaman Zərərçəkmiş şəxs də qarın nahiyyəsindən qan axmasını görmüşlər. Beləliklə hadisə yerinə gələn polis əməkdaşları çağırdığı təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya aparılmışlar. O, konkret olaraq heç kimin əlində bıçaq görməmiş, dalaşdıqları şəxslərdən hansının hansı şəraitdə onu və Zərərçəkmiş şəxs bıçaqlaması haqda heç nə deyə bilməz. Yalnız onlar qaçdıqdan və onlar bayıra çıxdıqdan sonra paltarlarında qam görüb bıçaqlandıqlarını başa düşmüşlər. Təqsirləndirilən şəxs başqa hər hansı bir şəxslə aralarında mübahisə və ya dava olmamış, oradaki şəxslər kənarda dayanmışlar və Təqsirləndirilən şəxs onlarla söhbət etməsinə yəni 3 manat pulu onlardan tələb etməsinə qulaq asmışlar. Hətta arada Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsalar da Təqsirləndirilən şəxs sakitləşməmişdir, O, nə Təqsirləndirilən şəxs nə də oradaki şəxsləri tanımır və onunla heç bir ünsiyyəti və ya mübahisəsi olmamışdır. Hadisə təxminən 5-6 dəqiqə davam etmiş və dava nəticəsində obyektin qapısının şüşəsi sınıb yerə tökülmüşdür. Lakin bunun hansı vəziyyətdə baş verməsini xatırlamır. Mübahisə olan zaman ətrafda Təqsirləndirilən şəxs tanışlarının olması onda elə təsəvvür yaratmışdır ki, onlar da mübahisə edəcəklər. Lakin dava zamanı onlardan heç biri onlara hücun çəkməyib əksinə Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışlar. Hadisə baş verən gün o, izahatı əməliyyatdan çıxdıqdan dərhal sonra verdiyi üçün ola bilsin ki, fikirlərini düzgün ifadə edə bilməmişdir. Qarşılıqlı dava zamanı onun özünü müdafiə məqsədi ilə ona və ya başqa şəxsə xəsarət yetirməyi mümkündür, lakin nə o, nə də Zərərçəkmiş şəxs heç kimə bıçaqla xəsarət yetirməmişlər. Dava və ya mübahisə zamanı aralarında bir birlərinə qarşı hansısa nalayiq ifadə və ya ailə üzvlərinə qarşı xoş olmayan kəlamların səsləndirilməsi halı olmamış, söyüş söyülməmişdir (1-ci cild, iş vərəqi 104-107). Şahid Hacıyev Talib Vəkil oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, çayxanada oturarkən birdən çöldə səs-küy eşitmiş, çıxıb baxdıqda dava düşdüyünü görmüş, lakin kimlərin və neçə nəfərin dalaşdığını bilməmişdir. O baxıdqda bir nəfərin ağacın dibinə yıxıldığını və qolundan yaralandığını görmüşdür. Həmin yerə yaxınlaşdıqda Təqsirləndirilən şəxs orada görməmişdir. Şahid Hacıyev Talib Vəkil oğlu ibtidai istintaqda verdiyi və məhkəmə iclasında da təsdiqlədiyi ifadəsində qeyd etmişdir ki, 12 ildir ki, yəni 2012-ci ildən hal-hazıradək Bakı şəhəri Nəsimi rayonu, Cavadxan 17 ünvanında yerləşən çayxanalar sırasında Yasamal çay evini işlədir. Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən “Naxış” çay evi onun işlətdiyi Yasamal çay evinin yanında yerləşir. Həmin çay evininin Cəlilabad rayonundan olan Əli adlı oğlanın icarəyə işlətdiyini bildirmişdir. 20 iyun 2023-cü il tarixdə axşam saatlarında yay fəsli olduğu üçün bayırda dayanıb siqaret çəkib obyektə bayırdan nəzarət edirmiş. Bir anda Əlinin yanında görüb tanıdığı Hüseyn adlı şəxsin tanımadığı iki nəfər şəxslə birlikdə “Naxış” çay evinin üst mərtəbəsindən çıxıb alt mərtəbəyə keçməsini görmüşdür. Onlar sakit şəkildə çıxıb aşağı düşdükləri üçün onların arasında hər hansı mübahisənin olmasını başa düşməmişdir. Bundan sonra o gəzə-gəzə “Naxış” çay evinin aşağı mərtəbəsinə tərəf gəlmiş və onunla birlikdə ərtafda olanlar da ora yaxınlaşmış və bir anda “Naxış” çay evinin aşağı mərtəbəsində qarışıqlıq düşməsini görmüşdür, O, ilk anda orada nə baş verməsini başa düşməmiş və dərhal ora daxil olduqda Hüseynin iki nəfər şəxslə tutaşmasını və oradakı müştərilərin onları ayırmasını görüb, o da onların arasına girib onları ayırmışdır. Lakin həmin hissə alaqaranlıq olduğu üçün orada kimin kimi vurmasını və ya kimin hara qaçmasını görməmişdir. Bundan bir neçə dəqiqə sonra bayırda dayanmış həmin iki nəfər şəxsin Hüseyn tərəfdən bıçaqlanmasını eşitmişdir. Sonradan həmin əraziyə polis əməkdaşları gəlmiş və əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə həmin şəxslər xəstəxanaya aparılmışdır. Həmin vaxt onun obyekti bağlayan vaxtları olduğu üçün o, obyekti bağlayıb evə getmişdir. Zərərçəkmiş şəxs mübahisə zamanı çay evində Təqsirləndirilən şəxs başqa 5-6 nəfər şəxsin də olmasını və mübahisə zamanı həmin şəxslərin də mübahisəyə müdaxilə etmələrini həmçinin həmin 5-6 nəfər şəxslə yaranmış dava zamanı bıçaqlanmalarını bildirməsinə münasibət bildirən Talib Hacıyev çay evində kimlərin olmasını bilməmiş, lakin Hüseynin iki nəfər şəxslə birgə obyektdən çıxıb sakit hakda alt mərtəbəyə keçməsini həmin vaxt Hüseynin yanında heç kim olmamasını bildirmişdir. Həmçinin onların ardınca aşağı mərətəbəyə heç kimin düşməməsini əlavə etmişdir. Həmin vaxtı orada tək dayanmasını və Təqsirləndirilən şəxs iki nəfər şəxslə aşağı mərtəbəyə düşməsindən təxminən 2-3 dəqiqə keçməmiş belə halın yaşanmasını bildirmişdir. Təqsirləndirilən şəxs obyektdən çıxmasının və həmin anda əlində bıçaq olmasının şahidi olmadığını bildirib, yalnız Hüseynin iki nəfər şəxslə aşağı mərtəbəyə tək düşməsini əlavə etmişdir, Hüseyni Əlinin yanında bir-iki dəfə görüb tanıdığını, lakin obyektin Əli tərəfindən işlədilməsini, həmçinin obyektdə neçə nəfər şəxsin işləməsi haqda heç bir məlumatının olmadığını bildirmişdir. Hadisə nəticəsində “Naxış” çay evinə hər hansı ziyanın dəyməsinin şahidi olmadığını bildirmişdir (1-ci cild, iş vərəqi 298- 301). İbtidai istinaqda şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 Sücayət oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, uzaq qonşuluqda yaşadıqları üçün həmçinin Hüseyn uşaq vaxtlarından bazarda işlədiyi üçün onunla ünsiyyəti olmuşdur. Sonradan o, Rusiya Federasiyasında yaşadığı üçün ondan xəbəri olmamış və 2023-cü ilin təxminən fevral ayının sonları ərəfəsində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən Naxış çay evini ayı 500 manata kirayə götürüb oranı işlətməyə başlamışdır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs qeyd etdiyi ərazidə gəzişirmiş və həmrayonlu kimi onun işlətdiyi çay evinə tez-tez baş çəkirmiş. 20 iyun 2023-cü il tarixində Cəlilabad şəhərində toy mərasiminə dəvətli olduğu üçün həmin gün çayxanaya nəzarət edəcək tanış adam axtarırmış. Başqa günlərdə çay evində xeyli tanıdığı rayon uşaqları olmasına baxmayaraq, həmin gün yalnız Təqsirləndirilən şəxs tək gəlib çay evində oturduğu üçün ondan bir neçə saatlıq həmin çay evinə nəzarət etməsini xahiş etmiş və Hüseyn etiraz etməyərək razılaşdığı üçün o, 20 iyun 2023-cü il tarixində təxminən saat 14 radələrində işlətdiyi çay evini Təqsirləndirilən şəxs tapşırıb getmişdir. Razılaşmaya əsasən o, təxminən saat 22 radələrində toydan çıxıb, təxminən gecə saat 12 radələrində obyekti Təqsirləndirilən şəxs təhvil alacaqmış. Beləliklə də, o, Cəlilabad şəhərinə getmiş və toy məclisində iştirak etmişdir. Həmin gün təxminən saat 22-23 radələrində hal-hazırda adını xatırlamadığı şəxs ona zəng vurub obyektində bıçaqlaşma olmasını və Təqsirləndirilən şəxs iki nəfər müştəri ilə mübahisə etdikdən sonra onları bıçaqladığını bildirmişdir. O, bu xəbəri eşidən kimi dərhal toyu tərk edib Bakı şəhərinə gəlmişdir. Gəlib obyektə çatdıqda obyektin aşağı mərtəbəsində yerdə qan izləri olmasını, obyektin açıq olmasını və içəridə heç kimin olmamasını görmüşdür. Gec olduğuna görə ətrafda da çox adam olmamış və o, mübahisənin yaranma səbəbini dəqiqləşdirə bilməmişdir. Yalnız müxtəlif şəxslərdən Təqsirləndirilən şəxs iki nəfər şəxslə obyektin birinci mərtəbəsində mübahisə etməsini və mübahisənin davaya çevrilməsi nəticəsində Hüseynin həmin şəxslərlə əlbəyaxa olmasını və nəticədə həmin iki nəfər şəxsi bıçaqlamasını dəqiqləşdirə bilmişdir. Bundan başqa mübahisə və ya hadisənin baş verməsi barədə hər hansı əlavə məlumatı yoxdur. Zərərçəkmiş şəxs ifadəsində mübahisə zamanı çay evində Təqsirləndirilən şəxs başqa 5-6 nəfər şəxsin də olmasını və mübahisə zamanı həmin şəxslərin də mübahisəyə müdaxilə etmələrini həmçinin həmin 5-6 nəfər şəxslə yarannmış dava zamanı bıçaqlanmalarım bildirməsinə münasibət bildirən Şahid3 hadisə baş verən zaman orada deyil, Cəlilabad şəhərində toyda olduğuna görə hadisənin şahidi olmadığını və görmədiyini bildirmişdir. Yalnız ətrafdaki obyektləri işlədənlərdən eşitdiyi qədəri ilə hadisə vaxtı Təqsirləndirilən şəxs tək olmasını və həmin şəxslərlə tək mübahisə edib dalaşmasını bildirmişdir. O, obyekti Təqsirləndirilən şəxs təhvil verib çıxarkən Təqsirləndirilən şəxs obyektdə tək olmasını bildirmişdir. Hadisə baş verən zaman obyektin tək işçisinin Şəfa adlı qız ofisiant olmasını və sözügedən hadisədən sonra onun oradan qaçmasını, hətta ayaqqabılarının orada qalmasını bildirmişdir. Təqsirləndirilən şəxs obyekti təhvil verərkən aralarında pulla bağlı hər hansı razılaşmanın olmamasını, Təqsirləndirilən şəxs yalnız tanışlıq xətrinə həmin gün onun xahişi ilə obyektə nəzarət etməyə razılaşdığını bildirmişdir. O, obyektə gələndə yalnız aşağı mərtəbədə yerdə qan izlərinin olmasını və həmin yerdə stol-stulların dağınıq vəziyyətdə olmasını görmüşdür. Hadisənin baş verməsi nəticəsində ona və ya obyektə heç bir ziyan vurulmadığını həmçinin şikayət və tələbinin olmamasını bildirmişdir (1-ci cild, iş vərəqi, 281-283). İbtidai istinaqda şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18 iyun 2023-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən Naxış çay evinə yaxınlaşıb oram işlədən Əli adlı şəxsə işə düzəlmək istədiyini bildirdikdə Əli ona bir neçə günlük sınaq müddətində həmin obyektdə işləməyə icazə vermiş və əgər işi xoşuna gələrsə, onu işə götürəcəyinə söz vermişdir, iş rejimi günorta saat 14:00 dan gecə saat 02:00-dək olmuşdur. 20 iyun 2023-cü il tarixində, yəni o işə gəldiyi üçüncü gün Əli Cəlilabad rayonuna toya getməli olmasını bildirib obyekti onun əvvəllər tanımadığı Hüseyn adlı şəxsə həvalə etdiyini və həmin gün istənilən məsələ ilə bağlı obyektin müdiri kimi ona müraciət etməli olmasını bildirmişdir. Beləliklə də o, günorta saat 14 radələrində işə başlamış və Hüseyn obyektdə olmuşdur. O, gələn müştərilərə xidmət göstərirmiş və təxminən axşam saat 20-21 radələrində obyektə iki nəfər tanımadığı 30 yaşlarında şəxsin daxil olmasını və keçib masada əyləşmələrini görmüşdür. Onlara yaxınlaşıb sifarişlərini qəbul etdikdə həmin şəxslər şokoladla çay sifariş vermişlər və o, öncədən şokoladla çayın 7 manata olmasını bildirmişdir. Bu vaxtı həmin şəxslərdən biri (sonradan onu vuran) sadə çayın qiymətini soruşmuş və o, sadə çayın 5 manata olmasını bildirdikdə həmin şəxs etinasız şəkildə sadə çay gətirməsini tələb etmişdir, O bir neçə dəqiqənin ərzində çayı hazırlayıb masaya təqdim etmiş və təxminən 15-20 dəqiqədən sonra həmin şəxslərin ayağa qalxıb çıxışa tərəf getmələrini görmüşdür. Dərhal masaya yaxınlaşıb masanın üzərində 2 manat olmasını gördükdə arxalarınca qapıya tərəf gedib çayın qiymətinin 5 manat olmasını bir daha xatırlatmış və bu zaman həmin şəxslərdən biri (sonradan onu vuran) “biz belə veririk, istəmirsizsə onu da ver bura” deyib etiraz bildirdikdə Hüseyn onlara yaxınlaşıb nə baş verməsini soruşmuşdur. Hüseyn obyektdə olan digər müştəriləri nəzərə alaraq həmin şəxsləri obyektin 1-ci mərtəbəsinə tərəf aparmışdır. O isə geri gəlib başqa müştərilərə xidmət göstərməyə başlamışdır. Bundan təxminən 7-8 dəqiqə sonra onunla mübahsə edən şəxs əsəbi və əli qanlı halda obyektə daxil olub onun ünvanına nalayiq sözlər səsləndirərək üstünə hücum çəkmişdir. O nə edəcəyini bilməyib yerində donub qalmış və bu anda həmin şəxsin onun üz nahiyyəsindən əli ilə şillə vurmasını hiss etmişdir. Bu anda o biraz arxaya getmiş və həmin şəxs onun saçından tutub bir neçə dəfə fırlatmışdır. O özünü toplayıb onun əlindən çıxmış və kənara çəkildikdə masada müştəri qismində əyləşən tanımadığı xanım müştərinin onlara tərəf gəlib onu sakitləşdirməyə çalışmasını görmüşdür. Lakin həmin şəxs qeyd etdiyi xanım müştərini də itələmiş və o, bu vəziyyətdən istifadə edib obyektdən qaçmışdır. Bundan sonra qorxub həmin obyektə bir daha yaxınlaşmamışdır. Sonradan polis əməkdaşları onun yaşadığı ünvana gəlib şahid qismində polis idarəsinə dəvət etdikdə o həmin şəxslərin Hüseyn tərəfindən bıçaqlanmasını və bu səbəbdən də həmin şəxsin aqressiv şəkildə ona hücum çəkməsini başa düşmüşdür. Zərərçəkmiş şəxs mübahisə zamanı çay evində Təqsirləndirilən şəxs başqa 5-6 nəfər şəxsin də olmasını və mübahisə zamanı həmin şəxslərin də mübahisəyə müdaxilə etmələrini, həmçinin həmin 5-6 nəfər şəxslə yaranmış dava zamanı bıçaqlanmalarını bildirməsinə münasibət bildirən Şahid4 hadisə baş verən zaman Hüseynin obyektdə tək olmasını və onları aşağı dəvət etdikdə tək olmasını bildirmişdir. O, bayırdan və ya aşağıdan Hüseynə kimin köməyə gəldiyi haqda heç bir məlumatının olmamasını, lakin obyektdən onların ardınca çıxan olmadığını bildirmişdir. Həmin vaxtı obyektdə bir-iki masa müştəri olsa da, onlar öz işlərinə davam etmişlər. Həmin vaxtı obyektdə aiver zəif olduğu üçün ondan başqa işçi olmadığını, Zərərçəkmiş şəxs onu vurması nəticəsində dodağının partlamasını, üzünün qançır olmasını, lakin hadisənin üstündən bir neçə ay keçməsi səbəbindən hal-hazırda heç bir iz qalmadığını bildirib məhkəmə tibbi ekpertizasından keçmək istəmədiyini, Zərərçəkmiş şəxs heç bir şikayət və tələbinin olmamasım bildirmişdir. Hadisə baş verən zaman obyektə hər hansı ziyanın dəyməsi halının şahidi olmadığını bildirmişdir (1-ci cild, iş vərəqəsi, 285-287). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. 21 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 31-35). Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 4(006)-324/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 80-84). 20 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşən “Naxış” çay evidir (cild 1, iş vərəqi 5- 8). 21 iyun 2023-cü il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi bıçaq özü tərəfindən təqdim edilmişdir (1-ci cild, iş vərəqi 12). Məhkəmə-tibb ekspertizası üzrə 21 iyul 2023-cü il tarixli 967 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində olan xəsarətlər - qarnın ön divarının daxilə nüfuz edən qara ciyəri və onikibarmaq bağırsağı yaralayan 1 (bir) ədəd deşilmişkəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər, döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, həmin xəsarətlərin deşici-kəsici əşyanın (alətin) təsirindən törənməsi, qərarda göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 20 iyun 2023-cü il tarixə uyğun gəlməsi öz təsdiqini tapmışdır (1-ci cild, iş vərəqi 127-130). Məhkəmə-tibb ekspertizası üzrə 21 iyul 2023-cü il tarixli 969 saylı ekspert rəyindən görünür ki, Şahid1 bədən səthi üzərində olan xəsarətlər – sol kürək nahiyəsinin 2 (iki) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol bazu yuxarı 1/3-nin 2 (iki) ədəd, sol bazu orta 1/3-nin 2 (iki) ədəd deşilmiş kəsilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, həmin xəsarətlərin deşici-kəsici əşyanın (alətin) təsirindən törənməsi, qərarda göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 20 iyun 2023-cü il tarixə uyğun gəlməsi öz təsdiqini tapmışdır (1-ci cild, iş vərəqi 131-134). 3 avqust 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı çay evində qiymətə görə narazılıq üzərində yaranmış mübahisə əsnasında Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs və Şahid1 bıçaqla vurması faktı öz təsdiqini tapmışdır (1-ci cild, iş vərəqi 142-144). Kompleks məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizası üzrə 18 avqust 2023- cü il tarixli 333-MTKŞ/2023 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin ön səthinin sağ aşağı nahiyəsində 01 (bir) ədəd, sağ yan nahiyəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və özünü kafi dərəcədə biruzə verən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs məxsus şalvarda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq (bıçaqları) ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış kəsici-deşici xassəyə malik məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur (1-ci cild, iş vərəqi 149-158). Məhkəmə-bioloji ekspertizası üzrə 18 avqust 2023-cü il tarixli 458/2023-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətində onun qan qrupunun «0(l)RH+» olması barəsində qeyd-məlumat vardır, Şahid1 şəxsiyyət vəsiqəsinin kserosurətində onun qan qrupunun «A{ll)RH+» olması barədə qeyd-məlumat vardır. Məhkəmə-bioloji ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, ona məxsus cins şalvar və bel kənarına keçirilmiş kəmər, Şahid1 məxsus cins şalvar və onun bel kənarına keçirilmiş kəmər, ona məxsus mayka, köynək, onun paltarları ilə birlikdə qablaşdırılmış daha bir kəmər, ona məxsus bir tay corab, həmçinin bir ədəd bıçağın tiyəsi üzərində insan qanı ləkələri aşkar olundu. qan ləkələrində Şahid1 və Zərərçəkmiş şəxs qan qarışıqları inkar oluna bilməz. Təqdim edilmiş Şahid1 məxsus digər tay corabda tədqiqat zamanı qan aşkar olunmadı (1-ci cild, iş vərəqi 159-169). Kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 2527 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “şəxsiyyətin emosional-davamsız tip pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və başqa şəxslərə zərər yetirmək təhlükəsi yoxdur. Qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti istintaq hərəkətlərində iştirak etməsinə imkan verir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq, təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs uydurmağa patoloji meyllilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs törətdiyi hadisə zamanı psixi-emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuş və hadisəni törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (1-ci cild, iş vərəqi 170-174). 27 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən “Naxış” çay evində hadisəni hansı qaydada törətməsini əyani şəkildə göstərmişdir (1-ci cild, iş vərəqi 182-188). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. 27 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ilə barışması səbəbindən Şahid1 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti alması faktına görə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə hissəvi xitam verilmişdir (1-ci cild, iş vərəqi 226-227). İşdə olan 27 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və Şahid1 20 iyun 2023-cü il tarixində ünvan 6 ünvanında yerləşən «Naxış» adlı çay evində bıçaqla vuraraq xəsarət yetirdiyi yeri əyani şəkildə göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild. iş vərəqi 110). Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ciil tarixli qərarının 6-cı maddəsinə əsasən qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Qeyd edilən Ali Məhkəmənin Plenum qərarının göstərilən müddəalarının qəsdən sağlamlığa ağır zərərvurma işləri üzrə məhkəmə təcrübəsində (CM-in 126-cı maddəsi) istifadə oluna biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cüzi səbəbdən Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, cinayət işinin materiallarından və işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında sonuncu tərəfindən göstərilən xidmətin ödənişinin tam ödənilməməsi səbəbindən sözlü mübahisə başlamış, sonuncunu çay evinin zirzəmisinə aparmış, orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu itələməsini cüzi səbəb kimi bəhanə gətirərək xuliqanlıq niyyətilə üzərində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən kəsici-deşici xassəyə malik məişət təyinatlı qatlanan tipli bıçaqla sonuncunun bədən nahiyələrindən qəsdən vuraraq ona döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və qarnın ön divarının daxilə nüfuz edən qara ciyəri və onkibarmaq bağırsağı yaralayan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və onun törətdiyi cinayət əməli baxış keçirilməsi haqqında protokol, özünün etirafedici ifadələri, zərərçəkmiş və şahid ifadələri, ifadənin yerində yoxlanılması və üzləşdirmə protokolları, məhkəmə-tibbi və kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizalarının rəyləri, maddi sübut və iş üzrə digər istintaq sənədləri ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə, Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 21 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 21 iyun 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə və qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmiş bir ədəd bıçaq və hadisə vaxtı zərərçəkmiş şəxsin əynində olmuş paltarlar məhv edilməlidir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 iyun 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc otağına təhvil verilmiş bir ədəd bıçaq və hadisə vaxtı zərərçəkmiş şəxsin əynində olmuş paltarlar məhv edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə məsrəflərinin və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-1279/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1279/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver