Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-128/2020 17.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – x1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və x3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs - xx xxxxxxx 1953-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 mənzil 20 ünvanda qeydiyyatda olan, tutulmamışdan öncə həmin ünvanda yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş və hazırda Bakı istintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 5 ədəd bükümdə ümumi təmiz çəkisi 1,590 qram olan dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin, bir ədəd sellofan bükümdə təmiz çəkisi 1 kq 510 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd idman çantasında təmiz çəkisi 6050,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana əldə edib, onlardan 5 ədəd bükümdə ümumi təmiz çəkisi 1,590 qram olan dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamini əynindəki qara rəngli idman şalvarının sol yan cibində saxlayaraq daşımış, bir ədəd bükümdə təmiz çəkisi 1 kq 510 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd idman çantasında təmiz çəkisi 6050,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuananı yaşadığı mənzildə saxlamış, Xətai RPİ-nin əməkdaşlarının 13 aprel 2019-cu il tarxidə saat 12 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 92 saylı ünvanın yaxınlığında keçirdikləri əməliyyat tədbiri zamanı yaxalanmış, hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən ümumi təmiz çəkisi 1,590 qram olan 5 ədəd bükümdə olan dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 20 nömrəli mənzilə baxış keçirilən zaman oradan bir ədəd sellofan bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 1 kq 510 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd idman çantasında külli miqdar hesab edilən təmiz çəkisi 6050,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, onun üzərində və yaşadığı mənzildə narkotik vasitə olmamışdır. Narkotik vasitələri yəqin ki, polislər özləri qoymuşlar. Polislər, onlar evde oturduqları zaman qapını sındıraraq evə daxil olub onları həbs ediblər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməyərək bildirmişdir ki, qeyd olunan ifadəsindən xəbəri yoxdur, boş kağıza imza etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, uzun müddət mütəmadi olaraq narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və sair bu kimi narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitələrdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir. Narkotik vasitələri vaxtlı-vaxtında qəbul etmədiyi təqdirdə bədənində möhkəm ağrılar olur, yuxusuzluqdan, nəfəs darlığından əziyyət çəkir. İstifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri müxtəlif yerlərdən, tanımadığı şəxslərdən almışdır. Əvvəllər AR CM-nin müxtəlif maddələri ilə, sonuncu dəfə – 2013-cü il tarixdə AR CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2017-ci ildə azadlığa buraxılmışdır. 2019-cu ilin mart ayının əvvəllərində öz istifadəsi üçün narkotik vasitə heroin almaqdan ötrü “Papanin” adlanan əraziyə yollanmışdır. Oraya çatıb ona narkotik vasitə heroin sata biləcək şəxs barədə soraqlaşdığı zaman, tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb bir yaxşı təklif etmək istədiyini demişdir. Həmin şəxsin kimliyi barədə soruşsa da, sonuncu şəxsiyyəti barədə məlumat verməyib, yalnız adının Əli olduğunu deyib, təklifini dinləməyi məsləhət görmüşdür. Həmin şəxs danışığını davam etdirib, özündə müxtəlif növ narkotik vasitə və psixotrop maddələr olduğunu deyib həmin maddələri dəyərindən çox ucuz qiymətə sata biləcəyini bildirmişdir. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyi üçün hər dəfə onları müxtəlif yerlərdə tanımadığı şəxslərdən almaq məcburiyyətində olmuşdur. Bu isə polis tərəfindən tutulma ehtimalını artırmışdır. Tanımadığı şəxsin bu təklifi yerinə düşmüşdür. Belə olan halda Əli adlı şəxsin təklifini qəbul edib sonuncudan hansı qiymətə və hansı növ narkotik vasitə təşkil edəcəyi barədə maraqlanmışdır. Həmin vaxt Əli özündə təxminən 2 kiloqrama yaxın narkotik vasitə heroin, təxminən 7 kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana, 10 qrama yaxın psixotrop maddə “şüşə” olduğunu deyib, bütün sadaladıqlarını cəmi 2500 manat pul müqabilində təşkil edəcəyini demişdir. İlk əvvəl həmin şəxsin sözlərinin doğruluğuna inanmasa da, müəyyən söhbətlərdən sonra həmin şəxsin dediklərinə inanıb, alqı-satqını həyata keçirməkdən ötrü axşam saatlarında hazırda ünvanını dəqiq yaddaşında qalmayan yerdə görüş təyin etmişlər. Bundan sonra ayrılıb getmişlər. Təxminən 3-4 saat sonra danışılan ünvanda görüşdükdə, Əli adlı şəxsin əlində saxladığı bir ədəd bağlama ilə gəldiyini görmüşdür. Həmin vaxt Əli sadaladığı maddələrin əlindəki bağlamanın içərisində ayrı-ayrı şəkildə qablaşdırıldığını deyib, bağlamanı təqdim etmişdir. Bağlamanı açıb gözəyarı şəkildə içərisinə nəzər saldıqda Əlinin sadaladıqları narkotik vasitələrin və psixotrop maddənin orada olduğunu görmüşdür. Hər halda Əlini tanımadığı üçün tez bir şəkildə özü ilə götürdüyü 2500 manatı ona verib, bağlamanı götürməklə cəld şəkildə oradan uzaqlaşıb yaşadığı ünvan 1 mənzil 20 ünvana gəlmişdir. Evə gəldikdə bağlamanı açıb, içərisindəki əşyalara nəzər yetirdikdə həqiqətən də, Əli adlı şəxsin dediyi kimi, bağlamanın içərisindəki sintetik çantada təxminən 7 kiloqrama yaxın narkotik vasitə marixuana, 01 ədəd sellofanda təxminən 2 kiloqrama yaxın narkotik vasitə heroin, habelə 01 ədəd sellofanda təxminən 10 qrama yaxın psixotrop maddə “şüşə” olduğunu görmüşdür. Daha sonra həmin narkotik vasitə və maddələri gələcəkdə qəbul etmək üçün ayrı-ayrılıqda yaşadığı evdə gizlətmişdir. Əsasən narkotik vasitə heroin və “şüşə” istifadəçisi olduğu üçün tutulan müddətədək yalnız onlardan istifadə etmişdir. Bununla belə özündə olan narkotik vasitənin çoxluğu ilə əlaqədar, həmin narkotik vasitələri satmaqla pul əldə etmək qərarına gəlmişdir. Bu barədə narkotik vasitə istifadəçisi olan tanımadığı bir neçə şəxsə müraciət edib, özündə narkotik vasitə heroin və həmçinin psixotrop maddə “şüşə” olması barədə məlumatlandırmaqla, heroin və “şüşə”nin bir qramını 50 manat müqabilində satışını həyata keçirdiyini demişdir. Bu minvalla narkotik vasitə almaqdan ötrü ayrı-ayrı vaxtlarda ona müraciət etmiş tanımadığı bir neçə şəxs nəğd pulla, habelə pul əvəzi olaraq gətirdikləri müxtəlif məişət əşyaları müqabilində hazırda yaddaşında qalmayan çəkidə narkotik vasitə heroin, habelə “şüşə” satmaqla pul əldə etmişdir. 13 aprel 2019-cu il tarixdə saat 11 radələri olardı. Yaşadığı mənzilə qardaşı Vaqif, qardaşı arvadının bacısı oğlu Samir, tanışı Yalçın qonaq qismində gəlmişdirlər. Onlarla, habelə yaşadığı evdə kirayəşin olaraq yaşayan Elşad adlı şəxslə birgə oturub çörək yeməyə hazırlaşmışlar. Həmin ərəfədə tanımadığı şəxs ondan 05 bükümdə psixotrop maddə “şüşə” istədiyi üçün Əli adlı şəxsdən aldığı psixotrop maddə “şüşə”dən qalan təxminən 1 qramını kiçik sellofan kəsiklərinə büküb, satışını həyata keçirməkdən ötrü cibinə qoymaqla evdən çıxmışdır. Yaşadığı evin qarşısında durub, müştərini gözlədiyi zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və şəxsiyyəti ilə bağlı sorğu etmişlər. Özünü təqdim edəndən sonra polis əməkdaşları cinayət yolu ilə əldə edilmiş əmlakı əldə edib, onlara sahiblik etməsini, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib yanında olan 2 nəfər şəxsi hal şahidi qismində təqdim etmişlər. Hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları daxil olmuş məlumatla əlaqədar üzərinə baxış keçirməli olduqlarını bildirmişlər. Həmin vaxt artıq “ilişdiyini” bilib, polis əməkdaşlarının üzərinə baxış keçirmələrinə heç bir etiraz bildirməmişdir. Polis əməkdaşları üstünə baxış keçirməzdən əvvəl üzərində və ya yaşadığı mənzildə qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması barədə sorğu etmişlər. Həmin vaxt əynində olmuş qara rəngli idman şalvarının sol yan cibindən beş ədəd sellofan kəsiyindəki bükümləri polis əməkdaşlarına təqdim edərək, həmin bükümlərin içərisindəki kütlənin “şüşə” olduğunu bildirmişdir. Polis əməkdaşları hal şahidlərinin iştirakı ilə həmin beş ədəd bükümə baxış keçirdikdən sonra, özləri ilə gətirdikləri elektron tərəzi ilə onların çəkilərini müəyyən etmişlər. Ardınca polis əməkdaşları yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə saxladığı barədə sorğu etdikdə onların artıq yaşadığı evə də baxış keçirəcəklərini və bu zaman evdə saxladığı digər narkotik vasitələri aşkar edəcəklərini bilib, işini bir qədər yüngülləşdirməkdən ötrü əməlini etiraf etməklə, evdə digər növ narkotik vasitələr saxladığını və həmin narkotik vasitələri polis əməkdaşlarına təqdim edə biləcəyini, həmçinin evində oğurluq yolu ilə əldə edildiyinə güman etdiyi bir neçə məişət əşyası olduğunu deyib, həmin əşyaları da polis əməkdaşlarına təqdim edə biləcəyini demişdir. Evində olan bəzi məişət əşyalarının oğurluq olmasına güman etməsinə səbəb həmin əşyaların ona narkotik vasitə istifadəçilərinin satması, əvəzində isə narkotik vasitə heroin almaları olmuşdur. Ardınca polis əməkdaşları və hal şahidləri ilə birlikdə yaşadığı mənzilə getmişlər. Polis əməkdaşları yaşadığı mənzilə baxış keçirən zaman qardaşı Vaqif, qardaşı arvadının bacısı oğlu Samir, tanışı Yalçın, habelə mənzildə kirayəşin qalan Elşadı görmüşlər, onların şəxsiyyətini sorğu etdikdən sonra olduqları yerdə qalmaqlarını bildirib baxışı davam etdirmişlər. Qonaq otağına baxış zamanı otaqdakı masanın üzərindən bir ədəd kiçik ölçülü elektron tərəzini, ardınca otaqdakı şkafı açıb, şkafın birinci siyirməsində olan dama-dama sintetik çantanı çıxarıb içərisindəki digər idman çantasını polis əməkdaşlarına təqdim edərək çantanın içərisində qurudulmuş marixuana olduğunu, tərəzini isə narkotik vasitələrin satışını həyata keçirərkən dəqiq çəkilərini müəyyən etməkdən ötrü istifadə etdiyini bildirmişdir. Həmçinin qonaq otağında olan 01 ədəd “Mistery”, 01 ədəd “LG”, 01 ədəd “Toshiba” markalı DVD cihazını və 01 ədəd “DV3” markalı TV tüneri, həmçinin üzərində təbiət təsviri olan 03 ədəd divar şəkilini təqdim edərək həmin əşyaları ona narkotik vasitə istifadəçiləri olan tanımadığı şəxslərin satmaqla əvəzində narkotik vasitə heroin aldıqlarını bildirib bu səbəbdən həmin əşyaların oğurluq yolu ilə əldə edilməsinə güman etdiyini demişdir. Bundan sonra polis əməkdaşları hal şahidlərinin iştirakı ilə otaqda baxışı davam etdirmiş, lakin otaqdan başqa qeyri-qanuni heç nə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları və hal şahidləri ilə birlikdə yataq otağına daxil olmuşlar, həmin otaqda qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet saxlamadığı üçün bu barədə polis əməkdaşlarına bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları yataq otağına baxış keçirmişlər. Lakin baxış zamanı otaqda heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları digər yataq otağına baxış keçirmişlər. Baxış zamanı otaqdakı tumbanın birinci siyirməsini açıb orada şəffaf rəngli sellofan bağlamanı polis əməkdaşlarına təqdim edərək bağlamanın içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra yataq otağındakı bir ədəd “Shivaki” markalı televizoru polis əməkdaşlarına təqdim edərək həmin televizorun da cinayət yolu ilə əldə edildiyinə güman etdiyini bildirmişdir, belə ki, hazırda adı yaddaşında qalmayan şəxsin həmin televizoru ona satmaqla əvəzində ondan narkotik vasitə heroin aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları hal şahidlərinin iştirakı ilə yataq otağına, habelə hamam və mətbəx otağına baxış keçirmişlər. Lakin baxış zamanı qeyd edilən otaqlardan başqa qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Yaşadığı mənzilə baxış başa çatdıqdan sonra polis əməkdaşları hal şahidlərinin iştirakı ilə onlara təqdim etdiyi narkotik vasitə və psixotrop maddələri, habelə digər əşyaları qablaşdırıb möhürləyərək götürmüşlər. Bundan sonra polis əməkdaşları mənzildə olan tanışlarının narkotik vasitə qəbul etmələrinə şübhə etdikləri üçün onların üzərlərinə baxış keçirməli olduqlarını bildirmişlər.Həmin şəxslər də öz növbəsində baxışa etiraz bildirməmişlər. Həmin şəxslərin üzərlərinə baxışda iştirak etməmişdir. Keçirilmiş baxışlarla bağlı sənədləşdirmə işlərinin aparılması üçün onların hamısını Xətai RPİ-ə gətirmişlər. İdarədə hüquqlarının müdafiə edilməsi üçün hər birinə dövlət hesabına vəkil təqdim edilmişdir. Vəkil təqdim edildikdən sonra keçirilmiş baxışlarla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hamı protokola imza etmişdir. Üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş psixotrop maddələrin və narkotik vasitələrin bir hissəsini hazırda adlarını və xarici görkəmlərini xatırlamadığı şəxslərə satdığını, mənzildə narkotik vasitə və psixotrop maddə saxlaması haqda heç kimə demədiyini və heç kimin bu haqda məlumatının olmadığını, qardaşı Vaqifin, tanışları Samir, Elşad və Yalçının onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatlı olduqlarını, lakin həmin şəxslərə heç vaxt narkotik vasitə satmadığını, həmin şəxslərin üzərlərindən aşkar edilmiş narkotik vasitə və ya psixotrop maddələrin ona heç bir aidiyyətinin olmadığını, əvvəllər həmin şəxslərə istifadə etmək üçün narkotik vasitə verib-vermədiyini xatırlamadığını, həmin şəxslərin üzərində narkotik vasitə və ya psixotrop maddələrin olması haqda məlumatının olmadığını, üzərinə baxış keçirilən zaman təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 13 aprel 2019-cu il tarixdə saat 11 radələrində Xətai RPİ-nin yaxınlığından keçərkən mülki geyimdə olan iki nəfər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında və oğurluq əmlakı əldə etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs adlı şəxsin müəyyən edilib ifşa olunması məqsədilə Xətai rayonu ərazisində keçiriləcək tədbirdə iştirak etməyi xahiş etmişlər. Maraqlı olduğundan həmin tədbirdə iştirak etməyə razılıq vermişdir. Bir nəfər də hal şahidi qismində dəvət olunmuşdur. Onlara Xətai RPİ-də hal şahidinin hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları ilə birlikdə Xətai rayonu, Nobel prospekti 92 saylı ünvana yollanmışlar. Bir müddət avtomobildə əyləşəndən sonra, saat 12 radələrində polis əməkdaşları Təqsirləndirilən şəxs adlı şəxsi saxlayıb onu və digər hal şahidini Təqsirləndirilən şəxs saxlanıldığı yerə dəvət etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılma səbəbini izah etdikdən sonra sonuncunu tədbirin keçirilməsi ilə bağlı bir qərarla tanış etmişlər. Sonra polis əməkdaşları onu və digər hal şahidini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində və ya yaşadığı mənzildə cinayət yolu ilə əldə edilmiş əmlak, qeyri-qanuni əşya və ya digər predmetin olub-olmaması ilə bağlı sorğu edib, müsbət halda həmin əşyaları təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən beş ədəd sellofan kəsiyindən olan bükümü çıxardıb polis əməkdaşlarına təqdim edərək, həmin bükümlərin içərisindəki kütlənin narkotik vasitə “şüşə” olduğunu bildirmişdir. Polis əməkdaşları həmin 05 ədəd bükümə baxış keçirib onları elektron tərəzidə çəkmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa qeyri-qanuni əşyanın olmadığını, lakin yaşadığı ünvanda narkotik vasitələr saxladığını, həmçinin mənzilində oğurluq olduğuna güman etdiyi bir neçə məişət əşyanın da olduğunu bildirib, həmin narkotik vasitələri və məişət əşyalarını polis əməkdaşlarına təqdim edə biləcəyini demişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməli olduqlarını bildirib, bununla bağlı etirazının olub-olmadığı barədə sonuncunu sorğu etmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz bildirmədiyindən polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvan 3, mənzil 20 ünvanına getmişlər. Özü və digər hal şahidi də polis əməkdaşları ilə birlikdə həmin ünvana getmişlər. Mənzildə 4 nəfər şəxs olmuşdur. Polis əməkdaşları həmin şəxslərə özlərini təqdim edərək şəxsiyyətləri barədə sorğu etmişlər. Həmin şəxslər də özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış davam etdirilmişdir. Qonaq otağına baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağındakı masanın üzərindən 01 ədəd kiçik ölçülü elektron tərəzini, ardınca otaqdakı şkafı açıb, şkafın birinci siyirməsində olan dama-dama sintetik çantanı çıxarıb, içərisindəki digər idman çantasını polis əməkdaşlarına təqdim edərək çantanın içərisində qurudulmuş marixuana olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisinə baxış zamanı, çantanın içərisində yaşılımtıl rəngli bitki mənşəli kütləni görmüşdür. Həmçinin Təqsirləndirilən şəxs 01 ədəd “Mistery” markalı, 01 ədəd “LG”, 01 ədəd “Toshiba” markalı DVD cihazını və 01 ədəd “DV3” markalı TV tüneri, həmçinin 03 ədəd divar şəkilini təqdim edərək, həmin əşyaların oğurluq olduğuna güman etdiyini bildirmiş, belə ki, Elxanın sözlərinə görə adlarını xatırlamadığı şəxslər həmin əşyaları ona satmaqla əvəzində ondan narkotik vasitə heroin almışlar. Yataq otağına baxış zamanı oradan dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra digər yataq otağına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında olan tumbanın birinci siyirməsini açıb, oradan şəffaf rəngli sellofan bağlamanı götürüb polis əməkdaşlarına təqdim edərək, sellofan bağlamanın içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Sellofan bağlamaya baxış keçirən zaman, bağlamanın içərisində tünd qəhvəyi rəgli kütlənin olduğunu görmüşdür. Həmçinin Təqsirləndirilən şəxs yataq otağındakı 01 ədəd “Shivaki” markalı televizoru polis əməkdaşlarına təqdim edərək, həmin televizorun da oğurluq olduğuna güman etdiyini bildirmiş, belə ki, Elxanın sözlərinə görə adı yaddaşında qalmayan şəxs həmin televizoru ona satmaqla, əvəzində ondan narkotik vasitə heroin almışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi və baxış zamanı aşkar edilmiş, yuxarıda sadalanan maddələr və əşyalar ayrı-ayrılıqda qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra polis əməkdaşları ilə birlikdə Xətai RPİ-ə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs dövlət hesabına vəkil təqdim edildikdən sonra sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Sonra keçirilmiş tədbirlə və şəxsi axtarış aparılması ilə bağlı polis əməkdaşı tərəfindən idarədə protokollar tərtib edilmiş, həmin protokollara imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin NMBnin rəisi vəzifəsində işləyir. Xətai RPİ-nin NMB-yə daxil olmuş məlumatda ünvan 3, mənzil 20 ünvanda yaşayan Təqsirləndirilən şəxs bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə edib, onlara sahiblik etməsi, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etməsi, qəbulu və onların satışı ilə məşğul olması göstərilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün idarə rəhbərliyinə raportla məruzə edilib əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bu barədə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərara əsasən əməliyyat qrupu yaradılmışdır. Keçiriləcək tədbirdə iştirak etmələri üçün iki hal şahidi də dəvət edilmişdir. Hal şahidlərinə hüquq və vəzifələri izah olunmaqla tədbir barədə məlumat verilmişdir. Bundan sonra 13 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvanına yollanmışlar. Saat 11:50-də zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb sonuncunu saxlamaqla, xidməti vəsiqələri həmin şəxsə göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onu şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 mənzil 20-də yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə edib, onlara sahiblik etməsi, habelə külli miqdarda narkotik vasitələr əldə edib, saxlamaqla onların satışı ilə məşğul olması barədə NMB-ə məlumatın daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək hal şahidlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üstündə və ya yaşadığı mənzildə cinayət yolu ilə əldə edilmiş əmlak, qeyri-qanuni əşya və ya digər predmetin olub-olmamasını sorğu edib, müsbət halda həmin əşyaları təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən beş ədəd sellofan kəsiyindəki bükümü çıxardıb təqdim edərək, həmin bükümlərin içərisindəki kütlənin narkotik vasitə “şüşə” olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə həmin 05 ədəd bükümə baxış zamanı bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa qeyri-qanuni əşyanın olmadığını, lakin yaşadığı ünvanda həmin və digər növ narkotik vasitələr saxladığını, həmçinin cinayət yolu ilə əldə edildiyinə güman etdiyi bir neçə məişət əşyasının olduğunu bildirib, həmin maddə və preparatları, həmçinin məişət əşyalarını təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz bildirmədiyindən hal şahidləri ilə birgə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 mənzil 20 ünvanına yollanmışlar. Mənzilə baxış zamanı mənzildə daha 4 nəfər şəxsin olmasını müəyyən etmişlər. Həmin şəxslərə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirməklə, şəxsiyyətləri barədə sorğu etdikdə müəyyən etmişlər ki, həmin şəxslər x9, x2, x5 və x4r. Həmin şəxsləri sorğu etməzdən əvvəl mənzilə baxış davam etdirilmişdir. Belə ki, qonaq otağına baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağındakı masanın üzərindən 01 ədəd kiçik ölçülü elektron tərəzini, ardınca otaqdakı şkafı açıb, şkafın birinci siyirməsində olan dama-dama sintetik çantanı çıxarıb, içərisindəki digər idman çantasını təqdim edərək çantanın içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərəsinə baxış zamanı, çantanın içərəsində yaşılımmtıl rəngli, spesefik iyə malik narkotik vasitə marixuanaya bənzər bitki mənşəli kütlənin olması müşahidə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs qonaq otağından 01 ədəd “Mistery” markalı, 01 ədəd “LG”, 01 ədəd “Toshiba” markalı DVD cihazını və 01 ədəd “DV3” markalı TV tüneri, həmçinin üzərində təbiət təsviri olan 03 ədəd divar şəkilini təqdim edərək, təqdim etdiyi əşyaların cinayət yolu ilə əldə edildiyinə güman etdiyini bildirmiş, belə ki, Təqsirləndirilən şəxs sözlərinə görə hazırda adlarını xatırlamadığı şəxslər həmin əşyaları ona satmaqla əvəzində ondan narkotik vasitə heroin almışlar. Daha sonra yataq otağına baxış keçirilmişdir. Yataq otağına baxış zamanı oradan dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Sonra digər yataq otağına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında olan tumbanın birinci siyirməsini açıb, orada şəffaf rəngli sellofan bağlamanı götürüb təqdim edərək, bağlamanın içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə sellofan bağlamaya baxış keçirilən zaman, bağlamanın içərəsində tünd qəhvəyi rəgli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin olması müşahidə edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yataq otağındakı 01 ədəd “Shivaki” markalı televizoru təqdim edərək, həmin televizorun cinayət yolu ilə əldə edildiyinə güman etdiyini bildirmiş, belə ki, Təqsirləndirilən şəxs sözlərinə görə hazırda adı yadında qalmayan şəxs həmin televizoru ona satmaqla, əvəzində ondan narkotik vasitə heroin almışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi və baxış zamanı aşkar edillmiş yuxarıda sadalanan maddələr və əşyalar hal şahidlərinin iştirakı ilə ayrı-ayrılıqda qablaşdırılıb götürülmüşdür. Sonra saxlanılan şəxslər idarəyə gətirilmiş, idarədə həmin şəxslərə dövlət hesabına vəkillər təqdim edilmiş və üzərlərinə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı saxlanılan şəxslərin heç birinin üzərindən qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya aşkar edilməmişdir. Keçirilmiş tədbirlə və şəxsi axtarış aparılması ilə bağlı idarədə müvafiq protokollar tərtib edilmiş, iştirakçı kimi həmin protokollara imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 fadəsində göstərmişdir ki, Xətai RPİ-nin NMBnin rəisi vəzifəsində işləyir. Xətai RPİ-nin NMB-yə daxil olmuş məlumatda ünvan 3, mənzil 20 ünvanda yaşayan Təqsirləndirilən şəxs bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə edib, onlara sahiblik etməsi, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etməsi, qəbulu və onların satışı ilə məşğul olması göstərilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün idarə rəhbərliyinə raportla məruzə edilib əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bu barədə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərara əsasən əməliyyat qrupu yaradılmışdır. Keçiriləcək tədbirdə iştirak etmələri üçün iki hal şahidi də dəvət edilmişdir. Hal şahidlərinə hüquq və vəzifələri izah olunmaqla tədbir barədə məlumat verilmişdir. Bundan sonra 13 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvanına yollanmışlar. Saat 11:50-də zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb sonuncunu saxlamaqla, xidməti vəsiqələri həmin şəxsə göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onu şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 mənzil 20-də yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə edib, onlara sahiblik etməsi, habelə külli miqdarda narkotik vasitələr əldə edib, saxlamaqla onların satışı ilə məşğul olması barədə NMB-ə məlumatın daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək hal şahidlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üstündə və ya yaşadığı mənzildə cinayət yolu ilə əldə edilmiş əmlak, qeyri-qanuni əşya və ya digər predmetin olub-olmamasını sorğu edib, müsbət halda həmin əşyaları təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən beş ədəd sellofan kəsiyindəki bükümü çıxardıb təqdim edərək, həmin bükümlərin içərisindəki kütlənin narkotik vasitə “şüşə” olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə həmin 05 ədəd bükümə baxış zamanı bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa qeyri-qanuni əşyanın olmadığını, lakin yaşadığı ünvanda həmin və digər növ narkotik vasitələr saxladığını, həmçinin cinayət yolu ilə əldə edildiyinə güman etdiyi bir neçə məişət əşyasının olduğunu bildirib, həmin maddə və preparatları, həmçinin məişət əşyalarını təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz bildirmədiyindən hal şahidləri ilə birgə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 mənzil 20 ünvanına yollanmışlar. Mənzilə baxış zamanı mənzildə daha 4 nəfər şəxsin olmasını müəyyən etmişlər. Həmin şəxslərə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirməklə, şəxsiyyətləri barədə sorğu etdikdə müəyyən etmişlər ki, həmin şəxslər x9, x2, x5 və x4r. Həmin şəxsləri sorğu etməzdən əvvəl mənzilə baxış davam etdirilmişdir. Belə ki, qonaq otağına baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağındakı masanın üzərindən 01 ədəd kiçik ölçülü elektron tərəzini, ardınca otaqdakı şkafı açıb, şkafın birinci siyirməsində olan dama-dama sintetik çantanı çıxarıb, içərisindəki digər idman çantasını təqdim edərək çantanın içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərəsinə baxış zamanı, çantanın içərəsində yaşılımmtıl rəngli, spesefik iyə malik narkotik vasitə marixuanaya bənzər bitki mənşəli kütlənin olması müşahidə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs qonaq otağından 01 ədəd “Mistery” markalı, 01 ədəd “LG”, 01 ədəd “Toshiba” markalı DVD cihazını və 01 ədəd “DV3” markalı TV tüneri, həmçinin üzərində təbiət təsviri olan 03 ədəd divar şəkilini təqdim edərək, təqdim etdiyi əşyaların cinayət yolu ilə əldə edildiyinə güman etdiyini bildirmiş, belə ki, Təqsirləndirilən şəxs sözlərinə görə hazırda adlarını xatırlamadığı şəxslər həmin əşyaları ona satmaqla əvəzində ondan narkotik vasitə heroin almışlar. Daha sonra yataq otağına baxış keçirilmişdir. Yataq otağına baxış zamanı oradan dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Sonra digər yataq otağına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında olan tumbanın birinci siyirməsini açıb, orada şəffaf rəngli sellofan bağlamanı götürüb təqdim edərək, bağlamanın içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə sellofan bağlamaya baxış keçirilən zaman, bağlamanın içərəsində tünd qəhvəyi rəgli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin olması müşahidə edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yataq otağındakı 01 ədəd “Shivaki” markalı televizoru təqdim edərək, həmin televizorun cinayət yolu ilə əldə edildiyinə güman etdiyini bildirmiş, belə ki, Təqsirləndirilən şəxs sözlərinə görə hazırda adı yadında qalmayan şəxs həmin televizoru ona satmaqla, əvəzində ondan narkotik vasitə heroin almışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi və baxış zamanı aşkar edillmiş yuxarıda sadalanan maddələr və əşyalar hal şahidlərinin iştirakı ilə ayrı-ayrılıqda qablaşdırılıb götürülmüşdür. Daha sonra saxlanılan şəxslər idarəyə gətirilmiş, idarədə həmin şəxslərə dövlət hesabına vəkillər təqdim edilmiş və üzərlərinə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı saxlanılan şəxslərin heç birinin üzərindən qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya aşkar edilməmişdir. Keçirilmiş tədbirlə və şəxsi axtarış aparılması ilə bağlı idarədə müvafiq protokollar tərtib edilmiş, iştirakçı kimi həmin protokollara imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin NMBnin rəisi vəzifəsində işləyir. Xətai RPİ-nin NMB-yə daxil olmuş məlumatda ünvan 3, mənzil 20 ünvanda yaşayan Təqsirləndirilən şəxs bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə edib, onlara sahiblik etməsi, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etməsi, qəbulu və onların satışı ilə məşğul olması göstərilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün idarə rəhbərliyinə raportla məruzə edilib əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bu barədə qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərara əsasən əməliyyat qrupu yaradılmışdır. Keçiriləcək tədbirdə iştirak etmələri üçün iki hal şahidi də dəvət edilmişdir. Hal şahidlərinə hüquq və vəzifələri izah olunmaqla tədbir barədə məlumat verilmişdir. Bundan sonra 13 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 3 ünvanına yollanmışlar. Saat 11:50-də zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb sonuncunu saxlamaqla, xidməti vəsiqələri həmin şəxsə göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onu şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 mənzil 20-də yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı əldə edib, onlara sahiblik etməsi, habelə külli miqdarda narkotik vasitələr əldə edib, saxlamaqla onların satışı ilə məşğul olması barədə NMB-ə məlumatın daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək hal şahidlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üstündə və ya yaşadığı mənzildə cinayət yolu ilə əldə edilmiş əmlak, qeyri-qanuni əşya və ya digər predmetin olub-olmamasını sorğu edib, müsbət halda həmin əşyaları təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən beş ədəd sellofan kəsiyindəki bükümü çıxardıb təqdim edərək, həmin bükümlərin içərisindəki kütlənin narkotik vasitə “şüşə” olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə həmin 05 ədəd bükümə baxış zamanı bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzi ilə çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa qeyri-qanuni əşyanın olmadığını, lakin yaşadığı ünvanda həmin və digər növ narkotik vasitələr saxladığını, həmçinin cinayət yolu ilə əldə edildiyinə güman etdiyi bir neçə məişət əşyasının olduğunu bildirib, həmin maddə və preparatları, həmçinin məişət əşyalarını təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz bildirmədiyindən hal şahidləri ilə birgə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 mənzil 20 ünvanına yollanmışlar. Mənzilə baxış zamanı mənzildə daha 4 nəfər şəxsin olmasını müəyyən etmişlər. Həmin şəxslərə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirməklə, şəxsiyyətləri barədə sorğu etdikdə müəyyən etmişlər ki, həmin şəxslər x9, x2, x5 və x4r. Həmin şəxsləri sorğu etməzdən əvvəl mənzilə baxış davam etdirilmişdir. Belə ki, qonaq otağına baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağındakı masanın üzərindən 01 ədəd kiçik ölçülü elektron tərəzini, ardınca otaqdakı şkafı açıb, şkafın birinci siyirməsində olan dama-dama sintetik çantanı çıxarıb, içərisindəki digər idman çantasını təqdim edərək çantanın içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərəsinə baxış zamanı, çantanın içərəsində yaşılımmtıl rəngli, spesefik iyə malik narkotik vasitə marixuanaya bənzər bitki mənşəli kütlənin olması müşahidə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs qonaq otağından 01 ədəd “Mistery” markalı, 01 ədəd “LG”, 01 ədəd “Toshiba” markalı DVD cihazını və 01 ədəd “DV3” markalı TV tüneri, həmçinin üzərində təbiət təsviri olan 03 ədəd divar şəkilini təqdim edərək, təqdim etdiyi əşyaların cinayət yolu ilə əldə edildiyinə güman etdiyini bildirmiş, belə ki, Təqsirləndirilən şəxs sözlərinə görə hazırda adlarını xatırlamadığı şəxslər həmin əşyaları ona satmaqla əvəzində ondan narkotik vasitə heroin almışlar. Daha sonra yataq otağına baxış keçirilmişdir. Yataq otağına baxış zamanı oradan dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Sonra digər yataq otağına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında olan tumbanın birinci siyirməsini açıb, orada şəffaf rəngli sellofan bağlamanı götürüb təqdim edərək, bağlamanın içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Hal şahidlərinin iştirakı ilə sellofan bağlamaya baxış keçirilən zaman, bağlamanın içərəsində tünd qəhvəyi rəgli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlənin olması müşahidə edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs yataq otağındakı 01 ədəd “Shivaki” markalı televizoru təqdim edərək, həmin televizorun cinayət yolu ilə əldə edildiyinə güman etdiyini bildirmiş, belə ki, Təqsirləndirilən şəxs sözlərinə görə hazırda adı yadında qalmayan şəxs həmin televizoru ona satmaqla, əvəzində ondan narkotik vasitə heroin almışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi və baxış zamanı aşkar edillmiş yuxarıda sadalanan maddələr və əşyalar hal şahidlərinin iştirakı ilə ayrı-ayrılıqda qablaşdırılıb götürülmüşdür. Saxlanılan şəxslər idarəyə gətirilmiş, idarədə həmin şəxslərə dövlət hesabına vəkillər təqdim edilmiş və üzərlərinə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı saxlanılan şəxslərin heç birinin üzərindən qanunla qadağan olunmuş hər hansı bir maddə və ya əşya aşkar edilməmişdir. Keçirilmiş tədbirlə və şəxsi axtarış aparılması ilə bağlı idarədə müvafiq protokollar tərtib edilmiş, iştirakçı kimi həmin protokollara imza etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2019-cu il tarixli 9765 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs mənzilindən aşkar edilmiş bitki mənşəli kütlə” yazılar və imzalar olan bir ədəd üzəri naxışlı sintetik çantada təmiz çəkisi 6050,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 aprel 2019-cu il tarixli 9763 №-li rəyinə əsasən təqdim olunmuş bir ədəd zərfdə, içərisində beş ədəd bükümdə ağ rəngli kristallik və toz şəkilli maddələr ayrı ayrılıqda təmiz çəkisi 0,330 qram, 0,300 qram, 0,320 qram, 0,330 qram, 0,310 qram (ümumi təmiz çəkisi 1,590 qram), dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamindir. Bir ədəd kağız paketdə olan bir büküm qəhvəyi rəngli toz şəkilli maddə kütləsi təmiz çəkisi 1 kq 510,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 22 may 2019-cu il tarixli 1160 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsindən alınmış tələbnamədən və Nəsimi rayon məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 aprel 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsində göstərilir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ağır cinayətlər təsnifatına uyğun cinayətlər üzrə cəzanın çəkilib qurtarmasından sonra məhkumluğun ödənilməsi müddəti 2 il müəyyən edildiyindən və şəxs cəza çəkməkdən vaxtından əvvəl azad edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablandığından, əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirilməlidir. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ciddi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlara tənqidi yanaşır və bu halı onun özünü məsuliyyətdən yayındırmağa cəhd etmə halı kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu 13 aprel 2019-cu il tarixdən hesablanmasını və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar cinayətlərin residividir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin “residivə görə cəza təyini”ndən bəhs edən 65-ci maddəsinin müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. İş üzrə maddi sübut kimi Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılan bir ədəd zərfdə olan tədqiqatlardan sonra qalan çəkisi 1,540 qram olan psixotrop maddə hesab edilən metamfetamin, bir ədəd kağız paketdə olan tədqiqatlardan sonra qalan çəkisi 1 kq 509,9 qram olan narkotik vasitə hesab edilən heroin, bir ədəd torbada olan tədqiqatlardan sonra qalan 6049,8 qram qurudulmuş marixuana və bir ədəd kiçik ölçülü elektron tərəzi məhv edilməlidir. İş üzrə 253,26 (iki yüz əlli üç manat iyirmi altı qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülməlidir . Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 20 iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cəzasını «ciddi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Xətai RPİ-nin Növbətçi Hissəsində saxlanılan bir ədəd zərfdə olan tədqiqatlardan sonra qalan çəkisi 1,540 qram olan psixotrop maddə hesab edilən metamfetamin, bir ədəd kağız paketdə olan tədqiqatlardan sonra qalan çəkisi 1 kq 509,9 qram olan narkotik vasitə hesab edilən heroin, bir ədəd torbada olan tədqiqatlardan sonra qalan 6049,8 qram qurudulmuş marixuana və bir ədəd kiçik ölçülü elektron tərəzi məhv edilsin. İş üzrə 253,26 (iki yüz əlli üç manat iyirmi altı qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Dövlət büdcəsinin hesabına köçürülsün . Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Əli Məmmədov