Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-128/2024 09.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X15 ibarət tərkibdə, X3 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Ağaislam qızı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azadılmış, qeyd olunan məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, Mədən küçəsi 1 inzibati binasda qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 23-də yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək təkrar xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdə saat 23:22-də ünvan 1 ünvanında yerləşən Avtoyuma Məntəqəsinin sağ yan tərəfindəki “Soliton” mağazasının qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1 ilə sonuncunun qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs2 mübahisə etməsi nəticəsində Zərərçəkmiş şəxs1 halının pisləşməsini bəhanə edərək, məsələnin ona heç bir aidiyyəti olmadığı və qanuni mənafelərinə toxunmadığı halda özünü ətrafdakılara qarşı qoyub, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə söyüb təhqir edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, bundan sonra saat 23:30 radələrində Zərərçəkmiş şəxs1 evlərinə ötürmək adı ilə birlikdə bir qədər piyada gedib “Avtoyuma Məntəqəsi”nin arxa hissəsində, 5 A nömrəli yaşayış binasının sağ yan tərəfində, piyadalar üçün nəzərdə tutulmuş ensiz yolda olarkən ətrafda kimsənin olmamasından istifadə edərək Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmağı təklif etdikdə sonuncunun bu təklifdən imtina etməsinə hirslənib sonuncunun haqlı imtinasını özünə sığışdırmayaraq cəmiyyətdə bərqərar olmuş əxlaq normalarına və davranış qaydalarına açıq-aşkar etinasızlıq edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 burun nahiyəsinə yumruqla qüvvətli zərbə endirib, daha sonra istintaqa məlum olmayan əşya ilə sol göz nahiyəsindən vurub yerə yıxaraq döş qəfəsinin arxa səthinin sol yarısının sıyrığından ibarət sağlamlığa zərərvurmayan, sol göz almasının sklerasını dəlib-keçən yarası, daxili qişanın xaricə doğru evakuasiyası, sol gözətrafı nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma, burun sümüklərinin qapalı yerini dəyişmiş sınığından ibarət, ümumi əmək qabiliyyətinin 1/3-dən çox (35%) daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 284 nömrəli yaşayış binasına daxil olaraq heç bir səbəb olmadan özünü ətrafdakılara qarşı qoyub, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirib ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə binanın blokunda quraşdırılmış liftə sidik ifraz edib liftin avadanlıqlarını təpik zərbələri ilə qəsdən zədələyərək qərəzli xuliqanlıq hərəkətləri etdikdən sonra ona irad bildirib sakitləşdirməyə çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs Zərərçəkmiş şəxs3 nalayiq ifadələrlə təhqir edərək müqavimət göstərib şəxs üzərində zor tətbiq etməklə qəsdən sonuncunun sol qulağından yumruqla vuraraq, ona sol qulaq seyvanının qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, daha sonra binanın həyətində, Zərərçəkmiş şəxs4nə məxsus tikilinin pəncərələrini sındırıb yararsız hala salıb, ümumilikdə Zərərçəkmiş şəxs4 MKM-nə 400 manat dəyərində maddi ziyan vuraraq təkrar xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4, 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yoldaşları ilə birlikdə maşını yuduzdurmaq üçün avtoyuma yerinə gəlmiş, orada bir qadının ağladığını eşitmişlər. Həmin qadın bətnində uşaq olduğunu, onu maşına mindirib aparıb döyəcəklərini demişdir. O, həmin qadına orada yalnız köməklik etmiş, qadının mübahisə etdiyi şəxslə onu aralamağa çalışmışdır. Hadisə yeri 10-cu polis bölməsinin arxasıdır, ərazidə 16 ədəd kamera var. Hadisə yerində olan maşın yuma yeri və şərab evi səhərə kimi işləyir. Onun həmin kameraların altında bu hadisəni törətməsi mümkün deyildi. O, orada tam köməklik etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yaxınlaşmış, onu vurmamışdır. Lakin o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurmuşdur. Zərərçəkmiş şəxs2 söyüş söyməsi ilə əlaqədar əsəbləşib onu vurmuş, Zərərçəkmiş şəxs3 isə spirtli içkinin təsiri altında vurmuşdur. Həmin epizodları boynuna alır və bununla bağlı özünü tam təqsirli bilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, maşın ustasıdır, hər gün maşınyuma yerinə gəlir. O, başqa yerdə işləyir, lakin maşın yuduzdurmaq üçün adətən Qaradağ rayonun Lökbatan ərazisində yerləşən həmin avtoyuma yerinə gəlmişdir. Orada olan vaxt səs eşidib həmin istiqamətdə getmiş və zərərçəkmiş qadının birlikdə yaşadığı şəxslə içkili vəziyyətdə mübahisə etdiklərini görmüş və qadının hamilə olduğunu və onu maşına mindirib aparıb döyəcəyini dediyini eşitmişdir. O, tanışları ilə birlikdə həmin qadın və kişini aralaşdırmış, daha sonra polis həmin mübahisə edən kişini aparmışdır. Daha sonra orada olan şəxslər su gətirib həmin qadının əlini-üzünü yumuşlar. Daha sonra Xanım adında bir qadın gəlmiş və Zərərçəkmiş şəxs1 tanıdığını, əvvəllər onun restoranında işlədiyini, Gülnurənin onların başına oyun açacağını, onları şərləyib tutduracağını demiş və Elbrusun harada olduğunu soruşmuşdur. Onlar da Elburusu polisin apardığını demişlər. Daha sonra təcili yardım maşını gəlmiş və Zərərçəkmiş şəxs1 aparmışdır. Təcili yardım maşını gələndə o da orada olmuşdur. O, Elburusun Gülnurəni vurduğunu gözləri ilə görməmiş, lakin sonradan eşitmişdir. X17ı şərab evinin işçiləri çağırmışdır. O, Gülnurəni vurmamış, Gülnurə yıxılaraq xəsarət almışdır. Zərərçəkmiş şəxsin yıxıldığını orada olan hər kəs görmüşdür. Zərərçəkmiş şəxs ondan qırx min manat məbləğində pul tələb etmiş, həmin məbləği verəcəyi halda hadisənin onun tərəfindən törədilməməsi barədə ifadə verəcəyini demişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda yoxlayıb və həmin sübutlaraq obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Qardağ rayonu, Korgöz qəsəbəsində Vaqif adlı şəxsin icarə əsasında işlətdiyi kafedə ofisiant işləmiş, Vaqif adlı şəxs kafeni işlətmək istəmədikdən sonra, Elburus adlı şəxslə həmin kafeni icarəyə götürmüşdür. Elburus həmin kafeyə müştəri qismində gəlmiş, onunla aralarında münasibət yaranmış, üç ay həmin şəxslə birlikdə yaşamışdır. Elburus xx.xx.2022-ci il tarixdə dostunun toyu olduğunu bildirmiş və toya onunla getməyi təklif etmiş, o da Elburusun bu təklifi ilə razılaşmış, həmin toya Elburusla birlikdə getmişdir. Vaqifin ona 190 (yüz doxsan) manat borcu olmuş, Vaqif ona işlərinin zəif olduğunu, ona görə də ona olan borcunu qaytarmaqda çətinlik çəkdiyini bildirmişdir. Vaqif ona onun “Kolizey” adlı kafesində işləməyi, onun işlərinə köməklik etməyi təklif etmiş və bu ərəfədə də ona olan 190 manat borcunu geri qaytaracağını bildirmişdir. O, həmin gün saat 22:00-da toydan çıxaraq Vaqifin yanına onunla danışmağa getmiş, Elburus orada dava saldığı üçün, Elburusa qarışmamasını, onun məsələsi olduğunu demişdir. Daha sonra həmin kafedən çıxaraq başqa bir kafeyə getmiş və ordada çay içmiş, çay içdiyi zaman Vaqif ona yaxınlaşaraq işə gəlib-gəlməyəcəyini soruşmuş, o da işə gələcəyini demişdir. Bu zaman Elburus ona orada işləməyəcəyini demiş, o da Elburusa qarışmamasını, özünün biləcəyi iş olduğunu bildirmişdir. Samir adlı şəxsi əvvəllər tanımamış, orada olduğu zaman Samir adlı şəxs ona yaxınlaşaraq hansı işlə əlaqədar gəldiyini və iş axtarıb-axtarmadığını soruşmuş, o da hansı səbəbdən bununla maraqlandığını dedikdə, Samir “Soliton” mağazasının yaxınlığında təzəlikcə kafe götürdüyünü bildirmiş və orada onunla işləməyi təklif etmişdir. O, Samirlə yol getdiyi zaman Samir Elburusun barəsində xoşagəlməz ifadələr işlətmiş, o da bunu qəbul edə bilmədiyi üçün orada ürəyi getmiş və olduğu yerdə yerə yıxılmışdır. Ayıldığı zaman yanında Samir adlı şəxsdən başqa heç kim olmamış, Samir onun qolundan tutaraq avto yuma məntəqəsinin arxa hissəsinə aparmış, onu vuraraq zor tətbiq edib, təcavüz etməyə çalışmışdır. Samirə zəng gəldiyi üçün Samir durub getmiş, daha sonra o, avto yuma məntəqəsinin arxasından paltarını düzəldib çıxdıqda X17 maşını görmüşdür. X17 işçiləri ürəyi gedən şəxsin onun olub-olmadığını soruşmuş, o da Samir adlı şəxsin onu bu vəziyyətə salmasını demişdir. Samir onu işə götürmək adı ilə aldadaraq həmin yerə aparmış, X17 maşını ilə xəstəxanaya gedən zaman yanında heç kim olmamışdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə gününə qədər Samir adlı şəxsi tanımamış və görməmiş, ilk dəfə Samiri kafedə görmüşdür. Samir ona iş təklif etmiş, o, işə görə Samirlə birlikdə getmişdir. Yol gedən zaman Samir Elburusun barəsinə xoşagəlməz sözlər istifadə etmiş və həmin an onun ürəyi getmiş və orda yerə yıxılmışdır. Samir Elburusu həmin gün kafedə Elburus səsini yüksəldərək mübahisə etdiyi zaman tanımış, əvvəllər tanımamışdır. Samir Elburus barədə pis sözlər demiş, onun ürəyi gedib, ayılıb özünə gəldikdən sonra Samirdən onu evə yola salmasını istəmiş, Samir isə onu avtoyuma məntəqəsinin arxa hissəsinə qaranlıq tərəfə aparaq ona qarşı zor tətbiq edərək təcavüz etməyə çalışmışdır. O, buna etiraz etmiş, Samir isə onun müqavimətini qırmağa çalışaraq onu vurmuşdur. Samirin onu vurması nəticəsində gözündən başqa xəsarət almamış, hal-hazırda bir gözü görmür. Samirin onu vurmasının səbəbini bilmir, o, sadəcə qışqıraraq onu vurmamasını demişdir. Onunla Elburusun arasındakı mübahisənin Samirə aidiyyatı olmamış, Elburusla Samir də mübahisə etmiş, yanlarında da Vaqif olmuş, lakin onların nəyə görə mübahisə etdiklərini bilmir. Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, o, başqa heç bir xəstəlikdən əziyyət çəkmir, gözündə yaranmış xəsarətə görə də şikayət etmişdir. Hadisəyə qədər toyda olmuş, toydan çıxdıqdan sonra Vaqiflə iş məsələsini danışmağa gəlmiş, o, sanitar qovşağına gedib gəldikdən sonra, Samirlə Elburusun dalaşdığını görmüş, həmin vaxta qədər o, Samir adlı şəxsi tanımamış, görməmiş və heç bir tanışlığı olmamışdır. Nəfəs darlığı yarandığı üçün ürəyi getmişdir. Avto yuma məntəqəsinin arxa hissəsində olduqları zaman beşbarmaqla Samir onun göz nahiyəsindən zərbə vurmuşdur. Avtoyuma məntəqəsinin arxa hissəsi qaranlıq olduğu üçün Samirin onun gözünə nə ilə vurduğunu dəqiq görməmiş, lakin əlində dəmir alət olduğunu hiss etmişdir. O, Samirin əlində beşbarmaq olduğunu dəqiq görməsə də, onun əlində yumru dəmir alət olduğunu və onu əlində saxladığını hiss etmiş, həmin dəmir alətlə onun göz nahiyəsindən vurmuşdur. O, istintaq dövründə Samirin əlindəki dəmir alətin beşbarmaq olduğunu bilmişdir. Samir onun qolundan tutaraq avtoyuma məntəqəsinin arxa hissəsinə zorla aparmışdır. O, Samirdən onu evə yola salmasını istəmiş, Samir isə ona öz işini görməmiş onu yola salmayacağını demişdir. Avtoyuma məntəqəsinin ətrafında heç kim olmamışdır. Zərərçəkmiş şəxs Gülnurə Kazımov həmçinin məhkəmə iclasında ona verilən çarpaz suallara cavab olaraq bildirmişdir ki, Elburusla Samirin nəyə görə dalaşdıqlarını bilməmiş, həmçinin onu Təqsirləndirilən şəxs vurduğunu Elburusa demişdir. O, saatı dəqiq xatırlamasa da, xəstəxanadan çıxdıqdan sonra Polis İdarəsinə gedərək Təqsirləndirilən şəxs şikayət etmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmamış, ona dəymiş ziyan ödənilməmişdir. O, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Samir adlı şəxsə qarşı onun heç bir şikayəti və tələbi yoxdur. Onlar kafeyə getdikləri zaman orada heç nə olmamış, onlar həmin kafeyə işlə əlaqədar getmişlər. O, heç bir zərər çəkməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən 7-8 ay əvvəl Zərərçəkmiş şəxs1 ilə münasibətləri olmuş, onlar birlikdə kafe işlətmiş, hadisə olan günə qədər birlikdə yaşamışlar. Hadisə günü Gülnurə, Vaqif və o, oturub işlə əlaqədar danışmış, daha sonra o, çölə çıxıb içəri girdikdən sonra Gülnurəni tapa bilməmiş, daha sonra həmin kafenin yanında olan kafeyə baxdıqda Gülnurənin orada oturduğunu görmüşdür. Gülnürə tək oturub çay içmişdir. O, Gülnurəyə onu evə yola salmasını təklif etmiş, lakin Gülnurə oturub ofsiant qızla söhbət etdiyini və evə getmək istəmədiyini bildirmişdir. Daha sonra Samir onu kənara çəkərək qızla işinin olmamasını demiş, o da Samirə qızla heç bir işinin olmadığını demişdir. O, Samirdən onun kim olduğunu, nəyə görə ona belə dediyini soruşmamışdır. Samir müştəri qismində həmin kafedə əyləşmişdir. Samirlə onun mübahisəsi olmamış, kafedə aralarında heç bir dava olmamışdır. Bu iş üzrə ona heç bir zərər dəyməmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında bildirmişdir ki, Samirlə aralarında mübahisə Samirin ona qızla işinin olmaması ilə bağlı irad tutması ilə bağlı yaranmışdır. O, tanışlarından Təqsirləndirilən şəxs Lökbatanda yaşadığını öyrənmişdir. Hadisədən sonra Samirlə polis idarəsində görüşmüş, ondan sonra görüşməmişdir. Gülnurənin anası ona zəng edib Gülnurəni soruşduqda, o, Gülnurənin harada olduğunu bilmədiyini demiş, daha sonra Gülnurə gəlmiş, onun gözləri şiş vəziyyətdə olmuşdur. O, Gülnurədən nə olduğunu, bunu kimin etdiyini Gülnurədən soruşduqda, Gülnurə kimin nə etdiyini bilmədiyini demiş, o da daha ondan heç nə soruşmamış və Gülnurəni xəstəxanaya aparmışdır. O, Gülnurəni kimin vurduğunu bilmir. O, Gülnurəni Samirin yanında tək qoyub getməmiş, Gülnurə kafedə iş barəsində söhbət etdiyi üçün sadəcə çölə çıxmışdır. Zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Gülnurə ilə kafeyə birlikdə gəlmiş, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, Gülnurəyə evə getməyi təklif etmiş, Samir də insanlıq etmək üçün ona qızla işinin olmamasını demişdir. O, Samirin Gülnurəni vurmasını görməmişdir. O, Gülnurənin taksi ilə təkbaşına evə gedəcəyini düşünmüşdür. Hadisə günü Gülnurə ilə birlikdə toyda olmuş, o və Gülnurə spirtli içki qəbul etmişdir. Gülnurənin ürəkgetməsi olmuş, başqa xəstəliyinin olub-olmaması barədə məlumatı olmamışdır. Onunla Təqsirləndirilən şəxs arasında olan mübahisəni heç kim görməmişdir. Onlar Samirlə mübahisə etdikləri zaman Gülnurə kafedə əyləşmişdir. Gülnurə kafedə qalmış, o isə evə getmişdir. O, düşünmüşdür ki, Gülnürə iş barəsində danışır, danışdıqdan sonra özü evə gedər. Kafedə olduqları zaman nə Gülnurə, nə də o, spirtli içki qəbul etməmişlər. O, spirtli içki qəbul etsə də, hadisə gününü dəqiq xatırlayır. Gülnurə yıxıldığı zaman o, orada olmamışdır. O, gedib-gəldikdən sonra Gülnurənin daşın üzərində əyləşdiyini görmüş, lakin yanında tanımadığı iki nəfər adam olmuş, həmin zaman Samir orada olmamışdır. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsinin arasında ziddiyyət yaranması ilə əlaqədar onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən 126 nömrəli avtobus marşurutunun sonuncu dayanacağında həmin marşurutların təmir işləri ilə məşğul olur. Ailəlidir, iki övladı vardır. Zərərçəkmiş şəxs1 2022-ci ilin fevral ayından tanıyır. Belə ki, Qaradağ rayonu, Korgöz qəsəbəsində yerləşən Vaqif adlı şəxsin kafesində olarkən Gülnurə həmin kafedə ofsiant işləmişdir. Həmin ərəfədə Gülnurədən xoşu gəldiyi üçün tanış olmuş, daha sonra Gülnurə ilə qeyri-rəsmi yaşamağa başlamışdır. Aralarında heç bir narazılıq və düşmənçilik olmamışdır. Gülnurənin ara bir hallarda dili qatlanır və özündən gedir. O, Gülnurəyə müalicə almasını tapşırmış o da razılaşmışdır. Daha sonra Vaqif adlı şəxs həmin kafedən çıxmışdır. Gülnurə də ona həmin kafeni birlikdə icarəyə götürüb işlətməyi təklif etmişdir. O, Gülnurəni bəyəndiyi üçün təklifi ilə razılaşmış və onlar Korgöz qəsəbəsindəki adsız kafeni icarəyə götürmüşlər. Kafeni icarəyə götürdükdən sonra müştəri az gəldiyi üçün icarə pulunu ödəyə bilməmişlər. 15 iyun 2022-ci il tarixdə kafeni sahibinə təhvil vermişlər. 18 iyun 2022-ci il tarixdə tanışı Mahir adlı şəxsin toy şənliyi olmuş, o, Gülnurə ilə qeyri-rəsmi yaşadığı üçün Gülnurəyə axşam onu toya aparacağını demiş, Gülnurə də onunla razılaşmışdır. Həmin gün saat 18 radələrində Gülnurə ilə birlikdə toya getmişdir. Toy şənliyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Qaradağ” Şadlıq Sarayında keçirilmişdir. O, toyda təxminən 300 qrama yaxın araq spirtli içkisi, Gülnurə isə 700 qram həcmli qırmızı şərabın (çaxır) 250 qrama yaxınını içmişdir. Saat 22 radələrində onlar evə getmək üçün toydan çıxmışlar. Gülnurə ona bildirmişdir ki, Korgöz qəsəbəsində ofsiant işləyən zaman Vaqif adlı şəxsin ona 190 manat borcu qalmışdır. Vaqif adlı şəxs hazırda Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən “Kolizey” adlı kafenin yanında adsız kafe işləmişdir. Gülnurə ona həmin kafeyə gedib Vaqifdən 190 manat pulu almağı təklif etmişdir. O, Gülnurə ilə razılaşıb Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən “Kolizey” adlı kafenin yanında adsız kafeyə gəlmişlər. Orada Gülnurə onunla mübahisə etmiş və onun işinə qarışmamağı demişdir. Bundan sonra tanımadığı şəxslər ondan qızla niyə mübahisə etdiyini soruşmuş, o da həmin şəxslərə Gülnurənin onunla birlikdə yaşadığını, onu evə aparmaq istədiyini bildirmişdir. Gülnurə ona digər Kolizey adlı kafedə olan tanışlarını görmək istədiyini bildirmiş, həmçinin Gülmirənin mobil telefonunu da ona vermiş və evə gedəcəyi təqdirdə Gülmirənin gələcəyini bildirmişdir. Bundan sonra o, oradan çıxıb getmişdir. Təxminən 40 dəqiqə sonra Gülnurənin gəlmədiyini görüb geri qayıtmaq qərarına gəlmiş, Gülnurəni həmin kafedən götürüb evə aparmaq istəmişdir. O, Nizami küçəsi ilə yenidən Kolizey kafesi istiqamətində gedən zaman yolun sağ tərəfində yerləşən “Soliton” mağazasının qarşısında Gülnürənin huşsuz vəziyyətdə yerdə olmasını görüb Gülmirəyə yaxınlaşmışdır. Həmin vaxt orada tanımadığı 4-5 nəfər şəxs də olmuşdur. O, Gülnurənin huşunu özünə gətirmək üçün köməklik edən zaman adını təhqiqat zamanı bildiyi Samir adlı şəxs onu heç bir səbəb olmadan ünvanına nalayiq söyüşlər söyərək döyməyə başlamışdır. Samir onu döyərək oradan qovlamışdır. O, həmin yerdən çıxıb getmişdir. Gecə vaxtı Gülnurənin anası onun mobil telefonuna zəng vurub bildirmişdir ki, Gülnurənin vəziyyəti ağırdır, kimsə Gülnurəni vurubdur və Gülnurə hazırda xəstəxanadadır. Bundan sonra o, Zərifə Əliyeva adına göz xəstəxanasına getmiş və Gülnurənin gözündən xəsarət aldığı üçün həkimlər tərəfindən müayinə olunmasını eşitmişdir. Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Samiri ilk dəfə xx.xx.2022-ci il tarixdə saat 23:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində Gülnurə huşsuz vəziyyətdə yerə yıxılan zaman görmüşdür. Təqsirləndirilən şəxslə aralarında əvvəllər narazılıq, ədavət və düşmənçilik olmamışdır. O, həmin hadisəni görməmiş, lakin sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Gülnurəni zorlamaq istəyən zaman Gülnurə Samirə müqavimət göstərdiyi üçün Samir onun gözündən vuraraq xəsarət yetirmişdir. xx.xx.2022-ci il tarixdə saat 23:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində yerləşən “Soliton” mağazasının qarşısında Zərərçəkmiş şəxs1 huşsuz vəziyyətdə yerdə olan zaman Gülnurənin sifətində və gözlərində hər hansı bir xəsarət görməmişdir. Təqsirləndirilən şəxs onu hansı səbəbdən vurmasını bilməmişdir. Samir onu vuraraq həmin yerdən qovmuşdur. Zərərçəkmiş şəxs həmin yaranmış ziddiyyətlə bağlı suallara cavab olaraq bildirmişdir ki, hazırda bəzi məqamlar yadından çıxmış, ona görə də ifadələri arasında uyğunsuzluq yaranmışdır. Gülnurə daşın üzərində oturduğu zaman Samir onu döyərək oradan qovmamışdır. Aralarında mübahisə yarandığı üçün Samir bir dəfə ona sillə vurmuş, o isə Samiri vurmamışdır. Samir silləni vurduqdan sonra o, çıxıb getmişdir. Zərərçəkmiş şəxs həm ifadəsində, həm də məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs4 MTK tərəfindən inşa edilmiş yaşayış binasının həyətində olmuş, yaşayış binasının 3-cü blokundan səs-küy eşitmiş, həmin bloka gedib liftin düyməsini sıxmışdır. Bu zaman Təqsirləndirilən şəxs liftin içində olmuş, o, heç bir əsaslı səbəb olmadan onunla mübahisə etmiş, üzərinə gəlmişdir. Bundan sonra ailə üzvləri Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırmışdır. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə zamanı Təqsirləndirilən şəxs içkili olduğunu hiss etmiş, hadisə yerində Təqsirləndirilən şəxs qardaşı, anası və qonşuları olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onun qulağına yumruqla zərbə endirmiş, həmçinin mühafizə otağına və liftə zərər yetirmişdir. Təqsirləndirilən şəxs doğma qardaşı onu hadisə yerindən uzaqlaşdırmışdır. Hadisə yerində çox adam olmuşdur. Onun qulağına zərbəni Təqsirləndirilən şəxs özü yetirmişdir. Onlar Təqsirləndirilən şəxslə eyni yaşayış binasında yaşamışlar, hadisədən əvvəl onların arasında ədavət, düşmənçilik və ya hər hansı bir mübahisə və münaqişə olmamışdır. Zərərçəkmiş şəxs həm ifadəsində, həm də məhkəməyə yazılı ərizə təqdim edərək bildirmişdir ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri TTTYS-nın 15 saylı bölməsində həkim işləyir. 18 iyun 2022-ci il tarixdə, gecə növbəsində olarkən qıcolma ilə bağlı onlara çağırış verilmiş, onlar Lökbatan qəsəbəsi, Nizami küçəsində, “Soliton” mağazasının qarşısına, verilən ünvana getmişlər. Həmin yerdə heç kim olmamış, onlar qeyd olunan mobil nömrə ilə əlaqə saxlamış, lakin heç kimi tapmamışlar. Onlar ərazidən uzaqlaşmaq istədikdə mağazadan bir az irəlidə onlara işarə verərək orada xəstə olduğunu bildirmişlər. Onlar həmin yerə getmiş və orada bir qadının vəziyyətinin yaxşı olmadığını görüb, onu təcili yardım maşınına mindirmişlər. Qadının sol gözündə zədələr olmuş, qadın xəstəxanaya getmək istəmədiyini bildirmiş və onlardan bacısına xəbər vermələrini xahiş etmişdir. Lakin onun vəziyyəti yaxşı olmadığına görə, onlar xəstəni xəstəxanaya aparmışlar. Həmin qadının beyin tomoqrafiyası çəkilmiş, beynində xəsarət aşkar edilməmiş, lakin xəstənin gözündə zədə olduğu üçün onu Zərifə Əliyeva adına göz xəstəxanasına aparmışlar. Xəstə müayinə olunmuş, onun sol gözündə xəsarət aşkar edilmişdir. Şahid2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, çağırış qıcolma ilə bağlı daxil olmuş, lakin deyilən yerdə onlar xəstəni tapmamışlar. Xəstənin üzündə zədələr olmuş, sol gözü parçalanmış, lakin beynində xəsarət aşkar edilməmişdir. Həmin qadın içkili olduğuna görə rahat danışa bilməmişdir. O, xəstədən ona dəymiş zərərin necə yarandığını soruşmamışdır. Həmin qadın orada tək olmuş, yanında heç kim olmamışdır. Xəstəxanaya zərərçəkmiş şəxsin yanına heç kim gəlməmişdir. Zərərçəkənin üzündə qançır olmuş, bir gözü tamamilə şişmişdir. O, xəstədən xəsarətlərin necə yarandığını soruşmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 və Şahid3 Şahid2 ilə oxşar məzmunda ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Nümayəndə ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs4ndə hüquqşünas işləyir, həmin müəssisə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində yeni çox mərtəbəli yaşayış binası inşa edilmişdir. Zərərçəkmiş şəxs3 həmin binada yaşamaqla ara bir hallarda binaya nəzarət edir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində o, Zərərçəkmiş şəxs4 MKM tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində inşa edilmiş 248 saylı yaşayış binasına gəlmiş, orada Zərərçəkmiş şəxs3 ona həmin gün saat 01 radələrində binada kirayə yaşayan Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə binaya gələrək 3-cü blokun liftinin qapısını və platasını təpiklə vurub zədələdiyini, bununla bağlı ona iradını bildirdikdə isə Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan onun ünvanına nalayiq söyüşlər söyərək yumruqla sol qulağından vurduğunu, daha sonra da binanın həyətində olan Zərərçəkmiş şəxs4 MKM-nə məxsus tikilinin pəncərələrinin şüşələrini sındırdığını bildirmişdir. Həmin vaxt Turan ona Bakı şəhəri, Xəzər rayonunda olan evlərinə getdiyini, səhəri gün gedib Samirin barəsində Qaradağ RPİ-nin 10-cu PB-nə şikayət ərizəsi ilə müraciət edəcəyini demişdir. O, baş vermiş hadisəni öyrəndikdən sonra müşahidə kameralarında olan görüntüyə baxmış, kamera görüntülərində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3lə dava-dalaş etməsi, eləcə də Zərərçəkmiş şəxs4 MKM-nə məxsus tikilinin pəncərələrinin şüşələrini sındırması tam aydın şəkildə görünmüşdür. Bundan sonra o, Qaradağ RPİ-nin 10-cu PB-nə gedib Təqsirləndirilən şəxs törətmiş olduğu hadisə ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Şahid məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs4nə 400 manat məbləğində ziyan dəymiş, cinayət işi üzrə ibtidai istintaq başa çatdıqdan sonra Zərərçəkmiş şəxs4nə dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş və müəyyən edilmişdir ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanımış, normal münasibətləri olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində sinif yoldaşları Vüqar və Nicatla birlikdə Nizami küçəsində yerləşən “Play Station” klubun qarşısında dayanıb söhbət etmişlər, bu zaman tanışları Samirin bir nəfər tanımadığı qadınla “Play Station” klubla üzbəüz yaşayış binasının yan tərəfində dayandığını, həmin qadının isə binanın zirzəmisinin kənarında mişar daşının üstündə oturduğunu görmüşdür. Bu zaman Samir həmin qadının yanından kənarlaşıb harasa getmişdir. Qadın isə həmin yerdə əyləşmişdir. Həmin qadının hərəkətlərindən onun içkili vəziyyətdə olması hiss olunmuşdur. Anidən qadın binanın zirzəmisinə yıxılmış, Samir həmin yerə yaxınlaşıb qadına kömək edib zirzəmidən çıxartmaq istəsə də, gücü çatmadığından onları köməyə çağırmışdır. Həmin vaxt Samirin qardaşı Rauf da ora gəlmişdir. Onlar köməkləşib qadını zirzəmidən çıxartmışlar. Daha sonra həmin qadın Samirlə birlikdə Nizami küçəsi ilə hərəkət etməyə başlamışlar. Samirgil getdikdən 5 dəqiqə sonra o, tanışları Vüqar, Nicat və Samirin qardaşı Rauf Samirgilin arxası ilə getmişlər. Onlar hərəkətdə olduqları yol ilə gedərkən Samirlə piyada hərəkət edən qadının geri qayıtdığını görmüşlər. “Soliton” mağazasının qarşısında anidən həmin qadın yerə yıxılmışdır. Samir və həmin qadına yaxınlaşanlar qadının huşunun getdiyini görmüşlər. O, “Soliton” mağazasının qarşısında kənarda kondisioner üçün nəzərdə tutulmuş vedrədən su gətirib qadının üzünə vurmuşdur ki, qadın özünə gəlsin. Belə ki, qadının sifətinə su səpərkən onun sifətində hər hansı bir xəsarət, eləcə də sol gözündə qan ləkəsi, nə də ki sol göz nahiyəsindən qan axmamışdır. Bu zaman həmin yerə bir nəfər kişi cinsli şəxs gəlmişdir. Həmin şəxs onlara tərəf gəldikdə Samirin ünvanına nalayiq söyüşlər söymüş, Samir də onu vurmağa başlamışdır. O, Samirgilin arasına girib ayırmış və həmin şəxs oradan çıxıb getmişdir. Onlar həmin qadına köməklik göstərib ayağa qaldırdıqdan sonra həmin vaxt onun mobil telefonuna zəng gəlmiş və ətrafda səs-küy olduğu üçün bir qədər ordan aralanıb mobil telefonla danışa-danışa Lökbatan qəsəbəsində yerləşən 139 saylı tam orta məktəb istiqamətində getməyə başlamışdır. Yolda X17 avtomobilinin həmin yerə getdiyini görmüşdür. 139 saylı tam orta məktəbin yanındakı zibilliyə yaxın olan bir yerdə mobil telefonla danışıb qurtarandan sonra görmüşdür ki, Rauf, Nicat, Vüqar və tanımadığı bir neçə şəxs Lökbatan qəsbəsinin mərkəzinə tərəf gəlirlər. Rauf, Nicat və Vüqar onun yanına gələndən sonra öyrənmişdir ki, X17 avtomobili həmin huşu özündən gedən qadın üçün gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02.30-da Zərifə Əliyeva adına Göz klinikasından həkim Rzayeva, Zərərçəkmiş şəxs1 sol gözün yaralanması xəsarəti ilə müraciət etməsi və Lökbatan qəsəbəsində döyüldüyünü bildirməsi barədə məlumat vermişdir. (cild İ, i/v: 5). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ərizə və izahatdan görünür ki, Zərərçəkmiş şəxs1 Qaradağ RPİ-nin 10-cu PB-nə müraciət edərək, 19 iyun 2022-ci il tarixdə özünü Azər kimi təqdim etmiş şəxs tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Soliton” mağazasının arxasında döyüldüyünü bildirmiş, qeyd olunan izahata Zərərçəkmiş şəxs1 xəsarət almış gözünün fotoşəkilləri əlavə olunmuşdur. (cild İ, i/v: 6-11). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş raportdan görünür ki, X1 xx.xx.2022-ci il tarixdə DİN-nin 102 Zəng Mərkəzinə məlumat verərək bacısı Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Samir adlı şəxs tərəfindən döyülməsi, gözündən xəsarət alması, hadisə ilə bağlı 10-cu PB-yə məlumat verilməsinə baxmayaraq tədbir görülməməsini bildirmişdir. (cild İ, i/v: 24). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş X11 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə həmin Mərkəzdə müayinədən keçmiş və ona buynuz qişanın dəlib-keçən yaralanması, daxili qişaların yara ağzından xaric olması diaqnozu qoyulmuşdur. (cild İ, i/v: 30). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «ifadənin yerində yoxlanılması haqqında» xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılmış və o, hadisə yerini göstərməklə öz ifadələrində qeyd etdikləri xüsusatları bir daha təkrar etmişdir. Hadisə yerinin fotoşkilləri çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i/v: 60-63) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «elektron daşıyıcıya baxış keçirilməsi haqqında» 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, 18 iyun 2022-ci il tarixdə saat 23:20 radələrində ünvan 1 ünvanında yerləşən Avtoyuma Məntəqəsinin sağ yan tərəfindəki “Soliton” mağazasının qarşısında Zərərçəkmiş şəxs1 huşunun getdiyi yerdə quraşdırılmış video görüntülərə baxış keçirilmiş, baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 23:21-də Bakı şəhəri, Qaradağ rayonu, Nizami küçəsində yerləşən “Soliton” mağazasının qarşısından Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 birlikdə keçir, daha sonra yenidən geri qayıdırlar. Geri qayıdan Zərərçəkmiş şəxs1 sifət və göz nahiyəsində xəsarət olmadığı müşahidə edilir. “Soliton” mağazasının qarşısında Zərərçəkmiş şəxs1 anidən huşsuz vəziyyətdə yerə yıxılır. Daha sonra ətrafa 4-5 nəfər şəxs gəlir. Həmin şəxslərdən bir neçə nəfəri Zərərçəkmiş şəxs1 özünə gəlməsi üçün köməklik göstərirlər. Daha sonra həmin yerə Zərərçəkmiş şəxs2 gəlir. Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 vəziyyəti ilə maraqlanmaq istəyən zaman Təqsirləndirilən şəxs əvvəlcə təpiklə Zərərçəkmiş şəxs2 ağzından vurur, daha sonra bir neçə dəfə yumruq zərbələri ilə Zərərçəkmiş şəxs2 vuraraq oradan uzaqlaşdırır. Baxış prosesində iştirak edən Zərərçəkmiş şəxs1 diskdə olan görüntüləri nəzərdən keçirərək, həmin görüntülərdə qıcolma keçirdiyini və qıcolma keçirən zaman gözündə heç bir xəsarətin olmadığını, xəsarətin olmamasının görüntülərdən də göründüyünü, bədənində olan xəsarətin məhz bundan bir qədər sonra Təqsirləndirilən şəxs tərəfindən yetirildiyini qeyd etmişdir. (cild İ, i/v: 64) Cinayət işinin materiallarına əlavə edilmiş CD disk məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və videogörüntülərin «elektron daşıyıcıya baxış keçirilməsi haqqında» 12 avqust 2022-ci il tarixli protokolla eynilik təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Təcili və X7 Stansiyasının 15 saylı Bölməsinin sorğuya cavabından görünür ki, 18 iyun 2022-ci il tarixdə saat 23.30 radələrində Zərərçəkmiş şəxs1 adına çağırış daxil olmuş, xəstəyə “Üzün əzilməsi. Sol göz yuvasının əzilməsi” diaqnozu qoyulmuşdur. (cild İ, i/v: 89) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «ifadənin yerində yoxlanılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, hadisə yerini göstərməklə öz ifadəsində qeyd etdiyi xüsusatları bir daha təkrar etmişdir. (cild İ, i/v: 104-107) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «şəxsin tanınmaya təqdim edilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə onun sol gözünə hansısa əşya ilə vuraraq ona xəsarət yetirən şəxsi tanıyaraq Təqsirləndirilən şəxs göstərmişdir. (cild İ, i/v: 108-110) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bədənində olan xəsarətin sonuncu tərəfindən yetirildiyini bir daha təsdiq etmişdir. (cild İ, i/v: 144-148) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X13 hüquqi şəxsin 25 iyul 2022-ci il tarixli 441 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər- sol göz almasının sklerasının dəlib-keçən yarası və daxili qişanın xaricə doğru evakuasiyası ilə müşayiət olunan sol gözətrafı nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına bütünlüklə qansızma, burun sümüklərinin qapalı yerini dəyişmiş sınığı bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X14 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (33%) çox hissəsinin daimi dayanıqlı itilməsinə səbəb olan xəsarətlərə aid olduqlarından sağlamlığa ağır zərərvurmaya aiddirlər. (cild İ, i/v: 40-43) Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı təkrar məhkəmətibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X12-Təcrübi və X13 hüquqi şəxsin 13 oktyabr 2022-ci il tarixli T456/2022 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər- sol göz almasının sklerasını dəlib-keçən yarası, daxili qişanın xaricə doğru evakuasiyası, sol gözətrafı nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma, burun sümüklərinin qapalı yerinidəyişmiş sınığı, döş qəfəsinin arxa səthinin sol yarısının sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən, qərarın təsviri hissəsində göstərilən şəraitdə və tarixdə, yəni xx.xx.2022-ci ildə əmələ gələ bilərdilər və dərəcələrinə görə sol göz almasının sklerasını dəlib-keçən yarası, daxili qişanın xaricə doğru evakuasiyası, sol gözətrafı nahiyənin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızma, burun sümüklərinin qapalı yerinidəyişmiş sınığı ümumi əmək qabiliyyətinin 1/3-dən çox (35%) daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir, döş qəfəsinin sıyrıq isə sağlamlığa zərərvurmadığından dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər yerləşmə nahiyələrinə, xarakterinə görə şəxsin öz boyu hündürlüyündən yerə yıxılması zamanı deyil, kənar şəxs tərəfindən yetirilən zərbə nəticəsində yaranmasına uyğun gəlir. (cild İİ, i/v: 87-91) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X13 hüquqi şəxsin 16 sentyabr 2022-ci il tarixli 29/432 nömrəli akta əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı xəsarət aşkar olunmamışdır. (cild İ, i/v: 26-27; cild İİ, i/v: 67-69) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il 3109 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Zərərçəkmiş şəxs1 təsvir olunan hadisə zamanı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Zərərçəkmiş şəxs1 həmin hadisə dövründə alkoqol sərxoşluğu vəziyyətində olması qənaətinə gəlmək olar. Zərərçəkmiş şəxs1 baş vermiş hadisə zamanı öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs1 ona qarşı edilən hərəkətlərin mənasını dərk etmək, baş verənləri düzgün qavramaq, təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində keçdiyindən öz hüquqi statusuna görə Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşə bilməz. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravert (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) hesab edilir. Emosionallıq, ünsiyyətçillik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs1 yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Cinayət işi materiallarına görə Zərərçəkmiş şəxs1 hüquqazidd hərəkətlər etməsi müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 hadisə zamanı psixi-emosional vəziyyəti adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşə bilərdi. Zərərçəkmiş şəxs1 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs1 yaranmış şəraitin mahiyyətini dərk edib davranışının mümkün nəticələrini görə bilərdi. Zərərçəkmiş şəxs1 əqli inkişafı normaya uyğundur. (cild İİ, i/v: 93-97) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3095 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri alına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, əhval-ruhiyyənin dəyişkən olması, hərəkət və davranışı üzərində iradi tənzimləmənin çatışmazlığı və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Baş vermiş hadisə zamanı psixiemosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu fonunda situasiya ilə əlaqədar ola bilərdi. Hazırda psixi-emosional vəziyyətində hər hansı dəyişiklik müəyyən edilmir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmur. (cild İİ, i/v: 98-101) Bundan başqa, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2022-ci il tarixli raportdan, həmçinin 25 iyul 2022-ci il tarixli və 26 iyul 2022-ci il tarixli ərizələrdən görünür ki, Nümayəndə ərizə ilə 10-cu PB-yə müraciət edərək 25 iyul 2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Babək 94 MKM-nın inşa etdiyi binanın liftinin və mühafizə köşkünün şüşələrinin Samir adlı şəxs tərəfindən sındırıldığını bildirmiş, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 isə 25 iyul 2022-ci il tarixdə saat təxminən 01 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Babək 94 MTK tərəfindən inşa edilmiş binaların qarşısında Samir adlı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. (cild İ, i/v:202, 203, 204) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 iyul 2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Nümayəndə və Zərərçəkmiş şəxs3 ərizəsində qeyd olunan hadisə yerinə baxış keçirilmiş və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. (cild İ, i/v: 207-212) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X13 hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 523 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarət, sol qulaq seyvanının qançırı, bərk küt əşya təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (cild İ, i/v: 215-217) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş «baxış keçirilməsi haqqında» 25 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Babək 94 MTK binasının təhlükəsizlik kameralarının qeydə aldığı video görüntülərin əks olunduğu CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, Babək 94 MTK binasının qarşısında Zərərçəkmiş şəxs3 dayanması, bir neçə dəqiqə keçdikdən sonra binadan Təqsirləndirilən şəxs çıxması, Zərərçəkmiş şəxs3 yaxınlaşaraq vurması, həmin vaxt iki nəfər şəxsin onları ayırması, Təqsirləndirilən şəxs binanın qarşısında olan mühafizə məntəqəsinə daxil olaraq oradan əlində dəmir parçasına bənzər alətlə çıxması, məntəqənin pəncərələrinə vurması, binanın sakinlərinin onu dayandırmaq istəməsi, lakin bunu bacarmaması, Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs3 üstünə hücum çəkərək onu bir neçə dəfə vurması, binanın sakinlərinin onları ayırması, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs təkrar T.Əliyevin üzərinə hücum çəkərək vurmaq istəməsi, nəticədə müvazinətini itirərək yerə yıxılması, ayağa qalxdıqda 2 nəfər şəxsin onu tuturaq sakitləşdirməsi və kənara çəkməsi müşahidə edilir. (cild İ, i/v: 225) Cinayət işinin materiallarına əlavə edilmiş CD disk məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və videogörüntülərin «baxış keçirilməsi haqqında» 25 avqust 2022-ci il tarixli protokolla eynilik təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs4 MKM-nin 25 noyabr 2022-ci il tarixli arayışından görünür ki, 25 iyul 2022-ci il tarixində törədilmiş əməl zamanı şüşənin sındırılıb yararsız hala salınması və liftin avadanlığının zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs4 MKM-nə ümumilikdə 400 (dörd yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. (cild İ, i/v: 158) Məhkəmə təqdim olunmuş sübutları qarşılıqlı şəkildə və məcmu halında, tam, obyektiv və qərəzsiz şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır. Məhkəmə bu nəticəyə gəlməklə yanaşı təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatların hər birinə ayrı-ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aid epizodlar üzrə özünü tam təqsirli bilsə də, Zərərçəkmiş şəxs1 Ağaislam qızına aid epizod üzrə özünü təqsirli bilmədiyini, ümumiyyətlə Zərərçəkmiş şəxs1 heç bir xəsarət yetirmədiyini, ona sadəcə köməklik etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bununla bağlı məhkəməyə Zərərçəkmiş şəxs1 səs yazısı təqdim edərək, həmin səs yazısının Zərərçəkmiş şəxs1 xəbəri olmadan yazıldığını, onun həmin səs yazısında ona xəsarət yetirən şəxsin başqa şəxs olduğunu dediyini bildirmiş və Zərərçəkmiş şəxs1 xəsarət yetirən şəxsin Zərərçəkmiş şəxs2 olduğunu qeyd etmişdir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə əvvəlcə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 aid epizodlar üzrə özünü tam təqsirli bildiyindən, həmin epizodlar üzrə hər hansı ziddiyyət müəyyən edilmədiyindən məhkəmə qeyd olunan epizodlar üzrə geniş əsaslandırmanı zəruri hesab etmir. Bununla bağlı məhkəmənin dəyərləndirməsi əsasən Zərərçəkmiş şəxs1 Ağaislam qızına xəsarət yetirilməsi ilə bağlı epizod üzrədir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da Zərərçəkmiş şəxs1 Ağaislam qızına xəsarət yetirilməsi ilə bağlı epizod üzrə özünü təqsirli bilməmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Zərərçəkmiş şəxs1 Ağaislam qızının oturduğu yerdən zirzəmiyə yıxılaraq xəsarət aldığını, lakin Zərərçəkmiş şəxs1 ondan pul almaq məqsədi ilə ona şər atdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs bir tərəfdən zərərçəkmiş şəxsin hadisə günü içkili olduğunu, oturduğu yerdən zirzəmiyə yıxılaraq xəsarət aldığını, digər tərəfdən isə zərərçəkmiş şəxsə onun qeyri-rəsmi nikah münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs2 tərəfindən xəsarət yetirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq qeyd etmişdir ki, zərərçəkmiş şəxs yıxıldıqdan sonra gözündən xəsarət almış, o və digər şəxslər zərərçəkmiş şəxsə kömək edərək gözünü yumuş, X17 maşını gələndə o, özü də orada olmuşdur. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs yıxılaraq xəsarət almışdısa və Təqsirləndirilən şəxs bu hadisənin şahidi olmuş və ona köməklik etmişdisə, sonradan hansı səbəbdən zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi ilə bağlı ifadə verməsi məhkəməyə aydın olmamışdır. Eyni zamanda, təqsirləndirilən şəxs X17 maşını gələn zaman orada olduğunu bildirsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, X17 maşını gələn zaman zərərçəkmiş şəxs hadisə yerində tək olmuş, yanında hər hansı bir şəxs, o cümlədən Təqsirləndirilən şəxs olmamışdır. Təqsirləndirilən şəxsin ifadəsindəki ziddiyyətli məqam yuxarıda qeyd olunanlarla bitməmiş, bundan başqa təqsirləndirilən şəxs həmçinin öz ifadəsində Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 vurduğunu gözləri ilə görmədiyini, lakin bu barədə məlumatının olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həm zərərçəkmiş şəxsin yıxılaraq gözündən xəsarət aldığını, həm də Zərərçəkmiş şəxs1 xəsarətin onun tərəfindən deyil, bilrikdə yaşadığı Zərərçəkmiş şəxs2 tərəfindən xəsarət yetirildiyini bildirməklə bir-birinə ziddiyyətli ifadələr vermiş və həmin ifadəni verməkdə yeganə məqsədi hadisənin onun tərəfindən törədilmədiyini sübuta yetirmək olmuşdur. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxsin yıxılaraq xəsarət alması ilə bağlı təqsirləndirilən şəxsin verdiyi ifadəyə qiymət verərkən həmçinin qeyd edir ki, cinayət işinin materiallarında olan 13 oktyabr 2022-ci il tarixli T456/2022 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər yerləşmə nahiyələrinə, xarakterinə görə şəxsin öz boyu hündürlüyündən yerə yıxılması zamanı deyil, kənar şəxs tərəfindən yetirilən zərbə nəticəsində yaranmasına uyğun gəlir. Həmçinin Zərərçəkmiş şəxs1 sol gözündən almış olduğu xəsarətdən başqa, burun sümüklərinin qapalı yerinidəyişmiş sınığı, döş qəfəsinin arxa səthinin sol yarısının sıyrığı xəsarətlərinin olması da zərərçəkmiş şəxsin onun döyülməsi ilə bağlı ifadəsini bir daha təsdiq edir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs yıxıldıqdan sonra gözündən xəsarət almasını, onun və yanında olan digər şəxslərin onun gözünü yuması, ona köməklik etməsini bildirsə də, cinayət işinin materiallarına əlavə edilmiş kamera görüntüləri ilə zərərçəkmiş şəxsin ürəkgetməsi ilə bağlı Təqsirləndirilən şəxs və digər şəxslərin ona köməklik etməsi, həmin zaman zərərçəkmiş şəxsin gözündə hər hansı bir xəsarətin olmadığı müəyyən edilmişdir. Bundan əlavə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Şahid5 ifadəsi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi Zərərçəkmiş şəxs1 oturduğu yerdən zirzəmiyə yıxılması hadisəsi ittiham üzrə hadisənin baş verməsindən xeyli əvvəl, yəni təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs2lə münaqişə etməsindən də əvvəl baş vermişdir. Bundan sonra Şahid5 də daxil olmaqla, xeyli sayda şəxs (iş materiallarına əlavə edilmiş video görüntü ilə təsdiq olunur) zərəçəkmiş şəxsi görmüş və həmin zaman onun üzündə və gözündə xəsarət olmadığı həm şahidin ifadəsi, həm də videogörüntü ilə öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin özü tərəfindən məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş səs yazıları ilə bağlı qeyd edir ki, həmin səs yazısı məhkəmə iclasında bilavasitə tədqiq edilmiş, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 səs yazısının ona məxsus olduğunu təsdiq etmiş və tanışı ilə söhbət edən zaman onun xəbəri olmadan yazıldığını bildirmiş, bundan əlavə qeyd olunan səs yazısının sübut kimi qəbul edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iclasında tədqiq olunan həmin səs yazısı ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd etdiyi xüsusatlar barədə danışmış və dönə-dönə ona xəsarət yetirən şəxsin Samir olduğunu bildirmişdir. Eyni zamanda təqsirləndirilən şəxs məhkəmə istintaqı başlandığı gündən hadisənin baş vermə anının şahidlərinin olduğunu bildirsə də, məhkəmə istintaqı zamanı məhkəməyə videogörüntü təqdim etmiş, həmin videogörüntüdə olan şəxslərin şahid qismində dindirilməsini xahiş etmiş, lakin videogörüntüdə olan şəxslərin yalnız ayaqları göründüyündən həmin şəxslərin kim olduğunu, həmçinin həmin videogörüntünün işin hansı halını sübut etdiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə həmçinin Zərərçəkmiş şəxs2 hadisə günü Zərərçəkmiş şəxs1 ona nə olduğunu, ona bunu kimin etdiyini Gülnurədən soruşduqda, Gülnurənin ona kimin nə etdiyini bilmədiyini deməsi və onun Gülnurəni kimin vurduğunu bilməməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, zərərçəkmiş şəxs hadisə günü Təqsirləndirilən şəxslə onun arasında da mübahisə olmadığını, ona heç bir ziyan dəymədiyini bildirmiş, lakin sonradan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs ona bir sillə vurduğunu, lakin onunla Təqsirləndirilən şəxs arasında olan mübahisəni heç kimin görmədiyini bildirmiş, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dəfələrlə vurması, həmçinin tədqiq olunan videogörüntülərlə həmin hadisə baş verən zaman ətrafda xeyli sayda insanın olması müəyyən edilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, həmin hadisəni görməmiş, lakin sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Gülnurəni zorlamaq istəyən zaman Gülnurə Samirə müqavimət göstərdiyi üçün Samir onun gözündən vuraraq xəsarət yetirmişdir. Bununla da məhkləmə hesab edir ki, Zərərçəkmiş şəxs2 məhkəmə iclasında səmimi ifadələr verməmiş, təqsirləndirilən şəxslə barışdığı üçün onun xeyrinə ifadələr verməyə çalışmışdır. Məhkəmə Zərərçəkmiş şəxs1 xəsarət yetirilməsi ilə bağlı əməlin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı nəticəyə gələrkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi digər epizodlar üzrə əməllərini, həmçinin onun əvvəlki məhkumluqlarını da nəzərə alaraq, Təqsirləndirilən şəxs zorakı cinayətlər törətməyə meyilli şəxs olduğunu da nəzərə almışdır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş, habelə bilavasitə məhkəməyə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv tədqiq edib həmin sübutlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli olması tam təsdiqini tapmışdır. Məhkəmənin istinad etdiyi normalar: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, «aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir» Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İzah edilsin ki, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan CM-nin digər maddələri ilə əlavə tövsifə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.» «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamoldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə onun qeyri-rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs2 mübahisə etməsi nəticəsində Zərərçəkmiş şəxs1 halının pisləşməsini bəhanə edərək, məsələnin ona heç bir aidiyyəti olmadığı halda özünü ətrafdakılara qarşı qoyub, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə söyüb təhqir etməsi, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vuraraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi, daha sonra Zərərçəkmiş şəxs1 evlərinə ötürmək adı ilə birlikdə bir qədər piyada gedib “Avtoyuma Məntəqəsi”nin arxa hissəsində yolda olarkən ətrafda kimsənin olmamasından istifadə edərək Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmağı təklif etdikdə sonuncunun bu təklifdən imtina etməsinə hirslənib sonuncunun haqlı imtinasını özünə sığışdırmayaraq cəmiyyətdə bərqərar olmuş əxlaq normalarına və davranış qaydalarına açıq-aşkar etinasızlıq edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 burun nahiyəsinə yumruqla qüvvətli zərbə endirib, daha sonra məlum olmayan əşya ilə sol göz nahiyəsindən vurub ona sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması, bundan başqa xx.xx.2022-ci il tarixdə saat 01 radələrində alkoqol sərxoşluğu vəziyyətində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 284 nömrəli yaşayış binasına daxil olaraq heç bir səbəb olmadan özünü ətrafdakılara qarşı qoyub, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirib ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə binanın blokunda quraşdırılmış liftə sidik ifraz edib liftin avadanlıqlarını təpik zərbələri ilə qəsdən zədələyərək qərəzli xuliqanlıq hərəkətləri etdikdən sonra ona irad bildirib sakitləşdirməyə çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını alan şəxs Zərərçəkmiş şəxs3 nalayiq ifadələrlə təhqir edərək müqavimət göstərib şəxs üzərində zor tətbiq etməklə qəsdən onun sol qulağından yumruqla vuraraq, ona sol qulaq seyvanının qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməsi, daha sonra binanın həyətində, Zərərçəkmiş şəxs4nə məxsus tikilinin pəncərələrini sındırıb yararsız hala salıb, ümumilikdə Zərərçəkmiş şəxs4 MKM-nə 400 manat dəyərində maddi ziyan vuraraq təkrar xuliqanlıq etməsi, bununla da Azərbaycan Respublikası CMnin 126.2.4, 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam təsdiqini tapmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.2.1 və 221.2.2-ci maddələri ilə tövsif edir və onun həmin maddələrdə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməklə, həmin maddələrin sanksiyasında nəzərdə tutulduğu kimi məhz azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışmasını, onlara dəymiş ziyanı ödəməsini, həmin zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, həmçinin müvafiq hökm və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixli Qaradağ rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. Daha sonra o, xx.xx.2020ci il tarixli Qaradağ rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azadılmışdır. (cild İ, i/v: 82; cild İİ, i/v: 51-60). Göründüyü kimi təqsirləndirilən şəxsin həmin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər bir neçə dəfə məhkum olunmasını, cinayət törətməyə meyilli şəxs olmasını, habelə islah olunmayan şəxs olmasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Odur ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 06 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild İ, i/v: 126-127), Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və istintaq orqanının həmin tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməli və həmin müddət ona təyin edilən azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X8 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 42 1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinə əsasən 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsi müddətinin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X8 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-128/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-128/2024
09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver