Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-128/2025 18.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, müdafiəçilər- Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, hüquqi şəxs "xxxx" MMC-nin müdafiəçisi- Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsi Ə/D, Heydərabad qəsəbəsi ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci, 320.2-ci, 32.4,308.1-ci və 32.4,313-cü maddələri ilə, xx xxxx 1986-cı il tarixdə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" MMC-nin direktoru, hazırda fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə Hüquqi şəxs-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktına görə Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, təkrarən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamış, təkrarən bilə-bilə saxta rəsmi sənəddən istifadə etmiş, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təkrarən təhrik etmiş, vəzifəli şəxsi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin dekabr ayının əvvəllərində tanışı Şahid1 ona Zərərçəkmiş şəxs MMC-nin (25 dekabr 2020-ci il tarixdən təşkilati hüquqi forması dəyişdirilərək QSC-yə çevrilmiş) elektrik və məişət avadanlıqları almaq niyyəti ilə hesabından köçürəcəyi pul vəsaitinin nağdlaşdırılmasında köməklik göstərməsi barədə müraciət etməsindən sonra özünə olan inam, etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlib niyyətini həyata keçirməkdən ötrü tanışı Təqsirləndirilən şəxs2 Bakı şəhərinə görüşə dəvət edərək ona olan borcunu qaytarmaqdan ötrü adına şirkət açmaq lazım gəldiyini bildirməklə ələ alıb sonuncunu öz vasitəçiliyi ilə 09 dekabr 2019-cu il tarixdə müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsində tərəfindən ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmaqla hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin təsisçisi X3 12 dekabr 2019-cu il tarixli əmri ilə həmin MMC-nin direktoru təyin edilməsinə nail olduqdan sonra guya Zərərçəkmiş şəxs MMC-nin (hazırda QSC) "xxxx" MMC-dən elektrik və məişət avadanlıqlarının alınmasına dair mülki əqd görüntüsü verməklə törədəcəyi cinayət əməlini pərdələməkdən ötrü Zərərçəkmiş şəxs MMC (hazırda QSC) ilə "xxxx" MMC arasında məzmununa bilə-bilə yalan məlumatları istintaqa məlum olmayan tarixdə və yerdə çap üsulu ilə daxil etdiyi, üzərinə “18 dekabr 2019-cu il” tarixini qeyd etdiyi 024/2019 nömrəli xidmət müqaviləsini tərtib edib kompüterdən çap etdikdən sonra direktorun əvəzindən oxşadaraq imza atıb həmin müqaviləni MMC-nin dairəvi möhürü ilə təsdiq etməklə rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb bilə-bilə saxta rəsmi sənəddən istifadə edib, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi rəsmi informasiya resursu olan “www.etaxes.gov.az” internet saytının “E-qaimə" altbölməsinə şirkət rəhbərin “Asan İmza” nömrəsi əsasında daxil olaraq 100 adda guya müxtəlif çeşidli elektrik məhsulunun alınmasına dair ümumi dəyəri 123766,45 (bir yüz iyirmi üç min yeddi yüz altmış altı manat qırx beş qəpik) manat, ƏDV-si isə 22277,96 (iyirmi iki min iki yüz yetmiş yeddi manat doxsan altı qəpik) manat təşkil etmiş xx.xx.2019-cu il tarixli 193058 nömrəli elektron qaimə tərtib edib ələ keçirmək niyyətində olduğu pul vəsaitinin köçürülməsindən ötrü "xxxx" MMC-nin rekvizitlərini cinayətdən xəbərsiz Şahid1 vasitəçiliyi ilə “STT Qrup Azərbaycan" MMC-nin (hazırda QSC) nümayəndələrinə göndərmiş, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin (hazırda QSC) "xxxx" ASC-də olan AZ91TURA******************** nömrəli bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Bakıxanov filialında olan AZ19MUGA**********10790AZM18 nömrəli bank hesabına 123766,45 (bir yüz iyirmi üç min yeddi yüz altmış altı manat qırx beş qəpik) manat pul vəsaiti, eləcə də "xxxx" Firmasının hesabında olan pul vəsaitinin nağdlaşdırılması məqsədi ilə həmin şirkətin direktoru mərhum X5 tərəfindən özünə edilmiş müraciətlə əlaqədar "xxxx" Firması ilə "xxxx" MMC arasında bağlanmış istintaqa məlum olmayan 19 dekabr 2019-cu il tarixli 27 nömrəli müqaviləyə istinadən əsaslandırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” altbölməsinə şirkət rəhbərin “Asan İmza” nömrəsi əsasında daxil olaraq 15 adda guya tikinti materiallarının alınmasına dair ümumi dəyəri 54882 (əlli dörd min səkkiz yüz səksən iki) manat olub, ƏDV-si 23157,84 (iyirmi üç min yüz əlli yeddi manat səksən dörd qəpik) manat təşkil etmiş xx.xx.2019-cu il tarixli 284709 nömrəli elektron qaimə tərtib etməklə təkrarən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb, bilə-bilə saxta rəsmi sənəddən təkrarən istifadə edib, bunun əsasında bankda tərtib edilmiş xx.xx.2019-cu il tarixli 300802AZN191225 nömrəli ödəniş tapşırığı ilə xx.xx.2019-cu il tarixdə firmanın "xxxx" ASC-də olan AZ22AMRA**********0003A40060 nömrəli bank hesabından "xxxx" MMC-nin qeyd edilən hesabına 54882 (əlli dörd min səkkiz yüz səksən iki) manat pul vəsaiti köçdükdən sonra 25 dekabr 2019-cu il tarixdə onun dəvəti ilə "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən filialına gəlmiş "xxxx" MMC-nin direktoru olmaqla cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, cəmiyyətin adından mülki-hüquqi müqavilələr bağlamaq, müvəkkil banklarda cəmiyyətin istənilən növ bank hesablarını açmaq, hesablar üzrə sərəncam vermək, cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs olan Təqsirləndirilən şəxs2 xidməti vəzifələrinin icrası ilə əlaqədar özünün, onun və rəhbərlik etdiyi cəmiyyətin xeyrinə, yəni cəmiyyətin rentabelli fəaliyyət göstərməsi görüntüsü yaratmaqla gələcəkdə də eyni xarakterli məqsəd üçün istifadəsinə zəmin yaratmaq üçün, qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə, eləcə də onu tamah niyyəti ilə rəsmi sənədə biləbilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməyə təhrik edib bankda tərtib edilmiş xx.xx.2019-cu il tarixli 485826 nömrəli kassa çekinə imza atdırmaqla hesabda olan pul vəsaitindən 30000 (otuz min) manatını nağdlaşdıraraq ələ keçirdikdən sonra, bununla kifayətlənməyərək hesabda qalan məbləği də vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirmək məqsədilə etibardan sui-istifadə edərək özgənin əmlakını ələ keçirilməsinə yönəldilmiş cinayət hərəkətlərini inadla davam etdirib, xx.xx.2019-cu il tarixdə yenidən Təqsirləndirilən şəxs2la birlikdə həmin banka gəlib qalan 148648,45 manat (bir yüz qırx səkkiz min altı yüz qırx səkkiz manat qırx beş qəpik) manat məbləğin 98788 (doxsan səkkiz min yeddi yüz səksən səkkiz) manatını "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış istintaqa məlum olmayan müqaviləyə istinadən əsaslandırılmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” aitbölməsinə şirkət rəhbərin “Asan İmza” nömrəsi əsasında daxil olaraq 1 adda guya elektrik avadanlığının alınmasına dair ümumi dəyəri 98788 (doxsan səkkiz min yeddi yüz səksən səkkiz) manat olub, ƏDV-si olmayan xx.xx.2019-cu il tarixli 410035 nömrəli elektron qaimə tərtib etməklə təkrarən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb, bilə-bilə saxta rəsmi sənəddən təkrarən istifadə edib, Təqsirləndirilən şəxs2 xidməti vəzifələrinin icrası ilə əlaqədar özünün, onun və rəhbərlik etdiyi cəmiyyətin xeyrinə qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə, eləcə də onu tamah niyyəti ilə rəsmi sənədə biləbilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməyə təhrik edib bunun əsasında bankda tərtib edilmiş xx.xx.2019-cu il tarixli 001 nömrəli ödəniş tapşırığına imza atdırmaqla "xxxx" MMC-nin "xxxx" ASC-nin Bakıxanov filialında olan **********10781AZM18 nömrəli bank hesabına, eyni niyyətlə, hesabda qalan pul vəsaitinin 49400 (qırx doqquz min dörd yüz) manatını isə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış istintaqa məlum olmayan müqaviləyə istinadən əsaslandırılmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” aitbölməsinə şirkət rəhbərin “Asan İmza” nömrəsi əsasında daxil olaraq 1 adda guya elektrik avadanlığının alınmasına dair ümumi dəyəri 49400 (qırx doqquz min dörd yüz) manat olub, ƏDV-si olmayan xx.xx.2019-cu il tarixli 409953 nömrəli elektron qaimə tərtib etməklə təkrarən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb, bilə-bilə saxta rəsmi sənəddən təkrarən istifadə edib, bunun əsasında bankda tərtib edilmiş xx.xx.2019-cu il tarixli 001 nömrəli ödəniş tapşırığına imza atdırmaqla "xxxx" MMC-nin "xxxx" ASC-nin Bakıxanov filialında olan **********10787AZM18 nömrəli bank hesabına köçürülməsinə nail olduqdan sonra həmin gün banka gəlmiş həmin şirkətlərin istintaqa məlum olmayan nümayəndəsindən pulu sellofan paketdə nağd şəkildə şəxsən alıb pulun 1%-ni, yəni 1400 ( bir min dörd yüz) manatını xidmət haqqı kimi ona verib, qalan 147248,45 (bir yüz qırx yeddi min iki yüz qırx səkkiz manat qırx beş qəpik) manatını özündə saxlayıb, sonradan həmin pulun 54882 (əlli dörd min səkkiz yüz səksən iki) manatını "xxxx" Firmasının nümayəndəsinə tam şəkildə qaytarsa da, qalan 92366,45 (doxsan iki min üç yüz altmış altı manat qırx beş qəpik) manat pul vəsatini şəxsi ehtiyaclarına xərcləyib ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs MMC-yə (hazırda QSC) məxsus 123766,45 (bir yüz iyirmi üç min yeddi yüz altmış altı manat qırx beş qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib həmin MMC-yə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, təkrarən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb təkrarən bilə-bilə saxta rəsmi sənədlərdən qanunsuz olaraq istifadə etmiş, vəzifəli şəxs Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs MMC-yə (hazırda QSC) öz pul vəsaitindən fəaliyyət məqsədlərinə uyğun manesiz istifadə etmək, rentabelli fəaliyyətini təmin etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla nəticələnmiş təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və təkrarən vəzifə saxtakarlığına təhrik etmişdir. İttiham aktına görə Təqsirləndirilən şəxs2 vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxsin xeyrinə qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquq və mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin dekabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 ona olan 11000 (on bir min) manat borcunu qaytarmasından ötrü sonuncunun öz vasitəçiliyi ilə təsis edilmiş şirkətə direktor təyin edilməsi və məhz bundan sonra gördüyü iş müqabilində həmin şirkətin hesabına köçəcək puldan borcunu qaytara biləcəyi barədə təklifi ilə razılaşaraq, 09 dekabr 2019-cu il tarixdə müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmaqla hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin təsisçisi X3 12 dekabr 2019-cu il tarixli əmri ilə həmin MMC-nin direktoru təyin edildikdən sonra Zərərçəkmiş şəxs MMC-nin (xx.xx.2020-ci il tarixdən təşkilati hüquqi forması dəyişdirilərək QSC-nə çevrilmiş) elektrik və məişət avadanlıqları almaq istəməsi səbəbindən hesabından köçürüləcək pulun nağdlaşdırılmasına köməklik edəcəyini vəd edib özünə olan inam, etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyətində olan Təqsirləndirilən şəxs1 guya Zərərçəkmiş şəxs MMC-nin (hazırda QSC) "xxxx" MMC-dən elektrik və məişət avadanlıqlarının alınmasına dair mülki əqd görüntüsü verməklə törədəcəyi cinayət əməlini pərdələməkdən ötrü Zərərçəkmiş şəxs MMC (hazırda QSC) ilə "xxxx" MMC arasında məzmununa bilə-bilə yalan məlumatları istintaqa məlum olmayan tarixdə və yerdə çap üsulu ilə daxil etdiyi, üzərinə “18 dekabr 2019-cu il” tarixini qeyd etdiyi 024/2019 nömrəli xidmət müqaviləsini tərtib edib kompüterdən çap etdikdən sonra direktorun əvəzindən oxşadaraq imza atıb həmin müqaviləni MMC-nin dairəvi möhürü ilə təsdiq etməklə rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb bilə-bilə saxta rəsmi sənəddən istifadə edib, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” altbölməsinə şirkət rəhbərin “Asan İmza” nömrəsi əsasında daxil olaraq 100 adda guya müxtəlif çeşidli elektrik məhsulunun alınmasına dair ümumi dəyəri 123766,45 (bir yüz iyirmi üç min yeddi yüz altmış altı manat qırx beş qəpik) manat, ƏDV-si isə 22277,96 (iyirmi iki min iki yüz yetmiş yeddi manat doxsan altı qəpik) manat təşkil etmiş xx.xx.2019-cu il tarixli 193058 nömrəli elektron qaimə tərtib etməsi səbəbindən xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin (hazırda QSC) "xxxx" ASC-də olan AZ91TURA******************** nömrəli bank hesabından onun direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-nin Bakıxanov filialındakı AZ19MUGA**********10790AZM18 nömrəli bank hesabına 123766,45 (bir yüz iyirmi üç min yeddi yüz altmış altı manat qırx beş qəpik) manat, eləcə də "xxxx" Firmasının hesabında olan pul vəsaitinin nağdlaşdırılmasından ötrü "xxxx" Firması ilə "xxxx" MMC arasında bağlanmış istintaqa məlum olmayan 19 dekabr 2019-cu il tarixli 27 nömrəli müqaviləyə istinadən əsaslandırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi rəsmi informasiya resursu olan “www.etaxes.gov.az” internet saytının “E-qaimə” altbölməsinə şirkət rəhbərin “Asan İmza” nömrəsi əsasında daxil olaraq 15 adda guya tikinti materiallarının alınmasına dair ümumi dəyəri 54882 (əlli dörd min səkkiz yüz səksən iki) manat olub, ƏDV-si 9878,76 (doqquz min səkkiz yüz yetmiş səkkiz manat yetmiş altı qəpik) manat təşkil etmiş xx.xx.2019-cu il tarixli 284709 nömrəli elektron qaimə tərtib etməklə təkrarən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb, bilə-bilə saxta rəsmi sənəddən təkrarən istifadə etməsi nəticəsində xx.xx.2019-cu il tarixdə "xxxx" Firmasının "xxxx" ASCdə olan AZ22AMRA**********0003A40060 nömrəli bank hesabından onun direktoru olduğu “Baraton MMC-nin həmin hesabına 54882 (əlli dörd min səkkiz yüz səksən iki) manat pul vəsaiti köçdükdən sonra etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək niyyətində olan Təqsirləndirilən şəxs1 bu cinayətkar niyyətindən xəbərsiz halda pulların nağdlaşdırılmasından ötrü 25 dekabr 2019-cu il tarixdə sonuncunun dəvəti ilə "xxxx" ASCnin ünvan 4 ünvanında yerləşən filialına gəlib Təqsirləndirilən şəxs1 ona olan borcunu başqa yolla qaytara bilməyəcəyinə əmin olaraq, 11000 (on bir min) manat pulu hər hansı bir üsulla geri qaytarmasına nail olmaqdan ötrü direktoru olduğu MMC-nin hesabına pul vəsaitinin real əməliyyatlar olmadan saxta sənədləşmə əsasında köçdüyünü bilə-bilə "xxxx" MMC-nin direktoru olmaqla cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, cəmiyyətin adından mülki-hüquqi müqavilələr bağlamaq, müvəkkil banklarda cəmiyyətin istənilən növ bank hesablarını açmaq, hesablar üzrə sərəncam vermək, cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati- sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özünün, Təqsirləndirilən şəxs1 və rəhbərlik etdiyi cəmiyyətin xeyrinə, yəni cəmiyyətin rentabelli fəaliyyət göstərməsi görüntüsü yaratmaqla gələcəkdə də eyni xarakterli məqsəd üçün istifadəsinə zəmin yaratmaq üçün, qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törədib bankda tərtib edilmiş xx.xx.2019-cu il tarixli 485826 nömrəli kassa çekinə imza atmaqla hesaba yüklənmiş pul vəsaitlərindən 30000 (otuz min) manatını nağdlaşdıraraq tam şəkildə Təqsirləndirilən şəxs1 təhvil verdikdən sonra, hesabda qalmış pul vəsaitlərini də nağdlaşdırmaq məqsədi ilə xx.xx.2019-cu il tarixdə yenidən sonuncu ilə birlikdə həmin banka gəlib rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbərlik etdiyi cəmiyyətin xeyrinə qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” altbölməsinə şirkət rəhbərin “Asan İmza” nömrəsi əsasında daxil olaraq tərtib etdiyi təkrarən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb, bilə-bilə saxta rəsmi sənəddən təkrarən istifadə etdiyi "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış istintaqa məlum olmayan müqaviləyə istinadən əsaslandırılmış 1 adda guya elektrik avadanlığının alınmasına dair ümumi dəyəri 98788 (doxsan səkkiz min yeddi yüz səksən səkkiz) manat, ƏDV-si olmayan xx.xx.2019-cu il tarixli 410035 nömrəli elektron qaimə və eyni qaydada "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış istintaqa məlum olmayan müqaviləyə istinadən əsaslandırılmış 1 adda guya elektrik avadanlığının alınmasına dair ümumi dəyəri 49400 (qırx doqquz min dörd yüz) manat, ƏDV-si olmayan xx.xx.2019-cu il tarixli 409953 nömrəli elektron qaimə əsasında bank işçiləri tərəfindən tərtib edilmiş ödəniş tapşırıqlarına imza ataraq tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməsi hesabda qalan pul vəsaitinin 98788 (doxsan səkkiz min yeddi yüz səksən səkkiz) manatının "xxxx" MMC "xxxx" ASC-nin Bakıxanov filialında olan **********10781AZM18 nömrəli bank hesabına, 49400 (qırx doqquz min dörd yüz) manatının isə "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin Bakıxanov filialında olan **********10787AZM18 nömrəli bank hesabına köçürülməsinə, məhz bundan sonra həmin gün banka gəlmiş həmin şirkətlərin istintaqa məlum olmayan nümayəndəsinin pulları nağd şəkildə Təqsirləndirilən şəxs1 təhvil verməsi, sonuncunun isə həmin pulun 1%-ni, yəni 1400 (bir min dörd yüz) manatını xidmət haqqı kimi pulu gətirmiş şəxsə verib, qalan 147248,45 (bir yüz qırx yeddi min iki yüz qırx səkkiz manat qırx beş qəpik) manatını özündə saxlayıb, sonradan həmin pulun 54882 (əlli dörd min səkkiz yüz səksən iki) manatını "xxxx" Firmasının nümayəndəsinə qaytarıb, qalan 92366,45 (doxsan iki min üç yüz altmış altı manat qırx beş qəpik) manat pul vəsatini şəxsi ehtiyaclarına xərcləyib ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs MMC-yə (hazırda QSC) məxsus 123766,45 (bir yüz iyirmi üç min yeddi yüz altmış altı manat qırx beş qəpik) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirib zərərçəkmiş hüquqi şəxs “STT Qrup Azərbaycan" MMC-yə (hazırda QSC) külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi ilə nəticələndiyindən Zərərçəkmiş şəxs MMC-yə (hazırda QSC) öz pul vəsaitindən fəaliyyət məqsədlərinə uyğun manesiz istifadə etmək, rentabelli fəaliyyətini təmin etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla nəticələnmiş təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci, 320.2-ci, 32.4,308.1-ci və 32.4,313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, cinayət hadisəsi törətdiyini etiraf etmiş, dövlət ittihamçısının elan etdiyi ittiham aktının nəticəvi hissəsində göstərilən hadisələrin hər birinin baş verdiyini bildirmişdir. O, pulların nağdlaşdırılması ilə məşğul olmuş, lakin onların şirkətində heç vaxt alğı-satqı müqaviləsində göstərilən mallar olmamışdır. O, şirkətlərin hesabında olan pul vəsaitlərinin nağdlaşdırması ilə məşğul olmaqla, özünü zərərçəkmiş hüquqi şəxs kimi təqdim edən Zərərçəkmiş şəxs QSC-ni pul nağdlaşdırılması ilə məşğul olan bir şirkət kimi tanımış, Tərlan adlı şəxs ona Zərərçəkmiş şəxs QSC-nin hesabında olan pul vəsaitlərini nağdlaşdırmaq istədiyini bildirmiş, pul vəsaitlərinin nağdlaşdırılması barədə müqavilə Zərərçəkmiş şəxs QSC tərəfindən hazırlanmışdır. Onların şirkətinə məxsus anbar, müqavilələrdə göstərilən mallar olmamış, Tərlan adlı şəxs pul köçürmələrini etdiyini, bunun qarşılığında onların sonuncuya heç bir mal verilmədiyini iddia etmişdir. Onların şirkəti malların satışı ilə məşğul olmamış, Zərərçəkmiş şəxs QSC ilə bağlanılan müqaviləyə əsasən Zərərçəkmiş şəxs QSC vergi ödəmələri həyata keçirməli olmuş, əgər şirkət vergiləri vaxtında ödəməsə, Dövlət Vergi Xidməti tərəfindən külli miqdarda cərimə olunması nəzərdə tutulmuşdur. Pul nağdlaşdırılmasına dair müqavilə həmin müqavilənin imzalandığı şirkətlərdə qalmışdır. Zərərçəkmiş şəxs QSC özü də pul nağdlaşdırması ilə məşğul olmasına baxmayaraq onların şirkətindən şikayət etmişdir. İlhamın sahibi olduğu "xxxx" MMC ilə başqa şirkət arasında pul nağdlaşdırılması ilə əlaqədar müqavilə imzalanmış, həmin müqavilədə qeyd edilmişdir ki, guya həmin 2 şirkət arasında malların alğı-satqısı həyata keçirilmişdir. Lakin həmin şirkətlər hər hansı alğısatqı həyata keçirməmiş, pul vəsaitlərinin nağdlaşdırılmasından gəlir əldə etmişlər. Bu proseslər hansı şirklətlə həyata keçirilirsə, onunla da müqavilə imzalanmışdır. İstintaq orqanı tərəfindən saxlanıldıqdan sonra cinayət törədilməsi ilə əlaqədar vurulmuş ziyanın 300000 (üç yüz min) manat olduğu deyilmişdir. Lakin o, törətdiyi cinayətlə əlaqədar vurulmuş ziyanın o qədər olmadığını qeyd etmişdir. Bakı İstintaq Təcridxanasında saxlanılarkən həmin məbləğin müəyyən hissəsi silinmiş və vurulmuş ziyanın yekun məbləği 123766 (yüz iyirmi üç min yeddi yüz altmış altı) manat məbləğində olmuşdur. O, onların şirkətinin 30000 (otuz min) manat məbləğində pul vəsatini nağdlaşdırdığını demiş, ibtidai istintaqı aparan müstəntiq ona 123766 (yüz iyirmi üç min yeddi yüz altmış altı) manat məbləğində ziyanı ödəsə ev dustaqlığına buraxılacağı deyilmiş, o da məcbur olaraq 123766 (yüz iyirmi üç min yeddi yüz altmış altı) manat məbləğində zərər vurduğunu öz üzərinə götürərək yaşadığı evi Vasif adlı şəxsə verib vurulmuş 123766 (yüz iyirmi üç min yeddi yüz altmış altı) manat məbləğində ziyanı ödəmişdir. Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, pul nağdlaşdırmasına dair müqavilə bağladıqları şirkətlərdən biri də Zərərçəkmiş şəxs QSC olmuşdur. O, isə "xxxx" MMC-nin nümayəndəsi qismində həmin müqavilənin tərəfi kimi iştirak etmişdir. Həm Zərərçəkmiş şəxs QSC, həm də "xxxx" MMC pul nağdlaşdırması ilə məşğul olduğundan, pul vəsaitlərini nağdlaşdırdıqdan sonra vergilər ödənilmiş və o, qalan məbləğin 2 faizi miqdarında qazanc əldə etmişdir. Bakı İstintaq Təcridxanasında olarkən ona cinayət nəticəsində vurduğu ziyanın 300000 manat məbləğində olduğu deyilmiş, lakin bu məbləğ sonradan 120000 manata endirilmişdir. 180000 manat məbləğində pul vəsaiti bir qadının pul nağdlaşdırması nəticəsində vurduğu ziyan olmuş, bu sonradan aydınlaşmış, halbuki həmin pulu da onun üzərinə yıxmışlar. Həmin qadın Türkiyədə olduğundan barəsində axtarış elan edimiş, istintaq orqanı həmin 180000 manatı onun boynuna qoymaq istəmiş, lakin həmin məbləğ sonradan silinmişdir. Zərərçəkmiş şəxs QSC-nin sahibinin kim olduğunu dəqiq bilməmiş, əvvəl Tərlan adlı şəxsi Zərərçəkmiş şəxs QSC-nin sahibi kimi tanımış, sonradan Vasif adlı şəxs Zərərçəkmiş şəxs QSC-nin sahibi olduğunu demiş, o, bunu əvvəl bilməmiş, sonradan öyrənmişdir. Zərərçəkmiş şəxs QSC-nin sahibi özü cinayətkar fəaliyyətlə məşğul ola-ola ondan şikayət etmişdir. Şirkət yaradılırsa, onun anbarı olmalı olmuş, onların arasında müqavilə olsa da, anbarları olmamış, onlar mal alğı-satqısı ilə məşğul olmamışlar. Zərərçəkmiş şəxs QSC-nin sahibi özü də cinayətkar fəaliyyətlə məşğul olduğunu bilmiş, Zərərçəkmiş şəxs QSC-nin sahibi onların arasındakı müqaviləni öz əlində sübut kimi saxlamış, Zərərçəkmiş şəxs QSC elə hesab etmişdir ki, əllərində olan müqaviləni təqdim edərək pul nağdlaşdırması deyil, alğı-satqı işləri həyata keçirdiklərini göstərərək cinayətkar fəaliyyətlə məşğul olduqlarını gizlədə biləcəklərini nəzərdə tutmuşdur. "xxxx" MMC şirkəti Təqsirləndirilən şəxs2 tərəfindən təsis edilmiş, həmin şirkəti o, sonuncunun adına təsis etməmiş, "xxxx" MMC şirkəti Təqsirləndirilən şəxs2 məxsus olmuş, onun Təqsirləndirilən şəxs2 11000 manat borcum olmuş, Zərərçəkmiş şəxs QSC ilə pul nağdlaşdırılması müqaviləsi ilə Təqsirləndirilən şəxs2 əldə edilmiş gəlirdən müəyyən faizdə pul və sonuncuya olan 11000 manat borcunu vermiş, o, cinayət nəticəsində vurulmuş ziyanı ödəmiş, 30000 manat vurduğu zərər olmuş, istintaq orqanı həmin məbləği 120000 manata qaldırmış, o da 120000 manatın əvəzinə Vasifə öz evini vermişdir. O, ibtidai istintaq zamanı da Zərərçəkmiş şəxs QSC-nin onların şirkəti kimi pul nağdlaşdırması ilə məşğul olduğunu bildirmiş, ibtidai istintaqda onları üzləşdirməmişlər. O, Tərlana da, Vasifə də aralarında müqavilə olduğunu, hər ikisinin anbarı və mallarının olmadığını demiş, nəyə görə ondan şikayət etdiklərini bilməmişdir. Zərərçəkmiş şəxs QSC ilə 1 dəfə pul nağdlaşdırması həyata keçirmiş, pul nağdlaşdırılmasına dair müqaviləni Tərlanla bağlamış, Tərlan da pul nağdlaşdırılması ilə məşğul olmuş, Vasif adlı şəxsin adını ilk dəfə Bakı İstintaq Təcridxanasında saxlanılarkən eşitmiş, o, Vasiflə heç bir pul nağdlaşdırması ilə məşğul olmamış, ibtidai istintaq zamanı dindirilərkən onun müdafiəçisi olmamışdır. O, müdafiəçini ibtidai istintaq zamanı ilk dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən zaman görmüş, yəni cinayət işi ilə tanış olan zaman vəkili olmuş, Vasif adlı şəxsi əvvəllər görməmişdir. O, Bakı İstintaq Təcridxanasında saxlanılarkən Sabunçu rayon prokurorluğunun müstəntiqi Kamran müəllim qohumlarını Vasiflə tanış etmiş, Kamran müəllim qohumlarına Vasifin Zərərçəkmiş şəxs QSC-nin sahibi olduğunu və Vasifin ondan şikayətçi olduğunu bildirmiş, o da həmin vaxt Vasifi tanımadığını demişdir. Bakı İstintaq Təcridxanasından çıxdıqdan sonra Tərlanla görüşməmiş, Vasiflə görüşmüşdür. Çünki Vasif ona Zərərçəkmiş şəxs QSC-nin sahibinin Tərlan yox, özü olduğunu demişdir. O, Vasifə ondan şikayət tələbinin niyə 300000 manat məbləğində olduğunu soruşmuş, Vasif ona qalan 180000 manatın ona aidiyyətinin olmadığını, həmin 180000 manat zərərin başqa şəxs tərəfindən vurulduğunu, zərəri vuran şəxsin də Türkiyəyə qaçdığını bildirmişdir. Vasif ona Zərərçəkmiş şəxs QSC-nin sahibi olduğunu demişdir. Bundan sonra o, Tərlanla əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxs QSC ilə pul nağdlaşdırılmasına dair müqaviləni Tərlangillə bağlamış, həmin müqaviləni Zərərçəkmiş şəxs QSC tərəfdən kimin imzaladığını bilməmiş, çünki müqavilə ona yazılıb təqdim edilmişdir. O, Vasifi Bakı İstintaq Təcridxanasından çıxdıqdan sonra tanımış, Vasif ona Zərərçəkmiş şəxs QSC-nin rəhbəri, mallara nağdlaşdırdıqları pul vəsaitlərinin özünə məxsus olduğunu demiş, ziyanın Zərərçəkmiş şəxs QSC-ə vurulmasına baxmayaraq, 120000 manatın hamısının Vasifə hansı səbəbdən ödənildiyini bilməmiş, o, İstintaq Təcridxanasında olduğundan həmin məsələni araşdıra bilməmişdir. "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs2 olmuş, "xxxx" MMC-ni İlhamın adına o təsis etməmiş, "xxxx" MMC-ni İlham özü təsis etmişdir. Onun İlhama 11000 manat borcu olmuş, onun əvvəllər şirkəti olmamış, o, İlhama sonuncunun şirkəti vasitəsilə pul nağdlaşdırması etdikdən sonra əldə ediləcək gəlir və ƏDV ilə borcunu qaytaracağını demiş, Zərərçəkmiş şəxs QSC ilə pul nağdlaşdırılmasını həyata keçirdikdən sonra 11000 manatı İlhama qaytarmışdır. Pul nağdlaşdırılmasına dair müqavilədə qeyd edilən mallar mövcud olmamış, qaimədə ƏDV-dən yayınmaq üçün bunu etmişlər. Pul nağdlaşdırmasından əldə etdiyi gəlirin 0,5 faizini bank əldə etmiş, həmin məsələni bank da bilmişdir. Müqavilə bağladıqları şirkətin pulları hansı bankda olmuşdursa, həmin bank pul nağdlaşdırılmasından əldə edilən gəlirin 0,5 faizini əldə etmişdir. Zərərçəkmiş şəxs QSC-də pul nağdlaşdırması ilə məşğul olmuş, onlar bu fəaliyyətlə məşğul ola-ola onlardan şikayət etmişlər. Pul nağdlaşdırılmasına dair müqavilə həmin şirkətdə qaldığından onlar həmin müqaviləni dövlət orqanlarına təqdim edərək, malların alğı-satqısı ilə məşğul olduqlarını iddia etmişlər. Zərərçəkmiş şəxs QSC ilə "xxxx" MMC arasında pul nağdlaşdırılmasına dair müqavilə 1 dəfə bağlanmış, həmin müqavilənin şərtlərinə görə Zərərçəkmiş şəxs QSC "xxxx" MMC-nə pul köçürməli, "xxxx" MMC də qarşı tərəfə malları verməli olmuşdur. Həmin malların nə olduğunu dəqiq bilməmiş, pul nağdlaşdırmasına dair müqavilə bağlanılan şirkət hansı malları əldə etmək istəmişdirsə, müqavilədə həmin malların siyahısı qeyd edilmişdir. Zərərçəkmiş şəxs QSC ilə "xxxx" MMC arasındakı müqavilədə malların dəyəri 30000 manat göstərilmişdir. O, Təqsirləndirilən şəxs2la birlikdə "xxxx" ASC-nin Bakıxanov filialına 123000 manat pulu nağdlaşdırmaq üçün getmiş, Zərərçəkmiş şəxs QSC ilə bağlanan müqavilə nəticəsində "xxxx" MMC-nin hesabına 123000 manat köçürülmüş, bank ancaq 30000 manatın nağdlaşdırılmasına imkan verdiyindən həmin puldan 30000 manat çıxara bilmiş, "xxxx" MMC-nin hesabında qalan 93000 manatı Emin adlı tanışının ona rekvizitlərini göndərdiyi "xxxx" MMC və "xxxx" MMC adlı şirlkətlərin hesabına köçürmüşlər ki, həmin şirkətlərin hesabından çıxarsınlar. 30000 manatın 11000 manatını Təqsirləndirilən şəxs2 vermiş, digər 19000 manatı özündə saxlamış, Emin adlı şəxs başqa şirkətin, yəni "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərin hesabına köçürdüyü 93000 manat pulu ona verməmiş, o, Tərlana Eminin pulları götürüb aradan çıxdığını demiş, Tərlan ona Emini tanımadığını, bu işi onunla gördüyü üçün Zərərçəkmiş şəxs QSC-yə məxsus pulları ondan tələb edəcəyini demişdir. Özlərini kriminal aləmin nümayəndələri kimi təqdim edən şəxslər ondan pulları tələb etmiş, həmin şəxslər öz pullarını tələb etdikləri üçün bu barədə heç bir hüquq mühafizə oraqanına müraciət etməmiş, "xxxx" MMC-yə köçürülən 71000 manat da Zərərçəkmiş şəxs QSC-ə məxsus olmuş, nağdlaşdırma nəticəsində əldə edilən 30000 manatı "xxxx" MMC-nin hesabına Zərərçəkmiş şəxs QSC köçürmüş, Eminin mənimsəyərək qaçdığı 71000 manat pul vəsaiti Zərərçəkmiş şəxs QSC-ə məxsus olmuş, pul nağdlaşdırmalarına dair qaimə və fakturalar həqiqətdə mövcud olmaqla 2-3 ədəd olmuş, həmin qaimələri vergi işçisi olmuş mühasiblər tərtib etmiş, bu məqsədlə həmin mühasiblərə pul ödəmiş, həmin şəxsləri Tərlan vasitəsilə tanımış, Zərərçəkmiş şəxs QSC tərəfindən "xxxx" MMC-ə köçürülən 123000 manatdan 30000 manatını o və İlham götürmüş, qalan 93000 manatı da onlar götürmüş, həmin puldan 50000 manatını Tərlanın göndərdiyi və pulun sahibi olan şəxsə vermiş, qalan 40000 manatın 29000 manatdan çox hissəsini Tərlanın göndərdiyi başqa bir şəxsə vermiş, qalan 10000 manatdan çox pul vəsaiti isə ona qalmışdır. Pulları verdiyi şəxslərin adını bilməmiş, həmin şəxsləri Tərlan göndərmiş, nağdlaşdırma əməliyyatlarına rəhbərlik edən başqa şəxslərin olubolmamasından xəbərdar olmamış, Zərərçəkmiş şəxs QSC ilə pul nağdlaşdırılmasına dair müqavilə nəticəsində əldə edilən 30000 manatın 11000 manatını Təqsirləndirilən şəxs2 vermiş, qalan 19000 manatı özündə saxlamışdır. Onun adına 140 ədəd şirkət açılmış, həmin şirkətlər hazırda bağlanmış, adına 140 ədəd şirkət 2013-cü ildən 2016-cı ilə qədər qeydiyyata alınmış, həmin 140 ədəd şirkət onun adına olsa da, başqa şəxslərin tapşırığı ilə pul nağdlaşdırması keçirilmiş, həmin şəxslər azadlıqdan məhrum edilmiş, onlardan birinin adı Allahyar olmuş, digər şəxslərin adlarını xatırlamamış, "xxxx" MMC-nin təsisçisi Təqsirləndirilən şəxs2 olmamış, həmin şirkəti o da yaratmamış, o, "xxxx" ASC-nin Bakıxanov filialının əməkdaşları ilə pul nağdlaşdırılması, yəni 123000 və 30000 manat barədə danışmamış, "xxxx" MMC-nin möhürünü kimdən aldığını xatırlamamış, o, Zərərçəkmiş şəxs QSC ilə pul nağdlaşdırılmasına dair müqavilə əsasında "xxxx" MMC-nin hesabına köçürülən 123000 manat puldan 30000 manat çıxarmış, qalan pullar öz sahiblərinə qaytarılmış, o, 30000 manatdan 11000 manatını Təqsirləndirilən şəxs2 vermiş, o, sonradan başqa şirkətin hesabına köçürülərək nağdlaşdırılan 93000 manatdan 11000 manatı Təqsirləndirilən şəxs2 verməmiş, Təqsirləndirilən şəxs2 11000 manat məbləğində olan borcunu qaytardıqdan sonra "xxxx" MMC-nin möhürü onda qalmış, həmin möhürü Tərlana verməyi nəzərində tutmuşdur. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, elan olunmuş ittihamlara görə özünü qismən təqsirli bilir, müqaviləni və elektron qaimələri saxtalaşdırmamış, saxta sənədlərdən istifadə etməmiş, köçürülmüş puldan çox hissəsini borclarına xərcləmişdir. O, əsgərlikdən gəldikdən sonra bir müddət ərzində tikinti sahələrində ustalıqla məşğul olmuş, bundan başqa bir müddət sürücü kimi işləmişdir. O, 2014-2015-ci ildən etibarən isə pul nağdlaşdırma fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bu məqsədlə, hazırda adını xatırlamadığı ilk şirkəti yaradıb direktoru olmuş, onun işi ayrı-ayrı şirkətlərin gördükləri işlər müqabilində dövlət tərəfindən onların hesablarına yüklənmiş pulların öz şirkətinin hesabına köçürməklə nağdlaşdırmaqdan və həmin puldan müəyyən faiz gəlir əldə etməkdən ibarət olmuşdur. Təxminən 2019-cu ilin dekabr ayında dəqiq xatırlamadığı tarixdə əslən Şəmkir rayonundan olan tanışı Şahid2 ona zəng vurub görüşmək istədiyini bildirdiyindən, “Elit” ticarət mərkəzinin yanında onunla görüşən zaman Şahid2 onu Tərlan adlı şəxslə tanış etmiş və Tərlanın da pul nağdlaşdırma fəaliyyəti ilə məşğul olduğunu demişdir. O, Tərlanla tanış olandan sonra sonuncu ona bildirmişdir ki, Zərərçəkmiş şəxs adlı şirkətin hesabında pul var, həmin pulu nağdlaşdırmaq istəyirlər. O da bu işdə kömək edə biləcəyini demiş, aralarında olan danışığa görə nağdlaşdırma baş tutacağı təqdirdə Tərlan həmin pulun 2 %-ni və ƏDV-ni onu verəcəyinə söz vermişdir. O, Tərlanın bu təklifi ilə razılaşdıqdan sonra tanışı Təqsirləndirilən şəxs2 adlı şəxsin direktoru olduğu "xxxx" MMC və əslən Tərtər rayonundan olub pul nağdlaşdırma fəaliyyəti ilə məşğul olan Emin adlı şəxsə məxsus "xxxx" MMC adlı şirkətlərin rekvizitlərini öyrənib Tərlana göndərmişdir. Bundan sonra guya Zərərçəkmiş şəxs MMC tərəfindən həmin şirkətlərdən elektrik avadanlıqlarının alınmasına dair xidmət müqaviləsi və elektron qaimələr tərtib edilmişdir. Həmin müqavilə və elektron qaimələr pulun köçürülməsindən ötrü banka təqdim etmək məqsədi ilə hazırlanmışdır. Hazırda xeyli müddət keçdiyi üçün Baraton” MMC ilə Zərərçəkmiş şəxs MMC (hazırda QSC) arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 024/2019 nömrəli xidmət müqaviləsinin nə zaman, harada tərtib edilməsini, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 adının qarşısında olan imzanın kimin tərəfindən imzalanmasını dəqiq xatırlamır, ola bilsin ki, müqaviləni köçürmə baş tutmasından ötrü ya özü, ya da ki pulu köçürmüş şirkətin nümayəndələri tərtib, direktorun əvəzində imza etmişlər. Həmin müqavilə əsasında 100 adda müxtəlif çeşidli elektrik məhsulunun alınmasına dair ümumi dəyəri 123766,45 manat, ƏDV-si isə 22277,96 manat təşkil etmiş xx.xx.2019-cu il tarixli 193058 nömrəli elektron qaiməni Vergi Xidmətinin rəsmi səhifəsinə daxil olub şirkətin “Asan İmza” nümunəsindən istifadə edərək tərtib etmişdir ki, pullar köçürülə bilsin. Zərərçəkmiş şəxs MMC (hazırda QSC) ilə "xxxx" MMC arasında 10 dekabr 2019-cu il tarixli 020/2019 tarixli xidmət müqaviləsini, eləcə də həmin müqavilə əsasında 20 adda müxtəlif çeşidli elektrik mallarının alınmasına dair ümumi dəyəri 71290 manat, ƏDV isə 12832,20 manat təşkil etmiş xx.xx.2019-cu il tarixli 187628 nömrəli elektron qaiməni isə Emil Əliyev adlı tanışı tərtib etmişdir. "xxxx" MMC-nin məlumatlarını da o, bildirdiyi üçün yəqin ki, müqaviləni də Emil özü tərtib etmişdir. Həmin müqavilənin, eləcə də elektron qaimənin tərtib edilməsindən onun heç bir iştirakı olmamışdır. Buna görə də, müqavilədə direktor Ş.Mustafayev adının qarşısında olan imzanın kimin tərəfindən icra edilməsini bilmir. Bütün sənədləşmə işləri başa çatdıqdan sonra xx.xx.2019-cu il tarixdə həmin şirkətlərin hesabına 200000 manata yaxın pul yüklənmişdir. O, İlham və Emin adlı şəxs bildirmişdir ki, ona qalan 2 % gəlirdən 1 %-ni onlara verəcək, hər şirkətin hesabına köçmüş ƏDV-dən isə onlar ona 5-10%-ni verəcəklər. Onlar da onun bu təklifini qəbul etmişlər. Bundan başqa xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin hesabına onun vasitəçiliyi ilə "xxxx" Firmasından da 54882 manat pul köçmüşdür. O, həmin şirkətin əvvəllər direktoru olmuş X4 tanımış, sonuncu ondan xahiş etmişdir ki, firmanın hesabında olan pulu nağdlaşdırmaqda ona köməklik etsin. O da aralarında olan dostluq münasibətinin xatirinə buna razılıq vermişdir. Bundan sonra "xxxx" firması ilə "xxxx" MMC arasında 19 dekabr 2019-cu il tarixli 27 nömrəli müqavilə tərtib etmişdir. Eləcə də həmin müqaviləyə istinadən 15 adda tikinti materiallarının alınmasına dair ümumi dəyəri 54882 manat, ƏDV-si 23157,84 manat təşkil etmiş xx.xx.2019-cu il tarixli 284709 nömrəli elektron qaimə tərtib etmişdir. Lakin dəqiq nə zaman, harada tərtib etdiyini xatırlamır, hazırda müqavilənin harda olmasını bilmir. Pullar köçürüldükdən sonra xx.xx.2019-cu il tarixdə axşam saatlarında o, tanışları Dərgah və İlhamla birlikdə "xxxx" ASC-nin Bakıxanov qəsəbəsində yerləşən Sabunçu filialına getmişdir. Zərərçəkmiş şəxs MMC-nin (hazırda QSC) "xxxx" ASC-də olan bank hesabından "xxxx" MMC-nin hesabına köçürülmüş 123766,45 manat puldan yalnız 30000 manatını Təqsirləndirilən şəxs2 şirkət direktoru kimi bankda olan kassa çekinə imza atıb hesabdan nağd şəkildə çıxartmış, qalan pulun nağdlaşdırılması mümkün olmamışdır. Bu səbəbdən də növbəti gün birlikdə yenidən banka gəlmiş, "xxxx" MMC-nin hesabında qalan digər pulları "xxxx" MMC və "xxxx" MMC adlı şirkətlərə köçürmüşlər. Pulun həmin şirkətlərə köçürülməsi üçün müqavilələri və elektron qaimələri dəqiq kimin tərtib etdiyini dəqiq xatırlamır. Həmin şirkətlər barədə məlumatı onlara bankda işləyən hansısa əməkdaş demiş və bildirmişdir ki, pulu həmin şirkətlərə köçürsünlər, onlar gətirib nağd pul verəcəklər. O, bu təkliflə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs2 bankda tərtib edilmiş sənədləri imzalamış, məhz bundan sonra pul həmin şirkətlərə köçmüşdür. Həmin şirkətin bir nəfər tanımadığı nümayəndəsi pulu sellofan paketdə gətirib İlhama vermiş, İlham da həmin pulu ona vermişdir. Xeyli müddət keçdiyi üçün paketdə dəqiq nə qədər pul olduğunu xatırlamır. Amma 100000 manatdan çox olmuşdur. Həmin puldan səhv etmirsə 1300-1400 manatını "xxxx" və "xxxx" MMC-lərin nağdlaşdırmada köməklik etmiş nümayəndəsinə xidmət haqqı kimi vermişdir. Eləcə də, həmin puldan Təqsirləndirilən şəxs2 olan 11000 manat borcunu ödəmişdir. Həm də Səxavətə olan 3500 manat borcunu və Dərgaha olan 2500 manat borclarını vermiş, sonra isə çıxıb getmişdir. Elə həmin gün 54882 manatı aparıb tam şəkildə Çingizə qaytarmış, o, pulu təmənnasız nağdlaşdırmış, buna görə ona pul verməmişdir. Qalan pulları hara xərclədiyini xatırlamır. Başqa heç kimə pul verməmişdir. Emin isə "xxxx" MMC-nin hesabına köçmüş 71000 manat pulu nağdlaşdırıb ona verməmişdir. Həmin pulları necə və hansı şəraitdə nağdlaşdırdığını da bilmir. Həmin günün səhərindən etibarən Tərlan onu axtarmağa, pulu tələb etməyə başlamışlar. Emin pulu atıb qaçdığı üçün o, həmin şəxsi tapa bilməmişdir. Bu səbəbdən də, Tərlan və tanışlarının onu incidə biləcəklərindən qorxub qaçaraq gizlənməyə başlamışdır. Hətta bir dəfə dəqiq xatırlamadığı tarixdə gecə saatlarında kafedən çıxan zaman Qalibin vasitəsi ilə özlərini kriminal aləmin nümayəndələri kimi təqdim edən şəxslər saxlayıb, pulları tələb etmişlər. O isə polisə məlumat verəcəyini deyib onları qorxudub, əllərindən qaçmışdır. Həmin vaxtdan bu günə qədər nə Tərlan, nə Qalib, nə də ki, başqa bir şəxslə görüşməmişdir. Onun Eminlə də heç bir əlaqəsi olmamışdır. O, yalnız "xxxx"-da olmuş, "xxxx" ASC-yə getməmiş, pulun həmin hesabdan necə çıxarıldığını, Eminin pulu kimlərlə əlbir olub nağdlaşdırdığını bilmir. O, yalnız Zərərçəkmiş şəxs MMC (hazırda QSC) tərəfindən "xxxx" MMC-nin hesabına köçmüş 123766 manat pulu ələ keçirmiş, sonradan həmin pulun əvəzində anasına məxsus evi şirkətə pulu qaytarmış Şahid4 adlı şəxsin adına keçirib vurduğu ziyanı ödəmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, başqa şəxsdən borc alaraq Təqsirləndirilən şəxs1 11000 (on bir min) manat borc vermiş, borc aldığı şəxs təkidlə ondan borcunu istədiyindən, o, Təqsirləndirilən şəxs1 borcunu geri qaytarmasını bildirdikdə, Təqsirləndirilən şəxs1 borcu qaytarmaq üçün ona müəssisəyə direktor olmağı təklif etmiş, o, müəssisəyə direktor təyin edildikdən sonra həmin müəssisə vasitəsilə pul nağdlaşdırılmasına dair müqavilə imzalanmaq nəzərdə tutulmuş, həmin müqavilə nəticəsində də Təqsirləndirilən şəxs1 əldə edəcəyi pul vəsaitləri vasitəsilə ona olan borcunu qaytaracağını demiş, bunun üçün də o, Təqsirləndirilən şəxs1 ilə razılaşmışdır. Daha sonra xarici görünüşünə görə keçəl, hündürboylu olan Tərlan adlı şəxs həmin müəssisəyə direktor təyin edilmək üçün onu notariusa göndərmiş, notariusda olarkən kişi cinsində olan başqa bir şəxs də gəlmiş, o, notariusda müəssisəyə direktor təyin edilmiş, daha sonra banka getmiş və adına hesab açılmışdır. Hazırki cinayət işi ilə əlaqədar direktoru olduğu müəssisənin hesabına köçürülmüş puldan 30000 (otuz min) manat məbləğində pul çıxarışı etmiş, bunu etməkdə məqsədi Təqsirləndirilən şəxs1 ona olan 11000 (on bir min) manat məbləğindəki borcunu geri qaytarmaq olmuş, nağddlaşdırılan pul vəsaitlərindən başqa gəlir və ya faizi əldə etməmiş, "xxxx" MMC-nin hesabında olan pulları çıxarıb sahiblərinə verdikdən sonra rayona getmiş, daha sonra Tərlan ona zəng edərək “Elite” ticarət mərkəzinin yaxınlığında görüşmək istədiyini bildirdiyindən, o da həmin əraziyə getmişdir. “Elite” ticarət mərkəzinin yaxınlığında Tərlan və başqa idmançı şəxslər onu zorla avtomobilə əyləşdirib “Kəmalə Nərmin” şadlıq sarayına aparmış, o, bu barədə prokurorluqda da məlumat vermişdir. “Kəmalə Nərmin” şadlıq sarayının kabinetində 4 nəfər şəxs onu döymüş, bundan sonra həmin şəxslər onu “Niva” markalı minik avtomobilinə əyləşdirib banka aparmış, bankdan 19000 (on doqquz min) manat məbləğində pul vəsaitini çıxarıb “Kəmalə Nərmin” şadlıq sarayına qayıtmışlar. O, ayaqyoluna getmək adı ilə çıxaraq oradan uzaqlaşmış və prokurorluq orqanlarına məlumat vermişdir. “Kəmalə Nərmin” şadlıq sarayına aparan şəxslər onu Bakı şəhərində yerləşən otellərdən birinə aparıb həmin şəxslərin pullarını qaytardıqdan sonra onu buraxmağı nəzərdə tutmuşlar. O, Tərlana tanımadığını, göstərişi ilə notariusa gedərək müəssisəyə direktor təyin edildiyini demişdir. O, "xxxx" MMC adlı müəssisəyə pul nağdlaşdırılmasından 7-10 gün əvvəl direktor təyin edilmiş, "xxxx" MMC daha əvvəl təsis edilmiş, o isə "xxxx" MMC-yə etibarnamə əsasında direktor təyin edilmişdir. Təqsirləndirilən şəxs2 həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 Səxavət adlı həmkəndlisi vasitəsilə tanımış, Təqsirləndirilən şəxs1 ilə bir neçə dəfə görüşmüş və aralarında dostluq münasibəti yaranmış, Təqsirləndirilən şəxs1 11000 (on bir min) manata ehtiyacı olmuş, o, qohumundan 11000 manat pul alaraq Təqsirləndirilən şəxs1 borc vermişdir. Həmin pulu Təqsirləndirilən şəxs1 2019-cu ilin əvvəllərində vermiş, "xxxx" MMCyə direktor təyin edilmək və həmin cəmiyyət vasitəsilə bağlanan pul nağdlaşdırılmalarına dair müqavilələrə Təqsirləndirilən şəxs1 ona olan borcunu geri almaq üçün qol çəkmişdir. Zərərçəkmiş şəxs QSC ilə pul nağdlaşdırılmasına dair müqavilə nəticəsində "xxxx" MMCnin hesabına 30000 (otuz min) manat pul köçürülməli olmuş, o, həmin müqaviləyə qol çəkmişdir. Onu “Kəmalə Nərmin” şadlıq sarayına aparan şəxslərin adları Tərlan, Qalib, sonuncunun qardaşı və adını dəqiq bilmədiyi, özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edən şəxs olmuş, həmin şəxslər onu “Kəmalə Nərmin” şadlıq sarayının kabinetində döymüş, o, bu barədə heç bir hüquq mühafizə orqanına şikayət etməmişdir. “Kəmalə Nərmin” şadlıq sarayında onu döyən şəxslər onu DTX-nın inzibati binasının yaxınlığına aparmış, Qalib onu DTX-nın inzibati binasına aparmağa ehtiyac olmadığını demiş, həmin ərazi DTX-nın 50-60 metr yaxınlığında yerləşmiş, indi bilmişdir ki, həmin şəxslər bu yolla onu qorxutmuşlar. “Kəmalə Nərmin” şadlıq sarayına aparılaraq döyülməsi barədə Sabunçu rayon prokurorluğunun Kamran adlı müstəntiqinə izahat vermiş, sənədlərdə həmin ifadənin yazılıb-yazılmadığını bilməmiş, sənədləri oxumaq qabiliyyəti olmadığına görə inanaraq, oxumadan imzalamışdır. "xxxx" MMC-nin təsisçisi başqa şəxs olmuş, həmin cəmiyyətə o, direktor təyin edilməmişdən əvvəl yaradılmış, "xxxx" MMC-yə Təqsirləndirilən şəxs1 təşəbbüsü və təklifi ilə direktor təyin edilmiş, notariusa Tərlanla getməmiş, "xxxx" MMC-yə direktor təyin edilmək üçün notariusa Tərlan zəng etdikdən sonra getmiş, o, "xxxx" MMC-nin təsisçisi olmamış, "xxxx" MMC-yə etibarnamə əsasında direktor təyin edilmiş, o, "xxxx" MMC ilə əlaqədar Dövlət Vergi Xidmətinə getməmiş, həmin cəmiyyətin nizamnamə kapitalına pul qoymamış, onu "xxxx" MMC-yə direktor təyin edən şəxsin adını dəqiq bilməmiş, o, 11000 (on bir) manat məbləğində olan borcunu qaytarmaq üçün bu işə girmiş, Zərərçəkmiş şəxs QSC ilə pul nağdlaşdırılmasına dair müqavilə nəticəsində 11000 (on bir min) manat əldə etmiş, "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar bankda pul nağdlaşdırılmasına dair sənədə qol çəkmiş, "xxxx" MMC-nin hesabında qalan digər pulların başqa şirkətin hesabına köçürülməsinə dair 4-5 ədəd sənədə qol çəkmiş, onun adına 6 dəfə şirkət açılmış, əvvəllər Cinayət Məcəlləsinin 221-ci və 315-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb dostlarının dava etməsi və onun həmin davada iştirak etməsi olmuş, Şamaxinkada yerləşən notariusda "xxxx" MMC-yə direktor təyin edilmiş, "xxxx" MMC-nin möhürünü ona Təqsirləndirilən şəxs1 vermiş, “Muğan” bankda olduğu zaman tanımadığı şəxs sellofan paketdə olan pulu Təqsirləndirilən şəxs1 verməmiş, həmin pullar Dərgah adlı şəxsə verilmiş, o, həmin pulların Dərgah adlı şəxsə verildiyini demiş, Zərərçəkmiş şəxs QSC ilə pul nağdlaşdırılmasına dair müqavilə nəticəsində "xxxx" MMC-nin hesabından 30000 (otuz min) manat pul çıxarışı edilmiş, sellofan paketdə olan pul "xxxx" MMC-nin hesabında qalan 93000 (doxsan üç min) manatdan artıq olan məbləğ olmuş, həmin 93000 manat başqa bir şirkətin hesabına köçürülmüş, həmin şirkətin hesabından 93000 manat çıxarılmış və həmin pul Dərgaha verilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2019-cu ilin əvvəllərindən həmkəndlisi Səxavət adlı şəxsə görə tanımışdır. Səxavət Ələddini həm qonşusu, həm də dostu kimi təqdim etmiş, bundan sonra aralarında münasibət yaranmışdır. Buna qədər onunla heç bir tanışlığı olmamışdır. O, Bakı şəhərinə gələndə Ələddin ilə zəngləşib, görüşürmüşlər. Ələddin ona özünü tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Geyimindən, idarə etdiyi maşınlardan görünmüşdür ki, maddi vəziyyəti yaxşıdır. Təxminən 2019-cu ilin iyun ayında Bakı şəhərində olan zaman Ələddin iş qurmaq üçün ondan 11000 manat borc pul istəmiş, o da arada olan dostluğa xatir həmin pulu qohumundan borc alıb Ələddinə vermişdir. Ələddin ona söz vermişdir ki, 1 aydan sonra pulu geri qaytaracaqdır. Lakin vəd etdiyi müddətdə pulu geri qaytarmadığı üçün aralarında narazılıq yaranmış və o, Ələddinin bu hərəkəti barədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmiş, onlar da öz növbələrində həmin ərizəni Xəzər Rayon Polis İdarəsinə göndərmişlər. Aradırma zamanı nə kimi qərar qəbul edildiyini bilməmişdir. Təxminən 2019cu ilin dekabr ayının 22-də Ələddin telefonla danışa zaman ona təklif etmişdir ki, hazırda adını xatırlamadığı şirkət var, onu həmin şirkətə direktor təyin etsin. Dediyinə görə həmin şirkətin hesabına pul köçəcəkdi, o da həmin puldan onun borcunu ödəyəcəkdir. O da borcunu qaytarması üçün buna razı olmuşdur. Bundan sonra Ələddin Bakıya gəlməyi üçün ona 100 manat pul göndərmiş və o, Bakı şəhərinə gəlmiş, Ələddinlə birlikdə “Şamaxinka” adlanan ərazidə yerləşən notariat ofisinə getmişlər. Orada bir nəfər tanımadığı şəxs alğı-satqı etməklə şirkəti onun adına rəsmiləşdirmişdir. Hətta sənədləşmə üçün rüsumu da Ələddin özü ödəmişdir. Bildiyinə görə bu işlərin tez icra edilməsini notariusdan Elnur adlı şəxs xahiş etmişdir. Lakin o, Elnuru görməmişdir. Bundan sonra Bakıxanov qəsəbəsində yerləşən "xxxx"-a gedib hesab açdırmış, həmin gün Bakıda qalıb, səhəri gün, yəni xx.xx.2019-cu İl tarixdə axşam saatlarında Ələddinlə birlikdə "MuğanBank”-ın Bakıxanov filialına getmişlər. Bankdan bildirmişlər ki, onun direktoru olduğu şirkətin hesabına 200000 manata yaxın pul köçmüşdür. Onlar həmin pulu tam şəkildə nağdlaşdırmaq istəsələr də, bankdan onlara bildirmişlər ki, yalnız 30000 manatı nağdlaşdıra bilərlər. Bankın əməkdaşları ilə Ələddin özü söhbət etdiyi üçün bunun səbəbini bilməmişdir. Ələddin buna etiraz etmədiyi üçün o, bankda tərtib edilmiş sənədləri imzalamış və şirkətin möhürü ilə təsdiq etdikdən sonra 30000 manat pulu nağdlaşdırılmışdır. Həmin vaxtı Səxavət özü də onlarla birlikdə banka gəlib, maşında gözləmişdir. Onun dediyinə görə Ələddinin Səxavətə də 3500 manat borcu olmuşdur. Onlar pulu götürüb çölə çıxandan sonra Ələddin həmin puldan ona 150 manat pul vermişdir ki, Bakı şəhərində qalsın, səhəri gün qalan pulu hesabdan çıxardıb ona olan 11000 manat borcunu ödəyəcəkdir. Bildiyinə görə həmin gün Səxavətə də 100 manat pul vermişdir. Bundan sonra Ələddin telefonda kiminləsə danışmış və ona bildirmişdir ki, səhəri gün yenidən banka gəlmək lazımdır. O da bu səbəbdən həmin gecəni Bakı şəhərində qalmış, avtovağzalda yerləşən “Kristal” oteldə gecələmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Səxavət, o və Ələddin yenidən həmin banka gəlmişlər. Bir müddət sonra Dərgah adlı şəxs də banka gəlmişdir. Bildiyinə görə Ələddinin həmin şəxsə də borcu olmuş, banka da Ələddinin dəvəti ilə gəlmişdir. Ələddin yenidən bank əməkdaşları ilə söhbət etmiş və bir qədər keçmiş bir nəfər tanımadığı şəxs banka gəlib əlində saxladığı sellofan paketdə olan külli miqdarda pulu Ələddinə vermişdir. Lakin o, pulun dəqiq məbləğini bilməmişdir. Onun direktoru olduğu şirkətin hesabında olan pulu isə səhv etmirsə həmin şəxsin hesabına köçürmüşdür. Dərgah onların yanlarında olsa da heç bir sənədə imza atmamış, bütün sənədləri şirkətin direktoru kimi özü imzalamışdır. Pulu Ələddinə gətirən şəxsin kim olduğunu da bilməmişdir. Ələddin pulu alandan sonra ona olan 11000 manat borcunu və Səxavətə olan 3500 manat borcunu qaytarıb Dərgahla birlikdə çıxıb getmişlər. Uşağının xəstəliyini nəzərə alıb Ələddin ona söz vermişdir ki, pulu tam şəkildə çəkəndən sonra ona da həmin puldan pay verəcəkdir. Lakin bankdan çıxandan sonra Ələddin ona bankın yanında gözləməyini tapşırıb çıxıb getmişdir. Bundan sonra ona nə qədər zəng vursa da, telefonu sönülü vəziyyətdə olmuşdur. O da məcbur qalıb rayona qayıtmışdır. Şirkətin möhürü və asan imza Ələddində olmuşdur. Bundan bir iki gün keçmiş Qalib adlı şəxs ona zəng vurub, Bakı şəhərinə dəvət etmiş, onlar “Elit” ticarət mərkəzinin həyətində görüşmüş və həmin vaxtı bir neçə şəxs onu maşına mindirib “Kəmalə Nərmin” restoranının həyətinə aparıb direktoru olduğu şirkətin hesabına yüklənmiş pulların taleyi ilə maraqlanmağa başlamışlar. Dediklərinə görə pullar onlara məxsus olmuş, Ələddin pulu nağdlaşdırıb, onlara verməli idi. O isə baş verənləri onlara tam şəkildə danışmış, bundan sonra birlikdə banka gedib video görüntülərə baxmışlar. Həmin vaxtı məlum olmuşdur ki, onun direktoru olduğu şirkətin hesabında 19000 manata yaxın pul var. Möhür onda olmadığı üçün pulu çıxarda bilməmiş, bundan sonra özünü Tərlan kimi təqdim edən şəxs harasa zəng vurub danışdıqdan sonra bankdan şirkətin möhürü olan sənədlərdən birini götürmüş və onlar birlikdə 3-cü MKR-da “NiEL” restoranının arxa tərəfində yerləşən avtomobil təmir sexinə getmiş, orada şirkətin möhürünün surəti çıxarılmış, sonradan Tərlan, Qalib və tanımadığı 2 nəfər şəxs birlikdə yenidən “Muğanbankın” Bakıxanov filialına gəlmişlər. Zəruri sənədləşmə aparıldıqdan sonra hesabda olan pul çıxarılmışdır. Pulun dəqiq məbləğini xatırlamır, pulu ya Qalib, ya da ki, Tərlan adlı şəxs götürmüşdür. Qalib adlı şəxs isə ona cəmi 20 manat yol pulu vermişdir ki, rayona qayıtsın. Bundan sonra rayona qayıtmış, həmin vaxtdan etibarən onu axtaran olmamışdır. Yalnız bir dəfə Vergi Cinayətlərinin X1b şirkətin vergi borcu ilə bağlı ifadə vermiş, sonradan həmin borcun bağlanıb-bağlanmadığını, borcun məbləğini də bilmir. Başqa heç bir məlumatı yoxdur. "xxxx" və "xxxx" MMC-lərin nə zaman, kimin tərəfindən təsis edilməsi barədə heç bir məlumatı yoxdur. Ələddinin təklifi ilə şirkətin direktoru olmuşdur. Heç şirkətin adını da bilmir. Yuxarıda da qeyd etdiyi kimi Ələddinin ona borcu olmuş, bu səbəbdən də direktor olmağa razılıq vermişdir ki, hesaba pul köçəndən sonra borcunu qaytarsın. Hazırda həmin şirkətin fəaliyyətdə olub-olmadığını da bilmir. Hazırda şirkətin möhürlərinin harada və kimdə olduğunu bilmir. Pul köçürmələrlə bağlı onda heç bir sənəd, sms yazışmaları qalmamışdır. "xxxx" MMC (hazırda QSC) barədə heç bir məlumatı yoxdur. Həmin şirkət tərəfindən "xxxx" və "xxxx" MMC- nin bank hesablarına hansı məqsədlə pul köçürüldüyünü bilmir. O, banka Ələddinin tapşırığı ilə gəlmiş, məqsədi ona olan borcunu qaytarması olmuşdur. Uşağı xəstə olmuş, Ələddin ona söz vermişdir ki, borcundan əlavə də ona maddi köməklik edəcəkdir. Dediyinə görə həmin pullar özünə məxsus olmuş, gördüyü işin müqabilində ona pul köçürülmüşdür. Ələddin ona həmin pulların özünə məxsus olduğunu demiş, pulun başqa bir şirkətə məxsus olmasından xəbəri olmamışdır. "xxxx" MMC-nin hesabın xx.xx.2019-u il tarixdə Zərərçəkmiş şəxs MMC-dən (hazırda QSC) 123766,45 manat, xx.xx.2019-cu il tarixdə Rezonans Firmasından 54882 manat, xx.xx.2019-cu il tarixdə “Kaizen MMC-dən 6.308.79 manat, xx.xx.2019-cu il tarixdə "Elektrogas” MMC- dən 12.885 manat pu! vəsaitinin köçürülməsi ilə bağlı qeyd etmişdir ki, həmin MMC-lərin heç birini tanımır, MMC-lər tərəfindən "xxxx" MMC-nin hesabına həmin pulların hansı məqsədlə köçdüyünü bilmir. "xxxx" MMC-nin hesabından xx.xx.2019-cu il tarixdə 30000 manat çəkilərək nağdlaşdırılmışdır. xx.xx.2019cu il tarixdə 98788 manat "xxxx" MMC-nin hesabına, xx.xx.2019-cu il tarixdə 49.400 manat "xxxx" MMC-nin hesabına, xx.xx.2019-cu il tarixdə 12.00 manat "xxxx" MMC-nin hesabına, xx.xx.2019-cu il tarixdə isə 7194 manat pul vəsaitinin "xxxx" MMC-nin hesabına köçürülməsi ilə əlaqədar bildirmişdir ki, hesabda 19000 manata yaxın pul olduğunu eşidən kimi Tərlangil bildirmişlər ki, həmin pulu dərhal nağdlaşdırmaq lazımdır. Əks halda Ələddin həmin pulları da hesabdan çıxardıb ələ keçirəcəkdir. O da onların tələbi ilə bankda tərtib edilmiş sənədləri imzalamış, pullar başqa hesaba köçmüşdür. Bu işdə ona cəmi 270 manat pul verilmiş, həmin pulun 100 manatını Ələddin vermişdir ki, Bakı şəhərinə gəlsin, pulu bankda nağdlaşdırandan sonra 150 manat pul vermişdir ki, Bakıda oteldə gecələyə bilsin, 20 manat pulu isə Qalib adlı şəxs vermişdir ki, rayona qayıtsın. 11000 manat isə Ələddinin ona olan borcu olmuş, o, həmin pulu bankda sənədləri imzalayan zaman Səxavətə verib getmişdir. Ona təqdim olunan "xxxx" MMC ilə Zərərçəkmiş şəxs MMC (hazırda QSC) arasında bağlanmış 18 dekabr 2019-cu i! tarixli 024/2019 nömrəli Xidmət Müqaviləsi ilə tanış olub bildirmişdir ki, həmin müqavilənin nə zaman, kimin tərəfindən və harada tərtib edilməsini bilmir. Həmin müqavilədə adının qarşısında olan imzanı o çəkməmiş, onun əvəzindən kimin həmin müqviləyə imza atmasından xəbəri yoxdur. Onun yadındadır ki, Ələddin ilə birlikdə notariat kontoruna gedən zaman şirkətin direktoru təyin edilməyi ilə bağlı sənədləri imzalamış, sonra isə birlikdə "xxxx" ASC-nin Bakıxanov filialına gəlib hesab açdıran zaman bankdan ona təqdim olunmuş sənədləri imzalamışdır. Lakin dəqiq olaraq hansı sənədlər olmasını xatırıləmır. xx.xx.2019-cu il tarixdə bankda 30000 manat pulu nağdlaşdıran zaman və ondan bir gün sonra hesabda qalmış qalan pulu başqa şirkətlərin hesabına köçürən zaman da yalnız bank əməkdaşlarının ona təqdim etdikləri bank sənədlərini imzalamışdır. Zərərçəkmiş şəxs MMC-nin (hazırda QSC) "xxxx" MMCdən guya elektrik avadanlıqları alması ilə bağlı sistemə işlənilmiş elektron qaimələri də kimin tərtib etdiyini bilmir. Bu işlərə Təqsirləndirilən şəxs1 özü rəhbərlik etmiş, yəqin ki elə onun özü tərəfindən tərtib edilmişdir. Yadındadır ki, onlar bankda olan zaman hesabda qalan pulu nağdılaşdıra bilməmişlər. Həmin vaxtı Ələddin bankda kiminləsə söhbət etdikdən sonra bir nəfər hündür boylu maddi cəhətdən imkanlı olan şəxs banka gəlib Ələddinlə salamlaşmışdır. Onlar kənara çəkilib öz aralarında nəsə söhbət etdikdən sonra onun direktoru olduğu şirkətin hesabında qalan pullar "xxxx" və "xxxx" MMC-lərin hesabına köçürülmüşdür. Həmin şəxs isə əlində saxladığı sellofan paketdə olan nağd pulu ona vermişdir. O, pula baxmadığı üçün dəqiq məbləğini bilməmiş, öz növbəsində həmin pulu aparıb Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Banka gəlmiş həmin şəxsi tanımır, əvvəllər görməmiş, onun anket məlumatlarını bilmir. Həmin şəxs ona heç bir müqavilə təqdim etməmiş, hər hansı bir sənədi imzalatmamışdır. O, yalnız bank əməkdaşlarının köçürmə ilə bağlı ona verdikləri sənədləri imzalamışdır. Həmin şirkətlərlə "xxxx" MMC arasında nə kimi müqavilənin bağlanmasından, elektron qaimələrin tərtib edilibedilməməsindən da xəbəri olmamışdır. O, bu əməliyyatların hesabda olan pulun nağdlaşdırılması məqsədi ilə icra edilməsini bilmişdir. Bunun məsuliyyətini də dərk etmişdir. Sadəcə Ələddin ona olan borcunu qaytarmadığı üçün pis vəziyyətdə qalmış, çünki özü də həmin pulu ona kimdənsə borc alıb vermişdir. Buna görə də nağdlaşdırma ilə bağlı sənədlərə imza atmağa razılıq vermişdir ki, Ələddin onun pulunu versin. Ələddin ona həmin pulların özünə məxsus olduğunu demiş, başqa şirkətə məxsus olmasını bilsəydi, bu işə razılıq verməzdi. O, özü də bu hadisələrdən sonra Ələddinə inanmasından çox peşmançılıq keçirir. Bu işdə heç bir gəliri olmamış, Ələddin yalnız ona olan 11000 manat borcunu qaytarmışdır. Ona öz borcundan başqa əlavə maddi köməklik edəcəyini desə də, yalnız borcunu qaytarıb çıxıb getmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, o təxminən 2017-ci ildən tikinti sahəsində fəaliyyət göstərən Zərərçəkmiş şəxs MMC-nin (hazırda QSC) hüquqşünası işləyir. Onda olan məlumata görə həmin müəssisə ilkin olaraq xx.xx.2012-ci il tarixdə "xxxx" MMC adı ilə dövlət qeydiyyatına alınmış, təsisçisi X22, hüquqi ünvanı isə Goranboy rayonu, Şəfəq kəndi olmuşdur. 13 iyul 2018-ci il tarixdə X14 38 saylı notariat kontorunda bağlanmış alğı-satqı müqaviləsi əsasında həmin MMC-ni Camal Bayramovdan almış, xx.xx.2019-cu il tarixdə MMC-nin adı Zərərçəkmiş şəxs olaraq dəyişdirilmiş, hüquqi ünvan isə Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi ev 8 ünvanı olmuşdur. xx.xx.2020-ci il tarixdə isə Yaşar Əliyev aralarında bağlanmış alğı-satqı müqaviləsinə əsasən özü də MMC-ni X2. xx.xx.2020-ci il tarixdən Zərərçəkmiş şəxs MMCnin təşkilati hüquqi forması dəyişdirilərək Zərərçəkmiş şəxs QSC-nə çevrilmişdir. Zərərçəkmiş şəxs QSC tikinti sahəsində göstərir. Fəaliyyətdə olduğu müddət ərzində dövlət qurumları tərəfindən elan edilmiş tenderlərdə qalib gələrək Bakı şəhəri, eləcə də ölkənin digər rayonlarında tikinti və quraşdırma işlərini həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs QSC-dən "xxxx" və "xxxx" MMC-lərin hesabına pul köçürülməsi ilə bağlı onu göstərmişdir ki, həmin dövrdə cəmiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elan edilmiş tenderdə qalib olaraq Bakı şəhəri, eləcə də Şəmkir rayonunda X18 təmiri işlərini icra etmişdir. Bu səbəbdən, elektrik malları və məişət avadanlıqlarının alınmasına zərurət olduğu üçün cəmiyyətin direktoru və əməkdaşları Dərnəgül bazarına getmiş, malların alınması ilə bağlı adını bilmədiyim bir şəxslə razılaşdıqdan, həmin şəxs bazar qiymətinə uyğun qiymətlər çıxatdıqdan, müəssisənin rəhbərliyini həmin qiymətlər qane etdikdən sonra 10 dekabr 2019-cu il tarixdə "xxxx" MMC ilə məişət avadanlıqlarının, 18 dekabr 2019-cu il tarixdə "xxxx" MMC ilə elektrik mallarının Zərərçəkmiş şəxs MMC-yə (hazırda QSC) çatdırılmasına dair xidmət müqavilələri bağlanmış, həmin müqavilələri göstərilən şirkətlərin nümayəndələri tərtib edib imzaladıqdan sonra onların ofisinə gətirilmiş, Yaşar Əliyev də Zərərçəkmiş şəxs MMC (hazırda QSC) direktoru kimi müqaviləyə imza atmışdır. Bundan sonra malları təhvil verməyi öz öhdəsinə götürmüş həmin şəxs tələb etmişdir ki, malların pulunu avans olaraq "xxxx" MMC-nin "xxxx" ASC-də olan Bakıxanov filialına, "xxxx" MMC-nin "xxxx" ASC- nin Sahil filialında olan hesablarına köçürsünlər ki, sifariş verdikləri malları çatdırsınlar. xx.xx.2019-cu il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs MMC-nin (hazırda QSC) “Turanbankda” olan bank hesabından "xxxx" MMC-nin "xxxx"-da olan AZ19MUGA**********10790AZM18 nömrəli hesabına 123766,45 və ƏDV kimi 22227,96 manat, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ17AMRA**********0002A40060 nömrəli bank hesabına isə 71290 manat və ƏDV kimi 12832,20 manat pul köçürülmüşdür. Pullar köçürülsə də, 10-15 gün ərzində malların çatdırılması təmin edilmədiyi üçün MMC-nin direktoru həmin şəxsdən pullarını tələb etmiş, bir müddət sonra onlar da gətirib pulu müəssisəyə qaytarmışlar. Malların hansı səbəbdən çatdırılmamasından dəqiq məlumatı yoxdur. Hətta vergi yoxlaması zamanı Zərərçəkmiş şəxs MMC-yə bu əməliyyata görə külli miqdarda vergi cəriməsi yazılmışdır. O, pulları şirkətə kimin gətirib qaytardığını da bilmir. Şəxsən özü Emin adlı şəxsi tanımır, bu işlərdə həmin şəxsin nə kimi iştirakının olmasından xəbəri yoxdur. O, bu pulların sırf elektrik avadanlıqlarının alınması məqsədi ilə köçürüldüyünü bilir. Zərərçəkmiş şəxs MMC (hazırda QSC) heç vaxt pul nağdlaşdırma fəaliyyəti ilə məşğul olmamışdır. Bəlkə də, həmin dövrdə mal almaq istədikləri mağaza pulu nağdlaşdırmaq üçün belə bir fəaliyyətlə məşğul olan "xxxx" və "xxxx" MMC-lərin hesab nömrəsini müəssisənin nümayəndələrinə vermişdir ki, pulu həmin şirkətlərə köçürsünlər. Təqsirləndirilən şəxs1 və Şahid4 tanımır, kiminsə pulları dələduzluq yolu ilə ələ keçirməsindən xəbəri yoxdur. Şirkət pulları mal almaq üçün köçürmüş, lakin mal gəlib çıxmadığı üçün həmin şəxs gətirib pulu geri qaytarmışdır. Hazırda baş vermiş hadisədən xeyli müddət keçdiyindən, həmin dövrdə işləmiş mühasiblər işdən çıxdıqlarından dəqiq olaraq nələrin baş verdiyini bilən yoxdur. Şirkətin köçürülmüş pullarla bağlı heç kimdən şikayəti tələbi yoxdur, dəymiş maddi ziyan sonradan tam şəkildə geri qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Təvəkkül oğlu məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 ona 3500 (üç min beş yüz) manat pul borcu olsa da, Təqsirləndirilən şəxs1 həmin məbləği ödəməkdən yayınmış, 25-26 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 onu banka dəvət edib ona 3500 (üç min beş yüz) manat pul vermişdir. O, Təqsirləndirilən şəxs1 pulunu aldıqdan sonra bankı tərk etmişdir. O, bankda olarkən Təqsirləndirilən şəxs1 mobil telefonunda internet paketi bitdiyindən sonuncu onun mobil telefonunu alıb həmin mobil telefon vasitəsilə bilmədiyi əməliyyatlar həyata keçirmişdir. Şahid3 Təvəkkül oğlu həmçinin bildirmişdir ki, o, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəni təsdiq etmiş, Təqsirləndirilən şəxs1 ona 3500 manat pul verən zaman əlavə olaraq da 11000 (on bir min) manat pul vermiş və həmin 11000 manat pulu Təqsirləndirilən şəxs2 çatdırmağını xahiş etmiş, o da Təqsirləndirilən şəxs1 xahişini yerinə yetirmişdir. Təqsirləndirilən şəxs1 ona vermiş olduğu 3500 manat və 11000 manat olmaqla, ümumilikdə 14500 (on dörd min beş yüz) manat pulun mənbəyi barədə onda məlumat olmamışdır. Təqsirləndirilən şəxs2 nədə təqsirləndirilməsi hazırda da ona məlum olmamış, onun heç bir zaman hər hansısa bir hüquqi şəxslə əlaqəsi olmamış, habelə Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 bu və ya digər şəkildə hüquqi şəxslərlə maliyyə əməliyyatları aparmış olmaları barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-ni əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs1 7-8, Şahid1 isə 1-2 ildir ki, tanımışdır. O, Təqsirləndirilən şəxs1 pul köçürmələri ilə məşğul olduğunu bilmiş, o və Şahid1 birgə şəkildə “Elite” ticarət və əyləncə mərkəzində mövcud olan havalandırma və kondisioner sistemlərinin texniki dəstəyi ilə məşğul olmuş, ofisləri “Elite” ticarət və əyləncə mərkəzində yerləşmişdir. Bir gün Şahid1 ona pul köçürməsi ilə bağlı bir işinin olduğunu və həmin işi təkbaşına görə bilmədiyini bildirərək ondan bu sahə üzrə tanışının olub-olmadığını soruşmuş, o da Təqsirləndirilən şəxs1 mobil telefon nömrəsini Şahid1 verərək Şahid1 Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. O, Şahid1la Təqsirləndirilən şəxs1 arasında olan söhbətdə iştirak etməmiş, sadəcə olaraq Şahid1la Təqsirləndirilən şəxs1 tanış etmişdir. O, Şahid1la Təqsirləndirilən şəxs1 tanış etdikdən sonra Şahid1la Təqsirləndirilən şəxs1 görüşüb nəyinsə alğı-satqısını həyata keçirmişlər. Daha sonra, saat 02:30 radələrində Şahid1 ona zəng edərək Təqsirləndirilən şəxs1 pul mədaxil etmiş olduğunu bildirmiş və saat 10:00 radələrində özü, Təqsirləndirilən şəxs1 və onunla birgə “Şırşır” restoranında yemək yedikdən sonra banka gedib pul çıxarmağı təklif etmişdir. Saat 10:00 radələrində o və Şahid1 “Şırşır” restoranında görüşmüşlər, lakin həmin vaxt Təqsirləndirilən şəxs1 görüşə gəlməmişdir. Təqsirləndirilən şəxs1 zəng edilmiş və Təqsirləndirilən şəxs1 yatıb qalmış olduğunu bildirərək birazdan gələcəyini söyləmişdir. Həmin vaxt Şahid1 ona Təqsirləndirilən şəxs1 özünə qarşı dələduzluq edə biləcəyi ehtimalına dair fikrinin olduğunu da bildirmişdir. Bir neçə müddət sonra Təqsirləndirilən şəxs1 yenə zəng edilmiş və Təqsirləndirilən şəxs1 bu səfər artıq “Şırşır” restoranına döndüyünü iddia edərək “Dərnəgül” istiqamətində olduğunu bildirmiş və yubanmasına səbəbin yol-patrul xidmətinin polis əməkdaşları tərəfindən saxlanılması olduğunu söyləmişdir. Bu söhbətdən də təxmini olaraq 30 (otuz) dəqiqə sonra Təqsirləndirilən şəxs1 zəng edilmiş və Təqsirləndirilən şəxs1 mobil telefonu həmin vaxt sönülü olmuşdur. Bundan sonra Şahid1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs1 tərəfindən özünün pulunun mənimsənilmiş olması barədə şikayət etmiş, Təqsirləndirilən şəxs1 Şahid1 mənimsəmiş olduğu pulun məbləğini Şahid1 ona bildirməmiş, daha sonra o, bankın qeydə almış olduğu videogörüntülərini əldə edərək ibtidai istintaqa təqdim etmişdir. Həmin videogörüntülərdə Dərgah adlı bir şəxs və Təqsirləndirilən şəxs2 əks edilmiş, Təqsirləndirilən şəxs1 yoxa çıxmasından 07 (yeddi) gün sonra Şahid1 təsadüf əsnasında bir gecə klubunun qarşısında Təqsirləndirilən şəxs1 minik avtomobilində əyləşmiş bir şəkildə görüb tutmuş, həmin vaxt Təqsirləndirilən şəxs1 yanında Təbriz adlı bir şəxs də olmuş, bu zaman Təqsirləndirilən şəxs1, Şahid1 və Təbriz adlı şəxs söhbət etmiş, Şahid1la Təbriz adlı şəxs Təqsirləndirilən şəxs1 “Bundan sonrası artıq bizlikdir” söyləmişlər. Lakin bu söhbətdən sonra Təqsirləndirilən şəxs1 yenə yoxa çıxmış və Şahid1 Təqsirləndirilən şəxs1 almalı olduğu pulu, yəni 500000 (beş yüz min) manatı ondan tələb etməyə başlamışdır. Bundan sonra Şahid1 tərəfindən müxtəlif tipli hədə-qorxular gəlməyə başlamış, o, Təqsirləndirilən şəxs1 Şahid1 mənimsəmiş olduğu pulun məbləğini indiyədək öyrənə bilməmiş, o hətta bununla bağlı bankın filial müdiri olan Ceyhun adlı şəxsə də müraciət etmiş, lakin Ceyhun adlı şəxs kommersiya sirri adı ilə həmin məlumatı ona verməmişdir. Onda olan məlumata görə, Təqsirləndirilən şəxs1 Şahid1 mənimsəmiş olduğu pulu biri "xxxx" ASC, bir digəri də adını xatırlamadığı bir bank olmaqla, iki bank vasitəsilə həyata keçirmişdir. O hətta Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin rəisi olan Sadiq adlı polis əməkdaşı ilə birgə Təqsirləndirilən şəxs1 yaşadığı evə də getmiş, bundan sonra Səbail Rayon Polis İdarəsinin 1-ci Polis bölməsində xidmət edən və Təqsirləndirilən şəxs1 tanışı olan bir polis əməkdaşı vasitəsilə sonuncu tapılaraq Sabunçu Rayon Prokurorluğunda aparılan ibtidai istintaqa cəlb edilmişdir. Şahid1la Təqsirləndirilən şəxs1 arasında olan maliyyə əməliyyatlarından ona heç bir pul çatmamış, əksinə Təqsirləndirilən şəxs1 maddi vəziyyəti pis olduğundan dolayı Təqsirləndirilən şəxs1 200 (iki yüz) manat və 300 (üç yüz) manat olmaqla, ümumilikdə 500 (beş yüz) manat borc pul vermişdir. Şahid2 həmçinin bildirmişdir ki, o, Şahid1 Təqsirləndirilən şəxs1 ilə birgə nə kimi pul köçürmələri etmək istədiyini bilməmiş, lakin Şahid1 özü də pul köçürmələri ilə məşğul olmuşdur. Şahid1 Təqsirləndirilən şəxs1 ilə keçirmiş olduğu görüşlərə onu da aparmasına səbəb Təqsirləndirilən şəxs1 Şahid1la tanış edən şəxsin o olması olmuşdur. O, Təqsirləndirilən şəxs2 bankın filial müdiri olan Ceyhun adlı şəxs vasitəsilə tanımış, o, Ceyhun adlı şəxsə müraciət edən zaman Ceyhun adlı şəxs Təqsirləndirilən şəxs2 mobil əlaqə nömrəsini ona vermiş və o, Təqsirləndirilən şəxs2 zəng etmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 özü, Təqsirləndirilən şəxs1, Dərgah adlı şəxs və Şahid3 olmaqla, 4 nəfər şəxs tərəfindən bankdan pul çıxarmış olduqlarını etiraf etmişdir. Şahid3 sürücü olmuş, onda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “şirinlik” qismində pul vermiş olması barədə məlumat olmamış, onda Təqsirləndirilən şəxs1 Şahid1 maddi ziyanı qaytarıb-qaytarmaması barədə məlumat olmamış, onun hazırda Şahid1la heç bir əlaqəsi olmamış, onun Şahid1la dalaşmasına səbəb sonuncunun onu hüquq-mühafizə orqanlarına şikayət etməsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-ni əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, bir gün Zülfüqar adlı şəxsdən şirkəti üçün 120000 (yüz iyirmi min) manat dəyərində elektrik malları almış, bu vaxt o, Zülfüqar adlı şəxsə 120000 manatı bank transferi vasitəsilə ödəmiş, lakin sonradan almış olduğu elektrik malları ona gəlib çatmamış, bu zaman o, Zülfüqar adlı şəxsdən ödəmiş olduğu 120000 (yüz iyirmi min) manatı geri tələb etmiş, lakin Zülfüqar adlı şəxs ona 120000 manatın artıq özündə olmadığını bildirmişdir. Daha sonra Sabunçu rayon prokurorluğu sözügedən 120000 manatın Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etmişdir. Şahid4 həmçinin bildirmişdir ki, o, 120000 (yüz iyirmi min) manat dəyərində olan elektrik mallarını əldə edə bilməmiş, ödədiyi 120000 (yüz iyirmi min) manat hələ də ona qaytarılmamış, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəni təsdiq etmiş, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 ilk dəfə Sabunçu rayon prokurorluğunda görmüş, Təqsirləndirilən şəxs1 ona vermiş olduğu vədə görə, Təqsirləndirilən şəxs1 ona qaytarmalı olduğu 120000 manatın əvəzinə mənzil verməli olmuş, lakin günün bu günü sözügedən mənzil ona hələ də təhvil verilməmiş, onda sözügedən vədi təsdiq edən müqavilə də mövcud olmuşdur. O, Təqsirləndirilən şəxs1 ilə görüşmüş, hazıradək ona cəmi 4000-6000 (dörd-altı min) manat pul qaytarılmış, həmin pulları ona Təqsirləndirilən şəxs1 anası qaytarmışdır. Təqsirləndirilən şəxs1 ilə arasında müqavilə imzalanmış, həmin müqaviləyə əsasən, əgər Təqsirləndirilən şəxs1 ona 120000 (yüz iyirmi min) manatı qaytarmazsa, bu halda Təqsirləndirilən şəxs1 sahib olduğu mənzilin onun adına keçməsi razılaşdırılmışdır. Hazırda sözügedən mənzilin kommunal ödənişlər üzrə abunə kodları onun adına olsa da, sözügedən mənzildə hələ də Təqsirləndirilən şəxs1 ailə üzvləri yaşamışlar. Təbriz adlı şəxs 120000 manat dəyərində olan elektrik mallarını özü tərəfindən hansı hüquqi şəxs üçün alınmalı olduğunu xatırlamamışdır. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin dekabr ayında X19 adında tanışı ona müraciət edərək bildirmişdir ki, bir şirkət var, həmin şirkətin hesabında 230000 manat pul var, onlar həmin pulu guya mebel alacaqları adı ilə nağdlaşdırmaq istəyirlər. Zülfüqar bu işdə ona kömək etməyini ondan xahiş etmiş və bildirmişdir ki, nağdlaşdırma baş tutacağı təqdirdə xidmət haqqı kimi ƏDV-dən 500 manat pul verəcəkdir. O, Zülfüqarı 2017-ci ildə “Elite” ticarət mərkəzində işlədiyi müddətdə ora gəlib-gedən şəxs kimi tanımış, onun özü də əvvəllər pul nağdlaşdırma fəaliyyəti ilə məşğul olmuşdur. O, bu işə razılıq vermiş və pulu nağdlaşdırmaq üçün şirkət axtarmağa başlamışdır. Bu məqsədlə pul nağdlaşdırma fəalliyyəti ilə məşğul olan 2018-ci ildən “Elite” ticarət mərkəzindən tanıdığı Qalib adlı tanışına zəng vurmuş, sonuncu da öz növbəsində onu Ələddin adlı dostu ilə tanış etmişdir. O, Ələddin adlı şəxsi əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. Zülfüqar və Qalib ilə münasibəti yaxşı olmuş, bu illər ərzində aralarında heç bir narazlıq olmamışdır. Buna baxmayaraq heç vaxt onlarla pul nağdlaşdırma işi görməmişdir. O, Qalib və Ələddin “Elite” ticarət mərkəzinin həyətində olan “Qonaq” kafesində görüşmüş, Ələddin ona bildirmişdir ki, şirkətləri var, həmin şirkətlər vasitəsi ilə pulu nağdılaşdıra bilər. Qalib özü də Ələddini bir neçə illərdir ki, bu işlə məşğul olan şəxs kimi tanıdığını, sonuncunun pulu nağdlaşdırmasına özünün cavabdeh olduğunu demişdir. O, Qalibin sözlərinə inanıb Ələddinin Qalibə, Qalibin isə ona göndərdiyi şirkətlərin rekvizitlərini, elektron qaimələri, Ələddinin adını bildirdiyi şirkətlərlə, pulu köçürəcək şirkət arasında bağlanmış möhürlü və imzalı skan edilməklə PDF formatında olan müqavilələri “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Zülfüqara göndərmişdir. Bildiyinə görə həmin müqaviləni və elektron qaimələri Ələddin özü tərtib etmiş, lakin harada və nə zaman tərtib etdiyini, müqaviləyə kimlərin imza atdıqlarını da bilmir. Sonradan bildiyinə görə Zülfüqar da öz növbəsində həmin rekvizitləri ona müraciət etmiş Vasif adlı şəxsə göndərmişdir. xx.xx.2019-cu il tarixdə 230000 manat pulu ƏDV ilə birlikdə Ələddinin onlara rekvizitlərini göndərdiyi "xxxx" və "xxxx" adlı MMC-lərə pul köçürülmüşdür. Bildiyinə görə həmin pulun 123000 manatı "xxxx" MMC-yə, 75000 manatı isə “Belsund" MMC-yə köçürülmüşdür. Bundan başqa onun vasitəçiliyi ilə Baraton MMC-nin “Muğanbank" ASC-də olan hesabına "xxxx" MMC-dən 6308,79 manat, "xxxx" MMC-dən 12885 manat pul köçürülmüşdür. Xatırladığı qədəri ilə həmin şirkətlər köçürmə yolu ilə Dərnəgül bazarında yerləşən mağazalardan müxtəlif elektrik avadanlıqları almış, o da öz növbəsində pulu köçürmələri üçün Ələddinin verdiyi hesab nömrəsini onlara göndərmişdir. Pullar köçürüləndən sonra Zülfüqar qəbzləri ona, o isə Qalib adlı şəxsə göndərmişdir. Onların danışığına görə pul səhəri gün hesabdan çıxarılaraq ona təhvil verilməli idi. Səhəri gün saat 10-da o və Qalib “Şırşır” restoranına gedib Ələddin adlı şəxsi gözləməyə başlamış, hətta Qalib Ələddinə zəng vurmuş, Ələddin bankdan çıxdığını, tez bir zamanda gətirib pulu təhvil verəcəyini demişdir. Bir neçə saat keçsə də, onlar onun gəlmədiyini görüb yenidən Ələddin adlı şəxsə zəng vurmuşlar. Lakin Təqsirləndirilən şəxs1 telefonu sönülü vəziyyətdə olmuşdur. Onlar axşama qədər Təqsirləndirilən şəxs1 gözləsələr də, Ələddin gəlib çıxmamış, bundan sonra Qalib bildirmişdir ki, evinə gedib Ələddini tapacaqdır. Növbəti gün Qalibin tanışlarının köməkliyi ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "xxxx"-ın Sabunçu filialına gedib müdir ilə görüşmüş, sonra isə onun köməkliyi ilə video müşahidə kamerası vasitəsi ilə qeydə alınmış görüntülərə baxan zam İlham, Dərgah və Ələddin adlı şəxslərin banka gəldiklərini, kassadan pulu Dərgahla, Ələddinin götürdüklərini, İlhamın isə şirkət direktoru kimi sənədləri imzaladıqlarını görmüşdür. Hətta həmin görüntüləri Qalib telefonuna da çəkib, özündə saxlamışdır. Elə həmin günün səhərindən etibarən Zülfüqar və Vasif adlı şəxslər ondan pulu tələb etməyə başlamışlar. Hətta onu və Qalibi “Ay işığı” restoranına dəvət etmişlər, üstlərinə kriminal aləmin adamlarından çağırıb pullarını tələb etməyə başlamışlar. Onlar isə həmin şəxslərə başa salmışlar ki, pulu onlar götürməmiş, pulu Ələddin adlı şəxs götürüb onlara qaytarmamışdır. Onlar həmin şəxslərə də söz vermişlər ki, Ələddini tapıb onlara təhvil verəcəklər. Hətta Qalib "xxxx" MMC-nin direktoru İlham adlı şəxsi də tapmış və onlar görüşən zaman İlham bilmişdir ki, həqiqətən də pulu hesabdan Ələddin adlı şəxs çəkib, onun özünə uşağının xəstə olmasını nəzərə alıb səhv etmirsə müəyyən məbləğdə pul vermişlər. Lakin dəqiq məbləğini bilməmişdir. İlhamın dediyinə görə puldan 30000 manatı nağd şəkildə kassadan çəkilmiş, qalan hissəsini isə başqa bir şirkətin hesabına köçürüb nağdlaşdırmışdır. Lakin həmin şirkətin adını bilməmişdir. Səhv etmirsə, xx.xx.2019-cu il il tarixdə o, Qalib və İlham adlı şəxs birlikdə "xxxx" ASC-nin Bakıxanov filialına gəlmişlər. Həmin vaxt hesabda 19000 manat pulun qaldığını görmüş, lakin "xxxx" MMC-nin möhürü və “Asan imza” İlhamda olmadığı üçün pulu çıxara, nədə ki, geri qaytara bilməmişlər. Bundan sonra onlar birlikdə 3-cü MKR-da “Niel” restoranının arxa tərəfində yerləşən avtomobil təmir sexinə getmiş, orada şirkətin möhürünün surətini çıxartmış, sonradan yenidən birlikdə "xxxx" ASC-nin Sabunçu filialına gəlmişlər. Zəruri sənədləşmə aparıldıqdan sonra hesabda olan 19174 manat pulu atası Hüseyn Bayramovun faktiki rəhbərlik etdiyi “Emkor LTD" MMC-nin "xxxx" ASC-nin başqa bir filialında olan hesabına 7194 manat və "xxxx"-nin "xxxx" ASC-nin başqa bir filialında olan hesabına 12000 manat köçürmüşlər. Sonradan atası həmin pulları çıxardıb ona vermiş, o isə öz növbəsində "xxxx" MMC və "xxxx" MMC-nin nümayəndələrinə təhvil vermişdir. Səhv etmirsə, o və Qalib sonrakı günlərdə pul sahiblərinə bildirmişlər ki, gedib birlikdə Ələddin adlı şəxsin əməlləri barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəsmi şikayət etsinlər. Lakin onlar buna razı olmamışlar. xx.xx.2022-ci il tarixdə Qalib gecə saatlarında Ələddinin yerini müəyyən edib onu Təbriz adlı şəxsə təhvil vermişdir. Həmin gecə rayondan gəldiyi üçün yorğun olmuş, yatdığından onun zənglərini eşitməmişdir. Səhəri gün Qalib ilə danışanda o, Ələddini tapdığını söyləmişdir. Hətta bir dəfə Vasif onun və Qalibin üstünə Hatəm adlı şəxs gətirmiş, Hatəmi də başa salmışlar ki, bu işlərdə heç bir gəlirləri, günahları olmamışdır. Bir ilə yaxın bu söhbətlər davam etmiş, sonradan isə Vasifin şikayəti əsasında Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılmışdır. O, bir daha bildirmişdir ki, 200000 manat pulun hesabdan çıxarılmasında heç bir iştirakı, qazancı olmamışdır. Həmin pulları Ələddin adlı şəxs onları aldadaraq ələ keçirmişdir. Pulların nağdlaşdırılmasında Qalibin heç bir maddi marağı olmamışdır. Zülfüqarın isə Vasif adlı şəxsdən hər hansı bir faiz götürüb-götürəcəyini bilməmişdir. Qeyd edilən pulların ƏDV-lərini Ələddinin hara göndərdiyini bilmir. "xxxx" və "xxxx" MMC-lərin nə zaman, kimin tərəfindən təsis edilməsi barədə heç bir məlumatı yoxdur. Mən həmin şirkətlərin adını pul köçürmələrindən sonra eşitmişdir. "xxxx" direktoru olmuş Təqsirləndirilən şəxs2 adlı şəxsi də əvvəllər tanımamış, heç bir iş birlikləri olmamışdır. O, pul köçürmə əməliyyatı başa çatandan sonra Ələddini axtardıqları zaman sonuncunu tanımışdır. "xxxx" MMC-nin direktorunun kim olduğunu isə ümumiyyətlə bilmir. Həmin şirkətlərin möhürlərinin harada və kimdə olduğunu bilmir. Pul köçürmələri ilə bağlı onda hər hansı bir sənəd, mesaj yazışmaları qalmışdır. O və Qalib bu hadisədən sonra daim təzyiq altında olmuş, pul sahibləri Ələddini tapmaqda onlara vaxt vermişlər. O da məcbur qalıb Ələddinin qohumunu tapmış, həmin şəxs də onlara Ələddinin borcu əvəzində torpaq sahəsi təklif etmişdir. Lakin onun səmimiyyətinə inanmamış, Zülfüqarın xahişi ilə həmin şəxsin telefon nömrəsini ona vermişdir. Sonradan özləri nə danışdıqlarını bilməmiş, həmin şəxsin də telefon nömrəsi onda yoxdur, adını belə xatırlamır. Zərərçəkmiş şəxs MMC-nin (hazırda QSC) nə zaman, kimin tərəfindən təsis edilməsi, həmin MMC-nin fəaliyyət istiqamətləri barədə məlumatı yoxdur. "xxxx" MMC-nin hesabına xx.xx.2019-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-dən (hazırda QSC) 123766,45 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" Firmasından 54882 manat, xx.xx.2019-cu il tarixdə “Kaizen MMC-dən 6308,79 manat, xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-dən 12885 manat pul vəsatinin köçürülməsi ilə bağlı bildirmişdir ki, "xxxx" Firması istisna olmaqla digər MMC-lər pulu "xxxx" MMC-nin hesabına onun vasitəçiliyi ilə köçürmüşlər. Pul köçürmələr baş tutacağı halda şirkətlər ona ƏDV-nin 0,5 faizi məbləğində xidmət pulu verəcəkmişlər. Lakin Ələddin adlı şəxs onları aldadaraq Zərərçəkmiş şəxs MMC (hazırda QSC) tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüş 123766,45 manatı keçirmişdir. Belə ki, həmin pulun 30000 manatını nağd şəkildə hesabdan çıxarmışdır. Qalan pul isə başqa bir şirkətin hesabına köçürmüşdür. Eşitdiyinə görə köçürdüyü pulun əvəzini də həmin şirkətdən nağd şəkildə almışdır. "xxxx" MMC-dən köçürülmüş 6308,79 manat, "xxxx" MMC-dən köçürülmüş 12885 manat pulu isə Ələddin ələ keçirməsin deyə Təqsirləndirilən şəxs2 adlı şəxslə birlikdə möhür düzəltdirib atasının faktiki direktoru olduğu şirkətə köçürüb nağdlaşdıraraq geri qaytarmışdır. Rezonans Firmasından pulun hansı məqsədlə və kimin vasitəçiliyi ilə köçürüldüyünü bilmir. Həmin şirkətin direktoru, idarə etmiş şəxslər barəsində heç bir məlumatı yoxdur. "xxxx" MMC-nin və "xxxx" MMC-nin direktoru X21, "xxxx" MMC-nin direktoru X15 tanımır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Şahid4 Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 065-14565Q nömrəli ərizəsindən görünür ki, o, Zülfiqar adlı şəxsin aldadaraq onun pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 17) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.1-ci və 264-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza 02 (iki) il sınaq müddəti ilə tətbiq edilmişdir. Hazırda Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. (Cild 1, iş vərəqi 99-102) xx.xx.2022-ci il tarixli Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin **********624400 nömrəli məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 fiziki şəxs (fərdi sahibkar) qismində vergi orqanında uçotda olması barədə Uçot-baza məlumatlarında məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 105) xx.xx.2022-ci il tarixli Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin **********538200 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin (VÖEN **********) 48687,97 manat vergi borcu olmaqla fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmış, "xxxx" MMC-nin 44093,35 manat, Zərərçəkmiş şəxs QSC-nin 628912,79 manat vergi borcu olmuşdur. (Cild 1, iş vərəqi 107-108) xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X40 İdarəsinin 016-159957-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adına nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. (Cild 1, iş vərəqi 110) xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs2 "xxxx" ASC-də bank hesabının açılması üçün ərizə təqdim etmişdir. (Cild 1, iş vərəqə 119) xx.xx.2019-cu il tarixli "xxxx" MMC-nin 01 nömrəli əmrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 həmin müəssisənin direktoru təyin edilmişdir. (Cild 1, iş vərəqi 123) xx.xx.2019-cu il tarixli 103TUR10349157 nömrəli ödəniş tapşırığından görünür ki, 123766,45 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs MMC tərəfindən "xxxx" MMCyə köçürülmüşdür. (Cild 1, iş vərəqi 126) xx.xx.2019-cu il tarixli 485826 nömrəli çekdən görünür ki, Təqsirləndirilən şəxs2 30000 manat pul vəsaitini bankdan götürmüşdür. (Cild 1, iş vərəqi 130) xx.xx.2023-cü il tarixli Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 **********68 nömrəli məktubundan görünür ki, arxiv məlumatlarına əsasən xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 136) xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********1 xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 Fond tərəfindən hər hansı növ əmək pensiyası, sosial müavinət və ya təqaüd təyin edilməmişdir. (Cild 1, iş vərəqi 138) xx.xx.2019-cu il tarixli hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin sənədindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin tarixdə (VÖEN **********) AZ 1007,ünvan 8 ünvanında qeydiyyata alınmışdır. (Cild 2, iş vərəqi 98) xx.xx.2020-ci il tarixli Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan dəyişdirilməsi ilə bağlı qərarından görünür ki, həmin tarixdə qeyd olunan cəmiyyətin ünvanı Bakı şəhəri, H.Əliyev prospekti 103 A ünvanından ünvan 10nmışdır. (Cild 2, iş vərəqi 169) xx.xx.2020-ci il Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Təsisçisinin qərarından görünür ki, həmin tarixdə cəmiyyətin təşkilati hüquqi forması dəyişdirilərək Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə çevrilmiş, X16 Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmişdir. (Cild 1, iş vərəqi 207) xx.xx.2021-ci il tarixli, 28X/K nömrəli qərarın kserosurətindən görünür ki, X16 Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmiş, X12 həmin cəmiyyətin sədri vəzifəsinə təyin edilmiş, cəmiyyətin tam səlahiyyəti sədrə həvalə edilməklə cəmiyyətə aid bütün sənədləri imzalamaq səlahiyyəti verilmiş, cəmiyyətə aid möhür və ştamplar X6 təhvil verilmişdir. (Cild 2, iş vərəqi 244) xx.xx.2021-ci il tarixli, Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********6805200 nömrəli məktubunun kserosurətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək müvəqqəti olaraq dayandırılmışdır. Hazırda cəmiyyətin fəaliyyəti dayandırılmış vəziyyətdə olmuşdur. (Cild 3, iş vərəqi 28) xx.xx.2021-ci il tarixli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin 039-14633-1221 nömrəli məktubunun kserosurətindən görünür ki, "xxxx" MMC-yə məxsus olan möhürün tapılması barədə həmin polis idarəsinin tapıntılar bürosuna məlumat daxil olmamışdır. (Cild 3, iş vərəqi 30) xx.xx.2021-ci il tarixli, Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********688800 nömrəli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2019-cu il tarixdə elektron qaydada dövlət qeydiyyatından keçmiş, həmin hüquqi şəxsin qeydiyyata alınması üçün Mehriban Məmmədovanın adından elektron qeydiyyat sisteminə müraciət olunmuş və müvafiq sənədlər Mehriban Məmmədovaya aid olan elektron imza ilə imzalanmışdır. (Cild 3, iş vərəqə 33-34) xx.xx.2019-cu il tarixli X/M-024/2019 nömrəli Xidmət müqaviləsinin kserosurətindən görünür ki, sifarişçi Zərərçəkmiş şəxs MMC-nin direktoru Əliyev Yaşar və icraçı "xxxx" MMC direktoru X32 arasında “Elektrin avadanlıqlarının satışı” adı ilə 123766,45 manat malın dəyəri, 18 % ƏDV olmaqla, cəmi 146044,41 manat pul vəsaitinin ödənilməsi ilə bağlı xidməti müqaviləsi imzalanmışdır. (Cild 4, iş vərəqi 15-18) xx.xx.2019-cu il tarixli EBAE 193058 nömrəli elektron qaimədən görünür ki, 146044,41 manat dəyərində (ƏDV ilə birgə) mal "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs QSC-yə təqdim edilmişdir. (Cild 4, iş vərəqi 19-22) xx.xx.2019-cu il tarixli, 366906-372198 nömrəli ödəmə tapşırığından görünür ki, Zərərçəkmiş şəxs MMC 123766,45 manat məbləğində pulu elektrik malları üçün "xxxx" MMC-yə köçürmüşdür. (Cild 4, iş vərəqi 23) xx.xx.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Zərərçəkmiş şəxs MMC (VÖEN **********) 22277,96 manat məbləğində pulu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) ödəmişdir. (Cild 4, iş vərəqi 24) xx.xx.2023-cü il tarixli, “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 4, iş vərəqi 123-125) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 4, iş vərəqi 146-147) xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-330/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 20 iyun 2023-cü il tarixli, 4(008)-486/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 (iki) ay həddində uzadılmışdır. (Cild 4, iş vərəqi 165- 171, Cild 5, iş vərəqi 44-47) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 üzləşdirilmişdir. (Cild 4, iş vərəqi 218-221) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı şahid X20 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmişdir. (Cild 4, iş vərəqi 222- 224) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Şahid3 Təvəkkül oğlu ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmişdir. (Cild 4, iş vərəqi 225-227) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı şahid X29 ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmişdir. (Cild 4, iş vərəqi 228- 230) xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (Cild 4, iş vərəqi 251) AA ******* seriyalı və AA ******* seriyalı şəxsiyyət vəsiqələrinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2017-ci il və xx.xx.2019-cu il təvəllüdlü olmaqla 2 azyaşlı uşağı vardır. (Cild 4, iş vərəqi 253) xx.xx.2023-cü il tarixli Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X26 xx/xx-6357 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin mərkəzdə müalicədə olmamışdır. (Cild 5, iş vərəqi 53) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X26 xx.xx.2023-cü il tarixli, 8293 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 5, iş vərəqi 58) Şahid4 xx.xx.2023-cü il tarixli, **********266 nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onun Təqsirləndirilən şəxs1 tələb və iddiası yoxdur. (Cild 5, iş vərəqi 77) xx.xx.2023-cü il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-545/2023 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. (Cild 5, iş vərəqi 78-82) xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (Cild 6, iş vərəqi 18-19) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 02 (iki) ay 08 (səkkiz) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. (Cild 6, iş vərəqi 30-31) xx.xx.2023-cü il tarixli Beyləqan Rayon İcra Hakimiyyətindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (Cild 6, iş vərəqi 34) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs MMC (hazırda QSC) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 024/2019 nömrəli xidmət müqaviləsi, xx.xx.2019-cu il tarixli, 193058 nömrəli, xx.xx.2019-cu il tarixli, 284709 nömrəli, xx.xx.2019-cu il tarixli, 410035 nömrəli, xx.xx.2019-cu il tarixli, 409953 nömrəli elektron qaimələr, xx.xx.2019-cu il tarixli, 485826 nömrəli kassa çeki və xx.xx.2019-cu il tarixli, 001 nömrəli ödəniş tapşırıqları, istintaq sənədləri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və onlara əlavələr iş sübut kimi qiymətləndirilib cinayət işinə əlavə edilmişdir. (Cild 6, iş vərəqi 38-91) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC (hazırda QSC) həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 6, iş vərəqi 94-95) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan olunmuşdur. (Cild 6, iş vərəqi 123-126) xx.xx.2023-cü il tarixli “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 6, iş vərəqi 148-150) xx.xx.2023-cü il tarixli “Hüquqi şəxs barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi barədə icraatın başlanılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən 09 dekabr 2019-cu il tarixdə ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmaqla təsis edilmiş, hüquqi ünvanı ünvan 11də CM-in 308.1 və 313-cü maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanılması qərara alınmışdır. (Cild 6, iş vərəqi 161-163) xx.xx.2023-cü il tarixli “Hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. (Cild 6, iş vərəqi 175-177) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilərək əlavələr edilməklə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci, 320.2-ci, 32.4,308.1-ci və 32.4,313-cü maddələri ilə yeni məzmunda ittiham elan olunmuşdur. (Cild 6, iş vərəqi 188-191) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(008)-974/2023 nömrəli qərarından görünür ki, barəsində AR CM-nin 308.1 və 313-cü maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən 09 dekabr 2019-cu il tarixdə ********** nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmaqla təsis edilmiş. hüquqi ünvanı ünvan 12əsisçilərinin və ya hüquqi şəxsin nizamnaməsi ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsinə qadağa qoyulmuşdur. (Cild 6, iş vərəqi 209-214) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X42 İdarəsinin xx.xx.2024cü il tarixli, 3-xx-xx/2164546/2024 nömrəli məktubundan görünür ki, həmin Baş İdarənin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2024-cü il tarixli, 12-5/2-2718/2024 nömrəli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-3(103)-54/2023 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu həmin Bankın ləğvedicisi təyin edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-də sözügedən qərarda qeyd edilmiş "xxxx" MMC-yə məxsus AZ19MUGA**********10790AZM18 və AZ60MUGA**********10790USD18 nömrəli bank hesabları xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-185161/2024 nömrəli məktubundan görünür ki, uçot-baza məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) daşınan və daşınmaz əmlakları, aktivləri və aktiv bank hesabları barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26 xx.xx.2024-cü il tarixli, 3- 21-3-02/2-14335/2024 nömrəli məktubundan görünür ki, mövcud arxiv materiallarına əsasən "xxxx" MMC-nin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci, 320.2-ci, 32.4,308.1-ci və 32.4,313-cü maddələri ilə, X8 Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə ittiham irəli sürülmüş, "xxxx" MMC-nin barəsində isə həmin Məcəllənin 308.1-ci və 313-cü maddələri ilə cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Ali Məhkəmə Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin Məcəllənin 33-cü (korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər) fəslinin maddələrində “vəzifəli şəxs” dedikdə hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar başa düşülür. Qulluq mənafeyi əleyhinə olan cinayətlər yalnız şəxsin vəzifə səlahiyyətlərindən suiistifadə etməsi yolu ilə törədilə bilər. Məhz bu baxımdan vəzifə səlahiyyətlərindən suiistifadə cinayətlərinin tərkibinin açıqlanması böyük əhəmiyyət kəsb edir. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi və əməllə nəticə arasında səbəbli əlaqənin olması kimi zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən suiistifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyrikommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sözügedən Plenum qərarının nəticəvi hissəsindən görünür ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə, qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə görə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayət məsuliyyəti yaratmaqla, maddənin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Cinayət Məcəlləsinin 320.2-ci maddəsi isə həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayət tərkibini yaratmaqla, maddənin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 320.1-ci və 320.2-ci maddələrində göstərilən əməllər böyük ictimai təhlükə törətməyən əməllərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən 320.1-ci maddədə göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə baxış zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini, digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs QSC-nin etibarından sui-istifadə edib həmin cəmiyyəti aldatmaqla, sonuncuya məxsus əmlakı, yəni 123766,45 manat pul vəsaitini ələ keçirmiş və həmin pul vəsaitinin bir qismini digər Təqsirləndirilən şəxs2 verdikdən sonra qalan hissəsini şəxsi ehtiyacları və digər məqsədlər üçün xərcləmişdir. Təqsirləndirilən şəxs1 niyyəti həmin pul vəsaitini ələ keçirərkən əvvəlcədən niyyəti hər hansı öhdəliyi yerinə yetirmək olmamış, əksinə Zərərçəkmiş şəxs QSC-nin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmişdir. Təqsirləndirilən şəxs1 həmin məqsədlə təkrarən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamış, təkrarən bilə-bilə saxta rəsmi sənəddən istifadə etmiş, vəzifəli şəxs Təqsirləndirilən şəxs2 xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təkrarən təhrik etmiş, vəzifəli şəxs Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixli əmrlə "xxxx" MMC-nin direktoru təyin edilməklə, vəzifəli şəxs kimi həmin hüquqi təmsil etmək, onun adından qərar qəbul etmək səlahiyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi "xxxx" ASC-də “imza” nümunəsi təqdim etmişdir ki, həmin bankda bank hesabının açılmasına nail olub cəmiyyətə gələn pul vəsaitinə sərəncam vermək imkanına malik ola bilsin. Cinayət işinin materiallarında olan 485826 nömrəli çekin surətindən də görünür ki, Təqsirləndirilən şəxs2 hazırki iş üzrə Zərərçəkmiş şəxs QSC-dən daxil olmuş pul vəsaitinin 30000 manatını nağdlaşdırmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxsin xeyrinə qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxs "xxxx" MMC-nin hüquq və mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ifadələrində köçürülmüş puldan yalnız 15-20 min manatını ələ keçirib şəxsi ehtiyaclarına xərcləməsi, nağd çıxardıqları 30000 manat puldan 11000 manatını Təqsirləndirilən şəxs2 özünə götürməsi, "xxxx" və "xxxx" MMC-lərin rekvizitlərinin ona Emin adlı tanışının verməsi, hesabda qalan pul həmin şirkətlərə köçdükdən sonra pulların Emin tərəfindən ələ keçirilməsi, onun Təqsirləndirilən şəxs2, Dergah Əsgərov və Şahid3 adlı şəxslərə borcunun olmaması, Zərərçəkmiş şəxs MMC (hazırda QSC) ilə "xxxx" MMC arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli 024/2019 nömrəli xidmət müqaviləsinin onun tərəfindən tərtib edilməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, adları çəkilən şəxslərin, eləcə də X14 və Şahid1 ifadələri, Təqsirləndirilən şəxs1 ilə həmin şəxslər, eləcə də X29 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti ilə müəyyən edilmişdir ki, onun həqiqətən də Təqsirləndirilən şəxs2 11000 manat, Şahid3 3500 manat, Dargah Əsgərova 2500 manat borcu olmuş, Zərərçəkmiş şəxs QSC-nin hesabından köçəcək pulu ələ keçirmək niyyəti ilə guya elektrik və məişət avadanlıqlarının alınmasına dair saxta müqavilə tərtib edib pulun köçürülməsindən ötrü qarşı tərəfə göndərmiş, pul köçürüldüyü günün səhəri İlham, Dərgah ve Səxavət adlı şəxsləri onlara olan borclarını qaytarmaq üçün banka dəvət etmiş, köçürülmüş pulun 30000 manatını nağdlaşdırıb ələ keçirsə də, qalan məbləği hesabdan çıxara bilmədiyi üçün səhəri gün yenidən həmin şəxslərlə birlikdə banka gəlmiş, bu zamana bankda tanış olduğu istintaqa məlum olmayan şəxsin köməkliyi ilə qalan məbləği tərtib etdiyi saxta sənədlər əsasında həmin şəxsin ona rekvizitlərini verdiyi "xxxx" və "xxxx" MMC-lərin hesabına köçürülməsinə nail olduqdan sonra, göstərilən şirkətin nümayəndəsinin sellofan paketdə nağd pulu götürüb bir qismini borclarını qaytarmağa bir qismini isə öz şəxsi ehtiyaclarına xərcləyərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 ifadələrində adına şirkət açılmasına razılıq verib Təqsirləndirilən şəxs1 ilə birlikdə "xxxx" ASC-nin Bakıxanov filialına gəlməkdə, bankda tərtib edilmiş sənədlərə imza atmaqda hər hansı maddi marağının olmaması barədə göstərdiyi xüsusatlar istintaq materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, özünün etirafedici ifadəsi, Şahid1 eləcə də digər şahid ifadələri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 adına şirkət açılması, eləcə də bankda tərtib edilmiş sənədləri imzalamaqda məqsədi pul nağdlaşdırılandan sonra Təqsirləndirilən şəxs1 ona olan borcunu qaytarması ilə yanaşı uşağının müalicəsi üçün əlavə pul verəcəyini vəd etməsi olmuşdur ki, bu da onun hərəkətlərinin özü üçün qanunsuz üstünlük əldə etmək, tamah niyyəti daşıması qənaətinə gəlməyə əsas vermişdir. Bu səbəbdən, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələrini həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsinə əsasən hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və həmin Məcəllənin 99-4.1.1-99-4.1.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. CM-in 99-4.2-ci maddəsinə əsasən hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir. CM-in 99-4.6-cı maddəsinin tələblərinə görə hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 144, 144-1, 144-2, 144-3, 167-169 169-1, 192-2, 193-1, 194, 200-1, 200-2, 214-220, 233, 242-244-1, 259-261, 271-284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316- 1, 316-2, 320 və 323-326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. CM-in 99-5.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi müəyyən olunarkən cinayətin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsi, cinayət nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, cinayətlərin sayı və onun (onların) nəticələrinin ağırlığı, cinayətin açılması, onun iştirakçılarının ifşa edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışı və tapılmasına kömək etmə, cinayət nəticəsində dəymiş maddi və mənəvi zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması, zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hüquqi şəxs tərəfindən görülən digər tədbirlər, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən əvvəllər onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi, yaxud xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması kimi hallar nəzərə alınır. "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, həmin cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Lakin toplanmış sübutlardan və işin faktiki hallarından göründüyü kimi MMC-nin direktoru Təqsirləndirilən şəxs2 niyyəti sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq deyil, ayrı-ayrı şirkətlərin hesabında olan pulların nağdlaşdırılmasına vasitəçilik etmək, yəni cəmiyyətin rentabelli fəaliyyət göstərməsi görüntüsü yaratmaqla gələcəkdə də eyni xarakterli məqsəd üçün istifadəsinə zəmin yaratmaq olmuşdur. Cinayət Məcəlləsinin 99-8.1-ci maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən cinayətlə əlaqədar onun mövcudluğuna və fəaliyyətinə, hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsindən ibarət müstəsna cinayət-hüquqi tədbirdir. Cinayət Məcəlləsinin 99-8.3-cü maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbir təyin edildikdə əlavə cinayət-hüquqi tədbir qismində bu Məcəllənin 99-6.4-cü maddəsi nəzərə alınmaqla iki yüz min manat miqdarında cərimə təyin edilir. Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci, 320.2-ci, 32.4,308.1-ci və 32.4,313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci, 320.2-ci, 32.4,308.1-ci və 32.4,313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə təqsirli bilinməlidir. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinin tələbinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinin tələbinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, CM-in 320.1-ci, 320.2-ci, 32.4, 313-cü və 313-cü maddələrində nəzərdə tutulan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan, həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törədildiyi andan 2 il keçdikdə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Təqsirləndirilən şəxs1 irəli sürülmüş CM-in 320.1-ci, 320.2-ci, 32.4, 313-cü maddələrində, Təqsirləndirilən şəxs2 irəli sürülmüş CM-in 313-cü maddəsində nəzərdə tutulmuş ittihamlar üzrə 2 ildən artıq müddət keçdiyindən, onlar, törətdiyi əməllərdə təqsirli bilinmələrinə baxmayaraq, cəza təyin edilməməli, "xxxx" MMC-yə isə CM-in 313-cü maddəsi ilə cinayət-hüquqi xarakterli tədbir tətbiq edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki Təqsirləndirilən şəxs1 hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci, 320.2-ci, 32.4,308.1-ci və 32.4,313-cü maddələrində nəzərdə tutulan, Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci, 32.4,308.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 308.1ci maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” xx.xx.2013-cü il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarlarındakı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Dələduzluq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli və “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd olunmuş halları nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza məsələsini, habelə CM-in 99-4-99-10-cu maddələrinə əsasən "xxxx" MMC-yə tətbiq ediləcək cinayət-hüquqi xarakterli tədbiri məsələsinə də həll etmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, himayəsində 2 azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü şəkildə tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı davranışını, müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halın olmadığını nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı davranışını, müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal olaraq nəzərə alır. Belə ki, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 02 (iki) ay 08 (səkkiz) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdur. Təqsirləndirilən şəxs2 əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaradır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində CM-in 65.2-ci maddəsinin tələblərini nəzərə alıb cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs2 əməli cinayətin residivini yaratdığından cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 32.4,308.1-ci və 178.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci, 320.2-ci, 32.4,308.1-ci və 32.4,313-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 320.1-ci, 320.2-ci və 32.4,313-cü maddələri ilə cəza təyin edilməməli, təqsirli bilindiyi digər maddələrə görə isə ona Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə uyğun ədalətli şəkildə qəti cəza təyin olunmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət bir günə bir gün hesabı ilə cəmi 04 (dörd) ay azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-330/2023 nömrəli qərarı ilə barəsində əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 20 iyun 2023-cü il tarixli, 4(008)-486/2023 nömrəli qərarı ilə onun həbsdə saxlama müddəti 02 (iki) ay həddində uzadılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)- 545/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilməklə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-2828/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə tutularaq həmin təcridxanaya təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanı çəkmək üçün cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 törətdiyi əməllər müvafiq olaraq böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməməli, təqsirli bilindiyi 308.1-ci maddəyə görə isə ona cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 18 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanı çəkmək üçün cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 törətdiyi əməllər müvafiq olaraq böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Cinayət Məcəlləsinin 99-9-cu maddəsinə görə hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş şəxs bu Məcəllənin 75-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edildikdə, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz. Bundan başqa, "xxxx" MMC mütəmadi olaraq cinayətlərin törədilməsində istifadə edildiyindən, onun barəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi xarakterli tədbirlər tətbiq edilməli, CM-in 75.1.1-ci və 99-9cu maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə həmin cəmiyyətə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət-hüquqi xarakterli tədbirlər tətbiq edilməməlidir. Məhkəmə bir halı qeyd etməyi zəruri bilir ki, məhkəmə araşdırması nəticəsində "xxxx" MMC-yə hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq edilərkən təyin olunması zəruri olan cəriməni icra edəcək əmlakının olmadığı müəyyən edilmişdir. Bu səbəbdən, məhkəmə CM-in 99-6.4-cü maddəsini nəzərə almaqla cərimə təyin olunmaması qənaətinə gəlir. İş üzrə maddi sübut, məhkəmə xərci, həbs olunmalı və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci, 320.2-ci, 32.4,308.1-ci və 32.4,313-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4,308.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 (dörd) ay müddət bir günə bir gün hesabı ilə cəmi 04 (dörd) ay azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq 05 (beş) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci, 320.2-ci, 32.4, 313-cü maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 18 sentyabr 2025-ci il tarixdən hesablansın. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət hüquqi xarakterli tədbir tətbiq edilsin, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə isə cinayət hüquqi xarakterli tədbir tətbiq edilməsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** saylı VÖEN ilə qeydiyyata alınmış, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, X28 küçəsi, ev 24, mənzil 55 olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilsin. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, həbs olunmalı və xüsusi müsadirə edilməli olan əmlakın olmadığı nəzərə alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Sabunçu rayon prokurorluğunun maddi sübutları saxlama yerində saxlanılan xx.xx.2019-cu il tarixli 024/2019 nömrəli xidmət müqaviləsi, xx.xx.2019-cu il tarixli 193058 nömrəli, xx.xx.2019-cu il tarixli 284709 nömrəli, xx.xx.2019-cu il tarixli 410035 nömrəli, 26,12.2019-cu il tarixli 409953 nömrəli elektron qaimələr, xx.xx.2019-cu il tarixli 485826 nömrəli kassa çeki və xx.xx.2019-cu il tarixli 001 nömrəli ödəniş tapşırıqları cinayət işinin materiallarına əlavə edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(101)-128/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-128/2025
18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver